Post Views: 38 (İxtisarla) Çiçəkləri ətri-ənbər qoxuyan, Al günəşli cənnəti var yurdumun; Bülbülləri cəh-cəh vurub oxuyan Bir səfalı xilqəti var yurdumun. Şərq elinə işıq saçan məşəldir, Gözəlləri mələklərdən gözəldir, Eşqi sönməz bir müqəddəs əməldir, Çox mənalı söhbəti var yurdumun. Ağ cunadan yaşmaq tutur dağları, Gəlin kimi al geyinir bağları, Ağızlarda gəzir, qədim çağları, Qəhrəmanlıq şöhrəti …
2019
Əməkdar incəsənət xadimi Mədinə GÜLGÜN.Seçmə şeirlər
Post Views: 55 Şəhid balalara Dərdimi necə deyim, vallah deyə bilmirəm, Mən necə üsyan edim yerə-göyə, bilmirəm. Başıma qara salıb, qara geyə bilmirəm, Bu şəhid balaların ölən çağı deyildi. Ağlatdılar daşı da, torpağı da, ay Allah, Sındırdılar bir körpə budağı da, ay Allah. Bağlı qaldı neçə bəy otağı da, ay Allah, Bu şəhid balaların ölən …
Xalq şairi Balaş AZƏROĞLU.”Addımlar”
Post Views: 34 Sənət meydanına qədəm qoyuram, Qoy sözüm güc alsın elimdən mənim. Nə qədər çətindir, bunu duyuram, Ay dostlar, tutunuz qolumdan mənim. Körpəcə bir quşam asiman dərin, Mən o dərinliyə uçmaq istərəm. Nəğmə dəftərimin, söz dəftərimin Adını “Vətən”lə açmaq istərəm. Mənim arzum budur, bir oğul kimi, Kaş bu çətinliyə dözə biləydim. Vətənə sevgimi, elə …
Xalq şairi Mirvarid DİLBAZİ.Seçmə şeirlər
Post Views: 74 Hər papaq qoyana kişi desəm mən, Kişilər inciyər səxavətimdən. Elə qadınlar da böyüdüb vətən, Günahdır onlara kişi deməsəm. Kişi -alınmayan qala deməkdir. vətənə arxadır, elə köməkdir. Kişi -məhvəridir yer kürrəsinin, Onun çiyni üstə durur qitələr. Ocaqdır, odunda onun isinin, Mayakdır, ümmanda o yol göstərər. Çıraqdır, bir evdə o sönsə əgər, O evə …
Xalq şairi Hüseyn ARİF.”Söylə yadındamı?”
Post Views: 103 Söylə yadındamı o axşam çağı?.. Dinməyən mən oldum, dinən sən oldun. İlk eşqin ocağı alovlanmamış Sönməyən mən oldum, sönən sən oldun Doymamış sabahın tər nəfəsindən, Sevdalı quşların təranəsindən, Sözündən, əhdindən, iradəsindən Dönməyən mən oldum, dönən sən oldun. Pozuldu ilqarın, dəyişdi andın, Torpaqda alışıb havada yandın. Axır gözlərinlə görüb inandın Enməyən mən oldum, …
Xalq şairi Osman SARIVƏLLİ.”Sən olmadınmı?”
Post Views: 36 Gözəlim, mən hara, aşıqlıq hara, Bu sazı çalıdıran sən olmadınmı?! Öz gizli eşqimi, pünhan dərdimi, Aləmə bildirən, sən olmadınmı?! Alnında gah günəş, gah qara duman, Hərdən gülərüzlü, hərdən pərişan, Yaralı qəlbimi bəzən ağladan, Bəzən də güldürən, sən olmadınmı?! Nizə kiprikləri “qana-qan” deyən, Qoşa hörüklərə “cüt olan” deyən, Bir gündə min dəfə mənə …
Xalq şairi Vaqif SƏMƏDOĞLU.”Yəni heç yadıma da düşməyəcəksən?”
Post Views: 65 Yəni heç yadıma da düşməyəcəksən? Necə unutdura biləcəksən özünü mənə ? Yəni sənə bənzəyən bir nəğmə, bir dəniz sahili, ya bir ağac kölgəsi çıxmayacaq qarşıma ? Yox,qurtara bilməyəcəksən, qaça bilməyəcəksən yaddaşımdan, hələ ki, yer üzündə bircə nəğmə, bircə ağac, bircə sahil var…
Xalq şairi Səməd VURĞUN.”Mən tələsirəm!
