Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. E-mail: edebiyyat-az.com@mail.ru, Əlaqə telefonu: 051 795 44 33 Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 961 - 1020 of 1. 306 NƏTİCƏLƏR
Mədəniyyət

Gənc yazar Ramil Əhməd təltif olunub

Post Views: 34 TÜRKSOY təşkilatı və Macarıstanın təşkilatçılığı ilə görkəmli macar şairi Şandor Petefinin doğumunun 200 illiyi münasibəti ilə həyata keçirilən Beynəlxalq Şeir Tərcümə Müsabiqəsinin nəticələri məlum olub. Azərbaycanlı şairlər Ramil Əhməd və Cavid Mövsümü də müsabiqənin qaliblərindən olublar. Bu barədə Ramil Əhməd məlumat verib. O bildirib ki, müsabiqədə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və …

Mədəniyyət

Reyf Fayns və Jülyett Binoş Homerin “Odisseya”sında baş rola çəkiləcəklər

Post Views: 44 2024-cü ildə Yunanıstanda Homerin “Odisseya” klassik poeması əsasında filmin çəkilişlərinə start veriləcək. AZƏRTAC xəbər verir ki, film İtaliya, Yunanıstan, Böyük Britaniya və Fransanın birgə istehsalı olacaq. Baş rolları canlandıracaq Reyf Fayns və Jülyett Binoş Entoni Mingellanın 9 dəfə Oskar mükafatına layiq görülən “İngilis pasiyenti” filmində də birgə çəkiliblər. Filmin ssenarisi Homerin “Odisseya” poeması …

Mədəniyyət

Azərbaycan Milli Kulinariya komandası Avropa üzrə Qlobal Aşpazlar Müsabiqəsində ilk medalını qazanıb

Post Views: 29 Yeni formalaşdırılmış Azərbaycan Milli Kulinariya komandası ilk dəfə nüfuzlu Qlobal Aşpazlar Müsabiqəsinə qatılıb və uğurlu nəticə göstərərək üç bürünc medal qazanıb. Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, azərbaycanlı aşpazlar Ümumdünya Kulinariya Cəmiyyətləri Birliyinin (“Worldchefs”) təşkil etdiyi dünya miqyaslı yarışmanın Avropa üzrə yarımfinalının ilk günündə bütün kateqoriyalar üzrə fərqlənməyi bacarıblar. Azərbaycan Milli Kulinariya komandası …

Azərbaycan ədəbiyyatı

“Prokurorun söhbəti”- Xeyrəddin Qocanın satirik hekayəsi 

Post Views: 33 Yazıçı Xeyrəddin Qocanın növbəti satirik hekayəsi Gülüş Klubunun bugünkü buraxılışında diqqətinizə çatdırılır.  Prokurorun söhbəti Rayonların birinə prokuror təyin olunmuşdum. Birinci gün işə çıxmışdım. Təzəcə oturmuşdum ki, qəbul otağından səs eşitdim. Katibəni çağırıb soruşdum, “bəlkə qəbuluma gələnlər var?”. Katibə bildirdi ki, “bəli, hörmətli prokuror, gəliblər”. Dedim, “bir-bir burax, keçsinlər içəri”. Heç demə, onlara …

Mədəniyyət

“Kinematoqrafçının kitabxanası” seriyasından – “Kino gözlə söz arasında” kitabı çap olunub

Post Views: 27 Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə heyətinin üzvü, sənətşünas, ssenarist Nadir Bədəlovun “Kino gözlə söz arasında” kitabı işıq üzü görüb. AZƏRTAC xəbər verir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının maliyyə dəstəyi ilə çap edilmiş, “Kinematoqrafçının kitabxanası” seriyasından olan kitab 3 hissədən- “Filmin dramaturgiyası”, “Filmin estetikası”, “Filmlərə baxış” bölümündən ibarətdir. Kitabda söz və sözün izahı, dramaturgiya nədir və …

Mədəniyyət

“Yeni adlar” layihəsi yeni mövsümdə də davam edir

Post Views: 27 Mədəniyyət Nazirliyinin 2022-ci ildən həyata keçirdiyi “Yeni adlar” musiqi layihəsi bu il də davam edir. AZƏRTAC xəbər verər ki, müasir Azərbaycan ifaçılıq sənətinin inkişafına, bu sahədə yeni istedadlı nəslin tanınmasına, parlaq ifaçıların yetişməsinə xidmət edən layihə bu il Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunur. Gənc ifaçıların tanınmış dirijorların rəhbərliyi altında simfonik, …

