Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. E-mail: edebiyyat-az.com@mail.ru, Əlaqə telefonu: 051 795 44 33 Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 61 - 120 of 191 NƏTİCƏLƏR
Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.”Dərələyəz” poemasından parçalar

Post Views: 67 (Eyni adlı poemadan parça.Əsər bütövlüklə gələh həftən “ƏDƏBİYYAT” Qəzetində, sonra isə“DƏRƏLƏYƏZ” Qəzetində çap olunacaq) Yaman ağladırsan yuxularımda,necə gözəl idin, ay Dərələyəz,Vətən məhəhəbbətli dastanlarımdasənsən ən uğurlu “boy”,Dərələyəz! Misri qılınc kimi batar qəlbimə,sənsiz övladınam-“Vəfasız”-demə,taley qismət yaza-Əziz nəvəməHerherdə çaldıram toy,Dərələyəz, Həsrətəm üzünə gör bir nə vaxtdan?sənsən əcdadlarım qoynunda yatan,mənim əlim çatmır,sən altdan-altdandüşmənin gözünü oy,Dərələyəz, Bilirəm; …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.”Bir gün…”

Post Views: 26 Bu gün dünyanın başındamuharibə kabusu var,anaların göz yaşındaŞəhid öldaq qorxusu var, Ellər qaçqın yurd-yuvadan,su yerinə getməkdə qan,xəbər tutulur havadan-orda barıt qoxusu var. İçimdə bir inam da var-müharibə olmayacaq,uyub Şeytan oyununadünya viran qalmayacaq. Müharibə olmayacaq-hamı qarnı tox olarsa,müharibə olmayacaq-İblis taxtdan yıxılarsa. Müharıbə olmayacaqhökümdarlar ordularısavaşmağa göndərməsə,Ulu Tanrı insanlardannənzərini döndərməsə. İnanıram,”Supergüclər”qırğınları salmayacaq,dünyaya qonaq gələnləralovlarda yanmayacaq,rahat …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.”Şahmat oyunu”

Post Views: 23 Üstündə bu taxtanınkiağlı-qaralı xanalar,Şah o zaman alçalır ki,“mat” eləyən–piyadalar, Dəli “fillər” qoşa-qoşa,“zabitlərin” rütbəsi yox,“at” əyri girir savaşa,Şahzadə tək,piyada çox, Eyni olmur piyadalar,içlərində “lotu” da var,tək “matla” bitməz oyunlar-Şahmatın bir “patı” da var, Qızışmış “ağlar”-“qaralar”çoxdan üz-üzə dayanır,agah olun,ey insanlar-Yaxın Şərqdə bir dünyavisavaş. qazanı qaynayır! Nə qalib var,nə uduzan,hələ oyun “patındadı”hələ dünya bir “Virusun”basqısının …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.”Ayrılıqdan…”

Post Views: 42 Ayrılıq bir kabustəkdövrəmizdə dolaşır,könül təbindən düşür,fikirlərim qarışır, Çırpındığı yerdəcəürəyimi nə sıxdı?sızıldayıb xəfıfcəsənsiz yaman darıxdı, Yenə taqətdən düşürqalmır öz havasında,ürəyi nə üşüdür,kim gəzir yuvasında? Əhvalımı soruşma,ömrün cəfası hədər,ayrılıqdan danışma,başına gələ bilər…

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.”İnciməsin”

Post Views: 46 Həyatın da bir sonu var–bir rüzgardır bircə əsimdoğma ocaq,el-obalarnə cür gedim?-inciməsin. İş ki.qaldı baxta-baxta,çox sınadım-o da saxta!calaq olsam–yad budaqda,nə cür bitim?-inciməsin. Çoxdur viranım,talanım,qeybətlər–satlb-alanım!hey düşünər qısqananımnə cür güdüm?-inciməsin. Canım bəlalı,qadalı,dilim qılıncdan xatalı,olsa atalı-analınə cür yetim inciməsin?! Ola zindanln açanı,tuttmaya qovan–qaçanı!qotur tutsa,şirin canınə cür didim?-inciməsin. Hələ bitmir dumanlığı,getmir vaxtın yamanlığı,qoca ömür–cavalığına cür edim?-inciməsin…

Azərbaycan ədəbiyyatı

Saqif QARATORPAQ.”Hərdən yaza bilmirəm”

Post Views: 32 Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Hüseyn Arif” Ədəbi Məclisinin sədri Hərdən yaza bilmirəm,qırılır misralarım.Zülmətdə işıq gəzənbir kordu barmaqlarım… Ürəyimin sapındandüşüb,neçə söz itib.Hər sözün yuvasındaindi neçə göz bitib. Sənsizlik bir səhradı,yeridikcə batıram.Bu sevda yuxusudu,elə bilmə yatıram. Kipriyimi toz basıb,gözümdə eşq dumanı.Mürgüləyir içimdəbir dərvişin gümanı. Ay buludda gizlənib,Ürəyim bir yanar şam…Mən də bir mirvariyəm,səhraya atılmışam.

