Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. E-mail: edebiyyat-az.com@mail.ru, Əlaqə telefonu: 051 795 44 33 Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 181 - 225 of 225 NƏTİCƏLƏR
Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.Yeni şeirlər (XXVII hissə)

Post Views: 35 HAÇANSA,DÜNYADA BİZ OLMAYANDA… Ruhlar yurd salacaq özgə məkanda,canlar–ləçək,çiçək,böcək olacaq,haçansa dünyada biz olmayandabizdən deyilənlər gerçək olacaq, Şairə gor qazar korşalan qələm,sözlər həm “ağamdır”,nəm də ki,”köləm”,bir daha dünyaya gələn deyiləm,nə olsun–daha da göyçək olacaq! Dünya həm “müştəri”,həm də ki,”baqqal”,məkanı paylaşar “şir” ilə-“çaqqal”,məndən–nəsillərə sanballı saqqal,ismətdən danışan birçək olacaq! Zülmün çərçivəsi sınıb haçansa,Haqqın məğrur səsi donub …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.Yeni şeirlər (XXVI hissə)

Post Views: 35 NAMƏLUM ŞƏHİD MƏZARI… Düşmən cumdu,Vətən dedi -“İrəli!”,İgid əsgər səhid oldu, dönmədi,Qəbri üstə yanan nurlu məş”əli,Ürəyinin alovuydu,sönmədi! Qocalmazdı!-qalar cavan yaşında,Doğmaların gözlərinin yaşında,O,Şəhidin uca dağlar başındaUcaltdığı Bayraqları enmədi! Uzaq gəzər ruhu giley-güzardan,Yer qoruyar hər cür ağrı-azardan,Ad soruşdum bir “Naməlum məzardan”,Qəhər boğdu,məzar daşı dinmədi; Daş yerinə-açan güllər danışdı,Oxşadığı ipək tellər danışdı,Vahid ƏZİZ,ondan ellər danışdı,Anladım ki-“Qurban …

Azərbaycan ədəbiyyatı

Azərbaycanlı şair Əziz MUSA.Yeni şeirlər (IV hissə)

Post Views: 28 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ Bürosunun Rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü XOŞ GƏLMİSƏN Qar əriyir, çaylar daşır, sellənir,Nərə çəkib, lal qayalar dillənir,Çeşmə üstə, salxım söyüd tellənir,Ana Vətən oğlun, qızın bəxtiyar,Yurdumuza xoş gəlmisən ey bahar. Al geyinib gilənarlar, …

Azərbaycan ədəbiyyatı

Azərbaycanlı şair Əziz MUSA.Yeni şeirlər (III hissə)

Post Views: 38 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ Bürosunun Rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü AĞLAMA Göz yaşınla gəl kövrəltmə məni sən,Dərd olmasın, yolumuzda çiləkən,Bilirsən ki, dərd çəkənəm, dərd çəkən,Qoyma dinsin, ağrım, acım, ağlama. Sən şəkərim, sən şərbətim , balımsan,Sən sevgilim, …

Azərbaycan ədəbiyyatı

Coşqun XƏLİLOĞLU.” O, Adəmdir, cəsarəti, hünəri dastan oldu”

Post Views: 51 Azərbaycan Yazıçılar Birliyinin üzvü II Qarabağ müharibəsində Kürdəmirin ilk şəhidi olmuş, ölümündən sonra “Vətən uğrunda” medalına layiq görülmüş Əliyev Adəm İlqar oğlunun əziz xatirəsinə ithaf edirəm. Uşaqlıqdan qoçaq idi, fərasətli, zirək idi,Bir dünyaydı, sevinc idi, şadlıq idi, fərəh idi,Anasına arxa idi, dayaq idi, kömək idi,İllər keçdi, yaşa doldu, böyüdü, cavan oldu,O, Adəmdir, …

Azərbaycan ədəbiyyatı

Coşqun XƏLİLOĞLU.”Əbədi heykəl”

Post Views: 54 Azərbaycan Yazıçılar Birliyinin üzvü Xalq şairi B.Vahabzadənin ölməz xatirəsinə ithaf edirəm. Getdi aramızdan o böyük ustad,Amma xatirəsi bizimlə qaldı.Oldu böyük şair xalqına övlad,Sənət meydanında zəfərlər çaldı. İstiqlal şairi cəsarətiyləUcadan söylədi xalqın sözünü,Tanındı, seçildi ləyaqətiylə,Ovdu qələmiylə düşmən gözünü. Çox mətləb qandırdı “Gülüstan”ıyla,“Muğam” muğamatı göyə qaldırdı.“Şəhidlər” – igidlik qəm dastanıylaQəlblərdə qələbə nuru yandırdı. Necə …

