Post Views: 131 EYLƏMİŞƏM Ala gözlüm, səndən ayrı düşəli, Hicranın qəmiylə kef eyləmişəm, Ah-vayınan günüm keçib dünyada, Dərd alıb, qəm satıb, nəf eyləmişəm. Səndən ayrı şad olmuram, gülmürəm, Canımdan bezmişəm, ölə bilmirəm, Nə müddətdi qulluğuna gəlmirəm; Bağışla təqsirim, səf eyləmişəm. Həsrət qoyma gözü gözə, amandı! Yandı bağrım, döndü közə, amandı! Keçən sözü çəkmə üzə, amandı! …
Azərbaycan ədəbiyyatı
Ustad Məhəmmədhüseyn ŞƏHRİYAR.”Azərbaycan”
Post Views: 126 Könlüm quşu qanad çalmaz, sənsiz bir an, Azərbaycan! Xoş günlərin getməz müdam xəyalımdan, Azərbaycan! Səndən uzaq düşsəm də mən eşqin ilə yaşayıram, Yaralanmış qəlbim kimi, qəlbi viran Azərbaycan! Bütün dünya bilir sənin qüdrətinlə, dövlətinlə Abad olub, azad olub, mülkü-İran, Azərbaycan! Bisütuni-İnqilabda Şirin-Vətən üçin Fərhad Külüng vurmuş öz başına zaman-zaman Azərbaycan! Vətən eşqi …
Xalq şairi Cabir NOVRUZ.”Sevin Azərbaycanı!”
Post Views: 303 Azərbaycanı sevin, sevin Azərbaycanı, Bu gün odlu sevgiyə onun ehtiyacı var… Sevin odum, ocağım, evim Azərbaycanı, İndiki dərdlərinə eşqimiz əlac olar… Yaraları göynəyir, yaraları sızlayır, Ey millətin qeyrətli oğulları, qızları, Sevgimiz xilas edər bu gün Azərbaycanı, Azərbaycanı sevin, sevin Azərbaycanı… Adını uca tutun hər arzudan, diləkdən, Doymayın, usanmayın ona ana deməkdən… O, …
Ənvər ƏLİBƏYLİ.”Bakı, əziz şəhər…”
Post Views: 196 Bakı, əziz şəhər, mehriban diyar, Sinəndə boy atıb oldum bəxtiyar, Səndə ilk eşqimin yadigarı var. Sən mənim söhbətim, Şərəfim, şöhrətim, Tükənməz dövlətim, əzizimsən, Gözəl Bakı! Ürəyim səninlə edir iftixar, Xəzərin qoynunda saldın buruqlar. Qəlbimdə qəlbinin hərarəti var. Baxdıqca doymuram gözəlliyindən, Şirin nəğmə qədər sevimlisən sən, Hər yerdə, hər yanda deyəcəyəm mən. Sən …
Zeynal XƏLİL.”Bu gecə”
Post Views: 111 Fikrimdə aylı, ulduzlu, asiman var, bu gecə… Qəlbimdə körpə quzutək bir ümman var, bu gecə… Təkcə sən yoxsan, əzizim, bilir aləm bu gecə, Neyçin olmadın de, ey yar, mənə həmdəm bu gecə? Araza “axma” – desəm mən, inan, axmaz bu gecə Şimşəyə “çaxma” – desəm mən, inan, çaxmaz bu gecə… Təkcə sən …
Hüseyn Cavid.”Mənim Tanrım”
Post Views: 221 Hər qulun cahanda bir pənahı var, Hər əhli-halın bir qibləgahı var, Hər kəsin bir eşqi, bir allahı var, Mənim tanrım gözəllikdir, sevgidir. Gözəl sevimlidir, cəllad olsa da; Sevgi xoşdur, sonu fəryad olsa da, Uğrunda mənliyim bərbad olsa da, Son dildarı gözəllikdir, sevgidir. Gözəlsiz bir gülşən zindana bənzər, Sevgisiz bir başda əqrəblər gəzər, …
Hafiz BAXIŞ.”Mənim dünyam”
Post Views: 134 Qərinələr ulu yaşın, Mənim dünyam, mənim dünyam. Kimlər olmuş gör sirdaşın, Mənim dünyam, mənim dünyam. Nizaminin öz aləmi, Füzulinin söz aləmi, Nəsiminin yüz aləmi – Mənim dünyam, mənim dünyam. Bir əlində mey dolu cam, Gəldi-getdi qoca Xəyyam. Mən də sənə bir qonağam, Mənim dünyam, mənim dünyam. Qardaş olsa, qoca bəşər, Nə qan, …
İslam SƏFƏRLİ.”Bakı, sabahın xeyir!”
