Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. E-mail: edebiyyat-az.com@mail.ru, Əlaqə telefonu: 051 795 44 33 Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 1201 - 1260 of 1. 592 NƏTİCƏLƏR
Azərbaycan ədəbiyyatı

Şəfa VƏLİYEVA (Yeni şeir) Təpinə bilmirəm… sözümə baxmır…

Post Views: 37 AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü dözüb durmaq olmur… yıxılır ölür hər gün bircə-bircə can ümidlərim… çəkdiyim ağrılar sən qoxuludu, həkimlər uydurur xəstəlikləri… daha yaşamağım bir ovuc qalıb… ürəyim canıma sinmir… sığışmır… gözüm bulud olub yoldan asılıb, təpinə bilmirəm… sözümə baxmır… bilirəm… bilirsən, sevmək asandı… …

Azərbaycan ədəbiyyatı

Zeynəb DƏRBƏNDLİ (Yeni şeir) A Dünya

Post Views: 25 Azərbaycan Yazıçılar Birliyinin üzvü De, niyə bizləri sınağa çəkib, Sən özün özünə şadsan a dünya? Kiminə kilo ilə qızıla dönüb. Mənə qəlb yandıran odsan a dünya. Az olubmu mənə, verdiyin əzab, Allah deyən bəndə, buna etməz tab. Kimi dərd qəm içir, kimisi şərab, Kiminin ağzında dadsan a dünya. Nə yazığ, bizləri fələyə …

Azərbaycan ədəbiyyatı

Saqif QARATORPAQ.”Üzümdəki təbəssüm”

Post Views: 30 Üzümdəki təbəssüm içimdəki hıçqırıq, Sızıb üzə çıxınca olubdu qırıq-qırıq. Sinəm bir köhnə divar, güllələrlə yazılıb. Bir eşqin kölgəsində qəbrim çoxdan qazılıb. Dünən qəfil güllədən ölənin yasındayam. Gündüzlər “Fatihə”-də, gecələr “Yasin”-dəyəm. Təbrizdə güllələnib, Hələbdə soyuluram. Bir çinaram,min ildi içimdən oyuluram. Tökülür yarpaqlarım, könlümdə xəzan yeli. Məni tərsinə atıb qoca taleyin əli… Dövranın sapı …

Türkiyə ədəbiyyatı

Harika UFUK.”Gözyaşlarım”

Post Views: 28 Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temssilcisi Nehirleri mecralarından çıkarıp Bana getirsen Ödeyemezsin bir damla gözyaşımı. Gönlümden gönlüne Uçmaz ki sevdam! Artık Kanadı kırık, yüreği yanık, Üşümüş, ıslak, Yaralı kuştur aşk… Yitik anılar yumağı Titrek uykusuzluğuma sarılmış, Tırnaklarım Uykusuzluğumla yastığıma geçmiş. Yağmur Dışarıda cama, İçeride yüreğime vuruyor. Güçsüz değildim ki ben Yıkamazdı …

Azərbaycan ədəbiyyatı

Mayisə ƏSƏDULLAQIZI.”Səni gizli görümmü?”

Post Views: 30 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru Səni gizli görümmü? Tellərini hörümmü? Bal kimi dodaqları, Yana-yana öpümmü?! Busələri pay eylə, Vücudunla könlümü, Məcnunlara tay eylə… Ürək yaşasın deyə, Heyranam gözəlliyə… Xəta olmasın deyə, Kimsə xətrinə dəyə, Səni gizli görümmü?! Meyxoş olum, ölümmü?!

Publisistika

İsrafa qarşı tədbir almaq dünyanı dəyişdirə bilər

Post Views: 33 İnsanların eqoistlikləri, mənfəətpərəstlikləri, acgözlükləri olmasa, bir-birlərini sevib bir-birlərinə kömək etməyi üstünlük kimi görsələr, dünya indikindən daha fərqli olar. O zaman dünyanın bir hissəsində uşaqlar acından ölərkən, digər hissəsində futbol komandalarına milyardlarla dollar pul xərcləmək məntiqsiz olar. Suriyada, Əfqanıstanda müharibənin  ortasında qalan uşaqlar yerdən çörək qırıntıları topladığı halda, özlərinə qızıldan maşınlar düzəldənlər utanardı. …

