Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. Əlaqə telefonu: 051 785 44 33, E-poçt: edebiyyat-az.com@mail.ru Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 1021 - 1080 of 6. 677 NƏTİCƏLƏR
Azərbaycan ədəbiyyatı

Aynur QAFARLI.Yeni şeirlər (2021) I hissə

Post Views: 149 Taleyimi gözlərimdən oxu, bil, İçimdəki qüssə-qəmi soruşma. Niyə belə tez saraldı baharda, Nəyə görə, yaşıl zəmi? Soruşma! İndi daha dərddən-qəmdən gözüm tox, Dərd quyusu çox dərindir, bəyim, çox, O çağların dönməyinə ümid yox, Getdi ömrün gözəl dəmi, soruşma. Bəxt yoluma işığını salmadı, Ağız büzdü, salam verdim, almadı, Ürəyimdə tək biri də qalmadı, …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.”DOYMURAM GECƏNİN QARANLIĞINDAN…”

Post Views: 68 Doymuram gecənin qaranlığından, saçların qoynuma tökülü qalır, yastığı o qədər qucaqlayıram, çırpırlar,yenə də bükülü qalır, Yer soyuq–atılmış bir qucaq kimi, zülm olmaz bu,olmuş olacaq kimi! göz yaşı söndürmüş bir ocaq kimi, ürək həm közərir,həm külü qalır, İllər yaşatdığı gerçəyə baxır; ağarmış saqqala,birçəyə baxır, gülüm,bu özü də çiçəyə baxır– ya dönür xəzələ,ya gülü …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.”MƏKTƏB ONA GÖRƏ MÜQƏDDƏSDİ Kİ…”

Post Views: 66 Hərdən ayrılıram öz məhvərimdən, gözlərim yol çəkir,səsim alınır, qulağım oyanır cingiltilərdən, elə bil hardasa adım hallanlr, Təyyarə qanadı,vaqon təkəri… hər kəsi biy yana apardı yollar, cingilti-eyniylə məktəb zəngləri, şagird dostlarımdı xatırlayanlar, İndi anlayıram–dəyər hər şeyə, hər biri o şirin xatirələrin, sonra həsrətini az çəkək deyə, üstünə bir il də gəldi on ilin, …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.”QORXURAM…”

Post Views: 77 Həyatın yolları eniş–yoxuşdu, “ho-hodan”qorxuram, “toşdan”qorxuram, payız bağbana da,mənə də xoşdu; əynim nazik olur–qışdan qorxuram. Vaxt-hərdən canıma bir qada salıb, oynadıb,cırnadıb,it-bata salıb, qapim açıq qalıb-it yada salıb, get-gedə azalan huşdan qorxuram, Maral,gendə dolan,kəmənd atan çox, hər şey bazarlanar; alıb-satan çox, arabir yan keçər–sürüşkəndi ox, yuvasız quş kimi daşdan qorxuram! Deyirlər–bələkdə yaman kürmüşəm, həyata …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.”BU ARAQ NECƏ DƏ QƏRİBƏ ŞEYMIŞ…”

Post Views: 69 (zarafatyana və ciddi) Bu araq necə də qəribə şeymiş !? həyat dərk olunmur ayıq baş ilə, hər bir şərayitdə gözəl gedirmiş, həm soğan-çörəknən,həm bozbaş ilə. Könlüm arasında bəm ilə zilin, bezdik tənəsindən zirin-zibilin! arabir lap topuq vursa da dilin, səni danışdırar gözlə-qaş ilə. Məclis yaraşığı,həm də xoxandı, kişini ucaldan,yerə soxandı! “girmə küpəsinə”,adam …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.”MƏNİ APAR…”

Post Views: 83 (Sevən bir qızın dılindən) Az oyna qəlbimin sönən közüynən- özünnən,imanlı ol,məni apar! bezdim dərdləşməkdən çeşmə gözüynən- yarpazam,su içib,yol-məni apar. Atma yarı yolda-özgə qaldırar, sevən yar–yarına könül aldırar! bahar-lalələri erkən soldurar, dönüm bənəvşəyə,kol,məni apar. Görsən lal-dinməzəm,biraz ərk elə, ya sev,ya könlümü tamam tərk elə! sarmana bilməsəm-bilərzik elə, yapış barmağımdan,qol,məni apar. Gəlsən,gecələrdə,de-ayıq olum, sən …

Azərbaycan ədəbiyyatı

Şair-ədəbiyyatşünas Rafiq YUSİFOĞLU.”GÜLÜM, MƏHƏBBƏTLƏ ZARAFAT OLMAZ”

