Category: Azərbaycan ədəbiyyatı

  • Abdulla MƏMMƏD.Şeirlər

    12647929_456084107917624_702711598_n

    GEDƏSİYƏM SÖZ ÇİYNİNDƏ

    Bir gözümdə dəli sevdam,
    Bir gözümdə bəyaz günah.
    Sağ ovcumda ürəyimdir,
    Sol ovcumda güman,Allah!

    Üzümə gülən qədərim
    Sevindirir doğmaları.
    Sözümə qibtə edənə
    Nuş olmur söz loxmalarım.

    Eşqlə yandım diri-diri,
    Hər günümü üzdü gülüm.
    Kül altında közüm diri,
    Gələn günə közdü külüm.

    Yarı bəndə,yarı mələk,
    Yarı sevinc,yarı dərdəm.
    Yarı röya,yarı gerçək,
    Qədərimin yarı dərdəm.

    Yarı quldur,yarı cənab,
    Yarı yolun yarı canım.
    Sevincimə yarımadın,
    Barı dərdə yarı canım.

    Söz altında yoxdur yerim,
    Yol gedirəm,haqq əynimdə.
    “Ol” sözündən yaranmışam,
    Gedəsiyəm söz çiynində.

    GƏRƏK ÇIXMAYAYDIN YOLUMA BİR DƏ

    Gərək çıxmayaydın önümə bir də,
    Kaş elə qalaydın dünənimdə sən.
    De,niyə dönmüsən günümə bir də?
    Sən ki sənə bağlı dünənimdəsən.

    Yadıma düşdükcə sənli o çağım,
    Yenə də ürəyim yerindən çıxır.
    Külü də sovrulub sənli ocağın,
    Başımın üstündə şimşəyi çaxır.

    Yeriyir üstümə dərd dönə-dönə,
    Yeyir ürəyimi sənli fikirlər.
    Sən özün-özünü saldın düyünə,
    Dumanlı,çisənli,çənli fikirlə.

    Düşüb şübhələrin bəd qəlibinə,
    Dedin:”Yanılmışam sevən anımdan.”
    Köçürə bilmədin məni qəlbinə,
    Kəsildin məhəbbət imtahanından.

    Getdin,qədərimə yar oldu dünyan,
    Əsdi qara yellər yollarım üstə.
    Payız yarpağı tək saraldı sevdam,
    Eşqin gül tək soldu qollarım üstə.

    Geyib dərd donunu kəsilir qənim,
    Sevdalı dünənim,yaslı bu günüm.
    Məni də salmısan gözümdən-məni,
    Gözümdən düşənlə necə öyünüm?!

    Dəlir ürəyimi məsum görkəmin,
    Gözümə dağ çəkir baxışların da.
    Mənə bəxş etdiyin ayrılıq qəmi
    Sızlayır alnımın qırışlarında.

    Gərək çıxmayaydın yoluma bir də,
    Kaş elə qalaydın dünənimdə sən.
    Söylə necə dözüm sən boyda dərdə,
    Necə zənn eləyim dünənimdəsən?!

    Azərbaycan.Quba.
    09.07.2000.

  • Müzəffər MƏZAHİM.Yeni şeirlər

    mm

    HƏLƏ

    Mən öz məsləkimin, öz amalımın,
    Bir arzu qanadlı quşuyam hələ.
    Gərək sədlər aşan xoş xəyalımın,
    Şirin dünyasında yaşayam hələ.

    Kürə pıçıldayır dərdini Araz,
    Həsrət payımıza çox düşüb”bir az”,
    Qəlbimi didsə də yetişmiş muraz,
    Gərək ürəyimdə daşıyam hələ.

    Fikir üyüdürəm, söz ələyirəm,
    Sönmüş ocaqları çözələyirəm,
    Vətənin dərdini təzələyirəm.
    Yara bağlamaqda naşıyam hələ.

    Yolum hamar oldu yamana kimi,
    Haqqım büdrəmədi yalana kimi,
    Buludlar qaralar dolana kimi,
    Mən ömrün bəmbəyaz qışıyam hələ.

    Dünya başdan-başa müəmma, təzad,
    Fikirlər dolaşıq, xəyallar azad,
    Məslək yollarında bələdçim həyat,
    Bu yolda bir ümid daşıyam hələ.

    BİR GÜN

    Bir gün Babək inamından doğulub,
    Bu dünyaya gələsiyəm, gələsi.
    Xəyanətin yarasından sağalıb,
    Ömrüm boyu güləsiyəm, güləsi.

    Sinəmdədir ağrıları hər dağın,
    Daha yada fürsət verməz korluğum,
    Vətən adlı bu müqəddəs varlığın,
    Gözlərinin giləsiyəm, giləsi.

    Şöhrətimi yadellilər çox danıb,
    Arzularım tonqal-tonqal qalanıb,
    Dustaq olub ulu dilim, talanıb,
    Hələ yadlar köləsiyəm, köləsi.

    Bu torpağa bəd fikirlə gələnin,
    Millətimə tənə edib gülənin,
    Vətənimi parçalayıb bölənin,
    Ürəyini böləsiyəm, böləsi.

    Coşqun-coşqun dalğalardan keçərəm,
    Araz-Araz sularından içərəm,
    Sərhədləri doğrayaram, biçərəm,
    Koroğlunun dəlisiyəm, dəlisi.

    Misri qılınc, – misri qəzəb əlimdə,
    Oğuzların cəng havası dilimdə,
    Geci-tezi bu böhtanlar selində,
    Varlığımı biləsiyəm, biləsi.

    Qalx a Dədə, al Qopuzu, çal görək,
    Bəlkə onda cana gələk, kükrəyək,
    Bu min ilin yuxusunu ləkətək,
    Tariximdən siləsiyəm, siləsi.

    Bağışlama günahımı, amandır,
    Yollarımız hələ çəndir, dumandır,
    Belə gündə bağışlanmaq yamandır,
    Bir də yatsam öləsiyəm, öləsi.

  • Qalib ŞAMXALOĞLU.Şeilər

    qsm

    * * *

    Bilmədik ki , kimdən talanıb gedən
    Milyonun , milyardın hayı çıxıbdı!
    Başda oturanın , gör , neçəsinə
    Aşotla Avanes dayı çıxıbdı

    Bu məzlum milləti sarıb ətalət,
    Yayılır bir ucdan aclıq , səfalət!
    Qeyb olub bu yurdda haqqla ədalət
    Bar verən ağaca ayı çıxıbdı!

    Gücü çatmır tuta bu sarayları,
    Bu bərkgedənləri , bu daydayları,
    Sürüşür Bakının torpaq layları,
    Üstünə altdakı layı çıxıbdı!

    Görəndə deyirsən sərgidi dünya,
    Qalib , fırıldaqdı bu gidi dünya!
    Bir vaxtlar lap təzə tər idi dünya,
    Köhnəlib , onun da zayı çıxıbdı!

    15 yanvar 2005

    ANA VӘTӘN HAQQINDA

    Biz Cavanşir , Babək nəsli , Koroğlu xələfiyik
    Haqsızlığa qarşı çıxan ədalət tərəfiyik ,
    Oğuz boyu Türk oğlu Türk , qızılbaş səfəviyik ,
    Şücaətlə coşar , çağlar qaynardı türk qanımız ,
    Dastan olub tarix boyu şöhrətimiz, şanımız!

    Həm Zəngəzur , həm Göyçəli, həm də Qarabağlıyıq ,
    Aranında aranlıyıq , dağlarında dağlıyıq
    Hər birimiz bir qəhrəman Azərbaycan oğluyuq ,
    Ana yurda bağlanıbdı ruhumuzla canımız ,
    Dastan olub tarix boyu şöhrətimiz, şanımız!

    Mənfur yağı pusqudadır hər an izləyir bizi ,
    Qalib deyir , əsir yurdlar müdam səsləyir bizi ,
    Hələ döyüş qarşıdadır zəfər gözləyir bizi ,
    Doğulacaq Mübariztək neçə qəhrəmanımız
    Dastan olub tarix boyu şöhrətimiz, şanımız!

  • Rəhim MEHNƏT.Yeni şeirlər

    12584137_533420616825212_752487860_n

    DƏYMƏSİN

    Çöldə yaman soyuqdu,
    Geyin xəyallarımı.
    Əynini qalın elə,
    Soyuq belə dəyməsin.

    Telinə yağan yağış,
    Ürəyimi isladır.
    Xəyaldan çətir düzəlt,
    Yağış telə dəyməsin.

    Qoxunu duymaq üçün,
    Çıxmışam sizin yola.
    Adını təkrar edim,
    Dodaq dilə dəyməsin.

    Bayırda əsən külək,
    Qanını qaraltmasın.
    Sarım dörd bir yanını,
    Telin yelə dəyməsin.

    11.02.2016

    ƏTİR QOXUNU

    Gəl qısıl qoynuma, ay canım-gözüm,
    Öpüm tellərindən çəkim qoxunu.
    Sarılıb boynuna, söhbətim-sözüm,
    Tənha gecələrdə qatım yuxumu.

    Saxla əllərini əlimin üstə,
    Adın qabar qoyub dilimin üstə.
    İstə qumral gözlüm, canımı istə,
    Sənə peşkəş edim azı, çoxumu.

    Diqqətlə qulaq as mənim sözümə,
    Danışma, gözünü zillə gözümə,
    Söykə yanağını, söykə üzümə,
    Sapla ürəyimə müjgan oxunu.

    Sənə yazdığımı ürəkdən dedim,
    Ölüncə yanında mən gəlim-gedim.
    Əynimə geyəndə hər gün hiss edim,
    Bütün paltarımda ətir qoxunu.

    12.02.2016

  • Rahilə Dövranı doğum günü münasibətilə təbrik edirik!

    rd

    Gündəlik Analitik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Azərbaycan Yazıçılar Birliyinin üzvünü, “Qızıl qələm” media mükafatı laureatını, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Naxçıvan Muxtar Respublikasındakı xüsusi müxbirini və əmədaşını doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti, ədəbi-bədii yaradıcılığında bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

    Mətbuat xidməti

    HƏLƏ VAXT VAR DEYƏN KƏSİN

    Hələ vaxt var deyən kəsin,
    Dünya çox çəkdi nazını.
    Fələk qəfil kəsdi səsin,
    Dünən qıldıq namazını.

    Inanmırdı Haqq yazana,
    Rişxənd edərdi azana.
    Çırpınırdı çox qazana,
    Itirdi çoxdan azını.

    Tamah hissi alovlandı,
    Gah itirdi, gah qazandı.
    Imanını, dini dandı,
    Kəsdi nəzir, niyazını.

    Qafil idi, yazıq nadan,
    Enməzdi göydən, fəzadan.
    Qorxmazdı qədər, qəzadan,
    Əcəl sıxdı boğazını.

    Nə görmüşdü pulda, varda?
    Qazandığı qaldı burda.
    Görən necə yatır gorda?
    Yazan yazdı son yazını.

    09.02.2016.

    GÖNDƏRƏSƏN

    Camalını görcək, aşiq olmuşam,
    Ağlar bulud kimi, yaman dolmuşam.
    Payız yarpağıtək, inan solmuşam,
    Könül isitməyə, yay göndərəsən.

    Gələsən ömrümə bahar,yaz kimi,
    Qonasan sinəmə telli saz kimi.
    Çəkəsən cəfamı sərvi-naz kimi,
    Bu aşiq qəlbimə pay göndərəsən.

    Ağ atlı igidsən, kəhər belində,
    Səmum küləkləri, tumar telində.
    Sənə vurulmamaq, deyil əlimdə,
    Sevda harayıma, hay göndərəsən.

    Vəsfi- tərifin çox, olub yanımda,
    Mehri- məhəbbətin, coşub qanımda.
    Eşqin məskən salıb qəlbdə, canımda,
    Sevgimə- sevgini, tay göndərəsən.

    Dəyərin dərk edək zamanın, anın,
    Gəl tutaq nəbzini fani dünyanın.
    Sənsiz yaman olar, ömrü Dövranın,
    Zülmət gecəsinə, ay göndərəsən.

    10.02.2016.

  • Rauf Qərib ALAGÖZ.Yeni şeirlər

    NOLA TƏRSƏ DÖNƏ DÜNYANIN “DÜZÜ”

    Nola tərsə dönə dünyanın “düzü”,
    Xoşbəxtlik şərbətin içə hər insan.
    Olsa da yanında əllisi, yüzü,
    Könlüncə olanı seçə hər insan.

    Fələyin üzündə həya, ar ola,
    Dağlarda qar ola, bağda bar ola.
    Hərənin yanında elə yar ola
    Əl-ələ cənnətə keçə hər insan.

    Bir gün də olmaya gecikmə, qaib,
    Mələklər olalar şövq ilə naib.
    Şeytan üzülərək baxa əcaib,
    Dünyadan sevinclə köçə hər insan.

    MƏN DÜNYANIN ÖZÜYƏM

    Çayları özümə yol seçmişəm mən,
    Dənizə tələsən bulaqlar kimi.
    Sevginin şərbətin bol içmişəm mən,
    Təbiət görünür mənə yar kimi.

    Çiçəklər açaram çöllə birləşib,
    Arıya bal ollam güllə birləşib.
    Uçaram göylərdə yellə birləşib,
    Bu dünya gəlməyir mənə dar kimi.

    Sol yoldan hər zaman sağa dönmüşəm,
    Sözümlə səhradan bağa dönmüşəm.
    Dağlardan qoparaq dağa dönmüşəm,
    Qütblərdə buz olan bəyaz qar kimi.

    Mən elə dünyanın özüyəm, özü,
    “Ol”deyib olmuşam, dinləyib sözü.
    Çoxunu yaxsa da sözümün közü,
    Söz heç vaxt dönməyib mənə ar kimi.

    UNUTDUR ÖZÜNÜ

    Sənə yalvarıram sevdirdiyintək
    Unutdur özünü, unutdur mənə.
    O xoşbəxt keçmişin üsünə xətt çək,
    Hər şirin sözünü unutdir mənə,
    Unutdur özünü, unutdur mənə.

    Qalmasın yadımda, qalmasın adın,
    Adına çevrilsin özgənin, yadın.
    Yalan yox. Tək sənsən sevdiyim qadın!
    Bu işin düzünü unutdur mənə.
    Unutdur özünü, unutdur mənə.

    Yenə də şipşirin yalanlar danış,
    Əsərlər, nağıllar, planlar danış.
    Danış, necə olub olanlar, danış…
    Düz deyən gözünü unutdur mənə,
    Unutdur özünü, unutdur mənə.

    İçim yağmur yeri, şimşəklər çaxır,
    Qəlbimdən gələnlər gözümdən axır.
    Bir deyil, üç deyil, beş deyil axı,
    Onunu, yüzünü unutdur mənə,
    Unutdur özünü, unutdur mənə.

  • Şəhriyyə QƏZƏNFƏRQIZI.”SEVMƏK NƏDIR KI? VƏ YA RUS BALASI”

