Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. E-mail: edebiyyat-az.com@mail.ru, Əlaqə telefonu: 051 795 44 33 Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 61 - 120 of 150 NƏTİCƏLƏR
Azərbaycan ədəbiyyatı

Abdulla MƏMMƏD.”Canımda can,Azərbaycan,anam,can!”

Post Views: 30 Allahın Rəsulu(s) hədisində buyurmuşdur:”Vətəni sevmək imandandır.” Əsir Göyçəm göyçəklərin göyçəyi, Samur çayı köksümdəki göynəyim. Köz-köz olub,Allah,içim göynəyir, Qan yaddaşı,sözümə can,anam,can, Canımda can,Azərbaycan,anam,can! Borçalıda qəribsəyən torpağam, İrəvanda xal axtaran qonağam. Zəngəzurda darda qalan sorağam, Qan yaddaşı,sözümə can,anam,can, Canımda can,Azərbaycan,anam,can! Xudafərin Arazda daş ağıdır, Ağrı dağı ağrımızın dağıdır. Yurd harayı bağrımızı dağıdır, Qan yaddaşı,sözümə …

Azərbaycan ədəbiyyatı

Müzəffər MƏZAHİM.”Payızın”

Post Views: 51 Yenə silkələyib duyğularımı, Oyatdı yuxudan əli payızın. Atıldım qoynuna bir uşaq kimi, Qayğıkeş payızın, dəli payızın. Hissimin yetişmiş nəğmə barını, Könül bağçasının ilk nübarını, İki sevən gəncin toy-mağarını, Ərməğan gətirdi yeli payızın. Bu yay məni yaman yorğun elədi, Coşğun xəyalımı durğun elədi… Könlümü özünə vurğun elədi, Yağışlı, küləkli əli payızın.

Azərbaycan ədəbiyyatı

Müzəffər MƏZAHİM.”Elmdar”

Post Views: 28 Gördün ki, qalıb torpağımız darda, Elmdar, Gənc ömrünü qurban elədin yurda, Elmdar. Qəlbində Vətən eşqi, yolun haqqa səfərbər, Qüsl aldın amalıdakı o nurda, Elmdar. Sayəndə şərəfləndi yenə milli qürurum, Qüdsal əməlindən od alıb tar da, Elmdar. Tərlanlara oylaqdı bizim Azərbaycan, Mütləq alınar intiqamın burda, Elmdar. Minlərlədir sən tək Vətənin qəhrəman oğlu, Labüddür …

Azərbaycan ədəbiyyatı

Rafiq ODAY.”Uğurlu əməliyyat” (Hekayə)

Post Views: 34 1986-cı ildə – 30 il bundan öncə, sovetlər dönəmində yazılmış bir hekayə. Amma… Qasım eşidəndə ki, “uçastkovı” Qulam onu axtarır, dalağı sancdı. Fikrinə gəldi ki, yəqin axşam “stuk” Zakirin çayxanasında çıxartdıqları hoqqanı kimsə ona çatdırıb. Odur ki, imkan daxilində onun gözünə görünməməyə çalışırdı. Ancaq Qulam da Qulam idi. Aradan heç bir saat …

AJB Sumqayıt şəhər təşkilatı

«Azərikimya» İB-nin əməkçiləri payızın gəlişini və neftçilərin peşə bayramını iməciliklə qarşılayırlar

Post Views: 31 Sentyabrın 17-də «Azərikimya» İstehsalat Birliyinin struktur bölmələrində 2016-cı ilin ilk payız iməciliyi keçirilmişdir. 20 sentyabr–neftçilərin peşə bayramına həsr olunmuş. iməcilikdə Etilen-polietilen zavodundan, Təmir-tikinti idarəsindən və Birliyin İdarəetmə aparatından ümumilikdə 500 nəfər əməkdaş iştirak etmişdir. İki gündən bəri aramsız davam edən payız yağışının yaratdığı müəyyən çətinliklərə baxmayaraq, böyük ruh yüksəkliyi şəraitində keçən iməcilik …

Publisistika

Gülnar SƏMA.”Ədəbi gəncliyimizin 2015-ci ildəki fəaliyyətinə bir baxış”

Post Views: 32 Çağdaş gənc yazarlarımız müasir ədəbi proseslərə yetərincə təsir göstərməkdədir. Bu baxımdan gənc yazarların 2015-ci ildəki ədəbi çıxışlarını fundamental şəkildə araşdırmaq olar. Hətta, araşdırmanı da bir neçə istiqamətdə aparmaq mümkündür. Bu yazıda aparılan bölgülər şərti xarakter daşıyır. Həm də məqalədə ən çox poeziya nümunələrinə istinad edilib. 2015-ci ildə “aybKitab” layihəsində gənclərin çap olunan …

AJB Sumqayıt şəhər təşkilatı

“Azərikimya” İB-də Etilen-polietilen zavodunda aparılmış əsaslı təmir işlərinin nəticələrinə həsr olunmuş müşavirə keçirilmişdir

