Author: Delphi7

  • Xalq şairi Vahid ƏZİZ.Yeni şeirlər (VIII hissə)

    QARANQUŞSUZ ŞƏHƏRLƏR…

    Yasəmənlər açsa belə
    özü gözümə dəymir,
    baş açmıram,nəyə görə
    onlar şəhərə gəlmir?

    Uzağı-bağ evlərində
    yuvalarım hörərlər,
    kənd yerində gözü tutan
    eyvanlara girərlər.

    Kimnən xəbər almışamsa-
    bir kimsə bilə bilmir,
    qaranquşlar nəyə görə,
    neçin şəhərə gəlmir?

    Cavabını özüm tapdım
    bu ağrılı sualın;
    yollar asfalt,damlar qırlı,
    palçığı yox torpağın.

    Üzü beton divarlara
    nə cür palçıq yapacaq,
    çörü-çirkli,çöpü-qara,
    hardan saman tapacaq?

    Qaranquş kənd adamıdır–
    orda Günəş gec batır,
    qaranquşsuz şəhərlərə
    el xəbəri gec çatır…

    ÇİÇƏKLƏR…

    Rəngiylə-səsindən anlamaq olur–
    hələ dərd görməyib,tərdi çiçəklər,
    bir az pərən-perik,bir az gor-gobud;
    kim sızı bu sayaq sərdi,çiçəklər?

    Sizin də ömrünüz gəldi-gedərdir,
    dünya gözəlliyə düşməndir,nədir?
    çəmən gülləri də qızlar kimidir–
    hər kəs birininzi dərdi,çiçəklər.

    Hərdən istəyirəm arıya dönəm,
    bir-bir başınıza dolanam,dönəm,
    iş-gücü buraxıb burda şellənəm;
    qoynunuz yatmalı yerdi,çiçəklər.

    Bata bilməyəndə qanqala,kola
    zalımlar gülşəndə güc verər qola,
    sizlıəri (az qaldı gözüm kor ola)–
    dəryaz tiyəsində gördü,çiçəklər.

    Sakit havalarda ötərsiz dil-dil,
    yuxuda gülüylə öpüşdü bülbül,
    olsun ömür Bir gün,Əlli il,Yüz il;
    sonu hamımızın birdi,çiçəklər.

    Çəməndə görəndə sürülər izi,
    ürəyi incidər Vahid ƏZİZi,
    öyrədə bilmədim-“Qırmasın sizi”,
    uşaqlar nadincdi,kürdü,çiçəklər…

  • Xalq şairi Vahid ƏZİZ.Yeni şeirlər (VII hissə)

    NƏSİMİNİ SOYANLAR…
    Şairin dərisindən bağlanmış qanlı təbil
    haray salaraq gedir;
    Nəsimini soyanlar İlahinin düşməni,
    Babəkimin düşməni,mənim də düşmənimdir!
    O vaxt alqışlananlar indi çirkab içində;
    danlanıb-söyülürlər,
    sualar qarşısında
    gözlərini döyürlər!
    Nəsimini soyanlar Tanrımızı danıblar!
    halallıq gətirirdı böyük Azərbaycana
    igid Koroğlumuzun
    qılıncından damanlar!
    Nəsimini soyanlar Mubarizə,Ramilə
    yağı düşmən olanlar,
    Xankəndində,Şuşada,ulu Dəlidağıma
    üçrəngli Bayrağımı çəkib yerə salanlar.
    Nəsimini soyanlar,heyhat,hələ də burda–
    vicdanını itirmiş “İcra başçılarında”,
    haramdan çirkinməyən quldur villaarında,
    qürbətlərdə taıanan millətin pullarında!
    İndi Ana bətnində qərar tutan nəsillər
    hələ bizə göz qoyur,
    Nəsimini soyanlar
    Azərbaycanı soyur!
    Xurafat–Nəsimini “Ənəlhəqq” idi-soydu,
    susaraq Haqqı dansaq
    qaşıdakı nəsillər
    hamımıza söyəcək!!..

    DAHA YUXULARDAN YAZAN DEYİLƏM,,,
    Daha yuxuları yozan deyiləm-
    onsuz da hər dəfə aldadır məni,
    bir də yuxulardan yazan deyiləm-
    sonra,oxutdurub ağladır məni.
    Get-gedə artmaqda qəlbimin qəmi,
    amma ki,soyumaz o qəlbin kini!
    kirpikdən sallanan göz yaşı kimi,
    yuxular gözümə bağladır məni.
    Yuxular həm şirin,həm də acıdır;
    sabaha səsləyir,geri qaçırdır,
    hökümdar Sarayı,”Elçi daşıdır”,
    illərlə nigaran saxladır mıni.
    Yuxular–içində azdığım duman,
    həsrətə məlhəmdir,hicranda-güman,
    çıxar hər nə desən yuxularımdan,
    kiridir,həm də ki,çağladır məni,
    daha yuxulrdan yazan deyiləm–
    aldadır,oynadır,ağladır məni…

  • Gənc yazar Alik DƏNİZSEVƏR.Yeni şeirlər

    Tıqqıltı o, səsə dik atılarsan
    Qorxudan bir soyuq tər basar səni.
    Biraz da suyundan qurtumlayarsan
    Küləklər deyərsən nə yaman əsir.
    Pəncərən yerindən çıxacaq kimi.
    Dağılır baxarsan bu nə gecəydi,
    Nəydi o, taqılltı nəydi bilmədim,
    Ayın da üzünü buludlar örtüb,
    Yağacaq bu boyda küləklər əsməz
    O, səsə yenə də dik atılarsan,
    Qorxudan bir soyuq tər basar səni.
    Biraz da suyundan qurtumlayarsan
    Bir yanda, getməmiş gəzərsən məni.

    Sözü də bu boyda şişirtmək olmaz,
    Hər gün biraz, biraz gözümdə düşdün.
    Bir şəhər yox olub çıxıb gedərsən,
    Qırılıb üzülüb, əzizlənərsən.
    Yarpaq da ağacdan ayrılıb düşər,
    Qırılan çırpılsa qırılacaqdır.
    Bir quru sağ olsuz gedənlər o, gün
    Gecənin birində qayıdacaqdır.
    Sadəcə su kimi axan zamandır,
    Qocalan yenə də yazıq ürəkdi.
    Bu boyda şişirtmək aldatmaq olmaz,
    Həyatda yıxılsan durmaq gərəkdi.
    Saatın üçündən keçər o gəlməz
    Bir görüş tələsib çıxıb gələrsən
    Bir görüş lapda ki, çox gecikərsən.
    Tez gəlsən o gəlməz hey deyinərsən
    Geciksən o gedər xəbərsiz gedər
    Solarsan çiçək tək yol ayrıcında,
    Yanından keçənlər yox səni görməz.
    Ağaclar maşınlar quşlar böcəklər,
    Bir eşqlik elə də səni bəyənməz.

  • Əkbər QOŞALI.”Bağışladım hamını”

    ***
    Bağışladım hamını,
    özüm… özümdən başqa…
    Bəsləmədim heç nəyi,
    dözüm… dözümdən başqa…

    Yollar izimə baxmır,
    Daşlar dizimə baxmır;
    Heç kim sözümə baxmır,
    gözüm… gözümdən başqa…

    Qınamasın el məni,
    Sınamıram heç kəsi…
    Unudaram hər şeyi,
    sözüm… sözümdən başqa…
    Bakı-12.05.2020

  • Şairə Gülarə Munisin “Yer kökü” adlı yeni şeiri aksiyaya təqdim edildi

    Karantin dövründə insanlara dəstək olmaq məqsədilə Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) “Kitabxana – koronavirusa YOX deyir!” layihəsini həyata keçirməkdə davam edir.

    Bu layihə çərçivəsində  “Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyasına müntəzəm olaraq öz yazılarını təqdim edən istedadlı yazıçılardan biri də Gülarə Munisdir. O, xəstəliklə mübarizədə çətin müddətdən keçən uşaqlar üçün maraqlı mövzuda  yeni şeirini yazdı.

    M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasının Fəxri oxucusu olan Gülarə Munis “Yer kökü” yeni şeirini kitabxananın kiçikyaşlı virtual oxucularına təqdim edir.

    Şairə virusun verdiyi kədər hissinə toxunaraq bostanda baş verən söhbəti şeir dili ilə oxuculara çatdırır.

    “Yer kökü” şeiri aşağıdakı linkdə verilib:

    http://yasamal.cls.az/front/files/libraries/81/documents/419444398.pdf
  • ПОДГОТОВЛЕН ВИДЕОРОЛИК «ИСТОРИЯ ОЛЕНЕТРАНСПОРТНЫХ И ОЛЕНЕЛЫЖНЫХ БАТАЛЬОНОВ В ГОДЫ ВЕЛИКОЙ ОТЕЧЕСТВЕННОЙ ВОЙНЫ»

    Как сообщалось ранее, Централизованная библиотечная система Ясамальского района осуществляет проект «Великая победа – 75», посвященный победе советского народа в Великой Отечественной войне. В рамках проекта было подготовлено информационное письмо, посвященное 110-летию со дня рождения дважды Героя Советского Союза Ази Асланова, был выпущен также online сборник стихов о нем. В рамках данного проекта  читателям был  представлен композиция-реквием «Полк бессмертных: дети, внуки и правнуки ветеранов Великой Отечественной войны». Библиотека в рамках международного сотрудничества подготовила также интерактивный плакат на военную тематику.

    Сегодня зрителям и читателям библиотеки представляется фильм-ролик, посвященный уникальным военным подразделениям в составе Красной Армии – оленелыжным и оленетранспортным батальонам, принимавших участие в боевых действиях Карельского и Северного фронтов. Видеоролик снят доктором исторических наук, профессором, Почетным читателем Центральной библиотеки им.М.Ш.Вазеха Айдыном Гаджиевым.

    В беседе профессор А.Гаджиев рассказал о том, как эшелоны из людей и оленей формировались в Канино-ТиманскомБольшеземельском и Нижне-Печорском районах Ненецкого национального округа, до места назначения — станции Рикасиха Архангельской области они шли своим ходом в условиях зимы и полярной ночи несколько сотен километров.

    Более подробно с данной информацией и аннотацией к видеоролику можно ознакомиться в PDF файле http://yasamal.cls.az/front/files/libraries/81/documents/872746494.pdf

    Фильм, снятый профессором А.Гаджиевым можно посмотреть на канале YouTube https://www.youtube.com/watch?v=NLkxLYM9POY

  • Azərbaycanlı şairə Rahilə xanım DÖVRAN.Seçilmiş şeirlər (IV hissə)

    Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gündəlik Analitik İnformasiya Agentliyinin Naxçıvan Muxtar Respublikası Bürosunun Rəhbəri, “Qızıl qələm” media mükafatı laureatı

    D Ö V R A N S I Z
    Açıb doğma yurdda ilk bahar gülü,
    Nərgizlər bəzəyib çəməni, çölü.
    Gül- gülü səsləyir, bülbül- bülbülü
    Açılıb bayram süfrəm sevdasız, yarsız,
    Qovuşduq Novruza bu il Dövransız.

    Hər zaman sevərdi toyu, düyünü,
    Nəzm ilə söylərdi təbrik sözünü.
    Sevincdən coşardı hər bayram günü
    Deyildi bu qədər qəddar, amansız,
    Necə rəva bildi, qaldıq Dövransız?.

    Süfrədə rəsmiylə qaldıq göz- gözə,
    Bir hacət qalmadı kəlməyə, sözə.
    Ürək daş ola ki, bu dərdə dözə
    Bu ömür necə keçsin baharsız, yazsız?
    Fələk bizi qoydu yarsız, Dövransız…

    Təsəlli edər dostlar, bəzən də danlar,
    Sevdası yarım qalan bu dərddən anlar.
    Qəlbdə qövr eləyir Onlu anılar
    Bilsəm də yaşam yox- boransız, qarsız,
    Hər günüm bir ildir nazlı Dövransız…

    SEVGİ VARSA
    /”Düşüncələrim” – silsiləsindən/

    Yar – yarından alammasa sorağı,
    Zülmət çökər, sönər qəlbin çırağı.
    Onda olmaz sevgi, könül marağı,
    Sevgi varsa , könül ülfət bağlayır.

    Yar tapanda yarısını tam olur,
    Dəli könül daha ürkmür, ram olur.
    Sevən ürək eşq didərir, kam alır,
    Sevgi varsa, ürək eşqdən çağlayır.

    Dünya fani, hey boşalır, hey dolur.
    Tər güllər də tez açılır, tez solur.
    Hər sevdada boran olur, qar olur,
    Sevgi varsa, gözlər niyə aglayır?

    “Leyli – Məcnun” xalqın sevgi dastanı,
    “Fərhad- Şirin”-timsalında eşq hanı?
    “Əsli- Kərəm”- ahı yaxar çahanı,
    Sevgi varsa, sevənləri dağlayır.

    Əgər fələk çərxi dönsə tərsinə,
    Hazır olaq həyat, sevgi dərsinə.
    Dövran, sən də dur önündə, gər sinə,
    Sevgi varsa, ilham dastan bağlayır…

  • Azərbaycanlı şairə Rahilə xanım DÖVRAN.Seçilmiş şeirlər (III hissə)

    Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gündəlik Analitik İnformasiya Agentliyinin Naxçıvan Muxtar Respublikası Bürosunun Rəhbəri, “Qızıl qələm” media mükafatı laureatı

    ÖMRÜN FƏSİLLƏRİ
    /”Düşüncələrim” – silsiləsindən/

    Bu dünyada hər şeyin var zamanı,
    Yaradandır nizamlayan hər anı.
    Dərə çəni, dağlar sevər dumanı.
    Yaz gəlməsə axan çaylar çağlamaz,
    Gül- çiçəklər qönçə, buta bağlamaz.

    Yay zamanı hamı sevər yaylağı,
    Zümrüd meşə, yaşıl çəmən, bulağı.
    Yal- yamaclar olar könül oylağı
    Duman, nə sis qar yağdırıb çığlamaz,
    Şən buludlar, gözün sıxıb ağlamaz.

    Son baharda quşlar çıxar səfərə,
    Elat enər dağdan- düzə, şəhərə.
    Hacət yoxdur ağlamağa, qəhərə
    Təbiətin taxtı, tacı laxlamaz,
    Ulu dağlar qışda qonaq saxlamaz.

    Ahıl, qoca möhkəm tutar əsasın,
    Istər sürsün hər anının səfasın.
    Fani dünya sonda alar qisasın
    Dövran, əcəl xəzan çiçək qoxlamaz,
    Payız- yazı, nə qış yayı haxlamaz…

    BİLMİRƏM
    /”Vətənimdir” – silsiləsindən/

    Bəd illər az qalır qərinə olsun,
    Qübarı könüldən silə bilmirəm.
    Çatlamış, boş sənək çətin ki, dolsun,
    Şuşasız, Laçınsız, gülə bilmirəm.

    Neçə ki, Kəlbəcər qolu bağlıdır,
    Neçə ki, Ağdamım sinədağlıdır.
    Neçə ki, “stepan”, “Qarabağlıdır”,
    Necə yaşayıram, hələ bilmirəm.

    Cəbrayıl yaralı, həm də qəfəsdə,
    Füzuli can verir, qulağı səsdə.
    Qubadlı, Zəngilan, kürəyi üstə,
    Məzarım qazılıb, ölə bilmirəm.

    İrəvan, Zəngəzur, Göyçəm hardadır?
    Mehri, Qafan, Vedim, gör nə haldadır.
    Gorusum, Ağkilsəm, çoxdan dardadır,
    Həsrətin zirehin, dələ bilmirəm.

    Aprel döyüşləri, mesaj- düşmənə,
    Bir kimsə dünyada, qızammaz mənə.
    Zərbələr vuracam, hey dönə- dönə,
    Yurdda eldən- elə, gələ bilmirəm.

