Post Views: 30 Bu günlərdə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) xalqımızın tarixində, mədəni irsinin qorunmasında və ictimai-siyasi həyatında fövqəl əhəmiyyətə malik olan Şuşa şəhərinin işğaldan azad edilməsinə həsr edilmiş vacib layihəyə imza atıb – Azərbaycan, türk, ingilis və rus dillərində “İlham Əliyev: Əziz Şuşa, biz qayıtmışıq!” kitabı işıq üzü görüb. Kitab ulu öndər …
2021
“Ulduz” jurnalının yeni nömrəsi işıq üzü görüb
Post Views: 50 Jurnalın iyun nömrəsi Nübar Eldarqızının “Özüylə söhbəti və şeirləri”ylə açılır. Bu nömrədə “Ulduz” jurnalı ilə “525-¬ci qəzet”in birgə layihəsi olan “9-luq”da “Müharibə – Ədəbiyyat – Müharibə ədəbiyyatı” mövzusunda şair Musa Urud, nasir Günel Anarqızı, kinorejissor Rövşən İsax danışır. “Ulduz”sevərlər tanınmış türk yazıçısı Bəxtiyar Aslanın “Ah, nə deyim, ömrüm, səni?!” yazısını Aygün Ələkbərzadənin …
Leyla Əliyevanın kitabı Ukraynada nəşr olunub
Post Views: 30 Gənc, istedadlı Azərbaycan şairi Leyla Əliyevanın “Свiт тане, як сон” (“Dünya yuxutək əriyir”) kitabı Kiyevdə nəşr olunub. Dövlət Tərcümə Mərkəzindən bildirilib ki, zəngin ənənəli “Yaroslavov Val” nəşriyyatında işıq üzü görmüş kitabın ukrain dilinə tərcüməçisi tanınmış Ukrayna şairi, mütərcimi, filoloq-alim Lesya Mudrak, redaktoru Taras Şevçenko Milli Mükafatı laureatı, yazıçı Qriqori Quseynovdur. Kitabın dizayn tərtibində …
Nizami Gəncəvinin “Leyli və Məcnun” əsəri Gürcüstanda nəşr olunub
Post Views: 28 Azərbaycanda elan olunmuş “Nizami Gəncəvi İli” ilə əlaqədar dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Leyli və Məcnun” poeması Tbilisidə nəşr olunub (ADTM). Azərbaycan Tərcümə Mərkəzindən bildirilib ki, zəngin ənənəli “İverioni” nəşriyyatında işıq üzü görən kitabı orijinaldan gürcü dilinə görkəmli gürcü şərqşünası və mütərcimi professor Maqali Todua tərcümə edib. Kitabın redaktoru yazıçı-tərcüməçi İmir Məmmədli, “Ön …
Azərbaycan Yazıçılar Birliyində yeni kadr təyinatları olub
Post Views: 39 Azərbaycan Yazıçılar Birliyində (AYB) yenə də kadr təyinatları olub. Rauf Aslanov Azərbaycan Yazıçılar Birliyi sədrinin baş müşaviri təyin edilib. Yazıçı-tərcüməçi Vaqif Əlixanlıya AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri vəzifəsini, yazıçı Pərvin Nurəliyevaya isə “Qobustan” jurnalının baş redaktoru vəzifəsini icra etmək tapşırılıb. İndiyədək Mərkəzin nəşri olan “Dünya ədəbiyyatı” dərgsinin baş redaktoru …
AYB Gənclər Şurasının iclası keçirilib
Post Views: 21 Azərbaycan Yazıçılar Birliyinin (AYB) Gənclər Şurasının iclası keçirilib. AYB-in sədri, Xalq yazıçısı Anar birliyin Gənclər Şurası ilə bəzi məsələləri müzakirə edib. İclasda ədəbi festivalların təşkili, gənc yazarların ədəbi mətbuat orqanlarının redaksiya heyətlərinə üzv qəbul edilməsi, ədəbi telelayihələr, yay məktəblərinin təşkili, digər dövlət qurumları ilə, habelə özəl təşkilatlarla əməkdaşlıq, regionlarda və paytaxtda oxucularla …
