Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. Əlaqə telefonu: 051 785 44 33, E-poçt: edebiyyat-az.com@mail.ru Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Mədəniyyət

“Türk Dünyası Həftəsi” çərçivəsində Qarabağ Universitetində konfrans keçirilib

Post Views: 141 .Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” çərçivəsində iyulun 2-də Qarabağ Universitetində “Birinci Türkoloji Qurultayın elmi və mədəni mirası” mövzusunda konfrans keçirilib.Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Universitetin rektoru Şahin Bayramov açılış nitqində bildirib ki, Qarabağ Universitetinin əsas hədəflərindən biri Türk dünyasını …

Mədəniyyət

Bakıda Türk Dünyası Milli Kitabxanaları Birliyinin və Birinci Türkoloji Qurultayla bağlı nəşrlərin təqdimatı keçirilib

Post Views: 157 İyulun 2-də Milli Kitabxanada Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” çərçivəsində Türk Dünyası Milli Kitabxanaları Birliyinin, “Birinci Türkoloji Qurultay. Stenoqrafik hesabat” və “Birinci Türkoloji Qurultay. Biblioqrafiya” kitablarının təqdimat mərasimi keçirilib. Əvvəlcə “Ortaq irs, zəngin xəzinə: Milli Kitabxananın qızıl fondundan” başlıqlı geniş kitab sərgisi ilə tanışlıq olub. Dövlət Himni səsləndirilib, …

Mədəniyyət

“Türk Dünyası Həftəsi”nin iştirakçıları Şuşanın tarixi-mədəni irsi ilə tanış olublar

Post Views: 142 Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” çərçivəsində keçirilən “Birinci Türkoloji Qurultay: yüz ilin elmi və mədəni irsi” mövzusunda beynəlxalq konqresin iştirakçıları iyulun 2-də Şuşa şəhəri ilə tanış olublar. Qonaqlar əvvəlcə Şuşa qalasının divarlarını ziyarət ediblər. Burada onlara şəhərin tarixi və qala divarlarının inşası barədə ətraflı məlumat verilib. Bildirilib …

Mədəniyyət

İyunun 29-dan iyulun 3-dək ölkəmizdə Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” keçirilir

Post Views: 161 Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş həftə çərçivəsində keçirilən “Birinci Türkoloji Qurultay: yüz ilin elmi və mədəni irsi” mövzusunda beynəlxalq konqresin iştirakçıları iyulun 1-də Ağdamda “İmarət” Tarix-Memarlıq Muzey Kompleksi ilə tanış olublar. Qonaqlara kompleksin Qarabağ xanlığının tarixindəki rolu, onun qurucusu Pənahəli xanın və xanlıq dövrünün digər görkəmli şəxsiyyətlərinin irsi, eləcə də …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.”ALINIB…”

Post Views: 232 Hər kəs, gələndə hicran,bir cür yola salınıb,Bircə yol alınar can;Mənimki çox alınıb, Artıb qanda şəkərim,Canım olub nökərim,Geri dönən təkərimÇoxdan yola salınıb, Çağladı ömrüm- günüm,Gah döydüm, gah döyüldüm,Arzularda düyünüm“Son zəngimlə” çalınıb, Nurdan düşməz gözlərim,Külə dönməz közlərim,İçimdə sevgilərinÇox tonqalı qalanıb…16,06,2026.

Azərbaycan ədəbiyyatı

Sevda İBRAHİM.Seçmə şeirlər

Post Views: 224 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi CAN AZƏRBAYCAN Qarabağ alındı, gözümüz aydın,Qələbən mübarək, can Azərbaycan!Bütün şəhidlərin ruhu şad oldu,Qələbən mübarək, can Azərbaycan! Var olsun ordumuz, əsgərlərimiz,General, polkovnik – zabitlərimiz.Biz sizə borcluyuq şəhidlərimiz,Qələbən mübarək, can Azərbaycan! Ulu öndərimiz, ruhun şad olsun,Daha gözlərimiz sevincdən dolsun.Düşmənin çöhrəsi kədərdən solsun,Qələbən mübarək, can Azərbaycan! Qızıl hərflərlə …

Publisistika

Həyat ŞƏMİ.”Ürəkdaşı adlı qardaşın kitabı “

Post Views: 182 Tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Fərdi Prezident təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının QARABAĞ Bürosunun Rəhbəri  “Ürək daşı”nı yazdı. Yazdı və göstərdi ki, bu ad ona yaraşır. O, çox insanlara ürək daşı olmağı bacarıb, çoxlarına arxa olub, mənəvi dayaq olub, gücünün çatdığı qədər güvənc yeri olub. Budur Ürəkdaşının bir fərd olaraq …

Azərbaycan ədəbiyyatı

Arzu HÜSEYN.Seçmə şeirlər

Post Views: 192 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri * * * Bir dəmli çay içmədik axşam üstüBir ağac altındaBir süfrə açmadıq ikimizəqarnımızın ac vaxtındaSahil boyu gəzmədik əl ələAtılmadıq dalğaların qucağınaOyanmadıq bərabərzamanın sübh çağında.Öpüşmədik dəli kimi qapının ağzındaKüçənin tinindəÖpüşmədik, bir əlim saçında,bir əlim belindəSiqaretim düşmədi ağzımdan səni görəndəO …