Post Views: 202 Qayıdıb xoş güzərdən, Günəş qalxır Xəzərdən. Sevgilim keçən yerdən, Bütün şəhər yeriyir Bakı, sabahın xeyir! Hörükləri qaradır, Qaşları ayparadır. O bir aləm yardır, Hamı örəkdən deyir: Bakı, sabahın xeyir! Xumarlanır ləpələr, Gülür mehriban şəhər. Sevgilim səhər-səhər Zər şəfəqdən don geyir, Bakı, sabahın xeyir! Mənbə: Klassik Ədəbiyyat İnciləri
Ələkbər ZİYATAY.”Nə deyim, məni sənsiz görəndə?”
Post Views: 169 Özün getdin, intizarın qaldı, yar! Məhəbbətin yoxsa gözə gəldi, yar?! Tanışların bəlkə bizə gəldi, yar, De, nə deyim, məni sənsiz görəndə? Deyimmi, yar əhdini, andını pozdu getdi? Əllərini əlimdən, hirs ilə üzdü getdi? Özün yaxşı bilirsən, Sən ki, yaxşı bilirsən: Hirs gələr – göz qızarar! Hirs gedər – üz qızarar! Evimizdən bir …
Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Zirvə”
Post Views: 137 Zirvəyə qalxıram dolama yolla, bu yol əziyyətdi, tamaşa deyil. Qalxıram tədbirlə, hisslə, ağılla, zirvənin mənzili birbaşa deyil. Kəsir qabağımı gah sis, gah duman, gözümdə yorğunluq, saçlarımda dən. Qalxıram, daş qopur ayağım altdan, dağ mənə söykənir, mən dağa hərdən. İllər pillələrmiş bizdən ötəri, Yollara gah bürkü, gah şaxta düşür. Şöhrətin sevinci, yaşın kədəri, …
Xalq şairi Süleyman RÜSTƏM.”Könlüm yenə min şövq ilə, canan, səni istər”
Post Views: 190 Könlüm yenə min şövq ilə, canan, səni istər, And olsun əziz canına ki, can səni istər. Çəkməz ətəyindən əlini, çəksə də hicran, Eylər canını canına qurban, səni istər. İlham alıram incə səsindən, nəfəsindən, Tək mən deyiləm, şanlı bu dövran səni istər. Sən qəlbi təmiz, alnı açıq, şux gözəlimsən, Ellər də olub hüsnünə …
Əli KƏRİM.”Qaytar Ana borcunu…”
Post Views: 143 Bir gözəl, bir sevimli oğul böyütdü ana. O bəd, uğursuz günü – ərinin öldüyünü Bildirmədi heç ona. Kədəri dalğa-dalğa doldusa da ürəyə Lakin nə saç yolaraq verdi əsən küləyə, Nə şivən etdi ana. Ürəyində ağlayıb, gülmək öyrətdi ona, Dözərək davanın da dərdinə, bəlasına, Öz boğazından kəsib yedirdi balasına… Bir oğul böyütdü ki, …
Xalq şairi Fikrət QOCA.”Ana”
Post Views: 422 Əziz anam, şirin sözlü anam, Qəlbin kövrək, eşqin solmaz bahar. Gülər üzlü, qara qözlü, anam. Hara getsəm gözün mənə baxar. Ana, qəlbim bu laylarla gəzər Doğma səsin ömrü, günü bəzər Laylay dedin ana, laylay dedin mənə, Həyat verdin mənə, əziz ana. Laylan hələ yaşar, laylan ellər aşar, Günəş kimi yana yana, ana. …
Xalq şairi Ramiz RÖVŞƏN.”Bir səhər yuxudan durub”
Post Views: 176 Bir səhər yuxudan durub Özünü uşaq görəsən. Görəsən hamı evdədi, Ölənləri sağ görəsən. …Qorxasan qaçıb gedələr, – Tez qapını bağlayasan. Geri dönüb içəridə bir təzə qonaq görəsən. Görəsən ki, qapqaradı o qonaq başdan ayağa. Ondan başqa hamısının üst-başını ağ görəsən. Pəncərədən içəriyə dola, dola gün işığı. İçəridə boş-boşuna yanan bir çıraq görəsən. …
Xalq şairi Mirvarid DİLBAZİ.Seçilmiş şeirlər
