Post Views: 35 Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Yönətim Kurulunun Fəxri üzvü və əməkdaşı, DGTYB üzvü,Bakı Slavyan Uiversitetinin İnnovasiya və Texnologiya üzrə rektor müşavirliyinin üzvü Ülkər Piriyeva “Yaradıcılıq” müsabiqəsində qalib gəlib. Qeyd edək ki, müsabiqə aprel ayının 3-də Bakı Slavyan Universitetində “Kölgə” Kabinetinin təşkilatçılığı ilə keçirilib. Müsabiqənin məqsədi yeniyetmələrin yaradıcılıq fəaliyyətinə …
2015
Əsmər QASIMLI.Yeni şeirlər
Post Views: 36 RUHUM İLLƏR YORĞUNU… Açılmayan bir səhərin sorağıyla yumuram gözlərimi. Səhər ruhumun səhəri… Tale yüklü ürəyimdən qələmimə axıb gələn sıraladım sözlərimi, O söz ruhumun qəhəri… Dolub sinəm arzulanmaz arzularla Fikrim qanadlanıb uçur arzulardan-arzulara Yol çəkərkən baxışlarım ən ucqari bir nöqtəyə Kimsə bilmir,tuşlanıbdır nəzərlərim Xoşbəxtlik adlı zirvəyə. Xəyalımda addım-addım o zirvəyə yol aldıqca Ürəyimdə …
Əli RZAZADƏ.”Onun bir mənzili vardı..” (Hekayə)
Post Views: 44 Onun kiçik bir otağı vardı, həyətdə evdən bir az kənar, indi istfadə olunmayan bir otaqlı həyət evi. Qabaqlar bura evin köhnə, lazımsız əşyaları, dolu və boş bankalar yığardılar. Daha sonra boşaldılmış və istfadə edilməyən bir yerə çevrilmişdi. O öz əşyalarını, doğum günündə aldığı hədiyyələri bura yığıb yalnız özünə aid bir evə çevirmişdi. …
İlkin ABBAS.Yeni şeirlər
Post Views: 42 Öldürər (Qoşma) Çalış bədnəzərdən gen dolanasan, Bir bəd baxış, göz adamı öldürər. Yalandır yanında xəncər yarası, Bircə kəlmə söz adamı öldürər. Nadan insan üçün özünü yorma, Vəfasız birindən etibar sorma. Hər “can” deyən kəslə oturub-durma, Əyri olan “düz”, adamı öldürər.
Məmməd HACIZADƏ.Yeni şeirlər
Post Views: 73 Olmasın Varlananda qarşındakı adamlar, Göz önündə cılız,arıq olmasın. Oturanda düzgün otur,yaylanma, Gözlə sinən çox qabarıq olmasın. Həyat səni sınaqlarla bərkidir, Nər kişilik bu həyatın ilkidir. Gözəl sözdür,deyir:-pul əl çirkidir, Əsas odur zatın qırıq olmasın.
Elnur RƏSULOĞLU.Yeni şeirlər
Post Views: 37 Qurtarıb Ağla, bulud, ağla. Yoxsa sənin də Gözlərin quruyub, yaşın qurtarıb? Daşla, fələk, məni. Nə dayanmısan? Yoxsa daş atmaqdan daşın qurtarıb? Sevgi də, nifrət də qəlbdə bəslənir, İnsan fərdilənir, insan kəslənir. Atamın dilində tez-tez səslənir: “Ölən ölüb gedib, başın qurtarıb”.
Elnur ABDİYEV.Yeni şeirlər
Post Views: 43 Qadın göz yaşına inləyir ruhum Nə olar,ağlama,sil,göz yaşını, Qadın göz yaşına inləyir ruhum. Zümrüd gözlərindən daman damlanı, Bir nalə,fəryadtək dinləyir ruhum. Səni ağladanlar anlamır nədən? Qadınsız bir kişi yurddaşsız Vətən. Tərk edir bədəni,ruhsuzdur bədən, Qalxıbdı,cismimə enməyir ruhum.
Rəşad MƏHƏMMƏDOĞLU.Yeni şeirlər
Post Views: 33 Mən də belə dilənçiyəm Yenə Çıxmısan küçəyə, Boylanıram gizli sənə, Elə baxırsan ki mənə. Nə düşünürsən? Yazığammı? Yoxsa yaşamaqçün əlacsızammı? Hə, sənə əl açmışam. Pis anladın? Mən o dilənçidən deyiləm. Nə olsun ki, tanımadın?