Post Views: 27 Azərikimya” İstehsalat Birliyinin akt zalında idarə və müəssisə rəhbərlərinin, baş mühəndislərin, istehsalat və sex rəislərinin, əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mütəxəs¬sislərin iştirakı ilə cari ilin avqust ayının 5-dən sentyabr ayının 5-dək – bir ay müddətində Etilen-polietilen zavodunda aparılmış əsaslı təmir işləri zamanı əldə olunmuə uğurların, eyni zamanda əməyin mühafizəsi və texniki …

Müsahibə

Baba VƏZİROĞLU: “Bu gün də özümü ya şagird, ya da tələbə hiss edirəm” (Müsahibə)

Post Views: 49 “Bu gün də özümü ya şagird, ya da tələbə hiss edirəm” Dəyərli oxucular, hər zaman yaradıcı insanların, məhşurların həyatı, iş fəaliyyəti hər birimizin maraq obyekti olub. Belə məhşurlardan da gənclər üçün ən çox maraq doğuran nəğəmkar şair, respublikanın əməkdar incəsənət xadimi, söz memarı Baba Vəziroğludur. Müasir cəmiyyətin ədəbi zövqünün formalaşmasında Baba Vəziroğlunun …

Türkiyə ədəbiyyatı

Şemsettin AĞAR HOCAMIZIN Doğum Gününü Kutluyoruz!

Post Views: 33 HAZAN RÜZGÂRI İçimi hasretin odu yakarken Başımda bir kara duman tütüyor Ellerin şafağı erken sökerken Benim sol yanımı sıtma tutuyor Sanki deli gönlüm özleme çunmuş Kaderim de tutup kederi sunmuş Herkesin bağına bülbüller konmuş Benim dallarımda baykuş ötüyor Düşmüşüm devası zor olan derde Öyle dert ki akıl koymadı serde Gözümün önüne çekilir …

"Yeni nəşrlər"

Şair Sabir Sarvanın “Qibləm ürəyimdi” adlı yeni şeirlər kitabı işıq üzü görüb

Post Views: 35 Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin sədri, tanınmış şair Sabir Sarvanın Sabir Sarvanın “Qibləm ürəyimdi” adlı yeni şeirlər kitabı işıq üzü görüb.Kitabın redaktoru Gülnarə Cəmaləddindir. Ön sözün müəllifi ədəbiyyatşünas alim, tənqidçi İlham Abbasovdur. Kitabda müəllifin son illərdə qələmə aldığı bədii yaradıcılıq nümunələri toplanıb.Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. …

Azərbaycan ədəbiyyatı

Müzəffər MƏZAHİM.”Tehran”

Post Views: 53 Neftçala rayonunun Aşağı Qaramanlı kəndindən 1994-cü ildə Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olan Tehran Ağayevə həsr olunur. Yurdun şərəfini qorumaq üçün, Qanlı yarasını sarımaq üçün, Bu elə-obaya yarımaq üçün, Getdi döyüşlərə hünərlə Tehran. Bu da bir tarixdi, bir dastanıydı, Kişilik meydanı, ər meydanıydı, Dar gündə Vətənin imtahanıydı, Çıxdı bu sınaqdan vüqarla Tehran. …

Azərbaycan ədəbiyyatı

Müzəffər MƏZAHİM.”Müəllim”

Post Views: 34 Bilik günü münasibəti ilə bütün müəllimləri ürəkdən təbrik edir, yeni tədris ilində uğurlar diləyirəm. Necə şərəflidir, necə böyükdür, Necə də ülvidir bu ad – Müəllim! Köksündə çırpınır sadə bir ürək, Neçə dahilərə ustad müəllim. Elmin paslanmayan açarıdır o, Düşünən beyinin baharıdır o, Haqqın əyilməyən vüqarıdır o, Çalır kəhkəşanda qanad müəllim. Açıq bir …

"Yeni nəşrlər"

“Atəş 2016” antologiyası işıq üzü görüb

Post Views: 27 “Atəş 2016” antologiyası “Azərbaycan-Türkiyə Ədəbiyyat Şöləni” layihəsi çərçivəsində 2016-cı ildə respublikanın paytaxtı Bakı şəhərində fəaliyyət göstərən “Adiloğlu” nəşriyyatı tərəfindən 256 səhifə həcmində, 300 tirajla nəşr olunub.Layihənin rəhbəri və müəllifi Çağdaş Dağıstan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Cəsarətli qələm” media mükafatı laureatı, nəğməkar-şairə Zeynəb Dərbəndlidir.Kitabın redaktoru Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, …

"Yeni nəşrlər"

Gənc yazar İsa Həsənoğlunun “Söhbətcil duyğular” adlı şeirlər kitabı işıq üzü görüb

Post Views: 36 Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, gənc yazar İsa Həsənoğlunun “Söhbətcil duyğular” adlı şeirlər kitabı 2016-cı ildə Bakı şəhərində “Elm və Təhsil” nəşriyyatında çap olunmuşdur. Kitabın redaktoru şair, jurnaist Əvəz Qurbanlı, ön sözün müəllifi və məsləhətçisi isə Naxçıvan MR Yazıçılar Birliyinin sədri Asim Yadigardır. Kitab müəllifin …