Azərbaycan ədəbiyyatı

Xəyalə SEVİL.Yeni şeirlər (2026)

Post Views: 151 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri. * * * Əcəb yaşanmalı yerdi ürəyi.Ondan başqa kim varsa,Yurd yox, kirayələrdi.O məni xoşbəxt etməyiÇox yaxşı bacarırdı.O bilirdi, nəyim var,Olmayanım nələrdi.Mən bilirdim, yolumuzKəsişib- ayrılacaq.Belə olmayaydı gərək,Belə alındı ancaq.Açdım ürək kimi …

Ana səhifə

“Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği ictimai birliyində yeni layihəyə start verilib

Post Views: 198 “Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği ictimai birliyində yeni layihəyə start verilib. Bu barədə məlumat verən ictimai birliyin sədri, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentiliyinin 2026-cı il üçün kiçik qrant müsabiqəsi çərçivəsində həyata keçiriləcək layihə “Borçalı aşıq mühitini tanıyaq və tanıdaq” adlanır. Layihənin həyata keçirilməsində …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Zəlimxan YAQUB.”Dünya”

Post Views: 164 Vaxtında uzadıb kömək əlini,Vermədin mənimlə əl-ələ, dünya!Nəyimə gərəkdi vaxtı keçəndə,Göydən qızıl yağdır, ləl ələ, dünya! Acı yel üstümdən əsdikcə əsdi,Yağan qar yolumu bağladı, kəsdi.Gəl, məni bu qədər yandırma, bəsdi,Mən ki nə Kərəməm, nə Lələ, dünya! Yolsuz yoxuşlarda yordum dizləri,Ahımla qurutdum göy dənizləri.Qaldı kürəyimdə kəndir izləri,Dərdi dərd üstündən şələlə, dünya! Aşılmaz dağları mən …

Azərbaycan ədəbiyyatı

Şair Məmməd ƏBİLOĞLU

Post Views: 153 Məmmədov Məmməd Əbil oğlu 10 mart 1946-cı ildə Neftçala rayonunun Yuxarı Qaramanlı kəndində anadan olmuşdur. O, 1961-ci ildə Neftçala rayonunun Yuxarı Qaramanlı kənd natamam orta məktəbinin 9-cu sinfini, 1964 cü-cü ildə isə Qədimkənd kənd orta məktəbinin 11-ci sinfini bitirmişdir. 1972-ci ildə N.Tusi adına ADPU-nu bitirib, Azərbaycan dili və ədəbiyyatı müəllimi ixtisasına yiyələnmişdir. …

Azərbaycan ədəbiyyatı

Əli KƏRİM.”QAYIT”.

Post Views: 157 Həsrətin araya atdı dağ, dərə,Sönən işıq oldun, batan səs oldun.Qayıt, mənim gülüm, qayıt bu yerə,Ey mənim istəyim, nə gəlməz oldun?! Ümidlər, arzular pərən-pərəndir,Qəlbə təsəllidir xatirələrim.Bir halımı soruş, könlümü dindir,Axşamlar yadıma düşür səhərim. Qayıt, mənim gülüm, yerbəyer elə,Dərdli səhərləri, gecələri sən.Çaşıb başqa yolla keçirəm elə,Düz öz qaydasınca küçələri sən. Qayıt, yerinə qoy Ayı, …

Mədəniyyət

Xalq şairi Nəriman Həsənzadənin son durumu

Post Views: 127 Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti ağır-stabil olaraq qalır. Bu barədə Azərbaycanın Respublikasının Əməkdar incəsənət xadimi, Xalq şairi Nəriman Həsənzadənin köməkçisi Arif Mehmandost deyib. O bildirib ki, şairin müalicəsi davam etdirilir, onun huşu özündə deyil: “İyunun 12-də Nəriman Həsənzadə xəstəxanaya yerləşdirilib. Son 5 gündə vəziyyəti lap pisləşdi. Bu müddət ərzində huşu özündə olmadı, …

Mədəniyyət

Xalq şairi Süleyman Rüstəmin oğlu vəfat etdi

Post Views: 163 Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın müşaviri Rauf Aslanov məlumat verib. O qeyd edib ki, 80 yaşlı Azad Rüstəmzadə bu gün dəfn edilib.Qeyd edək ki, Azad Rüstəmzadə xalq şairi Süleyman Rüstəmin yeganə övladı idi. O, 1946-cı ildə anadan olub. 1968-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib. Ərəb ədəbiyyatı üzrə …

