Post Views: 65 Sumqayıt Regional Mədəniyyət idarəsinin dəstəyi ilə Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi kitabxananın uşaq şöbəsi Sumqayıtın 70, Uşaq şöbəsinin 50 illiyi və uşaqların asudə vaxtının səmərələi təşkili məqsədilə “Oxu, öyrən, əylən” adlı tədbir keçirib. Nəriman Nərimanov parkında keçirilən tədbirdə oxucularla birlikdə ucadan oxu keçirilib, oxunan kitablara aid verilən suallar cavablandırılıb. Sonra uşaqların iştirakı …
Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi münasibətilə Azərbaycan xalqına təbrik
Post Views: 46 Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi münasibətilə Azərbaycan xalqına təbrik Hörmətli həmvətənlər! Bu gün Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında Azərbaycanın “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Azərbaycanın ən qədim şəhərlərindən olan Şəkinin tarixi hissəsi yüzillər boyu …
Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyinin tabeliyində Mədəniyyət Mərkəzinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Post Views: 57 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının daxili və xarici siyasəti, mədəniyyəti, tarixi, sosial-iqtisadi inkişafı, elmi-texniki və turizm potensialı barədə təbliğat işini genişləndirmək məqsədi ilə qərara alıram: 1. Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyinin tabeliyində Mədəniyyət Mərkəzi yaradılsın. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın 1-ci hissəsi ilə …
M.F.Fərzəlibəyovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Post Views: 41 M.F.Fərzəlibəyovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan teatr sənətinin inkişafında xidmətlərinə görə Mərahim Fərzəli oğlu Fərzəlibəyov “Şöhrət” ordeni ilə təltif edilsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 10 iyul 2019-cu il. Mənbə: http://www.president.az
“İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunun iştirakçılarına
Post Views: 51 Hörmətli Simpozium iştirakçıları! Sizi ölkəmizin paytaxtı Bakı şəhərində salamlamaqdan məmnun olduğumu bildirir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm. Etnik-mədəni müxtəlifliyi və təbii-coğrafi zənginlikləri ilə dünyanın unikal guşələrindən olan Qafqazın son 1400 illik tarixi İslam dini ilə bağlıdır. Azərbaycanda, o cümlədən Qafqazın müxtəlif bölgələrində bu dinə məxsus çoxsaylı maddi və qeyri-maddi …
Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyinə həsr olunmuş VI müşavirənin iştirakçılarınaHörmətli müşavirə iştirakçıları!
Post Views: 49 Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyinə həsr olunmuş VI müşavirənin iştirakçılarınaHörmətli müşavirə iştirakçıları! Sizi salamlayır və Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə təbrik edirəm. Şərqdə, müsəlman dünyasında ilk parlament respublikasının – Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması haqqında İstiqlal Bəyannaməsində təsbit olunduğu kimi, bütün millətlərlə dost münasibətlər yaratmaq Cümhuriyyətin …
“Hece Taşları” aylık şiir dergisinin 53. sayısı yayında
Post Views: 65 Uçakla Biçtiler Gökekinleri İnsan geç yetişen nesil ağacı, nasıl bakar isen öyle yetişir, vakti gelip sorumluluk alınca, çağ açıp kapatan bir fatih olur, dağlarda yürütür kadırgaları, barışta bir şefkat elçisi olur, nerede bir mazlum feryadı duysa, gözünü kırpmadan sefere çıkar, karşısına küffar ordusu çıksa, döne döne meydanlarda vuruşur, ya şehit ya gazi …
Dəyərli Nəsimisevərlər!
Post Views: 54 Dəyərli Nəsimisevərlər! Əli Kərim adına Poeziya Evi Sizi sumqayıtlı tədqiqatçı-yazar Aygün Cəfərovanın “Nəsimi yaradıcılığında folklor izləri” kitabının təqdimatına dəvət edir. Tədbir 13 İyul 2019-cu il tarixdə, saat 12:00-da, “Azərbaycanda Nəsimi İli” çərçivəsində keçirilir. Ünvan: Sumqayıt şəhəri, 9-cu mkr. Heydər Parkı, Z.Hacıyev küçəsi 6. POEZİYA EVİ.