Post Views: 90 Asanmı sanırdın mehri, ülfəti? – Heç vaxt incimirdin sözümdən mənim. Əyləncə bilirdin sən məhəbbəti? – Qorxmadan öpürdün üzümdən mənim. Hisslərin əlində oldun əsir sən, Körpə bir məhəbbət düşdü sazağa. İndi titrəyirsən, indi əsirsən, Qaçmaq istəyirsən məndən uzağa. Geriyə yol varmı ancaq sevgidə? – Ürəyim titrəyir, yol çəkir gözüm. Alın yazısıdı elə sevgi …

Azərbaycan ədəbiyyatı

Şair-publisist Əli Rza XƏLƏFLİ.”ALLAHIN ƏMANƏT YOLU”

Post Views: 101 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Kredo” qəzetinin Baş redaktoru  Vaqif Bəhmənliyə Oxudum şerini Vaqif Bəhmənli, Hər misran pir daşı , ocaq daşıdır… Xatirə yolların dumanlı , çənli Gördüyün zirvələr dağlar başıdır… Məmməd Araz yolu…anlamaq dərdi, Əzablar içində yaşamaq yolu… Allahın pay böldü, əmanət verdi, Sənindi dərdləri daşımaq …

Azərbaycan ədəbiyyatı

Şair-publisist Hikmət MƏLİKZADƏ.”Eşq dərdin sonuncu mərtəbəsidi…”

Post Views: 72 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü Eşq dərdin sonuncu mərtəbəsidi… Eşq dərdin sonuncu mərtəbəsidi… Qəlb ora adamı dillə çıxardır. Yuxuda gördüyüm alagöz gəlin, Qışın bu vaxtında çillə çıxardır. Mənim də içimdə eşq odu sönüb, …Eh, mənə bu kəndin havası düşmür. Anam ocaq çatır, külək söndürür, Anamla küləyin davası düşmür… …

Azərbaycan ədəbiyyatı

Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”Burax əllərimi…”

Post Views: 112 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru Burax əllərimi, qoy çıxım gedim, Nəyinə lazımdır sənin bu sevgi. Həsrəti gözümə qoy sıxım gedim, Olsun ürəyimə qənim, bu sevgi. Nə əhlət daşıyam, nə ümid …

Azərbaycan ədəbiyyatı

Şairə-publisist Xalidə NURAY.”Qığılcımdan doğan alov”

Post Views: 80 Çalıb haqqımızı taxtımız üstə, Yurdsuz kafirlərə taxt yaratdılar. Saxta Erevanı tarixə yazıb, İrəvan qalasın söküb atdılar. Böyük Ermənistan xülyası ilə Haya arxa oldu fitnəkar ruslar. Acgöz caqqallar tək doymadı gözü, Qarabağı tutdu xain-cəsuslar. Doğma yurdumuzdan didərgin salıb, Otuz il Cıdırda at oynatdılar. Yağılar vətəndə göz dağı olub, Qeyrət yaramızı çox qanatdılar. Dığalar …

Azərbaycan ədəbiyyatı

Xəyalə SEVİL.Yeni şeirlər (V hissə)

Post Views: 72 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü * * * Ürəyincəmi? Bu ruhsuz, duyğusuz Halım necədi? İndi, yoxsa öncəmi?.. Qəfil ürəktutmasıtək Tutmuşam ürəyimi. Hara qoyum? Küncəmi? Təzə-təzə sevinirdim, Təzə-təzə sevirdim. Dağıtmısan, Qoparmısan qönçəmi. Özünü bir özgəsiylə Nə vaxt dəyişir insan? Nə vaxt? “Böyüyüncəmi?” * …

Azərbaycan ədəbiyyatı

Xəyalə SEVİL.Yeni şeirlər (IV hissə)

Post Views: 66 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü Həyat bu qədər sadə… Bu küçə də Axırıncı vaqon kimi Boşaltdı adamlarını. Və bu gecə də Qaranlıq qara kəlağayını Saldı şəhərin boynuna. Yol boyu uzanan gecə işıqları Açdı gözlərini. Külək deyinə-deyinə Oyatdı yuxudan yarpaqları. Yəni, Həyat bu …

Azərbaycan ədəbiyyatı

Xatirə FƏRƏCLİ.Yeni şeirlər (VII hissə)

Post Views: 73 Söz oyununda İçimə çəkilib daldalanmışam Dəli duyğularım öz oyununda, Təpədən dırnağa misralanmışam Çarpışan fikirlər söz oyununda. İntizarım bilmir nə hədd, nə hüdud, Itir, güman itir, üzülür umud, Yüklənən kirpiklər toqquşan bulud Yaşlar qıraq gedir göz oyununda. Sən qutsal sandığın kimində oyun, Aşkarında oyun, sirrində oyun, Ömrümüz illərin əlində oyun, Özümüz taleyin boz …