Azərbaycan ədəbiyyatı

Kənan AYDINOĞLU.”Ruhu Tanrıdan alıb insanın qidası muğam”

Post Views: 29 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru,Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü. * * * Ruhu Tanrıdan alıb insanın qidası muğam,*Dərdləri bölüşməyin ən asan çarası muğam. Bircə tar, bircə kaman səs salaraq tez yayılır,Füzuli məskəninin gah ağı, qarası muğam. Neçə il arxasında ürək dolu səslənməyən,Qarabağ qızlarının könlünün yarası muğam. Onu dinlədikcə bax, …

Azərbaycan ədəbiyyatı

Kənan AYDINOĞLU.”Məclisin küncündə yeyən dostlarım”

Post Views: 24 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru,Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü. Yenə də Səssizlik qərib dünyada,Halımı öyrənib, soruşan yoxdu.Bir vaxt şeirləri əzbər deyərdin,İndisə haqqımda danışan yoxdu. Deyirlər həssaslıq bir fəlsəfədi,Bürclərin içində Əqrəb bürcündə.Məsləhət verməyə hazır olanlar,Qaçıb gizləniblər bir ev küncündə. Qəzetdə şeirim dərc olan günü,Hərəsi bir tərif deyib, qalırdı.İnciyib, küsdüyüm hər …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Süleyman RÜSTƏM.”Seçilmiş əsərləri”ndən seçmə şeirlər

Post Views: 38 QƏLƏMDƏN GƏLİR Odlar ölkəmdəki bu yaraşıqlarKönlümün on şirin, xoş nəğməsidir.Açıq alınmdakı bu qırışıqlarKeçdiyim yolların xəritəsidir. Yox, vaxtı ötməyib bahar çağımın,Yenə şeir yazmaq əlimdən gəlir.Bu sağ əlimdəki üç barmağımınQabarı tutduğum qələmdən gəlir. VƏTƏN EŞQİ Vətən gülüşənləri görunür mənəŞeir bağım kimi, söz bağım kimi.Bir torpaq göstərin, güllər bitirsinMənim Azərbaycan torpağım kimi. Əlimlə dirçəlir hər …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Zəlimxan YAQUB.”Seçilmiş əsərləri”ndən seçmə şeirlər

Post Views: 67 ŞAİR QƏLƏMİYLƏ İŞİN OLMASIN Mənə o qələmi nə sənin dədən,Nə vəzir, nə vəkil, nə də şah verib.Ona söz atmasın hər gəlib gedən,Onu Zəlimxana bir Allah verib. Yaz deyib sevinci, yaz deyib qəmi,Fitnəyə verməyib, fəndə verməyib.Allahdan almışam mən o qələmi,Mənə o qələmi bəndə verməyib. Qələm sındırmağa yaranmamışam,Hünərin çatırsa, gəl, sındır onu.Əgər bacarırsan, tək …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Bəxtiyar VAHABZADƏ.”Seçilmiş əsərləri”ndən seçmə qəzəllər

Post Views: 36 Yenə bağlar o bağlardır, fəqət bağda gülüm yoxdur,Gülüm yoxdur, bu dünyada ayım yoxdur, ilim yoxdur. Zaman dönməz öz hökmündən… Biz ayrıldıq, tez ayrıldıq,Dilim bar verməz, ay dostlar, deyəm ki, sevgilim yoxdur. Çiçəklərdən, küləklərdən mən allam ətrini yarın,Dilək ölməz, ürək ölməz, sevənlərcin ölüm yoxdur. Gülüm əğyar qılıncıyla sevərkən ayrı düşdük biz,Bu həsrətdən, bu …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Zəlimxan YAQUB.Seçmə şeirlər

Post Views: 57 Söylə Dərd içini yandırandaApar dağa-daşa söylə.Bir ömürdə nələr çəkdin,Nələr gəldi başa, söylə. Qaldır zilə, endir pəsə,Səs ver səni duyan kəsə,Dərdini Haqq eşitməsə,Gözündəki yaşa söylə. İllər keçsə, sərt, necədir?Vaxt olsa, namərd, necədir?Desələr ki, dərd necədir?-Çək əlindən haşa, söylə. VII.2004. Dörd yanımız hasar, barı Açılmaq gül kimi aydın,Açılıb-solmayan varmı?Boz-bulanlıq göylər kimi,Boşalıb-dolmayan varmı? Qəmli kimdir-boyun …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Hüseyn ARİF.Seçmə şeirlər

