Post Views: 111 Hörmətli Oljas Süleymenov! Sizi – müasir ədəbi fikrin görkəmli nümayəndəsini və tanınmış ictimai xadimi 90 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Sizə möhkəm cansağlığı və çoxşaxəli fəaliyyətinizdə uğurlar arzulayıram. Böyük şair, publisist, ədəbiyyatşünas və tədqiqatçı olaraq Siz türk dünyasının fitri bədii istedada malik qüdrətli simalarındansınız. Yüksək vətəndaşlıq amalı özünün ənənələrə bağlılığı və …
2026
Azərbaycan rəssamlarının əsərləri Çində nümayiş olunacaq
Post Views: 97 Azərbaycan rəssamlarının əl işləri Pekində “Today Art” muzeyində nümayiş olunacaq. AZƏRTAC xəbər verir ki, ölkəmizin Çindəki səfirliyinin “Innovation” İncəsənət və Səyahət Mərkəzi, “AYDANİ” incəsənət qalereyası ilə birgə təşkil etdiyi “İncəsənət vasitəsilə dialoq” adlı sərgi mayın 20-də baş tutacaq. Sərgidə Azərbaycanın 20-yə yaxın rəssamının klassik təsviri sənət və rəqəmsal incəsənət nümunələri nümayiş olunacaq. Şahin …
WUF13 iştirakçıları üçün “Mədəniyyət bələdçisi” hazırlanıb
Post Views: 129 +Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində ölkəmizi ziyarət edəcək qonaqlar üçün “Mədəniyyət bələdçisi” hazırlanıb. Bu barədə AZƏRTAC-a Mədəniyyət Nazirliyindən məlumat verilib. Bildirilib ki, bələdçi qonaqları Bakının canlı və dinamik mədəni həyatı ilə yaxından tanış olmağa dəvət edir. “Mədəniyyət bələdçisi”nin əsas məqsədi forum iştirakçılarını Bakının zəngin mədəni məkanları, görməli yerləri və şəhərdə təşkil …
Xor, vokal və balaban ixtisasları üzrə tədris proqramları yenilənib
Post Views: 143 Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən incəsənət məktəb və mərkəzlərində istifadə olunan tədris proqramlarının yenilənməsi istiqamətində işlər davam etdirilir. Bu barədə AZƏRTAC-a Mədəniyyət Nazirliyindən məlumat verilib. Bildirilib ki, proqramların yenilənməsində əsas məqsəd müasir elmi-pedaqoji prinsiplərə, qabaqcıl ifaçılıq təcrübəsinə və milli musiqi təhsili ənənələrinə əsaslanmaqla təhsilin keyfiyyətini yüksəltmək, məzmununu zənginləşdirmək, …
Milli Kitabxana tərəfindən “Əcəmi Naxçıvani. Biblioqrafiya” kitabı çap edilib
Post Views: 115 Azərbaycan Milli Kitabxanası tərəfindən “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyası çərçivəsində Əcəmi Naxçıvaniyə həsr olunmuş əhatəli biblioqrafik vəsait hazırlanıb. Kitabxanadan AZƏRTAC-a bildirilib ki, bu fundamental vəsait 1927-2026-cı illəri əhatə edir və görkəmli memarın zəngin irsini, həyat və fəaliyyətini əks etdirən materialları özündə cəmləşdirir. Biblioqrafik göstəricidə Azərbaycan və xarici dillər üzrə olan materiallar müvafiq bölmələrdə təqdim …
ADMİU-nun təşkilatçılığı ilə “Eco-Art” Festivalı keçirilib
Post Views: 150 Mayın 11-də Azərbaycan Milli Xalça Muzeyində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) təşkilatçılığı ilə Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) öncəsi keçirilən Bakı Şəhərsalma Kampaniyası çərçivəsində “Eco-Art” Festivalı keçirilib. Açılış nitqi ilə çıxış edən Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova şəhərin inkişafının yalnız memarlıq və infrastrukturla deyil, həm də ekoloji …
WUF13 çərçivəsində konsert proqramı: Azərbaycan milli musiqisinin inciləri beynəlxalq auditoriyaya təqdim olunacaq
Post Views: 129 Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində mayın 18-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert proqramı təqdim olunacaq. AZƏRTAC xəbər verir ki, proqramda Azərbaycan xalq mahnıları, rəqsləri və bəstəkar əsərləri səsləndiriləcək. Fikrət Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının (direktor-baş dirijor Mustafa Aşurov) ifasında keçiriləcək konsertin …
Bu gün görkəmli yazıçı Maqsud İbrahimbəyovun doğum günüdür
Post Views: 124 Maqsud İbrahimbəyov istedadlı nasir, dramaturq, kinossenarist və rejissor kimi çoxcəhətli fəaliyyəti ilə tanınıb. Ötən əsrin 60-cı illərində ədəbiyyata qədəm qoyan nəslin nümayəndəsi kimi o, müasirlərinin rəngarəng, dolğun obrazlarını yaradaraq öz dəst-xətti ilə geniş oxucu rəğbəti qazanıb. Yazıçının əsərləri kütləvi tirajla çap edilib, bir çox dünya dillərinə tərcümə olunub, pyesləri tamaşaya qoyulub. AZƏRTAC xəbər …
