Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. E-mail: edebiyyat-az.com@mail.ru, Əlaqə telefonu: 051 795 44 33 Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 121 - 180 of 1. 306 NƏTİCƏLƏR
Azərbaycan ədəbiyyatı

Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”Canımda qalmayıb dözüm”

Post Views: 54 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru Canımda qalmayıb dözüm,Dodağımda donub sözüm,Yollarına baxan gözüm,Tutulaydı görməyəydi. Qəm şələsi çəkdi ilim,Daha dinmir şirin dilim,Qırılaydı iki əlim,Sevda gülün dərməyəydi. Yoxmu sonu bu həsrətin,Vüsal dada yetə, …

Publisistika

Şəfa VƏLİYEVA.”…Qapılara toxunmayın…”

Post Views: 39 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru Nağıllamaq istəyirəm bu gün… Bir az içəridən çıxmaq lazımdır hərdən, içərinin həmişə daha içəriyə açılan bir qapısı olduğunu bilənlər yazıq olur yoxsa. Yadınıza düşənin “Nisbilik nəzəriyyəsi” …

Azərbaycan ədəbiyyatı

Banu MUHARREM.”Dön getdiyin qollara”

Post Views: 40 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini Sən gedəndən pəncərəmişıq üzü görməyib.Bayırda nə baş verirYadıma da düşməyib. Günəşi gözüm görmür,Kədər ovcuma dolur.Mənim sənli gicgahımXatirələr yoğurur. Niyə getdin, bilmədim,Mən ki kiçik deyildim.Səndən böyük sevgimləMən nəyinə yetmədim?! Məni atmağa nə var?İki cümlə tabında.Səndən böyük qürur varGördüyün bu qadında. İşdi, birdən qayıtsanO biz gedən …

Azərbaycan ədəbiyyatı

Xəyalə SEVİL.”Gözümdən itən kimi”

Post Views: 41 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri Gözümdən itən kimiXəyalın canlandısa,Yarım qalan hər şeyimTək səninlə tamdısa. Gülü solan güldanınTəkliyidi mənimki.Dərd yığılıb üst-üstə,Bu nə birdi, nə iki. Bu payız bir başqadı,Bu yağış kəsən deyil…Məni ki sevənlərinHamısı bir sən …

Azərbaycan ədəbiyyatı

Arzu HÜSEYN.Yeni şeirlər (2023)

Post Views: 43 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri * * * Bu şəhərdə payız tənbəl, sarışın,Bu şəhərin küçələri yuxulu.Səsin gəlmir, başın kimə qarışıb?Gülüşlərim sevinclərim yox olub. Qulağını şəkləyibdir qorxular,Yuxularım tədirgindi, qırıqdı.Otağımın hər küncündə qoxun var,Ciyərimə çəkə-çəkə darıxdım. Darıxdıqca dalğalandım, kükrədim,Darıxdıqca leysan oldum, yel oldum.Yenə səni ürəyimdən sökmədim,Yenə …

Publisistika

Zəhra HƏŞİMOVA.”“SƏYAVUŞ” ƏSƏRİNDƏ MÜƏLLİF İDEYALARI”

Post Views: 65 “Türkay” aylıq ədəbiyyat dərgisinin rəsmi elektron orqanı-Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Sumqayıt Bürosunun Rəhbəri            Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanın əsas nümayəndəsi, milli romantik şeir və mənzum faciənin banisi böyük mütəfəkkir Hüseyn Cavid yaradıcılığında 1932-ci ildə-Firdovsinin 1000 illik yubileyi ərəfəsində yazdığı beş pərdəli faciəsi olan “Səyavuş “ əsəri mühüm yer tutur.  Müəllif …

Mədəniyyət

“Yaradıcı Həftə”də Musiqi Sənayesi Platforması təşkil olunacaq

Post Views: 37 Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Yaradıcı Həftə” çərçivəsində “Musiqi Sənayesi Platforması” (MİP) təşkil olunacaq, Azərbaycanın musiqi sənayesinin imkanları və çağırışları bu sahəyə öz töhfəsini verən şəxslərin iştirakı ilə noyabrın 30-da Heydər Əliyev Mərkəzində platforma çərçivəsində müzakirə ediləcək.     Əsas məqsəd son illərdə bu sənayedə mövcud olan trendləri, hadisələri müzakirə etmək, musiqi sənayesinin inkişafı …

Mədəniyyət

“Yaradıcı Həftə”də “GƏL, YARAT!”