Post Views: 66 Dostlar, badələri qaldırın içək! Gecə, ulduzludur, hava da sərin. Demirəm məst olub dünyadan keçək… Deyirəm mehriban düşüncələrin İsti qücağında qızınaq bir az… Qoy uzansın gecə, geciksin səhər, Yuxuya getməsin məclisdəkilər – Mənim söhbətimdən yorulmaq olmaz. Hələ yer üstündə, insan yanında Deyib danışmaqdan doymamışam mən… Uzadaq ömrünü hər bir anın da, Yel kimi …
“Gənclər şəhəri” Sumqayıtın 70 illik yubileyinə həsr olunmuş “Həzin nəğmələrdə yaşayan şəhər” adlı ədəbi-bədii gecə keçiriləcək
Post Views: 29 Əziz sumqayıtlılar! Sizi şəhərimizin 70 illik yubileyinə həsr olunmuş “Həzin nəğmələrdə yaşayan şəhər” adlı ədəbi-bədii gecəyə dəvət edirik! Tədbir 24 avqust 2019-cu il tarixində saat 19:00-da Heydər Parkında, Sumqayıt Poeziya Evinin qarşısında keçiriləcək. Tədbir Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi, AYB və AAB Sumqayıt Bölmələrinin, Şəhər Mədəniyyət Evinin və Ə.Kərim adına Poeziya Evinin …
Əziz MUSA.”Cəbrayıl”
Post Views: 35 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Səni tək-tənha qoyduq, Yağıların əlində, Gör kimlər at oynadır, İgidlərin elində, İndi ah-nalə bitib, Köçkünlərin dilində, Səndən ayrı neyləyək, Həsrətə dözmür ürək, Cəbrayıl, ay Cəbrayıl. Neyləyir Xan çinarım, Gur bulaqlar axırmı? Yenə Ağoğlan …
“Açık Kara” dergisinin 18. sayısı yayında
Post Views: 32
Əməkdar mədəniyyət işçisi Aşıq ŞƏMŞİR.”ANA!”
Post Views: 93 Alışıram şamlar kimi, Düşəndə hər sözün, ANA! Yoxsa, məni yetim qoydun, Bilə-bilə özün, ANA! Mənə ömür diləyərdin, Üzümə gül ələyərdin, Hey açırdın, bələyirdin, Çəkdin oğul nazı, ANA! Arılar tək sızıldaram, Ana, Sənsiz biqəraram, Cüyür kimi axtararam, Bulaqlardan izin, ANA! Yerdə necə dayanısan? Daha çətin oyanısan. Sanki dağlar tərlanısan, MUROVUN, KƏPƏZİN, ANA! ŞƏMŞİR …
Əməkdar mədəniyyət işçisi Aşıq ŞƏMŞİR.”Məni”
Post Views: 33 Usanmışam öz canımdan, Qəm veribdi, bada məni. Yaralandım ayağımdan, Saldı yanar oda məni. Tez qocaldır qəm insanı, Çağırma həkim, loğmanı. Çatdırdı çərxin dövranı, Bir pak, təmiz ada məni. ŞƏMŞİR çəkir nə cəfadır, Bir görüşmək min səfadır. O yar necə bivəfadır? Daha salmır yada məni. 1963.
Əməkdar mədəniyyət işçisi Aşıq ŞƏMŞİR.”Salam ver”
Post Views: 38 Kağız, yetişəndə bizim obaya, Qohuma, qarada, elə salam ver. Ərzim, iltimasım bir budur səndən, Səni əzəl alan ələ salam ver. Əgər görsən, qoca ustad atamı, Əvvəl-vvəl ona yetir butamı, Söylə, belə unutmazlar adamı, Tuti kimi şirin dilə salam ver. Ağdaban adlanan o gözəl oba, Cənnətdə bənzəyir əhsən, mərhaba, Alxanın yurduna kim çıxsa, …
Əməkdar mədəniyyət işçisi Aşıq ŞƏMŞİR.”Mənəm, mən”
Post Views: 40 İkicə hərf ilə aləm yaradan, Sənin ətəyindən tutan mənəm, mən. Öz adın xətrinə elə bir dərman, Uzun illər xəstə yatan mənəm, mən. Əllərim döşümdə, üzüm duada, Duam qəbul olsa, ərşi-əlada, Dadıma sən yetiş, ey bari-xuda, Deyərdim, arzuma çatan mənəm, mən. Dərdim tüğyan edir vulkanlar kimi, Qəlbimin hicranı tufanlar kimi, Yaş axır gözümdən …
Əməkdar mədəniyyət işçisi Aşıq ŞƏMŞİR.”Bir də gül”
