Post Views: 86 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Olan düz bölünmür, artıb qalıqlar, Yaxşılıq bilməyir daha balıqlar, Gün-gündən çoxalır xarabalıqlar, Dünyanın nizamı pozulub, baba. Daha düz çəkməyir, bu daş tərəzi, Yoxdu, ədalətin , haqqın əvəzi, Bölünüb dağları, düzü, dənizi, Dünyanın nizamı …
Azərbaycan ədəbiyyatı
Əziz MUSA.”İnciyər”
Post Views: 88 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Düşsən qürbət yollarına, Səndən doğma el inciyər, Öpməsən , sığallamasan, Qara saçlar, tel inciyər. Nur saçmasa göydən günəş, Çiçək solar, gül inciyər, Bal kimi söz danışmasan, Dodaq küsər, dil inciyər, Görüşünə sən geciksən, …
Şəhla RAMAZANQIZI.”Gücüm yetməz atdığı hər daşına”
Post Views: 94 Gücüm yetməz atdığı hər daşına. Yaşım çatmaz söz deməyə yaşına, Görən kimdi sığal çəkən başına?! Arxası kim,dayağı kim dünyanın?! Gözlərimə yuxu yaddır gecələr, Çox gerçəyə şahid olur küçələr, Ömür sürür yarıyuxulu neçələr, Yatmışı kim, oyağı kim dünyanın? Dərk edəndən doğuluruq, ölürük, Qısa ömrü hamı ilə bölürük, Hansımız bu müəmmanı bilirik? Başı kimdir,ayağı …
Şəhla RAMAZANQIZI.”Sən yoxsulu görəmməzsən dilənən”
Post Views: 170 Sən yoxsulu görəmməzsən dilənən, Kasıb adam zəngin qəlblə mərd gəzər. Həyat yükü çiyinlərin əzsə də, Qəddin əyməz,ürəyində dərd gəzər. Addımbaşı ” yoxluq” deyib ağlamaz, Rəbbdən özgə kimsəyə bel bağlamaz, Acı dillə könülləri dağlamaz, Tale yükü həyatında sərt gəzər. Öz evinə gələndə də utanar, Əlləri boş cibində gizli yanar, Səbr eləyər çətin günə,dayanar. …
Azərbaycanlı gənc yazar Əyyub Məmmədovun şeiri İranda dərc olunub
Post Views: 108 Jurnalist, şair Əyyub Məmmədovun milliyətcə Azərbaycan türkü olan, görkəmli şair Məhəmmədhüseyn Şəhriyara həsr etdiyi “Şəhriyar” adlı şeiri fars dilinə tərcümə edilərək İran İslam Respublikasının paytaxtı Tehran şəhərində fəaliyyət göstərən məşhur “Xudafərin” dərgisinin 183-cü sayında çap olunub. Adı çəkilən ədəbiyyat və mədəniyyət dərgisində fars şair və yazıçılarla yanaşı, türk yazarların da qələmə aldığı …
Rafiq ODAY.”Qoymadılar”
Post Views: 90 Yaşamaq haqqın vardı Sənin də, qoymadılar. Hər gün od qaladılar Tənində, qoymadılar. Dünya iblis, sən mələk, Düz ələmir bu ələk. Gəl indi dərdini çək Dənin də, qoymadılar. Yolunda bənd qurdular, Min cürə fənd qurdular, Imanını qırdılar, Dinində qoymadılar. Səbret, püşkünlə barış, Olum, ölüm – bir yarış. Yer istədin bir qarış enində, qoymadılar. …
Rafiq ODAY.”Adın gör haçandı dildə, dodaqda”
Post Views: 150 Dərin hörmət bəslədiyim, etimad qazanmış dostların hər birinin boynunda haqqı olan Lalə xanım Mikayılzadəyə Mayan halallıqdan yoğrulub, adın Müqəddəs işinlə qoşa qanaddi. Vaxt oldu, bir an da çimir almadın, Vaxt oldu, gözündə gecə dan atdı. Beləcə yaşadın halal ömrünü, Kiminə şam oldun, kiminə mayak. Dərd-sərin əlindən gəl al ömrünü, Gör neçə dost …