Post Views: 112 Çörək Çörək müqəddəsdir eldə, obada,Əslər boyunca unudulmayıb.Odu ayaqlayıb ötən olsa da,Çörəyin üstündən keçən olmayıb. Odur süfrəmizə yaraşıq, bəzək,Açmış qapımızı nə qədər qonaq.Biz çörək vermədik çörək istəyək,Biz çörək verdik ki, çörəkli olaq. Qılınc Dağılmış bir yurdun xərabəsindən,Bir qılınc qarşıma çıxdı bu səhər.Necə də rənginə qaralıq çöküb,Axıb dolandıqca aylar, fəsillər. Bir insan əlində oynayan …

Azərbaycan ədəbiyyatı

Nargis.”Xocalıdakı körpə…”

Post Views: 28 Qarın soyuqluğunda əridikcəqırmızı hərarət.Sakitləşirdi körpəninbalaca ürəyi…Donan kiçicik barmaqlarınıson dəfə apardı isti nəfəsinə doğru.Layla deyirdi ona buludlardaəyləşən mələklər.Gözlərini iricə açıbmələklərəmi baxırdıXocalıdakı körpə?Dodağının kənarında donangülüşlərdən danışın mənə…Görəsən, son dəfə onu beləgülümsədən nə idi?Nəyə, kimə gülürdü körpə?Anasınımı xatırlamışdı?Bəlkə də, onu yanına aparmaq üçün elə Tanrı özü gəlmişdi..

Azərbaycan ədəbiyyatı

Nargis.”Mədinə”

Post Views: 32 Aludə olub zülmət tanrıcasının zümzüməsinə17 oktyabr 2020-dəgöy üzünəmi zilləndi körpə baxışların?Buludlarda əyləşən mələklərin laylasını dinlə,Mədinə, getmə…Ölüm bumbuz öpüşlərini səpdikcə dodaqlarına…Titrəyib soldu körpə əllərinin hərarəti…Qanadlandı göz bəbəklərindən neçə-neçə qaranquşlar,Gecənin Amozonvarı göz yaşlarını hiss edirsənmi?Mədinə, su istəyirsənmi?O gecə qan rəngində idi bütün ulduzlar,ay da dəyişmişdi libasını…Planet-planet uzaq olmalıydı ölüm sənəMələklərmi toxudu bəmbəyaz kəfənini?O gecə …

Türkiyə ədəbiyyatı

Harika UFUK.”İyilik”

Post Views: 32 Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temsilcisi İyilik, insanın içinden gelerek “Karşılığı ne olacak?” diye düşünülmeden, menfaat ummadan, getirisi planlanmadan yapılmalıdır. Aksi halde hiçbir anlamı kalmaz ve yapılanlar iyilik olmaktan çıkar. “İyilik alış- veriş değildir. İyilik eden mükâfat beklediği an tefecidir.” demiş Cemil Meriç. Ne kadar doğru söylemiş. Tefecilik bana göre biraz …

Azərbaycan ədəbiyyatı

Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”Demirəm ki, əhdinə düz”

Post Views: 32 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru. Demirəm ki, əhdinə düz,Bircə mənəm bu dünyada.Ancaq özgə təravətli,Bir çəmənəm bu dünyada. Düşmüşəm haqq sorağına,Şöləyəm el çırağına,Haqsızlığın ayağına,Çətin enəm bu dünyada. Demə, bu mənəmlik nədir,Nəcibənin …

Azərbaycan ədəbiyyatı

Azərbaycanlı şairə Adilə NƏZƏR.Yeni şeirlər

Post Views: 50 Filologiya üzrə fəlsəfə doktoru,Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Kitab Evi” İctimai Birliyinin sədri GÖRDÜM Mən ta əzəldən var idim,Getdim, gəldim məni gördüm.Dini, dili dəyişdirdim,Dünyada çox qəni gördüm… Zərdüştdən düşən işığı,Məhəmməd tək haq aşığı,Araya çökən boşluğu,Boşluqdakı çəni gördüm. Gəldim gəlinməz yolunan,Əsdim dərədə yelinən,Həyat ağacı bilinən,Sünbüldəki dəni gördüm. Ruhda partlayan mərmilər,Canda min ümidə dəyər,Gül, gülə …

