Post Views: 60 Qazların qəfil qaqqıldaşması onu yuxudan ayıltdı. Qonşusu Nəriman neftdə işlədiyindən hər səhər obaşdan durub şap-şuplarını sürüyə-sürüyə ayaqyoluna gedəndə onu görən Musanın ayıq-sayıq qazları qaqqıldaşır, Nərimanın oyanmasını ətrafdakı qonşulara bildirirdilər. Mənim «zəngli saatıma bax ha…»,-deyib gülümsədi. Ehmalca qalxdı. Divanda yatdığından paltarlı idi. Xalidə kresloda oturaq vəziyyətdə yatmışdı. Üstünə adyal salmışdılar. Yun, cibli gödəkçəsini …
Yanvar 2023
Azərbaycan Yazıçılar Birliyi (AYB) Qəbul Komissiyası elan edir
Post Views: 38 Azərbaycan Yazıçılar Birliyinə (AYB) üzv olmaq istəyən yaradıcı şəxslərin nəzərinə çatdırırıq ki, 2023-cü ilin aprel ayının 14-dən may ayının 5-ə qədər üzvlük üçün tələb olunan sənədləri AYB Qəbul komissyasına təqdim edə bilərlər. Təqdim ediləcək sənədlərin siyahısı ilə “Ədəbiyyat qəzeti”nin növbəti sayında tanış olmaq mümkündür. Mənbə: https://ayb.az/
Ceyhunə HÜSEYNOVANI doğum günü münasibətilə təbrik edirik! (31 Yanvar)
Post Views: 32 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir!Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun! Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi
Əkbər QOŞALI.“Çobanbayatı” (Poema)
Post Views: 41 Əkbər QOŞALI ÇOBANBAYATI (poema) Uzaqlardan bir ilahi tütək səsi gəlirdi, Kədər vardı, fərəh vardı, dəvət vardı o səsdə… Əlim qaşımın üstündə, qulağım dinşəmədə, axşamüstü yol dəyişdim o ilahi səs səmtə. “Az getdim-üz getdim, dərə-təpə düz getdim”, Bir saatın tamamında ol məkana yetişdim. Dağ döşündə bir çobandı üzü-gözü fərəhli, Yeməkdən yorğun …
“Türk dünyasından Şuşaya- Şuşadan Türk dünyasına” kitabının Bakı şəhərində təqdimatı keçirilib
Post Views: 37 Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə “Türk dünyasından Şuşaya-Şuşadan Türk dünyasına” layihəsi çərçivəsində Bakı şəhəri “Azərkitab” kitab yayım mərkəzində eyniadlı kitabın təqdimatı baş tutub. “Ədəbiyyat və incəsənət” xəbər verir ki, tədbirdə bir sıra tanınmış ictimayyət nümayəndələri, yazarlar, KİV təmsilçələri iştirak ediblər. Tədbiri giriş sözü ilə …
Bakıdakı Rus evində Stalinqrad döyüşündə qələbənin 80 illiyi qeyd olunacaq
Post Views: 44 Fevralın 2-də Bakıdakı Rus evində İkinci Dünya müharibəsinin ən mühüm və şiddətli Stalinqrad döyüşündə qələbənin qazanılmasının 80 illiyi qeyd olunacaq. Bu barədə AZƏRTAC-a Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində məlumat verilib. Bu əlamətdar hadisə münasibətilə Qələbə Muzeyi tərəfindən təqdim olunan materiallar əsasında “Stalinqradın buz ilgəyi” adlı sərginin açılışı olacaq. Bakıdakı Rus evinin bədii klubu tərəfindən təşkil …
“Pillə” İkinci Tələbə Tamaşaları Festivalına tamaşa qəbulu elan edilib
Post Views: 89 Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) 100 illik yubiley münasibətilə “Pillə” İkinci Tələbə Tamaşaları Festivalına tamaşa qəbulu elan edilib. AZƏRTAC xəbər verir ki, iyunun 5-dən 9-dək keçiriləcək festival tələbələri yaradıcılığa ruhlandırmaq, onlara sənət bayramı yaşatmaq, gənc istedadların aşkarlanmasına dəstək olmaq və teatr tədrisi prosesini aktivləşdirmək məqsədlərini hədəfləyir. Festivalın qalibləri ADMİU-nun Teatrşünaslıq kafedrasının …