Azərbaycan ədəbiyyatı

Saqif QARATORPAQ.”Bəlkə sən axtardığın o utancaq adamdı”

Post Views: 56 Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Hüseyn Arif” Ədəbi Məclisinin sədri Bəlkə sən axtardığın o utancaq adamdı,Ancaq yoxdu xəbərin,keçib getdin yanından.Bir yelkənsiz gəmidi,nə vaxtdı yol axtarır,Azıb səhərə bir ömrün ümmanında. Hələ də gözlərindən ürəyinə yol çəkir,Hələ də bir nağılın laylasına uyuyur.Nəm çəkir pəncərəsi neçə soyuq baxışdan,Evinin divarını gözünün yaşı yuyur. Əyirib kipriyində əzabını,dərdini,Barama qurdu …

Azərbaycan ədəbiyyatı

Şair-publisist Hikmət MƏLİKZADƏ.”Qorxu, təlaş basıb dünyanı”

Post Views: 69 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü, *** Qorxu, təlaş basıb dünyanı,Şeytan ölüm marşı çalmamışBir vida nəğməsi çal.Əzizim, canım, mən evdəyəm,Sən də evdə qal!Ərit qayğıların buzunu.Ya da həyatı bir təlatüm bilib çağla.Demirəm, rəngsiz yuxuların içindəçırpınan dəhşətlərə ağla,Bacarsan, küt ağrılara tab gətir,Günahı tütyə kimiQiyamətə aparmaq üçün qab gətir.İt hürən tərəfdə imkanlı …

Azərbaycan ədəbiyyatı

Şair-publisist Hikmət MƏLİKZADƏ.”Bir xatirə yağışı var hər ötən anın”

Post Views: 29 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü, *** Bir xatirə yağışı var hər ötən anın,Xatirələr şeh düşəndə bal kimi olur.Ruhlar sevgi rəngindədi, dualı qadın,Lal duyğunun əzabı da lal kimi olur. Gendən bir ağ kölgə sıxır kəndi-kəsəyi,Şeytan ölüb, cəsəd ağır, gir, tabut düşür.Beş-on günlük səyahətdi ömür adamçun,Sonra qəfil hər çiyindən bir …

Azərbaycan ədəbiyyatı

Əziz MUSA.”Ürəyim”

Post Views: 33 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Səni görüb, sevməyincə yox idim,Gəl ruhumun qanadı ol, gülüzlüm.Gəl arzuma, istəyimə mən yetim,Qoyma sənin həsrətindən üzülüm. Ayrılığın bir əzabdı bilirsən,Sənsiz ruhum dağı, daşı dolaşır,Heç bilmirəm mənsiz necə gülürsən,Mənim ruhum, hər an sənsiz darıxır. Dağlar …

Azərbaycan ədəbiyyatı

Əziz MUSA.”Ruhuna vurulub göylərə uçdum”

Post Views: 33 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Ruhuna vurulub göylərə uçdum,Sevmək nə zamandan günahdı söylə.Mən eşqin qırxıncı qapısın açdım,Qəlbibin qapısı bağlıdı hələ. Ürəyim çat verib sənin əlindən,Yerləri, göyləri saymayan mələk,Bir xoş söz eşitmədim sənin dilindən,İnsafsız görmədim vallah sənin tək. Günümü bükmüsən …

Azərbaycan ədəbiyyatı

Yağmur ƏSMƏRSOY.Yeni şeirlər

Post Views: 44 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Bakı Bürosunun Rəhbəri  * * * Kim bilir, mən onda gec başa düşdüm,O,gəldi bu getdi sirr kimi qaldı.Qarışdı, yox oldu, bir eşqə qaçdı,Çəkdiyim bir eşqsiz bax, yenə baldı.  * * * Döyülər xəbərsiz qapın açarsan,O gələr …

Mədəniyyət

Virtual kitab sərgisi “Blaqoveşensk – Bakı kitab körpüsü”

Post Views: 35 Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) beynəlxalq əməkdaşlıq çərçivəsində əlaqələri uğurla davam edir. Koronavis pandemiyası ilə mübarizə və #EvdəQal ciddi karantin rejimi dövründə kitabxanalar tərəfindən mütaliə üçün insanlara populyar və maraqlı kitabların elektron versiyasını təqdim edilir, yazıçı və şairlərlə virtual görüşlər də təşkil olunur. Xatırladırıq ki, Yasamal …

Mədəniyyət

Şairə Gülarə Munisin “Söylə mənə, ay nənə” adlı yeni şeiri

Post Views: 83 Xəbər verdiyimiz kimi, Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) tərəfindən həyata keçirilən “Kitabxana – koronavirusa YOX deyir!” layihəsi çərçivəsində “Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyasına davamlı olaraq dəstək olan  Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, istedadlı yazıçı və şairə, M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasının Fəxri oxucusu Gülarə …

Azərbaycan ədəbiyyatı

Coşqun XƏLİLOĞLU.”Orqan” (Hekayə)