Faiq Hüseynbəylinin “Arzuların şəhidi” kitabı nəşr edilib
Post Views: 41 Şair Faiq Hüseynbəylinin yeni nəşr olunmuş “Arzuların şəhidi” adlı kitabı Cəlilabad rayonunun Alar kəndində anadan olmuş Vətən Müharibəsi şəhidi Əkbər Azər oğlu Hüseynli haqqındadır. Ailənin yeganə oğul övladı olan Əkbər Hüseynli təhsilini yarımçıq qoyaraq hərbi xidmətə getmiş, Murov ətrafındakı döyüşlərdə iştirak etmiş və şəhid olmuşdur. Oxuculara Faiq Hüseynbəylinin poeması ilə birlikdə şəhid …
Ümid Nəccarinin kitabı Özbəkistanda çap olunub
Post Views: 39 Azərbaycanlı şair Ümid Nəccarinin “Unutmaq” adlı kitabı Özbəkistanda işıq üzü görüb. Kitab Özbəkistan Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə “Innovatsiya-Ziyo” yayınları tərəfindən Özbəkistanda çap olunub. Şeirləri özbək dilinə tərcüməçi Marufjon Yoldoşev çevirib. Qeyd edək ki, Ümid Nəccari 3 kitab müəllifidir və indiyə qədər bir sıra ölkələrdə – Amerika, Serbiya, İtaliya, İspaniya, Rusiya, Gürcüstan, Özbəkistan, …
Fərid Hüseynin şeirlər kitabı Moldovada çap olundu
Post Views: 28 Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri, şair, esseist Fərid Hüseynin Moldovada rumın dilində şeirlər kitabı çap olunub. Edebiyyatqazeti.az xəbər verir ki, “Yaddaşın vəfa borcu” (“İnchinare memoriei”) adlı kitab “Quadrat” nəşriyyatında çap olunub və nəşrdə gənc şairin 100-ə qədər müxtəlif mövzulu şeirləri yer alıb. Kitabı rumın dilinə tanınmış şair, tərcüməçi Nikolay Spetaru tərcümə edib. Mənbə: https://edebiyyatqazeti.az/
15 İyun-Xalq şairi Hüseyn Arifin doğum günüdü
Post Views: 30 Arıxov Hüseyn Camal oğlu və ya özünə götürdüyü soyadı ilə Hüseynzadə Hüseyn Camal oğlu (Hüseyn Arif; 15 iyun 1924, Yenigün, Qazax qəzası – 14 sentyabr 1992, Bakı) — azərbaycanlı şair, 1949-cu ildən AYİ-nın üzvü, “Qızıl oraq” mükafatı, (1971), Azərbaycan SSR Dövlət Mükafatı laureatı (1978), Azərbaycan SSR-in Xalq şairi (1989). Həyatı[redaktə | əsas redaktə] Hüseyn Arif 1924-cü il iyunun 15-də Ağstafa rayonunun Yeni gün kəndində anadan olub.Bakı pedaqoji məktəbində …
Xalq şairi Nəriman HƏSƏNZADƏ.Yeni şeirlər (2021)
Post Views: 38 Cənab Ali Baş Komandan, halaldı Sizə Cənab Ali Baş Komandan, halaldı Sizə, istirahət eləməyə var tam haqqınız. 44 günü siz yazdınız tariximizə, Günəş kimi dünyaya da doğacaqsınız. “Xarıbülbül” festivalı bir möcüzəydi, yerlər-göylər ovsunlanıb dedim, – Şuşada. Dağlar təzə, həyat təzə, yollar təzəydi, “Paytaxt Şuşa” doğulurdu qədim Şuşada. Dünən Qalib Sərkərdəni xalq alqışlayır, …
Şairə Ay Bəniz Əliyarlının “Ruhumun aynası” adlı yeni şeirlər kitabı işıq üzü görüb
Post Views: 23 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü Ay Bəniz Əliyarın “Ruhumun aynası” adlı yeni şeirlər kitabı işıq üzü görüb.