Mədəniyyət

“Qəhrəmanlıq salnaməsi” kitabının təqdimatı keçiriləcək

Post Views: 22 25 fevral 2023-cü il saat 15:00-da LIBRAFF kitab evinin Gənclik filialında Zəfər Gününə həsr olunan “Qəhrəmanlıq salnaməsi” yazı müsabiqəsinin toplusu ictimaiyyətə təqdim olunacaq. Qeyd edək ki, kitabda 44 günlük Vətən müharibəsində tarix yazmış şəhid və qazilərimizin, ön və  arxa cəbhədə mücadilə vermiş qəhrəmanlarımızın şücaətlərini əks etdirən yazılar toplanıb. Tədbirdə iştirak sərbəstdir. Mənbə: …

Publisistika

Sərvanə DAĞTUMAS.”Ədəbiyyatda gender problemi”

Post Views: 62 Ədəbiyyat müəlliflərə bir zaman və məkana xas gender rollarını gücləndirməyə və ya alt-üst etməyə imkan verən güclü bir vasitədir. Keçmişdə bəzi kitablar insanların özlərini qavramasına bir neçə yolla mənfi təsir edirdi: 1.Ciddi gender rollarını və stereotipləri təbliğ etməklə. 2. Müəyyən edilmiş normaya uyğun gəlməyənləri intizam tənbeh etməklə. 3. Müxtəlif cinslərdən olan insanların …

Publisistika

Sərvanə DAĞTUMAS.”Yazıçı Araz Əhmədoğlu və Kamal Abdulla yaradıcılığına nəzər”

Post Views: 41 Gənc ədəbiyyatşünas Sərvanə Dağtumas portalımızla əməkdaşlığa başlayıb. Onun bir neçə yazısını ardıcıl dərc etməyi planlaşdırırıq. İlk olaraq “Yazıçı Araz Əhmədoğlu və Kamal Abdulla yaradıcılığına nəzər” yazısı diqqətinizə çatdırılır. Xoyda yaşayan həmyerlimiz, yazıçı Araz Əhmədoğlunun yaradıcılığı gənc ədəbiyyatşünas olaraq, diqqətimi çəkdi. Yazıçının yaradıcılığının zirvəsini Kamal Abdullanın “Yarımçıq əlyazma” və “Sehrbazlar dərəsi” romanları haqqında …

Müsabiqə

Aşıq Ələsgərin abidəsi ilə bağlı müsabiqənin qalibləri müəyyən olunub

Post Views: 57 Xalq rəssamı Natiq Əliyevin təqdim etdiyi eskiz-layihə birinci yeri tutub Azərbaycan Respublikası Prezidentinin 30 noyabr 2021-ci il tarixli 3019 nömrəli “Aşıq Ələsgərin abidəsinin ucaldılması haqqında” Sərəncamının icrasının təmin edilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən keçirilmiş heykəltəraşlıq müsabiqəsinə yekun vurulub. Bakı şəhərində Aşıq Ələsgərin abidəsinin ucaldılması ilə bağlı müsabiqəyə ölkəmizin heykəltəraşları tərəfindən 13 əsər …

"Yeni nəşrlər"

SEÇMƏ AŞIQ ŞEİRLƏRİ ANTOLOGİYASI” ADLI KİTAB İŞIQ ÜZÜ GÖRÜB

Post Views: 43 Azərbaycan Aşıqlar Birliyinin həyata keçirdiyi daha bir uğurlu layihə başa çatıb – “Seçmə aşıq şeirləri antologiyası” adlı kitab bu günlərdə nəfis tərtibatla işıq üzü görüb. Saz-söz ictimaiyyətinə və geniş oxucu kütləsinə təqdim olunan topluda, əsasən, aşıqların və saz-söz ifaçılarının repertuarında yer alan populyar aşıq şeirləri yer alıb. Üç bölmədən ibarət olan toplunun …

"Yeni nəşrlər"

ƏLİ URFANIN YENİ KİTABI İŞIQ ÜZÜ GÖRÜB

Post Views: 32 Əməkdar mədəniyyət işçisi, ustad aşıq Əli Urfanın (Quliyev) yeni kitabı işıq üzü görüb. Azərbaycan Aşıqlar Birliyinin nəşr etdirdiyi kitabın məsləhətçisi AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlıdır. Kitabda ustad aşığın yaradcılıq nümunələri olan divani, təcnis, gəraylı və qoşmaları, deyişmələri ilə yanaşı, ölkəmizin görkəmli elm və sənət adamlarının Aşıq Əli Urfan haqqında …

Mədəniyyət

AŞIQLARIN REPERTUARINDA DASTANLARA MÜHÜM YER VERİLİR

Post Views: 34 Azərbaycan Aşıqlar Birliyində həyata keçirilən mühüm layihələrdən biri də dastanlarla bağlıdır. Burada dastanların yeni təkmil variantda nəşri və aşıqların ifasında sənətsevərlərə təqdim olunması istiqamətində məqsədyönlü işlər aparılır. Klassik dastanların ustad aşıqların ifasında yenidən təqdim olunması ilə yanaşı, gənc aşıqların repertuarında yer almasına da ciddi önəm verilir, bunun üçün onlara mümkün olan şərait …

Azərbaycan ədəbiyyatı

Kənan AYDINOĞLU.”Etibarın, sədaqətin var Sənin!”