Azərbaycan ədəbiyyatı

Xatirə FƏRƏCLİ.Yeni şeirlər (VI hissə)

Post Views: 101 Qış ağacları Ümidləri yaza, günəşə, talanıb yaşılı, rəngi-ruhu bomboz, yolub saçlarını sərxoş küləklər, döyür təpəsinə dünyanın qışının dolusu, qarı, pəjmürdə görkəmin düzəltmək üçün yağış damlasından sırğalar taxıb bu çör-çöp ağaclar, qış ağacları. Can vətənim Gözlərimin yaşındasan, vətənim, ürəyimin başındasan, tikə-tikə, parça-parça vətənim. Yetim əlində yağlı tikə olmusan hər zaman. Hər istəyən bir …

Azərbaycan ədəbiyyatı

Adilə NƏZƏR.Yeni şeirlər (2021)

Post Views: 66 Filologiya üzrə fəlsəfə doktoru,Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Kitab Evi” İctimai Birliyinin sədri FƏSİLLƏR DƏYİŞİR Sözalır göydə Günəş yellər uyudur bu yeri, Dağılır odlu yayın səltənəti, bax, solaraq. Yox olur təbiətin yazdığı ilk yaz əsəri, Pozulur gülbaharın rəngi, itib yox olaraq. Ruhu sarsır zəminin sapsarı çılpaq düzəni, Gücü çoxdan tükənibdir işaran boz günəşin. …

Azərbaycan ədəbiyyatı

Ay Bəniz ƏLİYAR.Yeni şeirlər (2021)

Post Views: 78 Və bir gün adamın əlləri qadının qırmızı donunun qanına bulaşdı… Göz yaşları çiçəklərin açdığı yerdə, hər sabah kitab oxuyan adama bənzədi. Gözləri şişkindi. Bir udum hava kimi ətirləndiyi güllərə borcun ödəmək istəyəndə, əlləri yadına düşmüşdü. Qadını qırmızı donunun içindən çəkib çıxartmışdı adam. Qadın yenə də ölümünə gülümsünmüşdü. Bir qadının ölümü bir adamın …

Azərbaycan ədəbiyyatı

Ay Bəniz ƏLİYAR.”Keşkə məzarda da pəncərə olsa”

Post Views: 60 . Keşkə məzarda da pəncərə olsa, Ordan bu dünyaya boylana bilsəm. Dünyanın qapısın açırmış kimi, Döyüb pəncərəni dünyaya gəlsəm. Bir quş dimdikləsə şüşələrini, Bu peşman ürəyim bəlkə kiriyə. Arada yaylıqla silsəm tərini, Arada boylansam üzü bəriyə. Belə bir məzarda ölsəm, kaş elə, Boylana-boylana qalsam, kaş elə. Bitməyən yazıma boylana bilsəm, Oğluma, qızıma …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Zəlimxan YAQUB.”XATİRƏ”

Post Views: 143 Bir körpə var idi Kəpənəkçidə,Sevgisi dumduru bir bulağıydı.Hələ qayğılarla yüklənməmişdi,Hələ qayğılardan çox uzağıydı. Məhəbbət dərində, istək dərində,Hərə öz işində, dərdi-sərində.Nənələr, babalar həndəvərində,Bir evin gözündə şam çırağıydı. Hələ içəridən yeyilməmişdi,Köntöy baxışlarla döyülməmişdi.Hələ yetimliyə əyilməmişdi,Ana gümrahıydı, ata sağıydı. Elə bil dünəndi çəndə itdiyi,Gözə görünmədi vaxtın ötdüyü.Görüb götürdüyü, gəlib getdiyi,Qışda aranıydı, yayda dağıydı. Yamyaşıl çəmənlər …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Zəlimxan YAQUB.”GƏLİB”

Post Views: 70 Üzdən ağladığım yadıma gəlmir,Ağlasam, göz yaşım ürəkdən gəlib.Sevgim də, sözüm də, məhəbbətim də,Nə varsa beşikdən, bələkdən gəlib. Gah sola boylandım, gah da ki, sağa,Yeridim başıma qar yağa-yağa.Qalxa bilmişəmsə uca bir dağa,Bu, təmiz arzudan, diləkdən gəlib. Varlığım titrəyər, ürəyim əsər,Qəmli söz qəlbimi doğrayar, kəsər.Qəriblər dilində saldığım əsər,Durnanın saldığı lələkdən gəlib. Ancaq özümündü itən …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Zəlimxan YAQUB.”TANRI HƏDİYYƏSİ”

