Author: Delphi7

  • “ÖLÜMSÜZ ÖMÜRLƏR”

    (Xalqımızın ürəyində özünə əbədilik taxt quran,
    ölümsüz xalq şairi Məmməd Arazın yaradıcılığına həsr edirəm)

    Ömrünün məhsuldar çağları yataqda keçsə də, yenə yazdın, yaratdın! Ürəyinin “dağ kimi qabaran dərdləri” ürəyini yandırıb kösövə döndərdi, üəryinin qabaran atəşi kösövə od vurdu, təzədən oddadı!
    Qəlbinin əsil dostu, sirdaşı – respublikamızın xalq həkimi, gözümüzün nuru Hacı Cəfər həkim oldu! Həmd olsun Allaha! Sözün gözəlini seçənlər, doğrusunu yazanlar sənə dayaq durdu, yar oldu!
    Ömür-gün yoldaşının – Gülxanım müəllimənin ürəyinin əbədiyyət sevinci əbədi irsinə yenidən həyat verdi, ürəyinin qorxusunu azaltdı! Çünki sənin xəttinin, düzümünün sirrini ondan başqa bir kimsə anlaya bilməzdi! Bu irsi öz xəttiylə vərəqlərə köçürtdü, ibrətkarlar dərs aldı, yurdunun diliylə danışmaq istəyənlər tənində ikinci vətən tapdı!
    Qibtəkarlar əzminə, iradənə mat qaldı, heyran qaldı! Həmd olsun Allaha!

    Elə bil ki, yol üstündə,
    Düşüb qalan Misri qılınc.
    Yüyənsiz bir Qırat olub
    Onun səsi onu gəzir, onu gəzir!

    “Bülbülün səsi” şeirindəki bu heyrətamiz bənzətmələr oxucunu valeh edir. Bülbül sənətinin qüdrətini “Misri qılınc”, “Qırat” kimi böyük mahiyyət daşıyan atributlarla müqayisə edərkən onun ustalıqla yaratdığı Koroğlu obrazı gözümüzün önündə yenidən canlanır. “Koroğlunun monoloqu”nda dahi Bülbülün könülləri şövqə gətirən şaqraq səsi, zəngulələri bu gün belə ruhumuzda qələbə əzmini artırır!
    “Qonşu çəpəri” şeirində deyilir:

    Gözümüzü gözümüzdən qorusaq belə,
    İtlərimiz macal tapıb hövürləşəcək.

    Bu misralarla sevgisiz yaşamın qonşuluqda mümkün olmadığını, düşmənçiliyin cəmiyyətə hüzursüzluq, bərəkətsizlik gətirdiyini vurğulayır. Şairin hər şeiri oxucuya ibrətamiz mesajlar verir. Fani, keçici dünyada sülh içində, sevinclə yaşamın vacibliyini vurğulayır.
    Ulusların ulusu Məmməd Aslana həsr etdiyi “Məmməd Aslana” şeirində şair Araz çayı ilə dərdləşir, Araz çayı dilə gəlib şairə üstündən yol atır, cəsarətlə keç söyləyir!
    Şair Araz çayının danışan dili olduğunu, hətta insanlarla dialoqa girdiyini, Yaradanın canlı və cansız – bütün yaratdıqlarında ilahi hikmət və gözəllik olduğunu nəzərə çatdırır.
    Şairin şeirlərindəki çarpaz təzadlı ifadə və bənzətmələr, sirli və gizli üslub ilahi qanunların kökündə dayanır, köksündə dil açır! Həmd olsun Allaha!
    Hər insan doğulduğu torpağın fitrətiylə yaradılıb, qısaca desəm, insanın fitrəti elə onun vətənidir.
    Əgər xalqımızın fitrətində qaya yarmaq şövqü varsa, bu xalq şairin öz sözləriylə desək, o xalq “qaya dibinə çəkilə bilməz”.
    Şairin yazdığı “Qəfil” şeirindəki misralara nəzər salaq:

    İldırım qəzəblə şığıyır yerə,
    Təbiət qaldırır dağ qalxanını.
    Nə yer kinayəli baxır göylərə,
    Nə göylər Azacıq yerdən utanır.

    Bu misralarla şair “Allahın qoyduğu qanunlarda qüsur tapmazsan, onun hər işi bəyəniləndir” mesajını verir oxucularına!
    İnsanların başına gələn bəla və müsibətlərdə həm də Allahın iradəsi olduğunu, olacaq hadisələrə təhəmmül etməklə, onları təslimiyyətə çağırır. Xalqın, bütün təbəqələrdən olan oxucuların, televiziya tamaşaçılarının qəlbinə yol tapan Məmməd Aslana həsr etdiyi “Məmməd Aslana” şeirində onun ədəbi irsinə olan heyranlığını belə dilə gətirir:

    Qardaş, düzümünün əsiri oldum,
    Xəbərim olmadı özümdən mənim.
    Sənin çiçəyinə, gülünə baxdım,
    Min yarpaq töküldü sözümdən mənim.

    Dağlarda izi itən əcdadlarımızın ləpr izini – Məmməd Aslan poeziyasının¬da tapan şair çox sevinir, bunu ömrünə düşən ən böyük bir ənam kimi dəyərləndirir! Nə böyük ürək, nə böyük eşq, həmd olsun Allaha!
    Məmməd Aslan poeziyasının qüdrətini, hər kəlməsinin kilidini növbəti kəlməsi açıqlayan, növbəti kəlməsinin kilidinə heç açar tapılmayan bu şairi olduğu kimi dəyərləndirməsi – xalq şairinin öz soykökünə bağlılığının, ruhunun ulusların ruhuyla rabitədə olduğunun göstəricisidir! Həmd olsun Allaha!
    Qələm dostu Musa Yaquba həsr etdiyi “Göyərdi” şeirində yazır:

    Kim yalanı calaq vurdu doğruya,
    Hər şivindən oğrubaşı göyərdi?

    Həqiqətən, hər görülən işlərə bir damla belə haram qatılarsa o işin xeyir-bərəkəti qalmaz. Haram yeyənlər haram işlər tutar, bu da öz növbəsində yolxucu xəstəlik kimi cəmiyyəti bürüyər…
    Sələflərinin yaradıcılığına biganə qalmayan şair canlı və cansız hesab etdiyimiz varlıqların fikir və düşüncələrini, gizli və sirli qalan alt qatlardakı misraların məğziylə, öz fərdi yazı üslubunun diliylə açıqlayır. Bu üslub oxu¬cu¬da böyük heyrət yaradır, onu lal və mat qoyur! Həmd olsun Allaha!
    Aşağıdakı misralara nəzər yetirək:

    Bu dünyanı hörümçəkdən almışıq –
    İlməsini kim atdı bu yanlışın?!
    Dedim barı düz toxuyaq qalmışı,
    Önümdəcə neçə naşı göyərdi.