Gənclər Günü münasibətilə muzeylərdə “açıq qapı” olacaq
Post Views: 40 2 fevral – Azərbaycan Gəncləri Günüdür. Ulu Öndər Heydər Əliyevin 1997-ci ildə imzaladığı Fərmanla əsası qoyulan əlamətdar gün ölkəmizdə hər il müxtəlif tədbirlərlə qeyd olunur. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən gənclərin asudə vaxtının səmərəli təşkili, onların muzey müəssisələri vasitəsilə Azərbaycanın zəngin mədəni irsi ilə yaxından tanış olmalarının təmin edilməsi məqsədilə layihələr həyata …
Ruhunun zindanlarına qapatmışam ruhumu – Nargisin riskli hekayəsi
Post Views: 50 “Ədəbiyyat və incəsənət” portalı Nargisin “Gəlsən gələrdin…” hekayəsini təqdim edir. Hekayə fərqlidir, cəsarətlidir, hətta bir qədər risklidir, onun müzakirələrə və mübahisələrə səbəb olacağı şübhəsizdir. Əsl sənət nüminələri həmişə müzakirə və mübahisələri sevir. -Fa’nın insanlaşması məni niyə qorxudurdu? Bir dəfə yenə kitabxanalara sığındığım günlərdə əlimə keçən köhnə əlyazmada insanın insana duya biləcəyi eşq …
Mədəniyyət nazirinin birinci müavini Adil Kərimli Şəkidə vətəndaşları qəbul edəcək
Post Views: 26 Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri vəzifəsini müvəqqəti icra edən Adil Kərimli tərəfindən 2023-cü il fevralın 17-də saat 10:00-da Şəki şəhər Heydər Əliyev Mərkəzində (Şəki şəhəri, Heydər Əliyev prospekti 216) əsasən Şəki şəhəri, Oğuz, Qax, Zaqatala, Balakən rayonlarından …
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə növbəti festival – “Gəncliyin səsi”
Post Views: 26 2 Fevral – Gənclər Günü ənənəvi olaraq hər il ölkəmizdə müxtəlif mədəniyyət layihələri ilə qeyd edilir. Fevralın 1-dən 8-dək Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə əlamətdar günə həsr olunmuş IX “Gəncliyin səsi” festivalı keçiriləcək. Nazirlikdən AZƏRTAC-a bildirilib ki, festivalın məqsədi gənclərin yaradıcı sahəyə marağının artırılması, onların istedadının üzrə çıxarılması və tanıdılması, sənət fəaliyyətinin təşviq edilməsidir. …
Süleyman Təkinərin “Seçilmiş əsərləri”nəşr edilib
Post Views: 47 Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təsis etdiyi “Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyasının VI cildi – Süleyman Təkinərin “Seçilmiş əsərləri” çap olunub. Kitab İnstitut Elmi Şurasının 31 yanvar 2022-ci il tarixli 1 saylı iclas protokolunun qərarı ilə nəşr edilib. Seriyanın baş redaktoru AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, cildi ilk …
Gənc ədəbiyyatşünas-alim, istedadlı xanım yazar Gülnar Səmanın şeiri “Türkay” aylıq ədəbiyyat dərgisində işıq üzü görüb
Post Views: 40 Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Tovuz Bürosunun Rəhbəri, Azərbaycan Respublikası Prezidentinin təqaüdçüsü, “İlin gənci” müfakatçısı, gənc ədəbiyyatşünas-alim, istedadlı xanım yazar Gülnar Səmanın …
Lütviyyə ƏSGƏRZADƏ.”Xoş gəldin!”
