Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. Əlaqə telefonu: 051 785 44 33, E-poçt: edebiyyat-az.com@mail.ru Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 1681 - 1740 of 6. 571 NƏTİCƏLƏR
Azərbaycan ədəbiyyatı

Şair-publisist Hikmət MƏLİKZADƏ.”Onsuz da böyrümdən ürkək keçirdin”

Post Views: 50 Onsuz da böyrümdən ürkək keçirdin,Getdin könül verdin yadamı sən də?Mən özüm-özümü bir heç sayıram,Boş ver bu mənasız adamı sən də. Barmaq qorxusu var könül tarının,Mizrab tərpəndikcə sim umud tapar.Sənin inamın yox, mənim də tabım,Eh, belə sevgidən kim umud tapar? Əzabın bəlkə də istisi çıxmır…Nədən tüstü boğur közünü, canım?Eşqdən yanıq qəlbdə qəm oylağ …

Azərbaycan ədəbiyyatı

Şair-publisist Hikmət MƏLİKZADƏ.”Ey qələm qaşlı, yuxum qeybə çıxıb, dur, bəri gəl”

Post Views: 56 Ey qələm qaşlı, yuxum qeybə çıxıb, dur, bəri gəl, Orda, qəm sarmış o pak qəlbə qıfıl vur, bəri gəl. Eh, bu dağ çayları çox gurdu, könül bağlama ki,Bəlkə heç axmayacaq ömrü boyu gur, bəri gəl. Gəl, dua eylə, günah vəsf eləyər çöhrəni, gəl,Bir də gördün ki, qəfil kimsə çalır sur, bəri gəl. …

Azərbaycan ədəbiyyatı

Əziz MUSA.”Sənsiz”

Post Views: 50 Aya, Günə dəyişmərəm mən səni,Səni gözəl yaradıbdı, Yaradan.Səni görüb, eşidəndə səsini,Qəlbim gülür, rahatlanır ürək, can Baxışların alovludur, odludur,Bir baxmaqla ürək yanır, göz yanır,Sənsiz artır gözlərimin buludu,Göz yaşlarım yanağımda oynayır. Dilim susur, baxışlarım danışır,Ay insafsız, bir kəlmə də demirsən,Həsrətindən qəlbim yanır, alışır,Dünya sənsən, həyat sənsən , ömür sən.

Azərbaycan ədəbiyyatı

Əziz MUSA.”Boz sərçələr”

Post Views: 78 Durnalar, qaranquşlar,Vallah gəldi, gedərdi.Onların sevgisi də,Elə yaz, yay qədərdi. Nə bilir ki, qış nədir,Axı köçəri quşlar.İstı yerləri sevir,Durnalar, qaranquşlar. Onların dözümü yox,Nə qara, nə yağışa,Rahatlıqla vururlar,Ömürlərini baça, Dözümü, məhəbbəti,Boz sərçələrdən soruş.Qar nədir, soyuq nədir,Hardan bilsin qaranquş. Sevək boz sərçələri,Qayğılarına qalaq,Gəlin boz sərçələrə,Abidələr ucaldaq. Bizimlə hər əzabı,Boz sərçələr daşıdı.Sərçələr bu vətənin ,Yurdun vətəndaşıdı.

Azərbaycan ədəbiyyatı

Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Tələbəlik”

Post Views: 121 Durur ayrıldığım kölgəli çinar,Durur Gəncədəki bizim institut.Xəyalım bir yerdə tutmadı qərar,İlləri andırdı bir anlıq sükut. Neyləyim, unutmur insan ürəyi,Yaşadım dünyadan könlü yanıqlı.Düz dörd il geyindim köhnə pencəyi,Qolu gödək oldu, boynu yamaqlı. O pencək saxladı məni soyuqdan,Doğru danışmağı çoxu ar bilir.Əynindən çıxardıb vermişdi atan,Heç kim bilməsə də qonşular bilir. Bəzən ac da qaldım …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Ölsün birdəfəlik bu adətiniz”

Post Views: 60 Toyda oynadılar,ürək açdılar,Sonra gecəyarı dağılışdılar.Yolda gileyləndi biri əlbəəl; -Qız çörək yeyirdi.-Mən ölüm?-Sən öl!-Oğlanı görmüşdüm neçə il əvvəl,-Gəzənin biriydi.-Mən ölüm?-Sən öl!-Onlar evlənsə də yaşayan deyil.Qız on yaş böyükdü.-Mən ölüm?-Sən öl! Ölməyin,ölməyin,yazıqsınınz siz,Ölsün birdəfəlik bu adətiniz.

