Post Views: 134 Tanrım, TƏKliyinə xatirCütləri özün bağışla.Günahı bütpərəstə yaz,Bütləri özün bağışla. Bağışla ac-yalavacı,Göstər yolu-yolağacı.Əl ağacı – yol ağacı –Lütləri özün bağışla. Ümid əldi, divan ətək,Kimdi gəzən divanətək?!Aqilləri divana çək,Kütləri özün bağışla!
Azərbaycan ədəbiyyatı
Xalq yazıçısı Elçin.”Talvar” (Hekayə)
Post Views: 730 Əvvəlcə ağac şaqqıltısı eşidildi və bu ağac şaqqıltısı günortanın cırhacır istisində tamam kimsəsizləşmiş həyətdə çox gözlənilməz səsləndi, sonra aşağı başdakı Gülağanın gözləri birdən-birə bərəldi və uşaq bilmədi ki, qışqırsın, ya nə etsin. Həyətin ortasındakı xartut ağacının yoğun gövdəsi öz-özünə şaqqıltı ilə iki yerə bölündü və bir müddət tut yağışıymış kimi, qara tut …
Şair-publsist Rafiq ODAY.”KEÇİLMƏZ Kİ, KEÇİLMƏZ”
Post Views: 91 Bir sədd var aramızda,Ha çabala, cəhd elə,Uçulmaz ki, uçulmaz. Namərdin körpüsündən –Nə niyyət, nə əhd elə, –Keçilməz ki, keçilməz. Qurdun içdiyi arxdanKeçisənsə, şəst iləİçilməz ki, içilməz. Bəzən adam iblisdən –Bir özünü test elə –Seçilməz ki, seçilməz.Vüqarı yerindədi,Dağı söy, ya mədh elə,Kiçilməz ki, kiçilməz. Ağıl yekəbaşlıqla –(Ürəkləri fəth elə) –Ölçülməz ki, ölçülməz.
Şair-publsist Rafiq ODAY.”DUR GƏL, ÜMİD ÇATIŞMIR”
Post Views: 111 Bir sənsən, bir də mənəmBu boşluğun içində,Bircə ümid çatışmır. Hər tərəf xoş görünür, –Bu xoşluğun içindəBirgə ümid çatışmır. Atına zülm eyləməBu daşlığın içində, –Sür gəl, ümid çatışmır. Gör sızlayan halımı –Dikbaşlığın içində,Bir gəl, ümid çatışmır. Uçulan xeyməmizi –Savaşdığın içindəQur gəl, ümid çatışmır. Dur gəl, boyuna qurban,Bu qaçdığın içində –dur gəl – ümid …
Xalq şairi Zəlimxan YAQUB.”Yol”
Post Views: 142 Yaradanım yaxşı bilir,Yolum kimlərin yoludu.Dünənin söhbəti deyil,Lap qədimlərin yoludu. Məni qış-yaz anan yollar,Tanrıya uzanan yollar,Halallıq qazanan yollar,Xoş qədəmlərin yoludu. Qulaq Haqqdan gələn səsdə,Könül gündə yüz həvəsdə,Mənim yolum pərdə üstə,Yanan simlərin yoludu. Ruhum yollara bələddi,Yol çaşanlar xəcalətdi,NUH, İBRAHİM, MƏHƏMMƏDDİ,Yol ADƏMlərin yoludu. 6.VII.2005 *Bu şeir Xalq şairi Zəlimxan Yaqubun 2006-cı ildə işıq üzü görmüş …
Şair-ədəbiyyatşünas Rafiq YUSİFOĞLU.”Çərpələng və qarışqa”
Post Views: 95 Çərpələngin üstündəGöyə qalxdı qarışqa.Ucadan dörd tərəfəBaxdı, baxdı qarışqa… Ürəyinin başındaNeçə arzu közərmiş.–Oy, dünya nə böyükmüş,Oy, dünya nə gözəlmiş!!!Yarpaq kimi əsirəmGöydə həyəcanımdan. Fotoaparat olaydıKaş ki, mənim yanımda.Kameraya salaydımUca göylərdən yeri.Gözəl-gözəl şəkillərÇəkib, dönəydim geri… 08.12.2013
Şair-ədəbiyyatşünas Rafiq YUSİFOĞLU.”Nəğmə”
Post Views: 82 Nə zaman ki, təklənirsən,Gözlərindən yuxu qaçır.Nə zaman ki, təklənirsən,Dərd sənə dərdini açır. İçin-için ağlayırsan,İçin-için inləyirsən.Ürəyin nəğmə oxuyur,Həyəcanla dinləyirsən. Nəğmə həyat sevgisidi,Nəğmə ilahi nəfəsdi.Sənə həyan olmaq üçünİçindən boylanan səsdi…
Şair-ədəbiyyatşünas Rafiq YUSİFOĞLU.”El arxa sırada adam axtarır…”
Post Views: 107 İnsanmı yerini bilməyən insan?Niyə duz səpirsən köhə yaraya?Layiq olmadığın yerdə durursan,Özünü dürtürsən ən ön sıraya… Daldan atılan daş dəyər topuğa,Yolunu azanda arx,ada qalır.Görünmək istəyən keçir qabağa,Görmək istəyənlararxada qalır… Ümid çiçəkləri saralıb solmur,Cahilər sürüsü eli qorxudur.Önə dürtülənə güvənmək olmur,Arxada duranlar elə arxadır… Yenə əl qatmısan özün özünə,Tutub çəkən yoxmu sənin noxtanı?Heç baxan da …
Şəfa VƏLİYEVA.”Şairi sevməzlər, oğul!”