Post Views: 168 Cavanın gülməsi qocaya xoşdu, Gül, ay qızım, mən qocaya, bir də gül! Xətt ağarıb, diş tökülüb, üz batıb, Gülünc edib o xudaya, bir də gül! Əlimdən çıxıbdı cavanlıq dəmi, Qocalıq dağlayıb bütün sinəmi, Qoymur düz danışam, əyib çənəmi, Salıb mən nə hay-haya, bir də gül. Bir vaxt cavan idim mən də sizin …
Şair Bəhmən VƏTƏNOĞLU.”Yadıma düşəndə”
Post Views: 31 Gəncliyimin oynar, gülər çağında, Qalmaz iman-din yadıma düşəndə. O arzuya, o vüsala yetdiyim, O günəşli gün yadıma düşəndə. Unutmaram o ilqarı, o andı, Çox da indi zaman ayrı zamandı. “Sarı Bulaq” xəyalımda dolandı, “Çənli Yurt”da çən yadıma düşəndə. Sellər, sular mənim çağlamaz, Səndən qeyri kəs yaramı bağlamaz. Deyirlər ki, kişi olan ağlamaz, …
Şair Bəhmən VƏTƏNOĞLU.”Biləndən sonra”
Post Views: 41 Nə pünhan yer axtar, nə xəlvətə gəl, El-oba dərdimi biləndən sonra. Məcnun, Məcnun deyə düşüb arxamca, Uşaqlar üstümə güləndən sonra. Hicran toxumundan dərd əkəcəksən, Hər zaman ağlayıb yaş tökəcəksən. Hədər yada salıb ah çəkəcəksən, Əzrayıl üstümə gələndən sonra. Dönmür qeyri yana, dəyişmir halım, Sənsən gecə-gündüz fikrim, xəyalım, Vədəsində yan oduma, maralım, Ağlama …
Şair Bəhmən VƏTƏNOĞLU.”Gəlibsən”
Post Views: 35 Bu uzaq yollara, a gözəl sonam, Peşmanmı gəlibsən, şənmi gəlibsən?! Xaindən, xəbisdən keçib aralı, Bədnəzər olandan genmiş gəlibsən?! Dilim baş aparsa, verim qadağa, Sən gələn yollara canım sadağa. Günəş zirvəsini yandıran dağa, Dumanmı gəlibsən, çənmi gəlibsən?! BƏHMƏNƏM, qurbanam özüm ellərə, Mirvari sözləri düzüm ellərə, A dünya gözəli, bizim ellərə, ALLAHmı göndərib, Sənmi …
Şair Bəhmən VƏTƏNOĞLU.”A zalım”
Post Views: 39 Məni görmək arzulama sən Allah, İllər salıb saçlarıma dən mənim. Elim-günüm köç eyləyib arana, Bürüyübdür dağlarımı çən mənim. Vəfasızsan bir də məni arama, Dilə tutub saçlarımı darama, Gəl toxunma qaysaqlanmış yarama, Qoy tək çəkim öz dərdimi mən mənim. Ürəyimdən tellər keçdi, a zalım, Gözlərimdən sellər keçdi, a zalım, Aylar ötdü, illər keçdi, …
Şair Bəhmən VƏTƏNOĞLU.”Niyə gözəl yaradıb”
Post Views: 26 Nə insafın, nə mürvətin var sənin, Allah səni niyə gözəl yaradıb?! Nə qəlbində məhəbbətin var sənin, Allah səni niyə gözəl yaradıb?! Nə Leyli tək məni Məcnun sanırsan, Nə Əsli tək Kərəm üçün yanırsan. Nə yaxşını, nə yamanı qanırsan, Allah səni niyə gözəl yaradıb?! Nə Bəhməni Nəsimi tək soyursan, Nə qovursan, nə yaxına …
Mirzə Cəlil və “Molla Nəsrəddin” xatirələr aynasında
Post Views: 62 YAZIÇI-PUBLİSİsT MƏMMƏDƏLİ NASİRİN YADDAŞINDAN SƏHİFƏLƏR Görkəmli ədib, yazıçı-publisist Cəlil Məmmədquluzadənin şah əsəri saydığımız “Molla Nəsrəddin” jurnalının yaranmasından 107 il ötməsinə baxmayaraq o, bu gün də ədəbiyyatşünaslıq elminin tədqiqat predmeti olaraq öyrənilməkdədir. Zənnimcə, “Molla Nəsrəddin”in yaşam tarixinin maraqlı tərəflərindən biri də Mirzə Cəlil kimi görkəmli ədiblə sıx əməkdaşlıq və dostluq edən və ustadın …
ANA DİLİMİZ – MİLLİ VARLIĞIMIZ
Post Views: 107 Hər bir xalqı ilk növbədə tanıdan, milli-mənəvi dəyərlərini yaşadan onun dilidir. Nahaq deməyiblər ki, dil ölərsə, xalq da ölər. Bu mənada Azərbaycan hər şeydən əvvəl öz dili, mədəniyyəti, ulu yaşayış məskənləri ilə çox qədim bir tarixə malik ölkədir. O da məlumdur ki, dilimiz müxtəlif dövrlərdə, yüzilliklər boyunca bir çox istilalara, təqiblərə və …