Post Views: 64 Açın mənim qəlbimi, oxuyun kitab kimi,Orda ilham adında cilvəli bir pəri var.Təkcə nazlanmaq deyil onun işi, peşəsi,Qayğıların içində min bir dərdi-səri var. Duyğuların, hisslərin gah zilidi, gah pəsi,Çeşmələrin, çayların, bülbüllərin səsidi.İlham nə yaradırsa, Tanrı hədiyyəsidir,Qələm adlı qızılı, dəftər adlı zəri var. Buluddan sıyrılan Ay, haqdan yanan şam mənə,Yuxusuz gecələrim ləzzət mənə, tam …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Zəlimxan YAQUB.”Səninkidir”

Post Views: 62 Boylan, başın üstə yüksəkliyə bax, insan,Əllərin çatmasa da, o uzaq səninkidir.Yeridiyin yerləri yerişinlə möhürlə,Ayağın altındakı bu torpaq səninkidir. Doğan Günəş, yağan qar qismətədi, baxtadı,Ömrün, günün yolunda gah bürkü, gah şaxtadı.Beşiyində ağacdı, tabutunda taxtadı,Bu palıd səninkidir, o qovaq səninkidir. Bir alın yazısı var hər kəsdə, hər adamda,Ölməz bir kimsə yoxdur, ömür bişmişdə, xamda.İstər …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Əsa götürmə!”

Post Views: 76 “…Çəkilmişəm qınıma…Qorxaram mən,-yalan desəm Tanrıdan,doğru desəm bəndədən…” __ B.Vahabzadə Sən belə demədin bir zaman şair,-Başında şimşəklər çaxanda belə!Qırx il sətiraltı qışqıran şair,Susarmı səngərdən qalxanda belə?! Bəndənin evini yıxdı yalanlar,O başa düşmədi faş olanacan.Özün deyirdin ki,heykəl olanlarDaşa basılıblar daş olanacan. Qoy daşa bassınlar,o daş arxadır,Zirvənin himnini tufanlar deyir.Qartal-ildırımla əlbəyaxadır,Yerdə-çəyirtkəni sərçələr yeyir. Şair qəsddən …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Nəriman HƏSƏNZADƏ.”LƏYAQƏT”

Post Views: 80 Nə qədər ağırdı səndən ayrılıbBaşqa bir iqlimə səfər eləmək.Sonra da hardasa könlümü alıbBir qəlb ağrısıyla “darıxma” demək. Ayrılıq qəm verir,görüş səadət,Qəmi də sən verdin səadət kimi.Yaraşır insana məncə,ey afət,Qəm də bir mənəvi ləyaqət kimi. Üşüdür ruhunu nəfəsi qışın,Bəzən bir paxılın buz baxışı da.Bəzən bir həyasız geriqalmışınTəkidlə özünə çağırışı da. Sirli, maraqlıdır bu …

Azərbaycan ədəbiyyatı

Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”Bu axşam bir şeir yazmağım gəlir”

Post Views: 74 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru Baxıram həyata necə buz kimi, Qaldım xəyallarda yuxusuz kimi, Eşqi qərib düşən nakam qız kimi, Bu axşam bir şeir yazmağım gəlir. Könlümün səhrası düzəndi, düzdü, …

Azərbaycan ədəbiyyatı

Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”Gəlmə görüşümə..”

Post Views: 62 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru Gəlmə görüşümə, gəlmə, Heç zəng də eləmə… Unut olub keçənləri, O mənli xatirələri… Heç olmamış kimi Qara bir örtüyə bük, bərk-bərk! Üstündən qara bir xətt …

Azərbaycan ədəbiyyatı

Təranə Turan RƏHİMLi.”SƏNİ XATIRLAMIRAM”

Post Views: 72 Azərbaycan və Yazıçılar Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Dünya Gənc Türk Yazar Birliyi (DGTYB) Məsləhət Şurasının üzvü, filologiya üzrə fəlsəfə doktoru, dosent, şair, tənqidçi, ədəbiyyatşünas Səni xatırlamıram, Hansı ildə ölmüsən? Bəxtini hansı daşa Çırpıb yüzə bölmüsən? Bu leysanın yuduğu İzin hansı sənindi? O çoxdan unutduğum Sözün hansı sənindi? Qapqara təbəssümün Nədən his çəkib …

Azərbaycan ədəbiyyatı

Şəfa VƏLİYEVA.”Açın qapıları, küssün açarlar”