Türkiyə ədəbiyyatı

Harika UFUK.”BENİ TERK ETME”

Post Views: 39 Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temsilcisiCan dostumuz Zeytin 15 yaşında melez bir köpek. Border collie ve terrier karışımı, atalarında kurtluk da var. Kulakları da kurt kulağı, atalarından miras… Şu anda çok hasta… Epeydir tedavi görüyor. Maalesef düzelmedi. Bugün de serum bağlandı. Üç gündür gözlerim çağlayanlara döndü. Güya kızımı teselli edecektim. Onu …

Mədəniyyət

Aşıqlar Birliyi yeni layihəyə başlayıb

Post Views: 35 Dastan-tamaşalar hazırlanacaq Azərbaycan Aşıqlar Birliyi (AAB) klassik aşıq yaradıcılığında mühüm yer tutan dastançılıq ənənəsinin müasir dövrdə yenidən təqdim olunmasına həsr olunmuş layihəyə başlayıb. Bu barədə məlumat verən AAB-nin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, layihə çərçivəsində dastanların çağdaş aşıqların ifasında sənətsevərlərə yenidən təqdim olunması nəzərdə tutulur. Layihə çərçivəsində hazırlanacaq dastan-tamaşalar …

Publisistika

Vətən yaşlı, torpaq əzəmətli, tarix yaddaşlı igidlər

Post Views: 39 Aprel döyüşlərinin qazaxlı qəhrəmanları🇦🇿Kapitan Mühüd Orucov Qazax rayonunun Fərəhli kəndində anadan olub. 13 iyul 1984 – ∞ Vətən🇦🇿Baş leytenant Elvin Namazov Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olub. 7 sentyabr 1990 – ∞ Vətən🇦🇿Əsgər Orxan Əliyev Qazax rayonunun Aslanbəyli kəndində anadan olub. 11 avqust 1995 – ∞ Vətən🇦🇿🇦🇿Torpaq, əgər uğrunda ölən varsa, …

"Yeni nəşrlər"

Azərbaycan Aşıqlar Birliyinin yeni nəşri: “Eşqsiz insanın qəlbi boş olar”

Post Views: 30 Əməkdar mədəniyyət işçisi, ustad aşıq Əli Quliyevin (Urfan Əli) yeni kitabı işıq üzü görüb. Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, dövrümüzdə klassik aşıq ənənələrini böyük ustalıqla yaşadan, sənətkarlıq xüsusiyyətləri ilə seçilən Urfan Əli həm də bədii yaradıcılıqla məşğul olur. İndiyədək bir neçə kitabı işıq üzü görmüş ustadın …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.Yeni şeirlər (XXV hissə)

Post Views: 32 BACARMADI Hələ qar havalı baharın sonu,gül etmək istədi naz-bacarmadı,yaylaq yollarının açılmır donu-ümid yaya qaldı,yaz bacarmadı, Başqası düşməyib-qarlı o yoldu,qış hələ imkanlı,karlı o qoldu!gördüyüm bəd yuxu birəbir oldu-çeşməyə ərz etdim–“Yoz!”-bacarmadı, Varlı kotan çəkir,kasıb belləyir,çay tərsə düşəndə-basıb selləyir,qələmim özgələr dərdinnən deyir;yalvardım-“mənimkin yaz”-bacarmadı, Yurdum arasında Kürlə-Arazın,öz teli,pərdəsi hər bir avazın,tarı–zəhmı basdı ağsaqqal sazın,tarın etdiyini saz …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.Yeni şeirlər (XXIV hissə)

Post Views: 30 BİLMİR… Gözlər nə cür buluddu?yağıb boşala bilmir,bu,nə cürə həyatdı?yaxşı çox qala bilmir. Səma açmaz qapısın,ki,insan göyə qalxsın,gərək ölüm aparsın,könül bacara bilmir? Yoldaş oldum naşıyla,öyündü daş-qaşıyla,vaxtın ağır daşıylayüngül-bacara bilmir. Gəldi gənclik yazıynan,qismət yazan yazıynan,o çiçəyin nazıynanbu gül bacara bilmir. Bəxt açmasa qapısn,yol nə cürə tapılsın?ümid əlini atsınhansı açara bilmir. Gülüm,get ayrı dolan,kimə gərəkdir …