Post Views: 163 Xatirələr olan yerdə Daşların da dili vardır, Xatirələr olan yerdə. İnsanların sevincləri, Həsrətləri qalan yerdə. Məni bulaqlar dindirər, Hey ağladar sevindirər. Sular odumu söndürər, Anam layla çalan yerdə. Hər duyğunun öz adı var, Fikrin qəmlisi, şadı var. Könlüm qaldı qoca çinar, Kölgəsini salan yerdə. Bənövşələr üşüyəndə Bir qanadlı ürəyim var, Yuvasında tutmur …
Xalq şairi Nəbi XƏZRİ.”Külək”
Post Views: 259 Yenə payız gəldi qonaqlar kimi… Soldu məhəbbətim yarpaqlar kimi… Ürək pıçıldayır dodaqlar kimi… Külək, niyə belə əsirsən, külək? Niyə ümidimi kəsirsən, külək? Sevgilim görüşə çağırmış məni, Mən necə unudum olub-keçəni? O deyir astaca: “Sevmirəm səni…” Sən niyə sözünü kəsirsən, külək? Külək, niyə belə əsirsən, külək? O, ürək ağrıtdı, ürək incitdi, Bir eşqin …
Baba VƏZİROĞLU.”Təkcə səndən nigaranam…”
Post Views: 133 Ömrüm boyu gözümdə kam, Bu həsrəti daşıyıram. Mən birtəhər yaşayıram, Təkcə səndən nigaranam… Yandı qəlbim, soldu keçdi, Bir də sevmək daha gecdi, Mənə olan oldu, keçdi, Təkcə səndən nigaranam… Mən sahilsiz bir gecəyəm, Heç bilmirəm kiməm, nəyəm, Nə vecinə, mən necəyəm, Təkcə səndən nigaranam… Gəlib hərdən düşər yada, O günlər bir nağılsa …
AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT HİMNİ
Post Views: 98 Söz: Əhməd Cavad Musiqi: Üzeyir Hacıbəyov Azərbaycan! Azərbaycan! Ey qəhrəman övladın şanlı Vətəni! Səndən ötrü can verməyə cümlə hazırız! Səndən ötrü qan tökməyə cümlə qadiriz! Üçrəngli bayrağınla məsud yaşa! Üçrəngli bayrağınla məsud yaşa! Minlərlə can qurban oldu, Sinən hərbə meydan oldu! Hüququndan keçən əsgər, Hərə bir qəhrəman oldu! Sən olasan gülüstan, Sənə …
Xalq şairi Məmməd ARAZ.”Azərbaycan-Dünyam mənim”
Post Views: 125 Azərbaycan – qayalarda bitən bir çiçək, Azərbaycan – çiçəklərin içində qaya. Mənim könlüm bu torpağı vəsf eləyərək, Azərbaycan dünyasından baxar dünyaya. Azərbaycan – mayası nur, qayəsi nur ki, Hər daşından alov dilli ox ola bilər. “Azərbaycan!” – deyiləndə ayağa dur ki, Füzulinin ürəyinə toxuna bilər… Oğulları Kür gəzdirər biləklərində, Oğulların göz atəşi …
Xalq şairi Bəxtiyar VAHABZADƏ.”Azərbaycan”
Post Views: 493 Azərbaycan, adın oddur, özün – işıq, sözün- işıq. Biz də sənin bu müqəddəs torpağından boy atmışıq, Sənsən bizim bu dünyada məsləkimiz, amalımız, Yolumuza işıq saçsın ulduzumuz, hilalımız. Nəfəsimiz – ulu Qorqud dədəmizin öz nəfəsi, Mahnımızda yaşar bizim babaların addım səsi. Bu torpaqda, bu diyarda dünən vardıq, bu gün varıq, Biz keçmişə güvəndikcə …
Şəfa VƏLİYEVA.”hər bazarertəsi tənha ağaclar”
Post Views: 92 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı hər bazarertəsi tənha ağaclar sevinir duyanda gülüşlərini… o boz göyərçinlər, ala qarğalar sevdirir Tanrının əl işlərini… səninlə açılan hər səhər yaşıl, yerişin yaraşır bütün yollara… nə olsun xəyalın sərhədlər aşır?! mənimçün uzaqdı ikicə dalan… hərdən ürəyimə sığmır iş vaxtın- sonsuzluq …
Şəfa VƏLİYEVA.”Bütün zəlzələlər, qar uçqunları”
Post Views: 93 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı bütün zəlzələlər, qar uçqunları, bir insan ruhunun sancısındandı… şeirlər hisslərin uçurumları, romanlar ən ucuz intiharlardı… səhər “sevda!”-deyə yansa könlümüz, axşam can ağrısı qor edir bizi… uğrunda şeirlər öldürdüyümüz, bir ağ gün eşqinə öldürür bizi… Nə gözəl aldadır bizi bu dünya; …