Post Views: 72 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru Açın qapıları, küssün açarlar, Kəsilsin ümidi barmaqlıqların… Yıxın hasarları, Kəsə yol tapsın Gücünü çəlikdən uman qocalar… Dələlər, sərçələr utanmasınlar Yuvadan yayılan zümzümələrdən… Tutuşun əl-ələ, Qaçın bu …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.”HƏLƏ SUYA DÖNÜB İÇİLMİR DUMAN…”

Post Views: 111 Solur lalələr də,bənəvşələr də, çəmən necə dözür,kollar ağlamır? alışa bilməzdi bu cürə dərdə, çinar ona görə çiçək bağlamır. Nə əyri çömçəyəm,nə sınıq boşqab, ürəyim nələrə tab gətirdi,tab! Yatmış “Qaraçuxam” bağlı bir kitab, doğmalar oxumur,yad varaqlamır. Səbrim ölümlərdəni məni saxladıb, eşqlər cünün kimi məni dağladıb, nakişi olanlar məni ağladıb; sonra danlayıb ki:”Kişi ağlamır!”. …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.”HƏRBİÇİ PALTARI GEYİNDİ QIZLAR”

Post Views: 84 Savaş ara vermir toylar çalına, yenə evlər yıxar “Qara kağızlar”, salıb subaylığın tərs damarına- hərbiçi paltarı geyindi qızlar! “Dirilik suyudur” qadın sevgisi- “ölüm qəlpəsinə” nəğmə oxudar, Snayperlik qızlarda Tanrı vergisi- eşqi də,kini də ürək dağıdar. Ağlını çaşdırmaz barlar,maşınlar, unutsa-biryolluq unudar səni, vəfalı mələkdir hərbiçi qızlar, ölsən-ürəyindən asar şəklini! Vətəndən savayı heç nəyi …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.”BİR YANDAN KƏPƏNƏK,BİR YANDAN ARI…”

Post Views: 65 Hərdən unuduram-nə qədər varam? Gəlib-gedən huşum il qarışdırır, Sönmüş köz altına maşa salıram- İnciyir,eləcə kül qarışdırır. Ömür gedə-gedə tiftiklənibdi, İndi əlimdəki sapdı,iynədi, Özünə qalsaydı-bulanmaq nədi? Sellər çeşmələrə lil qarışdırır. Dünyanın ən gözəl fəsli-baharı, Bərəkət gətirər durna qatarı, Bir yandan kəpənək,bir yandan arı- gecələr yuxusun gül qarışdırır. Ağlıma gəlməzdi bu cür qocalam; Gecəni-gündüzlə …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.”BİLMİŞƏM”

Post Views: 70 Söhbət saldı ayrılıqdan, dedim,gülüm,necə dözüm? yenə danlandım nahaqdan- irad etdi-“Acdı gözüm” “Sənsiz ömrü yox bilmişəm, müjganların ox bilmişəm…” söz içindən söz çıxardıb, qəzəbləndi-“Çoxbilmişəm!” O,son savaş,o,son vuruş, aramızı Fələk vurmuş, sən demə,od-alovumuş, mən onu soyuq bilmişəm. Artırdı saçların dəni, birtəhər aldım vədəni, dərdimnən sino gedınin meylin mənə yox bilmişəm…

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.”OYNADI…”

Post Views: 105 Sozalıb sönürdü ocağın közü, Sular qəfədanda güclə qaynadı, Birdən parıldadı alovun gözü- Meh əsdi,havada xəfə oynadı. Qələmlər,nələrə dözürmüş kağız! Beyinlər qazandır,qapağı-ağız, Harın məclisində göbək atan qız, Şövqlə çırtma vurub dəfə,oynadı. Meyvəli budaqda yarandı haça, Xal tutdu-Saraya döndü Qalaça, Cavanlıq eşqinə düşdü bir qoca Babanın toyunda nəvə oynadı! Payıza kökləndi aşığın sözü,’ Sonalar …

Azərbaycan ədəbiyyatı

Rafiq ODAY.”Sızıldayıb, gəl çıxarma day ağın” (Təcnis)

Post Views: 66 TƏCNİS Sıxsa belə gün-güzəran, dolanma (q), Kəmfürsətlər dövrəsində dolanma, Yaz yelinli bulud kimi dol, amma Sızıldayıb, gəl çıxarma day ağın. Yaraşarmı – minnət götür, ələ bax?! İbrət götür – qabar-qabar ələ bax. Dost-tanışı saf-çürük et, ələ, bax… Gör kim olar dar günündə dayağın. Kürəyini söykə yurda, elə, dur, Biraz insaf, biraz mürvət …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Nəriman HƏSƏNZADƏ.Yeni şeirlər (2021)