Post Views: 32         Bu əhvalat bizim kənddə sovet hakimiyyətinin durğunluq deyilən dövründə baş verib. Kənd camaatı güzəranlarını qismən də olsa, yaxşılaşdırmaq üçün rayon mərkəzindəki mal-qara kökəltmə məntəqəsinə min bir əziyyətlə bəslədikləri iribuynuzlu mal-qaranı təhvil verirdilər. Alacaqları pulu isə aylarla, bəzən isə bir ilə qədər gözləyirdilər. Adamlar rayon mərkəzinə gedib-gəlməkdən bezir, bəzən alacaqlarından bir qədər …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Süleyman RÜSTƏM.”Təbrizim”

Post Views: 98 Baxdıqca hüsnünə doymayır gözüm,Təbrizim, Təbrizim, gözəl Təbrizim! Qoymaram yadları girsin qoynuna,İzin ver qolumu salım boynuna!Sənin bayramına, sənin toyunaDili bir, qanı bir qardaşın gəlib,Dərdinə aşina sirdaşın gəlib. Sən çıxdın qarşıma duzla, çörəklə,Bağından dərdiyin güllə, çiçəklə,İkiyə bölünməz saf bir ürəklə,Təbrizim, Təbrizim, aman Təbrizim,Yox olsun başından duman, Təbrizim! Qədrini ayrılıq çəkənlər bilər,Hicranda göz yaşı tökənlər …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Süleyman RÜSTƏM.”Azərbaycana gəlsin!”

Post Views: 38 Vətənimin seyrinə çağırıram elləri,Sərvət görmək istəyən Azərbaycana gəlsin!Bəzənib başdan-başa şəhərləri, kəndləriCənnət görmək istəyən Azərbaycana gəlsin! Qanımızda dövr edən sədaqətdir, sədaqət,Günəşdən də parlaqdır gözümdən bu həqiqət.Dostuna, qardaşına təmənnasız məhəbbət,Hörmət görmək istəyən Azərbaycana gəlsin! Gözəlliklər Vətənə gözəllərindən gəlir,Dostluğun-qardaşlığın təməllərindən gəlir,Könüllərin nıüqəddəs əməllərindən gəlir,Qüdrət görmək istəyən Azərbaycana gülsin. Saysız qəhrəmanlarınQurub yaradanların,Qocasında, gəncində, bu sadə insanlarınŞöhrət …

Azərbaycan ədəbiyyatı

Məhəmmədhüseyn ŞƏHRİYAR.”Heydərbabaya salam” (Poema) I hissə

Post Views: 99 Heydər Baba, ildırımlar şaxanda,Sellər, sular şaqqıldayıb axanda,Qızlar ona səf bağlayıb baxanda,Salam olsun şövkətizə, elizə,Mənim də bir adım gəlsin dilizə. Heydər Baba, kəkliklərin uçanda,Göl dibindən dovşan qalxıb qaçanda,Bağçaların çiçəklənib açanda,Bizdən də bir mümkün olsa, yad elə,Açılmayan ürəkləri şad elə. Bayram yeli çardaqları yıxanda,Novruzgülü, qarçiçəyi çıxanda,Ağ buludlar köynəklərin sıxanda,Bizdən də bir yad eləyən sağ …

Azərbaycan ədəbiyyatı

Ustad Məhəmmədhüseyn ŞƏHRİYAR. “Türkün dili” (Qəzəl)

Post Views: 562 Türkün dilitək sevgili, istəkli dil olmaz,Ayrı dilə qatsan bu əsil dil əsil olmaz.Öz ləfzini farsa, ərəbə qatmasa şair,Şerin oxuyanlar, eşidənlər kəsil olmaz,Şerin gərək ehsas ilə riqqətlə qanşsın,Kənd əhli bilirlər ki, doşabsız xəşil olmaz.Məndən də nə zalım çıxar, oğlum, nə qisasçı,Bir dəfə bunu anla, ipəkdən qəzil olmaz.Ötməz, oxumaz bülbülü salsan qəfəs içrə,Dağ-daşda doğulmuş …

Mədəniyyət

Dövlət tərəfindən #Evdəqal təşəbbüsü irəli sürülən “Evdə qalaq! Evdə qal” şüarına qoşulan Şahin Fazil yeni qəzəlini təqdim edir

Post Views: 34 Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) həyata keçirdiyi “Kitabxana – koronavirusa YOX deyir!” layihəsi çərçivəsində “Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyasına töhvə verən şair və yazarlar yaradıcılıqları vasitəsilə insanları evdə qalmağa səsləyirlər.       Tarix elmləri doktoru, professor, Azərbaycan Yazarlar Birliyinin üzvü, “Məcməüş-şüəra” ədəbi məclisinin sədri, …

Mədəniyyət

“Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyasına töhvə verən Sevinc Ağa Xəlilqızının “Qoz ağacına daş atan çox olar” nağılı

