Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. E-mail: edebiyyat-az.com@mail.ru, Əlaqə telefonu: 051 795 44 33 Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 841 - 900 of 1. 306 NƏTİCƏLƏR
Mədəniyyət

Azərbaycan Yazıçılar Birliyindən “Heydər Əliyev İli”nə töhfə

Post Views: 34 “Heydər Əliyev İli”nə Yazıçılar Birliyinin töhfəsi yeni kitab olacaq. Belə ki, Yazıçılar Birliyi bu əlamətdar ilə kitab hazırlayır. Bu kitabda Ulu Öndər Heydər Əliyevi şəxsən tanıyan yazıçıların xatirələri toplanıb. AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar deyib. “Kitabda mənim də xatirələrim yer alır. Tanımayan, şəxsən ünsiyyətdə olmayan yazıçıların …

Mədəniyyət

Bu gün İlaxır çərşənbədir

Post Views: 62 Bu gün torpağın və həyatın oyandığı İlaxır çərşənbə – Torpaq çərşənbəsidir. İlaxır çərşənbə Su, Od və Yel çərşənbələrindən sonra gəlir. AZƏRTAC xəbər verir ki, bu çərşənbəyə xalq arasında “Yer çərşənbəsi”, “İlaxır çərşənbə” və ya “Torpaq çərşənbəsi” də deyilir. İnanca görə, sonuncu çərşənbədə yer oyanır, torpaq nəfəs alır. Torpaq bütün canlılara həyat verir və …

Azərbaycan ədəbiyyatı

Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”Şeirimin bahar gözü”

Post Views: 47 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru Şeirimin bahar gözü,Yaşla dolub, kövrəlibdi.Yaz nəfəsli ürəyimdəQış yenidən dirçəlibdi. Hər sözümün bənövşəsi,Qara xallı laləsi var.Vətən deyən dilləriminGöyə qalxan naləsi var. Misra-misra qocalıram,Kəlmə-kəlmə can verirəm.Şeir-şeir ucalıram,Vətən …

Mədəniyyət

Azərbaycanlı gənc xanım yazar Banu Muharremin şeiri “Kardeş Kalemler” dərgisində dərc olunub

Post Views: 43 Qardaş Türkiyə Cümhuriyyətinin paytaxtı Ankara şəhərində fəaliyyət göstərən “Kardeş Kalemler” dərgisinin yeni sayında Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini, Azərbaycanlı gənc xanım yazar Banu Muharremin “Türkiyəm, o günəş yenə doğacaq” adlı şeiri dərc olunub. Qeyd edək ki, “Mücrü” Nəşriyyatının “Proza” seriyasından işıq üzü görən “İlin hekayələri” nəsr toplusunda  “1.. 2.. …

Mədəniyyət

“Arşın mal alan” operettası Marionet Teatrının səhnəsində

Post Views: 51 Martın 18-25-də Bakı Marionet Teatrında Üzeyir Hacıbəylinin “Arşın mal alan” marionet tamaşası nümayiş etdiriləcək. AZƏRTAC xəbər verir ki, marionet tamaşası bir çox sevimli müğənni və aktyorlarımızın bənzərsiz ifaları ilə səsləndirilir. Tamaşanın quruluşçu-rejissoru və rəssamı Əməkdar incəsənət xadimi Tərlan Qorçu, musiqi aranjimançısı Cavanşir Quliyev və kukla rəssamları Elman Mirzəyev, Şamil Buksayev, İrma Kaadze, Elmira …

Mədəniyyət

Çindən Azərbaycana qrup turist səfərləri bərpa olunur

Post Views: 29 Dünyanın ən böyük turist bazarı olan Çindən Azərbaycana qrup turist səfərləri bərpa olunur. AZƏRTAC xəbər verir ki, bu, Çinin Mədəniyyət və Turizm Nazirliyinin xaricə qrup turist səfərlərinin təşkili üçün təyinat məntəqlərinin sayının çoxaldılması ilə bağlı növbəti qərarından sonra mümkün olub. Martın 15-dən qüvvəyə minəcək qərara əsasən, turizm agentlikləri Fransa, İspaniya, İtaliya, Braziliya kimi …