    Kəndimiz dağın ətəyindədir. Çiçəkli, böcəkli kənddir. Gözəl mənzərəsi var. Dağın başına çıxıb ordan kəndə baxmaq zövqvericidir. Sanırsan ki, çiçəklərin arasındadır bütün evlər. Evlər də elə bil hamısı eyni ölçü-biçimdədir. Evlərin qarşısından keçən maşın yolları ilan kimi burulur. Bütün yollar çınqılla döşənib. Çox gözəl olur bizim kəndin sabahları. Güllərin üstündəki şeh, ağaclardan, otlardan gələn gözəl, təmiz qoxu. Yaşıllığın qoxusu. Heç düşünmədən ciyərdolusu havanı udursan. İçin də sevinir.
    Bizim kəndimizdə tək yollar, ağaclar, evlər gözəl deyil, insanlar da gözəldir. Həm daxilən, həm xaricən. Bütün qızlarla bacı-qardaş kimiyik. Bircə Maşadan başqa. Atası Maşanın anasını Rusiyadan götürüb gəlmişdi. Və beləcə Maşa kəndimizdə dünyaya gəlib. Çox da gözəl deyildi. Ancaq mən onu sevirdim. Çünki sevməyə başqa qız yox idi. Öz qızlarımıza niyəsə həmişə bacı kimi baxırdım. Uşaqlıqdan atam belə öyrədib. O qədər ki hamısına bacı dedim sonunda onlara başqa cür baxa bilmədim. Qadın kimi gördüyüm qız mütləq əcnəbi olmalıydı. Əcnəbi də vur-tut Maşa idi. Onu da deyim ki, qoçaqlıqda, səliqədə, geyimdə heç bizim qızlardan dala qalmırdı. Deməzdin ki, rus balasıdır. Bizim qızlar kimi uzun tumanlı, başı yaylıqlı, ayağı qaloşlu idi. Danışığı da bizim kimi. Ancaq sarıbəniz, sarışın telli idi, əsl rus balası kimi. Özümü onu sevməyə məcbur etmişdim sanki. Qəribə hiss idi, amma sevirdim. Deyəsən, kəndin oğlanlarının hamısı mənim kimi düşünürdü. Hamı Maşanı arzulayırdı. Axşamlar oğlanlarla yığışanda ancaq onun söhbəti gedirdi. Mənsə söhbətə qarışmayıb özümü laqeyd kimi göstərirdim. Elə bil kənddə başqa qız yox idi. Öz qızlarımız daha gözəl idilər amma. Niyə hamı rus balasından danışırdı anlamıram. Özümü anlamadığım kimi.
    Bir həftə sonu hamamdan qayıdırdım. Ətirlənib, təraşlanıb, təmiz geyinib evə sarı gedirdim. Ayaqqabım toz olmasın deyə yavaş-yavaş addımlayırdım. Yeridikcə dağların zirvəsinə baxır, dumanın, çiskinin içində xəyallara dalırdım. Sanırdım ki, bəy hamamından çıxmışam. Bəylik paltarımı geyinib ətirlənmişəm. Əlimdə gül dəstəsiylə evdən çıxıb sevdiyimə qovuşmağa gedirdim ki, siqnallayan maşınlar “yoldan çəkil, biz xeyir işə tələsirik” deyirdi. Çönüb arxaya baxanda maşınların qırmızı lentləri diqqətimi çəkdi. Yanımdan güllə kimi keçib Maşagilin döngəsini döndülər. Xəyallarımdakı dağın zirvəsindən bərk yerə dəydim. Canım çox acıdı. Lap əzilmişdim. Ruhum da zədələnmişdi. Maşınlarla bərabər gözlərim də getdi onların həyətinə. Mənim yerimə güllü-çiçəkli bir nəfər maşından endi. Tanıyırdım onu. Bu, bizim Sergey idi. Kəndimizdə bir-iki rus balası var idisə onlardan biri də Sergey idi. Arıq, çəlimsiz, sapsarı bir oğlan idi. Ancaq rus balasıydı. Maşaya ondan yaxşı namizəd ola bilməzdi. Axı rus balasıydı.
    Sergeylə uşaq vaxtı bir sinifdə oxumuşduq. Cılız olduğu üçün uşaqlarla dalaşanda həmişə döyülürdü. Mən də ona qəhmər çıxırdım. Onun ücbatından dost-tanışla üz-göz olmuşdum. Dilini də dinc qoymurdu. Mən də uşaqlara “dəyməyin, o, bu ellərdə qəribdi” deyib onu qoruyurdum. Hələ məktəbdə oxuyanda bütün dərslərinə mən kömək edirdim. İmtahanlarda xəlvəti ona cavabları ötürürdüm. O yazıb “5” alırdı, mən isə “3”dən, “4” dən . Sergeyin yaxşı dayıları var idi Rusiyada. Onu şəhərdə məktəbə də qoydular. “Oxudu” adam oldu. Hərdən kəndə gəzməyə gəlirdi. Heç dəyişməmişdi. Yenə də özündən deyən, çəlimsizin biri idi. Amma kənddə hörmət görən, məktəb bitirib gələn rus balasıydı. İndi kəndin arvadları qızlarını ona vermək üçün can atırdılar. Axı oxumuş, Rusiyada gələcəyi olan rus balasıydı. Mən isə kəndin çobanlarından biri. Düzdü, çoxlu mal-qaram var idi. Fermanın heyvanlarını da məndən soruşurdular. İstəsəydim vaxtında 1-2 baş heyvan satıb özümü şəhərdə məktəbə qoyardım. Amma etmədim. Şəhərə gedib anamgili tək qoymağa könlüm əl vermədi. Düzdü, yenə də qonum-qonşu xətrimi çox istəyir. Amma necə də olmasa çobanam. Adım üstümdə.
    Keçən dəfə Sergey kəndə gələndə uşaqlar yenə onu ələ salmağa başladılar. Mən də onun tərəfini tutub uşaqlarla höcətləşdim də. Kənara çəkilib söhbət edəndə mənə dedi:
    -Bezmirsən bu avaralarla dostluq etməkdən? Özünə bir gün ağla, qaç bunlardan qurtul.
    -Niyə ki, onlar da pis uşaqlar deyillər. Bir az davakardılar. Sən də dilini dinc qoymursan da öz aramızdı-gülüb əlimi ərkyanə çiyninə vurdum.
    Əlimi itələyib: -Mən sizlərin tayı deyiləm. Ona görə gözünüz məni götürmür. Axı hansınız mənim etdiklərimin yarısını etmisiz? Hansınız şəhərdə məktəb oxuyub gəlmisiz? Allahın çobanısız da.
    Söz mənə bərk toxundu. ”Allahın çobanı”. Yumruğumu sıxıb, dişlərimi qıcayaraq:
    -Sergey, həddini aşma. Sən onun-bunun hesabına adam olmusan. Mən istəsəydim, öz hesabıma oxuyardım.
    Əsəbləşdiyimi görüb hürkdü. Üzünə süni bir təbəssüm qondurub :
    -Yoox, sən məni düz anlamadın. Mən hər yerdə deyirəm ki, sən başqa oğlansan. Sənin ürəyin qızıldı.
    Sarı sifəti qəribə rəngə çalırdı. Gah qızarır, gah yenidən saralır, gah bozarırdı. Çox eybəcər hallara düşürdü. Gözlərini qaçıra-qaçıra “İnşallah sənin toyunda xüsusi iştirak edəcəm. Hər şeyini şəhərdən gətirdəcəm”-dedi.
    Ona başqa heç nə deməyib çıxıb getdim. Sözləri mənə yaman yer eləmişdi. “Allahın çobanı”. Sən kimsən axı? “Allahın rusu”.
    Maşagilin qapısında Sergeyi əli çiçəkli görəndə bu hadisələr yenidən yadıma düşdü. Demək, hamı belə düşünür. Mən Allahın çobanıyam.
    Sakitcə, dilxorca evə qayıtdım. Bütün kəndin qız-gəlini həyətə yığışıb Maşaya gələn xonçaları sayırdılar. Hər ağızdan bir söz çıxırdı. Biri deyir “Bəxtəvərin bəxti nə yeyindi, gələn xonçalara bax”, biri deyir” Ay qız, tay-tayın tapar da, rus rusu alar da”. Anam isə deyirdi “Cəmi seyidlərin cəddinə and olsun ki, öz qızımdan çox o qızın dərdin çəkirdim. Deyirdim bu müsülmanların içində onu alan olmayacaq. Yazıq qız evdə gül kimi solacaq. Kimdi öz qızlarımız qala-qala urusun qızın evinə gətirə? Amma Allah var, yaman yaxşı qızdı. Müsülman olsaydı, mən onu çoxdan qapazlamışdım”.
    Çox fikirli otağıma girdim. Qapını içəridən bağlayıb oturdum. İstədim ağlayım gözlərimdən yaş gəlmədi. Olanlar haqda düşünmək istədim. Bilmədim düşünməyə hardan başlayım. Onu xəyal etmək istədim, amma xəyallarımda onla bağlı bir an da yox idi. Onu bəyənib-bəyənmədiyimi düşündüm. Bircə onu bilirdim ki, o elə də gözəl deyildi. Onu sevirdim? Deyəsən, özümü sevməyə məcbur edirdim. Anamın dediyi sözlər elə bil ürəyimə su səpmişdi. Sən demə mən ən böyük səhvi onu sevməkdə etmişəm ki. Sevməkdə? Heç mən onu sevirəm ki? Gərək bu barədə tək olanda bir də düşünüm.
    Bir az özümlə tək qalıb yenidən çıxdım çölə. Həyətdəki qızlara göz gəzdirməyə başladım. “Sara, Gülnaz, Fatimə, Nərgiz, Gülarə…….. gör nə qədər qızlarımız var həyətdə. Hələ bunlar çox az hissəsidir. Nərgizin necə də nəcib əlləri var. Boyu boyuma, çəkisi də çəkimədi. Bəlkə, onu sevməyi düşünüm. Sevmək dediyin nədir ki? Bir az onunla xəyal qur, görəcəksən ki, artıq sevirsən.” Bayaq yıxıldığım dağların zirvəsinə yenə qalxdım. Bu dəfə duman, çiskin yox idi. Günəşin şəfəqləri bərq vururdu. Yanımdasa Nərgiz. Bilirdim, günəş öz istiliyi ilə məhəbbətimizi alovlandıracaq. Mən artıq onu sevirdim. Sevmək dediyin nədir ki???

  • Şairə Xuraman Camalqızının yeni kitabı işıq üzü görüb

    Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, “Dirili Qurbani” Ədəbi Məclisinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, istedadlı şair Xuraman Camalqızının “Ruhuma süzülür pıçıltıların” adlı yeni şeirlər kitabı 2016-cı ildə Bakı şəhərində, 178 səhifə həcmində, 200 tirajla işıq üzü görüb.
    Kitabın redaktoru və ön sözün müəllifi Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Qızım Qələm” Media Mükafatı laureatı,Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin idarə heyətinin və Qadınlar Şurasının üzvü və DAMM-ın və katibi, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru, şairə-jurnalist Nəcibə İlkindir.
    Kitaba müəllifin son zamanlar qələmə aldığı ədəbi-bədii nümunələri, poeziya örnəkləri toplanıb.Kitab müəllifin oxucularla sayca ikinci görüşüdür.Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.Poeziyasevərlər tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.
    Qeyd edək ki, bundan öncə istedadlı şair Xuraman Camalqızının 2007-ci ildə “Elm və təhsil” nəşriyyatı tərəfindən “Durnalar var köçümdə” adlı şeirlər kitabı işıq üzü görmüşdü.

    Gülnarə ŞÖHRƏDDİNQIZI,
    “Möhtəşəm Azərbaycan”

  • Şəfa VƏLİYEVA.”Bəlkə unutdun sən də”

    1915291_748109358667106_2463672035380493579_n

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    sığındığım köşəyə
    rəsmini Tanrı çəkmiş…
    qorxma dərdim üşüyə,
    dərdə qoxunu səpmiş…

    Bəlkə unutdun sən də
    mənim kimi o toyu?
    bəxtmi unutdu səndə
    o buxunu, o boyu?

    saçındakı dənləri
    bağla qızıl üzüyə…
    göndər gələn-gedənlə
    bəlkə ömrü bəzəyə…

  • Şəfa VƏLİYEVA.”Sol əlimdə tutduğum…” (Hekayə)

    1915291_748109358667106_2463672035380493579_n

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Kitabxananın ön qapısı ağzında bayaqdan dayanan iki qızdan birini, deyəsən, tanıyırdı… Hə, yüz faiz, yaddaşının hansısa çoxdandı vərəqləmədiyi bir dəftərində onun şəkli ağ-qara cizgilərlə çəkilmişdi…
    İrad kompyuter kursundan ən azı 20 dəqiqə bundan əvvəl çıxmışdı. Amma, bu tanış sima onu bayaqdan bəri əllərini çarpazlayıb kitabxananın pillələrində gəzişdirirdi. Fikri dönüb-dolanıb bu simanı hardan tanıdığından asılırdı. O biri qız cins şalvar, ağ qolsuz köynək geymişdi. Güman ki, dinləyici qismindəydi. Çünki, bayaqdan bəri elə hey tanış dodaqlar tərpənirdi, tanış gözlər dolub-boşalırdı… İndi də İradın içində başqa sual baş qaldırdı. Bu qız niyə belə dolur payız buludu kimi? Yadına buludlara baxıb yağışın necə yağacağını deyən anası düşdü. Anası həmişə deyir ki:
    -Yazda gürşad, payızda leysan yağar… Yağış təkcə yayda yağır, bunu yadında saxla… Nənəmin sözüdür.
    İndi düşündü ki, qəhvəyi gözlərdən yağsa, yağsa, leysan yağacaq. Bir az daha yaxınlaşıb heç olmasa bir-iki söz eşitmək istədi. Tez də qərarından daşındı. Ya o qız da onu hardansa tanıyırsa? … Üzünü kitabxananın şüşəli qapısına çevirdi. Ağır bir günah işləmiş kimi şüşədən qızın əli ilə saçlarını qarışdırmağına baxdı. Gözlərini şüşədəki öz əksinə yönəltdi. Yaşlanmışdı… İki uşaq atası olduğunu, yaşının 35-ə çatdığını sanki indicə anladı… Bəs, bu qız? Vur-tut 25 yaşı güclə olardı. Amma, tanış siması onu qəribə bir nostalgiyaya kökləmişdi. Axı, kimdi bu qız? Addım-addım onlara yaxınlaşdı… Eşitdiyi sözlərdən duruxdu:
    -2012-ci ilin bu vaxtı düz iki ay yediyim yeməyin tamını hiss etməmişdim… Anama yazığım gəlirdi…
    2012-ci ilin elə bu vaxtını xatırladı… Oğlu dünyaya təzəcə gəlmişdi. Sevincindən qollarını qanad əvəzinə açıb dünyanın başı üstündə uçmaq, uçduqca da:
    -Mən atayam! Mən atayam!-deyə bağırmaq istəmişdi…
    Bəs bu qızı harda görə bilərdi?…Sol tərəfdən fırlanıb palma ağacının budaqlarını dartışdırdı. Bu uşaqcasına hərəkətindən utandı bir az da… Sanki, kimsə görürmüş kimi əlləri ilə üzünü örtdü. Başını aşağı salıb yenidən onlara yaxınlaşdı. Bu dəfə fikrini qızın geyiminə yönəltdi. Sadə, göy rəngli don geymişdi. Kitabları bərk-bərk sol qolu ilə sinəsinə sıxmışdı. Ovcunda, deyəsən, nəsə vardı. Sağ əli ilə mütəmadi olaraq danışığına uyğun jestlər edir, arada saçını qarışdırırdı. Qəhvəyi saçları dalğın idi. Sifətində makiyaj da yox idi… Dırnaqları da boyasızdı… Bu boyasız dırnaqları da xatırladı… Sanki, indicə bir sarı gülü ona uzatmışdı bu barmaqlar… Sarı gül… İrad daha o tərəfə baxmadı. Üzü mərkəzi univermağa tərəf addımladı. Indi də gözlərinin önündə üç ləçəkli sarı bir gül vardı. Onu, bax, bu barmaqlar, sağ əlinin adsız barmağında kiçik qara xal olan əl uzatmışdı… Yox, deyəsən, doğrudan, İrad çox unutqan olmuşdu… İndi də qızına aldığı sarı donu düşündü… Qızı üçün darıxdı da hardasa… Dayanıb geri baxdı. Qızlar hələ ordaydı. Cins şalvarlı qız saatına baxırdı. Heç olmasa bu qızın adını bilsəydi… Dönüb bu dəfə daha sürətlə onlara yaxınlaşdı…
    -Bütün ayrılıqlar başını aşağı dikib dediyin “Bilirsən…” -kəlməsi ilə başlayır… utanmadan sanki haqlı imişsən kimi başını dik tutub “Axı mən…”-lə başladığın cümlələrlə sona yetir… və sən haqsız olduğunu anlayanda qarşısında durub “Ayrılmayaq”-deyəcəyin insan uzaqlarda olur…
    Tanış gözlərdən artıq yaş axırdı… Kirpiklər duyğuların payız leysanını gizləməyi bacarmırdı… Dodaqlar kip sıxılsa da alt dodaqdakı qara ləkə kimi görünən xal da İrada tanış idi… Sanki, bu qız bir rəssamın sevimli tablosu idi… Və o rəssam elə İradın özü idi. Gözlərini yumub bu qızla bağlı heç olmasa azacıq bir hadisə xatırlamağa çalışdı. Gözlərinin önünə bu dəfə daha bir xal gəldi. İncə boğazın altında, qabarıq görünən qara xal… Gözlərini açıb qızın boğazına baxdı… Xal ordaydı… İrad daha özünə güvənmirdi… İllər onu beləmi dəyişmişdi ki, bu qızı hələ tanıya bilmirdi?
    Qızlar ayrıldı… Dinləyici olan qız doğma barmaqları sığalladı:
    -Sən başqa cürsən… Kimsədən inciməyə haqqın olar, amma, həyatdan incimə, Gülüstan… Həyatını gülüstan etdiyin insanları düşün. O gülüstanlardan heç olmasa bircə qönçə səni xatırladırsa onlara, deməli, sən öz adına layiqsən… Sağol, görüşərik…
    Qız ayrılıb yeraltı keçidə tərəf getdi… Gülüstan adlı bu göy donlu qız isə dərindən köks ötürüb kitabxananın arxa qapısına üz tutdu… İrad da onun ardınca yollandı… Bu qızın onun xatirələrinin hansı dönəmində olduğunu anlamaq istəyirdi… Ürəkdən istəyirdi… Uzun zamandan bəri heç nəyə can atmadığı bir hirs, bir hikkəylə can atırdı onu tanımağa…
    Birdən qızın sol ovcunda tutduğu kağız parçası yerə düşdü. Qız dayanıb qoluyla tutduğu kitabları səliqəyə salmağa çalışdı. İrad sövq-təbii əyilib kağızı götürdü. Başını qaldıranda qızla göz-gözə gəldi… Doğma baxışlardakı təəccüb bir an içində sevincə çevrildi. Bu çevrilməni İrad möcüzə kimi görürdü… Yəni, insan bir an içində neçə hiss yaşayardı… Qız əlini uzatdı:
    -O kağızı verərsizmi?
    -Sən kimsən?-Sual o qədər amiranə səsləndi ki, İrad özü də diksindi…
    -Gülüstan… Səkkiz il əvvəl, mənim 17 yaşım olanda sizi sevmişdim…
    -Məni??? Harda???
    -Elə burda… Kitabxananın oxu zalında…
    İrad səkkiz əvvəlki oxu zalını beynində canlandırmaq istədi… Bacarmadı… Qızın sol qolundan bərk-bərk tutub yalvarırmış kimi dedi:
    -Nolur… Məni başa sal… Bayaqdan bəri səni tanıyıram, amma… amma, bilirsən, tanımıram… Axı mən…
    -Bilirsən… Axı mən…-Qızın səsindəki incə istehza hiss olunurdu… Qolunu çəkib asta səslə danışmağa başladı…
    -Onda da belə demişdiz… Hər gün oxu zalına gəlirdim ki, sizi görüm… Elmi iş yazırdız informasiya texnologiyalarından. Mənsə universitetin ədəbiyyat fakültəsində, birinci kursda oxuyurdum… Hansı kitabın adını çəkirdizsə, əzbərləyirdim. Sizdən sonra o kitabı alıb vərəqləyər, sanki sizin əllərinizi sığallayardım… Siz bunu bilmirdiz… Deməyə cəsarətim çatmırdı… Axı, necə deyəydim? Stolun üstündəki kiçik güldanı bir dəfə həyəcandan vurub aşırmışdım. Içindəki tək sarı gülü yerdən götürüb sizə uzatmışdım… Niyə belə elədiyimi özüm də bilmirdim… Bəlkə də o gülü sizə uzadacaq cəsarət mənə hisslərimi də açmağa imkan verəcəkdi…
    -Niyə demirdin onda??? Niyə????
    -Necə deyim axı? O güldanı aşırdığım üçün belə məni danlamışdız… İndinin qızları yöndəmsizdir… İndinin qızları nə ev xanımı olacaq??? Bunlar sizin onda mənə dediklərinizdir… Nə deyəydim???
    İradın ürəyi sanki hulqumunda döyünürdü… O günü xatırlamaq istədi… Yenə xatırlaya bilmədi… Bacarmadı… Xatırlamağı elə çox istəyirdi ki…
    -Bilirsiz… Məni heç vaxt tanımadız… Heç vaxt xatırlamadız… Mən sizinçün heç kimsə olmadım… İndi övladlarınız var… Və bu axşam sizi təbrik etməyi düşünürdüm… Elmi dərəcə almağınız üçün… O kağız… Sol əlimdə tutduğum o kağızda sizin telefon nömrəniz vardı… 2012-ci ilin bu vaxtı xəstə idim… Sizi xəstəxananın həyətində görmüşdüm… Arxanızca üçüncü mərtəbəyə qalxmışdım… Doğum şöbəsinə… Oğlunuzun dünyaya gəlməsini orda bilmişdim… Mənsə həyat yoldaşımı və uşağımı eyni gündə, avtomobil qəzasında itirmişdim… Sağ qaldığım üçün şükür etmək əvəzinə özümə güzgüdə lənətlər yağdırırdım… Amma, oğlunuz sizə elə bənzəyirdi ki… Onun gözlərində də siz vardız… O gündən sonra hər şeyə şükür edirəm… Telefon nömrənizi bu gün müəllifi olduğunuz monoqrafiyanın arxa cildindən yazmışdım… Və saatlardı İradəyə sizdən danışırdım… O axmaqcasına aşiqliyimdən… İllərdi sizi unutmadığımdan… İllərdi bütün məqalələrinizi oxuduğumdan… İnformasiya terminləri əzbərləməyimdən… Eh…
    İrad hiss edirdi ki, onun gözlərindən indi leysan yox, gürşad axacaq… Və nə yazıq ki, bu gürşad da onun beynində heç bir xatirəni cücərtməyəcək… Ovcundakı kağızı qızın ona uzanmış sol əlinin içinə qoydu… Bazara gedən yola döndü… Geriyə baxmaq istəmirdi… Və düşündüyü tək şey o idi ki, gərək bu qız onu sevdiyini deyəydi… Gərək deyəydi…
    Bazara çatanda dayandı… Sol ovcunda nəyisə bərk-bərk tutduğunun fərqinə vardı.. Daha bir kağız vardı ovcunda… Açdı… Telefon nömrəsi idi… Telefonunu çıxarıb nömrəni yığdı…
    -Alo?
    Tanış səs idi…
    -Alo? İrad bəy, kağızımın birini aparmısız…
    -Hə… Mənim sol əlimdə tutduğum da sənin nömrən imiş… Günahkarsan, Gülüstan… O sevgini gizlətdiyin üçün günahkarsan!!!
    -Siz də… O sevgini duymaq bir yana, məni xatırlamırsız… Siz də günahkarsız…
    Telefonu keçirib kağızı zibilliyə atdı… İndicə xatırladı ki, oğluna papaq, qızına da gəlincik almağa söz verib…

  • Zeynəb DƏRBƏNDLİ.Yeni şeirlər

    11665411_1690704784490598_9087155491968421030_n

    Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyi və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i,
    İraq Türkmən Yazarlar Birliyinin, Dərbənd Ədəbiyyatçılar Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin üzvü

    DOSTLAR

    Var günündə yanında,
    Dar günündə canında.
    İnsanın pis anında,
    Qaçıb gedəndi dostlar.