Nail DAĞLAROĞLU.Yeni şeirlər
Post Views: 33 Təbiətin sirrinə bax Dağlar qardı kənt də çiçək, Hər ikisi gözəl göycək. Gəl bir yerdə seyr eyləyək, Təbiətin sirrinə bax. Kənt yaşıldi dsğıar ağdı, Bunlar yazdan bir soraxdı. Bülbül ötən güllü bağdı, Təbiətin sirrinə bax.
Məhərrəm CƏLİLABADLI.Yeni şeirlər
Post Views: 55 Sən oldun Nə sağ nədə solunda Gəzdim bu eşq yolunda Sevgimin baş rolunda Mənə qalan sən oldun Dedilər atacaq səni Düşündüm olar yəni? Sevdiyin üçün sən məni Mənə qalan sən oldun Yaxınlarım uzaqda Gərək deyim bu haqda Xəstə ikən yataqda Mənə qalan sən oldun.
Məhəmməd ŞÜKÜRLÜ.”İkinci Dünya” (Hekayə)
Post Views: 71 Bəlkə də səhər tezdən günəşin işıqları pəncərədən keçib gözümü qamaşdırmsaydı yatmağa davam edərdim. Heç bilmirəm yatağım niyə pəncərə tərəfdədir. Həmişə də yerini dəyişməyə təmbəllik etmişəm. Onu da deyim ki, yuxular mənə başqa bir zövq verir. Bəzən meşənin içi ilə qurumuş yarpaqların üstündə tək tənha gəzdiyimi, bəzən də tanımadığım bir şəhərdə əlləri qanlı …
EŞQİN HAQQINI VERƏN ŞAİRƏNİN İŞIĞINA TOPLAŞDIQ…
Post Views: 39 11 aprel 2015-ci ildə gənc yazar, Dünya Gənc Türk Yazarlar Birliyinin, “Gənc Ədiblər Məktəbi”nin üzvü, “Axın” ədəbi birliyinin rəhbəri, BSU Yaradıcılıq fakültəsinin birinci kurs dinləyicisi Günay Həsənlinin “Eşq haqqı” adlı şeir kitabının təqdimat mərasimi keçirildi. Mərasim Bakı Slavyan Universitetinin konfrans zalında baş tutdu. İdarəsinin şairə Fərqanə Mehdiyevaya həvalə olunduğu tədbirdə Hacı Rafiq, …
Gənc xanım yazar Günay Həsənlinin yeni kitabı işıq üzü görüb
Post Views: 34 “Eşq haqqı” adlı şeirlər kitabım 2015-ci ilin mart ayında işıq üzü görüb. Kitabda müxtəlif illərdə və müxtəlif mövzulu 74 şeir yer alıb, kitab 95 səhifədən ibarətdir. Əsasən dünyəvi mövzularda yazdığım şeirlər yer alıb, eyni zamanda sevgi mövzusunda, vətənpərvərlik mövzusunda da şeirlər var. Şeirlərin əksəriyyəti heca və sərbəst vəzndə yazılıb. Kitaba ön sözü …
Harika UFUK.Muhteşem şiirler
Post Views: 34 Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temsilcisi Konçerto Konçertodan dökülen nağmeleri Topladım eteğime. Beethoven çalıyordu. Kontrbas içindeki mahpusluğum bitti, Piyanoda ilk nota vurulurken… Gözler, kulaklar, eller birleşmişti, Notaların gizeminde… Yorgundu viyola, keman ise acı çekiyordu. Hafifledi iniltisi, sonra birden haykırdı! Kısacık dinlenirken sazlar piyano coştu, Yunan mitolojisinin yarı insan, yarı at tanrısı …
Gülnarə İSRAFİLQIZI.”Səni gördüm uzaqdan “
Post Views: 39 Səni gördüm uzaqdan bir nəfəs qədər uzaqdaydın. nəfəsimi çəksəm ciyərlərimə hopardın bəlkə də hava axını kimi uddum nəfəsimi ki, səni gözlərimlə sevim, sənsə az qala ürəyimi taptalayacaqdın yanımdan qızılquş kimi şığıyıb getdiyində. bənövşə boynumu büküb dəhlizdən uzaqlaşana qədər arxanca boylandım. özümü aldatdım, tənhalığımın təkliyində. yaxınlaşıb salam verə bilmədim gedişinə. yola salmağa həvəsli …
Fidan ABBASOVA.”Ömrümə yazılmış ən gözəl anım…”