Rafiq ODAY.”Elə-belə”
Post Views: 87 Biraz səbrim daralıb, Təngiyib nəfəsim də. Sən cah-cəlal eşqində, Mən sevda həvəsində. Qayıtmaq ümidi var, Hər köç edən quşun da. Yazı oxunmaz olub Alnımın qırışında. Yağışda islanıram, Keçib gəlirəm qardan. Üstümə qor ələnir Sayrışan ulduzlardan. Qaçıbdı gözlərimdən Yuxu, göyə dirənib. Qalxıb sinəmin ahı Axı göyə dirənib. Yaz da, payz da, qış da, …
Rafiq ODAY.”Əllinin üstünə”
Post Views: 91 Əyyub Qiyasın 50 yaşına Bir az huzur, bir az kədər Yağır əllinin üstünə. Çiyinləri qançır-qançır, Yağır – əllinin üstünə. Əlli – bəlli, ömür yarı, Artır saçlarının qarı. Tanrı göydə buludları Sağır əllinin üstünə. Ha qaçsan da fitnə-feldən, Dara çəkilirsən dildən. Qarışqadan yüngül, fildən Ağır əllinin üstünə. Kipriklərin mamır-mamır, Gözdən axan qəlbə damır. …
Rahilə xanım DÖVRAN.”Dövranam”
Post Views: 116 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Naxçıvan Muxtar Respublikası Bürosunun Rəhbəri, “Qızıl qələm” media mükafatı laureatı /”Düşüncələrim” – silsiləsindən/ Ömür adlı kəhərimi yora-yora çapmışam, Çox gecəmi yatmamışam, gündüzümə qatmışam. Kipriyimdə od daşıyıb, bu günlərə çatmışam Vətənimə, torpağıma, millətimə heyranam, Azərbayçan övladıyam, mən şairə Dövranam! Yurd bilmişəm türk yaşayan …
Rahilə xanım DÖVRAN.”Haqqın mizanı”
Post Views: 91 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Naxçıvan Muxtar Respublikası Bürosunun Rəhbəri, “Qızıl qələm” media mükafatı laureatı /”Düşüncələrim” – silsiləsindən/ Dünyamız olubdur fırıldaq, yalan, Abır, ismət, əxlaq, edilib talan. Nə varsa yox olub əcdaddan qalan, Qoruya bilmirik Tanrı yazanı- Allahım, qurulsun Haqqın mizanı. Artır bəyaz saçlar ağıllı başda, Bu …
Xatirə FƏRƏCLİ.”Adını bilmədiyim ağrı”
Post Views: 87 Ağlamaq xilasdır çox zaman, ağlaya bilməmək zülüm, nə etdin bə, zalım, qurutdun göz yaşımı, əvəzində hüzur yox, ağrı verdin – adını bilmədiyim ağrı.
Xatirə FƏRƏCLİ.”Apardı”
Post Views: 139 Elə bulandırdın könül aynamı, Düzəlib durulmaq illər apardı. Söküb xatirəni tulladım yerə, Küləklər sovurdu, yellər apardı. Əslində nə idi, nə oldu adı, Çəkib, çəkişdirdi doğması, yadı, Çoxların qarsıdı alovu, odu, Söhbətlər soyutdu, dillər apardı. Gəlmişdim, qismətdə bir biyar ömür, Bu biçilmiş ömrə di sığış, gömül, Hər soyuq baxışdan çat verən könül, Hər …
Xatirə FƏRƏCLİ.”Bu payız”
Post Views: 102 Gəldi öz donunda, öz biçimində, çaldığı ilmələri bərli-bəzəkli, xal-xal, rənglədi təbiəti, yarpaqlar bu payızın ayağına ağacların göndərdiyi təşəkkürü, minnəti. Elə bil arzu idi, həvəs idi, gəlmişdi, hisslərə can verməyə nəfəs idi, gəlmişdi, oynatdı könülləri, göyçək sevgisi qaldı vurğun ürəklərdə. Çətin, çətin ki, gələ belə payız, bu payız dünya üzünə birdə.