    Süfrədə şir, pələngdir,
    İşin düşdüsə ləngdir.
    Tərif etməkdə dəngdir,
    Uçub gedəndir dostlar.

    Cibin varsa sənlədir,
    Sənlə gülür, şənlədir.
    Toxum kimi dənlədir,
    Seçib gedəndir dostlar.

    Zeynəbəm, inanmaeram,
    Heç kəsi dost sanmaram.
    Bir daha aldanmaram,
    Keçib gedəndir dostlar.

    04.02.2016.

    SEVGİ HƏSRƏTİ

    Sənə öz sevgimi, söyləyə bilsəm,
    Özümü dünyada, xoşbəxt sanaram.
    Bir dəfə sevgidən danışsam, gülsəm,
    Bu eşqin oduna, mən tək yanaram.

    Sevgini qəlbimdə, gizləyə bilməm,
    Çünki, Allah salıb onu qəlbimə.
    Gözümdən yaşımı, heç silə bilməm,
    Sənin adın gəlir, daim dilimə.

    Zeynəbəm, dərdimi şeirlə bölürəm,
    Çünki, nə sevgim var, nə sevdiyim var.
    Varağlar ağlayir mənim halıma,
    Nə Anam, nə də ki güvəndiyim var.

    04.02.2016.

    VƏTƏN DƏRDİ

    Yenə səhər açıldı,
    Yenə köhnə xəbərlər.
    Görən deyən olarmı,
    Nə gündədir Kəlbəcər?

    Hər səhər açılanda,
    Saytları izləyirəm.
    Şuşadan, Xocalıdan,
    Xoş xəbər gözləyirəm.

    Səhəri tez açıram,
    Sanki, öz gözlərimlə.
    Çalışıram vəsv edim,
    Vətəni, sözlərimlə.

    Səhər məni kövrəldir,
    Xankəndindən, yox bir səs.
    Yoxsa Laçın, Cəbrayıl,
    Cavab verməyir heç kəs.

    Səhər mənə nə desin?
    Axı yoxdur xəbəri.
    Mən xəbər gözləyirəm,
    İstəmirəm kədəri.

    Üzeyiri, Cabbarı,
    Gecə gördüm yuxuda,
    Onların məzarları,
    Qalıbdır yad ayağda.

    Mən isə hər gün səhər,
    Xoş xəbər gözləyirəm.
    Şəhidim var deyəndə,
    İçimdən sızlayıram.

    Hər yüz ildən, bir yara,
    Hər ilin bir dərdi var.
    Böyük hərflə yazıldı,
    Tarixə, qanlı yanvar.

    Əsir düşmüş qız, gəlin,
    Bilinmirki hardadır.
    O gözəl Qarabağım,
    Neçə ildir dardadır.

    Yazıram sözüm bitmir,
    Yazmayım, bəs neyləyim?
    Zeynəbəm, vətənimçün,
    Qan ağlayır ürəyim.

  • Təranə Turan RƏHİMLİ.Yeni şeirlər

    teranexanim

    * * *

    Yenə gələcəkmi bahar?
    Yenə açacaqmı kol dibindəki çiçək?
    Şeir yazacaqmı ona
    təzə dövrün şairləri?
    Əvvəlki kimi oxuyacaqlarmı şeirləri?
    Yenə dərdin yedəyində yük olacaqmı talelər?
    Ömrün payızında saralıb töküləcəklərmi?
    Mən hansı fəsildə köçəcəyəm?
    Bir vərəqin küncündə
    Bir misranın içində
    Yenidən doğulacağammı?
    Ölmədiyimi biləcəklərmi?

    «QAN BANKI»NDA DÜŞÜNCƏLƏR

    Qan qoxusu çökmüşdü
    döşəməyə, tavana.
    Divarlarda qan donduran şəkillər…
    Ümidlər, sonra da dualar yıxılırdı
    pəncərədən o yana.
    Üz-gözündən oxumaq olurdu
    adamların içindəki talanları,
    Qansız-qansız üzürdü fələk
    qana möhtac olanları.
    Xəstələrə baş çəkən həkimin
    ürəyinin qanı qaçmışdı,
    Talasemiya, Hemofiliya adlı dərdlər
    qan üçün yaman acmışdı.
    Ölüm yedəyində gedən talelər
    əcəlin bir addımlığında,
    Əkilməmiş ümidlər göyərirdi
    «Qan bankı»nın yaxınlığında.
    İlahi, bu nə mizandı?!
    Burda məzarla qan tərəzi gözündə.
    İlk dəfə dərdin rəngini gördüm
    dərdini bilməyən bir körpənin üzündə.

  • MARİON ALTENA

    Çağdaş Hollandiya şairi

    * * *
    Küçənizdən keçən
    Adsız insanın
    Bir gözü gülərsə,
    Digəri ağlarsa,
    Sən hiss edəcəksənmi?
    Ya da gülən gözün
    Kor olacaqsa
    Digər gözün yaşla dolacaqmı?
    … İki gülən gözü olan
    İki gözümü təsəlli etsin…

    ŞƏHƏRİM
    Könlündə belə
    Sükutun simfoniyası.
    Artıq heç nə çalınmırsa
    Haranı gəzək
    Yerebatan Sarayı?

    ƏKSETMƏ
    Güzgülər hər tərəfdə,
    Güzgülər aramızda,
    Yenə ayırır bizi.
    Qəzəblənirsən yenə
    Hər görəndə özünü,
    Və yumruğunla vurub
    Cilikləyərkən
    Kimliyini,
    Yaralayırsan məni –
    Çünki
    Bu güzgünü tutan
    Mənəm axı…

    * * *
    Rahatlığın dadına baxa bilmədim hələ,
    Bir kolibri quşunun
    Çiçəkdən çiçəyə uçduğu kimi.
    Barmaqlarımın ucu da
    Toxunmaq istəyir
    Şeh damlalara,
    Amma
    Bu çiçəktozu uçub gedərsə əgər
    Dilimə dəymədən?

    * * *
    Əlində olmayan hər şeyi
    Buraxıb
    Hamıısını
    Əlində tuta bilənə
    Təslim etmək.
    Hələ əlindən gəlmədi
    Eləmi?

    * * *
    Necə də bənzəyirsiniz
    Şəhərinlə sən,
    İçinizdəki qovğalar,
    Çəkişmələr,
    Davalar
    Və daha nələriniz…
    Amma təkcə sən
    İtirdin öz sirrini, sehrini.

    ROTTERDAM’DA BİR KİŞİ GÖRDÜM
    Rotterdamda bir kişi gördüm,
    Bombozdu.
    Şalvarı,
    Pencəyi
    Və mavi gözləri belə.

    * * *
    Düşüncələrin içindən,
    Sənə elə bağlanmayan
    Bir gözlə
    Baxmağa çalışdım sənə.
    Yamanca sarsıtdın məni,
    Gecəyarı qəfil
    Duyulan səs kimi.

    Tərcümə edəni: TƏRANƏ TURAN RƏHİMLİ
    Şair-araşdırmaçı,
    filologiya üzrə fəlsəfə doktoru, dosent,
    Prezident təqaüdçüsü.

  • Sonuna qədər iradəli olaq

    sonuna-qeder-iradeli-olaq-wl4

    İnsan gözəl əxlaqla qarşılaşdıqda dərhal bundan təsirlənir və gözəl əxlaq onun xoşuna gəlir.

    Hər kəsin fitrətində gözəl əxlaqa meyl var. İnsan gözəl əxlaqla qarşılaşdıqda dərhal bundan təsirlənir və gözəl əxlaq onun xoşuna gəlir. Eləcə də hər insan gözəl və çirkin əxlaqın nə olduğunu da çox yaxşı bilir. İnsan bəzən gözəl əxlaqla qarşılaşanda öz əxlaqından utanır, qərar verir ki, mən də belə olacağam, özümdə olan bəzi şeyləri dəyişəcəyəm. Bəzən də olur ki, çətin hadisələrlə qarşılaşırıq, yanlışlar edirik, sonra qərar veririk ki, bu səhvləri həyatımda təkrar etməyəcəyəm. Yəqin ki, saydığım bu hadisələr sizin də həyatınızda baş verib… Ancaq qərar vermək və gördüyümüz gözəl əxlaqların bizdə də olmasını istəməklə bərabər, bunları həyata keçirməkdə çox mühüm məqam var: həm qərarımızda, həm də gözəl əxlaqımızda iradəli olaq.

    İnsan aciz varlıqdır, ona görə də çox tez-tez yanlışlar edir. Hər insanın xarakterində çatışmayan cəhətlər var. Biz həm də ağıllı və vicdanlı varlığıq, Allah bizi üstün yaratmışdır, bizə ağıl və iradə vermişdir. Hər nə qədər xətalarımız və yanlışlarımız olsa da, Allahın izni ilə o xətlalardan arına bilərik. Bunun üçün ehtiyacımız olan ağılla özümüzdə tapdığımız yanlışları iradəmizlə özümüzdən uzaqlaşdırmaqdır. “Mən bacarmıram”, “gücüm çatmır”, “nə edim, əlimdən gəlmir” demək şüur sahibi heç bir insana yaraşmır.

    Gözəl əxlaq nə deməkdir? Gözəl əxlaq fədakar olmaq, səbrli olmaq, vəfalı olmaq, bağışlayıcı olmaq, mehriban olmaq, gözəl söz deməyi bacarmaq, sevdiyin şeylərdən keçə bilmək, ehtiyacı olanlara kömək etmək, sevdiyin insanları özündən və istəklərindən üstün tutmaq, bir sözlə, gözəl əxlaq – Allahın Quranda bizə bildirdiyi bütün davranışlardır. Bizim ruhumuza zövq verən də gözəl əxlaqlı olmaq və bu əxlaqdan zövq almaqdır. Hər birimiz də istəyərik ki, ətrafımızda bu cür gözəl əxlaqlı insanlar olsun. Bu cür insanların olması üçün biz də gözəl əxlaqlı olmaqda qərarlı və iradəli olmalıyıq… Məsələn, insan ciddi səhv edir, sonra çox peşman olur, o səhvlərini görür və səmimi olaraq qərar verir ki, onları bir daha təkrar etməyəcək, daha gözəl əxlaqlı olacaq. Ancaq bir dəfə, iki dəfə… keçir və yenidən əvvəlki əxlaqına dönür. Çox təəssüf ki, bəzi insanlar qısa zaman sonra bu qərarını unudur, sanki heç peşman olmayıb o etdiklərindən… Bax bu məqamda iradə lazımdır, insan gərək sonuna qədər iradəli olsun.

    Allah bizi imtahan etmək üçün nəfsimizlə birlikdə yaradıb, yəni hər birimizin nəfsimizdə həm yaxşılıq, həm də pislik var. Allah nəfsi insanın içindəki pisliklərə qarşı mübarizə aparması üçün yaradıb. Allah bir ayədə belə buyurur:

    And olsun nəfsə və onu yaradıb kamilləşdirənə, ona günahları və (Allahdan) qorxmağı təlqin edənə! Nəfsini (günahdan) təmizləyən uğur qazanmışdır. Onu (günaha) batıran isə ziyana uğramışdır. (Şəms surəsi, 7-10)

    Yuxarıdakı ayədə bildirildiyi kimi, insan çətin bir hadisə qarşısında həm gözəl, həm də pis əxlaq göstərə bilər. Bu əxlaq insanın iradəsindən çox asılıdır. Məsələn, bir insanın xarakterində əsəbilik daha çox ola bilər, o insan bu xüsusiyyətdən çox əziyyət çəkə və bu xüsusiyyət ətrafındakı insanları da çox incidə bilər. Əgər həmin insan səmimi şəkildə bu xüsusiyyətdən arınmaq üçün qərar versə və bu yolda iradə göstərsə, Allahın izni ilə bu çatışmazlığın da öhdəsindən gələ bilər.

    Bir də gözəl əxlaqda iradə sahibi olmaq insanın özünə də çox xoş gəlir, əxlaqından zövq alırsan, özünə güvənirsən, özünə olan sevgin və hörmətin də artır, sözsüz ki, ətrafındakı insanlar da səni sevməyə başlayırlar. Digər tərəfdən, asan olan da gözəl əxlaqlı olmaqdır, çünki Allah bizə bunu sevdirib. Kənardan nəfsə tabe olmaq asan görünsə də, həm fiziki olaraq, həm də mənəvi olaraq bu insanı çox yorur. Əgər insan dəfələrlə eyni xətanı bilərəkdən edirsə, iradə göstərə bilmirsə gözəl əxlaqda və çıxardığı nəticələrdə, bu da hər kəsdən çox insanın özünə ziyan verir. Unutmayaq ki, çətin olan heç nə yoxdur, sadəcə səmimi istəmək, qərar vermək və sonuna qədər iradəli olmaq lazımdır.

    Firuzə Həsənzadə

  • Rafiq ODAY.”Ruhum, xoş gəldin, xoş gəldin!”

    rafiqoday

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri,
    ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
    ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı,
    Əməkdar jurnalist

    Haçandı quru cisməm mən,
    Ruhum, xoş gəldin, xoş gəldin!
    Yaşaram tam yox, qismən mən,
    Ruhum, xoş gəldin, xoş gəldin!

    Məni mən qədər anlayan,
    Bəzən ərk ilə danlayan,
    Sən dərya, mənsə damlayam,
    Ruhum, xoş gəldin, xoş gəldin!

    Ömür fani, yaşam yalan,
    Sən quru, mən yaşam – yanan.
    Sənsiz qara daşam, inan,
    Ruhum, xoş gəldin, xoş gəldin!

    Saçımdakı dəni sevdim,
    Gözümdəki çəni sevdim,
    Təkcə səni, səni sevdim,
    Ruhum, xoş gəldin, xoş gəldin!

  • Debüt: Ümid SADƏ (Salyan rayonu).Yeni şeirlər

    Ümid Yaşar oğlu Əsədov 1996-cı ildə Salyan rayonunda anadan olmub.2013-cü
    ildə Əliağa Kürçaylı adına 7 saylı texniki fənnlər təmayüllü məktəb-
    liseyini bitirib.Tam orta təhsillidir.16 yaşımdan ədəbi yaradıcılıqla məşğul olur.Şeirləri “Qələbə” və
    “Aysberq və həyat” qəzetlərində çap olunmuşdur.”Kürün töhfəsi” ədəbi birliyinin üzvüdür.

    Heyif

    Kəpənək ömrü də sürmədik heyif
    Bulud arxasında gün olub batdıq
    Bələnib həsrətin üfüqlərinə
    Gah yanan, gah sönən ümid yaratdıq

    Bilmirəm heç necə yadıma salım
    Tez ötüb, tez keçən şirin anları
    Düzü qısqanıram hər zülmət gecə
    Hər səhər eşq ilə oyananları

    Biz nə biləydik ki ayrılıq gəlib
    İsti məhəbbəti alacaq bizdən
    Vəfasız, əzablı, fani dünyaya
    Soyuq bir intizar qalacaq bizdən

    Eh…olan olubdu gəl ağlamayaq
    Gözümüz yaş olsa nə dəyişəcək?
    Dondursaq həsrətdə ürəyimizi
    Yazımız qış olsa nə dəyişəcək?!

    Bəlkə səssizliyi ifa edəsən?
    Mən də qulaq asam bir küncdə sənə
    Unudub qüssəni, qəmi ömürlük
    Yenidən vurulam gözəl hüsnünə (daha&helliip;)

  • Müzəffər MƏZAHİM.Yeni şeirlər

    mm

    DÜNYA DÜŞÜNCƏLƏRİ

    Həyat öz ahənginə,
    İnsanı uzlaşdırır.
    Mənasız yaşayanlar.
    Onu ucuzlaşdırır.

    Heç kəsin amanı yox.
    Sabahı gözləməyə.
    Təkcə ümid qalıbdır,
    Ötəni özləməyə.

    Həyatın qiyməti var,–
    Bədəli ömür-gündür.
    İnsan günahlarıyla,
    Bu dünyaya sürgündür.

    Bütövlər parçalanır,
    Zərrələr azman olur.
    Dəryalar sısqalaşır,
    Damlalar ümmün olur.

    Vaxt olur ki, sanırsan,
    Nəbzi durub zamanın.
    Möcüzələr gözündə,
    Adiləşir insanın.

    Bəzən bir gilə nurdan,
    Qəlbin, gözün isinir.
    Bəzən də sanırsan ki,
    Günəşdən zülmət enir.

    Görünən kimi deyil,
    Dünya ömrün qəmidir.
    Bu həyat hər bir kəsin,
    Öz gördüyü kimidir.

    “Heyrət ey büt”- dedilər,
    Həyatı dərk edənlər.
    Arxasınca boylanma,
    Geri dönməz gedənlər.

    Zaman ömrün qayçısı,
    Illər naşı dərzidir.
    Bəxtə biçilən ömür,
    Hər kəsin öz tərzidir.

    GƏLDİ

    O gün ki , dünyaya göz açdı insan,
    Kim kefə , kim də ki , əzaba gəldi.
    Kim çıxdı Allahın , haqqın yolundan,
    O da ilahidən qəzəbə gəldi.

    Saydığım üç şeydən qorun dünyada:
    Qoyma ləkələnsin arın dünyada,
    Qudurma artsa da varın dünyada,
    Bir də ki , sədəlik hesaba gəldi.