Post Views: 53 Seni elə sevdim inanmadım ki bu sevən mənəmi ? yada xəyalım Səni elə sevdim düşünmədim ki ömrümə yazılmış ən gözəl anım… Səni elə sevdim susdu çay səsi qəlbimdə döyünən sevginin səsi səni elə sevdim görən hər kəsi istədim şahidtək bura çağırım….. Səni elə sevdim dənizlər qədər bəlkədə göydəki ulduzlar qədər sən elə …
Şəfa EYVAZ.Yeni şeirlər
Post Views: 54 Bu sevginin üzü payıza tərəf İçində bir ovuc xəzan daşıyır, Həzindi, səssizdi, dinmir bu sevgi. Bir uçuq daxmada tənha yaşayır… Bu sevginin üzü payıza tərəf. Əlində kədər var, qəmini didir. Çaxılıb üzüstü daşa bu sevgi. Elə yarpaq- yarpaq tökülüb gedir, Bu sevginin özü payıza tərəf. Adı “sevgi” imiş… ad təsəllidi, Heç özü …
Şəfa VƏLİYEVA.Yeni şeirlər
Post Views: 42 * * * bir gün gələcəm sizə, elə-belə… təsadüf… qonşu qoyacaq sözə, -arsızdı, özü gəlib… keçəcəyəm mətbəxə, qaynayacaq çaydanın… dadı qalıb deyirlər, damağında dolmanın… eyninə alma, gülüm, çox dolmalar bişəcək… bizim toyun apreli hər təqvim bəzənəcək… Bakıda ayrı olur İlin dördüncü ayı… Gəncədə bir qız solur, Əynində həsrət payın… səndən küsən bu …
Şafa KAMİLLİ.Yeni şeirlər
Post Views: 32 Bəsdi yağdin ey yağiş… Bəsdi yağdin ey yağiş , Sən yağirsan aramsiz , Urəyimi uzursən , Qözlərimdə nəmim var . Qəlbimdə kədərim var , Bəsdi yağdin ey yağiş , Uzmusen urəyimi , Satlarla dərdləşdim , Sənınlə mən ey yağiş , Demim bəlkə azalar , Qəlbimdəki yaralar , Azalmadi ,ey yağiş . Bəsdi …
Gənc xanım yazar Xəyalə Sevilin yeni kitabının təqdimat mərasimi keçiriləcək
Post Views: 33 20 aprel 2015-ci il tarixdə, saat 14:00-da, Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Azərbaycan Yazıçılar Birliyinin və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü, istedadlı gənc xanım yazar Xəyalə Sevilin “Saçlarıma Ay qonub” yeni kitabının təqdimat mərasimi keçiriləcək.Kütləvi informasiya vasitələrinin nümayəndələrinin də iştirakıgözlənilir. İştirak etmək istəyən hər kəs dəvətlidir Azərbaycanın …
Ülkər PİRİYEVA.”Yağışın hissi”
Post Views: 33 DGTYB üzvü Yenə başladı yağış, kim bilir her enən yağış damlasında neçə-neçə insanın ahı gizli, neçə-neçə insanın sevincdən göylərə yüksələn xoşbəxtliyi gizli, neçə-neçə şəhid anasının dərdindən ananın oğulllll deyə ağladığı fəryadı gizli, neçə-neçə körpənin küçələrə atıldığı andan ana kəlməsiylə saxlı göz yaşları gizli. Kim bilir, neçə-neçə sevgilinin ayrılıqdan doğan qaranlığı gizli, neçə-neçə …
Əsmər QASIMLI.Yeni şeirlər
Post Views: 39 GƏTİR… Axtar, ara özgələrdən, Qar-qarışıq döngələrdən. Pərakəndə cərgələrdən, Səhmanımı gətir mənim… Könül mülkümdəki taxtdan, Qalıb təkcə quru taxtan. Ümidsizəm mən bu baxtdan, Fərmanımı gətir mənim… Alnındakı qara ləkə, Vay o günə fələk çəkə. Məhəl qoyma cütə, təkə, Dildarımı gətir mənim… Saf arzusan, kirli xəyal, Təbiətdən mənə pay al, Qar-borandan tapıb macal, Baharımı …
Şəhanə MÜŞFİQ.Yeni şeirlər
Post Views: 41 Tənhalığın simfoniyası Tənhalığın rəsmini çək, rəssam. Bir az aydın çək, qarışıq olmasın. Qarışıqlığın olmamasıdır Tənhalıq. Dağınıq saçlar çək, Küləyin böyük bir səylə üzünə dağıtdığı saçların xəfif toxunuşla düzəldənin olmamasıdır
