Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. Əlaqə telefonu: 051 785 44 33, E-poçt: edebiyyat-az.com@mail.ru Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 661 - 720 of 6. 677 NƏTİCƏLƏR
Azərbaycan ədəbiyyatı

Şəlalə ADİLQIZI.”İtirilmiş krallıqdı uşaqlıq…”

Post Views: 113 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini  İtirilmiş krallıqdı uşaqlıq…“Cızza” sözünə gülən,Palçıqda ayaqyalın yüyürən,Qumda yuvarlanan,Şirni üçün ağlayan kral idik biz……Cığallığımız “Beşdaş”dakıBeşinci daş boydaydı…Küskünlüyümüz çəkilənçeçələ barmaq qədər…Kədərimiz boyumuzdan kiçikdi…Gülüşümüz göy qədər……Nənəmin corabının başından çıxardığı“saqqız pulu”ydu “sevinc” deyə ölçdüklərimiz…Böyüdük……İtirdik krallığımızı……Əcəl aldı nənəmizi…Böyüdükcə yanlış çıxdıHəyata dair bütün bildiklərimiz…

Azərbaycan ədəbiyyatı

Firəngiz SABİRQIZI.”Bu əyilən dünyanın”

Post Views: 88 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Quba Bürosunun Rəhbəri Bu əyilən dünyanın,Düz vaxtında görüşək.Bir samavar çayı qoy,Söz vaxtında görüşək… Ocağın qoxusunu,Çəkək ciyərimizə.Bir gözəl şeir oxu,Süzək ürəyimizə. Ələnən qar yekəlib,Pəncərədən əl etsin.Günəş doğsun qəflətən,Yağan qarı sel etsin… Açaq qapı bacanı,Mahnı oxuyaq bir az.Gül çiçəyi çölə sər,Şeir qoxuyaq bir az. 9.01.2023

Azərbaycan ədəbiyyatı

Xalq şairi Nəriman HƏSƏNZADƏ.Şeirlər

Post Views: 99 Nazim Hikmətlə görüş Şairlə bir görüş, ya adi söhbət, Allaha xidmətdi, bəndəyə hörmət. Nizami muzeyinin direktoru, akademik Rafael Hüseynov böyük türk şairi Nazim Hikməti şəxsən tanıyan, ünsiyyətdə olan və haqqında yazan ziyalıların əksəriyyətini dəvət edib, yadda qalan, gözəl bir tədbir keçirdi. Salon əl çalırdı Nazim Hikmətə, Tanrı töhfəsiydi bu görüş ona. Üz …

Azərbaycan ədəbiyyatı

Sona İNTİZAR.”SƏNƏ QURBAN”

Post Views: 117 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini Sarıldım sevginin ağuşuna mənİstisi canımı alovla sardı.Necə bəxtəvərəm, necə xoşbəxtəmSəni uca Tanrı bəxtimə yazdı. Nəfəsin toxunur dodaqlarımaƏlinin sığalı məst edir məni.Mən səni yazmışam dualarımaHəsrətdən betəri varmı ki yəni. Gözəldir səninlə hər bir anım da,Bitməsin eşqimiz, sevda iz bizim.Sənə qurban olsun mənim canım daMən sənə …

Azərbaycan ədəbiyyatı

Sona İNTİZAR.”SƏN”

Post Views: 107 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini Sən mənim Tanrıya uzanan əlim,Sən mənim dilimdə dualarımsan.Sən həyat eşqimsən , sən mənim özüm,Mən nə edərdim, Yaxşı Ki Varsan. Sətrimin hər sözü sən olmusan, sən,Dilimin əzbəri, ciyər paramsan.Mənim yazılmayan şeirlərimsən…Mən nə edərdim, Yaxşı Ki Varsan Üzümdə təbəssüm,gözdə sevincsənQəlbimə qidasan, ruhuma cansanSən mənə dünyada hamıdan …

Azərbaycan ədəbiyyatı

Leyla NƏSİROVA.”Tüstülü sevgi”

Post Views: 115 Qazların qəfil  qaqqıldaşması onu yuxudan ayıltdı. Qonşusu Nəriman neftdə işlədiyindən hər səhər obaşdan durub şap-şuplarını sürüyə-sürüyə ayaqyoluna gedəndə onu görən Musanın ayıq-sayıq qazları  qaqqıldaşır, Nərimanın oyanmasını ətrafdakı qonşulara bildirirdilər. Mənim «zəngli saatıma bax ha…»,-deyib gülümsədi. Ehmalca qalxdı. Divanda yatdığından paltarlı idi. Xalidə kresloda oturaq vəziyyətdə yatmışdı. Üstünə adyal salmışdılar.  Yun, cibli gödəkçəsini  …

Azərbaycan ədəbiyyatı

Əkbər QOŞALI.“Çobanbayatı” (Poema)