Xatirə FƏRƏCLİ.”Səni gözlədim”
Post Views: 112 Əsir edib istəkləri, sındırıb çox ürəkləri, görməz olub gerçəkləri səni gözlədim. Kölgələnmiş aya döndüm, sıralandım, saya döndüm, toy-büsatdım, vaya döndüm, səni gözlədim. Gəzən səda-soraq olub, gözü itmiş bulaq olub, yaxınlara uzaq olub səni gözlədim. Damla olub dolan gözdə, söhbət olub dildə, sözdə, baxış qoyub yolda, izdə səni gözlədim. Ucalardan enmədin sən, daşa …
Şəfa EYVAZ.”Çıx get ürəyimdən”
Post Views: 80 Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Məsul katibi Gəl çək öz köçünü duyğularımdan, Çıx get ürəyimdən,daha sevmirəm. Yuxuydun yox oldun sən həyatımdan, Çıx get ürəyimdən,daha sevmirəm. Döndün ümidimin göz yaşına sən Aldandın kiminsə göz-qaşına sən. Köçdün taleyimin yaddaşına sən, Çıx …
Şəfa EYVAZ.”Mənim yarımçıq şerim…”
Post Views: 168 Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Məsul katibi Dağınıq fikirlərim kimisən bu gün yarı gözümdə, yarı beynimdə, yarı qəlbimdə yarı başqa yerdə, başqa evdə, başqa aləmdə… İş masamın üstünə düzülüb xəyalların… Bütün kağızların bir tərəfində sənin şifrələnmiş adın, bir tərəfində …
Şəfa EYVAZ.”Sən də gətir xəyallarını tök ortaya”
Post Views: 127 Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Məsul katibi Sən də gətir xəyallarını tök ortaya, mən də… saf-çürük edək, qarışdıraq. bəlkə dəyərli bir şey çıxar içlərindən yaşamağa… 2013
Şəfa EYVAZ.”Tufan yoxluğun”
Post Views: 113 Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Məsul katibi Bilmirəm nə olar, nə ola bilər? Qorxuram bir daha açılmaz səhər. bəlkə də al günəş qara boyanar, mən səndən əlimi üzmək istəsəm. Əlini əlimdən qopara bilər, sənin yoxluğun var, tufandan yaman Hicranın …
Təhminə VƏLİYEVA.”Əcnəbi geyimli qadın” (Hekayə)
Post Views: 112 AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin kiçik elmi işçisi, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) “Publisistika” şöbəsinin redaktoru. valiyevatahmina@gmail.com Saat əqrəbi 9-u göstərirdi. Təyyarə dayanmış, sərnişinlər isə təyyarədən enməkdə idi. Yol boyu yalnız iki saat …
Şəfa VƏLİYEVA.”Nəm çəkmişəm havasından sevginin”
Post Views: 91 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı Bu şeiri 2010-da yazmışam… bu gün də oxuyub kövrəlmişəm… Nəm çəkmişəm havasından sevginin, Çiskin tökmək necə olur, bilirəm. Öz yurdundan, yuvasından sevgini Köçkün etmək necə olur, bilirəm. …
Şəfa VƏLİYEVA.”Sən şagird ol, mən müəllim”
Post Views: 105 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı “Sən şagird ol, mən müəllim”… Gəl, sənə bir dərs keçim… “Sən şagird ol, mən müəllim”… Bura Gəncədir… Yeri-yurdu gencədir… Bilirsənmi? İndi Gəncə düzündə Lalələr tək-tək bitir? Lalələrin …