ŞƏFQƏT VƏ MƏRHƏMƏT İŞIĞINDA
Post Views: 34 Həyatımızın mühüm sahələrini əks etdirən, milli-mənəvi dəyərlərə, insani keyfiyyətlərə, tərbiyəvi məsələlərə əhəmiyyətli təsir göstərən mövzularda əsərlər yazmaq və yaratmaq azərbaycançılıq ideyalarının təbliğində böyük gücə malikdir. Ədəbiyyat, mədəniyyət və incəsənətdə belə mövzular qədərincədir. Bu günlərdə özünün məzmun və ideyası ilə qəlblərə istilik gətirən, insanı duyğulandıran, həm də heyrətləndirən bir kitabla tanış oldum. Fiziki …
“Öz içindən yanan bir ocağam mən”
Post Views: 32 XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən olan Mirvarid Dilbazi çoxçeşidli mövzularda yazdığı əsərləri ilə böyük bir yaradıcı ömür yaşamışdır. Onun “zəhərə batırılmış badam içi” kimi keçən uşaqlığı, ilk gənclik çağları dünyanın siyasi çaxnaşma və təbəddülatlarla qaynayan bir dövrünə təsadüf etmişdi. Kökünün, nəslinin yaşadığı iztirablar, qorxular, sürgünlər, ölümlərlə müşayiət olunmuş acı xatirələri illərlə …
Xalq şairi Mirvarid DİLBAZİ.”Lirik duyğu”
Post Views: 63 Nə vüsalım, nə həsrətim, Nə sevgim var, nə nifrətim, Nə sevincim, səadətim, Boş qalıbdır, boş, ürəyim! Nə yazı var, nə qışı var, Nə qarı, nə yağışı var, Nə dünyaya baxışı var, Daş olubdur, daş, ürəyim! Yanar dağdır, sönməyəydi, Zirvəsindən enməyəydi, Yanıb külə dönməyəydi, Kaş ürəyim! Kaş ürəyim! 1989.
Xalq şairi Hüseyn ARİF.”Yetişməmiş”
Post Views: 36 Külək qalxıb haray salır, Maral gölə yetişməmiş. Gün darıxır, qaş qaralır, Köç mənzilə yetişməmiş. Can alışıb qora dönür, Yaş yanağa yetişməmiş. Qara tellər, qara dönür, Əl darağa yetişməmiş. Yollar, izlər buz bağlayır, Vaxt çilləyə yetişməmiş. Həştad bizi yaxalayır, Yaş əlliyə yetişməmiş.
Xalq şairi Osman SARIVƏLLİ.”Qızlar mahnısı”
Post Views: 39 Ey sevgilim, bu yerlərdə görünmə, Anam dduyub, üstümüzə göz olur. Səni, məni istəməyən az deyil, Aralıqda söhbət olur, söz olur. Meh əsdikcə qızıl güllər öpüşür, Sən bülbüllər bağçamızda ötüşür, Səbi görcək ürəyimə od düşür, Görməyəndə bağrım başı köz olur. Ürəyimdə bir arzu var, bir dilək; Dolanıram bu dağlarda maraltək. Deyirlər ki, bizə …
Xalq şairi Vaqif SƏMƏDOĞLU.”Bütün pəncərələr yumulmuş gözdür”
Post Views: 45 Bütün pəncərələr yumulmuş gözdür. Bu evlər, küçələr deyilmiş sözdür. Yaralı buluddan yağan yağışdan günah yumasa da bir az bağışlar… Bəlkə bizdən bir az yan keçər bu gün, həyalı söyüşlər, doğma qarğışlar. Və quşlar, və quşlar qəfəsə vurğun, İlahi, çox sağ ol. Yenə də heysizəm, yenə də yorğun…
Xalq şairi Səməd VURĞUN.”Əyilmə”
Post Views: 50 Həyat! O çox zaman görünür iyrənc, Bu səhnədə min bir qanlı pərdə var Sən bu çətinliyə düssən də, ey gənc, İçində saxlanan qüdrətə yalvar! Zaman! O amansız, qatil bir düskün Bəzən dünyaları döyər siddətlə. Səni də məhv etmək istərsə bir gün, Hər seyə qarsı çıx, həm də cürətlə. Cürət! Odur bizi güldürən …
“Trans/Missia-Rise of Eastern Art” adlı yeni beynəlxalq teatr festivalı təsis olunub