Post Views: 104 Əkbər QOŞALI ÇOBANBAYATI (poema) Uzaqlardan bir ilahi tütək səsi gəlirdi, Kədər vardı,                   fərəh vardı,                                  dəvət vardı o səsdə… Əlim qaşımın üstündə, qulağım dinşəmədə, axşamüstü yol dəyişdim o ilahi səs səmtə. “Az getdim-üz getdim, dərə-təpə düz getdim”, Bir saatın tamamında ol məkana yetişdim. Dağ döşündə bir çobandı üzü-gözü fərəhli, Yeməkdən yorğun …

Azərbaycan ədəbiyyatı

Ruhunun zindanlarına qapatmışam ruhumu – Nargisin riskli hekayəsi

Post Views: 121 “Ədəbiyyat və incəsənət” portalı Nargisin “Gəlsən gələrdin…” hekayəsini təqdim edir. Hekayə fərqlidir, cəsarətlidir, hətta bir qədər risklidir, onun müzakirələrə və mübahisələrə səbəb olacağı şübhəsizdir. Əsl sənət nüminələri həmişə müzakirə və mübahisələri sevir. -Fa’nın insanlaşması məni niyə qorxudurdu? Bir dəfə yenə kitabxanalara sığındığım günlərdə əlimə keçən köhnə əlyazmada insanın insana duya biləcəyi eşq …

Azərbaycan ədəbiyyatı

Lütviyyə ƏSGƏRZADƏ.”Xoş gəldin!”

Post Views: 112 Bu dа ахşаm-ахşаm şərim,Аçıldı qəmlə səhərim,Yахаmı tаpdı кədərim,Кədər, хоş gəldin, хоş gəldin. Fiкirlərdən аrınmаdım,Gözüm dоldu, yаyındırım,Tıxandı, qəhər bоğаzа,Qəhər, хоş gəldin, хoş gəldin. Zəhər yеdim, bаl yеrinə,Хаrа gеydim, zər yеrinə,Bəzən məlhəmdir zəhər də,Zəhər, хоş gəldin, хоş gəldin. Bеzdim ахırdа qəmimdən,Bir аzcа sеvinc gəzirəm,Хоş хəbərə müntəzirəm,Gəl, söyləyim, хоş gəlmisən. Çохdаndır кi, sеvinmirəm,Mənə müğdə vеr …

Azərbaycan ədəbiyyatı

“Yüz ev tikən cənnətini bu dünyada qazanar” –

Post Views: 84 “Poetik qiraət” rubrikasında bu dəfə sizlərə şair Əkbər Qoşalının yeni yazdığı şeiri təqdim edirik. İctimai motivli bir şeirə üstünlük verib Əkbər bəy, adətən lirikaya  meyillənsə də.  Eşitdim ki, mən yaşayan şəhərdə nə zamanmış belə inanc varıymış.  O inancla evlər tikib adamlar –  səksən olub, doxsan olub,  yüzü görən olmayıb… Kainatın cilvəsidir elə …

Azərbaycan ədəbiyyatı

“Dünyanın ən xoşbəxt adamı” – Varisin “Ədəbiyyat qəzeti”ndə çıxmış hekayəsi 

Post Views: 90 Qatlaşdıqlarından yarıbayarı az əziyyətə qatlaşsaydılar, çoxları cəhənnəm əvəzinə cənnətə düşə bilərdi.                                                                                                                                                    Ben Conson Qırmızı avtobusun qapısı açıldı və bir anda dayanacaqdakı bütün gözləyənləri, içi O qarışıq uddu. Bu nəhəngin salonu isti idi, Onun donmuş sifətinə və əllərinə hərarət hopdu. Ağzındakı maskanı azacıq aşağı salıb burnunu azadlığa çıxardı. Bir anda sanki hərəkətini sürətləndirən …

Azərbaycan ədəbiyyatı

Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”ŞƏHİD ANASI”

Post Views: 141 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru (Ad günündə şəhid olmuş milliyətcə tatar olan Adek Sepxanova həsr edirəm) Dünən bir ana gördüm, qəlbi qaynar, od-alov,Sinəsində qarlı qış, kirpiklərində qırov.Dünən bir ana gördüm, …

Azərbaycan ədəbiyyatı

Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”Düz otuz üç ildi, az deyil, vətən”

Post Views: 70 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru Düz otuz üç ildi, az deyil, vətən.Axır gözlərindən azadlıq yaşı.Səni ürəyimin içinə çəkdimBitdi gözlərimdə şəhidlik daşın. Hər şəhid daşında dil açdı haqqın,Ədalət ummadın heç bir …

Azərbaycan ədəbiyyatı

Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”Sevda çiçəyi!”