Azərbaycan ədəbiyyatı

Xalq şairi Zəlimxan YAQUB.”Gözəllik var olan yerdə”

Post Views: 54 Çirkin dönüb göyçək olar,Qanqal dönüb çiçək olar.İnsan dönüb mələk olar,Gözəllik duyulan yerdə. Qış gəlib yaza çevrilər,Kötüklər saza çevrilər.Qarılar qıza çevrilər,Gözəllik duyulan yerdə. Ümid coşar, həsrət ölər,Yamanlığa dəvət ölər.Kin susar, ədavət ölər,Gözəllik duyulan yerdə. Könül sevər, göz vurular,Bulanlıq sular durular.Dünya saflıqdan qurular,Gözəllik duyulan yerdə. Əridərik qəzəbləri,Unudarıq əzabları.Qazanarıq savabları,Gözəllik duyulan yerdə. Nə suç, nə …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Zəlimxan YAQUB.”Dəli olmağıma bir addım qalıb”

Post Views: 408 Bilmirəm heç nəyi, lələ, bilmirəm,Mən kiməm, nəçiyəm, hələ bilmirəm.Getmişəm, özümə gələ bilmirəm,Dəli olmağıma bir addım qalıb. Ömrümün bu yaşda nağılına bax,Nağıldı, ay Allah, nağıl, ona bax!Ağılsız eşqimin ağılına bax,Dəli olmağıma bir addım qalıb. Əl açar, sevgimin əli utanmaz,Xırmanı iş görər, vəli utanmaz.Yiyəsi utanar, dəli utanmaz,Dəli olmağıma bir addım qalıb. Bilmirəm, heç neçə …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Qabil.”Çadırlara alışmayın!”

Post Views: 59 Cərgə-cərgə, düzüm-düzüm,Görüb qan ağlayır gözüm…Millətimə budur sözüm:Çadırlara alışmayın! Nə gen-bolu, nə də darı,Nə qırışı, nə hamarı…Yığışdırın bu bazarı,Çadırlara alışmayın! Vurun, deşin dolu kimi,Qırın tikan kolu kimi,Uzaqlaşan dəli kimi…Çadırlara alışmayın! Əski-üskü dam-daşımız?!Burda xeyir-şər aşımız?!Qaraçı da yoldaşımız?!Çadırlara alışmayın! Burda tapmayın rahatlıq,Bir dəqiqə, bir saatlıq,Aman günü! El-elatlıq…Çadırlara alışmayın! İmarətə tən olsa da,Pəncərəsi gen olsa da,Dövrəsi …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Qabil.”Ümid sənədir ancaq, Azərbaycan əsgəri!”

Post Views: 61 Uzanır danışıqlar, imzalanır sənədlər.Xəritədə aləmə göstərilir sərhədlər.Səsimizə səs verir dünya başbilənləri;Ümid sənədir ancaq, Azərbaycan əsgəri! Dəyirmi masalarda izi var dirsəklərin,Ağla sığan söhbəti,sözü var dəstəklərin.Yardım bağlamasında özü var dəstəklərin,Lap ləl-cəvahir olsun hər yardımın dəyəri.Ümid sənədir ancaq, Azərbaycan əsgəri!!!! Diplomat cənabların hər biri hörmətlidir.Bu məqamda ölkəmə təşrifi qiymətlidir.Səyi təqdirə layiq, rəyi  ədalətlidir.Gözdən-nəzərdən salan kimdir …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Nəbi XƏZRİ.”Salatın-Rakviyem”

Post Views: 74 Baxdı atasınıntutqun üzünə,O, gördü mehribanbaxışlarda qəm.“ – Ata, Qarabağa gedirəm yenə.Ceyhun əmanəti…əyər gəlməsəm…”“ – Sən nə danışırsan?Bu sözlər nədir?Belə bəd hisslərdənay qızım, əl çək”Qızın ürəyindənaxdı bir fikir:“Həmişə güllələryan keçməyəcək!”Ata gözlərindəyaş gilələndi,Öpərək qızınıkədərlə dindi:“ – Mən oğul istədimilk övladımı,Dedim Soltan qoyumonun adını.Sən gəldin, can qızım,mehriban qızım,Mənə ilahidənərmağan qızım,Dedim ki, Soltanayaraşsın adın.Odur ki, çağırdımsəni, …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Nəbi XƏZRİ.”Gözəllik alınıb satılan zaman”

Post Views: 55 Sevgilər itirib zərurətini,Içilən andlarda həqiqət deyil!Müəllim tələbə bekarətini,Dollara alırsa fəlakət deyil? Kimsə güdür ciblər səxavətini,Onu düşündürən məhəbbət deyil!Nazir katibənin od şəhvətini,Zorla söndürürsə cəsarət deyil! Dubaya satılan nadir gözəllər,Məgər ki,dünyada rəzalət deyil?!Zərif bədənləri didən cod əllər,Tanrı qarşısında cinayət deyil? Çirkin girdablarda boğulur insan,Onun köməyinə sən yetmə,Allah!Sevgilər alınıb satılan zaman,Belə günahları əfv etmə,Allah!