    Yüksəldək Murovdan “Cəngi”nin səsin,
    Silək Ulu Yurdun, qara ləkəsin.
    Dövran vəsf eləsin, Odlar Ölkəsin,
    Nəyi gözləyirik, bilə bilmirəm?!…

  • Xalq şairi Vahid ƏZİZ.Yeni şeirlər (VI hissə)

    ÇİÇƏK KİMİ…

    Əl çatmayan çiçək kimi
    bir yamacın yaxasından,
    bir ulduzdan şəfəq kimi
    buludların arxasından–

    üzümə nəfəsin dəyər,
    könlümün nəğməsin deyər,
    dərdli gecəni gözləyər,
    xoşbəxt olar yuxusunda,

    İcazə ver gəlim yaxın,
    içindəyəm sıxıntının,
    dayanmışam boylandığın
    pəncərənin qarşısında,

    Ağır oldu ötən illər,
    qəm gətirir xatirələr,
    hamı səhəri gözləyər,
    mən gecənin arzusunda,

    Yollarına boylanaram,
    vüsalına inanaram,
    sabahlardan yayınaram
    gecələrin röyasında…

    HARDAN TANISIN?

    Tarda hərdən dinən siməm,sarıyam;
    hər kəs üzə vurmaz ürək ağrısın,
    vaxtın nə dostuyam,nə simsarıyam–
    hardann bələd olsun,hardan tanısın?

    Günlərim əriyər günlər içində,
    qəzəbim kükrəyər sellər içində,
    ətəyim çiskinlər,çənlər içində–
    baxmır ki,zirvəmdə qardan tanısın,

    Yelkənlər,sadəcə,qalxıb-qabaran,
    gəmini küləkdir çəkib aparan,
    dövran–ovcumdakı daşlı qabardan,
    balıq–sabahını tordan tanısın,

    Bu,dar düşüncəli geniş dünyanı
    nə cür silkələyim: “İmanın hanı?!”,
    ustad,elə dindir–Azərbycanı
    cahan sinəndəki tardan tanısın!

    Başımda buz kimi çalmadır duman,
    dövrəmdə dolaşıb ötüşür zaman,
    payın,Vahud ƏZİZ,gəlmiş Tanrıdan
    səni istəməsdim nadan tanısın…

  • Xalq şairi Vahid ƏZİZ.Yeni şeirlər (V hissə)

    NƏ?

    Qayıdım,yoxsa ki,gedim,
    nə gizlənir gözündə,nə?
    gülüm,mənə nə deyirdin
    süzdürəndə gözündə,nə?!

    İllərdir açıb-soluruq,
    ayrılırıq,qovuşuruq,
    barışıb-düşmən oluruq;
    nə olarıq küsəndə,nə?!

    İncımə Fələk aparsa,
    yollarımı hicran qırsa,
    bu üzündə ölüm varsa,
    dünyanın o üzündə nə?

    Özümü-çiçəyin edim,
    harda əksən-orda bitim,
    alanda:”Qurbanam!”-dedin,
    ürəyimi üzəndə nə?

    Yadında qalırmı adım?
    hansı simdə xatırladım?
    “Eşq dağında”-Leylim oldun,
    “Məcnunların düzündə”-nə?

    Yelkənlərə dolar külək,
    çəkər bizi qayıqlartək,
    səmt yelinə-“Əhsən”-desək,
    ayrı-ayrı əsəndə nə?

    SOYUDU…

    Vallah,yaxşıymış “boğanaq”,
    payız gəldi yel soyudu,
    salınıb didərgin,qaçaq
    yurd-yuvadan el soyudu,

    Qurtardı yazların nazı,
    süd-qatığın ağartısı,
    söndü közlər parıltısı,
    ocaqlarda kül soyudu,

    Dağ yolları çən içində,
    kərənti çəmən içində,
    ormanlar zökəm içində,
    durnalarda dil soyudu,

    Nə tüstülü qarlı damlar,
    nə təndirlər qalayan var,
    xumar-xumar soyuyanlar
    bu dəfə qəfil soyudu,

    Sağanağa dəri çəkdik–
    çırtma vurub dingildətdik,
    zamanında dindirmədik,
    bizlərdən təbil soyudu,

    Gətirmədi,Vahid ƏZİZ,
    bağlı bəxt,açıq əlimiz,
    yasaqlanmış tariximiz
    qalıb ilbə-il soyudu…

  • Şəfa EYVAZ.”Səssiz bir sükutla bağırır gecə”

    Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Məsul katibi

    Səssiz bir sükutla bağırır gecə,
    Saat əqrəbləri çalır ömrümü.
    Çiy palçıq zənn edir məni bu dünya,
    Gündə bir qəlibə salır ömrümü.

    Alır verdiyini gözüm doymamış,
    Bükür göy əskiyə bəyaz günümü.
    Bəzən də aldadır saf uşaq kimi,
    Ovcunun içinə alır ömrümü.

  • Şəfa EYVAZ.”Səndən sonra tutunduğum sevgilər”

    Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Məsul katibi

    ***
    Səndən sonra
    tutunduğum sevgilər
    çürük ağac budağı çıxdılar,
    əl dəyməmiş
    sındılar, töküldülər…
    Səndən sonra
    yan aldığım limanlar
    bütün gəmilərə bağlı çıxdılar.

    Səndən sonra
    bir də üzü gülmədi
    qürub vaxtı günəşin.
    Səndən sonra
    daha əvvəlki olmadı
    yazdığım şeirlərim…
    Səndən sonra…

  • Azərbaycanlı şair Əziz MUSA.”Gözəlsən”

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Canı yanmış necə də,
    Gözəlsən, sən gözəlsən.
    Baxmaqdan doymuram ki,
    Gözəlsən sən, gözəlsən.

    O üz, o xal tamaşa,
    Bir nursan başdan, başa,
    Heyranam o göz, qaşa,
    Gözəlsən sən, gözəlsən.

    İncə gülsən, çiçəksən,
    Sən hamıdan qəşəngsən,
    Nazlı, şirin mələksən,
    Gözəlsən sən, gözəlsən,

    Səndən doymaq olarmı?
    Sinən dağdakı qarmı?
    Sənin tək ceyran varmı?
    Gözəlsən sən, gözəlsən.

    Dodaqların qönçə gül,
    Yanaqların qızılgül,
    Gülüm, hər vaxt sevin,gül,
    Gözəlsən sən, gözəlsən.

    Əzizin bir dənəsi,
    Şeiri, sözü, nəğməsi,
    Ruhu, canı, nəfəsi,
    Gözəlsən sən, gözəlsən.

  • Azərbaycanlı şair Əziz MUSA.”İnsaf eylə”

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Yanan şamam , dərd dolanır başıma,
    Sənsiz hər gün ağı deyib, ağlaram,
    İnsaf eylə, bax gözümün yaşına,
    Sağalarmı, söylə, sənsiz bu yaram?

    Can üstədi nə zamandı ümidim,
    Qəlb evimdə öz yerin var, öz adın,
    Ruh qayıtmır, perik düşüb nə edim?
    Sən olmusan, ehtiqatım, tay andım.

    Baxışların ürəyimi yandırır,
    Səni sevmək günah deyil, əzizim.
    Güılüşlərin, şəkər dadır, bal dadır,
    Sənsiz yoxdu, nə gecəm, nə gündüzüm.

    Damla-damla gözlərimdən söz damır,
    Dön güriyə, yalvarıram nə olar.
    Ahım niyə fələkləri odlamır?
    Adın gəlcək ürək yanar, göz dolar.

    Nəzir, niyaz paylayıram biləsən,
    Getmədiyim bir ocaq, pir qalmayıb,
    Yerə, göyə yalvarıram, gələsən,
    Səndən özgə bir segilim olmayıb.

    Geriyə dön, ay könlümün sultanı,
    Nə zamandı vüsalına həsrətəm.
    Gəl sevindir bu ürəyi, bu canı,
    Sən Əzizin ürəyisən, bir dənənəm.

  • Azərbaycanlı gənc yazar Nemət TAHİR.Yeni şeirlər (VI hissə)

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ bürosunun rəhbəri

    Qorxu – nə isə itirmək hissi…
    Kimisi can itkisindən
    Kimisi mal itkisindən
    Kimisi vəzifə itkisindən
    Qorxar,susar kölələşər
    Yavaş- yavaş ,zərrə-zərrə vəhşiləşər
    İnsan da insanlığın itirməyə yaman qorxar
    Dan danışar,sonra isə qan qusar….
    Yuxu-ruhun azad olduğu an…
    Daş üstündə daş kimi yatan da var
    Yatağında ilan kimi qığrılan da var
    Yarasa kimi qaniçən,gecə həyatı yaşayan da var
    Qula çevrilmiş ruhlar,istəməsə də bu “canları”daşımağa məhkumdurlar
    Ruhlara bu cəzanı niyə vermiş Allah?
    Görən bunların hansı günahı var?…
    Sevgi – vərdişin,bağlılığın ən yüksək pilləsi…
    Yaradana sevgi
    Valideynlərə sevgi
    Vətənə sevgi
    Qadına sevgi
    Vəzifəyə sevgi
    Var -dövlətə sevgi…
    Bu qədər sevgini ürəyimizdə necə gəzdiririk,İlahi?
    Bunlar hamısı insana məxsus ehtiyaclar,istəklərdir…
    Ruhun isə bir arzusu,bir diləyi,bir sevgisi var ancaq,
    Azadlıq !Azadlıq! Azadlıq!!!

    *****

     Ümidlər qəbiristanlığıdır sanki
    Daş kimi soyuyub mənim ürəyim.
    Oxa dönmüş başdaşları dəlir sinəmi…
    İnsanlığa həsrət…Vətənə həsrət…
    Azadlığa həsrət… kəfənə həsrət
    diri ikən ölülərik biz…
    nəfəsim içimdə boğulur
    göz yaşlarım yanağımda quruyur
    Dodaqlarım çat-çat olub
    Suya həsrət torpaq kimi…
    Dərdlərimi yazmışam buz üstünə
    Gözləyirəm günəşin doğmağını.
    Azalıb inancım,Taqətdən düşmüşəm.
    Zəifləyib əqidəm,odum-alovum,
    təkcə yanır varlığım.
    Nefti qurtarmış,piltəsi közərən çıraq kimi…

    *****

    Sevgi yaşadar insanı,
    Kindən,kinfrətdən yıxılar.
    Aşkar olandan sarsılmaz,
    İnsan qəflətdən yıxılar.

    Doğru sanmam gördüyünü,
    Fikirlərim cin düyünü,
    Azalıbdır toy-düyünü,
    Dünya matəmdən yıxılar.

    Burnumda çiçək qoxusu,
    Gözümdə səhər yuxusu,
    Qəlbimdə hicran qorxusu,
    Sevgim həsrətdən yıxılar.

    Bərk sarıl haqqın ipinə,
    Haram girməsin cibinə,
    Hamı həyatın dibinə,
    Öz zirvəsindən yıxılar.

    25.06.2017

  • Azərbaycanlı gənc yazar Nemət TAHİR.Yeni şeirlər (V hissə)

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ bürosunun rəhbəri

    Qəlbim yara, gözümdə yaş,
    Duz yaranı göynədərmi?
    Könlümdə buz, sevgim atəş.
    Od buzları əridərmi?

    Öz qarğışım tutub məni.
    Dost nəfsinə satıb məni.
    Kor quyuya atıb məni,
    Haqq səsimi eşidərmi?

    Şaxta vurmuş ürəyimi
    Daşa dönmüş diləyimi
    Xəzan olmuş gəncliyimi,
    Qış günəşi isidərmi?

    SƏRHƏDÇİ

    Bir əsgər var sərhəddə
    Günəşlə bərabər açır səhəri.neç
    Neçə vaxtdır,
    Eldən-obasından
    Sevdiyindən uzaqdadır.
    Qəlbini doğrayır hicranın zəhəri.
    Ancaq O sərhədçidir.
    VƏTƏNİN EŞQİNƏ,
    Doğmaların xətrinə
    Dözür hər cür həsrətə
    Udur bunca qəhəri.
    Gülümsəyir doluxsunmuş gözləri…
    Silahı çiynində, qulağı səsdə.
    Gözləri sərhədçidir!
    TÜRK OĞLU, AZƏRBAYCAN ƏSGƏRİ!!!

                   Qızım Xanıma
    İnsanların duası,
    Arzuların hasili,
    Yaradanın hikməti,
    Düz dörd ilin həsrəti,
    Bir qız gəldi evimizə.

    Qığıldayır,ağlayır.
    Qulağımda hey səsi.
    Gülüşü bir başqadır,
    Tarının hədiyyəsi
    Qoxusu cənnət qoxusu,
    Yuxusu dovşan yuxusu,
    Bir qız gəldi evimiz.





  • KARDELEN DERGİSİ’NİN 104. SAYISI ÇIKTI

    Kardelen 104. sayısında DOĞU TÜRKİSTAN DÂVÂMIZI ele aldı.
    Doğu Türkistan Millî Meclis Başkanı Seyit TÜMTÜRK ile röportaj…
    Doğu Türkistan atasözleri…
    Çilemiz…
    Türkiye, Doğu Türkistan ve Azerbaycan şair ve yazarlarında eserler…
    Olaylara bakış…
    64 sayfa…

  • “Evdə qal və sağlam ol” çağrışına dəstək olaraq Şəmkirə virtual səyahət

    Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası dünyaboyu yayılan koronavirusa qarşı  “Evdə qal və sağlam ol” çağrışına dəstək olaraq izləyicilər üçün növbəti videoçarx hazırladı. “Vətənimizə virtual səyahət” layihəsi çərçivəsində hazırlanmış növbəti tur Şəmkir rayonunadır.

    İzləyicilərə təqdim olunan videoçarxda Azərbaycan Respublikasının xəritəsində 1660 kməraziyə malik olan Şəmkir rayonunun bir şəhər, yeddi qəsəbə, əlli səkkiz kənddən ibarət olduğu qeyd edilmiş və digər ümümi məlumatlar toplanmışdır. Xüsusi başlıqlarla təşkil olunmuş təbiəti  rəngarəng fotolarla əks edilmişdir.

    Videoçarxda əsrarəngiz, gözəl  təbiətə malik olan Şəmkirin bitki örtüyü ilə zəngin olan Dəryaçay, Suludərə, Sumaxlı, Yastı, Heydər qaçan, Şam meşələri, ucqar quruluşa malik Yasamal və Gəlavan dağları, XIX əsrə aid Alman və 1890-cu ilə aid Seyfəli kəhrizləri, bununla yanaşı Dəryaçay, Tatarlıçay, Zəyəm, Şəmkir, Cəhir və s. çayların, təbii surətdə yer səthindən çıxan şəffaf Qafqaz və Əsgər bulaqlarının fotoları verilmişdir.

    Münbit  torpağında kök salmış palıd, cökə, vələs, çinar, qovaq, ardıc, şam, iydə, dağdağan kimi bir çox ağaclar, solmaz, lilpar, çobanyastığı, nərgiz, bənövşə, süsən, zanbaq kimi göz oxşayan güllər və yamyaşıl, şəfalı otların siyahısı ilə fotoları videoçarxda izləyicilərə təqdim olunmuşdur.

    Videoçarxda bir çox heyvanların fotoları toplanmış, quşlar sırasında kəklik, qartal, qarğa, bülbül, ördək, ağacdələn, turac, şanapipik və b. siyahısı da qeyd edilmişdir.

    Milli sərvətimiz olan tarixi abidələrdən – qalalar, qədim yaşayış yerləri, qalaçalar, qədim tarixlə bağlılığı olan qəbirstanlıqlar, 1998-ci ildə inşa edilmiş Şəmkir, Əliyaqublu və Düyərli məscidləri, 2006-cı ilə aid Paşa məscidi ilə yanaşı digər məscidlər, həmçinin muzeylər, ziyarətgahlar da videoçarxda öz yerini tapmışdır.

    Şəmkir torpağı Zaur Sarıyev, İsgəndər Aznaurov kimi Azərbaycan Milli Qəhrəmanlarının, Molla Vəli Vidadi, Əhməd Cavad, Taleh Həmid, Məzahir Hüseynzadə kimi şairlərin, Azərbaycan SSR xalq artisti olan Leyla Bədirbəylinin, aşıq sənətinin ustalarının və digər sahələr üzrə şöhrət qazanmış görkəmli şəxsiyyətlərin məkanı olmuş, həmin şəxsiyyətlərin siyahısı da izləyicilərə təqdim edilmişdir.