Post Views: 39 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü. Azərbaycanın el şairəsi Sona İNTİZARA. Müqəddəs qələmə sarılan gündən,Dostlarına şəfaqətin var Sənin!Gözəllik eşqinə yaşayan SənSən,Qadın kimi səadətin var Sənin! Bizim həyatımız baxta gəlincə,Şahlar ölüm görər taxta gəlincə,Yollara qar düşməz, şaxta gəlincə,Gözəllərə hidayətin var Sənin! İstərəm çiyninə göyərçin qona,İnsanlar dəyişdi …

Azərbaycan ədəbiyyatı

Banu MUHARREM.”Bütün çarələri tükətdim indi-“

Post Views: 29 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini  Bütün çarələri tükətdim indi-Təsliməm müddətlik çarəsizliyə.Hər yaşam ölümə bir cür yenildi-Necə söykənməyim həvəssizliyə?! Kinsiz ürək tapsan,gətir, tuturam.xəzanlar vuranda dərd ürəyimə.Sevdiyim yağışa çətir tuturam-sənə yaxşılığım…- sər, ürəyinə! Dostluğun qılıncı zarafat imiş-“Həqiqət” içində yerinə düşür.Unutmaq ən böyük” xurafat” imiş-Düşür, unutduğun yadına düşür. “Yaşamaq yanmaqmış,yanasan gərək”-Şairin misrası! …

Azərbaycan ədəbiyyatı

Banu MUHARREM.”10 dəqiqənin şeiri”

Post Views: 47 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini  Ürəyim od, canımdadır yanğısı,dərd gələndən bu dünyanın ağrısı.İmansızın bağrımdakı sancısın..çəkəmmədim, çəkəmmədim niyəsə.. Bir bəndədə tək xislətə vuruldum.Saat kimi hər gün ona quruldum..Qanad çaldım,sərhəddində yoruldum,Keçəmmədim, keçəmmədim niyəsə.. Tilsimlənib itirirdim qayəmi,Ondan aldım hər zəhərli mayemi.Süzüb- süzüb uzatdığı badəmiiçəmmədim, içəmmədim niyəsə.. Don dəyişib hər cür rəngə büründü,Mən …

Azərbaycan ədəbiyyatı

Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”Mənə göz yaşı göndərin”

Post Views: 33 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru Eh…bu gün əsməyən külək,Bəlkə də yağmayan qaram.Gözlərini döyən bulud,Başıma tökülən qoram. Həsərətimin pəncərəsi,Kəndin toz basmış evidi.Ağlamaqdan doyan gözüm,Gör səni kimlər kiridir. Sözlərimin yaxasından,Asılıb yuxu bayquşlar.Dənizun …

Azərbaycan ədəbiyyatı

Sona İNTİZAR.”GÖRƏSƏN”

Post Views: 29 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini Görəsən necəsən, görən hardasan,Görəsən düşürəm yadına sənin.Bəlkə də yaxşısan, amma, darıxsan,Bir sözlə gələrəm yanına sənin. Adın ürəyimə elə yazılıbOnu silə bilməz nə qəm, göz yaşı…Elə bil sinəmdə məzar qazılıb,Salınıb üstünə bir məzar daşı. Özgəsinə yar olmusan, mənə yad,Doğmaların içində mən özgəyəm.Bu ürəkdə iz salmısan, …

Publisistika

Şəfa VƏLİYEVA.”Dəri ayaqqabının ucuyla işıldaböcək öldürməyə dəyərmi?”

