Post Views: 29 GÖZLƏRİM… Dayanıb, göz-gözə ayna önündə, Baxıb gözlərimə sual edirəm. Nəyi, səndə görüb, nəyi axtarım, Sən ki, bir ömürsən səndən gedirəm. Baxdıqca gözümə,gözüm danışır, Qarası ağarır ağı alışır. Kölgələr içində səni tapıram, Nifrətim dil açıb sözə qarışır. Gözlərin mənasınecə dərinmiş, Görünən kölgələr sanki səninmış, Baş edib dərdimi daş olan könlüm, Yansa da , …
2015
Mehriban İBRAHİMOVA.Yeni şeirlər
Post Views: 23 ANA KƏLMƏSİ Sənə gözüm nuru deyə bilmərəm, Gözümün nurunu itirmişəm mən, Getdiyin yollara döşənib arzum, Səni o yollarda itirmişəm mən. Zamanın sərt üzü sıxdı canımı, Aldı istəyimi,arzu kamımı, İtirdim biryolluq mən gümanımı, Sənə sözüm çoxdu deyə bilmərəm. Fələk sərt oyunu oynadı birdən, Gözləyən mən oldum, gəlmədi gedən, Sənsiz fikirlərdi qəlbimi didən Özümə …
Abdulla MƏMMƏD.Yeni şeirlər
Post Views: 56 SƏNƏ HARADAN GÜL TAPIM? Ürəyim dərdin oylağı, Hər gələn atinı çapır. Söz-söz axan göz yaşımda Hərə öz payını tapır. Nə bir iz var,nə bir yol var, Çəkilib qınına yollar. Məni qısqandığın yolla Tay gəlib tayını tapır. Gülər gözün sözü ələm, Fələk sayan gün gözü nəm. Toplandıqca qəm üstə qəm, Sayılan sayını tapır. …
Pərviz HƏKİMOV.Yeni şeirlər
Post Views: 31 Azərbaycan bayrağı Könlümdə çalxalananan, İşığımdır,nurumdur, Səmada dalğalanan Şərəfim,qürurumdur Azərbaycan bayrağı Ayı,ulduzu ilə Cahanı nurlandırır, Qəlbimizdə fəxarət Çırağını yandırır Azərbaycan bayrağı Ruhudur bədənimin, Şücaətin izidir, Müstəqil vətənimin Əyilməzlik rəmzidir Azərbaycan bayrağı Mənə ruhumdan yaxın, Müqəddəsdir,uludur, Əbədi azadlığın Ən bariz simvoludur Azərbaycan bayrağı Odur səadət mehi, Düşmən baxıb utansın, Gün olsun ki,İlahi, Şuşada dalğalansın …
Rəhim MEHNƏT.Yeni şeirlər
Post Views: 23 Anasını itirən balaca uşağın dilindən Sən mənim şəklimi arxadan çəkib, Saldın xəyalımı çölün düzünə. Həyat üzərimə qəm-kədər əkib, Bilmədim ki, yalanı nə düzü nə. Boyu məndən uca bu beton divar, Yalnızlıqdan başqa, söylə dərdmi var? Payız bitər, ətrafımı qar alar, Üşüdüb dondurar, baxmaz üzümə. Qısıldığım bu divarın arxası, Zaman-zaman dönübdü qan gölünə. …
Zeynəb DƏRBƏNDLİ.Yeni şeirlər
Post Views: 26 Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyi və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i, İraq Türkmən Yazarlar Birliyinin, Dərbənd Ədəbiyyatçılar Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin üzvü YALAN DOST Yorulmuşam bu dünyanın işindən, Çoxalıbdır yalan qardaş, yalan dost. Hərə bir cür tutur onun peşindən, Lovğalanır yalan …
Kənan AYDINOĞLU.”Zeynəb Dərbəndli yaradıcılığının spesifik xüsusiyyətləri”
Post Views: 37 Ta qədim zamanlardan bu yana Azərbaycan xalqı dünyanın müxtəlif ölkələri ilə mədəni və ədəbi əlaqədar saxlamış, ticarət əlaqələrini daha da genişləndirilməsi üçün yorulmaq bilmədən çalışmışdı.Nəticədə Azərbaycan dilinin lüğət tərkibinə müxtəlif elm sahələrinə məxsus alınma sözlər, xüsusilə də ərəb-fars mənşəli alınma sözlər daxil olmuşdur.Təbii ki, Cənubi Qafqaz xalqları arasında münasibətlərin daha da genişləndirilməsi …
