Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. Əlaqə telefonu: 051 785 44 33, E-poçt: edebiyyat-az.com@mail.ru Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 661 - 720 of 783 NƏTİCƏLƏR
Mədəniyyət

21 Mart-Xalq şairi Səməd Vurğunun doğum günüdü

Post Views: 160 Səməd Vurğun (doğum adı) Səməd Yusif oğlu Vəkilov; 21 mart 1906, Yuxarı Salahlı, Qazax qəzası – 27 may 1956, Bakı) — Azərbaycan şairi, dramaturq, tərcüməçi, ədəbiyyatşünas, tənqidçi, Azərbaycanın ilk xalq şairi (1956), 2 dəfə “Stalin” mükafatı laureatı (1941, 1942) və 2 dəfə “Lenin” ordeni laureatı, Azərbaycan Yazıçılar İttifaqının sədri (1941–1948), Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycanın Xarici Ölkələrlə Mədəni əlaqə Cəmiyyətinin sədri, Azərbaycan SSR EA-nın akademiki (1945) və vitse-prezidenti (1954–1956). Azərbaycan Elmlər …

Mədəniyyət

21 Mart-Novruz bayramıdı!

Post Views: 129 Novruz bayramı (Tərcümə: Yeni Gün bayramı, Bahar bayramı; fars. نوروز (Novruz), özb. Navruz, türkm. Nowruz, qaz. Naurız, qırğ. Nooruz, türk. Nevruz, krımtat. Navrez.) – Qədim türk və fars mənşəli xalqlara məxsus bayram. Novruz bayramı Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüzün bərabərliyi günündə (martın 20-si və ya 21-dən başlayıb 25-nə qədər) keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlamış, bu münasibətlə şənliklər keçirmiş, onu yeni ilin başlanğıcı kimi bayram etmişlər. Qədim zamanlardan başlayaraq Azərbaycan, İran, Əfqanıstan, Tacikistan, Özbəkistanda və bir çox …

Azərbaycan Prezidenti

Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik

Post Views: 129 Hörmətli həmvətənlər! Sizi mübarək Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən xoş arzu və diləklərimi yetirirəm. Mənəvi-əxlaqi kamilliyi və nəcib niyyətləri özündə təcəssüm etdirən, insanların ruhunu və təfəkkürünü saflaşdıran on bir ayın sultanı Ramazan artıq başa çatır. Müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu bu mübarək ayda müsəlmanlar Allah qarşısında vicdani borc və …

Mədəniyyət

AMEA-da Səməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib

Post Views: 310 Martın 19-da AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Xalq şairi, tanınmış dramaturq və ictimai xadim, SSRİ Dövlət mükafatları laureatı, AMEA-nın həqiqi üzvü Səməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib.Tədbirdən öncə Səməd Vurğunun həyat və fəaliyyətini əks etdirən nəşrlərdən ibarət sərgiyə baxış olub.Elmi sessiyanı giriş sözü ilə açan AMEA-nın prezidenti, …

Ana səhifə

Gəncə Paxlavası – Mis məcməyidən süzülən minillik tarix

Post Views: 249 Azərbaycan mətbəxi bir rənglər və dadlar aləmidir. Bu aləmin ən gözəl təamlarından biri Gəncə paxlavasıdır. Gəncə paxlavası sadəcə bir şirniyyat deyil, o, bir şəhərin tarixidir.Gəncə paxlavasını digərlərindən ayıran ən böyük sirr onun bişirildiyi qablardadır. Əsl Gəncə paxlavası mütləq qalaylanmış iri mis sinilərdə (məcməyilərdə) bişməlidir. Misin istiliyi bərabər yayma xüsusiyyəti sayəsində paxlava hər …

Mədəniyyət

Bu gün İlaxır çərşənbədir

Post Views: 169 Axşam tonqallar qalanır, şamlar yandırılır, həyətlərdə xonçalar bəzənir, insanlar bir-birinə xeyir-dua verir və arzularını tutur. İnsanlar həyəcanla Novruza sayılı günlərin qaldığını hiss edir. Bütün bu gözəlliklər İlaxır çərşənbənin – Novruzun ən mühüm mərhələlərindən birinin gəlişindən xəbər verir. Bu gün təkcə ilin son çərşənbəsi deyil, həm də baharın, yeni başlanğıcın müjdəsidir. Azərbaycan Milli …

Azərbaycan Prezidenti

“Kinematoqrafiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 27 fevral tarixli 364-VIIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Kinematoqrafiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 19 avqust tarixli 750 nömrəli Fərmanında dəyişiklik edilməsi, “Kinematoqrafiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar əlavə tədbirlər haqqında” 2001-ci il 4 iyul tarixli 526 nömrəli Fərmanının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Post Views: 155 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və32-ci bəndlərini rəhbər tutaraq, “Kinematoqrafiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 27 fevral tarixli 364-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram: 1. Müəyyən edilsin ki: 1.1. “Kinematoqrafiya haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin …

Azərbaycan Prezidenti

“Kinematoqrafiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Post Views: 211 Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır: “Kinematoqrafiya haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 8, maddə 489 (Cild I); 2024, № 5 (I kitab), maddə 489) aşağıdakı dəyişikliklər edilsin: 1. 1-ci maddənin birinci hissəsi üzrə: 1.1. …

Azərbaycan Prezidenti

Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsinin bərpası və konservasiyası işlərinə vəsait ayrılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Post Views: 206 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, XII əsr Azərbaycan memarlığının görkəmli nümunəsi olan Möminə xatun türbəsinin kompleks bərpası və konservasiyası işlərinin davam etdirilməsi məqsədilə qərara alıram: 1. Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsində bərpa və konservasiya işlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan …

"Yeni nəşrlər" Mədəniyyət

“Ozan dünyası” jurnalının yeni nömrəsi işıq üzü görüb

Post Views: 266 “Ozan dünyası” Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyinin nəşri olan “Ozan dünyası” jurnalının 2026-cı ildə ilk nömrəsi işıq üzü görüb. AZƏRTAC xəbər verir ki, jurnalın Xalq şairi Səməd Vurğunun 120 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Prezidentinin Sərəncamı ilə açılan bu nömrəsində oxuculara bu ölməz söz ustadı ilə bağlı yazıçı-publisist Ramiz Göyüşün “Homer nəğmələrində oxunan …

Mədəniyyət

Müasir müharibə hekayələri təqdim olunacaq

Post Views: 191 Martın 18-də “Qanun” nəşriyyatında müasir müharibə hekayələrindən ibarət antologiyanın təqdimatı keçiriləcək. AZƏRTAC xəbər verir ki, “Kəndə gün doğanda qayıdacağıq” adlanan topluda ən müasir Azərbaycan yazıçılarının ən maraqlı hesab olunan hekayələri toplanıb. Müəlliflər arasında Orxan Fikrətoğlu, Elçin Hüseynbəyli, Nərmin Kamal kimi tanınmış müəlliflərdən tutmuş ən gənc qələm sahiblərinə qədər iyirmidən artıq imza yer alıb. …

Mədəniyyət

Sözün və sazın izində: Aşıq Şəmşir – 133

Post Views: 204 Xalq şairi Rəsul Rzanın ev-muzeyində aşıq sənətinin görkəmli nümayəndəsi, ustad sənətkar Aşıq Şəmşirin xatirəsinə həsr olunmuş “Sözün və sazın izində: Aşıq Şəmşir – 133” adlı anım tədbiri keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə mədəniyyət nazirinin müavini Murad Hüseynov, Azərbaycan Yazıçılar Birliyinin sədri, yazıçı Anar, Xalq şairi Sabir Rüstəmxanlı, mədəniyyət xadimləri, eləcə də digər …

Mədəniyyət

14 Mart-Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar Rzayevin doğum günüdü

Post Views: 142 Anar (tam adı: Anar Rəsul oğlu Rzayev) — azərbaycanlıyazıçı, şair, tərcüməçi, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin sədri. Xalq yazıçısı Ailəsi Anarın atası şair Rəsul Rza, anası şairə Nigar Rəfibəylidir. Anar anası tərəfdən Azərbaycanın məşhur ictimai və dövlət xadimi, Azərbaycan Demokratik Respublikasının ilk səhiyyə naziri və Gəncə şəhərinin general-qubernatoru olan Xudadat bəy Rəfibəylinin nəvəsidir. Atası tərəfdən isə Məmmədxanlılar nəslindəndir. Soy adları ulu babası, Çiyni və bir para kəndlərin mülkədarı Məmmədyar oğlu Məmməd xanla …

Mədəniyyət

Mərkəzi Elmi Kitabxanada tanınmış yazıçı və şair Seyran Səxavətlə görüş keçirilib

Post Views: 282 Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri, yazıçı, şair, dramaturq, publisist və tərcüməçi Seyran Səxavətin 80 illik yubileyi münasibətilə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) oxucularla görüş keçirilib. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə birgə keçirilən tədbir kitabxananın Şuşa zalında təşkil olunub. Tədbirdə Azərbaycan ədəbiyyatı və elm ictimaiyyətinin nümayəndələri, oxucular, eləcə …

Mədəniyyət

Günel NATİQİ doğum günü münasibətilə təbrik edirik! (12 Mart)

Post Views: 254 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidentinin təqaüdçüsünü Günel Natiqi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir!Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların …

Mədəniyyət

Nargis İSMAYILOVANI doğum günü münasibətilə təbrik edirik! (12 Mart)

Post Views: 244 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi  Nargis İsmayılovanı Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının rəsmi elektron orqanı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının NAXÇIVAN MUXTAR RESPUBLİKASI Bürosunun Rəhbəriniı doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir!Dodaqlarınızdan gülüş, yanaqlarınızdan …

Mədəniyyət

12 Mart-Xalq şairi Süleyman Rüstəmin doğum günüdü

Post Views: 248 Süleyman Rüstəm (tam adı: Süleyman Əliabbas oğlu Rüstəmzadə; 12 mart 1906[1], Novxanı, Bakı qəzası – 10 iyun 1989, Bakı) — Azərbaycan şairi, dramaturq, tərcüməçi, ictimai xadim, 1934-cü ildən AYB-nin üzvü, Sosialist Əməyi Qəhrəmanı (1976), Azərbaycan SSR xalq şairi (1960), “Stalin” mükafatı (1950), 2 dəfə Azərbaycan SSR Dövlət mükafatı laureatı (1970, 1986), 1940-cı ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü. Süleyman Rüstəm Azərbaycan SSR dövlət himninin sözlərinin müəlliflərindən biridir. O, 1971–1989-cu illərdə Azərbaycan SSR Ali Sovetinin sədri olmuşdur. Həyatı[redaktə | mənbəni redaktə et] …

Mədəniyyət

12 Mart-Xalq şairi Cabir Novruzun doğum günüdü

Post Views: 218 Cabir Novruz — Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycanın xalq şairi, Azərbaycan SSR əməkdar incəsənət xadimi (30.07.1979)[2] Həyatı Cabir Novruz 1933-cü il mart ayının 12-də Xızı rayonunun Upa kəndində anadan olmuşdur. O, orta məktəbi bitirdikdən sonra M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikumunda təhsil almış və 1952-ci ildə Azərbaycan Dövlət Universiteti-nin jurnalistika fakültəsinə daxil olmuşdur. …

Mədəniyyət

Bu gün Yel çərşənbəsidir

Post Views: 187 Bu gün Azərbaycanda Novruzun üçüncü çərşənbəsi olan Yel çərşənbəsi qeyd edilir. Xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə”, “Yelli çərşənbə” və “Heydər çərşənbəsi” kimi tanınan Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür. Bu çərşənbə ilə bağlı xalq arasında bir çox maraqlı adət var. Bu gün küləyin istiqamətinə baxaraq hava proqnozu verməyə çalışırlar. Əgər isti …

Mədəniyyət

10 Mart – Milli Teatr Günüdür

Post Views: 207 Bu gün Azərbaycanda teatrın yaranmasının 153-cü ildönümüdür. Azərbaycan teatr sənəti qədim və zəngin tarixi yol keçib. 1873-cü il martın 10-da Bakı Realnı Məktəbinin teatr həvəskarları truppası tərəfindən Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyası nümayiş etdirilib. Bu tamaşa ilə Azərbaycanda milli teatrın əsası qoyulub. Görkəmli teatr və kino aktyoru, Xalq artisti Nurəddin Mehdixanlı …

Mədəniyyət

Bu gün Xalq yazıçısı Mehdi Hüseynin anım günüdür

Post Views: 162 Mehdi Əli oğlu Hüseynov (4 (17) aprel 1909, İkinci Şıxlı, Qazax qəzası – 10 mart 1965[1], Bakı[1]) — Azərbaycan yazıçısı, nasir, dramaturq, tənqidçi, Azərbaycan Sovet Yazıçıları İttifaqının sədri (1958–1965), Azərbaycan SSR xalq yazıçısı (1964), “Stalin” mükafatı laureatı (1950). Həyatı [redaktə | vikimətni redaktə et] Mehdi Hüseynov 22 mart 1909-cu ildə Qazax rayonunun II Şıxlı kəndində ziyalı ailəsində anadan olmuşdur. 1929-cu ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. 1938-ci ildə Moskvada Dövlət Kinematoqrafiya İnstitutunun nəzdində akademiya tipli …

Azərbaycan Prezidenti

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik

Post Views: 190 Hörmətli xanımlar! Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hamınıza cansağlığı, səadət və işlərinizdə müvəffəqiyyətlər arzulayıram. Azərbaycan xalqı qadın adını hər zaman zərifliyin, gözəlliyin, ülviyyətin rəmzi bilmiş və ona dərin ehtiram göstərmişdir. Mübarizələrlə dolu böyük keçmişimiz qadınlarımızın müdrikliyi, fədakarlığı və qəhrəmanlığının parlaq nümunələri ilə zəngindir. Hər bir azərbaycanlının qəlbində məhz Ana …

