Post Views: 57 Serseri rüzgarlar içten sarıyor Dağıtıyor bizi parenk parenk Dağlara, taşlara hızla çarpıyor Kırıyor, döküyor param parça ediyor, Ağaçlarda ki yaprak, Ayaklarımızın altında ki toprak gibi ofalanıyoruz, Koruyacak yürek kalmadı Kollayacak vicdan olmadı İnsan oğlu gülmedi. Bölündük, dağıldık, hırpalandık, Dünyanın dört bir yanına serpildik “Yardım et”sesleri Arşa yükseldi. Dünya yardım etmiyordu, Edemiyordu, Edenlerin …
İyun 2016
Müzəffər MƏZAHİM.”Xanbulançay”
Post Views: 31 Biz gözəllik amanında,- Göründü sübh dumanında, Dan ulduzu Xanbulançay. Gözəlliyi bir tamaşa, Saflığından göz qamaşar, Dağlar qızı Xanbulançay. Gəlindir ağ cünasında, Əks etdirir aynasında, Yurdumuzu Xanbulançay. Bürünübdür yaşıl dona, Təbiətin biz insana şirin nazı Xanbulançay. Yol gəlmişik sorağında, Qoy dincələk qucağında, Bütün yazı, Xanbulançay. Buludlara səda düşdü, Gözlərimiz oda düşdü, Şimşəklərin çaxışından. …
Fidan ABBASOVA.”Dünyanın sən adlı yeri olsaydı”
Post Views: 34 Dünyanın sən adlı yeri olsaydı qaçardım baş açıq, ayağı yalın Desəm dayan zaman bir an dursaydı ən yaxın zamansa mənimçün yarın…. Nə indi gözümdə dəyişəcəksən nə də ki dünənim dəyişəcəkdir mən hara gedsəmdə sən mənimləsən unutmaq isdəsən birləşəcəkdir. Barı öz dərdimi çəkim sən Allah məni öz dərdinə ortaq eyləmə sevgi insan üçün …
Fidan ABBASOVA.”Bir yol çıxdım sonu bəli gedirəm”
Post Views: 38 Bir yol çıxdım sonu bəli gedirəm bu minvalla hara çatır əllərim elə bilki ilk günki tək sevirəm boğur məni sənsiz qalmış gözlərim… Darıxanda xəyalını qucuram dalıb gecə sükutunu pozuram min xəyallar arasında azıram həsrət çəkir sənsiz qalmış gözlərim… Duyğularım dara çəkir qəlbimi uca tanrı gözəl yazıb ömrümü tuta bilsəm soyuq buz tək …
Şəhla RAMAZANQIZI.”“Yarım”-deyib seçdi, canım”
Post Views: 25 Sənin kasıb olduğunu Tənə ilə vuran oldu, Məhəbbətin yollarında Önümüzdə duran oldu. Bizim təmiz hislərimiz Sınaqlardan keçdi, canım. Səni qəlbim milyonlardan “Yarım”-deyib seçdi, canım. Hər kəs bilir ürəyimin Ritmini sən dəyişmisən. Hədiyyə verəndə Tanrım, Mənə hədiyyə düşmüsən. Duyğuları öldürməyə Kimsələrin gücü çatmaz Ürəyimdə təkcə sənsən, Gözlər kimsəni aldatmaz.