Rahilə DÖVRAN.Yeni şeirlər
Post Views: 28 QOPA BU DÜNYA Yenə qan içində, od içindədir, Yorulmuş, usanmış, qoca bu dünya. Mərmilər, güllələr öz işindədir, Az qalır kökündən, qopa bu dünya. Suçlular hökm edir suçsuz cahana, “Qanlı arayırlar”, tökülən qana. Qıyılır hər saat minlərlə cana, Az qalır kökündən, qopa bu dünya. Başacan yaşanmır, bəxtsiz ömürlər, Zavala gəlirlər, vaxtsız ölürlər. Çağalar, …
Müzəffər MƏZAHİM.Yeni şeirlər
Post Views: 22 FAİZ Verdiyi dərdlərə tapılmaz çarə, Ömrümüzə çökən bəladır faiz. Halal ruzumuzu harama, şərə, Günaha, qəzaya caladı faiz. Kredit, ipotek… gəldi meydana, Vurulduq, girdikcə o dondan-dona, Xeyrimiz, şərimiz bağlandı ona, Evdən bərəkəti yaladı faiz. Atıb qarmağını ovladı bizi, Döndərdi qozbelə gəncliyimizi, Rahatlığlmlzl, dincliyimizi, Gicitikan kimi daladı faiz. Evdə kilim, palaz, xalça qoynadı, Yorğan, …
Təvəkkül GÖRÜŞLÜ.Yeni şeirlər
Post Views: 21 XILASKAR İMİŞ Düşünüb içimdən gələni yazdım, Gah barlı payızdım, gah güllü yazdım, Gah çalan tar idim, gah da ki, sazdım, Sən demə şeirlər xilaskar imiş. Ruhlara qidaymış, xəstəyə dərman, Sahili mərcan tək, özü bir ümman, İlıq nəfəsindən dururmuş zaman, Sən demə şeirlər xilaskar imiş. Vəsf edib çəkdikcə gülü, çiçəyi, Öpüb qoxladıqca məxmər …
İsa HƏSƏNOĞLU.”Gözümə dəymirsən uzun zamandı”
Post Views: 33 Gözümə dəymirsən uzun zamandı, Ölüb-qalmağından xəbər də yoxdu, Bu həsrət bilmədim nə imtahandı?!… Könlüm sən gedəndən hər şeyə toxdu. Zaman da qoşulub səninlə getdi, Ruhum bədənimdən öncə qocaldı. Sənsizlik qəlbimi tamam keyitdi, İllər sevincimi əlimdən aldı. Mən səni görəndə uşaqlaşardım Tez-tez kövrələrdim, tez-tez gülərdim. Var olan dünyadan uzaqlaşardım, Səndə yaşayardım, səndə ölərdim. …
Xaliq MƏMMƏDOV.”Evlisən”
Post Views: 29 Qəlbində bir ümüd bəsləmə geri. Düşünüb ümüdülə səsləmə geri. Yanıma sən dönmək istəmə geri. Sən özgə biriylə evlisən daha. Nə qədər səsləsən çönə bilmərəm. Qayıdıb bir daha dönə bilmərəm. Bağışla mən səni görə bilmərəm. Sən özgə biriylə evlisən daha. O ötən günlərə qayıtmaq çətin. Ölübdü bu qəlbim ayıtmaq çətin. O qədər acıdır …
Müsahibimiz Prezident təqaüdçüsü Şəfa Vəliyevadı
Post Views: 33 -Şəfa xanım, ədəbi-bədii yaradıcılıq fəaliyyətinə neçənci ildə hansı yazı ilə başlamısınız? 1. Yaradıcılığa başlamanın məncə, yaşı olmur. İnsan yaratmaq eşqiylə doğulur. Doğuluşdan onunla ömür yolunda yoldaş olur istedadı. Və beləcə, harda olur-olsun yazır… Beş yaşım olanda nənəm anama deyib ki, “bu uşaq nə söyləyirsə, onu heç yerdə eşitməmişəm, gətir bunu yaz”. İlk …
Etibar VƏLİYEV.Yeni şeirlər
Post Views: 25 MƏNDƏN GÜL İSTƏDİN Məndən gül istədin, çiçək istədin. Səndən gözəlini tapa bilmərəm. Bağçada sənin tək ğözəl olmayan. Çiçəyi dərmərəm, gülü dərmərəm. Gəl məni gül bilib, al qucağına. Apar o illərə, gənclik çağına. Sənsiz bu dünyada cənnət bağına, Bağçaya girmərəm, bağa girmərəm. Eşq ilə alışan köz verim sənə. Baxıban yandıran göz verim sənə. …