    Videoçarxda həmçinin Şəmkirin tarixən inkişaf etmiş sənətkarlıq sahələri – xalçaçılıq, ipəkçilik, üzümçülük, dülgərlik, dəmirçilik də qeyd edilmiş, mətbəxinə aid müxtəlif növ yeməklərin fotoları da verilmişdir.

    Müasir binalar və parkların, zavodlardan – Maşınqayırma zavodu, Daş karxanası, Çörək zavodu, Şərab zavodu, Quşçuluq fabrikinin fotoları ilə videoçarx yekunlaşmışdır.

     Hazırlanmış videoçarx söz və musiqisi Maestro Ceyhuna aid olan Adil Karacanın ifa etdiyi “Şəmkirim mənim” mahnısı ilə müşayiət olunur.

    Şəmkir videoçarxını aşağıdakı linkdə izləyə bilərsiniz:

    https://www.youtube.com/watch?v=CtDoOZmRCuQ

     “Vətənimizə virtual səyahət” adlı layihəyə daxil olan videoçarxlar “Kitabsevər uşaqlar” Facebook səhifəsində və YouTube kanalında yerləşdirilib.

    Silsilə şəklində hazırlanan videoçarxlar davam edir.

  • В поддержку призыва «Оставайся дома и будь здоров» организовано виртуальное путешествие в Шамкир

    Централизованная библиотечная система Ясамальского района, продолжая мероприятия в рамках призыва «Оставайся дома и будь здоров», направленного против пандемии COVİD-19 подготовила очередной видеоролик. Проект «Виртуальное путешествие по Азербайджану» получил положительный резонанс общественности. Предстоящий тур состоялся в Шамкирский район.

    На видеоролике, представленном  вниманию зрителей содержится информация о том, что площадь Шамкирского района составляет 1660 кв.км, на его территории расположен один город, семь поселков, пятьдесят восемь сел.

    Размещены фотографии разнообразной природы. Привлекательны фото лесов Дярьячай, Сулудяря, Сумахлы, Ясты, Хейдяр гачан, Шам. Высокие, статные горы Ясамал и Гявалан привлекают необычной красотой. В районе сохранились кягризы, построенные еще в XIX в. немцами-колонистами, а также кягриз Сейфяли, построенный в 1890 году. По территории района протекают достаточно полноводные реки Дярьячай, Татарлычай, Зяйям, Шамкир, Джахир и др. Помещены и фотографии прозрачных родников Кавказ и Аскяр, бьющих из-под земли.

    На плодородных землях растут дуб, чинар (платан), ийдя, тополь, сосна и многие другие. Привлекают красотой ромашки, нарциссы, фиалки, тюльпаны, а также огромное количество лечебных трав.

    На видеоролике можно увидеть фотографии и перечень животных и множества птиц (орел, ворона, соловей, дятел, турач и др.).

     Размещены исторические памятники, которые являются национальным достоянием каждого народа. Здесь можно увидеть крепости, древние поселения, старые кладбища. Зрителям показаны также мечети Шамкир, Алиягублу и Дюярли, построенные в 1998 году, Паша мечеть, построенная в 2006 году и др. Размещены фото музеев, святилищ.

    Зрители узнают о шамкирцах – Национальных героях Азербайджана Зауре Сарыеве, Искендере Азнаурове, поэтах Молла Вели Видади, Ахмеде Джаваде, Талехе Гамиде, Мазахире Гусейнзаде, Народной артистке Азербайджана Лейле Бедирбейли, о мастерах- ашугах и других представителях интеллигенции этого района.

    Отмечается, что Шамкир издавна славился ковроткачеством, шелководством, виноградарством и др.

    Размещены на видеоролике и фото блюд шамкирской кухни.

    Завершается ролик показом современных зданий и парков, заводов – машиностроительного, хлебозавода, винного завода, птицеводческой фабрики, каменного карьера.

    Показ ролика сопровождается песней «Шамкирин мяним» («Мой Шамкир») в исполнении Адиля Караджана.

    Видеоролик можно посмотреть на линке

    https://www.youtube.com/watch?v=CtDoOZmRCuQ

    Виртуальные туры продолжаются.

  • TOŞAYAD Başkanı Sayın Hasan AKAR.”BİR TURNA KUŞUSUN AY SONA”


    “Azerbaycan’da değerli kardeşim Sona Çerkez Hanım’a”

    Bir Turna kuşusun sen ay Sona
    Hazar’dan süzülüp geldin nazlıca
    Seherinen kanat çırpıp Çamlıbel’de
    Turna teli mi getirmişsin yoksa söyle
    Neçedir bu Azerbaycan aşkı böyle
    Biz de seni seviyoruz Bilgecan gibi
    Öyle kondun ki Yeşilırmak’ta yüreğimize

    Bilesin bu kardaşlık hiç bitmez
    Bu hasretimiz tükenmez ay Sona
    Selam olsun Tokat’ın dağlarından
    Koroğlu ,Eyvaz,Nigar’dan
    Sizin nevruz saklayan dağlarınıza
    Şiir olsun Çamlıbel’de açan çiçeklerim
    Söylensin azatlık türküsü Karabağ’da
    Bahtiyar’ca sizin yahşi yüreklerinize

    DOĞUM VE ANNELER GÜNÜN KUTLU OLSUN …AZERBAYCAN MARALI

  • TOŞAYAD Başkanı Sayın Hasan AKAR.”YANARDAĞ”

    Mavi gözlerimde artık yetim bir bulutsun,
    Saklan göklere dal ister yağ, istersen yağma,
    Sabahı bekleyen mahmur Güneşe umutsun
    Dağlar ardında kal ister ağ, istersen ağma.

    Nasıl yanardağdık kaç yıl sustuk, kaç yıl söndük,
    Dondu kaldı o lav yüreklerdeki o mağma ,
    Zirveye tırmandık sessizce bilmeden döndük,
    Beklerken bizi ay ister çağ, istersen çağma…

    9 Mayıs 2020

  • Xalq şairi Vahid ƏZİZ.Yeni şeirlər (III hissə)

    GƏL,SƏNİNLƏ RƏQS EDƏK…
    (içimdəki nəğmələrdən)

    Bura “Sevgi bağıdı”,
    yazın ipək çağıdı,
    a tənha bitən çiçək,
    gəl,səninlə rəqs edək,

    Gəl,səninlə rəqs edək;
    bir az qol-boyun olaq,
    bir az aralı qalaq,
    bir az da yallı gedək,

    Qaçma,qadanı alım,
    uçma,qurbanın olum,
    yallıdakı dəsmalım
    səndən olsun bir ləçək,

    Sənli “Sevgi bağında”
    mehman olmağı sevdim,
    şəbnəmə yanağında
    heyran olmağı sevdim,

    A tənha bitən çiçək,
    a heyran edən çiçək,
    bəlkə xoşuna gəldim-
    gəl,səninlə rəqs edək…

    BİLİRSƏN–BİZ KİMİN QONAQLARIYIQ?

    Səmanı qopmaqdan dağlar saxıayır,
    ağaclar tacından göydən asılır,
    ayağı–torpağa göyü bağlayir,
    dağlar qaçan yerdə yarğan qazılır,

    Ormanlar dünyanın donu,köynəyi,
    əynidə yudurdur,qurudub geyir,
    ütüsün çəkəni-mehi,küləyi,
    daşlar dəyirmanda buğdanı döyür,

    Məni daha açmır vaxtı zamanın,
    görən məndən qabaq nə cür keçirmiş?
    İnsan dəngəsini pozub dünyanın–
    dünya özü əkib,özü biçirmiş,

    Görən nəyimizə ümid bağladı?-
    çiçəklər bitirdi çəmənlərində,
    düna-adam bilib qonaq saxladı,
    bizsə oturmadıq qonaq yerində!

    Əsri başa vurar milyondan biri,
    erkən boxçamızı düyüb gedərik,
    dəmirdən bərk imiş dünyanın səbri,
    ağlımız kəsəni deyib gedərik,

    Bilirsən-necə də gözəldi dünya,
    bilirsən-biz kimin qonaqlarıyıq?
    binəva olduq ki,salmadı saya–
    sanır ki: “atılan dırnaqlarıyıq”…

  • Xalq şairi Vahid ƏZİZ.Yeni şeirlər (IV hissə)

    ÖMÜRDƏN…

    Hər kəslə bir cürə keçər bu oyun-
    çox da ömürdəndir,az da ömürdən,
    nə payız bezdirsin,nə yazdan doyun;
    payız da ömürdən,yaz da ömürdən,

    Sevgin-dərdlərimə dərman olacaq,
    sinəmə tel çəksən–kaman olacaq,
    sevməyi bacarsa-kamın alacaq
    oğlan da ömürdən,qız da ömürdən,

    Tumurcuq gül açar,qönçə qabarar,
    “Olumla”–“Ölümün” içində can var,
    hər biri payını alıb aparar–
    qərəz də ömürdən,naz da ömürdən,

    Ya göyə qaldırar,ya qəddin əyər
    insanın-insana verdiyi dəyər,
    nəşəsi gələndə dastanlar deyər-
    tütək də ömürdən,saz da ömürdən,

    Qalsa da yerində “yalla-üzəngi”
    köhlən atıb gedər yəhərdəkini,
    həyat qulağıma pıçıldadı ki:
    “İndi ki,gəlmisən,yaz da ömürdən”.

    Dağın,Vahid ƏZİZ,qarı da olsa,
    ağsaqqal ixtiyar,qarı da olsa,
    güllərdən bal çəkən arı da olsa-
    köç edən aparmaz toz da ömürdən,
    çöx da ömürdəndir,az da ömürdən…

    HAYIF…

    Səhər şəfəqiylə birgə oyanıb,
    səsini başına almışdı bülbül,
    sanki ümidlərin hamısı yanıb,
    bəxtin ümidinə qalmışdı bülbül.

    Bulvarın içiynən o yan bu yana
    gedirdi nizamsız insan axını,
    heç kəs boylanmadı eşq fəryadına,
    sanki səhər-səhər hamı karıdı.

    Nə bülbül bəxtəvər,nə də ki,çiçək-
    indi öz dərdinin yarıdı hamı,
    alovlar yandırmış ocaq daşıtək
    bülbül,qup-qurudu,qurudu hamı,

    Nəğmənin,çiçiyəyin gözəlliyindən
    xəbərsiz dünyaya gəlib gedərik,
    bülbülüm-sən məndən,mən də ki səndən-
    hayıf ki,xəbərsiz ölüb gedərik…

  • Azərbaycanlı şair Saqif QARATORPAQ.Yeni şeirlər (IV hissə)

    Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Hüseyn Arif” Ədəbi Məclisinin sədri

    Daha yadırğadım darıxmağı da,
    Ötənlər,keçənlər yadıma gəlmir.
    Kimsəsiz otaqda yanan tək şamam,
    Uçub pərvanələr oduma gəlmir.

    Elə unutmuşam gəldiyim yolu,
    Özüm də bilmirəm harda itmişəm.
    Yay günü səhrada azan bulağam,
    Yoxda üzə çıxıb,varda itmişəm.

    Payızdı…budaqdan son yarpaq düşür,
    Üşüyür yol üstə bir tənha qovaq.
    Qan sızan yaramı sarıyıb hər gün,
    Ürəklə davadan necə çıxım sağ?

    Qışqırsam,ünümü kimsə eşitməz,
    Heyif…öz səsində batıb admalar.
    Qarışıb başları çörəyə,suya…
    Elə ayaq üstə yatıb adamlar.

    Gözlərim yuxuya hələ girovdu,
    Hələ kipriymlə vaxtı sayıram.
    Gümüşü əqrəblər qaçır divarda,
    Dərdimi özümə pıçıldayıram…

    Sən özün bitməsən də,səni də bitirərlər,
    Pıçıldayıb deyərsən,bu da hər şeyin sonu.
    Ha isitsən əriməz saçlarına yağan qar,
    Ha hovxursan açılmaz sınıq qəlbinin donu.

    Unudulmuş sahilsən axşam qəribliyində,
    Bir sənsən,bir təkliyin…hamı getmiş evinə.
    Tərpəndikcə qanayır sinəndəki yaralar,
    Ayrılıq bıçaq kimi elə batır dərinə.

    Gecə saat üç olar,itirmisən huşunu…
    Oyanmısan,bir sənsən,bir də soyuq dörd divar.
    Əlinlə yoxlayarsan,yerindədir ürəyin,
    Bir də ölüm sükutu,bir də quduz ağrılar…

    Buza dönüb alnında puçurlayan soyuq tər,
    Heyin də yox, bir dəfə əllərinlə silməyə.
    Bir acı xatirənin payızında itmisən,
    Yol tapmırsan ömrünün baharına gəlməyə.

    Otaq yaman istidi,tərləyib pəncərələr…
    Açarsan,yazın ətri bihuş edir adamı.
    Sonra gedib çaydanı qoyarsan qazın üstə,
    Beləcə uzadarsan ömür adlı edamı…

  • Azərbaycanlı şair Saqif QARATORPAQ.Yeni şeirlər (III hissə)

    Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Hüseyn Arif” Ədəbi Məclisinin sədri

    Qoymadılar

    Mən bir səhər hamıdan çıxıb gedə bilərəm,
    Bir söz də söyləmərəm,qınamaram heç kimi.
    Nə varsa yaddaşımdan qazıyaram,silərəm,
    Səbrim yoxdu,dayanıb sınamaram heç kimi.

    Canım,vallah,yalandı şairlik də,filan da,
    Bax,hər gecə özümü ürəyimdən asıram.
    Bir əzabın odunda közərdirəm sözləri,
    Mən şeir ha yazmıram,sinəmə dağ basıram.

    Bilirəm,acizlikdi kimdənsə sevgi ummaq,
    Təbəssümlə,baxışla yalvarmaqdı kiməsə.
    Elə yanıb əllərim,uzatmağa qorxuram,
    Bir vaxt yaman düşmüşdüm bir dəlisov həvəsə…

    Qəm yemə,keçdi getdi…indi susuz səhrayam,
    Bir əlçim bulud tapım gözlərimi sıxmağa.
    Güclə sürüyüb gedir hərə öz şələsini,
    Axtarsan bir adam yox,kövrəlib darıxmağa.

    Zamanın qatarında kim yatmış,kim oyaqdı?!
    Kim var bircə gecəılik düşüb qonaq qalmağa?!
    Qoymadılar qayıdam bir gün uşaqlığıma,
    Qoymadıar məni də dönüb adam olmağa.

    Sənə sarı qaçsam da
    Yenə səndən uzağam.
    Hamı çoxdan böyüyüb,
    Mən hələ də uşağam.

    Ömrü yelə sovurdum,
    Saçımda tozu qaldı.
    Ö günlərdən içimdə
    Bir mələr quzu qaldı.

    Deyirsən,daha gecdi,
    Ötürmüşük zamanı.
    Sən də bir az ağıllan…
    Eh,məndə ağıl hanı?!

    Için-için sızlaram,
    Anam da yox,ovuda…
    Susuzam,əl açmışam
    Bircə əlçim buluda.

    Gecə keçdi…gəlmədin…
    Sarımadın yaramı.
    Hər yadına düşəndə
    Öpərsən bir misramı…

  • Kənan AYDINOĞLU.Seçmə şeirlər (I hissə)

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.

    BU SƏHƏR USTADIN RƏSMİNİ GÖRDÜM

    XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, o taylı, bu taylı şair Ustad Məhəmmədhüseyn Şəhriyara sevgi və sayqılarla!

    “Hələ “Heydərbaba” yaddaşımızda,
    Ustadın kəlməsi dilimizdədir”.
    Müəllif.

    Bu səhər ustadın rəsmini gördüm,
    Neyləyim, kövrəyəm gözlərim doldu.
    Yenə də Ustadı xatirələrdə,
    zaman-zaman anan sözlərim oldu.

    Şimallı-cənublu şairimizsən,
    İllərin həsrəti yorsa da, bizi.
    O tayda gözlərin dolduğu zaman,
    Həsrətlə yandırıb-yaxdın Təbrizi.

    Səhəndə yazdığın məktublar özü,
    Gözlərin həsrəti, qəlbin dağıdır.
    Ruhunun önündə əyilməyimiz,
    Bakının Təbrizlə görüş çağıdır.