Azərbaycan ədəbiyyatı

Çilənay Nur Faiqdən yeni şeirlər

Post Views: 150 Sınmış ürəklərin çilik şüşəsi Gedilən yollarda ayaqları dəlir.Həsrətin çəkirəm o insanın ki,Gedilə bilməyən yollardan gəlir. Durub kənardan da seyr etmək olmur,Qabağa getməyə hünərim yoxdur.Ümidi, arzunu nəyə bağlayım?Sabaha çıxacaq dünənim yoxdur. 21.08.2023 Getdiyin yollardan baxma geriyə,Baxsan da, qayıtmaq şansını itirdin.Sevgidən bir addım öndə gedəndən,Bütün şanslarını tamam itirdin. Seçdiyin həyatı get yaşa indi!Amma ki, …

Azərbaycan ədəbiyyatı

8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə şeirlər

Post Views: 218 Qadının özünə minnətdaram mən! “Mənim həyatımın nə mənası var,Sizin üzünüzdə gülüş olmasa”.Xalq şairi Nəriman Həsənzadə. İnsanın özündən xəbərsiz, inan,Narahat duyğular bu gün də yatmır.Duyub yaşadıqca ömrün gününü,Bəzən görürsən ki, nəyinsə çatmır. Sonradan keçdikcə ömürdən günlər,İlk görüş, ilk gülüş yadına düşür.Sən demə, bu ömrün ən çətin günü,Gəlib bu dünyada qadına düşür. Duyulsa, uzaqdan …

Mədəniyyət

“Ulduz” jurnalının “Güney Azərbaycan ədəbiyyatı” sayı çap olundu

Post Views: 182 Jurnalın mart sayı “Ulduz” jurnalının Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan Ədəbiyyatı şöbəsinin birgə layihəsi kimi işıq üzü görüb. Bu say filologiya elmləri doktoru Pərvanə Məmmədlinin “Güney Azərbaycan ədəbiyyatı” yazısı ilə açılır. Məhəmmədhüseyn Şəhriyarla başlayan “Dövrün aparıcı ədəbi simaları” adlı rubrikada şair, yazıçı, tərcüməçi Həbib Sahir, tanınmış …

Mədəniyyət

“Sarı köynək” – Aşıq Ələsgər irsi yeniyetmələr üçün yeni kitabda

Post Views: 190 Yeniyetmələr üçün ustad aşıq Dədə Ələsgərin yaradıcılığını əks etdirən “Sarı köynək” adlı yeni kitab çapdan çıxıb. Kitabda Aşıq Ələsgərin külliyatından seçmə əsərlər toplanıb. Kitab 12 yaşdan yuxarı məktəblilər üçün nəzərdə tutulmuş ilk xüsusi topludur. Kitaba “Sarı köynək” adının verilməsi təsadüfi deyil. Bu, Aşıq Ələsgərin ən tanınmış və sevilən şeirlərindən biri olmaqla yanaşı, …

Azərbaycan Prezidenti

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Post Views: 155 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 20 illiyi münasibətilə qərara alıram: Azərbaycanda şəhərsalma və memarlıq sahəsinin inkişafında səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aşağıdakı əməkdaşları təltif edilsinlər: “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə Hümmətov Namiq Məhəmməd oğlu İsbatov …

Azərbaycan Prezidenti

Gənc istedadlara xüsusi təqaüdlərin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Post Views: 184 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 30 noyabr tarixli 2368 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Gənc istedadların “Qızıl kitab”ı və xüsusi təqaüdü haqqında Əsasnamə”nin 1.4-cü bəndinə uyğun olaraq qərara alıram: 1. Adları “Qızıl kitab”a yazılmış gənc istedadlara xüsusi təqaüdlərin verilməsi məqsədilə Azərbaycan Respublikasının 2026-cı …

Müsahibə

Emma, sevimli Emma

Post Views: 226 Ədəbiyyatda hər obrazın qasırğa olduğunu deməkdə haqlıyıq… Feysbukda #yazmaqeşqdir,   #oxumaqvəfadır  həştəqləriylə paylaşdıqlarımı toplasam, elə bu adda bir kitab olar. Hərçənd, müasir Azərbaycanda naşir, nəşriyyat problemi yaşayan yazıçıyam, yenə də, general olmağı arzulamayan əsgərə inanılmadığı kimi, kitabının nəşr edilməyini arzulamayan yazıçı da mənimçün qeyri-səmimidir.           Oxumağı vəfa sayanlardandır həmsöhbətim. Şəfiqə Şirəliyeva Bakı Slavyan …