    Səni yaradanın duy varlığını,
    Etmə nadanlıqla zay varlığını,
    Dərk elə bəşərə pay varlığını,
    Abrımız , həyamız hicaba gəldi.

    Bizə yol verənin yolu nur seli,
    Ən əziz bəndəsi , qulu nur seli,
    Göylərdən süzülən ulu nur seli,
    Əmriylə müqəddəs kitaba gəldi.

    Sevincin , ələmin övlalarıyıq,
    Görünən aləmin övlalarıyıq,
    Həvvanın , Adəmin övlalarıyıq,
    Hamı bir birinə əsaba gəldi.

  • Rəhim MEHNƏT.Yeni şeirlər

    12584137_533420616825212_752487860_n

    ÜRƏYİMİ ALIBDI

    Əllərimdə ətirinin qoxusu,
    Saçlarımda sığalların qalıbdı.
    Xəyalımda gecələrin yuxusu,
    Ürəyimi sənin adın alıbdı.

    Baxışında məhəbbətin nidası,
    Dodağında sevgimizin sədası.
    Harda olsam canım-gözüm, qadası,
    Ürəyimi sənin adın alıbdı.

    Yaşadığım bu saatı, zamanı,
    Səndə tapır xoşbəxtliyi, gümanı.
    Dağlarımı nəfəsinin dumanı,
    Ürəyimi sənin adın alıbdı.

    Gülüm sənsən dərdlərimin çarası,
    Yaşadıqca qəlbim sənlə qalası,
    Yanağımı gözlərinin qarası,
    Ürəyimi sənin adın alıbdı.

    03.02.2016

    ÜRƏYİMDƏ ATLANIR

    Dəsmalını götür gəl,
    Sinəmdən qanlar axır.
    Nəfəsini duymasam,
    Qanım da laxtalanır.

    Düşmə sinə dağından,
    Getmə lalə bağından.
    Sənsiz hər budağından,
    Göz damlası sallanır.

    Uzaqda, yaxında da,
    Azında, çoxunda da.
    Xəyalım yuxumda da,
    Hər gün sənə yollanır.

    Misra-misra yazıldın,
    Sol tərəfə qazıldın.
    Canım alan nazındı,
    Ürəyimdə atlanır.

    02.02.2016

  • Mais TƏMKİN.Yeni şeirlər

    10646868_273655359498567_6620189188081019440_n

    VAXTIDIR

    Aman Allah, belə gözəl harda var?
    Tel şəlalə, göz piyalə, yaxa dar.
    Sinəsində yetişibdir qoşa nar,
    Qoynunda gəzməyə əlin vaxtıdır.

    Onsuz ürəklərdə kədər, ah olar,
    Harda belə günəş olar, mah olar?
    Könlünü açmamaq min günah olar,
    Sevirəm deməyə dilin vaxtıdır.

    Bu duruş, bu yeriş, bu naz, bu əda,
    Salıbdır aləmə soraq, səs-səda.
    Hər kimdən can umsa, tez eylər fəda.
    Bu eşqin yolunda ölüm vaxtıdır.

    Qovuşasan, gül yaxanı açasan,
    Pərvazlanıb eşq bağında uçasan.
    Sarmaşasan, əzizləyib qucasan,
    Qola bənd olmağa belin vaxtıdır.

    Günəşə də öz nurundan nur paylar,
    Hüsnünə baxmağa ayı haraylar.
    Çıxın bu gözəli seyrə, subaylar,
    Bu qızın köçməyə gəlin vaxtıdır.

    Bir Ana sına

    Zalım övlad- görəmmədim heç də mən,
    Xoş nəzər yetirsin bir, Anasına.
    Tutmazmı övladı ahı, qarğışı,
    Əgər övladından bir Ana, sına?

    Qanmayana nə sənətkar, nə xələf?
    Nə sələf tanıyar-qanmaz, nə xələf.
    Heç qulaq asarmı, fərsiz- naxələf,
    Görən nə söyləyir bir, Anası, nə?

    Ay Mais, şükr eylə hər keçən ana,
    Çalış, səni el düşünə, el ana.
    İllərlə övladı bəsləyən Ana,
    İnana bilmirəm, bir ana sına.

    22.02. 2011

  • Nail DAĞLAROĞLU.Yeni şeirlər

    n

    Anamın son günlərində
    (2003-cü ildə)

    Ey əcəl, sən Allah əl saxla biraz,
    Anamı əlimdən alma nə olar.
    O mənim varlığım, ürəyim canım.
    Araya hicranı salma nə olar.

    Mən ona öyrəşdim əzəldən bəri,
    Alıb apararsan boş qalar yeri.
    Götürə bilmərəm bu dərdi- səri.
    Dərdlərimə bais olma nə olar.

    Dünyaya gətirdi böyütdü məni,
    Saçına mən saldım bəlkədə dəni.
    İşin tələsikdi, bu qədər yəni?,
    Uzaq get yaxına gəlmə nə olar.

    Yaman çətn olur insa öləndə,
    Gözlər qapananda yanaq solanda.
    Həyat sönür hansı cana dolanda.
    Anamın canına dolma nə olar.

    Həyat işığını nə söndürürsən?,
    Necə ürəkləri nə yandırırsan?
    Nailin qəlbini nə sındırırsan,
    Anamı həyatdan silmə nə olar.

    Həyat yolu, həyat yolu

    Gah enişdi, gah yoxuşdu,
    gah şirin gah, sərt baxışdı.
    Gah sığallı, gah naxışdı,
    həyat yolu, həyat yolu.

    Kimisinə çən-dumandı,
    kimisinə vay-amandı.
    Kimisinə şöhrət-şandı,
    həyat yolu, həyat yolu.

    Kimini dərdibənd eylər,
    kimini dərdə bənd eylər.
    Kiminə hiylə, fənd eylər.
    həyat yolu, həyat yolu.

    Kimisinə dar məzardı,
    kimisinə bağça, bardı.
    Kimisinə boran, qardı,
    həyat yolu, həyat yolu.

    Nail eylər giley-güzar,
    çoxlarına azar-bezar.
    Çoxlarına quyu qazar,
    həyat yolu, həyat yolu.

  • Nəriman ZEYNALZADƏ.Yeni şeirlər

    QARABAĞA EL GÖNDƏR

    Qırılıb sarı simim,
    Saçından üz, tel göndər.
    Yollardadır gözləri,
    Qarabağa el göndər.

    Vətənin öz laylası,
    Ağlasın öz anası,
    Qırılıb onurğası,
    Qaldırmağa bel göndər.

    İt oynadan meymunlar,
    Özlərindən məmunlar,
    Qırdı bizi məmurlar,
    Qoy aparsın, sel göndər.

    03.02.2016

    BOŞ SİNİF OLAYDI, BİR DƏ İKİMİZ

    Boş sinif olaydı, bir də ikimiz,
    İstərdim ki, bizə göz qoyulmasın.
    Elə sevərdim ki, tənəffüsləri,
    Deyərdim heç zaman zəng vurulmasın.

    Sinif rəhbərimiz ayırıb bizi,
    Başqa bir partaya apardı səni.
    Sevgidən xəbəri olmayan kimi,
    Çəkib ürəyimdən qopardı səni.

    Xatirə dəftərin ağ vərəğinə,
    Sevgi şeirimlə apar yaz məni
    Ağ-qara şəklində qara gözlərin,
    Qoy baxıb öldürsün, üzsün naz məni.

    Məktəb illərimin sənli günləri,
    Bir xatirə kimi gözümdən keçir.
    Elə susuzlayıb ürəyim sənə,
    Doldurub ovcumla gözümdən içir.

    27.01.2016

  • Şakir XANHÜSEYNLİ.Yeni şeirlər

    Da_001-238x300

    HANI O DAĞLAR…

    Aydın müəllimə

    Dağdı o dağlar… Hanı
    O kələ – kötür daşlar
    Bax, əzsə ayağımı
    Ürəyim rahatlanar…

    Kötüyündə köntöylük,
    Qayasında qabalıq –
    İncə, zərif duyğular
    Doğuran nahamvarlıq!..

    Dar – dolaşıq cığırlar,
    Əyri – dolay o yollar
    Deyər: – Əyriliyi qoy,
    Burdan düzgünlük apar…

    Dərə – zülmətxanalar,
    Gözqaraldan yarğanlar;
    Gördüm ki, elə əsl
    İşıq qaynağı – onlar!..

    ***

    Yaşayaq,
    duyğularımızı üstə çıxaraq,
    qoy lap gecələrimizin də
    gün işığı düşən bir yanı olsun elə…
    sevdiyimiz hər şeyi-
    rəngi,şəkli,şeiri yaşayaq.
    bir daşı oxşayaraq,
    onu da yaşayaraq yaşayaq…
    demirəm qıyaq bir qarışqaya da-
    əsla;
    qəlbimizdəki işıqla,
    eşqlə yaşayaq…
    ya
    kədəri yaşayana
    o həm də sevinc…
    bir anlıq düşün:
    dünyamız bir arı pətəyi kimi…
    torpağın altında köklərə,
    bu yerlərə,göylərə nə qədər bağlıyıq…
    bax,bir qayanın duruşunu canlandır gözündə,
    sən üşüyəndə də
    bil ki,
    yanan bir od var köksündə…

  • Təvəkkül GORUSLU.Yeni şeirlər

    tm

    STİ QƏLB EVİMİN DOĞMA KƏSİSƏN

    Sən mənim könlümün şirin avazı,
    Sən mənim ruhumun dinən səsisən.
    Sən varsan duymuram qarı, ayazı,
    İsti qəlb evimin doğma kısisən.

    Su kimi şəffafsan, günəş tək parlaq,
    Paklıq zirvəsisən, əlçatmazsan sən.
    Həyatla çağlayan şirin bir bulaq,
    Şəfanı, nurunu azaltmazsan sən.

    Sən düzlük simvolu, xeyirxah mələk,
    Hörmətə, izzətə layiq bir insan.
    Sən güllər bəzəyən güllü kəpənək,
    İnsanlar zövq alır tək varlığından.

    Bu solğun dünyanın mənasısan sən,
    Bu zalım dünyanın xoş təbəssümü.
    Bir bəyaz dünyanın sonasısan sən,
    Behişt hurisinin tam təcəssümü.

    Səni vəsf etməyə gücsüzdü sözlər,
    Tanrı əsəridi surətin sənin.
    Baxdıqca cilvənə yorulmaz gözlər,
    Mərmərdən yonulmuş qamətin sənin.

    DÜNYA BİZDƏN BEZAR OLDU

    Qəlbə hopan dumanıyla,
    Tezcə qaçan zamanıyla,
    Vermədiyi amanıyla,
    Dünya bizdən bezar oldu.

    Xərclədikcə ömür, günü,
    Tapdaladıq yolu, yönü,
    Ha qaldırdıq səsi, ünü,
    Başqasını sezər oldu.

    Cəhd etdik sevincə sarı,
    Atmaq üçün dərd, qubarı,
    Önə qoydu mar , bezarı,
    Bizə qalan azar oldu.

    Yağdırmadı qışda qarı,
    Selə verdi bağı, barı,
    Qaranəfəs çay yuxarı,
    Haqq dalınca gəzər oldu.

    Gül istədik, verdi xarı,
    Kimə lazım balsız arı,
    Kədər yarı, qəmi yarı,
    Şandan zəhər süzər oldu.

    Həris vardan doyammadı,
    Göz torpaqsız qapanmadı,
    Din imanla tapınmadı,
    Nuh gəmisi üzər oldu.

    03. 02. 2016

  • Məmməd QƏDİR.Yeni şeirlər

    mq

    Gəlmədin

    Gəlişinə quzu qurban demişdim,
    Quzularım qoç oldular, gəlmədin.
    Yollar necə dayandılar üzümə,
    Ürəyimlə öc oldular, gəlmədin.

    Çəkdiklərim saçlarımda car oldu,
    Payız ötdü, tufan gəldi, qar oldu,
    Taleyimdə yox olanlar var oldu,
    Var olanlar heç oldular, gəlmədin.

    Nida qəddim sual oldu əzabdan,
    Sual verib nə anladım cavabdan,
    Ömür boyu şələ tutdum savabdan,
    Savablarım suç oldular, gəlmədin.

    Arzularım qəm odunda yaxıldı,
    Son harayım, son nəfəsə yığıldı,
    Ümidlərim pərən düşdü, dağıldı,
    Heç bilmirəm necoldular, gəlmədin.

    Boğazımda kəndir oldu illərim,
    Səni deyib haray çəkdi dillərim,
    Kəpənək tək mənə uçdu əllərin,
    Yetişmədi, gec oldular, gəlmədin…

    Pərim

    Qanad çala-çala qondun çiynimə,
    Yerin rahatdımı, necədi, pərim?
    Soyun qanadını gir ürəyimə,
    Sənə eşq yandırım, gecədi, pərim

    Sevginlə sığal çək qayğılarıma,
    Bal süzüb şəkər qat yuxularıma,
    Düzül misra – misra duyğularıma,
    Ürəyim incədən incədi, pərim.

    Sənə qul olmaq tək bir diləyim var,
    Sevinim, sən kimi bir mələyim var,
    Demə ki, göylərdə öhdəliyim var,
    Məhəbbət hər şeydən öncədi, pərim.

    Sənsizlik içimi qırıb dağıdır,
    Getmə, ürəyimin qərib çağıdır,
    Ömür saatında qürub çağıdır,
    Sevgi saatında neçədi , pərim?!

  • Rahilə DÖVRAN.Yeni şeirlər

    rxd

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    NƏ DEYİM İNDİ

    Çox inanmışdım mən, o zaman sənə,
    Nə etmək olar ki,üzü dönənə?
    Getdin,sənə gülüm, etmirəm tənə,
    Getdin, sevməyən çox, onlar sevindi,
    Bizi sevənlərə, nə deyim indi?

    Çox sevmişdim mən,o zaman səni,
    Haqq islah eyləsin, yoldan edəni.
    Kimsə tuta bilməz, özü gedəni
    Görən qəlbindəki, nə hikkə, kindi?
    Bizi sevənlərə, nə deyim indi?

    Çox xəyal qurdum mən, o zaman gülüm,
    Sandım bizi ancaq, ayırar ölüm.
    Mənim qəlb közümü, qoruyur külüm,
    Sənin dönük qəlbin, kimə isindi?
    Bizi sevənlərə, nə deyim indi?

    Çox üzür qəlbimi hicran acısı,
    Dözülməz olarmış, həsrət sancısı.
    Bəzən pozularmış, alın yazısı,
    Qəhr olan bu eşqin, suçlusu kimdi?
    Bizi sevənlərə, nə deyim indi?

    Çox vaxtı gizlədim, pünhan saxladım,
    Gecələr sübhəcən, gizlin ağladım.
    Dərdimi yaratək, açdım- bağladım,
    Sirrimiz faş oldu, Dövran,- bilindi,
    Bizi sevənlərə, nə deyim indi?
    Nə deyim indi?…

    04.02.2016.

    S Ə N S Ə N

    Sənsən mənim ömrüm, günüm, həyatım,
    Sənsən mənim şan-şöhrətim, büsatım.
    Sənsən nəğməm,qoşmam,qəzəl, bayatım,
    Sevə-sevə xəyalına daldığım,
    Illər boyu həsrətiylə yandığım.

    Sənsən sevən ürəyimin parası,
    Sənsən görən gözlərimin qarası.
    Sənsən bütün dərdlərimin çarası,
    Gecə-gündüz şəfa umub, andığım,
    Illər boyu həsrətiylə yandığım.

    Sənsən məni ümidlərlə bəsləyən,
    Sənsən məni sabahlara səsləyən.
    Sənsən həm də, saf eşqimi tərsləyən,
    Ey şəfqətli, nurlu, mələk sandığım,
    Illər boyu həsrətiylə yandığım.

    Sənsən sair Dövranın təbb, ilhamı,
    Sənsən onun xoş hicranı, həm kamı.
    Səni mənə yaraşdırır el, hamı,
    Eşq atəşin sevgisindən aldiğım,
    Illər boyu həsrətiylə yandığım.

    03.02.2016.

  • Zeynəb DƏRBƏNDLİ.Yeni şeirlər

    11665411_1690704784490598_9087155491968421030_n

    Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyi və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i,
    İraq Türkmən Yazarlar Birliyinin, Dərbənd Ədəbiyyatçılar Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin üzvü

    UNUDACAĞAM

    Mənə əzab verib nakam eylədin,
    Sənsən məhəbbətim, ömrüm söyvlədin.
    Indi aç gözünü, bir bax neylədin,
    Bu eşqin oduna tək yanacağam.
    Səni sevə sevə unutacağam.

    Atdın məni, əğyarın ayağına,
    Özün getdin var, dövlət sorağına.
    Etdiklərin,çıixacağ qabağına,
    Sənin xəyalında yaşayacağam,
    Səni sevə sevə unutacağam.

    Sevmirdinsə, niyə aldatdın məni,
    Neycün ləkələdin bu saf sevgini?
    Yalanla öyrətdin özünə məni,
    Öz sevgimə, mən sadiq qalacağam,
    Səni sevə sevə unutacağam.

    Zeynəbi heç nədən aldatdın, atdın,
    Hansı bivəfasızın eşqinə satdın?
    Mənim ürəyimi qırdın, alçaltdın,
    Cətin birdə sevib, inanacağam,
    Səni sevə sevə unutacağam.

    QARDAŞ

    Sən öz ürəyinlə danış, söhbeət et,
    Calış, köməksizin, imdadina yet.
    Getsəndə, Allahın haqq yoluyla get,
    Dost gedən yollara inanma qardaş.

    Atanın, Ananın qiymətini bil,
    Onlara ağ olub, ötmə sən dil dil.
    Əyilsən, Allaha səcdə et, əyil,
    Düşmənə baş əyib utanma qardaş.

    Bu dünya fanindir, sayıir kimsəni,
    Aldadıb ağlatma heç vaxt kimsəni.
    Dost sözqnə baxıb, yıxma kimsəni,
    Köməksizə əl tut, yubanma qardaş.

    Kor yuxuda yatma, dərhal qalx, oyan,
    Kimdir haqsız qalıb, haqlını duyan?
    Düşmənlə üz üzə, göz gözə dayan,
    Namərdə arxa ilə dayanma qardaş.

    Zeynəb verir sənə öyüd, nəsiyyət,
    Bunu Anam mənə, etmiş vəsiyyət.
    Yalançı adamda, olur pis niyyət,
    Calış, yalanlara calanma qardaş.

  • Arzu RÜSTƏMSOY.Yeni şeirlər

    * * *

    Köynəyinin qoynu açıq,
    Yaxası boz-bozumtuldu.
    Səhərdən bəri könlümün,
    Ruhumun qaşı tutuldu.

    Göylərdən yerə süzülür,
    Xalısız ilmə düzülür.
    Bu yağış bizimki deyil,
    Yolunda könlüm üzülür.

    ….