Mədəniyyət

“Wikipediya”da Şah İsmayıl Səfəvi haqqında özbək dilində bölmə istifadəyə verilib

Post Views: 45 Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycan Səfəvi imperiyasının banisi və birinci şahı, ilk dəfə olaraq Azərbaycan ərazilərini vahid dövlətdə birləşdirən və Azərbaycan türkcəsini dövlət dili elan edən hökmdar, şair Şah İsmayıl Səfəvi haqqında “Wikipediya” Beynəlxalq Elektron Ensiklopediyasında özbək dilində “Shoh Ismoil Safaviy” adlı bölmə istifadəyə verilib. Bu barədə AZƏRTAC-a …

Mədəniyyət

Uşaq Filarmoniyasında konsert

Post Views: 39 Martın 15-də Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Uşaq Filarmoniyasında “Sədəf” xalq çalğı alətləri ansamblı konsert proqramı ilə çıxış edəcək. AZƏRTAC xəbər verir ki, Uşaq Filarmoniyasının nəzdində fəaliyyət göstərən ansambl zəngin və maraqlı repertuarla tamaşaçıların qarşısına çıxacaq. Proqramda xalq və bəstəkar mahnıları, habelə muğam və təsniflər ifa olunacaq. Qeyd edək ki, konsert Azərbaycan …

Mədəniyyət

Xalq şairi Cabir Novruzun 90 illiyi münasibətilə virtual kitab sərgisi hazırlanıb

Post Views: 28 Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında XX əsr Azərbaycan ədəbiyyatının parlaq simalarından biri, “Sağlığında qiymət verin insanlara” sətirləri dillər əzbəri olan Xalq şairi Cabir Novruzun anadan olmasının 90 illiyi münasibətilə virtual kitab sərgisi hazırlanıb. Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə Xalq şairinin həyatı, ictimai və ədəbi fəaliyyəti haqqında geniş məlumat verilib. Burada Cabir …

Mədəniyyət

Ağstafa, Qazax, Tovuz və Şəmkir rayonlarında mədəniyyət müəssisələrinə baxış keçirilib

Post Views: 41 Regionlarda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin iş şəraiti və maddi-texniki bazasının mövcud vəziyyətinin yerində öyrənilməsi məqsədilə mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimlinin rəhbərliyi ilə Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Ağstafa, Qazax, Tovuz və Şəmkir rayonlarında səfərdə olub. Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində əvvəlcə Ağstafa rayonundakı Heydər Əliyev Mərkəzi, Hüseyn …

Mədəniyyət

Oscar-2023: “Hər şey hər yerdə və dərhal” filmi “Ən yaxşı film” mükafatını qazanıb

Post Views: 32 Rejissor Den Kvan və Deniel Şaynertin “Hər şey hər yerdə və dərhal” adlı ekran əsəri “Ən yaxşı film” nominasiyasında “Oscar” mükafatını qazanıb. AZƏRTAC xəbər verir ki, həmin film “Ən yaxşı rejissor işi”, “Ən yaxşı orijinal ssenari”, “Ən yaxşı montaj” nominasiyalarının da sahibi olub. Bundan başqa filmdə baş rolun ifaçısı Mişel Yeo “Ən yaxşı …

Mədəniyyət

“Qafqazlı qardaşqızı” operettası yenidən səhnədə

Post Views: 29 Azərbaycan Dövlət Musiqili Teatrında maraqlı tamaşalardan sayılan SSRİ Xalq artisti, məşhur bəstəkar Rauf Hacıyevin “Qafqazlı qardaşqızı” operettası əsasında hazırlanmış eyniadlı səhnə əsəri nümayiş ediləcək. AZƏRTAC xəbər verir ki, teatrın rus bölməsi tərəfindən hazırlanan tamaşanın quruluşçu-rejissoru, Əməkdar incəsənət xadimi Əli Usubovdur. Rauf Hacıyevin musiqisi, sevgi və intriqadan ibarət maraqlı süjeti, incə, məntiqli yumoru ilə …