Post Views: 33 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru “Ədəbiyyat və incəsənət” portalı gənc imza Şəfa Vəlinin “Biz kimik?” essesini oxucularına təqdim edir.  İlk düşünən kim olub və nə haqqında düşünüb? Əbədi suallardan daha biri… …

Azərbaycan ədəbiyyatı

Şəfa VƏLİYEVA.”Bir qış gecəsiydi…”

Post Views: 34 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru Bir qış gecəsiydi…Tutub əlindənGetməyə dəyərdi buz donan gölə…Neynim ki, boz idi şəhər arzun da…Boz idi cibləri dəri gödəkçən,Boz idi qəssabın təpiklədiyi,Fevral soyuğunda üşüyən pişik……elə utanıram neçə …

Azərbaycan ədəbiyyatı

Xəyalə SEVİL.”Məsələn bu deyildi”

Post Views: 32 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri Məsələn bu deyildi.Başqa cür olmalıydı aramızda olanlar.Bu standart qəlibə sığışmalı deyildik.Ürək boyda ev var ikənBu cılız fikirlərə yığışmalı deyildik.Sənin məni eşitməyinKar adama qışqırmaq kimi bir şeydi.Duymursan.Amma nə gözlərindən,Nə ürəyindən yerə …

Azərbaycan ədəbiyyatı

Xəyalə SEVİL.”Əllərim bir tənha qucaqdı sənsiz”

Post Views: 25 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri Əllərim bir tənhaQucaqdı sənsiz.Həsrətin yamancaQoçaqdı sənsiz.Stolumun üstündəTitrəyən şamım üşüyür.Sənsiz açılan səhərim,Düşən axşamım üşüyür.Çiynim bədənimdə intihar yeri,Asılacaq qolum varmış.Elə hər gün ürəyimdən keçirsən,Nə tükənməz yolun varmış.Ömrümü başı aşağıTutub boşaltmısan indi.Səndən qalan …

Azərbaycan ədəbiyyatı

Arzu HÜSEYN.”Toxunduğum o saçlara nə oldu?”

Post Views: 33 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri Toxunduğum o saçlara nə oldu?Dodaqların həmin dodaq deyil ki.Sənə nə var, olan tək mənə oldu,Başa düşdü, ürək uşaq deyil ki. Sığdırmadım həyatıma başqasın,Gözlərimə inanardın tanısan.Mənim üçün indi tamam başqasan,Mənim üçün sıradansan, hamısan. Bəhanəydi hər zəngim, hər dönüşüm,Bilirdin ki, asılıyam …

Azərbaycan ədəbiyyatı

Arzu HÜSEYN.”Get-gedə tükənir içində adam”

Post Views: 34 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri Get-gedə tükənir içində adam,İtir ümüdünün köçündə adam.Bu dürüst, bu güclü biçimdə adam,Kiçilir bir buğda dənəsi boyda. İkiyə bölünmüş düymə kimidir,Axtarsan samanda iynə kimidir,Gerçəyi göstərən ayna kimidir,Kim baxsa görünər şələsi boyda. O adam dağ deyil ucadan-uca,Laləzar bağ deyil çiçəklər aça.Taleyi …

Mədəniyyət

A.İ.Babayevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Post Views: 24 A.İ.Babayevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan musiqi mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Arif İmran oğlu Babayev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, …

Mədəniyyət

Bu gün Novruzun ilk çərşənbəsi – Su çərşənbəsidir

Post Views: 58 Əsrlərin sınağından çıxan mənəvi dəyərləri, adət-ənənələri özündə yaşadan, bayramlarımızın şahı sayılan Novruz yaxınlaşır. Əslində, Novruz təbiətin canlanması, torpağın oyanması, ruhun təzələnməsi bayramıdır. Novruz təzə ili, baharın ilk gününü qarşılamaq, gecə-gündüz bərabərliyi deməkdir. Xalqımız yeni gün olan Novruz ərəfəsində çərşənbələrə daha böyük önəm verir. Deyilənə görə, Tanrı ilk insanı – Adəmi yaradarkən torpağa …

Mədəniyyət

Azərbaycanın Xalq yazıçısının essesi Türkiyə portallarında

Post Views: 28 Türkiyənin “detayhaberler.com”, “erikagacioyku.com”, “dibace.net”, “guvengazetesi.com”, “ığdırım76.com” kimi aparıcı xəbər və mədəniyyət portalları Azərbaycanın Xalq yazıçısı Afaq Məsudun baş vermiş təbii fəlakətlə bağlı qardaş türk xalqına ünvanladığı “Acın acımızdır, Türkiyə” essesinin yayımına başlayıb. AZƏRTAC esseni təqdim edir: Acın acımız, canın canımızdır, Türkiyə… Sinənə çəkilən bu dağ, qoynunda açılan qanlı yaralar, minlərlə bacı-qardaşımızı, oğul-qızlarımızı, körpələrimizi …

Mədəniyyət

Xalq artisti Ramiz Novruz vəfat edib

Post Views: 24 Azərbaycanın teatr və kino aktyoru, Xalq artisti, Prezident təqaüdçüsü, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, Beynəlxalq Teatr festifallarının mükafatçısı Ramiz Novruz vəfat edib. AZƏRTAC xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər. Ramiz Novruzov (Ramiz Novruz) 1955-ci il mayın 25-də Biləsuvar rayonunun Səmədabad qəsəbəsində doğulub. 1974-cü ildə M.Əliyev adına …