    Nəyim vardı yaşamağa,dünyada,
    Bir ananın arzusunda doğuldum.
    Söz umduğum gətirmədi,heç yada,
    Mən səhərin yuxusunda boğuldum…

    Həsrətimi qovub qaçdı qara qış,
    Gözlərimdə yuva qurdu,qaraquş..
    Köksü buz bağlamış,diləyi donmuş,
    Bu şəhərin atəşində kül oldum…

    Birtəhərəm,qov həsrəti gözümdən,
    Ağlamaqdan,sizlamaqdan yoruldum.
    Çox tutuşdum,od olmadı,közümdən,
    Qasırğatək odum üstə buruldum…

  • Mehri ƏLİYEVA.Yeni şeirlər

    me

    AĞDAMIN,ŞUŞANIN HƏSRƏTİNDƏYƏM

    İtirib yurdumu,qərib diyarda
    Ağdamın, Şuşanın həsrətindəyəm.
    Ötür göz önündən Kötəl,Xaçında
    Çay baxçamı,Qarqarımı gəzirəm,
    Ağdamın, Şuşanın həsrətindəyəm.

    Daşaltında şəhid ruhu nigaran,
    Həsrətliyəm Cıdırdan,Topxanadan,
    Ötsəydim Laçına böyük yarmadan.
    Bəlkə boynu bükük Xarıbülbüləm,
    Ağdamın, Şuşanın həsrətindəyəm.

    Şahbulaq dağların duman bürüyüb,
    Bənövşələr kol dibində bükülüb,
    Qızılgül həsrətdən boynunu büküb.
    Ay Ağdamım,darda qaldın deyirəm,
    Ağdamın, Şuşanın həsrətindəyəm.

    Malbəylini,Kosaları istərəm,
    Bulaq üstən nanə,yarpız dərərəm,
    Vaqifin büstünə mən baş əyərəm.
    Mənim Şuşam,dərdim oldu deyərəm,
    Ağdamın, Şuşanın həsrətindəyəm.

    Sanki kəsilibdi iki qollarım,
    Viranələr içrə olub dövranım,
    Başım idi,üzülüb Qarabağım.
    Bu hal ilə bir qəribəm,Mehriyəm,
    Ağdamın, Şuşanın həsrətindəyəm.

    Kiyev 06-06- 2015

    VƏTƏN,QURBAN GETDİM YOLUNDA SƏNİN

    (Əsirlikdə olan bir yerlimizin,
    vətən deyə-deyə ermənilərin
    bütün zülmünə dözən bir igid
    qəhramanımızın şərəfinə itahv)

    Mən şəhid olmadım,bir əsir oldum.
    Vətən ,qurban getdim yolunda sənin.
    Vəhşilər zülm etdi mənə,bilirsən.
    Doğradılar dırnağımın sədəfin.
    Vətən,qurban getdim yolunda sənin.

    Suda saxladılar buzun içində.
    Şırımlar açdılar mənim üzümdə.
    Dırnağım qalmadı bilsən,əlimdə.
    Qorudum vətənin yenə şərəfin.
    Vətən,qurban getdim yolunda sənin.

    Yaramın üstündən kəndir bağlayıb.
    Yol boyu çəkdilər dığalar dartıb.
    Gözümün altına siqaret basıb.
    Hələ də yaşadır məni qüdrətin.
    Vətən,qurban getdim yolunda sənin.

    Dözürəm hər zülmə,vətən naminə.
    Düşdüm vəhşilərin qəfil əlinə.
    Yenə həsrətliyəm,ay vətən sənə.
    Olsamda içində mən bu dəhşətin.
    Vətən,qurban getdim yolunda sənin.

    Mehri bu dərdləri oxudu,yazdı.
    Bilin,həqiqətdi,demə xəyaldı.
    Neçə igidlərim əsir qalıbdı.
    Deyir bizə uzadaraq əllərin
    Vətən,qurban getdim yolunda sənin.

    Kiyev 25-10-2014 saat 05-45

  • Mehriban İBRAHİMOVA.Yeni şeirlər

    QAYĞI GÖSTƏRƏNLƏR

    Dibçəkdə bəslənən körpə fidana,
    Səhər su verməsən solub gedəcək.
    Evdə bəslədiyin pişik balası,
    Bir qarın çörəyə möhtac kimidir,
    Tikəni verərsən alıb gedəcək.
    Qayğıya möhtacdır bil ki, hər zaman ,
    Hər gün ətrafında gəzib,dolanan.
    Sadə həqiqətdir bu gün ,ey insan,
    Qayğı göstərərsən,qayğı görərsən.
    Zamanın əlində əsir zamanın,
    Yolunu anbaan kəsir zamanın,
    Düşərsən zillətə olmaz amanın,
    Onda göstərdiyin qayğı görərsən.
    Sağ əlin verdiyin sol əli bilməz,
    Əldən tutanların beli bükülməz,
    Düşmənə,yadlara başı əyilməz,
    Qayğı göstərənlər qayğısız olmaz.

    04 02 2016.

    STƏDİM.

    Düşüb ayaqlarına sevincin,
    Kədəri ayaqlayıb keçmək istədim.
    Mən ömür yolunda biryolluq daha
    Sevincə qoşulub qaçmaq istədim.

    Bu yolda sınaq var qaçım qınaqdan,
    Bəlkə bir sınaqdı,keçim sınaqdan.
    Dirilik suyunu içib bulaqdan,
    Ən gözəl günləri seçmək istədim.

    Bəzən gizli qalar açılmaz sirri,
    Taleyin qəribə oyunları var.
    Girib bu oyuna taleyimizin,
    Qəribə sirrini açmaq istədim.

  • Nəzakət Bədirovanı doğum günü münasibətilə təbrik edirik! (4 fevral)

    12508749_1686337568316827_3856281377789156451_n

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının elektron orqanları Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisini doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar diləyir!
    Dodaqlarınızdan gülüş,yanaqlarınızdan təbəssüm əskik olmasın!
    Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

    Mətbuat xidməti

  • Harika UFUK.”İLLE DE AHDE VEFA”

    huh

    Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temssilcisi

    Sevenlerime, sevdiklerime, vefa duygusuna sahip olanlara dilerim ki güzel bir gün, güzel bir hafta olsun.

    Hayattaki en güzel duyguların başında,
    Sevgi, saygı, hoşgörü ille de ahde vefa.
    Bulamazsın bir nebze nankörlerin aşında
    Sevgi, saygı, hoşgörü ille de ahde vefa.
    Değerlerde gizlidir, İki cihanda sefa.

    Kemale erenlere taçtır, yakışır erdem,
    Âlimle, sanatkârla sohbet güzeldir her dem,
    Mutluluk bekliyorsak önce verelim madem,
    Sevgi, saygı, hoşgörü ille de ahde vefa.
    Değerlerde gizlidir, İki cihanda sefa.

    Vefasızlık kalplerde oldukça ağır yüktür,
    İyilerin yüreği kâinattan büyüktür,
    Kötü düşünenlerin beyinleri höyüktür,
    Sevgi, saygı, hoşgörü ille de ahde vefa.
    Değerlerde gizlidir, İki cihanda sefa.

    Kamil insan insanın kadrini bilir elbet,
    Dürüstlükten, mertlikten kimse etmez şikâyet,
    Doğru bildiğin yoldan ayrılmadan devam et:
    Sevgi, saygı, hoşgörü ille de ahde vefa.
    Değerlerde gizlidir, İki cihanda sefa.

    Harika iyiliğin kıymetini bilmeli,
    Istırap çekenlerin gözyaşını silmeli,
    Nankörlüğü dünyadan tek kalemde silmeli.
    Sevgi, saygı, hoşgörü ille de ahde vefa.
    Değerlerde gizlidir, İki cihanda sefa.

    Adana.15.10.2014.SAAT: 10.00

  • Zeynəb DƏRBƏNDLİ.Yeni şeirlər

    11665411_1690704784490598_9087155491968421030_n

    Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyi və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i,
    İraq Türkmən Yazarlar Birliyinin, Dərbənd Ədəbiyyatçılar Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin üzvü

    AĞLAYIR

    Qarabağım, qəm ocağım,
    Gözüm ağlayır adına.
    Göyə sovrulan torpağım,
    Üzüm ağlayır adına.

    Düşmən kəsib sağın, solun,
    Qalaq qalaq tikan kolun.
    Bizi mi gözləyir yolun?
    İzim ağlayır adına.

    Dağı, daşı qan qoxlayır,
    Dərdin qəlbimi oxlayır.
    İt, səni əsir saxlayır,
    Dözüm ağlayır adına.

    Zeynəbəm, ciyərim yanır,
    Çoxu məni, dəli sanır.
    Ürəyim haqqa inanır,
    Sözüm ağlayır adına.

    NİYƏ GƏLMƏDİN?

    Sənə inandım gülüm,
    Oduna yandım gülüm.
    Yolda dayandım gülüm,
    Söylə, niyə gəlmədin?

    Sənə verdim qəlbimi,
    Unut kədəri, qəmi.
    Ey könlümün həmdəmi,
    Söylə, niyə gəlmədin?

    Çəməninə gül oldum,
    Ürəyinə qul oldum.
    Ateşindən kül oldum,
    Söylə, niyə gəlmədin?

    Ümidimi kəsmisən,
    Külək olub əsmisən.
    Bəlkə məndən küsmüsən,
    Söylə, niyə gəlmədin?

    Nədən incidin belə?
    Yanıram gilə gilə.
    Bircə söz gətir dilə,
    Söylə, niyə gəlmədin?

    Dərddən alışır sinəm,
    Sənin üçün, mən kiməm?
    Ay yeganəm, birdənəm,
    Söylə, niyə gəlmədin?

    Sənsiz olmuşam xəstə,
    Dərd qoyma dərdim üstə.
    Canımı məndən istə,
    Söylə, niyə gəlmədin?

    Zeynəbi qəmgin etmə,
    Ömrümdən qəfil getmə.
    Bu canımı əritmə,
    Söylə, niyə gəlmədin?

  • Zeynəb DƏRBƏNDLİ.Yeni şeirlər

    11665411_1690704784490598_9087155491968421030_n

    Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyi və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i,
    İraq Türkmən Yazarlar Birliyinin, Dərbənd Ədəbiyyatçılar Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin üzvü

    QARABAĞIM

    Neçə ildir yol gözləyir,
    Canm qərib Qarabağım.
    Qəlbi insan tək sızlayır,
    Canım qərib Qarabağım.

    Ocağları sönüb qalıb,
    Ev eşiyim yanıb qalıb.
    Damarımda donub qalıb,
    Canım qərib Qarabağım.

    Dağları, düzləri küsgün,
    Babamın izləri küsgün.
    Sovrulan közləri küsgün,
    Canım qərib Qarabağım.

    Zeynəbəm, alışır sinəm,
    utanıram, necə dinəm?
    Adından kül olan mənəm,
    Canım qərib Qarabağım.

    GEDƏNDƏN SONRA

    Ömrümü, günümü mənasız sandım,
    Ana, sən dünyadan gedəndən sonra.
    Özüm öz içimdə alışdım, yandım,
    Ana, sən dünyadan, gedəndən sonra.

    Sis duman yurd saldı, qəlbim başında,
    Söz yaza bilmədim məzar daşında.
    Qalmadı ləzzəti yazın, qışın da,
    Ana, sən dünyadan gedəndən sonra.

    Atamı itirdim, lap uşaq ikən,
    Atanı mənə, əvəz etdin sən.
    Kədər satın aldı, məni sevincdən,
    Ana, sən dünyadan gedəndən sonra.

    Zeynəbəm, ölübdür yaşam həvəsim,
    Heç kəsin yanında, duyulmur səsim.
    Yoxdur bu halıma yanan bir kəsim,
    Ana, sən dünyadan gedəndən sonra.

    02 02 2016.

    YAŞAMAQ HƏSRƏTİ

    Bir saf çeşmə istərəm,
    Suyu, yaşdan olmasın.
    Mənə, ürək nəsib et,
    Ancağ, daşdan olmasın.

    Gözlər görmək istərəm,
    Mənim üzümə baxsın.
    Məni eşq atəşində,
    Daim yandırsın, yaxsın.

    Gülüş görmək istərəm,
    Mənə sevinc gətirsin.
    Ürəyimdən həsrəti,
    Qəm, kədəri itirsin.

    Mən yağışı istərəm,
    Yağsın, yusun həsrəti.
    Gözəl xatirələrlə,
    Yaşatım məhəbbəti.

    Röya görmək istərəm,
    Həyat boşluğu dolsun.
    Gözlərimi açanda,
    Anam yanımda olsun.

    Bir xatirə istərəm,
    Uçsun xəyallar göyə.
    Mən də onu hiss edim,
    Məni yaşatsın deyə.

    Bir təbəssüm istərəm,
    Qonsun dodağlarıma.
    Zeynəbəm, arzum budur,
    Dönüm, o çağlarıma.

    03 02 2016

  • Saqif QARATORPAQ.”Bilmirəm nə deyim sənə bu yaşda”

    s

    Bilmirəm nə deyim sənə bu yaşda,
    Ilk dəfə vurulan uşaq deyiləm.
    Bir az utancağam,bir az da tənbəl,
    Neyləyim, elə də qoçaq deyiləm.

    Kəsdirib qapımı budu son bahar,
    Ayağım altında xəzəldi illər…
    Mənim qız qaytaran vaxtım ha deyil,
    Elə görən kimi sevə gözəllər.

    Yoxsa sən gecikdin bu ömrə-günə,
    Bilmirəm, gec tapdım bəlkə mən səni.
    Bir nakam sevdanın naxışıdı bax,
    Alnımın qırışı,saçımın dəni.

    Bir eşqin acısı sızlar içimdə,
    Adını sinəmə yazıb ayrılıq.
    Mən çoxdan ölmüşəm bir buz ürəkdə,
    O gündən qəbrimi qazııb ayrılıq.

    Demirəm halıma acı bir azca,
    Səndən bir cabab da gözləmirəm mən.
    Bir az ürəyimi boşaltdım yetər,
    Bundan sonrasını özün bilərsən…

  • Saqif QARATORPAQ.”Yadımdan çıxır daha”

    s

    Yadımdan çıxır daha
    Nə varsa səndən yana.
    Yolllarım elə bağlı,
    Gələmmirəm yanına.

    Səssizcə çiçəkləyir
    Adın dodaqlarımda.
    Göz yaşım bir misradı,
    Donub yanaqlarımda.

    Üst-başımda,saçımda
    Həsrətinin qoxusu,
    Hər gecə yuxumdadı
    Ayrılığın yuxusu.

    Sənsiz gör necə itib
    Ömrün-günün səhmanı.
    Sızıldayır içimdə
    Səni görmək gümanı…

    Bu gün də bitdi belə,
    Demirəm ki yaşadım…
    Titrəyən əllərimlə
    Xəyalını oxşadım.

    Yenə səhra ömrümə
    Düşdü bir qərib axşam.
    Ürəyim elə təşnə,
    Tək sənə susamışam…

  • Şəfa EYVAZ.”Bilmirsən”

    1423756700_sefa-xanim

    Götür ürəyini, gəl mənə tərəf…
    Əriyib yolların qarı, bilmirsən.
    Bir ümid içimdə çıxıb naxələf,
    Uçub gedib sənə sarı, bilmirsən.

    Sanma ki, arzular gəlib keçici,
    Bu könül yaşını doldurub çoxdan.
    Bizim taleyimiz iki əl içi,
    Məndə yarı, səndə yarı, bilmirsən.

    Ötür bu taleyi, doğul yenidən,
    Yenidən yolumuz qovuşa bəlkə.
    Bu ömür sevinci salıb əlindən
    Verib “yox”u, alıb “var”ı, bilmirsən.

    02.02.2016

  • Şahməmməd DAĞLAROĞLU

    12670616_945644685514132_1613497453409273181_n

    Şahməmməd Dağlaroğlu (Soltanov Şahməmməd Nurulla oğlu) 1956-cı ildə İsmayıllı rayonunun Pirəqanım kəndində anadan olub. 1970-ci ildə İsmayıllı şəhər 1 nömrəli orta məktəbin 8-ci sinfini bitirib. Göyçay 58 saylı orta texniki peşə məktəbində dülgər-xarrat peşəsi ilə yanaşı orta təhsil alıb. 1975-1977-ci illərdə ordu sıralarında xidmət edib.
    Müxtəlif illərdə rayonun bir sıra tikinti idarələrində inşaatçı kimi çalışıb. İsmayıllı rayonunun Mücühəftəran və Ağbulaq kənd məktəblərində 15 ildən artıq əmək təlimi müəllimi işləyib.
    1982-84, 1986-91-ci illərdə Rusiya Federasiyasında yaşayıb. Qiyabi yolla iqtisadçı-mühəndis ixtisası almaqla 1991-ci ildə Novosibirsk Xalq Təsərrüfatı İnstitutunu bitirib. İsmayıllı rayonunun Ağbulaq kəndində yaşadığı illərdə ilk bələdiyyə seçkisində uğur qazanaraq, bələdiyyənin sədri vəzifəsində çalışıb.
    2005-ci ildə jurnalistika ixtisası üzrə birillik kurs bitirib. Rayonun Yerli Radio Verilişləri redaksiyasında redaktor vəzifəsində işləyib. Bələdiyyələr üzrə keçirilən ikinci, üçüncü və dördüncü seçkilərdə İsmayıllı bələdiyyəsinin üzvü seçilib.
    Ş.Soltanov hazırda İsmayıllı bələdiyyəsinin üzvüdür, bələdiyyədə Yerli İqtisadi-İnkişaf və Sosial Məsələlər daimi komissiyasının sədri vəzifəsində çalışır.
    Ş.N.Soltanov 1995-ci ildən Ana Vətən Partiyasının üzvü, həmçinin, partiyanın İsmayıllı rayon təşkilatının sədridir.
    Erkən yaşlarından şeirlər yazan Ş.Dağlaroğlu 5 kitabın müəllifi, 30-a yaxın kitabın redaktoru, 2 toplunun tərtibçisidir. Şeirləri “XX əsrin Şirvan şairləri” toplusunda, “Türk dünyası şairlərinin antologiyası”nda və digər bir neçə almanaxda yer alıb.
    2014-cü ildən təsisçisi olduğu “İsmayıllı Yazarları” ədəbi ictimai birliyinin sədridir.
    Ş.Soltanov 2008-ci ildən çıxan “İsmayıllı xəbərləri” qəzetinin təsisçisi və baş redaktorudur.
    Şair Ş.Dağlaroğlu 1999-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

    Getmədi

    Bitən deyil bu qan-qada,
    Sağ tutan sola getmədi.
    İtlə pişik yollaşsa da,
    İnsanlar yola getmədi.

    Candı bura gətirdiyim,
    Ömür oldu itirdiyim.
    Min zəhmətlə bitirdiyim,
    Bazarda pula getmədi.

    Meydan tapmır söz atımız,
    Meydanda yox öz atımız.
    Qıratımız, Boz atımız,
    Çullandı, çula getmədi.