Azərbaycan ədəbiyyatı

“Oxuyan gənclik–sərbəst kitabxana” layihəsi haqqında

Post Views: 46 1. LAYİHƏNİN ADI “Oxuyan gənclik – sərbəst kitabxana” LAYİHƏNİN QISA TƏSVİRİ Gəncə şəhərinin müxtəlif, xüsusilə gənclərin çox olduğu parklarında və istirahət yerlərində, həmçinin ali təhsil müəssisələrinin yaxınlıqlarında quraşdırılacaq mini-kitabxanalar vasitəsilə kitab onu oxumaq istəyən hər insan üçün əlçatan ediləcək və gənclərin kitablarını dəyişdirərək oxuya bilmələri üçün maddi-texniki baza formalaşdırılacaq. LAYİHƏNİN MƏQSƏDİ VƏ …

Azərbaycan ədəbiyyatı

“Oxuyan gənclik–sərbəst kitabxana” adlı layihə icra edilir

Post Views: 33 Kitab oxumaq insanın həyatını dəyişə bilərmi? Bu suala yəqin ki, çoxlarımız “bəli” cavabını veririk. Böyük Türk mütəfəkkiri və yazıçısı Cəmil Meriç kitab haqqında demişdir: “Bir adama bir kitab satdığın zaman, ona yalnız yarım kilo kağız, mürəkkəb və yapışqan satmış olmazsan, ona tamamilə yeni bir həyat satmış olursan. Sevgi, dostluq, yumor və gecə …

SOCAR «Azərikimya» İB

“Azərikimya” İB-də “Petkim Petrokim­ya Holding” şirkətində təcrübə mübadiləsindən qayıdan tələbələrlə görüş keçirilmişdir

Post Views: 47 Sentyabrın 14-də “Azərikimya” İB-nin akt zalında Türkiyənin ən nüfuzlu neft-kimya şirkətlərindən olan “Petkim Petrokim¬ya Holding A.Ş.”-də təcrübə mübadiləsindən qayıdan tələbələrlə görüş keçirilmişdir. Görüşü giriş sözü ilə açan “Azərikimya” İB-nin İcraçı direktorunun Kadr, rejim və informasiya texnologiyaları üzrə müavini Xalıq Mustafayev qeyd etmişdir ki, neft-kimya sənayesi üçün kadrlar hazırlayan ali təhsil müəssisələri ilə …

SOCAR «Azərikimya» İB

“Azərikimya” İB-də “Petkim Petrokim­ya Holding” şirkətində təcrübə mübadiləsindən qayıdan tələbələrlə görüş keçirilmişdir

Post Views: 74 Sentyabrın 14-də “Azərikimya” İB-nin akt zalında Türkiyənin ən nüfuzlu neft-kimya şirkətlərindən olan “Petkim Petrokim¬ya Holding A.Ş.”-də təcrübə mübadiləsindən qayıdan tələbələrlə görüş keçirilmişdir. Görüşü giriş sözü ilə açan “Azərikimya” İB-nin İcraçı direktorunun Kadr, rejim və informasiya texnologiyaları üzrə müavini Xalıq Mustafayev qeyd etmişdir ki, neft-kimya sənayesi üçün kadrlar hazırlayan ali təhsil müəssisələri ilə …

"Yeni nəşrlər"

Şair-publisist Nəcibə İlkinin “Könlüm nağıl istəyir” adlı yeni kitabı işıq üzü görüb

Post Views: 24 Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvünü, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin Mətbuat xidmətinin rəhbərini, “Azad qələm” qəzetinin və “Ali Ziya” jurnalının təsisçisi və baş redaktoru, şairə-publisist Nəcibə İlkinin “Könlüm nağıl istəyir” adlı yeni şeirlər kitabı 2016-cı ildə respublikanın paytaxtı Bakı şəhərində fəaliyyət göstərən “Adiloğlu” nəşriyyatı tərəfindən 104 səhifə …

Türkiyə ədəbiyyatı

Türkiyənin Bursa şəhərində Beynəlxalq Ərtuğrul Qazini Anma və İnegöl şənlikləri keçirilib

Post Views: 31 Türkiyənin Bursa şəhərində Beynəlxalq Ərtuğrul Qazini Anma və İnegöl şənlikləri keçirilib. Ərtuğrul Qazi Dərnəkləri Federasiyasının üzvü İnegöl Ərtuğrul Qazi Kültür və Yaşatma Dərnəyi tərəfindən keçirilən 18-cı festival üç gün davam edib. Tədbirdə ölkəmizi Sumqayıt şəhər “Dostluq” mədəniyyət evinin “Xəzri” xalq mahnı və rəqs kollektivi təmsil edib. Kollektivin İnegöl Kültür parkında və Anfiteatrda …

Publisistika

“Bilik günü”