Şəhla RAMAZANQIZI.”Ayrılıq Küləyi”
Post Views: 58 Nə üçün sevgimizə dəydi ayrılıq küləyi? Qapımı, pəncərəmi döydü ayrılıq küləyi. İnlətdi duyğuları Habilin kamanı kimi, Zərif eşq pöhrəsini əydi ayrılıq küləyi. Sovurdu, səpdi qəlbə kül olmuş xəyallarımı, Hər şeyi tərs çevirdi nəydi, ayrılıq küləyi?! Həsrəti, intizarı səpdi yollarım uzunu, Bu əməlilə özün öydü, ayrılıq küləyi. Kim buna rütbə verib, incidir aşiqləri …
Şəfa VƏLİYEVA.”Qapı acıq, taybatay”
Post Views: 27 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı Qapı acıq, taybatay, Getmək ürək istəyir. Bax bu il… elə bu ay Ölmək ürək istəyir. Ölməyə söz vermirəm, Gedirəm… bax, gedirəm. Sənə vida etmirəm, Dərdə qonaq gedirəm. Gedişlər möhtəşəmdi, Yola salan sağ olsun. Dilimdə pörşələndi, Burax, sözüm dağ olsun. Könlünə …
Şəfa VƏLİYEVA.”Duman-duman çəkilir ey…”
Post Views: 29 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı Başımdan sevda havası Duman-duman çəkilir ey… Kədərlə sevinc davası Baxış-baxış sökülür ey… Ey… bəxti olmayan sevdam, Xoşuna gələn bəddimi? Ey… yoxluğuyla ovudan Hisslərimin sərhədini… Yox-dediyin əbədi Var! Var-dediyin könlü yıxar. Adında eşq məbədi var, Əlim günbəzinə qalxar…
Gülnarə İSRAFİL.”Özüm gedərəm”
Post Views: 28 Sən getmə, əzizim, özüm gedərəm, Yollar ayağımın həsrətindədi. Getmisən, yamanca qəribsəmişəm, Bu hikmət dizimin əsməsindədi. Səni soruşuram, yollar lal olur, İzini gəzirəm, izin qar olur. Nəfəs alammıram, köksüm daralır, Nəfəsim izinin kəsməsindədi. Sən getmə, dön geri, özüm gedərəm, Yoluna səcdələr düzüm, gedərəm. Çökərəm diz üstə dizin gedərəm, Sevgin dizlərimin gəzməsindədi.
Gülnarə İSRAFİL.”Gözüməmi düşüb gözünün izi”
Post Views: 27 Gözüməmi düşüb gözünün izi, Elə bil üzümdən yad külək ötüb. Ağrılar süzülüb dodaqlarından, Gözümün yaşını sərt külək öpüb. Nə vaxtsa ayrılıq ümidi gəlib, Nə vaxtsa firtına itirib məni. Nə vaxtsa ömrümə bahar ələnib Çəməndə, bağçada bitirib məni. İndi isti anım, sazax anımdı. Sakitcə meh əsib üşüdür hərdən. Demə könül evim yasaxlanıbdı, Göylərə …
Vüsal YURDOĞLU.”Duyursanmı məni?”
Post Views: 26 Gecə… Yağış yağır… Uzaqlardasan… Duyursanmı məni? Hardan duyasan?! ***** Gecə… Hüzn dolub boş otağıma. Yenə gözüm yolda, səni gözlərəm. Səslərəm, xəyalın gəlməz yanıma, Dərdimi içimdə necə gizlərəm?! ***** De gülüm, hardasan?… Bu gecə vaxtı, Bəlkə, telefona dikilib gözün?! Nə deyə bilərəm?… Çətin həyatdır, Bəlkə, sən deyəsən, qalıbsa sözün?… ***** Demə!…, Heç danışma, …
Vüsal YURDOĞLU.”Sənin üçün…”
Post Views: 30 Qəm yemə gəl ömür boyu, Dama-dama dolar quyu. Axmasın gözünün suyu, Mən axaram sənin üçün! Vəfa etməz ömür bizə, Heyfslənməz eşqimizə. Qıfıl vursa bəxtimizə, Mən açaram sənin üçün! Sən sevsən də, sevməsən də, Sevgi nədir bilməsən də, Həsrətimdən ölməsən də, Mən ölərəm sənin üçün! İmtahan et, məni yoxla, İşim yoxdur acla, toxla. …
Vətənpərvərliyin ən ali məqamı şəhidlik zirvəsidir
Post Views: 40 Vətənpərvərliyin ən ali məqamı şəhidlik zirvəsidir.Vətəni qorumaq naminə qəhrəmanlıq edib bu ali zirvəyə yüksəlib şəhid olmaq illərlə formalaşan güclü xarakterin, qorxmazlığın, cəsarətin göstəricisidir. Qısa ömürləri ilə tarix yazıb əbədi ölməzliyə qovuşanlardı Şəhidlərimiz. Azərbaycanın azadlığı, suverenliyi uğrunda canından, qanından keçən, 2016 – cı il aprel döyüşlərində göstərdiyi şücaətlikləri və qorxmazlığı ilə adını Azərbaycan …
Şəhid mayorun həyat yoldaşından təsirli misralar
Post Views: 29 Aprelin 2-nə keçən gecə cəbhədə erməni təxribatının qarşısını alarkən Silahlı Qüvvələrimizin şiddətli döyüşlərdə dünyasını dəyişən 12 şəhidindən biri də Elnur Adil oğlu Əliyevdir. Mayor Əliyev Cəbrayıl rayonunun işğal altındakı Lələtəpə yüksəkliyi istiqamətində gedən döyüşlərdə özünü erməninin atdığı qumbaranın üstünə atıb ki, digər yoldaşlarını xilas etsin və o, qəhrəmancasına şəhid olub. Şəhid mayorumuzun …
Təbiəti Qoruyaq
Post Views: 43 Bizi əhatə edən ekoloji mühit nə qədər sağlam və yararlı olarsa biz də fərd və cəmiyyət olaraq bir o qədər sağlam və güvənli olarıq. Zaman-zaman alimlərimiz təbiətin qorunması ilə bağlı lazımı tövsiyələrini vermişdirlər. Belə ziyalılarımızdan biri də Akademik Həsən Əliyevdir. O, deyirdi: “Təbiəti qorumaq, həyatı qorumaq deməkdir”. Həsən Əliyev görkəmli torpaqşünas, ümumi …
Günel FƏRHADQIZI.”Çək!”