Qafqaz ƏVƏZOĞLU.”Yeri get, qız”
Post Views: 36 Sən məni heç zaman sevə bilməzsən, Məni sevənlərin sonluğu – yalqız. Aldanma beləcə görkəmimə sən, Yeri sev ağıllı bir adamı, qız! Məni sevənlərin ağılı yoxdur, Mənim şıltaqlığım dözülməz, çətin. Yeri get yerində sakitcə otur, Vallah, mən deyiləm sənin qismətin! Səni qısqanaram mən yerə, göyə, Doğma ataya da, südvermişə də… Kasası – hamıya, …
İnsanlar, qoruyaq təbiəti Biz
Post Views: 41 Mən istəyirəm ki, hamınız təbiəti qoruyanlardan olasınız. Heydər Əliyev, Ümummilli lider Rafiq ODAY – şair, publisist (SOCAR “Azərikimya” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri respublikanın Əməkdar jurnalisti) 2007-ci ildə Heydər Əliyev Fondu ətraf mühitin mühafizəsi və ekoloji durumun yaxşılaşdırılması məqsədi ilə “Hərəmiz bir ağac əkək!” aksiyasını həyata keçirməyə başlamışdır. Fond Bakı ətrafındakı qəsəbələrin …
Harika UFUK.”Günaydın!” (Köşe yazısı)
Post Views: 64 Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temsilcisi Pek çok kişinin bildiği gibi iki kız annesiyim. “İki kızım, iki gözüm” derim her zaman… Kitaplarımda da onlarla alakalı şiirler, yazılar bulunur. “Güz İkindisi” adlı serbest şiirlerimden oluşan kitabım iki kızıma armağanımdır. İçine baktığınızda Bu kitabımı hayatıma anlam katan sevgili kızlarım Sena ve Seda’ya …
Tural SAHAB.“ Anamın kitabı” bizə nə demək istəyir
Post Views: 42 Söhbət Mirzə Cəlilin əsərindən gedir. Bu əsər nə üçün yazıldı, bizə nə demək istəyirdi?! Bir yazarı tanımaq, onun düşüncələrini görmək üçün yalnız və yalnız əsərlərini oxumaq lazımdır. Həyatı yazarın düşüncələrini deyə bilməz. Hələ, hələ bu dövr sovet dövrü isə heç deyə bilməz. Yazar hər şeydən öncə bir insandır. Qorxuları, əndişələri ilə sadə …
Gülnarə İSRAFİLQIZI.Yeni şeirlər
Post Views: 36 Yol Bu yol xarabalıq,bu yol abadlıq, Yolun ortasında ölüm oyanıb. Kim deyir başlanğıc doğum ilidi? Yolun lap sonunda ilim dayanıb. Bu yol məhəbbətdi, bu yol məşəqqət, Ayağım torpaqda sırsıralanıb. Yolun üzündəki mənim göz yaşım, Yolun ürəyində sirr sıralanıb. Bu yol qara geyib, bu yol ağ geyib, Əvvəli ortası sonu ağ-appaq. Yolun kiprikləri, …
Fidan ABBASOVA.”Bilmirlər ki, mən nə üçün ağladım” (Yeni şeir)
Post Views: 34 Deyirdilər gedən üçün ağlama bilmirlər ki mən nə üçün ağladım heç bir zaman xatirəndə saxlama Xatirəmdə çox gümanki qalamdın….. Üzüb məni yetərincə sözlərin ağlar qalıb səndən sonra gözlərim şükür hələ gedə bilir dizlərim sən heç zaman gerçək hissim olmadın Saniyələr ötüşdükcə ömürdən çıxmaq olmur tale verib əmirdən çarəsini sarılaraq səbrdən sən heç …
Şəfa EYVAZQIZI.”İmtahan” (Yeni şeir)
Post Views: 54 Uşaqkən bilməzdim imtahan nədi… Sadəcə bilirdim qorxurlar ondan. Məni titrətməzdi sorğu-suallar, Keçməsəm həyatın sərt sınağından. Böyüdüm biliyim, təhsilim artdı, Hətta imtahan da etdilər məni. Mənə suallar da şirin gəlirdi, O zaman bilmirdim məhəbbət nədi. Məhəbbət deyilən nə ağır sınaq, Cavabsız suallar yaman çətindi. Keçəmməsəm ümidlərim sınacaq, Sınan qəlbin ağrısına döz indi.