Post Views: 97 Tarixin yaddaşı “…Sən nə vaxt yalan-cəfəng uydurmağı tərgidəcəksən?!”        A.S.Puşkinin ermənilər haqqında dediklərindən Qanlı döyüş səngərində “Su!”, “Su!” deyən yaralıya, su verməyib bir erməni, suqabı da dolu suymuş. Puşkin görüb o səhnəni, üsyan edir bu dünyaya, Hardan bilsin o sərsəri hansı yolun yolçusuymuş. Ünvanına nələr deyir, nələr deyir. İnsandısa – ermənidən bir …

Azərbaycan ədəbiyyatı

Körpə və kürən pişik balası – Xalq yazıçısı Çingiz Abdullayevin hekayəsi

Post Views: 81 Gözəl günlər idi. Həmişəki südlü sıyıqla qarnını doyurandan sonra yuxuya getmək necə də ləzzət edirdi. Adətən onu anası özü yedirirdi. O, hər dəfə ağzına qoyulan qaşıq dolusu sıyığı ləzzətlə udub növbəti qaşıq üçün ağzını açanadək anası səbirlə gözləyirdi. Sonra onu qucaqlarına alıb yataq otağına aparırdılar. Orada paltarını dəyişirdilər. Adətən təzə pampers də …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.”GÜNƏŞ…”

Post Views: 56 Onsuz mümkün olmaz bu həyat,yaşam, gəlməz bir araya “əzəllə”-“axır”, Günəş Tanrımızın əlində bir şam– yandırıb qaranlıq cahana baxır, O,göydə kürədir,canımda atəş, özü istəyəndə alışıb-sönür, Ərşdə gümüş kimi parlayan Günəş üfüqə çatanda qızıla dönür, Hərdən istəmişəm toxunum,dəyim, yaxına gələndə rəngi saralır, ürəyim istini gözəl Günəşdən, soyuğu soyuyan sevgidən alır, Mənim anlamımda Ata ocağı, …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.”SƏBA BAYATILARI…”

Post Views: 65 Yanırsa-canda nə var? Donursa-qanda nə var? Gözün-gözümdə olsun, Gülüm,o yanda nə var? Səhərin üzü bozdu, Köz sönüb,üstü tozdu, Münəccim yuxu yozdu; demədi-sonda nə var? Şimşəksiz yağmaq olmur, Canı yamamaq olmur, Cəhrəni yorma,gülüm, Hər ipdən yumaq olmur, Hər ipdən yumaq olmur, Hər qərdi duymaq olmur, Canım,səndə nə var ki- həyatdan doymaq olmur?

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.”MƏNƏ TƏRƏF…”

Post Views: 99 Sən-gülsən,həyat-çəmən- Çiçək aç mənə tərəf, Elə bil bu dünyada təkcə sənsən birdə mən- Yaxınlaş mənə tərəf. Duymaqdayam qəlbini, Duyuban sevdim səni, Anlatmaqçün sevgini- Dağlar aş mənə tərəf. Yadlaşmaram heç vədə, Vəfalıyam sözümdə, Hamı sino getsə də- Uzaqlaş,mənə tərəf. Saçımda yel də olsan, Dən tutmuş tel də olsan, Yağmurlu sel də olsan- Çağla,daş …

Azərbaycan ədəbiyyatı

Şairə Vüsalə VƏTƏNXAN.Yeni şeirlər (IV hissə)

Post Views: 81 Şəhid Şəhriyar Əsgərovun xatirəsinəBu gün göyərçinin qanadlarında,Yüksələn ruhuma baxır vətənim.Üç rəngli bayrağın ayparasında,Şəhidlik rəmzini taxır vətənim. Anam nalə çəkib diz çökən anda,Tutun qollarından, qaldırın onu.Mənsiz bükülməyə izn verməyin,Şəhriyar oğlutək qoruyun onu. Vətənə qanımı halal etmişəm,Bu haq belə asan verilməz ələ.Qalmasın düşməndə bu pak torpağım,Yoxsa yaralarım ağrayar hələ. Allaha əmanət qoyub sizləri,Əbədi cənnətə …

Azərbaycan ədəbiyyatı

Şairə Vüsalə VƏTƏNXAN.Yeni şeirlər (II hissə)

Post Views: 86 VƏTƏN UĞRUNDA İKİ GÖZÜNÜ DƏ İTİRMİŞ QAZİ İSMAYIL HÜSEYNZADƏYƏ Vətən adlı günəş doğdu bir igidin gözlərində,Gözlərinə qəlpə dəyən zaman, günəş utandımı?Görən varmı əvvəlkitək o taqəti dizlərində?Bu zülmətin ağuşunda çarə tapıb, tutundumu? O pak eşqin beşiyində, vətəninin keşiyində,Tutunmağa bircə yeri onun qəlbindəki yerdir.İnsanlığa örnək verən məhəbbəti var igidin,Vətən ilə anasına sığındığı qucaq birdir. …