Mədəniyyət

Ömər Eldarova “Əmək” ordeni təqdim olunub

Post Views: 30 Xalq rəssamı, heykəltaraş Ömər Eldarova 1-ci dərəcəli “Əmək” ordeni təqdim edilib. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Ömər Eldarov 2022-ci il dekabrın 20-də 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilmişdi. Xalq rəssamı ilə Heydər Əliyev Mərkəzində keçirilən görüşdə Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov, Prezident Administrasiyasının …

"Yeni nəşrlər"

“Seçmə aşiq şeirləri antologiyası” çap edilib

Post Views: 77 Azərbaycan Aşıqlar Birliyinin (AAB) həyata keçirdiyi daha bir uğurlu layihə başa çatıb. Layihə çərçivəsində bu günlərdə “Seçmə aşıq şeirləri antologiyası” adlı kitab nəfis tərtibatla işıq üzü görüb. AAB-dən AZƏRTAC-a bildirilib ki, saz-söz ictimaiyyətinə və geniş oxucu kütləsinə təqdim olunan topluda, əsasən, aşıqların və saz-söz ifaçılarının repertuarında yer alan populyar aşıq şeirləri yer alıb. …

Mədəniyyət

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Birinci Uşaq İncəsənət Festivalı keçiriləcək

Post Views: 25 Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən Birinci Uşaq İncəsənət Festivalı keçiriləcək. Festivalın keçirilməsində əsas məqsəd ulu öndər Heydər Əliyevin mədəniyyətə və gənclərə qayğısını rəhbər tutaraq, mədəniyyət sahəsində inkişafın təmin edilməsi, uşaqların vətənpərvərlik ruhunda, mədəniyyətə, incəsənətə, …

Mədəniyyət

Mədəniyyət nazirinin birinci müavini Adil Kərimli Şəkidə vətəndaşları qəbul edib

Post Views: 20 Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin bu ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, fevralın 17-də Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli Şəki şəhər Heydər Əliyev Mərkəzində vətəndaşlarla görüşüb. Qəbuldan öncə Ümummilli lider Heydər Əliyevin Şəki şəhərində ucaldılmış abidəsi önünə …

Publisistika

Məhəmməd NƏRİMANOĞLU.”Unudulmuş unudulmazlar”

Post Views: 49 KİTABLARLA KEÇƏN KİTAB ÖMÜR Xuraman Hacıyeva Kəlbəcərdə kitabı sevən və sevdirən kitabxanaçıların da anası sayılırdı …Onun haqqında çoxdan, hələ əlimə ilk qələm alandan yazmaq istəmişəm. Amma, nə bilim, nədənsə, yaza bilməmişəm. Səbəbi-filanı da olmayıb. Bəlkə də haqqında yazdıqlarımdan daha çox mənim üçün əziz olub, mehriban çöhrəsində bir türk xanımının simasını görmüşəm. Xanım-xatınlığı, …

Publisistika

Məhəmməd NƏRİMANOĞLU.”Şərəfin, şanın ucalığında dayanan varlıq!”

Post Views: 35 …Müqəddəs varlıqlardan biri – zərif, incə məxluq epitetləri ilə obrazlaşdırılmış qadın tarix boyu ulu Yaradanın ən gözəl əsərlərindən sayılıb. Ana və Vətən! Bu iki müqəddəs varlıq bir-biri ilə sanki əkiz yaranıb. Peyğəmbərimiz buyurub ki, cənnət anaların ayaqları altındadır! Ana sözünün Vətənlə qoşalaşması hər iki ifadəni bir az da qüvvətləndirib, insanlara sevdirir. Çünki …

Mədəniyyət

Yazıçı-publisist Şamil Fərzəliyevin doğum günüdür

Post Views: 26 Bu gün Azərbaycan ədəbiyyatı və mətbuatının görkəmli nümayəndəsi, yazıçı, publisist və dramaturq, Yazıçılar və Jurnalistlər ittifaqlarının üzvü Şamil Xurşud oğlu Fərzəliyevin (Şamil Xurşud) doğum günüdür. AZƏRTAC xəbər verir ki, anadan olmasının 89-cu ildönümü tamam olan Şamil Xurşud ömrünün 30 ildən çoxunu milli mətbuatımızın inkişafına həsr edib. Şamil Fərzəliyev 1934-cü il fevralın 18-də Ucar …