Şəfa VƏLİYEVA.”Bir də qayıt… bir də gəl…” (Yeni şeir)
Post Views: 30 bir də qayıt… bir də gəl… bir də ölüm-itim mən… sonra yenə çıxıb get, kol dibində bitim mən… arada qırpım gözümü… döyüm kirpiklərimi… dilim qıymaz özümə, söyüm sevdiklərimi… aylar keçsin, öyrənim, çayı sənsiz içməyi… qaranquşa söyləyim qəlbdən-qəlbə köçməyi… gülmək taxım üzümə… axı “güclü qadın”am… öpüb yatım şəklini, yolun düşsün yuxuma… Nolur… bir …
Əsmər QASIMLI.”Zərif duyğular” (Yeni şeir)
Post Views: 29 İlk bahar çiçəyi təravətlidir, Sənə bəslədiyim hislərim kimi. Bülbül öz gülünə səxavətlidir, Sənə sadiq qalan ürəyim kimi. Bir bulaq suyu tək safdır göz yaşım, Süzülsə gözümdən eşqin yolunda. Günəş sönük qalar, bil, şöləsindən, Alışsa ürəyim sevgi odunda. Dağlar əzəmətin itirər o an, Sevgimin vüqarı danışsa əgər. Əslisi uğrunda Kərəmdir yanan, Bu sevgi …
Mais TƏMKİN.”Olmasın”
Post Views: 31 A dostlar, sərvətə meyl etməyək çox, Yaşayaq həyatda daim gözü tox. Yetmişdə, səksəndə köçsək, eybi yox, Vədəsiz bir ölüm-itim olmasın. Dəyməsin ürəyə kədərin tamı, Susmasın qəlblərin arzusu, kamı. Atalı, Analı böyüsün hamı, Heç kəsin balası yetim olmasın! Təmkinəm, səadət dilərəm sizə, Şadlanaq toylarda hey süzə-süzə. Allah hər neməti bol etsin bizə, …
Zeynəb DƏRBƏNDLİ.”Qayıtma daha” (Yeni şeir)
Post Views: 58 Məni var dövlətə satıb getmisən Eləbil arzuna çatıb getmisən. Özgəni qəlbində tutub getmisən, Dönmək istəsəndə, qayıtma daha. Mənim hər sözümü söz eylədin sən, Sirrimizi yadlara söylədin sən. Məni hər yetənə gileylədin sən, Dönmək istəsəndə, qayıtma daha. Məni yox, özgəni sevib inandın, Güya məhəbbətdən yanıb odlandın. Get, məni sevmədin, yad üçün yandın, Dönmək …
Allahşükür AĞA.”Bəzəyək həyatı sevgiylə, gülüm” (Yeni şeir)
Post Views: 34 Məhəbbət bağında, sevgi bağında, Bəzəyək həyatı sevgiylə, gülüm.. Ömrün çiçəkləyən gözəl çağında, Bəzəyək həyatı sevgiylə, gülüm…. Asta–asta gəlsin qoy neyin səsi, Qarışsın bahara könül nəğməsi, Duymuşam səndəki eşqi, həvəsi, Bəzəyək həyatı sevgiylə, gülüm…. Nə qədər imkan var sevək–sevilək, Şirin duyğularla döyünsün ürək, Ömür yollarında əl–ələ verək, Bəzəyək həyatı sevgiylə, gülüm… Hər səhər …
Şəhanə MÜŞFİQ.”Nə yazım?!” (Hekayə)
Post Views: 34 Qarşısında dəftər, əlində qələm dayanmışdı. Nə yazacağını, necə yazacağını bilmirdi. Hər zaman səsli – küylü, bir dəqiqə yerində dayana bilməyən nadinc uşaq indi bacardıqca hər kəsdən gizlənməyə çalışırdı. Bəlkə də əlacı olsaydı bu dəqiqə heç kim onu görməsin deyə yerin dibinə də getməyə razı olardı. Körpə qəlbi hürkmüş bir quş ürəyi kimi …
Şəfa KAMİLLİ.”Sən” (Yeni şeir)
Post Views: 36 Baharla bərabər ömrümə gələn, Bahar tək özünü mənə sevdirən Baharlı günləri mən bəxş edən, Təkcə sən, sən oldun ömrümə gələn, Gəlişin bahar tək gözəl, gözlədim yolun Bahar gəlişi kimi gözlərimi yolda qoydun , Hardaydın, de niyə belə gec gəldin?! Qışın buzun ,sazağını, soyuğunu sən əritdin, Ömrümə bahar gətirən adam. Ən yaxın sirdaşım, …
Qafqaz Əvəzoğlunu doğum günü münasibətilə təbrik edirik! (1 aprel 1954-cü il)
Post Views: 43 Qafqaz ƏVƏZOĞLU (Dəmirov Qafqaz Əvəz oğlu) 1954-cü il aprel ayının 1-də Qubadlı rayonunun Mahmudlu kəndində anadan olub.İbtidai və orta təhsilini öz doğma kəndlərində alıb. Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir.Dövri mətbuat səhifələrində şeirləri və məqalələri dərc olunub.Hal-hazırda da müxtəlif mətbu orqanlarda şeirləri və məqalələri dərc olunmaqdadır. Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi …
Şəfa KAMİLLİ.”Özüm özümü tanımaz öldüm …” (Yeni şeir)
Post Views: 49 Həyatım çox sakit ,hissiz ,duyğusuz , Sən gəldin ömrümə ,özümü tanımaz oldum… Ölmüşdü hislərim bu həyat eşqim , Nə etdin sən mənə mən belə öldüm… Fikirli gəzirəm nütün günü mən, Özümdə bilmirəm nə istəyirəm. Àyığam, bəlkə də yuxuyadam mən, Ən əziz, ən doğma duyğudayam nəm. Nədən belə öldüm , bu nə haldı? …
Tural Sahab – Şortikli facebook yazarları
Post Views: 35 Nə qədər deyirsən, lənət şeytana olmur ki, olmur. Hansı saytı açırsan bunlar, hansı kanala baxırsan bunlar… tək yaradıcılıqları da facebookda paylaşdıqları yarıçılpaq fotoları… Son zamanlarda əsas müzakirə olunan məsələ qadın və kişi münasibətləri. Müzakirə edən yenə bunlar. Bu cəmiyyətdə başqa mözvü, başqa problem yoxdumu. Bütün günü öz kanallarında şou verlişləri aparanlar, hansısa …
Debüt: Xəyalə SEVİL (Gəncə şəhəri).Yeni şeirlər
Post Views: 64 Xəyalə Sevil (Abbasova Xəyalə Vaqif qızı) 1985-ci il mart ayının 18-də Gəncə şəhərində anadan olub.Azərbaycan Dövlət Müəllimlər İnistutunun “Pedeqoqika və metodika” fakültəsini bitirib. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsüdür.”Gənc ədiblər məktəb”ində təhsil alıb.”Səni sevdiyimi bilməyəcksən” , “Bəxtimə çıxan adam” , “Daş”,”Saçlarıma ay qonub” kitablarının müəllifidir. Saçlarıma ay qonub Düşdü …
Debüt: Anar ALIYEV (Qax rayonu).Yeni şeirlər
Post Views: 73 1973- cü il 21 iyun tarixində Qax rayon Almalı kəndində anadan olmuşam. Ailəmiz 7 nəfərdən ibarət idi. 3 bacım, qardaşım ,anam və mən.Atam dünyasını dəyişib.Tam orta təhsilimi doğma kəndimdə almışam.Ailəmiz ziyalı ailəsidir.1991-1996-cı illərdə hərbi xidmətdə olmuşam.1997-ci ildə bakı Dövlət universitetinin tarix fakültəsinə qəbul olmuşam.Müəllimlik fəaliyyətinə Qax rayonunun Almalı və Dəymədağlı kəndlərindən başlamışam.2005-ci …
Elnur ABDİYEV.”Bu gün gəldik,üz-üzə”
Post Views: 39 Bu gün gəldik,üz-üzə, Yanında həyatının, Yoluna yoldaş olan, Səni sənlə yaşayan, Bir sevgi heykəli var. Sənə baxdım ustaca, Toqquşarkən baxışlar, Endi gözlərdən yerə, Sarmaşdı,bir-birinə, O şirin sözlərimiz. Gör,nə qədər dəyişib? O uşaq üzlərimiz? O hamar çöhrələrə, Vaxt salıb şırımını. Araya salıb,gülüm, Həsrət aşırımını. Daha yollar haçalı, Sənin öz ocağın var. Bəlkə,bir gül …
Nail DAĞLAROĞLU.”Xəsdə tək dərdindən qoyma sozalım”
Post Views: 36 Elə dayanmısan bir maral kimi, Susuram önündə, sanki lal kimi. Yuxumu görürəm bir xəyal kimi?, Qıymaginən səsiz qalım, a zalım, Xəsdə tək dərdindən qoyma sozalım. Rəsmınə baxdıqca çoxalır dərdim, Xumar gözlərini duyğulu gördüm. Dağlar çiçəyindən bir cələng hördüm, Telinə düzməyə yetər gözəlim, Xəsdə tək dərdindən qoyma sozalım. Həsrətindən yanar oda qalandım, Səndən …
Əlirza HƏSRƏT.”Şehində şəfəqlər saçıb çəmənin”
Post Views: 33 …Gözünün yuxusu qaçıb çəmənin, Şehində şəfəqlər saçıb çəmənin. Külək yaxasını açıb çəmənin, Mindirib şöhrətə,şana gülləri. Qəfəsdə çırpınan divanə quşdum, Ən gözəl nəğməmi bahara qoşdum. Onda gözlərimdə suya qoymuşdum,- Dərib döndərdilər qana gülləri.