Azərbaycan ədəbiyyatı

Şairə Vüsalə VƏTƏNXAN.Yeni şeirlər (III hissə)

Post Views: 67 Şəhid Əkbər Hüseynlinin xatirəsinəÖmrünü yarıda qoydu şəhidim,Çiçəklər tökəntək şux ləçəyini.Solmayan əbədi cənnət gülütək,Yaşatdı vətənin gül-çiçəyini. Atalar fəxr edər oğul gücünə,Mərdliyi, qeyrəti tarix yazıbdır.Gənc yaşda başdaşı qoyulan şəhid,Ana ürəyində məzar qazıbdır. Vətənin səngərdə doğan günəşi,Yüksələn bayrağı, şərəfi oldun.Sənin yüksəlişin dəldi göyləri,Cənnət məqamına qədəmin qoydun. Sən idin vətəni qoruyan mələk,Vətənə sinəni sipər edərək.Xain ayaqlardan …

Azərbaycan ədəbiyyatı

Şairə Vüsalə VƏTƏNXAN.Yeni şeirlər (I hissə)

Post Views: 121 Şəhid Anar Nağıyev Sahib oğlunun xatirəsinə Görün necə…Bu vətənin sağlığına can verənlər yaşayarmış,Yaşadıqca vətən adın zirvələrə daşıyarmış,Görün necə, vətən üçün əlləriylə daş oyarmış,Şəhidlərim… Görün necə…Pak torpağa paklığını qanlarıyla bəxş edərlər,Yaddaşlara igidliyi, mərdliyini nəqş edərlər,Görün necə, azadlığı bizə verib, tez gedərlər,Şəhidlərim… Görün necə…Yaramızı sarmaq üçün gəncliyinə vəda edib,Həqiqi eşq ilə canı vətəninə fəda …

Azərbaycan ədəbiyyatı

Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”Soyunub qəm köynəyini”

Post Views: 82 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru Soyunub qəm köynəyini Üzü dağlara gedəsən. Gəzib dağları doyunca Sonra da gözdən itəsən. Acını çəkə ev-eşik, Yol gözləyə dost-tanışın. Çiliklənən xatirələr Ola sənin məzar daşın. …

Azərbaycan ədəbiyyatı

Şair-publisist Əli Rza XƏLƏFLİ.”Mən Şuşaya gedirəm”

Post Views: 93 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Kredo” qəzetinin Baş redaktoru  Mən Şuşaya gedirəm Zəfər yolu çağırır, ruhum uçur yollara, Aşıram neçə həddi, mən Şuşaya gedirəm. Həsrətlərə od vurub, ayrılığı yandırıb, Yıxıb divarı, səddi, mən Şuşaya gedirəm… İnamımın ocağı küləkləndi, qor aldı, Ümidimin köhləni şahə qalxdı, zor aldı… Varlığım …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.”OCAQLAR GENNƏN TANINAR…”

Post Views: 68 Eynəyim gözə görədi, çörəyim üzə görədi, ocaqlar gennən tanınar- tüstüsü közə görədi, Küləyimin gur səsi var, ürəyimin körpəsi var, hər selin öz körpüsü var- çırmanmaq dizə görədi, Oynadıb kəpənəkləri tökməyin üstünnən zəri, gözəl çəmən çiçəkləri- savaşlar sizə görədi! El aşığı sözü bilər, Göydən Baxan düzü bilər, atıb-gedən özü bilər; məhəbbət bizə görədi, …

Azərbaycan ədəbiyyatı

Şair-ədəbiyyatşünas Təranə Turan RƏHİMLi “Altın qələm” mükafatı ilə təltif olunub

Post Views: 76 Azərbaycan və Yazıçılar Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Dünya Gənc Türk Yazar Birliyi (DGTYB) Məsləhət Şurasının üzvü, filologiya üzrə fəlsəfə doktoru, dosent, şair, tənqidçi, ədəbiyyatşünas Təranə Turan RƏHİMLi Qırğızıstan Respublikası Şair və Yazıçıları Fondunun “Altın qələm” mükafatı ilə təltif olunub. Xatırladaq ki, 2017-ci ildə istedadlı şairə Təranə Turan RƏHİMLi “Azərbaycan nəsri və təndiq” …

Azərbaycan ədəbiyyatı

Aynur QAFARLI.”*Boynubükük arzular*”

Post Views: 71 İçimdəki sevdanın, Ürəyi yara bağlar. Bu yollar məni bir gün, Aparıb dara bağlar. Eşqin qəfəsmiş ömrü, Quru həvəsmiş ömrü. Yazıq o kəsmiş ömrü, Dövlətə, vara bağlar. Könlündə min arzu var, Neçə mələr quzu var. Boynubükük arzular, Başına qara bağlar. İtirdim eşqdə ağlı, Könül qapısı bağlı. Aynurtək qəlbidağlı, Ümidin hara bağlar?

