Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü,
Kitab çapı işinin bir tədqiqat sahəsi olması təkcə ehtimal deyil; bu proses həm də elmi gerçəklikdir və kitabın bədii və texniki tərtibat məsələlərini də geniş şəkildə özündə xarakterizə edir. Əlbəttə, kitab, tərtibat və çap zərurəti poliqrafik sistemin beynəlxalq əsaslarını özündə ehtiva edir; bu zəmin kitabçılığın bədii-poliqrafik forması ilə də təcrübi məğzlərə səbəb yaradır. Heç şübhəsiz, 1978-ci ildən Azərbaycan nəşriyyat-poliqrafiya sistemində çalışan, respublikanın nəşriyyat sistemində özünəməxsus yeri və xüsusi çəkisi olan poliqrafiya mütəxəssisi İradə Ələsgərovanın 2015-ci il tarixdə «Təhsil» mətbəəsində işıq üzü görmüş «Azərbaycan kitabının bədii və texniki tərtibat tarixi» kitab-monoqrafiyasında bu dinamik səciyyə özünü qabarıq göstərir: monoqrafiya ilk əsaslı elmi-tədqiqat işi kimi diqqət çəkir, burada kitabın çap üsulları, poliqrafiya texnika və texnologiyasının, həmçinin nəşriyyat-poliqrafiya sisteminin inkişaf səviyyəsi və s. ətraflı ilk təcrübi əsaslı mənbə kimi araşdırılır.
Monoqrafiyada kitabçılıq, kitabın bədii və texniki tərtibat işi, poliqrafiya-nəşriyyat sistemi, bu sahədə texniki-texnoloji imkanların kitab tərtibatında rolu və s. yüksək səviyyədə elmi izaha cəlb edilib; kitabın nəşriyyat-poliqrafiya sisteminin gələcək inkişafına müsbət-həlledici əhəmiyyətli təsiri şübhəsizdir. (daha&helliip;)
















