Mədəniyyət

Xalça Muzeyində toxuma üzrə ustad dərsi keçiriləcək

Post Views: 34 Azərbaycan Milli Xalça Muzeyinin formalaşmasında xidmətləri olmuş xalçaçı-rəssam, sənətşünas alim Cəfər Mücirinin doğum günü ilə əlaqədar boyanmamış yun iplərdən xalçatoxuma üzrə ustad dərsi keçiriləcək. Muzeydən AZƏRTAC-a bildirilib ki, ustad dərsi 16 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulub. İlk dəfə xalçalarında boyanmamış yun ipdən istifadə edən rəssam C.Müciri olub. Onun muzeyimizdə saxlanılan məşhur əsərlərindən …

Mədəniyyət

Nargis İSMAYILOVANI doğum günü münasibətilə təbrik edirik! (12 Mart)

Post Views: 29 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir!Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun! Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi 

Mədəniyyət

14 Mart-Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar Rzayevin doğum günüdü

Post Views: 45 Anar (tam adı: Anar Rəsul oğlu Rzayev) — azərbaycanlıyazıçı, şair, tərcüməçi, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin sədri. Xalq yazıçısı Ailəsi Anarın atası şair Rəsul Rza, anası şairə Nigar Rəfibəylidir. Anar anası tərəfdən Azərbaycanın məşhur ictimai və dövlət xadimi, Azərbaycan Demokratik Respublikasının ilk səhiyyə naziri və Gəncə şəhərinin general-qubernatoru olan Xudadat bəy Rəfibəylinin nəvəsidir. Atası tərəfdən isə Məmmədxanlılar nəslindəndir. Soy adları ulu babası, Çiyni və bir para kəndlərin mülkədarı Məmmədyar oğlu Məmməd xanla …

Mədəniyyət

12 Mart-Xalq şairi Süleyman Rüstəmin doğum günüdü

Post Views: 30 Süleyman Rüstəm (tam adı: Süleyman Əliabbas oğlu Rüstəmzadə; 12 mart 1906, Novxanı, Bakı qəzası – 10 iyun 1989, Bakı) — Azərbaycan şairi, dramaturq, tərcüməçi, ictimai xadim, 1934-cü ildən AYB-nin üzvü, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1943), Azərbaycan SSR xalq şairi (1960), II dərəcəli Stalin mükafatı (1950), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1970), Sosialist Əməyi Qəhrəmanı (1976). 1940-cı ildən Sov.İKP üzvü. Süleyman Rüstəm Azərbaycan SSR dövlət himninin sözlərinin müəlliflərindən biridir. O, 1971–1989-cu illərdə Azərbaycan SSR Ali Sovetinin sədri olmuşdur. Həyatı[redaktə | mənbəni redaktə et] …

Mədəniyyət

12 Mart-Xalq şairi Cabir Novruzun doğum günüdü

Post Views: 33 Cabir Novruz — Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycanın xalq şairi, Azərbaycan SSR əməkdar incəsənət xadimi (30.07.1979)[2] Həyatı Cabir Novruz 1933-cü il mart ayının 12-də Xızı rayonunun Upa kəndində anadan olmuşdur. O, orta məktəbi bitirdikdən sonra M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikumunda təhsil almış və 1952-ci ildə Azərbaycan Dövlət Universiteti-nin jurnalistika fakültəsinə daxil olmuşdur. …

Mədəniyyət

Həvəskar rəssamların təsviri sənət sərgisi açılıb

Post Views: 25 Xətai Sənət Mərkəzində həvəskar rəssamlar və rəssamlığı ikinci peşə sayanların yaradıcılıqlarını stimullaşdırmaq məqsədilə “Hisslər və Rəsmlər…” adlı təsviri sənət sərgisi açılıb. AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilən sərgidə 150-dən çox müxtəlif təsviri sənət nümunələri sərgilənib. Tədbirdə Azərbaycan Dövlət Rəsm …

Mədəniyyət

“Baharın rəngləri” adlı rəsm müsabiqəsinin yekun sərgiləri açılacaq

Post Views: 25 Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə elan olunan “Baharın rəngləri” adlı respublika uşaq rəsm müsabiqəsinin yekun sərgilərinin tarixi açıqlanıb. AZƏRTAC xəbər verir ki, sərgilər martın 14, 15, 16, 17-də Xətai …

