Uşaqlıqda
Allah baba vardı.
Gecədən biraz keçən kimi
Gerçək həyatlar yaşanır
Şairlər üzünü göz yaşı ilə yuyur
Tənha qadınlar oyuncaqlarıyla
Baş-başa verərək uyuyur.
Gözləri dolmuş buludlar
Ağlamaq üçün gecəni gözləyir.
Heçkəs görməsin, bilməsin deyə
Dərdini dünyaya gecələr söyləyir.
Uşaqlığımı düşünürəm gecələr
Ey, o zamanlar
Allah baba, oyuncaqlar
Cizgi filmlər vardı.
Sənə yalvardığım vaxtlar
Atamın sərxoş olub
Anamı döydüyü zamanlardı
Uşaqlıqda Allah baba vardı.
Anamın ətəyindən yapışıb
burnumun suyunu axıdarkən
Anama dəyən zərbələr məni
Atamın şilləsindən qoruyardı
Anamın Tanrı olduğu vaxtlardı.
Əvvəl oyuncaqlarımı
Sonra Uşaqlığımı
Ən sonda Allah babanı
İtirdim
Tək qaldım
yoruldum.
Category: Azərbaycan ədəbiyyatı
-
Kamran ŞEYXZAMANLI.Yeni şeir
-
Rafiq ODAY.Yeni şeirlər
RUHUM, XOŞ GƏLDİN, XOŞ GƏLDİN
Haçandı quru cisməm mən,
Ruhum, xoş gəldin, xoş gəldin!
Yaşaram tam yox, qismən mən,
Ruhum, xoş gəldin, xoş gəldin!Məni mən qədər anlayan,
Bəzən ərk ilə danlayan,
Sən dərya, mənsə damlayam,
Ruhum, xoş gəldin, xoş gəldin!Ömür fani, yaşam yalan,
Sən quru, mən yaşam – yanan.
Sənsiz qara daşam, inan,
Ruhum, xoş gəldin, xoş gəldin!Saçımdakı dəni sevdim,
Gözümdəki çəni sevdim,
Təkcə səni, səni sevdim,
Ruhum, xoş gəldin, xoş gəldin!KAMIL BİR İNSANDİ ƏBÜLFƏZ ÜLVİ
İstedadlı şair, dostum, qardaşım Əbülfəz Ülviyə
Haqqa kəc baxanın kor olar gözü,
Şər dərs şər gətirər, ülvi dərs ülvi.
Tanrısız olanın sevilməz sözü,
Tanrıdan gələnlər müqəddəs, ülvi.Dedin gül göyərməz qanqal içində,
Di gəl bu hikməti qan, qal içində,
Şişə çəkilərəm manqal içində, –
Olmasa içimdən qopan səs ülvi.Doğulduq, dünyanı, aləmi gördük,
Neçə dərdi gördük, ələmi gördük,
Əlinə alandan qələmi gördük,
Qələm sahibində bu həvəs, ülvi.Qopdu Əlincədən Nuhun tufanı,
Ərzi lərzə saldı bu hun tufanı,
Şerin tufanıdı ruhun tufanı,
Gətirər özüylə o, nəfəs ülvi.Şeirdən alınmaz qala yaratdı,
İstədi əbədi qala, yaratdı,
Demirəm Sokratdı, Hippokratdı, –
Kamil bir insandi Əbülfəz Ülvi. -
Rafiq ODAY.Yeni şeirlər
ÇAT GÖRÜM
Haqq danışan dilə, qardaş, nə divan,
Nədi Göygöl, nədi Göyçə, nədi Van?
Araz olub vüsalına nərdivan,
Oğulsansa, bircə addım at görüm.Nə vecinə, kim alışa, kim yana,
Bir ah çəkdim az qaldı ki, sim yana,
Könül versən Mıkırtıca, Semyona,
Min il belə istəyinə çat görüm.Bu dərd vaxtsız saçlarıma qar salar,
Söz var, desəm, ürəkləri qarsalar,
Araz axar damarımdan yarsalar,
Bu zülümlə Savalanda yat görüm.Çətin bir də hicran bizdən gen düşə,
Könül gülə, arzulara gün düşə,
Gözləmə ki, ay dolana, gün düşə…
Çalış özün günü-günü qat görüm.DÜNYANIN DƏRDINI DAŞIDIN…
Xeyirxah insan, təmannasız cərrah, M.Arazın və
bütövlükdə Azərbaycan poeziyasının yaxın dostu Hacı Cəfər həkiməBircə yol şöhrətə, şana uymadın,
Bir bölük dərd yatır sinənin üstə.
Dünya bax beləcə namərd dünyadı,
Çəkir qılıncını enənin üstə.Çoxuna bu dünya sirli, müəmma,
Çoxuna yüyənsiz, yəhərsiz oldu.
Dünyanın dərdini daşıdın, amma,
Dünya dərdlərindən xəbərsiz oldu.Mizan-tərəzisən əyriyə, düzə,
Hərə bir gözündə ələnib gedir.
Haçandı qarışıb gecən-gündüzə,
Hər anın min dərdə bələnib gedir.Adın milyonların ümid nöqtəsi,
Ünvanın çoxuna qibləgah oldu.
Atadan, anadan, qardaşdan öncə,
Çoxunun dərdindən sən agah oldun.Güvəndin həmişə öz adına sən,
Seçmədin uzağı yaxınlarından.
Son anda yetişdin imdadına sən,
Sənə xoflu-xoflu baxanların da.Xəbis tab gətirməz bu böyüklüyə,
Içini, çölünü didər kin, ağlar.
Səninsə sübhədək yuxularında,
Milyon qaçqın ağlar, didərgin ağlar.Bir qismi cənabdı, bir qismi paşa,
Bir qismi ivançı bu məmləkətin.
Yaşaya bilirsən oğlu ol, yaşa,
Oğrusu divançı bu məmləkətin.Yaşaya bilirsən, di, buyur yaşa,
Bu qədər ah, nalə, fəğan içində.
Neçə nakam ömür vurulur başa,
Hər gün göz yaşları və qan içində.Çoxunun kürsüsü ah-nalə üstə,
Çoxunun taxt-tacı qan üstündədi.
Üz tutub tanrıdan bir nicat istə,
Istə ki, məmləkət can üstündədi.Nadana əyilən qəddin yox sənin,
Dosta baş verməyə hazır görmüşəm.
Qəlbin geniş olub, gözün tox sənin,
Səni öz nəfsinə nazir görmüşəm.Sarsılma, ruhunu sarmasın kədər,
Qoluna, dizinə köməklərik biz.
Haqq üçün dünyanın sonuna qədər,
Düşüb dizin-dizin iməklərik biz.Min karvan yolu var qaşının üstə,
Səni tanıyanlar bundan halıdı.
Bütün dostlarının başınan üstə,
Haqqın, ədalətin simvolu kimi
Sənin şəkillərin asılmalıdı.
1992-1993
HAVADAN AYRILIQ QOXUSU GƏLİRƏbəsmiş dayanmaq bu yağış altda,
Qismətim yenə də qəhər olacaq.
Göyün ulduzları yır-yığış altda,
Yəqin ki, bir azdan səhər olacaq.
Gecədi, birtəhər sovuşub gedir,
Qarşıdan səhərin qorxusu gəlir.
Özümü öyrədim ayrılıqlara,
Havadan ayrılıq qoxusu gəlir.Dan yeri ayrılıq doğdu bu səhər,
Bu sərsəm doğuşdan, qəfil doğuşdan
İçimə ayrılıq toxumu düşdü,
Bilmədim azımı, çoxumu düşdü.
Gözümdən süzülən göz yaşıdımı,
Yoxsa ki, bir əlçim yuxumu düşdü.
Bəlkə ona görə səkilərin də,
Otun da, daşın da, kol-kosların da.
Gecəni yatmayan bu «dostlar»ın da
Qapanır gözləri, yuxusu gəlir.
Özümü öyrədim ayrılıqlara,
Havadan ayrılıq qoxusu gəlir.Ağlaya bilmirəm ağac gözüylə,
Çiçək gülüşüylə gülə bilmirəm.
Nə məndən bir yolluq sağ qalan olmaz,
Nədəki, bir yolluq ölə bilmirəm.
Göz yaşım gözümdə donub haçandı,
Çətini hər şeyin sonunacandı.
Ölməyin, qalmağın sonu bəllisə,
Hər şeyin cilidi, donu bəllisə,
Bəs niyə hayana əl ətıramsa,
Əlimə hicranın yaxasa gəlir?
Özümü öyrədim ayrılıqlara,
Havadan ayrılıq qoxusu gəlir.Rafiq ODAY
TƏCNIS
Sinəmi bir atəş yandırıb yaxır,
Haçandı bir nazlı gözəldən düşüb.
O gündən günlərim saçım rəngində,
O gündən saçıma gözəl dən düşüb.Vəsf etdim hüsnünü gəlincə, gülüm,
Gəz sinəm üstündə gəl, incə, gülüm.
Dönüb bu yerlərə gəlincə, gülüm,
Baxıb görərəm ki, göz əldən düşüb.Vurula bildinsə dərdindən belə,
Xoş olar soysalar dərimdən belə.
Oday, bar-bəhrini dər indən belə,
Sevgi bağçasına gözəl dən düşüb. -
Əziz MUSA.”XOCALI” ( Poema)
XOCALI
(poema)Əziziyəm Qarabağ,
Qara tale, qara baxt,
Şəhid oldu Xocalı,
Bu zülmə, bu qana bax.Bir gözəl şəhər var idi,
Hər tərəfi çəmən, çiçək.
Bir qədim şəhər var idi,
Yaranmışdı gözəl, göyçək.Xocalıydı onun adı,
Qədim insan məskəniydi.
Oarabağın cənnət yeri,
İgidlərin vətəniydi.Xocalıgan ayrılırdı,
Qarabağa gedən yollar.
Burda heç vaxt baş əyməzdi,
Özgələrə mərd oğullar.Xocalı bir nur tacıydı,
Dağlara işıq saçırdı.
Böyüyürdü gündən-günə,
Arzuları gül açırdı.Qarabağım gözə gəldi,
Qəfil gəldi dərd-bəla da.
Qara buludlar oynadı,
Günəş batdı Xocalıda.Zülmət çökdü o dağlara,
Sevindi cinlər, şeytanlar.
Dərd gətirdi qara yellər,
Qəfil başladı tufanlar.Bax, o gecə Pənah xanın,
Sultan bəyin ruhu dindi.
Bax, o gecə göylər susdu,
Neçə-neçə ocaq söndü.Bax, o gecə duz basmışdı,
Neçə igid yarasına.
Qan qoxusu qarışmışdı,
O dağların havasına.Soyuq fevral gecəsində,
Üz-üzəydi haqla nahaq.
Hay-haraydan lərzə gəlib,
Titrəyirdi ana torpaq.Bəd xəbərlər gətirmişdi,
Qara yellər bu diyara.
O gecədə sinələrə.
Vurulmuşdu neçə yara.Sözlə demək mümkün deyil,
O gecəki müsibəti.
Dünya hələ görməmişdi,
Yaranandan bu dəhşəti.Dörd tərəfdən bağlanır,
Xocalının yolları.
Burda sınır, qırılır,
Qarabağın qolları.Daralır mühasirə,
Təngəfəs olur şəhər.
Çatmır Bakıya hələ,
Bu acı, qəmli xəbər.Bakı öz hayındadı,
Yoxdu haya tələsən.
Stol davası gedir,
Işini görür düşmən.Şəhər tək sinə gərir,
Gələn dərdə,kədərə.
Düşmən var gücü ilə,
Hücum çəkir şəhərə.Göylərdən həsrət yağır,
Torpaq qəzəb püskürür.
Soyuq fevral gecəsi,
Xəyanət işin görür.Bulud tutub göyləri,
Qan axır su yerinə.
Nə ay var, nə də ulduz,
Qara yel əsir yenə.İlahi qismətə bax,
Əsrin, günün bu vaxtı,
Vətən, yurd sahibinin,
Sınıb qüruru, taxtı.Qara rəngə bürüyüb,
Gecə bu yer üzünü.
Ürəyi daşlıların,
Qan tutubdu gözünü.“Qrad”lar şaqqıldayır,
Mərmilər ulayırdı.
Güllələr çöl-çəməni,
Odlara qalayırdı.Gəlirdi hər tərəfdən,
Silahlı saqqallılar.
Dişini qıcamışdı,
Xocalıya çaqqllar.Bürümüşdü şəhəri,
Qəfil gələn qəm seli.
Yurdu yiyəsiz görüb,
Düşmən cumur irəli.Bakıdan yoxdu kömək,
Xocalılar neyləsin.
Əli yalın adamlar,
Dərdin kimə söyləsin.O gecə arvad, uşaq,
Tərk eyləyir şəhəri.
Dünyanın bu zülümdən,
Olmayır bir xəbəri.Əli silah tutanlar,
Atılır döyüşlərə.
Bərabər deyil qüvvə,
Alovlanır dağ-dərə.Düşmən quduz, qaniçən,
Başdan-başa silahlı.
Arxalı köpəklərə,
Tək neyləsin Xocalı.Vətən deyən oğullar,
Gedir düşmən üstünə.
O gecə qaniçənlər,
Durub xalqın qəstinə.Şəhəri qoruyanlar,
Döyüşür sona qədər.
Şəhidlərin qanıyla,
Suvarılır bir şəhər.Geriyə çəkilməyə,
Nə yol var, nə də imkan.
Burda hamı bilir ki,
Köməyə yoxdu güman.Şir kimi döyüşürlər,
Şəhəri qoruyanlar.
Bayquş kimi ulayır,
Zorilər, balayanlar.Gülşənin zənglərinin,
Bakıya çatır çoxu.
-Ay qardaşlar hardasız,
Bizi qırırlar axı?Nə Bakıdan bir cavab,
Nə Ağdamdan kömək var.
Şuşa susur o gecə,
Qana boyanır Qarqar.Şəhərdən çıxanların,
Əl-ayağın don vurur.
Hər qayada, hər kolda,
Düşmən neçə tor qurur.Düşmən dinsiz, imansız,
Gecə soyuq, şaxtalı.
Buz bağlayıb hər tərəf,
Cəllad sərxoş, havalı.Susub quşların səsi,
Bülbüllər çaşıb qalıb.
Güllələr biçib tökür,
Yuvaları dağılıb.Dağlar boynu bükülü,
Bulaqlar qan ağlayır.
Əsir qara küləklər,
Xocalıya qar yağır.İtib insaf , mürivət,
Ürəklər daşa dönüb.
Belə qanlı müsübət,
Axı harda görünüb?Bir kimsəyə aman yox,
Kişnəyir şərin atı.
“Qrad”lar, “Alazan”lar,
İflic edib həyatı.Daşbulaqdan, Kətikdən,
Alov yağr şəhərə.
Düşmənlər yol açırlar,
Laçına, Kəlbəcərə.Pircamal hönkürürdü,
Qarqar aşıb-daşırdı.
O gecə Qarabağla,
Millət vidalaşırdı.O gecə çatlayırdı,
Şuşada Xan sarayı.
Göylərə ucalırdı,
Pənah xanın harayı.Vaqif ağı deyirdi,
Nətavan saç yolurdu.
Üzeyirin sinəsi,
Dərddən şan-şan olurdu.O gecə güllə dəydi,
Sinəsinə Bülbülün.
Topxananın, Qırxqızın,
Soldu Xarıbülbülü.O gecə uşaq-böyük,
Qanına qəltan oldu.
O gecə ölənlərin,
Kəfənləri qan oldu.Xatınla Xirosima,
Nalə çəkdi o gecə.
Fələklər ağı dedi,
Sübhə qədər gizlicə.Aqilin hünərinə,
Məətdəl qaldı düşmən.
Əlif kimi qəhrəman,
Ola bilməz hər yetən.Tofiq son ana qədər,
Qan uddurdu düşmənə.
Hikmət gərdi sinəsin,
O borana, o çənə.Döyüşdü xocalılar,
Döyüşdü sona qədər.
Ağ bayraq qaldürmadı,
O döyüşdə bir nəfər.Hamı Vətən, yurd dedi,
Hamı qalxdı ayağa.
And içdilər tanrıya,
And içdilər torpağa.Şəhid oldu o gecə,
Altı yüz on üç adam.
Min iki yüz yetmiş beş,
Əsir düşdü o axşam.Yüz əlli nəfər isə,
İtkin düşdü davada.
Yüz əlli qadın isə,
Şəhid oldu orada.Məhv oldu səkkiz ailə,
Ağır oldu işgəncə.
İyirmi beş uşaq da,
Yetim qaldı o gecə.Əlli altı nəfəri.
Diri-diri soydular.
Xocalını o gecə,
Yaman günə qoydular.Üç nəfəri ocaqda,
Yandırdı qarı düşmən.
Cəllad yetmiş qocanı,
Öldürdü uf demədən.Min oyun gətirdilər,
Əsirlərin başına.
Baxmadılar heç kimin,
Ahına, göz yaşına.Görən gözlər kor oldu,
Kəsildi əl, ayaqlar.
Kəsildi qulaq, burun,
Nalə çəkdi uşaqlar.Səmavarlar yandlrdı,
Gəlinlərin belini.
Kəsdilər körpələrin,
Ana deyən dilini.Neçə-neçə insanı,
Itlərə yem etdilər.
Günahsız insanlara,
Yaman sitəm etdilər.Zülüm ərşə dirəndi,
Xocalıda o gecə.
Cəllad kötüyü oldu,
O axşam hər tin, küçə.Kitab, dəftərə sığmaz,
O gecənin dəhşəti.
O gecə çiçək açdı,
Düşmənlərin niyyəti.O gecənin harayı,
Qulaqlara çatmadı.
O gecə şəhidlərin,
Ruhu rahat yatmadı.Əzabla öldürdülər,
Köməksiz insanları.
Sel-suya dönüb axdı,
Ölənlərin qanları.O gecəki dəhşəti,
Millətdən gizlətdilər.
O gecə bir şəhəri,
Yerlə yeksan etdilər.O gecə qız-gəlinin,
Göyə ucaldı səsi.
O gecə bu millətin,
Olmadı bir yiyəsi.Günahsız bəndələrin,
Üstünə od ələndi.
Ümidlər daşa dəydi,
Arzular qəlpələndi.O şaxtalı gecədə,
Şəhid oldu Xocalı.
Çiçək kimi, gül kimi,
Yanıb soldu Xocalı.O gecə yer üzündən,
Sildilər bir şəhəri.
Soyqırım törətdilər,
Qanla yudular yeri.Qarabağın qəlbinə,
Çarpaz dağlar çəkdilər.
O şəhərin yerində,
Qara tikan əkdilər.Hələ bu yer üzündə,
Olmamışdı belə iş.
Ah-naləni eşidib,
Sevindi Qara keşiş.Şirin-şirin nəğmələr,
Acı ağıya döndü.
Qədim türk torpağının,
Odu, işıgı söndü.Cəlladların işinə,
Fələklər şahid oldu.
Əsrin , günün bu vaxtı,
Bir şəhər şəhid oldu.Xocalı bir yaradı,
Ürəyində millətin.
Hələ sonu görünmür,
Ayrılığın, möhnətin.Vaxtında tədbir görüb,
Susdurmadıq düşməni.
Inandıq hər xoş sözə,
Dost bildik hər yetəni.Bilmədik erməninin,
Qan-qadadı xisləti.
Girəvə tapan kimi,
Ağlatdı bu milləti.Düşmənlərə tanışdı,
Bu millətin qeyrəti.
Heç bilmirəm o gecə,
Niyə verdik fürsəti.Hələ meydan sulayır,
Qarabağda erməni.
Dünya hələ göz yumur,
Dəstəkləyir düşməni.Eşitsin, bilsin aləm,
Bizimkidi Qarabağ.
Yadlara qala bilməz,
O dağ- dərə, bağça- bağ.İndi bir nəfər kimi,
Qalxmalıyıq ayağa.
Dönməliyik təzədən,
O torpağa, o dağa.Xocalı gedən gündən,
Ayrılıbdı dağ, aran.
Şəhidlərin ruhudu,
Hər gün bizi çağıran.Xocalının qisasın,
Almalıyıq yağıdan.
Tələsin ey igidlər,
Yerdə qalmasın bu qan.Bizimdi o dağ-dərə,
O torpaqlar bizimdi.
Qarabağ beşiyimiz,
O yaylaqlar bizimdi.Axı necə barışaq,
O qarı düşmənlə biz.
Hələ də qan ağlayır,
Ürəyimiz, qəlbimiz.Atılaq son savaşa,
Torpağı alaq geri.
Yolumuzu gözləyir,
Vətənin cənnət yeri.Ava Vətən çağırır,
Gəlin səfərbər olaq.
Yumruq kimi birləşək,
Düşməndən qisas alaq.Torpaq ata yurdudu,
Yurddan axı pay olmaz.
Xocalını almasaq,
Yurd bizi bağışlamaz.Əzizim qara bağla,
Loğman ol, yara bağla.
Xocalı deyib hər gün,
Ağla gözlərim, ağla. -
Əziz MUSA.Həyatı və Yaradıcılığı
Əziz Musa ( Musayev Əziz Həsən oğlu) 1951-ci ildə Cəbrayıl rayonunda anadan olub.İbtidai və orta təhsilini Cəbrayıl rayon Maksim Qorki adına orta məktəbdə alıb.1968-1972-ci illərdə Gəncə Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib.1972-ci ildə dövri mətbuatda Əziz Musa imzası ilə çıxış edir.Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvüdür.Qırxa qədər kitabın müəllifidir.Şeirləri “Azərbaycan”, “Ulduz” jurnallarında, “Ədəbiyyat”, “Azərbaycan Gəncləri”, “Respublika Gəncləri”, “Kommunist”, “İlham Çeşməsi” və s. qəzetlərdə dərc olunub.
2012-ci il oktyabr ayının 6-da “Ziyalı Ocağı” İctimai Birliyinin Birinci Qurultatında “Ziyalı Ocağı” İctimai Birliyinin elektron orqanı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Redaksiya, Yaradıcı, Nümayəndə Heyətlərinin üzvü, “Qarabağ bölgəsinin ədəbiyyatı” bölməsinin Redaktoru seçilmişdir.
Pedaqogika üzrə fəlsəfə doktorudur.”Azərbaycan” Nəşriyyatında “İlham Çeşməsi” qəzetinin təsisçisi və baş redaktorudur.Qarabağ müharibəsi veteranıdır.ANAMIN ŞƏKLİ
Şəklini asmışam başımın üstən,
Hər gecə anama layla çalıram.
Qara saçlarıma çoxdan düşüb dən,
Onun xəyalıyla nəfəs alıram.Baxıram şəklinə mən səhər, axşam,
Qəlbimə bir həsrət yağışı yağır,
Sönüb yollarıma nur saçan bir şam,
Onun yoxluğunun nisgili ağır,Bu payız nə yaman qüssəli gəldi,
Ayrılıq gətirdi durna qatarı.
Ömrümə, günümə qəm fəsli gəldi,
Səpdi zirvələrə ağappaq qarı.Durna qatarına qoşuldu anam,
Qəlbimi yandırdı bu köç harayı.
Vida nəğməsini oxudu sonam,
Dağıldı məhəbbət, sevgi sarayı.Daha göz yaşına öyrənmişəm mən,
Səslərin içindən səs eşidirəm.
Diksinib yuxudan qalxıram hərdən,
Canımdan, ruhumdan ayrı düşürəm.Hər gün gözləyərdi yolumu mənim,
Hər gün ötürərdi evdən çıxanda,
Daha soruşan yox halımı mənim,
Gözlərim yaşarır şəklə baxanda.CANIM QARDAŞ
Babam yoxdu, nənəm yoxdu,
Atam öldü, nənəm köçdü.
Canım qardaş, bu nə dərddi,
Həsrət gəlib bizi seçdi.Əmim hanı, dayım hanı?
Itib, batdı karvanımız.
Biz yaşda adam qalmayıb,
Can üstəyik qalanımız.Itirdik çox doğmaları,
Qəm gətirdi aylar, illər.
Azaldı dostların sayı,
Hanı o obalar, ellər?Vətəni, yurdu sevənlər,
Axıradək döyüşdülər.
Dünən doğulan uşaqlar,
Təzə sevdaya düşdülər.Yaddan çıxır yurd yerləri,
Indi hamı bakılıdı,
Hardasan ay yurd yiyəsi?
Bu gecə bir qurd uladı.Kim qarğıdı Qarabağa,
Yolumuzu duman aldı.
Doğma yurda qayıtmağa,
Qardaş, gör kimimiz qaldi? -
Əziz MUSA.Yeni şeirlər
DARIXDIM
Darıxdım, darıxdım, yaman darıxdım,
Sənsiz hər bir anım əzabla keçdi.
Səni həsrət ilə gəzdim, aradım,
Gördüm ki, sən yoxsan, bu həyat heçdi.Daha mənim deyil, ürəyim, canım,
Sevgi bir aləmdi, bir möcüzədi.
Sənsən ömrüm, günüm, sənsən həyatım,
Indi mən bilmişəm sənsizlik nədi.Üstümə yeridi dünyanın qəmi,
Saldı dərdə, qəmə ayrılıq məni.
Yummadım gözümü səhərə kimi,
Ruhumu üşütdü gözümün çəni.Allahın bəlası, sən nə imişsən,
Canımı almısan bircə baxışla.
Indi taleyimin sahibi sənsən,
Sənə zalım desəm, məni bağışla.Gəl ceyran balası, gəl canımı al,
Sənsiz ömrün, günün mənası yoxdu.
Sən mənim tacım ol, tacidarım ol,
Həsrətin, hicranın cəfası çoxdu.MƏNİM İSTƏDİYİM
Mən də bu dünyanın bir bəndəsiyəm,
Azadlıq aşiqi, haqqın səsiyəm,
Axı nə günahın mən yiyəsiyəm,
Yollarım, izlərim dumandı, çəndi.Sözüm sərhədləri adlaya bilmir,
Ahım fələkləri odlaya bilmir.
Gözlərim sevınmir, ürəyim gülmür,
Yurd, yuvam dağıldı, ocağım söndü.Ayrılıq gələndən ömür calaqdı,
Dərd-qəm sinəm üstə qalaq-qalaqdı.
Gözlərim dərd süzən qoşa bulaqdı,
Unuda bilmirəm o doğma kəndi.Insan qərib yerdə olmaz bəxtiyar,
Hər şeydən əzizdi bu doğma diyar.
Mənim bu dünyadan bir umacağım var,
Mənim istədiyim yurddu,Vətəndi. -
Debat: Nurlana BEYBUDOVA ( Naxçıvan Muxtar Respublikası).Yeni şeir
Beybudova Nurlana Bidadi qızı 1989-cu ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub.1996-cı ildə Bakı şəhəri 102 saylı orta məktəbin birinci sinfinə daxil olub.2007-ci ildə həmin məktəbi bitirib.2007-2011-ci illərdə Bakı Dövlət Universitetinin “Şərqşünaslıq” fakültəsində ali təhsil alıb.Hal-hazırda Naxçıvan Dövlət Universitetində magistr təhsili almaqdadır.
Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir.Dövri mətbuat səhifələrində şeirləri dərc olunub.”Ziyalı Ocağı” İctimai Birliyinin üzvüdür.Şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə olunub.Ədəbi-bədii yaradıcılığını davam etdirməkdədir.
Gənc yazar Nurlana Beybudova həm orta məktəbdə, həm də ali məktəbdə təhsilini davam etdirən zaman bütün tədbirlərdə fəal iştirak edib.Əksər tədbirlərin aparıcısı, ssenari tərtibçisi olub.Dünyanın müxtəlif ölkələrinin dövlət başçılarının Naxçıvan Muxtar Respublikasına səfəri zamanı qonaqlara həm Naxçıvan Muxtar Respublikası, həm də Naxçıvan Dövlət Universiteti haqqında bilgiləri qonaqların nəzərinə çatdırıb.Naxçıvan Televiziyası gənc yazar Nurlana Beybudva haqqında çəkilişlər lentə alıb göstərir.Artıq iki ildir ki, ardıcıl olaraq “İlin ən yaxşı magistrantı” seçilir.Fəxri diplomlar və sertifikatlarla təmin olunub.
2012-ci il oktyabrın 6-da “Ziyalı Ocağı” İctimai Birliyinin Birinci Qurultayında “Ziyalı Ocağı” İctimai Birliyinin elektron orqanı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Redaksiya, Yaradıcı, Nümayəndə Heyətlərinin üzvü, “Naxçıvan Muxtar Respublikasının ədəbiyyatı” bölməsinin Redaktoru seçilmişdirBu gün ən müqəddəs gündür, Anacan,
Sənin doğum günün mənimçün bayram.
Ürəyim sevinclə döyünür bu an,
Cismimi yaşadan ürəksən -ANA
Qəlbimdə ən ülvi diləksən -ANASənsiz hər bir anım hədərdir, hədər
Sənli günlərimsə cənnətə bənzər
Bir quru baxışın dünyayə dəyər
Mənimçün həyatda sən təksən-ANA
Cismimi yaşadan ürəksən -ANANeynirəm dünyanın varın dövlətin
Mənasız yaşamın, şanın-şöhrətin
Hər şeydən üstündür mənə diqqətin
Hər zaman sən mənə gərəksən -ANA
Cismimi yaşadan ürəksən -ANASəninlə həyatım mənalı keçər
Yanında kədərim sevincə dönər
Hər an yanımda ol-mənə bəs edər
Qəlbimdə pak arzu-istəksən -ANA
Cismimi yaşadan ürəksən -ANAHikmətli sözünlə dolmuş yaddaşım
Həm anam olmusan, həm də sirdaşım
Yaşarsam olarsa əgər yüz yaşım
Yenə də sən mənə gərəksən-ANA
Cismimi yaşadan ürəksən -ANAEy ilahi varlıq, müqəddəs insan
Daim mənim üçün oldun pasiban
Mələktək yaratmış səni yaradan
Olmaz sənə bənzər bir mələk-ANA
Ad günün mübarək, mübarək-ANA -
İlahə BAYANADUR.Yeni şeirlər
Fələk qoymayır neyləyim?
Dərd əlində qaldı yaxam,
Namərdə neynim, neyləyim.
Yıxıldım, istədim qalxam,
Fələk qoymayır neyləyim?Qoymayır gözümü açam,
Dərddən baş götürüb qaçam,
Şad günə elə möhtacam,
Fələk qoymayır neyləyim?Güllü yazım gəldi qara,
Rast gəldim borana, qara,
Həsrətəm o şux nigara,
Fələk qoymayır neyləyim?İlahəyəm, sızlar sacam,
Qiymətli almazdan tacam.
Şad günə elə möhtacam,
Fələk qoymayır neyləyim?Yorulmuşam, yollar uzun…
Nə olacaq, olsun-bitsin,
Cəzam nədir, çəkim getsin.
Günahlar gözümdən itsin,
Yorulmuşam, yollar uzun.Istəmirəm qəmlər üzsün,
Mən çəkdirim, o da dözsün.
Inciyib dodağın büzsün,
Yorulmuşam, yollar uzun.Çeşmə axır gözlərimdən,
Daş asılıb sözlərimdən,
Taqət gedib dizlərimdən,
Yorulmuşam, yollar uzun.Qarşı dağın dumanı bol,
Yürüdükcə uzanır yol,
Dərilmədin vədəsiz sol,
Yorulmuşam, yollar uzun.Mən unutdum, sən də unut…
Göz yaşlarını sil, qurut.
Mənim kimi sözünü tut,
Yorulmuşam, yollar uzun.
Yorulmuşam, yollar uzun.Harda qaldın
Nəyə lazım bundan sona axıtdığın göz yaşı,
Harda qaldın, gəlmədin, yandı bağrımın başı.
Əlindəcə cismimi, ölmüş ruhumu daşı,
Harda qaldın, gəlmədin, yandı bağrımın başı.Əhdə dönük vəfasızı tanımayıb sevmişdim,
Könül həməmi bilib, könül dostu seçmişdim.
Ürək bir, seçdiyi bir, ilqarı bir demişdim,
Harda qaldın, gəlmədin, yandı bağrımın başı.Neynəyim ki, uduzdum… Mən bu oyunda naşı…
Siləmməzsən qəlbimdən eşqin dadın, ha qaşı.
Qınamayın əbəsdi mənim təki külbaşı,
Harda qaldın, gəlmədin, yandı bağrımın başı. -
Xəzangül HÜSEYNOVA.Yeni şeir
Ulu Öndərə -Heydər Əliyevə
Hər an səni ana-ana,
Göy üzünə boylana-boylana
qana-qana,
yana-yana,
ha çalışdım,
Ha vuruşdum,
Səni olduğun kimi,
Göy oğlu tək doğulduğum kimi,
öyəmmədim..
Sən Tanrının adısan,
Torpağımın odusan deyəmmədim.
adı naməlum planet planet kimi
kəşf olunmamış möcüzəydin
yaxın düşmək olmurdu orbitinə
mat qalmışdım sənə.
cazibən kimi dəf etməndə.
Qəzəbin tək əfv etməndə,
İlahidi…
Hamısı Tanrı fövqündə,
Göydən gələn səsdə, ündə..
Sən tanrı fövqündə olan insan,
Öndər kimi, Odər kimi qalan insan.
Sən Göydə, mən Yerdə,
Düşmüşəm çarəsi olmayan dərdə.
Şüurum orbitin ətrafında,
Dolaşa-dolaşa,
Sənə olan məhəbbətim
ürəyimdə daşa-daşa
Döndüm orbitin önündə peykə,
Elə fırlana-fırlana
Çevrildim kütləsi olmayan Yükə.
Səni öyəmmədim.
Səni öymək üçün Yer dili köməyimə gəlmədi.
Yer dili səni səm tək,
Bir həqiqət, bir gerçək,
Bir düha tək,
Ər içində ər tək-vəsf eliyə bilmədi..
Üzümü tutdum Göyə,
Göy dili deyə-deyə kömək dilədim.
Göydən Yerə nur ələndi,
Adın nura bələndi.
Nura qərq olundu yolum, izim, özüm
Göydən bir ün eşitdim
“Vəla hövlə,vəla qüvvətə illa billahil,əliyil əzim”
Sən Tanrı fövqündə olan insan!
Sən yaddaşlarda-Ün,Ey, Od, Ər-
Uca Həqiqətin işığı=
HEYDƏR kimi qalan insan.. -
Elşən BABAYEV.Yeni şeirlər
BU ACI HƏSRƏTƏ DÖZMƏLİYƏM MƏN
Ayrılıq zamanı yetib, sevgilim,
Sabah yola düşüb getməliyəm mən.
Gözlərim dolubdur artıq, sevgilim,
Bu acı həsrətə dözməliyəm mən.Ailəm bir yanadır, sənsə bir yana,
Bağışla məcburam tək gedirəm mən.
İnşallah gələcəm doğma məkana,
İndi bu həsrətə dözməliyəm mən.İndi son gecəmdə sən ol yanımda,
Son dəfə baxaraq gülümsə mənə.