Mədəniyyət

Bu gün Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin doğum günüdür

Post Views: 164 Bu gün Azərbaycan milli mətbuatının banisi, görkəmli maarifçi Həsən bəy Zərdabinin doğum günüdür. AZƏRTAC xəbər verir ki, anadan olmasından 189 il ötsə də, müsəlman Şərqində ilk xeyriyyəçilik hərəkatının, milli teatrımızın və milli mətbuatımızın banisi, ilk təbiətşünas, təkamülçü alimi Həsən bəy Zərdabi böyük hörmət və ehtiramla anılır. O, 1837-ci il iyunun 28-də Göyçay qəzasının …

Mədəniyyət

Almaniyada azərbaycanlı gənc yazarın ilk kitabı təqdim olunub

Post Views: 193 Almaniyanın Hannover şəhərində yaşayan azərbaycanlı gənc yazar Zeynəb Mustafayevanın ilk əsəri olan “Fəda və Vida” kitabının təqdimatı keçirilib. AZƏRTAC xəbər verir ki, Hannoverdəki “Bismarck-Gymnasium” məktəbinin məzunu, müxtəlif müsabiqələrin qalibi olan 20 yaşlı Zeynəb Mustafayeva yaradıcılığı ilə Azərbaycan mədəniyyətinin Almaniyada tanıdılmasına öz töhfəsini verir. Gənc yazarın həyat və yaradıcılıq yolu əzm və iradənin parlaq …

Publisistika

Şəhriyar BALABƏYOV.”Nizami yaradıcılığının ümumbəşəri dəyəri”

Post Views: 419 Nizaminin təsiri ilə ilk “Xəmsə” yaradan hind şairi Əmir Xosrov Dəhləvi onu özünə ustad sayaraq yazırdı: Nizami hər sözü demiş birinci,Qoymamış cilasız qalsın bir inci. Məhəmməd Füzuli isə Nizamidən sonra “Leyli və Məcnun” mövzusunda əsər yazmağın çətinliyindən bəhs etmişdir. Böyük özbək şairi Əlişir Nəvai “Fərhad və Şirin” dastanında Nizaminin söz sənətindəki böyüklüyünü …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.”TƏKCƏ İNSAN DEYİL-DAĞLAR DA ÖLÜR…”

Post Views: 223 Tükənmir, azalmır gücü Dünyanın-Qara, qırmızıdı, yaşıldı, göydü,İnsanlar üyüdən bu dəyirmanınAlt daşı Torpaqdı, üst daşı Göydü, Asüdə ulduzla uzaq havada,Nə bəla tanıyar, nədə bir qada,Hara yayınsa da, hara qaçsa daƏbədi, ayrılmaz yoldaşı göydü, Bulud suya dönür, yağır, tökülür,Ələnən qaynayır, donur, bükülür,Təkcə insan deyil- dağlar da ölür,Keçinən dağların Başdaşı Göydü…

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.”XARAB OLUB…”

Post Views: 227 Alov oynatmır qurunu-Qar, yağışdan xarab olub,Sellər aparıb nurunu-Gözlər yaşdan xarab olub, İç-içə “xeyir-şərimiz”,Dərdıərimiz, kədərimiz,Gülüm, xeyli işlərimizHansı başdan xarab olub? Yaz güllərin vurdu dolu,Bükülmür Fələyin qolu,Açılmır yaylaqlar yolu-Ötən qışdan xarab olub, Çörəyim çıxmaqda daşdan,Keçməkdəyəm bərkdən-boşdan,Səda gəlmir; ömrüm-günümQəlbi daşdan xarabolub..

Azərbaycan ədəbiyyatı

Elnur Uğur ABDİYEV.”Daş qəlbli adamlar quru hönkürər”

Post Views: 156 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Beynəlxalq R.RZA diplomu mükafatçısı. Daş qəlbli adamlar quru hönkürər,Hər gözdən axan su yaş ola bilməz.İlğım sular nə çox, ya göz aldanır,Ya yol səbəbi var, boş ola bilməz. Dünyada xoş iyli ətirlərin də,Biri ola bilməz çiçək yerində.Çox da var qanadı böcəklərin də,Ha uçsun səmaya quş …

Azərbaycan ədəbiyyatı

Elnur Uğur ABDİYEV.”Taleyimlə qoyun qalım baş-başa

Post Views: 342 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Beynəlxalq R.RZA diplomu mükafatçısı. Taleyimlə qoyun qalım baş-başa,Duman-duman ,ey kölgələr çəkilin.Pərdə endi, qurtardı e tamaşa,Quşu uçdu Əkilgilə Bəkilin. Sonun gördüm ilk çağında sevdamın,Düyün düşdüm qəlb bağında sevdamın.Bir qız öldü qucağında sevdamın,Böyümədi,çıxarmadı kəkilin. Qismət deyən nəsə azır alında,Döyhadöydü kim nə yazır alında?Şəkil vardı çoxdan hazır …

Azərbaycan ədəbiyyatı

Abdulla MƏMMƏD.”YOL ARAMA YOXLUĞUMDA”