Milli yaddaşın izi ilə: Aşıq Ələsgər irsi ilə bağlı layihəyə başlanılıb
Post Views: 118 İctimai Birlikdən AZƏRTAC-a bildirilib ki, layihənin əsas məqsədi aşıq sənətinin görkəmli nümayəndəsi Dədə Ələsgərin zəngin yaradıcılıq irsinin, xüsusilə gənc nəsil arasında geniş təbliğinə töhfə vermək, milli poeziya və aşıq sənətinə marağı artırmaq, eyni zamanda, milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsini təşviq etməkdir. Azərbaycan xalqının mənəvi yaddaşında mühüm yer tutan Dədə Ələsgər yaradıcılığı …
“PİLLƏ 4” Respublika Tələbə Tamaşaları Festivalının qalibləri mükafatlandırılıb
Post Views: 147 Mayın 8-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) təşkilatçılığı, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə keçirilən “PİLLƏ 4” Respublika Tələbə Tamaşaları Festivalının bağlanış və mükafatlandırma mərasimi baş tutub. Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə başlayan mərasimdə ADMİU-nun …
İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Post Views: 140 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “İncəsənət xadimləri üçün Azərbaycan Respublikası Prezidentinin mükafatlarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002‑ci il 28 may tarixli 707 nömrəli Fərmanına uyğun olaraq qərara alıram: 1. Səhnə fəaliyyəti ilə bağlı aşağıdakı aparıcı incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatları verilsin: Abbasova Mətanət Nizami …
Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Post Views: 110 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram: 1. Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin: Abbasov Adil Möhsün oğlu Bağırova …
Sevgi notu:qəşəng Xanım
Post Views: 233 “Qadın ağlıyla…” silsiləsindən… “Bəzi şeylər var həyatımızdamı deyim, dünyadamı deyim-bizi idarə edən kiçik detallar…” Bu cümlə ilə başlayır Xanım Anelanın “Ürək notu:vanil” romanı… Dinlədiyim mahnıdandır: “Bəlkə çoxdan buldun bir dəva?” …Olsun… Dərdə əyilməməyin cinsi yoxdur, yenə də, dərdi çəkməyin bir qadın tərəfi var. Həyatın bütün yüklərinin ipləri çiyinlərimizdən keçir, …
Ədəbiyyat İnstitutunun əməkdaşları Türk dünyasına həsr olunan beynəlxalq konfransda çıxış ediblər
Post Views: 176 Bakıda Xəzər Universitetinin ev sahibliyi ilə “I Beynəlxalq Türk dünyasında kültür və dəyərlərin izləri” simpoziumu keçirilib. Azərbaycan, Türkiyə və Özbəkistanın elm və təhsil qurumlarının birgə təşkilatçılığı ilə baş tutan tədbirdə türkoloji elmin əsas istiqamətləri-ədəbiyyat, dil, tarix və mədəniyyət sahələrini əhatə edən 150-yə yaxın elmi məruzə təqdim olunub. Konfransda AMEA Nizami Gəncəvi adına …
“Ozan dünyası” Borçalı aşıq mühitinin təbliğinə dair yeni layihəyə başlayır
Post Views: 150 “Ozan dünyası” Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyinin növbəti layihəsi Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2026-cı il kiçik qrant müsabiqəsinin qalibi elan olunub. 2021-ci ildə fəaliyyətə başladığı gündən aşıq sənətinin təbliği istiqamətində mühüm işlər görən ictimai birliyin budəfəki layihəsi “Borçalı aşıq mühitini tanıyaq və tanıdaq” adlanır. İctimai birliyin sədri, Əməkdar mədəniyyət …
Xanım ANELA.”MƏKTUB”
Post Views: 246 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru. “Ölmüş insanın yasını saxlamaq, yaşadığını bildiyin insanın yasını saxlamaqdan daha asanmış. Hər ikisinin dadını bilirəm… Ölənin arxasınca ağlayırsan, ağlayırsan… sonda qəbul edirsən. Gəlməyəcəyini bilirsən, görməyəcəyini bilirsən, ümidin tamamən yox olur. Onu qəlbində, xatirələrində yaşadırsan. Bir də ölənin arxasınca xatirələr adətən xoş …
Rafiq ODAY.”ÇOX ŞÜKÜR”
Post Views: 174 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru Bu qədər ölü içindəDiri qaldıqsa – çox şükür.Beş-üç haqq deyən kişidənBiri qaldıqsa – çox şükür. Bitib taqəti dizlərin,İtib gülüşü üzlərin,Haqqa xor baxan gözlərinTiri qaldıqsa – çox şükür. Dəni sovruldu xırmanın,İstər lap göyə dırmanın.Çaqqalla dolu ormanınŞiri qaldıqsa – çox şükür.