Hikmət MƏLİKZADƏ.”Sən elə bildin ki, eşq səltənətdir…”
Post Views: 42 Sən elə bildin ki, eşq səltənətdir, Hər axşam üzümə qapı bağladın. Qonşu elçi gəldi, baş barmağına Mənim rənglədiyim sapı bağladın. Dünən düşüb itib nişan üzüyün, Bilirəm, dünəndən əlin üşüyür. …Mənim də gözümdə məndən nigaran Bir ruhu havalı gəlin üşüyür… Könül vəsf eləmir sən deyən sözü, Götür nəyin varsa, canımdan gen dur. …Tanrı, …
Saqif QARATORPAQ.”Qabağımı kəsən var”
Post Views: 35 Daha səni qaçırası deyiləm, Daha yoxdu yollarının qorxusu. Anan bilsə çəkməyəcək daha qəm, Qaçmayacaq innən belə yuxusu. Yuxularım çin olmadı, neyləyim?! Nədən oldu?-Ya taledən, ya baxtdan, Sinəm dolu, üzüm gəlmir söyləyim, Köks ötürüb boylanıram uzaqdan. Arzularım, diləklərim, şüşəydi, Sındı qəfil, qəlpə-qəlpə töküldü. Səni tale, məni də ki vaxt əydi, Sınan qəlbi bacarırsan …
Ahmet DİVRİKLİOĞLU.”MAHZUN TURNALAR. GEÇER” (Yeni şiir)
Post Views: 28 Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye tamsilcisi TANRI DAĞLARINDAN İNCE YEL ESER TUNA’NIN KÖPÜREN YÜZÜNÜ ÖPER ŞAHİTTİR CÜMLE CANLI YARDIR,GÜL KOKAR ENDAMLI YILLAR VAR Kİ HASRETİZ,GÖNLÜM GAMLI İÇİMDEN MAHZUN TURNALAR GEÇER MAHZUN TURNALAR GEÇER PİR-İ TÜRKİSTAN SEMALARINDAN SU İÇERLER ISSIK GÖLDEN,CEYHUNDAN DOMURUR ALINLARINDAN TER DERİM: KADER NEDEN BİZE KÜSER İÇİMDEN FIRTINALI BULUTLAR …
Leyla ARSAL.Yeni şiirler
Post Views: 34 Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye tamsilcisi * * * Kuyulardan çekiyorlar ya titrek, ılık nefesimi Urganlarla değil, sâfî nûrdan ipeklerle Bekliyorum ben. Yüksünmeden Derdin sahibine nazlanabilmek ki ne kıdem İşte durmadan söylediğim gibi Seçkin yaratıldım çünkü ben * * * Bütün kilitlerimi bilen ve şefkatle tutan ellerinde Açan ve dahi kilitleyen …
Harika UFUK.Muhteşem şiirler
Post Views: 39 Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye tamsilcisi BEKLENTİ Ucu açık mektuplar yolladım; Pulsuz, zarfsız, Selamsız, sabahsız. Küstü kalem- kâğıt, Küstü eller… Çıkmaz sokaklara, Geri dönülmez yollara, Kuşun kanadında Sıcak haberler postaladım Bilinmez yerlerden… Ne giden döndü, Ne haber geldi, Ne de kuşlardan seda duyuldu! Arada bir esen rüzgâr, Sanki birkaç sözcük fısıldadı. …
Mais TƏMKİN.Yeni şeirlər
Post Views: 45 Verin Demirəm ki, qızıldan siz mənə taxt-tac verin. Qaytararam yenə də, Yaxşılığı borc verin. Sevən qəlbi sıxmayın, Yandırmayın, yaxmayın. Şairləri yıxmayın, Həvəs verin, güc verin! …Sözdən başqa işim yox, Ayrı bir vərdişim yox, Sağlığımda ,,beş”im yox. Heç olmasa öləndə, Sağlığıma üç verin!! 22.03.2015 Dərdimin Nəşəm qəmdən aşağıdır, Üzümdəki yaş, ağıdır. Gözlərimdən yaş …
Xalq şairi Səməd Vurğun doğum günündə anılıb
Post Views: 31 21 mart 2015-ci il tarixdə Qazax rayonunda yerləşən Səməd Vurğun Poeziya Evində Azərbaycan Yazıçılar Birliyinin Qazax Bölməsinin sədri, Əməkdar incəsənət xadimi Barat Vüsalın təşkilatçılığı ilə Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının “Xalq şairi”, Əməkdar incəsənət xadimi Səməd Vurğunun doğum gününə həsr olunmuş tədbir keçirilib.Kütləvi informasiya vasitələrinin nümayəndələrinin …