Post Views: 170 Daş atıb sakit gölümə,Gəl hürkütmə xatirəmi.Guya acıyıb külümə,Oyatma mürgülü qəmi. Əvvəlki kimi can alanSözün qəlbimi oxşamır.Gözüm önündə canlananƏksin də sənə oxşamır. Kürəyini söykədiyinYad sinəsi dərdə əziz.Gözündə gül açan səyinSon sözünün məğzi qəliz. Boşalıb sevda yuvası,Hissi didərgin bülbülün.Sovurur həsrət havası,Gözə üfürdüyün külü. Daş atma qədər daşına,Daş könlünün dayəsidir.Məni qəlbinə daşıma,Hər kəlməm qəm qayəsidir. …

Azərbaycan ədəbiyyatı

Abdulla MƏMMƏD.”YEDİRMƏ ÜRƏYİ ŞEİRLƏRİNƏ”

Post Views: 176 (ürək dostum şair Adil Mirseyidə.) Ayağın altında Vətən yanğısı,Başının üstündə zaman-hörümcək.Köksünün altında qürbət ağrısı,Gözünün içində qərib bir istək. Yığmısan gözünə bəyaz yolları,Gəzib-aradığın bəşər oğlu yox.Özündən qabağa qaçan yollarınÜzünə açılan çıxış yolu yox. Bu qərıb yollarda hər günün qəılb,Sabahın hər gecə dərdə satılır.Sözü qəribliyə salana-qəribGözündə həsrətdən ocaq çatılır. Sözünü salsalar ayaq altına,Tanrı dərgahından …

Publisistika

Şairə publisist Nəcibə İLKİN.”Təhsili bahalaşdırmaq yox, gücləndirmək lazımdır!”

Post Views: 167 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru Hörmətli təhsil naziri Emin Əmrullayev! UNUTMAYIN! Təhsilə qənaət edən dövlət gələcəyini itirir. Təhsil xərc deyil, gələcəyə sərmayədir əslində. Son illərdə təhsil sahəsində yaşanan problemlər cəmiyyətdə …

Azərbaycan ədəbiyyatı

Şair-ədəbiyyatşünas Rafiq YUSİFOĞLU.”MƏNİ ŞAİR EDƏN BU DAĞLAR İMİŞ”

Post Views: 210 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət içisi, görkəmli şair, ədəbiyyatşünas Məni silkələyir gizli bir təkan,Bura arzuların yaylağı imiş.Çardaxlı – Çənlibel, bu ulu məkanBir vaxt dəlilərin oylağı imiş… Hamısı başımda hələ cəm deyil,Acı xatirələr qəm bulağıymış…Bəlkə Korğlunun bir vaxt çimdiyiMənim su içdiyim Cam bulağıymış? Qorxum yox gecənin sərt ayazındanBu dağlar qəlbimdə …

Azərbaycan ədəbiyyatı

Məmməd ƏBİLOĞLU.Seçmə şeirlər

Post Views: 169 ƏMİM DAVAYA GETDİ Hərbin od yağışlarıYandıranda günahsızÇiçəkləri, daşları.Təəccüblü, qorxulu,Məğrur , sərt baxışları.O da vətən yolundaSinəsin sipər etdi ,Əmim davaya getdi. Söylədi : “Mən düşməniQoymaram ki, tapdasınYurdumu bir qarış da”Onunçün də vuruşdaAxıtdı öz qanını,Ürəyini, canınıVətənə qurban etdi,Əmim davaya getdi. Əmimin oğlu qaldıGedəndə o, davaya .Doğma elə , obayaDeyərdi şən nəğməni.Ah, bu uşaq qəlbini” …

Mədəniyyət

Şair Nurafiz Hüseynovun “Sözlə səs arası” adlı yeni şeirlər kitabı nəşrə hazırlanır

Post Views: 141 “Qanun” nəşriyyatı tərəfindən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, şair Nurafiz Hüseynovun “Sözlə səs arası” adlı yeni şeirlər kitabı nəşrə hazırlanır. Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi.

Azərbaycan ədəbiyyatı

Fərqanə SƏFƏRLİ.”İldə neçə min kərə”

Post Views: 168 Azərbaycan Yazıçılar Birliyinin üzvü. İldə neçə min kərəKeçmişəm küçəmizdən,Tutmuşam bərəmizdən;Dikdaban ayaqqabımYerə yıxanda məni… Torpağın sərin qatı,Necə sehrli edibBüst adlı bir palçığı,Üst qatda gil çatlağı?!Mənimsə bu gizlindənHeç xəbərim olmayıb. Neçə siçan qalxmayıb,Yeraltı yuvasına?Neçə asfalt üstünəŞər, ölüm ləkə salıb?! Bu küçə qan yuvası,Tərləyib sinəsi də.Burda dilənçi qarıXatirə danışmağa-İtiləyib yaddaşın ,Zilləyib neçəsinə.Bu küçədə söz uzun, …

Publisistika

Həyat ŞƏMİ.”Bayıldan bayıra”