Köşə yazısı Mədəniyyət

Od Çərşənbəsi: Günəşin torpağa ilk toxunuşu

Post Views: 258 Od Çərşənbəsi Novruz bayramının ikinci Çərşənbəsidir. Xalq təqvimində Od Çərşənbəsi – Günəşin torpağı və insanın daxili aləmini isitməyə başladığı andır. Əcdadlarımızın inancına görə, məhz bu çərşənbədə Günəşin ilk hərarəti torpağın bağrına hopur və “ölü” təbiət daxildən qaynamağa başlayır.Od çərşənbəsinə bəzi bölgələrimizdə “Üzgü” deyilir. Bu söz qışın “üzülməsi”, yəni gücünün tükənməsi mənasını daşıyır. …

Azərbaycan ədəbiyyatı

Rüfət AXUNDLU.”Tarixi Zəfər”

Post Views: 219 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının AĞSTAFA Bürosunun Rəhbəri İllər ötür Azərbaycan, şanlı tarix, o möhtəşəm zəfərindən,Od ürəkli igidlərin qisas deyib yürüdüyü haqlı savaş səfərindən… 44 günə tarix yazan mərd oğul və mərd qızların yaşar olsun,Zaman-zaman ürəklərdə bu zəfərin …

Azərbaycan ədəbiyyatı

Rüfət AXUNDLU.”AMALI ZƏFƏR OLANIM”

Post Views: 218 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının AĞSTAFA Bürosunun Rəhbəri Səsi dönən haqq səsinə.Nursan “ODLAR ÖLKƏSİ”nə.Yağı düşmən həmləsinə,Sinəsi sipər olanım. Dişə-diş, qana-qan dedin,Köməkdir YARADAN dedin.Öpüb bayrağı can dedin,Canında hünər olanım. Dik tutanda sən qəddini,Bildi düşmən öz həddini.Qorudun yurd sərhəddini,Yurduna çəpər …

Azərbaycan ədəbiyyatı

Nə gözəl atmısan məni…

Post Views: 316 Nə gözəl atmısan məni… Nə də gözəl unutmusan… Başımı qatmısan sənlə… Dərdimə ünvan olmusan… Yollar uzun…addımlar boz… Ümidim sənə tərəfdi… Kim dedi bu qisməti yoz? Bəxt yazan da bitərəfdi… Məni gözəl aldatmısan… Mən də gözəl incimişəm… Məni şeirinə qatmısan… Şeirindən də küsmüşəm… Şəfa Vəli (2015)

Köşə yazısı

Məni qınamaq şansı verirəm sizə!(“Düşüncə döngələri” silsiləsindən)

Post Views: 257 Ana olmaq… Mən bu ifadəni sinəyə döyərək işlədənlərin kişilərə haqsızlıq etdiyi düşüncəsindəyəm. Mənimçün bu ifadənin əsli budur: “Valideyn olmaq!” Analıq və atalıq, əgər bioloji baxımdan baxmasaq, öhdəlikdir. Əlbəttə, həyatın davam etməsi bəzən təsadüflərdən də asılıdır… Təsadüfləri yığaq başqa bir düşüncə torbasına, ağzını bağlayaq, zehnimizin küncünə söykəyək, adını da qoyaq: “Dursun!” Biz şüurlu …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.”YETƏR Kİ, GƏLMƏSİN BƏLA AĞILDAN…”

Post Views: 224 İllər təravəti üzdən siləndəsaçalara dən yenər, gözə çən düşər,qocalıq şuxluğa üstün gələndəadamlar özünün gözündən düşər, Ürəyi tez sınar, küsü saxlayar,hər an bir dayağa ümid bağlayar,qəlbdə biri gülər, biri ağlayar-gözyaşı hər iki gözündən düşər, Yazıqlar halına yamaq olanın,əpriyib, büzüşüb yumaq olanın,şamına gənclikdə bihaqq olanınalov yad ocaın közündən düşər, Qorxar gecələrdən- qaş qaralanda,sözdən-söhbətlərdən can …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.”CAVAN İDİM…”

Post Views: 155 Elə bil ki, O, Əsliydi, mən-Kərəm,aman Allah, baş verənlər nəyidi?Düşünürdüm-“Onsuz ömür sürmərəm”,cavan udim; ağlım kəsən bu idi, Rast gələndə lal olurdum; nə deyim?boş xülyaydı saçlarını hörməyim,ara-sıra qaş-qabaqlı görməyimhəmin anda şivən idi, vay idi, Qəlbdəkinə düşə bilir köz hardan?Sanki, vücud alov çəkir bahardan,elə bil ki- zühr etmişdik məzardan;mən Məcnuna, O, leyliyə tay idi, …

Ana səhifə

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Xocalı soyqırımının ildönümü qeyd edilib