    Analar anası Kövhək ananın,
    Ruhuna ehtiram bəslənməlidi.
    Daha o gözlərdən sevinc, nur yağır,
    Dünya harayına səslənməlidi.

    Yolunu gözləyir bu torpaq sənin


    XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şimallı-cənublu şairimiz Məhəmmədhüseyn Şəhriyarın ruhuna sevgi və sayqılarla!
     
    Bağlanan sərhədə dirəklər çəkmək,
    O tayın, bu tayın həsrəti oldu.
    Ustad Nizaminin böyük heykəli,
    Bir qəlbin bir qəlbə hörməti oldu.
     
    Üstündən nə qədər ötüşdü illər,
    Nə sözün kəsildi, nə də əsərin.
    Tökdü göz yaşını əsrlər boyu,
    Geniş xatirəli ayna Xəzərin.
     
    Tehran da, Təbriz də yanaşı durub,
    Yolunu gözləyir, yolunu, şair!
    O tay da, bu tay da unudarmı heç,
    Bir şair oğlunu, oğlunu, şair?!
     
    İnan ki, torpağın ehtiyacı var,
    Sənin tək alovlu yanar bir cana.
    Bəs niyə qayıdıb gəlmirsən, denən,
    “Şairlər torpağı Azərbaycana?!”.
     
    Gərək ki, şerinin hər bir kəsəri,
    Bir elin-obanın dağ-daşı olsun!
    Haraylı şeirin Kövkəb ananın,
    Yanaqdan süzülən göz yaşı olsun!



  • Kənan AYDINOĞLU.Seçmə şeirlər (II hissə)

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.


    NEÇƏ İLDİR HƏSRƏTİN YANDIRIR MƏNİ, ANA!

    Qubadlının erməni silahlı qüvvələri tərəfindən işğalının 20-ci il dönümünə.

    Neçə ildir həsrətin yandırır məni, Ana!
    Görə bölə bilmirəm, düzü, illərdi səni, Ana!
    Görəsən bu ayrılıq sona çatacaqmı bəs,
    Qürubda doğan günəş denən batacaqmı bəs?!
    Yenə ömür uzunu səni gözləyəcəyəm,
    Vaxtımı saya-saya həsrətə dözəcəyəm.
    Qanlı-qadalı günlər ömrümə dağ çəkibdi,
    Övladın AYDINOĞLU həsrətini çəkibdi.
    Yollarına boylanıb arayacam səni mən,
    Qubalı-Anam mənim, yoruldum gözləməkdən.
    Nə vaxt qayıdacaqsan Anam Azərbaycana,
    Nə vaxt boylanacaqsan Anam Azərbaycana?!
    Nə vaxt büsbütün səni görə biləcəyəm mən,
    Nə vaxt şəninə çələng hörə biləcəyəm mən?!
    Sanma sənsiz ayrılıq mənə asandı, Ana!
    Sanma sənsiz ayrılıq mənə asandı, Ana!

    Dünyadan böyükdür şairin dərdi

    Məndən soruşsalar, şairlik asan,
    Yoxsa ki, yığılan dərd qədərağır?!
    Duyub-anlamazsan, inan, a quzum,
    Şairin gözündən nə həsrət yağır.

    Əsrlər boyunca, tarix boyunca,
    Şairlər qələmin sınadı gəldi.
    Gözünə qəm-kədər ələnən zaman,
    Yenə cəmiyyəti qınadı gəldi.

    Axı o neyləsin ömrün mayası,
    Əzəldən xəbərsiz belə yoğrulmuş.
    Gülsə də, hər üzə körpələr kimi,-
    Qəlbində, könlündə kədər doğulmuş.

    Bulaq tək gözündə coşub-çağlayan,
    Nə Kürü, nə də ki Arazı qaldı.
    Gülməsə, üzünə bu ömür onun,
    Həyatın özündən narazı qalır.

    Onun da dərdini başa düşməli,
    Dünyada özünü özü axtarır.
    Baxışla qəlbləri ovsunlamayan,
    Qayğılı gözlərdə gözü axtarır.

    Tarixdə sınanmış bir həqiqətdir ki,
    Sevməsə, bir qıza salmaz meylini.
    Gah düşüb səhraya Məcnunlar kimi,
    Axtarır yenə də sadiq Leylini.

    Yaxşı ki, əzəldən coşan qəlbində,
    Nə dovşan, nə tülkü, nə də qurd qalmış.
    Dünyanın özündən dörd dəfə böyük,
    Bir şair dünyası bu gün yurd salmış.

    Şair ilhamının coşub-daşması,
    Şairin özünə yenə xoş xəbər.
    Dünyası qayıdıb gəlsə yanına,
    Dağılıb gedəcək gözündən kədər.

  • Azərbaycanlı gənc yazar Nemət TAHİR.Yeni şeirlər (IV hissə)

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ bürosunun rəhbəri

     İçimdən keçənlər…


    Nifrətin əli ilə,şərin özü ilə
    Boynunu vurmuşam parlaq günəşin
    Kainat mat qalıb özü-özlüyündə
    Məni illər boyu uşaq kimi aldadan
    Xoş gələcək arzusu ilə yaşadan
    Yalançı,fırıldaq ümidlərimi qəlbimdən
    qoparıb bir-bir boynunu vurdum edam kötüyündə.
    Acaq ürəyim soymadı,”insani”hisslərim,nəfsim doymadı
    Hamısın yığıb bir yerə onları dəfn elədim
    Keçmişimin dərinliyində…
    Şaxtalı bir qış gecəsi,vaxt dayanıb
    Göydə ay,uduzla da donub…
    Bu sükutu bircə pozan
    Döyünən,arsız ürəyimdi.
    Bircə anda dayanmayan xəyallarım,diləyimdi
    …Yaşamıram,mən yoxam,mən yoxluğam
    Bir günahkar ruh sürünür can yerinə
    Tikə-tikə doğrasanda heç nə çıxmaz
    Damarımda nifrət dolanır qan yerinə
    Unutmuşam kimliyimi,itirmişəm Tanrımı,inancımı…
    Söz deməyə haqqım,yaşamağa yerim yox…
    Aslı qaldım mən göylərin ətəyində.

                             Keçir

    Qəlbim ayrılıqdan eləyir fəryad

    İçimdən bir ümid ayrılıb köçür

    Hicranın alovu yandırır məni

    Dodağım gözümün yaşını içir

    Bu cür sədaqətlə gözlə yolumu

    İnsan nə əkirsə,onu da bicir

     Hayana getsən də,çıxma bu yoldan

    Sevginin yolları qəlbimdən keçir

     
                   MƏNƏ
    Gözümə göründü bir anlıq siman
    Həsrətin yarası  qövr etdi yenə
    Təkcə bu yaralı ürəyim deyil,
    Bütüncə varlığım həsrətdi  sənə
    Bürünsə də nura  bütün kainat
    Sənsizlik əbədi  zülmətdir  mənə
    Səndən ayrı  düşmək  unutmağı   yox,
    Uzaqdan  sevməyi   öyrətdi  mənə

    Qar çiçəkləri

       Doğmalar içində bir yadam mən.
    Sanki yaddan çıxıb,unudulub
    xatirə dəftərinin vərəqləri arasında
    qurumuş gül ləçəkləri…
        Dərdlərimi çətir etdim başıma.
    Döyəcləyir yaz yağışı.
    Öz əlimlə ağı qatdım aşıma.
    Məni tutdu çiçəkləmiş bir ağacın qarğışı.
    Yaralı budaqlar sərilib yerə,
    Əlimdə ağlayır nar çiçəkləri…
       Dua etdim üflədim ovuclarıma.
    Uça bilmədi…
    Arzularım,istəklərim,diləklərim
    qanadları islanmış may böcəkləri…
       Qar yağır varlığıma.
    Ruhumda fırtınalar,tufanlar
    İçimdə şaxta,sazaq.
    Ürəyim buz bağlamış bir qaya.
    Boynubükük ümidlərim günəşə boylanan
    qar çiçəkləri…

  • Azərbaycanlı gənc yazar Nemət TAHİR.Yeni şeirlər (III hissə)

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ bürosunun rəhbəri

    Gördüm


    Gecə kimi həsrət idi səhər
    Bu gün,nəhayət ki,mən yarı gördüm.
    Hələ küçələr də fəsli qış idi
    Onun gözlərində baharı gördüm

    Gözündən gözümə bir eşq boylandı.
    Qamarda qanım da donub dayandı.
    Qısqandım,ürəyim alışdı-yandı.
    Telini oxşayan rüzgarı gördüm

    Haqqın söylədiyin yazır qələmim
    Onunla bağlıdır sevincim qəmim
    Yolum gözləyir o gülzar mənim
    Yarımda vəfanı, ilqarı gördüm

    Göz yaddaşı

    Saçların tək uzun bir qış gecəsi 
    Qarşımda dəftərçə,əlimdə qələm
    Səni düşünürəm tənha otaqda
    Kaş xəyal da olsa yanına gələm 
    Rəsminə baxıram gözümü yumub
    Döyünmür ürəyim ,bir sükut çöküb
    Bu şəkli nə rəssam, nə fotoqraf
    Sevən gözlərimin yaddaşı çəkib

    Gözlərin dəniz

    Gözlərin dəniz, baxşın uçurum.
    Tut əlimdən,yıxılmaqdan qorxuram.
    Mən üzməyi bacarmıram,bilirsən.
    Gözlərində boğulmaqdan qorxuram.
    ………………………………………………….
    Xəzan fəsli gül olmaqdan qorxmuram.
    Eşq odunda kül olmaqdan qorxmuram.
    Torpaqlara gömülməkdən qorxmuram.
    Sənin üçün yox olmaqdan qorxuram.

    Gülüm….

    Bilsən ayrılıqdan nələr çəkmişəm?!
    Həsrətdən göylərə sovrulub külüm.
    Eşqim iddiamdır,şahidim cəfa
    Tanrıdan tək səni diləyir könlüm

    Pəncərəni açıq qoyub yatarsan
    Gələcəm səninlə dərdimi bölüm
    Ruhum qonağındır,yenə bu gecə
    Bu an əbədilik olsunmu, gülüm?

    Əllərin titrəyir,baxışlar ürkək
    Saçların gül qoxur,dodağın çiçək
    Mənimsə dodağım bal arısıtək
    Sənin dodağına qonsunmu gülüm?!




  • Şair-publisist Hikmət MƏLİKZADƏ.”İki şeytan, hərəsinin əlində bir süngü”

    This image has an empty alt attribute; its file name is 10291071_455253494660228_1338165152726257845_n-300x300.jpg

    Azərbaycan Yazıçılar Birliyinin üzvüAzərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü

    ***
    İki şeytan,
    hərəsinin əlində bir süngü
    oturub qabaq-qənşər
    nərd atır.
    Bir kişi də
    əllərinin qabarını deşə-deşə
    uşağının pul qabına dərd atır

  • Şair-publisist Hikmət MƏLİKZADƏ.”Ruhum perik düşmüş qayıq kimidi”

    This image has an empty alt attribute; its file name is 10291071_455253494660228_1338165152726257845_n-300x300.jpg

    Azərbaycan Yazıçılar Birliyinin üzvüAzərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü

    Ruhum perik düşmüş qayıq kimidi,
    Təlatüm anında limana gəlmir.
    Baxma, bir gecəlik Ay qədər şuxdur,
    Kölgəm təsbeh tutur, imana gəlmir.

    Adamlar, bilmirsən, kimə güvənir,
    Haqdan uzaq düşüb bəndə, dəli qız.
    At getsin bu şəkli yad adam bilib,
    Bir az ömür yaşa, sən də, dəli qız.

    Eh, məndən bir ovuc eşq umacaqdın,
    Gəlim, bu daş ömrün suvağını sal.
    Mən səndən iki yaş uşağam hələ,
    Mənim ad günümə duvağını sal.

  • Xalq şairi Vahid ƏZİZ.Yeni şeirlər (II hissə)

    BİLMİRƏM-NƏ CÜRƏ,AMMA BİR ZAMAN…

    Çoxdan eşitmişdim:”At da muraddı,
    səndən yayındısa,özgə yetəcək”,
    gördüm–neçəsini tərkindən atdı,
    eh,hələ o qədər yəhər tökəcək!

    Həyatım Şeytanın feli kimidir,
    pəl vuran Fələyin əli kimidir,
    məhəbbət ilanın dili kimidir–
    yollar ayrıldısa,zəhər tökəcək!

    Zərifdir,hər yetən gülə vurulmaz,
    könlüm tutduğundan,Vallah,qırılmaz,
    imanlı insanın gözü tutulmaz,
    xəbisin gözünü qəhər tökəcək,

    Gül,qurban olaram yadda saxlasan,
    ruhum havalanar sellər ağlasan,
    bil ki,məkanından nigaran olsam,
    dərdlərin üstümə şəhər tökəcək,

    Bu şənhər gəmilər çəkən bir liman,
    Xəzər ildən-ilə çirklənən ümman,
    bilmirəm-nə cürə,amma bir zaman,
    bizimlə hesabın Xəzər çəkəcək…

    DÜNYA YAMAN DƏYİŞİB…

    XƏBƏRDARLIQ…

    Dünya yaman dəyişib,
    tamam xarabı çıxıb,
    cıdırçı ata minib,
    sürəndə yabı çıxıb,

    Ya birtəhər dolanır,
    ya da baş girlədirik,
    yaman günlü adam çox,
    biz hələ şükürlüyük,

    Bir babat dolanırırıq,
    beş-üç ara qatan var,
    arada aldanırıq;
    “atanşik” var,atan var,

    Quldur var kisəsindən
    yüz dilənçi tökülər,
    sərvətindən fil çökər,
    dəvə beli bükülər,

    Burda qapıb-xaricdə
    kef çəkir,pul paylayır,
    Yurdunda dul analar
    min-min yetim saxlayır!

    Bu yetimlərin çoxu
    Şəhid balalarıdı,
    ay imanın itirmiş,
    Vətən övladlarıdı!!

    Nə olar,zaman keçər,
    yetimlər də böyüyər,
    (bircə qorxduğum budur)
    beş-on dəyyusa görə
    Yurdla haqq-hesab çəkər…

  • Xalq şairi Vahid ƏZİZ.Yeni şeirlər (I hissə)

    “VƏTƏN DƏRSLİYİ”…

    Məni heyran edir təzadlı həyat
    gülünə,barına,yağmurlarına,
    insana dünyayanı bəxş edib,rahat-
    buraxır nəfsinin ixtiyarına.

    Hər cürə canlı var dünya üzündə;
    yeriyən,sürünən,qanadı olan,
    enən,ucalan var xalqın gözündə,
    bir ömür yaşayan,əbədi qalan.

    Gödüm yaxşılığı,nöqsan,qələti,
    vaxtında gələni,gedəni bivaxt,
    “Bir Manat”-yoxsulu xoşbəxt elədi,
    “Milyonlar” acgözü elədi bədbaxt!

    Hər cürə iftira,böhtanlar,yalan;
    səbrimin kasası boşaldı,doldu,
    “Ata çörıyinə” həsrətli olan,
    çox vaxt çox yeyənnən qeyrətli oldu.

    “Vətən dərsliyində” nuru gözümün,
    amma,aldıqlarım saralıb-solmur,
    bir daha deyirəm: “Çünkü yetimin
    Vətəndən savayı heç kimi olmur!”

    Mərdi çala bilməz şər atan ilan,
    şöhrətlə,nəfsimin qulu olmadım,
    mən “Bircə Manatla” bəxtəvər olan,
    haram “Milyonlara” tamah salmadınm!!

    ÖMÜR…

    Danılmaz İlahi sirri deyilsə,
    möcüzə deyilsə,bəs nədir ömür?
    insan adam kimi yaşaya bilsə,
    bəlkə də yenidən verılər ömür.

    Təkrar qayıdırıq?,bəlkə bilmirik?
    torpaq buraxmırsa,həlbət-getmirik?
    bəlkə başqa canda,başqa bədəndə
    ruh tapıb yenidən dirilir ömür?

    Qayğılar içində nəğmələr deyir,
    sevincdən udqunur,qəhəri yeyir,
    elə ki,”mamaça” göbəyi düyür,
    beşıkdən tutaraq dirçəlir ömür.