Şairə-publisist Nəcibə İLKİN.Seçmə şeirlər
Post Views: 70 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru Dərdim sənsizliyin dərdini çəkir Bir səhər üz tutdum dənizə sarı, Görüş yerimizdə ayaq saxladım. Öpdü həsrət məni sən əvəzinə, Töküldü gözümdən leysan, ağladım. Mənə elə …
Əziz MUSA.Yeni şeirlər
Post Views: 51 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü AXI Necə də şirinsən, necə də əziz, Hüsnün bir aləmdi, eşqin bir dəniz, Gözlərin qaradı, özün aybəniz Mən səni sevməkdən doymuram axı. Ağlımı başımdan alır gülüşün, Əzəldən nazlanmaq olub vərdişin, Vallah möcüzədi sənin …
“Rövşən” ritm qrupu Samarada keçirilən 15-ci Beynəlxalq ritm festivalında uğurla çıxış edib – FOTOLAR
Post Views: 48 Rusiyanın Samara şəhərində ənənəvi 15-ci Beynəlxalq ritm festivalı keçirilib. Festivalda Azərbaycanı Sumqayıt şəhər N.Nərimanov adına mədəniyyət mərkəzində fəaliyyət göstərən Rövşən Cabbarın rəhbərlik etdiyi “Rövşən” ritm qrupu təmsil edib. Festivalda 15 xarici ölkə, Rusiyanın 15 böyük şəhərlərindən dəvət olunmuş sənətçilər iştirak edib. Türkiyə, İran, Ukrayna, Liviya, Tacikistan kimi ölkələrdən gələn ritm həvəskarları ilə …
Rafiq ODAY.”Vaxtıdı”
Post Views: 43 Bir az ağır olun, nolar, Batman gəlməyin vaxtıdı. Savalandan yola çıxıb, Atnan gəlməyin vaxtıdı. Görüb oxu – kürəkdəki, Kimdi əsən külək təki?! Yaşanarmı ürəkdəki Çatnan, gəlməyin vaxtıdı. Dərd sinədə sırıq-sırıq, Sirr verdiyin ağzıcırıq, Düşmən neylər ki, bu qırıq Zatnan, gəlməyin vaxtıdı. Dözməklə kar aşandımı? Ruhsuz bir gün yaşandımı?! Barışmaq yaraşandımı Matnan?- Gəlməyin …
Sumqayıt Poeziya Evində “Nəsimi və təsavvuf” adlı tədbir keçirilib
Post Views: 61 Sumqayıt şəhər Poeziya Evində Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi, Ə.Kərim adına Poeziya Evinin təşkilatçılığı ilə 2019-cu ilin ölkəmizdə NƏSİMİ İLİ elan olunması ilə bağlı tədbir keçirilib. “Nəsimi və təsavvuf” adlı tədbiri Poeziya Evinin direktoru, şair İbrahim İlyaslı açaraq dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə bağlı Sumqayıtda keçirilən tədbirləri diqqətə …
Xalq şairi Mirvarid DİLBAZİ.”Sevib-sevilən qızlar”
Post Views: 36 Sevib-sevilən qızlar Vətənin nazlı qızları, Qırln adətdə”buzları”. O dürləri, almazları, Siz ağıllarda axtarın! İgid sınanar düz yolda, Büdrəməz, getsə yüz yolda. Səadəti siz nə pulda, Nə dövlət, varda axtarın! İnci, almaz, dürr soyuqdur; Daşların ürəyi yoxdur . İsti ürəklər çoxdur, Odu siz orda axtarın! Dağlar qalıb sel içində, Kaman titrər tel içində, …
Xalq şairi Mirvarid DİLBAZİ.”Neylərəm o ömrü mən”
Post Views: 65 Neylərəm o ömrü mən, Nə qışı, nə yazı var! Duyğunun nə dərini, Nə də ki, dayazı var! Neylərəm o ömrü mən, Nə bir şirin sükutu, Nə də sel axışı var. Nə çılğın bir sevinci, Nə də göz yağışı var. Neylərəm o ömrü mən, Nə özü, nə özgəsi, Nə səsi, nə nəfəsi, Nə …