Post Views: 97 Şairi sevməzlər, oğul,Şeirləri yaman olar, söyərlər…Şeirləri yaxşı olar, söyərlər…Yolda görsə lap dünənki sevdiyiGözündən bircə baxış atar şair tərəfə…Uzanar bir şairçün Tanrı verdiyiBircə an…Olar yüzillik məsafə…Şairi sevməzlər, qızım…Ona sevgi şeiri yazmazlar, yazdırarlar…Onu dəli sevdalarınYollarında azdırarlar…Şairi sevməzlər, anam…Cibinə 3 manat pul qoyan olmaz,Bir kitabı on beş nəfər oxuyar,Bir öynəlik doyan olmaz…Şairi sevməzlər…Sevməzlər, özüm…Şairi aldadarlar …
Şəfa VƏLİYEVA.”Bir dərd tapdım geyindim”
Post Views: 92 Bir dərd tapdım geyindim,Boyumdan yekə çıxdı… Soyunmağa ərindim…Boyum da heçə çıxdı…Yamanmış əl uzadanDərd bozardan donuma…Tanrıymışən uzaqdanSevda yazan sonuma… Bu gün sonuncu dəfəSevələdim adını…Sən demə, “son” özü də“Ilk”in məşum qadını…Tanrı, insafın olsun,Adam unudularmı?Eh…Hanı telefonum?Məni axtaran varmı?…
Xalq şairi Vahid ƏZİZ.”NƏ CÜRƏ?”
Post Views: 105 İnciyib gedən gözəlinkönlünü alım nə cürə?həsrətimi gözlərininyadına salım nə cürə? Məncə-çətin rəhmə gələr,kömək edin,xatirələr!yazıq ürək-bu gözəllərolarmış zalım nə cürə! Görüş keçər aydan-aya,qışdan-qışa,yaydan-yaya,sanki-yadam,salmaz saya-olar əhvalım nə cürə? Nə gedəndə yola salar,nə dönəndə qarşılayar.onsuz qalsam xatırlayarelim,mahalım nə cürə? Bu məkrin sonu nə olar?dirəşsəm-qiyamət qopar!cavabın nə cürə tapar,ona sualım… nə cürə?
Xalq şairi Vahid ƏZİZ.”Yağış…”
Post Views: 177 Mışıl-mışıl körpə yatır,yağış,bir az yavaş danış,ildırım səsini batır,bilək yağır yağış,danış. Ələn Vətən çöllərinə,çaylarına,göllərinə,çiçəklərin özlərinəvura-vura naxış,danlş, Varam-həlim nəfəsinə,yağ susuzlar qəfəsinə,yağış,səni nəğməsinəbülbül sansın alqış-danış! Sevilənsən hər fəsildə,oxuyarsan bəmdə,zildə,bildirkitək yağ bu il də,neçə orman yanmış,yağış…
Xalq şairi Vahid ƏZİZ.”Sevgi-Fələk oldu”
Post Views: 141 Yanmadan kül oldu saçın kömürü,hicranın zindanı canımı sıxdı,yaşaya bilmədim adicə ömrü-sevgi-Fələk olub evimi yıxdı. Getməyin leysanlar axıtdı gözdən,gəlişin bir şirin yuxu kimiydi,vüsalın gen düşmüş Vahid ƏZİZdənümmanda bir qarşı yaxa kimiydi. Zirvəydim-içimdə qopdum,ovuldum,yanlız xoşdəxtmişəm körpəliyimdə,yadların dilinin əzbəri oldum,yar könlün almadışairliyim də…
Xalq şairi Vahid ƏZİZ.””YÜZDƏN” SONRA…”
Post Views: 110 Mənə “Yüz il” arzulayan,nə olacaq “Yüzdən” sonra?yada salıb xatırlayannə salacaq “Yüzdən” sonra? Daha mənə,dost,o zamanfərq eləməz dağla-aran,qurudunsa–Can aparannə alacaq “Yüzdən” sonra? Lap-yerində qalsın huşun,yaşıdı ol kor bayquşun,həmsöhbətin,ya tay-tuşunkim olacaq “Yüzdən” sonra? Çəkil,get üzüyumuşaq,inan mənə; oğul-uşaqsəndən canın qurtarmağaçalışacaq “Yüzdən” sonra! Cana hər cür azar gələr,son bahartək yazlar gələr,tiftiklənmiş astar gələrdidiklənmiş üzdən sonra! Nə …
Gülnar SƏMA.”Şuşa Çanaqqaladır!”