    Bir yol göstər, yolu görən,
    Ürəyimi dolu görən.
    Varmı bir yer, pulu görən,
    Bakirə dula getmədi?

    Gələn hər ilin var qışı,
    Canlandırar ağ qar qışı.
    Bəyin, ağanın qarğışı
    Nökərə, qula getmədi.

    Çalış, yanma hər alovda,
    Zaman, ömür qovhaqovda.
    Elə yer oldu ki, ovda,
    Mən getdim, tula getmədi.
    (daha&helliip;)

  • Gənc xanım yazar Şəfa Vəliyeva “Gənclər günü”ndə mükafatlandırılıb

    sv

    2 fevral 2016-cı il tarixində respublikanın paytaxtı Bakı şəhərində Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının elektron orqanları Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyinin birgə layihəsi olan “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, şairə-jurnalist-publisist, gənc xanım yazar Şəfa Vəliyeva Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən mükafatlandırılıb.
    Qeyd edək ki, keçən ilin iyul ayının 22-də Azərbaycan milli mətbuatının yaradılmasının 140 illik yubileyində “Qafqaz Media” İctimai Birliyi tərəfindən “Peşəkar jurnalist” media mükafatına layiq görülmüşdü.

    Gülnarə ŞÖHRƏDDİNQIZI,
    “Möhtəşəm Azərbaycan”

  • Şairə-publisist Rahilə Dövranın yeni kitabı işıq üzü görüb

    rxd

    Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, şairə-publisist Rahilə Dövranın “Dövran həmən dövrandır” adlı şeirlər kitabı 2016-cı ildə Naxçıvan şəhərində “Əcəmi” Nəşriyyat-Poliqrafiya Mərkəzi tərəfindən 250 səhifə həcmində, 250 tirajla işıq üzü görüb.Kitabın redaktoru şair-publisist Muxtar Qasımzadə, ön sözün müəllifin isə Naxçıvan Yazıçılar Birliyinin sədri, Naxçıvan Muxtar Respublikası Ali Sovetinin deputatı, şair Asim Yadigardır.
    Kitab səkkiz bölmədən ibarətdir: 1-Anam doğma Azərbaycanım, 2- Mənim dünyam, 3-Sevgi qanadlarında, 4- Qarabağ ədəbiyyatı, 5-Qəzəllər, 6-Rübailər,Davamı: 7-Dünya uşaqların gözü ilə, 8- İthaf şeirləri.Kitab müəllifin oxucuları ilə sayca səkkizinci görüşüdür.Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.Poeziyasevərlər tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.
    Qeyd edək ki, bundan öncə 2013-cü ildə Naxçıvan şəhərində “Əcəmi” Nəşriyyat-Poliqrafiya Mərkəzi tərəfindən yaradıcılığının ən möhtəşəm əsəri, xronoloji ardıcıllıq və tarixi aspektdən yanaşma baxımından yeni bir mərhələnin başlanğıcını qoyan sənət əsəri Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, Azərbaycan xalqının ümummilli lideri, ictimai-siyasi xadim Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə qələmə alınan “Bir insan ömrünə nələr sığarmış” poeması- işıq üzü görmüşdü.

    Gülnarə ŞÖHRƏDDİNQIZI,
    “Möhtəşəm Azərbaycan”

  • Rahilə DÖVRAN.Yeni şeirlər

    rxd

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    B Ə S İ N D İ R

    Yenə də tökmüsən qaş-qabağını,
    Elə bil dünyanın dərdi sənindir.
    Sən Allah əritmə ürək yağını,
    Bu qədər ahu-zar, yetər bəsindir.

    Gözəldə adətdir, qaşların çatmaq,
    Qıyqacı baxaraq, əda, naz satmaq.
    Daha lazım deyil tufan qoparmaq,
    Əssə bir ruzigar, yetər bəsindir.

    Doğrudur, qoruyar tikan qönçəni,
    Dağın da bəzəyi dumanı, çəni.
    Nurlandır sevgilim, zülmət gecəni,
    Bu qədər intizar, yetər bəsindir.

    Uyma nakəslərin fitnə, felinə,
    Şəkər qat, ya bal qat, acı dilinə.
    Mənimtək düzilqar düşməz əlinə,
    Nazın da sonu var, yetər bəsindir.

    Bizə qarğıyanın kor olsun gözü,
    Sənmi haqlı, ya mən?-bilmirəm düzü.
    Deşmə sən, Dövranın köksündə közü,
    Gəl olma qəmküsar, yetər bəsindir.

    01.02.2016.

    ÇOX GÖRDÜN MƏNƏ

    Mən səni ömrümün baharı sandım,
    Illərlə eşqinlə alışıb yandım.
    Sevgimdən nə döndüm, nə də usandım,
    Dedim bəlkə bir gün sevə, bəyınə,
    Sənsə, bu sevdanı çox gördün mənə.

    Gecələr ulduzla, ayla danışdım,
    Xəyalən əl-ələ gəzdim, dolaşdım.
    Gərçəkdə kədərlə hey qucaqlaşdım,
    Nə deyim mən qəlbi daşa dönənə?
    Sənli bir həyatı çox gördün mənə.

    Gözlərin ram oldu kor bəsirətə,
    Meyl etdin sərvətə,şana, şöhrətə.
    Xor baxdın ey zalım,sən səadətə,
    Döndün məhəbbətin qəddin əyənə,
    Bir toyu, büsatı çox gördün mənə.

    O vaxtdan Dövranın gözü nəmlidir,
    Qəlbi hüzünlüdür, qüssə,qəmlidir.
    Bu üzdən sözləri çox şəbnəmlidir,
    Qərq etdin bir ömrü dumana, çənə,
    Sevinci, səadəti çox gördün mənə.

    02.02.2016.

  • Əziz Musanı doğum günü münasibətilə təbrik edirik! (2 fevral 1951-ci il)

    em

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvünü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsünü, “Qızıl qələm” media mükafatı laureatını, pedaqogika üzrə fəlsəfə doktorunu, şair-jurnalisti doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

    Mətbuat xidməti

    Əziz Musa ( Musayev Əziz Həsən oğlu) 1951-ci il fevral ayının 2-də Cəbrayıl rayonunun Çərəkən kəndində anadan olub.İbtidai və orta təhsilini Cəbrayıl rayon Maksim Qorki adına orta məktəbdə alıb.1968-1972-ci illərdə Gəncə Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib.1972-ci ildə dövri mətbuatda Əziz Musa imzası ilə çıxış edir.Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin, Respublika Yaradıcı Müəllimlər Birliyinin üzvüdür.Qırxa qədər kitabın müəllifidir.Şeirləri “Azərbaycan”, “Ulduz” jurnallarında, “Ədəbiyyat”, “Ədəbiyyat naminə”, “Kaspi”, “Azərbaycan Gəncləri”, “Respublika Gəncləri”, “Kommunist”, “İlham Çeşməsi” və s. qəzetlərdə dərc olunub.
    2012-ci il fevral ayının 14-də Bakı şəhərində “Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək” layihəsi çərçivəsində istifadəyə verilən Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Qarabağ bölgəsinin ədəbiyyatı” bölməsinin Redaktoru seçilmişdir.Pedaqogika üzrə fəlsəfə doktorudur.”Azərbaycan” Nəşriyyatında “İlham Çeşməsi” qəzetinin təsisçisi və baş redaktorudur.Qarabağ müharibəsi veteranıdır.2008-ci ildə müqəddəs Həcc ziyarətində olub.
    2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdünə layiq görülüb.

    PAPAQ ATDI OYUNU

    Təbiət nurlanır, ürək sevinir,
    Bayram eyləyirik hər yaz gələndə.
    Xonçalar bəzənir, nəğmələr dinir,
    Deyirik, gülürük Novruz gələndə.

    Ruzi-bərəkətdi, sevgidi bahar,
    Səməni bəzəyir evlərimizi.
    Hər evdə sübhəcən çıraq, şam yanar,
    Bahar xoş günlərə səsləyər bizi.

    Qeyrət, hünər qalıb Qorqutdan bizə,
    Kosa da, keçəl də bizimki deyil.
    Dünya göz qoyursa adətimizə,
    Sayıq olmalıdı indiki nəsil.

    Kim bizə öyrədib papaq atmağı,
    Papaq ata-ata millət uduzdu.
    Birləşək, barışaq bayram axşamı,
    Papaq qeyrətimiz, namusumuzdu.

    Pay verib, pay alıb babalarımız.
    Papağı başından salmayıb heç kim.
    Bağlı olmayıbdı qapılarımız,
    Bayramda naümid qalmayıb heç kim.

    Qeyrəti atmayaq ayaq altına,
    Bir ovuc şirnidən, noğuldan ötrü.
    Ləkə gətirməyək xalqın adına,
    Qapılar gəzməyək nağıldan ötrü.

    Gəlin yallı gedək ocaq başında,
    Oxuyaq hamımız birlik nəğməsi.
    Papağa and içək, oda and içək.
    Bir də talanmasın Odlar ölkəsi.

    XOCALINI AĞLAMAYIN

    Doğma şəhər qəltan oldu qanına,
    Neçə ildir getmək olmur yanına.
    And verirəm qalanların canına,
    Xocalını ağlamayın təzədən.

    Innən belə göz yaşından nə fayda,
    Alan aldı, satan satdı sarayda.
    Millət susdu o hayda, o harayda,
    Xocalını ağlamayın təzədən.

    Ağacların meyvəsini yad dərir,
    Düşmən ordan bizə acıq göndərir.
    Suyumuzu başqa arxa döndırir,
    Xocalını ağlamayın təzədən.

    Qan içində boğulubdu o çöllər.
    Bir də dinməz bizim dildə bülbüllər.
    Vaxt ötüşüb, dəyişibdi nəsillər,
    Xocalını ağlamayın təzədən.

    Dağlar gördü gürşadı da, seli də,
    Yel sovurdu yerdə qalan külü də.
    Özgələrə ümidliyik hələ də,
    Xocalını ağlamayın təzədən.

    Ağlamaqla dərd azalmaz ay qağa,
    Dağ çəkilib o torpağa, o dağa.
    Qisas deyib el qalxmırsa ayağa,
    Xocalını ağlamayın təzədən.

    QARABAĞA GEDƏSƏN

    Dönəsən Ağatlı oğlana bir gün,
    Atını çapasan doğma dağlara.
    Bir gün ağlayasan el-oba üçün,
    Daha baxmayasan yağışa, qara.

    Dörd nala çapasan sehirli atı,
    Əlinlə boğasan qarı düşməni.
    Qovasan bir yolluq dağlardan yadı,
    Azad eyləyəsən doğma Vətəni.

    Işığa dönəsən, nura dönəsən,
    Səni qarşılaya Ağoğlan dağı.
    Doğma Cəbrayıla yol götürəsən,
    Səni qucaqlaya Araz qırağı.

    Asasan Laçında bayrağımızı,
    Alasan Ağdamı yadlardan geri.
    Gəzəsən o cənnət torpağımızı,
    Verəsən ellərə bir xoş xəbəri.

    Başına yığasan eli-obanı,
    Bir çadır qurasan Cıdır düzündə.
    Şəhid oğulların yuyub qanını,
    Haqqı qoruyasan bu yer üzündə.

    Payız

    Qüruba sarıdı günün yönümü,
    Bir qu nəğməsidi mən oxuduğum.
    Ömrə calayıram payız ömrümü,
    Qışdı, ayrılıqdı indi qorxduğum.

    Qəhərdən titrəyən dodaqlar kimi,
    Bu bomboz günlərin havası acı.
    Göylərdə uçuşan yarpaqlar kimi,
    Tay məni saxlamır ömür ağacı.

    Aldadır qızılı naxışlar məni,
    Gözüm çiçək gəzir, gözüm nar gəzir.
    Məni utandırır saçımın dəni,
    Alışan ürəyim soyuq qar gəzir.
    Həsrətdən, hicrandan rəngim saralıb,
    Göylərdən qəm yağır hey gilə-gilə.
    Quzeyi çoxdandı duman-çən alıb,
    Güneydə göy otlar oynayır hələ.

    Gecəsi uzanıb günün, gündüzün,
    Sözümü üşüdür narın yağışlar.
    Buludlar alıbdı göyün üzünü,
    Köçür dəstə-dəstə köçəri quşlar.

    Ürəyim diksinir durna səsindən,
    Urvatlı bir şeir yaza bilmirəm.
    Zirvəyə qar düşür qış nəfəsindən,
    Tanrı yazdığını poza bilmirəm.

    Axı mən nə umum qəmli payızdan,
    Qələmim əlimdə durna lələyi.
    Mən ki, doymamışam bahardan, yazdan,
    Əsir xəzan yeli, payız küləyi.

    Yaman kövrək olur payızlı şeir,
    “Vağzalı” çalınır, ümid göyərir.
    Hanı bənövşəli, o nazlı şeir,
    İndi Əziz Musa bayatı deyir.

  • Kənan AYDINOĞLU.”Ömrünü Allaha bağlayan şair”

    Photo Kenan

    Tarix boyu Azərbaycan torpaqlarını işğal etmək uğrunda döyüş meydanlarında Avropa ölkələri arasında qanlı döyüşlər baş verib.Nəticədə ölkələr arasında imzalanmış sənədlərin tələblərinə uyğun olaraq, qədim və zəngin Azərbaycan torpaqları XIX əsrin əvvəllərində qəsbkar yadellilər tərəfindən iki hissəyə bölünüb.Türkmənçay və Kürəkçay müqavilələri deyilənlərə əyani sübutdur.
    XX əsrin 40-cı illərində İkinci Cahan Müharibəsi zamanı da Azərbaycan torpaqları öz torpaqlarını qonşu ölkələrin hesabına artırmaq istəyən ölkələrin diqqət mərkəzində olub.Sovet ordusuna məğlub olmamışdan öncə “Mayn Kamft” ( Mənim mübarizəm) əsərinin müəllifi Adolf Hitlerin planlarında böyük strateji əhəmiyyətə malik olan Bakı şəhərinin işğal olunması ön cərgələrdə duran vəzifələrdən biri idi.Sovet hakimiyyətinin başçısı Mixail Qorbaçov tutduğu vəzifədən istefa verdikdən sonra Azərbaycan 69 illik əsarətdən xilas oldu və öz dövlət müstəqilliyini bərpa etdi.
    XX əsrin 90-cı illərində Azərbaycanın əzəli və əbədi torpaqları olan Qarabağı işğal etmək üçün Sovet hakimiyyətinin yürütdüyü xarici siyasətin hələ də təsiri olan Ermənistan Silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini pozmaqda davam edib, öz məkrli siyasətlərinə uyğun olaraq, Azərbaycan torpaqlarına yenə də göz diib, hissə-hissə işğal etdilər.Geniş ictimaiyyət nümayəndələri tərəfindən birmənalı şəkildə qarşılanan bu addım sonradan bir sıra mətbuat orqanlarında Sovet ordusunun əsgər və zabit heyətinin rəhbərliyinin qələbəsi kimi qəbul olundu.Təbii ki, baş verən bu hadisələrə bədii yaradıcılığa erkən yaşlarından başlayan yeni nəsil Azərbaycan gəncliyinin, o cümlədən orta və yaşlı nəslin nümayəndələri əsərləri ilə münasibətlərini bildirdi.Uzun illərdən bəri bədii yaradıcılıq fəaliyyəti ilə məşğul olan yazarlar arasında dövri mətbuatda “Əziz Musa” imzası ilə çıxış edən Musayev Əziz oldu.
    Ən yeni dövr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri arasında özünəməxsus yer tutan söz sənətkarlarından biri də məhz Əziz Musadır.Bədii yaradıcılığa hələ Sovet hakimiyyəti illərində başlayan Əziz Musa geniş və zəngin yaradıcılıq fəaliyyəti ilə məşğul olmaqla, qısa zamanda respublikanın ən ünlü mətbu orqanlarında müxtəlif səpkidə qələmə aldığı şeirləri ilə çıxış etməyə müəssər olmuşdu.Çağdaş dönəmdə də mətbuatda yazıları ilə ardıcıl olaraq, çıxış edən şair-jurnalist Əziz Musa daha geniş oxucu auditoriyasını özündə cəmləşdirən “Kaspi”, “Bütov Azərbaycan” qəzetlərində biri-birindən rəngarəng, ecazkar sənət əsərləri ilə Ədəbiyyatsevərləri, Poeziya həvəskarlarını sevindirməyi bacarır.
    60-cı illər ədəbiyyatının , o cümlədən də Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü, “Qızıl qələm” media mükafatı laureatı, pedaqogika üzrə fəlsəfə doktoru, şair-jurnalist öz səmimi və qəlb oxşayan son dərəcə həssaslıqla qələmə alınan əsərləri ilə uzun müddət oxucunun yaddaşında silinməz izlər buraxan Əziz Musa yaradıcılığı istər Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutu, istər Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitunun, istərsə də Azərbaycan Milli Elmlər Akademiyasının Füzuli adına Əlyazmalar İnstitunun elmi işçiləri tərəfindən tədqiq olunmalı və haqqında dövri mətbuatda məqalələr dərc olunmalıdır.
    Əslən Dağlıq Qarabağın erməni silahlı qüvvələri tərəfindən işğal olunmuş Cəbrayıl rayonundan olan şair-jurnalist Əziz Musanın ədəbi-bədii yaradıcılığı haqqında danışmaq üçün sanarım, illərlə vaxt lazımdı.XX əsrin 90- cı illərində Azərbaycanın əzəli və əbədi torpaqları olan Dağlıq Qarabağın erməni silahlı qüvvələri tərəfindən işğalı , törədilən terror və soyqırım nəticəsində minlərlə günahsız insanların öz dədə-baba torpaqlarından didərgin düşmələri
    Əziz Musa yaradıcılığından da yan keçmədi.Mənsub olduğu Xalqı və torpağı Canı, Qanı, Ruhu qədər sevən Vətənpərvər şair-jurnalist Əziz Musa Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etdi, onlarla erməni silahlı qüvvələrinin bölməsinin əməkdaşlarını cəbhədə fədakarlıq nümayiş etdirib, öldürdü.Bununla da illərdən bəri Azərbaycan torpaqlarını işğal edən mənfur erməni silahlı qüvvələrindən öz heyfini çıxdı və qisasını aldı.
    1990-cı ilin yanvar ayının 19-dan 20-keçən gecə Sovet ordusunun əsgər və zabit heyəti respublikanın paytaxtı Bakı şəhərində yaşayan dinc və günahsız əhaliyə divan tutdu.Heç bir bəşəriyyətə yaraşmayan son dərəcə qəddar və zülmkarlıqla atılan bu addım Sovet hakimiyyətinin Rəhbərliyi başda olmaqla, bütün postsovet məkanında heç bir ajartoj doğurmayan fakt kimi qəbul olundu.Sanki belə də olmalı idi.
    Ancaq bütün bunlara baxmayaraq, xalqın və dövlətin ən ağır günündə Haqq sözünü dünya ictimaiyyətinə çatdırmağı bacaran Müasir Azərbaycan dövlətinin qurucusu və memarı, Azərbaycan xalqının ümummilli lideri, ictimai-siyasi xadim Heydər Əlirza oğlu Əliyevin bu humanist və cəsarətli addımı şair-jurnalist Əziz Musanı bir qədər də yeni bir-birindən mövzu və məzmun etibarı ilə bir-birindən daha dolğun sənət əsərləri ərsəyə gətirməsinə səbəb oldu.
    Yaradıcılığı boyu Vətəndaş cəmiyyətinin inkişafı, yeni nəslin Vətənpərvərlik ruhunda tərbiyə olunması, Vətənimiz Azərbaycana və onun torpaqlarına bağlı olmağı təlqin edən Qarabağ müharibəsi veteranı, şair-jurnalist Əziz Musanın yaradıcılığı bununla məhdudlaşmır.
    Xüsusilə də, heca vəznində qələmə aldığı əsərləri ilə diqqəti çəkən müəllif qələmini poema sahəsində sınayır.Digər sahələrdə olduğu kimi, poema sahəsində uğurlar əldə etməyi bacaran şair-jurnalist Əziz Musa Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində görülən işlər barədə poemalar qələmə alır.Azərbaycanın ərazi bütövlüyünün bərpası və yenidən qurulması uğrunda mübarizə aparan və sonda bu müqəddəs amala çatan, Xalqın ziyarətgahına çevrilən Şəhidlər Xiyabanında uyuyan Azərbaycanın qeyrətli Vətənpərvər övladlarının ruhu önündə baş əyir, hörmət və ehtiramını bildirir.Bununla bağlı, duyğu və düşüncələrini “Qanlı yanvar” poemasında əks etdirir.Xalq ruhunda yazılan poemada müəllif müxtəlif faktlara toxunur, qaranlıq qalan bəzi məsələlərə aydınlıq gətirir.
    XX əsrin sonlarında törədilmiş və hələ də cinayət məsuliyyətinə cəlb olunmayan erməni silahlı qüvvələrinin bölmələri tərəfindən xüsusi qəddarlıqla qətlə yetirilmiş dinc əhaliyə qarşı xüsusi amansızlıq nümayiş etdirən bu tarixi faktlar şair-jurnalist Əziz Musanın yaradıcılıq zirvələrindən hesab olunan “Xocalı faciəsi” poemasında özünü tarixi faktlara əsasən öz əksini tapmışdır.
    Qısa zaman kəsiyində respublikanın müxtəlif mədəniyyət və ədəbiyyat yönümlü portallarında müntəzəm olaraq, yayınlanan və geniş oxucu auditoriyası tərəfindən rəğbətlə qarşılanan hər iki poema şairin uzun illərdən bəri qəlbinin dərinliyində saxladığı və üzə çıxardığı hisslərdir.
    Sonda səmimiyyəti və humanizmi ilə həmişə gənclərə örnək olmağı bacaran məsləkdaşımız, qayğıkeş insan, səmimi dost Əziz Musaya yeni yaradıcılıq uğurları və fəaliyyəti diləyirəm!
    İnşAllah yeni kitablarınızın Qarabağ torpağında təqdimatının keçirməyi diləyi ilə