Azərbaycan ədəbiyyatı

Fidan Abbasova (Yeni şeir) Qapını üzümə çırpıb gedərkən

Post Views: 31 Qapını üzümə çırpıb gedərkən heç düşünmədinmi kim var otaqda bir zaman qürurla məni sevərkən bilməzdim qoyarsan sən məni yolda…. Qəlbimə toxundu o sərt baxışlar elə bil dünyadan küsən kimiyəm ilahi böyükdür hər vaxt bağışlar mən sanki bir dəmir qəfəs kimiyəm….. Sarıb hər yanımı kədər üzüntü var olan bir seyi necə yox edək …

Publisistika

Kənan Murquzov (Məqalə) Rafiq Odayın ədəbi-bədii fəaliyyəti

Post Views: 49 Qədim zamanlardan bu yana müxtəlif mərhələlərdən keçən Azərbaycan ədəbiyyatının ən yeni dövrünün ikinci mərhələsində yaşayıb ədəbi-bədii yaradıcılıq fəaliyyəti ilə məşğul olan sayğıdəyər dostlarım içərisində ən çox öz humanist addımları ilə diqqəti cəlb edən yazar, jurnalist,  eyni zamanda  publisist Rafiq Odayın ədəbi-bədii fəaliyyətinə nəzər salmaq zərurəti yaranır.Bununla əlaqədar olaraq,  istedadlı qələm sahibləri üçün …

Azərbaycan ədəbiyyatı

Yazıçı Eyvaz Zeynalovun “Alın yazısı” romanının təqdimatı keçiriləcək

Post Views: 34 Yazıçı Eyvaz Zeynalovun “Alın yazısı” romanının təqdimatı keçiriləcək, İyunun 13-ü saat 16-00-da Nəsimi r., Puşkin k., 32 a, AK center II mərtəbə yerləşən kitab satış mərkəzində (28 may Metrosu, Dəmiryol xəstəxanasının yanında) yazıçı Eyvaz Zeynalovun “Alın yazısı” romanının təqdimatı keçiriləcək. Oxucularımızın hamısını bu tədbirə dəvət edirik.

Azərbaycan ədəbiyyatı

Həsrət Əli Zülfüdağlı (Debüt) YARISI BİZİK DÜNYANIN

Post Views: 35 Həsrət Əli Zülfüdağlı (Kərimov Həsrət Əli oğlu) 1955-ci il iyun ayının 10-da Şəmkir rayonunun Şiştəpə kəndində anadan olub. 1972-ci ildə Şiştəpə kənd orta məktəbini bitirdikdən sonra Ç.İldırım adına AzPİ daxil olmuş və 1978-ci ildə Mühəndis-mexanik ixtisası ilə həmin insitutu bitirmişdir.İlk şeirlərini orta məktəb illərində yazmağa başlamışdır. 1980-ci ildən başlayaraq dövri mətbuatda mütamadi …

Azərbaycan ədəbiyyatı

Azər Cəbrayıllı (Debüt) Sevən qəlblər

Post Views: 38 Azər Cəbrayıllı (Məmmədov Azər Mikayıl oğlu) 1967-ci il iyun ayının 19-da Cəbrayıl rayonuda ziyalı ailəsində anadan olub. 1983-cü ilin may ayında atam Mikayıl Məmmədovun işi ilə əlaqədar orta təhsilini Zaqatala şəhər 1 nömrəli orta məktəbdə davam etdirib.1984-cü ildə orta məktəbi başa vurduqdan sonra Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının (indiki Aqrar Universitet) “Kənd təsərrüfatı …

Azərbaycan ədəbiyyatı

Əsmər Qasımlı (Yeni Şeir)

Post Views: 51 Buludun da dolub gözü elə bil ki bax bu axşam, Axıdaraq göz yaşını kimdən imdad diləyir o? Nə yaxşıdır, heç olmasa qara bulud qara günü, Taleyindən çıxardaraq yer üzünə çiləyir o. Bir gecədə yer üzünə düşən hər bir damla yağış, Günəşin al şəfəqiylə par-par yanır səhəri gün. Axıtmasa göz yaşını çıxararaq ürəyindən, …

Azərbaycan ədəbiyyatı

Elnur RƏSULOĞLU.”Demək, yaşayıram mən”

Post Views: 34 Əgər bir gözələ könlümü verib Sevirəmsə, demək, yaşayıram mən. Ürəyimin mənə dediyi yerə Gedirəmsə, demək, yaşayıram mən. Bəsdir yaşadığım mütilər kimi! İtirsəm, itirrəm, söylə nəyimi? Axı mən insanam! İstədiyimi Edirəmsə, demək, yaşayıram mən. Çox ağac əkmişəm dostluq bağında. Dostluq etməmişəm pul marağında. Dostun köməyinə dar ayağında Yetirəmsə, demək, yaşayıram mən.