Post Views: 37 Gürcüstan, Polşa, Ukrayna və Litvanın müvafiq strukturlarının birgə əməkdaşlığı sayəsində yeni beynəlxalq teatr festivalı təsis olunub. AZƏRTAC xəbər verir ki, yeni festival “Trans/Missions-Rise of Eastern Art” adlanır. Geniş miqyaslı olacaq festival əsasən dramaturgiyaya üstünlük verəcək. Bununla belə digər janrlar da burada təmsil oluna biləcək. Yaradıcı kollektivlər festivalda teatr tamaşaları ilə yanaşı, konsert …
İçərişəhər haqqında film beynəlxalq kinofestivalda göstəriləcək
Post Views: 36 Azərbaycan kinorejissoru Adil Azayın “Şəhərin iç sədası” sənədli filmi avqustun 24-dən 27-dək Ufada keçiriləcək “Gümüş Akbuzat” IV Beynəlxalq kinofestivalında göstəriləcək. AZƏRTAC başqırd KİV-nə istinadla xəbər verir ki, festivalın müsabiqə proqramı çərçivəsində tamaşaçılara dörd gün ərzində 48 film təqdim ediləcək. Həmçinin, yaradıcılıq görüşləri, diskussiyalar və ustad dərsləri də nəzərdə tutulub. Bu il festivalın …
Qazaxda Xalq şairi Mirvarid Dilbazinin xatirəsi anılıb
Post Views: 33 Avqustun 19-da Qazaxda ziyalılar parkında Xalq şairi Mirvarid Dilbazinin doğum günü münasibətilə tədbir keçirilib. Tədbir rayon icra hakimiyyətinin və Azərbaycan Yazıçılar Birliyinin (AYB) Qazax filialının təşkilatçılığı və “Mirvarid Dilbazi Məclisi”nin təşəbbüsü ilə reallaşıb. AZƏRTAC xəbər verir ki, əvvəlcə şairin parkındakı büstü ziyarət olunub. Mərasimi giriş sözü ilə AYB-nin Qazax zona filialının sədri, …
Türkiyəli tənbur ifaçısı Murat Salim Tokac Filarmoniyada konsert verəcək
Post Views: 53 M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq artisti, dirijor Yalçın Adıgözəlovun rəhbərliyi ilə Türkiyənin Çukurova Dövlət Simfonik Orkestri çıxış edəcək. AZƏRTAC xəbər verir ki, sentyabrın 27-də Ü. Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşacaq konsertin solisti türkiyəli tənbur ifaçısı Murat Salim Tokac olacaq. Qeyd edək ki, builki festival çərçivəsində 40-dək tədbirin təşkili …
“Sonuncu Pərdə” filminin ilk tizeri yayılıb
Post Views: 32 Rejissor Emil Quliyevin ekranlaşdırdığı “Sonuncu Pərdə” filminin ilk tizeri yayılıb. AZƏRTAC xəbər verir ki, ekran işinin quruluşçu operatoru Orxan Abbasov, ssenari müəllifləri Emil Quliyev və Qorqud Cəfərdir. “Art film Baku” şirkətinin istehsalı olan filmdə Xalq artisti Vidadi Həsənov, aktyorlar Oqtay Mehdiyev, Cövdət Şükürov, Nofəl Şahlaroğlu, Əlibəy Məmmədli, Əzizə Həşimova və başqaları çəkilib. …
Əziz MUSA.Yeni şeirlər
Post Views: 34 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü MƏNİ Bu dünyanın hər üzünü görmüşəm, Acı dövran ağladıbdı hey məni, Çiyinlərim yara olub, əyilib, Daşımaqdan ağır-ağır heybəni. Sərt küləklər qarsıb hər gün üzümü, Kor taleyim bağlayıbdı gözümü, Tanrı verib mənə səbri, dözümü, …
Sumqayıtn 70 illyi münasibətilə mədəniyyət müəssisələrinin kollektivləri Sumqayıt bulvarında konsert proqramı təşkil edib
Post Views: 42 Sumqayıt Regional Mədəniyyət idarəsinin dəstəyi ilə Sumqayıt şəhər “28 May” Diyarşünaslıq evi Sumqayıt bulvarının konsert meydançasında Sumqayıt şəhərinin 70 illiyi və əhalinin asudə vaxtının təşkili ilə əlaqədar konsert proqramı təşkil edib. Konsertdə “28 May” Diyarşünaslıq evində fəaliyyət göstərən bədii özfəaliyyət kollektivləri cıxış edibər. Gənc müğənnilər Elnarə Abdullayeva, Dəniz Fərziyeva, Şamo Babayev, Mətanət …