Post Views: 78 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru Gör nə vaxtdı görüşmürük əzizim,Nə var, nə yox, söylə halın necədi?Sənsiz keçən günlərimi sel yuyurMənsiz keçən qeylü-qalın necədi? İncələnib ürəyimin telləri,Həsrətimin ayağı yalın qalıb.Səndə mənim …

Azərbaycan ədəbiyyatı

Xəyalə SEVİL.Yeni şeirlər (2023)

Post Views: 84 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri Hansı ölüm yaxşıdıÖlümlərin içində?Bir dinclik tapmayıbYorulub ölmək?YoxsaOnun gözlərinə, baxışlarınaVurulub ölmək? Ürəyimin içindədi,Əlimin çölündə yoxdu,İlahi, məni başa sal,İlahi, bilim dəə, yoxdu. Ayağımdan çəkildi yol,Yıxıldım ürəyin üstə.Mən onun məhəbbətinəTutuldum, heç nəyin üstə. …

Azərbaycan ədəbiyyatı

Arzu HÜSEYN.Yeni şeirlər (2023)

Post Views: 76 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri Salam, Ömrüm biz tərəfə qar yağır,Don vurubdu üst qatını dənizin.Adam elə köpək kimi darıxır,Adam elə darıxır ki, əzizim… Baxırsan ki, quş yuvası yiyəsiz,Baxırsan ki, ağacların barı yox.Yaşayırsan “bəlkə”lərsiz, “niyə”siz,Yaşayırsan, yarı varsan, yarı yox. Bürünürsən keçən ilki pencəyə,“Üşüyərsən” – deyənin …

Azərbaycan ədəbiyyatı

İbrahim SƏFƏRLƏR.”Ad günü” (Hekayə)

Post Views: 103 -Ad gününə anan qurban, ay oğul, bircə sağ-salamat gəlsəydin. Ürəyim yamanca darıxır, heç özümə yer tapa bilmirəm.Sona xala öz-özünə danışırmış kimi həm sevinir, həm də gözləri dolurdu. Gözünün ağı-qarası Nurlanın ad günü idi. Hələ ötən 25 ildə bir dəfə də olsun Nurlana ad günü keçirməmişdi. Nurlanın bir yaşı yox idi ki, atası …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Hüseyn ARİF.”Analar”

Post Views: 185 Elə ki, balalar gəlir dünyaya,O gündən hey ölçüb, biçir analar.Mahnı da oxuyur, şeir də deyirBəstəkar analar, şair analar. Dözür hər əzaba o bilə-bilə,Yaşayır, sirrini salmadan dilə.Vaxt olur, qaldırıb ağını beləŞərbət əvəzinə içir analar. Unudub illərin yorğunluğunu,Həyatda dincliyi, evdə yuxunu,Sevincin azını, qəmin çoxunu,Yükün ağırını seçir analar. Alnında zamanın açdığı qırış,Başına qar tökür, qar …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Səməd VURĞUN.”Ana”

Post Views: 124 Pək cocuğdum, yerə gömdülər səni,Həyata qanadsız atdılar məni.Bax, necə pozulub ömür gülşəni,Həyat sənsiz mənə zindandır, ana! Qoynunda bəslənir gözəl diləklər,Layiqdir səcdəyə sənə mələklər,Nerdəsən, gözlərim həp səni bəklər,Bax evladın nasıl giryandır, ana! Sən bir günəş idin, doğdum da, batdın,Yazıq evladını qəmlərə atdın.Bir cavab ver, hanki murada çatdınTorpaqlarda neçə zamandır, ana! Bir ah çəksəm …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Anamı yuxuda görmüşəm dünən”

Post Views: 400 Anamı yuxuda görmüşəm dünən,Yuxuda bir ömür sürmüşəm dünənAnam evimizə dönmək istəyir,Görünmək istəyir, görmək istəyir,İpək kəlağayı salıb başınaQayıdıb gəlinlik, qızlıq yaşınaBəzənib elə bil, o, toya gəlibMənim ad günümdə Poyluya gəlib. Analar unutmur balalarını,Tanrım, anaların dualarını,Bizim üstümüzdən əskik eləmə,Qadın kəsik olur, kəsik eləmə.Anam gördüyünə məəttəl qalıbNə ocaq yeri var, nə çəpər qalıb,Nə qapı bacadan …

Azərbaycan ədəbiyyatı

Sona İNTİZAR.”TƏNHA MİSRALAR”

Post Views: 110 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini Qonağam dünyada, gedəcəm bir günƏlimi həyatdan üzəcəm əlbət.Məni ayrılığa eylədi sürgün,Məni qəm oduna atan məhəbbət. Yığdı çiyinimə EŞQ adlı yükü,Daşıdım, daşıdım, gücüm yetmədi.Yoruldum, tükəndi taqətim, çünkiMən getdim, o mənə sarı gəlmədi. Yolunda canımdan keçmədimmi mən?!Niyə bəs ayrılıq yaşatdın mənə?!SƏN adlı kitabı vərəqləyən mənSəni öz …

Azərbaycan ədəbiyyatı

Kənan AYDINOĞLU.”Vaxtsız məhəbbətin ünvanı yoxdu”

Post Views: 74 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü. Şair dostum Sona İNTİZARın “Vaxtsız məhəbbətim” şeirini oxuyarkən… Sevgini bəndənin gözündə bu gün,Böyükdən Sən oldun, böyüyən Özün.Qəlbində həsrət var, doğar yenə də,Arayar sevgini, sevgini gözün. Gecikən vaxt deyil, məhəbbət deyil,Tapar öz yerini gəlincə vaxtı.Sənin qələminə bələdəm deyə,Bilirəm, söymədin taleyi, …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Nəriman HƏSƏNZADƏ.”O həqq aşiqiydi”