Rafiq ODAY.”KİMLƏR DƏYİŞMƏDİ, YAVRUM”
Post Views: 174 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru Toplananlar dəyişsə də,Cəmlər dəyişmədi, yavrum.Sevinc də təzə don geydi,Qəmlər dəyişmədi, yavrum. Azıb ömrün qırışında,Qaraldı o sarışın da.“Giriş-çıxış yarışı”ndaÇəmlər dəyişmədi, yavrum. Ömürdə beş fəslim oldu,Qorqud soyum, əslim oldu.Qopuz saza təslim oldu,Simlər dəyişmədi, yavrum. Bax, dediyin “həmin key”ik,Həmin yerik, həmin göyük.Şükr et ki, biz həminkiyik,Kimlər dəyişmədi, …
Lətif Kərimovun 120 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Post Views: 109 2026-cı ilin noyabr ayında Azərbaycan təsviri sənətinin böyük ustası, görkəmli xalçaşünas, pedaqoq və sənətşünas alim, SSRİ Dövlət mükafatı laureatı, Xalq rəssamı Lətif Hüseyn oğlu Kərimovun 120 illiyi tamam olur. Dünya mədəni irs xəzinəsində şərəfli mövqeyə malik Azərbaycan xalça mədəniyyətinin hazırkı inkişaf səviyyəsinə yüksəlməsində Lətif Kərimovun təqdirəlayiq xidmətləri vardır. Onun eskizləri əsasında toxunmuş …
“Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 10 aprel tarixli 384-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Post Views: 119 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 10 aprel tarixli 384-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram: 1. Müəyyən edilsin ki: 1.1. “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun 45.4-cü …
“Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Post Views: 130 Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır: “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 2, maddə 78 (Cild I); 2024, № 4, maddə 365, № 5 (I kitab), maddə 499; 2026, № 1, maddə 19) aşağıdakı …
Ədəbiyyat İnstitutunda Üzeyir Hacıbəyliyə həsr olunmuş elmi sessiya keçirilib
Post Views: 187 Aprelin 30-da AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Şərqdə ilk operanın yaradıcısı, dahi bəstəkar, tanınmış ictimai xadim, Xalq artisti, Dövlət mükafatları laureatı, akademik Üzeyir Hacıbəyliyə həsr olunmuş elmi sessiya keçirilib. Əvvəlcə dahi bəstəkarın zəngin fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib. Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa …
Üçdöngəli yolun bələdçi kitabçası
Post Views: 172 “Üçə qədər sayıram…”Qaçıb gizlənsin misralar… Bir…… “O Bir haqqı!” deyib əlini göyə uzadan qarı görməmisinizsə, nağılların niyə “biri var, biri yox”la başladığını anlayamazsınız. Hamı var olanı tanıyır öz vicdanınca, biz, Qulu Ağsəsin yazdığı kimi, “keçək yoxa…”Bizim şeirin alıcısı yoxdur. Şikayətçilərdən biri də mən…Cibran Xəlil Cibran yazırdı: “Böyük şair sükutumuzu dilə gətirməyibacaran kəsdir”. …
Prezident Kitabxanasında Mir Cəlal Paşayevin ədəbi irsinə həsr olunan yeni virtual kolleksiya yaradılıb
Post Views: 94 Prezident Kitabxanasının Kolleksiyalar bölməsinin “Ədəbi irs” adlı alt bölməsində XX əsr Azərbaycan ədəbi-bədii fikir tarixinin görkəmli nümayəndəsi, yazıçı, ədəbiyyatşünas-alim Mir Cəlal Paşayevin yaradıcılığına həsr olunan yeni virtual kolleksiya yaradılıb. Kitabxanadan AZƏRTAC-a bildirilib ki, kolleksiyada Mir Cəlal Paşayevin çoxşaxəli ədəbi və elmi fəaliyyətini əks etdirən materiallar təqdim olunur. Azərbaycan nəsrinin görkəmli nümayəndələrindən biri olan …
“Nəriman Nərimanov və Türk dünyası” adlı tədbir təşkil olunub