Abşeronun “Xəzər ulduzları” mahnı və rəqs ansamblı Türkiyənin Qaradəniz bögəsində keçirilən festivallarda ölkəmizi uğurla təmsil edib
Post Views: 36 Sumqayıt Regional Mədəniyyət idarəsinin Abşeron rayon Novxanı kənd Sənətkarlıq klubunun “Xəzər ulduzları” mahnı və rəqs ansamblı Türkiyənin Qaradəniz bögəsində keçirilən festivallarda ölkəmizi uğurla təmsil edib. Belə ki, Artvində keçirilən 10-cu Uluslararası Tülüm və Muzik festivalına, Rizədə keçirilıən Uluslararası 30-cu Çay, Turizm və Yaz sporları festivalına və Trabzonda keçirilən Uluslararası Horon festivalına qatılan …
Eldar Nəsibli SİBİREL.”Əsgər çəkmələri”
Post Views: 37 Qəribə bir istək keçər könlümdən, Mən onu hamıyla bölmək istərəm: Əsgər çəkməsini elə bu gündən Tarix muzeyində görmək istərəm. Deyən yanılıram, düz demirəm mən , Xalq var ki, kədəri dağdan ağırdır. Bu gün də o yerdə yad əsgərlərin, Gediş-gəlişindən yollar yağırdır. Zalımdan mərhəmət gözləyənlərə Sözünü tüfənglər, lülələr deyir. Səadət yerinə , qonaq …
Azərbaycanın Bəxtiyar şairi
Post Views: 40 Bu gün Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasından 94 il ötür. AZƏRTAC xəbər verir ki, Azərbaycan ədəbiyyatının, bütövlükdə XX əsr poetik fikrinin görkəmli nümayəndəsi, Xalq şairi Bəxtiyar Vahabzadənin adı təkcə respublikamızda deyil, onun sərhədlərindən çox-çox uzaqlarda mütəfəkkir şair, lirik dramaturq, istedadlı alim və publisist, qeyrətli və cəsarətli ictimai xadim, sadə və səmimi …
İsraildə Xalq yazıçısı Çingiz Abdullayevlə görüşlər keçirilib
Post Views: 35 İsraildə dünyaşöhrətli Azərbaycan nasiri, əfsanəvi Dronqonun “atası”, iki yüzdən çox romanın və kino ssenarisinin müəllifi və müasir dövrün ən çox oxunan yazıçılarından biri olan Çingiz Abdullayevlə görüşlər keçirilib. Çingiz Abdullayev XX əsrin ən yaxşı detektiv romanlar silsiləsinin müəllifidir. Psixoloji və siyasi detektiv janrında yazan nasir “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının və “STMEQİ” Beynəlxalq …
Daşkənddə “Azərbaycanca – özbəkcə, özbəkcə – azərbaycanca” lüğəti işıq üzü görüb
Post Views: 45 Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə ilk dəfə olaraq “Azərbaycanca – özbəkcə, özbəkcə – azərbaycanca” lüğət nəşr olunub. Layihənin reallaşmasında Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi, ölkəmizin və Özbəkistanın milli elmlər akademiyalarının dilçilik institutları, hər iki ölkənin bu sahədə çalışan alimləri yaxından iştirak ediblər. Qeyd edək ki, lüğət Azərbaycan Milli …
VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına qeydiyyat davam edir
Post Views: 32 2019-cu il 27-29 sentyabr tarixində ölkəmizdə VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək. Tədbirin təşkilatçısı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyidir. İştirakçılar Sərgi-Yarmarkada çap məhsullarını nümayiş etdirmək, satmaq, yerli və xarici nəşriyyatlar, müəlliflər və milli nəşriyyat-poliqrafiya müəssisələri ilə danışıqlar aparmaq, müqavilələr bağlamaq imkanı qazanacaqlar. VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında hər bir iştirakçıya stend sahəsi (6 …