Post Views: 26 “Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyasına töhvə verən Sevinc Ağa Xəlilqızının “Qoz ağacına daş atan çox olar” nağılı Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) həyata keçirdiyi “Kitabxana – koronavirusa YOX deyir!”  layihəsi çərçivəsində “Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyasına qoşulan yazar və şairlər oxucular üçün …

Mədəniyyət

Əli Əmirov (Ələmi) aksiyaya “Ey həkim” qəzəlini təqdim etdi

Post Views: 37 Əli Əmirov (Ələmi) aksiyaya “Ey həkim” qəzəlini təqdim etdi Bakı şəhər  Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) həyata keçirdiyi “Kitabxana – koronavirusa YOX deyir!” layıhəsi çərçivəsində “Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyası  davam edir.  Karantin rejimində kitabxana oxuculara virtual xidmət göstərməkdədir. Yasamal rayon M.Ş.Vazeh adina Mərkəzi Kitabxanasının Fəxri …

Mədəniyyət

Xuraman İsmayılova bu çətin günlərdə fədakarlıq göstərən tibb işçilərimizə “Əziz həkimlər!” adlı şeir həsr edib

Post Views: 28 Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MərkəzləşdirilmişKitabxana Sisteminin (MKS) “Kitabxana – koronavirusa YOX deyir!” layihəsi çərçivəsində “Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyasına qoşulan sair və yazıçılar öz yeni yazdığı əsərlərini təqdim etməkdə davam edir.Koronavirusla bağlı ən böyük mübarizəni ilk olaraq bu sahədə ön cəbhədə olan həkimlər aparır. Həkimlər öz peşəkarlığı ilə …

Azərbaycan ədəbiyyatı

Yağmur ƏSMƏRSOY.Yeni şeirlər

Post Views: 30 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Bakı Bürosunun Rəhbəri * * * Allah da bu boyda götürməz ahı, Bəndəsi şükr edər naşükür olmaz.Bu nurda boy atdıq səcddəyə durduqHaqq desən insanlar bir yol yorulmaz.Quranı kitablar kitabı bildik ,Peyğəmbər Allahın son elçisiydi.İslama gəl deyə hayqırdı …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.”Ağlımı çaşdırır xatirələrim”

Post Views: 34 Son vaxtlar qərarım sığmır şəhərə,ağlımı çaşdırır xatirələrim,bir vaxtlar zamanım itən yerlərədüşərək,özümü gəzir gözlərim. Burda illərimin çoxusu gedir,Vallah,dözümümə,səbrimə əhsən!əslində-şəhərlər “Muzey” kimidir,gəzəsən,baxasan,çıxıb gedəsən. İndi yorğun-arğın,əlimdə əsa,(açansa bu fikri duydum birinnən):“Əslində–dünyada yeni nə varsa,qədimnən qalandı yeni görünən”. Hərdən tez yorulur alüdə olan,kənddə bir-biriylə hamı tanışdır,burda bir havaynan qalxıb ucalanbaşqa bir havanın yelinnən aşır. Burda yağmurlar …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.”Gözlə”

Post Views: 40 A şam pərvanəsi,gecəyə çox var,çoxdur səntək olan!-sən hələ gözlə,şamlar tüstülənsin,yansın çıraqlar-qonub kəpənəktək bir gülə,gözlə! Əbəsdir,kimsəyə çatmaz ahların,yanarsan,olmaya alovdur yarın?üstündə qan izi çox tikanların,salıb nəzərini bülbülə,gözlə. Nə üt qanadını,nə də yaralan,ömür də çiçəkdir;solub-saralan,dünən sənin olan,səninlə olanbu gün dönə bilər şəkilə,gözlə. Çırağa cumarsan niyə,nə üçün?alov ram etməyə yetərmi gücün?bir şey ki,qartal da şığımaq üçüngözləyər–dumanlar …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.”Yaxşıdı”

Post Views: 49 .Payız gəldı,boşalacaq dəryalar,perik salan bu yerlərin qışıdı,bir sözüm var,mərcan gözlü sonalar,hansı yerin suyu daha yaxşıdı? O,ellərin bilirsizmi dilini?“Vağzalımı” yola salır gəlini?“Bəy”-“Gəlinin” qucaqlamaz belini,hansı elin toyu daha yaxşıdı? Yol uzaqdı…qanad çalan yorular,bilmək olmaz–kim harada vurular,çox millətin dastanında “Boyu” var,hansımızın “Boyu” daha yaxşıdı? Bir yad burda tingiləri çəp əkdi,çiçəyi də,meyvəsi də gecikdi!sonam,mənim qəzəbim də …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.”Mesac”