Xalq şairi Mirvarid DİLBAZİ.”Bir ürək bağışla”
Post Views: 54 Bir ürək bağışla ki, Heç zaman soyumasın. Bir xəyal bağışla ki, Uçuşdan uyumasın. Bir fikir bağışla ki, Dəryadan dərin olsun. Bir düzüm mirvari ver, İnci sözlərin olsun. Nəqarət: Bir çıraq bağışla ki, Odu hər yana düşsün. İşığı neçə qəlbə, Neçə vicdana düşsün. Yaşatsan, yaşat, ancaq Bir təmiz sözlə məni Gözləsən tək mənəvi …
Xalq şairi Mirvarid DİLBAZİ.”Sən-qəhqəhə, Mən-göz yaşı”
Post Views: 100 Sən-qəhqəhə, Mən-göz yaşı. Hardasan, könlüm sirdaşı? Tufanlıdır ömrün qışı. Sən gül! Mən gülə bilmirəm. Şənlik içindəykən aləm, Nədir könlümdəki bu qəm? Neyləyim ki, mən bəxti kəm Dərdimi bilə bilmirəm. Qəm əyib məğrur başımı, İtirmişəm sirdaşımı, Selə dönən göz yaşımı Üzümdən silə bilmirəm. Səhrada bitmiş bir güləm, Fəsli quraq keçən iləm. İstəyirəm sənsiz …
Xalq şairi Mirvarid DİLBAZİ.”Sevgili canan”
Post Views: 53 Hüsnün gözəl ayətləri, ey sevgili canan! Olmuş bütün aləmdə sənin şəninə şayan Gəl eylə inayət, mənə ver busə ləbindən, Çünki gözəlin busəsidir aşiqə ehsan. Sordum ki, “könül hardadır” aldım bu cavabı. “Heç sorma, tapılmaz onu axtarsa da insan”. Rəhm eylə, deyib, sel kimi göz yaşımı tökdüm Kim, qanım ilə əl yuma, ey …
Gülnar Qasımlı Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsinə müdir təyin edilib
Post Views: 84 Gülnar Səma 2014-cü ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbi Tənqid şöbəsinə Azərbaycan ədəbiyyatı ixtisası üzrə doktoranturaya qəbul olub. 2017-ci ildən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin elmi işçisidir. İnstitutda işlədiyi müddətdə dissertasiyası əsasında 2018-ci ildə Latviyada rus dilində “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında poema janrı” adlı …
Dəyərli aşıq sənəti və poeziya sevərlər!
Post Views: 55 Dəyərli aşıq sənəti və poeziya sevərlər! Azərbaycan Aşıqlar Birliyi Sumqayıt Bölgə təşkilatı və Ə.Kərim adına Poeziya Evi Sizi sumqayıtlı aşıq və şairlərin iştirakı ilə “Sazla sözün vəhdəti” adlı ədəbi-bədii gecəyə dəvət edir. Tədbir Azərbaycan Aşıq sənətinin UNESCO-nun Qeyri maddi-Mədəni İrsin Reprezentativ siyahısına daxil edilməsinin 10 illiyi qarşısında tədbirlər çərçivəsində keçirilir. Tədbir 06 …
Məlahət BABAYEVA.”Jose Mauro De Vaskonselosun uşaqlığı və ya“Şirin portağal ağacım” əsəri”
Post Views: 59 İstər Azərbaycan, istərsə də dünya ədəbiyyatında elə əsərlər var ki, onların qəhrəmanları uşaqlar olsa da mövzusu əsasən böyüklərin anlayacağı ağırlıqda olur. Belə əsərlərdə uşaqlar ya valideynlərini erkən itirir ya da ailənin maddi problemləri onun hər bir üzvünü ayrı-ayrılıqda çətin imtahanlarla qarşı-qarşıya qoyur. Bu mövzuda yazılan əsərlərə istənilən qədər misal gətirə bilərik. Misal …