Post Views: 50 Bu dа ахşаm-ахşаm şərim,Аçıldı qəmlə səhərim,Yахаmı tаpdı кədərim,Кədər, хоş gəldin, хоş gəldin. Fiкirlərdən аrınmаdım,Gözüm dоldu, yаyındırım,Tıxandı, qəhər bоğаzа,Qəhər, хоş gəldin, хoş gəldin. Zəhər yеdim, bаl yеrinə,Хаrа gеydim, zər yеrinə,Bəzən məlhəmdir zəhər də,Zəhər, хоş gəldin, хоş gəldin. Bеzdim ахırdа qəmimdən,Bir аzcа sеvinc gəzirəm,Хоş хəbərə müntəzirəm,Gəl, söyləyim, хоş gəlmisən. Çохdаndır кi, sеvinmirəm,Mənə müğdə vеr …
“Türkay” aylıq ədəbiyyat dərgisinin 2. sayısı yayında
Post Views: 27 http://hecetaslari.com/turkaydergisi/turkay1sayi2fevral2023.pdf
Ədəbi gənclik – ikimininci illər – Vaqif YUSİFLİ
Post Views: 54 “Ədəbiyyat və incəsənət” portalı Daycest rubrikasında sizə görkəmli tənqidçi Vaqif Yusiflinin “Ədəbiyyat qəzeti”ndə dərc edilən “Ədəbi gənclik – ikimininci illər” yazısını təqdim edir. O ədəbiyyat yaşamağa qadirdir ki, onun istedadlı gəncliyi var və bu gənclik onun gələcəyidir. Müasir Azərbaycan ədəbiyyatı da bu mənada özünün gələcəyinə ümidlə boylana bilər. On milyonluq bir ölkədə …
Azərbaycanlı yazıçı Günel Natiqin “Siz səfehsiniz?” adlı yeni kitabı işıq üzü görüb
Post Views: 39 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidentinin təqaüdçüsü, yazıçı-publisist Günel Natiqin “Siz səfehsiniz?” adlı yeni kitabı işıq üzü görüb. Kitab müəllifin oxucularla növbəti dördüncü görüşüdür. Kitabda istedadlı qələm sahibinin müxtəlif illərdə qələminin məhsulu olan ədəbi-bədii nümunuələr yer alıb. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Poeziyasevərlər və ədəbiyyatşünaslar tərəfindən rəğbətlə qarşılanacağına …
Mərdan Həsənovu doğum günü münasibətilə təbrik edirik (30 yanvar 1994-cü il)
Post Views: 37 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, Mərdan Həsənovu, Ədəbiyyat-Az.Com saytının ən böyük oxucusunu doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir!Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun! Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi
Səfir: Meksika müxtəlif mədəniyyətləri və millətləri özündə birləşdirməsi baxımdan Azərbaycanla müəyyən bənzərliklərə malikdir
Post Views: 31 Meksikanın Azərbaycandakı səfirliyində meksikalı sənətkar Pedro Sezar Peraltanın (NoroN) “Mictlán: Aztek Mifologiyasının yeraltı dünyası” kolleksiyasının təqdimatı keçirilib. Təqdimatdan əvvəl AZƏRTAC-a müsahibə verən Meksikanın Azərbaycandakı səfiri, xanım Mariya Viktoriya Romero Kabayero deyib: “Meksika müxtəlif mədəniyyətləri və millətləri özündə birləşdirməsi baxımdan Azərbaycanla müəyyən bənzərliklərə malikdir. Bu səbəbdən gələn il Meksikanın Azərbaycandakı səfirliyinin açılmasının 10 illiyi …
Mədəniyyət Nazirliyinin kollegiyasının tərkibində dəyişiklik edilib
Post Views: 26 Mədəniyyət Nazirliyinin kollegiyasının tərkibi dəyişib. AZƏRTAC xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, M. F. Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru Mədəniyyət Nazirliyinin kollegiyasının üzvləri sırasından çıxarılıb, Kino Agentliyinin Baş direktoru kollegiyasının üzvləri sırasına daxil edilib. Mənbə: https://azertag.az
“Məhəbbət tanqosu” baletsevərlərin ixtiyarında
Post Views: 30 Yanvarın 29-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində “Məhəbbət tanqosu” baleti nümayiş olunacaq. Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Astor Pyatsollanın musiqisi əsasında səhnəyə qoyulan tamaşanın quruluşçu baletmeysteri tanınmış rusiyalı xoreoqraf, Rusiyanın Xalq artisti Liliya Sabitovadır. Əsas rollarda Əməkdar artistlər Anar Mikayılov, Samir Səmədov, aparıcı solistlər Fatimə Xələfova və Zəhra Tanrıverdiyeva …