Azərbaycan ədəbiyyatı

Şəhanə CƏFƏROVA.”Bəzən susub-susub xəyala dalan!”

Post Views: 30 Bəzən susub-susub xəyala dalan! Bəzəndə çox danışıb gözləri dolan! Ürəyimdə yaşatdığım varlığım! Çox düşünə bilmirəm həyatimi! bilirəm bir gün tutacaqlar yasimi! heç vaxt ölməyəcək yaşayacaq varliğim! Zaman çox tez keçir! Dünən ən uşaq idim bu gün gənc oldum! Həyat məni sabah necə dəyişəcək bilmirəm! Bəlkə də zamanız öldürəcək! Amma heç vaxt yaşlanmayacaq …

Azərbaycan ədəbiyyatı

Günel ƏJDƏRQIZI.”Yaşın nə fərqi var ki…” (Esse)

Post Views: 35 Böyük bəstəkarımız Üzeyir Hacıbəyov “O olmasın, bu olsun” musiqili komediyasını yazmasaydı, biz indi, görəsən, neyləyərdik, ilahi?! 50-55 yaşlı qızlarla ailə quran kişiləri necə adlandırardıq?! Gözəl bəstəkarımız haradan biləydi ki, onun yaratdığı Məşədi İbad obrazı o dövrlə müqayisədə bu gün daha məşhur və aktual olacaq. Bəlkə də o, sağ olsaydı indiki Məşədi İbadları …

Azərbaycan ədəbiyyatı

Hikmət Məlikzadə Şeir Esse

Post Views: 27 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü * * * Kölgəm, dünya savaşına ac adam… Sevdam, zirzəmi pilləkəni kimi uçuq. Ruhm da, yuvasına həsrət alabaxta kimi səksəkədə. Allahım, neynim?! İndi kimsə yoxsul baxışlara könül qapılarını açmır. İndi qurbağalar oxuyur elçi daşlarının üstündə. İndi… Sən sənsən. Mən mən …

Azərbaycan ədəbiyyatı

Əlirza HƏSRƏT.”Kitabım”

Post Views: 35 Kövrəldim bu gəlişinə, Yubandın nədən,kitabım? İkimiz bir canıq elə, Sən ruh,mən bədən,kitabım. Qoy gəlsin sözə əl basan, Sevən könlü duyar asan. Bu qəribin yurd payısan, Ay mənim Vətən kitabım. Eşq nurudur sözün cəddi, Məğrurdur əyilməz qəddi. Gözəlliyə ibadətdi, Hər nazın,ədan,kitabım.

Azərbaycan ədəbiyyatı

Hikmət MƏLİKZADƏ.”Kölgəm, dünya savaşına ac adam…”

Post Views: 31 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü * * * Kölgəm, dünya savaşına ac adam… Sevdam, zirzəmi pilləkəni kimi uçuq. Ruhm da, yuvasına həsrət alabaxta kimi səksəkədə. Allahım, neynim?! İndi kimsə yoxsul baxışlara könül qapılarını açmır. İndi qurbağalar oxuyur elçi daşlarının üstündə. İndi… Sən sənsən. Mən mən …

Publisistika

Kənan AYDINOĞLU, “Tanrı aşiqi və ya Tanrı şairi”

Post Views: 31 “Tanrı aşiqi və ya Tanrı şairi” Yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsi, istedadlı qələm sahibi, gənc xanım yazar Züleyxa Sultan hən Çağdaş Azərbaycan ədəbi mühitində, həm də elektron məkanında daha çox köşə yazarı kimi qəbul olunur.Qısa zaman kəsiyində həm elmi, həm də bədii yaradıcılıq fəaliyyəti ilə məşğul olması, dövri mətbuat səhifələrində yazılarının dərc …