Sumqayıt Dövlət Texniki Kollecində “Nəsimi ili” ilə əlaqədar şeir müsabiqəsi keçirilib
Post Views: 127 Ötən həftə Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecində “Nəsimi ili” ilə əlaqədar şeir müsabiqəsi keçirilib. Kollecin “Ana dili və ədəbiyyat” fənn birləşməsinin təşkilatçılığı ilə keçirilən müsabiqədə tələbələr Azərbaycan şairlərinin şeirlərini səsləndirərək qiraət məharətini nümayiş etdiriblər. Münsiflər heyətində təmsil olunan professor, Azərbaycan Respublikası mədəniyyət işçisi, “Göyərçin” jurnalının baş redaktoru Rafiq Yusifoğlu, …
Azərbaycan Respublikasının Xalq yazıçısı Afaq MƏSUD
Post Views: 118 Vəliyeva Afaq Məsud qızı — Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə heyətinin sədri[1], yazıçı, dramaturq, əməkdar incəsənət xadimi (2003), Azərbaycan Yazıçılar Birliyinin üzvü (1981), 1991-ci ildən Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, “Xəzər” dünya ədəbiyyatı jurnalının baş redaktoru, Əməkdar incəsənət xadimi, Rusiyanın Elm və İncəsənət Pyotr Akademiyasının (PANİ) həqiqi üzvü. Azərbaycan Respublikasının …
Azərbaycan Respublikasının Xalq yazıçısı Kamal ABDULLA
Post Views: 172 Kamal Abdulla (tam adı: Abdullayev Kamal Mehdi oğlu) — dilşünas, ədəbiyyatşünas, yazar, ictimai xadim; filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi; Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Bakı Slavyan Universitetinin rektoru (2000-2014); Azərbaycan Milli Elmlər Akademiyasının Humanitar və İctimai elmlər bölməsinin akademik – katibi (2010-2014); Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər …
Azərbaycan Respublikasının Xalq şairi Musa YAQUB
Post Views: 137 Yaqubov Musa Səfiməmməd oğlu (Musa Yaqub; 10 may 1937, Buynuz, İsmayıllı rayonu) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1970), Milli Məclisin deputatı (1995-2000), Azərbaycan Respublikasının Xalq şairi (2019) Həyatı Musa Yaqub 1937-ci il mayın 10-da İsmayıllı rayonunun Buynuz kəndində anadan olmuşdur. Göyçay pedaqoji məktəbini bitirdikdən sonra Tircan kənd orta məktəbində müəllim …
Azərbaycan Respublikasının Xalq şairi Ramiz RÖVŞƏN
Post Views: 376 Rövşən Ramiz Məmmədəli oğlu (15 dekabr 1946, Əmircan, Bakı, Azərbaycan SSR, SSRİ) — şair, yazıçı, esseist, kinossenarist,[1] tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1981). Azərbaycan Respublikasının Xalq şairi (2019). Həyatı Ramiz Rövşən 1946-cı il dekabrın 15-də Bakının Əmircan kəndində anadan olub[2]. Əslən Qubadlı rayonunun Teymur Müskanlı kəndindəndir. Suraxanı rayonundakı 208 N-li şəhər orta …
Azərbaycan Respublikasının Xalq şairi Vahid ƏZİZ
Post Views: 140 Vahid Əziz (tam adı:Cəfərov Vahid Əziz oğlu) — şair, tərcüməçi, Azərbaycan Respublikasının Xalq şairi (2019), Azərbaycan Yazıçılar Birliyinin üzvü (1978), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1974). Həyatı Vahid Əziz 1945-ci il noyabrın 23-də Ermənistanın Dərələyəz mahalının Əzizbəyov rayonunun Əzizbəyov kəndində qulluqçu ailəsində anadan olmuşdur[1]. Azərbaycanın Tərtər rayonuna köçdüklərindən orta məktəbi orada bitirmişdir (1963). …