Şairə Ay Bəniz Əliyarlının “Ruhumuzun aynası” adlı şeirlər kitabının Ön sözü
Post Views: 98 İnsanın Vətən vaxtıSöz, xüsusilə bədii söz hər bir fərdin,ələlxüsus yaradıcı adamın daxili aləmini,iç dünyasını açmaq vasitəsidir. Günümüzdə əzəli və əbədi sözün müqəddəsliyini uca tutan, o sözə özünün təzə, tər nəfəsini qatan bir xanım şairə də yaşayıb yaradır, artıq nüfuzlu dövrü mətbuatda çap olunan şeirləri, kitabları ilə imzası oxuculara yaxşı tanınan AY …
Elçinin “Ədəbi düşüncələr”i yenidən nəşr olunub
Post Views: 27 Xalq yazıçısı Elçin müasir Azərbaycan ədəbiyyatının böyük nümayəndələrindən biri olduğu kimi, eyni zamanda görkəmli ədəbiyyatşünas və tənqidçidir. Onun «Ədəbi düşüncələr»i oxuculara yaxşı tanışdır. Dünya ədəbiyyatı klassiklərinin, eləcə də müasir yazıçıların əsərləri barədə yazılmış qısa esselər yazıçının bəşəri və milli ədəbiyüyatla bağlı düşüncələridir. Elçin bəhs etdiyi əsərləri mənəvi dəyərlərə əsaslanaraq, onları müasir elmi-nəzəri …
Şəfa VƏLİYEVA.”Günəşi axtararkən…”
Post Views: 39 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru Yazarlarımızın “oxucu yoxdur”, oxucuların da “yazan var ki?!” deyə haray çəkdiyi bir dövrdə yazmağı eşqdən, oxumağı ədəbdən sayıram. Eşqimə güvəndiyim qədər ədəbimə qısılıram, bu gün sizə …
Ramil Əhmədin “Orxan Pamukun evində” kitabı çap olunub
Post Views: 32 Ədəbiyyatşünas, şair Ramil Əhmədin “Orxan Pamukun evində” kitabı Hədəf nəşriyyatında işıq üzü görüb. Kitabda Ramil Əhmədin Ədəbiyyat üzrə Nobel mükafatı laureatı, türk yazıçısı Orxan Pamukla tanışlığının, görüşünün detalları, eləcə də ədibin evində gerçəkləşən söhbətləri yer alıb. Bu kitabın bəzi hissələri mətbuatda işıqlandırılsa da kitabda daha öncə yayımlanmayan yazılar, fotolar və Pamukun yaradıcılığına …
Cavid Zeynallının romanı təkrar nəşr olunub
Post Views: 40 Yazıçı Cavid Zeynallının “Günəşi gözləyənlər” romanı ikinci dəfə “Köhlən” nəşriyyatında çap olunub. Müəllif qeyd edib ki, “Köhlən” nəşriyyatı yeni yaradılıb və çağdaş Azərbaycan ədəbiyyatının nəşri, təbliği ilə bağlı planları çoxdur. “Nəşriyyatın rəhbəri Nizami Əlisoy “Günəşi gözləyənlər”i bir müddət əvvəl oxumuşdu. Romanı ikinci dəfə nəşr etməyi təklif etdi. Bu, mənim ilk romanımdır və …
“Hece Taşları” aylık şiir dergisinin 75. sayısı yayında
Post Views: 31 http://hecetaslari.com/hecetaslaridergisi/hecetaslari75sayiOn5mayis2021.pdf
“Hece Taşları” aylık şiir dergisinin 76. sayısı yayında
Post Views: 33 fhttp://hecetaslari.com/hecetaslaridergisi/hecetaslari76sayiOn5haziran2021.pdf
Azərbaycanlı gənc xanım yazar Şəfa Eyvazın şeiri “Hece Taşları” ərgisində çap olunub
Post Views: 35 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “Gənc yazarların əsərlərinin Qardaş Türkiyə mətbuatında yayınlanmasına dəstək” layihəsi çərçivəsində yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Məsul katibi, Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, …
Şəfa VƏLİYEVA.”Aşıq ellər ayrısı..”
Post Views: 33 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru “Aşıq ellər ayrısı”…Eşqi qoru ellərdən…Adın alnım yazısıDar ağacın tellərdən… “Şana tellər ayrısı”…Saçlarımı sanadım…Dərdi bağrıma basıb,“Ağ gün”ümə ağladım. “Bir gününə dözməzdim”…Dözürəm…Ürəyi daşam…Yox, mən sənsiz ölməzdim!Sənlə nə yaşamışam?! …
Şairə-publisist Xalidə Nurayın “Vərəqlərin günahı” adlı yeni kitabı işıq üzü görüb
Post Views: 31 Azərbaycanlı şairə-publisist Xalidə Nurayın “Vərəqlərin günahı” adlı yeni kitabı işıq üzü görüb. Kitabın redaktoru Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru, şairə-publisist Nəcibə İlkindir. Kitab müəllifin oxucularla növbəti-üçüncü görüşüdür. Geniş oxucu auditoriyası …
Xalq şairi Zəlimxan YAQUB.”BU AXŞAMI SƏN GƏTİRDİN”
Post Views: 48 Ömrümüzün səhərləri, axşamları çox,Çiçək-çiçək ulduzları, ağ şamları çox.Axşamlara işıq verən adamları çox,Bu axşamı sən gətirdin mənim ömrümə. Bara döndü, budaqları əydi bu axşam,Min səhərin ləzzətinə dəydi bu axşam.Bir gözələ könül vermiş bəydi bu axşam,Bu axşamı sən gətirdin mənim ömrümə. Arı qonar, çiçəklərin şəhdini əmər,Bahar adlı fəslə çatar muştuluq, nəmər.Barmağında üzük oldum, belində …
Xalq şairi Zəlimxan YAQUB.”BİR BAYATI SƏNSƏN, BİR BAYATI MƏN”
Post Views: 45 Mənə can desən də, canım yox daha,Bir ruha, nəfəsə dönən çağımdı.Bahar buluduyam, səhər mehiyəm,Kövrələ-kövrələ dinən çağımdı. Sevgi nə, sevmək nə, sirrini qandım,Sevdalar yolunda yatdım, oyandım.Dodaqdan yanağa çıxdım, dayandım,Dodaqdan buxağa enən çağımdı. Bir bayatı sənsən, bir bayatı mən,Bağrıma basıram bu həyatı mən.Tamam yandırardım Kainatı mən,Yaxşı ki, səngiyən, sönən deyiləm.