Post Views: 54 Son illərdə Azərbaycan təhsili yeni inkişaf dövrünə qədəm qoyub. Prezident İlham Əliyevin qayğısı, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr ulu öndərin təhsil siyasətinin uğurlu davamının göstəricisidir. Bir faktı xatırlatmaq kifayətdir: ölkəmizdə təhsil sisteminin bütün pillələri üzrə Dövlət proqramları uğurla həyata keçirilir. Bu, bir həqiqətə – Prezident İlham Əliyevin təhsili dövlət siyasətinin prioritetlərindən …

Publisistika

KİV nümayəndələri SOCAR-ın həyata keçirdiyi layihələrlə tanışlıq məqsədi ilə Sumqayıtda olmuşlar

Post Views: 39 Azərbaycan Respublikası Dövlət neft Şirkəti (SOCAR) özünün ən böyük investisiya layihələrini məhz Azərbaycanada həyata keçirir. Neft və qaz hasilatı sahəsində “Şahdəniz-2” kimi nəhəng layıhələrlə yanaşı, SOCAR-ın həm də neft və qaz emalı sənayesində keçirdiyi böyük layihələr uğurla icra olunur. Bu layihələrin məqsədi Azərixrac potensialını və gəlirlərini artırmaqla yanaşı, yeni iş yerləri yaratmaq, …

Azərbaycan ədəbiyyatı

Sumqayıtda Şəhər Mədəniyyət Evi Xalq şairi Süleyman Rüstəmin anadan olmasının 110 illiyi münasibətilə tədbir keçirib

Post Views: 29 Sumqayıtda Şəhər Mədəniyyət Evi Xalq şairi, Əməkdar incəsənət xadimi, şair-dramaturq Süleyman Rüstəmin anadan olmasının 110 illiyi münasibətilə tədbir keçirib. “Könlümü şeirə vermişəm” adlı ədəbi-bədii gecəyə “Veteran “xalq xorunun dirijoru Türkan Mahmudova və ŞME-nin özfəaliyyət kollektivinin üzvü Əlipaşa Paşayev aparıcılıq edib. Tədbirdə şairin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib, “Xəyal” instrumental ansamblın …

Publisistika

Dürdanə Hümbətli

Post Views: 29 Şəhərin səs – küyündən, təngnəfəsliyindən, ritmindən can götürüb kəndin səssizliyinə sığınmaq qədər gözlənilən məqam az –az olur həyatda… Şəhər həyatının doğurduğu gündəlik qayğıların, bağıran – çağıran reklamların rəngləriylə bəzənmiş şəhər divarlarının göz yoran görüntülərindən kəndin gözoxşayan yaşıl rəngini acgözlüklə seyr edib də daxilində gözəl – gözəl arzuların, düşüncələrin cücərməsini, ruhunun bu təsirdən …

Azərbaycan ədəbiyyatı

Rahilə DÖVRAN.”Rübailər”

Post Views: 36 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, “Rübailərim” – silsiləsindən Arzunun, istəyin tükənməz sayı, Hər adam yaşayar, Haqq verən payı. Diləyi Rəbbindən doğru dilə ki, Yaradan qış vaxtı bəxş etməz yayı. *** Dağların bəzəyi zirvənin qarı, Bağların bəzəyi nübarı, barı. İnsan övladının,Adəm oğlunun, Könlünün bəzəyi, sevdiyi yarı. *** Yaz …

Azərbaycan ədəbiyyatı

Rahilə DÖVRAN.”Rübailər”

Post Views: 27 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, “Rübailərim” – silsiləsindən Heç zaman güvənmə yağıya, yada, Düşməndən yol tapar insana qada. Dostluqda möhkəm ol, qoru dostunu, Ən ağır günündə dost çatar dada. *** Ibadət qəlblərə nur, hüzur yayır, Namaza, oruca sən də vaxt ayır. Satma gühü-günə, qısadır ömür, Sənin saydığını, …

Azərbaycan ədəbiyyatı

Abdulla MƏMMƏD.”Etiraf”

Post Views: 32 Nə qədər gizləyim baxışımı mən, Nə qədər gözündən yayınım, qaçım? Sığınıb gecənin ağuşuna mən, Tənha bir qüssəni nə qədər qucum? Sənli ümidimin gerçəyi baha, Sövq etmə əlçatmaz istəyə məni. Ömrümün payızı yetişib daha, Salma dərd eləyib ürəyə məni. Bu könül dünyam da könlümü almır, Könülsüz açılır gözümdə səhər. Ürəyim könüllü qayğıma qalmır, …

Azərbaycan ədəbiyyatı

Abdulla MƏMMƏD.”Sənin gözlərinə baxa bilmərəm”

Post Views: 27 Sənin gözlərinə baxa bilmərəm, Sənin gözlərindən günahım axır. Mən bu cazibədən çıxa bilmərəm, Ürək sındırmışam-bir ürək axı… Sənli xatirələr üzülər qəmdə, Yanına gəlməyə üzüm də olmaz. Görəndə sarsilib üzülərəm də, Bir kəlmə kəsməyə sözüm də olmaz. Bağışla demərəm, sarsılsam belə, Sən ki büdrəmisən, yıxılan mənəm. Bilirəm-qəlbində yerim var hələ, Çox da ki …