Şairə-publisist Nəcibə İLKİN.Seçmə şeirlər
Post Views: 53 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru Özümüzə tale yazdıq Üzülməyən sevgimizin, Ürəyini niyə üzdük. Özümüz də heç bilmədən, Yolumuzu tərsə düzdük. Yol gözləyən izimizin, Dedik həsrət, kədər bizim, Şirin dadan sevgimizin, …
Əziz MUSA.Yeni şeirlər
Post Views: 51 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü ÜRƏYİM O qədər dərd çəkib, ayrılıq çəkib, Bir sözdən inciyib küsür, ürəyim. Dərd-qəmdən alışıb, yanır şam kimi, Həsrətdən, hicrandan bezir, ürəyim. Quş kimi çırpınır sinəmdə birdən, Az qalır partlaya qüssədən , qəmdən, Quzu …
Sumqayıt Regional Mədəniyyət İdarəsinin müşavirəsi keçirilib
Post Views: 49 Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində baş tutan müşavirəni Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov açaraq 6 ayın yekunları, mədəniyyət müəssisələrində ödənişli xidmətin təşkili, mədəniyyət işçilərinin işə davamiyyəti, musiqi məktəblərinin fəaliyyəti, şagird qəbulu, mədəniyyət müəssisələrində aşkarlanan problemlər, nizam-intizam qaydaları, eləcə də sosial şəbəkələrdə aktivliyin artırlması, idarənin mətbuat xidməti ilə əlaqələrin gücləndirilməsi ilə …
Rafiq ODAY.”Bölük-bölükdü”
Post Views: 41 Bir bölük dərddi dərdim, Dərdim bölük-bölükdü. Dedim bir məlhəm qoyum, Gördüm bölük-bölükdü. Bu dərdin qan adımı? Toxundun qanadımı? Üstünə qanadımı Sərdim, bölük-bölükdü. Seçmədi sərdə fəndim, Keçmədi dərdə fəndim, “Bu nasıl dərd, əfəndim?” – Sordum, bölük-bölükdü. Gəl yaşayaq bir ömür, Dərvişsayaq bir ömür. Mən başayaq bir ömür, Sürdüm, bölük-bölükdü. Bu bazar, açıq bazar, …
Sumqayıt bulvarında konsert
Post Views: 53 Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Sumqayıt bulvarının yay estradasında şəhər Bülbül adına uşaq incəsənət məktəbinin kollektivinin konsert proqramı təşkil edilib. AZƏRTAC xəbər verir ki, konsertdə məktəbin şagirdlərdən ibarət xor kollektivinin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri dinlənilib, “Ümid” rəqs ansamblının ifasında bir-birindən maraqlı rəqs nömrələri izlənilib. Konsertdə müəllim və şagirdlərin ifa …
Sumqayıtdakı hörgü festivalında 100-ə yaxın şəhər sənətkarının toxuduğu əl işləri nümayış olunub
Post Views: 56 Sumqayıt Dövlət Rəsm Qalereyasının qarşısındakı meydançada şəhərin yaranmasının 70 illik yubileyi münasibətilə hörgü festivalı keçirilib. Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə keçirilən festival-sərgidə 100-ə yaxın şəhər sənətkarının toxuduğu müxtəlif geyimlər, çantalar, aksesuarlar və sair əl işləri nümayiş olunub. Tədbirin sonunda festival iştirakçılarına fəxri fərmanlar təqdim olunub. Mənbə: azertag.az
Sumqayıtın mədəniyyət işçiləri Xızıda Cəfər Cabbarlının 120 illik yubileyini