Post Views: 24 (həm dərd,həm hənəg) Aman,nə bərkiymiş “Virusun” üzü?!nə araq qalıbdır evdə,nə çaxır,üstəlik–nənənin “Mikroskop” gözü,“Spirti püskürdəni” əldən buraxmır. Amma,səmaların açılır eyni,zorlanmış təbiyət nəfəsin dərir,indi çox adamım durumu eyni!hamı bir-birinə “Mesac” göndərir. Vaxtdır,təbiyətdən alaq halallıq,insan–günahların cəngində qalıb,məncə,çoxlarını bu bekarçılıqevinə daha da doğmlaşdırıb. Bir dostum yazır ki:”Tamam bezmişəm,qaynana səsinnən qulağım şişir!”,o biri:”Yamanca işə düşmüşəm…”,başa düşürəm ki,xörək …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.”Qarın davası”

Post Views: 62 Çoxdan bağ-baxçanı basıbdır alaq,deyirlər ki: “Sonu May ayındadı”,bilinmir işimiz nə cür olacaq?hər kəs öz canının harayındadı! Göydə quşlar azad,yerdə it-pişik,həyətə düşürsən-Polis ilişir,sakit dura-dura işə düşmüşük,hər artıq addıma cərimə düşür. Nə torpaq şumlanıb,nə dən sərilib,“Payızlıq əkin də” qorx ki,məhv ola,qorxuram-buğdanın göyərdiyi də,elə boşqablarda gördüyüm ola. Bu hala dünyanı insan çatdırıb,Çin də,siçovul da bir …

Azərbaycan ədəbiyyatı

Nemət TAHİR.”Qorxu – nəsə itirmək hissi…”

Post Views: 67 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ bürosunun rəhbəri Qorxu – nəsə itirmək hissi…Kimisi can itkisindənKimisi mal itkisindənKimisi vəzifə itkisindənQorxar,susar kölələşər.Yavaş- yavaş ,zərrə-zərrə vəhşiləşər.İnsan da insanlığın itirməkdən yaman qorxar.Qan danışar,sonra isə qan qusar…. Yuxu-ruhun azad olduğu an…Daş üstündə daş kimi yatan da …

Azərbaycan ədəbiyyatı

Azərbaycanlı yazar Kənan AYDINOĞLU

Post Views: 77 Murquzov Kənan Aydın oğlu — şair-junalist, “Hüseyn Arif” Ədəbi Məclisinin üzvü (2012), Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru (2012-2019), Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat Xidmətinin rəhbəri və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri (2013-2019), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (2015), Azərbaycan Yazıçılar Birliyinin üzvü (2018), TOŞAYAD (Tokat Şairler ve Yazarlar Derneği) yayın organı “Kümbet” eğitim, …

Ana səhifə

Raciv RƏCƏBOV.Seçmə şeirlər

Post Views: 94 Raciv Rəcəbov 1985-ci il mart ayının 20-də Kəlbəcər rayonunun İstisu qəsəbəsində anadan olub. 2009-2013-cü illərdə Sumqayıt Dövlət Universitetinin Filologiya (Azərbaycan dili və ədəbiyyatı) fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb. Şeirləri “Sumqayıt Univetsiteti” (Sumqayıt Dövlət Universitetinin aylıq mətbu orqanı), “Sözün sehri” qəzetlərində, “Ziyalı Ocağı” (“Ziyalı Ocağı” İctimai Birliyinin mətbu orqanı) jurnalında, bir neçə mədəniyyət …

Ana səhifə

Yağmur ƏSMƏRSOY.Yeni şeirlər

Post Views: 42 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Bakı Bürosunun Rəhbəri * * * Allah da qəlbimi çox yaxşı bildi, Anamdı, bacımdı tanıdıqlarım. Nə şöhrət, nə dövlət dalınca qaçdım Öpdüyüm Qurandı, kəsdiyim çörək.O, çörək mayası yoğrulub haqqdan, Peyğəmbər eşqinə mən yola düşdüm.Yalandır çəkinib qorxduğum mənim Bir olar olmaza bir …

Mədəniyyət

Virtual səyahətimiz Tovuz rayonu ilə bağlı videoçarxla davam edir

Post Views: 47 Xəbər verdiyimiz kimi, Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası “Ölkəmizi tanıyaq” layihəsinin davamı kimi “Vətənimizə virtual səyahət” layihəsini  həyata keçirir. Bugünədək Quba, Bərdə, Xızı, Ucar, Daşkəsən, Samux, Göyçay, Qax rayonlarına və Gəncə şəhərinə virtual səyahətlər təşkil olunmuşdur.      “Vətənimizə virtual səyahət” layihəsi çərçivəsində …

Kateqoriyasız

Fəxri oxucu Bədirə Rza Həsənqızı “Olmayacaq qorxu, təlaş” şeri ilə kitabxananın keçirdiyi aksiyaya qoşuldu

Post Views: 19 . Bədirə Rza Həsənqızı “Olmayacaq qorxu, təlaş”  şeri ilə Bakı şəhər  Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) həyata keçirdiyi “Kitabxana – koronavirusa YOX deyir!” layıhəsi çərçivəsində “Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyasına qoşuldu. Xatırladırıq ki, karantin rejimində virtual xidməti davam etdirən Mərkəzi Kitabxana bir-birindən maraqlı ədəbi nümunələri öz …