Publisistika

Əməkdar mədəniyyət işçisi Musa NƏBİOĞLU.”Ağalar Bayramov səsinin sehri və yanğısı”

Post Views: 34 Onun haqqında düşünəndə həmişə ilk olaraq ağlıma gələn Həzrət Əlinin (s) bu mübarək kəlamları olur: “Gözəl və aydın danışanlar sehr kimi əsrarəngizdir”. Ağalar Bayramov Allahın ona verdiyi ecazkar səsiylə insanları öz sehrinə sala bilir. Və mən bilərəkdən onun adının önündə titullarını yazmadım. Çünki onu hamı sadəcə Ağalar Bayramov kimi tanıyıb sevib – titulsuz-filansız. O da sadəliyi hər şeydən üstün tutub. Bu yerdə L.N.Tolstoyun bir fikrini xatırlamamaq olmur: “O yerdə ki, sadəlik, yaxşılıq və həqiqət yoxdur, orda böyüklük də yoxdur”. Mən Ağalar müəllimi əvvəlcə səsiylə tanımışam. Səsinin sehrinə, ovsununa düşən yüz minlərin, milyonların biri də mənəm. O səsi dinləyəndə adamın dünyanın dərdi-səriylə baş-başa qaldığı anlar da olur, sevincdən aşıb-daşan, cavanlıq eşqiylə çağladığı vaxtlar da.  Mən onun səsini sadəcə eşitmirəm, həm də o səsin rəng çalarlarını görürəm, ətrini, dadını duyuram. Bu səs dərdin, kədərin, şəhidlərimizin qanının rənginə boyanıb Vətənimizin, millətimizin üzləşdiyi müsibətləri, faciələri, qaçqın və məcburi köçkünlərin ah-naləsini də çatdırır, şəhid analarının fəryadına da çevrilir. Tarix kitabına çevrilərək keçmişimizi vərəq-vərəq bizə bir də çatdırır, bu gün düşmən tapdağında olan torpaqlarımız da daxil olmaqla bütöv Azərbaycanımızın xəritəsini cızır, sərhədlərimizin toxunulmazlığı naminə mübarizəyə səsləyir. Sevgi şeirləri deyəndə məhəbbətin, gözəlliyin rəngində qəlbimizə yol tapır, bu səsin sehrinə düşüb cavanlığımıza qayıdırıq. Vətənpərlikdən danışanda ordunu döyüşə səfərbər edən sərkərdəyə dönür. Bayramlarda, elin-obanın şad günlərində, şənliklərdə sevincin, arzu-istəyin rənginə, ətrinə, dadına çevrilib evimizə-ocağımıza ayaq açır bu səs.  Bu səs Tanrının bizə payıdır. Digər sərvətlərimizlə yanaşı, Allah bu səsi də bizə verib ki, dərdlərimizi ovutsun, biganəlik buzunu əritsin. Amma təkcə faciələrimizə ağlamaq üçün verməyib bu səsi. Həm də ona görə verib ki, bizə qələbə sevincini də çatdırsın. Və onun səsinin hələ görmədiyimiz bir rəngi, dadmadığımız bir dadı da var – Qələbənin rəngi… Qələbənin dadı… O rəngi görmək, o dadı duymaq, daha doğrusu, Ağaların səsini o rəngdə görmək, Ağaların səsindən o tamı dadmaq hamımızın arzusudur. İnanıram ki, bunu bizlərə bəxş etmək qisməti də nəsib olar Ağalar müəllimə… İnşallah, o gün uzaqda deyil. Bu gün onun 60 yaşı tamam olur. Bu 60 ildə sevincli günləri də çox olub, dərdlə baş-başa qaldığı anlar da. Sevincdən, uğurdan yersiz qürrələnməyib, kədər onu sındırmayıb. Dostoyevski bu kəlamları sanki onun üçün deyib: “Böyük dərrakə və böyük qəlb sahibi olanlar əzab və iztirab çəkməyə borcludurlar”. 60 yaş ömrün həm də bir anlığa nəfəs dərib arxada qoyduğun illərə nəzər salmaq, özün-özünə hesabat vermək zamanıdır. Bu yubiley isə Ağalar müəllimin təkcə özünə yox, həm də Vətənə, millətə hesabat məqamıdır. Şükürlər olsun ki, bu hesabatda üzqarası olacaq, dilgödəkliyi gətirəcək səhifələr yoxdur. Şərəfli hesabat məqamın mübarək olsun, qardaş! 60 il Ağalar Bayramovun fiziki ömrünün, cismani varlığının zaman ölçüsüdür. Onun sənətinin, ecazkar  səsinin yaşı isə çox-çox qədimlərdən başlayır. Və hərdən mənə elə gəlir ki, o elə 30-40 il bundan əvvəl də 60 yaşındaydı – müdrikliyi və əzəmətiylə, səsindəki şirinlik və ağayanalıqla, dərdi dərdin dilində, sevinci, fərəhi şadlığın, arzu-istəyin dilində danışdırmasıyla, öyüd-nəsihətləriylə.  Bu gün isə o mənim üçün də həm də 30 yaşındakı gəncdir – şuxluğu, gənclik təravəti və enerjisi, qurub-yaratmaq həvəsiylə. Sənətkar ömrünə ölməzlik möhürünü çoxdan vurmuş Ağalar müəllimi 60 illik yubileyi münasibəti ilə təbrik edir, ona cansağlığı və Tanrının qismətinə yazdığı ömür payını ağrı-acısız yaşamasını arzu edirəm. Bu günlər onu təbrik edənlər saysız-hesabsızdır. Mən də öz təbrikimi sosial şəbəkələrin birində ona ünvanlanmış təbriklərdən bir cümlə ilə bitirmək istəyirəm: “Ağa, bu qədər yanırsan, görəsən biz  sənə yana biləcəyikmi?” Musa Nəbioğlu Azərbaycan Aşıqlar Birliyinin katibi, “Ozan dünyası” jurnalının baş redaktoru Mənbə: https://525.az/