Post Views: 100 Nəriman Nərimanov xatirə muzeyi, Yunus Əmrə İnstitutu və Azərbaycan Dillər Universitetinin Türk Dünyası Araşdırmaları Mərkəzinin birgə təşkilatçılığı ilə “Nəriman Nərimanov və Türk dünyası” adlı tədbir keçirib. Muzeydən AZƏRTAC-a bildirilib ki, Yunus Əmrə İnstitutunda baş tutan tədbir görkəmli ictimai-siyasi və dövlət xadimi, dramaturq, həkim, müəllim N.Nərimanovun anadan olmasının 156-cı ildönümünə həsr edilib. Tədbirdə tarix …
Beynəlxalq Xalça Festivalı günlərində Bakıda çoxsaylı sərgilər açılacaq
Post Views: 133 “İçərişəhər” Qoruq ərazisində keçiriləcək Beynəlxalq Xalça Festivalına hazırlıqlar davam edir. “Azərxalça” ASC-dən AZƏRTAC-a bildirilib ki, festivalın zəngin və maraqlı proqramına bu il də müxtəlif, həm yerli, həm də xarici müəlliflərin sərgiləri daxildir. “Elysıum” Bu sadəcə bir sərgi deyil, həm də sənətin müxtəlif sahələrinin birləşməsidir. Rəssam Aida Mahmudovanın fırçasından çıxan abstrakt rəng qatları “Azərxalça” …
Anar: Təhminə obrazının bu qədər sevilməsinin sirrini mən də aydınlaşdıra bilməmişəm
Post Views: 96 “Beşmərtəbəli evin altıncı mərtəbəsi” əsərinin və Təhminə obrazının bu qədər sevilməsinin sirrini müəllifi kimi mən də aydınlaşdıra bilməmişəm. Bəzən müəllif özü də əsərinin sirrini tam anlaya bilmir. Çünki bəzi əsərlər yazılmır, onlar yaranır. Məhz buna görə yadda qalır. Bu, “başıbəlalı” adlandıra biləcəyim əsərdir. Digər əsərlərimin onu “qısqanması” isə təsadüfi deyil. Bunu AZƏRTAC-a açıqlamasında …
Əbədiyyətə çevrilən ədib ömrü
Post Views: 121 Bu gün böyük yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 118 il ötür XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayev yüksək insani keyfiyyətləri ilə nurlu şəxsiyyətlərdən biri kimi xalqımızın yaddaşında özünə əbədiyaşarlıq qazanıb. AZƏRTAC xəbər verir ki, bu gün görkəmli yazıçı …
“Qəlblərin harmoniyası–6” festivalı gənc istedadları bir araya gətirəcək
Post Views: 97 Davud Qədiroğlunun təşkilatçılığı və Azərbaycan İncəsənət Məktəbinin tərəfdaşlığı ilə aprelin 25-də Bakı Gənclər Mərkəzində “Qəlblərin harmoniyası–6” adlı ənənəvi rəqs və gimnastika festivalı keçiriləcək. AZƏRTAC xəbər verir ki, festival Beynəlxalq Rəqs Gününə həsr olunub. “Qəlblərin harmoniyası” rəqs və gimnastika festivalının əsas məqsədi unudulmaqda olan Azərbaycan milli rəqslərini, eləcə də dünya rəqslərini uşaq və gənclər …
Gənclər Kitabxanasında Xaqani Şirvaninin 900 illiyi ilə bağlı tədbirlər davam edir
Post Views: 123 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 28 yanvar 2026-cı il tarixində klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair–filosof Xaqani Şirvaninin 900 illik yubileyinin geniş şəkildə qeyd olunmasına dair Sərəncam imzalamışdır. Bu Sərəncamdan irəli gələn vəzifələrin icrası ilə əlaqədar olaraq Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası tərəfindən silsilə tədbirlər həyata keçirilir. Kitabxanadan AZƏRTAC-a bildirilib ki, Xaqani …
Prezident Kitabxanası Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr edilən virtual sərgi hazırlayıb
Post Views: 121 Prezident Kitabxanasında 23 Aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə virtual sərgi hazırlanaraq istifadəyə verilib. Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgi kitab mədəniyyəti, müəllif hüquqlarının qorunması və əqli mülkiyyətin cəmiyyət həyatındakı rolu ilə bağlı nəşrləri əhatə edir. Virtual sərgidə yer alan materiallar müəllif hüququnun formalaşma tarixindən müasir hüquqi mexanizmlərə qədər uzanan inkişaf …