Post Views: 64 Ey, İnsan! Çək, çək əlini həyatımdan… Yaşamaq istəyirəm, qoymursan! Çək, çək gözlərini məndən… Baxışların “pis”dir, pisliyə yozurlar! Çək, çək şəklimi xəyalında… Alma əlinə vərəq, rəngli qələmlər! Çək, çək mənim yerimə yükümü… Çox ağır olsa da, bax, gör, dözürsən?! Çək, vicdan əzabı, qınadın deyə… Qınamaq asandır kənardan baxsan! Çək, çək mənim yerimdən öz …
Sumqayıt mədəniyyət işçiləri Ankarada VII Ramazan festivalına qatılıblar
Post Views: 51 Ankaranın Keçiörən bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən 7-ci Beynəlxalq Ramazan Festivalı çərçivəsində Azərbaycan gecəsi təşkil olunub. Bu münasibətlə bələdiyyənin təşkilatçılığı və Türkiyədəki səfirliyimizin dəstəyi ilə festivalın keçirildiyi sahədə qurulan “Azərbaycan evi”nin açılışı olub. Açılış mərasimində səfirliyimizin əməkdaşları, Ankaradakı diplomatik nümayəndəliklərin rəhbərləri, QHT, KİV, ölkə ictimaiyyətinin təmsilçiləri, eyni zamanda Sumqayıt Bələdiyyəsinin sədri Sultan Əsədov …
Formula-1 sıravi avropalının Azərbaycanı tanıtması üçün yaxşı fürsətlərdən biridir
Post Views: 26 Odlar Yurdunun paytaxtı Bakı öz tarixində daha bir mötəbər beynəlxalq idman yarışına ev sahibliyi etdi. Növbəti dəfə bütün Avropanın idman nəbzi Bakıda – Şərq ilə Qərbin koloritinin cəmləşdiyi bu nadir şəhərdə döyündü.Formula-1 Avropa Qran-prisinin paytaxtın Azadlıq meydanında keçirilən möhtəşəm açılış mərasimi maraqlı anlarla yadda qaldı. Bu anlar təsdiqlədi ki, dünyada yarım milyard …
Rafiq ODAY.”Dur, atına süvar ol”
Post Views: 27 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru, ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı, Əməkdar jurnalist Bu yolun taleyilə Ötən barışa bilmir. Bir yanıqlı ney kimi Tütən barışa bilmir. Ondan üz çevirənlə Vətən barışa bilmir. …
Rafiq ODAY.”Bilirəm”
Post Views: 31 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru, ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı, Əməkdar jurnalist Mənim virana könlümü, Eşq abad eylər, bilirəm. Gahdan da abad olanı Aşqabad eylər, bilirəm. Könül verdinsə təkliyə, Ömrü dərd-qəm …
Cabir ALBANTÜRK.”Ruhunun işığında”
Post Views: 33 28 yaşında maşın qəzası nəticəsində həlak olmuş həmkəndlimiz, rəssam dostum Eldar Sadıq oğlu Muradovun əziz xatirəsinə Həyat borclu bu dünya bir dayanacaq, Hərəmiz bir sınağa can… Gəlib çıxar maşın – əcəl Dünya bizi, Biz dünyanı dərk eləyib duyanacan… Hər səhər yuxumuzdan, Yapışıb yaxamızdan ölümmü, həyatmı bizi oyadan, Yoxsa qismət adlı alın yazısı, …
Cabir ALBANTÜRK.”9 işıq aydınlığına doğru”
Post Views: 29 Qoca dövran türk üzünə gülməz heç, Dil yalana, əl harama uyunca – Əlindən, dilindən ölməyə başlar, Ruhundan, kökündən üzülməyə də; At ilxısız, türküm atsız olunca – Qanda od mürgülər, gözündə yaşlar. Haramlar qarında qat bağladıqca, Yalanlar ayaqdan at bağladıqca Dərdimiz dözməyə qul axtarırmış. Uşaqlıqda çubuq atı səyirdıb, Yuxularda at çapdıqca boz çölə …
Harika UFUK.”Can Azerbaycan”