Xalq şairi Zəlimxan YAQUB.”DƏLİ OLMAĞIMA BİR ADDIM QALIB”
Post Views: 54 Bilmirəm heç nəyi, lələ, bilmirəm,Mən kiməm, nəçiyəm, hələ bilmirəm.Getmişəm, özümə gələ bilmirəm,Dəli olmağıma bir addım qalıb. Ömrümün bu yaşda nağılına bax,Nağıldı, ay Allah, nağıl, ona bax.Ağılsız eşqimin ağılına bax,Dəli olmağıma bir addım qalıb. Əl açar, sevginin əli utanmaz,Xırmanı iş görər, vəli utanmaz.Yiyəsi utanar, dəli utanmaz,Dəli olmağıma bir addım qalıb. Bilmirəm heç neçə …
Xalq şairi Vahid ƏZİZ.”ÇƏTİN ADAM”…
Post Views: 64 Zəkalı nələrsə şeirimdən duyub,soruşub-“Nəçiyəm,kimə simsaram?”,imanlı-haqqımı ortaya qoyub,söyləyib-“”Bununçün “Çətin adamam””. Alqışlar dilinə düz danışanın,nə satqın,nə də ki,qumarda varam,içində çırpınıb yaşantıların,fırlar bağlamışam-“Çətin adamam”. Uşaqnan uşağam,böyüknən-böyük,gözümün düşməni–binəva, nadan!oğruynan,quldurnan olsaydım şərik,“Yuxarı” çatmazdı–“Çətin adamam!”. O qədər simasız insan görmüşəm;zəhərli-ilantək,sümsük-it kimi!Tanrı varlığını dərk eləməyən,nə cür başa düşüb- “Çətinliyimi”?! Əsil şairlər də Peyğəmbər kimi,millətin dərdinə ürək yandırar,Peyğəmbər–insana Tanrı sözünü,Şairlər …
Xalq şairi Vahid ƏZİZ.” MƏNDƏN SORUŞMAYIN…”
Post Views: 44 У природы нет плохой погоды,каждая погода благодать…“Служебный роман”filmində olan mahnıdan Baxma ki,heç nəyi yetişmir ələ;əkirik,biçirik…hava batırır,dünyanın ən bərbad havası belıə-havasız məzardan min yol yaxşıdır, Hava hökümdardı–göyün də rəngitutulub-açılır vaxt havasıynan,mənimçün ən ağır hava odur ki,içdəki uyuşmur bayırdakıynan, Hərdən yayınmaqçün qarğaşalardanbaşımı şəhərdən alıb gedirəm,nə doğma,nə tanış,nə özgə olanyerlərdə özümnən söhbət edirəm, Çəmənlər bezmişdi …
Xalq şairi Vahid ƏZİZ.” ÖMRÜNÜ BƏXTƏVƏR YAŞAMAQ ÜÇÜN…”
Post Views: 38 Gözəli odur ki, varsan Vətəndə,ən azı–yaxında sevən bir ürək,təqsirin yoxdursa–küsüb gedən də,hirsi soyuyanda dönüb gələcək, Doğma obalarla verin əl-ələ,ellərdə sayılar nəslin,kimliyin,Qürbətdə səyyahtək olanda belə,dəryadan atılmış balıq kimiydim, Atılsın qəlblərdən qəzəbli kinlər,qınağa partlama mərmilər kimi,ana da övladdan inciyə bilər,özgə də öyrədər həyat dərsini, Sözüm çətinliklər görməyənlərə:“”Həyatdı,nə cürə desən çağ olar,Yurda küfr etməyin “qıtlığa” …
Xalq şairi Vahid ƏZİZ.”DAĞLAR-DÜNYA KİMİ…”
Post Views: 23 Döşündə yayxanar dumanı-çəni,Dərədə çeşmələr,daşlarda kəklik,Dağların qoynunda insan məsgəni,Zirvəyə qartalla-buludlar şərik. Təkcə meyvələri məlhəmlik olmur,Çəməni,çiçəyi çiy-çiy yeyilir,Amma ki,dağlar da əbədi qalmır;Qalanla yaşayır,köçənlə-gedir. Ümidlər bəxş edər məğrur görkəmi,Qütblərin yerini bildirər mamır,Anasın özləmiş körpələr kimi,Arandan qaçanlar dağa sığınır. Başında hər cürə huylar, havalar,Zirvədən qopan qar dərədə çaydı,Bineyi-qədimdən zülmət kahalarDağların səfalı buzxanasıydı, İzləri şəst ilə gedən …
Xalq şairi Vahid ƏZİZ.”İTİRMİŞƏM…”
Post Views: 51 Ömrüm uzandıqca səbrim gödəlir,illəri qazanıb,yaş itirmişəm,hərdən bir bayatı ağlıma gəlir-misralar içinə baş itirmişəm. Dərdlər mələyinin imanı hanı?,elə bəla versin,tapım dərmanı!bir yol verilirsə ömür-zamanı,mən niyə bu qədər boş itirmişəm? Ümidsiz əllərim qapılar döyüb,tənbəllik ovcumda qabarlar yeyib,qaşımı qayıran-gözdən eləyib,görənlər gülüşüb-“Qaş itirmişəm” Boğaza yığıram hərdən qələmi,o vaxtlar yazardım gələndə dəmi,indi,həsrətində gəzdiklərimi,əhvalım olanda xoş-itirmişəm! Arabir evimdə …