    Anmyan aldanar min-bir çalara,
    ömrün iki rəngi-“ağ” ilə” qara”,
    o–baxır Dərgahda yazılanlara;
    ya “nökər”,ya da ki,”xan” gəlir ömür.

    Mən yaman gecikdim (nə işidirsə?)
    həyatdan almalı olduğum dərsə,
    “Sevgi tufanında” bəxti gətirsə,
    sakit bir limana yönəlir ömür.

    Salamat çıxarsan sel də aparsa-
    hələ getməyinə zaman qalarsa!
    hər kəsin səmada ulduzu varsa,
    bəlkə-yerə düşən kölgədir ömür?

    Yağmurlar,çiskinlər,qarlar,dumanlar,
    saxta yalvaranlar,imdad umanlar,
    bəlkələr,hədələr,şübhə-gumanlar…
    təpədən-dırnağa “Bəlkə?”-dir ömür.

    Vallah,səndə olan dözümə əhsən,
    gör-hələ bir kimnən yola getmisən?!
    “Hələlik”-söyləsəm sən nə deyərsən?
    zaman tamam olur,vaxt gəlir ömür…

  • Azərbaycanlı şair Əziz MUSA.”İstəsən”

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Bu ömür inan ki, sənsiz heç nədi,
    Sənsən həyatıma bal, şəkər qatan.
    Sənsiz dünya özü bir əfsanədi,
    Varmı gözəllikdə de sənə çatan.

    Sənsiz yaşamaram ürəyim mənim,
    Sənsən yeri, göyü sevdirən mənə,
    Başımın tacısan, nazlı mələyim,
    Gözəl günlər üçün borcluyam sənə.

    Sən mənə dünyanı vermisən canan,
    Günəşi, Ayı da nurladan sənsən,
    Ay gülüm, mən səni gördüyüm zaman,
    Elə bilirəm ki, cənnətdəyəm mən.

    Nə yaxşı bəxtimə düşmüsən mənim,
    Şükür bu qismətə, şükür bu paya.
    Sən varsan tay yoxdu başqa istəyim,
    Dəyər bir gülüşün bütün dünyaya.

    Ətirli gülümsən, qönçə çiçəyim,
    Ömrümün, günümün mənası sənsən.
    Bir şirin canım var, sevən ürəyim,
    Sənə qurbandılar, nə vaxt istəsən.

  • Azərbaycanlı şair Əziz MUSA.”Başımın tacısan”

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Mənim səndən özgə bir çiçəyim yox,
    Tanrının sevdiyi cənnət gülüsən,
    Səndən yaraşıqlı bir mələyim yox,
    Başımın tacısan, qiymətli ləlsən.

    Məni məst eyləyən gözünə qurban,
    İlahi verdiyi butamsan mənim.
    Sevgt bağçasında nazlanan ceyran,
    Səninlə bəzənib ümid çəmənim.

    Sənsiz gül-çiçəklər sevgi qoxumur,
    Sənsiz arzularım hələ qönçədir.
    Gül-çiçək görməsə, bülbül oxumuz,
    Ruhum çox kövrəkdi, qəlbim incədir.

    Sənsiz dünya-aləm gözümdən düşər,
    Günəşli könlümü bürümə çənə.
    “Can” sözü dilimdən ,sözümdən düşər,
    Vallah can atıram hər zaman sənə.

    Sən məni bağışla göz yaşlarıma,
    Məndən üz döndərib, dərdi qudurtma,
    Gətir ayı, günü baxışlarıma,
    Qönçə çiçəkləri vaxtsız qurutma.

    Yapış əllərimdən, qalxım ayağa,
    Qənirsiz gözəlsən, bənzərsiz mələk,
    Yaz gəlib, gül qonub, o gül yanağa,
    Eşqinlə döyünür sinəmdə ürək.

  • Azərbaycanlı gənc yazar Nemət TAHİR.Yeni şeirlər (IIhissə)

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ bürosunun rəhbəri

    Sevinc bizdən uzaq idi,
    Kədərin də üzü döndü.
    Bumeranqdır sanki həyat,
    Nə etdiksə,bizə döndü.

    Haqq yoluna üz qoyduq.
    Yaramıza duz qoyduq.
    Qəlbimizə buz qoyduq.
    Buz bir anda közə döndü.

    Günah da yük,savab da yük.
    Qələm balta,vərəq kötük.
    Günahları edam etdik.
    Savabımız sözə döndü.
    09.04.2020

    Elə bu axşam…..


    Gözlərimə işıq düşür,
    Zülmət çöküb daxilimə.
    Büvə düşmüş xalı kimi,
    Sökülürəm ilmə-ilmə

    Yaddaşımın çığırların
    İtirmişəm,ot basıbdır.
    Xəyallarım,arzularım
    Məni yolda azdırıbdır.

    Bu həsrətin qoxusu da,
    Çin çıxmayan yuxusu da
    Tək qalmağın qorxusu da
    Yalnızlıqdan dəhşətlidir.
                       

  • Azərbaycanlı gənc yazar Nemət TAHİR.Yeni şeirlər (I hissə)

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ bürosunun rəhbəri

    ★★★★★★★★★★★

    Axtarıram, tapammıram
    Dil ucunda söz kimiyəm. 
    Xatirələr pərən-pərən
    Alaq basmış iz kimiyəm. 

    Ay qəm-kədər ,yaxamdan düş. 
    Bütün bunlar sanki bir düş
    Ocağından ayrı düşmüş
    Öləzimiş köz kimiyəm

    ★★★★★★★★★★★

    Bilirsənmi dərd ortağım olandan,
    Çatlayıb ürəyimtək pəncərə də.
    Yarışır göz yaşımla yaz yağışı,
    İz buraxır yanağımda,pəncərədə.

    Xəyallar qoynunda elə yol gedir,
    Dünyanı dolaşır dolaşıq fikrim.
    Ancaq onu təqib edib izləməyə,
    Nə atım var,nə qanadım,nə yelkənim.

    Nəfs öldürüb insanlığı,sevgini,
    Göylərin fəryadı ürək dağlayır.
    Yağış deyil buludlardan süzülən,
    GÖZ YAŞIDIR,TANRI BİZİ AĞLAYIR!!!

  • Azərbaycanlı şairə Xəyalə SEVİL.”Bədənimdə meyit kimi uzanan”

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü

    Bədənimdə meyit kimi uzanan
    Ürəyimin ağrısı,
    Xoş gəldin.
    Gözümün qaçan yuxusu,
    Unudulmaq qorxusu,
    Yanağımın nəm torpaq qoxusu,
    Xoş gəldin.
    Məni ağrıdan ayrılıq
    Onu ağrıtmadısa,
    Əllərinin divarından
    Asmadısa, şəklimi,
    Nə sözü, nə məhəbbəti
    Özün doğrultmadısa,
    Heyf oldu!

  • Azərbaycanlı şairə Xəyalə SEVİL.”Köhnə yara sağalır”

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü

    Köhnə yara sağalır,
    Üstünü qaysaq tutub.
    Neçə ildi axtardığım sevgini
    Duyğularım
    Suç üstündə sağ tutub.
    Qəribə şeylər olur,
    İçimdə yaz havası.
    İndi kimin cəsarəti,
    İndi kimin hünəri var
    Bu havanı
    Ürəyimdən qovası?
    Həə, bir də, onu da deyim,
    Nə yerliyəm, nə qonağam.
    Qala bilsən, yurd yeriyəm,
    Köçərisən, köç məndən.
    Nə istəsən seç məndən.

  • Şəfa VƏLİYEVA.”Hekayəmiz bitirmi?” (Esse)

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    …1 sentyabr 1923-cü ildə gündüz saat 12:00-da Yaponiyada 8,3 bal gücündə zəlzələ baş verir. Bu dəhşətli təbii fəlakət tarixə Böyük Kanto zəlzələsi adıyla keçir. Çünki, zəlzələdən ən çox zərər çəkən ərazi Kanto vilayəti idi. Tokio və Yokohamanı yerlə-yeksan edən zəlzələdə, təxminən, 174 min adam ölür, 542 min nəfər itkin düşür…
    Təbii fəlakətin şahidi olan bir uşaq-sonradan şöhrəti dünyaya yayılan kinorejissor Akira Kurosava öz xatirələrində həmin dövrü belə xatırlayır: “Böyük Kanto zəlzələsi məni dəhşətə düşürmüşdü, həm də önəmli şeylər öyrətmişdi. Bu zəlzələ sayəsində təbiətin inanılmaz güclərini görməklə qalmamış, eyni zamanda, insanların inanılmaz şeylər edə biləcəklərinə şahid olmuşdum”. Ardnca da: “İnsanlar panikaya düşəndə məntiqlərini itirib əməlli-başlı axmaqlaşırlar…”-deyə yazan Kurosavanın dediklərini XXI əsrin 20-ci ilində siz də müşahidə etdinizmi? Qorxmayın, etiraf edə bilərsiniz…
    Koronavirusun dalğaları üfüqdə görünən kimi Yer sakinləri hamısı eyni cür panikaya düşdü; böyük ölkələrdə marketlərə hücumlar oldu, alış-veriş mərkəzlərində rəflər boşaldıldı. Bir qutu makaron üçün dalaşanları da gördük, iki qutu gigiyenik vasitə üçün intihara cəhd edəni də…
    Sonra, sözün əsl mənasında, maskarad başladı. Koronavirusun insanlığın məğlubiyyəti münasibətilə təşkil etdiyi bu maskaradda başına plastik su qabı keçirənlər də vardı, əleyhqaz taxanlar da… Hələ yanvarda qonşusuna keçən ilin dəbini geyindiyi üçün lağ eləyənin zibil torbalarına bürələnməyi isə koronavirusun sosiallığa çaldığı qələbənin rəmzi idi…
    Nənəmin bir sözü vardı: “Dünyanın düz vaxtı…” İndiyə qədər bu söz mənə adi deyim kimi gəlirdi. Amma, indi, dünyanın nahamar vaxtında dilimin əzbəri olub. Görüşməyə, bir fincan çay içib dərdləşməyə söz verdiklərimə də elə beləcə deyirəm: “Dünya düzələndə gələcəyəm…” Nə edəsən ki, dünyanı dağıtmaq insanın əlində olsa da, düzəltməkdə acizmiş…
    Bir də “koronalı günlərdə” darıxmaq var. O günü bir hekayə yazdım: “Epidemiyada darıxan qoca…” Cəmi 18 dəqiqəyə, birnəfəsə yazılan bu hekayənin son nöqtəsini qoyduqdan sonra, azı, yarım saat ağlamışam. Niyəmi? Çünki, o “əlahəzrət darıxmağa kəniz olan məndim”…
    İndi koronavirusu bütün təbii fəlakətlərlə eyniləşdirənlər də tapılır. “Filan ildə zəlzələ bu qədər can aldı”, “həmən vaxtı sunamidən nələr oldu” və sair və ilaxır… Hələ xərçəngin, diabetin, cinayətlərin aldığı canlarla koronaviruslu günləri müqayisə edənlər də var. Mən onların sözünü kəsməyə heç vaxt çalışmıram. Çünki, A.Kamyu “Taun” əsərindəki qoca gözətçinin diliylə o cavabı çoxdan aksioma çevirib: “Zəlzələ bir dəfə olur və qurtarıb gedir. Ölüləri-diriləri sayırlar, sonra söz-söhbət kəsilir. Amma, bu xəstəlik çox səfeh şeydir. Xəstəliyə yoluxmayanlar da xəstəliyi ürəklərində gəzdirir…”
    Xəstəliyi ürəyində gəzdirməyin ikinci adıdır darıxmaq… Əvvəllər aşiqi Qaf dağının o üzünə aşan məşuq ayrılıq yanğısıyla bayatı söylər, göz yaşları görünməsin deyə üzünə rübənd çəkər, əllərini solğun rəngdə xınalayardı… “Koronalı günlər”də bütün bu eşq simvolları da öz məzmununu dəyişdi. İndi ayrılıqlara səbəb Qaf dağı yox, divarlardı. Ayrı-ayrı otaqlarda karantinə salınanlar dastanlardakı o dağlar aşan ayrılıqları elə gözəl utandırırlar ki… Rübəndmi? Bir ətrafa baxın, eşiyə çıxa bilmirsiniz, pəncərəni açın və küçəyə boylanın. Tibbi maskalar da “koronalı günlər”in rübənd dəbidir. Əzablı ayrılıq və hüznlü darıxmaq yaşayanların xınası da əskik deyil-antiseptik vasitələr bütün qapıların ağzında hazırdı. İçəri girdinmi, xınalanmamış kimdi sənə əl uzadıb “xoş gəldin” deyən?!
    Koronavirus insanlığın “mən” mərkəzli yaşamına təbiətin harayı kimi də dəyərləndirilir. Biz dünyəvi arzularımıza tac taxıb ruhumuzun başına qoyduq, o da bumeranq effekti göstərib geri döndü, “taclı virus” kimi həyatımızın təhdidinə çevrildi…
    Ruhunu yazıya təslim edənlər də bu günləri nahamar yaşayırlar. Onlar da “dünyanın düz vaxtı”ndan mənən qopublar. Yeganə üstünlükləri yazdıqları hər cümləylə bu bağı yenidən qurmağa cəhd etmələridir. Düzdür, yazıçı Varis Yolcuyev bu günləri “yaradıcılığımızı dincə qoyduğumuz günlər” adlandırdı, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs “İndi bizim təklikdən təkliyə qapıldığımız günlərdir” dedi, amma “ 525-ci qəzet”in baş redaktoru Reshad Mecid ümidini üzmür: “Koronavirus bitsin, böyük dəyişikliklər olacaq”. Bu cümlədəki “bitsin” kəlməsini “bitdi” deyə oxumağı arzuladım. Bir də gördüm arzumun yolunu bir sarı yarpaq kəsib. Apreldə sarı yarpaq? Təəccübümün qulağını Rəşad Məcidin müsahibəsinə söykəyəndə eşitdiklərim sarı yarpağın sirrini çözdü: “…psixoloji durumuna görə unutqan olan insan bunları da unudacaq”.
    Unudacağıqmı? Əlibala Hacızadənin o məhşur əsərindəki şeir kimi:

    Unudulmaq yaman dərddi,
    Gülüm, başına gəlməsin…

    Unudulmaqdan bu qədər qorxan insanın unutmağı könlünə peşə seçməsi də həyatın savab-günah təzadının paralelliyidir…
    Atatürk Mərkəzinin şöbə müdiri, şair Ekber Qoşalı “koronalı günlər”də kitabxanasına baş çəkdi, unudulmuş kitabları sevindirdi, yaddaşının xatirə küncünün tozunu aldı. “Şairin ilk kitabı” seriyasından tutmuş, bir çox dəyərli kitabların şəkillərini çəkib paylaşdı. Onun bu paylaşımları çoxlarını (çoxumuzu) xatirələrin Zümrüd quşunun qanadlarına yük elədi, illərin o tayındakı xatirə bulaqlarına “susuz aparıb susuz gətirdi…” Üstəlik, “Karantin günlərinin iki şeiri”ni yazdı, bizə-onu özünə Ustad sananlara karantin günlərində necə davranmaq barədə maarifləndirici yazılar ünvanladı…
    “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan isə ümidini könlünü verdiyi ədəbiyyata bağladı. “Koronavirus:bəşəriyyətin qorxu çağı” adlı essesində yazdı: “Sənət, ədəbiyyat dünyanın ən qaranlıq çağlarında belə, günəşi qoruyub saxlamağa yardım etdi…”
    Shahane Müşfiqin karantində xoşbəxtliyə yeni anlamlar axtardığı, Gülnar Səmanın arxasını kitab rəfinə söykəyib şeir oxuduğu, Serdar Aminin dünya şöhrətli filmlərə yeni rakursdan baxdığı bir vaxtda anam Güldərən Vəli də darıxdı, özünə facebook səhifəsi açdı və ilk paylaşımı “O Ulu Göyçəmə dönərik dedim” şeiri oldu. Görünür, anam da koronavirusdan xoflanıb, “boyat dərdi”nin üstünə bir ovuc göz yaşı çiləyib ki, yumşalsın…
    Son günlərdə internetdə ən çox axtarılan və oxunan kitablar siyahısına Silviya Brownun “Kəhanətlər” kitabı da daxil oldu. İddia olunur ki, hələ 15 il əvvəl bu kitabda koronavirus haqqında yazılıb. Həmin kitabda müəllifin qəşəng bir sözü var: “Bilgi gücdür”… Bəs insanın bilgisi, elmi niyə məhz bu günlərdə onun gücünə çevrilib koronavirusa qələbə çalmağına vəsilə olmur? Bu suala güvənərək koronavirusun bəşəriyyəti təhdid etdiyi günlərdə günahı elmdə görənlər də az deyil. Öyrənmək arzu yox, instinktdirsə, insanoğlu günahkardırmı? Yaxud, əksinə, o, öz öyrənmək arzusundan əl çəkməlidirmi? Nəyin xətrinə? Əvvəllər bu sualların qarşısında cəsarətiylə dayanan insanoğlu indi həmin cəsarətinə söykənib bildiyi sözlərdən nida cümləsi qura bilirmi? Bu suallarla baş-başa qalanda yazdıqlarımızın özəyinə-özümüzün hekayəsinə çevrilirik. Hər gün eşitdiyimiz ölüm xəbərləri düşüncəmizdə düyünə çevrilir və biz bu düyünü açmaqçün güzgülərə deyil, ovuclarımızın içindəki göz yaşına üz tuturuq. Orda qırışmış alnımıza baxa-baxa inildəyirik: “Hekayəmiz bitirmi?”
    Bu məqamda Silviya Brownun xoşuma gələn bir sözünü də xatırlayıram: “Zamana çox bağlıyıq”. Nə olar, təki olsun, təki ruhumuzu dünyaya bağlayan bütün bağların qopduğu məqamda, heç olmasa, zamana bağlı qalaq. Kim bilir, bəlkə elə zaman öz “sabah” adlı paraqrafında bizə söyləyəcək: “…davam edir… İnsanlığın yeni hekayəsi növbəti səhifədə…”