Post Views: 31 “Yaradıcı Həftə” çərçivəsində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 1-3 dekabr tarixlərində YARAT Müasir İncəsənət Məkanında “GƏL, YARAT” Yaradıcılıq üzrə Marafon təşkil olunacaq.   Marafon müxtəlif yaradıcı klasterlərdə birgə məhsul yaratmağa yönəlmiş kollektiv tədbirdir. Üç gün davam edəcək marafonda beş fərqli istiqamət (animasiya, kino, qrafik dizayn, teatr və 3D çap) müəyyən edilib. Hər istiqamət …

Mədəniyyət

“CINEMO” Mobil Film Festivalının açılışı baş tutacaq

Post Views: 29 Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək “Yaradıcı Həftə” çərçivəsində Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə “CINEMO” Mobil Film Festivalının açılış mərasimi baş tutacaq. Layihənin məqsədi Azərbaycanda gənclərin yaradıcı fəallığının dəstəklənməsi, onlar arasında mobil telefon vasitəsi ilə film istehsalının daha geniş tanıdılması, mobil çəkiliş sahəsində biliklərinin artırılması, istedadlı mobiloqraf və kinematoqrafların üzə çıxarılması, mobil …

Mədəniyyət

“Yaradıcı Həftə”də “CulTech” və “GameTech” hakatonları keçiriləcək

Post Views: 29 “Yaradıcı Həftə” çərçivəsində Mədəniyyət Nazirliyinin dəstəyi ilə 1-3 dekabr tarixlərində Nizami Kino Mərkəzində “Cultech” (mədəniyyət sahəsində startaplar) və “GameTech” (oyun texnologiyaları) hakatonları keçiriləcək.    “CulTech” hakatonu kreativ sektorda olan məsələlərə innovativ həll yolları tapmağa çalışan komandaları bir araya gətirən intensiv proqramdır. Müsabiqədə 48 saat müddətində komandalar mentor dəstəyi alacaq və öz yaradıcı …

Mədəniyyət

“Mədəniyyət və Yaradıcı Sənayelər Sərgisi” keçiriləcək

Post Views: 37 “Yaradıcı Həftə” çərçivəsində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 28-30 noyabr tarixlərində Heydər Əliyev Mərkəzində kreativ məhsulların və yaradıcı sənaye nümayəndələrinin fəaliyyətinin tanıdılması məqsədilə “Mədəniyyət və Yaradıcı Sənayelər Sərgisi” (MY EXPO 2023) keçiriləcək.  Sərgi kino, animasiya, musiqi, cultech (mədəniyyət sahəsində startaplar), gametech (oyun texnologiyaları), dəb, dizayn kimi yaradıcı klasterləri, eləcə də yaradıcı məkan və …

Azərbaycan Prezidenti

Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Post Views: 43 Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 2023-cü il sentyabrın 25-də Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilmişdir. Bu qərar Azərbaycanın …

Azərbaycan ədəbiyyatı

Esmira RƏHİMLİ.”İbad” (Hekayə)

Post Views: 68 Azərbaycan Rəssamlar İttifaqının üzvü      Göy üzü buludlu, hava isti, sular bumbuz idi. Uzaqdan bir atlı aramla göy çəməndə çiçək toplayan qızlara doğru gəlirdi. Yaxınlaşanda qızlar onun İbad olduğunu gördülər. O kəndin ən yaraşıqlı oğlanı idi. Qızlar onu görüb pıçıldaşaraq Bircəbəyimə qaş-göz eləyib gülüşməyə başladılar. İbad atın belində Bircəbəyimə yaxınlaşdı. Qoynundan bir …

Azərbaycan ədəbiyyatı

Esmira RƏHİMLİ.Yeni şeirlər

Post Views: 41 Azərbaycan Rəssamlar İttifaqının üzvü Səhv Hamının səhvini bağışlayıram, Mən özüm çox şeyi məhv etdiyimçün. Əgər bu dünyaya bir də gəlseydim Yenə səhv edərdim, səhv etdiyimçün. Çoxunun üzünə tüpürdü dünya, Mənə tüpürcəyi çata bilmədi. İffəti, namusu süpürdü dünya, Mənə dişləriylə bata bilmədi. Hər bir şirin meyvə, gül həyatını Kökündə iylənən peyindən alır. İnsan …

Publisistika

Zəhra HƏŞİMOVA.”Jan Pol Sartrın “Divar”  hekayəsində fəlsəfi cərəyanlar”

Post Views: 48 “Türkay” aylıq ədəbiyyat dərgisinin rəsmi elektron orqanı-Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Sumqayıt Bürosunun Rəhbəri              Giriş                Ekzistensializm  fəlsəfi ədəbi  cərəyanının  Martin Haidiggerdən sonra ən böyük qələm sahibi olmuş  nümayəndəsi olan Jan Pol Sartr öz əsərlərində Nitşe fəlsəfəsinin yarım qalmış nihilizmini varoluşculuk ilə tamamlayaraq,  absurdizmin “yabancılaşma “ fikri ilə mükəmməl bir həddə …