Xəyalə SEVİL.Yeni şeirlər
Post Views: 97 “Gənc Ədiblər Məktəbi2”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü Anamın əlləri Anamın əlləri qocalır yaman, Əllərinə cavan qırışlar düşür. Aybaay, günbəgün ,saatbasaat Cavanlığı barmağından sürüşür. Anamın əlləri qocalır yaman, Üstünə illərin ağrısı çökür. Qocaman bir evin qayğı yükünü İndi də qocalmış əlləri çəkir. Bu qocalmış əllər …
Azərbaycan Yazıçılar Birliyində “Nəsimi ili” münasibətilə çap olunmuş ədəbi almanaxın təqdimatı keçirilib –FOTOLAR
Post Views: 115 Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda “Nəsimi ili” münasibətilə çap olunmuş ədəbi almanaxın təqdimatı keçirilib. Tədbirə gələn yazarlar və poeziya sevərlər öz ürək sözlərini söyləyiblər. Sonda tədbir iştirakçılarına kitablar hədiyyə olunub. Şair Publisist Ramilə Atəş, Ziyafət Tovuzlu, Samir Həsrət, Gülmayə Qasımova və bir çox şairlərə yaradıcılıq uğurlarına görə “NƏSİMİ ” POEZİYA DİPLOMU təqdim …
Debüt: Seyidzəhra MİRMÖVSÜMOVA.Yeni şeirlər
Post Views: 104 53 Saylı Tam Orta Məktəbin 6 ç sinif şagirdi Vətən mənim and yerim Vətən mənim and yerim Vətən mənim doğma evim. Vətənə qarşı çıxanlar İnan düşmənimdir mənim. Vətən birlik deməkdir! Hər bir vətəndaşına Arxa-dayaq deməkdir! Romanlar yazaq Bilirəm danışmağı bilirsən Bilirəm oxumaq istəyirsən. Ancaq oxumaq üçün gərək Bütün hərfləri sən öyrənəsən. A-dan …
Könül SƏSSİZ.”Azanı dinlə”
Post Views: 105 Gəldi uzaqdan Azanın səsi, Ətrafa yayıldı həzin bir sükut. Qəlblərə doldu gözəl bir hüzur Göylərə ucaldı Azanın səsi. Yeganə səsdir ki, Azanın səsi Onun eşidəndə yolçu dayana r. Düşünən beyinlər dayanar, durar Danışan dodaqlar susub dayanar. Bu mübarək ayda qəlbləri qırma Azanın səsini dayan , bir dinlə. Yaxşı ilə yamanı ayır dünyada …
Aynur Yasəmən QARABAĞLI.”Əsgər oyuncaq”
Post Views: 129 Çox gözəl, gündən günə abadlaşan bir ölkənin paytaxtında yaşayıram. Gözəllikləri turistlərin gözlərini oxşayır. Göydələn binaları, bahalı, lüks maşınları ilə yolları daim tıxaclı olan , mağazaları, marketləri bazarları dolu bir ölkənin vətəndaşıyam. Xarici ölkələrdən dostlarımız, tanışlarımız var. Onlar da gələndə götürürük, qalxırıq dağüstü parka, filan. Bəh-bəh ilə şəhərin göz oxşayan gözəlliyi ilə, içərimizdə …
Şairə-publisist Nəcibə İLKİN.Seçmə şeirlər
Post Views: 247 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru GÜNÜNÜZ AYDIN DOSTLAR sizlərə xoş ovqatla (Hüseyn Arif sayağı) “Gəl çıxaq seyrinə uca dağların”, Görməsin nə çiskin, nə duman bizi. Ətrinə bürünək gözəl bağların, Görməsin …
Əziz MUSA.Yeni şeirlər
Post Views: 87 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü BACIM ROZANIN XATİRƏSİNƏ Son dəfə boylandın, baxdın üzümə, Dilin söz tutmadı, göz yaşın axdı, Bir cavab vermədİn mənim sözümə, Elə bil başımda şimşəklər çaxdı. Məni həsrət qoydun şirin səsinə, Susdu bir dəfəlik can …
Azərbaycan şairi və yazıçısı Əli Rza XƏLƏFLİ