Azərbaycan ədəbiyyatı

Xalq şairi Cabir NOVRUZ.”Vətən qorudun sənindir…”

Post Views: 58 Vətən qorudun sənindir,Qorumadın özgənindir,Qorumadın, yağınındır,Qorumadın axırındır… Vətən qorudun sənindir,O, bayraq tutan əlindir,Basılmaz qalan, dağındır,Qorumadın göz dağındır… Vətən qorudun sənindir,Yoxsa gədə-güdənindir,Yoxsa başsız sürünündür,Bir ovuc sağ ölünündür… Vətən qorudun sənindir,Allahın, peyğəmbərindir,Anan, qardaşın, balandır,O, indi talan-talandır… Vətən qorudun sənindir,O tay-bu taylı ünündür,İki ağlayan gözündür,Dərbəndindir, Təbrizindir… Vətən qorudun sənindir,Qorumadın kəfənindir,Qorumadın qübarındır,Murdarlanmış məzarındır…

Azərbaycan ədəbiyyatı

Xalq şairi Cabir NOVRUZ.”Mən necə yaşayım ölü günləri?… “

Post Views: 62 Demə bu məhəbbət, demə bu sevgi,Ötəri hiss imiş, ötəri həvəs.Yox imiş təməli, yox imiş kökü,Dəyəri bir qara qəpiyə dəyməz. Özün bu sevdaya sövq etdin məni,Sonra öz əlinlə özün dağıtdın,Özün hicrana öyrətdin məni,Özün bu kitabı açdın, bağladın. Özün də axırda dandın sözünü,O andlar, amanlar de, harda qaldı?Sən gəldin, yollardan çəkdim gözümü,Sən getdin, gözlərim …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Məmməd ARAZ.”Ağarma, saçım, ağarma!”

Post Views: 198 Nə erkən sənə dən düşdü,Niyə düşdü, nədən düşdü?Beynimmi qüvvədən düşdü?Ağarma, saçım, ağarma! Arzu sonsuz, ömür yarı…Artdı alnın qırışları,Səndə insaf olsun barıAğarma, saçım, ağarma! Məni qəmgin görsə əgərDüşmən gülər, dost qəm yeyər,Qızlar baxıb “dayı” deyər,Ağarma, saçım, ağarma! Daşdır qəlbin, daşdır canın,Yoxdur, duyğun, yoxdur qanın.Hələ gəncəm, sən vicdanınAğarma, saçım, ağarma! Ömür keçir, yaman keçir,Qəlbimdən …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Məmməd ARAZ.”Sən getdin”

Post Views: 66 Sən mənim yazıma birinci yağış,Sən mənim qışıma sonuncu qardın.O mənim qəlbimdə ünvan tapmamış,Pərişan bir eşqi hara apardın… Sən getdin, təbiət bir səs itirdi,Bir sevgi dastanı qaldı yarımçıq.Bir ulduz əbədi buluda girdi,Bir çiçək göyərib soldu yarımçıq. Sən getdin, son həsrət eşqi gözündənQəlbimə axmadı sözlə, qılıqla.Bəlkə oğurlayıb səni özümdənSənə qaytarırdım bu ayrılıqla… Son dəfə …

Azərbaycan ədəbiyyatı

Kənan AYDINOĞLU.”Dünyanın gözəl şeri Yunus Əmrədən gəlib”

Post Views: 59 Dastanlar bu torpağa düzüləndə bildim ki,Dünyanın gözəl şeri Yunus Əmrədən gəlib.Göz yaşına çevrilib süzüləndə bildim ki,Dünyanın gözəl şeri Yunus Əmrədən gəlib. “Subhənallah” deyincə nurlu gözləri dolan,Ruminin məclisində yenə ilk bahar olan,Dərin bir fəlsəfənin qaranlığına dalan,Dünyanın gözəl şeri Yunus Əmrədən gəlib. Hər misrası gövhərdən, torpaqdan daha dolğun,Yanaqları lalədən, incidən daha solğun.Türkün övladı yenə …

Azərbaycan ədəbiyyatı

Kənan AYDINOĞLU.”Ey mənim YUNUS ƏMRƏm, sənə salamlar olsun!”