Post Views: 109 Şuşa Şuşa – İstanbul fəthi,Şuşa – Çanaqqaladır.Şuşa – özünə dönüş,Şuşa – başa bəladır. Şuşa Şuşa – İstanbul fəthi,Şuşa – Çanaqqaladır.Şuşa – özünə dönüş,Şuşa – başa bəladır. Şuşa – Metexan dərsi –Atilla imtahanı.Şuşa türkün gücüylə,Silkələdi cahanı. Şuşa – Borçalı yolu,Şuşa – Təbriz qoludur.İrəvandan alınanGöyçənin qan puludur. Birliyimin yolundaBöyük lağımdır Şuşa.Qarabağ – Azərbaycan,Qarabağımdır Şuşa. …
Yusif Vəzir ÇƏMƏNZƏMİNLİ.”Zeybək qızı”
Post Views: 554 Midhəd əfəndi sabah erkən darülfünuna gəldikdə oranın ingilislərin hind əsgərləri tərəfindən tutulduğunu gördü. Qapıda duruxdu, fikirləşdi, ağır bir həyəcan içində geri döndü. “Deməli, darülfünunumuza da əl uzatdılar”, – deyə öz-özünə düşündü və aylardan bəri əcnəbi işğalından təhqir olunmuş şərəfi bir daha əzildi. Midhəd əfəndi Bayezid meydanı ilə gedərkən Türkiyənin keçirdiyi macəranın təhlili …
Abdulla ŞAİQ.”Qızıl it”
Post Views: 104 Kərim babanın “Qızıl” adlı bir iti vardı. Gecə-gündüz bizim qapımızdan ayrılmazdı. Oba itlərini heç sevməzdim. Çünki onların qorxusundan obada tək və azad gəzinə bilmirdim. Bir gün alaçıqdan çıxarkən Qızıl üstümə düşüb hürməyə başladı. Əlimdəki dəyənəyimlə iti vura-vura qovdum. Kərim baba iti vurduğumu bir neçə dəfə görmüş, bir söz deməmişdi. Ancaq xoşuna gəlmədiyini üz-gözündən duymuşdum. …
Abdulla ŞAİQ.”Anabacı”
Post Views: 743 Məşğələmdən geri dönürdüm. Gecəki yağışın çuxurlarda gölməçələr yaratdığı ensiz bir səki ilə gedirdim. Bu vaxt qarşıma arıq, yamaqlı bir çarşaba bürünmüş qadın çıxdı. Altmış yaşlarında olan bu qadın çarşabı altından damarları görünən sümüklü əli ilə mənə bir kağız parçasını uzadaraq: – Оğlum, al bu kağızı oxu, gör kimə çatacaq? – dedi. Bu …
Xalq yazıçısı Süleyman RƏHİMOV.”Qara torpaq və sarı qızıl”
Post Views: 398 Evi kəndin qırağında olan Qurban kişinin güzəranı ağır keçirdi. Buna görə də o, özünü oda-közə vurur, nəinki təkcə gündüz, hətta gecə də əlləşirdi. Qurban çox az yatırdı. Öz qeyrətinə sığışdıra bilmirdi ki, onun eyvanı odunsuz, bucağı unsuz, ocağının üstü sacsız, qazansız qalsın. O nə ala öküzün, nə də kəhər yabının yedəyindən əl …
Yazıçı Eyvaz ZEYNALOV.”Oğru”
Post Views: 89 Məktəb üzrə keçirilən idman yarışlarında ayağımı bərk zədələmişdim. Qapanıb qalmışdım evdə. Yamanca darıxırdım. Baş qatan bir məşğuliyyət vardısa, o da televizora baxmaqdı. Kanallardan biri ermənilərin pis, murdar xasiyyətləri haqqında veriliş hazırlamışdı. Studiyadakılar növbə ilə onların əcaib-qəraib yaltaqlığından, ikiüzlülüyündən, yalançılığından, satqınlığından danışır, oğru olduqlarını isə daha artıq qabardırdılar. Oğurluq qeyri-insani, həm də baş …
Xalq yazıçısı Sabir ƏHMƏDLİ.”Dərs”