AJB Sumqayıt şəhər təşkilatı

Xanıməfəndi İradə Ayteli doğum günü münasibətilə təbrik edirik! (16 aprel)

Post Views: 28 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi və kollektivi Sizi,  Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyi (AYB), Azərbaycan Jurnalistlər Birliyinin (AJB), UASB-nin üzvü, “Kultur.az” internet dərgisinin təsisçisi və baş redaktoru, “Kardelen” üçaylıq mədəniyyət, ədəbiyyat və sənət dərgisi yazarı, yazıçı-şair, publisist …

Ana səhifə

“Kitabxana – koronavirusa YOX deyir!” layihəsinə daha bir töhvə: Gülzar İbrahimovanın “Dünyanı sağalt” şeiri

Post Views: 31 Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) tərəfindən həyata keçirilən “Kitabxana – koronavirusa YOX deyir!” layihəsi çərçivəsində “Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyasına qoşulan yazarlar qələmə aldıqları əsərlərini təqdim etməkdə davam edirlər.Azərbaycan yazıçısı, Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü, H.Zərdabi mükafatçısı, M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasının Fəxri oxucusu …

Mədəniyyət

Şair-qəzəlxan Yasin Xəlil “Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyasına qoşularaq yeni qəzəlini təqdim etdi

Post Views: 72 Şair-qəzəlxan Yasin Xəlil “Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyasına qoşularaq yeni qəzəlini təqdim etdi Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) həyata keçirdiyi “Kitabxana – koronavirusa YOX deyir!”  layihəsi çərçivəsində “Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyası davam edir. Qeyd olunan aksiyaya şair-qəzəlxan, AYB-nin, “Məcməüş-Şüəra” və “Vahid” …

Ana səhifə

Kənan AYDINOĞLU.”Xalq şairi Vahid Əziz yaradıcılığında ictimai-siyasi lirika və ya ictimai-siyasi lirikanın ən qüdrətli nümayəndəsi: Vahid ƏZİZ “

Post Views: 48 Çağdaş Azərbaycan ədəbiyyatının mövzu-ideya, forma-məzmun, sənətkarlıq baxımından zənginləşməsində, inkişafında, heç şübhəsiz ki, lirik, fəlsəfi şeirlər müəllifi, sevimli Xalq şairimiz Vahid Əzizin də özünəməxsus yeri və rolu var. Zamanın gərdişindən, vaxtın dəyirmanından, taleyin  çətin sınaqlarından üzüağ, alnıaçıq çıxmağı bacaran şairimizin zəngin təcrübəsi, bədii yaradıcılıq medotlarına, tarixi-ənənəvi prinsiplərə, humanizm və səmimiyyətə söykənərək bir-birindən dəyərli …

Ana səhifə

Xalq şairi Vahid ƏZİZ.”Dağlar”

Post Views: 41 Zirvədə qar gümüş kimi,əridib,su ovur dağlar,canı bir az isindimi-yuxusunu qovur dağlar, Döşündə yellər ləhləyir,dumanları iməkləyir,güllərlə birlikdə gülür,birlikdə də solur dağlar, Qışı-pambıq,yazı-ipək,səmalara dayaq,dirək,“Qızılcalı” adamlartəkçopur-çopur olur dağlar, Köç yolları atıb-tutsa,çaşma–qəzəbini udsa!yaylağı doluya tutsa,deməli-yorulur dağlar, Yar deyil-könlünü alam,toy eləmir-nəmər salam,sirrin verə-cavan qalam,ürəyim qovrulur,dağlar, Vahid ƏZİZ,gör,nə deyir–çox yazmışam sənə dair,qoynunda zühr edən şairsənə tən doğulur,dağlar…

Ana səhifə

Xalq şairi Vahid ƏZİZ.”Bir məktub yazmışdım…”

Post Views: 40 Şükür ki,bu gün də çıxdım səhərə,yağmur pəncərəmdə tüllər toxuyur,bir məktub yazmışdım bildir göylərə,deyəsəm–məktubu indi oxuyur. Olsun ki,sonradan üzü güləcək,biləcəm–ildırım haray salanda,bəlkə zülmətimə çaxmaq çəkəcəkgöy üzü halımdan halı olanda. Bayaqdan oxuyur–qısa olsa da,ömür uzundu ki,yazl çox olsun?damaqlar payızda gəlirsa dada,qoymaz ki,həyatın yazı çox olsun! Dünya yaranışdan yaşaylr bu cür–yazdan uzun olur payız ayları,toylar …

Ana səhifə

Xalq şairi Vahid ƏZİZ.”Tuturuq”

Post Views: 31 Bəzən kor-koranə sevib-inanır,sonra gözümüzü yaşa tuturuq,ağılsız olanda əlimiz yanır,yananda-közlərə maşa tuturuq. Dağlar yer dustağı,yellər gəzərgi-əsməcə tavrınnan dəyişir rəngi,şahlar ona görə bizi əzir ki,qorxudan Tanrıyla qoşa tuturuq! Yaradır payızı,qışı,baharı,dağları,dənizı,çiçəyi,barı…Xilaskar göndərir insana Tanrı,Peyğəmbər Elçisin daşa tuturuq! Atəşdə çevrilir çörəyə xəmir–orda ki,özünü itirir dəmir!“Cibkəsən olanda” xətrinə dəymir,“Quldurkən” çəkərək başa,tuturuq!! Dost-dostu itirməz qədir biləndə,ağlayan çox olar …