Post Views: 56 Görkəmli ədib və dramaturq Cəfər Cabbarlının anadan olmasının 120 illik yubiley tədbirləri çərçivəsində Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi, Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsinin təşəbbüsü, AYB-nin Sumqayıt bölməsinin və Sumqayıt şəhər “Dostluq” mədəniyyət evinin birgə təşkilatçılığı ilə ədibin Xızı rayonundakı ev muzeyində “Orada bir ev var, Xızıda” adlı tədbir keçirilib. …
Azərbaycan Yazıçılar Birliyi üzvlərinin yaradıcılıq şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Post Views: 55 Azərbaycan Yazıçılar Birliyi üzvlərinin yaradıcılıq şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Yazıçılar Birliyinin Şüvəlandakı Səməd Vurğun adına Yaradıcılıq Evinin rekonstruksiyası və təmiri üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının …
“Gənclər üçün Prezident Mükafatının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 2 iyul tarixli 934 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Post Views: 77 “Gənclər üçün Prezident Mükafatının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 2 iyul tarixli 934 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: “Gənclər üçün Prezident Mükafatının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 2 iyul tarixli 934 …
İradə AYTEL.”Taleh” (Hekayə)
Post Views: 61 Qaranlıq, tənha bir qış gecəsi… Qatarın dəmir ayaqlarının taqqıltısı və arabir eşidilən fit səsi olmasaydı, o özünü bu dünyanın adamı bilməz, hansısa kimsəsiz, qərib bir çöllükdə hiss edərdi. O tələsirdi… Səhərə tələsirdi… Açılacaq səhər onu bir il yarımlıq ayrılıqdan sonra anasına, doğmalarına qovuşduracaqdı. Bayaqdan bəri vaqonun kupeləri arasında vargəl edən bələdçi artıq …
İradə AYTEL.”Bahar qızı”
Post Views: 66 Bahar qızı, baharına Qar ələndi, üşüdünmü? Pərən-pərən arzuları Çimirinə daşıdınmı? Laylan beşik gördümü heç, Bələdinmi dərdini heç? Səssiz evin sordumu heç Barlı bağlar yaşıdınmı? Suç işlədin, suçun ögey, Varın ögey, heçin ögey, Qaç çölünə, için ögey, Sən biçimdə daş – adammı?!
İradə AYTEL.”Çatarmolar”
Post Views: 56 Sinəm basdı sinəsinə Qollarımı sinə-sinə. Bir ah çəksəm sənə… sənə Çatarmolar, çatarmolar? Dağı bağa ha daşıyım Yenə laldı ev-eşiyim. Layla desəm boş beşiyim Yatarmolar, yatarmolar? Allah gendə, bəndə gendə, Kimdi görən bu bədəndə? Ay ürəyim Göy sinəmdə Batarmolar, batarmolar.
İradə AYTEL.”Son məktubum”
Post Views: 50 Bu, sənə son məktubum, Qanımın son damlası. Oxu, gözlərin səpsin Oduma son damla su. Sən bir ömür xatirəm, Sən alnımda yazımdın. Sən çölümdəki boran, Sən içimdə yazımdın. O yaz qönçə barına Həsrətkən qışa köçdü. O yaz gözlərimdəcə Bir qara daşa köçdü. Verdiyin dərd yerində Dağ olacaq göy otlar. Ağrının sinəsində Soğulacaq göy …
İradə AYTEL.”Bilirsənmi?!”