Post Views: 59 XIII yüzil Ön Asiyada  ilk türkdilli təsəvvüf şairi Yunus Əmrəyə ulu sayğılarla! Qaramandan, Ərzurumdan, ey Oğuz dillərininBöyük şairi YUNUS, sənə salamlar olsun!ƏSKİŞƏHƏRdə belə məzarın olsa yenə,Ey mənim YUNUS ƏMRƏm, sənə salamlar olsun! MƏHƏMMƏDin həsrətin çəkəndə gözü dolan,MÖVLANA məclisində HAQQı deyən söz olan.Çəkib həsrətin yenə çiçəklər kimi solan,Ey mənim YUNUS ƏMRƏm, sənə salamlar …

Azərbaycan ədəbiyyatı

Şəfa VƏLİYEVA.”Bütün ayrılıqlar doğma…”

Post Views: 98 ***bütün ayrılıqlar doğma…bütün xoşbəxtliklər yad…səninlə yaşanan hər nə varsaadını qoymağa çalışma…heç məndən də soruşma…adı üstündə yazılı: HƏYAT… bağırma, çağırma…sükutunu qucaqla…dərdini bas bağrına…bir də görərsən ki,qapın döyülür…pəncərəndən pıçıltılar tökülür-gecikmiş “Bağışla” adıyla… yalan demirəm sənə…İnanmasan da olur…daha eynimə gəlmirməni necə bilirsən…daha əynimə gəlmir“qadın nazı”… Bilirsən… bütün səssizliklər haray…bütün anlayışlar fəryad…səninlə yaşanan hər nə varsaadı …

Azərbaycan ədəbiyyatı

Saqif QARATORPAQ.Yeni şeirlər

Post Views: 52 Yavaş-yavaş alışırsan hər qəmə,Adilləşir sol qolunun ağrısı.Yavaş-yavaş gözdən düşür ömür-gün,Deyirsən ki…Ürəkdi də, qoy ağrıyır-ağrısın… Qoy sevinsin qeybətini qıranlar,Gülə-gülə gəl hamını yola ver.Xatirələr göz yaşında durulsun,Külə dönən ümidləri yelə ver! Eh…kimə nə ağlayırsan,gülürsən,Bəlkə elə unutmusan adını.Bu gecə də tənhalıqdı qonağın,Çıxardırsan darıxmağın dadını. Açıq qalıb səhərəcən pəncərən,Qəfil yağış pərdələri isladıb.Gözlərinə düşən gündən oyandın,Bu sabah …

Azərbaycan ədəbiyyatı

Rafiq ODAY.”BAŞIN SAĞ OLSUN, VƏTƏN!”

Post Views: 53 Şəhid Elman Müslüm oğlu Abbasovununudulmaz xatirəsinə I Ataxal kəndində gəldi dünyaya,Dolaşdı hər dağı, dərəni Elman.Yaxşı tanıyırdı mahir ovçutək,Bu yerdə hər bəndi, bərəni Elman. Ataya, anaya ümid payıydı,Babanın-nənənin hay-harayıydı,Hamı bu oğlanı doğma sayırdı,Sevirdi doğmatək hərəni Elman. “Cəngi” üstündəydi sazının simi,Yox idi zərrəcə kəsiri, kəmi.Düşmən xar olardı – Koroğlu kimi,Çəkəndə bir dəli nərəni Elman. …

Azərbaycan ədəbiyyatı

Şairə-publisist Nəcibə İLKİN.”Şəhid anası”

Post Views: 67 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru ŞƏHİD ANASI (Ad günündə şəhid olmuş milliyətcə tatar olan Adek Sepxanova həsr edirəm) Dünən bir ana gördüm, qəlbi qaynar, od-alov,Sinəsində qarlı qış, kirpiklərində qırov.Dünən bir …

Azərbaycan ədəbiyyatı

Hikmət MƏLİKZADƏ.Yeni şeirlər

Post Views: 55 *** Qırx beş ildi ov güdürəm boş yerə,Saçlarıma kəfən oldu dənim, eh.Molla hazır, tabut soyuq, can isti…Daş olmalı halım yoxdu mənim, eh. Yoxa çıxıb aradakı körpülər,Bu lal köçü öz arxanca çək, keçir.Başa düşdük sevgi nədir, guya ki,Anlamadıq Tanrı bizdən tək keçir… Aclıq bizi dara çəkir o vaxtdan,Gör, içimdə bir söz qalıb yeməli?!Gəlişimiz …