Kənan AYDINOĞLU.”Rahilə Dövranın zəngin yaradıcılıq fəaliyyəti”
Post Views: 30 Zaman-zaman, tarix boyu dövrün ən çətin və böyük sınaqlarından üzü ağ çıxmağı bacaran, qədim və zəngin ənənələrə malik olan Azərbaycan ədəbiyyatı çağdaş dönəmdə öz inkişaf səviyyəsinə görə, dünya ədəbiyyatı ilə atbaşı (bərabər) gedir desək, heç də yanılmarıq.Azərbaycan mədəniyyətinə, ədəbiyyatına, incəsənətinə tarixi və görkəmli şəxsiyyətlər bəxş edən qədim Naxçıvan torpağı öz humanist prinsiplərinə …
İsa HƏSƏNOĞLU.”Dəli olmaq istəyirəm”
Post Views: 27 Dəli olmaq istəyirəm… Bilirəm… bu istəyimin Onsuz özü dəlilikdir. Soruşma heç bu nə arzu, nə istəkdir?!.. Necə deyim… Necə deyim bəyəndiyim bir xanımın Qəbuluna bayramlarda düşmək olur, Məktubuma bayramlarda cavab yazır, Bayramlarda ürəyimə Sevinc dolur, fərəh dolur. Bu bayramdan o bayrama Zaman axmır, zaman donur, Camalıma həzin-həzin kədər qonur. Bu bayramdan o …
İlkin ABBAS.”Daha bir sənli yuxu”
Post Views: 29 Bizim görüşümüz imkansız, uzaq, Düyünə düşübdür bu pak eşqimiz. İndi qaranlığa çevrilib otaq, Təkcə yuxulardı görüş yerimiz. Bu gecə yuxuma gəlmişdin qonaq, Qəlbimi gözünlə naxışlayırdın. Yenə də xətrinə dəyirdim sənin, Yenə də sən məni bağışlayırdın. Baxdım gözlərinə dəqiqələrcə, Gözlərin daldırdı röyaya məni. Doqquz ay bətnində daşıyan anam, Səninçün gətirib dünyaya məni. Düşündüm …
Xəyalə SEVİL.”Evim kimi qucaq yoxdu”
Post Views: 20 Azərbaycan Yazıçılar Birliyinin və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Yenə tutulub göy üzü, Tutulub, yağan olub. Dəymədüşər buludlar Yaman ağlağan olub. Ağaclar payız fəslidi, Yarpaqlar sarı qız kimi. Torpağın soyuq qoynuna Yıxılır qarı qız kimi. Bir tənha külək üşüyür, Qızınmağa ocaq yoxdu… Pəncərəmi açıq qoydum, Evim kimi …
Şəfa EYVAZ.”Allah, sevdiyinə dəymə adamın…”
Post Views: 24 Dərdini bağrına salmaq da olmur, Yıxılıb yanında qalmaq da olmur, Ətrini torpaqdan almaq da olmur, Allah, sevdiyinə dəymə adamın… Ağlasan səsini duyan da olmur, Başını dizinə qoyan da olmur, Həmdəmlik eyləyən, hayan da olmur, Allah, sevdiyinə dəymə adamın…
Şəfa VƏLİYEVA.””Vatsonum” publisist yazısından…”
Post Views: 28 AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Və ölümlü arzular vardı dünyanın bu gündüzündə… Gözlərini yummağa qorxduğu gecələr vardı… Sanki, saat 3 olmamış gələcəkdi kabusu… Bəlkə də hələ axşamdan toranın içində yumrulanıb gəlirdi o kabus, özü gizlədirdi özündən… Gözlərini yummurdu ki, gəlməsin baş ucuna. İlk dəfədəki …
Zeynəb DƏRBƏNDLİ.”Xəcalətliyəm”
Post Views: 23 Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyi və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i, Azərbaycan Yazıçılar Birliyinin üzvü Vətən, nələr gəldi sənin başına, Min dərdin yazılıb, qan yaddaşına. İndiki gənclərin dovranışına, Şəhid məzarına xəcalətliyəm. Elə hey atılıb düşürlər hop hop, Söz söhbət düşəndə cox …
Günel ƏLİYEVA.”Bəlkə də…”