Post Views: 104 Əli Rza Xələfli (Əzizli Əlirza Zal oğlu) — Azərbaycan şairi və yazıçısı, “Kredo” qəzetinin baş redaktoru. Həyatı Əli Rza Xələfli 1953-ci ildə Cəbrayıl rayonunun Xələfli kəndində doğulmuşdur. 1975-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakultəsini fərqlənmə diplomu ilə bitirmiş, doğulduğu rayonun Şahvəlli, Tatar və Aşağı Xələfli kəndlərində müəllim işləmişdir. Həmin illərdəki pedaqoji …
İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə“Cahana sığmazam” adlı ədəbi almanax işıq üzü görüb
Post Views: 104 Bu yaxınlarda böyük Azərbaycan şairi, filosof, alim İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə“Cahana sığmazam” adlı ədəbi almanax işıq üzü görüb. “Elm və təhsil” nəşriyyatında nəşr olunan poetik toplunun baş məsləhətçisi, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq şairi Fikrət Qoca, redaktoru və tərtibçilər: AYB-nin üzvü, Beynəlxalq Rəsul Rza ədəbi mükafatı laureatı, Prezident …
Şair-ədəbiyyatşünas Rafiq YUSİFOĞLU.Seçmə şeirlər
Post Views: 115 SƏNİN BİRCƏ SÖZÜN Sevgi əridərmiş dumanı, çəni, Güllərin xətrinə yağış yağarmış… Bir sözün özümə qaytardı məni, Bir sözün içinə dünya sığarmış… Əgər sevmirsənsə, yanıma gəlmə, Qəlbimi yenidən salma həvəsə. Məni xoşbəxt edib o bircə kəlmə, Durmuşam sözünlə nəfəs-nəfəsə. Dilsiz qayalar da dinə bilərmiş, Həsrət şöləsi var közün içində. Söz görüş yerinə dönə …
Gülnarə Sadiqi doğum günü münasibətilə təbrik edirik! (14 may 1985-ci il)
Post Views: 94 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi və kollektivi Sizi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvünü, Prezident təqaüdçüsünü, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Gəncəbasar Bürosunun Rəhbərini və əmədaşını doğum gününüz münasibətilə səmimi qəlbdən …
Şair İbrahim İlyaslı “Qızıl Kəlmə” Ədəbi Mükafatına layiq görülüb
Post Views: 84 Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Mahmud Kaşqari Medalı” laureatı, Əli Kərim adına Sumqayıt şəhər Poeziya Klubunun sədri, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Portalının Sumqayıt bürosunun rəhbəri, şair İbrahim İlyaslının “Şair olmaq zülümdür” adlı …
“Ədəbiyyat adamı” mükafatının qalibləri müəyyənləşib
Post Views: 134 Azərbaycan Yaradıcılıq Fondunun ötən ildən təqdim etməyə başladığı “Ədəbiyyat adamı” mükafatının qalibləri müəyyənləşib. “Ədəbiyyat adamı” adlanan bu layihə çərçivəsində istər ölkə daxilində, istərsə də ölkə xaricində çoxşaxəli, çoxspektrli tədbirlər, konfranslar, poeziya gecələri, görüşlər, kütləvi açıq mühazirələr, qapalı seminarlar keçirilməsi, mükafatların verilməsi nəzərdə tutulub. Fondun daxili müzakirələri nəticəsində aşağıdakı beş yazıçı bu ilin …
Ustad Aşıq Şəmşirin şeiri “Hece Taşları” dərgisində çap olunub
Post Views: 102 Qardaş Türkiyə Cümhuriyyətinin Kahramanmaraş şəhərində fəaliyyət göstərən “Hece Taşları” aylıq şeir dergisinin yeni 51. sayısında Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar İttifaqının üzvü, Əməkdar mədəniyyət işçisi, Ustad şair Aşıq Şəmşirin “Kimi” şeiri Azərbaycan türkcəsində dərc olunub.