    Kənan AYDINOĞLU,
    Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
    Bakı şəhəri.5 yanvar 2016-cı il.

  • Gülnarə İSRAFİL.”Ruhum özünü öldürdü”

    gxi

    Min üc yüz ölu vardı
    arzularımın zümzüməsində.
    Keçmisdi dəlilər dərəni
    Uçmuş evi havaya sovurmaqa.
    Bizim evin tavanını qısqırıq səsləri
    Silkələmişdi.
    Bədbin ruhlu düşüncələr tarumar etmişdi nigahları.
    Bir körpə qız olmuşdu,
    Bir gənc qız qara yaylıq bağlamışdı içimdə.
    Üzümə gülümsəyirdi
    baş daşları.
    Tabutlar gedirdi durna qatarı kimi.
    Ayaqlarıma sərilib göz yaşları
    Nağara calırdı.
    Dəbə düşüb Quransız dəfn olunmaq.
    Mən dəfn olmağa gedənləri qucaqlayırdım.
    Hamısı keşmis zamandaydı.
    Keçməmiş zamanda qurumuş vücudum
    qəhqəhə çəkib gülürdü ruhuma.
    ruhum özünü öldürmüşdü.

  • Fidan ABBASOVA.”Ruhum yaz istəyir gözlərimsə qış”

    cf0b7406b404

    Ruhum yaz isdəyir gözlərimsə qış
    yazı ürəyimə , qışı da sənə
    unutsan mən sənə deyərdim alqış
    axı hər fürsət də dönürsən mənə….

    Razı olmadınsa ömür payına
    qoy səni fəsillər əvəz eləsin
    yaraşmır bu yalan sənin adına
    yağmur göz yaşımı əvəz eləsin..

    Tələsmə… bu qədər vaxtım qalmayıb
    ömür qısa olur sevən kəslərə
    eıə düşünmürəm yox qocalmayıb
    sevgin hər yaşımda möhtacdır mənə…

    Dur aç pencərəni eşiyə boylan
    yazın günəşində isinsin üzün
    bənzəri olmayan gecə ayında
    bir ləkə buraxıb günəşin özü……

  • Şəfa VƏLİYEVA.”Bakı… Qazax… Ya səbr!”

    1915291_748109358667106_2463672035380493579_n

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Hər səs gələn tərəfin
    Yolçusu sevilməz ki…
    Payız boyda qəhərin
    Sarısı silinməz ki…

    Saçlarını yolmağa
    Başlayıbdı ağaclar…
    Bu mövsüm Xan bağında
    Oturmağa ürək var?

    Yaxşı ki, yolun düşmür
    Bu aralar Gəncəyə…
    Baxışımdan üşüyüb
    Küsərsən gəlməyinə…

    Gərək mən də tez qaçım…
    Bakı… Qazax… Ya səbr!
    Durum qapını açım:
    -Bu sənsən, oktyabr?

  • Şəfa EYVAZ.Şeirlər

    1423756700_sefa-xanim

    Yenə bu şəhərdə üz-üzə gəldik,
    Neyləyək, ayrıca şəhərimiz yox.
    Bəlkə də biz xoşbəxt ola bilərdik,
    Bəlkə də xoşbəxtik, xəbərimiz yox…
    Ramiz Rövşən.


    Yenə bu şəhərdə üz-üzə gəldik,
    Bir-bir boy qaldırdı xatirələr də.
    Biz ki ayrılmağı heç istəməzdik,
    Bu da bir naxışmış ötən taledə.

    Neyləyək, ayrıca şəhərimiz yox,
    Hərdənbir üz-üzə gələcəyik biz.
    Dilimiz susacaq, baxışımız yox,
    Suallar verəcək nəm gözlərimiz.

    Bəlkə də biz xoşbəxt ola bilərdik,
    Yollar haçalanıb ayrılmasaydı.
    Birgə ağlayardıq, birgə gülərdik,
    Bizi başqaları paylaşmasaydı.

    Bəlkə də xoşbəxtik xəbərimiz yox,
    Bir yerdə barıtla od olardıq biz.
    Bəlkə bu görüşdən ümid çalacaq,
    Yad evdə təsəlli tapan qəlbimiz.

    10.11.2012

    Əgər…

    gülmə…
    içindən gəlmirsə,
    gülmə!
    izn vermə
    baxışın yalan danışsın.
    saxta təbbəsümlə
    aldatma dodağını,
    “necəsən?” sualına
    cavab vermə.
    əgər “yaxşı” deyilsənsə,
    yalan deyib
    aldatma düşüncələrini…
    alışdırma yalana
    onsuzda yalan
    anlamayan gözlərini.
    hüznündən utanma,
    əgər içindəki hüzünsə,
    yaşa hüznünü!
    “başqaları nə deyər?”
    desin…
    sən neçə insansan ki?
    bir ömrü
    yaşayasan
    başqalarıyçün?!
    ağla, əgər bacarırsan
    utanma,
    ağla!
    göz yaşı ən saf sudur
    günahları yumaqçün!
    Ağla ki, buludların dağılsın,
    nə zamandır
    susqun qalan
    qəlbin boşalsın
    sonra onsuzda güləcəksən,
    gül,
    əgər içindən gəlirsə…

    13.12.2013

  • Şəfa NUR.Yeni şeirlər

    sxp

    Həyatdır…

    Yaşayırıq…
    Yalançı dünyanın doğru zamanında.
    …Tanrıdan aldığımız bir ovuc ömürün
    oğru zamanında.
    Hərdən yolda qalır gözümüz…
    Özümüzü tapana qədər.
    Uşaq vaxtı o qədər yalanlara inanmışıq-
    Səhərdən axşama…
    Axşamdan yatana qədər…
    İndi daha doğru olan zamana da inanmaq istəmirik…
    Gözümüzün içinə qədər yalanı gətirib
    günahı zamanın çiyinlərində
    gömək istiyirik…
    …və bəzən də bacarırq da.
    Daha bilmirik ki..
    Həyatdır …
    Yaşayırıq…
    Yalançı dünyanın doğru zamanında.

    * * *

    … Hərdən yolda qalır gözümüz…
    Özümüzü tapana qədər.
    Uşaq vaxtı o qədər yalanlara inanmışıq-
    Səhərdən axşama…
    Axşamdan yatana qədər…
    İndi daha doğru olan zamana da inanmaq istəmirik…

  • Ülkər DƏNİZ.Yeni şeirlər

    uxp

    Gözlərindən həsrət yağır

    Gözlərindən həsrət yağır,
    Ay yağışa düşən bəndə.
    Vaxtsız gəlib yer üzünə,
    Təktənha yetişən bəndə.

    Götür ürkək baxışları,
    Söykə dünyanın dizinə.
    Saxla düşən ulduzları,
    Yapışdır göyün üzünə

    Bir gün için çıxıb çölə,
    Çatacaq göyün üzünə.
    Aldadıb ömür də səni,
    Atacaq göyün üzünə.

    Gecə

    Gəl bağrıma daş tək basıl,
    Uyu qoynumda gecə…
    Uşaq nağıllardan bezib,
    Böyüklər ağılardan.
    Dərdlərim salxım kimi,
    Asılıbdır tənəkdən,
    Min bir dərdi ələrəm
    Biri keçməz ələkdən.
    Dünya da bir ələkdir..
    Keçən heç vaxt
    Diri keçməz ələkdən..
    Dünyanın işinə matam doğrusu,
    Canavar gözünü çıraq eləyir.
    Qanun keşiyində milyon oğrusu,
    Qəpik oğrusunu dustaq eləyir..

  • Xəyalə SEVİL.Yeni şeirlər

    12111937_472520186252742_297742977754560256_n

    Azərbaycan Yazıçılar Birliyinin və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Günəşi yaxın tutun

    Uzaqdan görünür,
    Hər şey uzaqdan.
    Uzaqdan baxıram səadətlərə…
    Əllərimin ayağı yox,
    Ha uzadım çatan deyil.
    Ürəyim ac uşaq kimi
    Laylalara yatan deyil.
    Ağ günümün kölgəsində
    Qaralan həsrətim kimi,
    Çoox yormuşam ümidimi.
    Göz yaşımı ürəyimə gizli-gizli
    Elə daşıyıram ki…
    Günəşi yaxın tutun,
    Elə üşüyürəm ki!

    Və bir gün qarşına bir adam çıxa

    Və bir gün qarşına bir adam çıxa,
    Elə oyanasan yuxundan elə
    Gördüyün yuxular yadından çıxa.

    Və bir gün qarşına bir adam çıxa,
    Əridəsən hisslərinin qarını.
    Açasan qəlbini bir sərgi kimi,
    Tək-tək göstərəsən duyğularini.

    Və bir gün qarşına bir adam çıxa,
    Bircə baxışından səsini duya.
    Səni bu dünyada bəlkə, bəlkə də,
    Atandan, anandan artıq taniya.

    Və bir gün qarşına bir adam çıxa…
    Gözlərimdə ürəyimin səsi var.
    Boğazacan yığılmışam, ilahi,
    Səbrimin tükənmək təhlükəsi var.

  • Çinarə ÖMRAY.”Həmin gün” (Hekayə)

    8923c7aaca28

    Yanımdaydın… Mən isə heç vaxt olmadığım qədər xoşbəxt idim. Yadındadı həmin gün?…Cəmi 40 qəpiyimiz var idi.Birde ki, içimizde dünyaya sigmayan xöşbəxtliyimiz. Elə xöşbəxtiydim ki o gün… Allah, ele bil həmən gün bütün şəhər sakinkərinin xöşbəxtliyini alıb mənə vermişdi. Içim içimə sığmırdı. Yad planetdən gələn bir varlıq kimiydim. Şəhər də bir başqa idi o gün. Insanlar gülümsəyirdi, hamı görürdü mənim xöşbəxtliyimi. Ətraf aləm gülümsədiyi yerdəcə donmuşdu. Maşınlar hərəkətsiz dayanmışdı. Insanlar addım atarkən, harasa tələsərkən donub qalmışdılar. Allah hamının xöşbəxtliyini alıb bizə vermişdi o gün, onları isə dondurmuşdu. Bir tək biz addımlayırdıq. Əlimdən elə tutmuşdu ki, sanki qaçacaqdım. O da ele qorxurdu bu xöşbəxtliyin bizdən uçub getməsinə. O üzdən bərk bərk yapışmışdı əllimdən. Arada dayanıb üzmə baxır , “CANIM” deyirdi.

    Bütün ruhumu alıb aparırdı məndən. Gözlərində bir həyat var idi. O gün dünya bir nağıl idi. Mən də sanki içi xöşbəxtliklə dolu bir şar balonu idim. Ayağım yerdən bir qarış havada, əlim də onda. Bütün şəhər donmuşdu. Allah şəhəri bizə ərmağan etmişdi. Evdən metroya qədər xeyli yolumuz vardı. Yolu yarıyacan piyada gəlmişdik, birdən yadıma düşdü ki, məndə metro kardı var içində də 3gediş. Ikimiz də güldük. Çünki özümüzdə olan 40 qəpiyi elə metrodan keçməyə saxlamışdıq. Orda da məktəbə piyada çıxacaqdıq. Hə birdə dərsdən sonra bir dostumuzun doğum gününə gedəcəkdik… Metroyacan uça uça gəlmişdik sanki . Göylər də bizə baxıb gülümsəyir, göz dəyməsin deyə arabir üstümüzə yağış çiləyirdi. Təbiyət bizlə zarafatlaşırdı. Gah gün çıxardır, gah yağış çiləyirdi. Biz isə iki qayğısız, körpə uşaq kimi əl ələ tutub bir birimizə baxa baxa addımlayırdıq, hərdən də dayanır göz gözə baxır, gözlərimizlə öpüşürdük, sonar gedirik. Metroda hamı bizə baxrdı o gün. Nəinki ruhum ruhuna, gözüm gözünə, dodağı qulağıma hətta saçım saçına sarılmış, sevgi etirafı edirdi. Saçlarımız belə elə gözəl qucaqlaşdılarki, adam ayırmağa qıymırdı onları. Sanki əsgər yola salan ana kimi qucaqlayıb buraxmaq istəmirdi saçım saçını. Nəyinki gözlərimin içi hətda beynimin içi, ruhumun içi gülümsəyirdi. O bir canlı həyat idi yanımda addımlayırdı, o diri bir xöşbəxtlik idi yanımda nəfəs alırdı, o nəfəsim idi bir an yox olsaydı ölərdim həmin an.. Hər can deyəndə sanki ürəyim qabırğalarımın aldından çıxacaq kimi döyünürdü. Xöşbəxtlikdən boğulacaqdım sanki, üreyim dayanacaqdı elə bil.Arabir dü$ünürdüm-insan da bu qədər xöşbəxt olarmı, Ílahi. …Artıq işə çatmışdıq. əllərimizi ayırmaq istəmirdik. Ordan bura necə gəldiyimizdən xəbərsiz idik. Sanki mələklər qanadında gətirmişdi bizi. Bəlkə ona görə də yarım saat tez gəlmişdik. Dəhlizdə dəli kimi nə edəcəyimizi bilmirdik dayanıb ancaq görməmiş kimi bir birimizə baxırdıq. Birdən şef gəldi. – heç kim gəlməyib hələ, gedin çayçıda bir çay için gələrlər – dedi.. Bizse bir-birimizə baxıb ürekden güldük.Axi çay içməyə pulumuz yox idi. Xöşbəxtliyimizin əlindən tutub dəhlizdə gəzinməyə davam etdik. Bir bədəndə iki ruh… Gözlərimi açanda sarımtıl yarpaqların üşüyən gecəsindəydim… Gecənin lap uzaqlarında bir səs pıçıldayırdı.Sanki adımı çağırır kimi. Külək isə pecərəmi döyür sonar da qcıb gizlənirdi elə bil. Hər yan soyuq idi. Ele bil ay da küsmüşdü o gecə məndən.Çünki boylanmırdı pəncərəmdən. Hər gecədeki kimi soyuq otağım fikirlərimi belə dondururdu. Sarılıb yatmağa nə quru bir xəyal, nə də təsəlli verici bir xatirəm var idi. Ama bu gecə yarımçıq oyansam da hər şey o qədər gerçək idi ki, bədənimdə bədəninin istisi, beynimdə o xöşbəxtliyin rəsmi, gözlərimdə dodaqlarının CAN deyilişi və içimdə bir bütünləşmiş o var idi. Ağlımda isə bir düşüncə- Sabah işdə onun üzünə necə əvvəli kimi dost kimi baxacam?