Post Views: 184 26 fevral 2026-cı il tarixində AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Xocalı soyqırımının ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbir Xocalı faciəsi qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.Giriş sözü ilə çıxış edən filologiya üzrə fəlsəfə doktoru, dosent, İnstitutun elmi katibi Aygün Bağırlı 1992-ci il fevralın 26-da Xocalıda baş vermiş …

Azərbaycan ədəbiyyatı

Məhəmmədhüseyn ŞƏHRİYAR.”AZƏRBAYCAN” (Qəzəl)

Post Views: 174 Könlüm quşu qanad çalmaz sənsiz bir an, Azərbaycan.Xoş günlərin getmir müdam xəyalımdan, Azərbaycan. Səndən uzaq düşsəm də mən eşqin ilə yaşayıram,Yaralanmış qəlbim kimi qəlbi viran Azərbaycan. Bütün dünya bilir – sənin qüdrətinlə, dövlətinləAbad olub, azad olub mülki-İran, Azərbaycan. Bisütuni-inqilabda Şirin-vətən üçün FərhadKülüng vurmuş öz başına zaman-zaman, Azərbaycan. Vətən eşqi məktəbində can verməyi …

Azərbaycan ədəbiyyatı

Əli TUDƏ.”Mən nə gətirdim” 

Post Views: 164 Mən öz qardaşıma mehman gələndə Bir qələm, bir dəftər, bir can gətirdim. Bir şair könlünün arxalandığı… Ləkəsiz, boyasız vicdan gətirdim. Ucuz tutmasınlar bu sovqatımı, Hissimi, duyğumu, ehsasatımı… Mən öz varlığımı, öz həyatımı Doğma qardaşıma qurban gətirdim. Ürək daş deyildir, bir parça ətdir, Bəs onu yaşadan hansı qüdrətdir? Bir arzu, bir ümid, bir …

Mədəniyyət

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı və Şəki Dövlət Dram Teatrı arasında əməkdaşlığa dair Memorandum imzalanacaq

Post Views: 162 Fevralın 28-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı və Şəki Dövlət Dram Teatrı arasında əməkdaşlığa dair Memorandum imzalanacaq. Tərəflər arasındakı imza mərasimindən sonra teatrsevərlərə Braziliya dramaturqu Gilyerme Fiqeyredonun “Ezop” əsəri əsasında səhnələşdirilmiş eyniadlı tamaşa nümayiş olunacaq. Tamaşada bizim eradan əvvəl 6-cı əsrdə yaşamış qədim yunan təmsilçisi Ezopun qul həyatından, onun ruhən və …

Azərbaycan ədəbiyyatı

Arzu HÜSYEN.”Daha bitdi, gözün aydın”

Post Views: 177 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri Daha bitdi, gözün aydın.Sevindinmi, şad oldunmu?Mən hələ bir viranəyəm,Sən özün abad oldunmu? Yollarımdan gözünü çək,Son çırpınış nəyə gərək?Ömrümüzün sonunadək —Ölüyük, rahat oldunmu? Sən məndə bir dərin quyu,Lildir, bulanıqdır suyun.Mən qurbanlıq qara qoyun,Ye, ağzında dad oldummu? Tanrı, mən gerçəkmişəmmi?De, cəzamı …

Azərbaycan ədəbiyyatı

Banu MUHARREM.”Çoxlarına xüsusilə”

Post Views: 223 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru. Çoxlarının öyündüyü yoxuşdu.Çoxlarının göründüyü duruşdu.Çoxlarının süründüyü nə xoşdu.Çoxlarının etibarı boşdu, boş! Çoxlarının sultanlıqdır həvəsi,Çoxlarının sözə çatmır nəfəsi.Çoxlarının məhəbbətdə qəfəsi,Çoxlarının intizarı boşdu , boş! Çoxlarının sözü dəyərləndirir.Çoxlarının sözü dəyər endirir.Çoxlarının sözü diyirləndirir.Çoxlarının ixtiyarı boşdu, boş! Çoxlarının əqidəsi çolaqdır,Çoxlarının rabitəsi qulaqdır.Çoxlarının …

Azərbaycan ədəbiyyatı

Xəyalə SEVİL.”Gedirsənsə, neyləyək, get”

Post Views: 142 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri Gedirsənsə, neyləyək, get,Yollarını kəsirəm ki?Asta-asta ölürəm də,Hara tələsirəm ki?! Məndən apardığın nədi?Bir göstər görüm nəyin var?Gözlərimdə, ürəyimdəƏcəb, yaxşı ölməyin var. Hələ göynəyir sinəmdə,Unutmasın yaram səni.Qorxuram keçəm səhvindən,Yenə bağışlaram səni.