Azərbaycan ədəbiyyatı

Əziz MUSA.Yeni şeirlər

Post Views: 53 HƏLƏ Bəxtimin ulduzu bu sevimli qız,Neyləyim əzəldən nazlıdır belə.Yerişi, duruşu bir tamaşadı,Bənzəyir ən gözəl çiçəyə, gülə. Odlu baxışıyla canımı alır,Vallah mən yazığı odlara salır,Hər şey dəyişsə də, məhəbbət qalır,Mənə əzab verir o, bilə-bilə Alışıb yanıram pərvanə kimi,Titrəyir qəlbimin ən incə simi,Tökübdü üstümə kədəri, qəmi,Mənəm ki, bu naza dözürəm hələ. GÜLÜM Gecə gözlərimdən …

Azərbaycan ədəbiyyatı

Kənan AYDINOĞLU.”Sən hələ körpəsən, üzündə nur var”

Post Views: 53 Sən hələ körpəsən, üzündə nur var Mayisə bibimin və Elbəyi əmimin Nuryüzlü nəvəsi Xanıməfəndi Leyla Rəhimova üçün Günəşə, aya da boylanan Sənsən,Söhbətin bal olar, sözün bal olar.Nə qədər doğmasan, nə qədər əziz,Sənin gülüşünlə dünya lal olar.Sənə hələ körpəsən, üzündə nur var,Boynuna örtdüyün ipək şal olar. Bakı şəhəri. 6 iyun 2019-cu il.

Azərbaycan ədəbiyyatı

Şəfa VƏLİYEVA.”Salam, cənab dirijor!”

Post Views: 53 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı *** salam, cənab dirijor! saxla əlini bir az… daha oxumasın xor, eşqsiz oxumaq olmaz! adam eşqdən oxuyar, adam dərdi söyləyər… gün gələr, dən qoxuyar daraqtanımaz tellər… ver, …

Azərbaycan ədəbiyyatı

Şəfa VƏLİYEVA.”Bütün zəlzələlər, qar uçqunları”

Post Views: 54 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı Bütün zəlzələlər, qar uçqunları Bir insan ruhunun sancısındandı… Şeirlər hisslərin uçurumları, Romanlar ən ucuz intiharlardı… Səhər “sevda!”- deyə yansa könlümüz Axşam can ağrısı qor edir bizi… Uğrunda …

Azərbaycan ədəbiyyatı

Şəfa EYVAZ.”Bilmirsən”

Post Views: 83 Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Məsul katibi Götür ürəyini, gəl mənə tərəf… Əriyib yolların qarı, bilmirsən. Bir ümid içimdə çıxıb naxələf, Uçub gedib sənə sarı, bilmirsən. Sanma ki, arzular gəlib keçici, Bu könül yaşını doldurub çoxdan. Bizim taleyimiz iki …

Azərbaycan ədəbiyyatı

Şəfa EYVAZ.”Əl açıb küçədə dilənən çocuq”

Post Views: 54 Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Məsul katibi Nəsə demə… dillənmə. Səni bu yollara salan dünyaya Dəymir, Dəymir ki dillənib nəsə deməyə. “Kimsəm yoxdu” tökülür sözcüklər təbəssüm çəkilmiş dodaqlarından. Kiçicik əlləri titrəyir amma, Soyuqluq tökülür baxışlarından. Ağlama çocuq, Ağlama! Bu …

Azərbaycan ədəbiyyatı

“Səbəbi sənsən”in müzakirəsi keçirildi

Post Views: 56 AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin gözəl bir ənənəsi var. Hər həftənin ikinci günü çağdaş dövr ədəbi nümunələrindən birinin müzakirəsi keçirilir. İlk dəfə olaraq həmin müzakirədə mən də iştirak etdim. Növbəti müzakirə üçün Rəşad Məcidin “Səbəbi sənsən” adlı şeirlər kitabı seçilmişdi. Müzakirədə AMEA-nın müxbir üzvü, şöbənin müdiri …

Azərbaycan ədəbiyyatı

Xəyalə SEVİL.Yeni şeirlər

Post Views: 62 “Gənc Ədiblər Məktəbi2”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü Əllərim qoynumda dustaq Gözüm ürəyimin suyunu çəkdi, Quruda qaldım sənsiz. Mən səninlə tam olmuşdum, Yarıda qaldım sənsiz. Gözümdən düşən dünyanı Kim qoyacaq yerinə?… Xəyallarım qız uşağı, Qoşulub qaçıb birinə. Əllərim qoynumda dustaq, Səni saxlamıram ki. Pəncərəmi açıq …