Paşa Əlioğlu: Yeni kitablar Əli Kərim poeziyasının daha geniş coğrafiyada tanınmasına vəsilə olacaq
Post Views: 34 Görkəmli Azərbaycan şairi Əli Kərimin kitabları çoxdandır ki, yeni formatda çap edilmirdi və buna çox böyük ehtiyac vardı. Atamın vəfatından 50 il keçməsinə baxmayaraq hələ də onun yaradıcılığı ədəbiyyatşünas alimlərin diqqət mərkəzindədir. Bu, bir daha onu göstərir ki, illər keçsə də Ə.Kərimin yaradıcılığı öz oxucu kütləsini, aktuallığını itirmir. Mən çox istərdim ki, …
“Bremen musiqiçiləri” yenidən səhnədə
Post Views: 49 Gənc Tamaşaçılar Teatrında Y.Etin və V.Livanovun “Bremen musiqiçiləri” pyesi əsasında hazırlanan eyniadlı səhnə əsəri rusdilli tamaşaçılar üçün yanvarın 29-da təqdim olunacaq. Teatrdan AZƏRTAC–a bildirilib ki, quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov olan səhnə əsərində rəsmlərin quruluşu Telman Şıxıyevə, musiqi tərtibatı isə İradə Muradovaya məxsusdur. Rejissoru Gülnar Hacıyeva olan tamaşada rolları Anar Seyfullayev, Aygün …
Bu gün Xalq şairi Vaqif Səmədoğlunun anım günüdür
Post Views: 31 Ötən əsrin 60-cı illərində ölkəmizdə ədəbi mühitə yeni ab-hava gətirən istedadlı sənətkarlardan biri olaraq Vaqif Səmədoğlu yarım əsrdən artıq dövr ərzində xalqımızın söz xəzinəsinə dəyərli töhfələr verib. Onun yaradıcılığı müasir Azərbaycan ədəbiyyatında yeni poeziyanın xüsusi mərhələsini təşkil edir. Sənətkarın əsərlərində mənalandırdığı hər bir ifadə Azərbaycan xalqının zəngin ədəbi-bədii irsi, milli folklorun tükənməz …
“Firidun bəy Köçərli” elektron-məlumat bazasının təqdimatı olub
Post Views: 30 Respublika Uşaq Kitabxanasında maarifçi, pedaqoq, ədəbiyyatşünas, Azərbaycan ədəbiyyat tarixçiliyi elminin banisi F.Köçərlinin anadan olmasının 160 illiyi münasibətilə “Firidun bəy Köçərli” elektron- məlumat bazasının təqdimatı keçirilib. Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbirdə F.Köçərlinin həyat və yaradıcılığı, Azərbaycan uşaq ədəbiyyatına verdiyi töhfələr barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib. Bildirilib ki, tədbirin keçirilməsində əsas məqsəd F.Köçərli yaradıcılığının …
“Özünü kəşf et” adlı ustad dərsləri yenidən başlayır
Post Views: 25 Azərbaycan Rəngkarlıq Muzeyində rəssamlığa həvəsi olan 16 yaşdan yuxarı gənclər üçün nəzərdə tutulmuş “Özünü kəşf et” adlı ustad dərsləri davam edir. AZƏRTAC xəbər verir ki, bu ilin ilk dərsi fevralın 1-də Hüseyn Haqverdiyevin iştirakı ilə “Həndəsi kodlar” mövzusuna həsr olunacaq. Ustad dərsinin iştirakçıları kağızdan həndəsi fiqurlar kəsib, vizual təsvirlər yaradacaqlar. Bu texnika onlara …
İstiqlal Muzeyində vətənpərvərliyi təbliğ edən sərgi açılıb
Post Views: 29 Yanvarın 27-də Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan İstiqlal Muzeyində “Vətənin qürur mənbəyi” adlı sərgi açılıb. AZƏRTAC xəbər verir ki, tədbir 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək və vətənpərvərliyin təbliği məqsədilə 2021-ci ildən etibarən davam edən “Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün” layihəsi çərçivəsində həyata keçirilib. Sərgidə öz cəsarəti, qorxmazlığı ilə Zəfər …
“M” Teatrında “Bir gecənin nağılı”
Post Views: 34 Yanvarın 29-da “M” Teatrının səhnəsində “Bir gecənin nağılı” adlı tamaşa nümayiş olunacaq. AZƏRTAC xəbər verir ki, tamaşanın quruluşçu rejissoru, Xalq artisti Vidadi Həsənov, səhnə plastikası Elnur İsmayılov, musiqi tərtibatçısı Amid Qasımov, rejissor assistenti Səbinə Süleymanovadır. Səhnə həlli tamaşaçıya aktyorlar Cavid Baba və Aydan Həsənzadənin təqdimatında çatdırılır. Qeyd edək ki, səhnə əsərində gənc bir …
Firudin İbrahimi – Mirzə İbrahimovun “Gələcək gün” romanının qəhrəmanı ilə bağlı məqaləsi