Xəyalə SEVİL.”Görünür”
Post Views: 157 “Gənc Ədiblər Məktəbi2”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü Görünür, Hayandan baxsaq görünür. Bu ömür Ayağı axsaq görünür… Burda yenə gecələrin Qaralıbdı qanı da, Bütün pəncərələr bağlı Yoxdu bir eyvanı da. O ev mənim evimdi. Burda yenə külək əsir, Burda yenə yağışdı. Yığışdır, İlahi, məni yığışdır. …
Xəyalə SEVİL.”Evimi də dəyişdim”
Post Views: 86 “Gənc Ədiblər Məktəbi2”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü Evimi də dəyişdim. İndi başqa pəncərədən baxıram Günəşin qırmızı-qırmızı gülümsəməsinə. Hər şey eyni… Hər şey bir yana, tanrı, Mən indi necə baxım, Hər gün sənə açdığım Əllərimin üzünə?! Bu gün də belə keçəcək, Yenə səhər açılacaq. Təbəssümlər …
Xatirə FƏRƏCLİ.”Təbəssüm”
Post Views: 81 Burda asta danış, güllər inciyər, çiçəklər diksinər, hüşənər səsə, bu nə eşq, nə ahəng, bu nə mənzərə yaşıl bəyaz ilə girişib bəhsə. ürəyim kəpənək qanadı burda, qonur o budağa, qonur bu gülə, bəzəkli, həvəsli ağaclar ilə rəqs edib, rəng verir hər əsən yelə. basdırın bahara, çiçəyə məni, bundan ayrı nə var cənnət …
Xatirə FƏRƏCLİ.”Qaytar bu ümidi”
Post Views: 81 sən necə anlaya bilərsən məni, mən özüm-özümü bilə bilmirəm. fikrimlə şum vurub, ceşin atıram, sökürəm sinəmi niyə? bilmirəm. yaşamaq sayılan hal mənlik deyil, qaytar bu ümidi, al, mənlik deyil, sükut mənlik deyil, qal mənlik deyil, niyə əsir düşdüm Yerə? bilmirəm. illəri yellərə verməkdir işim, yorub yollarımı yorğun yerişim, hansı dağa çıxım, dərəni …
Şairə Adilə NƏZƏR.”Şeirlər gecələr doğulur”
Post Views: 91 Filologiya üzrə fəlsəfə doktoru, AYB-nin üzvü, “Kitab Evi” İctimai Birliyinin sədri Gecənin qaranlığına ağ yağışlar yağır yenə… Ruhumla ağlım arası bir təzə hiss can çəkişir, havalanır mən adında fağır yenə. Canımda bir dəli qız var, dilində bir dəli söz var – sevgi qoxur, həsrət qoxur… Yazılmağa tələsdikcə, bu gecənin qucağına ulduz axır… …
Şairə Adilə NƏZƏR.”Yaşanıb bitib ən gözəl həyatlar”
Post Views: 95 Filologiya üzrə fəlsəfə doktoru, AYB-nin üzvü, “Kitab Evi” İctimai Birliyinin sədri Yaşanıb bitib ən gözəl həyatlar, İndikilər sadəcə bənzəridir əvvəlkilərin.. İndi ötürdiklərinə ağlayır insanlar, gecikdiklərinə sürünür, quru, dadsız sevgilərə bürünür. Xəyalına çata bilmir, qızılgülə bata bilmir, kimsə kimin pənahında rahatlanıb yata bilmir. …Mənim də həyatım vardı – sonrasını qurban verə biləcəyim, günəşli …
Ay Bəniz ƏLİYAR.”Nə gözəl sevgin var sənin?”