Azərbaycan ədəbiyyatı

Fidan ABBASOVA

Post Views: 31 Ömürlük həmdəmim olmayan gözəl daha başqa ömür gəzib arama sən ruhun özütək gözəldən gözəl yandırıb bağrımda ocaq qalama…. Ac qalmış ruhuna bəs deyil eşqim nəyi axdarırdın tapmadın məndə əgər aldadırdın deyə bilərdin günhakar olmuşuq biz iki bəndə…. Suallar içində qalmışam çaşıb indi zaman məndən nəyi gözləyir səbirdə inanki qalmayıb daşır içimin odunu …

Azərbaycan ədəbiyyatı

Tural ADIŞİRİN (Yeni şeir)

Post Views: 35 AYB və DGTYB üzvü, Mən gördüm o qizı bir adı pünhan, Görüşə qaçırdı əlində dəftər. Bir vaxta düşmüşdü görüş, imtahan, Orda da, burda da gözləyirdilər. Müəllim, rəhm eylə çıxsa yadından, Bir az fikirləşsə, bir az macal ver, O da imtahandı, bu da imtahan, Məhəbbət fənnindən qıza sual ver. Ələ məqam düşüb, o, …

Publisistika

Həftəsonu paytaxtda maraqlı sərgi keçirilib

Post Views: 32 5 – 7 iyun tarixlərində 3 gün olmaqla səhər saat 10:00 – dan axşam saat 22:00 – a qədər Megafun Ticarət və Əyləncə mərkəzində Fosil Sərgisi təşkil etdik. Sərgi Megafun AVM – in 1 – ci və 3- cü mərtbəsində 3 ayrı yerdə olmaqla keçirildi. I Avropa Oyunları ilə əlaqədar şəhərimizdəki xariciləri …

Azərbaycan ədəbiyyatı

Şəhanə CƏFƏROVA.”Qoyma ağlayım!”

Post Views: 39 Qoyma ağlayım! Həyatım çox acılı! Sil göz yaşlarımı! Qoyma ağlayım! Həsrətim var, Sənsizliyim var! Acı çəkən dərdli ürəyim var! Sənsizlikdən parçalanan ürəyim var! Qoyma Sənsizlikdən ağlayım! Həyat məni hər addımda öldürür… Düşündükcə yoxsan həyatımda Bir daha gözlərim dolur… Gəl, qoyma, ağlayım! Mən də xoşbəxt olmaq istəyirəm. Mən yalnız həyatımda Səni istəyirəm! Ruhum …

Azərbaycan ədəbiyyatı

Xəyalə SEVİL.”Gücüm çatmır”

Post Views: 40 Azərbaycan Yazıçılar Birliyinin və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü O gətirən ümidlərin Yüzü gedər ,biri gəlməz. Günüm, ayım, ilim mənim Diri gedər, diri gəlməz. Bu dünyanın adamıyla Əyrim, düzüm düz gəlmədi. Mənim tər -təmiz hisslərim Qız getmişdi, qız gəlmədi. Vur ,yarala ürəyimi, Mən öləndə sağalaram. Tut başı …

Azərbaycan ədəbiyyatı

Abdulla MƏMMƏD.”Qəribəm, yurdumda qəribəm, canım!”

Post Views: 37 QƏRİBƏM YURDUMDA, QƏRİBƏM, CANIM (“Didərgin şərgisi, qaçqın harayı” silsiləsindən) Bir ovuc təsəlli, bir ovuc səbir, Bir ovuc ümid ver- çəkim başıma. Ağlıma gəlməyən, bağrımı dəlir, Haranın külünü töküm başıma ?! Yerinə düşmür heç, sözüm yerinə, Ha “İllah” edirəm- söz yerə düşür. Əyrilər ucalır düzün yerinə, Əyilə- əyilə düz yerə düşür. Yad əldə …

Azərbaycan ədəbiyyatı

Qalib ŞAMXALOĞLU.”Ürək”

Post Views: 26 Nə vaxtdı baxıram yollara sənsiz , Düşmüşəm səhraya , çöllərə sənsiz . Dözə bilməyirəm illərə sənsiz , Bu qədər həsrətə dözərmi ürək ? Gündüzüm gecətək qaralanıbdır , Bu dərdli ürəyim paralanıbdır . Ürək pərdəsindən aralanıbdır , Bu qədər həsrətə dözərmi ürək ? Dərdi ürəyimə salası oldum , Kədərlə baş – başa qalası …

Azərbaycan ədəbiyyatı

Nail DAĞLAROĞLU.”Sevirəm, sevirəm, sevirəm səni”