Post Views: 43 “Səni sevdim qar üstündə yem axtaran quş kimi“ Ramiz Rövşən Bilirsənmi, Onu necə sevirdim, Ananın balanı sevdiyi kimi. Sərçənin qar üstdə dəni sevdiyi, Arının balını sevdiyi kimi. Bilirsənmi, O, gizlinim, o sirrim, O sirri tutmaqdan qala olmuşam. Elə gözdən düşüb, təklənmişəm ki, Lalası sovrulan tala olmuşam. Bilirsənmi, Ona necə həsrətəm, Yad eldə …
Emil Rasimoğlunu doğum günü münasibətilə təbrik edirik! ( 27 iyun 1991-ci il)
Post Views: 61 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi və kollektivi Sizi, Emil RASİMOĞLU, yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsini, Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvünü, Prezident təqaüdçüsünü, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Muğan Bürosunun …
Emil RASİMOĞLU.”…Sən demə, hər şamın arxası bir qadın yuvası imiş…”
Post Views: 46 Ağaclardakı dənizlər, dənizlərdəki yanan kimsəsiz kibritlər və göy üzündəki torpaq. …və bir də alnımdakı qandallı qırışların edam günü. Evimizin divar saatı bağışlayır ana bətnlərinin günahını, unuduram aynaların küçəsini Vətən olan hər yerdə. …Sən demə, hər şamın arxası bir qadın yuvası imiş. Məni bağışlamağa can atma, kəsməyib siqaret bədənindəki yağışlar. …hələ də maestronun …
26 iyun “Silahlı Qüvvələr günü” münasibətilə hərbi hissələrdə konsertlər keçirilib
Post Views: 49 Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə mədəniyyət müəssisələrinin kollektivləri hərbi hissələrdə konsert proqramı ilə çıxış ediblər. Sumqayıt şəhər və Dostluq Mədəniyyət evi, Corat Qəsəbə Mədəniyyət evi, C.Cabbarlı adına Mədəniyyət evi, 28 May Diyarşünaslıq evi, Gənclik klubu ayrı-ayrı hərbi hissələrdə konsert proqramı ilə çıxış etdilər. Gənc müğənnilər Şamo Babayev, Günel Eyvazova, Rəşad Bəşirov, …
İradə AYTEL.”Yolum ocaq”
Post Views: 44 İçimdə ürəyim kösöv, Çölüm ocaq, çölüm ocaq! Uzun bir yola çixiram, Yolum ocaq, yolum ocaq! Az gileylən, ruhum, darda, Yer geyəcəm ilk baharda. Əməllərim günahlarda Yolunacaq, yolunacaq! Əl qaldırdı rəqsə alım, Bəyazlar mənə çox zalım. Tələsin, vida “Vağzalı”m Çalınacaq, çalınacaq.
İradə AYTEL.”Qızılgül”
Post Views: 47 Ürəyiмdə qübаr еdən dərdiмi, Dаnışмаrам…dаnışмаrам, qızılgül!.. Həsrətiмin gilеy dоlu cığrınа, Qаrışмаrам… qаrışмаrам, Qızılgül! Bоylаnırам bоyun-bоyun bоynunа, Hоylаnırам bu tаlеyin оynunа, Bircə günlük yаr оluммu qоynunа, Sоruşмаrам… sоruşмаrам, Qızılgül! Yахınındа qаrа dаğlаr qаrlıdı, Vüsаl uмаn həsrətindən kаrlıdı, Dеsən: könlüм vəfаdаrlı, yаrlıdı, Bаrışмаrам… bаrışмаrам, Qızılgül!..
İradə AYTEL.”Səni gözləyir”
Post Views: 42 Gözlərini Bənövşən Аçмır, səni gözləyir. Yаz оlsа dа ətrini, Sаçмır, səni gözləyir. “Оyаn”- dеyir sübh меhi, Bükür bоynunu “еh”i, Yаrpаğındаkı şеhi, Içмir, səni gözləyir. Qоrхur yаd əllər dəyər, Qurur kоl аltdа dəyə, “Sözlüм gələcək” – dеyə, Köçмür, səni gözləyir.