X.Ə.Qasımovanın “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Post Views: 40 X.Ə.Qasımovanın “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə Xuraman Əkrəm qızı Qasımova “İstiqlal” ordeni ilə təltif edilsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 5 iyun 2021-ci il …
Şəfa VƏLİYEVA.”son” adlı hər qatili
Post Views: 28 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru “son” adlı hər qatili“ilk” adlı sevgi doğar…sev həsrəti,ağılllım,axı səni kim aldadıb“hər eşqdən vüsal doğar”?!… mənə inan…təkcə mənə!eşq qısırdı, mən dəli…nolsun, gəlmir əynimə,sənin aldığın donlar,yetər nimdaş köynəyin… …
Ülkü OLCAY.”UYANIŞ”
Post Views: 37 Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temsilcisi Dışarda ilkten bahariçim telaşlı neşeYeşermiş güzden kalmagül goncalı has bahçe Erguvanlar dermişimboyumun yettiğinceYüreğim kar tanesisu damlasından sade Kanatlanıp uçardımsenin olduğun yereŞavkı loş evinizinönündeydim kaç kere Yasemenler açardıhep seni düşününceSevmeyi aşk sanmışımçocuksu sevinçlerle Aslında sen aynıydındev olmuştun gözümdeSen kudretli hükümdarben kapında bir köle Derken titredi zamanhakikati …
“Sözün Sehri” ədəbi-bədii, ictimai qəzetinin may sayı işıq üzü görüb
Post Views: 34 “Sözün sehri” ədəbi-bədii, ictimai qəzeti “Gənclər Şəhəri” Sumqayıtda Azərbaycan Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvünü, Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin sədri, Qubadlı Rayon İcra Hakimiyyətinin mətbu orqanı “Bərgüşad” ictimai-siyasi qəzetinin Baş redaktoru, ”Qızıl qələm” və “Qızıl kitab” mükafatları laureatı, şair Qafqaz Əvəzoğlu Dəmirovun rəhbərliyi ilə …
Qubadlı Rayon İcra Hakimiyyətinin orqanı “Bərgüşad” ictimai-siyasi qəzetinin may sayı işıq üzü görüb
Post Views: 25 “Gənlər Şəhəri” Sumqayıtda fəaliyyət göstərən Qubadlı Rayon İcra Hakimiyyətinin orqanı “Bərgüşad” ictimai-siyasi qəzetinin aprel sayı işıq üzü görüb. Həmişə olduğu kimi, bu dəfə də “Bərgüşad” ictimai-siyasi qəzetinin səhifələrində bir-birindən maraqlı yazılar yer alıb. Qubadlı Rayon İcra Hakimiyyətinin basçısı İsaqov Malik Xizir oğlunun Qubadlılara göstərdiyi diqqət və qayğı adıçəkilən mətbu orqanın diqqət mərkəzində saxladığı …
“Yarpuz” Edebiyat Dergisinin 28. sayısı yayında
Post Views: 39 http://www.yarpuzedebiyatdergisi.com/wp-content/uploads/2021/06/YARPUZ-28.SAYI_.pdf
Azərbaycanlı şair Qafqaz Əvəzoğlunun şeiri “Yarpuz” dərgisində çap olunub
Post Views: 59 http://www.yarpuzedebiyatdergisi.com/wp-content/uploads/2021/06/YARPUZ-28.SAYI_.pdf Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “Türkiyə-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsində Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvünü, Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin sədrini, ”Sözün Sehri” qəzetinin təsisçisini, Qubadlı Rayon İcra Hakimiyyətinin mətbu orqanı “Bərgüşad” ictimai-siyasi qəzetinin Baş redaktorunu, ”Qızıl qələm” və “Qızıl …