Post Views: 22 Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temssilcisi Kafkasya’nın gülü Azerbaycan’ım, Türk’üm, Kafkaslarda Azerbaycan’ım! Feda olsun size varlığım, canım, Türk’üm, Kafkaslarda Azerbaycan’ım! Bayrak rengi mavi, yeşil, kırmızı, Bayrağıma benzer, ayla yıldızı, Merttir Azerî’nin oğlu ve kızı, Türk’üm, Kafkaslarda Azerbaycan’ım! Dokuz çeşit iklim sende görülür, Sevgi, dostluk, barış sende örülür, Düşmanın defteri sende dürülür, …
Harika UFUK.”Kimseye kul olmam Allah’tan başka”
Post Views: 35 Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temssilcisi Dünyaya gelmişim Hakk’ın izniyle Kimseye kul olmam Allah’tan başka. Atamı bilmişim Hakk’ın izniyle Peygamber yolunda düşmüşüm aşka, Kimseye kul olmam Allah’tan başka. Gençlik yıllarımda deli bir taydım, Bazen çılgın bir ok, bazen de yaydım, Küçükleri sevdim, büyüğü saydım, Peygamber yolunda düşmüşüm aşka, Kimseye kul olmam …
Müzəffər MƏZAHİM.”Unutduq”
Post Views: 24 Qaçanı qova-qova, Döndük oda, alova, Ürəyini dərd ovan, Dayanmışı unutduq. Dost gəzdik dərd qandıraq, Dərdimizi andıraq, And içdik inandıraq, İnanmışı unutduq. Duymadıq şər-xatanı, Ər bildik yurd satanı, Harayladıq yatanı, Oyanmışı unutduq. Neçə inamı əzdik, Öyünməyə tələsdik, Sınaq meydanı gəzdik, Sınanmışı unutduq.
Müzəffər MƏZAHİM.”Qoru məsləkini”
Post Views: 65 (Gənc həmvətənlərimə) Sən hələ dünyadan umacaqlısan, Həyat sənin üçün təzədən təzə. Tükənməz eşqinlə elə bağlısan, Cavansan, bənzəyir ömrün dənizə. Baxdığın məhəbbət kinolarıtək, Günləri bənzərsiz görürsən hələ. Şahmat taxtasının xanalarıtək, Yolların hər yerdən çıxır sahilə. Səninçün keçmiş yox, xoş gələcək var, Yeganə xatirən dünənki görüş. Səni zirvələrə aparan yollar, Əqidə ölçündür, əbədi yürüş. …
İltimas İSMAYIL.”Öyle yar..”
Post Views: 31 Yarın derdin kimse bilmez yar anlar Kalpte durar iz bırakar yaranlar Dünya dönmez, sensiz olmaz yarınlar Seven kalbim sende yar mı söyle, yar. Tene eder eller, yürek yaralar Kimse elac olmaz, gönlü yar alar Hemen eser kalmaz gider yaralar Yüregin sazak mı, kar mı söyle, yar. Terlanlar kıy vurar ovu sar alar …
İltimas İSMAYIL.”Düşüncələr…”
Post Views: 34 Haydı gəl qələmim bir yalan yazaq Dünyanın dərdi yox, sevdadan yazaq Sevənlər bəxtiyar, üzləri gülür Yalançı aşiq yox, vefadan yazaq. Heç kim başqasına əyri baxmayır Hiylə çələngini başa taxmayır Üzə gülüb sonra qara yaxmayır Mehriban dostlardan, səfadan yazaq. Gül üzlü gözəllər nazla gəzirlər Çəməndən çiçəklər, güllər üzürlər Hərdən cuşa gəlib göz də …
İltimas İSMAYIL.”Bu sevda başımdan gider mi…”
Post Views: 32 Gönlümü yerinden koparsam, atsam Bin parçaya bölüp rüzgara satsam Ölsem de ebedi uykuya yatsam Bu sevda başımdan gider mi söyle… Dağlar, taşlar duysa benim sesimi Illere götürse bahar nesimi Dizlerinde versem son nefesimi Bu sevda başımdan gider mi söyle… Yıllarca beklesem hayale dalsam Yarim gelir belki, yollarda kalsam Bu canı bin derde …
Nisə QƏDİROVA.”Belə”
Post Views: 29 Azərbycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Qızıl Qələm” Media Mükafatı laureatı, “Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin redaktoru, Ağlatma gəl sinən üstə sazını, Hərdən-birdən gülə-gülə çal belə. Dərd sarılıb boğazıma ilantək, Zəhər dadır, qadan alım, bal belə. Qəlb ovunmur, ayrı jdüşüb elindən, Dad dostların fitnəsindən felindən. Qoy söyləyim kəm bəxtimin əlindən Necə …