Azərbaycan ədəbiyyatı

Müzəffər MƏZAHİM.”Gülə-gülə”

Post Views: 32 S.Vurğuna nəzirə Keçdi yağlı vəzifəyə, Cavan vaxtı gülə-gülə. Sağ cibinə , sol cibinə Rüşvət axdı gülə-gülə. Öz nəfsinin oldu qulu, Şirin bildi haram pulu. Yaman azdı bu düz yolu, Yoxuş çıxdı gülə-gülə. Dedim: Oğlan ayıq tərpən, Dedi: Mənə dərs demə sən. Dedim: Axı ilişərsən, Durub baxdı gülə-gülə. Tapdadığca həddi , qını, Varı …

Türkiyə ədəbiyyatı

Yasemin DUTOĞLU.”KESRETTEKİ VAHDET KUDÜS-Ü ŞERİF”

Post Views: 40 Bundan bir yıl önce niyet ettim, Kudüs’ü ziyaret etmeye. Eski dünyanın kalbine. İsra’nın durağı, Miracın basamağı, vuslatın eşiği Mescid-i Aksa’ya; arzın semavat ile en çok yaklaştığı noktaya. Nebiler ve resuller ocağı, evliyalar otağı Kudüs’e, daha doğru bir isimlendirmeyle Kudüs-ü Şerife. Hz. İbrahim’in evlatları tevhitten ırak düşeli beri değişik isimlerle anmışlar o kutlu …

Azərbaycan ədəbiyyatı

Avtandil AĞBABA.Həyatı və Yaradıcılığı

Post Views: 31 Avtandil AĞBABA (Məmmədov Avtandil İsfrail oğlu) 1955-ci ildə Qərbi Azərbaycanın Ağbaba kəndində anadan olub.İbtidai və orta təhsilini doğma kəndlərində alıb.Bakı Dövlət Univesitetinin Filologiya fakültəsində ali təhsil alıb.Bir müddət Sumqayıt şəhərində orta məktəbdə Azərbaycan dili və Ədəbiyyatı müəllimi kimi çalışıb.Sonra isə Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsində müxtəlif vəzifələrdə çalışıb. Ədəbiyyata, poeziyaya erkən yaşlarından …

"Yeni nəşrlər"

“Hece Taşları” Aylık Şiir Dergisinin 19 sayısı yayında

Post Views: 57 KENDİ İÇİMİZDE KAYBOLUYORUZ Gönül denen kelimenin içini kim doldurur kim boşaltır erenler önce kendinize sonra çevreye bakıverin gören duyan olmuş mu hangi vakit tomurcuğa durmuştur ya da koklamadan sabah solmuştur kime köprü olmuş kimler geçmiştir geçenler kendinden öte geçmiştir bilenden duyandan Allah aşkına hayırlı haberler beklemekteyiz. Sözü lafla süpürüyor çöpçüler kelimeler dilaltına …

Azərbaycan ədəbiyyatı

“Analoq.az” saytının Baş redaktoru Savalan Talıblının “Kitab” adlı yeni kitabının təqdimat mərasimi keçiriləcək

Post Views: 31 10 mart 2017-ci il tarixində saat 14:00-da Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda “Analoq.az” saytının Baş redaktoru Savalan Talıblının “Kitab” adlı yeni kitabının təqdimat mərasimi keçiriləcək. Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə keçiriləcək tədbirdə müəllifin qələm yoldaşları və yaxın dostları da iştirak edəcək.İştirak etmək istəyən hər kəs dəvətlidir. Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, …

"Yeni nəşrlər"

Analoq.az” saytının Baş redaktoru Savalan Talıblının “Kitab” adlı yeni kitabı işıq üzü görüb

Post Views: 36 Çağdaş Azərbaycan ədəbi elektron məkanında fəaliyyət göstərən, daha çox mədəniyyət və ədəbiyyat xəbərləri ilə ictimaiyyət nümayəndələrini yaxından tanış edən “Analoq.az” saytının Baş redaktoru Savalan Talıblının “Kitab” adlı yeni kitabı işıq üzü görüb. Gülnarə ŞÖHRƏDDİNQIZI, “Möhtəşəm Azərbaycan” qəzeti

"Yeni nəşrlər"

Yazıçı Ernest Heminqueyin “Fiesta” romanı işıq üzü görüb

Post Views: 28 Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, amerikalı yazıçı və jurnalist Ernest Heminqueyin müəllifi olduğu “Fiesta” romanı Azərbaycan dilində respublikanın paytaxtı Bakı şəhərində fəaliyyət göstərən “Kitab Klubu” Nəşriyyatı tərəfindən 256 səhifə həcmində 100 tirajla işıq üzü görüb. Ernest Heminqueyin “Fiesta” (“Günəş doğur”) romanı “itirilmiş nəsil” adlandırılanlardan bəhs edir. Romanın Birinci Dünya Müharibəsində fiziki və mənəvi …

"Yeni nəşrlər"

Yazıçı Əhməd Ağaoğlunun “Sərbəst İnsanlar Ölkəsində” kitabı işıq üzü görüb

Post Views: 32 İctimai xadim, jurnalist, pedaqoq və yazıçı Əhməd Ağaoğlunun müəllifi olduğu “Sərbəst İnsanlar Ölkəsində” əsəri Azərbaycan dilində respublikanın paytaxtı Bakı şəhərində fəaliyyət göstərən “Kitab Klubu” Nəşriyyatı tərəfindən 144 səhifə həcmində 100 tirajla işıq üzü görüb.Əsəri Azərbaycan türkcəsinə çevirənlər Sevil İsmayılova və Zeynal Məmmədlidir. Qeyd edək ki, yazıçı Əhməd Ağaoğlunun “Sərbəst İnsanlar Ölkəsində” əsərinin …

"Yeni nəşrlər"

Yazıçı Nodar Dumbadzenin “Kukaraça” povesti işıq üzü görüb

Post Views: 36 XX əsr Gürcüstan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı Nodar Dumbadzenin müəllifi olduğu “Kukaraça” povesti Azərbaycan dilində respublikanın paytaxtı Bakı şəhərində fəaliyyət göstərən “Kitab Klubu” Nəşriyyatı tərəfindən 126 səhifə həcmində 100 tirajla işıq üzü görüb. Gürcü yazıçısı Nodar Dumbadzenin (1928-1984) yaradıcılığı özünün xüsusi səmimiliyi, yumoru və yüksək dramatikliyi ilə fərqlənir. “Kukaraça“ (1980) povesti Dumbadzenin …

"Yeni nəşrlər"

“Güney Azərbaycan ədəbiyyatı antologiyası” işıq üzü görüb

Post Views: 52 “Güney Azərbaycan ədəbiyyatı antologiyası” (Çağdaş dövr) 2016-cı ildə Bakı şəhərində “TEAS Press” Nəşriyyatı tərəfindən 364 səhifə həcmində 1000 tirajla işıq üzü görüb. Avropa Azərbaycan Cəmiyyətinin Azərbaycanşünaslıq Araşdırmalar Mərkəzi və AMEA-nın Ədəbiyyat İnstitutunun birgə layihəsi “Güney Azərbaycan ədəbiyyatı antologiyası (Çağdaş dövr)” Antologiyada son 30 ildə Güney Azərbaycanda yazıb-yaradan yeni ədəbi nəslin 100-ə yaxın …

AJB Sumqayıt şəhər təşkilatı

QURBAN BAYRAMI TƏBRİKİ

Post Views: 49 Əziz soydaşlarım, hörmətli məsləkdaşlarım, dəyərli qələm dostlarım, Sizi xalqımızın, o cümlədən bütün müsəlman dünyasının müqəddəs bayramlarından olan, insanların ruhunu qidalandıran, mənəviyyatını zənginləşdirən, dünyaya sağlam düşüncə ilə baxmalarına vəsilə olan Qurban bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Qurban bayramı sülh, əmin-amanlıq, birlik və həmrəylik bayramıdır. Qurban bayramı sevincin, əldə olunmuş uğur və nailiyyətlərin ətrafdakılarla …

Publisistika

“OXUCU QƏLBİNƏ ÜNVANLANAN POEZİYA”

Post Views: 35 Poeziya həmişə həyatla birgə addımlayır. Cəmiyyətdə baş verən sosial-siyasi proseslər, insan mənəviyyatı və onun mürəkkəbliyi, zərif hisslər, kövrək duyğular bütün dövrlərdə qələm sahiblərini düşündürən mövzular olmuşdur. Dünya dəyişdikcə, cəmiyyətdə baş verən hadisələr bir-birini əvəz etdikcə ədəbi aləmdə də yeniliklər baş verir, yeni mövzular, yeni imzalar görünür, təzə poetik səslər eşidilir. 1980-ci illərin …

Azərbaycan ədəbiyyatı

Rafiq ODAY.Yeni şeirlər

Post Views: 28 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru, ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı, Əməkdar jurnalist GƏLDİ Bu örkən uzun örkəndi, Durum dolanım bu kəndi. Gözümün yaşı tükəndi, Yerindən qara qan gəldi. Göylərdən bir ulduz …

Publisistika

Dostlara bir xatırlatma

Post Views: 28 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, “Gundelik.info” və “edebiyyat-az.com” saytlarının rəhbəri Rafiq Odayın facebook səhifəsində profilaktika işləri aparıldığından, səhifə istirahət və bayram günlərində istifadəyə bağlı olacaqdır. FB səhifəsinin sentyabrın 14-də axşam və ya 15-də səhər istifadəyə açılacağı nəzərdə tutulur. Rafiq Odayla əlaqə saxlamaq istəyənlər (070) 630-88-42 telefon nömrəsinə zəng edə bilərlər. …

AJB Sumqayıt şəhər təşkilatı

Jurnalist təşkilatının sədri “Sözün sehri” qəzetinin yaradıcı kollektivini təbrik etdi

Post Views: 24 Bizi sözlə sehrləyənlərin beş yaşı tamam oldu Çoxsaylı informasiya vasitələri arasından boy göstərən, mən də varam demək istəyən «Sözün sehri» qəzetinin 5 yaşı tamam oldu. Çox mübarək! Əslində hər dəfə yeni qəzet və ya jurnal təsis olunanda bir təşkilat rəhbəri kimi sevincqarışıq bir narahatçılıq gəzdirirəm ürəyimdə. Təbii ki, bu da səbəbsiz deyil. …

Türkiyə ədəbiyyatı

Hasan AKAR HOCAMIZIN Doğum Gününü Kutluyoruz!