Azərbaycan Aşıqlar Birliyi yeni audiodisk buraxıb
Post Views: 32 Son zamanlar bir sıra uğurlu layihələrə imza atan, aşıq sənətinə və ustad aşıqlara dair dəyərli kitablar nəşr etdirməklə yanaşı, həm də klassik və çağdaş ustad aşıqların ifalarından ibarət video və audiodisklər hazırlayan Azərbaycan Aşıqlar Birliyinin (AAB) növbəti audiodiskində qadın aşıqlar arasında bənzərsiz və özünəməxsus ifa tərzi ilə seçilən Əməkdar mədəniyyət işçisi, “Çeşmə” …
XX əsr Pakistan şeiri – Fəxxar ZAMAN
Post Views: 47 Fəxxar Zaman Fəxxar Zaman (1943) – Pəncab, urdu və ingilis dillərində 40 kitabın müəllifi olan görkəmli Pakistan yazıçısı, şair, ictimai-siyasi xadim. Onun Pəncab dilində yazdığı roman və şeirləri dünyanın bir çox əsas dillərinə tərcümə edilib. Fəxxar Zaman Benazir Bhutto hökumətində nazir, senator və Pakistan Ədəbiyyat Akademiyasının iki dəfə sədri kimi çalışıb. Hal-hazırda …
XX əsr Pakistan şeiri – Məhəmməd İQBAL
Post Views: 31 Məhəmməd İqbal Böyük Pakistan şairi, filosofu, ictimai-siyasi xadim, XX əsr Müsəlman Şərqi ədəbiyyatının görkəmli nümayəndəsi və nəhayət, Pakistanın “mənəvi atası” titulunu almış Məhəmməd İqbal 1873-cü ildə Pəncab əyalətinin Siyalkut kəndində, sufi ailəsində anadan olub. İlk təhsilini dini elmlər və “Qurani-Kərim” üzrə alıb. Mədrəsə təhsilini bitirdikdən sonra ərəb və fars dili müəlliminin məsləhətilə …
Azərbaycan dili və ədəbiyyatı müəllimi Mərdan Həsənov onlayn esse müsabiqəsində ikinci yerə layiq görülüb
Post Views: 37 Azərbaycanlı istedadlı yazıçı Mərdan Həsənov Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyinin (AYB) birgə təşkilatçılığı ilə “Nizami Gəncəvi: mənəvi dəyərlər və vətənpərvərlik” mövzusunda keçirilən onlayn esse müsabiqəsində ikinci yerə layiq görülüb. Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.
Gürcüstanda Rəşad Məcidin “Tbilisi yağışı” kitabı nəşr olunub
Post Views: 30 Gürcüstandakı “İverion” nəşriyyatı şair Rəşad Məcidin şeirlər toplusunu nəşr etdirib. “Tbilisi yağışı” adlanan bu kitabdakı mətnləri gürcü dilinə yazıçı və tərcüməçi İmir Məmmədli çevirib. Nəşriyyatın bu barədə yaydığı məlumatda qeyd olunur ki, ilk səhifələrindən maraq doğuran “Tbilisi yağışı” kitabı birnəfəsə oxunur, əminik ki, oxucu da onu sevinclə qarşılayacaq. Tərcüməçi İ.Məmmədlinin R.Məcid və …
Şəfa VƏLİYEVA.”Söz vermişəm, gözlərinə”
Post Views: 28 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru Söz vermişəm, gözlərinəYaraşacam damla-damla…Qatıb ağu sözlərimə,Göndərəcəm “xoş məramla”… Həsrətinlə qamçılayıb,Vur, yıx, döy məni, döy məni…Hər xoş gününə saxlayıb,Orda söy məni, söy məni… Qırmızı lalə istədimÇəmən göyərdi …
Şair Əziz Musa vəfat edib
Post Views: 56 Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü şair Əziz Musa vəfat edib. Bu barədə AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza məlumat verib. Əziz Musa ( Musayev Əziz Həsən oğlu) 1951-ci ildə Cəbrayıl rayonunda anadan olub. 1968-1972-ci illərdə Gəncə Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1972-ci ildə dövri mətbuatda Əziz Musa imzası …
“Gədəbəydə doğulan şairlər” kitabının onlayn təqdimatı keçirildi