Ana səhifə

Xalq şairi Vahid ƏZİZ.”Evdə qal…”

Post Views: 38 (Sözə baxmayıb öz doğmalarının dahəyatını zərbə altına qoyanlara) Qanmaq olmur–nə bəladır,nə kələk?dərdlər gəlir qoşun-qoşun,dalbadal,zarafatın yei deyil–eləyək;ay eloğlu,Vətən qızı,evdə qal! Min şükürlər…limonumuz,çayımız,nə cür olsa–yetişəcək payımız,qadraş,Vallah,yaman azdır sayımız;KƏSƏ BİLƏR SOYUMUZU,evdə qal! Bir iş tutsun–kim nə gəlsə əlinnən,toxusunlar palaz-paltar,kilimnən,Azadlığın alınmır ki,əlinnən–bağlasaq da ağzımızı,evdə qal; bu dərdinki,qaqaş,bircə bu yoldu!nə qalır ki,bırdə gördün yay oldu!“İnternetdə” o gün …

Ana səhifə

Xalq şairi Vahid ƏZİZ.”Sevirəm”-deyənlər

Post Views: 32 Baharda ayrılıb yola salandaçəmən güllərinin gözləri dolur,daha alışmışam,nağılların dasonluğu bu cürə qəhərli olur. Daha alışmışam,”Eşq ocağında”kül olur ürəklər isidən kömür,hər yerdə,hər zaman–payız çağındayuvalar dağılır,yarpaq tökülür. Ayrılıq çəkəcək,uzağı bir il,yenə də sonalar uçub gələcək,nərgiz,bənəvşə də,lalə də bir-birüstümə qolların açıb gələcək. Yaz gələr–əriyər dağların qarı,daşların altına axar kuzələr,yarını aparan yollara sarıqaşların altınnan baxar gözəllər. …

Ana səhifə

Xalq şairi Vahid ƏZİZ.”Hələ…”

Post Views: 34 Tüstü otağımı dumanlandırıb,süfrə,kağız,qələm batıbdır külə,külqabı gəzirəm kibrit yandırıb,səhərin qaranlıq vaxtıdır hələ. Yamacda yel qaçlr,duman qovulur,buludlar rəngbərəng–boşalır,dolur,göylərin bənizi açır-tutulur;baharın bulannıq vaxtıdır hələ. Sevinc nə çəkdi ki?–zamanı qısa,“salamı” təlaşlı (o da alınsa),qəlbini gül kimi bəxş edir qıza;görüşün bir anlıq vaxtıdır hələ. Qartallar zirvədə qıy vurub uçur,şəfəqlər sellərin yolunu açır,körpə ayq açıb–qaçdıqca qaçır…dünyaya heyranlıq vaxtıdır …

Ana səhifə

Акция «Поэты и писатели в борьбе с коронавирусом»

Post Views: 35 Централизованная библиотечная система Ясамальского района в течение марта-апреля нынешнего года осуществляет проект “Kitabxana koronavirusa YOX deyir!” («Библиотека говорит НЕТ коронавирусу!»). В проекте принимают участие все желающие. Проект является также своеобразным вкладом в цикл мероприятий, связанных с Годом волонтеров (Könüllülər ili) в Азербайджане. В рамках данного проекта проводятся выставки рисунков читателей, конкурсы стихов, …

Ana səhifə

Vətənimizi tanımaq üçün Qax rayonuna virtual səyahətə yollanırıq

Post Views: 67 Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası “Vətənimizə virtual səyahət” layihəsi çərçivəsində Azərbaycanın doğma diyarlarını tanıtmağa davam edir. Layihədə Xızı, Ucar, Göyçay, Agcəbədi, Qax rayon və Şəki şəhər mərkəzi kitabxanaları da fəal iştirak edir.  Vətənimizi yaxından tanımaq üçün ölkəmizin gözəl guşələrindən biri  olan, qala, …

Azərbaycan ədəbiyyatı

Coşqun XƏLİLOĞLU.”Hardan gəldi taclı virus?”