Post Views: 78 Zəlimxan qaynadı, daşdı, çağladı,Onu nəzərində Allah saxladı.Torpaqdan qaldırdı, elə bağladı,Get eldən xəbər al, torpaqdan soruş. Açdı sinəsini o sinədəftər,Nəfəsi pakıydı, ruhu təzə-tər.Dilindən düşmədi Vurğun, Ələsgər,Nə dedi, qələmdən, varaqdan soruş. Türkün tarixini yazdı, oxudu,Xınalı sözləri cehiz toxudu.Əzbər bilmədiyi şeir yoxuydu,O, Həqq aşiqiydi, sən haqdan soruş. Dilindən çıxanlar dillər əzbəri,Səsi ilahiydi, fikri bəşəri.Şairlər millətin …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Zəlimxan YAQUB.”Salam ver”

Post Views: 95 Gördüyün yerləri kökündən tanı,Cığıra salam ver, izə salam ver.Üzün dar günündə dərmanın olsun,Yanağa salam ver, üzə salam ver. Zərif gözəlliyi həyat çox sevir,Həyatın başına üzərrik çevir.Yaxşılığı ucalt, pisliyi devir,Doğrunu salamla, düzə salam ver. Göylərin hər yeri torpağa əziz,Torpağa baxırsan, dalğalı dəniz.Dünyanın hər yeri müqəddəs, təmiz,Birə hörmət göstər, yüzə salam ver. Təzə niyyətlərlə …

Azərbaycan ədəbiyyatı

Səbinə YUSİF.“Sən mənim duamsan” (Hekayə)

Post Views: 121 Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qazax Bürosunun Rəhbəri. Allah eşqinə, bundan sonra bir-birimizin əlini buraxmayaq! – Biz səninlə zamansız rastlaşdıq, Yusif. – Zamansız deyil. Vaxtında rastlaşdıq. Sən zamansız deyirsən. – Gecdi artıq. Qatar keçib. Nə qədər qaçsaq da, çata bilməyimiz mümkün deyil. Mən sizin evdə arzuolunmayan insan kimi …

Azərbaycan ədəbiyyatı

“Qoca qırışlar kimi, beli bükülən, ömür,” –Nigar Arifin şeirləri

Post Views: 117 Yola salmaqda olduğumuz ilin əsas ədəbiyyat hadisələrindən biri də Qubada keçirilən SilkWay Beynəlxalq Ədəbiyyat Festivalının Azərbaycan turu oldu ki, 32 finalçının əsərlərindən ibarət Antologiya üzümüzə gələn il “Azərkitab” Yayınlarında nəşr olunacaq. Festivalın rəsmi media dəstəkçisi olan “Ədəbiyyat və incəsənət” portalı antologiyaya daxil ediləcək əsərlərlə oxucularını tanış edir. Nigar Arif ( Ağalarova İlqar …

Azərbaycan ədəbiyyatı

Kim asfalt tökəcək çapıq əllərin, caddələrinə?! – Sürəyya Xəliq Xiyavinin şeirləri 

Post Views: 128 “Ədəbiyyat və incəsənət” portalının “Güneydən gələn səslər” rubrikası çox sevilir. Burda dərc edilən şeirlərin müəllifləri həmin şeirlərin əksəriyyətini İranda dərc edə bilmirlər. Təbii ki, hakim fars rejimi türklərin bu azadlıq hayqırtılarından qorxur.  Portalımızın əslən Təbrizdən olan Güney Azərbaycan təmsilçisi Əli Çağla bu dəfə sizlərə Sürəyya Xəliq Xiyavinin şeirlərini təqdim edir.  Qeyd edək …

Azərbaycan ədəbiyyatı

Səbinə YUSİF.”Onun adı nə idi?” (Hekayə)

Post Views: 140 Səbinə YUSİF, Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qazax Bürosunun Rəhbəri. “Oxucuların yaradıcılığı” rubrikasında Səbinə Yusifin  “Onun adı nə idi?” hekayəsini təqdim edirik.  Bu hekayəni sevgilisini, nişanlısını Vətən uğrunda itirmiş qızlarımıza həsr edirəm. -Siz heç sevdinizmi? -Bəli, sevdim. Vətən kimi müqəddəs, torpaq kimi əvəzolunmaz bir sevgi ilə sevdim. -Bəs …

Azərbaycan ədəbiyyatı

Dr. Hüseyin ŞERGİDERECEK SOYTÜRK.”ISLANAN YAĞMURUN KOKUSU”

Post Views: 73 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Güney AZƏRBAYCAN BÜROSUNUN RƏHBƏRİ Dışarıda yağmurlu sisliBakü havasıDalıp gittiğim penceremdenUzattığım ellerimdeIslanan yağmurun kokusuBiraz serin, biraz soğukBiraz da keyifli doğrusu…İşte tam daSonbaharın bittiği yer burasıAğaçlardan yavaş yavaşYaprakların süzülerek dökülüşü,Biraz ürkek, biraz yaslı,Biraz da hüzünlü kokusu…Nasıl da ters hayat böyleTabiat yapraklarını dökerkenİnsanlar giyiniyorAnlamak güç doğrusu…