Post Views: 323 Məktəbin direktoru çıxışda, pilləkən başında dayanıb gözünü darvazaya dikmişdi. Siniflər boşdu, yaxın evlərdən beş-on şagird gəlmişdi, onlar da eləcə dəhlizdə, həyətdə girlənib harasa itdilər. İçəridə bir neçə müəllim vardı, budur, ikisi də gəldi. Rəng ruhları qaçmışdı. Orası aydındır, niyə. Hər iki müəllim üst qapıdan gəldi. On-on beş dəqiqə qabaq orada, Şərifzadə küçəsinin …
Xalq yazıçısı Qılman İLKİN.”İntiqam”
Post Views: 1. 784 Bütün gecə kəndi lərzəyə salmış top səsləri səhərəyaxın kəsildi. Xəzəngül elə bil birdən-birə gurultulu, çaxnaşıq bir aləmdən dibsiz, qaranlıq bir yarğana yuvarlandı. Lakin bu səssizlik ona top və mərmilərin qulaqbatırıcı gurultusundan daha müdhiş göründü. Qulaqları səs saldı. Axşamdan çaxnaşma içərisində vurnuxan camaatın çığır-bağırtısı da daha eşidilmirdi. “Bu nədir? Hamı qaçıbmı? – fikirləşdi, …
Xalq yazıçısı Mirzə İBRAHİMOV.”Azad” (Hekayə)
Post Views: 150 Azad mənim uşaqlıq və gənclik yoldaşım idi… Bir həyətdə doğulmuş, bir həyətdə böyüyüb məktəbə getmişik… Gəncliyimizin də böyük bir qismini bir yerdə keçirmişik. Biz bir evin uşağı kimi tərbiyə almış və bir-birimizə doğma qardaşdan artıq ünsiyyət bağlamışdıq… İkimiz də bir-birimizin xasiyyətini çox gözəl bilirdik. Onun sakit və lal-dinməzliyi mənim nəzərimdə təbii bir şey …
Xalq yazıçısı Mehdi HÜSEYN.”Odlu qılınc”(Hekayə)
Post Views: 265 Günəş doğdu. Hava işıqlandıqca Girdman qalası aydın görünməyə başlayırdı. Uzaqlarda gümüş kəmər kimi parıldayan Kür çayı uzanıb gedirdi. Göz işlədikcə uzanan düzlər yaşıllıq içində üzürdü. Burada qədim babalarımızın əli ilə yaranmış gözəl bir Azərbaycan şəhəri yerləşmişdi.Girdman qalasının qoca keşikçisi arabir dayanıb ətrafı dinləyirdi. Birdən o, bağırtı və qılınc səslərinə diksinib, diqqətini topladı. …
Xalq yazıçısı İsa HÜSYEYNOV (MUĞANNA).”Zəhər”
Post Views: 1. 187 Meşədə qəribə bir sükut vardı. Nə bir quş ötürdü, nə bir yarpaq tərpənirdi. Meşəbəyi Mirqasım yəhərdə çəpəki oturub, papağının dalını qaldırıb mahnı oxuyurdu. Ancaq bu dəfə kefdən oxumurdu. Bu dəfə meşəbəyinin sözləri nə qədər oynaqdısa, səsi bir o qədər qəmli idi. Kədərli demək olmaz. Çünki bu altmış yaşlı, pəhləvan cüssəli adam məhz …
Xalq yazıçısı İsmayıl ŞIXLI.”Namərd gülləsi”
Post Views: 340 Niftalı koxa atın örüşünü dəyişəndə bir istədi yəhəri-yüyəni də alsın, əvvəllərdə olduğu kimi, arxın suyu ilə belinin tərini yusun, amma fikrini dəyişdi. Atı elə yəhərli-yüyənli örüklədi, həm də örüyü bir az da yaxına, arxın alt tərəfinə çəkdi. Bilirdi:hava isti idi, at qan-tər içindəydi, amma əlacı yox idi. O, əvvəllər atını hara gəldi …
Xalq yazıçısı İlyas ƏFƏNDİYEV. “Şəhərdən gələn ovçu”
Post Views: 268 (ixtisarla) Ovçu Piri oylağa çatanda dan yerindən soyuq külək əsirdi. Düzənliyə çökən boz duman tərpənib, qərbə doğru çəkilməyə başladı. Üfüqdən uzanmış şüalar altında parlayan körpə payız otları üşüyürmüş kimi titrəşirdilər. Ovçu Piri lap ayağının ucuna qalxıb, yaxındakı şehli yovşan koluna qonan çobanaldadan quşundan gözünü çəkib, başını qaldırdı. Bu zaman aralanmaqda olan duman …