Publisistika

Əməkdar mədəniyyət işçisi Musa NƏBİOĞLU.“Saza baxsın tariximi yazanlar”

Post Views: 59 SARILDIĞIM SAZDI MƏNİM” Milətimi saz anladar, saz anlar, Saza baxsın tariximi yazanlar. Z.Yaqub Zəlimxan Yaqubun yaradıcılığında çox mühüm yer tutan bir qol da aşıq yaradıcılığına, bütövlükdə ozan-aşıq sənətinə və bu sənətin daşıyıcılarına bağlılıqdır. Bu barədə şairin özü belə deyir: “Təkcə mənim dillərdə gəzən lirik şeirlərim deyil, irihəcmli əsərlərimin hamısı saz üstündə bəstələnib, …

Publisistika

Əkbər QOŞALI.”O yollar, o evlər,o kitabxana və o teatr…”

Post Views: 37 Azərbaycan Prezidentinin tapşırığına əsasən bir qrup KİV və QHT başçısı, bloqgerlər və ictimai fəallar, Prezidentin köməkçisi Hikmət Hacıyevin iştirakı ilə martın 13-də Ağdam rayonuna səfər etdi. Bəlli olduğu kimi Ağdam ötən il, noyabrın 20-də işğaldan azad olunub. Ağdama səfər imkanına görə göydə Tanrıya, yerdə dövlətimizə, Ali Baş Komandanımız başda olmaqla müzəffər Silahlı …

Azərbaycan ədəbiyyatı

Əkbər QOŞALI.”İRADƏ, MƏN ÖLÜRƏM… “

Post Views: 36 Hər şey o qədər gözlənilməz, o qədər sürətli və qarmaqarışıq baş vermişdi ki – indi –üstündən xeyli keçəndən sonra da gərginliyi canımdan çıxmayıb; olanları başdan-aya¬ğa xatırlamağa çətinlik çəkirəm.Şeytanın bacağını sındırıb – uzun illərin həsrətinə son verərək, Təbrizə yollanmış-dım. Qəribə hisslər keçirirdim, nə gizlədim. Deyirdim, Təbriz ruhumu dirçəldəcək; de-yirdim, Arazın bu tayına döndükdən …

Azərbaycan ədəbiyyatı

Azərbaycanlı şair Saqif QARATORPAQ.Yeni şeirlər (II hissə)

Post Views: 34 Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Hüseyn Arif” Ədəbi Məclisinin sədri Bu şeri 2017-ci ildə paylaşandaqədərin belə olacağından xəbərsizdik.Harda olsam,mənə bir pəncərə verin,bir ovuc göy üzü,bir damla dəniz,bir zərrə günəş…ilıq şüaların işığında yuyunsun fikirlərim.Harda olsam,gözlərimdən baş alıbgetsin üfüqlər,Baxışımı üşütsün dağların qarı,könlümdə ləpələnsindənizin suları.Harda olsam,yuxuma layla desin anadilin səsi,eyvanımı isitsinətcə balaları civildəşən qaranquşun nəfəsi.Bir əlçim …