Post Views: 156 Tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Fərdi Prezident təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının QARABAĞ Bürosunun Rəhbəri  O, bir müddət həbsdə yatdı. Amma yatmadı… Adı gələndə hər kəsdə dəhşət yaradan məkan – içəri ona çox şey yazdırdı. İçəridə nə yaşadı, nələr gördüsə hamısını qələmə aldı. Bir sözlə, orda da mütaliəsindən, yazmasından, qələmindən, …

Azərbaycan ədəbiyyatı

Arzu HÜSEYN.”Keçər ömrümüzdən illər, fəsillər”

Post Views: 206 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri Keçər ömrümüzdən illər, fəsillər,Dəyişər tanış da, dost da dəyişər.Bütün ümidlərdən ümid kəsilər,Yadına o qərib arzular düşər. Deyərsən dönəydim o günə yenə,Sözünü sovurar küləklər səhər.Kim bilir, bəlkə də, sənin yerinəAğlayar buludlar, darıxar şəhər…

Azərbaycan ədəbiyyatı

Xəyalə SEVİL.”Tanımırdım göz yaşını onda heç”

Post Views: 177 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri. Tanımırdım göz yaşını onda heç,Ürəyim də, gözlərim də sağıydı.Bütün dünya bələnmişdi ətirə,Bütün günlər ağ buluddan ağıydı.Qəfil bir gün sevdi, atdı, unutdu,İlahi, o necə unutmağıydı?İlahi, sən axı, bilirdin axıBu eşqin axırı …

Publisistika

Könül NURİYEVA.”Ədəbiyyatda daxili maneələr”

Post Views: 158 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının CƏNUB Bürosunun Rəhbəri Ədəbiyyatın sonunun süni intellektlər tərəfindən gətiriləcəyi barədə müzakirələr aparanda, bir çoxları “canıyanan” obrazına girərək hay-küy salırlar. Lakin əksəriyyəti anlamır ki, ədəbi inkişafa əsas maneə elə onların özləridir. Sual edə bilərsiniz: necə? 1. İllərlə fəaliyyət göstərib “ədəbiyyatşünas” adını qazananların mənasız statuslar yazması. Kiminsə bir statusun …

Publisistika

Könül NURİYEVA.”Eybəcər olmaqdansa, ölsək yaxşıdır”

Post Views: 178 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının CƏNUB Bürosunun Rəhbəri “Bir ürək həm məhəbbət, həm də nifrət yuvası ola bilməz; insanda ürək bir dənədir. Mən hər zaman öz ürəyimi necə xilas edəcəyimi düşünmüşəm.Bir də ki, yaddan çıxarma: quşlar müharibəni tez unudurlar.” “Müharibə qadın simalı deyil” kitabının son səhifəsində yazmışam ki, hələ heç bir kitab …

Mədəniyyət

“Unudulmayanlar” layihəsi çərçivəsində xatirə gecəsi – Məmmədağa Murad

Post Views: 154 Beynəlxalq Muğam Mərkəzində “Unudulmayanlar” layihəsi çərçivəsində Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndələrindən biri, Əməkdar artist, mahir tarzən Məmmədağa Muradovun 105 illiyinə həsr olunan gecə təşkil edilib. AZƏRTAC xəbər verir ki, xatirə gecəsində çıxış edən Xalq artisti, tarzən Vamiq Məmmədəliyev və Əməkdar incəsənət xadimi İntiqam Qasımzadə sənətkarın yaradıcılıq yolundan, Azərbaycan musiqi mədəniyyətində əvəzsiz xidmətlərindən və …

Mədəniyyət

Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından seçmələr – Budapeştdə sərgi

Post Views: 176 İyunun 26-da Budapeştdə fəaliyyət göstərən Etnoqrafiya Muzeyində “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, sərgi Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycanın Macarıstandakı səfirliyi, Etnoqrafiya Muzeyi, Azərbaycan Milli Xalça Muzeyi, qlobal .ART domen reyestri tərəfindən təşkil olunub. Tədbirdə Etnoqrafiya Muzeyinin direktor müavini Dr Gábor Vere, …

Ana səhifə

Könül NURİYEVA.”Eskar Tolle “İndinin Gücü”

Post Views: 149 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının CƏNUB Bürosunun Rəhbəri Düşüncələrin buxovundan azad olmaq.Həyatı ən çox sevənlər, ondan könüllü ayrılanlardır. Bəs niyə ayrılıq, kədər, mənfi düşüncə, inciklik və həyatdan zövq ala bilməmək kimi hallar bizi tərk etmir?Əslində, bütün bu “niyə”lərin olduqca sadə həlli var. Südə düşmüş iki qurbağa misalını xatırlayın: biri çabaladığı üçün yağın …

Mədəniyyət

Lütviyyə Əsgərzadənin “Cəlal Bərgüşad” kitabının təqdimatı

Post Views: 297 Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Erkən realizm və yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Lütviyyə Əsgərzadənin “Cəlal Bərgüşad” kitabının Sumqayıtda yerləşən Əli Kərim adına Poeziya evində təqdimatı baş tutub. Tədbir “Mədəniyyət” telekanalının direktor müavini sənətşünaslıq üzrə fəlsəfə doktoru Bəhruz Niftəliyevin moderatorluğu ilə keçirilib. …

Publisistika

Ordunun gücü təkcə silahla ölçülmür – Ana dili niyə həlledici amildir?