Gülnar SƏMANI doğum günü münasibətilə təbrik edirik! (22 aprel)
Post Views: 250 Azərbaycanın mədəniyyət və ədəbiyyat portalının (edebiyyat-az.com) rəhbərliyi və kollektivi Sizi Gülnar SƏMANI “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Tovuz Bürosunun Rəhbəri, Prezident təqaüdçüsü, Gənclər müfakatçısını doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxt həyat, pedaqoji …
Aysel XANLARQIZI.Yeni şeirlər(2026)
Post Views: 194 Yenə köhnə qayıq, yenə tənha mən,Fırtına həsrətə avar çəkirəm… Köhnə xatirələr açır yelkəni,Bulud yaddaşımda göylər tərpənir. Yoxluğun dünyamda qasırğa, tufan,Nuhun gəmisiylə savaşda zaman. Sahildə dayanan balıqqulağı,Yenə döyəcləyir qumun ayağın… Tanrının əlində Musa əsasıSuda tükənməkdə balıq nəfəsim… Sahildə boğulur gözyaşım hədər,Tutub saçlarımı atıram lövbər. Yenə köhnə qayıq, yenə tənha mən,Asıb dor ağacın sahillərimdən …
Arzu HÜSEYN.”Kimsə dərk eləməz içimdəkini”
Post Views: 121 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri Kimsə dərk eləməz içimdəkini,Qapalı qutuyam, qaranlıq quyu.Mən sülhə dəyişdim içimdə kini,Zamanla duruldu bulanıq suyum. Zamanla kiridi fırtınalarım,Sussdum səhra kimi, sussdum çöl kimi.Kiçildim, bir üzü torpağa sarı,Uzandım göylərə sarı-əl kimi. Duayam, mən daha qarğış deyiləm,Yox, yağış deyiləm, yağış deyiləm…
Banu MUHARREM.”Göy üzündə, yer üzündə”
Post Views: 133 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru. Göy üzündə, yer üzündəGecəsində, gündüzündə..Hər yeni gün aydınlıqdır.Sənin olmaq əminlikdir,-amanlıqdır.Sənə uzaq, səndən uzaqSənsizliklər bizə tuzaq..Ümidlər də bulanıqdır.Sənsiz olmaq sonsuzluqdur,-qaranlıqdır.Fırtınada ,qar -ayazdaDərinliyəm dayazlarda..Dəli külək qərarsızdır.Həsrət,hicran nə arsızdır..-amansızdır.Gül də açsa, quş da uçsaBir ahıma dağlar uçsa,Mən sağ çıxsam-imkansızdır.Deməzlərmi: – “bu qansızdır?..”-imansızdır?Sənsiz …
Xəyalə SEVİL.Yeni şeirlər (2026)
Post Views: 132 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri Nəyim varıydı ki, guya?!Gecəm vardı, yuxum yoxdu.Mənim səni unutmağaSehirli çubuğum yoxdu. Ürəyimdə nələr çəkdimÜrəyimdən atmaq üçün.Ayrılıq münbit torpaqmışHəsrəti çoxaltmaq üçün. Ərimişəm, sel olmuşam-Gözlərində dağ qalmışam…Mən sənsiz ölə bilərdim,Şükür, yenə sağ …
Fərqanə Səfərlinin şeirləri
Post Views: 140 GƏLİRƏM Yerin pis əməlindənÜşüyürəm, İlahi –Göydə bir ocaq qala,Qızınmağa gəlirəm. Çiynimdəki hörüklərMələklərə yol açıb –Dəftərimi bilməkçünArınmağa gəlirəm. Qaranlıq peşimandı,Qardaş bilib işığı –Kəfənin iç üzünəSarınmağa gəlirəm. Biz uçmaq vərdişiniDoğuluşdan itirdik –Bir kəpənək belindəBarınmağa gəlirəm. GÜNƏŞDƏN YUXARI Yoxdur buğdanın qanadı;Yük olmadan qarışqayaUçsun sünbüldən yuxarı,Bitsin torpaqdan aşağı. Sən də bir gün külək olsan,Yağışın yolunu kəssən,İslatdığı …
Xalq şairi Nəriman HƏSƏNZADƏ.”MƏNƏM”
Post Views: 143 Dəyişir mənim də halım arabir,bəzən heç bilmirəm nəçiyəm, nəyəm.Üstümə suallar yağır, elə bilhardasa müttəhim kürsüsündəyəm. Odlara qalanıb yanır bədənim,hissimi, ruhumu buza qoyurlar.Şahidlər üzümə dururlar mənim,hakimlər üzümə hökm oxuyurlar. Nə vaxtsa yıxılıb biri qəfildən,yüyürüb qolundan tutmamışam mən.Görmüşəm, vurublar bir vaxt kimisə,arxa durmamışam yıxılan kəsə. Kimsə ac olubdu, mən tox olmuşam,məni axtarıblar, mən “yox” …