Azərbaycan ədəbiyyatı

Azərbaycanlı şair Saqif QARATORPAQ.Yeni şeirlər (I hissə)

Post Views: 30 Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Hüseyn Arif” Ədəbi Məclisinin sədri Ötən günlərin şeri… Elə xoşbəxtdilər küləklər…elə…Yorulmur saçını sığallamaqdan.Nə ola üzümə toxuna bir yol…Baxıb həsəd çəkə çoxu uzaqdan. Bir az mənim olsun qoy sizin küçə,Bitim ağac kimi yolunun üstə.Özüm gələmmirəm,barı uyusunGecələr xəyalım qolunun üstə… Eh,qismət deyilmiş yanında olmaq,Həsrətin sinəmdə təzə köz kimi.Heyif,gözlərindən öpə bilmədim…Öpüm …

Azərbaycan ədəbiyyatı

Kənan AYDINOĞLU.”Oynasın”

Post Views: 27 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru,Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü. Yenicə ailə həyatı quran Rüfət bəyə və Mədinə xanıma! Yaxından-uzaqdan gələn qohumlar,Qurulan məcslidə durub oynasın.Toy, məclis bayramı deyilən yerdə,Ayağa qalxaraq gülüb-oynasın. Qohumlar yığılsın qurğu-büsata,Qoy məclis çatdırsın sizi vüsala,Bir gün ömrünüzə şirinlik qata,Xətir istəyənlər durub oynasın. Bayaqdan əyləşən bəyə, gəlinə,Bəyi yetişdirən …

Azərbaycan ədəbiyyatı

Kənan AYDINOĞLU.”Yayıldı”

Post Views: 31 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru,Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü. Ustad Aşıq Şəmşirə Şəmşirin yazdığı gözəl şeirlər,Bir anın içində elə yayıldı.Murovun qoynunda yazdığı şeir,Yeni nəğmə oldu, dilə yayıldı. Dağların qoynunda Sən məskən saldın,Dağların qoynundan Sən ilham aldın,Murova. Qoşqara şeirlər yazdın,Yazdığın şeirlər çölə yayıldı. Gündüzlər qoynuna getdiyin dağlar,Kəlbəcər elində meyvəli bağlar,Səhərdən-axşama …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Zəlimxan YAQUB.”Şahdan gəlib şaha gedən yoldayam”

Post Views: 415 Dan yerindən əsən mehə bələndim,Mehdən gəlib mehə gedən yoldayam.Duru gəlib duru qalmaq eşqinə,Şehdən gəlib şehə gedən yoldayam. Libası qəm, paltarı qəm, donu qəm,Günlərimin beşi sevinc, sonu qəm.Bu dünyanın əvvəli qəm, sonu qəm,Ahdan gəlib aha gedən yoldayam. Yağış mənim, boran mənim, qar mənim,Uçrum mənim, keçid mənim, dar mənim.Ucuz yolda nə ölümüm var mənim?-Baha …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Zəlimxan YAQUB.”Aman ölüm, mən dediyim vaxtda gəl!”

Post Views: 69 Sən dediyin vaxta sığmır arzular,Aman ölüm, mən dediyim vaxtda gəl!Təzə-təzə başlamışam uçmağa,Aman ölüm, mən dediyim vaxtda gəl! Selə dönüb yeriyəndə baxta su,Gəlir ömrün qarı, buzu, şaxtası.Hazırlansın tabutumun taxtası,Aman ölüm, mən dediyim vaxtda gəl! Gəl, arada kişi kimi şərt kəsək,Şərtimizi dürüst kəsək, mərd kəsək.Söhbət edək, qəm doğrayaq, dərd kəsək,Aman ölüm, mən dediyim vaxtda …

Publisistika

Əməkdar mədəniyyət işçisi Musa NƏBİOĞLU.”SÖZÜN FÖVQÜNDƏ DAYANAN KİŞİ”