Post Views: 34 ATATÜRK’ÜN TOKAT’A GELİŞİNİN 97.YILINI KUTLUYOR,O’NU SAYGIYLA ANIYORUZ. Ben 26 Haziranım, Tokat’ta Mustafa Kemal Kahramanlık soyum ta Orta Asya’dan. Tanrı Dağlarından. Plevne’den.Yemen’den Sarıkamış’tan. Geçilmez dediğimiz Çanakkale’den Esarete mandaya alışık değildir. Zincir vurulmamış bileğim. Onun için Samsun dan doğar. Havza’da,Amasya’da, Dağ başlarını duman alır, Tokat!ta alevlenir güneşim. Ben 26 Haziranım. Kızıleniş’te tozlu yolların aktığı …

Azərbaycan ədəbiyyatı

Sabir Yusifoğlunun oxucular və bir qrup ədəbiyyat nümayəndələri ilə görüşü keçirilmişdir

Post Views: 26 9 sentyabr 2016-cı il tarixində saat 16:00-da “Gənclər evi”ndə gənc yazarların təşkilatçılığı ilə AYB-nin üzvü, Prezident təqaüdçüsü, tanınmış şair Sabir YUSİFOĞLUnun oxucular və bir qrup ədəbiyyat nümayəndələri ilə görüşü keçirilmişdir. Gənc şair Emil Rasimoğlu tədbiri giriş sözü ilə açaraq tədbir iştirakçılarını salamlamış, sonra isə Sabir Yusifoğlunun həyat və yaradıcılığını əhatə edən nitq …

Azərbaycan ədəbiyyatı

Şəfa VƏLİYEVA.”Nə dərdin var bilmirəm”

Post Views: 27 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı Dedim arada şeir fasiləsi olsun. O seminarda-falanda kofe fasiləsi olur ha, onun kimi… Ama, hər kəs öz zövqünə görə kofe dada bilər) Nə dərdin var bilmirəm, Yenə üzün bozarıb… Günlərin ümidimdən Təbəssümü borc alır. Elə bil göy üzündə Öz əksini …

Azərbaycan ədəbiyyatı

Şəfa VƏLİYEVA.”Bizim dildə qızılgül”

Post Views: 27 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı Yəqin ki, əksəriyyətiniz Umberto Ekonun “Özgə adda qızılgül” məqaləsində tərcümə məsələləri haqda fikirləri oxumusunuz. Elə isə, günümüzdə bizə tərcümə ilə gəlib çatan əsərləri də oxumusunuz. Onda, mənim dediyim bir-iki fikir sizi qıcıqlandırmaz. Çünki, mən tərcümədən oxuduğum əsərlərin böyük bir qisminə …

Publisistika

Qələmi qızıldan dəyərli ustad

Post Views: 26 “Allahdır insanı göyə qaldıran, Ucalmaq eşqinə hərə düşməsin. Qadın o qadındır, kişi o kişi, Tamahı qızıla, zərə düşməsin” – dedi Mais Təmkin qələmə aldığı şeirlərinin birində. Bəli bu ad bir çox insana tanışdır. Öncə qeyd edim ki, onun kimi dəyərli bir insan haqqında yazmağı özümə borc bildirm. . Çünki Mais müəllimi ədəbiyyatsız …

Azərbaycan ədəbiyyatı

Mais TƏMKİN.”Yazım dastan kimi…”

Post Views: 24 Eşqinlə, sevginlə nurlansın danım, Beləcə xoş keçsin hər ötən anım. Mən sənə ,,can” deyim, sən mənə ,,canım”, Xoş sözlə mən səni dindirim- elə. Qoy həsəd aparsın,- görənlər bizi, Bu sevgi yolunda qoyaq xoş izi. Yazım dastan kimi bu sevgimizi, Dünyada şöhrətə mindirim elə. Əsirgəmə, bu sevgidə payımı, Nura qərq et, hər günümü, …

Azərbaycan ədəbiyyatı

Müzəffər MƏZAHİM.”Sözdür”

Post Views: 30 Rəssamın sözü rənglər, Yazarın rəngi sözdür. Dilin, gözün, ürəyin, Düyğunun dəngi sözdür. Yığılır gilə-gilə, Fikirdən axır dilə. Yaranışdan cism ilə, Ruhun ahəngi sözdür İnsandır sözə məkan, Odur xəzinə, ümman, Bayatı, layla, dastan, Muğamat, cəngi sözdür. Ürəyin elçisidir, Kamillik ölçüsüdür, Məhəbbət külçəsidir, Sevgi çələngi sözdür. Tanrıdan müjdə alan, Ruh ilə cismə dolan, İnsana …