Post Views: 47 “Gələcək gün” romanının qəhrəmanı Firudin İbrahimi ilə bağlı Mirzə İbrahimovun 1949-cu ildə qələmə aldığı və “Kommunist” qəzetində dərc olunmuş məqaləsi (İxtisarla) Nizami dar ağacına gedərkən şadlıq edən bir qəhrəmanın əfsanəsini yaratmışdır. Həmin qəhrəmandan soruşurlar: “Bir neçə dəqiqə sonra öləcəksən, niyə sevinirsən?”. O: – Bu az qalan ömrümü nə üçün qəm-qüssə içində keçirim? …
Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Sözün işığı və İşığa doğru uzanan yol”
Post Views: 43 Poeziyamızın canlı klassiki, Xalq şairi Nəriman Həsənzadənin şair Əkbər Qoşalıya qarşıdan gələn 50 illik yubileyi münasibəti ilə ünvanladığı ürək sözlərini diqqətinizə çatdırırıq. Hörmətli Əkbər Qoşalı qardaşım, siz şərəfli əlli yaşınıza ədəbi yaradıcılığınızın və ictimai fəaliyyətinizin halal nüfuz qazandığı bir vaxtda qədəm qoyursunuz. Bir növ “Seçilmiş əsərlər” təsiri bağışlayan “Ürək daşı” adlı kitabınızdakı …
“Yüz ev tikən cənnətini bu dünyada qazanar” –
Post Views: 43 “Poetik qiraət” rubrikasında bu dəfə sizlərə şair Əkbər Qoşalının yeni yazdığı şeiri təqdim edirik. İctimai motivli bir şeirə üstünlük verib Əkbər bəy, adətən lirikaya meyillənsə də. Eşitdim ki, mən yaşayan şəhərdə nə zamanmış belə inanc varıymış. O inancla evlər tikib adamlar – səksən olub, doxsan olub, yüzü görən olmayıb… Kainatın cilvəsidir elə …
Xalq yazıçısı Çingiz Abdullayevin yaradıcılıq gecəsi keçiriləcək
Post Views: 32 Fevralın 12-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Xalq yazıçısı Çingiz Abdullayevin yaradıcılıq gecəsi keçiriləcək. BMA-nın mətbuat xidmətindən bildirilib ki, tədbirdə yazıçının həyat və yaradıcılığından, onun əsərlərindən bəhs olunacaq. Qeyd edək ki, Çingiz Abdullayevin əsərləri dünyanın 32 dilinə tərcümə olunaraq nəşr edilib. O, 200-dən çox kitabın müəllifidir. “Ədəbiyyat və incəsənət” (19.01.2023) Mənbə: …
“Dünyanın ən xoşbəxt adamı” – Varisin “Ədəbiyyat qəzeti”ndə çıxmış hekayəsi
Post Views: 37 Qatlaşdıqlarından yarıbayarı az əziyyətə qatlaşsaydılar, çoxları cəhənnəm əvəzinə cənnətə düşə bilərdi. Ben Conson Qırmızı avtobusun qapısı açıldı və bir anda dayanacaqdakı bütün gözləyənləri, içi O qarışıq uddu. Bu nəhəngin salonu isti idi, Onun donmuş sifətinə və əllərinə hərarət hopdu. Ağzındakı maskanı azacıq aşağı salıb burnunu azadlığa çıxardı. Bir anda sanki hərəkətini sürətləndirən …
“Türk dünyasından Şuşaya-Şuşadan Türk dünyasına” kitabı “Azərkitab”da təqdim olunacaq
Post Views: 30 Türk ölkələrindən Azərbaycana dəvət olunmuş gənc yazarların iştirakı ilə Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən çap olunmuş “Türk dünyasından Şuşaya-Şuşadan Türk dünyasına” kitabının təqdimatı mərasimi “Azərkitab” kitab təbliğatı mərkəzində baş tutacaq və mərasimə qatılan hər bir şəxsə kitab hədiyyə olunacaq. “Ədəbiyyat və incəsənət” bildirir ki, tədbir yanvarın 28-də, saat 15:00-də baş tutacaq. …
Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”ŞƏHİD ANASI”
Post Views: 65 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru (Ad günündə şəhid olmuş milliyətcə tatar olan Adek Sepxanova həsr edirəm) Dünən bir ana gördüm, qəlbi qaynar, od-alov,Sinəsində qarlı qış, kirpiklərində qırov.Dünən bir ana gördüm, …
Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”Düz otuz üç ildi, az deyil, vətən”
Post Views: 34 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru Düz otuz üç ildi, az deyil, vətən.Axır gözlərindən azadlıq yaşı.Səni ürəyimin içinə çəkdimBitdi gözlərimdə şəhidlik daşın. Hər şəhid daşında dil açdı haqqın,Ədalət ummadın heç bir …
Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”Sevda çiçəyi!”