Haqqımızda

“Türkay” aylıq ədəbiyyat dərgisinin rəsmi elektron orqanı-Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Sumqayıt Bürosunun Rəhbəri Zəhra HƏŞİMOVA

Post Views: 54            Zəhra HƏŞİMOVA (Həşimova Zəhra Elman qızı) 22 iyun 1999-cu il tarixində Sumqayıt şəhərində anadan olub. 2005-ci ildə Qubadlı rayon Süleyman Rəhimov adına Mahruzlu kənd tam orta məktəbində təhsil almağa başlayıb. 2015-ci ildə rayonun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında “Heydər Əliyev və Azərbaycan gəncliyi “ mövzusunda keçirilmiş inşa yazı müsabiqəsində Qubadlı rayon …

Haqqımızda

Kitabxanada “Ruhumun çağırışları” kitabının təqdimatı olub

Post Views: 35 Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında şair Eldar Hüseynovun “Ruhumun çağırışları” kitabının təqdimat mərasimi keçirilib. Kitabxanadan AZƏRTAC-a bildirilib ki, əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan kitabxananın Elmi işlər üzrə direktor müavini Günay Həsənova bu səpkili tədbirlərin, kitab təqdimatlarının, …

Mədəniyyət

Vaqif Sultanlının “İnsan dənizi” və “Ölüm yuxusu” romanları İngiltərədə yayımlanıb

Post Views: 33 Bu günlərdə yazıçı Vaqif Sultanlının “İnsan dənizi” və “Ölüm yuxusu” (The Human Sea &The Dream of Death) romanlarından ibarət kitabı Londonda nəşr edilib. AZƏRTAC xəbər verir ki, tanınmış ingilis yazıçısı və ədəbiyyat araşdırıcısı Maykl Brannokun redaktəsi ilə yayımlanmış kitab Böyük Britaniyanın “Rossendale Books” nəşriyyatı tərəfindən “Modern dünya nəsri” seriyası ilə oxuculara təqdim olunub. …

Mədəniyyət

Heydər Əliyevin həyat yolu – Vətənə, xalqa xidmətin misilsiz nümunəsi

Post Views: 43 Bakı Kitab Mərkəzində məşhur özbək yazıçısı, publisisti və şairi İsmət Kuçiyevin “Триумф Азербайджана” (“Azərbaycanın zəfəri”) kitabının və “Триумф Гейдара Алиева” (“Heydər Əliyevin zəfəri”) poemasının təqdimatı keçirilib. AZƏRTAC xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevə həsr olunan videoçarx nümayiş etdirilib. Özbəkistan və Azərbaycan xalqlarının qardaş olduğunu qeyd edən Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, …

Publisistika

Zəhra HƏŞİMOVA.”MİLLƏTLƏR ARASI ƏLAQƏ İDEALARININ ŞARL LUİ MONTESKYÖNÜN “QANUNLARIN RUHU HAQQINDA” ƏSƏRİNDƏKİ TƏZAHÜRÜ”

Post Views: 57 “Türkay” aylıq ədəbiyyat dərgisinin rəsmi elektron orqanı-Azərbaycanın Mədəniyyət vəƏdəbiyyat Portalının Sumqayıt Bürosunun Rəhbəri Müəllif ilə əlaqə: zehrahesimovah@gmail.com Açar sözlər: Şarl Lui Monteskyö, “Qanunların ruhu haqqında”, dini düşüncələr, millətlərarası əlaqə, qanunvericilik Keywords:  Charles Louis Montesquieu, “On the Spirit of Laws”, religious thoughts, international relations, legislation Maarifçilik dövründə Monteskyö görkəmli siyasi filosof idi. O, …

Publisistika

Zəhra HƏŞİMOVA.” Əhməd Ümidin “Qar qoxusu” əsəri”

Post Views: 47  “Türkay” aylıq ədəbiyyat dərgisinin rəsmi elektron orqanı-Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Sumqayıt Bürosunun Rəhbəri             Bir çox dünya ölkələri ədəbiyyatınım müxtəlif mərhələlərində rast gəlinən və haqqında ədəbiyyatşünaslar tərəfindən çeşidli fikirlər səsləndirilmiş  dedektiv janrı Türk adəbiyyatında özünə lazım olan yeri daha gec almışdır. Türk ədəbiyyatının keçdıyi mərhələlərdəki əsas əsərlərdə detektiv janr mövzusuna demək …

Mədəniyyət

Bakıda “Disney” studiyasının 100 illiyi qeyd olunacaq

Post Views: 42 Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Yaradıcı Həftə” çərçivəsində dekabrın 3-də dünyanın ən böyük animasiya studiyası olan “The Walt Disney Studio”nun yaradılmasının 100 illiyi münasibətilə yubiley tədbiri keçiriləcək. Nizami Kino Mərkəzində baş tutacaq tədbir Azərbaycan Animasiya Assosiasiyasının dəstəyi ilə reallaşacaq. Tədbir çərçivəsində saat 18:00-da “Mulan” (1998) filminin nümayişi nəzərdə tutulub. 1923-cü ildə Uolt Disney …