İndi son gecədə söylə Sevirəm,
Bir daha həsrətlə gözləyərəm mən.Mən çıxıb gedirəm əsla unutma,
Mən yoxkən gülümsə, əsla ağlama.
Ağlayıb qəlbimi əsla dağlama,
Döz bu həsrətə, dözməliyəm mən.Sevirəm, Sevirəm, Sevirəm Səni,
Bağışla tək qoydum o kövrək qəlbi.
Səni düşünürək açıb səhəri,
Böyük bir ümidlə gedirəm əsgər.ONSUZ DA BU CİSMİN YAŞAMAYIR Kİ
Əzab ver, acı ver düşünmə,
Bu qəlbim olubdur yaşamayır ki…
Al silahı, çək tətiyi vur məni,
Onsuz da bu cismin yaşamayır ki…İstər ağlat məni, istərsən güldür,
Onsuz da gülüşüm duyulmayır ki…
İstər həyatımdan çıx get əbədi,
Birgəlik heç mənə yaraşmayır ki…Düşünmə mən sənsiz nə hallardayam,
Bu mənim həyatm sənin deyil ki.
Mən indi mümkünsüz xəyallardayam,
Sənli xəyallarım gerçək deyil ki.Yanımda olanlar heç getməzdilər,
Bəs niyə gələnlər ani gedir ki?!
Dünən sağ, solumda gördüklərim də,
Bəs indi nə üçün görünməyir ki?! -
Firdovsi CƏFƏRXAN.Həyatı və Yaradıcılığı
TƏRCÜMEYİ – HAL
Firdovsi Cəfərxan (Firdovsi Cəfərxan oğlu Kazımov) 1955-ci ilin mart ayının 25-də Zəngəzur mahalının Qubadlı rayonunun Yuxarı Mollu kəndində anadan olmuşdur. Rusiya Federasiyasının Krasnodar Politexnik İnstitutunun Texnologiya və Dərbənd Humanitar İnstitutunun Filologiya fakültəsini bitirmişdir. Müəyyən vəzifələrdə çalışmışdır. Hal hazırda “Yeganə Yol” Beynəlxalq, ictimai, siyasi, hüquqi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktorudur. Yüzlərlə lirik, publisistik və ictimai-siyasi məqalələrin müəllifidir. “Səndən qalan bir sevgidir” şeirlər kitabı, “Hardan gəldi bu sevda” povesti, “Ölmə…ölsən, məni də götür”, “Taleyimdən qorxuram” romanları, “Dil açıb dillənən könlüm” və “Bir ömür yetməz” adlı şeirlər kitabları işıq üzü görmüşdür. “İnsanlıqdan keçən yol” adlı elmi-publisistik külliyyatı isə oxucularla növbəti görüşüdür. AJB-nin üzvüdür, “Qızıl qələm”, “İti qələm”, “Vicdanlı qələm”, Nizami Gəncəvi adına “Bəşəri sərvət” və bir çox başqa media mükafatlarına layiq görülmüşdür.
BİR SEVDA SORAĞINA
O gün ki gəlmiş idim
Bir sevda sorağına,
Dedim, bəlkə, yazarsan
Qismətin varağına.
Görməmiş deyildin sən
Kövrəlib, dolmağımı.
Aram-aram süzülən,
Çağlayan bulağımı.
Od alan baxışından
Nəfəsim tutulmuşdu,
Ürəyim həyəcandan
Susmaqla qurtulmuşdu.
Eşq odunda hazırdım,
Yanım pərvanə kimi.
Baş götürüb dünyadan
Qaçım divanə kimi.
Bu sevdaya baxırdım
Varım, həm yoxum kimi,
Şum altında bəslənən,
Cücərən toxum kimi.
Qisməti yazan yazsın,
Biz axı nə karəyik?!
Yazan inanma, pozsun,
Pozsa da, biçarəyik.
Qədər belə tuş oldu
Dəli-dolu bir yelə.
Dərdi alıb çiynimə
Dolaşdım eldən-elə.
Beləcə gəlib çatdım
Qışın oğlan çağına.
Meyvələrin don vurmuş
Bir qəribin bağına.
Məni yandırıb yaxdı,
Qəlbimin sönməz ahı,
Bilə bilmədim nəymiş,
Bu sevdanin günahı.
Düşündüm, çətin dönəm
Bir də ötən çağlara,
Bu üzdən mən üz tutdum
Başı qarlı dağlara.BİR ÖMÜR YETMƏZ
Neçə qışı, neçə yazı keçmişəm,
Əldə dəryaz neçə zəmi biçmişəm,
Buz bulaqdan doyunca su içmişəm,
Ölsəm belə bu sevda yenə bitməz,
Səni sevməyimə bir ömür yetməz.Bu çöllərdə xəzan oldum, yel oldum,
Dərələrdə coşub-daşan sel oldum,
Yurd yerindən perik düşmüş el oldum,
Düşündüm ki, ürək dözər, ya dözməz?!
Səni sevməyimə bir ömür yetməz.Qismətimi aramaqda dirəndim,
Sonu bitməz həsrətimə bələndim,
Bulud olub, hər an dolub, ələndim,
İllər məni dəli edər, ya etməz?!
Səni sevməyimə bir ömür yetməz.O vaxt ki, həyatda tənhaydım, təkdim,
Qəlbində bir kədər toxumu əkdim.
Dərdin piyaləsin başıma çəkdim.
Bu sevda başımdan gedər, ya getməz?!
Səni sevməyimə bir ömür yetməz.Firdovsi, şeh düşüb çəmənə, çölə,
Ahular qayıdır əvvəlki gölə.
Tənha bir qu üzür, qorxuram ölə.
Duman bu dağlardan ötər, ya ötməz?!
Səni sevməyimə bir ömür yetməz.XANIMLAR XANIMI
Boylanan üfüqdən, sökülən dandan,
Bir şir ürəklidən, bir təmiz qandan,
Eylədi seçimin Ulu Yaradan,
Xanımlar xanımı Zərifə xanım.Gəlmədin heç zaman bir sözə, dilə,
Bənzərdin bənzərsiz zərif bir gülə,
Yetişdin sevdalı şeyda bülbülə,
Xanımlar xanımı Zərifə xanım.Əsərdi küləklər aramsız, sərin,
İdrakın, kamalın dərindən, dərin,
Insanlığa layiq uğur, zəfərin,
Xanımlar xanımı Zərifə xanım.Əvəzsiz yar idin, əvəzsiz ana,
Aləm bir yanaydı, ailən bir yana,
Heydər həyatıyla bağlıydı sana,
Xanımlar xanımı Zərifə xanım.Sən bir arxa idin dədə Heydərə,
Qoymazdın, şmrünü versin hədərə,
Qaneydin verilən qismət-qədərə,
Xanımlar xanımı Zərifə xanım.Döyünən ürəyin, yaşayan canın,
Damarda çamlayan, kükrəyən qanın,
Taleyin jlmuşdu Azərbaycanın,
Xanımlar xanımı Zərifə xanım.Şmründən, günündən hey itirərdin,
Əzilmiş qəlblərdə gül bitirərdin,
Tutulmuş gözlərə nur gətirərdin,
Xanımlar xanımı Zərifə xanım.Analar anası, borcluyuq sana,
Övlad böyütdünüz layiq vətənə,
Vətənin əbədi Prezidentinə,
Xanımlar xanımı Zərifə xanım.Xalqın alqışıyla kükrədiz, coşduz,
Nurlu sabahlara nəğmələr qoşduz,
Haqqın dərgahında haqqa qovuşduz,
Xanımlar xanımı Zərifə xanım.SƏNDƏN SONRA
Dünya gözümdə ələndi,
Kədər ömrümə bələndi,
Könlüm dil açıb dilləndi,
Səndən sonra, səndən sonra.Güllü-çiçəkli yaz idi,
Kədərim, qəmim az idi,
Sənsiz ömrüm çox nazildi,
Səndən sonra, səndən sonra.Dağları duman, qar alıb,
Həsrət içimdə yurd salıb,
Səbrim tükənib, daralıb,
Səndən sonra, səndən sonra.Ölüm sanki bir çapardı,
Məni yox, səni apardı,
Ahlar qəlbimi qopardı,
Səndən sonra, səndən sonra.İlləri yola salmışam,
Tənha, sərgərdan qalmışam,
Bilsən, necə qocalmışam,
Səndən sonra, səndən sonra. -
Firdovsi CƏFƏRXAN.Yeni şeirlər
AY ANA
N tez tükəndin, bitdin,
Dünyamdan köçüb getdin,
Mənipərişan etdin,
Ana, ana, ay ana!Bizə verdiklərini,
Əkib, biçdiklərini,
Gördük çəkdiklərini,
Ana, ana, ay ana!Fələk çatdı dadına,
Yetişdin muradına,
Qovuşdunmu yarına,
Ana, ana, ay ana!Burdan bir el ötürdü,
Məndən namə götürdü,
Görən , sənə yetirdi?!
Ana, ana, ay ana!Qurban sənin adına,
Düşürəmmi yadına?
Gəl, yetiş fəryadıma,
Ana, ana, ay ana!AZƏRBAYCANIM
Uzaq əsrlərdən, illərdən bəri,
Bəxş etdin cahana neçə ərləri.
Səninlə fəxr edir Turan elləri,
Sığmayır dünyaya şöhrətin, şanın,
Mənim ana yurdum, Azərbaycanım!Bir oddan, atəşdən sən doğulmusan,
İlahi sevgiylə hey yoğrulmusan,
Türkün mərd, qeyrətli, ölməz oğlusan,
Dünyaya bəllidir müstəqil adın,
Mənim ana yurdum, Azərbaycanım!Usanma heç zaman, sən axtar, ara,
Düşünüb dərdinə tapginən çara,
Sinəni dəliblər, ediblər yara…
Dayanmır damarda çağlayan qanım,
Mənim ana yurdum, Azərbaycanım!Bir daha enməsin məğrur bayrağın!
Aləmə nur saçsın şmür çırağın!
Qoy eşitsin, bilsin düşmənin, yağın,
Sənə bir sipərdi, qurbandı canım,
Mənim ana yurdum, Azərbaycanım!QALX AYAĞA, AZƏRBAYCAN ÖVLADI!
Qürurumuz, təpərimiz, de, hanı?!
Yerdə qalıb neçə şəhidin qanı,
Sipər edib düşmənə şirin canı,
Qalx ayağa, Azərbaycan övladı?!Mübarizdən dərs almırıq, niyə biz?!
Dirənib boğaza Vətən dərdimiz,
Daha bəsdir, tükənibdir səbrimiz,
Qalx ayağa, Azərbaycan övladı?!İstər düşməninlə üz-üzə dayan,
Qatlayıb dizini diz-dizə dayan,
İstərsə, ölümlə göz-gözə dayan,
Qalx ayağa, Azərbaycan övladı?!Cəngi çaldır, cuşa gəlsin ərənlər,
Qorxusundan muma dönsün görənlər,
Qoy dərs alsın sinəsini gərənlər,
Qalx ayağa, Azərbaycan övladı?!Xalq gözləyir, deyəsən son sözünü,
Düşməninin çıxarasan gözünü,
Bu savaşda göstər bir də özünü,
Qalx ayağa, Azərbaycan övladı?!Cihada qalx, bu gün beyət günüdü,
Bu günkü gün Türkün niyyət günüdü,
Yetər artıq, namus, qeyrət günüdü,
Qalx ayağa, Azərbaycan övladı?! -
Qafqaz ƏVƏZOĞLU.Yeni şeirlər
AĞLADI
Gözlədim, gəlmədin, görüş yerimiz,
Halıma mükəddər oldu, ağladı!
Sənin görüşünə tələsən güllər,
Əlimdə saralıb-soldu, ağladı!Bükdü qamətimi, əydi bu halət,
Gəldiyin yollar da çəkdi xəcalət.
Məhəbbət yanğılı bir dəli həsrət,
Qolların boynuma saldı, ağladı!Nə bilim bu imiş yaxınlığımız,
Bir eşqin oduna yaxındığımız.
Bir vaxt qucağına sığındığımız,
Söyüdlər saçını yoldu, ağladı!A Qafqaz, bu necə taledi, baxtdı?
Ahım göyləri də yandırıb-yaxdı.
Şimşəklər oynadı, ildırım çaxdı,
Buludlar hönkürüb doldu, ağladı!Dağlar
Bu “Novruz”da gəldi-getdi,
Gələmmədim sizə, dağlar!
Ah çəkməkdən içim yandı,
Döndüm oda, közə, dağlar!Fitnə saldı yağılarım,
Getdi əldən yaylaxlarım…
Hanı sənli o çağlarım,
Kim gətirdi gözə, dağlar?!Qaçdı getdi “igidlərin”,
Qabağından gör kimlərin?!
Ağır-ağır o ellərin,
Dağılıbdır düzə, dağlar!Hey kor olan gözümüzdü.
Qeyrət quru sözümüzdü.
Lap əvvəldən özümüzdü,
Balta vuran bizə, dağlar!Qafqaz kimi pərişan yox,
Yanan çoxdur, alışan yox.
Çağırıram, toplaşan yox,
Durub düşək izə, dağlar!!VAXTIDI
Ətəyini çırmalayıb getdi qış,
Düzdə mehin dağda çənin vaxtıdı.
Danaqıran yal-yamacı bürüyüb,
Karlı oğlan, yüz pencənin vaxtıdı.Gün əridir zirvələrdə sal buzu,
Yal-yamacdan şaqqıldayıb axır su.
El yığışıb yola saldı “Novruz”u,
Al fidanın, tər qönçənin vaxtıdı.Silkələnib çöllər açdı qırışın,
Yedik getdi kətəsini çirişin.
Çərtib çıxan quzqulağın, keşnişin,
Kəkoğlunun, mərövcənin vaxtıdı.Əvəzoğlu, çıx dağlarla görüşə,
Hər tərəfdən ətir saçır bənövşə…
Göy çəməndə yan verməyə bir döşə,
Mütəkkənin, döşəkçənin vaxtıdı! -
Rafiq ODAY.Yeni şeirlər
ÇAT GÖRÜM
Haqq danışan dilə, qardaş, nə divan,
Nədi Göygöl, nədi Göyçə, nədi Van?
Araz olub vüsalına nərdivan,
Oğulsansa, bircə addım at görüm.Nə vecinə, kim alışa, kim yana,
Bir ah çəkdim az qaldı ki, sim yana,
Könül versən Mıkırtıca, Semyona,
Min il belə istəyinə çat görüm.Bu dərd vaxtsız saçlarıma qar salar,
Söz var, desəm, ürəkləri qarsalar,
Araz axar damarımdan yarsalar,
Bu zülümlə Savalanda yat görüm.Çətin bir də hicran bizdən gen düşə,
Könül gülə, arzulara gün düşə,
Gözləmə ki, ay dolana, gün düşə…
Çalış özün günü-günü qat görüm.DÜNYANIN DƏRDINI DAŞIDIN…
Xeyirxah insan, təmannasız cərrah, M.Arazın və
bütövlükdə Azərbaycan poeziyasının yaxın dostu Hacı Cəfər həkiməBircə yol şöhrətə, şana uymadın,
Bir bölük dərd yatır sinənin üstə.
Dünya bax beləcə namərd dünyadı,
Çəkir qılıncını enənin üstə.Çoxuna bu dünya sirli, müəmma,
Çoxuna yüyənsiz, yəhərsiz oldu.
Dünyanın dərdini daşıdın, amma,
Dünya dərdlərindən xəbərsiz oldu.Mizan-tərəzisən əyriyə, düzə,
Hərə bir gözündə ələnib gedir.
Haçandı qarışıb gecən-gündüzə,
Hər anın min dərdə bələnib gedir.Adın milyonların ümid nöqtəsi,
Ünvanın çoxuna qibləgah oldu.
Atadan, anadan, qardaşdan öncə,
Çoxunun dərdindən sən agah oldun.Güvəndin həmişə öz adına sən,
Seçmədin uzağı yaxınlarından.
Son anda yetişdin imdadına sən,
Sənə xoflu-xoflu baxanların da.Xəbis tab gətirməz bu böyüklüyə,
Içini, çölünü didər kin, ağlar.
Səninsə sübhədək yuxularında,
Milyon qaçqın ağlar, didərgin ağlar.Bir qismi cənabdı, bir qismi paşa,
Bir qismi ivançı bu məmləkətin.
Yaşaya bilirsən oğlu ol, yaşa,
Oğrusu divançı bu məmləkətin.Yaşaya bilirsən, di, buyur yaşa,
Bu qədər ah, nalə, fəğan içində.
Neçə nakam ömür vurulur başa,
Hər gün göz yaşları və qan içində.Çoxunun kürsüsü ah-nalə üstə,
Çoxunun taxt-tacı qan üstündədi.
Üz tutub tanrıdan bir nicat istə,
Istə ki, məmləkət can üstündədi.Nadana əyilən qəddin yox sənin,
Dosta baş verməyə hazır görmüşəm.
Qəlbin geniş olub, gözün tox sənin,
Səni öz nəfsinə nazir görmüşəm.Sarsılma, ruhunu sarmasın kədər,
Qoluna, dizinə köməklərik biz.
Haqq üçün dünyanın sonuna qədər,
Düşüb dizin-dizin iməklərik biz.Min karvan yolu var qaşının üstə,
Səni tanıyanlar bundan halıdı.
Bütün dostlarının başınan üstə,
Haqqın, ədalətin simvolu kimi
Sənin şəkillərin asılmalıdı.
1992-1993
HAVADAN AYRILIQ QOXUSU GƏLİRƏbəsmiş dayanmaq bu yağış altda,
Qismətim yenə də qəhər olacaq.
Göyün ulduzları yır-yığış altda,
Yəqin ki, bir azdan səhər olacaq.
Gecədi, birtəhər sovuşub gedir,
Qarşıdan səhərin qorxusu gəlir.
Özümü öyrədim ayrılıqlara,
Havadan ayrılıq qoxusu gəlir.Dan yeri ayrılıq doğdu bu səhər,
Bu sərsəm doğuşdan, qəfil doğuşdan
İçimə ayrılıq toxumu düşdü,
Bilmədim azımı, çoxumu düşdü.
Gözümdən süzülən göz yaşıdımı,
Yoxsa ki, bir əlçim yuxumu düşdü.
Bəlkə ona görə səkilərin də,
Otun da, daşın da, kol-kosların da.
Gecəni yatmayan bu «dostlar»ın da
Qapanır gözləri, yuxusu gəlir.
Özümü öyrədim ayrılıqlara,
Havadan ayrılıq qoxusu gəlir.Ağlaya bilmirəm ağac gözüylə,
Çiçək gülüşüylə gülə bilmirəm.
Nə məndən bir yolluq sağ qalan olmaz,
Nədəki, bir yolluq ölə bilmirəm.
Göz yaşım gözümdə donub haçandı,
Çətini hər şeyin sonunacandı.
Ölməyin, qalmağın sonu bəllisə,
Hər şeyin cilidi, donu bəllisə,
Bəs niyə hayana əl ətıramsa,
Əlimə hicranın yaxasa gəlir?
Özümü öyrədim ayrılıqlara,
Havadan ayrılıq qoxusu gəlir.Rafiq ODAY
TƏCNIS
Sinəmi bir atəş yandırıb yaxır,
Haçandı bir nazlı gözəldən düşüb.
O gündən günlərim saçım rəngində,
O gündən saçıma gözəl dən düşüb.Vəsf etdim hüsnünü gəlincə, gülüm,
Gəz sinəm üstündə gəl, incə, gülüm.
Dönüb bu yerlərə gəlincə, gülüm,
Baxıb görərəm ki, göz əldən düşüb.Vurula bildinsə dərdindən belə,
Xoş olar soysalar dərimdən belə.
Oday, bar-bəhrini dər indən belə,
Sevgi bağçasına gözəl dən düşüb. -
Saqif QARATORPAQ.Yeni şeirlər
***
İçimdən keçdi bu karvan.
İçimdən keçdi ağ dəvələr,
yanında köşəyi.
İçimdən keçdi Qaranər.
İçimdən keçdim,–
İçim səhra,
külək sovurar qumu,
tale deyilən bumu?!İçimdən keçdi bəyaz gecələr,
İçimdən keçdi ağ kəcavələr.
Göz yaşı, ağı.
Hər şey bitəndən sonra
qalan bir ağrı.
İçim səhra,
külək sovurar qumu,
tale deyilən bumu?!İçimdən keçdi qara bir kölgə,
İçimdən keçdi başıbəlalı bir ölkə,
Zavallı bir məmləkət,
balaca bir kənd,
bəlkə, bəlkə, bəlkə…
içimdən keçdi
Əmir Teymurun boğazlatdırdığı köşək,
külək, külək, külək.
İçim səhra,
Külək sovurar qumu,
Tale deyilən bumu,
Qismət deyilən bumu?!* * *
Doldurdum başımı qeybətlər ilə,
Boşaltdım içimi söhbətlər ilə.
Küçələr-kimsəsiz, yetim ürəyim,
Ürəyim-kimsəsiz, yetim küçələr.
Bilmirəm hayana gedim gecələr?Başladı bir qəfil, bir çisək yağış,
Mirvari damcılar süzüldü asta.
Biçarə şamların kirpiklərindən
Yudu sürməsini ağ fanarların.Axdı küçələrin yanaqlarına
…Buludlu, yağışlı, yalqız bir gecə
Nəmli, qanı qaçmış dodaqlarıynan
Ağlayır, yıxılıb ayaqlarıma.SINMIŞ BUDAĞIN AHI
Yolçular yollarında, kimsə səni eşitməz,
Keçib gedir gedənlər ürəyinin dalınca.
Yaraların qaynayıb, qaysaqlayıb bitişməz
Endikcə kövrəkliyə ayrılığın qılıncı.Düşmə biganələrin, düşmə ayaqlarına!
Dərdini dərdi bilib taleyinə acımaz.
Boylanıb xoşbəxtlərin zəfər bayraqlarına
İçin-için hıçqırıb taleyinə acıma!Göz yaşınla suvarma nifrətini içində,
Sevgilərin qədəmi qəzəbinə tuş olar.
Əriyib itərmisən şöhrətinin içində,
Tənhalığın yelləri şöhrət külü sovurar.Hisslərinin gözündə bakirəlik yağışı,
Yağdırma dönüklərin naməhrəm səhrasına!
Çırpılacaq qəbrinə bədxahların alqışı,
Yaxa yırtıb, üz cırıb gələcəklər yasına.Alındınmı alından, aldandınmı alına?
Nə yarın oldu yollar, nə yollar oldu yarı.
Sinən göz-göz tənədən, küsənərmi halına
Həsrətin pərvanəsi, qəmlərin qəmküsarı?* * *
Ovcuna bağlanan pul ha deyiləm,
Bu ağa dünyaya qul ha deyiləm.
Xoşbəxtliyə gedən yol ha deyiləm,
Yüyürüb sarılam ayaqlarına.Gileyim heç umu-küsüdən deyil,
Əllərim tərləyir-istidən deyil.
Məni öpüşlərin isidən deyil,
Baxıb aldanıram dodaqlarına.Sən ki, bu sevdada naşı deyilsən,
Gülsən, güllərin başı deyilsən.
Hayıf ki, gözümün yaşı deyilsən,
Necə axacaqsan yanaqlarıma?ETIRAF
Şəhid sevgilərin məzarı üstə
Baxıb qan qoxuyan çiçəklərinə
İnana bilmirəm ölmədiyimə.Sırtıq küçələrin döngələrində
Çılpaq nəğmələrin yataqlarına,
Boyalı, boyasız dodaqlarına
Boylananların
baxıb gözlərinin işartısına,
baxıb üzlərinin qışqırtısına,
ütülü, qardan ağ köynəklərinə,
inana bilmirəm ölmədiyimə.Sığınıb yağışda çətirlərinə
Öpüb xanımların əlcəklərindən
Ötürdüm bir axşam evlərinəcən.
baxıb gözlərinin dərinliyinə,
baxıb boynubükük ürəklərinə
inana bimirəm ölmədiyimə.Papaqlar başları aparıb gedir,
papaqlar başları qoparıb gedir,
düşüb ümidlərin ayaqlarına,
keçib tamahların nizələrinə.
Baxıb bu dünyanın adamlarına,
Baxıb gül libaslı ədalarına,
Bir də qana batmış ətəklərinə,
İnana bilmirəm ölmədiyimə!
İnana bilmirəm ölmədiyimə!* * *
Bu divarı tutub gedər
Bu kor, qurtaranacan.
Bu divarı tutub getdim
Bu gor qurtaranacan.Başımın üstündə bir əl,
Arzum qönçə, gülüm xəzəl.
Bu ocağın ahı gözəl
Bu gor qurtaranacan.Mən gülüncə gül tapılmaz.
Bircə ovuc kül tapılmaz.
Yolsuzluğa yol tapılmaz
Bu yol qurtaranacan.DURNA LƏLƏYI
Fələk yandırası bir ah qalmadı,
Günah eləməyə günah qalmadı.
Göz yaşı tökməyə torpaq qalmadı,
Dərdimi yazmağa durna lələyi.Əhdinə vəfalı bir yar tapılmaz,
Qanımı içməyə əğyar tapılmaz.
Başımı hörməyə divar tapılmaz,
Dərdimi yazmağa durna lələyi.Hayıf, məni məndən seçdi gözəllər.
Yoxsa mən gecikdim, köçdü gözəllər?
Qanlı köynəyimdən keçdi gözəllər,
Dərdimi yazmağa durna lələyi.Bu sürtük dövranın astarı çıxıb,
Yetimin əcaib dostları çıxıb.
Qəribə dilənçi postları çıxıb,
Dərdimi yazmağa durna lələyi.Bu qanlı qovğadan başım açıla!
Əsir ayağımın daşı açıla!
Heyhat! Şair olub makinaçılar!
Dərdimi yazmağa durna lələyi.Saqif, sağalası min-min yara var,
Yazırsan yaz belə: ağ var, qara var!
Bu qələm hələ çox çirnel aparar,
Dərdimi yazmağa durna lələyi!
Qəbrimi qazmağa durna lələyi!* * *
İçimdə heç nə yoxdu,
içimdə nəsə də var.
O əllər necə isti,
Bilirəm, nədir qəsdi.O gözlər necə doğma,
Girəcəklər yuxuma.O gözlər necə tanış,
Bir bakirə aldanış,
…içimdə heç nə yoxdu,
içimdə nəsə də var.BULAQDAN QAYIDAN QIZ
Hayıf ki, ürəyim sevgidən doyub,
Hayıf, hamı kimi mən də adamam.
Od alıb, əriyib, külə dönərdim
Əgər ağac olsam, əgər daş olsam.Əllərin titrəyir, gözlərin dolub,
Ürəyin xoş sözə, qılığa möhtac.
Daha keçən keçib, olanlar olub,–
Bizim dərdimizə tapılmaz əlac.Günahkar axtarma bu sevdada sən,
Qarğama taleyə, qarğama baxta.
Sən məni sözsüz də başa düşərsən,–
Qara bağlamışam əlimə çoxdan.Dincəldin, di yeri, dil açar yollar;
Hər şeyi yoluna qoyacaq zaman.
Əlləri xamırda gözləyir anan,
Mənim də bir azca yazım-pozum var.* * *
Bir ahın içində axıb gedirəm,
Yüyürüb gələn yox qışqırığıma.
Səsimə hay verən bir kimsə yoxdu,–
Bir deyən yoxdu ki, bir insan batır.
Ya mən yuxudayam, ya dünya yatır,–
Bir oyanan yoxdu hıçqırığıma.Gedənlər üzünü çevirib gedir,
Keçənlər baxırlar-görmürlər məni.
Unudub saatı, unudub günü
Adamlar harasa yüyürüb gedir.Baxıram, hər tərəf yamyaşıl sudu,
Baxıram, göy üzü elə mavi ki!
Həyat elə adi, elə adi ki,
Baxdım, gözlərimin yaşı qurudu. -
Bu gün Eldar Xanlaroğlunun doğum günüdür
Eldar Xanlaroğlu 1954-cü il may ayının 3-də Qubadlı rayonunun Göyərcik kəndində anadan olub.İbtidai və orta təhsilini Qara İlyasov adına Qubadlı şəhər məktəbində alıb.
1974-1977-ci illərdə ordu sıralarında hərbi xidmətdə olub.1977-1981-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda ali təhsil alıb.
Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir.Şeirləri və məqalələri “Mədəniyyət”, “Yeganə Yol”, “Sözün Sehri”, “Bərgüşad” qəzetlərində dərc olunub.
2008-ci ildə “And içirik” şeirlər kitabı işıq üzü görüb.Kitabın redaktoru Mədaxil Cavadlıdır.2012-ci ildə “Yurddalar və yaddaşlar” elmi-publisistik məqalələr kitabı nəşr olunub.Şeirləri və məqalələri dövri mətbuat səhifələrində dərc olunur.
1993-cü ildə məlim səbəblər üzündən Sumqayıt şəhərində qaçqın kimi məskunlaşmışdır.
1993-cü ildən Sumqayıt şəhər “28 may” adına mədəniyyət evində yerləşən Qubadlı rayon Mədəniyyət və Turizm idarəsində məsləhətçi işləyir.Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin üzvüdür.
Mədəniyyət və Turizm işçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi Eldar Göyərciklini Mədəniyyət və Turizm sahəsində əldə etdiyi uğurlara görə Fəxri fərmanla mükafatlandırmışdır.NOVRUZ
Quşlar elə bil ki, bəhsə düşüblər,
Dilsizi dillidən gözəl oxuyur.
Bir sətir şeirdi hər açan çiçək,
Küləklər titrədib qəzəl oxuyur.Göylərin payıdır uçub bir bahar,
Qışın əlindəncə qaçıb bu bahar,
Hamının dilini açıb bu bahar,
Üstəlik dillənib göz, əl oxuyur.Keçib çəmənlərdən, üz tutub dağa,
Üzlərdən, gözlərdən qəm yığa.
Zərrə fərq qoymayıb qaraya, ağa,
Bu bahar yol gedir, el-el oxuyur.DÜNYA
Kasıbın gözünü döndərib yaşa,
Varlının ürəyin çevirib daşa,
Bəzən namərdləri çıxarıb başa,
Mərdlərin xətrinə dəyəndi dünya.Biz ona bağlıyıq, o bizə bağlı,
Ağıllar alanmış sən demə ağlı,
Bəzən bəyənmədi bu ADƏM oğlu,
Amma ki, hamını bəyəndi dünya.Bir-bir, nəsil-nəsil düzüb bizləri,
Hərdən ağır-ağır süzüb bizləri,
Ömür ağacından üzüb bizləri,
Təzə nübar kimi yeyəndi dünya.Adına loğmandı, həkimdi dedik,
Əvvəlcədən öyünüb o kimdi dedik,
Sonradan cəlladdı, hakimdi dedik,
Bizə son sözünü deyəndi dünya -
Bugün Türkiyeli hanım yazar Gülten Ertürkün doğum günüdür
Gülten Sultan mahasıyla tanığımız Gülten Ertürk 1969 yılında Beypazarında doğdu.İlk, orta ve lise öğrenimini Beypazarında, yüksek öğrenimini de. Selçuk Ü. Eğt. Fak. Kız Sanat Eğit. Y.Okulunda birincilikle tamamladı.1991 yılından beri Beypazarı Kız Teknik ve Meslek Lisesinde Takı Tasarım öğretmenliği yapan şairin, şiire iligisi lise yıllarında başlamış, aldığı ödüller daha çok yazmaya teşvik etmiş ve şairi bu günlere taşımıştır.
Başanlı öğretmenliğinin yanı sıra Türkiyenin çeşitli yerlerinde sahne alan ERTÜRK, TRTnn çekimlerini Beypazarında gerçekleştirdiği “Son mektup” ve “Türkmen düğünü” dizilerinde rol alarak seslendirme yaptı.Beypazarı yöresine ait bir yiyecek olan Beypazarı Kursunun hikayesini senaryo olarak yazdı.Pek çok TV Programlarına konuk oldu.Kendisi de TV programları hazırladı ve sundu.Büyük organizasiyonlarda, festivallerde ve Uluslararası programlarda sunuculuk yaptı.Türkiyede yayınlanan muhtelif edebiyat, kültür, sanat ve fikir dergilerinde, gazetelerde yazı ve şiirleri yayımlandı.
Öğretmenlik meslekinde Takı Tasarımı alanında sanat eseri konumunda çalışmaları bulunan Gülten ERTÜRK, 2008 yılında öğrencilerine rehberlik ettiği bir proje yarışmasında Türkiye 2.liği Ödülünü aldı.
2010 yılında Türkiyede bir ilk olan şair ve programcıların katıldığı “1. Çukurova Şiir Okuma Yarışması” ında 2. oldu.
2012 yılı Eylül ayının 24-de Türkiye Yazarlar Birliği Temsilci Kurulu üyesi olarak ilk kez Bakü’ye sefer etdi.Həmin ziyaret çerçevesinde “Aydın Ocağı” Sosyal Birliğinin organizasyonu ile “Divan-ı Hikmet” de gerçekleştirilen muhteşem görüşmede 2011 yılında Ankara’da yayımlanan
“harflerin Dansı” (Assonans ve Aliterasyonlarla Şiirler) kitabından hediyeler etdi.Türkiyə Türkçesinde yazdığı şiirlerden okudu. “Aydın Ocağı” Sosyal Birliği Onursal üyesi seçildi.
Dünya Genç Türk Yazarlar Birliği üyesi, yetenekli Türk hanım yazar Gülten ƏRTÜRKün şiirleri Türkiye Türkçesinden Türkiye Türkçesine tercüme olunarak ilk defa olarak Azerbaycan’da “Aydın Ocağı” Sosyal Birliğinin yayın organı “Aydın Ocağı” dergisinde-dergisinde olunarak ışık yüzü gördü.Dünya Genç Türk Yazarlar Birliği
ve “Aydın Ocağı” Sosyal Birliği elektronik organı Azerbaycan Kültür ve Edebiyat portalına şiirleri yayınlandı.
2012 yılı Ekim ayının 6’sında “Aydın Ocağı” Sosyal Birliği elektronik organı Azerbaycan Kültür ve Edebiyat portalının Birinci Kurultayı’nda Azerbaycan’ın Kültür ve Edebiyat portalının yayın, Yaratıcı, Temsilci Heyetlerinin Fahri üyesi ve “Türkiye Edebiyatı” bölümünün Baş editörü seçilmiştir.
İkinci kitabı olan “Nerdesin Kırık Ayna”nın 2. baskısının gelirini Türkiye Gücsüzleri Vakfına bağışlayan şair;
İLESAM ( Türkiye İlim ve Edebiyat Eseri Sahipleri Meslek Birliği),
TURÇEV ( Turizm ve Çevre Gazetecileri kültür sanat komisyonu)
DGTYB (Dünya Genş Türk Yazarlar Birliği),
Yurd Yuva Derneği üyesdir.