Post Views: 97 Nə gözəl sevgin var sənin? Hər mövsümdə qanad açır. Sinəndə qarlı dağlardan, Gözündə yollardan keçir. Gündüzlər qarışır başın, Gah evdə, gah eşikdəsən. Gecələr uyudub məni, Başım üstə keşikdəsən. Keçirəm neçə ağrıdan, Neçə cür zordan, səninəm. Yanında deyiləm bəlkə, Mən uzaqlardan səninəm. Əcəb yaxşı sevgidi bu, Heç vaxt dəymirsən xətrimə. Sən sabahlardan yetimsən, …
Ay Bəniz ƏLİYAR.”Hərdən hamıdan qaçıb”
Post Views: 100 Hərdən hamıdan qaçıb, sənə doğru gəlirəm, Düzgün deyil bilirəm… Qapın da yoxdu bəlkə… Gəlirəm, aç qapını, sevgiyə ac qapını. Qapındakı pişikdən itinəcən acdı, ac… Nə bitməz bir ehtiyac… Getməyə yerimiz yox, xərcləməyə paramız, əskiyibdi yaramız… Ömür də bitir belə, bitirik yavaş-yavaş, bir ömür olaydı kaş… Heç nələr olmayınca, hər şey vardır, bəlkə …
Afət VİLƏŞSOY.”Ölmək sonuncu şəkli çəkdirməkdi”
Post Views: 90 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Cənub Bürosunun Rəhbəri Ölmək sonuncu şəkli çəkdirməkdi- Necə ölsən, görənlərin yaddaşında elə qalarsan. Təbəssümlə ölmək gərək, Ən xoşbəxt ana kimi, Ən xoşbəxt övlad kimi, Ən xoşbəxt insan kimi. Son gülümsəmə-son …
Şəhla RAMAZANQIZI.”Hamının birdir Allahı”
Post Views: 87 Hamının birdir Allahı, Sevənlər bunu qanacaq. Qanmayanla çənə yorma, Ürəyi daşlar danacaq. Uyacaq çoxu nəfsinə, Qəlbini verəcək kinə, Yad baxacaq haqqa,dinə, Bu dünyaya aldanacaq. İmanını nəfsə satan, Halalı harama qatan, Beşiyində şeytan yatan, Əbədi odda yanacaq.
Şəhla RAMAZANQIZI.”Qalmayıb heç nəyin abad”
Post Views: 92 Qalmayıb heç nəyin abad, Yanaqlara süzülür yaş. Hər şey uçuq,sökük,bərbad. Dünya sənin başına daş! Bircə nəfər əzizin yox, Utanası bənizin yox, Nökərin, ya kənizin yox, Həddini bil yavaş-yavaş. Yer tapılmır doğru sözə, Yalan girir məsum gözə, Gecən kin tutur gündüzə, Yoxsa qaĺmısan sən də çaş?!
Şəhla RAMAZANQIZI.”Olsa da insanın ömrü çox qısa”
Post Views: 101 Olsa da insanın ömrü çox qısa, Özünü yormaqdan bezmir ki, bezmir. Böyük bir məqsədlə yaradılmışıq, Ürəklər bu işi sezmir ki, sezmir. Cavabsız suallar, sirlər hər tərəf, Sınaqlar üstünə sınaqlar səf-səf, Qarşıya qoyulub düyünlü kələf, İnsanın səbri də dözmür ki, dözmür! Gəliş də, gediş də sorğusuz, qəfil, İznsiz bir yarpaq qopası deyil. Bu …
Şəhla RAMAZANQIZI.”Əzəmməzdi kimsə xalqın qüdrətin”
Post Views: 95 Əzəmməzdi kimsə xalqın qüdrətin, Öz nəfsimiz sonumuza çıxdı, ey! Sapı bizdən olan nacaq,baltalar, Palıd idik böyrü üstə yıxdı ey! Məsum olduq hiylələrə uyanda, Düşmənləri evimizə qoyanda. Acgözlərin tamahları doyanda, Qan su oldu, küçə-küçə axdı,ey! Yurd sevgisi köçəri bir quşmudur? Sinəmizdə yatan ürək daşmıdır? Tarixləri vərəqləmək boşmudur? Babək, Nəbi tənə ilə baxdı,ey!