Sumqayıt Regional Mədəniyyət idarəsinin dəstəyi ilə Müqəddəs Qurban Bayramı münasibəti ilə tədbirlər keçirilib
Post Views: 33 Sumqayıt şəhər C.Cabbarlı adına Mədəniyyət evinin özfəaliyyət kollektivləri “N” saylı hərbi hissədə əsgər və zabit heyəti qarşısında rəngarəng konsert proqramı ilə çıxış edib. Əvvəlcə Mədəniyyət evinin solisti Əliağa Tapdiqli konsertə toplaşan əsgər və zabit heyətini salamlayaraq, onları Müqəddəs Qurban Bayramı münasibəti ilə təbrik edərək xoş arzularini çatdırıb. Sonra mədəniyyət evinin kiçiklərdən ibarət …
Şairə-publisist Nəcibə İLKİN.Seçmə şeirlər
Post Views: 38 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru GƏLMƏ GÖRÜŞÜMƏ Gəlmə görüşümə, gəlmə, Heç zəng də eləmə… Unut olub keçənləri, O mənli xatirələri… Heç olmamış kimi Qara bir örtüyə bük, bərk-bərk! Üstündən qara …
Əziz MUSA.Yeni şeirlər
Post Views: 47 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü ABİ Adımız bir, soyumuz bir, Əziz dostsan vətənimdə, Biz sirdaşıq, biz qardaşıq, Xoş günümdə, dar günümdə, Gələsən abi. Bir babanın övladıyıq, Can deyərəm nə söyləsən, Ağlayanda ağlayasan, Mən güləndə sevinəsən, Güləsən abi. Dalğalanır …
Kənan AYDINOĞLU.Rübailər (Dünya haqqında)
Post Views: 40 Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü. Ağladım göz yaşım silmədi dünya, Yaşadım qədrimi bilmədi dünya. Fərqi yox, yaşanan ömrün hər günü, Dərdimi mənimlə bölmədi dünya. Cücərdib, becərməz dəni bu dünya, Gül olsam qoparmaz məni bu dünya. Bu dünya dəyişib alt-üst olsa da, Haqq yola aparmaz …
Kənan AYDINOĞLU.”Allaha yalvarış”
Post Views: 36 Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü. (Anam haqqında) Uzat ki, ömrünü anamın, Allah, Şükür söyləməkdə davam eyləsin. Peyğəmbər, İmamlar, Məsumələrə, Salavat göndərib, salam eyləsin. Mərhəmət nurunu əskik eləmə, Bu gün də anamın gözündən, Allah! Əfv edib günahı ömrün bu günü, Tökülsün min sevinc üzündən, Allah! …
Kənan AYDINOĞLU.“Məhəmmədhüseyn Şəhriyara məktublar” silsiləsindən
Post Views: 37 Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü. ŞƏHRİYARIN HARAYI Şəhriyarın o taydakı harayı,- Süleymanın harayına qarışır. “Azərbaycan” yenə doğma vətənə, Məğrurluqdan, azadlıqdan danışır. Yəhər üstə at belində igidlər, Doğma yurdda, doğma eldə yarışır. ŞİMAL-CƏNUB HƏSRƏTİ Deyəsən, ay ustad, şimal həsrəti, Cənub həsrətinə qardaş olacaq. Dağ boyda …
Xalq şairi Zəlimxan YAQUB.”Gəlmişəm”
Post Views: 45 Alıb çiyinlәrimә ömür adlı bir yükü, Qışdan yaza çıxmışam, yazdan yaya gәlmişәm. Yağış kimi hopmuşam torpağın ciyәrinә, Süzülüb çeşmәlәrә, axıb çaya gәlmişәm. Şimşәklә, ildırımla döyüşüm, davam olub, Könlümdә tufanlarım, başımda havam olub. Qarlı zirvә, dağ döşü, mәnim ilk yuvam olub, Güllәri-çiçәklәri saya-saya gәlmişәm. Dәn-dәn olub, әlәnib, әlәyindәn keçmişәm, Çәrxindә fırlanmışam, fәlәyindәn keçmişәm. …
Xalq şairi Zəlimxan YAQUB.”Suç mənim”