Professor Mir Cəlal PAŞAYEV.”Bahar”
Post Views: 785 (“Bir gəncin manifesti” əsərindən) Kənddən ayrılandan sonra Bahar başıaşağı, fikirli yeriyərək hara getdiyini bilmirdi. Yolun uzaqlığını hiss etmədən bir də gözünü açıb özünü vağzalda gördü. Bir tüfəngli adam, döyükən kənd uşağını görüb yanına çağırdı. Qəssab dükanında atasının yanında işləməyi təklif elədi:-Paltarın, çörəyin bizdən, özün də erkək ətinin pitisindən yeyib cana gələrsən… Razısanmı? …
Xalq yazıçısı Bayram BAYRAMOV .”İki bala”
Post Views: 374 Atam uzun illər meşəbəyi olmuşdu. Babam da bu peşədə çalışmışdı. Gözümü açıb ucsuz-bucaqsız meşə görmüşdüm. Meşədə oynamış, qoyun-quzu otarmışdım. Onun içindən keçən yol məni məktəbə aparmışdı. Hər dəfə fürsət düşəndə meşəyə yollanmış, dostlaşdığım ağaclarla dərdləşmişdim… Sonralar yaşa dolub kəndimizdən uzaq düşəndə də ən çox darıxdığım, həsrətini çəkdiyim elə bu meşələr olmuşdu. Nənəm …
Xalq yazıçısı Ənvər MƏMMƏDXANLI.”Qızıl qönçələr”
Post Views: 674 Qoca Firuz gün batanda evə qayıdır. Gün olur ki, bazarda işi çox olur, başı aşağı bütün günü işləyir, yük daşıyır. Bəzi günlər isə o, böyük anbarlar yanında işsiz dayanır, onu yük daşımağa çağıracaq bir səs gözləyir. Belə günlərdə o, ağzına qədər dolu anbarların yanında boş-bikar oturub qalır, kürəyini divara söykəyib mürgüləyir. Axır …
Aynur QAFARLI.Yeni şeirlər (2022) VI hissə
Post Views: 124
Əlirza HƏSRƏT.Yeni şeirlər (II hissə)
Post Views: 102
Əlirza HƏSRƏT.Yeni şeirlər (I hissə)
Post Views: 111
Kənan AYDINOĞLU.”Yaman darıxıram dostlar üçün mən!”
Post Views: 74 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü. Ey Tanrı, dörd divar qılıncmı çəkir?!Yaman darıxıram dostlar üçün mən!Könlümün qübarı-nisgilim mənim,Yaman darıxıram dostlar üçün mən! Hər günüm-bir şeir, hər sözüm-kitab,Həsrət çəkməyin də özü bir-əzab,Yazılar əməllər: günah və savab,Yaman darıxıram dostlar üçün mən! Qızıl payızda mən xəzəl görmüşəm,Segah üstə-muğam, …
Sumqayıtda tanınmış şair, əməkdar jurnalist Rafiq Odayla görüş keçirilib
Post Views: 144 Sumqayıtda tanınmış şair, əməkdar jurnalist Rafiq Odayla görüş keçirilib Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə M.Ə.Rəsulzadə adına kitabxana filialda Azərbaycan ədəbiyyatında özünəməxsus dəsti-xətti olan istedadlı şair, AJB Sumqayıt şəhər təşkilatının sədri, “Möhtəşəm Azərbaycan” qəzetinin təsisçisi və baş redaktoru, respublikanın Əməkdar jurnalisti Rafiq Odayın “Ağrıların simfoniyası” adlı şeirlər kitabının təqdimatı keçirilmişdir. …
Şair-publsist Rafiq ODAY.”AD GÜNÜ VAR BÖYÜK ŞAİR”
Post Views: 102 Dəyərli dostumuz Sabir Yusifoğlunun ad gününə təbrik əvəzi İki qəlb birləşdimi?! –Sonunda ad günü var.Gah sevinc, gah da kədərdonunda ad günü var. O, baxan gözəlin də,Qisməti öz əlində.Hər günün əzəlində,sonunda ad günü var. Dövrəsini fövr alın,Deməyin nə tövr, – alın!Unutmayın, fevralınonunda ad günü var. Qumral quzunu kəsin,Kim yemir, qoy yeməsin.Keçirmirəm deməsin, –Qanunda …