Şəhla RAMAZANQIZI.”Alverçi qadına”
Post Views: 93 Oturmusan soyuq daşın üstündə, Qadın, sənin əynin, isti qalındır? Nə satırsan, qurban olum, burda sən? Ayağını don vuracaq, yalındır! Kaş cibimdə yüzcə manat pul ola, Nə satırsan,hamısını götürəm. Ayağına isti geyim geydirib, Sonra səni mənzilinə ötürəm. Çox sağ ol ki əl açmırsan heç kimə, Halal çörək qazanırsan,mərd qadın! Üzdə məğrur dayansan da …
Kənan AYDINOĞLU.”Coşub, çağlayasan adın kimi sən”
Post Views: 104 Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü. Bu gün sirli-sehirli dünyaya göz açan balaca-bəbəş Nuryüzlü Dəniz Qasımovaya sevgi və sayqılarla!!! Şairlər dünyada bir vaxt-nə vaxtsa, Arana-Muğana və Milə gələr. Mayak görünəndə uzaqdan belə, Yelkənli gəmilər sahilə gələr. Nuryüzlü balalar öz çöhrəsində, Özüylə bərabər sirr gətirəcək. Bilirəm, …
Əziz MUSA.”Qalır”
Post Views: 89 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Aydı, gecələrin bəzəyi, odu, Sevgi, məhəbbətə yaraşıq odu, Elə ki, gecənin yarısı oldu, Ay batır, göylərdə ulduzlar qalır. Zirvəyə uzanır yollar əzəldən, Təzə izlər açır, hamı təzədən. Dağlar yavaş-yavaş ayrılır düzdən, Dağların qoynunda …
Əziz MUSA.”Köç havası”
Post Views: 107 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Tərk edilmiş doğma yerlər, İndi bizdən çox-çox uzaq. Gəlin yurdun igidləri, Gəlin bu sükutu pozaq. Əl uzadaq dağ ruhuna, Gedək başına dolanaq, İtməsin o yollar, izlər, Qartal tək zirvəyə qonaq. Niskil çöküb ürəklərə, …
Əziz MUSA.”Gətirdin”
Post Views: 88 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Ömrümün bu vədəsində, Ürəyimə yaz gətirdin, Saldın məni oda, közə, Bir sevdalı naz gətirdin. Qoymadın ruhum dincələ, Sevdirdin gülü, çiçəyi. Bircə odlu baxışınla, Dəli etdin bu ürəyi, Yuxum çəkildi göylərə, Əldən getdi gündüzlərim, …
Əziz MUSA.”Həsrətin”
Post Views: 95 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Həsrət məni öldürəcək, neyləyim, Bu dərdimi ağla özün, ağla sən. Səndən özgə kimə çatar gileyim, Gəl yaramı öz əlinlə bağla sən. Bu sözlərim yordu səni deyəsən, Susammıram, ürək dinir, ay gözəl. Unudursan sən …
Əziz MUSA.”Qaçqın harayı”
Post Views: 92 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü O yurdda bir gözəl yiyəsiz öldü, Bir kimsə yetmədi onun hayına, Soldu çiçək kimi, soldu gül kimi, Belə qismət düşdü onun payına, Saçından yapışıb sürüdü cəllad, Çəkdi bağ içinə, cırdı donunu, Açdı sinəsini, …
Afət VİLƏŞSOY.”Kordüyün
Post Views: 119 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Cənub Bürosunun Rəhbəri Üzümü güldürəcəkkən ağlamağı öyrətdin. Həyatı sevdirəcəkkən nifrət etməyi. hər şeyin tərsi sənin dərsindir- Əmanətdir ürəyim ağzı üstə çevirmə boğulub ölər-içində sevgin.Sevgin ölər. Yuxuma gəlmə-mən yanına gələrəm. Ömrümə …
Rafiq ODAY.Yeni şeirlər
Post Views: 121 * * * Adam olun biraz, adam, müvəqqəti də olsa Qoyun bir kənara bütün əllaməçilikləri. Siz orda düşüklük, gədəlik edirsiniz, Mənim burda ömrüm çiliklənir. * * * Paşayam, xanam özümə, Kim gəlsə, ənamı məndən. Bir kimsə ala bilməyib Hələ ki, bu namı məndən. Neçə açılmaz sirr varmış, Sirri sirr edən BIR varmış. …