Mədəniyyət

“A-Hub Akselerasiya Proqramı”nın milli final mərhələsi baş tutacaq

Post Views: 46 Noyabrın 29-da  “Yaradıcı Həftə” çərçivəsində Heydər Əliyev Mərkəzində “A-Hub Akselerasiya Proqramı”nın milli final mərhələsi baş tutacaq. Mədəniyyət Nazirliyi və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı dəstəyi ilə reallaşan layihə ICESCO-nun üzvü olan ölkələrdə 2021-ci ildən etibarən innovativ inkişaf sahəsində təşəbbüslərin dəstəklənməsi, biznes subyektlərinin və gənclərin bu sahəyə marağının artırılması, mədəniyyət sahəsi …

Mədəniyyət

Xalq artistləri Rasim Ocaqov və Həsən Məmmədovun doğum günlərində məzarları ziyarət olunub

Post Views: 37 Noyabrın 22-də Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, rejissor, operator, SSRİ və Azərbaycanın Dövlət mükafatları laureatı, Xalq artisti Rasim Ocaqovun (1933-2006) anadan olmasının 90-cı ildönümü tamam oldu. Bu münasibətlə Azərbaycan Respublikası Birinci vitse-prezidentinin Katibliyinin rəisi Altay Həsənov, Mədəniyyət Nazirliyinin məsul şəxsləri, kino xadimləri və sənətkarın ailə üzvləri II Fəxri xiyabanda Rasim Ocaqovun məzarını …

Mədəniyyət

Azərbaycan filmləri “Yaradıcı Həftə” çərçivəsində ali məktəblərdə nümayiş olunacaq

Post Views: 27 Dekabrın 1-də “Yaradıcı Həftə” çərçivəsində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə gənc nəslin milli-mədəni ruhda formalaşmasına töhfə vermək, habelə dövlət dəstəyi ilə istehsal olunmuş filmləri tamaşaçılara daha yaxından tanıtmaq məqsədilə ali məktəblərdə film nümayişləri keçiriləcək. Son illərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə çəkilmiş “Qırmızı bağ”, “Qisas almadan ölmə”, “Daxildəki ada” və “Olimpia” tammetrajlı …

Mədəniyyət

Mədəniyyət Nazirliyi “Creative Talks” layihəsini ictimaiyyətə təqdim edir

Post Views: 31 “Yaradıcı Həftə” çərçivəsində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsi həyata keçiriləcək. “Creative Talks” layihəsi paytaxtda və regionlarda mədəniyyət və yaradıcılıq sahələrində bacarıqların inkişafını təşviq edən maarifləndirici təşəbbüsdür və yaradıcı subyektlərin formalaşmasının dəstəklənməsinə yönəlib. Layihə çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə 2023-cü ilin noyabr – …

Azərbaycan ədəbiyyatı

Gülnara MAHMUD.”Əsarət” (Hekayə)

Post Views: 69 Bir günün içində eyni yerdə, eyni tor…Dünən sökülən, bu gün qurduğu yeni “evciyi” ilə dünyanı təəccübləndirəcək fitrətə malik dünyadan xəbərsiz adi hörümçək…Əməyindən bezməyən, tutduğunu buraxmayan varlıq sökülən tələsindən qurtulan qurbanlarının arxasınca boylanmışdı.Biri yarıac, o biri yarıcan… Gördüm. Güldüm. Utandım. Gülməyim gördüklərimdən, utanmağım etdiklərimdən idi. Dünən sökdüyüm, yenə də bir gecəyə sanki əsəb telləri ilə …

Azərbaycan ədəbiyyatı

Narıngül BABAYEVA.Yeni şeirlər

Post Views: 46 Qarışqalar islanır… Tanrı tək məni vurubDeyəsən bu havada.Sən evcik ürəyimdə,Quşlar isti yuvada. Hər gecə şimşək çaxır,Hər gün yağışlar yağır.Göyün tavanı yoxmuşBəs göyü kim saxlayır? Küçələrdə dolaşır,Çətir-çətir adamlar.Güzgü gölməçələrə,Tərs əkilir ağaclar. Bu yağışda, əzizim,Düşürəmmi yadına?Ömür quş kimi uçurİp bağla qanadına. Dünya yağışla doluBir quyuya sallanır.Yağır yağsın, cəhənnəmQarışqalar islanır… Bakıya yağış yağır Göy qəzəbli …

Azərbaycan ədəbiyyatı

Aysel NƏSİRZADƏ.”Bəxtinə düşən deyiləm”

Post Views: 78 Azərbaycan Yazıçılar Birliyinin üzvü Bəxtinə düşən deyiləmKirpiklərin şehli çəmən,Baxışların bulanıq çay.Mən- üfüqdə batan günəş,Sən- təzəcə doğulan Ay. Ömrümə vaxtsız gələnim,Vaxtına düşən deyiləm.Mən özgənin qismətiyəm,Bəxtinə düşən deyiləm. Əlimdən mədət ummasın,Yanağından axan yaşlar.Durma yolumun üstündə,Yolumun öz yoldaşı var.