Adilə NƏZƏR.Yeni şeirlər
Post Views: 191 Filologiya üzrə fəlsəfə doktoru, AYB-nin üzvü, “Kitab Evi” İctimai Birliyinin sədri SÖZ Söz yerdən göyədək ucalan bir taxt, Canımı söz üçün oda yaxmışam. Yeni bir fikirlə toqquşduğum vaxt, Heyrətdən lal kimi donub baxmışam. Sözüm var, üz edib üzə tutmağa.. Yaxşını yamandan uca tutmağa. İnsan tapmayanda əl uzatmağa, Sözün ətəyindən tutub qalxmışam. Dəniz …
Gənc xanım yazar Afət Viləşsoyun tirajla “Mənim adım Vətəndir” adlı yeni şeirlər və hekayələr kitabının təqdimat mərasimi və imza günü keçiriləcək
Post Views: 83 27 may 2019-cu il tarixində saat 14:00-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natavan klubunda Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) üzvü, Prezident təqaüdçüsü, filologiya üzrə fəlsəfə doktoru, istedadlı gənc xanım yazar Afət Viləşsoyun tirajla “Mənim adım Vətəndir” adlı yeni şeirlər və hekayələr kitabı təqdimat mərasimi və imza günü …
Şairə Adilə Nəzərinin yeni kitabının təqdimat və imza günü keçiriləcək
Post Views: 90 18 may 2019-cu il tarixində saat 15:00-da Azərbaycan Respublikası Təhsil İnstitunun aparıcı elmi işçisi, zərbaycan Yazıçılar Birliyinin üzvü, “Kitab Evi” İctimai Birliyinin sədri, filologiya üzrə fəlsəfə doktoru şairə Adilə Nəzərinin “Topla məni, İlahi” adlı şeirlər kitabının təqdimat və imza günü keçiriləcək. Kütləvi informasiya nümayəndələrinin, ictimaiyyət nümayəndələrinin, mədəniyyət, ədəbiyyat, incəsənət xadimlərinin, müəllifin yazar …
Əziz MUSA.Yeni şeirlər
Post Views: 92 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü CƏBRAYILLI ŞAİR Göylərə qaldıran şeiri, sənəti, Çiynində daşıyan hər əzyyəti, Hörmətə mindirən sözü , söhbəti, Cəbrayıllı şair Əziz Musadı. Haqsızlıq görəndə gözləri dolan, Köməyə tələsən ağatlı oğlan, Alimlər yanında öz yeri olan, Cəbrayıllı …
Şairə-publisist Nəcibə İLKİN.Seçmə şeirlər
Post Views: 96 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru Bu gecə Qarabaģa Gedən həstətim yanır Bu gecə intihara Yol gedir ümidlərim. Ogey baxışlarımda Güzgülənir dərdlərim. Azalır dodagımda Gülüşümün sayları. Bir bir ölüb gedirlər Ürəyimin …
Azərbaycanlı şair Əkbər Qoşalının şeiri Təbrizdə işıq üzü görüb
Post Views: 105 Təbriz şəhərində fəaliyyət göstərən “Ədəbi Körpü” aylıq ədəbi dərgisinin 7-ci sayında Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Azərbaycanda ATATÜRK MƏRKƏZİnin ictimai-siyasi şöbəsinin müdiri, Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) Məsləhət Şurasının Başkanı, şair, publisist, yazıçı Əkbər Qoşalının “Bayatı sayağı” şeiri Azərbaycan və fars dillərində dərc olunub. Şeiri Azərbaycan türkcəsindən fars …
Şair-publisist Əkbər QOŞALI.”Torpağa taprşırrıq ölən olanda”
Post Views: 96 Torpağa taprşırrıq ölən olanda, Baxmarıq, ürəyi daşdı yoxsa ki ürəyi dağlıdı zalımoğlunun… Və bir gün üzə çıxar o ürək: Ürəkdə dərd görünər, dərddəsə ömür… Bir də daş qoyarıq – adı: başdaşı… Dünyanın o – ən soyuq daşına isti sözlər yazarıq… Yazıya ürək, ürəyə dərd qoyarıq… Beləcə, dərd dolanar dünyada: torpaq-torpaq, daş-daş, yazı-yazı, …
Şəfa VƏLİYEVA.”Bütün arzuların saçımda qaldı”