Mədəniyyət

Bu gün Su çərşənbəsidir

Post Views: 125 Su çərşənbəsi – bərəkət, təmizlik və yenilənmənin rəmzidir İnsan yaddaşında bahar təkcə fəslin dəyişməsi deyil, ümidlərin yenidən canlanması, həyatın təzələnməsidir. Günəşin hərarəti artdıqca, sular axdıqca, torpaq isinib nəfəs aldıqca insan da daxilən yenilənir. Qədim dünyagörüşünə görə, kainatın və həyatın əsasında dörd ünsür – su, od, hava (yel) və torpaq dayanır. Novruzun gəlişi …

Azərbaycan Prezidenti

Xalq şairi Səməd Vurğunun 120 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Post Views: 171 2026-cı ildə iyirminci əsr Azərbaycan ədəbiyyatının qüdrətli simalarından biri, Xalq şairi, tanınmış dramaturq və ictimai xadim, SSRİ Dövlət mükafatları laureatı, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Səməd Vurğunun(Səməd Yusif oğlu Vəkilovun) 120 illiyi tamam olur. Səməd Vurğun Azərbaycanın ədəbi fikir salnaməsində yeni parlaq mərhələ başladan görkəmli sənətkardır. Çoxşaxəli fəaliyyətinin qayəsində azərbaycançılıq amalı …

Mədəniyyət

Azərbaycan və Avstriya arasında musiqi təhsili sahəsində əməkdaşlıq müzakirə edilib

Post Views: 105 Azərbaycanın mədəniyyət nazirinin müavini Murad Hüseynov ilə İnnsbruk Şəhər Musiqi Məktəbinin direktoru Volfram Rosenberqer arasında musiqi təhsili sahəsində əməkdaşlıq və təcrübə mübadiləsinə həsr olunmuş görüş keçirilib. Görüşdə, həmçinin Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova da iştirak edib. AZƏRTAC xəbər verir ki, görüş zamanı uşaq və yeniyetmələr üçün musiqi təhsilinin təşkili, peşəkar kadrların hazırlanması, …

Ədəbiyyatşünaslıq

AZƏRBAYCAN POSTMODERN ƏDƏBİYYATI

Post Views: 219 Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru Salidə Şərifovanın “AZƏRBAYCAN POSTMODERN ƏDƏBİYYATI: nəsr, nəzm və dramaturgiya” adlı monoqrafiyası “GlobeEdit” akademik nəşriyyatında çap edilib. Monoqrafiyada Azərbaycan postmodern ədəbiyyatı geniş tədqiq obyektinə çevrilərək ictimaiyyətə təqdim edilməkdədir. Kitabda postmodern nəsr, nəzm, dram nümunələri, nəsrə xas fabula və …

Ədəbiyyatşünaslıq

Əhməd Ağaoğlu haqqında monoqrafiyanın yeni nəşri işıq üzü görüb

Post Views: 143 AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Erkən realizm və Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Şahbaz Şamıoğlunun “Əhməd Ağaoğlu: həyatı, mühiti, nəsri və epistolyar irsi” monoqrafiyasının yeni nəşri işıq üzü görüb. Ədəbiyyat İnstitutu Elmi Şurasının 5 dekabr 2023-cü il tarixli 6 saylı qərarı ilə “Elm və təhsil” …

Azərbaycan ədəbiyyatı

Xanım ANELA.”Məsafə” (Hekayə)

Post Views: 149 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru. Birinci addım: tərketmə Güclü hisslərin olduğu yerdə xoşbəxtliyə yer yoxdur. Bəzən düşünürəm, məgər insan yalnız öz hisslərindən zövq alır və bu hissi yaşadığı üçün özünü xoşbəxt hiss edir. Güclü, əlçatmaz məsafəli bir hissi yaşamaqsa hər insana nəsib olmur. Məsafə… Əvvəllər bu …

Azərbaycan Prezidenti

N.Ə.Həsənzadənin “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Post Views: 155 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlərinə görə Nəriman Əliməmməd oğlu Həsənzadə “Heydər Əliyev” ordeni ilə təltif edilsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 18 fevral 2026-cı il Mənbə: https://president.az/

Azərbaycan Prezidenti

Xalq şairi Nəriman Həsənzadəyə

Post Views: 172 Hörmətli Nəriman Həsənzadə! Sizi – müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini 95 illiyiniz münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı arzulayırıq. Siz milli ədəbiyyatın çoxəsrlik parlaq ənənələrinə sadiq qalaraq, özünəməxsus ifadə tərzi və dəst-xəttinizlə xalqımızın poetik fikir xəzinəsinə dəyərli töhfələr bəxş etmiş söz ustasısınız. Ötən əsrin 50-ci illərində poeziya aləminə qədəm qoyduğunuz ilk …