"Yeni nəşrlər"

Gənc yazıçının kitabı Türkiyədə dərc olundu

Post Views: 43 Yaxın günlərdə Türkiyədə gənc yazıçı Aysel Nəsirzadənin “Günüm Geceyle Başlar” adlı yeni kitabı işıq üzü görüb. 525.az xəbər verir ki, kitabın baş redaktoru türkiyəli yazar İmdat Avşardır. Müasir dövrdə özünə məxsus dəst xətti ilə yazıb yaradan yazarlardan olan Aysel Nəsirzadə əsasən şair kimi fəaliyyət göstərsə də, onun yazılarında ənənəvi şeir üslübundan kənara çıxaraq, hekayə və məqlələlərə …

Azərbaycan ədəbiyyatı

Xalq yazıçısı ANAR.”Balaca” Fuadın son xahişi (Hekayə)

Post Views: 41 Taksi Fəxri Xiyabanın qarşısında dayandı. Qabaqda oturmuş Fuad, arxada əyləşmiş Rumiyyə maşından düşdülər. Fuad iri gül dəstəsini götürüb sürücüyə: – Gözlə, indi gəlirik, – dedi. Sürücü: – Burda çox dayana bilmərəm, – dedi, – cərimələyərlər. – Tez qayıdacayıq. Xiyabana girdilər, qara mərmərdən sinə daşının üstündə ŞÖVQÜ ŞƏFİZADƏ (1911-1987) yazılmış məzara yanaşdılar, gül …

Azərbaycan ədəbiyyatı

“O şəkil oğullar, şəhid oğullar torpağa yazılmış tariximizdi…” – Nəriman HƏSƏNZADƏ

Post Views: 51 Vətən himnimiz Səfər yoldaşımız Aygün xanım Zeynalovaya hörmətlə Bakıdan Gəncəyə gedən o yollar mənim könlüm kimi pakdı, təmizdi. O şəkil oğullar, şəhid oğullar torpağa yazılmış                         tariximizdi. Bir cavan, əlində silahı, gülür, o biri səngərdən qalxır ayağa. Cəbhədə dan yeri təzə sökülür, biri də,                         durbinlə baxır uzağa. Orda, şəkillərdə Vətən havası, …

Azərbaycan ədəbiyyatı

Robotlaşan ruhum – NARGİS

Post Views: 38 Qaia artıq hər şeyin dəyişdiyinin fərqində idi, getdikcə ağlını qaçırırdı. Mahiyyət nə idi. Sol kim idi. Tanıyırdı onu, əmin idi. Bütün bu paralel dünyaları beyninin içində daşımaq ondan nə alırdı. Onu nəyə, hara hazırlayırdı bu burulğan? O harasa hazırlanmaq istəyirdimi? Beyninin içi bumbuz idi. Getdikcə bu soyuqluq Qainanın vücudunu da keyləşdirirdi. Əlləri, …

Azərbaycan ədəbiyyatı

Şeirlər – Həyat ŞƏMİ

Post Views: 49 Tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Fərdi Prezident təqaüdçüsü Şuşa Musiqi beşiyim, səssiz qalmışdın,Dumanlı dağların bizsiz qalmışdı,Əsir yaşayırdın, susuz qalmışdın,Mən əsgər andımı içdim səninçün. Sən azad olmalı, hürr olmalıydın,Bir gecə içində sirr olmalıydın,Qara sevdamıza yar olmalıydın,Yar bağrım başını, açdım səninçün. Sıldırım qayandan od ələdilər,Qoynunu tənimə yurd elədilər.Ayağın altına “cənnət” dedilər,Mən …

Mədəniyyət

Azərbaycanlı gənc xanım Zəhra HƏŞİMOVA beynəlxalq sertifikata layiq görülüb

Post Views: 52 Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Sumqayıt Dövlət Universitetinin Filologiya (Azərbaycan dili və ədəbiyyatı) fakültəsinin məzunu, Azərbaycan Dillər Universitetinin magistrantı, gənc xanım yazar Zəhra Həşimova “Türkay” aylıq ədəbiyyat dərgisinin rəsmi elektron orqanı-Azərbaycanın Mədəniyyət vəƏdəbiyyat Portalının Sumqayıt Bürosunun Rəhbəri Zəhra HƏŞİMOVA beynəlxalq sertifikata layiq görülüb.  Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.