    Bu şeirin məğzində Allahın bütün yaratdıqlarında bir nizamın, düzümün olması, elminin hər şeyi əhatə etməsi fikri dayanır. Onun qüdrətinin nişanə və əlamətlərini görməyənlərin naşı olduğunu, gözlərində tor olduğunu demək istəyir, böyük ağıl və təfəkkür sahibi! Həmd olsun Allaha!
    Şairin ürəyindəki gözəllik və ünsiyyət həsrəti “Dostlar” şeirində daha aydın nəzərə çarpır. Dostlarsız fikirlərinin “dolaşıq düyüçə”yə bənzədir. İlhamının coşması, şeirlərinin bərəkətlənməsi dostlarının köməyinə bağlıdır. Əhli beyt və sünnət qanunlarına bütün ruhuyla, canıyla bağlı olan şair insanın kainat içində necə böyük əzəmətə malik olduğunu dostlarla təmasda anlayır və bunu təvazökarlıqla etiraf edir. İnsan adlı varlığın və kainatın sirləri dostlarla dialoqda açılır, onlarla hüzur tapır, sevinir, dərdlərinin əlacı tapılır! Bunu həlimli ruhuyla etiraf edir, dilə gətirir! Həmd olsun Allaha, onun tövbəkar quluna!
    “İstedad” şeirində deyilir:

    Onu bir damla kimi dənizə tullasalar,
    Damlalar birləşərək dağ yıxan dalğa olar!

    Şair yaradılışın hikmətinə vaqif olmağın sirrini insanların bir-biriylə anlaşma və sülh içindəki təmasında görür. İstedadlı insanların hər ərəfədə yetişmədiyini, onların xalqın milli-mənəvi sərvəti olduğunu yanğıyla dilə gətirir.

    Dağ yıxan dalğa olar ucalar ulduz kimi,
    Kiminin də gözünə sancılar buynuz kimi!

    Həm də “onları qoltuq altında yaşadanlardan” – yəni onları istismar edənlərdən qoruyun! – demək istəyir şair. Həmd olsun doğrunu söyləyib, doğrunu yazanlara!
    Şairin bəşəri sevgisi könüllərdəki səbatsızlıq, imansızlıq, dünyadakı xaos səbəbindən əndişədədir. İlahi qanunların pozulacağı təqdirdə atasız qalan qızlarının taleyi üçün ürəyi sıxıntı və qorxudadır. Bu baxımdan “Sizə yetim deyən olsa” şeiri çox böyük mahiyyət daşıyır və cəmiyyətə güclü təsirini göstərir. Şeirlərinin “atalı” olduğunu söyləyərək insanlarəın onlara isti münasibət göstərmələrini, onlarla mehriban davranmalarını arzu edir. Həyat yollarında qızlarından haqsız iradlara qarşı Nəsiminin “inadını” diriltmələrini tələb edir. Ədalət uğrunda dünyanın özüylə döyüşmələrini, onun məhvərini laxladacaq qədər səbatlı olmalarını hər birindən tələb edir. Onları vətənin əmanətləri kimi vətənin oğul və qızlarına tapşırır.
    “Planetlər məclisində” tanınmağa ərizə verən şair “Bir dövlətəm” şeirində ağ kağız və qələmi öz bayrağının gerbi kimi tanıdır. Bu dövlətin sərhəddi hüdudsuzdur – deyir, ora giriş azaddır. Şair dünyadakı insanlara, əzəl sevgim, son nifrətim söyləyir!
    Söz – Allahın “ol” kəlməsiylə yarandı. Söz bəxş etdi elmi idraka, sevgini ürəyə! Söz dünyanın yaşamı, söz dünyanın ölümü də ola bilər! Lakin əzəl sevgim, son nifrətim söyləyir Allahın qulu, bəndəsi, bəşəri şair!
    Allah üçün çalışır, Allah üçün, haqq üçün kükrəyir! Bu gün belə şeirləri, iblis ilə əlbəyaxa döyüşür! Həmd olsun Allaha!
    Şairliyin nə qədər çətin və şərəfli bir sənət olduğunu siraətedici təsirə malik olduğunu dünyaya mesajlar vermək baxımından nə qədər məsuliy¬yətli bir missiya olduğunu “Biri mənə şair dedi” şeirində bəyan edir:

    Biri mənə şair dedi, dondum yerimdə,
    Hər çiynimdən asıldı bir qurğuşun tayı.
    Dünya məndən yer istədi bəbəklərimdə,
    Elə bil ki, canlı yoxdu məndən savayı.

    Dünya canlı olduğundan doğal təbiəti təcavüzə uğradıqca kədərlənir, dərd çəkir. “İblisin ordusu” gücləndikcə dünya onu sevənlərin köksünə sığınır, salehləri gözlərindən tanıyır. Onların bəbəklərində gizlənib güc toplayır, bəbəklərdən çıxmağa heç həvəsi olmayır.
    Bəlkə dünya təkcə səni canlı bilib, diri sayıb gözlərində gizlənib?! Həmd olsun Məmməd Arazı vətənə bəxş edən Allaha!
    Dünya bu gün dünya dolu ölülərlə qarpışır! Dünyanın diriləri ölülərdən feyz alır, ölülər ölülərlə qarpışır! Allah qorusun! Amin!
    Bir ömür yaşadın – torpaq ətirli əkinçi ömrü!
    Bir ömür yaşadın – “sel ağzında”, köçəri!
    Bir ömür yaşadın – vətəndaş ömrü, qasırğalı, təlaşlı!
    Bir ömür yaşadın – ölümü zəhmə salan, iradəli, hökümlü!
    Bir ömür yaşadın – qorxusuz, müsəlləh əsgər kimi! Ölümə hazırlıqlı!
    Bir ömür yaşadın, aləmi heyrətə salacaq bir ömür, diriykən “diri şəhid” statusu qazandın! Həmd olsun Allaha!

    Böyük rəhmət və məhəbbətlə:

    Ulduzə Süleyman qızı Nəsir,
    respublikanın Əməkdar artisti, şairə, publisist

  • Qaratel AZƏRİ.Yeni şeirlər

    AĞ TUT AĞACIMIZ VARIDI

    Ağ tut ağacımız varıdı,
    Meyvəsi qənd-şəkər, balıdı,
    Babamızdan yadigardı.
    Budaqları elə böyük,
    Götürərdi nə qədər «yük».
    Yetişib bar verən zaman,
    Çırpıb qablara yığardıq,
    Qonşulara paylayardıq.
    Allahdan babama rəhmət,
    Diləyirdi hər tut yeyən.
    Tut paylamaq savabını
    Qazanardı Zeynəb nənəm.
    Tutu qablara yığardı,
    Ev-ev mənə payladardı.
    Uşaqların gözlərində,
    İşıq, sevinc parlayardı,
    Mənə mükafat olardı.
    Çox sevirdim öz «işimi»,
    İndi nənəm, nə ağac var.
    Bir nağıla dönüb onlar,
    Nənəm ömrün bağışladı,
    Ağac kökdən qopammadı,
    Biztək qaçıb qınanmadı.
    Yurdda qaldı şəhid oldu.
    Torpağımız yerlə yeksan,
    Azadlıqdan utanıram.

    25.04.2014

    YALANLARDAN YORULDUM

    Kimə inanım?!

    Göz yaşımla söz yudum mən,
    Bu qadın da yalan dedi.
    Üzündən şər oxudum mən,
    Süfrəmdə duz-çörək yedi.

    Mən dünyadan baş açmadım,
    İnanım bəs de, kimlərə?
    Söz verib, sözdən qaçmadım,
    Misal oldum kişilərə.

    Sadəlik başa bəlaymış,
    Səmimiyyət ondan betər.
    Dünya kirli bir «talaymış»
    Burda çiçək çətin bitər.

    YALAN DÜNYA

    Tüstüsünə qazan asıb,
    İstisinə daş qaynadıb,
    Qabı qaba taqqıldadıb,
    Acı ələ salan dünya.

    Bir dən təki bizi əkir,
    Sünbül kimi yetişdirir,
    Sonra üstdən vəlin çəkir,
    Ömrü edir talan dünya.

    Dərd paylayır, qada verir,
    Alışdırır, oda verir,
    İnsanları bada verir,
    Qarğalara qalan dünya.

    Bizlərdən sirr saxlayaraq,
    Gözümüzü bağlayaraq,
    Xəlbirləyib, çalxayaraq,
    Canımızı alan dünya.

    15.08.2014

    YANDIM AXI

    Aşıq qardaş, bir hava çal, havalanım,
    Halay çəksin Kəpəz, Murov, Savalanım.
    Səsə gəlsin çalpapaqlı Avey dağım,
    Dağlarımın ağsaqqalı Babadağım,
    Aşıq qardaş, elə çal ki, havalanım.
    Çağırıram hay da vermir,
    məndən küsüb Hərtiz dağım,
    Zəngəzurun dağlarıtək
    qəlbim olub dağım-dağım.
    Yanar dağım şahid olub dağlarımın dağlarına,
    İndi bildim niyə yanır dilim-dilim Yanar dağım,
    Aşıq qardaş, yaxşı çal ki, havalanım.
    Gavur deyir: “bizim olub Ağrı dağı,
    Biz nəsillər necə aldıq Qarabağı,
    Gələn nəsil türkdən alsın Ağrı dağı.”
    Aşıq qardaş, tez-tez çal ki, havalanım.
    Aşıq qardaş, “Cəngi” çal ki, oyansınlar,
    Dəli Domrul, igid Nəbim, qoç Koroğlum.
    Misri qılınc şimşək olub şaqqıldasın,
    Dolu kimi güllə yağdırsın Aynalı,
    Görüm necə əl-qol atır bu erməni dığaları?!
    Yandım axı…

    24.12.2014

  • Şükür etməyin əhəmiyyəti

    gy

    İnsanların digər insanlarda sevdiyi və dəyər verdiyi xüsusiyyətlərdən biri də bir insanın qədirbilən olmasıdır, yəni edilən yaxşılığı unutmamasıdır.

    İnsanların digər insanlarda sevdiyi və dəyər verdiyi xüsusiyyətlərdən biri də bir insanın qədirbilən olmasıdır, yəni edilən yaxşılığı unutmamasıdır. Düşünün ki, siz bir insanı çox sevirsiniz, ona nə qədər yaxşılıq etmisiniz, əlinizdən gələn hər cür köməkliyi əsirgəməmisiniz. Ancaq o insan sizin etdiyiniz yaxşılığı unudarsa və sizə dəyər verməzsə, sizin münasibətiniz buna necə olar? Lap yaxşılıq etdiyiniz insan sizə eyni yaxşılıqları etməsə də, ən azından o insanın bu yaxşılıqları unutmamasını, sizə təşəkkür etməsini gözləyərsiniz, elə deyilmi?

    Bir də dünyada ən çox təşəkkür edilməyə layiq olan Allah haqqında düşünməyinizi istəyirəm bu məqaləmdə. Hər birimiz uşaqlıqdan “Allaha şükür” ifadəsini çox eşitmişik. İnsanlar bilərək, yaxud da dildə vərdiş olduğundan bu ifadədən çox istifadə edirlər. Halbuki şükür Allahın Quranda bir çox yerdə əmr etdiyi ibadətlərdən biridir. Şükür etmək verilən hər bir nemətin Allahdan olduğunu bilib bunlara görə Ona təşəkkür etməkdir. Məsələn, sizə belə nümunə verim. Payız fəslindəyik, nə qədər meyvə çeşidləri var indi. Alma, portağal, nar, xurma, heyva, kivi, mandarin və s. Bu meyvələrin hər birini ağlınızda bir an olsun canlandırın. Hər biri fərqli formada, fərqli dadda, hər birində fərqli minerallar və vitaminlər var. Allah narı necə gözəl yaradıb, içinə tək-tək nar dənələrini estetik formada yerləşdirib. Bəs bu nemətlərin haradan gəldiyini heç düşünmüsünüzmü? Bu nemətləri qara torpaqdan bizim üçün elə estetik formada çıxardan, onlara bizim üçün faydalı vitaminlər yerləşdirən kimdir? Əlbəttə, sonsuz lütf sahibi Allahdır. Dünyada bütün insanlar bir yerə toplaşsalar, yenə də Allah diləmədikcə bir meyvə ağacı belə bitirə bilməzlər. Ancaq Allah bizim üçün nə qədər nemətlər bəxş edir. Allah bir Quran ayəsində belə buyurur:

    Siz Məni yad edin ki, Mən də sizi yad edim! Mənə şükür edin, Məni inkar etməyin! (Bəqərə surəsi, 152)

    Biz necə etdiyimiz çox az yaxşılıq müqabilində insanların vəfalı olmasını istəyiriksə, Allah da bizə verdiyi sonsuz yaxşılıqlar qarşında bizdən şükür etməyimizi və vəfalı olmağımızı istəyir. Odur ki, ətrafınıza, özünüzə, sahib olduğunuz nemətlərə yenidən nəzər salın, nə qədər Allaha şükür etməli nemətlərə sahib olduğunuzu görəcəksiniz və bu da sizin Allaha yaxınlığınızın artmasına vəsilə olacaq inşaAllah. Əgər bir insan ona verilən nemətlərə görə Allaha şükür etsə, Allah ona daha çox nemət verər. Allah Quranda bildirdiyi kimi:

    “…Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram, yox əgər nankorluq etsəniz, şübhəsiz ki, Mənim əzabım şiddətlidir” (İbrahim surəsi, 7)

    Gülnarə Yadigarova

  • Gələcəyimizə sahib çıxaq

    avx

    İnsanın ən böyük qəfləti: özünü mərkəzdə görmək, öz mərkəzli olmaq, ən çox öz maraqlarını, öz istəklərini tətmin etməyə çalışmaq.

    İnsanın ən böyük qəfləti: özünü mərkəzdə görmək, öz mərkəzli olmaq, ən çox öz maraqlarını, öz istəklərini tətmin etməyə çalışmaq. Öz ailəsi, öz işi, öz övladı və saysız “öz”ləri…

    Hər şey ailədən başlayır. Əvvəl evimizin və işimizin rahatlığını təmin etməyin əndişəsi olur. Sonra övladımız dünyaya gəlir və hər şeyin ən yaxşısını ona verməyə çalışırıq. Bütün bu qaçaqaçların arasında bir də baxırıq ki, ömrümüzün çoxu geridə qalıb . Bəs bu müddət ərzində ətrafımızdakı insanlara qarşı nə qədər həssas ola bilmişik?
    Bu gün dünyada minlərlə uşaq aclıqdan dünyasını dəyişir, müharibə şəraitində, bombardman altında yaşamağa çalışır. Minlərlə uşağın əməyi istismar edilir, uşaqlar maddi imkanları olmadığı üçün məktəbə gedə bilmirlər.

    Dünyada hər 100 uşaqdan 16-sının əməyindən istifadə olunur. Beynəlxalq Əmək Təşkilatının hesablamalarına görə, çox zaman uşaqlar 5 yaşından işləməyə başlayırlar. Təkcə kənd təsərrüfatı sahəsində dünya üzrə 132 milyon uşaq çalışır. Bütövlükdə isə hazırda dünyada 170 milyondan çox uşaq əməyin təhlükəli növləri ilə məşğuldur.

    BMT-nin yayımladığı xəbərdarlığa görə Nigeriyada 75 000 uşaq önümüzdəki aylarda aclıqdan ölmək təhlükəsi ilə üz-üzədir.
    UNİCEF özünün 70-ci ildönümündə hesabat yayımladı. Bu hesabata görə, əgər lazımi tədbirlər görülməsə, 2030-cu ilə qədər 5 yaşdan balaca 69 milyon uşaq öləcək, 167 milyon uşaq yoxsulluq içində yaşayacaq, məktəb yaşındakı 60 milyon uşaq isə məktəbə getməyəcək.

    Bu göstəricilər vicdan sahibi hər kəsi narahat edir. Geniş miqyaslı yardım kampaniyaları keçirilir, yardım təşkilatları fəaliyyət göstərir, amma yenə də məsələ açıq qalır, öz daimi həllini tapa bilmir. Problemin həlli, əslində, o qədər də uzaqda deyil. Nəzərə alanda ki, tonlarla qida istehlak olunmadan zibilə atılır, artıq çəkidən əziyyət çəkənlər aclıqdan əziyyət çəkənlərdən daha çoxdur, problemin səbəbini görmək asanlaşır. Problemin həlli üçün insanlığın daha həssas olması lazım.

    Əgər bu gün dünyada haradasa bir körpə aclıqdan ölürsə, KİV daha çox bu haqda danışmalıdır. Amma bunun əksi daha çox qabardılır, kiminsə geyimi, hansısa futbol matçı saatlarla müzakirə edildiyi halda, çox az sayda insan bu problemlərdən bəhs edir.

    Unutmayaq ki, sahib olduğumuz bütün imkanlarla insanları sevgiyə, mərhəmətə, yardımlaşmağa, şəfqətli olmağa çağıra bilərik. Bu dünya hər kəsin rahat və firavan yaşaması üçün yaradılıb. Mən həyatımı yaşayım, digərləri nə olacaqsa olsun demək, kimsənin haqqı deyil. Dünyanın gələcəyi olan uşaqları qorumaq, onların rifahına çalışmaq hər birimizin vəzifəsi olmalıdır. Zülmü kənardan izləməyin də bir zülm olduğunu unutmadan onların əllərindən alınmış haqlarına qovuşmalarına yardım etməliyik

    Aysel Vəlizadə

  • Zamanda səyahət

    sv

    Bu gecə kitablarımın arasından illərdir yığışıb qalmış lazımsız kağızları, dəftərçələri seçib bir az yır-yığış, təmizləmə aparırdım

    Bu gecə kitablarımın arasından illərdir yığışıb qalmış lazımsız kağızları, dəftərçələri seçib bir az yır-yığış, təmizləmə aparırdım. Təmizləmə əməliyyatı zamanı əlimə orta məktəbin son illərində istifadə etdiyim 2-3 qeyd dəftəri düşdü. Köhnəlmiş dəftərçədən o dövrə aid bəzi qara qələm əl işlərimi və bəzi cızma – qaralarımı tapdım. Cızma – qara dediyim o vaxt yazdığım yarımçıq bir roman və bir neçə hekayə idi. Yarımçıq romanı oxumağa səbrim çatmadı sadəcə göz gəzdirdim, amma hekayələrin hamısını yenidən oxudum. Qəribə hiss idi. İnsan uzun illər sonra o dövrdəki abu – havasına, o dövrdəki düşüncə tərzinə, o dövrdəki daxili aləminə qayıdır. Sətirləri oxuduqca o dövrdə içində olduğum sosial – psixoloji vəziyyəti eyni ilə xatırlayır, o dövrdə beynimdə olan planları, düşüncələri indi də o dövrdəki kimi canlandıra bildim. Bu, həqiqətən də, çox gözəl hiss idi. Bu təcrübə mənə eyni zamanda bir təfəkkür üçün də vəsilə oldu.