Azərbaycan ədəbiyyatı

Dr. Hüseyin ŞERGİDERECEK SOYTÜRK.”ÖMRÜMÜN AYAZINDA”

Post Views: 79 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Güney AZƏRBAYCAN BÜROSUNUN RƏHBƏRİ Ömrümün ayazında, bakıp yıldızlaraSayrışıp görüşürüzGörmesem ben uzakları, içimde dertleşirUzaklaşır uzaktan uzaklarPaylaşır içimde uzağın sevgisiniBir yaz nağmesi yaz teravatiAşkı çiçeklendi ömrümün sonbaharındaBulutlar almış başınıAnlıma konmuş dumanBüyük umman deniz deryaCefalar içinde süren canımUzaklarda bir aşk gözlerimde yaşBekler seniOlmadı yan yanaKoyduk adımızı hep bir anKitaplar üzerinde …

Azərbaycan ədəbiyyatı

Xalq yazıçısı Anar RZAYEV.Şeir

Post Views: 205 Hər sözün, hər işin var öz dövranı,Çətin ayırasan yaxşı-yamanı.Yazıçı ömrünün iki vaxtı var –Yaşamaq zamanı, yazmaq zamanı. Qələmim yoruldu, yolundan azdı,Dünyanın dərdi çox, sevinci azdı.Tale acısını alnıma yazdıYaşamaq zamanı, yazmaq zamanı. Həyat çərçivəsi nə yaman darmış,Uzun illərin də bir sonu varmış.Yaşamaq zamanı bitmiş, qurtarmış,Çatmış yaşamaqdan yazmaq zamanı.

Azərbaycan ədəbiyyatı

Xalq yazıçısı Anar RZAYEV.”Kimdir döyən qapımı?!”

Post Views: 119 ANARXalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri …Hərdən-birdən “şairlik azarına tutulanda” şeir yazıram… Elə bil şeir hansısa sıxılmış, bir neçə misraya, beytə, bəndə sığdırılmış müxtəlif hisslərin, düşüncələrin əksidir. Bəlkə hər misranı açsan, həll eləsən, daha ətraflı danışmaq istəsən, başqa janrlarda nə isə də alınar. Amma nədirsə, ilin sonu yaxınlaşdıqca izahsız bir şeir ovqatı …

Azərbaycan ədəbiyyatı

Xalq yazıçısı Anar RZAYEV.”Tarixi şans – 21 Azər… “

Post Views: 77 ANARXalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Son vaxtlar İranda cərəyan edən hadisələr – bir yandan molla rejiminin ölkəmizə qarşı təxribatları, təcavüzkar Ermənistanı açıq şəkildə dəstəkləməsi, o biri tərəfdən bütün ölkəni bürüyən etiraz dalğası, Arazın o tayında yaşayan soydaşlarımızın öz hüquqları uğrunda mübarizəsi 75-76 il bundan əvvəl baş vermiş hadisələri yada saldı. “Yaşamaq …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Zəlimxan YAQUB.”GƏLDİM”

Post Views: 195 Mən yerin altdan çıxdım,Mən yerin üstdən gəldim.Bir ucu göyə bağlı,İlahi səsdən gəldim. Ruhum halal mayadan,Mayam nurdan, ziyadan.Dağdan, daşdan, qayadan,Dəmirdən, misdən gəldim. Haray sazı, ün sazı,Ömür sazı, gün sazı,Sinəmdə türkün sazı,Dilimdə dastan gəldim. Mənəm haqqın aşığı,Söz haqqın yaraşığı.Eşqim Allah işığı,Haqq adlı dostdan gəldim. Gözüm nəmin yuvası,Könlüm qəmin yuvası,Can sitəmin yuvası,Ələmdən, yasdan gəldim. Suya …

Azərbaycan ədəbiyyatı

Sona İNTİZAR.”QOCALMIŞAM”

Post Views: 87 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini Ürəyimdə buz bağlayıb hisslərim,Yollarında əsir-yesir qalmışam.Niyə məndən üz döndərib gözlərin?O gözlərə baxmaqçün darıxmışam. Çox gen gəzmə, aralanma yanımdan,Sən getmisən, can ayrılıb canımdan,Yuxu getmir gözlərimə haçandan,Zülm eyləmə, mən dərddən qocalmışam. Saxla məni ürəyinin tinində,Gizlət məni, bəyan etmə heç kimə.Bir gün yenə görəcəksən mənim də,Əqlim çaşıb …

Azərbaycan ədəbiyyatı

Dr. Hüseyin ŞERGİDERECEK SOYTÜRK.”BAYRAK”

Post Views: 86 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Güney AZƏRBAYCAN BÜROSUNUN RƏHBƏRİ Yüreğinde gezdirdiğin bayrakToprağa düşen şehidin bir damla kanıdırAnaların ağarmış saçlarıdırBembeyaz üzerinde şiir yazdığın ak kâğıtlarKaleminden işkence bağırtısı gibi fışkıran yazıAnaların damarlarından akan utançAtaların damarlarından akan utançGururu tabdalanmış şeref namus duygularıdırBüyüdükçe içinde volkana çevrilen vatan yangısıHer zaman da utanç nağmesiBil ki toprak gibi fişek …