Post Views: 179 Müasir dövrdə ordunun gücü yalnız texniki imkanlar, silah arsenalı və taktiki hazırlıqla ölçülmür. Ordunun mənəvi dayaqları, ideoloji bütövlüyü və milli özünüdərk səviyyəsi də onun döyüş qabiliyyətini müəyyən edən əsas amillərdəndir. Bu baxımdan ana dilinin hərbi mühitdə düzgün tətbiqi təkcə kommunikativ vasitə kimi deyil, həm də milli ruhun, tarixi yaddaşın və mənəvi birliyin …

Ana səhifə

Tədqiqatçı Yeganə Xanlarovanın “Fikrət Sadığın poetik üslubu” adlı yeni kitabının təqdimat mərasimi keçiriləcək

Post Views: 175 Zərif Kölgələr Yaradıcılıq Klubu Sizi 6 iyul 2026-cı il tarixində saat 12:00-da Səbail Rayon Mərkəzi Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında filologiya üzrə fəlsəfə doktoru, tədqiqatçı Yeganə Xanlarovanın “Fikrət Sadığın poetik üslubu” adlı yeni kitabının təqdimat mərasiminə dəvət edir. Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi.

Ana səhifə

AMEA-nın Rəyasət Heyətinin genişləndirilmiş iclası keçirilib

Post Views: 229 Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin genişləndirilmiş iclası keçirilib. XQ xəbər verir ki, tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, eləcə də AMEA-nın Rəyasət Heyəti aparatının şöbə müdirləri, elmi müəssisə və təşkilatların direktorları və AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşları iştirak ediblər. İclasda müzakirə edilən ilk məsələ Azərbaycan Respublikası …

Publisistika

Könül NURİYEVA.”Sözsüz ki, qəlbim Hüseyn sevdasıyla doludur”

Post Views: 160 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının CƏNUB Bürosunun Rəhbəri “Gözü yaşlıların halın nə bilsin mərdümi-qafil,Kəvakib seyrini şəb ta səhər bidar olandan sor”.Məhəmməd Füzuli. Sözsüz ki, qəlbim Hüseyn sevdasıyla doludur. Bəlkə də buna səbəb ilk dəfə anamın mənə bu barədə danışmasıdır; bəlkə uşaqlığımın xatirələri, bəlkə də hər dəfə su içəndə onun yadıma düşməsidir… Gecənin …

Azərbaycan ədəbiyyatı

Həyat ŞƏMİ.”Adını sən qoy…”

Post Views: 154 Tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Fərdi Prezident təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının QARABAĞ Bürosunun Rəhbəri  Ozan çalsın havamızı,adını sən qoy…Uçurduğun yuvamızınadını sən qoy… Hər gün bir az darıxmağın,durub özümdən çıxmağın,gözdən ürəyə axmağınadını sən qoy. Baxır hey arxanca gözüm,gözümdə mirvari düzüm,doğulmayan körpəmizinadını sən qoy. Bu qədərmiş… bitdi oyun,boğazımda sevgim düyün…ürəyinə öz …

Azərbaycan ədəbiyyatı

Arzu HÜSEYN.”Necə oldu, yollar səni yormadı?”

Post Views: 215 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri Necə oldu, yollar səni yormadı?Gecə oldu, ulduz aya qovuşdu.Taleyimə yazdım səni, olmadı,Uşaq kimi olmazlara alışdıq. Xəzan oldu hələ dünən gül açanHədər oldu neçə-neçə fəsillərDirənmədik bu sevgidə sonacan,Aramızda soyuq yellər əsirlər. Bu nə gücdür dalğaları oyadan?Dəyişibdir çalarları rənglərin.Birdəfəlik çıx ömrümdən, …

Azərbaycan ədəbiyyatı

Xəyalə SEVİL.”Bu uzun gecənin qaranlığında”

Post Views: 137 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri. Bu uzun gecənin qaranlığındaCanıma vəlvələ düşüb.Bir kəndir özünü asıb tavandan,Məndən əvvələ düşüb.Gecədən bir az keçir,Saat səhərə yaxın.Nə intihar vaxtıdı…Ruhum üzü göylərədi,Ölümün nübar vaxtıdı.Yoxdu burdan o tərəfi,Nə günəş, nə də ki, …

Publisistika

Yazıçı Mirhicab Abdullayevin “Əks qütblərin dostluğu” eyni adlı romanı haqqında risenziya