Post Views: 31 Azərbaycan Aşıqlar Birliyinin katibi,Əməkdar mədəniyyət işçisi. İslam müəllim kimi bütün mənalı həyatını sözə həsr edən, sözlə yaşayan və heç zaman sözü urvatdan salmayan bir insan haqqında nəsə demək, nəsə yazmaq çox çətindir və adamdan böyük məsuliyyət tələb edir. Üstəlik bu söz onun ölümündən sonra xatirə şəklində deyilirsə, daha ağır olur və məsuliyyəti …

"Ədəbi Körpü" dərgisi AJB Sumqayıt şəhər təşkilatı

Azərbaycanlı şair-publisist Rafiq Odayın şeiri Təbriz şəhərində yayınlanan “Ədəbi Körpü” dərgisində çap olunub

Post Views: 67 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “İran-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsində Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, şair-publisist Rafiq Odayın “Sən yer adamı deyilsən” şeiri İran İslam Respublikasının …

"Ədəbi Körpü" dərgisi AJB Sumqayıt şəhər təşkilatı

Azərbaycanlı şair Qafqaz Əvəzoğlunun şeiri Təbriz şəhərində yayınlanan “Ədəbi Körpü” dərgisində çap olunub

Post Views: 37 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “İran-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsində Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvünü, Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin sədrini, ”Sözün Sehri” qəzetinin təsisçisini, Qubadlı Rayon İcra Hakimiyyətinin mətbu orqanı “Bərgüşad” ictimai-siyasi qəzetinin Baş redaktorunu, ”Qızıl qələm” və “Qızıl …

Mədəniyyət

Azərbaycanlı istedadlı gənc xanım yazar Təhminə Vəliyevanın məqaləsi “Gənclər Şəhəri” Sumqayıtda fəaliyyət göstərən “Sözün sehri” qəzetinin mart sayında dərc olunub

Post Views: 29 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “Gənc yazarların əsərlərinin Qardaş Türkiyə mətbuatında yayınlanmasına dəstək” layihəsi çərçivəsində AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin kiçik elmi işçisi,Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) “Publisistika” şöbəsinin redaktoru istedadlı gənc xanım …

"Yeni nəşrlər"

Qubadlı Rayon İcra Hakimiyyətinin orqanı “Bərgüşad” ictimai-siyasi qəzetinin mart sayı işıq üzü görüb

Post Views: 34 “Gənlər Şəhəri” Sumqayıtda fəaliyyət göstərən Qubadlı Rayon İcra Hakimiyyətinin orqanı “Bərgüşad” ictimai-siyasi qəzetinin aprel sayı işıq üzü görüb. Həmişə olduğu kimi, bu dəfə də “Bərgüşad” ictimai-siyasi qəzetinin səhifələrində bir-birindən maraqlı yazılar yer alıb. Qubadlı Rayon İcra Hakimiyyətinin basçısı İsaqov Malik Xizir oğlunun Qubadlılara göstərdiyi diqqət və qayğı adıçəkilən mətbu orqanın diqqət mərkəzində saxladığı …

"Yeni nəşrlər"

“Sözün Sehri” ədəbi-bədii, ictimai qəzetinin aprel sayı işıq üzü görüb

Post Views: 36 “Sözün sehri” ədəbi-bədii, ictimai qəzeti “Gənclər Şəhəri” Sumqayıtda Azərbaycan Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvünü, Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin sədri, Qubadlı Rayon İcra Hakimiyyətinin mətbu orqanı “Bərgüşad” ictimai-siyasi qəzetinin Baş redaktoru, ”Qızıl qələm” və “Qızıl kitab” mükafatları laureatı, şair Qafqaz Əvəzoğlu Dəmirovun rəhbərliyi ilə …

AJB Sumqayıt şəhər təşkilatı

Qafqaz Əvəzoğlunu doğum günü münasibətilə təbrik edirik! (1 aprel 1954-cü il)

Post Views: 33 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvünü, Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin sədrini, ”Sözün Sehri” qəzetinin təsisçisini, Qubadlı Rayon İcra Hakimiyyətinin mətbu orqanı “Bərgüşad” ictimai-siyasi qəzetinin Baş redaktorunu, …

AJB Sumqayıt şəhər təşkilatı

Əkbər Qoşalını doğum günü münasibətilə təbrik edirik! (3 aprel 1973-cü il)

Post Views: 26 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvünü, Azərbaycan Respublikası Prezideti Təqaüd Fondunun təqaüdçüsünü, Azərbaycanda ATATÜRK Mərkənizinin ictimai-siyasi şöbəsinin müdirini, görkəmli Azərbaycan şairini, publisistini doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə …