Post Views: 40 Bu gün uzun oldu deyəsen, Sənsiz hansi günüm yerindədir ki? Yoxluğun könül evimdə taxt qurub, Səndən yadigardır deyə Ona da baş əyirəm… Sənsiz saat da qəsdimə durub elə bil, Əqrəbin hər addımı Adını pıçıldayır qulaqlarıma… Saat məni sənə qısqanırmış elə bil Səninləykən yel qanadı açan əqrəb Indi yeriməyə də tənbəllik edir. Üçümüzük …
2015
Teymur HƏBİBİ.”O qızı unutmaram mən”
Post Views: 41 Gozlərim bir gozəl gordu, Məni gorub o da suzdu, Naz eləyib, həm də uzdu, O qızı unutmaram mən. Aşiq oldum zumrud gozə, Həsrət qaldım şirin sozə, Deyin, bu dərdə kim dozər, O qızı unutmaram mən. Urəyimdə arzu qaldı, O qız canımdan can aldı, Duşduyum bu hal nə haldır, O qızı unutmaram mən. …
Tural SAHAB.”Ölümün yeddi rəngi” (Köşə yazısı)
Post Views: 41 Ədəbiyyat iki şey üzərinə qurulmuşdu- sevgi və ölüm. Sevgini az da olsa anladıq, anlamağa çalışdıq bəs ölüm. Ölüm nə üçündür, insan nə üçün ölür? Tanrı öz əsərini nə üçün məhv edir. Dinlər ölümün son olmadığını, yeni bir başlanğıc olduğunu söyləyir. Buna inanırdı, inanmaq istəyirdi gənc bağban. Axı o, bağındakı güllərə o qədər …
İlkin ABBAS.”Tənha küçələrin “yol yoldaşı”yam” (Yeni şeir)
Post Views: 40 Yoxluğun gətirdi ömrümə qəmi, Soldum susuz qalan zəmilər kimi. Gedişinlə mənim sevən qəlbimi, Batırdın dəryada gəmilər kimi. Artıq ürəyimdə qalmayıb dözüm, Gözlərdən axan bir kədər yaşıyam. Ardınca qaçıram xəyallarının, Tənha küçələrin “yol yoldaşı”yam. Nəyin çatışmadı, de, axı nəyin? İnan acıyıram sənin halına. Mən sənə ömrümü hədiyyə verdim, Sən məni dəyişdin dünya malına. …
Vasif ZÖHRABOĞLU.”Yatmağa həvəsim yoxdu qəbirdə…” (Yeni şeir)
Post Views: 42 Dünya da küsdürdü özündən məni, Yox daha, ürəyim heç kəsi sevməz. Allahın sevdiyi kasıb bəndəni, Allahın qarnı tox bəndəsi sevməz. Baxdığın aynada özünü tanı, Səni bu aynadan qoparan da var. Allahdan havayı aldığı canı, Allaha minnətlə qaytaran da var. İnsanın ayagı torpağdadırsa, Torpağın bətnində kiriyər belə. Şamın kəraməti yanmağdadırsa, Şam da öz …
Elnur RƏSULOĞLU.”Məmməd Arazın” (Yeni şeir)
Post Views: 36 Kədərə qərq edib Azərbaycanı Ağlatdı vəfatı Məmməd Arazın. Nə qədər dünya var yaşayacaqdır, Bitsə də, həyatı Məmməd Arazın. Fırçatək yaratdı min rəng qələmi. Mizrabtək yaratdı ahəng qələmi. Həqiqət uğrunda tüfəng qələmi, Söz oldu sursatı Məmməd Arazın. İti qələmiylə söz kəsarəti Qaldırdı ayağa xalqı, milləti. Fəxri təltiflər yox, xalq məhəbbəti Oldu mükafatı Məmməd …
Elnur ABDİYEV.Yeni şeir
Post Views: 32 Gecə Vətən dərdinə, Söykənib baş qoyuram. Səhər Vətən ağrısın, Ağrım bilib gözümdə, Mən qəlbən yuyunuram. Dərdlərim damla-damla, Süzülür,gözlərimdən, “Tanış olaq,oxucum, Tanış olaq,bu mənəm!” Bu, mənəm ki səsimi, Xocalının ahına, Qəlbimin sevgi adlı, Vətən qibləgahına, Yönəltmişəm nə vaxtdır? Bu mənəm ki elimdə, Soydaşlarım yuxulu, Düşmənlərim oyaqdır. Bizi səsləyir,Vətən, “Tanış olaq oxucum, Tanış olaq,bu …
Debüt: Allahşükür AĞA (Saatlı rayonu).Yeni şeirlər
Post Views: 37 Allahşükür AĞA (Ağayev Allahşükür Güləhməd oğlu) 1991-ci il iyul ayının 18-də Saatlı rayonunun Əhmədbəyli (keçmiş Telmankənd) kəndində anadan olub.2008-ci ildə Əhmədbəyli kənd tam orta məktəbindən məzun olub. Azərbaycan Müəllimlər İnstutunun Salyan filialının “Filologiya” fakültəsini “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası üzrə bitirib (2013). Uşaqlıq illərindən yaradıcılıqla məşğul olmuş, şeirlər yazmağa başlamışdır.“Mənim Qəmli …
Sadiq SALEH.Yeni şeir
Post Views: 40 Ey gül, eşidərkən gedişin qəmli küləklərdən, Bir ahu –nəva hasil olar göydə mələklərdən. Bir aşiqin əlbəttə ki, dövründə mənim qədri, Başı gözəlim çəkmədi ta dərd fələklərdən. Bülbüllərik əfqan edən hicrində ,əlamətdir, Qan yaşımızın rəngi,gülüm,bağda çiçəklərdən. Ya Məhdi zuhur etki düzəlsin bu fəna mülki, Ətrin gəlir hər bir açılan əldə,diləklərdən.. Yox taqətim ey …
Şəfa KAMİLLİ.” Sən necə unuda bilirsən məni?!” (Yeni şeir)
Post Views: 59 Deyirsən yaddaşım çox zəifləyib, Sən necə unuda bilmisən məni? Mən? Səni unutmaq? Gecəmdə, gündüzümdə, Hara baxsam gözümdə Sən varsan. Hər anımda, sən varsan, Min dəfə doğlub dünyay gəlsəmdə, Min dəfə bu dünyadan köçsəmdə, Qəlbimdə sevgin doğulub, Qəlbimdə sevgin ölərəm Amma düşünmə ki, Mən səni unuda bilərəm Sən mənim yuxusuz gecələrim, Yuxulu sabahlarımsan, …
Harika UFUK.”Çanakkale’miz”
Post Views: 45 Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye tamsilcisi Askerimin destan yazdığı yerdir, Şehidin kanıdır Çanakkale’miz! Düşmana mezarı kazdığı yerdir, Atamdan anıdır Çanakkale’miz! On Sekiz Mart günü en aziz gündür, Vatanı korumak Türk’e düğündür, Göz dikme yurduma kaçışın dündür. Ulusun canıdır Çanakkale’miz! Nusret gemisiyle ışıklar saçan, Bir devri kapayıp devirler açan, Kan renkli toprakta …
Harika UFUK.”ATATÜRK ADANA’DA” (Yeni şiir)
Post Views: 33 Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye tamsilcisi Atatürk’ün Adana’ya gelişinin 92. yıl dönümü Ayakbastı buraya Ata’m On beş Mart günü, Atatürk’le canlandı; Adana, Çukurova! Onun gelmesi sanki Adana’mın düğünü, Atatürk’le canlandı; Adana, Çukurova! Çekerek bastonunu “Yeşerecekti.” dedi, O güzel bastonuna dayanmadı, ekledi: Toprağın verimini çok güzel dilekledi. Atatürk’le canlandı; Adana, Çukurova! O …
Harika UFUK.Yeni şiir
Post Views: 33 Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temsilcisi AY VE DÜŞ TUTULMALARI Ay tutulmuş geceden Yıldızlar suda hapsolmuş Nilüferlerle raks ederek Yıkanıyor kentin ışıkları… Liraları yitmiş bozukluklarda Emekçi düş tutulmaları… Uzaklarda bir fener Göz kırparak Yolunu aydınlatıyor Gece yolcularının… Hırçın dalgalar Feneri kuşatmış, Yalnızlığın savrukluğuyla Sahili işaret ediyor. Söndü ışık, Birden Sessiz ve …
Hikmət MƏLİKZADƏ.”Fikrim başayaqdır, duyğum ütüsüz” (Yeni şeir)
Post Views: 50 Fikrim başayaqdır, duyğum ütüsüz, Nifrət bombasıyam ta mən Allahsız. Ürək qızdırmalı bir bəndə qalmıb, Ya Allah mənsizdir, ya mən Allahsız. …Sən kimsən, nazından öldüyüm adam? Tətiyə yönəlmiş barmaq kimisən. Sən də, a ürəyi qara daş qadın, Könül bulandıran qarmaq kimisən… Mən fəda elədim yolunda, nə var, Ağlama, gözünə yazığın gəlsin. Yüz baxış …
Saqif QARATORPAQ.”Nəyi gözləyirsən susub bu qədər” (Yeni şeir)
Post Views: 43 Nəyi gözləyirsən susub bu qədər, Bəs niyə demirsən qəlbindəkini?! Dolanıb dünyanı əlində çıraq Gəzib tapammazsan bir də bu günü… Hələ səninkidi bu vaxt,bu vədə; Hələ əlindədir bütün ixtiyar. Bu saxta qüruru tulla bir yana, Bu qapı,bu kilid,bax,bu da açar. Tanrı qədəminə düzüb bu yolu, Bəs niyə gedirsən ayrı yolla sən? Qanrılıb o …
Quranda kitab əhli
Post Views: 54 Bütün səmavi dinlərə baxdığımız zaman dinin təməlində tək Allah inancı, bir olan Allah`a iman və itaətə dəvət görürük. Allah hər dövrdə insanları haqq dinə dəvət etmək üçün elçilərini göndərib. Səmavi dinlərin heç birində elçilərə tabe olub iman edən insanların hansı qövmə mənsub olduqlarından asılı olmayaraq aralarında fərq qoyulmayıb. Bəzən Quranda bütün yəhudilərin …
Dünyanı dəyişməyə özümüzdən başlayaq
Post Views: 35 Dövrümüzdə bir çox cəmiyyətlərdə əxlaq böhranı və bundan qaynaqlanan problemlər mövcuddur. Müxtəlif millətlərin maddi və texniki baxımdan inkişaf etməsinə baxmayaraq, əxlaqi cəhətdən tənəzzül etdikləri bir həqiqətdir. Bu tənəzzüldən çıxış yolu gözəl əxlaqı öyrənmək və buna sahib olmaqdır. Bu gün bütün dünya miqyasında baxdığımızda gözəl əxlaq yaşanmadığı üçün necə dəhşətli hadisələrin yaşandığının şahidi …
“Gənc Ədiblər Məktəbi”nin növbəti toplantısı keçirilib
Post Views: 39 11 mart 2015-ci il tarixdə, saat 14 : 00-da, Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda “Gənc Ədiblər Məktəbi”nin növbəti toplantısı keçirilib.Kütləvi informasiya vasitələrinin nümayəndələrinin də iştirakı ilə keçirilən tədbirdə AYB üzvü,Prezident təqaüdçüsü, gənc yazar Emin Piri, AYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Prezident təqaüdçüsü, gənc yazar Ramil Əhməd, AYB və DGTYB üzvü, Gündəlik …
Gecənin rəngi ölmüşdü
Post Views: 40 Dərsdən çıxmışdıq dərs-arası çay içməyə gedəndə Mübarizin aldığı şirniyyatdan qalmışdı. Artıb heyf olmasın deyə çantama qoymuşdum. Günay dedi ki, yaman bərk acmışam həmən bacın ölməyib ki deyib, çantamı açdım şiriyyatı çıxarıb üç qız arasında bölüm. Yol boyu hava o qədər xoş idi ki, yeridikcə xoşxal olurdum. Safuraya dedim: -Bacı gəlsənə bir az …
Bilginin çoxluğumu, sevginin dərinliyimi?
Post Views: 38 Bilgini də, sevgini də var edən Allahdır. Sevgi dolu qəlblərdə Allahın nuru var və Allahın nuru bilgiyə aparan ən işıqlı yoldur. Vurğulamaq istədiyimiz bilginin çoxluğumu, sevginin dərinliyimi bir insan üçün ilkin lazım olacaq hansıdır?
İnsanlar irqləri ilə fəxr etməkdən əl çəkməlidir
Post Views: 37 İlk öncə tək insanın düşüncə tərzinə diqqət yetirək. Əgər tək bir insan ətrafdakı insanlara cinsindən, irqindən, milliyyətindən, rütbəsindən asılı olmayaraq, gözəl düşünürsə və ədalətli rəftar edirsə, bu insanın kamil, uzaqgörən və vicdanlı insan olduğuna nümunədir.
İnsanın gizli şəxsiyyəti “Səmimiyyət”
Post Views: 162 Səmimiyyət hər kəsin, hər an ətrafında qarşılaşmaq istədiyi önəmli bir xüsusiyyətdir. Səmimi üslublu insanlar, səmimi mühitlər hər insanın düşüncəsində müsbət izlər buraxır. Belə mühitlərdə iştirak etməkdən hər kəs məmnun olur. Səmimi insan həmsöhbətləri üzərində gözəl təəssürat oyadır, xoş hisslərə səbəb olur. Səmimi insanlarla ünsiyyətdə olmaq, səmimiyyətin hakim olduğu mühitlərdə iştirak etmək insanlara …
Şərəfli ömür yolu
Post Views: 42 Quba təkcə ağ almaları ilə öyünmür. Burada gedən abadlıq – quruculuq işləri, qədimliklə müasirliyin vəhdət təşkil etməsi göz oxşayır, vüsət alan sosial-iqtisadi tərəqqi prosesləri bu elin gələcəkdə də firavanlığının təmin olunacağını söyləməyə əsas verir. Ancaq Qubanın ən əsas, ən dəyərli sərvəti, əlbəttə ki, bu elin zəhmətkeş adamları, tərəqqipərvər vətəndaşlarıdır. Quba Azərbaycan tarixinə, …
Kənan AYDINOĞLU.”Türkün Türkçülük Dastanı” (Poema)
Post Views: 163 Azerbaycan türkcesinden Türkiye türkcesine çeviren: Kamran MURQUZOV Azerbaycanın Kültür ve Edebiyat Portalının Kurucusu ve Çevirme bölümünün Baş editörü “Türk’ün Türkçülük Destanı” (Poema) Türk-Müslüman dünyasının kurulmasında ve toprak bütünlüğünün korunmasında zaman zaman kendi hökmdarlı borçlarını layıkıyla yapan Nuri Paşa’ya, Osman Gazi’ye, Ertuğrul beye ulu sayqılarla! “Türk’ün Türkçülük Destanı” yoğrulub gelir Turandan, Türkler yine …
Gənc yazar Kənan Aydınoğlu ilə görüş keçirilib
Post Views: 65 10 mart 2015-ci il tarixdə, saat 13:00-da, Bakı şəhəri, Qaradağ rayonu, Korgöz qəsəbəsində yerləşən 197 saylı tam orta məktəbin Rəhbərliyinin təşkilatçılığı ilə Gündəlik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, “Gənc Ədiblər Məktəbi”nin üzvü, gənc yazar Kənan Aydınoğlu yaradıcılığına həsr olunmuş tədbir keçirilib.Kütləvi informasiya vasitələrinin nümayəndələrinin də iştirakı ilə keçirilən tədbirdə məktəbin müəllimi və …
Gülten ERTÜRK.”Zamanın değeri” (Köşe yazısı)
Post Views: 33 Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temsilcisi “Zamanın değerini bilemedik Yoksa biz her şeyin hayırlısını mı dilemedik” Gülten Sultan Dememek için zamanın değerini anlamak ve yerinde o zamanı kullanmamız gerektiğine inanıyorum. Zamanın değeri ne altınla, ne parayla, ne de pulla ölçülür. Adeta sabun gibi siz onu tutmazsanız elinizden kayar gider. Değerlendiremesek ömür …
Harika UFUK.”TÜRKİYE’MİN KADINLARI BAMBAŞKA” (Yeni şeiir)
Post Views: 50 Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temsilcisi Fedakâr, cefakârdır ülkemizde her kadın, Cana can Türkiye’min kadınları bambaşka! Cennet ile söylenir anam mübarek adın, Cana can Türkiye’min kadınları bambaşka! Ülkemiz yemyeşildir; görenler hayran kalır, Havası, suyu güzel; hastalar şifa bulur, Mis kokan kadınımız, rengini gülden alır, Cana can Türkiye’min kadınları bambaşka! Güzellerin içinden …
Leyla ARSAL.Yeni şiirler
Post Views: 43 Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temsilcisi * * * Eşikte bekleyen göz ucuyla dahi bakmaz içeri Merak etmez ardı saray mı han mı kulübe mi Kalbi zelzele olanın kullanabildiği; -sadece kalp yetisi!- Kalbiyle görür kalbiyle bilir Kalbiyle koklar rüzgârın nefesini Ahh o eşikler ardı mıdır hep rüzgârın yurt bellediği * * …
Şəfa VƏLİYEVA.”Bütün bayramlara özəl…” (Yeni şeir)
Post Views: 35 Göydə ulduz əlçim-əlçim, Gözlərimə baxar, gedər… Bu həsrətə dözəcək kim, Həsrət məni yaxar, gedər… Göydə ulduz qatar-qatar, Sərnişini xəyalındı, Bəxtim elə yatar, yatar, Röyası da hicranındı… Göydə ulduz birər-birər, Hərəsi bir güvən, ümid… Məni məndən alar gedər, Vüsaldan üzülən ümid… Göydə ulduz düzüm-düzüm, Unutdurar məni mənə… Daha yoxdur sənə sözüm, Qaytar ver …
Ramil ƏHMƏD: Özüylə söhbəti…
Post Views: 55 Qeyd: Düşünürəm ki, hər bir şairin şeir, esse, və məqalələrinin mərkəzində elə özüylə söhbəti dayanır. Mənim üçün sualların cavabını tapmağın yeganə yolu yazmaqdır. Bəlkə də, yazılan hər mətn hansısa bir suala cavab tapmaq cəhdidir…Zaman-zaman cavab tapmaq, məsələni özüm üçün aydınlaşdırmaq məqsədi ilə bir sıra məqalələr yazmışam. Həmin sualların bir qismini və cavablarını …
Bakı Slavyan Universitetində “VƏTƏNPƏRVƏRLİK” mövzusunda möhtəşəm tədbir keçirilib
Post Views: 37 5 mart 2015-ci il tarixdə Bakı Slavyan Universiteti “İnnovasiya və Texnologiya üzrə” Rektor Müşavirliyinin və “Gənclərin Töhfəsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə akt zalında “VƏTƏNPƏRVƏRLİK” mövzusunda möhtəşəm tədbir keçirilmişdir.Tədbirdə milli qəhrəman İbad Hüseynov , Bakı Slavyan Universitetinin rektoru Asif Hacıyev ,Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev ,”Kempo “ federasiyasının prezidenti Rauf …
Gənc yazar Ramil Əhmədin yeni kitabının imza günü keçirilib
Post Views: 49 3 mart 2015-ci il tarixdə, saat 14:00-da, Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda “Gənc Ədiblər Məktəbi”nin üzvü, Prezident təqaüdçüsü, gənc yazar Ramil Əhmədin “Zaman tuneli” kitabının təqdimat mərasimi keçirilib. Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidmətinin rəhbəri, Gənclər Şurasının sədr müavini Xəyal Rza, Azərbaycan Yazıçılar Birliyinin üzvü, …
Gülnarə İSRAFİLQIZI.”Elə istəyirəm!” (Yeni şeir)
Post Views: 39 Elə istəyirəm qığılcım axsın, Parlasın, gözümün yaşı yerinə. Çiynim bu dünyanın yükü altında, Əzilib getməsin boşu yerinə. Elə istəyirəm küləklər əssin, Çiçəklər dayansın dodaq-dodağa. Bu öpüş qanadlı mələyə dönsün, Aparsın məndən də məni uzağa. Elə istəyirəm nağıl danışsın, Hər gecəm, gündüzü yatırmaq üçün. Sinəmdə doğulmuş, körpə arzumu, Qızılgül içinə batırmaq üçün. Elə …
Fidan ABBASOVA.”Qaçardım arxanca sonsuz xülyaya..” (Yeni şeir)
Post Views: 30 Baxıram ürəyim ağrıyır yaman başımı alıbdır qatı bir duman sabaha olsaydı inanki güman səni sevmək üçün gəlib dünyaya qaçardım arxanca sonsuz xülyaya… Kaş əlindən tutub yürüyə bilsəm kaş ki, həsrətini unuda bilsəm gütdiyin yolları geriyə dönsən səni görmək üçün çıxıb yollara qaçardım arxanca sonsuz xülyaya… Ruhum səni gəzir dağda , aranda kimə …
Şəfa VƏLİYEVA.”Gözümdən yağış yağır” (Yeni şeir)
Post Views: 44 Baxışında qar donub, Gözümdən yağış yağır. Xatirəylə ovunub, Günüm yolundan çıxır… Daha mənə söyləmə, Gün çıxacaq nağılı… Bilmirsənsə, öyrətmə Unutmağa ağılı… Soyuqluğun öyrədib, Ömrün qışı hardadır… Kirpiklərin gizlədib, Baxışında qardadır…
Şəfa EYVAZQIZI.”Kim bilir” (Yeni şeir)
Post Views: 35 Alnıma yazılan yazıya bir bax, Kim bilir daha nə görəcək gözüm?! Vaxtsız sönən məhəbbətin yasına, Görəsən çoxmu yaş tökəcək gözüm?! Üzümdə izini buraxır illər, Saralır içimdə açılan güllər. Gün-gündən rəngini itirir tellər, Deyəsən çuxura düşəcək gözüm! Düz yollarım döndü oldu çəpəki, Dağ-dərə önümü kəsib hələ ki. Çox yüyürdüm çatammadım sənə ki Elə …
Debüt: Günel YAĞMUR (Şuşa rayonu).Yeni şeirlər
Post Views: 62 Günel Yağmur (Eliyeva Günel Qəzənfər qızı) 1991-ci ildə Şuşa səhərində anadan olub. Sumqayıt Dövlət Universitetinin filologiya fakültəsini bitirib, hal-hazırda Laçın rayonu E.Əliyev adına Fərəcan kənd tam orta məktəbində Azərbaycan dili və Ədəbiyyat müəllimi, eləcədə təlim-tərbiyə işləri üzrə direktor müavini işləyir. GÜNAHSIZ ”QATİL” Kimsəsizlər adasına yola saldım düşüncələrimi, Uzaqlaşdırmaq istədim mənim olan dünəni, …
Debüt: Nigar RÜSTƏMQIZI (Bakı şəhəri).Yeni şeir
Post Views: 30 Nigar RÜSTƏMQIZI -1992-ci il, dekabr ayının 3-də Bakı şəhərində anadan olmuşdur.1999-cu ildə Abşeron rayonu, Xırdalan şəhəri 2 saylı orta məktəbin 1-ci sinfinə getmiş,2001-2008-ci illərdə Abşeron Musiqi məktəbinin fortepiano üzrə 7 illik mərhələsini fərqlənmə diplomu ilə bitirmişdir.2010-cu il tarixində 9 saylı orta məktəbi bitirərək,Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə qəbul olmuşdur.Oxuduğu illər ərzində ictimai …
Debüt: Şəhanə MÜŞFİQ (Bakı şəhəri).”Eşq olsun!” (Hekayə)
Post Views: 34 Payız təzə gəlmişdi. Daha doğrusu, hələ təzə-təzə öz gəlişini sübut etmək istəyirmiş kimi havalar son günlər soyumağa başlayırdı. Universitetdən çıxıb yağışın altında demək olar ki, qaça-qaça özümü metroya çatdırmağa tələsirdim. Yağış elə bərk yağırdı ki, başımı qaldırmağa, ətrafıma göz yetirməyə macal tapmırdım. Evdən çıxarkən anamın “bu gün yağış havası var, özünlə çətir …
Debüt: Əsmər QASIMLI (Ağdam).Yeni şeir
Post Views: 43 Əsmər QASIMLI (Qasımova Əsmər Eldar qızı) 21 iyul 1991-ci ildə Ağdam rayonunun Mirəşəlli kəndində anadan olub.1997-2008-ci illərdə orta məktəbdə təhsil alıb.2008-2013-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb.2013-cü ildə Təhsil Nazirliyinin keçirdiyi müəllimlərin işə qəbulu imtahanından keçərək Ağdam rayonu Ə.Vəliyev adına II Baharli ümumi orta məktəbə …
Debüt: Ülkər DƏNİZ (Masallı rayonu).Yeni şeirlər
Post Views: 34 Ürəyimə yağış yağır bu gecə Gözlərindən baxışların tökülür, Od nəfəsim sənlə dara çəkilir… Varlığımda eşq sarayı tikilir, Bir xəbərsiz eşq yaranır gizlicə, Ürəyimə yağış yağır bu gecə.. Bəxtim sənə nə göz yaşı ol deyir, Nə tökülən göylər daşı ol deyir.. Bir ürəyin gəl sirdaşı ol deyir, Arzularla ötüb gedir gün necə, Ürəyimə …
Debüt: Mehman RASİMOĞLU (Tovuz rayonu).Yeni şeirlər
Post Views: 36 Mehman Rasimoğlu (Rzayev) 1983-cü il 27 martda Tovuz rayonunda ziyalı ailəsində, aşıq Əsəd Rzayev ocağında anadan olub. Orta məktəbi Tovuz rayonu Elxan Məmmmədov adına orta məktəbdə bitirib. 2004-cü ildə BDU-nun jurnalistika fakultəsinin məzunu olub. Mehman Rasimoğlu tələbəlik illərindən dövrü mətbuatda dərc olunur. “İlk məhəbbətim” adlı şeirlər kitabının müəllifi, Tovuzda fəaliyyət göstərən aşıq …
Qafqaz ƏVƏZOĞLU.”Yadıma düşübdü”
Post Views: 33 Yurd-yuvamda keçirtdiyim hər günüm, Ötüşən il, ay yadıma düşübdü! Bir səs olcaq ayağından başacan, Kəndə düşən hay yadıma düşübdü! İşdən-gücdən yorğun-arğın qayıdıb, Dincələrdik körpələri oynadıb. Qapımızda samavarı qaynadıb, Dəmlədiyim çay yadıma düşübdü! Neçə vaxtdı bir dərd əyib qəddimi, Bölə bilmir köhnə qonşum dərdimi. Düşünürəm viran qalan kəndimi, Başdan-başa tey yadıma düşübdü! Demə …
Rafiq ODAY.”USTAD, BİR DÖN SİNƏMƏ BAX…”
Post Views: 29 «Gəl gör mənə eşq neylədi» Yunis İmrə Bu sevda dəli sevdadı, Tükənməz macərası var. Nə bu dərdə əlac edən, Nə bu dərdin çarısı var. Oldu ömrün yazı talan, Yazıq satan, yazıq alan. Nə ondan bir razı qalan, Nə ondan bir narazı var. Yön çevirib dağa-daşa, Bulaq oldu gözüm – daşan. Nə gözümdə …
Saqif QARATORPAQ.”Başa çəkək bu dərdi” (Yeni şeir)
Post Views: 31 Zalım,mən ha demədim Başa çəkək bu dərdi. Əlim ətəkdən uzun… Haşa! Çəkək bu dərdi. Ağla,bu gülə ağla, Dən düşən telə ağla. Oda yan,külə ağla, Yaşa… çəkək bu dərdi. Əlimdə eşqin camı, Süzmüşəm göz yaşıımı. Görsən ki dönüb hamı Daşa,çəkək bu dərdi…
Hikmət MƏLİKZADƏ.”O qıza deyin ki, güzgüyə baxsın” (Yeni şeir)
Post Views: 29 Bezib şeytan yazıq təsbeh öpməkdən, Gəzib ömrü boyu səfil, qocalıb. O qıza deyin ki, güzgüyə baxsın, Yoxsa elə bilər qəfil qocalıb. Çoxunun İlahə sandığı qızı, Bir göz qırpımında gəzib, atırıq. Bir parça kağızdır arzular sanki, Elə ki, dəmləndik, əzib atırıq. Bilmirdin, yol güdən özünü güdür? Nəyini sevmişdin dəli Kərimin? Çəkil, kainatı sahmana …
Əlirza HƏSRƏT.”Saat səsi” (Yeni şeir)
Post Views: 92 Dağın arxasında məst olub Günəş, Süzür gözlərini qürub saatı. Çarmıxa çəkilən yol ayrıcında,- Ürəyim döyünən qərib saatı. Bir eşq ünvanı tək saata baxdın. Könlümdə çağladın,gözümdə çaxdın. Əqrəblər nazıyla oynayır vaxtın, Kim belə divanə görüb saatı?! Gözlərim diksindi saat səsinə, Uzaqda bəlkə bir nəğmə isinə. Sən allah,qulaq ver zənguləsinə,- Gör, zalım nə gözəl …
Gündüz SEVİNDİK.”Mənim küçələrim üşümür daha” (Yeni şeir)
Post Views: 34 Baxdı neçə-neçə şeirlərimə, İstədi don biçə şeirlərimə, Köçdü küçə-küçə şeirlərimə, Mənim küçələrim üşümür daha… Bu yükə toxunma, daşıyan mənəm, Bax, ölüb-dirilən, yaşayan mənəm, Nə yaxşı, elə tək üşüyən mənəm… Mənim küçələrim üşümür daha. Dərdim bu dünyanın çiyninə deyil, Sözüm küçələrin əyninə deyil… Dizəcən yağan qar eyninə deyil, Mənim küçələrim üşümür daha. Qəlb …
Mais TƏMKİN.”Dünya, məni bağışla…” (Yeni şeir)
Post Views: 52 Tamah mənim gözümdəymiş, Dünya, məni bağışla, sən. Demə , günah özümdəymiş, Dünya, məni bağışla, sən! Durdum neçə can qəsdinə, Nahaqdan dəydim şəstinə. Qan tökdüm, yıxdım üstünə, Dünya, məni bağışla, sən. Sən safsanmış, təmizsənmiş, Çəmən, meşə, dənizsənmiş. Yaradana əzizsənmiş, Dünya, məni bağışla, sən. Hərdən həddimi aşmışam, Nə bilim, bəlkə, çaşmışam. Hər gün sənlə …
Ülviyyə Əlizadəni doğum günü münasibətilə təbrik edirik! (25 fevral 1988-ci il)
Post Views: 32 Gündəlik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, Gündəlik İnformasiya Agentliyinin, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının, Köşəyazılarımız.Com portallarının əməkdaşını doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar diləyir! Mətbuat xidməti
Xəstəliklər insana nəyi düşündürür?
Post Views: 31 Xəstliklər ardındakı hikmətlər İnsan aciz bir varlıq olaraq yaradılıb. Tez xəstələnir, kiçik bir virusun hətta, bəsit gördüyümüz qrip xəstəliyinin təsiriylə günlərlə yataqdan qalxa bilməyəcək qədər zəif düşür.Xəstəlik insana acizliyini və Allaha möhtac olduğunu xatırladır.İnsan mikroskopik bir virusun öz bədəni üzərində əmələ gətirdiyi zəifliyə əngəl ola bilmir ,məhz bu zaman acizliyini və Allaha …
Taxta parçasından nəhəng ağac necə yaranır?
Post Views: 39 Hər insan toxumun nə olduğunu, nəyə bənzədiyini və bitkilərin də məhz toxumlardan əmələ gəldiyini çox yaxşı bilir. Ancaq bir çox insan taxta parçasını xatırladan bir cisimdən bir-birinə bənzəyən və ya bənzəməyən, növbənöv bitkinin çıxdığını, bütün bu bitkilərə aid məlumatların toxumlara necə yerləşdirildiyini, bu məlumatların ayrı ayrılıqda şifrəli olduğunu bəlkə də heç düşünməyib. …
Təkamül nəzəriyyəsinə qarşı elmi mübarizə aparmaq nə qədər əhəmiyyətlidir?