Azərbaycan ədəbiyyatı

Aynur QAFARLI.”*Bizdən bizə kim düşə?*”

Post Views: 79 Gəlib sizə dəyərdim, Qapınızı döyərdim, Bizdən sizə deyərdim, Sizdən bizə kim düşə? Qoy deyim sözarası, Sağalmır söz yarası, Ürəyimin parası, Sözdən bizə kim düşə? Qışı, yazı, nə yayı, Keçirməyək havayı, Axı bizdən savayı, Bizdən bizə kim düşə? Mənə bir söz ol, boyun, Çıxıb gedək qol-boyun, Saldığımız yol boyu, İzdən bizə kim düşə? …

Azərbaycan ədəbiyyatı

Şair-publisist Əli Rza XƏLƏFLİ.”AĞA LAÇINLI KÖRPÜSÜ”

Post Views: 80 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Kredo” qəzetinin Baş redaktoru  AĞA LAÇINLI KÖRPÜSÜ Ömürdən doymayan yanan baxışlar, Son anda dünyaya sevgi bağışlar, Sözümdə yeddi qat rəngə boyanar Ağa Laçınlıdan gələn naxışlar. “Alın yazısı”nın həzin kədəri, Bir şair ömrünün qəza-qədəri… Ağa Laçınlının “Gecə yuxusu” Danışır “Uşaqlıq” xatirələri. İldırım ötürən …

Azərbaycan ədəbiyyatı

Zərifə İSLAM.Yeni şeirlər

Post Views: 100 ULDUZ TOPLA MƏNİM ÜÇÜN Sən köksümdə doğan səhər, Ulduz topla mənim üçün. Taleyimi yazan qədər, Ulduz topla mənim üçün. *** Ruhum saran ayazından, Yolun düşən qar izindən. Dan sökməyən gündüzündən, Ulduz topla mənim üçün. *** Aydınlıqdan dumanlığa, Hissə-hissə, bir anlığa. Döndər özün qaranlığa, Ulduz topla mənim üçün. *** Baxma fələyin sözünə, Düşmə …

Azərbaycan ədəbiyyatı

Polşa şairi Xalina Posvyatovskayanın şeirləri

Post Views: 82 Məni adımla səslə Məni adımla səslə, sənə sarı gəlim Ey canımda olanım. Məni adımla səslə, Sorma, adım bir quşmu göy üzündə. Ya da bir kol, kökü salıbdır torpağa caynağını boyuyur qan rənginə Göy üzünü. Nədir adım, deyə soruşma, özüm də bilmirəm. Axtarıram… Adımı axtarıram. Bilirəm əgər eşitsəm adımı Dünyanın harasında olsam Cəhənnəmin …

Azərbaycan ədəbiyyatı

Küveytli Səadəs-Sabahın şeirləri

Post Views: 66 Səadəs-Sabah Küveytli şairə Səad Məhəmməd Sabah (Səadəs-Sabah) yazıçı və tənqidçidir. Siyasət və iqtisadiyyat üzrə fəlsəfə doktorudur. Ərəbdilli şairə fransız və ingilis dillərini mükəmməl bilir. 1985-ci ildə “Səad” Nəşriyyat Evini təsis edib. Səadəs-sabah dünya miqyaslı ədəbiyyat və poeziya üzrə bir çox mükafatlara layiq görülüb. Onun feminist düşüncəsinin və lirikasının gözəlliyindən dolayı, adı böyük …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Süleyman RÜSTƏM.”QARABAĞ MAHNISI”

Post Views: 115 Sən mənim doğru görən göz bəbəyimsən, Qarabağ, Öz canımsan, ciyərimsən, ürəyimsən, Qarabağ. Baxaraq hüsnünə hər yerdə məhəbbət görürəm, Ömrü ağ günlü könüllərdə səadət görürəm, Sözü xoş nəğməli dillərdə bəqiqət, görürəm, Zirvəsi qarlı dağımsan, dayağımsan, Qarabağ, Əbədi şölə saçan çilçırağımsan, Qarabağ. Yadigarsan babalardan bizə, ey şanlı diyar, Dostluğun – fəxr elə – bağlarında …