Harika UFUK.”Nevruzumuz kutlu olsun!” (Köşe yazısı)
Post Views: 36 Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temsilcisi Dünyadaki birçok toplulukta farklı inanışlarda ve farklı isimler altında şenliklere konu olan dünyanın en eski bayramı ”Nevruz”dur. “Nev” yeni “ruz” ise gün anlamındadır. Kelimenin aslı Farsça olup yeni gün anlamındadır. Pek çok farklı kültürde özel ve kutsal bir anlam da taşımaktadır. Türklerde Ergenekon’dan çıkışı ve …
Harika UFUK.”Nevruz geldi hoş geldi” (Yeni şiir)
Post Views: 54 Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temsilcisi Toprağın hareketi kanımızı coştursun, En eski Türk bayramı Nevruz geldi hoş geldi. Kadın- erkek, yaşlı- genç sevinç ile koştursun, En eski Türk bayramı Nevruz geldi hoş geldi. * Önce havaya, suya derken düştü toprağa, Cemrenin düşmesiyle canlandı birden doğa, Kırlarda dans ediyor koyun, keçi, at, …
Gülnarə İSRAFİLQIZI.”Başa düşsəydin!” (Yeni şeir)
Post Views: 36 Başa düşsəydin! incitməzdi sözüm. bilirəm,başa düşməyəcəksən. yadındadır? çürütdüyün xəzinənə işıq daxil olmuşdu ki… xərclədiyin ləlin qədərini biləsən. hardan yadında olsun ki… yadında olsaydı, xəzinəni, başayaq keçən günlərə dəyişməzdin. bir udumluq, dünyanın ovcunda çiliklənməzdin… hardan biləsən ki, çilginin, doğrayır ömürünü. bir gün kaşlar, parçalarını birləşdirəcəkmi?! birləşmək, çiliklənmək qədərmi?! suallar cavab dolu… cavablarsa sual …
Fidan ABBASOVA.”Seçməsəydim, xoşbəxtliyim dururdu…” (Yeni şeir)
Post Views: 37 Nə ümidlər bəsləmişdim içimdə, bir başqası gəlib onu uçurdu. Tələsdim mən bu taledə seçimdə, seçməsəydim, xoşbəxtliyim dururdu… Vədəsinə səbr, dözüm qalmadı, təsəlliyə toxdur mənim ürəyim. Bir gün olsun axtarmadı, sormadı, indi artıq deyildir o gərəyim… Ruhu ölmüş, eşqi sönmüş küləm mən, ocaq altda, odun üstə səpilmiş. Gözü dönmüş , sözü bitmiş diləm …
Şəfa VƏLİYEVA.”Poçtalyona məktub…” (Yeni şeir)
Post Views: 39 Qaytar mənim məktubumu, Aparma yara, poçtalyon… Qırma yarın ürəyini, Eyləmə para, poçtalyon… Dəyişik sal o ünvanı, Başqa qapını silkələ… O ağlayaraq oxuyar, Başqaları gülə-gülə… Qaytar geri günahımı, Savabın da qoy bu olsun… Girmə mənim günahıma, Qıyma ki, gözləri dolsun.. . Qaytar geri məktubumu… Gəldiyi ünvana göndər… Vallah, ağladacaq onu, Titrəyəcək açan əllər… …
Şəfa EYVAZQIZI.”Bir şəklin qalaydı” (Yeni şeir)
Post Views: 40 O ötən günlərdən xatirə kimi, Nə ola bir şəklin qalaydı məndə. Qırıq ürəyimə kömək, təsəlli, Nə ola bir şəklin qalaydı məndə. Gecdi göz yaşımı töküm o günə, Günlər yas saxlamır itkin ömrünə. Mən kölgə oluram yollara yenə, Nə ola bir şəklin qalaydı məndə. Bilirəm rəsmin də qəm gətirəcək, Zilimi udacaq, bəm gətirəcək, …