Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. E-mail: edebiyyat-az.com@mail.ru, Əlaqə telefonu: 051 795 44 33 Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 1 - 10 of 10 NƏTİCƏLƏR
Azərbaycan ədəbiyyatı

İbrahim İLYASLI.Yeni şeirlər

Post Views: 31 QÖNÇƏDƏ SOLAN ÇIÇƏK Günaydın, ömrüm-günüm, Qönçədə solan çiçək! Baxtına yağan yağış Gözünə dolan çiçək. Arı qonmaz ətrinə, Xar susamaz çətrinə. Xətirsizlər xətrinə Taleyi talan çiçək. Ağca günüm keçilib, Ağ kəfənin biçilib. Sonalanıb, seçilib Mənimki olan çiçək. FƏLƏK Mənə sirr verdiyin yerdə Dilin lal olaydı, fələk. Qara-qançır ağ yuxular Qara bağrım oydu, fələk. …

Azərbaycan ədəbiyyatı

İbrahim İLYASLI.Yeni şeirlər

Post Views: 37 VAXTIDI Könül, bir azca toxtaq ol, Yağının şölən vaxtıdı. Dizini bərkit, qəmlərin Qoşunnan gələn vaxtıdı. Üsyan deyir için-çölün: Yetər, qafil!–Görün, görün! Ürəyində açan gülün Köksünü dələn vaxtıdı. Dərya boyuncadı, batma Gördüyün yuxudu, qatma. Qayğına bələnib yatma, «Qanına bələn!» – vaxtıdı. BU DIVARIN O ÜZÜNDƏ Bu divarın o üzündə, Bir nazlı mələk uyuyub. …

Azərbaycan ədəbiyyatı

Hikmət MƏLİKZADƏ.Yeni şeirlər

Post Views: 48 *** Mən gülüm, sən ağla, vüsala dözək, Görək, kim bu eşqin damına çıxır. Yalqız pərvanələr ünvan tanımaz, Onlar hər adamın şamına çıxır. Daha çarx fırlanıb, geriyə az bax, Orda yad baxışlar çapar atını. Quzum, qarşı yolda qurd ləpiri var, Duman çoxalmamış apar atını. Axsaq xəyalların çatı böyüyüb, Kölgəmdən kənar dur, naz vaxtı …

Azərbaycan ədəbiyyatı

Hikmət MƏLİKZADƏ.Yeni şeirlər

Post Views: 36 *** Hamı bənzərindir deyirsən, Tanrı, Nədən bu adamlar Sənə oxşamır? Çək məni bu cırıq kağıza, göstər, Nə qədər çəkirlər, mənə oxşamır. Ruhum mən uşaqkən acından ölüb, Onunçün heç kimə ərk eləmirəm. Elə bil yarımçıq bir cümləsən, qız, Yüz yol oxuyuram, dərk eləmirəm. Niyə titrəyirsən, çənəmi bağla, Görmürsən ölmüşəm, su at üstümə. Axıt …

Azərbaycan ədəbiyyatı

Hikmət MƏLİKZADƏ.Yeni şeirlər

Post Views: 37 *** Yaram qaysaq tutub, dərim dartılır, Hicran sinəm üstə sac qoyub sanki. Ruhum öz-özünü elə qınayır, Üç körpə balasın ac qoyub sanki. Gəl, gözüm ağrıyır, baxışını sürt, Canımı canına sığışdır, gedək. Daha yaşamalı halı da yoxdur, Bu evi sil-süpür, yığışdır, gedək. Gəl, birgə üz tutaq Allaha, soraq: – Nədən zülm eləyir bəndə …

Azərbaycan ədəbiyyatı

Vüsal XANKİŞİYEV.Yeni şeir

Post Views: 59 QƏZƏL Hərdən olur insan kimi oluruq biz, Hərdən də olur izləyirik sanki bizik biz. Hərdən olan olmuşlar olur etdiyimiz səhv, Düşmüş olan olsaq, əgər balta, sapımız siz. Hərdən baxıram ki, necə məğrur olub insan? Məşhur alovun görsən, əgər tez bükülər diz. İnsan niyə aciz olur acizlər önündə? Hərdən düşünərkən bunu aciz olub …

Azərbaycan ədəbiyyatı

Əziz MUĞANİ.Yeni şeirlər

Post Views: 38 GÖZ DƏYMƏSİN Şirin dilə oğru olaq, Qəlbimizə söz dəyməsin! Haqq yoluna doğru olaq, Sevgimizə göz dəyməsin! Talemizə qəm ələmə, Qoy böyüsün, tez bələmə. Göz dəysə də, bu aləmə, Sevgimizə göz dəyməsin! Sevinc doğsun hər səhərdən, Uzaq olsun dərdi-sərdən. Gəl, qoruyaq bəd nəzərdən, Sevgimizə göz dəyməsin! ÜRƏYİMDƏ Bacarırsan, iksinə də birgə döz, Qarışmasın …

Azərbaycan ədəbiyyatı

Elvin BABAYEV.Yeni şeir

Post Views: 39 PAY ATONNAN GƏLƏCƏK Bilmədi ki, “gələcək” vid-fasonnan gələcək, Özü taksiylə gedib, dərdi vaqonnan gələcək. Sən onun qızını yoldan çıxarırsansa, əgər, O da bibinnən gələcək, ya da xalonnan gələcək. Evi harda, pulu harda, maşının markası da, İndi bəylər də elçiliyə talonnan gələcək. Həyatın qanunudu, surəti artır nəsilin, Özü “bir”nən gələnin balası “on”nan gələcək. …

Azərbaycan ədəbiyyatı

Nemət HACIƏLİYEV.Yeni şeir

Post Views: 33 * * * Yenə xəyala dalmışam, Keçmişi yada salmışam. Ayaqlar altda qalmışam, Mən bir solmuş yarpaq kimi. Ölüb ruhum, sağam cismən, Olmasın heç bu cür düşmən. Oturmuşam sahildə mən, Tənhayam boş otaq kimi. Hər cür oxşadın zövqümə, Acı vermə sən könlümə. Sən yağış tək yağ üstümə, Mən olaraq torpaq kimi. Tək ALLAHDAN …

Azərbaycan ədəbiyyatı

Nemət HACIƏLİYEV.Yeni şeir

Post Views: 33 * * * Vaxt var idi diyar-diyar,- Uçurdum mən məhəbbətdən. Atıb məni gedəndən yar,- Könlüm düşüb təravətdən. Yar gedən gün söndü günəş,- İtdi həyatın mənası. Yox yaşayım, yoxsa günəş,- Budur həyatın mənası. Ümidim tək səndə ikən, Göydən yerə saldın məni. Buludlar içində itən, Ayın sən olmadın təni. Peşman olub dönmə geri, Vallah, …