İradə AYTEL.”Sevgi nağılı”
Post Views: 51 Gəl, sənə bir nağıl söyləyim, O nağıl ömrümün noğulu idi. O nağılda biri vardı – o Səndin, O nağılda biri yoxdu – o məndim. O nağılda Sən Günəşdin, mən gecə. O nağılda Sən məndəydin, Mən təkcə! O nağılda gözlərin göz işığım, Səsin İlahi səsi, Səsin “Azan”ım idi. O nağılda baxışın ürək dağım, …
İradə AYTEL.”Ona deyin”
Post Views: 43 Ona deyin, verdiyi Dərdi də sevər oldum. Gözüm hər acısını Gördü də, sevər oldum. Ona deyin, əcəl də Məndən üz çeviribdi. Təxti olan köksümü Atəşi deviribdi! Ona deyin, bahara Çıxmam! Çıxmam bu qışla. Ona deyin can verən, “Can” deyəni bağışla! Ona deyin, Bağışla! 30 may 2014
Sumqayıtda istedadlı jurnalist İlhamə Məhəmmədqızının 50 illik yubileyi ilə əlaqədar tədbirlərə start verilmişdir
Post Views: 78 İyun ayının 23-də Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə “Möhtəşəm Azərbaycan” qəzeti redaksiyasının akt zalında Azərbaycan Jurnalistlər Birliyinin və Dağıstan Yazıçılar Birliyinin üzvü, “Həsən bəy Zərdabi”, “Müqəddəs qələm” və digər media mükafatları laureatı, bir sıra nüfuzlu qəzet və jurnallarda məsul vəzifələrdə çalışmış, hazırda “İdeal Market” qəzetinin təsisçisi və baş redaktoru, …
Səxavət İZZƏTİ (ƏNDƏLİB).”USTAD YƏHYA ŞEYDA”
Post Views: 55 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının İran İslam Respublikası üzrə yeganə təmsilçisi Yəhya Şeyda 1924-cü ilin may ayının 10-da şərqin ən qədim şəhərlərindən olan Təbriz şəhərində anadan olmuşdur. Onun atası Səttarxan hərəkatının iştirakçılarından, Təbrizin məşrutə mücahidlərindən olan “Yüzbaşı” ləqəbli Həsən Çərəndabidir. Şeyda, Firdovsi mədrəsəsinin ədəbiyyat bölümünü bitirmiş, fars və ərəb dillərini mükəmməl şəkildə …
Gənc yazar Kənan Aydınoğlunun şeiri Təbriz şəhərində yayınlanan “Ədəbi Körpü” dərgisində çap olunub
Post Views: 99 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə gerçəkləşdirilən “İran-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsində Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü Kənan Aydınoğlunun “Sənsiz yaşamağın sirrini öyrət” adlı şeiri İran İslam Respublikasının …
“Sumqayıtda ədəbi həyat”ın təqdimatı
Post Views: 46 Sumqayıt Poeziya Evində Sumqayıt Regional Mədəniyyət idarəsinin dəstəyi, Ə.Kərim adına Poeziya Evinin və AYB Sumqayıt bölməsinin təşkilatçılığı ilə görkəmli tənqidçi, filologiya elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri Vaqif Yusiflinin “Sumqayıtda ədəbi həyat” adlı kitabının təqdimatı keçirilib. Tədbiri giriş sözü ilə açan Poeziya Evinin direktoru, şair İbrahim …
İradə AYTEL.”Anama”
Post Views: 43 Pir yolunda pir olmusan, Anam, getmə pirə, dəyməz! Dilək-dilək qovrulmağın, İçindəki sirrə dəyməz! Bircə gülü solsa əgər, Sanma bağban qan-yaş tökər. Bağına bax, bəhər-bəhər Al-yaşılda tərə dəyməz! Balan oldum, balın oldum, Bal yolunda yalın oldum, Sonda bu kor yolu buldum, Bunca dərdə, sərə dəyməz! Bahar ömrüm keçdi daha, Ağ gün mənlə öcdü …
İradə AYTEL.”Anama”
Post Views: 56 Bir dəli sevdaya düşmüşəm, ana, İntihar sevdasına! Amma Qıymıram sənin ürəyinin bir parçasına, Qıymıram sənə! Bax, ana, Bircə canımnan başqa heç nəyim yoxdu. Onu da borcluyam Sən Tanrıma! Bilirəm, onsuz da qatiləm! Mənli arzularının, İstəklərinin, Sənə verəmədiyim nəvələrinin “qatili”! İndi də balanın qatili olmaqdan qorxuram! Ana! Sənin ölümünü gözləyirəm! Başımdakı bu sevdanın …
İradə AYTEL.”Qəribəm”
Post Views: 38 Duam Allaha yetmir, Mən bu dində qəribəm. Bir qərib də içimdə, Birəm mində, Qəribəm. Məni doğan ögeyim, Göynəmə göyüm-göyüm, Suçuyam Yerin, Göyün, Dolan gendə, qəribəm. A balamın bələyi, Yer, sənnəndir diləyim, Aç köksünü gələyim, Mən bu təndə qəribəm.