Post Views: 40 Çağırılmamış qonaq kimi,Bir imtahan, sınaq kimi,Qəmli xəbər – soraq kimiHardan gəldi taclı virus? Bəlkə marıqda gizlənib,Bəlkə hardasa düzlənib,Bəlkə, illərdir  bəslənib,Hardan gəldi taclı virus? Alim bilmir, çoban bilmir,Yaxşı bilmir, yaman bilmir,Qoca bilmir, cavan bilmir,Hardan gəldi taclı virus? Başında olsa da tacı,Çox  taleyi edib acı,Tapılacaqdır əlacı,Hardan gəldi taclı virus? Hücum çəkir dörd bir yana,Düşmən kəsilib …

Ana səhifə

Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Gözüm o qözlərdə qaldı…” (Poema)

Post Views: 39 Hörmətli Azər müəllim!  91-ci ildə yazdığım əsərdi. 29-il əlyazmalarımın arasında qalıb. Bir az əl gəzdirib Sizə göndərirəm. Hadisələr Azərbaycan Xalq şairi, Respublikanın Milli Qəhrəmanı X.R. Ulutürklə mənim gənclik və tələbəlik illərimizdən bəhs edir. Biz iki rəfiqə qızla ailə həyatı qurmuşduq. Bu əlyazmamı Xəlilə oxuyanda, artıq mənim xanımım dünyasını dəyişmişdi. İndi də X.R. …

Ana səhifə

Yağmur ƏSMƏRSOY.Yeni şeirlər

Post Views: 31 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Bakı Bürosunun Rəhbəri * * * Hələ onda bildim mən onda bildim,Atamın həm oğlu, həm də qızıydım.Mənim qəpik quruş xərcliyimdə dəAcılığım bir yol da üzümə vurdu. Ora qaç, bura qaç, oxu düşünməO, keçər bu keçər unutsan …

Ana səhifə

Nemət TAHİR.Seçmə şeirlər

Post Views: 35 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ bürosunun rəhbəri * * * Qorxu – nəsə itirmək hissi…Kimisi can itkisindənKimisi mal itkisindənKimisi vəzifə itkisindənQorxar,susar kölələşər.Yavaş- yavaş ,zərrə-zərrə vəhşiləşər.İnsan da insanlığın itirməkdən yaman qorxar.Qan danışar,sonra isə qan qusar….Yuxu-ruhun azad olduğu an…Daş üstündə daş kimi …

Ana səhifə

Kənan AYDINOĞLU.”Paytaxtdan dünyaya boylanan şair”

Post Views: 62 (Gənc xanım yazar Yağmur Əsmərsoyun bədii yaradıcılıq fəaliyyəti haqqında bir neçə söz) Zəngin yaradıcılıq ənənələri ilə öz inkişaf səviyyəsini qoruyub saxlayan çağdaş Azərbaycan ədəbiyyatı dövrün, zamanın tələblərinə uyğun olaraq, forma-məzmun, mövzu-ideya baxımından bir-birindən daha maraqlı bədii əsərlərin, poeziya nümun ələrinin, dramaturgiya sahəsində yenifikirli qələm sahiblərinin, istedadlı yazarların, gənc nəslin nümayəndələrinin sayının artmasına, …

Kateqoriyasız

Yağmur ƏSMƏRSOY.”Allahın günahkar bəndəsi məndim”

Post Views: 30 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Bakı Bürosunun Rəhbəri Allahın günahkar bəndəsi məndim,Mən desəm yaxşılıq üzə vurulmaz.Yaşa unutdurar zaman hər şeyi,Bu gündü o aydı yenə də durmaz. Я грешный слуга Божий,Если я говорю, что добро не выявляется.Когда ты все забудешь,Сегодня этот месяц …

Ana səhifə

Yağmur ƏSMƏRSOY.”Oldu da tüfürüb buraxdıqlarım”

Post Views: 27 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Bakı Bürosunun Rəhbəri Oldu da tüfürüb buraxdıqlarım,İndi yaxınlaşıb üzümə baxmaz.O, gündən bu günə yaltaqlananlar,Bir də tüfürdüyü kişi yalamaz. What I spat and left,He doesn’t approach me now and look at my face.He is flattered from day …

Ana səhifə

“Bakı-Orenburq – birlikdə oxuyaq!” (“Баку-Оренбуржье- читаем вместе!”)ən çox oxunan kitabların virtual sərgisi

Post Views: 37 Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) Rusiya Federasiyası Orenburq Vilayətinin model kitabxanası ilə birgə “Kitabxana – dostluq körpüsüdür” (“Dostluq sərhədləri tanımır” çagırışı)  layihəsi çərçivəsində bu kitabxanalarda ən populyar və ən çox oxunan kitabların virtual sərgisini təşkil etdi. Virtual sərgi #EVDƏQAL çağrışına dəstəkdir. Virtual sərgi aktuallığı ilə maraq …

Ana səhifə

Yazıçı və şairə Gülarə Munis “Nənə, nağıl de mənə…” nağılı ilə “Kitabxana–koronavirusa YOX deyir!” layihəsində iştirakı davam edir

Post Views: 46 Yazıçı və şairə Gülarə Munis “Nənə, nağıl de mənə…” nağılı ilə “Kitabxana – koronavirusa YOX deyir!” layihəsində iştirakı davam edir Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) həyata keçirdiyi “Kitabxana – koronavirusa YOX deyir!” layıhəsi çərçivəsində “Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyasına qoşulan yazarlar öz əsərlərini təqdim …