Azərbaycan ədəbiyyatı

Müzəffər MƏZAHİM.”Qəlbimdə”

Post Views: 23 O məhəbbət ki, mənim yoxdu daha qəlbimdə, Nəyə həsrət çəkirəm bəs bu kaha qəlbimdə? Niyə tir-tir əsirəm fikrimə gəldikcə o yar, Nə ümid bəsləyirəm hər sabaha qəlbimdə? Ahu-zar eylədiyim günləri sildim, unudum, Düşünürdüm ki, əcəb yox yer aha qəlbimdə. Onu yad etməməyə eşqimə and içdim o gün, Belə getsə bataram min günaha …

Azərbaycan ədəbiyyatı

Emin Pirini doğum günü münasibətilə təbrik edirik! (8 sentybar 1986-cı il)

Post Views: 32 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsini, Azərbaycan Yazıçılar Birliyinin və Gənclər Şurasının üzvünü, Prezident təqaüdçüsünü, Gənclər mükafatçısını doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol …

Azərbaycan ədəbiyyatı

Kənan AYDINOĞLU.”Gedim, getməyim?”

Post Views: 31 Dayağım,pənahım desin Allahım -Kəlbəcər yoluna gedim,getməyim? Gözümə un kimi kədər ələyən, Sağına-soluna gedim,getməyim? Murovdağ,Qoşqar da olub narahat, Yaxşı görünməyir heç də bu həyat, Allah ömrümüzə versin amanat, Çəpərli yoluna gedim,getməyim? Kənanam,dərdimə dərman olmayan, Ömrün özünə də güman qalmayan, Sızlayıb firqətdən yaman ağlayan, Yaralı qoluna gedim,getməyim? 2008-ci il.

Azərbaycan ədəbiyyatı

Kənan AYDINOĞLU.”Elimə mənim”

Post Views: 31 Kədər də, qüssə də qonaq olubdu, Bu gün qan ağlayan elimə mənim! Nədəndir, bilmirəm, qəh-qəh eyləyib, Gülürlər bükülmüş belimə mənim?! Zarafat xoşlamır özü həyatın, Hərdən gülümsəyir üzü həyatın, Çətindi hər anı ,düzü, həyatın, Əl vurmaq istəyir telimə mənim! Fəqət hər işinə qarışmadımsa, Gizlində arxanca danışmadımsa, İkiyə bölməyə çalışmadımsa Yenə toxunmayın dilimə mənim. …

Azərbaycan ədəbiyyatı

Nisə QƏDİROVA.Yeni şeirlər

Post Views: 24 GEDƏCƏYƏM Xəyallar elə bil yuxu kimiydi, Yazıya, qismətə çatdıq, ayıldıq. Üzü dönük oldu zalım fələyin, Gör neçə danışdıq, neçə ayrıldıq. Kəsir duyğularım qılınctək məni, Özümü gəzirəm hər addımbaşı. Qollarım meyvəsiz budağa bənzər, Bədənim tək-tənha bir məzar daşı. Küsdürüb taleyin vəfası məni, Ömür söyləmirəm ayrılıqlara. Sıxır bu dünyanın havası məni, Dönüb gedəcəyəm…bilirsən hara?!… …

Azərbaycan ədəbiyyatı

Nisə QƏDİROVA.Yeni şeirlər

Post Views: 34 GECİKDİM Bir gözümə sürmə çəkdim, Biri ağladı, ağladı. Ömrümə hey nisgil yağdı , Ümid yağmadı, yağmadı. Ötdü ayım, ötdü ilim, Bəyaz qardı indi telim. Qapımı açdı öz əlim, Fələk bağladı, bağladı. Bu səbrimdən vallah bezdim, Sətirlədim, sapa düzdüm, Anlayana qədər dözdüm, Əcəl haqladı, haqladı. SEÇMƏDİM Bağlı qapı arxasından boylanıb, Olmayasan məntək dərdin …

Türkiyə ədəbiyyatı

Emine COŞKUN.”Kolladım”

Post Views: 50 Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temsilcisi Saate isyanda yelkovan akrep Ayları yılları geçtim solladım Şiire hüsranda kalem mürekkep Yazmadım zarfları bom boş pulladım Geleceksin diye yolu kolladım. Gözlerim her yerde seni arardı Gelmedin bak yine zaman darardı Yaz bahar ayında dalım sarardı Uçan güvercinle haber yolladım Geleceksin diye yolu kolladım. Ne …

Türkiyə ədəbiyyatı

Riyaz DEMİRÇİ.”Keşke seni görmeyeydim”

Post Views: 31 Azerbaycanın Kültür ve Edebiyat Portalının Irak temsilcisi Tuş eyledin beni derde Keşke seni görmeseydim Kör olaydım gören yerde Keşke seni görmeseydim Bakışların almış canım Gözlerimden aktı kanım Sensiz geçmez mutlu anım Keşke seni görmeseydim. Neden bakdın bana böyle Konuşmadan durdun şöyle Aç yüreğin bana söyle Keşke seni görmeseydim Düşdü gönül meylim sana …