Azərbaycan ədəbiyyatı

Leyla ŞAH.”SƏNSİZLİYİN DADI”

Post Views: 85 Azərbaycan Yazıçılar Birliyinin üzvü, “İlin gənci” mükafatçısı, Prezident təqaüdçüsü Sənsizliyin dadı…Dözülməz bir ağrıdır o.İşıq yoxdur, qaranlıqdır.Küləklər də sazaqlıdır.Çox acıdır…Sənsizliyin dadı…Əlacsız bir dərd kimidir,Daldalanmış ər kimidir.Tapdalanmış mərd kimidir.Sənsizliyin dadı…Bütün naləm, ah-fəryadım,Dərdlə açılan sabahım.Bu dərdi mən necə yazım?Sənsən ən böyük günahım.

Azərbaycan ədəbiyyatı

Leyla ŞAH.”MƏLHƏM”

Post Views: 108 Azərbaycan Yazıçılar Birliyinin üzvü, “İlin gənci” mükafatçısı, Prezident təqaüdçüsü Gizlənərəm özümdən,Həyatımdan küsərəm.Unudaram keçmişi,Mən təzədən sevərəm.Qoşulub buludlaraYağış olub yağaram.Çəkilib ulduzlaraSənə göydən baxaram.Açdığın yaralara,Məlhəm tapıb sürtərəm.Sən çıxanda yoluma,Nə bir salam alaram,Nə bir salam verərəm…

Azərbaycan ədəbiyyatı

Leyla ŞAH.”GECƏ DÜŞÜNCƏSİ”

Post Views: 87 Azərbaycan Yazıçılar Birliyinin üzvü, “İlin gənci” mükafatçısı, Prezident təqaüdçüsü Düşünürsən gecələr,Soyuğu,yalnızlığı.Pəncərədən içəriDolur gecə sazağı.Kimsə yoxdur otaqda,Yalnızlıq içindəsən.Narahat çarpayıdaQıvrılır sakit bədən.Dəli bir düşüncə varÜrəyinin içində.İllərdi gələn nəfəsDolaşırmı köksündə?Axı, bu itən nəfəsHara gedir, görəsən?Gecə pozur sükutu,O, danışır, deyəsən:“Bax, səmaya, dolanır,Yerdə, göydə fırlanır.Ürək durmur yerində,O dayanmır, çırpınır.Gözlər dikilib yola,Kimi isə gözləyir.Yola baxırsa gözlər,Bəs niyə kədərlidir?Yetdi zaman …

Azərbaycan ədəbiyyatı

Leyla ŞAH.”GÜZGÜ NAĞILIM”

Post Views: 63 Azərbaycan Yazıçılar Birliyinin üzvü, “İlin gənci” mükafatçısı, Prezident təqaüdçüsü Nağıla bənzəyir həyatım mənim,Sən nağıl ömrümün qəhrəmanısan.Nağılda harada axtarım səni,Əvvəldə, ortada, yoxsa sondasan?Biri var, biri yox, biri də heç yox,“Yox”da var, “var”da yox – hansı gözəldir?Vüsalın qarşıma indi çıxsa da,Həsrətin milyon il səndən əzəldir.Şirindi, şit deyil, bir az da duzlu.Bir azca məzəli, sözlü nağılım.Hisslərlə …

Azərbaycan ədəbiyyatı

Sevinc ALİ.Yeni şeirlər

Post Views: 80 * * * Şərab və qadınRuh əkizi, Günəş və Ay kimidirQadını anlamaq şərabdan dadmaq kimidir,biraz yanağın allanacaq,dodaqların ballanacaq,başın fırlanacaq,dünya ətrafında dörd dönəcək…Dilin astaca keyləşəcək,sözləri necə gəldi deyəcəksənilk badədən sonrayenə içmək istəyəcəksənyenə yenədadından doymayacaqsanşuşə bitəcək, sərxoş olub qalacaqsanbunu da içək vəfasızlarınsevgidən qorxanların,xəyanətkar oğlanların toruna düşən saf qadınlarınsağlığına… * * * İlk sevgi unudulmur, …

Azərbaycan ədəbiyyatı

Leyla ŞAH.”UKRAYNALI” (Hekayə)

Post Views: 80 Azərbaycan Yazıçılar Birliyinin üzvü, “İlin gənci” mükafatçısı, Prezident təqaüdçüsü Onu görəndə qəlbimdən qəribə hisslər keçdi. Hələ də bu hisslərə ad qoya bilmirəm. Bizim adətlərə görə evli qadınların başqa kişilərə baxması günahdır, amma özümü saxlaya bilməyib ona ara-sıra diqqətlə baxırdım. Orta yaşlı, hündürboy, kürən bir kişi idi. Yanaqları da qıpqırmızı. Heç ukraynalılara bənzətməsəm də, …

Azərbaycan ədəbiyyatı

Sona İNTİZAR.”SƏN UZAQSAN”