  • “Dəmir qapı Dərbənd”də şagirdlər arasında bədii qiraət üzrə müsabiqə keçirilib

    Yanvar ayının 29-da Rusiya Federasiyası Dağıstan Respublikasının paytaxtı Mahaçkala şəhərinin 121 km cənub-şərqində yerləşən Dərbənd şəhərində ümumtəhsil orta məktəblərinin I-IV sinif şagirdləri arasında bədii qiraət üzrə müsabiqə keçirilib.Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri arasında özünəməxsus yer tutan Dağıstan Respublikası və Azərbaycan Respublikasının mədəni, ədəbi, ictimai və siyasi həyatında fəal iştirak edən ziyalılar iştirak ediblər.Peşəkar münsiflər heyətinin üzvləri ilə birlikdə Dağıstan Respublikasının müxtəlif şəhər və rayonlarından olan sakinlər son dərəcə maraqlı və həyəcanlı anlar yaşadan müsabiqənin keçirilməsinin əhəmiyyətini və vacibliyini qeyd edən Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Cəsarətli qələm” media mükafatı laureatı, nəğməkar-şairə Zeynəb xanım Dərbəndli
    müsabiqənin çox böyük əhəmiyyət kəsb etdiyini, şəffaf və ədalətli şəkildə həyata keçirildiyini, yetişməkdə olan yeni nəsil gəncliyinin inkişafına böyük təkan verəcəyini bildirib.Münsiflər heyətinin üzvləri ilə birlikdə eyni masa arxasında əyləşib, ümumi qərarın qəbul edilməsində və nəticənin elan olunmasında iştirak edən Zeynəb xanım Dərbəndli müsabiqədə iştirak etmək üçün yorulmaq bilmədən və səylə çalışan müsabiqə iştirakçılarının hər birinə qarşı son dərəcə humanist addımlar atıldığını, iştirakçıların hər bir addımının ölçülüb, biçildiyini kütləvi informasiya vasitələrinin nümayəndələrinin nəzərinə çatdırıb.
    Münsiflərin heyətinin üzvləri tərəfindən qəbul edilmiş yekdil qərara əsasən aşağıda adları çəkilən şagirdlər müvafiq olaraq, I, II və III yeri öz aralarında bölüşüblər.
    Müsabiqənin qalibinin elan olunmasında iştirak edən Zeynəb xanım Dərbəndli tədbirin yüksək səviyyədə təşkil olunmasında və keçirilməsində zəhməti keçən hər kəsə sonsuz təşəkkürünü bildirib, müsabiqə və tədbir iştirakçılarının hər bir birinə yeni yaradıcılıq uğurları və fəaliyyəti diləyib.Tədbirin sonunda isə xatirə şəkilləri çəkdirilib.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • Rafiq ODAY

    rafiqoday

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri,
    ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
    ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı,
    Əməkdar jurnalist

    Ramiz Rövşənə

    30 il bundan öncənin şeiri

    Ramiz Rövşənə

    1

    Bu evin ən “mağmın”, “fağır”
    Uşağına salam olsun.
    Göy üzünün yeddi rəngli
    Qurşağına salam olsun.

    Salam sənə, ay işığı,
    İşığından göndər görək.
    Bu dünyanın tərs üzünü,
    Uvandına döndər görək.

    Salam sənə, alçaq qapı,
    Salam sənə, uca qapı.
    Bu dünyadan cavan olan,
    Bu dünyadan qoca qapı.

    Göy üzünün qərib-qərib
    Buluduna salam olsun.
    Sinəmizin cadar-cadar
    Umuduna salam olsun.

    Salam sənə, dırnağıyla
    Boz sərçəyə qəbir qazan.
    Atam oğlu, bu dünyada
    Səbr qazan, səbr qazan.

    2

    Dəli könlüm bu sevdanı,
    Atmır başından, başından.
    Yasdıq, sənə salam olsun,
    Gözüm yaşından, yaşından.

    Olmuşa ağrımaq gecdi,
    Ağrıyıb qarğımaq gecdi.
    Gör necə ədayla keçdi,
    Aman, qarşımdan, qarşımdan.

    Bu dünyanın çox yerində,
    Quru salamım keçmədi.
    Su yeritdim saman altdan,
    Suyum samanı keçmədi.
    Dərd əlindən aman Allah,
    Ürəyim deşmə-deşmədi.
    Bu yandan da su içməyir,
    Gözüm qaşımdan-qaşımdan.

    3

    Bu gün əllərim keflidi,
    İtiriblər başlarını.
    Haçandı silə bilmirlər,
    Gözlərimin yaşlarını.

    Nə etdi mənə dərd etdi,
    Dərd nə etdi, hədər etdi,
    Ay çıxdı nura qərq etdi,
    Alnımın qırışlarını.

    Yaram sümüyə işlədi,
    Bildim ki, dünya heç nədi.
    Baxdım, buluddan seçmədim
    Anamın ağ saçlarını.

    4

    Sinəmdə ürəyim qırış,
    Əynimdə köynəyim qırış.
    Görəsən hər yan belədi,
    Yoxsa ki, eynəyim qarış?

    Mayıl oldum quru ada,
    Dedim adlı olar adam,
    Qürrələnib dosta, yada,
    Özümü öyməyim qarış.

    Alışdım hicran odunda,
    Qalmadım kimsə yadında,
    Ömrümün hicran adında,
    Sağalmaz göynəyi qırış.

    5

    İlahi, göyüzü
    üzümdən böyük,
    Gözümdən yaş çıxır
    gözümdən böyük.
    Dizimə dəyən daş
    dizimdən böyük,
    Böyüt bir balaca
    məni də, Allah!

    Bir az da düzümü böyüt,
    ilahi,
    Yalanım düzümdən
    böyük görünür.
    Bir az da çiynimi böyüt,
    ilahi,
    Dərisi didilib,
    sümük görünür.
    Bir azca səsimi böyüt,
    ilahi,
    Minib bu dünyanın
    qır atlarına,
    Sevgi atlarına,
    qan atlarına,
    Qonub mələklərin
    qanadlarına,
    İqlimdən-iqlimə
    adlaya bəlkə.
    Bir azca səsimi böyüt,
    ilahi,
    İçimdə yurd salmış,
    illər uzunu,
    Dəli sükunəti
    odlaya bəlkə.
    Bir az da ömrümü böyüt,
    ilahi,
    Tükənir, tükənir
    ömrüm deyəsən.
    Bir az da ölümü böyüt, ilahi,
    Yaman ucuzlaşıb
    ölüm, deyəsən.

  • Mayisə ƏSƏDULLAQIZI.Yeni şeirlər

    mxe

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru

    XƏBƏRİN VAR…

    …Xəbərin var? Gecələri,
    Səninlə-sənsiz yatıram?
    Qaranlığa, zülmətlərə,
    Səninlə-sənsiz batıram?
    Xəbərin var, gözlərimin
    Mirvariləri daşlıdı.
    Xəbərin var?!
    Bəyaz simam, yanaqlarım da yaşlıdı.
    Gəl sevgilim, coşa-coşa,
    Ruhda sevgi daşa-daşa,
    Gəl qovuşaq, biz baş-başa.
    Məni soruş baxışlardan,
    Səni gəzən yoxuşlardan,
    Sərsəmi uçan quşlardan…
    …Xəbərin var?!!
    Gecələri səninlə-sənsiz yatıram?!
    Qaranlığa zülmətlərə,
    Səninlə-sənsiz batıram?!

    ÇARƏSİZ QADIN

    (Şaxtalı, soyuq havada təsirlənib yazmışdım)

    …Gecə düşür, çöl soyuq,
    Şaxtadan bəzək düşüb,
    Naxışlı, oyuq-oyuq..
    Bir qadın gördüm bu an,
    Dedi ki, “carəsizəm…
    Neçə şikayət etdim,
    Bunu kimə söyləyim?
    İmkanım yox, işim yox,
    Bədbaxt canım, neyləyim?”
    Bəlkə də bəxtin şamı,
    Əvvəlki tək yanmayır.
    Məhəbbət bülbülləri,
    Səsinə oyanmayır.
    Bəlkə də Uca Tanrı
    Səni adam sanmayır.
    Gedirsən soyuq gecə,
    Səni hara aparır?!.
    İmkansız xəyalların,
    Səni səndən qoparır.
    Baxırsan boş cibinə,
    Dünya sənə dar gəlir,
    Evdəki körpələrə,
    “Ananızam” demək də,
    İnan sənə ar gəlir!
    Eşit, çarəsiz qadın,
    Onsuz da sən anasan,
    Ucadır sənin adın…
    Allah açsın yolunu,
    Var etsin əl-qolunu.
    Onsuz da bu dünyada
    Kimsə bilmir sonunu.
    İnsanlıq da dəyişib,
    Geyib vəhşət donunu.
    Kimsə bilsə sonunu,
    Gözü qan-yaş ağlayar,
    Ürəyi kösövləyər,
    Yara qaysaq bağlayar.
    Eşit, çarəsiz qadın!
    Həyat özü onsuz da,
    Acı doyduran deyil.
    Vəhşət içində dünya,
    Belə də qalan deyil…!!!!!

  • Təranə Turan RƏHİMLİ.Yeni şeirlər

    teranexanim

    QIŞ LÖVHƏSİ

    Yaxasını söküb bulud
    Qar ələyir küçələrə.
    Bəyaz pərdə çəkib bulud
    Gündüzlərə, gecələrə.

    Ağarıb bəxti Bakının,
    Gəlinlik geyinib şəhər.
    Qış sirri danışır quşlar
    Qar üstündə səhər-səhər.

    «Bəyaz güllər» səpələnir
    Çölə, düzə ləçək-ləçək.
    Naxışlanır pəncərəmdə
    Ulduz-ulduz, çiçək-çiçək.

    Düzüm-düzüm sırsıralar
    Ağacların buz sırğası.
    Sirdi, sehrdi, əfsundu
    Qarın, çovğunun qovğası.

    Mürgü döyür göy dalğalar,
    Dənizin yuxusu gəlir.
    Təbiətin nəfəsindən
    İlk sevgi qoxusu gəlir.

    Göylər bərəkət göndərir
    Torpağa qar tökə-tökə.
    Səttar fırçası gərəkdir
    Bu qış lövhəsini çəkə.

    TÜRKÜN MASALIə
    Sen anımsamazsın,
    Henüz yoktun o zaman.
    Doğmuştum babamın
    Altın çadır-evinde
    soyluların en güçlüsü
    Türkün soyunda,
    Oğuz ilinde …
    Büyüdüm Korkutu gördüm,
    Türk’ün gücünü tanıdım.
    Bir elimde kopuz,
    öbürüsü silahda,
    büyüyordu üzerinde
    büyüdüğüm toprak da.
    Büyük küçük putlara
    Tapıyordu o zaman
    bu dünyanın yarısı,
    Tekti benim Tanrım.
    En büyük şöhretim, varım
    Aziz Türk adıydı.
    Ben Türk’ün gücüydü,
    ya öyle inadıydı
    Vatanım büyüye-büyüye
    Varmıştı ta Bağdat’a.
    Sonra ne oldu bilmiyorum,
    İnandık düşmana, yada …
    Türkü Türk’e saldırdılar.
    Bir de gördüm Çaldıran savaşındayım
    O savaşta bizi bize düşürdüler …
    Ben de o savaşta öldüm.
    Sonrasını anımsamıyorum…
    Sen de anımsamazsın,
    Henüz yoktun o zaman.

  • Qiymət MƏHƏRRƏMLİ.”EY BAŞI BƏLALI VƏTƏN!”

    1836816_10200683320604901_1150158201_o

    Gör kimlər başına nə cür iş açır,
    Əzəldən ey başı bəlalı Vətən!
    Bütün cavabdehlər cavabdan qaçır,
    Kimə ünvanlayaq sualı, Vətən?

    De, sənin haqqını kimlər yeyibdir?
    Kim zərə bürünüb, kim bez geyibdir?
    Elə bil aqillər boşa deyibdir
    Bu qədər öyüdü, misalı, Vətən!

    Səni tox görənlər içdən yanıblar,
    Haqqı batil edib, görüb danıblar.
    Səni tək biliblər, aciz sanıblar,
    Qaldır başın üstdən zavalı, Vətən!

    Özünü təsdiq et, de ki, buyam, bu!
    Azadlıq təşnəsi – tənha quyam, qu!
    Yanan ürəklərə axar suyam, su!
    Ey dili alxışlı, dualı Vətən!

    Tarixlər boyunca Türküm var olub,
    Qeyrəti, cürəti ərzə car olub!
    Bütün zamanlarda bayraqdar olub –
    Bayrağı ulduzlu, hilallı Vətən!

    14.10.2015.

  • Təranə ŞƏMS.Yeni şeirlər

    ts

    YALANSA SEVGİN…

    Əgər yalansa sevgin,
    Baxıb gözün içinə,
    Söyləsəydim əlvida,
    Həsrət çəkərmi qəlbin?

    Fikrim səni unutmaq,
    Get görünmə gözümə.
    Könlüm qəmlə yanarsa
    Bəs eyləməz dözümə.

    İnanmıram bir daha,
    Sevə bilim kimsəni.
    Sevən ürək fərqlidir,
    Çox istərdim bilməni.

    Sevgi sədəqə deyil,
    Külünü yelə verin.
    Yalvarmayın kimsəyə,
    Aman, məni sev deyə!!!

    SƏNDƏN NİGARAN…

    Bir əlçim buludam, yaman dolmuşam
    Yağaram selləmə, selə dönərəm.
    Sellərə qarışıb, axsam da yenə,
    Buraxma əlimi yenə dönərəm..!

    Dönərəm yoluna, səpilmək üçün
    Dərdinə qarışıb, çəkilmək üçün
    Toxum tək düşərəm, qəlbinə yenə,
    Cücərib yenidən, əkilmək üçün.

    Gözümün yaşı da, axan sel kimi,
    Söndürüb ocağı, közə dolacaq.
    Səssizcə əriyər, yandıqca yanıb.
    Tüstüsü ovcumda, gözə dolacaq.

    Bilmirəm bu ürək, nədən nigaran
    Sənsizdi, bəlkə də, qəmdən nigaran.
    Səslərin içində, bir səs eşitsən,
    Qəlbimin səsidir, səndən nigaran.

    31.01.2015.

  • Sərəstan ZAKİROĞLU.Yeni şeirlər

    12549116_875262945905479_8475252736687365777_n

    Tamahı yoxdu

    Aciz o bəndədir baş əyir yada,
    Tanrıdan ümüdü pənahı yoxdu.
    Xöşbəxt o bəndədir fani dünyada,
    Gözlərin tox tutub tamahı yoxdu.

    Arzular çıxanda boşa həyatda,
    Dildə möhtac olur “kaşa” həyatda,
    Bir şeyi düşünüb yaşa həyatda,
    Hansısa gecənin sabahı yoxdu.

    Tanrı quşu belə qoymadı hisssiz,
    Tövbə et bir günah yox belə əhvsiz,
    Həyat bir filmdir rəysiz və şərhsiz,
    Boş yerə axtarma izahı yoxdu.

    Cənnətdəki çiçəklərə qovuşar,
    Gül qoxuyan küləklərə qovuşar,
    O dünyada mələklərə qovuşar,
    Kimin bu dünyada günahı yoxdu.

    Vəsiyyət

    Ey əziz dostlarım qulaq asın siz,
    Vəsiyyət edirəm eşidin məni.
    Bir ömür boyunca dərdini çəkdim,
    Öləndə Şuşada dəfn edin məni.

    İsa bulağından çıxan su ilə,
    Cismimi yuyaraq kəfənləyərsiz.
    Çıxarıb tabutdan kənarə məni,
    Sevdiyim torpağa təhvil verərsiz.

    Qurun yeddi gecə yas çadırımı,
    Qoy gəlib gedənlər ehsan yesinlər.
    Molla fatihəni verəndən sora,
    Şair qardaşlarım şeir desinlər.

    Deyilən şeiri eşitsin deyə,
    Mənim məzarımı dayaz qazarsız.
    Gəlib gedənlərdə tanısın deyə,
    Baş daşım üstünə şeir yazarsız.

    Yazarsız ruhunu çəkib səmaya,
    Cismini torpağa verdi yaradan.
    Yazdığı şeirlər qaldı yadigar,
    Sərəstan getsədə fani dünyadan.

  • Sərəstan ZAKİROĞLU.Yeni şeirlər

    12549116_875262945905479_8475252736687365777_n

    Gözlərim

    Əlvida söyləyib düzəldin yola,
    Sən gedən yollarda qaldı gözlərim.
    Sənli günlərimi fikirləşdikcə,
    Fikrə xəyala daldı gözlərim.

    Çay kimi kükrəyib ağlayanda o,
    Yas tutub qaranı bağlayanda o,
    Aşiq olanda o ağlayanda o,
    Məni min əzaba saldı gözlərim.

    Məhkumam bu eşqin çəkməyə dərdin,
    Sən mənim qəlbimdə ilk bahar idin,
    Getdin gedişinlə xəzan gətirdin,
    Gül kimi saralıb soldu gözlərim.

    Sənli xatirələr ən xoş gün idi,
    Zaman ömrümdən günləri yedi,
    Vağzalı səsini arzu elədi,
    Ayrılıq mahnısı çaldı gözlərim.

    Xəbər al məni

    Əqrəblər aparıb ömrün yarısın,
    Saatdan zamannan xəbər al məni.
    Mənim varlılarla dostluğum yoxdu,
    Tavanı damannan xəbər al məni.

    Qəlbimi qorxutmaz ayrılıq əqyar,
    Sevgimi heç vaxtı etmərəm inkar,
    Fərhadam dağlarda arayıb axtar,
    Tapmasan dumannan xəbər al məni.

    Yazdığım hər misra doğrudur mənim,
    Ürəyim onunçun dağlıdır mənim,
    Həyatım qələmə bağlıdır mənim,
    Şeirdən romannan xəbər al məni.

    Sərəstan ömrünü verməyib bada,
    Boynunu əyməyib heç zaman yada,
    Şairəm hər sözdə hər bir misrada ,
    Min məna umannan xəbər al məni.

    18 oktyabr 2015-ci il.Bakı şəhəri.

  • Eldar Nəsib SİBİREL.Şeirlər

    ens

    OLDUM

    Endi bu sevginin bəxti zirvədən
    Qalıb quzeyində pərişan oldum.
    Hər gün yelpikləyib xatirələri,
    Közərən oduna alışan oldum.

    Bilmirəm bu yolda günaham, suçam,
    Daha bu düyünü tapılmaz açan,
    Hər payız gələndə bahara uçan
    Qərib durnalara qarışan oldum.

    Dolan buludundan qəlbim nəm çəkir,
    Dərdi olan bilər çəkən nə çəkir.
    Sənli günlərimi bir nağıl təki,
    Sənsiz günlərimə danışan oldum.

    Çətin o günlərə biz qanad açaq,
    İnanma təzədən yana o ocaq.
    Döyüş meydanıdır bu həyat, ancaq
    Mənsə öz-özümlə vuruşan oldum.

    Adlayıb keçməkçün bu keşməkeşdən,
    İşıq çəkəmmədim o nur gülüşdən,
    Sənin işığını gündüz günəşdən,
    Gecə ulduzlardan soruşan oldum.

    Daha bu tərəfə əsməz yellərin
    Dərin dərələri aşmaz sellərin,
    Saçımda ağ cığır açan illərin
    Axırda hökmüylə barışan oldum.

    1986

    QORUYAQ

    İnanma naşılar çətin,
    Kəsə yolunu həsrətin.
    Ülvi, Təmiz məhəbbəti
    Ötüb keçəri hisslərdən

    Qoruyaq, sonra gec olar.
    Ömrümüz qayğı dənizi,
    Silkələr qayıq tək bizi,
    Səmasını qəlbimizin,

    Hər vaxt çənlərdən, sislərdən
    Qoruyaq, sonra gec olar.
    Bu elin dərdini çəkən,
    Uğrunda qanını tökən,

    İstedadı qönçə ikən
    Bədxahlardan, xəbislərdən
    Qoruyaq, sonra gec olar.
    İnsanın dostu, həyanı,

    Qışda çətirli dünyanı
    Yazda ətirli dünyanı
    Qan arzulu iblislərdən
    Qoruyaq, sonra gec olar.