Mədəniyyət

Brüsseldə Reza Deqatinin “Xocalı: Yaralı ruhlar” adı sərgisi açılıb

Post Views: 28 Ölkəmizin Belçika Krallığındakı səfirliyi Brüsseldə dünyaşöhrətli foto-jurnalist Reza Deqatinin “Xocalı: Yaralı ruhlar” adlı foto-sərgisini keçirib. AZƏRTAC xəbər verir ki, sərginin açılışında əvvəlcə Türkiyədə, Suriyada və Xoy şəhərində baş vermiş dağıdıcı zəlzələlər nəticəsində həyatını itirmiş insanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Səfir Vaqif Sadıqov çıxış edərək, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə …

Mədəniyyət

Beynəlxalq Muğam Mərkəzində şair Davud Nəsibin xatirəsi anılıb

Post Views: 30 Beynəlxalq Muğam Mərkəzində şair, yazıçı, publisist, tərcüməçi və yaddaqalan mahnıların müəllifi Davud Nəsibin 80 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib. AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Yazıçılar Birliyi, “Qazax” Xeyriyyə İctimai Birliyinin və şairin ailəsinin birgə təşkilatçılığı ilə hazırlanıb. Türkiyədə baş verən zəlzələdə həyatını itirmiş insanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi …

Azərbaycan ədəbiyyatı

Nigar ARİF.”BARIŞ”

Post Views: 31 Özündən küsən adam,Günahların çoxdumu?Itirdiyin özünsən,Qazandığın yoxdumu? Kim səni aldı səndən?Harda, necə unutdu?Kim tutdu ürəyini,Kim bu qədər ovutdu? Kim çürütdü ömrünü,Üzünə baxa-baxa?Nələr qoydu gözündə,Gözündən axa-axa? Bəlkə elə özünsən?Özünə dərd olmusan.Sevincini əlindən,Bəlkə özün salmısan? Özünə dərd eləmə,Dərdindən bezən adam,Yollarından yorulub,Fikrində gəzən adam. Qayıt, yoluna qayıt,Barış o küsdüyünlə.Əlini ver, dur, görüş,Əlini üzdüyünlə.

Azərbaycan ədəbiyyatı

Nigar ARİF.”Heç bilmirəm harda bitdi”

Post Views: 29 Heç bilmirəm harda bitdi,sona yetdi sevgimiz.Nə vaxt,necə hörüldü,ayrılıq çələngimiz.Bəlkə də lap əzəldəngörüşməli deyildik…Doğrudanmı bir eşqə,ya həvəsə əyildik?..Bəlkə də uşaq idikməhəbbətin əlində,O əl ayırdı bizi…Bəlkə də… bəlkə də yanılıram,Biz özümüz böyütdük,Elə bir-birimizi…Bəs ayrılıq nə idi,Ayrılıq nə imiş bəs?Ayrılıq bir acı çay,Ayrılıq zəhər imiş.Hər gün yuxusuz gecəyuxusunu tapanda,Ayrılıq səhər imiş.Oxuduğun kitabdatapdığın bir incə söz,bir …

Azərbaycan ədəbiyyatı

Xəyalə SEVİL.Yeni şeirlər (2023)

Post Views: 30 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri Necə keçir günlərinDilindəki qürurla,Ürəyindəki yasla?Sevişə bilirsənmiMəndən sonra ehtirasla?Mən bir az alışmışam.Məni fağır bilənXatirənin üstünəDinə dilirəm daha.Qışın axşam doqquzundaHəyətdəydim, bilirsən?Qaranlıq qorxumu daYenə bilirəm daha.Arabir nəbzini yoxlayıramYaddaşımın-Nə qədər sağ qalmısan?Kiçiltmədim hörmətini,Xətrini,Hələ də …

Publisistika

Ruh qohumum Əkbər Qoşalının 50 yaşına

Post Views: 40 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gənclər üçün Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Muğan Bölməsninin Rəhbəri Əkbər Qoşalı ilə 25 ildən artıqdır, dostluq edirik. Ötən əsrin 90-cı illərinin ortalarından üzü bəri keçmişimin hansı məqamını xatırlasam, orda Əkbər var. Həm də bu məqamlar keçmişimi gözəlləşdirən, xatırladıqca çöhrəmi açan, bəzən ötən günlərimi özlədən məqamlardı. …

Mədəniyyət

Mədəniyyət Nazirliyi Mikayıl Useynov və Sadıq Dadaşovun birgə ucaldılacaq abidələri ilə bağlı müsabiqə elan edib