Post Views: 110 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini Xəyalın mənlədir, sevgin mənlədir,Hissim dildə deyil, bu qəlbindədir,Əllərin çatmayır… ruhum sənlədir…Sən uzaqsan. Ulduzlar gecəyə incə yaraşıq,Parlayan, nur saçan, sönməz bir işıq,Gözüm yollardadır, fikrim dolaşıq…Sən uzaqsan… Kaş duya biləydin bu ah-zarımı,Bölüşə biləydin intizarımı,Yoxluğun puç edir hər sabahımı,Sən uzaqsan… Şirindir yoxluğun, incimə-küsmək,İndi xəyalın da çox əziz …

Azərbaycan ədəbiyyatı

Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”Şəhid General”

Post Views: 94 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru Şəhid GeneralBu gün Şəhid Generalımız Polad Həşimovun doğum günüdür..Ruhu şad olsun.. Torpaq şəhid qanı içdi yenə də,Boyandı ürəklər şəhid qanına.Vətən şəhidliyin zirvəsində o-And içdi vətənin …

Azərbaycan ədəbiyyatı

Sona İNTİZAR.”YALNIZ MİSRALAR”

Post Views: 85 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini Susub dayanmısan qarşımda acizGünahı ovcuna yığıb gəlmisənYaşaya bilməzdin bir an da mənsiz…Bəs necə olub ki, sən ölməmisən?! Sözlərin də yalan libasını geyir,Girir dondan-dona, aldadır məni.Əslində ürəyin deyəni deyir,Öz dilin özünü yandırır yəni… Bəzən sən qəlbimi elə qırmısan,Gözümdən od-alov süzülüb elə.Bəzən də qəlbimə yol axtarmısan,Sözlərin …

Azərbaycan ədəbiyyatı

Kənan AYDINOĞLU.”Salam, ay SONA, ay SONA!”

Post Views: 77 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü. Azərbaycanın el şairəsi Sona İNTİZARA. Uca dağların qoynundan,Salam, ay SONA, ay SONA!Müqədddəs qələmdən Sənə,Salam, ay SONA, ay SONA! Ləpirdən də izə qədər,Çeşmədən dənizə qədər,GƏNCƏdən TƏBRİZƏ qədər,Salam, ay SONA, ay SONA! Namaz-HAQQın yolundan da,YARADANın qulundan da,Kənan AYDINOĞLUndan da,Salam, ay SONA, …

Azərbaycan ədəbiyyatı

Şəfa VƏLİYEVA.”Yenəmi yeni ildi?”

Post Views: 73 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru Yenəmi yeni ildi?Yenəmi sənsiz gəlib?Adın olan ümidimKöhnələn ildə qalıb… Unutmuşam, incimə,Aylara doğmalığı…Iyulda gözləriməDüşübdü gün işığı… Oktyabr sevdiyim…Aprel küsdüyüm aydı…Bu aylar bir-birindənGör nə qədər uzaqdı… Səndəmi qaldın …

Azərbaycan ədəbiyyatı

OʼLMАSBEK XOʼJAEV.”OʼLMАS-BАYROQDOR BOLАLАRIN KOʼRDIM OZАRBOYJONNING”

Post Views: 89 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Özbəkistn Resbulikasındakı xüsusi və səlahiyyətli nümayəndəsi, səfiri, Oʼzbekiston va Qoraqalpogʼiston Yozuvchilar uyushmasi aʼzosi, shoir-jurnalist 2022 yil Ozarbayjon Respublikasiga adabiy safar uyushtirdim. Safar davomida xayollarim kun-tun oʼzgardi. Nedanki xotiramda tarix uygʼonaerdi. Men goʼyo Ozarbayjon tuproqlariga ming yil oldin kelib qolgandekmanu, hamon bu yerlarda kezib yuribman, ruhoniy bir shamoldek… …

Azərbaycan ədəbiyyatı

Xəyalə SEVİL.Yeni şeirlər

Post Views: 83 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri Tüstüsü gözümü yaşardır indi,Özüm qalamışdım bu ocağı da.Guya ağlım kəsir, guya böyüdüm,Sındırıb tulladım oyuncağı da.Nə yoxsan, nə varsan, baş açammadım,Ümidim nə yoxa, nə vara qaldı.Elə hey gözlədim, eh… ara yerdəGözlərim …

Azərbaycan ədəbiyyatı

Sona İNTİZAR.”DÖYÜNƏN ÜRƏK”

Post Views: 82 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini Axşamlar gözümə görünən aysan,Səhər pəncərəmə düşən günəşimSən mənə Tanrıdan verilən paysan,Sən mənim qolumda gücüm-qüvvətim. Arxa-dayağımsan, güman yerimsənBaşımı çiyninə yaslayım, durum.Sən elə mənimçün özüm kimisənSözümün kəsəri, sınmaz qürurum Sinəmdə adınla qoşa döyünənÜrək daşıyıram, çəkisi ağır.Özü ovcum boyda kiçik görünən,Mənimçün döyünür, sənçün yaşayır