    Özümün illər əvvəlki qorxularımı, ideallarımı, arzularımı, hədəflərimi, insanlara, dünyaya baxışımla indiki halımı çox açıq şəkildə müqayisə etmək üçün fürsət yarandı. Sanki o sətirlər zamanda geriyə getməyimi təmin etdi. Çünki illər əvvəl o sətirləri yazarkən nə düşünürdümsə, necə dəyərləndirmələr aparırdımsa, nə duyğular keçirirdimsə hamısını eyni ilə xatırladım və sanki yenidən yaşadım. Bu təcrübəni zamanda səyahət etmək kimi qəbul etmək olar. Bu “səyahət” vəsiləsi ilə özümdə olan dəyişikliyi çox yaxından müşahidə edə bildim. Normal halda bu mövzuya səthi yanaşıb adi təfəkkürlə üstündən az keçməmişəm. Amma bu dəfə sanki o örnək verdiyim müqayisəni özüm yaşamış oldum. Bəs bu “zamanda səyahət” mənə nəyi öyrətdi?

    Bir çox incə məqamları xatırlamağımı və dərin təfəkkür etməyimi öyrətdi. Bu “səyahət” mənə eyni zamanda təlimin nə qədər əhəmiyyətli olduğunu öyrətdi. Bir insanın Allaha iman edib, Ona sonsuz güvənib təslim olmaqla necə dəyişə biləcəyini, öz üzərində necə işləyib inkişaf edə biləcəyini, xarakterini necə təkmilləşdirə biləcəyini öyrətdi. Və bu nümunə eyni zamanda Allaha qarşı yetəri qədər səmimi olunduğunda bir insanın ömrünün sonuna qədər Allah tərəfindən necə təlimə tabe tutulub, yetişdirilə biləcəyini düşündürdü. Bütün bu xülasə olaraq qeyd etdiyim məqamları xırdalıqları ilə təfəkkür etmək insanda gözəl bir həyəcan və şövq yaradır.

    Təmsili olaraq verdiyim “zamanda səyahət” anlayışı mənə eyni zamanda zaman – məkan əlaqəsini xatırlatdı. Zaman necə məkana və şərtlərə görə dəyişkənlik göstərə bilirsə, maddə də zamana görə dəyişkənlik göstərir. Yəni illər əvvəlin real fiziki mühiti indi sadəcə bir görüntü olaraq mənim beynimdədir. İndi o maddi gerçəklik yoxdur, sadəcə hafizəmdə maddi adlandıra bilməyəcəyimiz bir xatirədən ibarətdir. Necə ki müəyyən müddət sonra mənim hal-hazırda bu sətirləri yazdığım real fiziki vəziyyət maddi olaraq mövcud olmayacaq. İndi mənim maddə dediyim, real fiziki mühit müəyyən müddət sonra mövcud olmayacaq, sadəcə hafizəmdə bir görüntü olaraq qalacaq. Qısa olaraq desəm, həyatımızı maddi aləmin qanunlarına uyğun qurmaq doğru olmaz. Çünki, əslində, özü həqiqi mənada mütləq olmayan aləmin hansı qanunları həqiqət ola bilər?

    Varlığımızla bağlı, özümüzlə bağlı, dünyanın, hər şeyin gerçək mahiyyəti ilə bağlı yenidən düşünməliyik, həyatımızı yenidən gözdən keçirməliyik. Mən dediyimiz varlığın kim olduğunu, nədən ibarət olduğunu, necə və nə üçün ortaya çıxdığını və məqsədini araşdırmalıyıq. Bu sualların cavabını tapmadan yaşamaq maddi aləmi mütləq zənn etmək qədər böyük bir aldanış olacaqdır.

    Savalan Məmmədli

  • Bu gün dünyada uşaqlar

    sh

    BMT-nin Uşaq Fondunun yaxın zamanda təqdim etdiyi hesabat vəziyyətin ciddiliyini və həllinin nə qədər təcili olduğunu bir daha xatırladır.

    Bu gün dünyada çox sayda uşaq təhlükə və çətinliklə üz-üzədir, bu gün dünyada uşaqlar:

    – Yaxın Şərqdə davam edən münaqişə və müharibələrdə bombaların hədəfi olurlar.

    – Qaçqın düşərgələrində təcavüzə məruz qalırlar, yaxud pul müqabilində fahişəliyə məcbur edilirlər.

    – Müharibədən qaçıb Avropa sahillərinə çatmağa çalışarkən dənizdə boğulurlar.

    – Cənubi Asiyanın və ya Afrikanın kasıb ölkələrində ərzaqdan, təmiz sudan, səhiyyə və təhsil xidmətlərindən məhrum, səfalət içində yaşayırlar.

    – Kiçik yaşda evləndirilir və ya ağır işlərdə qul kimi işləməyə məcbur edilirlər.

    – Ailəsi və ya dostları tərəfindən zorakılığa məruz qalırlar.

    BMT-nin Uşaq Fondunun yaxın zamanda təqdim etdiyi hesabat vəziyyətin ciddiliyini və həllinin nə qədər təcili olduğunu bir daha xatırladır. UNİCEF-in 70-ci il dönümündə yayımlanan bu hesabata görə bu gün lazımi tədbirlər görülməsə, böyük ehtimalla, 2030-cu ilə qədər 5 yaşdan balaca 69 milyon uşaq öləcək, 167 milyon uşaq yoxsulluq içində yaşayacaq, məktəb yaşındakı 60 milyon uşaq isə məktəbə getməyəcək.