İradə AYTEL.”Yığış gedək”
Post Views: 46 A köksümdə döyünənim, Mərdim, mərdim, yığış gedək. Səni səni sevməyənə Verdim… verdim, yığış gedək. Gül açmadı yenə bu yaz, Ümid düşdü çənə bu yaz… Qara saçım, səni bəyaz Hördüm… hördüm, yığış gedək. Nədən saldın mənə meyil, Di içimdə söyül, döyül. Bu dünya bizimki deyil, Dərdim, dərdim, yığış gedək!
İradə AYTEL.”Qadın”
Post Views: 55 İstəkdən yoğrulsan da, İstəklə doğulmadın. O qədər çox idi arzun Arzundaca boğuldun! Yum! Yum gözlərini, qadın! Sevdin! Ruhun uzaqda Cismin doğma yataqda, Ananın naxış-naxış, Həvəs-həvəs tikdiyi Yastığı cırmaqlayan Dırnaqların şişəmi? Məhrəminə satdığın Cismin dözür şişəmi? Bu dünya çox kiçikdir. Bir qadın içindəki Sevgini basdırmağa Yer acizdi torpaqda, Torpaq bəyaz bayraqdı! Sən azad …
Xalq şairi Nəriman HƏSƏNZADƏ.””Ədəbiyyat qəzeti” mənim tale qəzetimdi…”
Post Views: 46 Əzizim Azər! Qəzetinizin 85 illik yubiley günü yaxınlaşır. Mübarək olsun. Yubiley ili ərəfəsində çox şeyi demək, çox şeyi də xatırlamaq olar. “Ədəbiyyat qəzeti” artıq çoxdan bütov bir epoxanı müxtəlif, mürəkkəb mərhələlərlə birlikdə əhatə edən salnaməyə və salnaməçiliyə, tarixə və tarixçiyə çevrilmişdi. Yazıçı kimi, yazıçı qəzetinin də ayrıca öz tərcümeyi-halı olur. O, indi …
Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Vətən oğulları, Vətən qızları…”
Post Views: 77 Ramiz Duyğunun şeirinə rəy Bu yaxınlarda Yazıçılar Birliyinin Natəvan klubunda hərbiçi şair dostum Ramiz Duyğunun 80 yaşı hörmətlə qeyd edildi. Oxucuları onu təbrik etdi, yeni yaradıcılıq uğurları arzuladılar. “Ədəbiyyat qəzeti”nin 16 mart 2019-cu il tarixli sayında isə şairin “Nərmin və Elnur dastanı”nı oxudum. Zəng vurub fikrimi bildirdim. Əsər ithafla başlayırdı: “Qarabağ döyüşlərində …
Xalq şairi Nəriman HƏSƏNZADƏ.”İstiqlalın ilk günü”
Post Views: 40 X.R.Ulutürkün xatirəsinə Xəlil təzə qayıtmışdı Dönüb oda, Oxuyurduq, tələbəydik Dünənəcən Moskvada. KQB-nin zindanından Qayıtmışdı, O, yarıcan qayıtmışdı Öskürürdü aradabir. Yox, öskürmür, Püskürürdü Aradabir. Ordan vulkan qayıtmışdı. Azərbaycan həbsdəydi, Azərbaycan qayıtmışdı. Sığışmırdı məcrasına – Daşa-daşa qayıtmışdı. İçində bir Nazim Hikmət, Nuru Paşa qayıtmışdı. Firəngizi yanındaydı, Təbrizi yox. O, Təbrizi evdə görmək istəyirdi, Ta …
Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Bu eşqlə”
Post Views: 54 Gənc yazıçı Günel xanımın atası xalq yazıçısı Anarın, anası akademik, musiqişünas Zemfira xanımın 55 illik həyat hekayəsinə həsr etdiyi filmə baxdım Hər qızın hünəri deyil Atasına, anasına, İki könül dünyasına, Beşiyinə, laylasına Layla desin öz dilində, Bakirə bir qız dilində. Bu Zemfira, o da Nigar, Biri Rəsul, biri Anar. Sən onlardan yadigarsan, …