Nisə QƏDİROVA.”Sənsiz quru daşam”
Post Views: 30 Azərbycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Qızıl Qələm” Media Mükafatı laureatı, “Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin redaktoru, Kaş oda ataydın külüm qalaydı, Kaş ölüb gedəydim zülüm qalaydı. Əlimdə saralmış gülüm qalaydı, Sinəmdə viranə könül qalınca. Mən səni de hansı sözlə ağlayım, Kamanla ağlayım, sazla ağlayım, Ürəklə ağlayım, gözlə ağlayım, Bəlkə özüm …
Müzəffər MƏZAHİM.”Elmdar”
Post Views: 49 Bu ilin aprel döyüşlərində Neftçala rayonunun Aşağı Qaramanlı kəndindən şəhid olmuş Elmdar Səlimxan oğlu Səfərova Gördün ki, qalıb torpağımız darda, Elmdar, Gənc ömrünü qurban elədin yurda, Elmdar. Qəlbində Vətən eşqi, yolun haqqa səfərbər, Qüsl aldın amalıdakı o nurda, Elmdar. Sayəndə şərəfləndi yenə milli qürurum, Qüdsal əməlindən od alıb tar da, Elmdar. Tərlanlara …
Müzəffər MƏZAHİM.”Çingiz”
Post Views: 32 Bu gün şəhid jurnalist, telereportiyor, Milli qəhrəman Çingiz Mustafayevin anım günüdür. Vətən aşiqiydi, el vurğunuydu, Zirvəyə ucalan cığırdır Çingiz. Sevgi buluduydu, sonsuz eşq ilə, Bu yurdun köksünə yağırdı Çingiz. Qorxdular Vətənə sədaqətindən, “Şəhər uşağı”nın cəsarətindən, Xalqın sevgisindən, məhəbbətindən, Bütün təltiflərdən ağırdı Çingiz. Güllə yağışında islandı hər gün, Halal haqqımızı tanıtmaq üçün, Bilirdi …
Cabir ALBANTÜRK.”Xankəndindən Şuşayacan”
Post Views: 26 Xankəndində körüklənən “Ocaq” közü İrəvandan. Sumqayıtda sürüklənən Cinayətin başı – “yan”dan. 20 yanvar yuxusu Qəbrə əkildi millətin. Qırıldı, amma qorxusu Səbrə çəkildi millətin… Vertalyotda qırılandan Dövlətimin qanadları, Milətimin qollarında Məğlubiyyət qandalları… Daşaltıda düşdüyümüz Daş altından çıxmalıyıq. 25 il deşdiyimiz Yaraları sıxmalıyıq… Qart dünyanın vecinəmi Xocalımın soyqırımı?! Bəşər, yoxsa əcinnəmi Daşnaksütun – hay …
Cabir ALBANTÜRK.”Şəhər şeirlərindən”
Post Views: 24 Bu şeiri kimlərsə yazıb bəlkə də, Mövzu məlum bir az, söz tanış gəlir. Torpağın üstündə üzlük kölgədə, Üzlüyün altında torpaq təşnədir… Yanır hər ikisi, gündüz-günorta, Susuzluğdan biri, istidən biri. Təntiyən torpağdan gəlməz hənirti, Bu asfalt üzlüyün yoxmu abırı?! Asfalt altındaki torpaq kimiydim, Yanan pöhrələrim yırtdı üzlüyü… Yetmiş il “şərti”də dustaq kimiydim, Hələ …
Əziz MUSA.Yeni şeirlər
Post Views: 24 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü GETDİ Ağağıma toxunmayan, Yolda, izdə daş qalmadı, Yanağımı islatmağa, Gözlərimdə yaş qalmadı. Bu ürəyim can üyüdür, Daha gözümü çən tutub, Gümanım özümə qalıb, Fələklər məni unudub. Dərd də əl şəkmir yaxamdan, Qaçıb gözümün …
Əziz MUSA.Yeni şeirlər
Post Views: 29 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü QURUMUR Saçlarıma səpilir dən, Gözlərimi tutubdu çən, Anam köçüb gedən gündən, Gözlərimdə yaş qurumur. Qəm dönüb sinəmdə dağa, Bülbül qonmur tay budağa, Dönüb bir coşqun bulağa, Gözlərimdə yaş qurumur. Gəlmir tez-tez qohum-qardaş, Günəş …
Şəfaqət CAVANŞİRZADƏ.”Sevginin gözləri” romanının XXXVII hissəsi