Azərbaycan ədəbiyyatı

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və baş redaktoru Kənan AYDINOĞLU 

Post Views: 100 Kənan AYDINOĞLU (Murquzov Kənan Aydın oğlu) 1989-cu il oktyabr ayının 25-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. 2008-2012-ci illərdə Sumqayıt Dövlət Universitetinin Filologiya (Azərbaycan dili və ədəbiyyatı müəllimi) fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb. “Ömürdən bir səhifə” (Bakı, “Adiloğlu”, 2007) və “Ömrün yarı yolunda” (Bakı, “MK”, 2010) adlı şeirlər kitabının müəllifidir. …

Azərbaycan ədəbiyyatı

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri Kamran MURQUZOV

Post Views: 104 Kamran MURQUZOV (Murquzov Kamran Aydın oğlu) 1989-cu il oktyabr ayının 25-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. 2008-2013-cü illərdə Azərbaycan Dövlət İqitisad Universitetinin Mühasibat Uçotu və Audit fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb. 2013-cü ilin avqust ayının 28-də etibarən, Gündəlik Analitik İnformasiya Agentliyinin Baş redaktorudur. 2012-ci il fevral ayının 14-dən etibarən, …

Azərbaycan ədəbiyyatı

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru Şəfa VƏLİYEVA

Post Views: 123 Şəfa Vəli (Vəliyeva Şəfa Elxan qızı) 1988-ci ildə Göyçə mahalının Basarkeçər rayonu Dərə kəndində anadan olub. Azərbaycan Müəllimlər İnstitutunun “İbtidai təhsilin pedaqogikası və metodikası” fakültəsini bitirib (2005-2009).“Buta-II” “Regionlardakı yazar qadınlarla görüş” seminarının (2012) və DGTYB-nin təşkil etdiyi “Regionlardakı gənc yazarların Bakı görüşü” adlı festivalın (2013, 2014), DGTYB-nin “Ədəbiyyat, təsviri sənət, musiqi və …

Azərbaycan ədəbiyyatı

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Məsul katibi Şəfa EYVAZ

Post Views: 77 Şəfa EYVAZQIZI (Kazımova Şəfa Eyvaz qızı) 1987-ci il iyulun 21-də Gədəbəy rayonunun Qoşabulaq kəndində dünyaya gəlmişdir. İlk təhsilini doğma kəndində almışdır. 2003-cü ildə Bakı Qızlar Universitetinə daxil olmuş, həmin universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 2007-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinə magistraturaya qəbul olmuş və 2009-cu ildə həmin universiteti də fərqlənmə diplomu ilə …

Azərbaycan ədəbiyyatı

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini Şəlalə ADİLQIZI

Post Views: 90 Şəlalə ADİLQIZI (Rəhimova Şəlalə Adil qızı) 1992-ci ildə Ucar şəhərində anadan olub. Bədii yaradıcılığa erkən yaşlarından maraq göstərir. Dövri mətbuat səhifələrində şeirləri ilə çıxış etməkdədir. 14 fevral 2012-ci il tarixindən etibarən Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavinidir. 2015-ci ildə Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinə qəbu olub. 2016-cı ildə həmin ali təhsil …

Azərbaycan ədəbiyyatı

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini Sona İNTİZAR

Post Views: 82    Sona İNTİZAR (Nurəliyeva Sona Səyyar qızı) 1990-cı il may ayının 1-də Bakı şəhərində anadan olub.  1996-cı ildə Azərbaycan Respublikasının Milli Qəhrəmanı Faiq Rəfiyev adına 166 saylı tam orta məktəbə daxil olub, 2007-ci ildə həmin məktəbi bitirib.        Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir. 2007-ci ildən dövri mətbuat səhifələrində “Sona İNTİZAR” imzası …

Azərbaycan ədəbiyyatı

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini Banu MUHARREM

Post Views: 143 Banu Muharrem- Sadıqova Banu Məhərrəm qızı 20 aprel 1993-cü il tarixində doğulmuşdur. 1999-2011-ci illərdə Bakı şəhəri Nərimanov rayonundakı 45 saylı orta məktəbdə təhsil almışdır. 2012- 2015-ci illərdə ali təhsil üzrə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq fakültəsini bitirmişdir. 2015-ci ildə isə həmin Universitetin “Mədəniyyətin tarixi və nəzəriyyəsi ” ixtisası üzrə magistr …

Azərbaycan ədəbiyyatı

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portal Naxçıvan Bölməsinin Rəhbəri İlahə ALLAHVERDİYEVA

Post Views: 84 İlahə ALLAHVERDİYEVA (Allahverdiyeva İlahə Eyvaz qızı) 1982-ci ildə Naxçıvan Muxtar Respublikasınin Kəngərli rayonunun Qarabağlar kəndində dünyaya göz açıb. Orta məktəbi fərqlənmə ilə bitirib. Hal- hazırda Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisası üzrə IV kurs tələbəsidir. Təhsildə göstərdiyi yüksək nəticələrə görə universitet tərəfindən Heydər Əliyev adına təqaüdə layiq görülüb. Müxtəlif mövzularda məqalələr yazan İlahə …