Post Views: 35 Bəzən getmək istəyir insan. Xatirələri, arzuları, ümidləri ,yanlışları ,doğruları- hər şeyi ,hər kəsi geridə buraxaraq çıxıb getmək. Bəlkə də ,baş götürüb qaçmaq, xilas olmaq .Hər şeydən- həm işıqdan, həm də qaranlıqdan .Axı zülmətin olduğu yerdə bir çoxlarımız nuru görə biləcək qədər güclü deyilik .Hər kəsdən- axı pislərin olduğu yerdə yaxşıları görəcək qədər’’ …
Mayisə ƏSƏDULLAQIZI.Yeni şeirlər
Post Views: 25 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru SONU YOXDUR Zaman gələr darıxarsan, Yarpaqları tökülmüş, Payıza təslim olmuş ağacın quru Budağı kimi. Peşman olub, soluxarsan, Körpəmizin köhnəlmiş Qundağı kimi… Bir gün anlayarsan ki, Çəkdiyin əzabların, Sonu yoxdur… Ətrafında dövrə vuran, Dostlarının, insanlıqdan Donu yoxdur!! Həyatından gəlib-keçən, …
Rəhim MEHNƏT.Yeni şeirlər
Post Views: 32 SƏNSİZLİK Fikirlərim firar edib, Həbslərdə dayanmayır. Sən olmayan sabahlarda, O da yatır, oyanmayır. Hecalarım düzülübdü, Cümlələrim süzülübdü. Əlim haqdan üzülübdü, Ocağım da qalanmayır. Sən olmayan günüm dərddir, Sənsizliyin üzü bərkdir. Ürək dəmir deyil, ətdir, Göz yaşlarım dayanmayır. Sən olanda gülər üzüm, Sevincdən parlayar gözüm. Mənə sahib çıxar özüm, Dərd qəlbimə sarmanmayır. 15.12.2015 …
Rahilə DÖVRAN.Yeni şeirlər
Post Views: 21 SƏNİ SORUŞDU Eşq adlı dünyamı, tərk edən gündən, Ruhum candan çıxıb, Haqqa qovuşdu. Qarşıma hər çıxan dost, tanış –məndən, Dərdimin çarasın, səni soruşdu. Qoşa gəzdiyimiz dağlar, yamaclar, Çiçəkli, qönçəli kollar, ağaclar, Cüt səkən sevdalı kəklik, turaclar, Qəlbimin yarasın, səni soruşdu. Mehman olduğumuz mərhəm oylaqlar, Bizə qucaq açan, xalı otlaqlar. Gözüyaşlı, ağlar, ayna …
Xaliq MƏMMƏDOV.”Görməyəcəksən”
Post Views: 33 Gedəcəm ömürlük mən bu şəhərdən. Sən məni bir daha görməyəcəksən. Öləcəm dözməyib mən bu qəhərdən. Sən məni bir daha görməyəcəksən. Gələcək yadına düşəcəm bir yaz. Artacaq həsrətim daha da bir az. Nə qədər bu qəlbim keçməsədə vaz. Sən məni bir daha görməyəcəksən. Çalacaq həsrətim bir ilan kimi. Hər dəyqə yadına sən salan …
Şəfaqət CAVANŞİRLİ.”Sevginin gözləri” romanının XXIX hissəsi
Post Views: 22 Cəmilə qapını döyməkdən bezdi, çantasından açarı çıxartdı, qapını açmağa çalışdı. Qapını açanda Lamiyə qarşısında gözləri yaşlı dayanmışdı. Lamiyə qaynanası yaxınlaşdıqca geri addımlar atırdı. Cəmilə əlini gəlininin saçlarına doladı. – Sən kimsən? Kimsən sən? Nə istiyirsən məndən? Lamiyə Cəmiləni özündən birtəhər uzaqlaşdırmaq üçün itələdi. Cəmilə yerə sərildi. – Sənə axırıncı dəfə deyirəm. Oğlumdan …
“Unutulmayan Hocalı” Şiirler Antolojisinə qatılmaq istəyən hər kəsin nəzərinə!
Post Views: 27 XX əsrin ən böyük və dəhşətli faciəsi olan Xocalı Soyqırımının ildönümü ilə əlaqədar olaraq, Türk dünyasının yazarlarının ədəbi-bədii nümunələrini, poeziya örnəklərini özündə cəmləşdirəcək “Unutulmayan Hocalı” Şiirler Antolojisinə qatılmaq istəyən hər kəsdən xahiş olunur ki, hocali1992@mail.ru ilə əlaqə saxlasınlar.Yazıların qəbul olunması üçün nəzərdə tutulmuş son vaxt 10 yanvar 2016-cı ildir.Layihənin sorumlusu Könül Ordubadidir.
Remzi ZENGİN Hocamızın doğum gününü kutluyoruz!