Post Views: 30 Bu günlərdə “Sağlamlığın Qorunması” İctimai Birliyinin və Gədəbəy Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Gədəbəydə doğulan şairlər” kitabının onlayn təqdimatı həyata keçirildi. “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanın moderatorluğu ilə keçirilən təqdimatda 50 nəfərdən çox ziyalı iştirak edirdi. Xatırladaq ki, bu kitab “Sağlamlığın Qorunması” İctimai …
Xalq yazıçısı ANAR.”Tahir Salahovla söhbət”
Post Views: 27 Dünya şöhrətli rəssam Tahir Salahovla Xalq yazıçısı Anarın bu söhbəti 2018-ci ilin dekabr ayında qələmə alınıb. O zamanlar ki, görkəmli rəssam dərin səmimiyyətlə deyirdi: “Son işlərimdən biri Xalq yazıçısı Anarın portretidir. Anar bütöv bir dünyadır. Onu sonsuz dəfə çəkmək olar. Seans zamanı öz dünyasına çəkilir, fikirlərinə qərq olur, səninlə birgə duyur”. Aradan illər …
Xalq şairi Zəlimxan YAQUB.”MƏNƏ SEVDİKLƏRİM QALAR”
Post Views: 38 Ömür yolu – sevgi yolu,Mәnә sevdiklәrim qalar.Sevgilәrlә qәlbim dolu,Mәnә sevdiklәrim qalar. Əlәnib keçәr әlәkdәn,Tәmizlәnәr un kәpәkdәn.Balı süzәllәr pәtәkdәn,Mәnә sevdiklәrim qalar. Kimdi ölü, kimdi diri,Kimdi bu ocağın piri.Seçәrәm çaqqalı, şiri,Mәnә sevdiklәrim qalar. Solar yanaq, çatılar qaş,Düşünmәkdәn yorular baş.Zaman keçәr yavaş-yavaş,Mәnә sevdiklәrim qalar. İz var itәr, daşda qalmaz,Söz var gedәr, huşda qalmaz,Yaddan çıxan başda …
Azərbaycanlı şair Saqif QARATORPAQ.”Yavaş-yavaş alışırsan hər qəmə”
Post Views: 24 Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Hüseyn Arif” Ədəbi Məclisinin sədri Yavaş-yavaş alışırsan hər qəmə,Adilləşir sol qolunun ağrısı.Yavaş-yavaş gözdən düşür ömür-gün,Deyirsən ki…Ürəkdi də,qoy ağrıyır-ağrısın… Qoy sevinsin qeybətini qıranlar,Gülə-gülə gəl hamını yola ver.Xatirələr göz yaşında durulsun,Külə dönən ümidləri yelə ver! Eh…kimə nə ağlayırsan, gülürsən,Bəlkə elə unutmusan adını.Bu gecə də tənhalıqdı qonağın,Çıxardırsan darıxmağın dadını. Açıq qalıb …
Azərbaycanlı şair Saqif QARATORPAQ.”Belə getməz, hər gedişin var sonu”
Post Views: 38 Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Hüseyn Arif” Ədəbi Məclisinin sədri Belə getməz, hər gedişin var sonu,Çox asandı,bir nağılı bitirmək.Bilə-bilə inadından yıxıldın,Indi bildin necə olur itirmək. Mən bilirəm,yaman olur bu yanğı,Çox axtardım,qar tapmadım qış günü.Tir-tir əsdim,bir isti əl yoxdu ki,Barı örtə bir gecəlik üstümü. Yollar uzaq…yollar yaxın…adam çox…Kimdi gəzən,ya axtaran itəni.Yollar yaman vəfasızdı,qaytarmaz,Göz yaşını …
Monteneqroda “Azərbaycanın görkəmli şəxsiyyətləri” kitab çap olunub
Post Views: 29 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi münasibətilə Azərbaycan – Monteneqro mədəni və iqtisadi mərkəzinin direktoru Seyran Mirzəzadə və mərkəzin üzvü, publisist Bojidar Proroçiçin həmmüəllifliyi ilə “Azərbaycanın görkəmli şəxsiyyətləri” kitabı Monteneqro dilində nəfis tərtibatda çap olunub. AZƏRTAC xəbər verir ki, kitabda Azərbaycan tarixində müstəsna xidmətləri olan …
Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”Ölümlü gecəm”
Post Views: 25 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru İslatdı dərdimi göz yaşlarımda,Qucağında ölüm gətirən gecə.Hönkürtü səsində açılan səhər,Kəsdi kələyimi dan yerinəcən. Donmuş nəfəsimdə şehə bələndi,Ruhumun can adlı sızıltıları.Sən demə dərd elə üzə güləndi,Açıldı …