Şair-publsist Rafiq ODAY.”KEŞİK ÇƏKİR”
Post Views: 98 Qucaq açdi gülə sinəm,Bəlkə bir az gülə sinəm.Gözlərimin giləsinəBir damla yaş keşik çəkir. Həyadan yana tər sinə,Üz qızara, tər isinə.Yaxşı ki, deyil tərsinə, –Ayağa baş keşik çəkir. Üzdü xəyanət canımı,Yurda əmanət canımı.Namərd kəsdirib yanımı,Əlində daş keşik çəkir. Alsa ruhunu dərd ələ,Budur ən böyük dərd elə,Olub bir sürü dərd ilə,Bağrım badaş, keşik çəkir. …
Şair-publsist Rafiq ODAY.”ONDAN İRƏLİ” (TƏCNİS)
Post Views: 115 (Təcnis) Mənim ağ günümün qarası narda,Ağın kölgəsində qara sınar da.Axtarsan üzünün qarasın arda, –Görərsən namus var ondan irəli. Sevdinsə, nəfsini gözlə, mələyim,Dilim söz tutmasa, gözlə mələyim.Düzgün ələməsə gözləm ələyim*, –Doqquz özün salar ondan irəli. Üzünə açıqdı yol ər KANında, – Sal sinəm üstündən yol, ərk anında. Kim dürüst olarsa yol-ərkanında, – O, …
Şair-publsist Rafiq ODAY.”BAŞDAŞI DAŞLAR”
Post Views: 101 Başların dəlilik havası bitməz,Daşların kəntöyü, yavası bitməz,Boş başla bərk daşın davası bitməz,Daş başı daşlayar, baş daşı daşlar. Dan üzü ağlasan, qürub ağlasan,Yalandan min dəstgah qurub ağlasan,Məzarın başında durub ağlasan,Qayıdıb adamı başdaşı daşlar. Ataya, anaya toy tutan adam,Özünü məzluma tay tutan adam,Saxta vay-şivəndən bir utan, adam,Çiynində ağıllı baş daşı, daşlar… Sənə də pay …
Şair-publsist Rafiq ODAY.”BƏŞƏRİYYƏTİN ƏN BÖYÜK MÖCÜZƏSİ”
Post Views: 97 Bayramınız mübarək, əziz və dəyərli xanımlar, dostlar, doğmalar. Hər birinizə sağlam can, problemsiz ömür-gün, sevinc və səadət dolu illər arzulayıram. Xilas edər bəşəriyyətiən qorxunc bəlalardan,Dünyanı ən böyükmüsibətlərə sürüklər.Alovu bir anda ram edər,Yanar odu körüklər.Sevincindən ənginliklərgöy qurşağına dönüşər,Qəzəbindən iki qara bulud,İki qara qoça dönübbir-biri ilə döyüşər.Güləndə düzü-dünya,çiçək açar,Ağlayanda yer üzüNuhun tufanına dönər,Hərdən sevgisi …
Bənövşə MAHMUDQIZI.” Getmək “
Post Views: 89 Mən səndən getdim…Elə səndən də getdim…Bir, iki, üç…Nə deyim vallah, az getməmişəm.Az üzməmişəm.Az üzülməmişəm…Hə, sevmişəm.Səni başqa biri gələnə qədər,səni də digəri gələnə qədər…Nə gözləyirdin?Təksən mi?Müqəddəssən mi?Yox, əzizim, yox!Bu dünyada əvəzedilməz kimsə yox!Bilirsən, qəribə olan nədir?Səndən sonra gələn əsl sevgidir.Yəni mən belə sanmışdım…Hə, aldanmışdım…Heç vaxt aldanmayan mən…Sındırdım bu sehri…Bilirsənmi necə?Dünyada çox yaxşı aktyorlar …
Bənövşə MAHMUDQIZI.”Biri gerçək, biri çiçək “
Post Views: 74 İki çiçək;İki göyçək;Biri ləçək,Biri gerçək.Biri xəyal,Biri insan.Biri duyğu,Biri sevgi.Biri kədər,Biri dərd,Nə qədər fərq,Nə qədər fərq…
Bənövşə MAHMUDQIZI.”Öldürməyin, Öldürməyim!”