    Şəfa Vəli ( may, 2020)

  • Şəfa EYVAZ.”Öncə sevgi gəlir”

    Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Məsul katibi

    ***
    Öncə sevgi gəlir
    Söyləyə bilmirsən
    Qalır dillə dodaq arasında.
    Sonra ayrılıq gəlir
    Zamansız bir vaxtda
    İki daşın arasında.
    Daha sonra ölüm gəlir
    Bir göz qırpımında
    Qaşla gözün arasında.

  • Yağmur ƏSMƏRSOY.”O, gündən küləklər bir başqa əsdi”

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Bakı Bürosunun Rəhbəri

    O, gündən küləklər bir başqa əsdi,
    Bir başqa döyüldü qapım o gündən.
    Oyandım səhərin onun da durdum
    Quruca sağ olsuz çıxıb gedəndən.

    Otağım eləcə tökülüb qalıb,
    Qab-qacaq, üst üstə yığıldı qaldı.
    Tor basdı pəncərəm it günə düşdü.
    Divarda saatın onu sualdı,

    Bu da ki, dünəndən qalma yeməkdi,
    Çörək də küflənib iylənib qalıb.
    Çay desən dünəndən dəmlədiyimdi,
    Bu da ki, özü bir gəlmə deməkdi.

    10.mayıs 2020

  • Yağmur ƏSMƏRSOY.”Durnalar köç etdi, qayıtdı gəldi”

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Bakı Bürosunun Rəhbəri

    Durnalar köç etdi, qayıtdı gəldi,
    Qəlbimin o bahar həsrəti qaldı.
    Öldürsən, parçala vətənsiz heçəm,
    O, taydan üstümə uzanan əldi.
    Tutsam istisinə isinən mənəm!

    Mayıs 2020

  • Sevinc Ağa Xəlilqızı (Basqallı) Ulu öndərə həsr etdiyi “Ucadan-ucasan, ey bəşər oğlu!” şeirini oxuculara təqdim etdi

    Sevinc Ağa Xəlilqızı (Basqallı) Ulu öndərə həsr etdiyi “Ucadan-ucasan, ey bəşər oğlu!” şeirini oxuculara təqdim etdi

     

    Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, yazıçı-publisist, şairə Sevinc Ağa Xəlilqızı (Basqallı) Ulu öndərə həsr etdiyi yeni şeirini oxuculara təqdim etdi.

             Müəllifin  bütün həyatını doğma xalqına həsr edən, milli dövlətçiliyin əsasını qoyan  dahi lider Heydər Əliyevə həsr etdiyi “Ucadan-ucasan, ey bəşər oğlu!” adlanan  bu şeiri fenomen insana olan sevginin bariz nümunəsidir. Şairə şeirində  hər zaman oz xalqının qəlbində yaşayaraq əbədi yer tutmuş bu müdrik insanla qürür duyduğunu vurğulayır və Azərbaycan xalqının onunla fəxr etdiyini söyləyir.

     

    Ucadan-ucasan, ey bəşər oğlu!

    Vətənin daşına, torpağına qurban,

    Anamın saçının ağına qurban,

    Səni yetişdirdi bu Ana Torpaq.

    Bəslədi boynunda həzin nəğmə tək

    Gələcək qələbələrlə səslədi  Vətən.

    Hər an bu arzu, ümid, istək-dilək.

    Poladdan mətin, vüqarlı oğul!

    Vətəni sevirdin, böyük qəlbində.

    Ona bağlanmışdın canı-könüldən.

    Elin sevimlisi, Heydər oğlusan.

    Xalqın heyrandır qüdrətinə də.

    Dahi siyasətçi, o müdrik insan!

    Fəxrlə çəkilir dünyada adın.

    Çağırdın birliyə bütün elləri,

    Yumruq tək birləşdi xalqın da sənin,

    Yetişdin pənahına hər zaman onun.

    Səninlə fəxr edir, uca adınla

    Qarşında baş əyir, millətin-elin.

    Azərbaycan adlı məmləkətin

    Adına şeirlər, dastanlar, nəğmələr bəstələnir.

    Ey Azərbaycanın, Ulu Öndər oğlu!

    Tarixlərə, əsrə, haray salan oğulsan!

    Ucadan-ucasan, ey bəşər oğlu!!!

                                                                                 10 may 2020-ci il

  • Kitabxana virtual oxuculara “Azərbaycanım” adlı videoçarxı təqdim edir

    Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri, şairə-publisist,  AYB-nin və AJB-nin üzvü, “Qızıl Qələm” media mükafatçısı, BMT yanında Ümumdünya Sülh Federasiyasının “Sülh səfiri” mükafatı laureatı, “Vedibasar” qəzetinin redaktoru Nəsibə İsrafilqızının qələmə aldığı “Azərbaycanım” şeiri videoçarx formasında izləyicilərə təqdim olunur.

             Azərbaycanın müxtəlif zonalarına aid rəngarəng fotolar sistemli formada  toplanaraq videoçarx şəklində hazırlanmış və videoçarx Nəsibə İsrafilqızının şeirinin Müşfiqə Baladdinqızının ifasında səslənir.

    Azərbaycan ruhunu özündə əks etdirən videoçarx aşağıdakı linkdə verilib.

    https://www.youtube.com/watch?v=VZooVGpBMpo
  • Ulu öndərə ithaf edilir

    Bu gün Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Həydər Əliyevin anadan olmasının 97-ci il dönümüdür. Ümummilli liderimizin ölməz ideyaları Azərbaycanın inkişaf strategiyasını müəyyənləşdirmişdir və həmin strategiyanın ardıcıl həyata keçirilməsi bu gün də ölkəmizi sürətlə irəli aparır. Vaxtilə onun cəsarət və uzaqgörənliklə həyata keçirdiyi islahatlar olmasaydı, Azərbaycanın indiki inkişaf səviyyəsi ancaq xəyal olaraq qala bilərdi. 

    Bakı şəhər Mədəniyyət Baş İdarəsi ulu öndər Həydər Əliyevin anadan olmasının 97-ci il dönümünə həsr olunmuş ədəbi-bədii kompozisiya hazırlayıb. Kompozisiya videoçarxda əks olunub.

    Kompozisiyada tanınmış sənət  ustalarının və mədəniyyət xadımlərinin  ifasında Ulu öndərə həsr edilmiş şeirlərdən parçalar səsləndirilib.

    Şeirlərdən parçalar Azərbaycanın görkəmli teatr və kino aktyoru,  xalq artisti   Nurəddin Mehdixanlı, xalq artisti  Məleykə Əsədova, əməkdar artist Fuad İbrahimov, görkəmli tarzən, xalq artisti Ramiz Quliyev, əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu, əməkdar artist Turan Manafzadə, xanəndə, muğam ifaçısı, xalq artisti  Mələkxanım Əyyubova, xanəndə, xalq artisti  Mənsum İbrahimov, əməkdar artist  Azad Şükürün ifasinda səsləndirilib.

    Videoçarx ______________ linkdə yerləşdirilib.

  • 10 may-Azərbaycan xalqının ümummilli lideri, görkəmli ictimai-siyasi xadim, dahi şəxsiyyət Heydər Əliyevin anım günüdü

    Həyatı[redaktə | əsas redaktə]

    Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində dəmiryolçu ailəsində dünyaya gəlmişdir.[9] 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsində təhsil almışdır. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməmişdir.[10]

    Heydər Əliyev gəncliyində

    Heydər Əliyev 19411944-cü illərdə Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində müxtəlif məsul vəzifələrdə xidmət etmiş,[11]1944-cü ilin mayında isə Naxçıvan Vilayət Partiya Komitəsi tərəfindən dövlət təhlükəsizliyi orqanlarına işə göndərilmişdir.[12] O, Leninqrad (indiki Sankt-Peterburq) və Moskva şəhərlərində xüsusi ali təhsil almış, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. Dövlət təhlükəsizliyi orqanlarında iyirmi beş il (1944-1969) çalışan Heydər Əliyev 1964-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildə isə sədri vəzifəsinə irəli çəkilmişdir.[12][13] H.Əliyevə 1967-ci ildə SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi tərəfindən general-mayor rütbəsi verilmişdir.[14]

    Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il 14 iyul tarixli plenumunda 46 yaşlı Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçilərək 1982-ci ilə qədər Azərbaycan SSR-ə rəhbərlik etmişdir.[15] Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə (1969-1982) idarəçiliyin möhkəmlənməsi, kadrlara qarşı tələbkarlığın artırılması nəticəsində iqtisadi-sosial sahədə böyük nailiyyətlər əldə edildi.[16] 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş və SSRİ-nin rəhbərlərindən biri olmuşdur.[17]

    Heydər Əliyev SSRİ Ali Sovetinin (8, 9, 10 və 11-ci çağırışlar) deputatı,[18] 9-cu çağırış SSRİ Ali Soveti İttifaq Sovetinin sədr müavini (1974-1979), RSFSR Ali Sovetinin deputatı (XI çağırış, 1985),[19] Azərbaycan SSR Ali Sovetinin (7, 8, 9, 10 və 12-ci çağırışlar) deputatı və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvü (8, 9 və 10-cu çağırışlar) olmuşdur.[20][21]

    Sov.İKP MK-nın 1987-ci il oktyabr plenumunda Heydər Əliyev Sov.İKP MK Siyasi Bürosunun üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən öz ərizəsi ilə istefa verdi.[22]

    Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün (21 yanvar, 1990-cı il) Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir.[10]

    1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin sədr müavini olmuş, Ali Sovetin sessiyalarında fəal iştirak etmişdir.[23] Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilmişdir.[24]

    Azərbaycan xalqı 1993-cü ilin may-iyununda Gəncə şəhərində Sürət Hüseynovun başçılığı ilə prezident Əbülfəz Elçibəyə qarşı Gəncə qiyamı qaldırılması ilə ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Heydər Əliyevin hakimiyyətə gətirilməsi ilə ayağa qalxdı, bu, əsl mənada, milli hərəkata çevrildi, Azərbaycanın o zamankı dövlət başçıları onu rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyunun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.[25]

    1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Onun Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr[26] və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin[27] qarşısı alındı, dövlət müstəqilliyi qorunub saxlandı, silahlı yolla hakimiyyətə gəlmək cəhdlərinə son qoyuldu.[28]

    1994-cü il sentyabrın 20-də Bakıda “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi” haqqında dünyanın 11 ən iri neft şirkəti ilə Əsrin Müqaviləsi imzalandı.

    Heydər Əliyevin prezidentliyi zamanında milli ordu quruculuğunda ciddi dəyişikliklər başladı. Təcavüzkar silahlı qüvvələrinin Azərbaycan ərazisindəki azğınlıqlarının qarşısı alındı, qəddar düşmənə əks-zərbələr endirildi və 1994-cü ilin mayında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ilk mərhələ kimi cəbhə xəttində atəşkəs elan edilməsinə nail olundu.[28]

    1995-ci ilin noyabrında referendum yolu ilə Azərbaycan Respublikasının ümumbəşəri demokratik dəyərləri özündə əks etdirən Konstitusiyasının qəbul edilməsi, 1995 və 2000-ci illərdə çoxpartiyalılıq əsasında demokratik parlament seçkilərinin keçirilməsi, Konstitusiya məhkəməsinin fəaliyyətə başlaması, Azərbaycanda ölüm cəzasının ləğv olunması, “Bələdiyyə seçkiləri haqqında qanun”un və bir sıra digər qanunların qəbulu və əməli surətdə həyata keçirilməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır.[29]

    Heydər Əliyev 1998-ci il oktyabrın 11-də xalqın yüksək siyasi fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.[30]

    Heydər Əliyev 15 may 2001-ci il tarixli fərmanı ilə EA-ya Azərbaycan Milli Elmlər Akademiyası statusu vermiş, beləliklə bu nəhəng elm təşkilatının Azərbaycan xalqı qarşısındakı xidmətlərini və akademik elmin ölkənin inkişafının əsas təminatçılarından olduğu faktını bir daha yüksək səviyyədə təsdiqləmişdir.[30] Heydər Əlyevin təşəbbüsü, bilavasitə rəhbərliyi ilə 2001-ci il noyabrın 9-10-da Dünya Azərbaycanlılarının Bakıda keçirilən I qurultayı Azərbaycan diasporunun fəaliyyətinin yaxşılaşdırılması və gücləndirilməsi sahəsində çox dəyərli tarixi qərarlar qəbul etmişdir.