Post Views: 31 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru Gör nə vaxtdı görüşmürük əzizim,Nə var, nə yox, söylə halın necədi?Sənsiz keçən günlərimi sel yuyurMənsiz keçən qeylü-qalın necədi? İncələnib ürəyimin telləri,Həsrətimin ayağı yalın qalıb.Səndə mənim …
Şəfa Vəli: “Ədəbiyyat adamının özünü faş etməsi an məsələsidir”
Post Views: 45 Müsahibimiz gənc yazar, Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının üzvü, Prezident təqaüdçüsü Şəfa Vəlidir. – Özünü təqdim edəndə ən birinci cümlə hansı olur? – “Mən Şəfa Vəliyəm”. Və xüsusi qeyd edirəm ki, “Vəli” təxəllüs deyil. Soyadım Vəliyevadır. Ustad dediyim Əkbər Qoşalı DGTYB nəşrlərində “-yeva”ya lüzum görməyəndən sonra yazılarımın sonunda qısaca “Şəfa Vəli” yazmağı …
Xəyalə SEVİL.Yeni şeirlər (2023)
Post Views: 37 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri Hansı ölüm yaxşıdıÖlümlərin içində?Bir dinclik tapmayıbYorulub ölmək?YoxsaOnun gözlərinə, baxışlarınaVurulub ölmək? Ürəyimin içindədi,Əlimin çölündə yoxdu,İlahi, məni başa sal,İlahi, bilim dəə, yoxdu. Ayağımdan çəkildi yol,Yıxıldım ürəyin üstə.Mən onun məhəbbətinəTutuldum, heç nəyin üstə. …
Arzu HÜSEYN.Yeni şeirlər (2023)
Post Views: 41 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri Salam, Ömrüm biz tərəfə qar yağır,Don vurubdu üst qatını dənizin.Adam elə köpək kimi darıxır,Adam elə darıxır ki, əzizim… Baxırsan ki, quş yuvası yiyəsiz,Baxırsan ki, ağacların barı yox.Yaşayırsan “bəlkə”lərsiz, “niyə”siz,Yaşayırsan, yarı varsan, yarı yox. Bürünürsən keçən ilki pencəyə,“Üşüyərsən” – deyənin …
İbrahim SƏFƏRLƏR.”Ad günü” (Hekayə)
Post Views: 51 -Ad gününə anan qurban, ay oğul, bircə sağ-salamat gəlsəydin. Ürəyim yamanca darıxır, heç özümə yer tapa bilmirəm.Sona xala öz-özünə danışırmış kimi həm sevinir, həm də gözləri dolurdu. Gözünün ağı-qarası Nurlanın ad günü idi. Hələ ötən 25 ildə bir dəfə də olsun Nurlana ad günü keçirməmişdi. Nurlanın bir yaşı yox idi ki, atası …
Xalq şairi Mirvarid DİLBAZİ.”Ana”
Post Views: 78 Əziz ana, can anam,Mənim mehriban anam.Arzum budur hər səhərSəndən əvvəl oyanam. Gecələr oyaq anamÖmrümə dayaq anam.İstərəm tez böyüyüb,Qulluğunda dayanam.
Xalq şairi Hüseyn ARİF.”Analar”
Post Views: 117 Elə ki, balalar gəlir dünyaya,O gündən hey ölçüb, biçir analar.Mahnı da oxuyur, şeir də deyirBəstəkar analar, şair analar. Dözür hər əzaba o bilə-bilə,Yaşayır, sirrini salmadan dilə.Vaxt olur, qaldırıb ağını beləŞərbət əvəzinə içir analar. Unudub illərin yorğunluğunu,Həyatda dincliyi, evdə yuxunu,Sevincin azını, qəmin çoxunu,Yükün ağırını seçir analar. Alnında zamanın açdığı qırış,Başına qar tökür, qar …
Xalq şairi Səməd VURĞUN.”Ana”
Post Views: 50 Pək cocuğdum, yerə gömdülər səni,Həyata qanadsız atdılar məni.Bax, necə pozulub ömür gülşəni,Həyat sənsiz mənə zindandır, ana! Qoynunda bəslənir gözəl diləklər,Layiqdir səcdəyə sənə mələklər,Nerdəsən, gözlərim həp səni bəklər,Bax evladın nasıl giryandır, ana! Sən bir günəş idin, doğdum da, batdın,Yazıq evladını qəmlərə atdın.Bir cavab ver, hanki murada çatdınTorpaqlarda neçə zamandır, ana! Bir ah çəksəm …
Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Anamı yuxuda görmüşəm dünən”
Post Views: 170 Anamı yuxuda görmüşəm dünən,Yuxuda bir ömür sürmüşəm dünənAnam evimizə dönmək istəyir,Görünmək istəyir, görmək istəyir,İpək kəlağayı salıb başınaQayıdıb gəlinlik, qızlıq yaşınaBəzənib elə bil, o, toya gəlibMənim ad günümdə Poyluya gəlib. Analar unutmur balalarını,Tanrım, anaların dualarını,Bizim üstümüzdən əskik eləmə,Qadın kəsik olur, kəsik eləmə.Anam gördüyünə məəttəl qalıbNə ocaq yeri var, nə çəpər qalıb,Nə qapı bacadan …
Vyanada Xalq artisti Fərhad Bədəlbəylinin 75 illik yubiley konserti keçirilib