Mədəniyyət

Gənc xanım yazar Zəhra HƏŞİMOVA saytda SUMQAYIT Bürosunun Rəhbəri təyin edildi

Post Views: 59 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və baş redaktoru Kənan Aydınoğlunun 21 noyabr dekabr 2023-cü il tarixli müvafiq qərarına əsasən yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Sumqayıt Dövlət Universitetinin Filologiya (Azərbaycan dili və ədəbiyyatı) fakültəsinin məzunu, Azərbaycan Dillər Universitetinin magistrantı, gənc xanım yazar Zəhra Həşimova “Türkay” aylıq ədəbiyyat dərgisinin rəsmi elektron orqanı-Azərbaycanın Mədəniyyət …

Publisistika

Zəhra HƏŞİMOVA.”AFAQ MƏSUDUN HEKAYƏLƏRİNDƏ EKZİSTENSİALİZM”

Post Views: 88  “Türkay” aylıq ədəbiyyat dərgisinin rəsmi elektron orqanı-Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Sumqayıt Bürosunun Rəhbəri AFAQ MƏSUDUN HEKAYƏLƏRİNDƏ EKZİSTENSİALİZM EXISTENTIALISM IN AFAQ MASUD’S STORIES Zəhra Həsimova Elman Azərbaycan Dillər Universiteti, Magistratura şöbəsi 0009-0004-7758-8073 ABSTACT The concept of human self-development, accepting the meaninglessness of life and addressing issues related to human spirituality are presented …

"Yeni nəşrlər"

Gənc xanım yazar Zəhra Həşimovanın məqaləsi “Elmi iş” dərgisində işıq üzü görüb

Post Views: 49 Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, “Türkay” aylıq ədəbiyyat dərgisinin rəsmi elektron orqanı-Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Sumqayıt Bürosunun Rəhbəri, Sumqayıt Dövlət Universitetinin Filologiya (Azərbaycan dili və ədəbiyyatı) fakültəsinin məzunu, Azərbaycan Dillər Universitetinin magistrantı, gənc xanım yazar Zəhra Həşimovanın “Millətlərarası ideyaların Şarl Lui Monteskyönün “Qanunların ruhu haqqında” əsərindək təzahürü” adlı məqaləsi “Elmi …

Mədəniyyət

Xalq şairi Nəriman Həsənzadənin “Nuru Paşa” poeması Tehranda 5 dildə işıq üzü görüb

Post Views: 62 Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, Əməkdar İncəsənət xadimi, Fərdi Prezident təqaüdçüsü, filologiya elmləri doktoru, professor, Xalq şairi Nəriman Həsənzadənin “Nuru Paşa” poeması Tehranda 5(AZƏRBAYCAN, TÜRK, ƏRƏB, FARS, İNGİLİS dillərində) dildə işıq üzü görüb. Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi. 

Azərbaycan ədəbiyyatı

Namiq HACIHEYDƏRLİ.”Basdırmışam sözə dən”

Post Views: 37 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gənclər üçün Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Muğan Bölməsninin Rəhbəri Hər kəs gəlib, dünyanı,Körpü bilib dünyanı,İçdən silib dünyanı,İtirəcəm, itəcəm… Basdırmışam sözə dən,Bir gün çıxar üzə dən,…İtməyəcəm təzədən,Hər gün sözdə bitəcəm. O, gül desə, gülmüşəm,Onu Mütləq bilmişəm,Qucaqlarda gəlmişəm,Çiyinlərdə gedəcəm.

Azərbaycan ədəbiyyatı

Namiq HACIHEYDƏRLİ.”DAĞ KOLANI DASTANI” poemasından bir parça

Post Views: 48 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gənclər üçün Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Muğan Bölməsninin Rəhbəri Bir azca gec gəldin bu yerlərə sən,Dağlar al yaşıla bürünəndə gəl.Göyləri ulduzlar bəzəyən zaman,Ay ondörd gecəlik görünəndə gəl. Səhərlər yüngül meh əsən zamanda,ətirdən canlılar bihuş olanda,quşları göylərdə cəh-cəh vuranda,duman dağ döşüylə sürünəndə gəl. Kim qıyar, bu …

Mədəniyyət

Tbilisidə “Heydər Əliyev və Gürcüstan” kitabı nəşr olunub

Post Views: 33 Tbilisidə müasir Azərbaycanın qurucusu, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin 100 illiyinə töhfə olaraq Gürcüstan ziyalı təbəqəsi və Azərbaycan Dövlət Tərcümə Mərkəzinin birgə səyi ilə ərsəyə gətirilmiş “Heydər Əliyev və Gürcüstan” kitabı nəşr edilib. Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, Ulu Öndərin Gürcüstana, qədim gürcü xalqına təmənnasız qayğısını, doğma, isti münasibətini əks etdirən kitabda toplanmış …