Şiir Kitapları; “Paylaşılacak Duygular”, “Nerdesin Kırık Ayna2, 1. ve 2. Baskı, “Gönlümdün Damlalar” ve Milli Eğitim Bakanlığı Devlet kitapları çocuk serisi yayınlardan “Şiirlerle Kutlayalım”
Şiir Albümleri; “Yüregimdeki Duygulardan Merhaba”, “Gönül Gülteni”
Ders kitapları; “Basit Telkari Teknikleri”, İçi Bos (kutu) Tekniği”
Hikaye kitabı; “Beypazarı Kurusu”SEVER SENİ
Canımda can varsa, sağsam,
Bir öfkeyle dağları aşsam,
Gökten taş olup da yağsa,
Dolum yine sever seniHer sezon açıp Scholes da,
Bulut içine dolsa da,
Fırtına, boran olsam da,
Yelim yine sever seni.Özlemin beynimi yorsa,
Zaman hiç ötməyib dursa,
Dalgalar kıyıya vurursa,
Gönlüm yine sever seni.Baxılmadı genç yaşıma,
Üzüntü katıldı Asım.
Neler gelse de başıma,
Kolum yine sever seni.Cefa etse de çok zalim,
Fetvalar verse de alim,
Qalamasa da hiç macalım,
Halim yine sever seni -
Xəzangül HÜSEYNOVA.Həyatı və Yaradıcılığı
HƏYATI VƏ YARADICILIĞI
Xəzangül Hüseynova 1947-ci il dekabr ayının 17-də Gürcüstanın Bolnisi rayonunun Qırıqlı kəndində anadan olub.Orta təhsilini Baydar məktəbində “Qızıl medal” la bitirib.Gəncə Dövlət Universitetinin Kimya fakültəsini fərqlənmə diplomu ilə bitirib.
Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir.Dövri mətbuatda şeirləri dərc olunub.Şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə, rus, gürcü, rumu, iraq dillərinə tərcümə olunub.2008-ci ildən Türkiyə, Avrasiya Yazıçılar Birliyinin üzvüdür.
Yeddi şeirlər kitabının müəllifidir.Kimyadan vəsait kitabının müəllifidir.Kitabların biri 2000-ci ildə gürcü dilində İmir Məmmədlinin tərcüməsində, digəri isə 2008-ci ildə Türkiyənin Ankara şəhərində “Bengü” nəşriyyatında nəşr olunub.1994-cü ildən Yeni Azəbaycan Partiyasının üzvüdür.
Azərbaycanın istedadlı xanım yazarı Xəzangül Hüseynova 1971-ci ildən ailə həyatı qurduğu üçün Gəncə şəhərində ədəbi-bədii yaradıcılıqla məşğul olur.1973-cü ildən Gəncə şəhərində 43 saylı orta məktəbdə Kimya müəllimi, 1987-ci ildən 2012-ci ilə qədər direktoru kimi çalışmışdır.Hal-hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Kimya İnstitutunun dissertantıdır.”Məhəbbətin qənimi” mənzum pyesi Gəncə Dövlət Dram Teatrının repertuarındadır.ATATÜRKÜN MUZEYİNDƏ
Unudulmaz Atatürkün müqəddəs adı,solmayan siması heç zaman unudulmayacaq
Atatürkün muzeyində çaşmışam,
Lap ürəkdən çalxalanıb, coşmuşam
Bu heyrətdən heykəlləşən daşmışam
Türkiyənin atasıdır AtatürkAt üstündə Atatürküm atlanır,
Məmləkətin əzabına qatlanır
Vulkan kimi püskürərək odlanır
Arzusuna çatasıdır Atatürk.Can verirlər, qan verirlər bu yolda,
Vətən daşı təməl kimi qoyuldu.
Türkiyəmiz öndər oldu, sayıldı.
Düşmənlərin xatasıdı Atatürk.Gözləri də nur payladı elinə,
Aşiq oldu torpaq sözü dilinə,
Kim göz dikdi çəməninə, gülünə,
Divanını tutasıdı AtatürkBu könlümdə mərd içində mərd olub,
Yurd içində, yuva olub, yurd olub.
Dar günümdə boz qurd adlı qurd olub,
Çarəsini tapasıdı Atatürk.Türkümüzün tarixidi, köküdü,
Bu ellərin, madarıdı təkidi.
Ürəyinə sevgi kimi əkildi.
Hazangülün butasıdı AtatürkMart 2009
-
Gülten ERTÜRK (Gülyetn SULTAN) ( Türkiye, Ankara).”ANNEM” ( muhteşem şiir)
ANNEM
Karşlılıksız fedakarlıklar verdin.
Bizi gönülden, yürekden severdin.
Bizlere bakambilmekti tek derdin.
ANNEM, meleğim, sensin ilk sevgilim…Ac kalsan da yemedin, hep yederdin.
Kendin giymedin, hep geydirdin.
Sıcacık sevgini şevkatle verdin.
ANNEM, ak saclı başını seveyim…Ben hala senin gözünde bebeyim.
Yuva kurdum ben de senin gibiyim.
Benim de oldu üç tane bebeyim.
ANNEM, narın kıymetli mucehverim…Bilmem ki hakkını nasıl öderim?
Ver de canını, canımı vererim.
Her zaman hakkını helal et derim.
ANNEM, pamuk ellerini öpeyim… -
Teymur HƏBİBİ.Yeni şeirlər
MÜXƏMMƏS
Dərdimdən axıtdığın qanlı göz yaşa möhtacam.
Donmuş vücudum önümdə son baxışa möhtacam.
Ruhsuz bədənə ruhumu qaytarmağa möhtacam.
Gözlərimi qəm dünyasından açmağa möhtacam.
Sənsiz dünyamı səninlə yaşamağa möhtacam.Sərvi-xuraman1 yar, ənbər2 ləli-ləbə3 möhtacam,
Kövrək qəlbimi sakitləşdirən qəlbə möhtacam,
Üşüyən bədənimi isidən ələ möhtacam,
Hər zaman “türfə4 yarım” – dediyin dilə möhtacam,
Sənsiz dünyamı səninlə yaşamağa möhtacam.Hər gecə sevgimizə yağan yağışa möhtacam,
Yağışa nazla baxan xumar baxışa möhtacam,
Zülfündə5 damcıdan yaranan naxışa möhtacam,
Qəlbinin aynası ala gözə, qaşa möhtacam,
Sənsiz dünyamı səninlə yaşamağa möhtacam.Ləblə ləbə verdiyin busə6 paylara möhtacam,
Dilimə tam verdiyi gül yanaqlara möhtacam,
Həbibiyəm, Leylisiz Məcnuntək yara möhtacam,
Dünyam işıqlı olsa da, qəlbim qara, möhtacam,
Sənsiz dünyamı səninlə yaşamağa möhtacam.06.06.2004_Bakı
BİZ AD GÜNÜMÜZÜ BİR QEYD EDİRİK
Məhəbbət buludundan yağış yağır,
Sən, mən, bir də ki, narın yağan yağış.
Ya Rəbb, bu günümüz sanki bir nağıl,
Elə bil ki, nağıllarda gəzirik,
Biz ad günümüzü bir qeyd edirik.Yağsın yağış biz bir olana qədər,
Bizdən uzaq olsun ayrılıq, kədər,
Bu gecəyə qonaq gəlməsin səhər,
Səhərdən çox biz gecəni sevirik,
Biz ad günümüzü bir qeyd edirik.Biz tərəfə əsməsin dəli külək,
Əğyardan gətirməsin hiylə, kələk,
Biz isə həmin gecə sakitcə, tək,
Günümüzə xoş arzular deyirik,
Biz ad günümüzü bir qeyd edirik.Şərab da qoşulub sevincimizə,
Sağlıqlar söylətdirir dilimizə,
Təbriklər deyirik bir-birimizə,
Ürəyimiz doludur söyləyirik,
Biz ad günümüzü bir qeyd edirik.Eşqin təsirindən yandı qəlbimiz,
Gözlənilmədən də aşdı həddimiz,
Sonda da sarılıb öpüşərək biz,
Ehtirasdan da coşub sevişirik,
Biz ad günümüzü bir qeyd edirikSəhər açıldı, yuxudan oyandıq,
O günləri biz heç vaxt unutmarıq,
Həbibi dünyasından ayrılmarıq,
Çünki bu dünya dəryadır, bilirik,
Biz ad günümüzü bir qeyd edirik.09.07.2004_Bakı
İSMİ-TEYMUR
(Avtobioqrafik şeir)
İsmim Teymur, kiməm mən? – on yeddi yaşlı bir gənc,
Təxəllüsüm Həbibi, dərdlərim isə iyrənc.
Lap əzəldən bu sənətə olub mənim meylim,
Bədahətən çox gözələ şeir deyib dilim.
Sən demə, elə gözəllər varmış içi ilan,
Dilindəki zəhərlə çox oldu məni sancan.
Qara lent bağladı belə gözəl qələmimə,
Bu inamsız həyatda dərd artırdı dərdimə.
Dözülməz dərdimi “Kitabi-mehrim1” də yazdım,
Acı həyatımı hər bir misrada anlatdım.
Sevirəm gecəni, bir də sevgi yağışını,
Yağış altında baxan o nazlı baxışını.
Mənə həmdəm olur tənha küçə, tənha gecə,
Xatirələr beynimdə gəzir sakit, gizlicə.
Ay da öz işığını salır kövrək qəlbimə,
Ulduzlar da həmdəm olur həmin an dərdimə.
Şair olub bu qoca dünyadan köçəndə mən
Buludlar son dəfə göz yaşı töksün dərdimdən.
Mən öləndə məni qəlbində sevən ağlasın,
Dərdli Həbibi deyə o, məni xatırlasın.
Bu misramı, əziz oxucu, diqqətlə oxu!
Məzarım abidə olsun, bura gəlsin çoxu.
Hələlik sağam, yaşayıb, yazıb-yaradıram,
Şeirlərimi sevən qəlblərdə yaşadıram.
İlhamım şah, dilim vəzir, qələmim də cəllad.
Hər biri vəzifəsinə görə qazandı ad.
05.08.2004_BakıOLA BİLSßYDİM…
Mən bir tarzən olub çala bilsəydim,
Gecə və gündüzə nəğmə deyərdim.
Ömrümü, günümü qurban verərdim,
Heç vaxt, bu sənətdən doydum, deməzdim.
Mən bir çiçək olub aça bilsəydim,
Zamansız, vaxtsız solmaq istəməzdim.
Sevənlərin əlində sevilərdim,
Sevənlərin əlində sevinərdim.
Mən bir dəniz olub coşa bilsəydim,
Dalğalarla sahili isidərdim.
Sevənləri özümə cəlb edərdim,
Özümə “Sevgi dənizi” deyərdim.
Mən bir aylı gecə ola bilsəydim,
Tənhalığı özümə dost seçərdim.
Dərdimi gecə ilə bölüşərdim,
O gözəl anları xoş keçirərdim.
Mən Yaradan qüvvə ola bilsəydim,
Qara buludu səmadan silərdim.
Səmanın üzünü aça bilərdim,
Həmin anda ürəkdən sevinərdim.
Mən bir cavan ağac ola bilsəydim,
Böyüyüb ətrafa kölgə salardım.
Dostlarımı bura dəvət edərdim,
Sirlərimi mən onlara açardım.
~ 38 ~
Теймур ЩЯБИБИ
Mən bir bulaq suyu ola bilsəydim,
Dağlardan, dərələrdən tökülərdim.
Bulaq başında qızları görərdim,
Onlara da saf sevgi diləyərdim.
Mən bir quştək göydə uça bilsəydim,
Göyün gözəlliyini seyr edərdim.
Göydən yerə heç enmək istəməzdim,
Allaha yaxın olmaq istəyərdim.
Mən bir qələm olub, yaza bilsəydim,
Cahana “Xoşbəxtlik himni” yazardım,
Sevənlərə “Sevgi himni” yazardım,
Amma heç vaxt ayrılıqdan yazmazdım.
Mən bir yağış olub yağa bilsəydim,
Göydən yerə narın-narın düşərdim.
Həbibi dünyasını bəzəyərdim,
Bu dünyadan ayrılmaq istəməzdim.07.08.2004_Bakı
-
Debüt: Elşən BABAYEV ( Bakı şəhəri, Qaradağ rayonu).Şeirlər
Babayev Elşən Yadigar oğlu 1992-ci il yanvarın 20-də Rusiya Federasiyasının Samara şəhərində anadan olub.1998-ci ildə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində S.Məhərrəmov adına 106 saylı orta məktəbin birinci sinfinə daxil olub.2009-cu ildə həmin məktəbi bitirib.2009-cu ildə Sumqayıt Dövlət Universitetinin Kimya və Bilologiya fakültəsinə qəbul olub.
Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir.Dövri mətbuatda şeirləri dərc olunub.Şeirləri “Sumqayıt Universiteti”, “Sözün Sehri”, “Möhtəşəm Azərbaycan”, “Respublika Gəncləri”, “Yenilik Press” qəzetlərində, “Ziyalı Ocağı” jurnalında, müxtəlif ədəbiyyat, o cümlədən mədəniyyət və ədəbiyyat portallarında dərc olunub.Sumqayıt Dövlət Universitetinin elmi məqalələr toplusunda Kimya və Biologiya sahəsində məqalələri dırc olunub.”Gənc Yazarlar” Ədəbi Birliyinin üzvüdür.QAYIT HƏYATIMA, QAYIT, SEVGİLİM!
Ayrılıq qapımı döydü xəbərsiz,
Güllərdə ədəbi soldu səbəbsiz.
Bu gözlər bir daha gülərmi sənsiz,
Qayıt həyatıma, qayıt,sevgilim!…Sən getdin qəlbimin sevinci getdin,
Sən getdin bağçamda tikanlar bitdi.
Sən getdin tənhalıq yanıma yetdi,
Qayıt həyatıma, qayıt, sevgilim!Getmərm deyirdin xəbərsiz getdin,
Qəlbimdə bir dərin iz qoyub getdin.
Dodaqda bir quru söz qoyub getdin,
Qayıt həyatıma, qayıt, sevgilim!Gedişin dünyama zülmət gətirdi,
Qəm, kədər gətirdi, qüssə gətirdi.
Bəlkə də əzail özün gətirdin,
Qayıt həyatıma, qayıt, sevgilim!Cismimi ruhuma əsir qoymusan,
Xoşbəxtlik güllərin özün yolmusan.
Sən də mənim kimi yenə solmusan,
Qayıt həyatıma, qayıt, sevgilim!Ayrılıq həsrəti ağırdı yaman,
Səni unutmağa yetərmi zaman?
Getmə, bircə anlıq yanımda dayan,
Qayıt həyatıma, qayıt, sevgilim!Gedərkən qəlbimi özünlə apar,
Sənsizlik qəlbimə, inan, dərd qatar.
Sənsiz bu ürəyim vurmayar, yatar,
Qayıt həyatıma, qayıt, sevgilim!Yuxu tez qurtardı? Biz tez ayrıldıq?
Bir buludtək gün çıxanda dağıldıq.
Yenə yalnızlıqla bərk-bərk sarıldıq,
Qayıt həyatıma, qayıt, sevgilim!Anladım bu sevgi sadə oyundu,
Cismim xoşbəxtliyi yenə soyundu.
Eşitsəm, məhz bu gün sənin toyundu,
Səssizcə qəlbimdə söyləyəcəyəm:
“Qayıt həyatıma, qayıt, sevgilim!LAL OLDUM, TUTMADI ƏLİM, AYAĞIM.
Dünən səni gördüm dəyişməmişdin,
Mənim sənə olan hisslərim kimi…
Dünən səni gördüm gülümsəmədin,
Üzümə gülməyən taleyim kimi…Dünən səni gördüm – xəyaldın sandım.
İnana bilmədim gerçəkliyinə.
Sakitcə ah səkdim, alışdım, yandım,
İnana bilmədim dönüklüyünə!.. -
Raquf HİDAYƏTOV.Həyatı və Yaradıcılığı
Həyatı və Yaradıclığı
Raquf Hidayətov Bərdə rayonunda anadan olub.İbtidai və orta təhsilini Bərdə rayonunda alıb.
Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir.Dövri mətbuat səhifələrində şeirləri dərc olunub.Şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə olunaraq ictimaiyyətin nəzərinə çatdırılıb.
Yazar Raquf Hidayətovun şeirləri 2012-ci ildə Azərbaycan Yazıçılar Birliyinin mətbu orqanı “Ulduz” jurnalında Dünya Gənc Türk Yazarlar Birliyinin Məclis üzvü Həyat Şəminin xeyir-duası və köməkliyi ilə dərc olunub.Şeirləri dövri mətbuat səhifələrində dərc olunmaq üçün Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən müxtəlif mətbu orqanlara göndərilib.SOLUB AÇAYDIM
Gülləri gördükcə yadıma düşür,
Sağikən sən gülə güllər dərərdim.
O güllər qəlbindən lent tək ötüşsün,
Dərdiyim gülləri sənə verərdim.Mən sənə gül verib süst dayanardım,
Verdiyim gülləri sən qoxlayardın.
Sən gülü güllərə mən qısqanardım,
Qəlbini gözümdən sən oxuyardın.Mən indi nə qədər görsəm də, güllər,
Sən xatirəylə dərddən ölürəm.
Nə qədər ömrümdən ötsə də, günlər,
Güllərin içində səni görürəm.Qalmışam mən indi tənha həyatda,
Mən sənsiz bir gül də üzə bilmirəm.
Dərd olub bu həyat mən məhkum vaxtda,
Bir gül də qəbrimə düzə bilmirəm.Kaş sənin ömrün də gül tək olaydım,
Sən də güllər təki solub açaydın.
Kimsənin qəlbinə sevinc dolaydı,
Həsrətli könlümə ətir saçaydın.ADINI SƏN QOY
Həyat Şəminin şeirinə nəzirə
Özün çaldır havamızı,
Adını özün qoy.
Qurduğumuz yuvamızın,
Adını özün qoy.Darıxmağa darıxıram,
Yarpaq kimi soruxuram,
Sənsizliyə doluxuram,
Adını özün qoy.Çıxmamışam mən özümdən,
Dönməmişəm mən sözümdən,
Getməyirsən sən gözümdən,
Adını özün qoy.İlkin gündən gərəyimdə,
Xoş arzu diləyimdə,
Bir sən idin ürəyimdə,
Adını özün qoy. -
Kənan AYDINOĞLU.Yeni şeirlər
NƏ QƏLƏM, NƏ VARAQ, NƏ VAXT BƏS EYLƏR!
Azərbaycan Xalqının Ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 90 illik yubileyinə
Bir dövrün, zamanın astanasında,-
Xalq “Heydər”-söylədi, Heydər “Xalq”-dedi.
Doğma diyarının ulu öndəri,-
Hayanda oldusa yenə haqq dedi.Bu ulu torpağa, ulu diyara,
Öndərin sevgisi bitmədi şükür.
Sevincdən gözləri dolan torpaqda,
Rəhbərin zəhməti itmədi şükür.Yenə tarix boyu göyə ucalan,
Bayrağın önündə əyilməyi var.
Ruhunun önündə əyilən dünya,
Tanrıdı öndərə yenə, yenə yar.Bir dastan qoşulsa, ulu öndərə,
Böyük bir diyarda-yurdda səs eylər.
Ömrünü qələmə almaq istəsəm,
Nə qələm, nə varaq, nə vaxt bəs eylər.Şərəfli bir ömrü yurdda yaşamaq,-
Mən indi bildim ki, asan deyilmiş.
Gözünə baxanda gördüm ki, göz də,-
“Yaşa, AZƏRBAYCAN, yaşa!”-deyirmiş.BİR ELMİN SULTANI ZƏRİFƏ XANIM
Azərbaycanın Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyinə.
Bir elmin sultanı olmaq görünür,
Qismət yazılıbmış ömrün yolunda.
Gözəl ana oldu, qayğıkeş yoldaş,-
Əvəzsiz müəllim, elmin yolunda.Yüksək mükafata layiq görülən*,-
Dünyada ən müdirk ilk qadın oldu.
Böyük Türk qadını Zərifə xanım,-
Dünya göz elminin sultanı oldu.Doğma Ana yurdda əsrlər boyu,-
Aranıb, bulunmaz bir inci oldu.
Hippokrat dövründən bu günə qədər,-
Yeni tibb elmində birinci oldu.
Həyatı yaşadı şərəflə, məğrur,
Ulu öndərimiz-rəhbərlə birgə.
Adını dinləyib eşidən zaman,
Şadlanır, sevinir böyük bir ölkə.Ömürdən keçdikcə günlər anbaan,
Nura boyanacaq yaşanan həyat.
Əsrlər üstündən keçsə də, belə,
Yenə yaşayacaq iki qoşa ad.*Akademik M.İ.Averbax mükafatına layiq görülən ilk qadın olduğuna işarədir.
QADININ CAMALI GÜLƏ BƏNZƏMİŞ
Əsrlər boyunca türk dünyasında,
Qadının camalı gülə bənzəmiş.
Dilindən süzülən hər incə kəlmə,
Türk-İslam yurdunda ömrü bəzəmiş.Gözündə həsrəti, qəlbdə kədəri,
Hər zaman şairin kədəri olmuş.
Yaradan Allaha dua edəndə,
Sevincdən gözləri hər zaman dolmuş.Şükür ki, ay Allah, mən öz növbəmdə,
Türkün qadınına heyran qalıram.
Yenə də qələmi alıb əlimə,
Türkün qadınını yada salıram.Ömürdən keçdikcə günlər anbaan,
Bu dövrü, zamanı danlaya bildim.
Şükür ki, gözündə Türk qadınının,
Dərin fəlsəfəni anlaya bildim.Düzü, gənc olsam da, illər uzunu,
Dərin bir hikmətə vara bildim mən.
Şükürlər olsun ki, Uca Allaha,
Keçilməz sədləri yara bildim mən.Ömür səhifəmdən kədəri, qəmi,
Yığıb bir sandıqa ata bilmişəm.
Şükür ki, torpaqda sevib qadını,
Şairlik anına çata bilmişəm.Qəm baxsa, gözümə bu gündən sonra,-
Mən qəmə baxıram, qəmdən doyuram.
Sonuncu qəmimi yurda çatdırıb,-
Son dəfə kədərə nida qoyuram.YARADAN ALLAHA DUALRIMDI
Yaşanan dünyada çatlamasın kaş,
Ta ki, babaların goru, İlahi!
Mən ki öz nəfsimlə bacarmalıyam,
Özümü özümdən qoru, İlahi!Nəfsimlə, ruhumla bacarmaq üçün,
Qəlbimdə insafa yer elə, Allah!
Ucadan ucasan gözəl dünyada,
Qıyma bu dünyada bir telə, Allah!Muhəmməd xətrinə gözəl dünyada,
“Quran”ı gözümə nur elə, Allah!
Tək ALLAH yenə də sənsən deyə sən, -
İlahə BAYANDUR.Yeni şeirlər
RAHMETLİK BABAM ƏHMƏDİN AZİZ HATIRASINA
Ömür ötür, zaman keçir,
İnsanların kadrin bilin.
Bir gün gelen bir gün köçür,
İnsanların kadrin bilin.Böyükleri salın yada,
İmkanlar mehdud olsa da.
Bu etibarsiz dünyada
İnsanların kadrin bilin.Hüdudsuzdur arzu, dilek,
Daş üstünde bitir çiçek.
Yalana vurmayın bezek,
İnsanların kadrin bilin.Quru düzde şeher salan,
Toprakdan aya ucalan,
Vaxtından erken qocalan,
İnsanların qedrin bilin.Qocalara yer gösterin,
Uşaqlara salam verin.
Hastalara hoş söz deyin,
İnsanların qədrin bilin.O yaprakdı bir ağacda,
El verir son duracaqda.
Halal olun şen ocaqda,
İnsanların qədrin bilin.Niye gelmedin?
Senden ayrılalı günler il oldu,
Hasret yağmurları kalbime doldu.
Kara saçlarımı külekler yoldu,
Gözlerim dörd oldu, niye gelmedin?Bana gel-gel dedin, kendinse gitdin,
Zülmete, dumana karışıb itdin,
Yine hayallerden bana el etdin,
Gözlerim dörd oldu, niye gelmedin?Resmini hasretle basdım bağrıma,
Melhem idi qasnak tutmuş yarama.
Bar vermedi becerdiyim barama,
Gözlerim dörd oldu, niye gelmedin?Deryada tufana qerq oldu gemim,
Ondan sonra coşdu, çağladı qemim.
Ağılar söyledim, yoxdur hemdemim,
Gözlerim dörd oldu, niye gelmedin?Yaralı kalbime qam gülü ekdin,
Ne vaxt çıçekleyer? Gözümü dikdim,
Derdi derd üstden yükledin, çekdim,
Gözlerim dörd oldu, niye gelmedin?
Gözlerim dörd oldu, niye gelmedin? -
Bu gün gənc yazar Günel İsrailqızının doğum günüdür
TƏRCÜMEYİ-HAL
Hacıyeva Günel İsrail qızı 1990-cı il aprel ayının 23-də Laçın rayonunda anadan olub.1997-ci ildə Bərdə rayonundakı orta təhsil müəssisələrindən birinə qəbul olub.Bir müddət burada təhsilini davam etdirdikdən sonra Bakı şəhərinə köçmüşdür.Bakı şəhərindəki Kimya-Biologiya Təmayüllü Respublika liseyinə qəbul olub.2008-ci ildə həmin liseyi bitirib.Digər həmyaşlıları kimi, o da həmin il Sumqayıt Dövlət Universitetinin Filologiya qəbul olmuşdur.2012-ci ildə həmin universiteti bitirmişdir.
Poeziyaya çox erkən yaşlarından başlayıb.”Şəkil” adlı ilk şeirini ibtidai təhsilini davam etdirən müddətdə yazıb.Dövri mətbuatda 2003-cü ildən etibarən çıxış edir.Müəllifin “ilk uğurlu qələm təcrübəsi”olan şeiri “Bərdə” qəzetində işıq üzü görüb.Bu uğurdan ruhlanan müəllif gələcək illərdə daha da sanballı əsərlər yazmağa başlayıb.Sonrakı illərdə isə ardıcıl olaraq “Sərbəst düşüncə”, Sumqayıtda şəhərində nəşr olunan”Yüksəliş naminə”,Bakı şəhərində isə Ümid”qəzetlərində şeirləri ilə çıxış edib.
Tələbəlik illərində isə təhsil aldığı Ali təhsil müəssisəsi olan Sumqayıt Dövlət Universitetinin əsas və yeganə mətbu orqanı olan “Sumqayıt Universiteti”qəzetində şeirləri ilə ardıcl olaraq çıxış edib.Həyatının sonrakı illərində məqalələri və digər ictimai-siyasi şeirləri ilə “Yüksəliş naminə” qəzetində periodik olaraq çıxış edib. Sonrakı günlərdə isə şeirləri Bakı şəhərində “Sözün sehri” qəzetində, müxtəlif Mədəniyyət və Ədəbiyyat portallarında dərc olunub.Haqqında yazılan səmimi duyğular və düşüncələr Mədəniyyət və Ədəbiyyat portalında yerləşdirilib. Hal-hazırda “Gənc Yazarlar” Ədəbi Birliyinin üzvüdür.”Sumqayıt Universiteti” qəzeti ilə sıx əlaqə saxlamaqdadır.
Hal-hazırda bir-birindən daha maraqlı şeirləri ilə oxucuları düşündürməyə vadar edən gənc şairə arasıkəsilmədən poeziya nümunələrinin sayını artırmaqdadır. Gənc ədib haqqında onun qələm yoldaşı Kənan Aydınoğlu “Qələmi əlinə götür, ay şair!”,”Sıxılma, büdrəmə illər uzunu”, “Dağılsın gözündən həsrət, ayrılıq!” şeirlərini yazmışdır.
2012-ci ildən Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Redaksiya, Yaradıcı, Nümayədə Heyətlərinin üzvü seçilmişdir.Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş Redaktorudur.(http://edebiyyat-az.com)QOY VƏTƏN FƏXR ETSİN,
SƏNLƏ, QARDAŞIM!Kənan Aydınoğluna.
Dünyaya sığmayan bir ürəyin var,
Hər misran gövhərdi, ləldi, qardaşım.
“Böyük Allah” adlı bir köməyin var,
Haqq yolu ən doğru yoldu, qardaşım.Parçalanmış bir millətik bilirəm,
Xalqın qara günlərini görürəm.
İçimdə ağlayıb, üzdə gülürəm,
Nolacaq bu xalqın halı, qardaşım?!Bəzən sədaqətdən, əhddən yazırsan,
Bəzən də dərdlənib dərddən yazırsan,
Bilirəm, yazanda qəlbdən yazırsan,
Var olsun qələmin, sözün, qardaşım.Kənan! Çəkməyəsən nə ah, nə aman,
Qəddini əyməsin bu qəddar zaman.
Şeir dünyasında yarat xaniman,
Qoy vətən fəxr etsin, sənlə, qardaşım.Günel İSRAİLQIZI.
22 aprel 2010.Sumqayıt.EY DOSTUM!
Dinlə dərdlərimi, qoy deyim eşit,
Həyat yaman yorub məni, ey dosutm!
Yamana, yaxşıya körpü olmuşam,
Çox çəkdim kədəri, qəmi, ey dostum.Yaxşı dedim, yaman dedim yozdular,
Əyrini düz, düzü, əyri yazdılar.
Haqq deyənlər, yolun yaman azdılar,
Heç görmədim ədaləti, ey dostum!Məndə haqsızlığa vallah dözüm yox,
Haqq yolun gedirəm başqa izim yox.
Nə varda, dövlətdə, pulda gözüm yox,
Təki ağlamasın, qəlbim, ey dostum!Tanrının quluyuq, haqqa söykənək,
Bu günün, sabahın qədrini bilək.
Nifrətdən yan qaçıb, sevək-sevilək,
Sevgi qalacaqdır bizə, ey dostum!Allah sevgisiylə yaşayaq gərək,
Cənnət arzusuyla döyünsün ürək.
Hər zaman çalışıb, yaxşılıq edək,
Yamanlıq etməyə nə var, ey dostum!Günelin qəlbində vallah kini yox,
Düzlükdür imanı, başqa dini yox.
Hamını sevirəm, təkcə səni yox,
Sevgimdir yaşadan məni, ey dostum! -
Debüt: Eyyub MƏMMƏDOV ( Ağdaş).Şeirlər
Məmmədov Eyyub Kamran oğlu 1995-ci iliyul ayının 6-da Ağdaş rayonunda anadan olub.İbtidai və orta təhsilini Ağdaş rayonunda alıb.2012-ci ildə Sumqayıt Dövlət Universitetinin Tarix fakültəsinə daxil olub.Hal-hazırda “Gənc Yazarlar” Ədəbi Birliyinin üzvüdür.
Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir.İlk şeirlərini orta məktəb illərində qələmə alıb.
2012-ci il oktyabr ayının 6-da “Ziyalı Ocağı” İctimai Birliyinin elektron orqanı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Birinci Qurultayında Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Redaksiya, Yaradıcı, Nümayəndə Heyətlərinin üzvü,”Azərbaycan ədəbiyyatı”, “Türkiyə ədəbiyyatı”, “Publisistika”, “Elektron kitablar” bölmələrinin əməkdaşı seçilmişdir.* * *
Səni anlamaq çətin
Səni anlama üçün
həyata birdə
pəncəresiz baxasan gerek
seni anlamaq ucun
axitdigin goz yasi kimi
damla damla
misra misra
setirlere axasan gerek
seni anlamaq ucun
3 deqiqelik bir mahniya
butov omur sigdirasan
danisdiqca agladiqca
insanlarin bulud kimi
goz yaslarin yagdirasan
seni nece anlasinlar?
seni anlamaq
saqqal buraxmaq deyil
seni anlamaq insanligin halina
yas tutmaqdir
mahnilarda dunya qurub
oz dunyani unutmaqdir
seni anlamaq
insanlardan uzaq qacmaq
qacdiqcada yaxinlasmaqdi
sen basqa bir dunyadansan
o dunyanda yox milletler
yoxdur orda irqler
orda sokulmus serhedler
o dunyada 3 insan var
ucude mesum gunahsiz
sen o dunyani anlatdiqca
sesinden kovreklik duyulur
sanki bu kovreklikde
cirkin ruhlar yuyulur
seni cox qinayacaqlar
hele kafir qalacaqsan
mahnilarla insanlari
ozlerinden alacaqsanÜÇ ALMA
Ìndi bənzəyir həyatım
Bir özgənin taleyinə,
Insan naəlac olanda
Qalır deyinə-deyinə.
Eh… indi biz oxşayırıq
Düşmən ikən dost olana,
Özümüzü inandırdıq
Öz dediyimiz yalana.
Îndi mənim bu halımı
Oxşatmağ olmur ki, nədir,
Tanrı vermiş dərd hədiyyə
Təəssüf oda cox kohnedir.
Daha peşman olmuşuq biz
Istəməzdik olsun belə,
Istəməzdik sönsün hər şey
Gözlərimiz görə-görə.
Îndi mənə qalan budur
Uzaqdan seyr etmək səni,
Indi mənə qalan saymaq
Saçlarıma düşən dəni.
Saya, saya ömür gedir
Gün azalır, gecə düsür,
Nağılında çatır sonu
Gör almalar necə düşür;
Almalardan biri mənim
Birinisə sənə verdim,
Çox təəssüf ki üçüncüsün
Səni sevənə deyil də
Sənin sevdiyinə dərdim.KEÇMİŞ VƏ BU GÜN
Keçmişdən bu günə baxanda hərdən,
bilmirəm ağlayım yoxsa gülüm mən.
Bir vaxt arzum idi rahat yaşayım,-
bu gün arzumdur k,i rahat ölüm mən.Körpə uşaq idim bilmirdim yeni,
yolumda görməzdim dumaıi çəni.
Dərslər, çalışmalar yoranda mən,i
bilməzdim həyatın dərsi zülüm mən.Nələri veririk, nələr alırıq,
həyat bir xəyaldır, bizsə dalırıq.
Hərdən qaranlıqda tənha qalırıq,
Göylərə açılan iki elim, mən.Sən böyük insanı tez itirmişəm,
öləndə uşaqıim dərk etmmişəm.
Gecsə də, qədrini indi bilmişəm,
yer eyle yanında sənə gəlim mən.SİRAT KÖRPÜSÜ
Sirat körpüsündə dayanmış kimi,
yollar ayrıcında qalmışam bu gün.
Gözümün yaşına baxan düşünər,
Sanki mən anadan olmuşa bu gün.Bəlkə də istərdim doğulum bu gün,
keçmişdə nələri itirmək olar.
Dünəndə qalardı sevgi qatarı,
yalnız onu bu cür ötürmək olar…Həyata başlardım sıfırdan onda,
addımla gedərdim müsbətə doğru.
Mənə əzab verən sevgiyə yoxda,
İnamla qaçardım nifrətə doğru.İnanıb TANRIYA saf bir ürəklə,
Şükürlər, dualar hər sabah üçün.
Səninçün tökdüyüm göz yaşlarımı,
tökərdim işlənən hər günah üçün.İnsan böyüməyir, insan kiçilir,
böyümək kiçiltdi insanlığımızı.
Qəlblərin qırmızı kitabın cırın,
Yox edib bitirək heyvanlığımızı.Artıq baş götürüb qaçıram burdan,
gedərkən özümü unudum bəlkə…
Quru bir can ilə axtarışddayam,
yaddaşsız insanlar olan bir ölkə -
Rafiq YUSİFOĞLU.Həyatı və Yaradcılığı
Əliyev Rafiq Yusif oğlu (Rafiq Yusifoğlu) (d.2 yanvar 1950) – şair, yazıçı, tənqidçi, 1986-cı ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü, “İlin ən yaxşı kitabı”, “Vətən”, “Qızıl qələm”, “Araz” və s. mükafatların laureatı.
Həyatı
Rafiq Yusifoğlu 1950-ci il yanvar ayının 2-də Qubadlı rayonunun Çardaxlı kəndində müəllim ailəsində doğulmuşdur. Burada səkkizillik məktəbi, Qubadlı qəsəbə orta məktəbində onillik məktəbi bitirmişdir (1966). Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsində təhsilini davam etdirmişdir (1966-1970). Bir müddət Sumqayıt şəhərində müəllim işləyən şair Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olmuşdur. “Azərbaycan Sovet poemasının inkişaf problemləri” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
Fəaliyyəti
1985-ci ildən 1992-ci ilədək “Göyərçin” jurnalında söbə müdiri, 1992-ci ildən 1996-cı ilədək məsul katib, 1996-1997-ci illərdə Azərbaycan Dövlət Televiziyasının “Xəbərlər” baş redaksiyasında “Elm, mədəniyyət, incəsənət” şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1997-ci ildən “Göyərçin” jurnalının baş redaktorudur. Şairin uşaq ədəbiyyatı sahəsində xüsusi fəaliyyəti vardır. Rafiq Yusifoğlu 2007-ci ildə “XX əsr Azərbaycan poemasının sənətkarlıq xüsusiyyətləri” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri doktoru adını almışdır. Hazırda Sumqayıt Dövlət Universitetinin “Azərbaycan ədəbiyyatı” kafedrasının professorudur. Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisidir.
O, gənc tənqidçilərin Moskvada keçirilən birinci (1982), ikinci (1985) və üçüncü (1988) Ümumittifaq seminarlarının, Qazaxıstanda keçirilən Beynəlxalq Uşaq ədəbiyyatı günlərinin (1989) iştirakçısı, 1985-ci ildə Moskvada Ali Komsomol Məktəbinin bir aylıq jurnalistika kursunun müdavimi olmuşdur.
Ədəbi fəaliyyətə hələ orta məktəbdə oxuyarkən başlamış, 1966-cı ildən şeirləri, məqalələri ilə mətbuatda çıxış etməyə başlamışdır. Son illər bədii tərcümə ilə ciddi məşğul olur. F.Q.Lorkanın, Corc Bayronun, Peter Şyuttun, Hans Yurgen Hayzenin, Ulla Hanın, Roza Auslenderin və başqalarının şeirlərini, dünya uşaq ədəbiyyatının gözəl nümunələrini dilimizə tərcümə etmişdir. Əsərləri bir sıra dillərə tərcümə edilib, dərsliklərə düşüb. Çoxlu mahnı mətnlərinin, elmi-publisistik məqalələrin müəllifidir. Əsərləri əsasında “Qəm karvanı”, “Bütün Azərbaycan əsgər olmalı” televiziya tamaşaları çəkilib, dəfələrlə nümayiş etdirilmişdir.Əsərləri
Yurdum-yuvam. Bakı: Gənclik, 1983, 72 səh.
Ətirli düymələr. Bakı: Gənclik, 1986, 88 səh.
Ocaq yeri. Bakı: Yazıçı, 1989
Aylı cığır. Bakı: Gənclik, 1992
Qəm karvanı. Bakı: Sumqayıt, 1997
Həsrət köçü. Bakı: Sumqayıt, 1998
Сладкий дождь (rus dilində). Bakı: Şuşa, 1998
Dünya xalqlarının nağılları. Bakı: Azərbaycan, 1998
Azərbaycan poeması: axtarışlar və perspektivlər. Bakı: Elm, 1998
Xatirə kəcavəsi. Bakı: Elm, 1999
Bahar qatarı. Bakı: Azərbaycan, 1999
Kitabi-Dədə Qorqud. Bakı: İşıq, 1999
Böyük arzuya gedən yol. Bakı: Azərbaycan, 2000
Möcüzəli xəzinə. Bakı: Azərbaycan, 2000
Təzə sevdalara doğru. Bakı: Şuşa, 2000
Çiçək yağışı. Bakı: Şuşa, 2000
Ədəbiyyatşünaslığın əsasları. Bakı: Sabah, 2001
Söz çəməni. Bakı: Azərbaycan, 2002
Uşaq ədəbiyyatı. Bakı: Təhsil, 2002
Ayrılığın qəm hasarı. Bakı: Təhsil, 2002
Günlərimiz, aylarımız. Bakı: Azərbaycan, 2003
Bir sevdalı ürəyim var. Bakı: Çaşığolu, 2003
Ədalətli hakim. Bakı: Azərbaycan, 2004
Şirin yuva. Bakı: Azərbaycan, 2004
Müasir ədəbi proses və ədəbi tənqid. Bakı: Çaşıoğlu, 2004
Min dovşan otaran çoban. Bakı: Azərbaycan, 2005
Zamanın qatarı. Bakı: Azərbaycan, 2005
Həsrət sazağı. Bakı: Şivannəşr, 2005
Ədəbiyyatşünaslığın əsasları. Bakı: Şivannəşr, 2005
Dəniz səviyyəsi. Bakı: Şivannəşr, 2005
Meymunlar ölkəsi. Bakı: Azərbaycan, 2006
Yollar. Bakı: Azərbaycan, 2006
Uşaq ədəbiyyatı. Bakı: Şivannəşr, 2006
Daha uşaq deyiləm. Bakı: Şivannəşr, 2006
Sevdalı sabahlar. Bakı: Şivannəşr, 2007
Namusu qoru. Bakı: Azərbaycan, 2007
Ana dilim. Bakı: Azərbaycan, 2007
Tanrının ömür payı. “Sumqayıt” nəşriyyatı, 2007
İlahi qazlar. Bakı: Azərbaycan, 2008
Sehrli üzük. Bakı: Azərbaycan, 2008
Ana dili (Əlifba, oxu). Ümumtəhsil məktəblərinin birinci sinifləri üçün dərslik. Bakı: Çaşıoğlu, 2008
Eşqin qarlı yollarında. Bakı: ADPU, 2008
Dəniz, sən və mən. Bakı: ADPU, 2009
Qızıl balıq (tərcümələr). Bakı: Lider-press, 2009
Ulu yurd yerlərimiz (məqalələr). Bakı: Lider-press, 2009
Azərbaycan dili 2. Bakı: Çaşıoğlu, 2009
Möcüzəli ağac (tərcümələr). Bakı: Azərbaycan, 2010
Elm və helm (hekayələr və nağıllar). Bakı: Azərbaycan, 2010
Qoruq və yasaqlıqlarımız (məqalələr). BAkı: Azərbaycan, 2010
Azərbaycan poemasının sənətkarlıq xüsusiyyətləri. Bakı: ADPU, 2010TANRIM İLƏ ÜZ-ÜZƏ
***
Allahım,
çaya axma desən,
axarmı?
Şimşəyə çaxma desən,
çaxarmı?
Gözlərə baxma desən,
baxarmı?
Həvva nənəmizin
bir günahından ötrü
Adəm babamıza
bu zülmləri vermisən,
– Kişi də
arvad sözünə baxarmı?***
Səni unutduğumuz üçün
Köksümüzdə həmişə
dağ olur, Allahım!
Bəlkə də elə ona görə
övladlarımız üzümüzə
ağ olur, Allahım?!***
Allahım!
Sənin ürəyin,
sənin səbrin böyük…
Bizim ruhumuza
od ələmisən.
Qəlbimizi
elə yaratmısan ki,
ləzzət çəkməyə aludəyik, –
Bəs onu bizə
niyə qadağan eləmisən?
Açılan gül gözəl idisə,
sənin əmrinlə
niyə solurdu ki?!
Ləzzətin
nə demək olduğunu bilməyəni
elə daş, torpaq yaratsaydın,
nə olurdu ki?!***
Bu qədər
haqsızlıq olar?! –
Bəbəklərimdə
şimşəklər çaxır.
Ancaq özümə təskinlik verirəm:
Allah təkcə mənim
Allahım deyil,
mənə kələk gələnlərin də
Allahıdı axı?!***
Mən bu ölümlə
əvvəl-axır
barışmalıyam. –
Ancaq…
Yaratdığını
niyə öldürürsən? –
Ulu Tanrıdan
soruşmalıyam…HƏVVA NƏNƏ
Həvva nənə!
Nəfsini saxlayıb,
buğda yeməsəydin,
indi Cənnətdə yaşayırdıq
hamımız.
Gözümüzdə qalmazdı
bu qədər
arzu-kamımız.
Buğda nədir ki,
indi sənin nəvə-nəticən
torpaq, daş yeyir.
Bir az artıq qazansın deyə
uf demədən
baş yeyir…
Elələri də var ki,
bir tikə buğda çörəyindən ötrü
dili qısa olub.
Haqqa, ədalətə
qahmar çıxmaq
onun üçün yasaq olub.
Bir buğdadan ötrü
bir nəsli cənnətdən
qovdurdun,
Həvva nənəmiz!
Belə getsə,
başımıza gələcək hava,
nənəmiz!
Nə qədər
Allaha yalvarsaq da,
nə qədər
getsək də minnətə,
yolumuz bir də düşəcəkmi
Cənnətə?
Həvva nənə!
Buğdanı yeyəndən sonra
sevişmək yamanca gəldi
xoşuna.
Bu nə oyun idi açdın
Adəm babamızın
başına?!
Bəlkə də sən haqlısan, –
Şükür eləməliyik
Allahın verdiyi paya.
Bəlkə də
buğda yeyib
yaratmaq eşqinə
düşməsəydin,
biz də gəlməzdik
dünyaya…
Həvva nənə!
Səni sevgi sevincindən
daşındıra bilmədi
nə mələklər,
nə içindən çaylar axan
Cənnət bağı.
Bir də ki,
oğul-uşaqsız,
nəvə-nəticəsiz
nə Cənnət axı?!DİKTOFONA DEYİLƏN ŞEİR
Ayağımın altında
bəmbəyaz qar xırtıldayır,
Şaxta üzümdən,
yanaqlarımdan öpür…
Allahım elə bil
göylərdən başıma
noğul səpir…
Başımın üstündə
quşlar bəxtiyarlıqla ötür,
Ayaqlarım dovşanların
ləpirini örtür. –
Ovçulardan gizlədikcə
onların izini,
bəxtəvərlər bəxtəvəri
sanıram özümü…
Dinləyirəm həmişə
ürəyimin sözünü, –
O ürəyə görə
çox sağ ol, Allahım!
Sağ ol ki,
qəlbimdəki arzu güllərini
dərmisən.
Çox sağ ol ki,
bu ürəyi
mənə vermisən…
Gözəlliyə gedən yolu
biganələr üçün
bağlamısan.
Çox sağ ol ki,
quşların dimdiyindən
mənə həmərsin,
quşarmudu,
əzgil payı
saxlamısan…***
Zirvəyə dırmanıb
yorulmuşam,
indi nəfəs dərirəm.
Yazda çiçəklərini
öpüb qoxladığım
həmərsinlərin
indi meyvəsini dərirəm…
Əlimə sancılsa da,
bu yerlərin tikanı,
ürəyimə necə doğmadı,
Allahım,
gözəlliklər məkanı….***
Həmərsinlər budaqda
qırmızı işıq kimi yanır. –
Qarlı düzlərlə getdikcə
elə bil məni çağırır:
hara gedirsən,
dayan! – deyir.
Aç gözünü xabi-qəflətdən,
oyan! – deyir.
Allahın nuruna
boyan! – deyir.
Kollar ətəyimdən yapışıb,
getmə, dayan! – deyir.
Tanrının hikmətləri
olmadımı sənə əyan? – deyir…
…Bu dünyadan nə ürək,
nə də göz doyan deyil… -
Avtandil AĞBABA.Həyatı və Yaradıcılığı
Avtandil AĞBABA
Məmmədov Avtandil İsrafil oğlu-şair, publisist, folklorşünas
Məmmədov Avtandil İsfrail oğlu 1955-ci ildə Qərbi Azərbaycanın Ağbaba kəndində anadan olub.İbtidai və orta təhsilini doğma kəndlərində alıb.Bakı Dövlət Univesitetinin Filologiya fakültəsində ali təhsil alıb.Bir müddət Sumqayıt şəhərində orta məktəbdə Azərbaycan dili və Ədəbiyyatı müəllimi kimi çalışıb.Sonra isə Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsində müxtəlif vəzifələrdə çalışıb.
Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir.Dövri mətbuatda şeirləri və elmi məqalələri ilə çıxış edir.Son vaxtlar şeirləri “Sumqayıt Universiteti”, “Sözün Sehri”, “Möhtəşəm Azərbaycan” qəzetlərində, müxtəlif Ədəbiyyat, o cümlədən Mədəniyyət və Ədəbiyyat Portallarında dərc olunub.
Filologiya elmləri üzrə fəlsəfə doktoru, dosentdir.Sumqayıt Dövlət Universitetinin “Azərbaycan və Xarici Ölkələr Ədəbiyyatı” kafedrasının müdiridir.“Pöhrə” Ədəbi Birliyinin Bədii Rəhbəridir.Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvüdür.
2012-ci il oktyabr ayının 6-da “Ziyalı Ocağı” ctimai Birliyinin elektron orqanı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Birinci Qurultayında Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Redaksiya, Yaradıcı, Nümayəndə Heyətlərinin üzvü və Poeziya şöbəsinin Redaktoru seçilmişdir.
Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsində ali təhsillərini davam etdirən tələbələrin Ədəbiyyat sahəsində elmi məqalələrinə rəhbərlik edir.”Ağbabaya gedən yollar” şeirlər kitabının müəllifidir.
Avtandil Ağbaba həm də ictimai həyatda gənc yazarlara köməklik göstərən geniş qəlbli bir insan kimi tanınır.2007-2012-ci illər ərzində İlham MİKAYIL, Nemət TAHİR, Kənan AYDINOĞLU, Məhəməd KƏRİM, Orxan ZAMAN kimi gənc yazarların ədəbi-bədii nümunələriin Sumqayıt ədəbi mühitində tanınmasında mütəsna rol oynayıb.
Hal-hazırda Sumqayıt şəhərində fəaliyyət göstərən “Sumqayıt Universiteti”, “Sözün Sehri”, “Möhtəşəm Azərbaycan” qəzetləri ilə əməkdaşlıq əlaqələri saxlamaqdadır.AZADLIĞIN YOLLARI QANDAN-QADADAN KEÇİR
Azadlığın yolları qandan-qadadan keçir,
Şəfqət bizə anadan, qeyrət atadan keçir,
İgid doğulan gündən min cür xatadan keçir,
O əyilməz ölümlə dayansa da, üz-üzə,
Qardaş, başını dik tut, öndədir mübarizə!Şəhidlərin ruhunu müqəddəs tutmalıyıq,
İncikliyi, küsünü tamam unutmalıyıq,
Hər ağrını-acını kişi tək udmalıyıq,
Hey ağlayıb-sızlamaq, axı nə verər bizə,
Qardaş, başını dik tut, öndədir mübarizə?!Hardasa nəcib olmaq bəlkə günahımızdır,
Haqq Vətəni özüdür, Vətən sabahımızdır?!
Yenilməyən gücümüz-birlik silahımızdır,
Ağa qara deyənlər bir gün çökəcək dizə,
Qardaş, başını dik tut, öndədir mübarizə!Biz ki Beyrək nəsliyik şam olub ərisək də,
Azadlıq yollarında zindanda çürüsək də,
Yaxşılığı qaxmayıb, bizi başa, kirisək də,
Ürəklərin haqq səsi salar nahaqqı lərzə,
Qardaş, başını dik tut, öndədir mübarizə!Araz, Araz deməklə Arazı keçmək olmaz,
Əvvəl-axır Vətəni ikiyə biçmək olmaz,
Bu yurdu xəritəylə, kağızla ölçmək olmaz,
Qızım xonça bəzəyib, götürəcək Təbrizə,
Qardaş, başını dik tut, öndədir mübarizə!Haqqımız lap nazilib keçsə iynə gözündən,
Zərrə-zərrə nur yığaq həqiqətin özündən,
“Qarabağ şikəstəsi” qalxıb Cıdır düzündən,
İqlimləri dolaşıb nur saçmalıdır ərzə,
Qardaş, başını dik tut, öndədir mübarizə!ELLƏR, BORÇALIDAN MUĞAYAT OLUN!
Ağbaba dağılıb, Göyçə sökülüb,
Ellər, Borçalıdan muğayat olun!
Xain gözlər indi ora dikilib,
Ellər, Borçalıdan muğayat olun!Başkeçiddən yollar keçir Sarvana,
TANRI dözməz bu qəm dolu karvana,
Qoymayın ki, kəmfürsətlər davrana,
Ellər, Borçalıdan muğayat olun!Başımıza bu gələnlər azdımı,
BEYRƏK öz yolunu azdımı?!
QARAYAZI QARAÇÖPDƏN bezdimi,
Ellər, Borçalıdan muğayat olun?!QARAXAÇ yaylağı min bir gümanda,
Gözləri yol çəkir GÖYDAĞ dumanda.
Bu çətin sınaqda, bu ağır anda,
Ellər, Borçalıdan muğayat olun!Bölünə-bölünə vətən heç olar,
Hoydu, a qardaşlar, hoydu, bacılar!
Nahaqq haqqı bassa, sonra gec olar,
Ellər, borçalıdan muğayat olun!Avtandil AĞBABA.
Filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent. -
İlahə BAYANDUR.Yeni şeirlər
Heç yadına düşmədimmi?
Payız qapını alanda,
Otağında tək qalanda,
Düşünüb fikrə dalanda
Heç yadına düşmədimmi?Yastıqına baş qoyanda,
Yuxu gözünü oyanda,
Gözün tavanı sayanda
Heç yadına düşmədimmi?Sevənlər birgə gəzəndə,
Toyda-mağarda süzəndə,
Saçlarında əl gəzəndə,
Heç yadına düşmədimmi?Ürkək quşum, susdun, getdin,
Oxundun, dinləndin, bitdin.
Xəyal təki gözdən itdin,
Heç yadına düşmədimmi?Durnalar geri dönmədi,
Bəxt quşum yerə enmədi,
İçimdə çəkdim, dinmədim,
Heç yadına düşmədimmi?* * *
Əllərim havadan asılı qaldı,
Yalvardım Tanrıya səsim yetmədi.
Canımı həyəcan, vahimə aldı,
Mənim həsrətimin sonu bitmədi.* * *
Bu dünyanın yükünü çəkməyə gücüm yetməz,
Nə qədər hayqırsam da ünüm Tanrıya getməz.
Mən yolların yorğunu, qüssə tutmuş ruhumu,
Paxır tutmuş kədərim nə söylənər, nə bitməz. -
Şahinə KÖNÜL.Yeni şeirlər
***
Dünyaya dünən gəldi,
Bu gün köç etdi ömrüm.
Gələndə mənnən gəldi,
Küsdü, tək getdi ömrüm.Ruhuydu, uçdu getdi.
Safıydı, suçlu getdi.
Əlimdən qaçdı getdi,
Gözümdən itdi ömrüm.Oxşamadım bircə gün,
Hər günü qəmə sürgün.
Məndə məndən didərgin
Yaşadı, bitdi ömrüm.***
Hara gedim, mən bəndən
Bu yer üzündən, Allah?
Bu yer üzü yaş olub,
Axır gözümdən, Allah!Sonuncu ümidimin,
Sonuncu şamı söndü.
Yaşamaqdan, yazmaqdan
Könlümün üzü döndü.Of… Necə də zalımmış,
Zalımmış bu adamlar.
Bu adamlar içində,
Ürəyimə qan damar.Hardan gəldim dünyaya,
Gəldiyim günə lənət!
Bu dünyanı dərk edib,
Bildiyim günə lənət!Bu adamlar qoymadı,
Ömrümü yaşayım mən.
Ömür də bəhanədir,
Özümü yaşayım mən.Bu adamlar içində,
Adam ola bilmədim.
İntihar edə bildim,
Edam ola bilmədim.***
Dünya yaman soyuqdu,
İstilər, ay istilər.
Başım üstən küləklər,
Əsdilər, ay, əsdilər.Yordu məni o ki, var,
Boş-bekara qayğılar.
Təmiz hisslər, duyğular
Küsdülər, ay, küsdülər.Ha dedim, ürək, qorun,
Çiçəksən, çiçək, qorun.
İndi də korun-korun
Tüstülə, ay, tüstülə***
Darıxmışam səninçün,
Ay təmiz, ağ ürəyim.
Hardasan, ay bənövşə,
Nərgiz, zanbağ ürəyim?Kimdi sənə daş atan,
Kimdən gəldi xoş xatan,
Eşqi qanına qəltan,
Köksü dağ-dağ ürəyim?Ağlama, bəsdi, kiri,
Dedimmi, sevmə şeri,
Ay bir zaman dipdiri,
Ay sappasağ ürəyim?!İndi yan-yaxıl belə,
İndi çox sıxıl belə.
Mərd Şahinə Könülə,
Namərd, alçağ ürəyim… -
Qafqaz ƏVƏZOĞLU.Həyatı və Yaradıcılığı
QAFQAZ ƏVƏZOĞLU.HƏYATI VƏ YARADICILIĞI
Dəmirov Qafqaz Əvəz oğlu 1954-cü il aprel ayının 1-də Qubadlı rayonunun Mahmudlu kəndində anadan olub.İbtidai və orta təhsilini öz doğma kəndlərində alıb.
Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir.Dövri mətbuat səhifələrində şeirləri və məqalələri dərc olunub.Hal-hazırda da müxtəlif mətbu orqanlarda şeirləri və məqalələri dərc olunmaqdadır.
Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin sədridir.”Sözün Sehri” qəzetinin təsisçisidir.”Qızıl qələm” və “Qızıl kitab” mükafatları laureatıdır. Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Redaksiya, Yaradıcı, Nümayəndə Heyətlərinin üzvü və Baş redaktorudur. Bir neçə şeir və publisistik kitablar müəllifidir.Qarabağ müharibəsi veteranıdır.
Gözəl əməl və əxlaq sahibi Qafqaz Əvəzoğluna öz mətbu orqanında “Gənc Yazarlara dəstək” layihəsini həyata keçirərək Azərbaycanın bölgələrindən olan gənc yazarların ədəbi-bədii nümunələrini, poeziya örnəklərini, məqalələrini dərc edir.Bakı və Sumqayıt şəhərlərində müxtəlif mətbu orqanlarla sıx əməkdaşlıq əlaqələri saxlamaqdadır.Yeri get, qız
Sən məni heç zaman sevə bilməzsən,
Məni sevənlərin sonluğu – yalqız.
Aldanma beləcə görkəmimə sən,
Yeri sev ağıllı bir adamı, qız!Məni sevənlərin ağılı yoxdur,
Mənim şıltaqlığım dözülməz, çətin.
Yeri get yerində sakitcə otur,
Vallah, mən deyiləm sənin qismətin!Səni qısqanaram mən yerə, göyə,
Doğma ataya da, südvermişə də…
Kasası – hamıya, nə var hər şeyə,
Lap belə dünyasın dəyişmişə də!..Tüpürüb dabana elə qaçarsan,
Ancaq dilədiyin şükrlər olar.
Mənim sevilməyim deyildir asan,
Belə bir dəlidən kim sevgi umar?!Xətrinə dəyməsin, pis olma da heç,
Yəqin ki, bu sevgin bir şıltaq ərkdir.
Yeri get özünə bir babını seç,
Məni sevmək üçün ürək gərəkdir!!Mən dəliyəm, o da kür
Qaşa-gözə bax Allah,
Qüdrətinə min şükür.
Yandırdığın söndürməz,
Xan Arazla, dəli Kür!Hürü-pəri misaldı,
Baxdım ağlımı aldı.
Elə bil ac maraldı,
Adamın qəlbin sökür!Mən biləni bu qızın,
Oğurlasan “saqqız”ın,
Ürəyində düş qızın –
Qəlbi yanar görükür!Baxıram “bişən” deyil,
Çıxıb görüşən deyil,
Kəməndə düşən deyil,
Belə ceyran tez ürkür!A Qafqaz, bu qız bil ki,
Umur tər-təmiz sevgi.
Heyif, tutmaz bizimki,
Mən dəliyəm, o da kür!!ÖZGƏ
– Dön,- dedim, dönmədin, düşündüm bəlkə,
Istəyin ayrıdı, təmənnan özgə…
De, mənim qiymətli daha nəyim var,
Məndə “mən” deyilən ta “mən”dən özgə?!Səni axtarıram, dolanır gözüm,
Axır ürəyimə yaş düzüm-düzüm.
Alışmır ocağım, od tutmur közüm,
Olmaz yandıranı bir səndən özgə!Dön geri, a mənim könül möhtacım,
Üzülüb taqətim, yoxdur illacım.
Heç kimə, heç kimə yox ehtiyacım,
Sənintək səbrimi kəsəndən özgə!Qafqaz Əvəzoğlu hər şeydən betər,
Gecəli-gündüzlü yolunda bitər.
Inana bilmirəm səni mən qədər,
Sevən tapılarmı, de, məndən özgə?!2006.
AĞLADI
Gözlədim, gəlmədin, görüş yerimiz,
Halıma mükəddər oldu, ağladı!
Sənin görüşünə tələsən güllər,
Əlimdə saralıb-soldu, ağladı!Bükdü qamətimi, əydi bu halət,
Gəldiyin yollar da çəkdi xəcalət.
Məhəbbət yanğılı bir dəli həsrət,
Qolların boynuma saldı, ağladı!Nə bilim bu imiş yaxınlığımız,
Bir eşqin oduna yaxındığımız.
Bir vaxt qucağına sığındığımız,
Söyüdlər saçını yoldu, ağladı!A Qafqaz, bu necə taledi, baxtdı?
Ahım göyləri də yandırıb-yaxdı.
Şimşəklər oynadı, ildırım çaxdı,
Buludlar hönkürüb doldu, ağladı!2008.
AZ
Deyirsən, uzaq ol, amma bir zaman,
Bitib yollarımda qalmırdınmı, az?!
Dolanıb başıma pərvanə kimi,
Qadamı-bəlamı almırdınmı, az?!Süzdürə-süzdürə o qaş-gözünü,
Qurban eyləyərdin mənə özünü.
Söykəyib üzümə hərdən üzünü,
Şirin xəyallara dalmırdınmı, az?!Ayrıla bilmidin, zəliydin, zəli,
Olmuşdun sərsəri, olmuşdun dəli.
Mənə salam verən hər bir gözəli,
Şahmar ilan kimi çalmırdınmı, az?!Niyə qurdaladın sən yaddaşımı,
Qafqaz Əvəzoğlu yenə naşımı?!
Bişirə-bişirə bu gic başımı,
Gülüstan qoynuna salmırdınmı, az?!2008.
Bacarsanız siz
Ey əziz dostlarım, a yaxınlarım,
Bir sözüm var sizə! Bacarsanız siz, –
Bir uca təpədə – bir uca yerdə,
Mənim məzarımı qazarsınız siz!Başdaşım ucalsın ənginliklərə,
Dağlara-daşalra, düzənliklərə…
Bilirsiz vurğunam gözəlliklərə,
Qəbrimi güllərə qatarsınız siz!Demirəm güllərdən tutuban dəstə,
Hər gün gələsiniz dəstəbədəstə…
Hərdənbir dönübən qəbrimin üstə,
O mənli günləri anarsınız siz!İşdi, yurd-yuvamız alınsa bir gün,
Qaralmış ocaqlar çatılsa bir gün…
Dönüb qəbrim üstə nə vaxtsa bir gün,
Heç yoxsa bir ocaq çatarsınız siz!Bəxtəvər deyərdim bu külbaşıma,
Ölümüm çıxsaydı yurdda qarşıma!
Əgər burda ölşəm, sinədaşıma,
“Öldü vətən deyə” yazarsınız siz!Sormayın bu nədi, nə vəziyyətdi?
Bu da, bir arzudu, bir vəsiyyətdi,
Qafqazdan sizlərə son əziyyətdi!..
Bilirəm, sözümə naçarsınız siz;
Edin dediyimi bacarsanız siz!2007
Gedirəm
Bələnibən öz ahıma,
Üz tutmuşam sabahıma…
Qurban olum Allahıma,
Dərd sarıdan kef edirəm!Uca tutdum mən hörmətin,
Əskiltmədi kəramətin…
Hey içirdib qəm şərbətin,
Dərd də verdi can yedirəm!Döyə-döyə közarımı,
Şükür, açdı “bazarımı”.
İndi düşüb məzarımı,
Axtarmağa yol gedirəm!2005
Gedək, canım
Ömür ötdü, yaş haxladı,
Çan yetişdi – lalıxladı.
Ta əzrayıl marıxdadı,
Verdik ələ yedək, canım!Ötürmüşük neçə qış-yaz,
Qonaq olan bunca qalmaz.
Çəkilməmiş altdan palaz,
Dur yır-yığış edək, canım!Günü-gündən çaşır təbrim,
Tükənibdi daha səbrim…
Gözü yolda qalan qəbrim,
Nigarandı, gedək, canım!2005
Min, deyir
Başımda turp əkir gül nəvələrim,
Ölərəm, desələr, öl,- nəvələrim.
Açıbdı şipşirin dil nəvələrim,
Biri bir deyəndə, biri min deyir!Qoşulub onlara uşaxlaşıram,
Bu qoca vaxtımdan uzaxlaşıram…
Düşüb dizin-dizin iməkləçirəm, –
Arvad,- mübarəkdi qədəmin,- deyir!Minirlər belimə çökdürüb yerə,
“Dəh-dəh”lə çıxırlar evdə “səfərə”.
Hələ bir üstəlik xırda “heyvərə”,
-Ay nənə, yer var e, sən də min, deyir!Otaxdan-otağa başlanır yolum,
Belə nəvələrin qurbanı olub!
Nəvə şirinliyin bilməyən oğlum,
-Baho, ağlı çaşım dədəmin, deyir!..Başıma gələnlər başıza gəlsin,
Hər nəvə həsrətli tamarı kəsin!..
Qafqaz Əvəzoğlu Allah kəsməsin,
Bütün nəvələrdən kərəmin, deyir!2005
Gedir
Ay Allah, bu qızın ismətinə bax,
Həyadan yanağı allanıb gedir.
Onun taleyinə, qismətinə bax,
Beləsi kor olub allanıb gedir!Belə gözəl olmaz, belə qız olmaz,
Hələ görməmişəm belə sərvinaz.
Nə olar, ay Allah, onu mənə yaz,
Qaymaq dödaqları ballanıb gedir!Onunla ömr edən nə bəxtəvərdi,
Kimə könül versə onun nə dərdi!..
Özümü yoluna durub sərərdim,
Bilsəydim üstümdən sallanıb gedir!Yazardım şəninə gözəl şeirlər,
Sevərdim, bilərdi necə sevirlər…
Beləsin görəndə sonra deyirlər,
Qafqaz Əvəzoğlu hallanıb, gedir!2005
Dağlar
Sənlə getdi şad günlərim,
Xoş növrağım, çağım, dağlar!
Hər sağalan yara deyil,
Sinəmdəki dağım, dağlar!Ağır-ağır bir el idim,
Zaman-zaman hey qovuldum…
Qərib eldə bağban oldum,
Gül açmadı bağım, dağlar!Qərib boynun büküb gedər,
Ürəyini söküb gedər…
Qaçqın deyib tənə edər,
Mənə solum, sağım, dağlar!Günüm sizsiz keçməz idi,
İndi gözüm yaş selidi.
Söylənməmiş bir şərqidi,
Mənim ahım, ağım, dağlar!Bu dərd məni hey ağrıdır,
Bal da yesəm zəhər dadır…
Sinən üstə at oynadır,
Neçə ildi yağım, dağlar!..Qafqaz deyir, hanı sənin,
Babəklərin, nəbilərin?!..
Bizim kimi “igidlərin”,
Boyun yerə soxum, dağlar!!1996
ƏSİR DÜŞƏN ŞEİRLƏRİM
Gəncliyimin xoş çağıydı,
İlk eşqimin sorağıydı,
Ürəyimin ocağıydı,
Əsir düşən şeirlərim!Gah utancaq bir gül idi,
Gah bir ötən bülbül idi,
Şirin-şəkər bir dil idi,
Əsir düşən şeirlərim!Bəzən qarlı dağım idi,
Bəzən güllü bağım idi,
Bəzən xəzan çağım idi,
Əsir düşən şeirlərim!Naxışıydı xanamın, oy,
Cilvəsiydi sonamın, oy,
Laylasıydı anamın, oy,
Əsir düşən şeirlərim!Gah titrəyən bir yel idi,
Gah kükrəyən bir sel idi,
Gah pərişan ağ tel idi,
Əsir düşən şeirlərim!Bahür idi – yaz kimiydi,
Bir ismətli qız kimiydi,
İşvəlydi – naz kimiydi,
Əsir düşən şeirlərim!Anadil tək gah ötərdi,
Gah qartal tək qıy çəkərdi,
Kəklik kimi hey səkərdi,
Əsir düşən şeirlərim!Qəlb oxşayan xoş meh idi,
Gül üstündə bir şeh idi.
Haqq divanlı bir şah idi,
Əsir düşən şeirlərim!Yandı yurdum-yuvam, qaldı,
Sərin suyum, havam qaldı…
Kül olmamaış haram qaldı –
Əsir düşən şeirlərim!Bostanımın tağıydı o,
Ürəyimin yağıydı o,
Üç il qabaq sağıydı o,-
Əsir düşən şeirlərim!Bükdü onu bu qışlarmı,
Çürütdümü yağışlarmı,
Görən məni bağışlarmı,
Əsir düşən şeirlərim?!1996
VAR SUMQAYITIM
(Sumqayıt şəhərinin 60 illiyinə)
Bəstəkar Nərminə Nağıyeva tərəfindən mahnı-əsər bəstələnmiş, Sumqayıt şəhərinin 60 illiyi münasibəti ilə keçirilən şeir-mahnı müsabiqəsində III yeri tutmuşdur.
Sevdim ilk baxışdan, təmasdan səni,
Gördüm ürəklərdə bir dastan səni.
Olasan beləcə gülüstan səni,
Düşməsin üstünə xar, Sumqayıtım!Qəlbimdə yandırdın od-ocağını,
Ilkin bahar bildim hər bucağını.