Mədəniyyət

RAMAZAN AYININ TƏQVİMİ – 2026

Post Views: 197 Qeyd: Mübarək Ramazan ayının xüsusi təqvimi Bakı və Abşeron şəri vaxt ölçüsünə uyğun tərtib edilmişdir. Digər bölgələr Mübarək Ramazan ayının təqvimini qafqazislam.com saytında yerləşdirilən ənənəvi namaz vaxtları ilə tənzimləsinlər. Mənbə: https://qafqazislam.com/

Mədəniyyət

Bu gün Nəriman Həsənzadənin 95 illiyi tamam olur

Post Views: 117 Bütün varlığı ilə xalqına bağlı olan, onun azadlığı, istiqlalı naminə yorulmadan yazıb-yaradan qələm adamlarındandır Nəriman Həsənzadə. Millətə, xalqa xidməti özünün ömür kredosuna çevirən şair həmişə öz yüksək intellekti, mübarizliyi ilə ön sıralarda yer alıb. AZƏRTAC xəbər verir ki, bu gün müasir Azərbaycan poeziyasının, ədəbi-ictimai fikrinin görkəmli nümayəndələrindən birinin – Xalq şairi Nəriman Həsənzadənin …

Mədəniyyət

Bu gün böyük qəzəlxan Əliağa Vahidin doğum günüdür

Post Views: 113 Əliağa Vahid Azərbaycan poeziyasında qəzəl janrının ən görkəmli nümayəndələrindən və XX əsrin parlaq klassiklərindən biridir. Onun həyatı, yaradıcılığı və ədəbi irsi milli poeziyamızda dərin iz qoyub, bir çox nəsillərə ilham verib. Əliağa Vahid həm klassik şeirin ənənələrini yaşadan, həm də ona yeni nəfəs gətirən sənətkar kimi Azərbaycan ədəbi mühitində həmişə yüksək qiymətləndirilib. …

Azərbaycan ədəbiyyatı

Arzu HÜSEYN.”Səni xatırlamaq istədim bu gün”

Post Views: 138 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri Səni xatırlamaq istədim bu gün,İllər xatirəmin üstünə kölgə.İki yad adamıq, bilirəm, ömrüm,Dünyada hər kəsdən tənhayıq bəlkə. Səni xatırladım gülüşlərinlə,İçimə qəribə ağırlıq çökdü.Doldu gözlərimin qəm buludları,Getdiyim hər yerə xatirə tökdü. Hər yer xatirənmiş, mənsə fikirli,Neçə il yaşadım bundan xəbərsiz.Sən demə, …

Azərbaycan ədəbiyyatı

Xəyalə SEVİL.Yeni şeirlər (2026)

Post Views: 140 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri * * * Onda payızdı havalar,-Qış da oldu, yaz da oldu.Bitdisə, nə fərqi günahSizdə oldu, bizdə oldu. Həsrətin yol yorğunudu,Ürəyimə dinc düşübdü.Dörd divarın içindəMənə bircə künc düşübdü. Nədir ki, bu …

Azərbaycan ədəbiyyatı

Banu MUHARREM.”Nə qədər günah tapdım kipriyində, gözündə”

Post Views: 117 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru. Nə qədər günah tapdım kipriyində, gözündə.Barmağının izini sildim, təmiz olmadı.Silah dodaqlarından ikicə kəlmə atdın.Güllələr mat qaldılar, bax gör ölən olmadı? Bu ölüm qurtuluşdu,- ölüm qurtuluş deyil.Sözlər intihar ipi,- intihar da iş deyil.Şeir adlı namələr bir növ bildiriş deyil?Mesajlar çoxaldılar …

Azərbaycan ədəbiyyatı

Həyat ŞƏMİ.”İKİ YOXLUQ ARASINDA”

Post Views: 108 Tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Fərdi Prezident təqaüdçüsü Doğum günümə yazdığım şeir: Yenə dolum başladı, yenə yaş üstünə yaş,Ömrüm qum saatında əriyir yavaş-yavaş.Ruhum inad eyləyən bir uşaq sayağıdır,Ürək ki var, dünənin sınıq oyuncağıdır… Nə keçmişə əl çatar, nə gələcək bir liman,Bircə anlıq işığam, zülməti yırtan zaman.Öz içimə qonağam canımın süfrəsində,İçim …

Azərbaycan ədəbiyyatı

Xanım ANELA.”TRANSFORMASİYA”

Post Views: 139 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru – Sara! Qapını aç, Sara! – Nə olub, ay qızım? Niyə qapını elə döyürsən? – qonşu qadın öz qapısından təlaşla boylandı. – Sara… Saranı görən olub səhərdən? – Fidan qadının cavabını eşitmək üçün səbirsizləndi. – Yox… Dünən də görməmişəm. Bir neçə gündür görünmür. Amma sən …