Post Views: 169 İnsan gülüşlə göz yaşları arasında dolaşan bir varlıqdır. Hz. Mövlana yazırdı ki, “Ey insan ən böyük kitab sənsən, sən bütün dünya gözəlliklərinə bir aynasan”. Bəli, həyatın gözəllikləri insanın dünyaya baxışlarında, düşüncələrində cəmləşib. Yazıçı Mirhicab Abdullayevin “Əks qütblərin dostluğu” əsəri məni özünə cəlb etdi. İlk baxışdan sadə bir qarşıdurma üzərində qurulmuş kimi görünür: …

Mədəniyyət

Şəfəq NASİRİ doğum günü münasibətilə təbrik edirik! (25 İyun)

Post Views: 166 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının rəsmi elektron orqanı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının rəhbərliyi və kollektivi Sizi Şəfəq NASİRİ-Filologiya üzrə fəlsəfə doktoru, “Həsən bəy Zərdabi” və Rəsul Rza beynəlxalq mükafatları laureatı, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsünü doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxt həyat, pedaqoji fəaliyyətinizdə yeni-yeni …

Publisistika

Şairə publisist Nəcibə İLKİN.”İlğımdan həqiqətə:  Sevgi, günah və vicdanın romanı, yaxud Səssizliyin içindən boylanan həqiqət”

Post Views: 244 Yazıçı Nəzakət Cavadzadənin “13-cü kottecin sirri” eyniadlı əsəri haqqında resenziya    Nəzakət Cavadzadə ilk olaraq ədəbiyyata “London saatı” adlı bədii əsəri ilə gəldi. O kitabın redaktoru və ön söz müəllifi idim. Əsər o qədər güclü təsirə malik idi ki, hələ də onun təsiindən çıxa bilməmişəm və elə bir ikinci əsərə də rast …

Ana səhifə

Azərbaycan Yazıçılar Birliyinə qəbul müvəqqəti dayandırıldı

Post Views: 149 “Azərbaycan Yazıçılar Birliyi (AYB) 2027-ci ilə qədər quruma üzv olmaq üçün edilən müraciətlərə baxılmayacaq”. Bu barədə “Qaynarinfo”ya AYB-nin əməkdaşı Xəyal Rza məlumat verib. Onun sözlərinə görə, bu qərar birliyin qəbul komissiyası tərəfindən verilib. “5 il ərzində üzvlük haqqını ödəməyən şair və yazıçıların Yazıçılar Birliyindən xaric edilməsi ilə bağlı qərardan sonra üzvlük haqlarının …

"Yeni nəşrlər"

Multikultural dəyərlər haqqında araşdırma

Post Views: 151 Azərbaycan Yazıçılar Birliyində “Zərif qadınlar” Ədəbi Məclisinin sədri Xatirə Fərəclinin Azərbaycan və ingilis dillərində nəşr olunan “Multikulturalizm: nəzəriyyə, beynəlxalq təcrübə, Azərbaycan modeli” kitabı işıq üzü görüb. Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə çap edilmiş kitabda multikulturalizmin nəzəri əsasları, müxtəlif ölkələrin bu sahədəki təcrübələri, eləcə də Azərbaycanın dünyaya nümunə göstərilən multikultural dəyərlər sistemi geniş …

Ana səhifə

Nargis İSMAYILOVA.””Gəlsən gələrdin… “

Post Views: 167 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının NAXÇIVAN MUXTAR RESPUBLİKASI Bürosunun Rəhbəri. Nargis, “Ədəbiyyat və incəsənət” -Fa’nın insanlaşması məni niyə qorxudurdu? Bir dəfə yenə kitabxanalara sığındığım günlərdə əlimə keçən köhnə əlyazmada insanın insana duya biləcəyi eşq qavramı ilə tanış oldum. Hələ də  məni özümə gətirə bilməyən bu  eşq qavramını yaşayanlar neçə dəfə ölürlərmiş ilahi? İnsan insanı …

Ana səhifə

Heydər Əliyev pambıqçılardan soruşur, nə istəyiniz var, onlar deyirlər, “İtkin gəlin” kitabı 

Post Views: 134 Ədalət Rəsulova,  AMEA Ədəbiyyat İnstitutunun XX-ƏSR şöbəinin əməkdaşı  “Ədəbiyyat və incəsənət” Tələbəlik ömrümüz başlayırdı. Xoş xəyallarla, qanadlı arzularla açmışdın o səhəri! Azərbaycanın müxtəlif  yerlərindən gələn uşaqlar ilk dərsin başlanmasını gözləyirdi. Hamı bir-birinə yad nəzərlərlə baxırdı. Doğma kəndindən ayrıldığım, ilk dəfə şəhərə gəldiyim üçün qərib bir adam kimi sıxılsam da, qəlbim böyük arzularla qanadlanırdı. …

Ana səhifə

Adilə NƏZƏR.Yeni şeirlər (2026)

Post Views: 190 Filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Kitab Evi” İctimai Birliyinin sədri, şairə-publsist SƏNİN PƏNCƏRƏNDƏ MƏNİM ÜMİDİM Nə köks ötürürəm, nə ah çəkirəm,Sönür adımıza yandırdığım şam.Sənin pəncərəndə mənim ümidimEdam kürsüsünə çıxır hər axşam. Bilmirəm nə işdi, daşdan fərqi yox,Qaynar gözlərinin qışdan fərqi yox,Qəlbimin bir bala quşdan fərqi yox,Əcəl təri tökür hər …