Post Views: 81 Mənə qırılmaq deməyin.Həyat davam etdikcə,Zaman axıb getdikcə,Mən də davam edirəm.Yəni axıb gedirəm…Sevmək də, sevilmək dəƏlbəttə ki, haqqımdır.Di gəl ki, təkliyiməMən elə öyrəşmişəm…Qorxuram ki, tək ikənXoşbəxt olduğum qədərCüt ikən ola bilmərəm birdən.Mənə qırılmaq deməyin,Sanki qarğış edirsiz.Paramparça adamınGöz yaşı yağışlarıDərgaha çatmayanhayqırışlarıEşidirsənmi?Arzularım var mənim!Hanı bəs ümidlərim?Ruhum yorğun,Canım xəstəŞeir yaz, mahnı bəstəNə xeyri var?Dünya mənə gəlirsə …
QARACAN İSA oğlu KƏRİMLİ (BORÇALI).”Dəmir yumruq yerindədir”
Post Views: 80 Azərbaycan Aşıqlar Birliyinin sədri (2004-2008), Azərbaycan Yazıçılar Birliyinin üzvü, Fəxri mədəniyyət işçisi, aşıq-şair Qan çalxama qarı düşmənQanlı dərya dərindədir.Mərd oğullu millətiminOrdusu səngərindədir. Sinəndə süngü yarasıBelə alarlar qisası…Daha Qarabağ xülyasıQulağının dibindədir… Qaracan, mərmidir yağanŞimşək sürətli parlayanİldırım kimi gurlayanDəmir yumruq yerindədir.
Azərbaycan Aşıqlar Birliyi (AAB)
Post Views: 110 Aşıqların I qurultayı 1928-ci ildə, II qurultayı 1938-ci ildə, III qurultayı isə 1961-ci ildə keçirilib. Azərbaycan Aşıqlarının III qurultayı keçirildi. 1984-cü ilin mart ayının 19-da Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan aşıqlarının IV qurultayı keçirildi və Mədəniyyət nazirliyinin tərkibində fəaliyyət göstərən Azərbaycan Aşıqlar Birliyi yaradıldı, xalq şairi Hüseyn Arif Birliyin sədri seçildi. Azərbaycan Aşıqlar …
Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”ZƏFƏRİN MÜBARƏK, AZƏRBAYCANIM!”
Post Views: 68 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru Bu zəfəri bizə bəxş edən şəhidlərimizi böyük ehtiramla yad edib, ruhları qarşıdında baş əyirəm. Qazilərimizə can sağlığı arzu edirəm. Gözün aydın olsun Azərbaycanım, Mübarək bu …
Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”Dönub xəyallarım sısqa yağışa”
Post Views: 77 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru Dönub xəyallarım sısqa yağışa, İlqarım ağlıyır, əhdim ağlıyır. Dönüb yollarımda qarlı yagışa, Yenicə dil açan bəxtim ağlayır. Sən demə aldanıb yaz vədəsinə, Indi də baxıram …
Xalq yazıçısı ANAR.“Təhminənin son sirri”
Post Views: 91 Bir ayrılıq, bir ölümHeç biri olmayaydı.Ölüm Allah əmridiAyrılıq olmayaydı. Tabutu iki tərəfdən dörd kişi çiyinlərinə almışdı. Üçü maskalıydı. İkisi qara, biri çil-çil yaşıl maskada. Dördüncü kişi maskasızdı, amma arxadan üzünü görmək olmurdu. Tabutun qapağı açıqdı. İçində uzadılmış meyit də maskalıydı. Maska ölünün nəyinə gərək? Amma yəqin, başqalarını, məsələn, elə qəbirqazanları yoluxdurmamaq üçün …
Nəcməddin Mürvətov.”BABAMIN EVİNİN DAŞI”
Post Views: 78 Usta, ehmal tərpən, xətrinə dəymə, Qoy, qaytar yerinə, olma ha naşı. Divara tarazla, zərrəcə əymə, İnciyər babamın evinin daşı. Bezib laqeydlikdən, biganəlikdən, Bax, düşüb getməyə bilmirəm hara. Açmaqla, göz dağı böyük dəlikdən Geniş yol, köksümdə qəmə, qubara. Sarıb varlığımı xəcalət təri, Önündə durmuşam səssiz-səmirsiz. Məndə vecsizliyin böyük “hünəri”, Daşı da edibmiş demə …
Xalq şairi Zəlimxan YAQUB.”BƏHMƏN VƏTƏNOĞLUNA MƏKTUBLAR” SİLSİLƏSİNDƏN