Azərbaycan ədəbiyyatı

Xəyalə SEVİL.Yeni şeirlər

Post Views: 46 “Gənc Ədiblər Məktəbi2”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü Güzgülər içimin çöl tərəfidi Ayrılıq deyirəm… Ayrılıq Bədənimin sol tərəfidi. Gözlərim deyirəm… Gözlərim Gedənlərin yol tərəfidi. Güzgülər içimin çöl tərəfidi, Güzgülərdə sevmə məni. Ürək görünmür orda! Yox! Qayıtma deyirəm, Əvvəl ayağa dur ürəyimdə. Ayağa dur ki, sənin …

Azərbaycan ədəbiyyatı

Kənan AYDINOĞLU.”Bağışlayıb, suçumu gəl”

Post Views: 52 Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü. Şair dostumuz Əziz Musaya. Şairsən, kövrək şairsən, Bağışlayıb, suçumu gəl. Könlünün sözünü dinlə, Bağışlayıb, suçumu gəl. Yasamaldan və Bayıldan, Nəbidən, Qaçaq Mayıldan, Qubadlıdan, Cəbrayıldan, Bağışlayıb, suçumu gəl. Şairə atılmaz ki, ox Möminin qəlbi, gözü tox, Bu dünyaya etibar yox, …

Azərbaycan ədəbiyyatı

Əziz MUSA.”Gözlərin”

Post Views: 54 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Gözlərə nə qədər şeir yazılıb, Gözlərə nə qədər mahnı qoşulub, Sənin gözlərindən yoxdu dünyada, O gözlər tay mənim həyatım olub. O gözlər naz ilə baxanda mənə, Məndə nə can qalır, nə də ki, …

Azərbaycan ədəbiyyatı

Əziz MUSA.”Gizlənpaç oynama”

Post Views: 52 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Gizlənpaç oynama bu qaşla gözlə, Sən harda olsan da tapacam səni, Gecə də gündüz də yolumu gözlə, Gəl bu ayrılığa öyrətmə məni. Unutma özünü, vaxt tələ qurur, Yolumu, izimi tumarla hərdən, Hələ ilk …

Azərbaycan ədəbiyyatı

Afət VİLƏŞSOY.”Gəlmə”

Post Views: 59 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Cənub Bürosunun Rəhbəri Gözləntilər, puça çıxsın ümidlər, Arzulara quyu qazım bu axşam. Sən bir az da ağlat, bir az da gəlmə Həsrətinə şeir yazım bu axşam. Qaş qaralsın, bala-bala saralım, …

Azərbaycan ədəbiyyatı

Xəyalə SEVİL.”Hamıdan sonrasan”

Post Views: 69 “Gənc Ədiblər Məktəbi2”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü Hamıdan sonrasan, Hamıdan əvvəl. Ömrün tən ortası Görüş yerimiz. Budağıq, yarpağıq, Suyuq, torpağıq, Bəlkə bir gövdədə Tamamlanaq biz? Ruh adam, dost adam, Bu doğmalığın Adını mən qoyum Ömrünü sən ver. Yarımcan qalmışdım Dünənə kimi. Nə ömür verirsən, …

Azərbaycan ədəbiyyatı

Xəyalə SEVİL.”Cəzalıdı ürəyim”

Post Views: 50 “Gənc Ədiblər Məktəbi2”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü Cəzalıdı ürəyim, Bədənimdə küncə qoydum. Yorulan göz yaşımı, Yanağımda dincə qoydum. Bu da səndən qalan ömür, Yarı sənsən, yarı sudu. Həsrətini atdığım yer Gözlərimin quyusudu. Eh! Yolların yol yoldaşı, Gedən yollara qarışdın. Sən tək bədəndən ibarət

Azərbaycan ədəbiyyatı

Xəyalə SEVİL.”Və bir gün qarşına bir adam çıxa”

Post Views: 68 “Gənc Ədiblər Məktəbi2”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü Və bir gün qarşına bir adam çıxa, Elə oyanasan yuxundan elə Gördüyün yuxular yadından çıxa. Və bir gün qarşına bir adam çıxa, Əridəsən hisslərinin qarını. Açasan qəlbini bir sərgi kimi, Tək-tək göstərəsən duyğularini. Və bir gün qarşına …

Azərbaycan ədəbiyyatı

Xəyalə SEVİL.”Sən mənim xəyal yoldaşım”

Post Views: 42 “Gənc Ədiblər Məktəbi2”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü Əvvəl saçlarımı kəsdirdim, Sonra qollarımı tulladım Yanımdakı boşluğa. Mən alışdım təkliyə, Sən alışdın sərxoşluğa. İçimə atdım səsimi, İçimdə qulaq batır. İndi gücüm nə ölməyə, Nə də yaşamağa çatır. Sən mənim xəyal yoldaşım, Ayrılığın adını qoy. Həyatına sevmədiyin …