Post Views: 62 Dilerim yüce mevlâdan Gözlerin yaş, Tekerin taş, Memleketin savaş görmesin. Cebinde bitmesin para Başın düşmesin hiç dara Dırdırı çok bir kaynana Başından eksik olmasın. Altında bir arap atı Gezesin hep memleketi, Malının bet bereketi Azalmasın, daim artsın. Duaların kabul olsun Mutluluğun bâki kalsın, Beklediğin yolcu gelsin Gözlerin yolda kalmasın Dilerim hiç çekme …
Eldar Nəsib SİBİREL.Şeirlər
Post Views: 29 AY OSMAN QAĞA Dünya həmənkidir, döyüşür yenə Öz xeyrinnən şəri, ay Osman qağa! Hanı elə ustad-məsləhət alam, Sən köçəndən bəri, ay Osman qağa?! Düzlük, xeyirxahlıq bir peşən oldu, Güllərin nə soldu, nə həşəm oldu. Yenə söz mülkündə “Bənövşə”n oldu, Sözüm təzə-təri, ay Osman qağa! “Gətir, oğlum, gətir” – arzun gül açdı, Qumlu …
Təranə Turan RƏHİMLİ.Yeni şeirlər
Post Views: 22 BİR GÜNLÜK TANRI QOYNUNDA OLASAN ANA UŞAĞI Arı olub bu dünyanın Çiçəyindən qopmayasan. Xoşbəxtlikdən dil-dodağın Əsə, söz də tapmayasan. Həyəcandan külə dönüb İçində nəfəs quruya. Yeri-göyü unudasan, Səni göydəki qoruya. Səpiləsən ulduz-ulduz, Yığılıb günəş olasan. Yadından silib dünyanı, Təzədən tanış olasan. Əlin Tanrı ətəyində, Qəlbində Tanrı işığı, Bir günlük Tanrı qoynunda Olasan …
Rafiq ODAY.”Yaman tələsdilər dostlar”
Post Views: 24 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru, ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı, Əməkdar jurnalist Dönəndən qəm aşığına, Gözlərimin yaşı xına. Yön aldım gün işığına, Yolumu kəsdilər dostlar. Min cürə çəmlə etdilər, Birləşib, cəmlə …
AJB Sumqayıt şəhər təşkilatının elektron orqanları “Buta” almanaxının rəsmi informasiya dəstəyi olacaq
Post Views: 23 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin Rəhbərliyi tərəfindən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının elektron orqanları Gündəlik Analitik İnformasiya Agentliyi və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı “Ziyalı Ocağı” İctimai Birliyi tərəfindən maliyyələşdirilən və həyata keçirilən yeni layihə çərçivəsində işıq üzü görəcək “Buta” …
AJB Sumqayıt şəhər təşkilatının elektron orqanları “Unutulmayan Hocalı” Şiirler Antolojisinin rəsmi informasiya dəstəyi olacaq
Post Views: 23 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin Rəhbərliyi tərəfindən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının elektron orqanları Gündəlik Analitik İnformasiya Agentliyi və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı XX əsrin ən böyük və dəhşətli faciəsi olan Xocalı Soyqırımının ildönümü ilə əlaqədar olaraq, Türk dünyasının …
Nail DAĞLAROĞLU.”Dağları”
Post Views: 31 Yadımdadı hər cığırı, hər daşı, Bircə an da unutmaram dağları. Anam olub, balasıyam əzəldən, Ölənəcan yad tutmaram dağları. Körpəlikdən qucağında dolandım, Səhər-səhər şehə suya bulandım. Ayrılanda yanar oda qalandım, Qürbətelə mən satmaram dağları. Vəsf edərəm, gözəl sözlər düzərəm, Ayrılanda ürəyimi üzərəm. Son günədək qucağında gəzərəm, Nail deyər, mən atmaram dağları.