Post Views: 42 Mədəniyyət Nazirliyi görkəmli Azərbaycan memarları Mikayıl Useynovun və Sadıq Dadaşovun xatirələrinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində ucaldılacaq abidənin eskiz layihələrinin hazırlanması üçün heykəltaraşlar arasında açıq müsabiqə elan edir. Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müsabiqə fevralın 17-dən aprelin 17-dək keçiriləcək. Eskiz layihələr Mədəniyyət Nazirliyinin “Heykəltaraşlıq abidələrinin, xatirə-memorial və memarlıq komplekslərinin ucaldılması və demontajı üzrə Ekspert komissiyası”nın …

Mədəniyyət

Ərəb portalı Bakının görməli yerlərindən yazıb

Post Views: 31 Ərəb ölkələrin ortaq “Saidati” turizm portalında Azərbaycanın paytaxtı Bakı şəhərinin ən yaxşı məkanları barədə məqalə və fotoşəkillər yerləşdirilib. AZƏRTAC xəbər verir ki, məqalədə qədim tarixi olan İçərişəhərin əcnəbi turistlərin ən sevimli məkanı olduğu qeyd edilib. Oxucuların diqqətinə çatdırılıb ki, buradakı müxtəlif əsrlərə aid nadir tarixi-memarlıq abidələri Azərbaycan xalqının qiymətli xəzinəsi kimi qorunub saxlanılır. …

"Yeni nəşrlər"

Azərbaycanlı yazıçı İlahə Səfərzadənin “Gerçəyin izində” adlı yeni romanı işıq üzü görüb

Post Views: 41 Azərbaycanlı yazıçı İlahə Səfərzadənin “Gerçəyin izində” adlı yeni romanı işıq üzü görüb. Roman psixoloji səciyyə daşıyır. Qeyd edək ki, bu, İlahə Səfərzadənin sayca üçüncü romanıdır. Yazıçının daha öncə “Son xəyanət” və “Naməlum məktub” romanları nəşr edilib. Bundan başqa, İlahə Səfərzadə çoxsaylı hekayələrin müəllifidir

Mədəniyyət

Lütviyyə Əsgərzadəni doğum günü münasibətilə təbrik edirik! (17 fevral)

Post Views: 31 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir!Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun! Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi 

"Yeni nəşrlər"

Yazıçı Varisin “Sonuncu ölən ümidlərdir” adlı yeni kitabı yaxın günlərdə kitab mağazalarında!

Post Views: 71 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Beynəlxalq Yazıçılar Gildiyasının üzvü, Azərbaycan Respublikasının Əməkdar jurnalisti, Əli Bəy Hüseynzadə mükafatı laureatı, istedadlı yazıçı Varisin (Varis Yolçuyev) “Sonuncu ölən ümidlərdir” adlı yeni kitabının 7-ci təkrar nəşrini, yeni redaktədə yaxın günlərdə kitab mağazalarında əldə etmək mümkün olacaq.

Mədəniyyət

Özbəkistanda keçiriləcək ölkəmizə dair müsabiqənin nominasiyaları elan edilib

Post Views: 32 Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi 2023-cü il üzrə Özbəkistan mətbuatı, ictimaiyyəti arasında ölkələrimiz və xalqlarımız arasında tarixi dostluq və əməkdaşlığa dair müsabiqə elan edib. 2023-cü ilin Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Özbəkistanda silsilə tədbirlərin və layihələrin həyata keçirilməsi plandaşdırılır. …

Mədəniyyət

Mən əsiri eşqiyəm öz xalqımın, öz yurdumun…

Post Views: 33 zərbaycanda, eləcə də Yaxın Şərqdə məşhur qəzəlxan şair kimi şöhrət qazanmış Əlağa Vahidin yaradıcılıq bioqrafiyası maraqlı və özünəxas cəhətlərə malikdir. Vahid milli poeziyanın qədim ənənələrini yeni dövrdə yüksək sənətkarlıqla davam etdirmiş və qəzəl janrının son dərəcə mükəmməl nümunələrini yaratmışdır. Şairin dərin lirizmi ilə səciyyələnən diqqətəlayiq zəngin bədii irsi çoxəsrlik Azərbaycan ədəbiyyatı tarixində …

Mədəniyyət

Əkbər Qoşalının şeirləri “Xudafərin”, “İdel” və “Dvina” jurnallarında

Post Views: 30 Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalının 50 ilik yubileyi ərəfəsində şeirləri Güneyli soydaşlarımızın Tehranda çıxardığı “XUDAFƏRİN”, qardaş Tatarıstanın nüfuzlu “İDEL” və Arxangelskdə çıxan “DVİNA” ədəbiyyat jurnallarında yayınlanıb.   “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Əkbər Qoşalının “Çobanbayatı” poeması Güneyli soydaşlarımızın Tehranda çıxardığı “XUDAFƏRİN” (www.khudafarin.ir) jurnalında, ərəb qrafikalı fars əlifbasına uyğunlaşdırılaraq, 79-88-ci …