    Möhtac vəziyyətdəki uşaqlara yardım məsələsi gündəmə gəldikdə, adətən, ilk olaraq maliyyə problemi dilə gətirilir. Halbuki lazımi maddi dəstək inkişaf etmiş qərb ölkələri və zəngin islam dövlətləri tərəfindən asanlıqla təmin edilə bilər. İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin silahlanmaya ayırdıqları payın çox cüzi hissəsi belə bu problemi həll etməyə artıqlaması ilə kifayət edir. ABŞ-ın müdafiə xərclərinin yalnız mində beşi ilə belə aclıq sərhədindəki 66 milyon uşağın qidalanma problemi həll edilə bilər. Yaxud zəngin ölkələrin yalnız 6 günlük hərbi xərci ilə dünyadakı bütün kasıb uşaqlar məktəbə gedə bilər. Başqa sözlə, problemi həll edəcək maliyyə mənbəyini tapmaq heç də çətin məsələ deyil.

    Əsl problem dünyanı bürüyən bərabərsizlikdə, ədalətsizlik, eqoizm və sevgisizlikdədir, din əxlaqının yaşanmamasındadır. Milyonlarla uşağın çəkdiyi əzab-əziyyətin əsl səbəbi budur.

    Yardıma möhtac uşaqların sosial, iqtisadi və texnoloji dəstəklə birlikdə, mənəvi dəstəyə də ehtiyacı var. Məsələnin bu tərəfi, adətən, ehmal edilir. Onları sevgi ilə qucaqlamaq, şəfqətlə, fədakarlıqla qorumaq lazımdır. Sağlam inkişafları baxımından, şəxsiyyət kimi formalaşmaları üçün onlara dəyər vermək və hörmət etmək, ağlı başında, danışılacaq, fikir mübadiləsi aparılacaq insanlar olduqlarını onlara hiss etdirmək, onlara sevgini öyrətmək vacibdir.

    Uşaqların xoşbəxt, rahat, firavan və sağlam olmadığı bir dünyada sülh, sabitlik də olmayacaq. Onların həyatı təhlükə altındadırsa, deməli, cəmiyyətin və dünyanın gələcəyi də təhlükə altındadır. Bu gün xilas edilə biləcəkləri halda, hələ də hər dəqiqə, dünyada məsum uşaqlar həyatını itirir. Gələcəyin təminatı olan uşaqların yaxşılığı, xoşbəxtliyi, sevinci hər kəsi düşündürməlidir. “İtkin nəsillərin” yetişməsinin qarşısını almaq üçün hər kəs bütün gücü ilə cəhd etməlidir.

    Sevinc Haqverdizadə

  • İslam dini sosial ədalətin təminidir

    av

    Dövrümüzdə insanların böyük hissəsi ağır şəraitdə yaşayır, yaşamaq uğrunda mübarizə aparır.

    Dövrümüzdə insanların böyük hissəsi ağır şəraitdə yaşayır, yaşamaq uğrunda mübarizə aparır. Ən zəngin ölkələrdə belə küçədə yaşayan, zibilliklərdən yemək axtaran insanlar görməyimiz mümkündür. Bu görüntülər vicdan sahibi olan hər kəsi narahat edir. Bu narahatlığı yaşayan insanların arzusu eynidir: aclıq, yoxsulluğun bitməsi, ədalətin, mərhəmətin dünyaya hakim olması.

    Dünyadakı bu vəziyyətin səbəbi ədalətsiz gəlir bölgüsündən qaynaqlanır. Qurulan sistemlər zənginin daha da zənginləşməsinə, kasıbın isə vəziyyətinin daha da ağırlaşmasına səbəb olur. Bəzi statistika nümunələrinə nəzər salaq:

    Dünya sərvətlərinin 80%-ni dünya əhalisinin 17%-i istehlak edir, təqribən 5 milyard insan isə yerdə qalan 20%-lə qane olmağa məcburdur. Bir milyarda yaxın insan gecə ac yatır. Ən zəngin yüz insanın ümumi əmlakı ən kasıb 3.5 milyard insanın, yəni dünya əhalisinin yarısının ümumi əmlakına bərabərdir.

    1,5 milyard insan elektrikdən məhrumdur. Afrikadakı ölümlərin əksəriyyəti malyariya, vəba, tənəffüs yolu və ya doğuş öncəsi infeksiyalar kimi qərb dünyasının çoxdan həll yolu tapdığı xəstəliklərdən qaynaqlanır. 2015-ci ildə hər 7 nəfərdən biri gündə 1,25 dollarla həyatını davam etdirməyə çalışır. Dünyanın 250 trilyon dollar olaraq hesablanan ümumi sərvətinin yarısına əhalinin 1%-i, geri qalan digər yarısına isə 99%-i sahibdir. “Forbes” jurnalının siyahısında dollar milyarderi olaraq açıqlanan 1.200 nəfərin ümumi sərvəti 4,5 trilyon ABŞ dollarıdır. Eyni siyahının başındakı 62 nəfərin ümumi sərvəti dünyada ən kasıb 3,5 milyard insanın sərvətinə bərabərdir.

    Dünyanın ən güclü iqtisadiyyatlarından birinə malik olan ABŞ-ın ən zəngin 20%-i bütün sərvətlərin 85%-nə malikdir. Geri qalan 15% isə 250 milyon nəfər arasında bölüşdürülür.

    Bu nümunələri çoxaltmaq mümkündür, lakin bu durumdan çıxış yolu nədir? Əvvəldə də qeyd etdiyim kimi, hazırkı sistemlər bu durumu daha dərinləşdirməkdən başqa bir işə yaramır. İstər kapitalizm, istər kommunizm sosial ədaləti təmin etmədə uğursuz oldu. Kapitalizm mülkü müəyyən şəxslərin əlində cəmləyərkən , kommunizm insanları zənginləşdirərək deyil, yoxsullaşdıraraq bərabərləşdirdi.
    Sosial bərabərliyin təmin edilməsi üçün ən ideal sistem Quranda bildirilib. Peyğəmbərimizin (səv) dövrü müsəlmanların sevgi, qardaşlıq, yardımlaşma mühitində necə gözəl şəkildə yaşadıqlarına nümunədir. Hər birimizin bildiyi kimi, Məkkədən müsəlmanlar Mədinəyə hicrət edərkən mədinəlilər evlərini məkkəli qardaslarına açmış, sahib olduqları hər şeyi onlarla bölüşmüşlər. Özləri ehtiyacı olduqları halda, mallarını mədinəli qardaşları ilə paylaşmışlar.