Post Views: 41 Dünyaşöhrətli pianoçu, SSRİ və Azərbaycanın Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru professor Fərhad Bədəlbəylinin 75 illiyi münasibətilə Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində görkəmli musiqiçinin yubiley konserti olub. AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova yubilyarın həyat və yaradıcılığından söz açıb. Qeyd edilib ki, Fərhad Bədəlbəyli Qarabağla sıx …
“İslam incəsənəti” Biennalesində Azərbaycan pavilyonu təqdim olunur
Post Views: 33 Səudiyyə Ərəbistanının Ciddə şəhərində ilk dəfə “İslam incəsənəti” Biennalesinin açılış mərasimi keçirilib. Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, “İslam incəsənəti” Biennalesində Azərbaycan Milli İncəsənət Muzeyinin “İslam incəsənəti” kolleksiyası əsasında Azərbaycan pavilyonu təqdim olunur. Pavilyonda muzeyin kolleksiyasına məxsus Azərbaycanın qədim tarixini və zəngin mədəniyyətini özündə əks etdirən dəyərli eksponatlar – keramika, xalçaçılıq və bədii metal …
Gənc bəstəkarların “Gənclər günü”nə töhfəsi
Post Views: 34 Fevralın 3-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Gənclər günü”nə həsr olunmuş “Gəncliyin səsi” festivalı çərçivəsində gənc bəstəkarların diplom işlərindən ibarət konsert təşkil olunacaq. AZƏRTAC xəbər verir ki, konsertdə dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək. Mənbə: https://azertag.az
“Filumena Marturano” tamaşası yenidən səhnədə
Post Views: 30 Azərbaycan Akademik Milli Dram Teatrında yeni tamaşalardan sayılan “Filumena Marturano” tamaşası növbəti dəfə nümayiş olunacaq. AZƏRTAC xəbər verir ki, tamaşa italyan dramaturqu Eduardo de Filipponun eyniadlı əsəri əsasında hazırlanıb. Yanvarın 26-da göstəriləcək səhnə əsərinin bədii rəhbəri Xalq artisti Azər Paşa Nemətov, quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, rejissoru Mehman Fətullayevdir. Səhnə əsərinin quruluşçu …
Gənc rəssamların etüdü – “Çiçəklər”
Post Views: 37 Fevralın 1-də Xətai Sənət Mərkəzində “Çiçəklər” adlı etüd keçiriləcək. Bu tədbirdə 15-29 yaşarası rəssamlar iştirak edə bilərlər. Bu barədə AZƏRTAC-a Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov məlumat verib. “Sözügedən etüd Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunacaq. …
Ölkəmizin turizm potensialı 5 ay ərzində 10 beynəlxalq sərgidə tanıdılacaq
Post Views: 41 Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Turizm Bürosu tərəfindən yerli tərəfdaşlarla birgə 2023-cü ilin fevralında Hindistanda “OTM Mumbai” və “SATTE”, Türkiyədə “EMITT”, İsraildə “IMTM” kimi beynəlxalq sərgilərdə Azərbaycanın turizm potensialının təqdimatı planlaşdırılır. Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Dövlət Turizm Agentliyindən bildirilib. Məlumata görə, ölkəmizin turizm imkanları cari ilin martında Almaniyada “ITB …
“Cadenza” orkestrinin növbəti konserti
Post Views: 37 Beynəlxalq Muğam Mərkəzində “Cadenza” orkestrinin (Cadenza Contemporary Orchestra) “B-C-B” adlı konserti olub, həmçinin orkestrin saytının (cadenzaorchestra.com) təqdimatı keçirilib. Muğam Mərkəzindən AZƏRTAC-a bildirilib ki, konsert proqramında alman bəstəkarı J.S.Baxın, XX əsrin ən məşhur Amerika bəstəkarlarından biri J.M.Keycin fortepiano əsərləri səslənib. Orkestrin müşayiəti ilə solistlər Zərif Kərimova, Günel Quliyeva və Zülfiyyə Muxtarova əsrlər boyu insanları …
Madonnaya həsr edilmiş film layihəsi təxirə salınıb
Post Views: 49 Dünyaşöhrətli müğənni Madonnaya həsr olunmuş bioqrafik film layihəsi ləğv edilib. AZƏRTAC kinonews.ru saytına istinadla xəbər verir ki, adı açıqlanmayan film layihəsinin “Universal Pictures” studiyası tərəfindən təxirə salındığı bildirilir. Ekran əsərinin prodüseri Emi Paskal layihənin dayandırıldığını təsdiqləyərək bunun səbəbini Madonnanın dünya turuna çıxması ilə əlaqələndirib: “Filmində Madonna rejissor olmağı planlaşdırmışdı və baş rolu “Ozark” …
Şair Arkadaşlarımın Dikkatine..