Mədəniyyət

“Euronews.com”: Azərbaycan turizm üçün möhtəşəm ilə hazırlaşır VİDEO

Post Views: 36 Azərbaycan turizm üçün möhtəşəm ilə hazırlaşır. Avropa ilə yeni hava əlaqələri qurur, milyonlarla səyahətçinin görməli yerləri ziyarət etməsinə və ölkənin füsunkar mənzərəsindən həzz almasına imkan yaratmaq üçün viza təminatını asanlaşdırır. AZƏRTAC xəbər verir ki, bu barədə “Euronews.com” internet portalında dərc olunan reportajda bildirilir. Almaniyanın paytaxtı Berlində keçirilən, dünyanın ən böyük turizm yarmarkalarından olan …

Mədəniyyət

UNESCO-nun rəsmi sosial şəbəkələrində Hacı Zeynalabdin Tağıyev haqqında məlumat paylaşılıb

Post Views: 44 UNESCO-nun rusdilli auditoriya üçün nəzərdə tutulan rəsmi “Twitter” və “Facebook” hesablarında xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin anadan olmasının 200 illiyi ilə bağlı paylaşım edilib. Paylaşımda Hacı Zeynalabdin Tağıyevin müsəlman Şərqində ilk qızlar məktəbinin və Azərbaycan milli teatrının yaradıcısı olduğu bildirilib.    Paylaşılan məlumatda xeyriyyəçinin “Bir kişiyə təhsil versən təhsilli bir insan, qadına təhsil …

Mədəniyyət

Mədəniyyət nazirinin birinci müavini Adil Kərimli Teatr Xadimləri İttifaqında olub

Post Views: 28 10 mart ölkəmizdə Milli Teatr Günüdür. Bu gün eyni zamanda Azərbaycanda peşəkar milli teatrın yaradılmasının 150 illiyi tamam olur.  Bu münasibətlə mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli martın 10-da Azərbaycan Teatr Xadimləri İttifaqının rəhbərliyi ilə görüşüb. Milli Teatr Günü ilə əlaqədar kollektivə xoş arzularını çatdıran Adil Kərimli ittifaqın …

Publisistika

Bəlkə də son nəfəsində Anna qatara gülmüşdü… – NARGİS

Post Views: 52 Bu ürək məni nə üçün məhvə sürükləyir, niyə mən özümü bu boyda qələbəlikdən fərqli hesab edirəm? Axı, mənim kimi insanlığı sevib, seçən, yaşayan çox varlıq var. Niyə razı deyiləm? Niyə yaşamaq mənim üçün belə çətindi. Süni intellekt qülləsi var Bakıda… O Bakıda ki, məni həm yaşadır, həm öldürür. Mən Xəzərin tənhalıq zümzüməsinə …

Azərbaycan ədəbiyyatı

Nargis.”ZERO!!!”

Post Views: 32 LeavingsEh …People are oppressed mainly leavingsHidden, open leavings …Black and white leavings …Give it up, that is futile!Today, the petals of all chamomiles are gray.The name of all the hopes is “O”Betrayal is the name of all loves!Let God protect grey leavings…I only named you the love, a pitty I realized thatthe …

Publisistika

Gülnar SƏMA.”Fədakarlığı örnək qadınlarımız”

Post Views: 36 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Tovuz Bürosunun Rəhbəri, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı Türk milli kimliyi həmişə qadına yüksək dəyər verib. Hazırda ölkəmizdə 8 Mart Beynəlxalq Qadınlar Günü kimi dövlət tərəfindən rəsmən qeyd edilir və iş günü …

Publisistika

İlyas Əfəndiyevin “Körpüsalanlar” romanında qadının inqilabi “xəyanəti”

Post Views: 45 Ədəbiyyat və incəsənət” portalı ədəbiyyatşünas Sərvanə Dağtumasın ədəbi tənqidə aid yazılarının dərcini davam etdirir. Bu dəfə növbə görkəmli Azərbaycan Sovet yazıçısı İlyas Əfəndiyevindir. Müəllif oxuculardan xahiş edir ki, rəylərini ferecli404@gmail.com ünvanına göndərsinlər. XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan İlyas Əfəndiyevin yaradıcılığında qadın azadlığı, qadınlıq duyğuları və onun daxilində baş qaldıran saf, pak …

Mədəniyyət

Milli Teatr Günündə Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə telemarafon keçiriləcək

Post Views: 33 10 mart Milli Teatr Günüdür. Bu gün Azərbaycan peşəkar milli teatrının 150  yaşı tamam olur. 1873-cü ildə qədim tarixə malik xalq teatrı ənənələri üzərində, milli dramaturgiyanın banisi Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” komediyasının tamaşası ilə  əsası qoyulan peşəkar teatr sənətimiz bu illər ərzində zəngin inkişaf yolu keçib. Azərbaycanda peşəkar milli teatrın …

Mədəniyyət

Milli Kulinariya Mərkəzi loqosunu yeniləyib

Post Views: 88 Dövlət Turizm Agentliyinin Milli Kulinariya Mərkəzi yeni loqosunun təqdimatını edib. AZƏRTAC xəbər verir ki, yenilənmiş loqonu Mərkəzin rəhbəri Orxan Sadıqov təqdim edib. Tərkibində alov, sünbül, nar və xarıbülbül simvollarından istifadə edildiyini bildirən Mərkəzin rəhbəri bu rəmzlərin mənalarını da açıqlayıb: “Zərdüşt peyğəmbərin bu coğrafiyada yaşaması odpərəstliyi önəmli edib. Bu baxımdan loqoda alov yer alıb. …

Mədəniyyət

Milli kulinarların Avropada qalib gələn menyularının təqdimatı olub

Post Views: 53 Martın 10-da Azərbaycan kulinarlarına “Avropa Qran-Prisi 2023: Qlobal Aşpazlar Müsabiqəsi”ndə qələbə gətirən bürünc menyuların təqdimatı keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədrinin müavini Azadə Hüseynova bu qələbə münasibətilə Milli Kulinariya komandasının üzvlərini təbrik edib, onlara gələn il Sinqapurda keçiriləcək “Dünya aşpazlarının konqresi 2024” finalında uğurlar arzulayıb. O, Azərbaycanın …

Mədəniyyət

Xalq yazıçısı Rüstəm İbrahimbəyovun qəbirüstü abidəsinin açılışı olub –

Post Views: 46 Görkəmli kinorejissor, dramaturq, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub. Mərasimdə tanınmış mədəniyyət və incəsənət xadimləri, həmçinin mərhumun ailə üzvləri iştirak ediblər. Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev deyib ki, Rüstəm kimi sənətkarlar eldən gedir. Onun ölümü ölkəmiz üçün böyük itki oldu: “Rüstəm öz sənəti, savadı, intellekti, …

Mədəniyyət

TÜRKSOY Yazarlar Birliyi yaradıldı

Post Views: 33 Martın 6-da Ankarada, TÜRSKOY-un (Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı) iqamətgahında türk dünyası ədəbi mühiti üçün ciddi hadisə baş verib, türk dövlətləri yazıçı təşkilatları rəhbərlərinin iştirakı ilə TÜRKSOY Yazarlar Birliyinin quruluş toplantısı keçirilib. Edebiyyatqazeti.az turksoy.org-a istinadla xəbər verir ki, TÜRKSOY Baş katibi Sultan Rayevin ev sahibliyi etdiyi toplantıda Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr üzrə katibi …

Müsabiqə

TÜRKSOY-un 30 illiyi münasibətilə “TÜRKSOY HİMNİ” üçün şeir (söz) müsabiqəsi elan edilir

Post Views: 35 TÜRKSOY (Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı) 30-cu ildönümü münasibətilə “TÜRKSOY HİMNİ” üçün şeir (söz) müsabiqəsi eləan edir. Müsabiqədə 18 yaşından yuxarı şairlər, söz yazarları iştirak edə bilərlər. Sizi müsabiqədə iştiraka dəvət edirik! Tövsiyələr və nəzərə alınmalı məqamlar: -Himnin sözləri üçün nəzərdə tutulmuş şeir Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı olan TÜRKSOY-un missiyası və məqsədləri ilə …

Mədəniyyət

10 Mart – Milli Teatr Günüdür

Post Views: 31 Bu gün Azərbaycan teatrı yaranmasının 150-ci ildönümünü qeyd edir. Azərbaycan teatr sənəti qədim və zəngin tarixi yol keçib. 1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyası nümayiş etdirilib. Bu tamaşa ilə Azərbaycanda milli teatrın əsası qoyulub. Bu şərəfli işdə Həsən bəy Zərdabi və Nəcəf bəy …

Mədəniyyət

İbrahim İlyaslını doğum günü münasibətilə təbrik edirik! (10 mart 1963-cü il)

Post Views: 22 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, İbrahim İlyaslını Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsünü, Azərbaycan Yazıçılar Birliyinin üzvünü, Azərbaycan Yazıçılar Birliyi “Poeziya seksiyası”nın rəhbərini, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Sumqayıt Bürosunun Rəhbərini doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir!Sevib, sevdiyiniz insanların …

Mədəniyyət

Rüfət Axundlunu doğum günü münasibətilə təbrik edirik! (10 mart 1983-cü il)

Post Views: 46 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, Ağstafa Regional Mədəniyyət İdarəsi müidirini,  “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının AĞSTAFA Bürosunun Rəhbəri şair Rüfət Axundlunu  doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda …

Publisistika

Lütviyyə ƏSGƏRZADƏ.”Keçmiş Olsun, Türkiyəm”

Post Views: 42 Belə bir fikir formalaşıb ki, insanlar kütləvi şəkildə yalnız müharibələrdə ölür.Halbuki kütləvi qırğınlara səbəb olan hadisələr yalnız müharibələr deyil. Bəzənmüharibələr qədər amansız olan təbii fəlakətlər də bir anda yüz minlərlə insanınhəyatına son qoyur. Dünya tarixinə nəzər saldığımızda güclü dağıntıya vəkütləvi insan ölümünə səbəb olan təbii fəlakətlər çox olub. Şamaxıda dəfələrləbaş vermiş (1667,1828,1872 …

Azərbaycan ədəbiyyatı

Vüsalə VƏTƏNXAN.”Rahat uyu, igid əsgər!”

Post Views: 44 Azərbaycan Yazıçılar Birliyinin üzvü (Şəhid Əşrəf Məmmədliyə həsr) Rahat uyu, igid əsgər,Vətəninin torpağında.Adın daim ucalacaq,Büküldüyün bayrağında. Rahat uyu, igid əsgər,Qanın yerdə qalmadı, bil.Sənin şücaətin varkən,Bu vətən əzilən deyil! Rahat uyu, igid əsgər,Şəhidliyin məqamında.Alnımızı ağ etdin sən!Hər addım, intizamında. Rahat uyu, igid əsgər,Doğma vətən, bil, azaddır!Düşmənlərdən pak etdiyin,Hər qarışı bil, abaddır! Rahat uyu, …

Azərbaycan ədəbiyyatı

Vüsalə VƏTƏNXAN.”VƏTƏN UĞRUNDA İKİ GÖZÜNÜ DƏ İTİRMİŞ QAZİ İSMAYIL HÜSEYNZADƏYƏ”

Post Views: 30 Azərbaycan Yazıçılar Birliyinin üzvü Vətən adlı günəş doğdu bir igidin gözlərində,Gözlərinə qəlpə dəyən zaman, günəş utandımı?Görən varmı əvvəlkitək o taqəti dizlərində?Bu zülmətin ağuşunda çarə tapıb, tutundumu? O pak eşqin beşiyində, vətəninin keşiyində,Tutunmağa bircə yeri onun qəlbindəki yerdir.İnsanlığa örnək verən məhəbbəti var igidin,Vətən ilə anasına sığındığı qucaq birdir. Gözlərini bu vətənə qurban verən …

Azərbaycan ədəbiyyatı

Şəfa VƏLİYEVA.”Bir yaşıl salmışam ovcumdan, demə,”

Post Views: 62 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru Bir yaşıl salmışam ovcumdan, demə,Bir sarı ilişib yanaqlarıma…Bir əlçim təbəssüm sərmişəm yenəHəyatın “piyada zolaqlarına…” Sənə bir çəhrayı çiçək almışam…Atmışam özümü günah eşqinə,Parlayan həyatın zər-xarasına…Asmışam özümü günah …

Azərbaycan ədəbiyyatı

Banu MUHARREM.”Qınama”

Post Views: 54 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini Dünyamızın qəhər adlı yükünügöz önünə sərməyimi qınama.Cibimdəki son manatlıq pulumubir qəribə verməyimi qınama.Bitər məndə ömür ümid soluncaAğıl gedər candan üryan oluncaMən-balaca; zərrəm eşqlə doluncaHaqqdan bir gün dərməyimi qınama.Bir insana atmamışam daşımı,Çox sıxmışam yumruğumu, qaşımı.Düz olmuşam ,əyməmişəm başımı,peşman olub əyməyimi qınama.Mən özümlə üzləşməkdən qorxmayıbHər andıma …

Azərbaycan ədəbiyyatı

Xəyalə SEVİL.”Günəş bir az başını”

Post Views: 37 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri Günəş bir az başınıAşağı əyib getdi.Qaraldı hava.Gecənin qaranlığında AyAğ diş kimiAğardı uzaqdan.Yağdı küləyin səsi,Göyün gurultusuYağış kimi.Töküldü üstüməXatirələr qarğış kimi.Bir başıpapaqlıHəsrətdi mənimki,Mən də mental düşüncədə –Sözündən çıxa bilmədim.Gecə bilmədim,Yuxu bilmədim.Bütün qaydaları …

Azərbaycan ədəbiyyatı

Arzu HÜSEYN.”Səni xatırlamaq istədim bu gün”

Post Views: 69 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri Səni xatırlamaq istədim bu gün,İllər xatirəmin üstünə kölgə.İki yad adamıq bilirəm, gülümDünyada hər kəsdən tənhayıq bəlkə. Səni xatırladım gülüşlərinlə,İçimə qəribə ağırlıq çökdü.Doldu gözlərimin qəm buludları,Getdiyim hər yerə xatirə tökdü. Hər yer xatirənmiş, mənsə fikirli,Neçə il yaşadım bundan xəbərsiz.Sən demə …

"Yeni nəşrlər"

“İlin hekayələri 2022” nəsr toplusu artıq satışda

Post Views: 36 “Mücrü” Nəşriyyatının “Proza” seriyasından müxtəlif yaş qrupundan olan istedadlı qələm sahiblərinin bədii yaradıcılıq nümunələrini özündə ehtiva edən  “İlin hekayələri” nəsr toplusu işıq üzü görüb. Qeyd edək ki, 2022-ci ildə “Mücrü” Nəşriyyatının 44 günlük Vətən müharibəsində Rəşadətli Azərbaycan Ordusunun qələbəsi münasibətilə gerçəkləşdirdiyi yeni layihə çərçivəsində “44 GÜN” ədəbi-bədii toplu işıq üzü görmüşdü. Layihənin …

Publisistika

SƏRVANƏ DAĞTUMAS. FRANSIZ YAZIÇISI FRANSUA MORİAKIN YARADICILIĞINA ƏDƏBİ SƏYAHƏT.

Post Views: 39 Fransız yazıçısı Fransua Moriakın yaradıcılığına ədəbi səyahət “Keçmiş zamanların yeniyetməsi” romanı. Roman atasını və gənc qardaşını itirmiş, anasıyla böyük bir malikanədə yaşayan Alen adlı yeniyetmədən və onun eşqlə etiqad arasında keçirdiyi iztirablardan bəhs edir. Alen mənsub olduğu burjua mühitinə nifrət edir, arzuları, xəyalları ilə yaşayır,təhsil almaq haqqında düşünür. Əsərdə yüksək katolik dairələrin həyatı …

Publisistika

SƏRVANƏ DAĞTUMAS. ƏDƏBİ SİNDROMLAR.