    (Mühacirlərdən Mədinədə) əvvəl (orada) yurd salmış və iman gətirmiş kimsələr öz yanlarına hicrət edənləri sevir, onlara verdiklərinə görə qəlblərində peşmançılıq hissi duymurlar. Hətta özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tuturlar. (Həşr surəsi, 9)

    Quranın müxtəlif ayələrində, müxtəlif hədislərdə paylaşmağa və yardımlaşmağa təşviq edilir. Sadəcə müsəlmanlara deyil, xristianlara, yəhudi və ya bütpərəstlərə də yardım etməyə dəvət edilir.

    Lakin buna baxmayaraq, insanlar arasında sevgi və mərhəmət birliyi olmadığı üçün ildə təqribən 2 milyon uşaq aclıq və aclıqla bağlı səbəblərdən həyatını itirir. Ərəb ölkələri müsəlmanlara yardım etmək əvəzinə, milyonlarla dollarları idman klublarına və əyləncə mərkəzlərinə xərcləyir. Afrika dünyanın ən zəngin qitəsi olmasına baxmayaraq, insanların ən yoxsul şəkildə yaşadığı qitədir. Bunun səbəbi Avropanın müstəmləkə siyasətini hələ də davam etdirməsidir.

    Dünyada 7 milyard insan yaşayır. Heç kim “mən öz həyatımı yaşayım, digərləri məni maraqlandırmır” deməməlidir. Dünyadakı ədalətsizliyə,zülmə laqeyd qalmaq Quran əxlaqına uyğun davranış deyil. İnsanlar vicdanlı şəkildə davranıb möhtac olanlara yardım etməli, ətraflarındakılara sevgi və mərməhətlə münasibət göstərməlidirlər. Dünyada eqoizm deyil, sevgi hakim olarsa, yoxsulluq problemi də ortadan qalxar.

    Aysel Vəlizadə

  • İnsanı ucaldan xüsusiyyət – təvazökarlıq

    fh

    İnsanların bəzən fərqinə varmadan yoluxduqları mənəvi xəstəliklərdən biri də təkəbbürdür

    İnsanların bəzən fərqinə varmadan yoluxduqları mənəvi xəstəliklərdən biri də təkəbbürdür. Bəlkə də, bu xüsusiyyətə çox fikir vermirik, ancaq bu hər bir insanın çox diqqətlə çəkinməli olduğu və geniş yayılmış xəstəlikdir. Ona görə də bu dəfəki məqaləmdə bu xüsusiyyəti təhlil etməyə çalışacağam.

    İlk öncə “təkəbbür” deyərkən ağlımıza nə gəlir? İnsanın sahib olduğu bəzi xüsusiyyətləri, məsələn, ağlını, gözəlliyini, sənətini, övladlarını, biliyini, vəzifəsini və s. özünə aid etməsi və bu şeylərə görə özünü digər insanlardan üstün görməsidir. Halbuki dünyada bizə verilən hər bir nemət, bütün gözəlliklər müvəqqətidir, onlar bir neçə illik Allahın bizə əmanətidir. Bütün gözəlliklərin tək və mütləq sahibi Allahdır, dünyada olan hər şey isə bir gün mütləq sona çatır. Ona görə insan özünə aid olmayan bir şeydən dolayı necə özünü digər insanlardan üstün görə bilər ki?! Düşünün ki, qonşunuzun gözəl bağı var, sizin olmayan bu bağa görə qürurlanırsınız ki, mənim nə gözəl bağım var. Odur ki, dünyada da gördüyümüz bütün gözəlliklər Allaha məxsusdur, biz Allahın gözəlliklərini üzərimizdə görüb şükür edə, Allaha təriflər deyə və Onun bizə bəxş etdiyi gözəllikləri Onun yolunda sərf edə bilərik. İnşaAllah, Allah əsil və əbədi gözəllikləri axirətdə bizə nəsib edər.

    Bəs Allahın bəyənmədiyi təkəbbürün hansı mənfi yönləri var? Təkəbbür insanın bir çox gözəllikləri yaşamasına mane olur, bunların da başında sevgi gəlir. Təkəbbürlü insan, sözün əsil mənasında, sevə bilməz. Çünki özünü hər kəsdən üstün bildiyi üçün düşünür ki, yalnız o sevilməyə layiqdir, hər zaman ona təriflər deyilməli, o axtarıb-aranmalıdır. Halbuki təvazökarlıq sevginin, mərhəmətin, şəfqətin ən mühüm şərtlərindəndir. Təvazökar insanın qarşısındakı insana verdiyi dəyər dərhal hiss edilir, ona görə də belə əxlaq göstərən insanların yanında hər kəs rahat olur. Belə insan özünə verilən tövsiyələri diqqətlə dinləyir, heç bir məsələdə “ən yaxşı mən bilirəm”, – demir, qürurlanmadan ən gözəl qarşılığı verir. Doğrulara qarşı müqavimət göstərmir, ona edilən xətalara qarşı tolerant davranır. İnsanların problemlərinə həssas yanaşır və nəzakətli olur. Heç bir mövzuda qürurlanmadığı üçün “öncə o sevgi göstərsin, öncə o salam versin, öncə o mənimlə danışsın” kimi kibirli fikirlərə qapılmır. Qarşısındakı insan qatı və təkəbbürlü olsa belə, təvazökar davranır. Hər kəsin fikrinə əhəmiyyət verir, hər kəsin salamına ən gözəl cavab verir, hər kəsə qarşı sevgi və hörmət dolu olur. Bir sözlə, Quran əxlaqının gətirdiyi təvazökarlıq ən gözəl insan modeli yaradır, o insan ki hər zaman qarşısındakını şərəfləndirən, onlara qayğı göstərən və dəyər verəndir. Bu səbəblə təvazökar insanlar çox sevilirlər. Allah möminlərin bu gözəl xüsusiyyətini Quranda belə bildirir:

    Ər-Rəhmanın qulları o kəslərdir ki, onlar yer üzündə təvazökarlıqla gəzər, cahillər onlara (xoşagəlməz) bir söz dedikdə: “Salam!”– deyərlər. (Furqan surəsi, 63)

    Təvazökarlığın insanlarla münasibətdəki faydalarından danışdım. Təvazökarlıq insanın özü üçün də çox faydalıdır. Təkəbbürlənmək insanı sıxan və narahat edən xüsusiyyətdir, təvazökar olmaq isə insana rahatlıq və hüzur verir. Hər şeydən öncə, təkəbbürlənmək Allahın sevmədiyi xüsusiyyətdir, insan Allahın sevmədiyi xüsusiyyəti qəlbində yaşayaraq heç vaxt rahat həyat yaşaya bilməz. Odur ki, əxlaqımız üzərində yenidən düşünək, onsuz da bizə aid heç nə yoxdur, biz Allahın aciz qullarıyıq, ən adi qrip virusundan xəstələnən, ətdən, sümükdən ibarət insanlarıq. Bizə düşən Allahın verdiyi nemətlərə hər an şükür edib qısa həyatımızda bizə verilən nemətlərlə axirət həyatımız üçün hazırlanmaqdır.