Azərbaycan ədəbiyyatı

Ay Bəniz ƏLİYAR.”Yenə gözüm su içmir”

Post Views: 57 Yenə gözüm su içmir, həyat donub elə bil. Məndəki bu səssizlik xeyir əlamət deyil… Keçdi ömrün yarısı, yarı yaşa yetişdim. Kal günlər, kahal günlər gəldi başa, yetişdim. Gözümə işıq oldu, ömrümə çıraq adam, Gördüyüm yuxulardan çin çıxan qonaqadam. İşə gedirəm hər gün, çıxır yoluma yenə. Evimə dönən zaman qapımı açır mənə. Həm …

Azərbaycan ədəbiyyatı

Ay Bəniz ƏLİYAR.”Sənə şeir axtarıram”

Post Views: 50 Yaşamaq eşqinə düşüb, Sənə şeir axtarıram. Boş şeydi qafiyə işi, Sən ən gözəl qafiyəmsən. Mənə elə tərs-tərs baxma… Haqlısan yerdən göyəcən. Bu şeirdə sənin yerin tərsinə düşüb deyəsən… Vallah, qafiyə boş şeydi… Qoymaram beynimi yorsun… Burda qafiyə yerinə olarmı əllərin dursun? Şeir axtara-axtara səni gəzirəm, biləsən. Elə zamanında gəl ki qafiyəmlə tən …

Azərbaycan ədəbiyyatı

Şairə Adilə NƏZƏR.”Adımı şeir elədim”

Post Views: 61 Filologiya üzrə fəlsəfə doktoru, AYB-nin üzvü, “Kitab Evi” İctimai Birliyinin sədri Hansı ağrılardan çıxdın, Hansı əzablardan gəldin? Harda ağladın kim bildi, Kim bildi ki, harda güldün. İslandınmı, qurudunmu, Kimin gözünə əkildin? Coşub bir gün şəlalətək, Kimin qəlbinə töküldün? Ruhumun yağmur havası, Könlümün duman yerisən. Kiminin ümid işığı, Kiminin güman yerisən. Ürəyimə düşən …

Azərbaycan ədəbiyyatı

Şairə Adilə NƏZƏR.”Qar yağıb”

Post Views: 63 Filologiya üzrə fəlsəfə doktoru, AYB-nin üzvü, “Kitab Evi” İctimai Birliyinin sədri Dünən gözəl bir haldaydım, Bu gün o hala qar yağıb. Həyat necə də acıymış, Şəkərə, bala qar yağıb. Bir nöqtədə cəm olmuşdum, Elə şad-xürrəm olmuşdum, Sevincimdən dəm olmuşdum, Gör necə əla qar yağıb. Verim bu dərdi neçəyə, Ağrıdım üzü gecəyə, Qaldığım …

Azərbaycan ədəbiyyatı

Əyyub MƏMMƏDOV.”Dəniz boyda sevgim…”

Post Views: 52 Gəlmişəm yenə də dəniz seyrinə, Qəmli fikirlərlə həsrət ötürüm. Baxıram dənizin ucqar yerinə Deyirəm təəssüf mənim sevgimə. Bir vaxtlar dənizi birlikdə sevdik Gəlib kənarında, qışı yay etdik. İndi bu yerlərə yalnız gəlirəm Çılğın dalğalarla köks ötürürəm. Gələrdik dənizə görüşmək üçün Qol-boyun olub, sarılmaq üçün. İndi tək-tək gedirik, düşünmək üçün Oturub kənarda ağlamaq …

Azərbaycan ədəbiyyatı

Əyyub MƏMMƏDOV.”Alov kimi”

Post Views: 47 Bu bahar da payız kimi, Sarı, qırmızı keçdi.. Yaşıllığı görmədim Ya da gördüm, hiss etmədim. Çoxdandı fəsilləri, Yaman qarışdırmışam Bircə sən qarışmırsan. Beynimə qoyduğum kimi, Yerində dayanmısan. Dünən küləklə qar, Yaman çovğun yaratdı Bütün cismim üşüdü. Təkcə başımdan başqa Orda elə qalmısan, İsti daş kömür kimi Məni yaman qızdırır, Xəyalın alov kimi…

Azərbaycan ədəbiyyatı

Əyyub MƏMMƏDOV.”Gecikirsən, ay ürək”

Post Views: 45 Arzuları bir-bir gerçək etməyə Vaxt azalıb, gecikirsən, ay ürək. Bu həyatda əməl qoyub getməyə, Gecikirsən, bir az tələs, ay ürək. Çoxdandır heç yoxlamırsan özünü Bəlkə sağlam, bəlkə xəstəsən bilək. Deyirdin ki, qəm bağlayıb üzünü Gecikirsən sil dərdini, ay ürək. Hiss edirəm, içində bir boşluq var Vaxt ötsə də, dola bilmir bu ürək. …