Müzəffər MƏZAHİM.Yeni şeirlər
Post Views: 25 ÇƏK BÜLÖVƏ RUHUNU Vaxtı deyil yatmağın, ey millət , oyan! Varlığıma mənliyin , qerətin olsun həyan. Duy özünü dərk elə , dön içinə bir daha, Dağ kimi söykən yenə qeyrətinə , Allaha. Çək bülövə ruhunu , bəsdi sığındın qına, Qoyma dağılsın Vətən , qalx onu sal sahmana. Vermə aman düşmənə , dön …
Mais TƏMKİN.”Xocalı faciəsinə”
Post Views: 27 Gülləri saralmış bağ dözə bilməz, Biz necə dözürük bu dərdə, Allah? Qaya parçalanar, dağ dözə bilməz, Biz necə dözürük bu dərdə, Allah? Yüzlərlə insanın kəsilib başı, Bu kədər ağladır torpağı, daşı. Axır üzümüzə acı göz yaşı, Biz necə dözürük bu dərdə, Allah ? Kimlər çəkdi yolumuza hasarı? Verdi bizə bu qəmi, bu …
Rəhim MEHNƏT.Yeni şeirlər
Post Views: 24 GET Ürəyimi vermişəm, Tut əlindın götür, get. Xəyalım otağında, Dur qapıdan ötür, get. Qoyma nisgilli qala, Həsrət saçını yola. Sən salma haldan-hala, Vüsalını gətir, get. Gözü yolunda qalıb, Nəfəsin səndən alıb. Ürəyində yurd salıb, Sən özünü yetir, get. Aşiqdi göz-qaşına, Sevgi baxmaz yaşına. Bulaşdın üst başıma, Paltarımda ətir, get. MƏNİ BAĞIŞLA Səni …
Rahilə DÖVRAN.Yeni şeirlər
Post Views: 31 ƏSGƏRƏM ANA Hisslər atəşlədi qəlbdəki odu, Yoxdur sevincimin həddi, hüdudu. Tanrıdan istəyim, bax gerçək oldu, Əsgərəm, Ana! Haqqında minlərcə xəyal qurduğum, Səngərdə, sərhəddə hazır durduğum. Vətənə ya qazi,şəhid olduğum, Əsgərəm, Ana! Oğul,ər böyütdün,öndə dayana, Qurbandır gənc canım vətənə, sana. Düşmən cavab versin tökdüyü qana, Əsgərəm, Ana! Hünərdir,zəfərdir axşam, sabahım, Dilimdə təkbirim, qəlbdə …
Şəfa VƏLİYEVA.”Üşüdünmü bu axşam?”
Post Views: 29 AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Üşüdünmü bu axşam? Keçdimmi ürəyindən? Mən elə darıxmışam… Sən bildinmi, bilmirəm… Ütüləyib yığdığım Xatirələri açdım… Bir vaxtlar utandığım Şəkillərinə baxdım… Adın çəkdim… bəzəndi Dünyam nişanlı qıztək… Günlər ürək üzəndi… Gəl, ömrün ipini çək… Gəl, götür əllərimdən Əlinin yaddaşını… Pozmağa …
Mehriban İBRAHİMOVA.Yeni şeirlər
Post Views: 38 DUYĞULARIM,DÜŞÜNCƏLƏRİM.. Kim nə deyir ,qoy desin, Gözəl düşün ,gözəl yaz, Bu dünyada onsuz da , Biri çoxdu ,biri az. Düşünmə ki dünyanən, Sevinci var qəmi var, Sən düşün ki dünyanın, Sirrli-sirli dəmi var. Sirr açarı özünsən, Sevinc səndə ,qəm səndə, Sən elə yaşayırsan , Düşündüyün aləmdə. Bir yetimin göz yaşın, Silə bilsən …
“Unutulmayan Hocalı” Şiirler Antolojisi
Post Views: 24
Gənc xanım yazar Ülkər Dəniz DGTYB-ə üzv qəbul olunub
Post Views: 32 Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının elektron orqanları Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini, Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin tələbəsi, bədii qiraətçi, şairə-jurnalist, gənc xanım yazar Ülkər Dəniz (Piriyeva) DGTYB-yə yeni üzv qəbul olunan yazarlar arasında yer alıb. Qeyd …
Xaliq MƏMMƏDOV.”Bu mümkünsüz məhəbbətdi”
Post Views: 29 Əvvəl vardı çox ümüdüm. Qəlbdən gördü ox ümüdüm. Qovuşmağa yox ümüdüm. Bu mümkünsüz məhəbbətdi. Bu könlümdə istəsəmdə. Hey sevgiylə bəsləsəmdə. Mən bezmədən gözləsəmdə. Bu mümkünsüz məhəbbətdi. Alınmadı bizdə gülüm. Çünki sevdin sözdə gülüm. Ağlasada gözdə gülüm. Bu mümkünsüz məhəbbətdi. Necə döndük biz bir yada? Ömür qurban bir fəryada. Can versədə qəlb dəryada. …
Xaliq MƏMMƏDOV.”Canım, gözüm Naxçıvanım”
Post Views: 33 Səfalıdır hər torpağın. Hər qarışın, hər bir bağın. Solun düşmən, qardaş sağın. Canım, gözüm Naxçıvanım. Torpağına qurban olum. Sənlə gülüm, sənlə dolum. Sənə gəlir hər bir yolum. Canım, gözüm Naxçıvanım. Çox gözəldir Batabatın. Hər qarışın, kəhlən atın. İzin ver qoynunda yatım. Canım, gözüm Naxçıvanım. Müalicədir o duz dağı. Yerdən çıxan zor bulağı. …
Şəfa VƏLİYEVA.”Uzaqlar… sərin olurmu?”