Post Views: 131 Aldanmışam sәrvәtinә dünyanın, Ömrüm-günüm yalan mәnim, puç mәnim. Nahaq yerә yaxasından yapışdım, Tәqsir mәnim, günah mәnim, suç mәnim. Beş-altı gün yas paltarı geyәrlәr, Hәrdәn yaxşı, hәrdәn yaman deyәrlәr. Ehsanımı şirin-şirin yeyәrlәr, Qırxa qәdәr yeddi mәnim, üç mәnim. Qәlәm alsın baş daşımı yazanlar, Bel götürsün mәzarımı qazanlar. Ay Zәlimxan, ağı desin ozanlar, Kәfәn …
Xalq şairi Zəlimxan YAQUB.”Məkkə yolu”
Post Views: 42 Bu yol Mәkkә yoludu, Bu yol şәrәf-şan yolu. İnsana, insanlığa, Nurlu Kәhkәşan yolu. Göydәn gәlәn sәslәrin, Sәsi duyan kәslәrin, Əsil müqәddәslәrin, Əbәdi nişan yolu. Ürәkdәn gәlәn sözün, Sözdәn yaşaran gözün, Gözdә alışan közün, Hәddini aşan yolu. Arzuların, kamların, Sevgi dolu camların, Haqqa qul adamların, Qaynayıb daşan yolu. Fürsәt verәr duyana, Canı haqqa …
Xalq şairi Zəlimxan YAQUB.”Məkkədə”
Post Views: 56 Çağırdıq qadir Allahı, Yazıldı qismәt Mәkkәdә. Çәkdi bizi ziyarәtә, Ulu bir qüdrәt Mәkkәdә. Hәftәlәr aya qovuşdu, Çeşmәlәr çaya qovuşdu. Damla dәryaya qovuşdu, Yox oldu hәsrәt Mәkkәdә. Şәkәr imiş sözdәn ötrü, İşıq imiş gözdәn ötrü, Zәmzәm suyu bizdәn ötrü, Oldu bir şәrbәt Mәkkәdә. Fikir fikrә heyran oldu, Sәsimizi yayan oldu. Baxanlara әyan oldu, …
Xalq şairi Zəlimxan YAQUB.”Şairin andı”
Post Views: 62 “Ey qadir Allah! Sənə ona görə səcdə eləmirəm ki, Sənin cənnə ti nə tamahım var, ona görə səcdə eləmirəm ki, Sənin cəhənnə mindən qorxuram. Sənə ona görə səcdə edirəm ki, Sən bu səcdəyə layiqsən”. Həzrəti Əli. Allah evi! And içirәm, Ərәnlәrin canı haqqı! Mәni sәnlә görüşdürәn, Vaxtın xoşbәxt anı haqqı! Ürәklәrin dolu …
Xalq şairi Mirvarid DİLBAZİ.Seçmə şeirlər
Post Views: 59 Zaməddin oğul Hərdən Karqayaya yolun düşəndə, Sənin yanındayam zənn elə mən də. Məni o cənnətə apar özünlə, Bax o gözəlliyə heyrət gözümlə. Dinlə, nə danışır o dağ yelləri, Dinlə, ilk uşaqlıq laylamı çalan, Orda qərib səsli anadilləri, Ah, həsrət illəri, həsrət illəri. Bakı, 08.10.1997 Şirin dilim Saçlarından tel əsəndə, Telinə qurban olmuşam. …
Xalq şairi Hüseyn ARİF.”Dünya necə boşalıbdır?”
Post Views: 38 Nə gündəyəm, nə kökdəyəm, Ağrılarım baş alıbdı. Başı fikir, ürəyi qəm, Gözlərimi yaş alıbdı. Xəzan yeli vaxtsız əsir, Yer tələsir, göy tələsir. Yol, izi payız kəsir, Qapımızı qış alıbdı. Dayan tufan, dayan külək, Qoy dinəlsin yorğun ürək. Arif getdi Hüseyn tək,- Dünya necə boşalıbdı.
Xalq şairi Osman SARIVƏLLİ.”Dərdin alım”
Post Views: 44 Çiçəklərdən səni könlüm, Dilər keçər, dərdin alım! Xəyalın tez-tez yanımdan Gülər küçər, dərdin alım! Dağ başını aldı duman, Körpə quzu anasından, Azıb ayrı düşən zaman, Mələr keçər, dərdin alım! Demə: dünya bir qəfəsdi, Mahnıların quru səsdi… Eşq, sevda bir həvəsdi, Gələr keçər, dərdin alım! Bahar çağı, səhər erkən, Göy çəməndə gəzəndə sən, …
Xalq şairi Vaqif SƏMƏDOĞLU.Seçmə şeirlər
Post Views: 45 * * * Azadlıq həsrəti var Yenə titrək səsində. Neçə quş dustaq qalıb Köksünün qəfəsində, Burda yurd salma, gülüm, Bura vətən yeridir. Üfüqə gedənlərin, Gözdən itən yeridir… 1991. * * * Sal qayadan daman su, aləm duman, hər yan duman, gəlib-gedir zaman-zaman bu yerlərdən dümağ duman… Günəş çıxır lap kəlləyə, dözmür duman …