Müsabiqə

DGTYB ənənəvi şeir müsabiqəsinin vaxtını ertələyib

Post Views: 41 Xəbər verdiyimiz kimi, Dünya Gənc Türk Yazarlar Birliyi sabah – 17 fevral 2023-ci (saat 15:00) tarixində mərhum şairə Fərqanə Mehdiyevanın xatirə gecəsi və  xatirəsinə həsr olunmuş ənənəvi şeir müsabiqəsi təşkil etməliydi. Amma qurum bildirir ki, Türkiyədə baş vermiş dəhşətli zəlzələyə görə tədbir ertələnib və vaxtı barədə əlavə məlumat veriləcək.  Xatırladaq ki, şərtlərə …

Mədəniyyət

Ədəbiyyat İnstitutunda “Məhtimqulu Fəraqi – dünya ədəbiyyatının görkəmli şairi” Beynəlxalq elmi konfrans keçirilib

Post Views: 26 AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Məhtimqulu Fəraqi – dünya ədəbiyyatının görkəmli şairi” adlı Beynəlxalq elmi konfransı keçirilib. Konfrans AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Türkmənistan Elmlər Akademiyasının Məhtimqulu adına Dil, ədəbiyyat və milli əlyazmalar İnstitutunun birgə təşkilatçılığı ilə keçirilib. Konfransa Türkmənistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Qurbanməmmet Elyasov, Türkmənistandan …

Mədəniyyət

Azərbaycanlı şairə Şəlalə ADİLQIZInın şeirləri “Xudafərin” elmi-ədəbi, kültür dərgisinin 213-cü sayında fars dilində dərc olunub

Post Views: 26 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə gerçəkləşdirilən “İran-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsində Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının baş redaktoru müavini, gənc xanım yazar Şəlalə Adilqızının şeirləri  İran İslam Respublikasının paytaxtı Tehran şəhərində fəaliyyət göstərən “Xudafərin” elmi-ədəbi, kültür dərgisinin 213-c3 sayında fars dilində dərc olunub. “İran-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” …

Mədəniyyət

Azərbaycanlı yazıçı Səbinə Yusifin hekayəsi “Xudafərin” elmi-ədəbi, kültür dərgisinin 213-cü sayında fars dilində dərc olunub

Post Views: 50 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə gerçəkləşdirilən “İran-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsində Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qazax Bürosunun Rəhbəri istedadlı yazıçı Səbinə Yusifin “Onun adı nə idi?!” adlı hekayəsi  İran İslam Respublikasının paytaxtı Tehran şəhərində fəaliyyət göstərən “Xudafərin” elmi-ədəbi, kültür dərgisinin 213-cü sayında …

Azərbaycan ədəbiyyatı

Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”Qışın bu qar soyuğunda,”

Post Views: 44 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru Qışın bu qar soyuğunda,Nə fəlakət, bu nə zülüm.Allah hər ölüm görmüşdük,Görməmişdik belə ölüm..Türk dünyamın gecəsindəQan ağladı bu səhərim.Soyudu isti ocaqlar,Dağıldı doğma şəhərim.Aman Allah körpələrimİnildədi beton …

Mədəniyyət

Ötən il Azərbaycana səfər edən rusiyalıların sayı artıb

Post Views: 25 Rusiya turizm operatorları 2022-ci ildə Azərbaycana səfər etmək istəyənlərin sayının artığını bildiriblər. AZƏRTAC xəbər verir ki, Rusiya Turizm Operatorları Assosiasiyasının apardığı sorğunun nəticələrinə görə, turoperatorlar Azərbaycana turların sayının artmasına səbəblərdən biri kimi, Rusiya regionlarından birbaşa aviareyslərin açılmasını və biletlərin qiymətinin aşağı düşməsini göstərirlər. Eyni zamanda, Rusiya turizm mütəxəssisləri qeyd edilər ki, Azərbaycana giriş …

Mədəniyyət

Gənclər Kitabxanasının əməkdaşları Beynəlxalq Kitab Bağışlama Günü ilə əlaqədar materiallar hazırlayıb

Post Views: 29 Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşları 14 Fevral – Beynəlxalq Kitab Bağışlama Günü ilə əlaqədar hazırladıqları materialları virtual rejimdə istifadəçilərə təqdim ediblər. Kitabxanadan AZƏRTAC-a bildirilib ki, materiallarda mütaliənin, şəxsiyyət olaraq insanın formalaşıb kamilləşməsində, mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində olan əvəzsiz rolundan, faydalarından bəhs edilir. Videoçarxda Kitab Bağışlama Gününün tarixi, …