    2003-cü ilin prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina etmiş və öz namizədliyini İlham Əliyevin xeyrinə geri götürmüşdü.[31][32]

    Azərbaycanın ümummilli lideri Heydər Əliyev 2003-cü il dekabrın 12-də müalicə olunduğu Klivlend Klinikasında (ABŞ) vəfat etmiş, dekabrın 15-də Bakıda I Fəxri Xiyabanda dəfn olunmuşdur.[33]

    Mükafatları, təltifləri və fəxri adları[redaktə | əsas redaktə]

    SSRİ dövrü[redaktə | əsas redaktə]

    İkiqat Sosialist Əməyi Qəhrəmanı Heydər Əliyev

    1. “1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” medalı — 1945
    2. “1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə” medalı — 1945
    3. “Sovet Ordu və Donanmasının 30 illiyi” yubiley medalı — 1948[34]
    4. “Əmək igidliyinə görə” medalı — 1949[35][36]
    5. “Döyüş xidmətlərinə görə” medalı — 1954[37]
    6. “SSRİ Silahlı Qüvvələrinin 40 illiyi” yubiley medalı — 1957
    7. II dərəcə “Nümunəvi xidmətə görə” medalı — 1959
    8. “DTK-nın fəxri əməkdaşı” nişanı — 1960
    9. “Qırmızı Ulduz” ordeni — 1962[14][38][39]
    10. Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı — 1964
    11. I dərəcə “Nümunəvi xidmətə görə” medalı — 1964
    12. “1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi” yubiley medalı — 1965
    13. “Sovet milislərinin 50 illiyi” yubiley medalı — 1967
    14. “ÜFK-DTK-nın 50 illiyi” nişanı — 1967
    15. “SSRİ Silahlı Qüvvələrinin 50 illiyi” yubiley medalı — 1967 prezident HEYDER ELIYEV
    16. “SSRİ Sərhəd Qoşunlarının 50 illiyi” yubiley nişanı — 1968
    17. Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı — 1970
    18. 5 dəfə Lenin ordeni (1971, 1973, 1976, 1979, 1983)[40]
    19. “1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi” yubiley medalı — 1975
    20. “SSRİ Silahlı Qüvvələrinin 60 illiyi” yubiley medalı — 1978
    21. İki dəfə Sosialist Əməyi Qəhrəmanı (1979, 1983)
    22. “Oktyabr İnqilabı” ordeni — 1982
    23. Sov.İKP MK-nın “Политическое самообразование” jurnalı redaksiya heyətinin Fəxri Fərmanı — 1982
    24. “Kiyevin 1500 illik xatirəsinə” medalı — 1982
    25. “Georgi Dimitrovun anadan olmasının 100 illiyi” yubiley medalı — 1982[41]
    26. Georgi Dimitrov ordeni — 1983[42]
    27. “Komsomolsk-Amurun 50 illiyi” yubiley nişanı — 1984
    28. ÜİLKGİ MK-nın “60 il V.İ.Leninin adı ilə” fəxri nişanı — 1984
    29. “Qırğızıstan SSR-in və Qırğızıstan Kommunist Partiyasının 60 illiyi” xatirə medalı — 1984
    30. “25 il Patris Lumumba adına Xalqlar Dostluğu Universiteti” medalı — 1985
    31. “1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi” yubiley medalı — 1985
    32. I dərəcəli Vətən Müharibəsi Ordeni — 1985[43][44]
    33. “SSRİ Silahlı Qüvvələrinin 70 illiyi” yubiley medalı — 1988

    Müstəqillik dövrü[redaktə | əsas redaktə]

    1. Tbilisi Dövlət Universitetinin fəxri doktoru — 1996[45]
    2. Kiyev şəhərinin fəxri qonağı — 1997[46]
    3. Türkiyə-Azərbaycan Dostluğu Vəqfinin fəxri sədri — 1997
    4. Hyuston-Bakı Assosiasiyasının fəxri üzvü — 1997
    5. Amerika-Avrasiya Sənaye-Ticarət Palatasının “1997-ci ilin adamı” mükafatı — 1997
    6. Milli Olimpiya Komitələri Assosiasiyasının “Ləyaqət” mükafatı — 1997
    7. “Ankara iş qadınları” cəmiyyətinin “1997-ci ilin görkəmli dövlət adamı” mükafatı — 1997
    8. “Ankara iş qadınları” cəmiyyətinin “1998-ci ilin dövlət adamı” mükafatı — 1998[47]
    9. “Ankara iş qadınları” cəmiyyətinin “2001-ci ilin müdrik dövlət adamı” mükafatı — 2001
    10. “Ankara iş qadınları” cəmiyyətinin “2002-ci ilin dövlət adamı” mükafatı — 2002[48]
    11. Kırkpınar yağlı güləş yarışlarının “Baş Ağası” — 1998[49]
    12. Qars şəhər bələdiyyəsinin “1997-ci ilin insan haqları” mükafatı — 1998[50]
    13. Türk Sənayeçiləri və İş adamları vəqfinin “İlin dövlət adamı” mükafatı — 1998[51]
    14. Türk Sənayeçiləri və İş adamları vəqfinin “İlin dövlət adamı” mükafatı — 1999
    15. Türk Sənayeçiləri və İş adamları vəqfinin “Üstün xidmət və başarı mükafatı” — 2002[52]
    16. Türk Sənayeçiləri və İş adamları vəqfinin fəxri sədri — 2002
    17. Türk Dünyası Yazıçılar və Sənətçilər Vəqfinin[53] “Türk dünyasına xidmət” mükafatı[54] — 1998[55]
    18. Türk Dünyası Yazıçılar və Sənətçilər Vəqfinin “Türk dünyasının 2001-ci il xüsusi mükafatı” — 2002[52]
    19. Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü — 1998
    20. Rusiyanın Saratov vilayətindəki “Yurd” Cəmiyyətinin fəxri üzvü — 1998[56]
    21. Türkiyə Qəzetəçilər və Yazarlar Vəqfinin “Beynəlxalq türk dünyası qohum millətlərin yaxınlaşması mükafatı” — 1998
    22. Türkiyə Qəzetəçilər və Yazarlar Vəqfinin “Türk dünyası qardaşlıq və dostluq mükafatı” — 2000
    23. Türkiyənin Bayburt diyarının “Dədə Qorqud” mükafatı — 1998[57]
    24. Türkiyənin İzmir şəhərinin Qarşıyaka bələdiyyəsinin “İnsan haqları” beynəlxalq mükafatı — 1998[57][58]
    25. Türkiyənin İpək Yolu Vaqfının fəxri üzvü və mükafatı — 1998[57]
    26. Türkiyənin İpək Yolu Vaqfının 1998-ci il “Böyük lider” mükafatı və vəqfin fəxri sədri — 1999
    27. Türkiyənin İpək Yolu Vaqfının ” 1999-cu ilin dövlət adamı” mükafatı — 2000
    28. Türkiyənin İpək Yolu Vaqfının “2001-ci ilin dövlət adamı” mükafatı — 2001
    29. Türkiyənin İpək Yolu Vaqfının “2002-ci ilin siyasət adamı” mükafatı — 2003
    30. Türkiyənin “Siyasət” jurnalının “İlin şərəf mükafatı” — 1998
    31. Türkiyənin “Siyasət” jurnalının “İlin dövlət adamı mükafatı” — 2003[59]
    32. Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin fəxri sədri — 1998
    33. Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin “Günümüzün ən dözümlü adamı” mükafatı — 1999
    34. Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin 2002-ci ilin “Baş müəllim Atatürk” mükafatı — 2002
    35. Beynəlxalq Bioqrafiya Mərkəzinin (İngiltərəKembric) “Dünyanın XX əsrdə görkəmli xadimi” mükafatı — 1999[60]
    36. Azərbaycan Respublikası Əsilzadələr Məclisinin 1 nömrəli şəhadətnaməsi — 1999
    37. İ.Y.Yakovlev adına Ümumçuvaşiya Milli Mükafatı — 2000
    38. Rusiya Kinematoqrafiya Sənəti Akademiyasının “Nika” mükafatı — 2000
    39. Beynəlxalq Həvəskar Boks Assosiasiyasının fəxri mükafatı — 2001
    40. “Ruh” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin “Jurnalistlərin dostu” mükafatı — 2002[61]
    41. “Rusiyanın Milli Şöhrəti Mərkəzi”nin “Sivilizasiyaların dialoqu” beynəlxalq Andrey Pervozvannı mükafatı — 2002[62]
    42. Avrasiya teleforumunun mükafatı və diplomu — 2002
    43. Türkiyənin “Samanyolu” televiziya kanalının “Medianın dostu” mükafatı — 2002[63]
    44. Məmməd Araz mükafatı — 2003
    45. Türkiyənin “Zaman” qəzetinin “Avrasiyada sülh və dialoq” beynəlxalq mükafatı — 2003
    46. Moskva Hüquq Akademiyasının fəxri doktoru — 1997[64]
    47. İzmir şəhərindəki “Doqquz Eylül” Universitetinin fəxri doktoru — 1997[65]
    48. İstanbul şəhərindəki “Fatih” Universitetinin fəxri doktoru — 1997[66]
    49. Əl-Fərabi adına Qazax Milli Dövlət Universitetinin fəxri doktoru — 1997[67]
    50. Daşkənd Dövlət Universitetinin fəxri doktoru — 1997[68]
    51. Türkiyə Respublikasının ən yüksək mükafatı — “Dövlət nişanı” — 1997[69][70]
    52. Ukraynanın ali mükafatı “Yaroslav Mudrı” ordeni — 1997[71]
    53. İzmir şəhərindəki Egey Universitetinin fəxri doktoru — 1998
    54. Atatürk adına Ərzurum Universitetinin fəxri doktoru — 1998[72]
    55. İsgəndərin şəhərindəki Universitetin fəxri doktoru — 1999
    56. İsparta Universitetinin fəxri doktoru — 1999[73]
    57. Beynəlxalq Kadr Akademiyasının “Elm və təhsilin inkişafına görə” beynəlxalq ordeni — 1998[74]
    58. Türkiyənin ən nüfuzlu mükafatı “Atatürk Beynəlxalq Sülh Mükafatı” — 1999
    59. Osmanqazi Universitetinin fəxri doktoru — 2000
    60. Rusiya Rəssamlıq Akademiyasının “Ləyaqət” qızıl medalı — 2000
    61. Ankara Universitetinin fəxri doktoru — 2001[75]
    62. Beynəlxalq Mühəndislik Akademiyasının “Böyük qızıl medalı” — 2001
    63. Ukraynanın “Qızıl tale” Beynəlxalq Açıq Məşhurluq Reytinqinin “Qloriya Populi” qızıl ulduzu — 2001[76]
    64. Rus Pravoslav Kilsəsinin (RPK) I dərəcəli “Müqəddəs mömin Moskva knyazı Daniil” ordeni — 2001[77]
    65. Gürcüstanın ali mükafatı — “Qızıl runo” ordeni — 2001[78]
    66. Bursa şəhərindəki Uludağ Universitetinin fəxri doktoru — 2002
    67. Beynəlxalq Elmlər Akademiyasının fəxri akademiki — 2002
    68. Qars şəhərindəki Qafqaz Universitetinin fəxri doktoru — 2002
    69. Beynəlxalq Üzümçülük və Şərabçılıq Akademiyasının fəxri üzvü — 2002
    70. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun fəxri doktoru — 2002
    71. Kırıkqala Universitetinin fəxri doktoru — 2003
    72. Rusiya Federasiyasının Təhlükəsizlik, Müdafiə və Hüquq Qaydası Problemləri Akademiyasının professoru və həqiqi üzvü, Y.V.Andropov adına mükafat — 2003[79]
    73. ABŞ-ın Linkoln Universitetinin fəxri doktoru — 2003[80]
    74. Ukrayna Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının fəxri doktoru — 2003[81]
    75. Avropa Güləş Federasiyasının “Qızıl boyunbağı” fərqlənmə nişanı — 2002[82]
    76. Beynəlxalq İhsan Doğramacı Fondunun qızıl medalı — 2002[52]
    77. Fransa Respublikasının “Fəxri Legion” ordeninin Böyük Xaçı — 2003[83]
    78. Rusiyanın ən yüksək mükafatı — “Müqəddəs Apostol Andrey Pervozvannı” ordeni — 2003[84]
    79. Uşaq Fondları Beynəlxalq Assosiasiyasının Lev Tolstoy adına beynəlxalq qızıl medalı — 2003[85]
    80. Ukraynanın mədəniyyət ictimaiyyətinin “Şərəf”‘ ordeni — 2003[86]
    81. Ankara şəhərindəki Hacəttəpə Universitetinin fəxri doktoru — 1994[87]
    82. Bakı Dövlət Universitetinin fəxri doktoru — 2000
    83. Moskva Dövlət Universitetinin fəxri professoru — 2002[88]
    84. Texas ştatının fəxri vətəndaşı — 1997
    85. Türkiyənin “Nərgiz TV” kanalının 1997-ci il üçün “Dünyada ilin adamı” mükafatı — 1998[89]
    86. Azərbaycanda ilin adamı mükafatı (2002, 2003)[90]
    87. Şeyxülislam Ordeni — 2005 (vəfatından sonra)[91]
  • Rafiq ODAY.”Sən ulu öndərisən bu xalqın, bu millətin”

    Azərbaycan xalqının ümummilli lideri, görkəmli ictimai-siyasi xadim, dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsinə!!!

    Sən zülmət gecələrin bir ümid çırağısan,
    Sən elin ağsaqqalı, sən yurdun dayağısan,
    Sən hürriyyət sədası, azadlıq sorağısan,
    Hər qarışda izin var, bu izi silmək çətin,
    Sən ulu öndərisən bu xalqın, bu millətin.

    Vətənin hər daşını sevginlə naxışladın,
    Bu yurda kəc baxanın yolunu yoxuşladın,
    Sən qalan ömrünü də xalqına bağışladın,
    Əbədiyyət rəmzi var kökündə bu ülfətin,
    Sən ulu öndərisən bu xalqın, bu millətin.

    Əshabi-kəhf timsallı neçə pirlər burada,
    Hər qayanda qorunur neçə sirlər burada,
    Sənə yön çevirdilər “91-lər” burada,
    Bir daha bəlli oldu xalqına sədaqətin,
    Sən ulu öndərisən bu xalqın, bu millətin.

    Sən haqqa arxa durdun, əsarətə yox dedin,
    Acın dərdini bilməz heç bir zaman tox, dedin,
    Oyan, ey ulu millət, qaranlıqdan çıx dedin,
    Aydınlıq nuru qonsun üzünə məmləkətin,
    Sən ulu öndərisən bu xalqın, bu millətin.

    Bu dövlətin qırılmaz təməlində yaşarsan,
    Ən müqəddəs, ən ülvi əməlində yaşarsan,
    Vətən sevdalıları cəm elində – yaşarsan,
    Xalq görür bəhrəsini çəkdiyin hər zəhmətin,
    Sən ulu öndərisən bu xalqın, bu millətin.

    Sənə xalq məhəbbəti sonsuz – dərindən dərin,
    Yüksəliş müjdəlidi hər açılan səhərin,
    Daha yolu rəvandı aşılmaz zirvələrin,
    Bütün dünya çevirib yurduma öz diqqətin,
    Sən ulu öndərisən bu xalqın, bu millətin.

    Ən böyük əmanətin İlham Əliyev bizə,
    Bir də müqəddəs Vərən – döğma ocaq, ev bizə.
    Onunçün o, qatır ki, gecəsini gündüzə,
    Heç zaman laxlamasın özülü bu qüdrətin,
    Sən ulu öndərisən bu xalqın, bu millətin.

    Azərbaycan – Türkiyə qardaşlıq nümünəsi,
    Bütün cahan bir ola boğa bilməz bu səsi,
    Hələ qarşımızdadır Qarabağ təntənəsi,
    Ürəyində gömərik düşmənin bəd niyyətin,
    Sən ulu öndərisən bu xalqın, bu millətin.

    And içirik günəşin sübh doğan çağına,
    And içirik qan ilə boyanan torpağina,
    And içirik üçrəngli müqəddəs bayqağına,
    Kokünü kəsəcəyik hər zülmün, hər zillətin,
    Sən ulu öndərisən bu xalqın, bu millətin.

  • Kənan AYDINOĞLU.“Nə qələm, nə varaq, nə vaxt bəs eylər!”

    Azərbaycan xalqının ümummilli lideri, görkəmli ictimai-siyasi xadim, dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsinə!!!

    Bir dövrün, zamanın astanasında,-
    Xalq “Heydər”-söylədi, Heydər “Xalq”-dedi.
    Doğma diyarının ulu öndəri,-
    Hayanda oldusa yenə haqq dedi.

    Bu ulu torpağa, ulu diyara,
    Öndərin sevgisi bitmədi şükür.
    Sevincdən gözləri dolan torpaqda,
    Rəhbərin zəhməti itmədi şükür.

    Yenə tarix boyu göyə ucalan,
    Bayrağın önündə əyilməyi var.
    Ruhunun önündə əyilən dünya,
    Tanrıdı öndərə yenə, yenə yar.

    Bir dastan qoşulsa, ulu öndərə,
    Böyük bir diyarda-yurdda səs eylər.
    Ömrünü qələmə almaq istəsəm,
    Nə qələm, nə varaq, nə vaxt bəs eylər.

    Şərəfli bir ömrü yurdda yaşamaq,-
    Mən indi bildim ki, asan deyilmiş.
    Gözünə baxanda gördüm ki, göz də,-
    “Yaşa, AZƏRBAYCAN, yaşa!”-deyirmiş.