Post Views: 41 İcazə ver deyim sözün doğrusu, Qoy olum üzündən busə oğrusu. Ürəyimin bəlkə keçə ağrısı, Qulaq as sözümə incitmə məni, Sevirəm, sevirəm, sevirəm səni. Xumar baxışlara heyran olmuşam, Sənsizlikdən xəzan kimi solmuşam. Nə müddətdi mən də sənsiz qalmışam, Sənsiz çoxalıbdı saçımın dəni, Sevirəm, sevirəm, sevirəm səni. Sən eşid Naili yaxın gəl gülüm, Sənsiz …

Azərbaycan ədəbiyyatı

Elnur RƏSULOĞLU.”İçində”

Post Views: 34 Gecə qonaq idin yuxuda mənə, Qapımı döyürdün qorxu içində. Bildim ki, bu sənsən duycaq ətrini, Ətirlər içində, qoxu içində. Yox oldun baxmamış gözlərinə mən, Səni tapdım düşüb izlərinə mən, Başımı qoymuşdum dizlərinə mən, Yuxuya getmişdim yuxu içində. Yuxudan oyandım, ayıldım sənsiz, Dözmədi ürəyim bayıldım sənsiz, Bir dəli, divanə sayıldım sənsiz, Hörmətdən də …

Azərbaycan ədəbiyyatı

Elnur ABDİYEV.”Ömürdən”

Post Views: 45 Külək döyür,ömrümüzün yazını, Yarpaq-yarpaq günlər uçur ömürdən. Yaşayırıq Tanrı yazan yazını, Hər günümüz gün-gün köçür ömürdən. Kiçilirik böyüdükcə yaşımız, Ağır olur bəzən ömür daşımız. Dünya boyda bir qazanda aşımız, Qaynadıqca buğ-buğ içir ömürdən. Elnur Coşqun,sevgi ömrün marağı, Qəlb telini darar eşqin darağı. Həyat alıb əlinə bir orağı, Gün keçdikcə günü biçir ömürdən.

Azərbaycan ədəbiyyatı

Hikmət MƏLİKZADƏ.”Ay, çöhrəsi duvaqsız”

Post Views: 28 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü * * * Ay, çöhrəsi duvaqsız, Namusu suvaqsız ləçər, Sən bildin nədi ayrılıq? …Sevgi yaralarımın qaysağını qopardana qədər pirdin mənimçün. Əlçatmaz, bakirə adamdın; İndi nəşəsi olmayan sığal kimisən. Gözlərinə de ki, bir də 30 il məhkumluq yaşamış bir kişi yeniyetmə …

Azərbaycan ədəbiyyatı

Gülnarə İsrafilqızı (Esse) Səni gördüm uzaqdan

Post Views: 30 Səni gördüm uzaqdan bir nəfəs qədər uzaqdaydın. nəfəsimi çəksəm ciyərlərimə hopardın bəlkə də hava axını kimi uddum nəfəsimi ki, səni gözlərimlə sevim, sənsə az qala ürəyimi taptalayacaqdın yanımdan qızılquş kimi şığıyıb getdiyində. bənövşə boynumu büküb dəhlizdən uzaqlaşana qədər arxanca boylandım. özümü aldatdım, tənhalığımın təkliyində. yaxınlaşıb salam verə bilmədim gedişinə. yola salmağa həvəsli …

Azərbaycan ədəbiyyatı

Nəcibə İLKİN.”Dözmürəm soyuqluğuna”

Post Views: 29 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Azad qələm” qəzetinin və “Ali Ziya” jurnalının Baş redaktoru Nədəndi bu qədər soyuqsan mənə. Yoxsa eşqimizi kədərmi uddu? Dedin: «hər kəlmənlə dayaqsan mənə», Yoxsa sözlərin də sənə yad oldu? Bəlkə günahkaram, bəlkə suçunam? Düşmüşəm ömrünün sevgi payına. Mən həsrət qoxulu vüsal acınam, Nə zaman çağırsan gəlləm …