Açıb ana kimi öz qucağını,
Olmusan bizlərə yar, Sumqayıtım!Doldun ürəklərə məhəbbətinlə,
Ruha qida verdin ülviyyətinlə.
Tanındın dünyada şan-şöhrətinlə,
Eylədin özünü car, Sumqayıtım!Igid oğlanların bir tərlan-tülək,
Qoynunu bəzəyən qızların mələk.
Məhəbbət yanğılı gör neçə ürək,
Tapdı qucağında yar, Sumqayıtım!Hüsnün ürəyimi çəkib qopardı,
Mənimçün qışın da yazdı, bahardı.
Könlüm harda belə qərar tutardı,
Yaxşı ki, yaxşı ki, var Sumqayıtım!!2009.
SUMQAYIT GÖZƏLLƏRİ
(Sumqayıt şəhərinin 60 illiyinə)
(mahnı)
Ovsunudur gözlərin,
Bahardılar, yazdılar.
Gözəllikdə özlərin,
Tarixlərə yazdılar,
Sumqayıt gözəlləri!Yaranandan bu şəhər,
Atıldılar qoynuna.
Çələng olub təzə-tər,
Sarıldılar boynuna,
Sumqayıt gözəlləri!Sevsə, cahandan keçər,
Sevgisinin yolunda.
Lap belə candan keçər,
Bağlasan əl-qolun da,
Sumqayıt gözəlləri!Nazdılar başdan-başa,
Nazlı Xəzərim kimi.
Hər biri bir tamaşa,
Yanırlar zərin kimi,
Sumqayıt gözəlləri!Oğulsansa dayan, döz,
Bu qızlarda baxışa…
Şair olan, götür yaz,
Layiqdilər alqışa,
Sumqayıt gözəlləri!2009.
-
Kamran ŞEYXZAMANLI.Yeni şeirlər
Səni gətirəcək yola baxıram!
Qəlbimin kövrək dayanacağında
Gah sağa gah da ki, sola baxıram
Gecənin hürkək qaranlığında
Səni gətirəcək yola baxıram.Gözlərim saat da ilişib qalıb
Göydən ulduzlarla sənə çatıram
Qəlbim sənsizliyə hamilə qalıb
Səni gətirəcək yola baxıram.Küləyin soyuğu səni üşüdür
Havaya dəhşətli yumruq atıram
Gözlərin gözümə qovuşsun deyə
Səni gətirəcək yola baxıram.Gözləmək sevginin taleyi imiş
Taleyin işinə lağım atıram
Səninlə birgə darıxmaq üçün
Səni gətirəcək yola baxıram.Sevgililər Günü.
sssssss
Bir gece yarısı, soyuq havada
Sevgilim gəlmişəm yanına sənin
O mələk simana baxan zamanda
Ruhum Allahındır, ürəyim sənin.Sevginin bayramı olarmış məgər
Sevən üçün hər gün bayrama dəyər
Sənin gözlərinə kor baxsam əgər
Bayramda tək-tənha ölməyə dəyərİndi hər həvəsi sevgi sanırlar
Fakirlər sevgiyə para sayırlar
Qəlbimin açarın vermişəm sənə
Ürəyim səndədir başqa hədiyyə.?Kamran Nizami 14 Fevral 2012
Həyat bir ” ŞEiR”..
Həyat bir şeirdir, sahibi şair
Ölüm qafiyədir, hər şeirə dair
Rədifsiz ömrümüz keçməz bircə an
Möhürsüz həyatdan köçmə ey insan.Aşiqin həsrəti, küləyin gücü
Şeirin özü ilə daha gözəldir.
Qadının gülüşü, vüsalın özü
Şairin sözü ilə daha gözəldir.Həyatın əvvəli sərbəstə düşdüm
Gənclik illərində döndüm qəzələ
Cavanlıq bitəndə qoşmaya döndüm
Ölüm səslərini memuara tökdümŞairin sözünə qulaq as ki, sən
Gecələr sakitcə yata biləsən
Şeir bir anadır, qafiyə ata
Şeirsiz bu dünya çətinki yata.Yenə yorğunam gecə………
Yenə səhər açıldı
Yenə oyandım dalğın
Günəş vurdu üzümə
Öz isti şilləsini
Külək sığal çəkdi
Ana nəvazişi tək
Kitablar mənə baxdı
Gah cüt, gah təkDərslər yenə başladı
Gözlərim müəlliməni
Fikrim səni aradı
Sevgi məni danladı.Qaranlıq düşdü birdən
Sən evə getməlisən
Sən gecədən qorxursan
Mən necə işıq olum
Yoluna çıraq olumQəlbim sükut içində
Qayıtdım evimizə
Boylandım buludlara
Baxdım ulduzlara
Səsləndim qaranlığa
Daha yorğunam gecə.29.10.2012
Qadınların ən gözəli anadı…
Baxışları bu qəlblərə yaradı
Gülüşləri bu dünyada röyadı
Gözəlliyi sanki başqa dünyadı
Qadınların ən gözəli anadıÖvladına ən çox yanan anadı
Beşiyində layla çalan sonadı
Gecələr yuxusuz qalan xülyadı
Qadınların ən gözəli anadıDoqquz ay bətnində gəzdirib səni
Yeməyib yedirdib böyüdüb səni
Soyuq qış gecəsi bələyib səni
Qadınların ən gözəli anadı.Ey ana ey qadın ey gözəl mələk
Qarşında mən bəndə səcdə edərək
Bu böyük cahana mən səslənərək
Qadınların ən gözəli anadı -
Debüt: Teymur HƏBİBİ (Gürcüstan Respublikası).Şeirlər
HƏYAT VƏ YARADICILIĞI
Teymur HƏBİBİ (Teymur Bayramov Rzaqulu oğlu) 9 iyul 1986-cı ildə Gürcüstanda – Qarayazı mahalının Ağtəhlə kəndində ziyalı ailəsində anadan olub. Ailənin ikinci övladıdır.
1989-cu ildən ailə üzvləri ilə birlikdə Bakıda yaşayır. Erkən yaşlarından ədəbiyyata sevgisi olan Teymur şeir, sənət ocağının qoynunda böyüyüb. Ona bu istedad soykökündən, hələ məktəb illərindən müxtəlif mövzularda şeirlər yazan, ədəbiyyatı çox sevən anası Nisə xanımdan keçib.
O, 1993-2004-cü illərdə 143 saylı məktəbdə orta təhsilini, 2004-2008-ci illər də isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Kulturologiya” fakültəsinin Beynəlxalq Mədəni Əlaqələr ixtisasının əyani şöbəsində ali təhsilini fərqlənmə diplomu ilə bitirib.
Teymur Həbibinin mətbuatda ilk çap olunmuş şeirləri 2005-ci ildə “Müxəmməs” və “Namə” olub. O, 2006-2007-cı illərdə bir ilə yaxın mətbuatda çalışıb, “Qulluğunda hər an durum”, “Xəyalımdan keçən gözəl”, “Bir salamdır aramızdakı söhbət”, “Xatirəli bir gecə…”, “Səni axtarıram, yar, haradasan?” şeirləri mətbuatda çap olunub.
Elə həmin ildə də “Ağla, mənim gözü yaşlı məhəbbətim” başlığı altında “İsmi-Teymur” (Avtobioqrafik şeir), “Kitabi-mehrim”, “Biz ad günümüzü bir qeyd edirik”, “Müxəmməs”, “Gözəl”, “Bu həyatdan cavan köçdün, sevgilim”, “Xəstəyəm, dərmanım yardır” və s. şeirləri də mətbuatda çap olunub. O, mətbuatda birinci korrektor vəzifəsində çalışıb, Heydər Əliyev “Xalqa bağışlanan ömür” X kitab, Hacı xanım Rövşanə “Əllərimi Allaha açdım”, Şükufə Göyçəli “Səni ömrümə yazmışam”, Zeynal Qoca “Zindandı dünya”, Ramiz Məmmədzadə “İşıq günü”, və s. kitablarda adı çıxıb.
Sonradan müxbir vəzifəsində çalışıb, İlyas Əfəndiyev – 92 “Unudulmaz xalq yazıçısı”, “Kulturologiya” fakültəsi “ADMİU-nun öndə gedən fakültələrindən biri”, Mikayıl Müşfiq “30 illik ömür karvanı”, Bir olan Allahın izni ilə! “İslam inciləri”, Poetik məclislər “Onların yaranma və inkişaf tarixi, poetik məclis üzvləri”, Aşıq Ələsgər “Ustadın ömür səhifələri”, Mirzə Şəfi Vazeh “XIX əsrin birinci yarısı Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri”, Xaqani Şirvani “Öz dövrünün ustadı”, Nizami Gəncəvi “Ustadın həyatı və yaradıcılığı”, Mənisə Xatın Məhsəti Gəncəvi “XII əsr Azərbaycan ədəbiyyatında yeni bir şeir məktəbinin, şeir sərgisinin təsisçilərindən biri” və s. məqalələri və bunlarla yanaşı, yeni yazdığı şeirləri də mətbuatda çap olunub.
Teymur Həbibi tələbə olarkən universitetin “Tələbə Həmkarlar İttifaqı” Komitəsinin nəzdində fəaliyyət göstərən “Ədəbi Məclis”in üzvü olub və bu məclis üzvləri ilə bərabər 2007-ci ildə mətbuatda “Darıxmışam” şeiri çap olunub.
Teymur Həbibi 2008-2009-cu illərdə (“Xidməti xasiyyətnamə” ilə təltif olunmuş) Qusar rayonunda hərbi xidmətdə olduğu müddətdə “Ana”, “Xəstəyəm, bu ürək darıxır sənsiz”, “Küsəyən qız”, “Ayrılıq”, “Əsgər məktubu”, “Şahdağ”, “Şeir yazmaq istəyirəm”, “Gülüşlərin” və s. şeirlərini qələmə alıb.
2010-2011-ci illərdə Azpress.az saytında (Azərbaycan press video-foto faktoru jurnalı) müxbir, rejissor, montajçı vəzifəsində çalışıb.
2010-cu il oktyabırın 28-də müəllifi olduğu “Həbibi dünyası…” şeirlər kitabı işıq üzü görüb. Elə həmin il dekabrın 21-də isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dəstəyi və təşkili ilə “Səda” tədris teatrında kitabının təqdimat gecəsi keçirilib.
Xatırladaq ki, “Həbibi dünyası…” müəllifin ilk kitabıdır. Burada müəllifin özünün dediyi kimi, ikinci dəfə ədəbiyyata gəldiyi dövrdən, indiki son dövrə qədər yazdığı şeirlərinin bəziləri salınmışdır. Kitab dörd fəsildən (“Şeirlər”, “Tarixsiz şeirlər”, “Bayatılar”, “Natamam sətirlər”) ibarətdir. Kitabın adından bəlli olduğu kimi müəllifin öz dünyası var…
O, 2011-2012-ci illərdə AzTV və ATV televiziya kanallarında “Səhər” Proqramı Redaksiyasında müxbir vəzifəsində işləyib.
2012-ci ildə “Süleyman Rəhimov” adına Qubadlı rayon Ədəbi İctimai Birliyinin, “Gənc Yazarlar” Ədəbi Birliyinin, “Hüseyn Arif” Ədəbi Birliyinin, “Ziyalı Ocağı” İctimai Birliyinin, “Ziyalı Ocağı” İctimai Birliyinin elektron orqanı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Birinci Qurultayında Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Redaksiya, Yaradıcı, Nümayəndə Heyətlərinin üzvü, “Azərbaycan ədəbiyyatı”, “Türkiyə ədəbiyyatı”, “Publisistika”, “Elektron kitablar” bölmələrinin əməkdaşı seçilib.
Bununla yanaşı gənc şairin şeirləri “Sözün Sehri”, “Möhtəşəm Azərbaycan” qəzetlərində, “Ziyalı Ocağı” jurnalında, müxtəlif ədəbiyyat, o cümlədən “Mədəniyyət və Ədəbiyyat” portalında dərc olunub.
Kitab və kitabın elektron versiyası sosial şəbəkələrdə (Facebook.com, Oдноклассники.ru, Twitter.com), respublikanın bir çox şəhər və rayon mərkəzi kitabxanalarında (“Gənclik” Elektron Kitabxanası, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası, bineqedi-mks.az, azlibnet.az, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası, Ağdaş rayon Mərkəzi Kitabxanası, Bərdə rayon Mərkəzi Kitabxanası, Hacıqabul rayon Mərkəzi Kitabxanası, Neftçala rayon Mərkəzi Kitabxanası, Qubadlı rayon Mərkəzi Kitabxanası, Gəncə şəhər Mərkəzi Kitabxanası, Qusar rayon Mərkəzi Kitabxanası və.s), internet saytlarında (alinino.az, Kitabxana.net, Azpress.az, edebiyyat-az.com, Kitab klubu) yerləşdirilib.
Hal-hazırda Teymur Həbibinin şeirləri dövri mətbuat səhifələrində müntəzəm olaraq dərc olunmaqdadır.ANA
Dünyada ən əziz nemətsən, ana!
Hər bir an diqqətə layiqsən, ana!
Dünyada dəyərli zinətsən, ana!
Sənsən şeir dünyam, sazım da, ana.Sənsiz darıxıram yuxularımda,
Sənsən muradım da, arzum da, ana.
Laylalar deyirsən xəyallarımda,
Sənsən baharım da, yazım da, ana.Günlərim, aylarım darıxdırıcı,
Darıxa-darıxa həm də sıxıcı,
Həsrətindən ruhum olub baxıcı,
Sənsən bəxtim, alın yazım da, ana.QULLUĞUNDA HƏR AN DURUM
Sən şahzadə, mən bir qulun,
Qulluğunda hər an durum.
Pakdır sənin həyat yolun,
Qulluğunda hər an durum.Bərbəzəyin, boy-buxunun,
Gözəlliyin, ətrin, qoxun,
Yatsan, şirin olsun yuxun,
Qulluğunda hər an durum.Hər sözümə can demisən,
Canıma ilham vermisən,
Sadə olub sevilmisən,
Qulluğunda hər an durum.Həbibinin sənin üçün
Qul olmağı şərəflidir.
Boynundakı zümrüd qaşı
Məndən sənə hədiyyədir.AY VƏ ULDUZUN TOYU
Bir gecə bir Ulduz Aya vuruldu,
Həmin gecə Aya nəğmə qoşuldu,
Göydə toy-bayram havası duyuldu,
Neçə illik arzu yerinə yetdi.
Bulud da onlara sevinc bəxş etdi.Əl-ələ verib səmada gəzdilər,
Ay və Ulduzun toyunu etdilər,
Günəşə də tez xəbər göndərdilər,
Neçə illik arzu yerinə yetdi.
Bulud da onlara sevinc bəxş etdi.Səma al-əlvan içrə bəzənmişdi,
Məclisə yaxın qohumlar gəlmişdi,
Sağdış da, solduş da məclisdə idi,
Neçə illik arzu yerinə yetdi.
Bulud da onlara sevinc bəxş etdi.Məclisə Günəş tamada seçildi,
Günəş məclisi açıq elan etdi,
“Cənablar, bəylər, xoş gəlmisiz” – dedi.
Neçə illik arzu yerinə yetdi.
Bulud da onlara sevinc bəxş etdi.Qohumlar, yaxınlar yeyib-içdilər,
Ay və Ulduza sağlıqlar dedilər,
Günəşə də təşəkkürlər etdilər,
Neçə illik arzu yerinə yetdi.
Bulud da onlara sevinc bəxş etdi.Vağzalı ilə məclis başa çatdı,
Gənc ailə öz arzusuna çatdı,
Günəş də sonda məclisə nur saçdı,
Neçə illik arzu yerinə yetdi.
Bulud da onlara sevinc bəxş etdi.MƏN NİYƏ SEVƏ BİLMİRƏM?
Tanrı mənə bu əzabı
Niyə verirsən, bilmirəm.
Görən nədir məndəki səhv
Mən niyə sevə bilmirəm?Baxıb gəzən sevənlərə,
Alovlanan o gözlərə,
Sonda döyüb bu dizlərə,
Mən niyə sevə bilmirəm?Məhəbbətim yanar bir daş,
Gözlərimdən axan sel, yaş,
Mən də sevə biləydim kaş…
Mən niyə sevə bilmirəm?Ürəyimin sarı simi,
Yarama toxunan kimi,
Köks ötürüb, çəkib qəmi,
Mən niyə sevə bilmirəm?Xəstə oldum saf eşq üçün,
Sonda qalmadı heç gücüm,
Dərd çəkməkdən yandı içim,
Mən niyə sevə bilmirəm?Axtardığım gözəl yarım,
Sənsən ürəyimdə ağrım,
Həbibiyəm, yandı bağrım,
Mən niyə sevə bilmirəm? -
Raciv RƏCƏBOV.Yeni şeirlər
Əvvəlcə axşam düşər, sonra mənim ürəyim…
Küləklər dənizlərin üzünü qırışdırar.
Qapını cırmaqlayar səni görmək istəyim,
Səbrimin pişiyini divara dırmaşdırar.Əllərimi yandırar soyuq, quru fotolar
Axtararam, tapmaram otağımda ölməyi…
Külqabıda dəfn olar siqaretlər, qutular,
Qədəhlərə boşalar şüşələrin ürəyi.Mən bu sevda testini istəmirəm yoxlayım,
Qorxuram üç doğrunu silər yanlışın biri.
Başın çiynimdə yoxdu, səni necə qoxlayım ?
Əllərimdə darıxır əllərinin boş yeri…Mən bir az öz-özümdən, bir az səndən gedirəm
Mən hamıdan gedirəm gəlib sənə çıxmağa…
Hər səhər darıxmağı parça-parça edirəm,
Hər gecə qandallanır ürəyim darıxmağa…əvvəlcə axşam düşür, sonra mənim ürəyim…
-
Teymur HƏBİBİ.Yeni şeirlər
ANA
Dünyada ən əziz nemətsən, ana!
Hər bir an diqqətə layiqsən, ana!
Dünyada dəyərli zinətsən, ana!
Sənsən şeir dünyam, sazım da, ana.Sənsiz darıxıram yuxularımda,
Sənsən muradım da, arzum da, ana.
Laylalar deyirsən xəyallarımda,
Sənsən baharım da, yazım da, ana.Günlərim, aylarım darıxdırıcı,
Darıxa-darıxa həm də sıxıcı,
Həsrətindən ruhum olub baxıcı,
Sənsən bəxtim, alın yazım da, ana.QULLUĞUNDA HƏR AN DURUM
Sən şahzadə, mən bir qulun,
Qulluğunda hər an durum.
Pakdır sənin həyat yolun,
Qulluğunda hər an durum.Bərbəzəyin, boy-buxunun,
Gözəlliyin, ətrin, qoxun,
Yatsan, şirin olsun yuxun,
Qulluğunda hər an durum.Hər sözümə can demisən,
Canıma ilham vermisən,
Sadə olub sevilmisən,
Qulluğunda hər an durum.Həbibinin sənin üçün
Qul olmağı şərəflidir.
Boynundakı zümrüd qaşı
Məndən sənə hədiyyədir.AY VƏ ULDUZUN TOYU
Bir gecə bir Ulduz Aya vuruldu,
Həmin gecə Aya nəğmə qoşuldu,
Göydə toy-bayram havası duyuldu,
Neçə illik arzu yerinə yetdi.
Bulud da onlara sevinc bəxş etdi.Əl-ələ verib səmada gəzdilər,
Ay və Ulduzun toyunu etdilər,
Günəşə də tez xəbər göndərdilər,
Neçə illik arzu yerinə yetdi.
Bulud da onlara sevinc bəxş etdi.
Səma al-əlvan içrə bəzənmişdi,
Məclisə yaxın qohumlar gəlmişdi,
Sağdış da, solduş da məclisdə idi,
Neçə illik arzu yerinə yetdi.
Bulud da onlara sevinc bəxş etdi.Məclisə Günəş tamada seçildi,
Günəş məclisi açıq elan etdi,
“Cənablar, bəylər, xoş gəlmisiz” – dedi.
Neçə illik arzu yerinə yetdi.
Bulud da onlara sevinc bəxş etdi.Qohumlar, yaxınlar yeyib-içdilər,
Ay və Ulduza sağlıqlar dedilər,
Günəşə də təşəkkürlər etdilər,
Neçə illik arzu yerinə yetdi.
Bulud da onlara sevinc bəxş etdi.Vağzalı ilə məclis başa çatdı,
Gənc ailə öz arzusuna çatdı,
Günəş də sonda məclisə nur saçdı,
Neçə illik arzu yerinə yetdi.
Bulud da onlara sevinc bəxş etdi.MƏN NİYƏ SEVƏ BİLMİRƏM?
Tanrı mənə bu əzabı
Niyə verirsən, bilmirəm.
Görən nədir məndəki səhv
Mən niyə sevə bilmirəm?Baxıb gəzən sevənlərə,
Alovlanan o gözlərə,
Sonda döyüb bu dizlərə,
Mən niyə sevə bilmirəm?Məhəbbətim yanar bir daş,
Gözlərimdən axan sel, yaş,
Mən də sevə biləydim kaş…
Mən niyə sevə bilmirəm?Ürəyimin sarı simi,
Yarama toxunan kimi,
Köks ötürüb, çəkib qəmi,
Mən niyə sevə bilmirəm?Xəstə oldum saf eşq üçün,
Sonda qalmadı heç gücüm,
Dərd çəkməkdən yandı içim,
Mən niyə sevə bilmirəm?Axtardığım gözəl yarım,
Sənsən ürəyimdə ağrım,
Həbibiyəm, yandı bağrım,
Mən niyə sevə bilmirəm? -
Debüt: Kamran ŞEYXZAMANLI ( Gəncə ).Şeirlər
TƏRCÜMEYİ-HAL
Kamran Şeyxzamanlı 1992-ci il oktyabr ayının 4-də Azərbaycan ədəbiyyatı üçün görkəmli söz sənətkarları, mütəfəkkirlər, filosoflar bəxş etmiş qədim Gəncə şəhərində Şeyxzamanlılar ailəsində anadan olub.1999-cu ildə Gəncə şəhər 20 saylı orta məktəbin birinci sinfinə daxil olub.2010-cu ildə həmin məktəbi bitirib.2010-cu ildə Sumqayıt Dövlət Universitetinin Tarix fakültəsinə qəbul olub.
Hələ orta məktəb illərindən poeziyaya maraq göstərir.Dövri mətbuatda ara-sıra şeirləri ilə çıxış edib. Tələbəlik illərində isə şeirləri Sumqayıt şəhərindəki “Sumqayıt Universiteti”, Bakı şəhərində isə “Sözün sehri” qəzetlərində, müxtəlif ədəbiyyat, o cümlədən Mədəniyyət və Ədəbiyyat portallarında çap olunub.Sumqayıt Dövlət Universitetinin elmi məqalələr toplusunda Müasir Azərbaycan dili və Ədəbiyyatı sahəsində məqalələri dərc olunub.
Hal-hazırda Sumqayıt şəhərində “Gənc Yazarlar” Ədəbi Birliyinin, S. Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin üzvüdür. Sumqayıt şəhərində ”Sumqayıt Universiteti” qəzeti, Bakı şəhərində “Sözün Sehri” qəzetləri ilə sıx əməkdaşlıq əlaqələri saxlamaqdadır.
2012-ci ildən Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Redaksiya, Yaradıcı, Nümayədə Heyətlərinin üzvü və “Azərbaycan ədəbiyyatı”,”Türkiyə ədəbiyyatı”, “Publisistika”, “Elektron kitablar” bölmələrinin əməkdaşı seçilmişdir.
2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirlilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən ”Bölgə yazarlarına dəstək” layihəsi çərçivəsində “Bölgələrdən səslər” kitabında şeirləri dərc olunaraq ilk dəfə olaraq Respublika səviyyəsində ictiamiyyətin nəzərinə çatdırıldı.Uzaqlara-Himalay dağının arxasına.
Sənsizliyə öyrəşdirmə məni
uçub getsən uzaqlara
bax ey ora
himalay dağının arxasına
nə edərəm axı mən?!
bu qara, balaca, kövrək oğlan
baş barmağını dişləyərək
hıçqıraraq için-için
ağlayaram sən getsən.
Bayramlarda gülmərəm
içərəm sənsizliyə
sənin yanına gəlmək üçün
qaranquşlara qoşulub
qatar olub gələrəm
bax ora
uzaq himalay dağının arxasına.
Sən getsən üzüm gülməz
dodaqlarım dodaqlarına
əlim əllərinə
gözüm gözlərinə
həsrət qalar.
Əgər ki, uçub getsən uzaqlara
orda bir qarayanız oğlan
sevərsən
məndə mənə bənzəyən
birini sevdin deyərəm.
Bəd dua etmərəm sənə
Sevgimi qəlbimə basdırıb
Bir məktub yazaram
öpərəm məktubu
doyunca bax səni öpən kimi
qadınım, dostum, sevgilim
deyən kimi
Göndərərəm bax ora
Ey uzaq himalay dağının arxasına.
Getsən, Getsən uzaqlara
Mən nə edərəm?!
Dişlərəm baş barmağımı
Silərəm göz yaşımı
Deyərəm dostlara
qəlbimdən bir mələk uçdubax ora
ey uzaq himalay dağının arxasına.
Kamran Şeyxzamanlı(Nizami)
18.03.2013 Gece 03.00Üsyan!
Elə getmək istəyirəm
arxama baxmadan
saatımı götürmədən
heç bir çanta filan
yemək də istəmirəm.
Elə söymək istəyirəm
uşağın anadan olanda
anasını söyən kimi
ağlayaraq, çırpınaraq.
Elə çırpmaq istəyirəm
Qapını üzümə
Üzlərini görəməyim
Atamın
Anamın
Qardaşımın.
Elə söymək istəyirəm
Dünyaya,həyata
cəmiyətə və sənə
Bəlkə eşidər tanrı
Söyüşlərimi
Axı o eşitmək istəmir
Dualarımı ,Üsyanımı
fəryadımı, naləmi..
Getmək istəyirəm
Uzaq bir adaya
Insanların az olduğu
Insanlığın olduğu
Bir yerə.
Axı darıxmaq
Bura üçün
Cəhənnəmçün
Qonşumuz
Limon satan xalaçün
Tütək çalan qaraçı üçün.
Getmək istəyirəm
Ancaq
Mən bilirəm axı
Həyat dediyin
Yaşam, darıxmaq, ölüm
Arasında keçən
Gözəl, çirkin, kasıb, zəngin
Bütün qadınların
Eyni dadı verdiyi
Yumru bir kürədə
Mənasızlıq içində
əzab çəkməkdən ibarətdir.
Getmək istəyirəm
Hara ?
Hara gedirsən get
Qayıdacaqsan əlbət bir gün
Bu pisliyin- yaşamın içinə
Hamımız bir gün gedəcəyik
Ölümə-naməlum yerə
Gəldiyimiz yerə.Kamran Şeyxzamanlı(Nizami)
9 Mart 2013Şəkil
Nazını-qəmzəni kənara qoyub
Şəklini qəlbimə çəksənə gözəl
Albomda bir şəkil gözləyir səni
Alboma özünü çəksənə gözəlQəlbindən nifrəti at bir kənara
Şəklimi qəlbinə yapışdır görək
Darıxmış saçını salıb yanına
Başını sinəmə bitişdir görəkDaha illər keçər günlər qocalar
Şəklimiz ikidən-üçə yüksələr
Analıq sözünün sədalarında
Bizim ailəmizdə bir albom olar2012-Senytabr
Sən demə Yalanmış o gözəl gözlər.
Bu qədər olarmı gözəl bu gözlər
Axtarıb tapardım orda hər sözü
Qaranlıq dünyama isıq saçardı
Mənə baxan gözlər alov saçardı.O gözlər baxırdi çox xumar-xumar
Qəlbimə çəkirdi sanki bir tumar
Qaşlari gözlərə bir siğal sarar
Mənə baxan zaman sanki qəlb yanarGözlərin gözümə sataşan anda
O baxış qəlbimə toxunan anda
Saçlarin üzüne düşən zamanda
Ürəyim məhv olur sənə baxandaHəyat tapmışdım mən o gözlərdə
Dodaqlar susurdu gözlər danışır
Ölümə məhkumdum mən o gözlərdə
Ürəyim dayanıb gözlər danışır.Zamanın çarxıyla dəyişdi dövran
Yad baxış,özgə göz sataşdı sənə
Kamranı məhv edir bu dərdli hicran
Gözlərin fikrimdə canlanr her an.Artıq unuduram mən o gözləri
Kor olub onları görməz olaydım
Sevirdim sevgiylə mən o gözəli
Sevməzdim daş olub dinməz olaydım.. -
Bu gün Qafqaz Əvəzoğlunun doğum günüdür
Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyi üzvləri, Ziyalı Ocağı” İctimai Birliyi, “Gənc Yazarlar” Ədəbi Birliyi, “Hüseyn Arif” Ədəbi Birliyi, “Neftçi” Ədəbi Məclisi, “Ziyalı Ocağı” İctimai Birliyinin elektron orqanı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Redaksiya, Yaradıcı, Nümayəndə Heyətlərinin üzvləri “Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyi”nin sədri, “Sözün Sehri” qəzetinin təsisçisi, “Qızıl qələm” və “Qızıl kitab” mükafatlarl laureatı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktou Qafqaz Əvəzoğlunu doğum günü münasibətilə təbrik edir, uzun ömür, can sağlığı, ədəbi-bədii yaradıcılığında bol-bol uğurlar diləyirlər!
ANA VƏTƏN
Ana Vətən, sinən üstə zaman-zaman,
Hey çəkilən hər dağına qurban olum!
Ömrüm boyu öz canımdan çox sevdiyim,
Hər bir qarış torpağına qurban olum!Tarixlərə sinə gərdin, mərd yaşadın,
Qərinələr dolaşacaq şanlı adın.
Birləşəcək ayrı düşmüş qol-qanadın,
Alovlanan ocağına qurban olum!Sevinirəm, baxdıqca xoş çağlarına,
Əzəmətli, başı qarlı dağlarına.
Ətir saçan gül-çiçəkli bağlarına,
Hər bir açan yarpağına qurban olum!Səndən özgə yox dövlətim, qeyri varım,
Dərdi-sərin – dərdi-sərim, intizarım.
Hər xoş günün qəlb oxşayan bir baharım,
Toy-büsatlı növrağına qurban olum!Oğul yetir, hər birisi bir qəhrəman,
Ta verməsin düşmənlərə bir də aman.
Başın üstə məğrur-məğrur dalğalanan,
O üçrəngli bayrağına qurban olum!!05.06.2004.
ŞƏHİDLƏRƏ
Bu Vətən naminə varsa ölən kim,
Həmişə bizimlə yaşayacaqdır!
Ən uca zirvədə qərar tutub o,
Şəhidlik adını daşıyacaqdır!Bu adın önündə baş əyirəm mən,
Durub üz tutduğum qibləgahımdır.
Dünən özlərini şəhid edənlər,
Üzümə açılan xoş sabahımdır!Bu vətən naminə, bu xalq naminə,
Ölümün üstünə düz gedən şəhid;
Açılan gülləyə, açılan topa,
Gərib sinəsini tuş edən şəhid:-Sənin axıtdığın hər qətrə qanın,
Bu gün Vətən boyu açan çiçəkdir.
Bu Vətən naminə çəkdiyin nərə,
Bil ki, tarix boyu səslənəcəkdir!Sinən sipər oldu neçə güllıəyə,
Haqqa çıraq oldun ölməzliyinlə.
Ey şəhid qardaşım, sən bu millətə,
Ölməzlik gətirdin ölməzliyinlə!Sən kimsən – ən uca möhtəşəm zirvə!
Mən isə kimsəyə gərək olmadım.
Özümü bir xoşbəxt sanardım, vallah,
Qoşa çəkilsəydi səninlə adım!..Bu Vətən naminə varsa ölən kim,
Həmişə bizimlə yaşayacaqdır!
Ən uca zirvədə qərar tutub o,
Şəhidlik adını daşıyacaqdır!06.08.2004.
SORUŞ
= Bir nəfər yerli “şair” biz qaçqınlara xitabən mənə:
Eh, sizin nə dərdiniz var e, bütün kommunal – işıq,
qaz, su və s. xərclərinizi dövlət ödəyir, üstəlik də
sizlərə verilən yardımlra əlavələr də alırsız,- dedi =Mənə dərdsiz deyən ay zalım oğlu,
Sən məni mən dərdli olandan soruş!
Yuvası uçandan, yurdu yanandan,
Obası virandan, talandan soruş!Qapını kəsməyib hələ duman-çən,
Demirəm mən dərdə sən də düşəsən.
Dərdimi öyrənib bilmək istəsən,
Qəzadan qəhərin alandan soruş!Fələk qarğayandan, evin yıxandan,
Başına qayalar, daşlar yağandan,
Gündüzlər yurd sarı durub baxandan,
Şər vaxtı gözləri dolandan soruş!Ətirli baxçası, bəhrəli bağı,
Yarpızlı bostanı, çiçəkli tağı,
Laləli çəməni, reyhanlı dağı,
Yamyaşıl ormanı solandan soruş!Başının üstünü kəsəndə yağı,
Qazanda qatığı, nehrədə yağı,
Ləyəndə ayranı, teştdə qaymağı,
Atıb qaça bilən nalandan soruş!Ulağı alıxda, dəvəsi xıxda,
Sürüsü ağılda, malları mıxda,
Toyuğu-cücəsi əldə-ayağda,
Itləri zəncirdə qalandan soruş!Qız-gəlin bulaqda atdı sənəyi,
Tavada xörəyi, sacda çörəyi…
Bir təhər çıxartdım anam Göyçəyi,
Sal bizdən yolunu, bir ondan soruş!Qaldı qapılarda tığla taxılı,
Tayası vurulu, kumu tıxılı…
Saydıqca birbəbir qəlbim sıxılır,
Bilmə ki, deyirəm yalandan, soruş!Halakın çıxar e, itsə bir iynən,
Olarsan imandan, çıxarsan dindən…
Bir çöp götürməyib dolu evindən,
Yol boyu saçını yolandan soruş!Taptaq altındadı qəbirstanlığım,
Qoparıb daşını, aparıb yağım.
Qaralıb ocağım, sönüb çırağım,
Dərd nədi, havasın çalandan soruş!Dördgözlü açıram hər gecə danı,
Gedib yoxlayıram yirdu-yuvanı.
Hər gün xatırlayıb eli-obanı,
Şirin xəyallara dalandan soruş!..Qafqaz Əvəzoğlu incimir səndən,
Ta bir də bir kəlmə soruşma məndən.
Get torpaq satandan, yer-yurd verəndən,
Bizi bu düzlərə salandan soruş!!2004.
BATIRAM İÇİMİN HIÇQIRIĞINDA
Yenə xəyallarla mən başıdaşlı,
Qopub öz içimdən uzaqlaşmışam.