Şair-ədəbiyyatşünas Rafiq YUSİFOĞLU.”BULAĞIN EVİ”
Post Views: 128 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət içisi, görkəmli şair, ədəbiyyatşünas, publisist, nasir, tərcüməçi, filoiogiya elmləri doktoru, professor Bulağın evinə bax,Yaraşıqlı, qəşəngdi.Balaca qapısı var,Elə bil ki, pətəkdi. Kimsə girməyib hələO qapıdan içəri.Ordan çıxan bol sudanBiz doyunca içərik. Bulağın səxavətiKaş ki, hamıda ola.Qapısına gələniƏliboş salmaz yola. İç, nə qədər içirsən,Qablarını da doldur.Qəlbi …
Şair-ədəbiyyatşünas Rafiq YUSİFOĞLU.”SEVGİ BURULĞANI”
Post Views: 138 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət içisi, görkəmli şair, ədəbiyyatşünas, publisist, nasir, tərcüməçi, filoiogiya elmləri doktoru, professor Həsrət alovunda şam tək əridim,Ürəyim bələndi çənə, əzizim.Sözün işığında bəxtəvər idim,Onu da çox gördün mənə, əzizim. Eşqin öləziyən bir xırda közdü,Ayrılıq yelləri əsir deyəsən.Təkcə umacağım bir quru sözdü,Onu da sən məndən əsirgəyirsən… Deyirsən …
Rafail TAĞIZADƏ.Yeni şeirlər
Post Views: 109 Narahat ruhlar Böyük alim Rafiq Əliyevə Kimsəsiz evlərin eyvanlarındankədərli, narahat ruhlar boylanır.Baxışlar kiminin tək üst-başına,mənim ətrafımı baxıb, yoxlayır. Küçələr, səkilər buraxmır məni,hər yerdə cüt, qoşa addım izləri.Addım izlərində maqnit gücü var,tutub ayağımdan saxlayır məni,bağlayır özünə, bağlayır məni,öldürüb, basdırıb, ağlayır məni…Bu yolda, bu yerdə qəbirlər artır,təsəlli söylənir, səbirlər artır…Bu gecə özümü harda basdırım?İçimdə …
Azərbaycanlı şairin kitabı Qazaxıstanda nəşr olunub
Post Views: 155 Tanınmış şair, Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) Məsləhət Şurasının üzvü Rəsmiyyə Sabirin “Şeir qadın” adlı yeni kitabı qardaş Qazaxıstanda çap olunub. AZƏRTAC xəbər verir ki, kitabın redaktoru tanınmış qazax şairi, Əməkdar mədəniyyət xadimi, alim-pedaqoq Dövlətkerey Kəpulıdır. Kitabı qazax dilinə Qazaxıstan Yazıçılar Birliyinin üzvü, “Ayböz” Milli Ədəbi Mükafatı laureatı, şair-tərcüməçi Asem Erejeqızı uyğunlaşdırıb. …
“Zəfər rəqsi” bədii filminin builki beynəlxalq zəfərləri
Post Views: 116 Azərbaycanın Qarabağ Zəfərinin beşilliyinə həsr edilən “Zəfər rəqsi” qısametrajlı bədii filmi bu həftə Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən “Belıye noçi” (“Bəyaz gecələr”) 10-cu Beynəlxalq Film Festivalının yubiley proqramına salınıb. Festivalda 17 ölkənin 90 filmi iştirak edir. Sankt-Peterburqun Nevski meydanında yerləşən “Kinoloft Moskva” zalında baş tutacaq nümayişlərə giriş sərbəstdir. Azərbaycan filminin nümayişi 24 aprel …
“Sən, ey uşaqlıq” müsabiqəsinə ssenarilərin qəbulu yekunlaşıb
Post Views: 115 Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) elan etdiyi “Sən, ey uşaqlıq” adlı tammetrajlı bədii film ssenari müsabiqəsinə ssenarilərin qəbulu yekunlaşıb. AKİ-dən AZƏRTAC-a bildirilib ki, ittifaqın elektron ünvanına 39 adda ssenari daxil olub. Texniki parametrlərə cavab verməyən 8 ssenari müsabiqədən kənarlaşdırılıb, 31 ssenari isə seçim mərhələsinə buraxılıb. Müsabiqənin əvvəlində qeyd edildiyi kimi, birinci tura keçid almış …
Bakıda “Baharın rəngləri” adlı sərgi açılıb