Post Views: 28 AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Uzaqlar… sərin olurmu? Yoxsa orda üşüyürsən? Ümidlər bir-bir ölürmü? Ölümləmi yaşayırsan? Uzaqlar… rəngi necədi? Oxşayır hansı donuma? Orda saatın neçədi? Nə qədər qalıb sonuma? Uzaqlar… beşik başında Çaldığın bir bənd layladı… Ömrümün yarı yaşında Sənə çatmayan haraydı… Uzaqlar… boyu-buxunu …
Gənc xanım yazar Ülkər Piriyeva Xəzər Televiziyasında keçirilən müsabiqədə iştirak edib
Post Views: 29 16 dekabr 2015-ci il tarixində yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının elektron orqanları Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini, Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin tələbəsi, bədii qiraətçi, şairə-jurnalist, gənc xanım yazar Ülkər Dəniz (Piriyeva) respublikasının paytaxtı Bakı şəhərində fəaliyyət …
Şəhanə CƏFƏROVA.”De necə bağişlayim səni”
Post Views: 30 De necə bağişlayim səni Bu sevgini heç saydin. Başqalarini görəndə sevgimizi danadin. Mənim yanimda başqa qizlari andin. De necə bağişlayim səni?! Bu sevgini ancaq yalanladin. Gecdə olsa anladin. Bəsdi özünü danladin. De necə bağişlayim səni. Mən səni sevdiyim zaman Sendə sevsəydin o zaman. İndi dərdinə olardim yanan. Yaninda mən olardim qalan De …
Həsrət Əli Zülfüdağlı.Yeni şeirlər
Post Views: 44 ANAMIN Anam Saran Göyçaylının əziz xatirəsinə Yanımda olanda xoş günlərinin, Çoxu mənim idi, azı anamın. Ağlı-qaralıydı saçları kimi, Ömrünün Payızı, Yazı anamın. Ürəyi kürədən, saçı tüstüdən, Ahları acıydı acı tüstüdən, Şaxtada, boranda, qarda isidən, Ana qucağıydı, bizi, anamın. Mərd idi, heç zaman haqdan dönməzdi, Haqqın qarşısında laldı, dinməzdi, Nələr çəkdiyini kimsə bilməzdi, …
Zeynəb DƏRBƏNDLİ.Yeni şeirlər
Post Views: 38 Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyi və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i, Azərbaycan Yazıçılar Birliyinin üzvü XİLAS ET ALLAH Nə müddətdir gözüm aglayır mənim, Dilimdəki, sözüm ağlayır mənim. Tükənibdir dözüm ağlayır mənim, Nəolar, yurdumu xilas et Allah. Bir kəlmə deməmiş dilim quruyur, …
Esmira RƏHİMLİ.”Sevgiyə cavab ver!”
Post Views: 25 Sentyabr ayı idi. Anamın heç cür bağdan ayrıla bilməməsi ucbatından düz on bir gün dərsdən qalmışdım. Ürəyim darıxırdı, şəhərə getmək istəyirdim. Səkkizinci sinifə keçmişdim. Yox, dərs ilinin başlanmasına sevinmirdim. Müəllim danlayacaqdı, ona görə. Söhbətdən belə başa düşürdüm ki, getməyimizə az qalıb, artıq maşın danışıblar. Bağda olduğumuz üç ay ərzində bir ərik, beş …
“Bizim Era” studiyası tərəfindən yeni şeir müsabiqəsi keçiriləcək
Post Views: 36 Salam, Əziz oxucularımız! “Bizim Era” studiyasının da dəstəyi ilə Dekabr ayının 20-dən 30-dək səhifəmizdə yeni şeir yarışması start götürür. Əgər siz də özünüzə və şeirinizə güvənirsinizsə o zaman 20 dekabr tarixinədək şeirlərinizi səhifəmizin mesaj qutusuna göndərə bilərsiniz. Şeirlər 20 dekabr gecə saat 00:00-dək qəbul olunur. Bunun üçün şeirlər şeirə aid bütün normalara …
Kemale ABDULLAYEVA.”Sevgi Her Yerde”
Post Views: 42 Dostluk, kardeşlik bağı tek, Yayılsın sevgi her yerde!!! Asıl şifa kaynağı tek, Sayılsın sevgi her yerde!!! Sevgi bir mutluluk hebi; Sagaltıyor ruhu, kalbi… Sevinçli bir çığlık gibi, Duyulsun sevgi her yerde!!! Mesajlarla, name’lerle Yayılsın sevgi her yerde!!! Güzel-güzel nagmelerle Duyulsun sevgi her yerde!!!