Post Views: 108 IDAĞLAR Səndən ayrılanda bir ah çəkmişəm,Kərəmtək yandırıb ah məni, dağlar!Daramır saçımı sənsiz küləklər,Sənsiz heç oxşamır meh məni, dağlar! Şirin görüşlərin ömrü kəm olar,Gözüm yaşla dolar, könlüm qəm olar.Cənnətim çevrilib cəhənnəm olar,Olmasam dağların mehmanı, dağlar! Hər dərddən xəbərdar, hər işdən halı,Şairdi daşıyan min qilü-qalı.Zəlimxan düşsə də səndən aralı,Saxla gözün üstə Bəhməni, dağlar! IIGÖNDƏRİM …
Xalq şairi Xəlil Rza ULTÜRK.”Azadlıq”
Post Views: 214 Azadlığı istəmirəmZərrə-zərrə, qram-qramQolumdakı zəncirləri qıram gərəkQıram! Qıram!Azadlığı istəmirəmBir həb kimi, dərman kimiİstəyirəm səma kimi,Günəş kimi,Cahan kimi:Çəkil, çəkil ey qəsbkar:Mən bu yurdun gur səsiyəm:Gərək deyil sısqa bulaq,Mən ümmanlar təşnəsiyəm.Biz Türküstan elləriyik,Biz Türküstan elləriyik,Qeyrət, qüdrət selləriyik.Daşnakları qovan bizik,Dar gözləri ovan bizik.Yetər meydan suladılar,Yurdumuzu taladılar.Bakımızı əzizləyək.Əqrəblərdən təmizləyək!Şölə versin bu ləl, mərcan –Ermənisiz Azərbaycan!Bir yanda şahənşah, …
Xalq şairi Bəxtiyar VAHABZADƏ.”Vətən marşı”
Post Views: 128 Ey Vətən oğlu, düşün, bil ki, sənindir bu Vətən,Sabahın, həm bu günün, həm dünənindir bu Vətən.Sənin öz dövlətin, öz millətin, öz cəddin varVətən uğrunda ölənlər ölümündən doğular.Biz Vətən məcnunu, el aşiqi, sülh əsgəriyikBiz Vətən naminə ölsək, dirilərdən diriyik.Mənim öz ulduzumu bağrına basmış hilalım,Dedi öndər: “Yönü bayraqdakı üç rəngdən alım”Sən bu gül bayrağm …
Xalq şairi Cabir NOVRUZ.”Sən elə bir vaxtda rast gəldin mənə”
Post Views: 2. 070 Sən elə bir vaxtda rast gəldin mənə,Qurumuş bulağam, bulanmış suyam…Sən elə bir vaxtda rast gəldin mənə,Oxunmuş nəğməyəm, çalınmış toyam. Nə gücüm çatdı ki, səndən yapışım,Nə gücüm çatdı ki, səndən qaçam mən…Nə odum oldu ki, yanam, alışam,Nə sehrim oldu ki, cavanlaşam mən… Sən elə bir vaxtda rast gəldin mənə,Ömrün payız vaxtı, xəzəl çağıydı…Sən …
Aynur QAFARLI.Yeni şeirlər (2021) IV hissə
Post Views: 135 *Yazmaq istəyirdim dərdimi göyə* Sən mənə nə əcəb zəng eləmisən?! Səndən nə müddətdir soraq yox idi. Ot-alaq basmışdı könül bağçamı, Biçib qurtarmağa oraq yox idi. İndi o yollarda hər dəfə çaş qal, Xatırla, sızılda, gözündə yaş qal, Özün bilirdin ki, əlindən başqa, Mənim saçlarımda daraq yox idi. Nə qarğıya bildim, nə də …
Aynur QAFARLI.Yeni şeirlər (2021) III hissə
Post Views: 91 GÖYÇƏ Min rəngdən doğulub gözəlliklərin, Bu rəngə bərabər rəng hanı, Göyçə. Vermərəm dünyanın yüz cənnətinə, Səndə keçirdiyim tək anı, Göyçə. O ötən illərin qızıl çağısan, Ağlar gözümüzün qəm ortağısan, Qərib könlümüzün ləl yatağısan, Zümrüdün, yaqutun kənkanı Göyçə. Aman bu həsrətin, aman əlindən, Xəyalım dolanıb keçər çölündən, Yuyunub çıxıbsan Göyçə gölündən, Dünyada sənintək …
Aynur QAFARLI.Yeni şeirlər (2021) II hissə
Post Views: 140 İstəmirəm bu yuxudan oyanım Üzülübdür, nə əl qalıb, nə ətək, Necə dözsün qarlı qışa bir çiçək. Çıxıb getdin, məni qoydun tənha, tək, Həsrətinə indi necə dayanım?! Sənli günlər bir-birindən boyatda, Unudulmaz, o yaddadır, bu yadda. Səndən özgə kimim var ki, həyatda, Bilirsənmi, təkcə sənsən həyanım?! Gözlərimi bənzədərdin ülkərə, İnanmırsan, yaddaşını silkələ. Heç …