Post Views: 38 Liz Yayınları olarak “anne” için yazılmış şiirlerden bir seçki hazırlamak istiyoruz.. Şirlerin başlıkları “Anne…” olmasa da konu anne olsun.Yayınlanmaya değer bulunan ancak çok uzun şiirler kısaltılacaktır. Bu durum sıralı noktalarla belirtilecektir.çok uzun olmayacak şekilde anne şiirlerinizi email ile ( lizyayinlari@gmail.com ) ulaştırırsanız, seçkimizde size de yer vereceğiz.Şiiri yayınlanan şairlere imzalı birer kitap …
Milli Kitabxana “Hüseyn Cavid” adlı biblioqrafiya hazırlayıb
Post Views: 36 Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, filosof-şair, böyük dramaturq Hüseyn Cavid ədəbiyyat tarixində öncül yerlərdən birini tutur. Azərbaycan ədəbiyyatının inkişafında müstəsna xidmətləri olan Hüseyn Cavid sənətdə heç kimə bənzəməyən, orijinal bir yaradıcılıq yolu keçib və özündən sonra ölməz əsərlər qoyub gedən söz ustasıdır. Bütün yaradıcılığı boyu xeyirlə şəri qarşılaşdıran və ümumbəşəri xeyrin qələbəsinə öz …
Hacı Zeynalabdin Tağıyevə həsr olunmuş virtual sərgi
Post Views: 38 Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası Azərbaycan milyonçusu, xeyriyyəçi, ictimai xadim, müsəlman Şərqində ilk qızlar məktəbinin yaradıcısı Hacı Zeynalabdin Tağıyevin 200 illiyi münasibətilə virtual sərgi hazırlayıb. Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə Azərbaycan xalqının inkişafı üçün əlindən gələni əsirgəməyən böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin ictimai, maarifçilik, xeyriyyəçilik fəaliyyəti, inşa etdirdiyi mədəniyyət, elm, təhsil, …
Dövlət Tərcümə Mərkəzi seçim turlarını davam etdirir
Post Views: 28 Azərbaycan Dövlət Tərcümə Mərkəzi – ölkədə peşəkar tərcümə mütəxəssislərinin müəyyən edilməsi istiqamətində ingilis, rus, türk, alman, fransız, ispan, portuqal, italyan, polyak, macar, isveç, niderland, yunan, fin, gürcü, ivrit, ərəb, fars, yapon, çin, hind və digər dillər üzrə keçirdiyi seçim turlarına qeydiyyatı davam etdirir. Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, turlar ictimai-siyasi, elmi-texniki, maliyyə, iqtisadiyyat, …
“Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi hazırlanacaq
Post Views: 35 Milli Məclisdə “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi hazırlanacaq. AZƏRTAC xəbər verir ki, bu məsələ Milli Məclisin mədəniyyət komitəsinin 2023-cü ilin iş planına daxil edilib. İş planına, həmçinin Milli Məclisin komitələrindən daxil olmuş qanun layihələrinin müzakirəsi, onlara rəy və təkliflərin hazırlanması daxil edilib. Mənbə: https://azertag.az
Mir Cəlal adına III hekayə müsabiqəsi hələ də davam edir
Post Views: 61 Xatırladaq ki, “Ədibin Evi” tərəfindən elan edilən digər müsabiqə – Mir Cəlal adına III hekayə müsabiqəsi hələ də davam edir. Həcmi 1500 (min beş yüz) sözdən çox olmamaq şərti ilə Azərbaycan dilində yazılan hekayələr elektron şəkildəedibinevi@gmail.comünvanına 2023-cü il 1 fevral tarixinədək göndərilməlidir. Hekayələrin mövzusu ilə bağlı məhdudiyyət yoxdur. Müsabiqəyə qədər çap olunmuş …
Sona İNTİZAR.”TƏNHA MİSRALAR”
Post Views: 53 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini Qonağam dünyada, gedəcəm bir günƏlimi həyatdan üzəcəm əlbət.Məni ayrılığa eylədi sürgün,Məni qəm oduna atan məhəbbət. Yığdı çiyinimə EŞQ adlı yükü,Daşıdım, daşıdım, gücüm yetmədi.Yoruldum, tükəndi taqətim, çünkiMən getdim, o mənə sarı gəlmədi. Yolunda canımdan keçmədimmi mən?!Niyə bəs ayrılıq yaşatdın mənə?!SƏN adlı kitabı vərəqləyən mənSəni öz …