Ürəyim ağrılı, gözlərim yaşlı,
Gedib o yerlərlə qucaqlaşmışam!Gümanın itirmiş yalquzaq kimi,
Düşüb dolaşıram viran yurdları.
Gəzirəm yad kimi, bir uzaq kimi,
Bir vaxt növrağımı quran yurdları!Gah “Qara qaya”da, gah “Ağ qaya”da,
Keçən günlərimin sorağındayam.
Gah “Qlzıl qaya”dan boylanıb, ya da,
Çağlar Bərgüşadın qırağındayam!..Baxıram hər tərəf yesirdən yesir,
Möhtacdı qayası, daşı sığala.
Nə Babək görükür, nə də Cavanşir,
Nə də ki, Koroğlu – qılıncın çala!Axır gözlərimdən yaş gilə-gilə,
Batıram içimin hıçqırığında.
Gəzdirə bilsəydik qalmazdıq belə,
Vətən qeyrətinin bir qırığın da!!2006.
SIZILDAŞIRMI
Görən o yerlərdə yenə, ay Allah,
Şimşəklər oynaşıb şaqqıldaşırmı?!
Buludlar sıxanda kirpiklərini,
Sellər dərələrdə aşıb-daşırmı?!Zümrüd bulaqların xoş nəğmələri,
Yenə oxşayırmı gen dərələri?!
Kükrəyən Bərgüşad, coşan Həkəri,
Çırpılıb daşlara qıjıldaşırmı?!Şahinlər, şonqarlar ucalıqlarda,
Durnalar, turaclar ovalıqlarda,
Xınalı kəkliklər qayalıqlarda,
Veribən səs-səsə qaqqıldaşırmı?!Səhərlər əsdikcə sərin küləklər,
Gəlintək nazlanan al biçənəklər,
Meşədə xəzəllər, çöldə çiçəklər,
Göllərdə lilparlar pıçıldaşırmı?!..Qafqaz Əvəzoğlu olsa gedəsi,
Canın o yerlərə qurban edəsi…
Görən mənim kmi hər bir bəndəsi,
Dönüb sarı simə sızıldaşırmı?!2005.
-
Qafqaz ƏVƏZOĞLU.Həyatı və Yaradıcılığı
QAFQAZ ƏVƏZOĞLU.HƏYATI VƏ YARADICILIĞI
Dəmirov Qafqaz Əvəz oğlu 1954-cü il aprel ayının 1-də Qubadlı rayonunun Mahmudlu kəndində anadan olub.İbtidai və orta təhsilini öz doğma kəndlərində alıb.
Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir.Dövri mətbuat səhifələrində şeirləri və məqalələri dərc olunub.Hal-hazırda da müxtəlif mətbu orqanlarda şeirləri və məqalələri dərc olunmaqdadır.
Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin sədridir.”Sözün Sehri” qəzetinin təsisçisidir.”Qızıl qələm” və “Qızıl kitab” mükafatları laureatıdır. Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Redaksiya, Yaradıcı, Nümayəndə Heyətlərinin üzvü və Baş redaktorudur. Bir neçə şeir və publisistik kitablar müəllifidir.Qarabağ müharibəsi veteranıdır.
Gözəl əməl və əxlaq sahibi Qafqaz Əvəzoğluna öz mətbu orqanında “Gənc Yazarlara dəstək” layihəsini həyata keçirərək Azərbaycanın bölgələrindən olan gənc yazarların ədəbi-bədii nümunələrini, poeziya örnəklərini, məqalələrini dərc edir.Bakı və Sumqayıt şəhərlərində müxtəlif mətbu orqanlarla sıx əməkdaşlıq əlaqələri saxlamaqdadır.Yeri get, qız
Sən məni heç zaman sevə bilməzsən,
Məni sevənlərin sonluğu – yalqız.
Aldanma beləcə görkəmimə sən,
Yeri sev ağıllı bir adamı, qız!Məni sevənlərin ağılı yoxdur,
Mənim şıltaqlığım dözülməz, çətin.
Yeri get yerində sakitcə otur,
Vallah, mən deyiləm sənin qismətin!Səni qısqanaram mən yerə, göyə,
Doğma ataya da, südvermişə də…
Kasası – hamıya, nə var hər şeyə,
Lap belə dünyasın dəyişmişə də!..Tüpürüb dabana elə qaçarsan,
Ancaq dilədiyin şükrlər olar.
Mənim sevilməyim deyildir asan,
Belə bir dəlidən kim sevgi umar?!Xətrinə dəyməsin, pis olma da heç,
Yəqin ki, bu sevgin bir şıltaq ərkdir.
Yeri get özünə bir babını seç,
Məni sevmək üçün ürək gərəkdir!!Mən dəliyəm, o da kür
Qaşa-gözə bax Allah,
Qüdrətinə min şükür.
Yandırdığın söndürməz,
Xan Arazla, dəli Kür!Hürü-pəri misaldı,
Baxdım ağlımı aldı.
Elə bil ac maraldı,
Adamın qəlbin sökür!Mən biləni bu qızın,
Oğurlasan “saqqız”ın,
Ürəyində düş qızın –
Qəlbi yanar görükür!Baxıram “bişən” deyil,
Çıxıb görüşən deyil,
Kəməndə düşən deyil,
Belə ceyran tez ürkür!A Qafqaz, bu qız bil ki,
Umur tər-təmiz sevgi.
Heyif, tutmaz bizimki,
Mən dəliyəm, o da kür!!ÖZGƏ
– Dön,- dedim, dönmədin, düşündüm bəlkə,
Istəyin ayrıdı, təmənnan özgə…
De, mənim qiymətli daha nəyim var,
Məndə “mən” deyilən ta “mən”dən özgə?!Səni axtarıram, dolanır gözüm,
Axır ürəyimə yaş düzüm-düzüm.
Alışmır ocağım, od tutmur közüm,
Olmaz yandıranı bir səndən özgə!Dön geri, a mənim könül möhtacım,
Üzülüb taqətim, yoxdur illacım.
Heç kimə, heç kimə yox ehtiyacım,
Sənintək səbrimi kəsəndən özgə!Qafqaz Əvəzoğlu hər şeydən betər,
Gecəli-gündüzlü yolunda bitər.
Inana bilmirəm səni mən qədər,
Sevən tapılarmı, de, məndən özgə?!2006.
AĞLADI
Gözlədim, gəlmədin, görüş yerimiz,
Halıma mükəddər oldu, ağladı!
Sənin görüşünə tələsən güllər,
Əlimdə saralıb-soldu, ağladı!Bükdü qamətimi, əydi bu halət,
Gəldiyin yollar da çəkdi xəcalət.
Məhəbbət yanğılı bir dəli həsrət,
Qolların boynuma saldı, ağladı!Nə bilim bu imiş yaxınlığımız,
Bir eşqin oduna yaxındığımız.
Bir vaxt qucağına sığındığımız,
Söyüdlər saçını yoldu, ağladı!A Qafqaz, bu necə taledi, baxtdı?
Ahım göyləri də yandırıb-yaxdı.
Şimşəklər oynadı, ildırım çaxdı,
Buludlar hönkürüb doldu, ağladı!2008.
AZ
Deyirsən, uzaq ol, amma bir zaman,
Bitib yollarımda qalmırdınmı, az?!
Dolanıb başıma pərvanə kimi,
Qadamı-bəlamı almırdınmı, az?!Süzdürə-süzdürə o qaş-gözünü,
Qurban eyləyərdin mənə özünü.
Söykəyib üzümə hərdən üzünü,
Şirin xəyallara dalmırdınmı, az?!Ayrıla bilmidin, zəliydin, zəli,
Olmuşdun sərsəri, olmuşdun dəli.
Mənə salam verən hər bir gözəli,
Şahmar ilan kimi çalmırdınmı, az?!Niyə qurdaladın sən yaddaşımı,
Qafqaz Əvəzoğlu yenə naşımı?!
Bişirə-bişirə bu gic başımı,
Gülüstan qoynuna salmırdınmı, az?!2008.
Bacarsanız siz
Ey əziz dostlarım, a yaxınlarım,
Bir sözüm var sizə! Bacarsanız siz, –
Bir uca təpədə – bir uca yerdə,
Mənim məzarımı qazarsınız siz!Başdaşım ucalsın ənginliklərə,
Dağlara-daşalra, düzənliklərə…
Bilirsiz vurğunam gözəlliklərə,
Qəbrimi güllərə qatarsınız siz!Demirəm güllərdən tutuban dəstə,
Hər gün gələsiniz dəstəbədəstə…
Hərdənbir dönübən qəbrimin üstə,
O mənli günləri anarsınız siz!İşdi, yurd-yuvamız alınsa bir gün,
Qaralmış ocaqlar çatılsa bir gün…
Dönüb qəbrim üstə nə vaxtsa bir gün,
Heç yoxsa bir ocaq çatarsınız siz!Bəxtəvər deyərdim bu külbaşıma,
Ölümüm çıxsaydı yurdda qarşıma!
Əgər burda ölşəm, sinədaşıma,
“Öldü vətən deyə” yazarsınız siz!Sormayın bu nədi, nə vəziyyətdi?
Bu da, bir arzudu, bir vəsiyyətdi,
Qafqazdan sizlərə son əziyyətdi!..
Bilirəm, sözümə naçarsınız siz;
Edin dediyimi bacarsanız siz!2007
Gedirəm
Bələnibən öz ahıma,
Üz tutmuşam sabahıma…
Qurban olum Allahıma,
Dərd sarıdan kef edirəm!Uca tutdum mən hörmətin,
Əskiltmədi kəramətin…
Hey içirdib qəm şərbətin,
Dərd də verdi can yedirəm!Döyə-döyə közarımı,
Şükür, açdı “bazarımı”.
İndi düşüb məzarımı,
Axtarmağa yol gedirəm!2005
Gedək, canım
Ömür ötdü, yaş haxladı,
Çan yetişdi – lalıxladı.
Ta əzrayıl marıxdadı,
Verdik ələ yedək, canım!Ötürmüşük neçə qış-yaz,
Qonaq olan bunca qalmaz.
Çəkilməmiş altdan palaz,
Dur yır-yığış edək, canım!Günü-gündən çaşır təbrim,
Tükənibdi daha səbrim…
Gözü yolda qalan qəbrim,
Nigarandı, gedək, canım!2005
Min, deyir
Başımda turp əkir gül nəvələrim,
Ölərəm, desələr, öl,- nəvələrim.
Açıbdı şipşirin dil nəvələrim,
Biri bir deyəndə, biri min deyir!Qoşulub onlara uşaxlaşıram,
Bu qoca vaxtımdan uzaxlaşıram…
Düşüb dizin-dizin iməkləçirəm, –
Arvad,- mübarəkdi qədəmin,- deyir!Minirlər belimə çökdürüb yerə,
“Dəh-dəh”lə çıxırlar evdə “səfərə”.
Hələ bir üstəlik xırda “heyvərə”,
-Ay nənə, yer var e, sən də min, deyir!Otaxdan-otağa başlanır yolum,
Belə nəvələrin qurbanı olub!
Nəvə şirinliyin bilməyən oğlum,
-Baho, ağlı çaşım dədəmin, deyir!..Başıma gələnlər başıza gəlsin,
Hər nəvə həsrətli tamarı kəsin!..
Qafqaz Əvəzoğlu Allah kəsməsin,
Bütün nəvələrdən kərəmin, deyir!2005
Gedir
Ay Allah, bu qızın ismətinə bax,
Həyadan yanağı allanıb gedir.
Onun taleyinə, qismətinə bax,
Beləsi kor olub allanıb gedir!Belə gözəl olmaz, belə qız olmaz,
Hələ görməmişəm belə sərvinaz.
Nə olar, ay Allah, onu mənə yaz,
Qaymaq dödaqları ballanıb gedir!Onunla ömr edən nə bəxtəvərdi,
Kimə könül versə onun nə dərdi!..
Özümü yoluna durub sərərdim,
Bilsəydim üstümdən sallanıb gedir!Yazardım şəninə gözəl şeirlər,
Sevərdim, bilərdi necə sevirlər…
Beləsin görəndə sonra deyirlər,
Qafqaz Əvəzoğlu hallanıb, gedir!2005
Dağlar
Sənlə getdi şad günlərim,
Xoş növrağım, çağım, dağlar!
Hər sağalan yara deyil,
Sinəmdəki dağım, dağlar!Ağır-ağır bir el idim,
Zaman-zaman hey qovuldum…
Qərib eldə bağban oldum,
Gül açmadı bağım, dağlar!Qərib boynun büküb gedər,
Ürəyini söküb gedər…
Qaçqın deyib tənə edər,
Mənə solum, sağım, dağlar!Günüm sizsiz keçməz idi,
İndi gözüm yaş selidi.
Söylənməmiş bir şərqidi,
Mənim ahım, ağım, dağlar!Bu dərd məni hey ağrıdır,
Bal da yesəm zəhər dadır…
Sinən üstə at oynadır,
Neçə ildi yağım, dağlar!..Qafqaz deyir, hanı sənin,
Babəklərin, nəbilərin?!..
Bizim kimi “igidlərin”,
Boyun yerə soxum, dağlar!!1996
ƏSİR DÜŞƏN ŞEİRLƏRİM
Gəncliyimin xoş çağıydı,
İlk eşqimin sorağıydı,
Ürəyimin ocağıydı,
Əsir düşən şeirlərim!Gah utancaq bir gül idi,
Gah bir ötən bülbül idi,
Şirin-şəkər bir dil idi,
Əsir düşən şeirlərim!Bəzən qarlı dağım idi,
Bəzən güllü bağım idi,
Bəzən xəzan çağım idi,
Əsir düşən şeirlərim!Naxışıydı xanamın, oy,
Cilvəsiydi sonamın, oy,
Laylasıydı anamın, oy,
Əsir düşən şeirlərim!Gah titrəyən bir yel idi,
Gah kükrəyən bir sel idi,
Gah pərişan ağ tel idi,
Əsir düşən şeirlərim!Bahür idi – yaz kimiydi,
Bir ismətli qız kimiydi,
İşvəlydi – naz kimiydi,
Əsir düşən şeirlərim!Anadil tək gah ötərdi,
Gah qartal tək qıy çəkərdi,
Kəklik kimi hey səkərdi,
Əsir düşən şeirlərim!Qəlb oxşayan xoş meh idi,
Gül üstündə bir şeh idi.
Haqq divanlı bir şah idi,
Əsir düşən şeirlərim!Yandı yurdum-yuvam, qaldı,
Sərin suyum, havam qaldı…
Kül olmamaış haram qaldı –
Əsir düşən şeirlərim!Bostanımın tağıydı o,
Ürəyimin yağıydı o,
Üç il qabaq sağıydı o,-
Əsir düşən şeirlərim!Bükdü onu bu qışlarmı,
Çürütdümü yağışlarmı,
Görən məni bağışlarmı,
Əsir düşən şeirlərim?!1996
VAR SUMQAYITIM
(Sumqayıt şəhərinin 60 illiyinə)
Bəstəkar Nərminə Nağıyeva tərəfindən mahnı-əsər bəstələnmiş, Sumqayıt şəhərinin 60 illiyi münasibəti ilə keçirilən şeir-mahnı müsabiqəsində III yeri tutmuşdur.
Sevdim ilk baxışdan, təmasdan səni,
Gördüm ürəklərdə bir dastan səni.
Olasan beləcə gülüstan səni,
Düşməsin üstünə xar, Sumqayıtım!Qəlbimdə yandırdın od-ocağını,
Ilkin bahar bildim hər bucağını.
Açıb ana kimi öz qucağını,
Olmusan bizlərə yar, Sumqayıtım!Doldun ürəklərə məhəbbətinlə,
Ruha qida verdin ülviyyətinlə.
Tanındın dünyada şan-şöhrətinlə,
Eylədin özünü car, Sumqayıtım!Igid oğlanların bir tərlan-tülək,
Qoynunu bəzəyən qızların mələk.
Məhəbbət yanğılı gör neçə ürək,
Tapdı qucağında yar, Sumqayıtım!Hüsnün ürəyimi çəkib qopardı,
Mənimçün qışın da yazdı, bahardı.
Könlüm harda belə qərar tutardı,
Yaxşı ki, yaxşı ki, var Sumqayıtım!!2009.
SUMQAYIT GÖZƏLLƏRİ
(Sumqayıt şəhərinin 60 illiyinə)
(mahnı)
Ovsunudur gözlərin,
Bahardılar, yazdılar.
Gözəllikdə özlərin,
Tarixlərə yazdılar,
Sumqayıt gözəlləri!Yaranandan bu şəhər,
Atıldılar qoynuna.
Çələng olub təzə-tər,
Sarıldılar boynuna,
Sumqayıt gözəlləri!Sevsə, cahandan keçər,
Sevgisinin yolunda.
Lap belə candan keçər,
Bağlasan əl-qolun da,
Sumqayıt gözəlləri!Nazdılar başdan-başa,
Nazlı Xəzərim kimi.
Hər biri bir tamaşa,
Yanırlar zərin kimi,
Sumqayıt gözəlləri!Oğulsansa dayan, döz,
Bu qızlarda baxışa…
Şair olan, götür yaz,
Layiqdilər alqışa,
Sumqayıt gözəlləri!2009.
-
Hacı Zaməddin ZİYADOĞLU.Həyatı və Yaradıcılığı
Həmişəyev Zaməddin Ziyad oğlu 1947-ci il aprel ayının 1-də Qazax rayonunun Xanlıqlar kədində anadan olub.İlk təhsilini öz doğma kəndlərində alıb.Bakıda neft texnikumunu bitirib.Sonra Moskavada Sosial Münasibətlər Akademiyasının məzunu olub.Gənc neftçi kimi əmək fəaliyyətinə dalğalar, təlatümlər qoynunda qərar tutmuş Neft Daşlarında başlayıb.Gecəli-gündüzlü Xəzərin ayna sularında çətin və şərəfli zəhmətə qatlaşıb.Ömrünün qaynar oynaq çağını düz 25 ilini Neft Daşlarında keçirib.Şeirləri, publisist məqalələri, yumorlu hekayələri, poemaları “Neft daşları”, “Vışka”, “Qaradağ”, “İki sahil”, “Xalq qəzeti”, “Azərbaycan”, “Yeni Azərbaycan”, “Müstəqil Respublika”, “Respublika”, “Şərq”,“Ədalət”, “Göyəzən”, “Dəli Kür” qəzetlərində, “Məshəti”, “Kulina” jurnallarında, ədəbiyyat, o cümlədən müxtəlif mədəniyyət və ədəbiyyat portallarında dərc olunub.”İlham bulağı”, “Vurğuna Vurğun gəlin”, “Tale yolum”, “Turşməzə əhvalatlar”, “Ümid çırağım”, “Borçalı nisgili”, “Həncərisən”, “60 ildən 60 yarpaq”, “İzim, sorağım”, “Həncərisən” kitablarının müəllifidir.2009-cu ildə Müqəddəs Məkkə-Kəbə ziyarətində olub.
Zaməddin Ziyadoğlu Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvüdür.”Əmək veteranı” medalı, keçmiş SSRİ və Azərbaycan Həmkarlar İttifaqının 40-dan artıq Fəxri fərmanı ilə qiymətləndirilmiş, o, “Səməd Vurğun”, “Qızıl qələm”, “Əliağa Şıxlınski”, “XXI əsrin neftçisi” mükafatları laureatı olmuşdur.
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyi ilə əlaqədar Prezident İlham Əliyevin 18 oktyabr 2011-ci il tarixli Sərəncamına əsasən Zaməddin Ziyad oğlu Həmişəyev ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətlərinə görə “Tərəqqi” medalına layiq görülmüşdür.
“Neftçi” Ədəbi Məclisinin sədridir.Yüz iyirmidən çox neftçi-şairi “Neftçi” Ədəbi Məclisi ətrafında birləşdirə bilmişdir.Otuz dörd qələm sahibinin kitabının redaktoru və ön söz müəllifi olmuşdur.Şeirləri 50-yə yaxın tanınmış şairin kitabına salınmış, publisistik yazıları, müsahibələri, bədii yaradıcılıq nümunələri Azərbaycan, Türkiyə və Rusiyanın 100-dək qəzet, jurnal və dərgisində çap edilmişdir.MƏNİM ŞAİR ANAM, MİRVARİD ANAM
Anadan olmasının 85 illiyi münasibətilə
Acılı-şirinli ömür yaşadın,
Mənim şair anam, Mirvarid anam.
Qəlbində sevgiylə şeir daşıdın,
Qeyrətli, ismətli, mərd, igid anam,
Mənim şair anam, Mirvarid anam.Vəlxanda tarlalar ətir qoxuyur,
Karqaya bulağı xalı toxuyur.
Qərib anadillər şərqi oxuyur,
Elin arzusunu nə həddim danam?
Mənim şair anam, Mirvarid anam.Yamanca darıxıb bənövşə, nərgiz,
Hər səhər seyrə çıx, öz əlinlə üz,
Dəstə, çələng bağla, saçlarına düz,
Çiçəklər qalmasın naümid, anam,
Mənim şair anam, Mirvarid anam.Didəvan zirvədən bir əl eylədi,
Göyəzən uzaqdan boylanıb dedi,
Damcılı müxtəsər belə söylədi:
-Durur üstümüzdə o haqq-salam,
Mənim şair anam, Mirvarid anam.
Sevdin obmızın şirin dilini,
Vəsf etdin Aveyi, məğrur elini,
Bir şair ömrünün yüzcə ilini,
Zaməddin qəlbinin istəyi sanam,
Mənim şair anam, Mirvarid anam.
Qeyrətli, ismətli, mərd, igid anam.Qazax, Xanlıqlar, 11 oktyabr, 1997.
QALDIN, QƏLBİMİZDƏ QALDIN, AY CİJİ
Əziz və unudulmaz anamız, Azərbaycanın Xalq şairi Mirvarid Dilbazinin Bakı şəhərində yaşadığı binanın önündə barelyefinin açılışı münasibətilə
Yazın astanası.., çərşənbə günü,
Yolunu-evindən saldın, ay ciji.
Yaşatdın bizlərə sevincli ünü..,
Qaldın, qəlbimizdə qaldın, ay ciji!Ellər şairiydin.., millət anası,
Ulu Xanlıqların gözəl sonası,
Şairlər yurdumdur, şerin binası,
Kövrək xəyallara daldın, ay ciji!Yaşa gözümüzdə sən tunc biçimdə,
Ağbirçək anamız-sadə seçimdə,
Sevdin bənövşəni, güllər içində,
Aldın, sevgimizi aldın, ay ciji!
Qaldın, qəlbimizdə qaldın, ay ciji!Bakı şəhəri.14 mart 2006.
-
Xürrəm QAFANLI.Həyatı və Yaradıcılığı
XÜRRƏM QAFANLI (Bədəlov Xürrəm Bədəl oğlu)1960-cı il noyabr ayının 15-də Qərbi Azərbaycanın Qafan rayonunun Həçəti kəndində kolxozçu ailəsində anadan olub. İbtidai təhsili doğulduğu kənddə, orta məktəbi isə Gığı kəndində fərqlənmə ilə bitirib.Nəsrəddin Tusi adına Dövlət Pedaqoji Universitetitini bitirib.
Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir.İlk şeirlərini orta məktəb illərində qələmə alıb.Dövri mətbuat səhifələrində şeirləri dərc olunub.
Üç il Qafan rayonunda müəllim işlədikdən sonra 1984-cü ildə Sumqayıt şəhərinə köçüb.Bu günə kimi MKİİ idarəsində fasiləsiz işləyir.”Bir elin harayı”, “Hələ deyiləsi sözüm var mənim”, “Sən məni yaşatdın” kitabların müəllifidir.
Hal-hazırda Süleyman Rəhimov adında Qubadlı rayon ədəbi ictimai birliyinin üzvüdür.”Sözün Sehri” qəzeti, “Ziyalı Ocağ” jurnalı, “Ziyalı Ocağı” İctimai Birliyinin elektron orqanı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı ilə əməkdaşlıq əlaqələri saxlamaqdadır.Dövri mətbuat səhifələrində-qəzet və jurnallarda tez-tez yazıları çap olunur. Ailəlidir, üç övladı var.QIFILBƏND
O kimdir ki,öz işi ilə söyünür?
İş tamamda əməliylə öyünür.
Bədənində neçə ürək döyünür?
Ya bir olur,ya çox olur deyirlər?Hansı quşdur yuva qurmur ömürdə?
O kimdir ki,günah görür səbirdə?
Hansı bədən narahatdır qəbirdə?
Ya bir olur,ya çox olur deyirlər?O nədir ki,məhkum olub bir işə?
O nədir ki,donur yayda həmişə?
Öz başına qışda açər əndişə?
Ya bir olur,ya çox olur deyirlər?Hansı dağdır zirvəsində qarı yox?
O nədir ki,yarı candır yarı yox?
O nədir ki,qismətində yarı yox?
Ya bir olur,ya çox olur deyirlər?ZƏNCİR
Zəncir olur burum-burum,
halqa-halqa,-
Qızıl zəncir,
gümüş zəncir,
dəmir zəncir.
Niyyətləri müxtəlifdir,-
Xoş niyyət var,
Bəd niyyət var.
Hər birində ayrı-ayrı
Bir hikmət var.
Vurulmasın qollarına,
Çəkilməsin yollarına
Bəd niyyətli o qandallar,
Töküb neçə-neçə qanlar.
O sərhəddir,
O çəpərdir
O bir səddir qarşımıza.
Neçəsini ağlar qoyub,
Qapısını bağlar qoyub
Dəmirçinin düzəltdiyi
Bu zəncirlər, bu qandallar
Gör nə qədər alıb canlar.
Bax odur ki, bu zəncirdən
Qorunmalı biz insanlar…
Bəzən isə
Bir zərgərin
Əllərində incələnir,
Ürəyində incilənir
gözəl olur,
Incə olur,
inci olur.
Düzəltdiyi bu zəncirlər
Bir ömrün sevinci olur.QƏFƏS
Qəfəs
Beş hərf – Beş səs.
Amma bu səs
Yer oynadır,
Göy titrədir.
Azadlığı alır hərdən,
Azadlığı boğur hərdən.
Yox yerindən doğur hərdən.
O atomdan, fırtınadan təhlükəli,
O ilandan zəhərlidir.
Düşdün ora – Düşdün tora.
Onun hökmü
Hakimdən də kəsərlidir.
Amma bəzən, necə deyim,
Xoşum gəlir –
Qadağadan çıxanları
Nankorları, nadanları
Ağuşuna alanda o,
Öz içinə salanda o.
Onda belə bir pıçıltı
Keçir mənim ürəyimdən:
Nə qədər ki azanlar var,
Dosta quyu qazanlar var,
Qulağıma deyir bir səs:
Sizə lazım bəzən qəfəs,
Beş hərf – beş səs!GECƏLƏR
Ay Sücayət, kim ki,qəbrə əmmanət-
Qoyulurlar,yatmayırlar gecələr.
Torpağında əgər görsə xəyanət-
Oyulurlar,yatmayırlar gecələr.Bilimmədi hardan əsdi bu yellər,
Hara getdi,hara köçdü bu ellər,
Çalın-çarpaz dağ çəkilən neyləyər-
Soyulurlar,yatmayırlar gecələr.Xürrəm də səninlə olub bir dərdli,
Qaçqınlıq yaşayıb ağır,zillətli,
Kiminsə çörəyi gəlsə minnətli-
“Doydururlar,”yatmayırlar gecələr. -
Xürrəm QAFANLI.Yeni şeirlər
BİR DƏLİ CEYRAN GƏZİRƏM
Çoxlarının dolaşıbdı kələfi,
Yavaş-yavaş xəlbirlənib ələfi,
Etiraf eyləyən günahı,səhvi,
Həmsöhbət olmağa insan gəzirəm
Bir dəli ceyran gəzirəm.Gül açıb hər tərəf, dərə,təpə,çöl,
Məni vurğun edib Göygöl,Qazangöl,
Atalar demişkən Vətənində öl,
Olmuşam o yerə heyran gəzirəm
Bir dəli ceyran gəzirəm.Naz edə,naz sata,nazını çəkəm,
Onsuz boğazımdan keçməyir tikəm,
Daşları əridəm,dağları sökəm,
İmkan yaradalar meydan gəzirəm
Bir dəli ceyran gəzirəm.
Ağız nazik,dodaq nazik,dildə bal,
Ala gözlü,lalə yanaq,üzdə xal,
Onun üçün çox salaram qalmaqal,
Mənə qəlbin verən canan gəzirəm
Bir dəli ceyran gəzirəm.PƏNCƏRƏMƏ GÜL ÇƏKİLİB
Pəncərəmə gül çəkilib.
Hanı onun rəssamı?
Necə çəkib,
incə çəkib,
gecə çəkib.
Görünməyir gözlərimə.
Ləçəkləri yerindədir,
Çiçəkləri yerindədir.
Hər bir çiçək gəl-gəl deyir
qoxla məni.
Nə olar ki,bircə dəfə
yoxla məni.
Yaxınlaşıb ona,mən dinməzcə
Qorxa –qorxa
Qorxum budur o soluxa.
Bu qorxunu üstələyib,
Yavaş-yavaş əl çəkirəm.
Sanki məndən utanırmış,
Ləçəkləri bir-bir düşür.
Sən demə ki,bu çiçəklər
saxta imiş,
Onu çəkən o rəssam
ŞAXTA im
YAĞIŞ YAĞIRYağış yağır
leysan təki,
Bəzə olur
asta yağır,
Bəzən narın
yağır seyrək.
Su yığışıb,sel yaranır
onda neynək.Yağış yağır şıdırğı
Yuyur dağı ,yuyur daşı.
Çəməni ,çiçəyi yuyur,
Yalanı, gerçəyi yuyur,
Çirkini ,göyçəyi yuyur.Yağış yağır,
Şimşək çaxır.
Buludların arasından
İldırımlar şaqqıldayır.
Sanki yer ,göy
Qarışıbdır bir-birinə
Toxunaraq taqqıldayır.Yağış yağır,
nur ələnir.
Bütöv təbiət
cana gəlir.
Yağış yağır,
Yağış yağır.KİŞİ DEYİLSƏ
Bu gün arvadına qul olan kişi,
Yəqin ki,sabah da noxda vuracaq,
Minib çapırdallar bu baş o başa,
Xıx desə xıxlanıb mıxda duracaq.Arvad sola,uşaq sağa çəkirsə,
Gör bunun evində halı necədi.
Ayaq başa, baş ayağa keçirsə,
Bədəndə göyərmiş “xalı “neçədi.Əgər o saqqalı veribsə ələ,
Sorular hər saat qanı qurtarar.
Belə yaşamaqdan kəndir yaxşıdır,
Salsa boğazına canı qurtararBir kişi evində kişi deyilsə,
Qazan yalamaqdı həmişə payı.
Hər şalvar geyənə kişi deyilsə,
Azalar dünyada qadının sayı. -
“Ziyalı Ocağı” jurnalının növbəti buraxılışı işıq üzü gördü
“Ziyalı Ocağı” İctimai Birlyinin mətbu orqanı “Ziyalı Ocağı” jurnalı 2012-ci ildən Bakı şəhərində dərc olunur.Rübdə bir dəfə dərc olunan jurnal Azərbaycanla yanaşı, Türkiyə, Rusiya Ukranya, Şimali Kipr Türk Cümhuriyyətinə göndərilir.Türkiyə Yazarlar Birlyinin, Tokat Şairler ve Yazarlar Derneğinin, İLESAM-ın üzvlərinin ədəbi-bədii nümunələrini öz səhifələrində dərc edir.Türkiyənin müxtəlif şəhərlərindən göndərilən ədəbi-bədii nümunələr, poeziya örnəkləri, məqalələr jurnalına səhfələrində dərc olunaraq ictimaiyyətin nəzərinə çatdırılır.
“Ziyalı Ocağı” İctimai Birliyinin mətbu orqanı “Ziyalı Ocağı” jurnalı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şursı tərəfindən maliyyələşdirilən, Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən “Gənc Yazarlara dəstək”, “Bölgə yazarlarına dəstək”, “Yeni nəsil Azərbaycan ədəbiyyatının təbliği” layihələrini dəstəkləməkdədir.
Son zamanlar Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən “Gənc Yazarlara dəstək” layihəsini dəstəkləməkə üçün “Ziyalı Ocağı”nın Gənc ədbiləri başlığı altında yeni səhifəlır hazırlayıb və səhifələrində dərc edib.
“Ziyalı Ocağı” jurnalının bu buraxılışında 2012-ci il sentyabr ayının 24-də Bakı şəhərinə gələn və “Divani-Hikmət” də təşkilanan görüşün əsas qonaqları Türkiyə Yazarlar Birliyinin Nümayəndə Heyətlərinin üzvləri Gülten ERTERK, Münevver DÜVER, Nilufer DURSUN, Hayrettin İVGİN,Şemsettin AKAR, Hasan AKARın ədəbi-bədii nümunələri “Qardaş qələmlər”, Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin sədri Qafqaz Əvəzoğlunun, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı Əkbər Qoşalının,”Hüseyn Arif” Ədəbi Birliyinin sədri Saqif Qaratorpağın, Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin üzvləri gənc yazarlar Raciv Rəcəbovun, Kənan Aydınoğlunun,”Ziyalı Ocağı” İctimai Birliyinin üzvləri Fəxrəddin Ziyanın, Ağasəf İmranın, Nəriman Dumanlının şeirləri “Poeziya salxımları” səhifələrində dərc olunub.
Əziz və hörmətli dostlar!
“Ziyalı Ocağı” İctimai Birliyinin mətbu orqanı “Ziyalı Ocağ” jurnalı Azərbaycanın şimal, cənub, qərb, şərq bölgələrində yaşayan ədəbi-bədii yaradıcılıqla məşğul olan gənc yazarlara dəstək olmaq, ədəbi-bədii nümunələri dərc edib ictimaiyyətin nəzərinə çatdırmaq üçün yeni məılumatlar toplayıb, tərtib edib, nəşrə hazırlayır.Eyni zamanda jurnalda dərc olunan müəllifləri “Ziyalı Ocağı” İctimai Birliyinin üzvlük vəsiqəsi ilə təmin edir.
“Ziyalı Ocağı” jurnalında ədəbi-bədii nümunələrinin, poeziya örnəklərinin, məqalələrinin dərc olunmasını istəyənlər aşağıdakı ünvana müraciət edə bilərlər:Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu,”Ziyalı Ocağı” İctimai Birliyinin qərargahı.
Telefon :(051) 785 44 33: (055) 260 98 90
Web: http://edebiyyat-az.com
Elektron poçt: edebiyyat-az.com@mail.ru -
İlham MİKAYIL.Yeni şeirlər
TƏRCÜMEYİ-HAL
İlham Mikayıl (Mikayılov İlham Hamlet oğlu) 1989-cu il sentyabr ayının 5-də Kəlbəcər rayonunu Böyük İstisu qəsəbəsində anadan olub.1996-cu ildə Yevlax şəhər 9 saylı orta məktəbin birinci sinfinə daxil olub.2007-ci ildə həmin məktəbi bitirib.Həmin il Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinə qəbul olub.2011-ci ildə həmin Universitetini bitirib.
Ədəbiyyata, poeziyaya dərindən maraq göstərir.İlk poeziya örnəklərini tələbəlik illərində qələmə alıb.Azərbaycanın adət-ənənələrini dərindən bildiyi üçün daha çox xalq şeiri üslubunda ədəbi-bədii nümunələr ərsəyə gətirir.Şeirləri Şaman”, “Möhtəşəm Azərbaycan”, “Sumqayıt Universiteti”, “Yeganə yol”,“Sancaq”, “Sözün sehri”, “Elimiz, günümüz”, “Yenilik Press”, “Respublika Gəncləri” qəzetlərində, “Ziyalı Ocağı” jurnalında, müxtəlif ədəbiyyat, o cümlədən Mədəniyyət və Ədəbiyat Portallarında dərc olunub.Haqqında yazılan səmimi duyğular və düşüncələr Mədəniyyət və Ədəbiyyat portalında yerləşdirilib. Hal-hazırda “Gənc Yazarlar” Ədəbi Birliyinin üzvüdür.”Sumqayıt Universiteti” qəzeti ilə sıx əlaqə saxlamaqdadır.
Gənc ədib İlham Mikayıl haqqında qələm dostu Kənan Aydınoğlu “Kim sənə dedi ki?!”, “Kəlbəcər həsrətli şairim mənim” şeirlərini yazmış, müəllif haqqında ürək dolusu danışmışdır.
2012-ci il oktyabr ayının 6-da “Ziyalı Ocağı” ctimai Birliyinin elektron orqanı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Birinci Qurultayında Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Redaksiya, Yaradıcı, Nümayəndə Heyətlərinin üzvü və Baş redaktoru seçilmişdir.
2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirlilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən ”Bölgə yazarlarına dəstək” layihəsi çərçivəsində “Bölgələrdən səslər” kitabında şeirləri dərc olunaraq ilk dəfə olaraq Respublika səviyyəsində ictiamiyyətin nəzərinə çatdırıldı.ALA YURDUMU
Gülü dərilməyib təzə tər qalıb,
Ürəkdə nisgil var dərdi sər qalıb.
Düşmən tapdağında Kəlbəcər qalıb,
Bir oğul gəzirəm ala yurdumu,
Səliqə səhmana sala yurdumu .Lənət o anlara, lənət günlərə,
Dilə gəldi o gün o dağ, o dərə .
Əldən getdi Ağdam, Laçın, Ağdərə,
Bir oğul gəzirəm ala yurdumu,
Səliqə səhmana sala yurdumu.Dərbənd rus əlində, Şuşa dığada,
Füzuli, Cəbrayıl qalıb yağıda.
Gör kimlər oynadır at Qubadlıda?!
Bir oğul gəzirəm ala yurdumu,
Səliqə səhmana sala yurdumu.Ruhumu incidir Qazan Bayandur,
Deyir oğuz oğlu qalx ayağa dur.
Çağırır Xocalı, Göyçə, Zəngəzur.
Bir oğul gəzirəm ala yurdumu.
Səliqə səhmana sala yurdumu.Hər şeyin öz adı var öz adında.
Xocavənd, Xankəndi qalsın yadında.
Silinməz iz qoysun qoy yaddaşında.
Bir oğul gəzirəm ala yurdumu,
Səliqə səhmana sala yurdumu.QOCALIR
Zaman tələsdirir qovur insanı,
Baxıb bu həyata dövran qocalır.
Duyub düşündükcə ömrün sonunu,
Saçları ağarır, insan qocalır.Həyat insanların üstünə cumur,
Əl əli yuyanda əlüzü yumur.
Görən bu həyatda insan nə umur,
Baxıb min arzuya güman qocalır?!Əyrini düz sayır, düzü də əyri,
Allah cüt yaradıb”Şəri və xeyri”.
Bircə bu dünyada yalandan qeyri,
İnsana baş əyən zaman qocalır.Bəşər yox olubdu qandal qolunda,
İblislər əyləşib sağı-solunda,
Həyatın çıxılmaz çətin yolunda,
İnsanı dərk edib qanan qocalır. -
“Bölgələrdən səslər” kitabının birinci hissəsi işıq üzü gördü
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Dünya Gənc Türk Yazarlar Birliyinə istinadən yaydığı məlumata görə,
-
Əziz MUĞANİ.Şeirlər
DARIXMIŞAM…
Diləyin, lal arzunun sorğusu sən
Ürəyin ,sevən qəlbin oğrusu sən
Xəyalların düzü sən, doğrusu sən
Düzlərinçün darıxmışam deyəsənBiz ölməzik, ayrılığı dan deyən
Eşqim ilə alış deyən, yan deyən
Hər dinəndə şirin dilə can deyən
Sözlərinçün darıxmışam deyəsənQərib hissə, duyğulara ad salan
Sevinc verən, qəm qüssəni yad salan
Hər baxanda bu könlümə od salan
Gözlərinçün darıxmışam deyəsənDÜNYANIN!
Azmayıb yolunu, çərxi çönməyib
Fırlanıb, düz gedib, geri dönməyib
Bəlkə də günəş hirsindən sönməyib
Əzəldən ərimir yağı dünyanınBəlkə yuxudadır, hələ yatıbdı
Bəlkə də körpədir kimsə atıbdı
Zülmətlər içində itib, batıbdı
Ondandır görünmür ağı dünyanınSəs verir tufana, güc verir yelə
Sakitdir , çağlayıb dönməyir selə
Ölüsə niyə də fırlanır hələ
Bilinmir nə solu, sağı dünyanınUğrunda döyüşlər canlar alıbdı
Doğulan meylini ona salıbdı
Gör necə səmadan aslı qalıbdı
Hardadır düyünü, bağı dünyanınHər bulağ gözündə yaş dənəsidir
Hər damcı istəyin qəm meyvəsidir
Hərəsi bir eşqin nişanəsidir
Xeylidir köksündə dağı dünyanınSUBAYLIĞ!
Düşünmə başında tacı qalacağ
Şahlığı devrilən candı subaylığ
Nə vaxtsa saçına dən də salacağ
Yaşanan zamandı , andı subaylığBirgəlik ağırdı qızlıdan, ləldən
Tənhalıq yıxandı, deyil düzəldən
Görəsən nə üçün ta ki əzəldən
Deyiblər sultandı, xandı Subaylığ?!Ömürdən sökülən günləri alar
Alışan ocaqsan, geri kül qalar
Məsləhət sizlərə budur, TƏNHALAR
İnanma qayğıdan yandı sunaylığ.Ay üzlü yarım
Əlində gül tək saralıb solaydım
Axan yaş tək gözlərinə dolaydım
Kaş arzularına günəş olaydım
İşıqlar saçaydım , ay üzlü yarımEşq ilə yaranıb ağ da, qara da
Eşq ilə sarınıb dərin yara da
Körpülər yaradıb sənlə arada
Qəlbinə qaçaydım, ay üzlü yarım
Ümüdlər düzəydim tellərin üstə
Ataydım günahı illərin üstə
Uzadıb əlimi əllərin üstə
Sevincdən uçaydım ,ay üzlü yarımUnudub səninlə dərdləri ,səri
Unudub səninlə qəmi ,kədəri
Günəşdən güc alan parlaq səhəri
Səninlə açaydım, ay üzlü yarımMəhəbbət
Bəzən işıqlıdı, bəzən qaranlıq
Qəlblərdən qəlblərə yoldu məhəbbət
Əvəli çox şirin olsada inan
Həsrətlə, kədərlə boldu məhəbbətBilmirəm gündüzdü, yoxsa ki gecə
Gah ucaldar, gah da endirər heçə
Hardan yol tapır ki, o keçir necə
Qəlblərə yol tapıb doldu məhəbbətDəyişkəndi, yoxdu qəlbdə qərarı
Gah sağdı, gah da soldu məhəbbət
Qəlbdən sevənləri bağlayan körpü
Aşiqdən uzanan qoldu məhəbbət -
Debüt: Raciv RƏCƏBOV (Kəlbəcər).Şeirlər
TƏRCÜMEYİ-HAL
Raciv Recebov 1985-ci il mart ayının 20-də Kəlbəcər rayonunun İsti su qəsəbəsinde doğulub. 1991-il də Çıraq kənd orta məktəbinde birinci sinfinə qəbul olub. 2002-ci ilde Kəlbəcər rayon 31 saylı orta mektebi bitirb. 2009-cu ildə Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub.
Hələ orta məktəb illərindən poeziyaya maraq göstərir.Dövri mətbuatda ara-sıra şeirləri ilə çıxış edib.ilk şeirlerini 14-15 yaşlarında qələmə alıb.Gənc yazar Raciv Rəcəbovun şeirləri, hekayələri “Sumqayıt Universiteti”,“Sözün Sehri”, “Yenilik Press”, “Möhtəşəm Azərbaycan”, “Elimiz.günümüz” qəzetlərində, “Ziyalı Ocağı” jurnalında, müxtəlif ədəbiyyat, o cümlədən Mədəniyyət və Ədəbiyyat Portallarında dərc olunub.Hal-hazırda “Gənc Yazarlar” Ədəbi Birliyinin və “Ziyalı Ocağı” İctimai Birliyinin üzvüdür.Sumqayıt Dövlət Universitetinin mətbu orqanı “Sumqayıt Universiteti” qəzeti ilə sıx əməkdaşlıq əlaqələri saxlamaqdadır.
2012-ci il oktyabr ayının 6-da “Ziyalı Ocağı” İctimai Birliyinin elektron orqanı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Birinci Qurultayında Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Redaksiya, Yaradıcı, Nümayəndə Heyətlərinin üzvü və Ədəbiyyat, Publisistika, Elektron kitablar bölməsinin əməkdaşı seçilmişdir.Gənc yazar Raciv Rəcəbov şeirlər, hekayələr, məqalələr müəllifidir.* * *
Məndən sevgi umma sən,
Sev səssiz, həm səmirsiz.
Düşəcəyəm dalınca,
Nişanəsiz, ləpirsiz…Gecə ay doğan kimi,
Ağladır soğan kimi,
Gecəni yorğan kimi,
Üstümə sər xəbərsiz.Nəfəsin aldı sevgi,
Üzümə güldü sevgi,
İçimdə oldu sevgi,
Baş daşısız, qəbirsiz.* * *
Var ürəyə gedən yolda,
Sevginin dar dalanları.
Bu yollara işıq salır,
Sevginin ağ yalanları.Göz yaşın yanağında sel,
Əlim islandl elə bil.
Öpdüyüm barmağınla sil,
Göz yaşından qalanları.Bulud salır kölgə indi,
Bağınıza yekə indi.
Ağlayırsan bəlkə indi,
Yada salıb olanları.* * *
Xəritədə əlim boyda,
Ağzımda dilim boydasan, Vətən…
İki uşaq qarışı boyda,
Bir qocanın alnının qarışı boydasan, Vətən…
Mənimçün dərd kimisən,
Yeyirsən məni, Vətən! -
Kənan AYDINOĞLU.”Uşaq şeirləri” silsiləsindən
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı adından sizi doğum günü münasibəti ilə ürəkdən təbrik edirik.Ataya-anaya layiqli övlad olmağı Uca Tanrıdan diləyirik!
A KÖRPƏ BALA
Salmanov Tofiq Nazim oğluna
Əl tutub gəzəndə, a körpə bala,
Elə bil gözümdə cahan yeridi.
Çevrilib anana baxıb, güləndə,
Bir anlıq dünya da özü kiridi.Sən hələ gözünü yumub, açanda,
Anan qucağında səni tutanda,
O yana, bu yana gəzib, qaçanda
Nə qədər sevindi üzü ananın.Mən hələ atandan söhbət açmıram,
Əli ağrısa da bil, üzü güldü.
Ana qucağında deyəndə layla,
Səni gözlərində mərd oğul gördü,
Əli ağrısa da bil, üzü güldü.
1 avqust 2008. -
Rafiq ODAY.Şeirlər
GƏLDI
Bu örkən uzun örkəndi,
Durum dolanım bu kəndi.
Gözümün yaşı tükəndi,
Yerindən qara qan gəldi.Göylərdən bir ulduz axdı,
Gördüm ki, yolum uzaqdı.
Təzə yurd saldığım vaxtı,
Bu karvan haradan gəldi.Yön alım dedim haraya,
Yön alım gedim haraya.
Ağ ağa qənim, qaraya
Nə gəldi qaradan gəldi.Bu sayaq yaşayammadım,
Başayaq yaşayammadım.
Mən oyaq yaşayammadım,
Hər dərd də röyadan gəldi.Salma dedim çəp yerinə,
Biçdiyini səp yerinə.
Bu səhər də sübh yerinə,
Ömrümə qara dan gəldi.Bir qəti hökm aradım,
Bu ömrü nakan aradım.
Bir özgə məkan aradım,
Dadıma yaradan gəldi.ƏLINDƏ
Başımız qovğada, qalda,
Yaxamız namərd əlində.
Talanır cümlə varımız,
Yoxumuz namərd əlində.Boşalan yer zorla dolur,
Düzü-dünya gorla dolu.
Yatağımız qorla dolu,
Yuxumuz namərd əlində.Yerlər qılınc, göylər qalxan,
Qan ağlayır düşüb – qalxan.
Sinəmizi deşib qalxan,
Ahımız namərd əlində.Ha bu qədər zəncir gəmir,
Qanqal dəmir, zəncir dəmir.
«Yazı»mızdan yox səs-səmir,
«Oxu»muz namərd əlində.Sökülür yurdun hasarı,
Qurd oğlu qurdun hasarı.
Tuşlanan yurduma sarı,
Oxumuz namərd əlində.Gördük qalxıb enənləri,
Gördük ötən dünənləri.
Bada verdik dinənləri,
Çoxumuz namərd əlində.KEÇIR
Öz günümə ağlamıram,
Günüm ağlamaqdan keçib.
Ağlamağın faydası nə? –
Gülüm, ağlamaqdan keçib.Qısıl yaşa tək içində,
Öz dərdini çək içində.
Ömrümüz ələk içində,
Qəddimiz yumaqdan keçir.Tərk olduq təkə dönüncə,
Biz ürkə-ürkə dönüncə,
Çuxamız kürkə dönüncə,
Bəlkə yüz yamaqdan keçib.Bu həyat bir qəm sandığı,
Kim açsın, de, kim, sandığı?
Ac balığın yem sandığı,
Ölümü qarmaqdaq keçir.Haqqın uvandı, tərsi bir,
Haqq oğlu haqqa nə Sibir?!
Dolanmaq başın nəsibi,
Dolamaq, barmaqdan keçir.Tanısa qəmlər yaxanı,
Kim tikər qəmlər yıxanı?
Naz ilə qəmlər yaxanın
Sevgisi bu baxtdan keçir.BILIRƏM
Mənim virana könlümü,
Eşq abad eylər, bilirəm.
Gahdan da abad olanı
Aşqabad eylər, bilirəm.Könül verdinsə təkliyə,
Ömrü dərd-qəm ətəkliyər.
Səni vadar dönüklüyə
Başqalar eylər, bilirəm.Məni bu kənddən ötürün,
Ötürün, dərddən ötürün.
Hər boş söz-söhbətdən ötrü
Qaşqabaq eylər, bilirəm.Sinəmin aha çəmi var,
Gözümün daha nəmi var.
Küsməyə bəhanəmi var? –
Başqa ad eylər, bilirəm.Yığdı cana ələm məni,
Ömür adlı sələm məni.
Bu eşq üstə aləm məni
Daşqalaq eylər, bilirəm.DUR ATINA SÜVAR OL
Bu yolun taleyilə
Ötən barışa bilmir.
Bir yanıqlı ney kimi
Tütən barışa bilmir.
Ondan üz çevirənlə
Vətən barışa bilmir.
Nakəslə, naxələflə
Sən də barışma, könül.Qoşun-qoşun düzülən
Bu qədər dərd bizimdi.
Qurşun-qurşun üzülən
Bu qədər mərd bizimdi.
İçində dərd gəzdirən
Bu qədər fərd bizimdi.
Sağaltmaz bu dərdləri
Bayatı, qoşma, könül.Bu ümid qalasının
Açarı məndə deyil.
Kim salıb məni görən
Bir belə bəndə deyir.
Tanrısına ağ olan
İmanlı bəndə deyil,
İmansızdan kənar gəz,
Dinsizdən haşa, könül.Sıxmaqdan bir kar aşmaz
Gözümün qorasını.
Sən özün tapmalısan
Dərdinin çarasını.
Lənətləmək gərəkdir
Ağını, qarasını.
İlan elə ilandı
Gördün bas daşa, könül.Qarabağ əldə deyil,
Turanın söhbəti var.
O xanəsi əzəldən
Viranın söhbəti var.
Cəm olmağa nə var ki,
Bir anın söhbəti var.
Bənddir bir haya ellər,
Bənddir bir marşa, könül.
Daha yetər, qardaşım,
Savalanda yatdığın.
Dədə-baba yurdundan
Qovulanda yatdığın.
İllərdi döyülməyən
Davulunda yatdığın.
Dur, atına süvar ol,
Qılıncı qurşa, könül. -
GÖRKƏMLİ ŞƏXSİYYƏTLƏRİN KƏNAN AYDINOĞLU HAQQINDA DEDİKLƏRİ
“Kənan, oğlum, obrazlılıq lazımdır o da sən də var.Sən əsl şairsən.Sən Nəriman Həsənzadənin davamçısısan.”
Nəriman HƏSƏNZADƏ.
Azərbaycan Respublikasının Xalq şairi.
Əməkdar İncəsənət Xadimi.
21 noyabr, 2009.Bakı şəhəri.“İnsan əgər doğulubsa, xoşbəxtdi, özünü axtarırsa, daxili dünyasında baş verən burulğanlardan baş çıxarmağa çalışırsa, kamilləşmə, dünyanı dərk etmə yolundadı.Bütün yolların sonucu isə Allah dərgahında bitir.Allah sənə yar olsun!”.
Rafiq YUSİFOĞLU.
Şair,ədəbiyyatşünas,yazıçı,tənqidçi,tərcüməçi,
Filologiya elmləri doktoru, professor,
Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi.“Kənan Aydınoğlu hələ çox gəncdir, qarşıda onu gərgin yaradıcılıq illəri, sənət axtarışları gözləyir.Odur ki, bu gün, indilikdə onun şeirlərində redaktəyə ehtiyacı olan ifadələr, təsvirlər, dil, üslub xətaları yox deyil.İnanırıq ki, Kənan sənətdə istədiyinə nail olacaq.Bu yolda ona uğurlar diləyirik”.
Eyvaz EMİNALIYEV.
Filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent.
Sumqayıt Dövlət Univeristetinin “Azərbaycan və Xarici Ölkələr Ədəbiyyatı” kafedrasının dosenti.
“Vektor” Beynəlxalq Elm Mərkəzi Mükafatı laureatı“Onun könül duyğularını oxuyanda dərk edirsən ki, tərbiyənin aşılanması konkret meyar deyil, hisslərin dərk olunması ən birinci şərtdir.
Azərbaycan ədəbi müstəvisində əxlaq kodeksi gənc qələm sahibinin təfsirində çox aydın şəkildə verilir.Bu paralellikdə şair-zaman anlayışı bədii təfsirini itirmədən özünü qabarıqlığı ilə göstərir.
Onun dördlüklərində, qoşma və gəraylılarında bədii səciyyə və tarixi əhəmiyyət bir sıra periodik amilləri özündə mərkəzləşdirir və həmçinin ədəbi düşüncələrinin dinamikası passionar fakt kimi oxucunu düşündürür.İnsan və zaman anlayışı, müəllifin həyat fenomeninə münasiəbti, zənnimcə, bəşəri məfkurəvi hisslərin sinkretikasıdır”.Məhəmməd NƏRİMANOĞLU.
Şair, yazıçı, publisist.
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
“Azərbaycan” qəzetinin şöbə müdiri. -
Kənan AYDINOĞLU.”Azərbaycan dünyasısan” (Şeir)
AZƏRBAYCAN DÜNYASISAN!
Türk-İslam Mədəniyyətinin paytaxtı seçilən doğma BAKIM haqqında.
Qədimliyi, tarixi də ADƏMLƏ NUHLA yaşındadı,
İgidliyi, cəsarəti torpağında, daşındadı.
Həsrətinin nişanəsi çatılan bax qaşındadı,
Sevinci də, kədəri də süzülən göz yaşındadı.
Türk-İslam dünyasının bir ümmanı, damlasısan,
Ruhum qədər əziz olan AZƏRBAYCAN DÜNYASISAN!Sən də qərar tutubdu çox bax VAQİFİMİN HARAYI,
FÜZULİNİN incilərdən düzüləndə şah sarayı.
Türk-Müsəlman dünyasının həm genəşi, həm də ayı,
NƏSİMİNİN üsyanından ARAZIMIN axan çayı.
Türk-İslam dünyasının bir ümmanı, damlasısan,
Ruhum qədər əziz olan AZƏRBAYCAN DÜNYASISAN!Gözəllikdə çox gözəlsən gözəlliyə çatan olmaz,
TÜRK OĞLUSAN deyə yenə cəsarətdə batan olmaz.
Qəm, kədəri sənin kimi çiyinlərdən atan olmaz,
Sənin kimi mayasına halal maya qatan olmaz,
Türk-İslam dünyasının bir ümmanı, damlasısan,
Ruhum qədər əziz olan AZƏRBAYCAN DÜNYASISAN!Meydanlarda yağılardan milyonunu biçəcəksən,
MƏKKƏMDƏ, MƏDİNƏMDƏ sən ZƏM-ZƏMİNDƏN içəcəksən.
ƏRƏNLƏRİN ƏR OĞLUSAN körpülərdən keçəcəksən,
Zaman-zaman sınaqlardan düşmənini seçəcəksən.
Türk-İslam dünyasının bir ümmanı, damlasısan,
Ruhum qədər əziz olan AZƏRBAYCAN DÜNYASISAN!YUNUS ƏMRƏM tarix boyu yurdumda da qonaq oldu,
TÜRK milləti ömrü boyu yenə sənə dayaq oldu.
Bayrağınla gözəl dilin HAQQI deyən dodaq oldu,
Siyah telli gözəllərin lalə kimi yanaq oldu.
Türk-İslam dünyasının bir ümmanı, damlasısan,
Ruhum qədər əziz olan AZƏRBAYCAN DÜNYASISAN!Səni sevib görmək üçün candan cana hopub gəldim,
“QURAN”ımdan süzülərək ələq-qana hopub gəldim.
HAQQI sevə-sevə yenə vaxta, ana hopub gəldim,
Tarix boyu söküləndə yenə dana hopub gəldim.
Türk-İslam dünyasının bir ümmanı, damlasısan,
Ruhum qədər əziz olan AZƏRBAYCAN DÜNYASISAN!NİZAMİYLƏ FÜZÜLİNİN torpağının əzəlisən,
TÜRKün OĞLU RUMİM kimi YUNUSUMun öz əlisən.
ZƏRDABİNİN “Əkinçi”si, NATƏVANIN qəzəlisən,
VAQİFİMİN zaman-zaman siyah telli gözəlisən.
Türk-İslam dünyasının bir ümmanı, damlasısan,
Ruhum qədər əziz olan AZƏRBAYCAN DÜNYASISAN!Bulud kimi dolu qabam deyib gələn ər oğlusan,
ŞƏHRİYARDA “Heydər baba”m deyib gələn ər oğlusan.
ZAKİRİMDƏ “Badi-səba”m deyib gələn ər oğlusan,
ƏLƏSGƏRİN elim, obam deyib gələn ər oğlusan.
Türk-İslam dünyasının bir ümmanı, damlasısan,
Ruhum qədər əziz olan AZƏRBAYCAN DÜNYASISAN!Torpağının hissəsinə MUĞAN deyən, ARAN deyən,
Ömrü boyu arzu, kama tarix boyu varan deyən,
Sərhədləri geniş olan torpağına TURAN deyən,
Zaman-zaman rəhbərini sevib, sevib “QURAN”deyən,
Türk-İslam dünyasının bir ümmanı, damlasısan,
Ruhum qədər əziz olan AZƏRBAYCAN DÜNYASISAN!YUNUSUMDAN, MÖVLANAMDAN süzülübdü zaman-zaman,
“ALPAMIŞ”dan, “BİLQAMIŞ”dan düzülübdü zaman-zaman.
Demə mənim torpağımda üzülübdü zaman-zaman,
HAQQI sevib, HAQQI deyib büzülübdü zaman-zaman.
Türk-İslam dünyasının bir ümmanı, damlasısan,
Ruhum qədər əziz olan AZƏRBAYCAN DÜNYASISAN! -
Saqif QARATORPAQ.Şeirlər
KOMA
Mənimiydi aylı-aylı gecələr,
Mənimiydi qovaqların kölgəsi,
İnnən belə xəyalımda gecələr,
Ürək-ürək o çağların kölgəsi.Aman allah, tale elə bu imiş,
Yaman yağır şübhələrin yağışı.
İndiyədək axıtdığım su imiş,
İnnən belə axacaqmı göz yaşım?!Nahaq yerə koma yapdım özümə,
Niyə çıxdım nağılların içindən.
Nahaq yerə əmma tapdım özümə,
Di çıx görüm ağılların içindən!Ocaq çatıb gərək koma qızdıram,
Gözlərimi çıxarsa da tüstüsü.
Gərək qaçıb sevgiləri azdıram,
Vurammasın məni bir də istisi.Ha tuturam əllərimi üzümə,
Tanımasın məni bir də o həsrət.
Ha deyirəm oxşamayım özümə,
Tapanmasın məni heç vaxt məhəbbət.NAR AĞACI
Qış yatıb yuxuya qaldı gecələr,
Eşqindən gözləri tutuldu yazın.
Yazıq yayı mürgü başdı gecələr,
Payız görən kimi sevdi bu qızı.Dişi qana batan canavar kimi
Uzun gecələrin bilir dadını.
Bu gecə bir azca nağıllar kimi,–
Payız soyundurur nar ağacını.DÜŞÜNCƏLƏR
Göy üzü gözəl.
Göy gözlər.
Görüşlər.
Ölmək istəyirəm.Gülünc olmaqdan qorxuram.
Girinc olmaqdan qorxuram.Kölgələr çox.
Bəlkələr çox.
Ölkələr çox.
Sərgərdan yolçular,
Kimsəsiz komalar,
Komasız kimsələr.Dərddən, danışdıq.
Həsrətdən, danışdıq.
Olanlar, keçənlər,
Dünyadan köçənlər,Aclıq.
İçimizi gəmirən tənhalıq
Gedək çay içməyə!***
Qısqanc qadınlara bənzəyir yaman
Yamanca qısqanır işığa məni.
(Kövrək ümidlərin kölgəsi güman–
Gözündə, könlündə qısqanclıq çəni.)Qorxur ulduzlara vurulmağımdan,
Qorxur vurularam ay işığına,
İşıqlı üzlərin yaraşığına.
Vurulub işığa dönərəm elə,
Qısqanc kölgələrin gözü yaşarar.
Qəmli gecələrin toranlığından
Çıxıb qarışaram yaz yağışına,
Kiminsə məhrəm baxışlarına.
İtəndə kölgəsi kirpiklərinin,Heyfsilənməyin!
Başınız sağ olsun qısqanc kölgələr!
Başınız sağ olsun Zatalilər!***
Başımı götürüb gedirdim elə,
Çoxdan unutmuşdum ayaqlarımı.
Qaldırıb astaca kirpiklərini,
Nə yaxşı qarşıma çıxmısan belə.Başını götürüb qaçmaq çox asan.
Başımı götürüb həmişə qaçsam
Qurtula billəmmi ayaqlarımdan.Ayağım altında bir ovuc torpaq,
Başımın üstündə ala buludlar.
Bir ovuc torpaqnan ev tikə billəm,
Bir ovuc torpaqda qəbrim qazılar.Bilir niyə yağır bu yağış, bu qar,
Biz niyə yağmışıq Yer Kürəsinə?!
Dünya ayaqyalın yüyürür, Allah,
Haqqın işığına, haqqın səsinə! -
Kənan AYDINOĞLU.Yeni şeirlər
SƏN ORDA, MƏN BURDA TƏNHA QALANDA
“Səni düşünəndə hərdən elə bil,
Nəyimsə çatmayır mənim yanımda”.
Müəllif.Ömrümün günləri bir qatar kimi,
gəlib bir anlığa gözümdən keçir.
Sən orda, mən burda tənha qalanda,
elə bil əyninə fələk don biçir.Axı sən olanda mənimlə birgə,
dünyanın xoşbəxti oluram yenə.
Elə ki, ayrıldın mənim yanımdan,
yenə də hey fikrim yönəlir sənə.DALĞALAR, DƏNİZLƏR İTİR GÖZÜMDƏ
Dalğalar, dənizlər itir gözümdə,
sən açıb gözünü yumana kimi.
Düzünü söyləyim başqalaşıram,-
köməyi özgədən umana kimi.Güldən-çiçəkdən də incəsən, gülüm,
yasəmən, bənövşə hüsnünə çatmaz.
Açmasan gözünü səhərlər, inan,
Fəqət bu dünyada günəş də batmaz.YENƏ DƏ GÖZLƏRİM BU GÜN YOL ÇƏKİ
“Sən məni bu qədər gözlətməmişdin,
belə qoymamışdın gözümü yolda”.
Nəriman HəsənzadəÖzgəsi sənədə bu gün qol çəkir,
Doğrunun yerini əyri sananda.
Yenə də gözlərim bu gün yol çəkir,
Səni düşünəndə, səni ananda.Sənlə keçən gündən xatirələr var,
Bir də ki hamısı eyni deyil ki.
Könlümün ən həssas duyğuları da,
Sanki pıçıldayıb mənə deyir ki,-Haradsan sən qayıt dünyama mənim,
Hissimi, duyğumu oyat yenidən.
Sən orda, mən burdaayrı düşsək də,
Qoy gülsün üzünə həyat yenidən.SƏNİN QULLUĞUNDA HEY DURURAM MƏN
Çiynimi dağlara söykəyən zaman,
Dərdimi-sərimi unuduram mən.
Sübh çağı yuxudan sən oyanmamış,
Bir şeir sarayı hey qururam mən.
Nazını çəkməkçün, nazını, inan,
Sən qulluğunda hey dururam mən.* * *
Günəş boylanmasa səhər sübh çağı,
Görünməz, inan ki, divarda kölgə.
Çoxdandı gəlmirik üz-üzə yenə,
Bölərdim dərdimi səninlə birgə.Görəydin dərdindən illər uzunu,
Şair qələmimlə nələr çəkmişəm.
Əridib həsrətdən yerin üzünü,
Kim bilir bəlkə də başa çəkmişəm?!Leylini gözləyən bir Məcnun kimi,
Səni düşünmüşəm, səni anmışam.
Sevgini yollarda axtaran gündən,
Yenə də eşqinlə alovlanmışam.Dolsa da qəlbimə qəribəliklər,
Güc tapıb yanından mən düz keçmişəm.
Gör neçə döyünən qəlbin içində,
Həsrətli gözündə səni seçmişəm.AXI SƏN GƏLƏNDƏ BAŞQADI DÜNYA
Sən gələn yollara gərək sevinib,
Xəbəri göndərim özümdən qabaq.
Gəl, harda qalmısan darıxdım sənsiz,
Ürəyim söyləyir gözümdən qabaq?!Axı sən gələndə başqadı dünya,
Narahat duyğular yerdə qalmayır.
Kim sənə dedi ki, sənin gözündən,
Şairin qələmi ilham almayır?!Gəlməsən, yolları şair ilhamım,
Özümdən də əvvəl fəryad qoparır.
Nə bilim, bəlkə də sənin göz yaşın,
Mənim hisslərimi haqq aparır?!TƏBİƏT KÖNLÜMÜ ÖZÜ ALIBDI
Yenə səssizlikdi mənim könlümdə,
Elə bil dərdimi soruşan yoxdu.
Misralar içndə, kəlmə içində,
Adından bir dastan danışan yoxdu.Baxma ki, keçibdi gün qatar kimi,
Yenə də qəlbimdə həsrət qalıbdı.
Yolun gözləyəndən bir körpə kimi,
Könlümü təbiət özü alıbdı.Bir də bilirsənmi sənin yolunu,
Yenə gözləməkdən yorulmadım heç?!
Qəlbimi sevgiyə, şeri sevgiyə,
Bu gün səsləməkdən yorulmadım heç.Dastan söylədiyim həmin o əsər,
Əslində sözünün kəsəriymiş, eh.
Bəlkə də dilindən çıxan bir kəlmə,
Şairin ən böyük əsəriymiş, eh.GÖYNƏYİR QƏLBİMİN YARASI SƏNSİZ
Hər dəfə baxanda ulduza, aya,
Göynəyir qəlbimin yarası sənsiz.
Bütün varlığıyla fəryad qoparır,
Gözümün gah ağı, qarası sənsiz.Şeir sarayımın uçub tökülür,
Çələngdən hörülmüş parası sənsiz.
Tarixi bir ana bərabər olur,-
Gecəylə gündüzün arası sənsiz.Tökür göz yaşını bil, gilə-glə,
Dəli Koroğlunun narası sənsiz.
Yolun gözləməkdən usanıb artıq,
Yeni dərdlərimin çarası sənsiz.GÖZÜMÜN AĞINDA, QARASINDASAN
Yanaqdan göz yaşı süzüləndə də,
Dastanlar torpağa düzüləndə də,
Həsrətdən dodaqlar büzüləndə də,
Gözümün ağında, qarasındasan,
De, görüm dünyanın harasındasan?!Sevinc göz yaşına dönsəm də belə,
Gözəlin qaşına dönsəm də belə,
Torpağın daşına dönsəm də belə,
Gözümün ağında, qarasındasan,
De, görüm dünyasının harasındasan?!Torpağın canına hopub gələrəm,
Borana çevrilib qopub gələrəm.
Mən səni axtarıb tapıb gələrəm,
Gözümün ağında, qarasındasan,
De, görüm dünyanın harasındasan?!Yenə ərşə çatır şair harayım,
Çələngdən hörülən uçmaz sarayım.
Mən səni de, görüm harda arayım?!
Gözümün ağında, qarasındasan,
De, görüm dünyanın harasındasan?!Yanaqdan süzülən yaşamı dönüm,
Həsrtədən çatılan qaşamı dönüm?!
Yurdumda dağamı, daşamı dönüm,
Gözümün ağında, qarasındasan,
De, görüm dünyanın harasındasan?!Kədərlər əriyib keçsin aradan,
Yenə dayağımdı UCA YARADAN.
Mən səni soruşum denən haradan?!
Gözümün ağında, qarasındasan,
De, görüm dünyanın harasındasan?!KƏDƏRİ SEVİNCLƏ GÖZLƏRİNDƏN ÇƏK!