Mədəniyyət

Türkiyənin tanınmış ifaçıları Bakıda konsert verəcək

Post Views: 36 Türkiyənin tanınmış pianoçusu Rüya Taner və saksafon ifaçısı Kürşat Başar Türkiyə Cümhuriyyətinin 100-cü və Şimali Kipr Türk Respublikasının 40-cı ildönümü çərçivəsində Bakıda konsert verəcək. AZƏRTAC xəbər verir ki, konsert noyabrın 22-də Beynəlxalq Muğam Mərkəzində keçiriləcək. Türkiyə, Azərbaycan və Şimali Kipr Türk Respublikasının sənət dünyasının bir araya gələcəyi konsertdə hər üç türk dövlətin mədəniyyəti …

Mədəniyyət

Bakıdakı Rus evində gənc istedadların sərgisi açılıb

Post Views: 30 Bakıdakı Rus evində gənc istedadların sərgisi açılıb. Layihə Bakıdakı Rus evinin dəstəyi ilə Azərbaycanın Rus Gəncləri Assosiasiyası tərəfindən təşkil olunub. Rusiya İnformasiya-Mədəniyyət Mərkəzindən (RİMM) AZƏRTAC-a bildirilib ki, tədbirin qonaqları gənc istedadlı rəssamların işləri ilə tanış olublar. Ekspozisiyaya gənc rəssam, təsviri incəsənət müəllimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bakalavrı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının …

Mədəniyyət

Milli Kitabxanaya Qətər ədəbiyyatı, tarixi və mədəniyyətini əks etdirən kitablar hədiyyə edilib

Post Views: 31 Qətərin ölkəmizdəki səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab Azərbaycan Milli Kitabxanasının qonağı olub. Kitabxanadan AZƏRTAC-a verilən məlumata görə, görüşdə Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova qonağa Milli Kitabxananın tarixi, iş rejimi və fondu haqqında məlumat verib. Görüş çərçivəsində Milli Kitabxananın 100 illik yubileyinin keçirilməsi barədə qonağa məlumat verilib. Səfir Feysal bin …

Mədəniyyət

Azərbaycan Lüksemburq Beynəlxalq Bazarında böyük stendlə təmsil olunacaq

Post Views: 46 Azərbaycanın Belçika Krallığında və Lüksemburq Hersoqluğundakı səfirliyinin təşkilatçılığı ilə ölkəmiz Lüksemburq Beynəlxalq Bazarında böyük stendlə təmsil olunacaq. AZƏRTAC xəbər verir ki, “Abad”, “Azərsun”, “Azəripək”, “Aspi”, “Balkhoorma”, “Meysəri”, “Savalan”, “Şabyant”, “Silkway”, “Ravira” şirkətlərinin dəstəyi ilə Azərbaycan stendi dünyada yoxsulluqla mübarizə üçün vəsait toplamaqla yanaşı, milli məhsullarımızın istehlakçılara təqdimatını və mədəniyyətimizin təşviqini müvəffəqiyyətlə həyata keçirəcək. …

Mədəniyyət

“Avroviziya 2024” seçimlərinin finalçıları məlum olub

Post Views: 36 İctimai TV tərəfindən hazırlanmış qısa video-müsahibədə Azərbaycanı İsveçdə, “Avroviziya 2024” səhnəsində təmsil etməyə namizəd olan ifaçılar 7 suala cavab verərək, özlərini izləyicilərə daha yaxından tanıdıblar. İctimai TV-dən AZƏRTAC-a bildirilib ki, namizədlər musiqi zövqləri, builki Avroviziya mahnıları, səhnə xəyalları barədə danışıblar. Münsif səsverməsi nəticəsində finala keçən ifaçılar Aisel, Qorqud, Fahree, Mila Miles, İlkin Dövlətov …

Mədəniyyət

Milliliyimizin rəmzi olan kəlağayıya həsr olunmuş tədbir keçiriləcək

Post Views: 41 Mədəniyyət Nazirliyi, Beynəlxalq Muğam Mərkəzi və Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin birgə təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində noyabrın 26-da Kəlağayı gününə həsr olunmuş “Anam kəlağayılı bir muğamıydı…” adlı konsert keçiriləcək. AZƏRTAC xəbər verir ki, konsertdən əvvəl kəlağayıya aid rəsm əsərləri nümayiş olunacaq. Konsertdə milliliyimizin rəmzi olan kəlağayımıza həsr olunan ifalar, şeirlər səsləndiriləcək. …

Azərbaycan Prezidenti

Ç.Ə.Fərzəliyevin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Post Views: 36 Ç.Ə.Fərzəliyevin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:                                 Azərbaycan təsviri sənətinin inkişafında və təbliğində böyük xidmətlərinə görə Çingiz Əbdül Məcid oğlu Fərzəliyev “Şərəf” …