Post Views: 24 Eldar Rəşadla Təhminəni Qadirin evinə gətirdi. Təhminənin ağlamaqdan gözləri qızarmışdı. Eldar da Fidansız keçirdiyi dəqiqələri biruzə verməsə də pis olurdu. Rəşad Təhminəni sakitləşdirməyə çalışırdı. – Ağlama Təhminə. Dua elə ki, sağ-salamat alçağın əlindən qurtara bilək Təhminə – Camal qisas üçün qayıdıb. Çox kinli adamdı. Siz onu mənim qədər tanımırsız. Eldar Təhminənin sözlərinə …
Günel FƏRHADQIZI.”Qadınam mən!”
Post Views: 27 Bir az şirin, Bir az acıdil, Qadınam mən… Bir az zərif, Bir az kobud, Qadınam mən… Bir az sakit, Bir az dəcəl, Qadınam mən… Bir az fahişə, Bir az da mələk, Qadınam mən… Bir az zəif, Bir az güclü, Qadınam mən… Bir az xəstə, Bir az sağlam, Qadınam mən… Bir az sonsuz, …
Günel FƏRHADQIZI.“Q” hərfi
Post Views: 27 Q hərfi – mənim üçün Qarabağdır, Qara bağdır, Qardaş, qara daşdır, Qandır, qisasdır… Q hərfi – mənim üçün Qadın, qeyrətdi, Qızım, qazancımdır, Qəbirdir, qazamatdır… Q hərfi – mənim üçün Qəfəsdir, qəlbimdir… Qənaət etməkdir hisslərimə, Qürurdur həm də… Q hərfi – mənim üçün Qocalmağa gedən yoldur, Qələbəmdir, quş tək uçmaqdır, Qaçmaqdır hər kəsdən …
Remzi ZENGİN.(Türkiye Cümhuriyyeti, Tokat).Muhteşem şiirler
Post Views: 23 Tokat Şairler ve Yazarlar Derneği Başkanı, Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temsilcisi Hasret, Yine Hasret Hicran haberi bu; dilhûn etti gönlümü Daha yaşamadan, aldı gitti ömrümü Sanki kurşun yedim, bilemedim kendimi Hasret, yine hasret, ben daha çok beklerim. Her yer çöktü bir an sanki afet, zelzele Hazan vakti geldi, döndü her …
Remzi ZENGİN.(Türkiye Cümhuriyyeti, Tokat).Muhteşem şiirler
Post Views: 29 Tokat Şairler ve Yazarlar Derneği Başkanı, Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temsilcisi Hain Şubat Ayrılık veriyor firkat Dizimde kalmadı takat Şu benim talihime bak Yirmidokuz çekti şubat Kötünün yanında yokuz Zalime atılan okuz Sıladan ayrıldım diye Şubat çekti yirmidokuz Ayrılık canıma yetti Gördün mü bak felek netti Ben gurbete çıktım diye …
Müzəffər MƏZAHİM.”Ömür sürmürəm ki…”
Post Views: 28 Ömür sürmək Adam işidir, qardaş. Mən ömür sürmürəm ki, Ömür sürüyürəm. Özüm də bu yük altda Yavaş-yavaş əriyirəm. Görürəm ki, artıq Ömrümün yoxuşudur, Ruhum bu yorğun ömrümü Sürüyə-sürüyə Arada vəlleyli qalmasa yaxşıdır. 2013
Müzəffər MƏZAHİM.”Dünyanın”
Post Views: 28 Açdı həqiqəti bu torpaq mənə. Nəslimdən başlayır yaşı dünyanın. Həzin pıçıldadı bir yarpaq mənə: -Ömrümə son qoydu qışı dünyanın. Şərikdir insanın hər diləyinə, Salıb arzuları öz ələyinə, Baxıb keçmişinə, gələcəyinə, Heyrətdən hərlənir başı dünyanın. Damlayıq bir ümman qayğı içində, Acizik min sual-sorğu içində, Yaşayir ömrünü qorxu içində, İnsanı, ağacı, quşu dünyanın. Əsməyib …
Rafiq ODAY.Yeni şeirlər
Post Views: 29 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru, ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı, Əməkdar jurnalist GÖTÜRMÜR Əsmə hər bir yarpaq üstə, Bu ağac balta götürmür. Yük olanı torpaq üstə, Torpağın altı götürmür. Nə sızlarsan, …
Kənan AYDINOĞLU.”Diləməsən, istəməsən, ey bütün ərşin sahibi!”