Rahilə xanım DÖVRAN.Seçmə şeirlər
Post Views: 108 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Naxçıvan Muxtar Respublikası Bürosunun Rəhbəri, “Qızıl qələm” media mükafatı laureatı SƏMƏD VURĞUNA /”Şair,nə tez qocaldın sən?!/ Dədə Vurğun döğru deyir, “Şair olan qəm də yeyir. Şair qəlbi dərd kanıdır, Sehirli, sirr məkanıdır. Qəlb sədası hər bir şeir Pıçıldayır mənə pəsdən:- “Şair, nə …
Gülnar SƏMA.Seçilmiş şeirlər
Post Views: 115 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Tovuz Bürosunun Rəhbəri, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı Məni əvəz etmək mümkünsüz bir iş, Bunu heç xəyal da eyləməyəsən. Çoxları keçəcək ömür yolundan, Məndən başqasını əyləməyəsən. Mənə bənd olubsa köksündə qəlbin Heç …
Şəfa VƏLİYEVA.”Romanda nağıl rəngləri” (Resenziya)
Post Views: 117 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı Günümüzün romançılığı ənənələrə uymağa çalışır. Çalışmaq hələ tənliklərin həlli, yaxud lazım olan nəticəni əldə etmək deyil. Amerikalılar demiş, “milyon dollarlıq sual” burda meydana çıxır: “Ənənəni pozmağa icazə …
Şəfa EYVAZ.Seçmə şeirlər
Post Views: 121 Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Məsul katibi *** Məzəmmət edirsən məni, “Necə acılaşıb dilin” deyirsən. Sənə ağır gəlir acı sözlərim? Şükr elə, ay bəxtəvər, Bu nədir ki görürsən?! “Necə acılaşıb dilin” deyirsən, Deyəsən yatmısan fil qulağında. Ay insan, büsbütün …
Xəyalə SEVİL.Yeni şeirlər
Post Views: 112 “Gənc Ədiblər Məktəbi2”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü Səndən nə qaldı ki… Sonra gözəl-göyçək ayrılıq gəldi, Sonra gözəl-göyçək ayırdı bizi. Arxanca uzanan əlim gödəldi, Üzü qışa tutduq ürəyimizi. Səndən nə qaldı ki, eh… Səndən heç nə, Bir azca peşmanlıq, bir azca hüzün. Sən məni hamıdan …
İradə AYTEL.”Akif Səməd oxusun…”
Post Views: 99 Savabdan huzur edən, Günah boyda diriyəm. Elə ağlat, İlahi, Ağlat, bəlkə kiriyəm. Dövrəmdən mövlam uzaq, Hücrəmdən laylam uzaq, Cənnətdən xeylam uzaq, Cəhənnəmdən bəriyəm! Sinəm Məhəmməd dağı, Əməlim Sur tufağı, Dirilərin qınağı, Ölülərin sirriyəm!
Xatirə FƏRƏCLİ.”Şeir havasında”
Post Views: 94 Şeir havasında Mən bir şeir havasında, bircə şeir havasında dolanıram hər yeri, dolanıb gəlirəm dünyasını bir dəqiqəyə gəzən saniyəölçəntək. Qoşulub dağ ətəyində topa-topa bulud kölgəsinə axıb gedir ürəyim, yuyulur dünyanın kiri, yaşananlar qar üstündə ləpir kimi, təzə doğulan uşaq ruhuna dönür ruhum uçuram, uçunuram, gəzirəm eşqli, həvəsli, sevirəm, sarır içimi gözəllik, lütf, …
Şairə Adilə NƏZƏR.Yeni şeirlər
Post Views: 101 Filologiya üzrə fəlsəfə doktoru, AYB-nin üzvü, “Kitab Evi” İctimai Birliyinin sədri Oyan, Qoca Şərq, oyan! Axı niyə susursan, lal olubsan de neyçün, Hanı sənin haq sözün, haq səsin, ey müsəlman?! Dur! -de, Çinin zülmünə, qul üçün, Allah üçün, Qafil olma, yatdığın yuxudan artıq oyan. Eşitməyə məcbur et, hər qulağı sağıri, Min bir …
Ay Bəniz ƏLİYAR.Seçmə şeirlər