Azərbaycan ədəbiyyatı

Coşqun XƏLİLOĞLU.” Mənəviyyat zirvəsisən”

Post Views: 39 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qaradağ Bürosunun Rəhbəri Böyük şairimiz Məmməd Arazın  90 illik yubileyi münüsibəti iləŞeiriyyət dünyasındaTükənməyən sözün vardır.Keçdiyin çətin yollardaPozulmayan izin vardır.  Xalqa sevgi səadətdir,Xalqımıza sədaqətdir,Hər addımın ləyaqətdir,Hər addımda “özün” vardır.  Sevdan ilahi sevdadır,Səsin əbədi sədadırAzərbaycan bir dünyadır,Çiçək açan arzun vardır.  Xalqımın iftixarısan,Şeirimizin baharısan,Sönməz işıq, ziya, …

Azərbaycan ədəbiyyatı

Coşqun XƏLİLOĞLU.”Ölməz qəhrəman Davud”

Post Views: 42 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qaradağ Bürosunun Rəhbəri Bakı şəhərində doğulmuş, Əslən Qazaxın Birinci Şıxlı kəndindən olan, ADNSU-nun məzunu, Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsində qəhrəmanlıqla şəhid olmuş Davud Taryel oğlu Qurbanovun ölməz xatirəsinə ithaf edirəm. Böyük elə böyükdür, heç zaman kiçiləmməz,Mərdə namərd körpüsü yoxluqdur, keçiləmməzYetişməsə sünbüllər zəmilər …

Azərbaycan ədəbiyyatı

Şəfa VƏLİYEVA.”Ovuc-ovuc kədərimi”

Post Views: 39 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru Ovuc-ovuc kədərimiDamcı-damcı böldüm.. güldüm…On saatlıq iş günümü“Səslərin”ə böldüm… güldüm… Ürəyimdə qram-qramYaşadım “mesaj” sevgini…Həsrətsiz sevmək də haram…Ödəmişəm bu “vergi”ni… Baxışım yoluna kəniz…Gəlsən xəbər et, olurmu?Mən min lyölük …

Azərbaycan ədəbiyyatı

Banu MUHARREM.”lməsi qaçmış, arasındakı üzərlik otu ovulub tökülmüş..”

Post Views: 40 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini İlməsi qaçmış,arasındakı üzərlik otu ovulub tökülmüş.. -o cib dəsmalı Ən çox sevdiyim adam üçündür. Sulardan yol açan Musa misalı- ocaq ürəyimə ayaq basmalı.. – küçə daşlarını döyən yağışlar. ‘pərvanə xisləti’- başıma dönüb ‘Dayanıb bir əhval maraqlanmamış’ -çiynin saçlarıma qucaq açmalı. Bədəni islanmış, rəngi saralmış, …

Azərbaycan ədəbiyyatı

Şəfa VƏLİYEVA.”xatirələr şəlalədi bu axşam…”

Post Views: 38 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru xatirələr şəlalədi bu axşam…Axır…Axır gözümdən…Elə məsum yadam sənə…Günahla bəzənəm gərək… Güzgüdəki son naxışam…Sən-günahkar doğmam;“İtin mavi gözləri”ndənBir giləlik öpəm gərək… Tutam yaxasından “Naməlum O”nunAtam bütün qaranlıq mağaralara…Min …

Azərbaycan ədəbiyyatı

Banu MUHARREM.”Xoş gəldin ömrümün geri qalanı”

Post Views: 61 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini Xoş gəldin ömrümün geri qalanı.Gəl otur başında ev ürəyimin.Götür bu istidə, soyuq əlinigətir qoy üstünə ,sev ürəyimi. Sen yoxkən xəzanlar vurdu canımıbilmirdim,ayrılıq yolun tamınıGörəndə damarkən ciyər damımıGördüm kef də sıxır, kef ürəyimi. Qonşu həyətindən oğurluq,xəlvət-əlimdəki çiçək-ağlımda “əlbət.”Sevir-sevmir deyib,qopardım cəhd-cəhdTək saya güldürdüm dəf ürəyimi. O …

Azərbaycan ədəbiyyatı

Xəyalə SEVİL.”Ürək də dayana bilmir yerində”

Post Views: 42 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri Ürək də dayana bilmir yerində,Sinə bilmir, yaxa bilmir.Ruhumun o qədərDüşkünlüyü var,Durub candan çıxa bilmir.Saralan, sozalan xatirələrin,Həsrətin rəngidi payıza çıxan.İçim öz içimdir, çölüm özgənin,Bəs kimin bəxtidi bu qıza çıxan?Bu keçən günlərin,Keçən …