Post Views: 24 İstəməsən yaşamaram süzülən göz yaşı kimi, Bircə zərrəm də od saçmaz Qobustanın daşı kimi. Səpilmərəm bu torpağa ömrümün yetkin çağında, Bir cənublu qardaşımın çatılan ağ qaşı kimi. Diləməsən, istəməsən, ey bütün ərşin sahibi! Gözəllərin tellərinə hörük kimi düzülməzdim, Zərrə-zərrə, damla-damla bir sümüyə tökülməzdim. Coşan qəlbim şair kimi dərd-kədəri unutmazdı, Ruhdan cana, candan …
Ramazan bir daha mənəviyyat gətirdi
Post Views: 30 İslam aləmi tərəfindən hər il böyük şövqlə gözlənilən mübarək Ramazanı Rəbbimizin izni ilə bir daha dərk edirik. Özünə xas mənəviyyatı, qəlblərə sevinc və rahatlıq verən ruhu ilə İslam aləmi üçün böyük əhəmiyyəti olan Ramazan ayında müsəlmanlar olaraq bir-birimizi sevgi və həmrəyliklə qucaqlayacaq, birlikdə oruc ibadətimizi yerinə yetirəcəyik. İnsanları qaranlıqlardan nura, Rəhman və …
Rahilə DÖVRAN.”Cilalayır səbrimizi”
Post Views: 33 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, Günahımız nədir görən, Əzdi zalim əyyam bizii. El pərişan, pərən-pərən, Kimə açaq dərdimizi? Əlif qamət dönüb lama, Həsrət qalıb vüsal kama. Necə gəlsin qəlb ilhama? Dərd, sər sarıb qəlbimizi. Hiss etmədən dolduq yaşa, Bəyaz qırov qondu başa. Uzaq olduq dost, sirdaşa, Həsrət …
Rahilə DÖVRAN.”Xəyal dənizim”
Post Views: 29 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, Yenə ləpələndi xəyal dənizim, Apardı dalğalar, gözdən itincə. Dedim o yerləri bir daha gəzim, Yurd yerim göründü,ləpə bitincə. Göz açıb dünyaya gəldiyim eldən, Qalmayıb bu günə, bir qırıq kərpic. Necə qəddar olub,gör bir hökm edən, O gözəl məkandan qalmır heç bir iz. …
Aysel NƏSİRZADƏ.”Allah amanında vətən əsgəri”
Post Views: 38 Öc almaq zamanı,qisas zamanı, Qələbə yolundan dönməyin geri. Düşmənə cəhənnəm edin dünyanı Allah amanında vətən əsgəri. Kəsilin var güclə düşmənə qənim, Şumlayın torpaqdan alaq-ot kimi. Alın qisasını “Mübarizlərin”, Allah amanında vətən əsgəri. Tapacaq yerini bir gün ədalət Qarabağ azaddır deyək nəhayət Siz Allaha,Vətən sizə əmanət Allah amanında vətən əsgəri. 03.04 2016
Mais TƏMKİN.”Dərdimin”
Post Views: 35 Nəşəm qəmdən aşağıdır, Üzümdəki yaş, ağıdır. Gözlərimdən yaş axıdır, Yoxdur həyası- dərdimin. Tükənməyir, yetmir sona, Vərdiş edib, qəlbə qona. Gündə girir dondan-dona, Mindi boyası,-dərdimin. Hay verən yoxdur səsimə, Nə zilimə, nə pəsimə. Necə qıyım özgəsinə, Özüm geyəsi dərdimi? Pəl qatır, xoş diləyimə, Hopub qana, iliyimə. Neştər olub ürəyimə Batır tiyəsi dərdimin. Könül …
Mais TƏMKİN.”Verin”
Post Views: 28 Demirəm ki, qızıldan siz mənə taxt-tac verin. Qaytararam yenə də, Yaxşılığı borc verin. Sevən qəlbi sıxmayın, Yandırmayın, yaxmayın. Şairləri yıxmayın, Həvəs verin, güc verin! …Sözdən başqa işim yox, Ayrı bir vərdişim yox, Sağlığımda ,,beş”im yox. Heç olmasa öləndə, Sağlığıma üç verin!! 22.03.2015