Azərbaycan ədəbiyyatı

Təranə ŞƏMS, (yeni şeir) Buludam

Post Views: 27 “Elimiz.Günümüz” qəzetinin əməkdaşı, şairə, jurnalist, publisist Buludam, dolmuşam leysan tökərəm Torpağı yuyaram, sevgi əkərəm. Qəlbimdən keçəni, zilə çəkərəm. Kaş məni bir duyan, anlayan ola. Yağarsa yağışlar, daşqın qorxusu Ətrafa yayılar torpaq qoxusu, Duymaz gözəlliyi bəzən çoxusu, Uyarıb nadanı, qınayan ola. Buludlar dağılar, günəş nazlanar Səmadan, sayrışan şəfəq sallanar. Təbiət özü də, bəzən …

Azərbaycan ədəbiyyatı

Qiymət MƏHƏRRƏMLİ (Yeni şeir) Getmisən

Post Views: 34 “Elimiz.Günümüz” qəzetinin təsisçisi və baş redaktoru, Filologiya elmləri üzrə fəlsəfə doktoru Bəlkə xətrinə dəymişəm, Onunçün çıxıb getmisən. Həsrətini nar suyutək Qəlbimə sıxıb getmisən. Göynəyin mənə uyğunu – Aləmə bəlli duyğunu – Mənimçün kim olduğunu Başıma qaxıb getmisən. Ölsəm, gen qazı qəbrimi, Bircə gün çəkmə qəhrimi. Onsuz da dağca səbrimi Ovcuna yığıb getmisən. …

Azərbaycan ədəbiyyatı

Mayisə ƏSƏDULLAQIZI (Yeni şeir) Elə səfadı ki

Post Views: 28 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru. Sevgi elə səfadı ki, Hər bir kəsi salar dərdə, Səfası nə havadı ki? Gözlərə də çəkər pərdə. Əzilmişi düz görərsən, Bədahətən söz deyərsən, Sağlığa yüz-yüz deyərsən. Yadına salarsan, dostum, Gəzdiyin bağçanı, bağı, Ovu itmiş səyyadsayağ, Sinəyə çəkilən dağı… …

Publisistika

Rafiq Oday

Post Views: 37 Şair-publisist, respublikanın Əməkdar jurnalisti Dərd, Şəhidlər xiyabanı, Səməd Vurğun, Cəfər Cabbarlı, Nizami Gəncəvi və böyük Allah Ailə üzvlərimizdən birinin ciddi xəstəliyi səbəbindən bir müddətdir ki, özümdə, sözümdə deyiləm. Çox qərarsızam. Nə edəcəyimi, hara, kimə üz tutacağımıbilmirəm. Ümidimi göydə Allaha, yerdə həkimlərin zəmanətsiz müalicəsinə, bir də yaxınların, əzizlərin və dostların dualarına bağlamışam. Kövrəkliyim …

Azərbaycan ədəbiyyatı

Günay Həsənli (Şeirlər)

Post Views: 49 Dünya Söylə sənə neyləmişəm? Mənsiz olan, mənli dünya. Çoxlarına kef-damaqsan, Mənə niyə qəmli, dünya? Haqqımı yedizdirib, Nadanları gəl az güldür! Dəfələrlə göynətdiyin O həminki yazıq mənəm. Daha bəsdi, gəl göynətmə, Birdəfəlik öldür, öldür! Öldür məni, tezcə öldür! Öldürməsən, gözlərimdən axan yaşı Bir dərəyə, Damla-damla toplayacam. Dünya… Səni su basacaq. Diri-diri yandırırsan, Yandır …

Azərbaycan ədəbiyyatı

Nicat KAMALOĞLU (Yeni şeir) Qoyma baxsın özgə göz saçlarına

Post Views: 40 Gülüm, aç saçını yandı qəlbimi, Qoyma baxsın özgə göz saçlarına. Sənin saçlarından gözəl saç varmı, Dünyanı qul eylə öz saçlarına. Gözəlsən, gözəlim, saçların gözəl, Sənsiz yazmağın yox mənaıi qəzəl. Sən təksən gözəlim yeganə, əzəl, Çatdıra bilmərəm söz saçlarına. Sevgimlə bu dövran yenə çönəcək, İnanmıram keçən zaman dönəcək. Sənin üçün yanan qəlbim sönəcək, …

Azərbaycan ədəbiyyatı

Təranə TURAN RƏHİMLİ (Şeirlər)

Post Views: 49 SƏNƏ YAZMADIĞIM ŞEİR Anama Sənə yazmadığım şeir Yıxacaq içimdə məni. Öləndə ruhuma dolub Çıxacaq içimdən mənim. Boynumda haqq gedəcəyəm, Bu torpaq, daş bilməyəcək. Qoynunda sevgi tapdığım O yaz, o qış dönməyəcək. Yerə girəcək gözümdə Dost-tanışın dönük üzü. Axtaracaq məndən sonra Ruhum sənə layiq sözü. Sənə yazmadığım şeir Gizlicə enəcək qəbrə. Sən də …