  • Azərbaycanlı şair Əziz MUSA.”Şuşa bizi gözləyir” poemasından bir parça

    This image has an empty alt attribute; its file name is 62343206_702250623526083_4229520764732178432_o.jpg

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    28 il bundan qabaq bu günü mən Təbriz şəhərində idin. Dostum gilə qonaq getmişdim Azərbaycan nümayəndə heyyəti Tehranda Ermənistanın nümayəndə heyyəti ilə görüşüb müqavilə imzalayırdı.
    O vaxtkı baş prokror Murad Babayev başda olmaqla bir dəstə Təbrizə gəlməli idi.Azərbaycan incəsənət ustaları başda Zeynəb Xanlarov olmaqla TƏBRİZDƏ idilər. . May ayının 8- də könsert olmalı idi. Döstum bilet almışdı Biz ayın 7- də Şəhriyarım məqbərəsini ziyarət edib axşam evə qayıdanda gördük ki ermənilər konsrtin afişalarını cırır.
    Səhər tezdən dostum ağlaya-ağlaya gəlib dedi ki, ermənilər Şuşanı işğal ediblər. Elə bil başıma bir qaynar su tökdülər.
    Azərbaycan nümayəndə heyyəti də kor-peşiman bakıya döndü.
    Mən də səhərisi günü geriyə qayıtdım.

    (POEMADAN BİR PARÇA)

    Axır gilə-gilə gözümün yaşı,
    O yerlər yuxuma girir hər gecə.
    Unuda bilmirəm torpağı, daşı,
    Ay Allah bu dərdə tablaşım necə.

    Hələ qan qoxuyur yurdun səhəri,
    Dağlara nur saçan günəş görünmür.
    Viranə qalıbdı kəndi, şəhəri,
    Qaçqın, köçkün ellər geriyə dönmür.

    Qalıb yad əlində ölkənin tacı,
    Şuşada bülbüllər susubdu çoxdan.
    Həsrətin, hicranın yoxmu əlacı,
    Ulu qeyrətimiz düşübdü taxtdan.

    Daha fələklər də bizlərə baxmır,
    Cıdırda dolaşır qotur yabılar,
    Səsimiz, ünümüz zirvəyə qalxmır,
    Yiyəsin gözləyir bağlı qapılar.

    Qəm, qüssə göyərir torpaqda, daşda.
    Yollarda , izlərdə abrımız gedib,
    Biz necə gəzdirək papağı başda,
    Qarabağ talanıb, Şuşamız gedib.

    Yolları bağlıdı hələ bu köçün,
    Çobanı, qoyunu nəfsin quludu.
    Doğma Qarabağa qayıtmaq üçün,
    Bir yol var , o da ki, döyüş yoludu.

  • Azərbaycanlı şair Əziz MUSA.”Alın yazısı”

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Buludlar tutubdu göyün üzünü,
    Ayımı, Günümü görə bilmirəm,
    Yuyuram, sərirəm hələ sözümü,
    Solur gül, çiçəyim dərə bilmirəm.

    Keçib ürəyimin düz ortasından,
    O kaman qaşından atdığın oxun,
    Ayrıla bilmirəm qəmin yasından,
    Üzür ürəyimi sənin yoxluğun.

    İncidən də sənsən, küsən də sənsən,
    Dönmüsən naləyə şeirlərimdə
    Dünya bizim olar, əgər istəsən,
    Qarışııq düşübdü xeyir, şərim də.

    Bu necə möcüzə, bu necə sirdi,
    Açır yanağında lalə, qızılgül.
    Ruhum gözlərində çoxdan əsirdi,
    Sənsiz uşaq kimi ağlayır könül.

    İtibdi sözümün naxışı, tamı,
    Qəlbimin ağrısı üzümə çıxır.
    Dəli eyləyirsən vallah adamı,
    Göylərin leysanı gözümdən axır.

    Bir dəfə yazılır alın yazısı,
    Səni mənə yazıb, taleyi yazan,
    Sənsiz gedən deyil bu can ağrısı,
    Qoyma yaz ömrümü talasın xəzan.

  • Z.İ.Sultanovun Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Z.İ.Sultanovun Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Z.İ.Sultanovun Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

    Zakir İmran oğlu Sultanov Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edilsin.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 9 may 2020-ci il.

  • R.Y.Bayramovun Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    R.Y.Bayramovun Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

    Rafiq Yasin oğlu Bayramov Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini vəzifəsindən azad edilsin.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 9 may 2020-ci il.

  • Rafiq ODAY.”Olmasın”

    This image has an empty alt attribute; its file name is 79644024_835032433613820_2564097335432839168_n.jpg

    Hirslənəndə nə var vurub,
    Yıxandan qorxun olmasın.
    Səni uzaqlar yıxacaq,
    Yaxından qorxun olmasın.

    Yolunda neçə qan durub,
    Qəlbə yaxının yan durub.
    Həsrətində hey yandırıb,
    Yaxandan qorxun olmasın.

    Söz ver dedm, dastan yedim,
    Hər nə yedim, dostdan yedim.
    Yad əlində didim-didim
    Yaxandan qorxun olmasın.

    Hicran dolu qəmsə tirə,
    Ələnəcək qəm sətirə.
    Qorx aşkarlar qəm gətirə,
    Yuxundan qorxun olmasın.

    Bu yol niyə döngələndi,
    Sanıram, yardan gələndi.
    Nə gəlsə, vardan gələndi,-
    Yoxundan qorxun olmasın.

    Səbrim ta tükənmiş heydi,
    Ağ baxtimmi qara geydi?!
    “Məhəbbət bir bəla şeydi…” –
    Yox, ondan qorxun olmasın!

    07.05.2020.

  • Xalq şairi Vahid ƏZİZ.Yeni şeirlər

    AĞLAMA…

    Qatar deyil-qəm gətirə,
    ötən günlərə ağlama,
    saçlarına qətrə-qətrə
    yağan dənlərə ağlama,

    Qəhərdən divar da uçar-
    daşın da öz yaddaşı var,
    özünü-özünə qaytar!
    keçən illərə ağlama,

    Gah istəyə,gah arzuya
    uyduq,sevilirdik güya.
    Gənclik deyil–qayıtmaya,
    solan güllərə ağlama,

    Həyatdır;görüş yerindən
    azmı olub peşman gələn?
    “Hayıf”-deyib gözlərindən
    axan sellərə ağlama,

    Təkəbbürdən əlini çək,
    qismət öz işin görəcək,
    köz tutan mütləq sönəcək-
    donan küllərə ağlama,

    Bəlkə,özün də bilmədən,
    qurtulmusan fəlakətdən,
    əllərindən,görüşmədən,
    gedən əllərə ağlama,

    Onlar–daha uzaqlarda;
    kim nə yerdə,hansı harda?
    kölgəmizi divarlarda
    qıran tinlərə ağlama,
    ötən günlərə ağlama…

    GƏLƏ BİLMƏDİN…
    O boyda eşq bir salama dəymədi?
    Bəxtiyar VAHABZADƏ

    Ürəyim yerinə çətin ki,gələ,
    o acı gülüşlə axı,nə dedin?
    özünü vuraydın “Görməməzliyə”,
    elə biləydim ki:”Korsan,görmədin”.

    Sənə:”Can!”-deməyə dil saxlayaydım,
    görüşə gəlməyə gül saxlayaydım,
    qəlbimdə “Məzara” əl saxlayaydım,
    elə düşünəydim:”Hələ ölmədin”.

    Bəxti gətirənlər daş kimi yatar,
    son bahar gülü də xəzana qatar,
    hərdən harayından qulağım batar-
    məni ürəyindən hələ silmədin?!

    Mənsiz–gözlərində axı,qəm idim,
    axı,anlayırdın,gülüm,kimidim!
    qədrini bilməli təcə mən idim–
    hayıf ki,sən bunu bilə bilmədin!

    Həyatım,çiçəyim,gözümün çəni,
    hansı yollar qırdı qədəmlərini?
    o payız nə cürə apardı səni?–
    yenə baharıma gələ bilmədin…

    İTGİ…

    Zaman keçir,vaxtım birtir,
    ömrü başa vururam,
    çiynimdəki mələklərlə
    üzbəsürət dururam.

    Onlar yazan dəftərlərdə
    yazılanlar görünməz,
    sualların yeri Dərgah,
    burda cavab verilməz.

    Qalxıb ömrün zirvəsinə
    göz gəzdirdim cahana,
    o,bizlərə yaşam verdi,
    bizsə düşmənik ona.

    Gülşənləri oraqlayıb
    qara kollar bitirdik,
    Dünya özü Cənnətimiş,
    biz Cənnəti itirdik…

    Yaza bilmirəm

    Hər gecə qəsd edib öldürmə məni,
    sənli yuxuları yoza bilmirəm,
    içimdə gizlənən məndəki “Məni”,
    ağladan olmasa–yaza bilmirəm,

    Soyuq yaş güc gələr gözün yağına,
    get-gedə qarışar “qara”-“ağına”,
    elə alışmışam eşqlər dağına,
    dağladan olmasa yaza–bilmirəm,

    Hər kəs öz bağrında bir çiçək əkib,
    hər kəs bir inancın önündə çöküb,
    məsum körpə kimi qoynuna çəkib,
    bağladan olmasa–yaza bilmirəm,

    Hamı bir-birinə arabir dəyib,
    ən odlu qırmanclar Şairi döyüb,
    Füzuli–gerçəyi tərsinə deyib;
    aldadan olmasa–yaza bilmirəm!

    Gülüm,güləşdirmə heç kimnən məni,
    durnayam-saxlatma köçümnən məni,
    yaxşı ki,sən varsan!-içimnən məni,
    çağladan olmasa–yaza bilmirəm,

    Mənimdir gerçək də,acı yalan da,
    sınıram çox şeyi yada salanda,
    üzümə “can”-deyib qapı dalında,
    saxladan olmasa–yaza bilmirəm,

    Sən də,Vahid ƏZİZ,yaxşı ki,varsan,
    hayıf ki binəva dövrana yarsan!
    uzağı olardım dərdli bir ozan;
    Tanrıdan olmasa–yaza bilmirəm…

  • Coşqun XƏLİLOĞLU.”Bakıdan Berlinədək”

    Böyük Vətən Müharibəsində qəhrəmanlıq
    göstərmiş azərbaycanlıların əziz xatirəsinə!

    Bakıdan Berlinədək
    Cəsarətlə döyüşdü,
    Min əzaba qatlaşdı,
    Dəyanətlə döyüşdü.

    Mərdlik yolunu seçdi,
    Alovdan-oddan keçdi,
    Zəfər şərbətin içdi,
    Mətanətlə döyüşdü.

    Tab etdi çox sınağa,
    Tuş olmadı qınağa,
    Doğma yurda, torpağa,
    sədaqətlə döyüşdü.

    Ordenlər sinəsində, 
    Qətiyyət var səsində,
    Qan-qada cəbhəsində,
    Ləyaqətlə döyüşdü.

    Həzi, Mehdi, Gəraydır,
    Biri orduya taydır,
    Yenilməz bir alaydır,
    Şücaətlə döyüşdü.

    Yorğanı oldu səngər,
    Xilas etdi kənd, şəhər,
    Üzünə güldü zəfər,
    Qətiyyətlə döyüşdü.

    Keçsə də, neçə illər, 
    Dəyişsə də, nəsillər,
    Sizi sevəcək ellər,
    Söyləyəcək fəxrlə;
    -Qorxmaz, qoçaq babalar
    Rəşadətlə döyüşdü.

  • Azərbaycanlı gənc yazar Nemət TAHİR.Yeni şeirlər

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ bürosunun rəhbəri

    Cavabsız sevgi

    Nazını çəkməyə hazırdım hər an
    Çünki mənasızdır əzabsız sevgi
    Ancaq ki, insanı bir ağac kimi
    İçindən çürüdür cavabsız sevgi

    Yanımda olsan da, mənə uzaqsan
    Hər yandan üstümə həsrət çilənir
    Baxışın bənzəyir ölüm hökmünə
    Gözündən üzümə nifrət çilənir

    Sanmaki, hər işin doğrudur, düzdür
    Ömrünü puç edər əyrilər bir gün
    Sevgimə gülərək alçaltma məni
    Nifrətin sevgiyə çevrilər bir gün

    Daha məni heç nə təəccübləndirmir
    Daha mənə heç nə qeyri-adi gəlmir.Fikirlərim dar beynimə,Hisslərim qafiyəyə,Ruhum isə “can” adlanan bu qəfəsə sığmayır.Sıxılıram, boğuluram..“Haqqa” doğru yol gedirəm,“Həqiqət”i özləyirəmTamlığından ayrı düşmüş yarpaq üzərində bir şeh damlasıyam.Buludlara qovuşmaqçün günəşin doğmağını gözləyirəmMən, keçmişindən xəbərsiz,Gələcəyinə biganə manqurtlaşan gəncliyəm,Məhvə məhkum bir xalqın son gümanı,ümidiyəmAtası şəhid, anası faişə bir uşağın “insanliğ”a nifrətiyəmHər şeyin nəfsinə qurban verənəsgərin əzab çəkən vicdanıyam,qeyrətiyəm.Əsirlikdə təhqir olan qadınların ismətiyəm.“Söz” tapıb ifadə edə bilmədiklərim içimi yandırır, kül eləyir.Mən Qarabağda yandırılmış,xaraba qalmış bir yurdamTamahına aldanaraq tələyə düşmüş,qarşısında şikar durmuş,gözləri bərələ qalmışBoz qurdam.Bədənimi buz kəsibdir,donmuşam,bəlkə,yenidən qış gəlibdir?…yox!yox!Deyəsən,elə mən ölmüşəm..Ağzımdan çıxaraq havada iz buraxan,Nəfəs deyil,içimdəki od-alovun istisidir,tüstüsüdür
    Darıxdım sənsiz…. 
    Yenə payız gəldi sənsiz ömrümə Otağım qaranlıq,divarlar soyuq Tavana rəsmini çəkir gözlərim Qəlbim buz parçası,duyğular soyuq 
    Qara buludlartək nigarançılıq Həsrət gözlərimə kölgə salıbdır Səni görməsəydim dəli olardım Yaxşı ki,yadımda şəklin qalıbdır 
    Səninlə üz-üzə durmuşuq sanki Gözümüz danışır,səssiz-səmirsiz Bilməm, ayrılıqmı qorxutdu məni? Yanımda olsan da darıxdım sənsiz. 
    Dodağım
    Məktubun sonunda öpürəm yazdınAğacda yarpaqtək əsdi dodağımOnu belə kövrək görəndə dilimDedi sızlamağın bəsdi dodağım
    Bir an da əhdindən üz döndərməyibHaqlını haqsıza qurban verməyibSənin qeybətinə dözə bilməyibDişimlə dilimi kəsdi dodağım

  • Ədəbiyyatşünas-alim Vüqar Əhməd “Ziyadar” Mükafatına layiq görülüb

    This image has an empty alt attribute; its file name is 52f5a3c813cc.jpg

    “Cəhaləti aradan qaldırmaq uğrunda hər bir addımı dəstəkləyirik!” devizi ilə fəaliyyətini uğurla davam etdirən “Yazarlar.az” saytı tərəfindən AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor, yazıçı-publisist Vüqar Əhməd “Koroğlu” romanına görə “Ziyadar” Mükafatına layiq görülüb. Kitabın “Ön söz”ünün müəllifi AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoydur. Bədii əsərin rəyçisi “Ədəbiyyatşünaslıq plyus” Yaradıcılıq Birliyinin sədri, filologiya üzrə fəlsəfə doktoru Zəkulla Bayramlı, redaktoru isə Mətbuat tarixi və publisistika şöbəsinin kiçik elmi işçisi, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) “Publisistika” şöbəsinin redaktoru, Təhminə Vəliyevadır.

    Tarixi mövzuda qələmə alınan əsər “Ecoprint” nəşriyyatında çap olunub. 352 səhifədən ibarət əsər müəllifin 4-cü romanıdır.



  • “Ulu öndərimiz ürəklərdə yaşayır”

    “Ulu öndərimiz ürəklərdə yaşayır”

    Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci il dönümünə həsr olunmuş virtual tədbirlər və layihələr həyata keçirir.

    Bu layihələrdən biri Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin vokal dərnəyinin üzvlərinin ifasında Esmiralda Hüseynovanın bəstələdiyi “Heydər baba” mahnısıdır. Kollektivin bədii rəhbəri Esmiralda Hüseynovadır. Mahnını izləyicilərə təqdim edirik.

    Mahnı https://www.youtube.com/watch?v=rqUDo9hb-tE  linkdə yerləşdirilib.