Azərbaycan ədəbiyyatı

Əyyub MƏMMƏDOV.”Apar məni doxsanlara”

Post Views: 53 O dövrdə izim qalıb Çox deyilmiş sözüm qalıb Xatirəmdən ilham alıb, Baxar könül oralara Apar məni doxsanlara. Yaşım onda azdı mənim Heç olmazdı dərdim,qəmim İstəyirəm indi gəlim Qaçım-gedim doğmalara, Apar məni doxsanlara. Bayramları çox fərqliydi Süfrələr bol-bəzəkliydi. Adətlər də dəyərliydi Bircə getsəm o çağlara, Apar məni doxsanlara. Televizor köhnə idi. Düymələri də …

Azərbaycan ədəbiyyatı

Əziz MUSA.”Gözəl” (Təcnis)

Post Views: 51 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Çoxdan gəzdirirəm dərdi sinəmdə, Qurumur inan ki, gözdə nəm, gözəl. Sinəm alovlanır dərd isinəndə, İtibdi gözümdə göz dənəm, gözəl. Xəlbirim, ələyim düz ələ indi, Sözümü tapşırdım düz ələ indi, Çətin ki bu qəddim …

Azərbaycan ədəbiyyatı

Əziz MUSA.”Bir gün gecikərsən”

Post Views: 117 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Sən bir bəhanə tap, gecik görüşə, Ürəyim həsrətlə çırpınsın bir az. Gecik əllərimdə solsun bənövşə, Qoy məni ağlatsın bu işvə, bu naz. Axtarsın gözlərim elə hey səni, Xəyalım dalınca yollara çıxsın, Gülüm intizarda …

Azərbaycan ədəbiyyatı

Əziz MUSA.”Gözəl”

Post Views: 49 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Gözələ deyilər sözün gözəli, Gözəldə ən gözəl gözdü , ay gözəl. Əl vursan yandırar vallah köz əli, Gözlərə od salan közdü, ay gözəl. Od düşsə alışıb yanacaq ürək, Nazlı bir gözəli sevəsən gərək, …

Azərbaycan ədəbiyyatı

Əziz MUSA.”Baba”

Post Views: 52 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Olan düz bölünmür, artıb qalıqlar, Yaxşılıq bilməyir daha balıqlar, Gün-gündən çoxalır xarabalıqlar, Dünyanın nizamı pozulub, baba. Daha düz çəkməyir, bu daş tərəzi, Yoxdu, ədalətin , haqqın əvəzi, Bölünüb dağları, düzü, dənizi, Dünyanın nizamı …

Azərbaycan ədəbiyyatı

Əziz MUSA.”İnciyər”

Post Views: 53 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Düşsən qürbət yollarına, Səndən doğma el inciyər, Öpməsən , sığallamasan, Qara saçlar, tel inciyər. Nur saçmasa göydən günəş, Çiçək solar, gül inciyər, Bal kimi söz danışmasan, Dodaq küsər, dil inciyər, Görüşünə sən geciksən, …

Azərbaycan ədəbiyyatı

Şəhla RAMAZANQIZI.”Gücüm yetməz atdığı hər daşına”

Post Views: 42 Gücüm yetməz atdığı hər daşına. Yaşım çatmaz söz deməyə yaşına, Görən kimdi sığal çəkən başına?! Arxası kim,dayağı kim dünyanın?! Gözlərimə yuxu yaddır gecələr, Çox gerçəyə şahid olur küçələr, Ömür sürür yarıyuxulu neçələr, Yatmışı kim, oyağı kim dünyanın? Dərk edəndən doğuluruq, ölürük, Qısa ömrü hamı ilə bölürük, Hansımız bu müəmmanı bilirik? Başı kimdir,ayağı …

Azərbaycan ədəbiyyatı

Şəhla RAMAZANQIZI.”Sən yoxsulu görəmməzsən dilənən”

Post Views: 48 Sən yoxsulu görəmməzsən dilənən, Kasıb adam zəngin qəlblə mərd gəzər. Həyat yükü çiyinlərin əzsə də, Qəddin əyməz,ürəyində dərd gəzər. Addımbaşı ” yoxluq” deyib ağlamaz, Rəbbdən özgə kimsəyə bel bağlamaz, Acı dillə könülləri dağlamaz, Tale yükü həyatında sərt gəzər. Öz evinə gələndə də utanar, Əlləri boş cibində gizli yanar, Səbr eləyər çətin günə,dayanar. …