Azərbaycan ədəbiyyatı

“Şəfa EYVAZ.”Ehtiyac”

Post Views: 41 Mənim yuxularım qarışır, Ana! Qarışır, içindən çıxa bilmirəm. Darıxır ürəyim içimdə, Ana! Darıxır, özümü yıxa bilmirəm. Sənin əllərinin kəraməti var, Gəl, topla dağınıq ruhumu yenə. Qan verən yaramı ürəyinə sar, Bir tək ürəyini sıxa bilmirəm. Zaman tərs yellənir, ömür viranə, Dağıdıb küləklər könül evini. Ya ruhum sovrulub bir küncə yenə, Ya da …

Azərbaycan ədəbiyyatı

Tural Sahab (Yeni şeir) Yenə görüşdük

Post Views: 34 Yenə görüşdük Şeirə dönən bir sevginin ilk hecasında Mənim baxışlarım, Sənin gözlərinin qarasında Ulduzlardan danışdın torpağı dinlədim Sən göy qurşağı idin Mən qarışqa Gör hardan, hara iməklədim Balaca bir uşaqdım Nağıllara inanan Ana laylasında Gül tarlasına yuvarlanan Sonra sən gəldin Nağıllar şeirə döndü O balaca uşaq O gül tarlasında öldü

Azərbaycan ədəbiyyatı

Fidan Abbasova (Yeni şeir) Nədir?

Post Views: 28 Nədir həsrətini çəkdirir mənə Sanki ürəyimi , ruhumu alır Nədir hər addımla rastlaşıb sənə məni sevgisinə götürüb qatır…. Doldurur ruhumu sevgisiylə bol sarılır boynuma sanki iki qol bu çətin , enişli , yoxuşlu bir yol Məni hər gün , hər gün başdan yaradır… Duyğular , arzular, gerçəkləşincə insanlar daima bədbinləşincə fikirlər bir …

Azərbaycan ədəbiyyatı

Gülnarə Sadiq (Yeni şeir) Mən anayam…

Post Views: 35 Mən Anayam! Mən Vətənəm! Gör nə qədər oğul dağı Verib mənə əzəl düşmən. Dərbəndimə yas tutmamış Borçalımı apardılar. Zəngəzura yas tutmamış, Bu həsrətə alışamamış Təbrizimi qopardılar. Bir yara var ürəyimdə, Şuşa adlı nazlı gəlin. Bir acı var ürəyimdə , Laçın adlı adlı dağlar qızı. Bu dərdim bu kədərim, Babəkimin,Koroğlumun Qeyrətinə yaman dəyib, …

Azərbaycan ədəbiyyatı

İlkin Abbas ( Yeni şeir) KAŞ Kİ UŞAQ OLAYDIM…

Post Views: 111 Kaş ki uşaq olaydım, üz tutaydım nənəmə, “Nolar ay nənə mənə, nağıl danış”- deyəydim. Elə ki başlayardı, nağılı danışmağa, Danışıb bitirməmiş, mən yuxuya gedəydim. Kaş ki uşaq olaydım, məktəb vaxtı gələndə, Babam “qalx dərs vaxtıdır”, deyəydi, oyanaydım. Mətbəxdə yeyəndə biz, onla səhər yeməyi, Mən özümü dünyanın, ən xoşbəxti sanaydım… Kaş ki uşaq …

Azərbaycan ədəbiyyatı

Şəfa Kamilli (Yeni şeir) Gecələr.