Post Views: 149 Xətai Sənət Mərkəzində “Baharın rəngləri” adlı sərgi açılıb. AZƏRTAC xəbər verir ki, tədbirin təşkilatçıları Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Uşaq Sənəti Qalereyası və Xətai Sənət Mərkəzi, dəstəkçiləri isə Dövlət Rəssamlıq Akademiyası, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, Xətai Rayon İcra Hakimiyyəti və Naxçıvan Rəssamlar Birliyidir. Tədbirdə çıxış edən Xətai Sənət …
Qastrol proqramı çərçivəsində Sumqayıtda Dövlət Simfonik Orkestrinin konserti keçirilib
Post Views: 91 .Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən bədii kollektivlərin qastrol proqramı davam edir.Layihə çərçivəsində aprelin 18-də Heydər Əliyev Sarayının nəzdində fəaliyyət göstərən Niyazi adına Dövlət Simfonik Orkestrinin Sumqayıt şəhərində yerləşən “Kimyaçı” Mədəniyyət Sarayında konserti keçirilib.Konsertdə orkestr Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə Üzeyir Hacıbəylinin “Arazbarı”, Antonio Salyerinin “Venesiya yarmarkası” …
Dövlət Xidməti mədəni irs üzrə ən yaxşı data innovasiyası beynəlxalq mükafatına layiq görülüb
Post Views: 115 Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti beynəlxalq səviyyədə mühüm uğura imza atıb.Dövlət Xidməti “International Business Magazine” beynəlxalq media qurumunun 2026-cı il üzrə təşkil etdiyi müsabiqədə “Mədəni irs üzrə ən yaxşı data innovasiyası” (“Best Cultural Heritage Data Innovation Azerbaijan”) nominasiyasında qalib elan olunub.Mükafatın Mədəniyyət Nazirliyinin …
Ramin Məmmədovu doğum günü münasibətilə təbrik edirik! (20 aprel)
Post Views: 133 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının kollektivi Sizi, Ramin MƏMMƏDOVU doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı, xoşbəxt həyat, ədəbi-bədii yaradıcılığınızda və pedaqoji fəaliyyətində yeni-yeni uğurlar diləyir! https://www.youtube.com/watch?v=5HSsdehhn9A&source_ve_path=MjM4NTE&embeds_referring_euri=https%3A%2F%2Fedebiyyat-az.com%2F Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.
Xalq şairi Mirvarid DİLBAZİ.“Müəllimim”
Post Views: 138 O elə şəfqətli, elə gözəldi,Yox idi gözümdə heç bərabəri.O, bir arzu idi, xoş bir əməldi,Yaşayır könlümdə illərdən bəri… Necə məlahətli, qəşəngdi səsiAxan saf suların təranəsitək;Necə də istiydi doğma nəfəsi,Necə də böyükdü köksündə ürək! Qarlı qış axşamı soyuq küləklərKörpə ürəklərə gətirəndə qəm,Onun bir sözüylə açar çiçəklər,Nura qərq olardı elə bil aləm! Min nəğmə …
Xalq şairi Səməd VURĞUN.””YADA SAL MƏNİ”
Post Views: 147 Aşıq Şəmşir, Dəlidağdan keçəndə,Kəklikli dağlardan xəbər al məni.Ceyran bulağından qızlar içəndə,Saz tutub, söz qoşub yada sal, məni. Hay vurub, qıy vurub, səs sal dağlara,Gözəllər oylağı göy yaylaqlara.Mənim bu dərdimi de oylaqlara –Sinəmdən oxladı bir maral məni. O ceyran baxışlı baxdı uzaqdan,Canımı odlara yaxdı nahaqdan.Yüz il də dolanıb keçsə o vaxtdan,Unutmaz aləmdə əhli-dil …
Xalq şairi Vaqif SƏMƏDOĞLU.”İndi gileydən, güzardan”
Post Views: 103 İndi gileydən, güzardanBaş alıb qaçmaq vaxtıdır.Qapıları döyülməmişTaybatay açmaq vaxtıdır… İndi hər səsdən, hər küydənSükuta dönmək vaxtıdır…Millət, dövlət zirvəsindənİnsana enmək vaxtıdır… İndi nə dua, nə qarğış,Nə nəzir demək vaxtıdır.Dünya susmalıdır artıq,ALLAHa kömək vaxtıdır…
Xalq şairi Osman SARIVƏLLİ.”Bircə zərrəm də bəsdi…”
Post Views: 104 Yad ellərə düşəndəqəriblik boğur məni…Əyilməyə, sınmağaqoymayır qürur məni… İstər dən kimi üyüt,un kimi yoğur məni,İstər lap qovurğa təkbir sacda qovur məni. İstər tonqal qalayın,siz məni atmaq üçün.Bircə zərrəm də bəsdirməni tanıtmaq üçün.