Ana səhifə

MƏHƏRRƏM QASIMLININ KİTABLARI NAXÇIVANDA TƏQDİM OLUNUB

Post Views: 176 Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə keçirilən  III “Qərbi Azərbaycana qayıdış” konqres-festivalında Azərbaycan Aşıqlar Birliyi də layiqincə təmsil olunub. Tədbir çərçivəsində Azərbaycan Aşıqlar Birliyinin sədri, Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının  …

Azərbaycan ədəbiyyatı

ŞEİR SAATI Rəsmiyyə Sabirin şeirləri ilə

Post Views: 166 “Ədəbiyyat və incəsənət” portalının Şeir saatı rubrikasında bu gün sizlərə Rəsmiyyə Sabirin şeirləri təqdim edilir. BU MƏHƏBBƏT İçindən yıxılır adam(Ramiz Rövşən) Bu məhəbbət bir az göydən,Bir az da yerdən sıxılır.Dünya ruhumuz boydadır,Fərq etməz hardan baxılır. Sən getdin, yox oldu izin,Mən süründüm dizin-dizin,Baxmadığımız dənizinSuyu gözümə yığılır. Yoxdur səndən xəbər-ətər,Həsrətin hər vaxt təzə-tər,Üst-üstə toplanan dərdlərHamısı …

Azərbaycan ədəbiyyatı

Şeir saatı İltimas Səmiminin şeirləri ilə 

Post Views: 177 “Ədəbiyyat və incəsənət” portalının Şeir saatı rubrikasında bu gün sizlərə İltimas Səmiminin şeirləri təqdim edilir. İltimas SƏMİMİ YOX OLAR Səni xatırlayanlardanBiri beləKövrəlmədi. Yoxluğuna nə göy qaraldı,Nə yer üşüdü.Sənsizlik belə başladı,Belə də ötəcək…Doğmaların yaddaşındaYaxasını cıran acı xatirələrinKöz-köz sönər.Əlləri qoynundaXəyallara qərq olmuşNeçə sözPayız yarpağı kimi soldu.YoxluğunaNə zaman dayanar,Nə də göy üzündə günəşYox olar. OYANA …

Azərbaycan ədəbiyyatı

Hekayə saatı Coşqun Xəliloğlunun “Sükan arxasında” hekayəsi ilə

Post Views: 209 “Ədəbiyyat və incəsənət” portalının “Hekayə saatı” rubrikasında bu gün sizlərə Azərbaycan Yazıçlar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Sükan arxasında” adlı qısa hekayəsi təqdim edilir. COŞQUN XƏLİLOĞLU  SÜKAN ARXASINDA QISA HEKAYƏ Ceyhun babanın altmış beş illik ömründə heç vaxt  maşını olmamışdı. Gəncliyində kasıbçılıq, sonralar isə ailə qayğıları ona bu barədə düşünməyə belə imkan verməmişdi. Düzdür, …

Mədəniyyət

23 İyun-Xalq şairi Nigar Rəfibəylinin doğum günüdür

Post Views: 171 Nigar Xudadat qızı Rəfibəyli (23 iyun 1913, Yelizavetpol – 9 iyul 1981, Bakı) — azərbaycanlı şair, tərcüməçi, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR xalq şairəsi (1981), Azərbaycan SSR əməkdar mədəniyyət işçisi (1967). Həyatı Nigar Rəfibəyli 1913-cü il iyunun 23-də Gəncə şəhərində anadan olmuşdur. Bakı Pedaqoji Texnikumunu bitirmişdir (1930). Moskvada Pedaqoji İnstitutda təhsilini davam etdirmişdir (1932–1936). Bakı kinostudiyasında ssenari şöbəsində, eyni zamanda fəhlə-gənclər məktəbində (1930–1932), “Azərnəşr”də bədii-ədəbiyyat şöbəsində tərcüməçi və redaktor (1931)[1], …

"Yeni nəşrlər"

Sarı Aşığın “Gül dəftəri” kitabı dördüncü dəfə nəşr olunub

Post Views: 160 Şair-publisist, araşdırmaçı İlham Qəhrəmanın tərtib etdiyi Sarı Aşığın “Gül dəftəri” kitabı dördüncü dəfə nəşr olunub. Yeni çap bundan əvvəlki üçüncü nəşrin təkrarıdır. Tərtibçinin AZƏRTAC-a verdiyi məlumata görə, AMEA Folklor İnstitutu Elmi şurasının qərarı ilə işıq üzü görən təkmilləşdirilmiş nəşrdə Sarı Aşığa məxsus müxtəlif mənbələrdən götürülmüş bayatılar, qoşmalar, təcnislər, bayatı-tapmacalar və bağlamalar yer alıb. …