Azərbaycanlı şair Əziz MUSA.”Sevirəm səni”
Post Views: 24 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ Bürosunun Rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Ruhuna vurulub göylərə uçdum,Sevmək nə zamandan günahdı söylə.Mən eşqin qırxıncı qapısın açdım,Qəlbibin qapısı bağlıdı hələ. Ürəyim çat verib sənin əlindən,Yerləri, göyləri saymayan mələk,Bir xoş söz eşitmədim …
Ədalət RƏSULOVA.”SÜLEYMAN RƏHİMOV”
Post Views: 81 Süleyman Hüseyn oğlu Rəhimov ədəbiyyatımızın inkişafında səmərəli xidmətlərinə görə özünəməxsus layiqli yer tutmuşdur. O, 22 mart 1900-cü ildə Qubadlı rayonunun Əyin kəndində yoxsul kəndli ailəsində doğulmuşdur. Əlifbanı kənd mollasından öyrənmiş, 1912-ci ildə yaşı keçdiyinə görə çox çətinliklə Qubadlı rus məktəbinə daxil olmuşdur. Ədəbiyyat və tarixə daha çox maraq göstərən Süleyman beş il …
Görkəmli Azərbaycanlı yazıçı Eyvaz ZEYNALOV.”“Əli metroda işləyir” (Hekayə)
Post Views: 31 Yırğalana yırğalana tuneldə sürətlə irəli şütüyən qatar stansiyalarda arabir dayanıb nəfəsini dərir, düşənlər düşür, minənlər minir, təzədən havanı yara-yara qıjıltı ilə yoluna davam edirdi… Baxışlarım bir qədər aralıdakı Əlidə, qulağım isə mənimlə yanaşı əyləşmiş iki cavan hərbiçidə, gizirdəydi. İndiki prizivniklərlə işləmək dəhşətdi. Biri o birinə şikayətlənirdi. Sırada təpik döyməsin deyə valideynləri pulla …
Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”Sizlərə xoş ovqatla”
Post Views: 48 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru (Hüseyn Arif sayağı) “Gəl çıxaq seyrinə uca dağların”,Görməsin nə çiskin, nə duman bizi.Ətrinə bürünək gözəl bağların,Görməsin nə payız, nə xəzan bizi. Öpək çiçıklərin ipək telindən,Söz …
Məhəmməd NƏRİMANOĞLU.”Eldən gedənlər”
Post Views: 55 Buz bulaqlardan ötrü təşnə idi…Çoxlarının “Cümşüd dayısı nə qədər nikbin olsa da, o qədər DƏRD daşıyırdıYaddaşıma daş atdım ki, bəlkə ötənləri-itənləri bir balaca olsa da xatırlayım. Nə gizlədim, ilk yadıma düşən o oldu. Yalnız ona görə yox ki, xatirimiz bir-birimizin yanında əziz idi. Bəlkə də tanıyıb-bildiklərimin arasında daha çox səmimi, sakit təbiətli …
Məhəmməd NƏRİMANOĞLU.” Anamsız da bahar-yaz olar?!”
Post Views: 32 Nəfəsin ocaqdı, qoymaz üşüyüm,Qoynunsa beşiyim olubdu, anam!Böyümüşük, tər çiçək tək açılıb,Sənin al yanağın solubdu, anam! Sənsiz necə ömür keçir, yaş gəlir,Bahar ötür, payız keçir, qış gəlir,Sən ki yoxsan, həyat vallah boş gəlir,Murov da saçını yolubdu, anam! Ata da olmusan, ana da bizə,Gəlin də olmusan, sona da bizə.Qoymadın “toz qona” üstümüzə,Gözlərin bulud tək …
Məhəmməd NƏRİMANOĞLU.”May gələndə dağlara”
Post Views: 41 Dərd yumağı sarıram,May gələndə dağlara.Anam yadıma düşür,Vay gələndə dağlara,May gələndə dağlara! Açmır çiçək, solur gül,Qan ağlar dəli könül.Oxumur sarı bülbül,Qıy gələndə dağlara,May gələndə dağlara. Guruldamaz göylərim,Çiçək açmaz yerlərim.Susar tütək, neylərim,Toy gələndə dağlara,May gələndə dağlara. Nə dağlar yaşıl geyər,Nə bağlarda meynələr.Bənövşə boynun əyər,Yay gələndə dağlara,May gələndə dağlara. Çən-dumana bürünməz,Ayağına sürünməz.Nərimanoğlu görünməzBu ay gələndə …