Xalq şairi Hüseyn ARİF.”Yaşa hələ!”.
Post Views: 131 Könül deyir:- Yaşa hələSəfərdəyəm, səfərimiVurmamışam başa hələ.Arzularım, əməllərimToxunmayıb daşa hələ. Dolanıb kəndi, şəhəri,Dağlarda açdım səhəri.Fikrim gəzir üfiqləriDönüb qızıl quşa hələ. İlləri yola salmışam,Şer yazıb, saz çalmışamÖmür deyir: – Qocalmışam,Könül deyir: – Yaşa hələ.
Xanım ANELA.”SON PEŞMANLIQ…’
Post Views: 230 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru. Yolun kənarı ilə fikirli-fikirli gedən Bəxtiyar müəllim işıqfora çatanda nə düşündüsə, əlini cibinə atdı və telefonun evdə qaldığını görüb başını yelləyərək geri qayıtdı. Pilləkənlə yuxarı qalxarkən həyat yoldaşı Sənubərin telefonla yüksək səslə danışdığını eşitdi. – Niyə telefonla danışanda qışqıra-qışqıra danışırsan axı?.. …
İki evin alın yazısına istinad edilən əsər
Post Views: 208 (“Ünvanımı tapan kitablar” silsiləsindən) Evlərin də taleyi var, alın yazısı var… Darvazalarından başlamış, ta bacasınadək şeirdir, romandır evlər. Küçəyə baxan pəncərələrlə həyətə baxan pəncərələr arasındakı enerji fərqi qədərdir bəzən ev sakinlərinin o evdəki xatirələrinin müxtəlifliyi… Hərdən olur, illər sonra xatirələrin bələdçiliyinə güvənib bir evin qapısını açırıq… “Buradakı qapının cəftəsi cırıldayırdı…” əminliyi ilə …
Qotur göl
Post Views: 403 Dikdirin qaşına gəlib dayandı. Yuxarıdan aşağıya boylanıb baxdı. Yolun buradan o tərəfi qara, çirkli suyun altında qalmışdı. Günəşin asfalt rəngindəki suda əks edən şəfəqləri gözlərini qamaşdırdı. Əllərini sinəsində çataqlayıb göz qapaqlarını endirdi. Kirpiklərinin kölgəsində yarıdan yuxarısı görünən evlərə baxıb köks ötürdü. Onlar bu məhəlləyə köçdüklərində hələ gölü əhatə edən yamaclar məskunlaşmamışdı. Gölün …
Lətifə Mirzəyevanın “Məhəmmədhüseyn Şəhriyarın Şimali Azərbaycan nəşrləri” kitabı işıq üzü görüb
Post Views: 180 YENİ NƏŞRLƏR Lətifə Mirzəyeva. Məhəmmədhüseyn Şəhriyarın Şimali Azərbaycan nəşrləri. Bakı, “Optimis” MMC, 2026,124 səh.Elmi redaktoru: Filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün BağırlıRəyçilər: Filologiya üzrə fəlsəfə doktoru,dosent Xuraman Hummatova, Filologiya elmləri doktoru, dosent Zakirə Əliyeva2015-ci ildə çapa hazır olan, 2019-cu ildə əsas hissəsi elektron nəşr edilən, 2018-2019-cu illərdə “Vahid Azərbaycan” qəzetində, 2019-cu ildə …
CƏNUB FOLKLORU HAQQINDA YENİ KİTAB
Post Views: 165 Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, f.ü.f.d. Qiymət Məhərrəmlinin yeni monoqrafiyası işıq üzü görüb. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi Şurasının 9 dekabr 2025-ci il tarixli iclasının qərarı ilə (Protokol №7) çap olunmuş 256 səhifəlik “Sulduz folklor mühiti etno-mədəni dəyərlər müstəvisində” adlı tədqiqat əsəri şöbə əməkdaşının bir neçə illik gərgin elmi …
Xalq şairi Vahid ƏZİZ.”KÖÇƏR BU DÜNYADAN HƏR KƏS BİR CÜRƏ”
Post Views: 178 Havalar isinir,dağların qarıqopur damla-damla, ya parça-parça,eyniylə bu cürdür ömrün qatarıgedir ləngər ilə, yaqaça-qaça. Hərdən bir cür olur səhərin nazı-üfüq ya boz olur, yada qırmızı,sakitcə ötüşür vaxt qapımızıbağlaya-bağlaya, yaaça-aça, Gözəldir yağmurlar həzin yağanda,by vaxtlar olasan çay qırağında,düşər budaqlar da Eşqlər bağındaya çarpaz dolaşıq, yahaça-haça, Dünya gerçəkdən də sirli pəncərə;kaş ki, tapılaydı hər dərdə …