Post Views: 42 Bədii qəhrəmanların şərəfinə adlandırılan sindromlar Emma Bovari sindromu. İdeallaşdırılmış məhəbbət axtarışında olan, reallığı qəbul etməyən, reallıq hissəni itirən bir qadının faciəsi. Xroniki emosional məmnuniyyətsizlik, ağ atlı şahzadə axtarışı, istəkləri naminə hər şeyi qurban vermə. Martin İden sindromu. Uğur qazanmaq üçün çalışırsınız, məqsədinizə nail olmusunuz, lakin həyata marağınız itib. Bütün maneələri dəf edərək, məqsədinizə çatsaz …

Azərbaycan ədəbiyyatı

Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”QADIN”

Post Views: 30 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru Bəxtin qaranlıq üzünəAğlayar, həm gülər qadın.Hər dərdini, kədəriniÜrəyində bölər qadın. Kəsdirər qəm savaşını,Əridər dərdin daşını,Gizlin axan göz yaşını,Öz içində silər qadın. Etibarın, sədaqətin,Yollarında olar mətin,Düz …

Azərbaycan ədəbiyyatı

Şəfa VƏLİYEVA.”Ay mənim göyçək anam”

Post Views: 42 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru burax, əllərində ölsün qırışlar,çərçivə olmasın baxışlarına…mənə çoxdan “xala” deyir uşaqlar,nə tez “nənə” oldun, ay naxış anam?!Mən elə bilirdim,qocala bilməzmən boyda “körpəsi” olan bir qadın…Daha günlərimdən borc …

Azərbaycan ədəbiyyatı

Vüsalə VƏTƏNXAN.”ANAMA HƏDİYYƏM ŞƏHİDLİYİMDİR!”

Post Views: 34 Azərbaycan Yazıçılar Birliyinin üzvü (Şəhid Cəbrayıl Dövlətzadəyə həsr) Anacan, ad günün mübarək olsun!Başını uca tut, göz yaşı tökmə.Fəxr elə, şəhidlik zirvəsindəyəm,Ağlama, heç zaman dərd-qəmi çəkmə. Haqqını halal et, gələ bilmədim,Bu il yanağından öpə bilmədim.Öpmüşəm vətənin torpağını mən,Vətəni tək qoyub, dönə bilmədim. Fəxr elə, anacan, qürur duy hər vaxt,Düşmənə bircə an boyun əymədim.Halal …

Azərbaycan ədəbiyyatı

Xəyalə SEVİL.”Kimsən, kiminləsən”

Post Views: 39 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri Kimsən, kiminləsən,Kimə aidsən?Səni sevmək istəyirəm,Müsaitsən?Sevgi nədir ki, guya?Bir şeyin ki axırıƏvvəlindən bəllidi.Amma, yenəBu darısqal dünyamızın içindəBir qırıq təsəllidi.Ömür bölüşməli yaşımız deyil,Gəl ürək bölüşək,Gəl söz bölüşək.-Bir hüzün var ürəyimdə,Bilmirsən,Azalmaz, yüz bölüşək.Hə, …

Azərbaycan ədəbiyyatı

Arzu HÜSEYN.”Sarı idi saçlarının rəngi də”

Post Views: 43 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri Sarı idi saçlarının rəngi də,Oturmuşdu qamətinə əlbisən.Xeyirdimi, əllərində gül-çiçək,Yar, mənimlə görüşdənmi gəlmisən? Söylədimmi nə gözəlsən bu səhər?Dedimmi ki, günəş səndən od alır?Sənə görə ağaclarda meyvələr,Ətirlənir, tama gəlir, dad alır. Dedimmi ki, dəniz deyil gözlərin?Dedimmi ki, dəniz qədər dərindi?Söylədimmi, dodaqların …

Mədəniyyət

Vüsalə Vətənxanı doğum günü münasibətilə təbrik edirik!

Post Views: 32 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun! Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi

Azərbaycan Prezidenti

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik

Post Views: 54 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik Hörmətli xanımlar! Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, hamınıza cansağlığı, səadət və gələcək işlərinizdə uğurlar arzulayıram. Xalqımız çoxəsrlik tarixinin bütün dövrlərində qadını ülviyyətin təcəssümü saymış və ona hər zaman dərin ehtiram göstərmişdir. Azərbaycan qadınları keçmişimizin taleyüklü, həlledici anlarında vəzifələrinin öhdəsindən …

Mədəniyyət

Özbəkistanda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert təşkil olunub 

Post Views: 22 Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində “Soqdiana” Özbəkistan xalq çalğı alətləri kamera orkestrinin iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət “Dostluq” konserti təşkil olunub. AZƏRTAC xəbər verir ki, konsertdən əvvəl çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan xalqının …