“Çəkdim həsrətin desəm, sənə mən,
Bəlkə inanmazsan sözlərimə sən?!”.
Müəllif.Qəlbindən süzülən duyğularını,
Mənə söylədilər o vaxtı, gülüm.
Məndə ki, o vaxtı coşub-daşırdım,
Dəyişdi şairin bir baxtı, gülüm.Səhərdən-axşama narahat qəlbdə,
Ən incə duyğular süzülüb gəldi.
Dastanlar qoşanda qəlbimdə artıq,
Torpaqdan qəlbimə düzülüb gəldi.O gündən bu günə mənim qəlbimin,
Döyünən, çıpınan aynası oldun.
ALLAHA, “QURAN”a dastanlar qoşan,
TÜRKÜN ŞAİRİNİN DÜNYASI OLDUN.Sevinc də, kədər də mənim ömrümün,
Səhərə can atan xəbəri oldu.
Sənin gözlərinə qəm ələnməyi,-
Sevgi sarayımın kədəri oldu.Hər dəfə çələngdən dastan qoşanda,
Sən düşdün yadıma həmişəki tək.
Nə kədər, nə qüssə yaraşmır sənə,
Kədəri sevinclə gözlərindən çək.ARAYARAQ DÜNYADA GÖZ YAŞINA DÖNÜRƏM
Gözəlliyin önündə əriyəndən qar kimi,
Dənələnib dünyada səpələnən nar kimi,
Hüsnü camalına mən heyran qalan yar kimi,
Arayaraq dünyada göz yaşına dönürəm.Torpağın hər daşına ruh kimi hopa-hopa,
Bəzən ömrün bir günü tufan tək qopa-qopa,
Camalını düşünüb mən səni tapa-tapa,
Arayaraq dünyada göz yaşına dönürəm.Axı sənsiz ömrümün sevinci də kədərdi,
Gözlərini görməsəm, şair ömrüm hədərdi.
Deyib kədər dastanım gözüm yaşı qədərdi,
Arayaraq dünyada göz yaşına dönürəm.Çəkib həsrətin sənin daşlardan süzülərək,
Dastanlarla bu yurda ruh kimi düzülərək,
Gözəlliyin önündə can kimi büzülərək,
Arayaraq dünyada göz yaşına dönürəm.Neynim şair ürəyim doğulandan utancaq,
Görən həsrətim axı nə vaxtı qurtaracaq?!
Ruhum sənsiz canımı qəbrimə aparacaq,
Arayaraq dünyada göz yaşına dönürəm.ALLAH özü dayaqdı bəndəyə ömrü boyu,
Göz yaşı da torpaqdı bəndəyə ömrü boyu.
Kənan özü qonaqdı bəndəyə ömrü boyu,
Arayaraq dünyada göz yaşına dönürəm.MƏNİ ŞAİR ELƏDİ
Sultanı sarayımın,
Məni şair elədi.
Fəryadı harayımın,
Məni şair elədi.Ruhun ruha hopması,
Qiyamətin qopması,
Yarı yarı tapması,
Məni şair elədi.“Cahargah”da enən bəm,
Gözlərində kədər, qəm,
Yanağında sevinc, nəm,
Məni şair elədi.YARADANA imanın,
Gül ətirli məramın,
Sevinc dolu bir anın,
Məni şair elədi.Gülüşün, zarafatın,
Məna dolu həyatın,
Dilindəki bayatın,
Məni şair elədi.Gülüş dolu yanağın,
Sevinc dolu dodağın,
Sənin gözəl olmağın,
Məni şair elədi.Güllərə bənzəməyin,
Ömrümü bəzəməyin,
Nazlı-nazlı gəzməyin,
Məni şair elədi.Sənin hüsnü camalın,
Gülərüzlü amalın,
TÜRK QADINI, kamalın,
Məni şair elədi. -
Dünya Gənc Türk Yazarlar Birliyinin Məclis üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş Redaktoru Saqif QARATORPAQ.Həyatı və Yaradıcılığı
TƏRCÜMEYİ-HAL
Saqif Qaratorpaq ( Babayev Saqif Qnyaz oğlu) 1963-cü il oktyabr ayının 26-da Qazan ( indiki Ağstafa) rayonunun Köçəsgər kəndində anadan olub.İbtidai və orta təhsilini öz doğma rayonlarında alıb.
1982-ci ildə Azərbaycan Texniki Universitetinə qəbul olub.1986-cı ildə həmin Universiteti bitirib.1999-2003-cü illərdə Qazax Müəllimlər İnsitutunun Tarix fakültəsində ali təhsil alıb.2000-ci ildə Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.2001-ci ildən Dünya Gənc Türk Yazarlar Birliyinin Məclis üzvüdür.
Saqif Qaratorpağın ilk şeirləri “Ulduz”, “Azərbaycan”, “Gənclik” jurnallarında, “Kaspi”, “Avrasiya”, “Yol”, “Ədəbiyyat və İncəsənət”, “Ekspress” qəzetlərində dərc olunub.
2006-cı ildə “Adiloğlu” nəşriyyatı tərəfindən “Şamın kölgəsi” adlı ilk şeirlər kitabı nəşr olundu.2012-ci ildə “Ünsiyyət” nəşriyyatı tərəfindən “Bir könül varağında” adlı ikinci şeirlər kitabı nəşr olunub.Haal-hazırda Ağstafa rayon Köçəsgər kəndində 1 saylı orta məktəbdə Tarix müəllimi işləyir.Ağstafada fəaliyyət göstərən “Hüseyn Arif” Ədəbi Birliyini n sədridir.
Saqif Qaratorpaq dövri mətbuat səhifələrində şeirləri ilə ardıcıl olaraq çıxış edib.
Saqif Qaratorpağın ömrünün sonrakı günlərind əşeirləri Bakı şəhərində “Sözün Sehri”, “Bizim Söz” qəzətlərində, “Ziyalı Ocağı” jurnalında, Mədəniyyət və Ədəbiyyat Portalında dərc olunub.XƏNCƏR
O ki dar ayaqda qoruyub bizi,
Paxıl ürəklərə tuşlamışıq biz.
Bəlkə də birinci döyüşümüzü
Xəncər davasıyla başlamışıq biz.Gümüş dəstəyində barmaq izləri,–
Bilirəm, qorxağın əlinə yatmaz.
Görsə ürəksizin əsər dizləri,
Belinə bağlasa, belinə yatmaz.Doğrusu, bir azca parıltımız var,
Qorxub qınımızdan çıxa bilmirik.
Eh, elə quruca qaraltımız var,
Bərkə düşən kimi gözdən itirik.Tiyəsiz xəncərlər göz qamaşdırır,
Gizləyə bilmirik «heyrətimizi».
Yaltaqlar yığılıb «muzey» açdırır,
Rəflərə qoyuruq qeyrətimizi.İtir yavaş-yavaş sözün ovxarı,
Korşala-korşala tiyəsiz qalır.
Üstündən ötdükcə vaxtın axarı,
Gümüş xəncərimiz yiyəsiz qalır.Deşir ürəyimi bir dərd xəncəri,
Dəvanın-dərmanın əsəri olmur.
Qardaş, korşalanda qeyrət xəncəri;
Gümüş xəncərlərin kəsəri olmur.ÇIYINLƏR
Çiyinlər öyrəşib həmişə yükə,
Baharı daşıyıb, qışı daşıyıb.
Sevdası, qovğası özündən yekə
Ağıllı, ağılsız başı daşıyıb.Çiyinlər öyrəşib həmişə yükə,
Yorulmaz yollarda dəvələr kimi.
Gedərik yol boyu tər tökə-tökə,
Gedər çiynimizdə dünyanın qəmi.Gedərik dayanıb, dinşəyib bir az,–
Torpağın qarğışı tutana kimi,
Çiynimiz tabuta çatana kimi
Boyumuz uzanar, ömür uzanmaz.Çiynimiz tabuta çatıb dayanar,
Yox olar dünyanın nağılı birdən,
Hardasa baxtımız yatıb dayanar,
İtirrik ümidi, ağılı birdən.Yapışar yollara ayaqlarımız,–
Torpaq ilğım kimi çəkər adamı.
Çatlayar qəfilcə dodaqlarımız,
Bir anlıq unudar adını hamı.Bir qorxu qıvrılıb yatar ürəkdə,
Açıb ağartmarıq ancaq heç kimə.
Sevinci hamıyla bölə bilsək də,
Dərd var–bölünəsi deyilmiş demə.Yaxın olanmazmış heç vaxt özgəsi,
Hər kəsin bir mərhəm kədəri varmış.
Hərənin çiynində bir qəm heyvəsi,–
Hərə öz dərdini tək aparırmış.QABAĞIMI KƏSƏN VAR
Daha səni qaçırası deyiləm,
Daha yoxdu yollarının qorxusu.
Anan bilsə çəkməyəcək daha qəm,
Qaçmayacaq innən belə yuxusu.Yuxularım çin olmadı, neyləyim?!
Nədən oldu?
Ya taledən, ya baxtdan,
Sinəm dolu, üzüm gəlmir söyləyim,
Köks ötürüb boylanıram uzaqdan.Arzularım, diləklərim, şüşəydi,
Sındı qəfil, qəlpə-qəlpə töküldü.
Səni tale, məni də ki vaxt əydi,
Sınan qəlbi bacarırsan tik indi!Görən sənmi, görən mənmi günahkar,
Ya ağlımla dil tapmayan ürəyim?!
Göstər mənə günahsız bir Adam var,
Tanrı deyim, ulu deyim, pir deyim.Daha səni qaçırası deyiləm,
Daha məndən hər gün uman-küsən var.
Daha səni ötürəsi deyiləm,
Bilirsənmi, qabağımı kəsən var.DÖYÜŞ
Döyüşdü…
Baş düşür yerə:
insan başı, at başı.
Meydanda düşən papaqlar
gəzirlər yiyəsini.
Meydanda düşən papaq kimi
düşüb qaldı yurd yeri,
dönüb də Kim götürər?!* * *
Sən də, mən də
iki damla göz yaşıydıq.
Axdıq, axdıq
bir həsrətin yanağıyla,
bir vüsalın daş ovcuna
düşənmədik.
Nə sən mənə,
Nə mən sənə küsənmədik.
Axdıq, axdıq
ömrümüzdən
bulud kimi ötüb keçən
günü, ayı saya-saya,
Sən bir çaya,
mən bir çaya,
bir həsrətin yanağıyla…GÖRÜNMƏZ
Bu sevdanın payızı
Gətirdimi ayazı?
Gözlərimdə qəm buzu,
Əriməz ki, əriməz.Bilirdimmi bu istək,
Çən-dumana düşəcək.
Qəm düzündə bəxt köşək,
Yeriməz ki, yeriməz.O çağıran kim idi?!
İtirdimmi ümidi?
Ürək uşaq kimidi,
Kiriməz ki, kiriməz.Sevda ulu, eşq əzəl,
Töküldüm xəzəl-xəzəl,
İtirdiyim o gözəl
Görünməz ki, görünməz.SƏN GEDƏN YOLLARIN
Sən gedən yolların üzü qürbətə,
Bir də bu yerlərə gələcəkmisən?!
Sən gedən yolların üzü həsrətə,
Geriyə qayıda biləcəkmisən?!Üz tutub gedirsən bəs birnəfəsə,
Axı, bu getməyin qayıtmağı var.
Hayıf, ayrılığın yolları kəsə,
Hayıf, ayrılığın yolları hamar.Payızda köç edən durna deyilsən,
Geriyə dönəsən yaz gələn kimi,
Qəm səni tanıyar, qəmə əyilsən,–
Tənha bilən kimi, tək bilən kimi.Gözlərin yol çəkər, yollar uzanar,–
Baxdıqca ürəyin sıxılacaqdır.
Sən gedən yollara qollar uzanar,
Sən dönən yollara kim çıxacaqdır?Üz tutub gedirsən, getməyə nə var;
Getmək əzab deyil qayıda bilsən.
Gedirsən, bir ovuc torpaq da apar,
Gözünə tökərsən məhəbbət ölsə.ASFALTA ÇƏKILƏN ŞƏKIL
O gecə rəssamıydı,
naşı bir rəssam,
fırçası dəmirdən,
Bakının sinəsinə çəkdi şəklimi,
Ən böyük küçəsinə çəkdi şəklimi.
Tək bircə şəklim var,–
nə dostlara yollaya bilirəm,
nə qohumlara;
nə də sevgilimə.
Tək bircə şəklim var,–
Sinəsində gəzdirəcək vətən.ocaq,1990
AĞI
Nə vaxtdı bir qəmin başdaşıyam mən,
Bir qız sevdiyitək qucammaz məni.
Bir yetim sevginin göz yaşıyam mən,
O şana kirpiklər tutanmaz məni.Qəlbin heyrətindən bir haray doğar,–
Heyrətim bir kövrək sözü gətirər.
Yenə Günəş çıxar, Yenə Ay doğar,–
Sərsəri küləklər yazı gətirər.O külək köksümə sığına bilsə,
Ötən buludları saxladı bəlkə.
Buludlar məni də yaxını bilsə,
Sıxıb gözlərini ağladı bəlkə.Sonra göy üzündə bir göy qurşağı
Görüb də qəfilcə dillənəcəksən.
Sonra da bir ömrün dağdan aşmağı,
Sonra, sonrasını nə biləcəksən?Hərənin öz dərdi öz içindədir,
Ya mavi təbəssüm, ya gözlərdə yaş.
Dünya öz işində öz, gücündədir,–
Yolçu yolda gərək, gəl gedək qardaş!19.02.1990
ÖZKEÇMİŞİM
Dinc durmayıb dincliyimə daş atdım,
Mələklərin qanadını qanatdım.
Arzuların yüyənini boşaltdım
Sınıq-salxaq arabanın içində.Öz ağlımın ucbatından ağrıdım,
Uzandığım budaqları doğradım.
Baxtım döndü, bəy quşunu qarğadım
Tozu qopan xarabanın içində.Bu dünyada tənha qalan qurdmuşam.
Öz səsimi eşidəndə qorxmuşam.
Yüz keçinin dərisini yırtmışam
Neçə-neçə barabanın içindən. -
Bu gün Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərləri Kamran AYDINOĞLU və Kənan AYDINOĞLUNUN doğum günüdür.
Bu gün Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərləri Kamran AYDINOĞLU və Kənan AYDINOĞLUNUN doğum günüdür.Bu münasibətlə Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Redaksiya heyəti adından Portalın Rəhbəri kamran Murquzovu doğum günü münasibətilə təbrik edirik. dünyada ən özəl nemət olan can sağlığı Ulu Tanrıdan diləyirik.Azərbyacanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbəri Kənan Aydınoğlunun müxtəlif illərdə qələmə aldığı ədəbi-bədii nümunələri oxucuların diqqtinə çatdırırıq.
TƏRCÜMEYİ-HAL
Murquzov Kamran Aydın oğlu 1989-cu il oktyabr ayının 25-də Bakı şəhərində ziyalı ailəsində anadan olub.1996-cı ildə Qaradağ rayonu Müşfiqabad qəsəbəsindəki 274 saylı orta məktəbin birinci sinfinə daxil olub.Üç ildən sonra həmin məktəbin üçüncü sinfini bitirmişdir.1999-cu il yaşayış yerini dəyişdirdikləri üçün orta təhsilini Lökbatan qəsəbəsindəki 166 saylı orta məktəbdə davam etdirib.2007-ci ildə həmin məktəbi bitirmişdir.2008-ci ildə Azərbaycan Dövlət iqtisad Universitetinin Mühasibat Uçotu və Audit fakültəsinə qəbul olub.
Azərbaycan Ədəbi Elektron Məkanında 2012-ci il fevral ayının 14-də Bakı şəhərində “Çağdaş Azərbaycan Ədəbiyyatının inkişafına dəstək” layihəsi çərçivəsində Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalını tə sis edib.Hal-hazırda Azərbaycanın Mə dəniyyət və Ədəbiyyat Portalının Rəhbəri olmaqla bərabər, həm də Portalın dizayneri və tərtibatçısıdır.SÖZÜNƏ QURBAN
Qardaşım Kamrana.
On yeddi baharda,on yeddi qışda,
Dediyin hər şirin sözünə qurban!
Məğrurluq eyləyib igid tək duran,
Sənin tək igidin yüzünə qurban!Anamın dayağı, balası sənsən,
Mən köçsəm cahanda qalası sənsən,
Anamın könlünü alası sənsən,
Cahana od tökən gözünə qurban!Dərdimin tapılan çarası kimi,
Kənanın könlünün yarası kimi,
Gözünün gah ağı,qarası kimi,
Sənin gülümsəyən üzünə qurban* * *
Qardaşım Kamrana.
Koroğludan bu yana nəfəs gəlir, can gəlir,
O al günəşlə birgə, sökülməmiş dan gəlir.Dönür çərxi-fələyin hər bir işi tərsinə,
Bu gün hücuma keçib, vaxt gəlir, zaman gəlir.Yaradanın önündə diz çöküb əyilməyə,
Əlində “möhür daşı” yeni bir insan gəlir.O, vüqarlı dağların başın üstdən çəkilib,
Yönəlib bizə sarı, çən gəlir, duman gəlir.Hələ uzaq səfərdən yorulmayan qonaq tək,
Bu gün də xoş görüşə qardaşım Kamran gəlir.Dekabr, 2009.
MƏNİ
Qardaşım Kamrana.
Qane eyləyir indi
Qoluma qüvvət verən
Evim-eşiyim məni
Körpəlik çağlarımı
Çox vaxt salır yadıma.
Taxta beşiyim məni
Şeirdi nəfəsiylə
Soyuğa düşən zaman
Qoymaz üşüyəm məni7 sentyabr 2008.
ALQIŞ VƏ QARĞIŞ
Qardaşım Kamrana.
Sənin əməlin,
Elə indicə
Layiq görüldü,
Alqışa, qardaş.
Sən ömrün boyu,
Çətin yollarda
Düşməyəsən heç:
Qarğışa, qardaş!* * *
Qardaşım Kamrana.
Bəlkə də əyləşmisən
Masa arxasında sən.
Kitabdakı şeiri
Varaq-varaq oxuyub
Bir az da yorulmusan.
Ancaq yorulsan belə,
Kədərlənmə fəqət sən.
Çünki qamətli çinar
Dayanıb sağ-solunda
Sənə hey, keşik çəkir.5 may 2009.Sumqayıt.
ANAMIN GÖZÜNƏ SƏPİLMİSƏN SƏN
Qardaşım Kamrana.
Sən daşdan, mərmərdən bahasan, baha,
Torpağın özünə səpilmisən sən.
Kədərdən ayrılıb, sevincə dönüb,
Anamın gözünə səpilmisən sən.İNSANLAR KİMİ
Qardaşım Kamrana.
Dəyoşsəm könlümü özgə bir ada,
Gərək yaşamayım öləm, a qardaş.
Müqəddəs bayramda insanlar kimi,
Düşünüb, bir az da güləm, a qardaş.HAQQIN QARŞISINDA ƏYİLƏK, QARDAŞ!
Qardaşım Kamrana.
Nə qədər ömrümüz var indən belə,
Haqqın qarşısında əyilək, qardaş!
Demədim, bədəncə gücsüz önündə,
Büdrəyib, titrəyib, döyülək, qardaş!Yaşayıb bu ömrü verməyək bada,
Gəlməsin bir cana, bi ruha qada.
Ən gözəl kəlməni saldıqca yada,
Yaradan önündə əriyək, qardaş!Sevinib, şadlansın böyük bir ölkə,
Yad hisslər salmasın bu ömrə kölgə.
Çalışıb-vuruşub səninlə birgə,
Dünyanı qayğıya bürüyək, qardaş!DOLARDI GÖZ YAŞIM, DOLARDI, QARDAŞ!
Qardaşım Kamrana.
Təbriz canlananda gözüm önündə,
Dolardı göz yaşım, dolardı, qardaş!
Təbriz gözəlinin fəryad etməyi,-
Qəlbimin məlhəmi olardı, qardaş!Dərdimi özümə kitab biləndə,
Sevinci anamla birgə bölənədə,
Gözəllər o tayda deyib güləndə,
Kədərim çiçək tək solardı, qardaş!Qarışıq düşdüsə ortada nəsə,
Belin bağlamayıb özgə bir kəsə.
Təbriz də, Bakı da verib səs-səsə,
Bir ibrət, bir öüyd alardı, qardaş!Dağıdıb gözlərdən qəmi, kədəri,
Xoş sözlə, xoş üzlə açıb səhəri.
O tayın bu tayla görüş xəbəri,-
Ömürlük qəlbimdə qalardı, qardaş! -
Bu gün XX əsr Azərbaycan Ədəbiyyatının görkəmli nümayəndəsi Hüseyn Cavidin 130 yaşı tamam olur.
Həyatı
Hüseyn Abdulla oğlu Rasizadə (Hüseyn Cavid) – Azərbaycan şairi, dramaturq. Ruhani ailəsində doğulmuş, ibtidai təhsilini Naxçıvanda molla məktəbində, orta təhsilini M.T.Sidqinin “Məktəbi-tərbiyə” adlı yeni üsullu məktəbində almışdır (1894-1898).
1899-1903-cü illərdə Cənubi Azərbaycanda olmuş, Təbrizin “Talibiyyə” mədrəsəsində təhsilini davam etdirmişdir. İstanbul Universitetinin ədəbiyyat şöbəsini bitirmiş (1909), Naxçıvanda, sonra isə Gəncə və Tiflisdə, 1915-ci ildən isə Bakıda müəllimlik etmişdir.
Hüseyn Cavid klassik Azərbaycan ədəbiyyatının ən yaxşı ənənələrini inkişaf etdirən sənətkarlardandır. O, 20-ci əsr Azərbaycan mütərəqqi romantizminin banilərindən biri olmuşdur. Hüseyn Cavid sənəti janr və forma cəhətdən zəngindir. O, lirik şerlərin, lirik-epik, epik poemaların, Azərbaycan ədəbiyyatında ilk mənzum faciə və dramların müəllifidir. “Keçmiş günlər” adlı ilk şer kitabı 1913-cü ildə çap olunmuşdur.
Hüseyn Cavid daha çox dramaturq kimi tanınmışdır. Onun fəlsəfi və tarixi faciələri, ailə-məişət dramları üslub, yazı ədası forma yeniliyi baxımından Azərbaycan dramaturgiyasında yeni bir mərhələ yaratdığı kimi, milli teatr mədəniyyətinin inkişafına da qüvvətli təsir göstərmiş, “Cavid teatrı” kimi səciyyələndirilmişdir. Dramaturgiyasında dövrün ümumbəşəri, böyük ictimai-siyasi və mədəni əhəmiyyətə malik problemləri əksini tapmışdır. Azərbaycan ədəbiyyatında ilk mənzum faciə olan “Şeyx Sənan” (1914) əsərində xalqları bir-birinə qovuşdurmaq üçün ümumbəşəri din ideyasını ortaya atmışdır. Hüseyn Cavid bu dövrdə tədriclə “haq verilmir, alınır” ideyasına gəlib çıxmışdır.
Yaradıcılığında mühüm yer tutan “İblis” (1918) mənzum faciəsində dövrün bütün mürtəce qüvvələri – “insan insana qurddur” fəlsəfəsinin tərəfdarları, “iyirminci əsrin mədəni vəhşiləri” olan dairələri İblis surətində ümumiləşdirilmiş, işğalçı müharibələrə lənət yağdırılmışdır.
1926-cı ildə müalicə üçün Almaniyaya gedən və 7 ay Berlində yaşayan Hüseyn Cavid oradan ziyalıların mənəvi iztirablarını əks etdirən bir sıra siyasi-lirik və lirik-epik şerlərlə qayıtdı.
20-30-cu illərdə Hüseyn Cavid bir sıra tarixi dramlar yazmışdır. “Peyğəmbər” (1922) və “Topal Teymur” (1925) əsərlərindən sonra yazdığı “Səyavuş” (1933), “Xəyyam” (1935) tarixi dramları Hüseyn Cavidin tarixə, tarixi şəxsiyyətlərə baxışında ciddi dönüş oldu. Cənubi Azərbaycandakı azərbaycanlıların “şahənşahlıq” üsuli-idarəsi əsarəti altında əzab çəkməsi, ən adi insan hüquqlarından məhrum edilməsi də vətənpərvər şair kimi Hüseyn Cavidi düşündürürdü (“Telli saz” dramı, 1930; “Kor Neyzən” poeması, 1930). Sovetlər Birliyində totalitarizmin dəhşətli dövründə Hüseyn Cavid sosializmin “nailiyyətlər”indən yazmağı özünə rəva bilməmiş, Stalini, Azərbaycan ağalarını mədh etməkdən qətiyyətlə boyun qaçırmışdır. Ona görə də bu mətin şəxsiyyət Sibir buzlaqlarına sürgün edilmiş və orada həlak olmuşdur. (5.12.1941, İrkutsk vilayəti) -
Kənan AYDINOĞLU.”Ömrümə yazılan kədər dastanı”. (İthaf şeirlər)
Bu şeirlər mənə dünyada hamıdan əziz olan Anam Rəhimova Mileylə Həmid qızının əziz ruhuna ithaf olunur.
HƏSRƏTDƏN QURUMUR GÖZÜMÜN YAŞI
Bu gün də sübh çağı dan sökülməmiş,
Göydən yer üzünə nur tökülməmiş,
Matəmli günlərdən bel bükülmüş,
Gərək ki, oyadım mən dağı, daşı,
Həsrətdən qurumur gözümün yaşı.Kaş ki, deyilənlər yalan olaydı,
Anam bu ömrümdə qalan olaydı.
Yaşayıb könlünü alan olaydı,
Gərək ki, oyadım mən dağı, daşı,
Həsrətdən qurumur gözümün yaşı.Bu yurda ələnən neçə kədərdən,
Kaman tək qəlbləri yaran xəbərdən.
Sübh çağı gözünü açan səhərdən,
Gərək ki, oyadım mən dağı, daşı,
Həsrətdən qurumur gözümün yaşı.UNUDA BİLMİRƏM SƏNİ, AY ANA!
Yaradan Allaha qovuşdun sən də,
Unuda bilmirəm səni, ay Ana!
Qəlbimdi səhərdən narahat olan,
Unuda bilmirəm səni, ay Ana!Əritdin ömrünü yanan şam kimi,
Dolmuşdu gözlərin yanan cam kimi.
Qürub etdin fəqət bir axşam kimi,
Unuda bilmirəm səni, ay Ana!Misralar kədərdən yoğrulub gəlir,
İçimdə duyğular doğulub gəlir.
Sevincin göz yaşı boğulub gəlir,
Unuda bilmirəm səni, ay Ana!KƏDƏR DOLU RÜBAİLƏR
Şerimin günəşi, növrağı oldun,
Qərib bir karvanın qonağı oldun.
Hələ də sən mənim şair ömrümdən,
Tökülüb itməyən yarpağı oldun.Gör nüçə suala cavablar qalıb,
Səndən insanlara savablar qalıb?!
Dünyamdan ayrılıb gedəndən bəri,
Sənli xatirəli kitablar qalıb.Sənin yoxluğunla barışmıram mən,
Şerimdə çaylara qarışmıram mən.
Gör neçə gündür ki, səndən soruşub,
Doğan günəşimlə barışmıram mən?!Sənin həsrətinə yanmalıyam mən,
Özümü kədərli sanmalıyam mən.
Sənin təbəssümün yadıma salıb,
Səni hər günümdə anmalıyam mən.İLK DƏFƏ SƏN ŞAİR DEDİN ADIMA
İlk dəfə sən şair dedin adıma,
Şükür ki, düşürsən yenə yadıma.İlk günlər qəlbimə ilham dolanda,
Sevincdən dağ, dərə bu gün solanda,
Yenə də dərdimdən halı olanda,
İlk dəfə sən şair dedin adıma,
Şükür ki, düşürsən yenə yadıma.Dan yeri sökülüb günəş doğmamış,
İşıq da zülməti hər an boğmamış,
Ulduzlar qızarıb, yağış yağmamış.
İlk dəfə sən şair dedin adıma,
Şükür ki, düşürsən yenə yadıma.Şeirim qəzetdə çap olan günü,
Sevincdən göz yaşım tökülən günü,
Dan yeri qızarın sökülən günü,
İlk dəfə sən şair dedin adıma,
Şükür ki, düşürsən yenə yadıma.Ruhuma, canıma gəlməmiş qada,
Sən şair nəvəni salmısan yada.
Salmadın meylini şöhrətə, ada,
İlk dəfə sən şair dedin adıma,
Şükür ki, düşürsən yenə yadımaKörpələr beşikdə bələnən zaman,
Quzular örüşdə mələnən zaman,
Kədər, qəm gözümə ələnən zaman,
İlk dəfə sən şair dedin adıma,
Şükür ki, düşürsən yenə yadımaGözümün haqq görən qara, ağında,
Şeir sarayımın bir də bağında,
Ömrümün ən cavan şair çağında,
İlk dəfə sən şair dedin adıma,
Şükür ki, düşürsən yenə yadımaHaqqa ümidimi bağlayan zaman,
Kədərdən, qüssədən ağlayan zaman,
Adını qəlbimdə saxlayan zaman,
İlk dəfə sən şair dedin adıma,
Şükür ki, düşürsən yenə yadıma -
SAQİF QARATORPAQDAN ŞEİRLƏR
ŞAMIN KÖLGƏSI
Gizlənmişdim nə vaxtdı
Bir şamın kölgəsində.
Nə vardım, nə də yoxdum
Bir şamın kölgəsində.Qətlimə fərman hazır,
Deyirlər: yazan yazıb.
Qəbrimi qələm qazıb
Bir şamın kölgəsində.Məni sözümə bükün!
Üstümə yarpaq tökün!
Gözümə torpaq tökün
Bir şamın kölgəsində.Uyuyub, uyub getdim,
Deməyin, doyub getdim.
Başımı qoyub getdim
Bir şamın kölgəsində.BU DÜNYA
Ötən günü yuxu bildik,
Azı qandıq, çoxu bildik.
Bu dünyanı yuxa bildik,–
yeyənmədik.
Fətir-fətir yedi bizi bu dünya.Bir yiyəsiz yabı gördük.
Su saxlamaz qabı gördük.
Yağış yağdı-qapı gördük,
Döyənmədik.
Çətir-çətir döydü bizi bu dünya.Yalanı da gerçək oldu,
Əlimizə əlcək oldu.
Qara torpaq pencək oldu,–
geyindik…
qəbir-qəbir geydi bizi bu dünya.YALQUZAQ
Əvvəl işıq bildim səni uzaqdan,
Nə bilim ov gəzən ac yalquzaqsan.
Mən sənin ovunam, ya da sən mənim,
Taleyin ovuyuq düzünə baxsan.Biz yola çıxmışıq doğulan gündən,
Hərdən günəş doğub, hərdən çən gəlib.
Bəlkə də yolu düz gəldiyimizdən
Elə bəxtitmiz də belə tən gəlib.Yox, dönə bilmərik daha bu yoldan,
Arxaya baxıram işıq görünmür.
Bəlkə mənim qanım bircə qaşıqdı,
Baxıram əlinə qaşıq görünmür.Gözlərin işarıb bütün gecəni,
Gözünün işığı gözünə düşüb.
Kimsə işıq bilib mənim izimi,
Deyəsən kimisə izimə düşüb.
TƏNHALIQMənim gəlişimi gözləmir heç kim,
Vaxtsız qonaq kimi gecə gəlirəm.
Boylanıb arxamca izləmir heç kim,–
Mən necə gedirəm, necə gəlirəm.Gün batır sakitcə gedib döyürəm
Dərdli ürəklərin qapısını mən.
Gələni qovmazlar, axı,–deyirəm,
Çırpılır üzümə qapılar hərdən.Sönür pəncərədə, sönür işıqlar,
Vaxt ötür, gecənin yuxusu gəlir
Hardasa, uzaqda yanan işıq var,
Hardansa həsrətin qoxusu gəlir.Bilirəm, kiminsə gözü yol çəkir,–
Çəpəri, hasarı aşıb gedirəm.
Məni arxasınca bir nisgil çəkir,
Həsrətin izinə düşüb gedirəm. -
SALYANDA YAZARLARLA GÖRÜŞ
22 sentyabr 2012-ci il tarixdə DGTYB-nin və AYB Muğan Bölməsinin birgə təşkilatçılığı ilə Salyan rayon Mərkəzi Kitabxanasında Salyan və Neftçalada yaşayan yazarlarla görüş keçirildi. Rayon Mərkəzi Kitabxanasında keçirilən tədbiri giriş sözü ilə AYB Muğan Bölməsinin sədri şair Namiq Hacıheydərli açdı. O, qonaqlara Muğan ədəbi mühitinin tarixi və çağdaş durumu haqqında yığcam bilgi verdikdən sonra, qonaqları salamlamaq üçün sözü Salyan RİH-nin məsul işçisi Məhərrəm Məmmədova verdi.
Sonra DGTYB başqanı Əkbər Qoşalı bölgələrdə yazıçılarla keçirilən silsilə görüşlərin məqsəd və məramı haqqında ətraflı çıxış etdi.
Daha sonra rayonda nəşr olunan “Qələbə” qəzetinin baş redaktoru Rüstəm Məlikov, Salyanda yaşayan ədiblərdən Fəxrəddin Becanoğlu, yeni nəsil yazarları Eldar İsmayıloğlu, Yaşar Cavadlı, “Kürün töhfəsi” ədəbi birliyinin sədri Hikmət Nikbin, gənc şair Nilufər Muğantürk, istedadlı məktəbli Fərid Rəsuloğlu, ağsaqqal şair Oktay Rza, o cümlədən DGTYB nümayəndə heyətinin üzvləri – şairlər İbrahim İlyaslı, Fərqanə Mehdi, Səhər, Həyat Şəmi, Faiq Balabəyli, NURAFİZ və gənc yazar Kənan Aydınoğlu çıxış etdilər, yeni şeirlərindən örnəkləri tədbirə qatılanların diqqətinə çatdırdılar.
Yekun çıxışı edən tədbirin aparıcısı Namiq Hacıheydərli görüşə gələnlərə və tədbirin gerçəkləşməsində dəstəyi olanlara təşəkkürünü bildirdi.
Görüşün sonunda kitab mübadiləsi aparılmış, Salyan və Neftçalada yaşayan yazarların əlaqə koordinatları və yaradıcılıqlarından örnəklər götürülmüşdür.
Qeyd edək ki, DGTYB nümayəndə heyəti Salyan RİH Başçısının birinci müavini Etibar Hüseynov tərəfindən qəbul edilmişdir və qəbulda Gənclər və İdman Nazirliyinin dəstəyi ilə DGTYB tərəfindən gerçəkləşdirilən “Bölgələrdə yaşayan gənc və yeni nəsil yazarları ilə görüşlər” layihəsi, eləcə də rayondakı ədəbi mühit barədə səmimi söhbət olmuşdur.






