Kemale ABDULLAYEVA.”Sevgi Kalitedir”
Post Views: 33 Sevgi dinçleştirir, Sevgi gençleştirir. Sevgi güzel edir… Sevgi guzelliktir, Güzellik sevgidir… En zevkli hayattır… Nadide sanattır… Sevgi saltanattır; Sevgi Kalitedir, Kalite sevgidir Sevgi ruha candır, Şevkdir, heyecandır, Kurup, yaratandır; Sevgi tamir edir, Tamirci sevgidir…
AJB Sumqayıt şəhər təşkilatının elektron orqanları yeni layihənin rəsmi informasiya dəstəyi olacaq
Post Views: 42 Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin Rəhbərliyi tərəfindən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının elektron orqanları Gündəlik Analitik İnformasiya Agentliyi və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı “Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyi tərəfindən maliyyələşdirilən və “Vehdet.org” saytı tərəfindən həyata keçirilən “Söz və …
Sündüs Arslan Akça.”BESTAMİ YAZGAN İLE SÖYLEŞİ”
Post Views: 33 Sevmekten geri kalma, Yapan ol, yıkan olma, Sevene diken olma, Gülü incitme gönül. Söyleşimize sizden de dinlemiş olduğum GÜLÜ İNCİTME GÖNÜL adlı şiirinizden bir dörtlükle “Merhaba” demek istiyorum. Şunu da demeden geçemeyeceğim sizinle aynı sahnede şiir okumak ayrı bir heyecan ve mutluluktu. Biz şiir yolculuğuna çıkmış kalemler; sizin gibi değerli üstatlarımızın çalışmalarından, …
Ayhan NASUHBEYOĞLU.”Dokunma”
Post Views: 27 Dokunma toprağa elin kirliyse, Andan gelir bütün yiyip içtiğin. Gölgesine oturduğun ağacın, Kirli elle gövdesine dokunma. Yarınlara giden bir yolcusun sen, Uçan kuşun kanadına dokunma. Hayatın anlamı budur bilirsen, Başkasının yuvasına dokunma. Kötülük edeni çevir yolundan, İyilik yapana sakın dokunma. Hayat ağacının meyvesi tatlı, Bu meyveyi ölçülü ye, dokunma. Gördüğün her şeyde …
Müzəffər MƏZAHİM.Yeni şeirlər
Post Views: 27 ƏBƏDİ İZİNİZ VAR 21 Azər inqilabçılarına Siz dadıb azadlığın şəhdini, şərbətini, Qırdınız yağıların harın əsarətini. Qəlbinizdə qalandı zülməti yaran işıq, Milləti azadlığa çəkib aparan işıq. Şəfəqlərə döndünüz günəşə tən ölkədə, İnsanəın azadlığı, haqqı itən ölkədə. Vətənin ürəyindən sızıldayan yaranı qopardınız, Səttarxan, Xiyabanı, Əranı, Baş qaldırıb məzardan sanki, “Afərin”-dedi, “Mübarəkdir, ey Vətən, şanlı …
Əziz MUSA.Yeni şeirlər
Post Views: 29 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru BU NAĞIL Yaman çox uzandı bu qəmli nağıl, Ağlımı, huşumu yellər apardı, Qaldı yuxularda gör neçə oğul, Qoy qalsın sabaha nağılın ardı. Xatirə torundan çıxa bilmirəm, Susuz balıq kimi çapalayıram, Dərd-qəmin üzünə baxa bilmirəm, Dərdimin üstünə dərd calayıram. Gör …
Arzu RÜSTƏMSOY.Yeni şeirlər
Post Views: 29 Bəxti olmur sevənlərin… Ürəyimi çəkib dara, Xəyallarım getdi hara.. Fikirlərim qara-qara Bəxti olmur sevənlərin… Sevgidə dad şirin olur, Açıb gültək qəlbi solur. Könül yanır,gözlər dolur, Bəxti olmur sevənlərin… Düşünürəm məna dərin, Ağlıma gəlir gözlərin. Külək əsir,sərin-sərin, Bəxti olmur sevənlərin. Şübhə qəlbə daman olur, Sənə qalan zaman olur. Ayrılıq çox yaman olur, Bəxti …