Post Views: 116 Yenə qucaqlaşdı xəyallarımız, Xəyalən xoşbəxtik, xəyalən şadıq. Sən ağac kötüyü, mən quru budaq, Bəs niyə gerçəkdən qucaqlaşmadıq? Hardasa yoxluğun əriyir belə, Hardasa xəyalən kama çatırsan. Kötük adamlara, daş adamlara Mən yarpaq atıram, sən daş atırsan. Payızdır, yollara düşür bu yarpaq, Qışdan baharacan ağır səfər var. Bir quru kötüklə kim qızınacaq? Dünyada üşüyən …
İbrahim İLYASLI.”Bədahətən gəldi, neylim”
Post Views: 94 Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Sumqayıt Bürösunun Rəhbəri ** Bədahətən gəldi, neylim,- Misralar yan-yan qağama! Özü sakit, irahatca, Sədası “qan-qan” qağama. Dindimi – göy nərildəyər, Endimi – öy sərinləyər… Tüm dayazlar dərinləyər, Boylansa haçan qağama. Pir olsun, pirhüda olsun, Bağışlanan qada olsun… …
Namiq HACIHEYDƏRLİ.Yeni şeirlər
Post Views: 98 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Muğan Bürosunun Rəhbəri Olam, olam… Tanrı aça qapıları, Göylərdən səs alam, alam; Bir işıq süzülüb gələ; Sevgi ilə dolam, dolam… İçimizi sevgi yuya, Ucalda bizi Tanrıya… Hamı sözə sayğı duya; …
Əziz MUSA.Yeni şeirlər
Post Views: 101 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü SEVGİ İSTƏR HƏR BİR QADIN Şirin-şirin sözlər deyin, Tərifləyin qadınları, Qadındı həyatın tacı, Sevin hər zaman onları. Onlara gül kimi baxın, Qoymayın vaxtsız solsunlar. Xoş söz ilə danışdırın, Qoymayın məyus olsunlar. Aldatmayın siz …
Hikmət MƏLİKZADƏ.Yeni şeirlər
Post Views: 94 Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü *** Neçə vaxtdı bir əlin, bir başındır, Kimsən, məni bu fikirdən daşındır… Həyat sanki ölüm adlı maşındır, Həm gətirir, həm aparır adamı. Qurtar, ürək bulandıran həsədi, Qulaqlarım göydən düşən səsədi, Quru-quru tabut tutmur cəsədi, Əcəl hərdən nəm aparır adamı… Göy hıçqırır, sanki …
Azərbaycan Yazıçılar Birliyi Qubadlı Regional Bölməsinin sədri, şair Namiq MƏNA.Seçilmiş şeirlər
Post Views: 146 Sənin üçün Məhəbbətin səmasına Dolanmışam sənin üçün Bu eşqi can bahasına Qazanmışam sənin üçün Göz yummuşam olanlara Ötənlərdə qalanlara Ən qorxulu yalanlara İnanmışam sənin üçün Sən göylərin sırasında Bəxtimsə qəm libasında İki yolun arasında Dayanmışam sənin üçün Pıçıldadım qulağına Çək məni eşq sınağına Mən ölümün ayağına Uzanmışam sənin üçün * * * …
Rafiq ODAY.”Sən ulu öndərisən bu xalqın, bu millətin”
Post Views: 93 Azərbaycan xalqının ümummilli lideri, görkəmli ictimai-siyasi xadim, dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsinə!!! Sən zülmət gecələrin bir ümid çırağısan, Sən elin ağsaqqalı, sən yurdun dayağısan, Sən hürriyyət sədası, azadlıq sorağısan, Hər qarışda izin var, bu izi silmək çətin, Sən ulu öndərisən bu xalqın, bu millətin. Vətənin hər daşını sevginlə naxışladın, Bu yurda …
Kənan AYDINOĞLU.”“Nə qələm, nə varaq, nə vaxt bəs eylər!””
Post Views: 88 Azərbaycan xalqının ümummilli lideri, görkəmli ictimai-siyasi xadim, dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsinə!!! Bir dövrün, zamanın astanasında,- Xalq “Heydər”-söylədi, Heydər “Xalq”-dedi. Doğma diyarının ulu öndəri,- Hayanda oldusa yenə haqq dedi. Bu ulu torpağa, ulu diyara, Öndərin sevgisi bitmədi şükür. Sevincdən gözləri dolan torpaqda, Rəhbərin zəhməti itmədi şükür. Yenə tarix boyu göyə ucalan, …