Post Views: 98 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı bütün arzuların saçımda qaldı, daraq tanımağı günah bilirəm… mən səni dünyanın gözündən saldım, yolumu kəsəcək min “ah”, bilirəm… açıq pəncərəndə rəqs edən pərdə qovuşmaz əlimin qırışlarına… hədiyyə etmişəm səni bu dərdə, sükutun yuvadır qu quşlarına… bağışlama gedişimi, qadası, üzü sənə …
Şəfa EYVAZ.Yeni şeirlər
Post Views: 96 *** Səssiz bir sükutla bağırır gecə, Saat əqrəbləri çalır ömrümü. Çiy palçıq zənn edir məni bu dünya, Gündə bir qəlibə salır ömrümü. Alır verdiyini gözüm doymamış, Bükür göy əskiyə bəyaz günümü. Bəzən də aldadır saf uşaq kimi, Ovcunun içinə alır ömrümü. *** Allah, sevməyi bilməyənlərin əlinə bıçaq vermə. sonra necə gəldi vururlar …
Gülnarə İSRAFİL.Yeni şeirlər
Post Views: 100 Dünya Gənc Türk Yazarlar Birliyi və “Gənc Ədiblər Məktəbi3″ün üzvü Mən buralarda bir qərib qız boynumu bükmüşəm; adamları mənə Bakını xatırladır. mən buralarda dar küçələr keçirəm, salxaq duyğulara rast gəlirəm. Bir qoyunda isinmək varkən buzlamışam. İki, üç günlük “sevgi”- hamının düşüncəsinə hökm edir. Mən buralarda bir qız axtarıram: sərvi boylu, qönçə dodaqlı. …
Kənan AYDINOĞLU.”Bir qarış torpaq ola”
Post Views: 103 Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü. Yəhərli atın üstə üzəngini basanda, “Allahu əkbər” sözlü əlimdə bayraq ola. Qoynunda övlad kimi kiçik şair oğlunu, Dərdi-sərdən qoruyan bir qarış torpaq ola. Bir damlaya çevrilib axıb çaya qarışan, Taleyin qismətiylə yenə-yenə barışan. Sevənlərin qəlbində təməl kimi alışan, Dünən, …
Şair-tərcüməçi İbrahim İlyaslı Türk dünyasına xidmətlərinə görə mükafata layiq görülüb
Post Views: 141 1-4 may 2019-cu il tarixlərində Bakı şəhərində Türk dünyasının iki böyük unudulmaz şairinin-“İstiqlal marşı” yazarı, şair Mehmet Akif Ersoyun və Milli, istiqlal şairimiz Bəxtiyar Vahabzadəyə həsr olunan “Akiften Vahabzadeye İki Şair Bir Şei” layihəsi çərçivəsində Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Mahmud Kaşqari Medalı” laureatı, Əli Kərim adına Sumqayıt …
Dünya Gənc Türk Yazarlar Birliyi Məsləhət Şurasının Başkanı, şair, publisist, yazıçı Əkbər Qoşalı mükafata layiq görülüb
Post Views: 106 Qardaş Türkiyə Cümhuriyyətinin “İstiqlal marşı”nın müəllifi Mehmet Akif Ərsoyun yadigarı “SEBİLÜRREŞAD” Dərgisi Yayın Kurulu başqanı, 22-ci dönəm Millət vəkili (Adana-TÜRKİYƏ) sayın Recep Garip Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Azərbaycanda ATATÜRK MƏRKƏZİnin ictimai-siyasi şöbəsinin müdiri, Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) Məsləhət Şurasının Başkanı, şair, publisist, yazıçı Əkbər Qoşalını mükafata …
DGTYB Məsləhət Şurasının Başqanı Əkbər Qoşalının “Ürək daşı” şeirlər kitabının təqdimat mərasimi keçiriləcək
Post Views: 100 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti
Günel EYVAZLI.”Muxtar” (Hekayə)
Post Views: 97 Elə bilirəm dağ, daş, divar – hər şey mənimlə danışır bu gün. Cəfər Cabbarlının heykəli əlini qoynundan götürüb Rəşid Behbudov kimi qollarını yana açıb oxumaq istəyir. Təsəvvür edirsiz? “Nə gözəlsən, nə qəşəngsən, bu axşam sən əziz dost”. Hələ Ədəbiyyat Muzeyinin önündə sıralanan heykəlləri demirəm. Elə bil hamısı sıçrayıb yerə atlanmaq istəyir. Vahidin …