Post Views: 84 Kabusum ,düşmənim oldu, gecəlr . Sən yoxsan ,qatilim .oldu gecələr, Yarali qelbim kabus gecəlr , De ,görüm nə edim, kabus gecəlr . Uşuyən ruhumla tək -tənha ,qara gecələr , Qurbanin olduğum ,bilim bunu , Sənədə ,kabusd ,kədərdi ,dəhşətd , qara , gecələr . Yay günü ,qardi -borandi , Titreyen qelbime ,kozdu ,yaradi …

Azərbaycan ədəbiyyatı

Hikmət Məlikzadə (Yeni şeir) Sosial peyzaj

Post Views: 29 Azərbaycan Yazıçılar və Jurnalistlər  Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü *** Sosial peyzaj Saxta təbəssümlər Eşidə bilmədiyin pıçıltılar kimidi; Adama hicran verir. …Ruhun fikri göydə, özü darda. Açığı, alındakı qırışların sayı qədərdi Sürüşkən xəyallar da… …Bir də görürsən, duaların dodaqlarının arasında güvə tutub. Məyusluq canını sarır, Əllərini Allahdan aralayırsan. Kölgənsə, …

Azərbaycan ədəbiyyatı

Afət VİLƏŞSOY (Yeni şeir) Sənə

Post Views: 29 Azərbaycan Yazıçılar Birliyinin üzvü,   Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü O otaq saxlarmı dostluğumuzu? Gözümüz keçmişə dönə, ağlaya.. O kiçik kirayə otağındakı Toyda oynamırıq, sevincimiz qıt, Döndümü fələyin çarxı tərsinə? Atılıb-düşərdik, lap uşaq kimi Bir köhnə radio musiqisinə.. Bəlkə, tək bu çatmır xoşbəxt olmağa, Şirin xatirələr kövrəlir gendən. Orada bir parça …

Azərbaycan ədəbiyyatı

Xəyalə Sevil (Yeni şeir) Yerə tullayıblar getdiyin yolu

Post Views: 35 Azərbaycan Yazıçılar Birliyinin və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Ömrümü çəkmisən ayağım altdan, Düşmüşəm, düşmüşəm üzümün üstə. Mən sənsiz ağ günə çıxmamışam, yox, Dumandı, çökübdü gözümün üstə. Yerə tullayıblar getdiyin yolu, Axı sən gedəndə “göylə” getmişdin. Mənim həsrətini gəlin aparıb, Ağlayıb atdığım suyla getmişdin. Ulduz pəncərələr açılıb …

Azərbaycan ədəbiyyatı

Günel Əjdərqızı (Esse) Şirinlik

Post Views: 35 Hardasan, ey mənim sevincli, qayğısız, həyat dolu uşaqlıq illərim….Kaş bir anlıq keçmişə qayıdıb uşaq olaydım. Dərdimi, problemlərimi unudub əziz atamın əlindən “şirinlik” payımı alaydım. Amma təəssüf ki , nə atam həyatdadır, nə də ki, zamanı geriyə qaytarmaq olur. Bir zamanlar – yəni avropaya inteqrasiya etməzdən əvvəl “şirinlik” deyəndə körpələrin üzlərində sanki gülüş, …

Azərbaycan ədəbiyyatı

Şəfa VƏLİYEVA.”Sənsiz xoşbəxtəm, gülüm…”

Post Views: 32 AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü sənsiz xoşbəxtəm, gülüm… güllər üzümə açır… ayrılığın əvvəli mənim sonuma qaçır… tənhadı baş hərflər sms yerlərində… səsi gələn “ölülər” axı, kimin eyninə? nəfəsin külək olub, Gəncə-Qazax yolunda… Yolda xatirəm tutub yıxılanda qolundan… neynək, işarələr kəm “Bakı-Gəncə” sözündən… sən gəldiyin …

Ana səhifə

Mayisə Əsədullaqızı (Yeni şeir) NƏ SÖYLƏYİM…

Post Views: 31 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru. Sən hakimsən, mən bir şair, Nə söyləyim sən dair? Mənim işim-həyat adı, Sevgi ətri, haqq övladı. Ürək coşsa, qəlb alışsa, Sevinc kədərə qarışsa, Odum bu torpağa ocaq, Ruhumdan çiçək açacaq, Cürətim ulu olacaq, Sən hakimsən, mən bir şair, …

Ana səhifə

Şəfa Kamilli (Yeni şeir) Ruhu mənimdi …..

Post Views: 34 Mənimlə deyilse ,ruhm yaninda , Qəlbimi inçidən ,bu sən dryilsən , Həsrətdən ,hicrandan ,üzən ,inçidən , Bu sən ,deyilsən ,sən deyilsən , Məni xoşbət etmək isdeyen , Ömrumu ,qülüşə qer edmək isdeyen , Hər an mənsiz darixan , Məndən ,çox məni hiss eden , Qözümdə ,bir qilə yaşa gözməyən, Hardadi ,görəsən ,ağ …