Müzəffər MƏZAHİM.”Ayla qoşa gəl”
Post Views: 29 Könlümü titrədən həsrət yelidir, Görüş yerindəyəm, gələcəkmisən? Gecənin yuxusu səksəkəlidir, Qəlbimin nigaran döyüntüsündən. Ümidim göylərdən asılı qalıb,- Demişdin: Gələcəm ay doğan kimi. Bu salxım söyüd də küsülü qalıb, Darıxır mən sənsiz darıxan kimi. Söykənib könlümün kövrəkliyinə, Məcnun bülbüllərin açılıb dərdi. Həyandır gecənin bu təkliyinə, Bülbülün naləsi, mənim həsrətim. Ulduzlar min illik karvan …
Müzəffər MƏZAHİM.”Öyrənirəm”
Post Views: 26 Dünya mənim yaşıdımdır, Mən dünyanın uşağıyam. Ömür məndən yuxarıdır, Mən ölümdan aşağıyam. Bu dünyanı seyr edirəm, Tale adlı pəncərədən. Fələk ölü hazırlayır, Mənim kimi biçarədən. Ömrü ömrüm qədərdirsə, Qədər nədən qədir bilmir? İnsafını Allah kəsib, Möhlət, aman nədir bilmir. Bu dünya tək mənzillidir, Rahat ömür sürən yoxdur. Qapısında bir giriş var, Çıxışını …
Gülnar MAHMUD.”Çirkli qablar” (Hekayə)
Post Views: 32 Bu ailədə süfrə arxasına hamı bir oturub, bir qalxardılar. Saleh də işdən həmişə yeməyə vaxtında gələrdi. Hərdən gecikmələr olurdu. Lakin yenə də oturub gözləyərdilər. Ara-sıra işdən sonra dostlariyla birlikdə olardı. – Bu gədə harda qaldı görəsən? Belə gec gəlməyindən bilinir ki, işi çox olub – deyərək Gövhər xala narahatlıqla divardakı saata baxdı. …
Nezihe GÜLER.”YALAN DÜNYA”
Post Views: 27 Dur dünya yeter döndün, başımı aldın gittin. Dost musun, düşman mısın bana ne işler ettin Düşlerimi kararttın, hayatımı söndürdün. Yazımı, baharımı kara kışa döndürdün. Yalan dünya demişler seni sevmeyen, kesin. Kandırıp nefretini kazanmışsın herkesin Ama kurtulmak çok zor, sımsıkı tutuyorsun. Yaptığın cefaları hemen unutuyorsun. Yeter ey koca dünya, bırak yakamı artık Tüm …
Şair Zahid Ələmpaşalı ilə görüşdük
Post Views: 30 Bu səfərimiz daha iki yaddaqalan ziyarətimizlə xatirəyə çevrilib yaddaşımıza yazıldı. Rustavidə yaşayan əzizlərim Maya xanım və Nizami bəy olduqca savab bir iş gördülər. Sən demə, Bakıya dönəcəyimiz günün birigünü Başkeçidli mərhum ustad Aşıq Aslan Kosalının oğlu Musanın vəfatının 40 günü tamam olurmuş və dostlarımızın səyi nəticəsində Aşıq Aslan Dədənin ocağına gedib, oğlu …
Aşıq Aslan Kosalı ocağında
Post Views: 21 Tiflisdə ikinci dəfəydi ki, elmi konfransda iştirak edirdik. Həm oturum başkanı olduq, həm də elmi məruzəylə çıxış etdik. Belə tədbirlər olduqca böyük əhəmiyyət daşıyır, ən azından ona görə ki, Türk Dünyasının elm, mədəniyyət və incəsənət xadimlərinin bir-biri ilə bölüşəcəyi hələ çox ortaq dəyərləri var. Biz sevincimizi, sevgimizi bölüşdükcə böyük oluruq, artırıq, çoxalırıq, …