Post Views: 55 “Təkamül nəzəriyyəsinin etibarsızlığı”. Əslində, bu mövzu hər kəs tərəfindən çox yaxşı öyrənilməlidir. Nəyə görə? İnsanlar fitrətən doğru olanı sevərlər. Məsələn, heç bir insan istəməz ki, ona yalan deyilsin. Doğru olmayan bir şeyə də etibar etməz, güvənməz. Ancaq burda diqqət etməli olduğumuz bir məqam var. İnsan əvvəlcə araşdırmalıdır. Ağılla, elmlə, vicdanla nəyin doğru, …
Əsl dostumuz Allahdır
Post Views: 28 Bir anlıq düşünək: çox rahat nəfəs alırıq… Ehtiyacımız olan bu hava təbiətdə hazır şəkildə mövcuddur, onu hazırlamaq və ya əldə etmək üçün heç bir əziyyət çəkmirik. Əksinə, təbiətdəki yaşıllıqlar və okeanın dərinliklərində yaşayan xüsusi canlı orqanizmlər ehtiyacımız olan bu havanı təmin etmək üçün səfərbər olurlar. Biz isə bu havanı qəbul edirik. Yaşamaq …
Sonlu həyatdan Sonsuzluğa gedən yol…
Post Views: 63 DÜNYADAKI ÇƏTİNLİKLƏR , ƏSKİKLƏR və ACİZLİKLƏR NƏ ÜÇÜN VAR??? CƏNNƏT-həyatın çox gözəl və asan olduğu bir məkan .Burada -acmaq , susamaq , yuxu, yorulmaq, xəstəlik və bunun kimi heç bir acizlik yoxdur.Burada insan hər zaman sağlam və gümrah, bütün acizliklərdən uzaqdır.Nəfsin arzuladığı və gözə xoş görsənən hər bir şey Cənnətdə vardır.Bir meyvəni …
İslamda məcburiyyət və təzyiq yoxdur!
Post Views: 36 İSLAM – DEMOKRATİYA VƏ İFADƏ AZADLIĞININ MƏNBƏYİDİR Hal-hazırda dünyada fərqli dinlərə və inanclara mənsub insanlar yaşamaqdadırlar.Hər bir dinin və inancın itaət etdiyi ilahları və özünəməxsus ibadət tərzləri vardır.Bütün bunlarla yanaşı müsəlmanlar hər dindən və inancdan olan insanlara qarşı mərhəmətlə, şəfqətlə, hörmətlə və mülayim davranmaqla mükəlləfdirlər . İnsanlar düşüncələrinə , dinlərinə, millətlərinə görə …
Əsil xoşbəxtlik imanla mümkündür
Post Views: 44 Bəzən ətrafımızda sıxıntılı üz ifadəsinə malik olan bir çox insanla qarşılaşırıq. Çox cüzi çatışmamazlıq qarşısında tez hirslənən, hər şeyə deyinən, hər şeydən şikayətlənən, bir sözlə həyatından narazı insanların sayı getdikcə artır. Eyni zamanda sosial şəbəkələrdə təhdid, təhqir, tənqid, lağ və ya kimisə alçaltmaq üçün istifadə olunan üslublarla paylaşılan bir çox statuslar insanların …
Birlik olmaq zamanıdır
Post Views: 40 Hal–hazırda dünyanın hər tərəfində böyük bir qarışıqlıq hökm sürür. Vəziyyətin nə qədər ciddi olduğunu mediada yer alan xəbərlərdən də görə bilərik. Hər gün yüzlərlə insan öz yurdlarını tərk etmək məcburiyyətində qalır, yüzlərlə insan qətlə yetirilir. Gənc qızlar, qadınlar zorakılığa, uşaqlar təcavüzə məruz qalır. Atılan zəhərli silahlar nəticəsində körpə uşaqlar göz görə-görə can …
Gənc yazar Kənan Aydınoğlunun şeirləri “Usare” dərgisində dərc olunub
Post Views: 34 Qardaş Türkiyə Cümhuriyyətinin Adana şəhərində yeni işıq üzü görən “Usare” aylık, kültür, sanat ve edebiyat dərgisinin ilk sayında Gündəlik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, “Hüseyn Arif” Ədəbi Birliyinin üzvü, gənc yazar Kənan Aydınoğlunun şeirləri dərc olunaraq ictimaiyyətin nəzərinə çatdırılıb.