    Firuzə Həsənzadə

  • Rahilə DÖVRAN.Yeni şeirlər

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    AŞİQ OLMUŞAM

    Artıq qərarlıyam, bu gün deyəcəm,
    Qoy hamı bilsin ki, mən vurulmuşam.
    Öz alın yazıma boyun əyəcəm,
    Görsünlər mən sənə, aşiq olmuşam.

    Gül olub yolunun üstə bitəcəm,
    Bülbültək eşqimə nəğmə ötəcəm.
    Könlümdə nə varsa, açıb tökəcəm,
    Görsünlər mən sənə, aşiq olmuşam.

    Səninlə coşacaq ilhamım, təbim,
    Eşqinlə vuracaq nəbizim, qəlbim.
    “Hə” söylə, olginən yaşam səbəbim,
    Görsünlər mən sənə, aşiq olmuşam.

    O gizlin baxışlar, az söz demədi,
    Bilirəm, sənin də, könlün mənədi.
    Söylə öz sözünü,- meylin kimədi?
    Görsünlər mən sənə, aşiq olmuşam.

    Söylə aşiqəm mən, şair Dövrana,
    Son qoyaq bu gündən həsrət, hicrana.
    Yayılsın bu sevgi, yurdda hər yana,
    Görsünlər mən sənə, aşiq olmuşam.

    21.12.2015.

    SƏNƏ GƏLDİM

    “Könül dəftərim” – silsiləsindən

    Sevdam üçün çox uğraşdım,
    Neçə ulus, el dolaşdım.
    Keçilməyən sədlər aşdım,
    Gəldim gülüm, sənə gəldim.

    Qönçə gültək, tər- təzəsən,
    Qıymadım ki, qəlb üzəsən.
    Heç rəvamı, tək gəzəsən?
    Gəldim gülüm, sənə gəldim.

    Həm arzumsan, həm muradım,
    Hissim, duyğum, damaq dadım.
    Qoy çəkilsin, sənlə adım,
    Gəldim gülüm, sənə gəldim.

    Vüsalın bal, şərbət mənə,
    Adın, sanın, şöhrət mənə.
    Sənsiz dünya, qürbət mənə,
    Gəldim gülüm, sənə gəldim.

    Allah verən qismət, payam,
    Hər dəqiqə, anındayam.
    Dövranınam, yanındayam,
    Gəldim gülüm, sənə gəldim…

  • Əlirza HƏSRƏT.Yeni şeirlər

    ehe

    DAĞLARA

    Duman zirvələri əsir götürüb,
    Qonmağa yer tapmır quşum dağlara.
    Gəl quzey qarında şəkil çəkdirək,
    Bir az da qarışsın başım dağlara.

    Qərib yuvasıdır bu koğuş da,ah!
    Nə yolda iz qoyur,nə baxışda,ah.
    Yolub qanadını çəkir quş da ah,
    Zalımlar sıxanda qurşun dağlara.

    Dumansız dağların belindən yapış,
    Sənə arxa duran elindən yapış.
    Mizrab vur,bu sazın telindən yapış,
    Ən gözəl nəğməmi qoşum dağlara.

    İŞIQ SALMIR Kİ BU ŞAM…

    Qanadından tələyə düşən bir qərib quşam,
    Ahımdan köz götürüb,işıq salmır ki bu şam.
    Daha özgə göyündə uçmaqdan yorulmuşam,
    Yol verin,ağuşuna dönüm Azərbaycanın.

    Hələ arzuladığım ayrılıq yox,ölüm yox,
    Çırpısız tüstülənən ocağımda külüm yox.
    Bu qürbət məmləkətin baharında gülüm yox,
    Sevib qarlı qışına dönüm Azərbaycanın.

    Yalandan yaşamışam neçə arxda su ömrün,
    Sən də qanıma tutub günahını yu ömrün.
    Halallıq olsun deyə,son günündə bu ömrün,-
    Torpağına,daşına dönüm Azərbaycanın.

  • Polad SABİRLİ.Yeni şeirlər

    Polad Sabirli

    Eşq ağacım bar verir hər gün

    Sənə yaxın gəldim yandırdın məni,
    Uzaq dayandıqca donub buz oldum.
    Güldürdün üstümə dostu, düşməni,
    Niyə bəs səninçün çox ucuz oldum?

    Sən idin əzəldən düşkünüm axı,
    Bəs niyə sonradan düşdüm gözündən?
    Baş-ayaq fırlanır fələyin çarxı,
    İndi də küsmüsən özün-özündən.

    Göyün yerə eşqi sirri üfiqin,
    Bizimsə sirrimiz tək bizə bəlli.
    O qədər süründüm, dalınca eşqin,
    Qalxdım zirvəsində tapdım təsəlli.

    Sən məni ayırdın xoş niyyətimdən,
    Yamana xoş gəlir yamanlıq hissi.
    Mən bu gün xoş halam öz qismətimdən,
    Səni öldürəcək peşmanlıq hissi.

    Öz sevgi qismətim başımın tacı,
    Məni baş eyləyən məhəbbətim var.
    Sən oldun əbədi,sevginin acı,
    Mənimsə eşq adlı bol sərvətim var.

    Bürünüb gecənin qaranlığına,
    Aydinlığa çıxan yolum var mənim.
    Göz dikib səhərin toranlığına,
    Ucalığa dartan qolum var mənim.

    Gedirəm bu yolu, su səpə-səpə,
    Eşqin atəşinə bələnib bütün.
    Sonsuz təşəkkürüm, Allahımadı,
    Şükür, eşq ağacım bar verir hər gün.

    16.12.2016.

    Ölüm çıxım azadlığa

    Mən sığmıram bu dünyaya,
    Dünya dəmir qəfəs mənə.
    Sığınmışam günə, aya
    Heç nə vermir həvəs mənə.

    Bulud olum nur çiləyim,
    Yuyum yerin kirin, pasın.
    Ağuşuna alıb Allah,
    Məni göylərə aparsın.

    İşıq saçım, günəş olum,
    Şəfa tapsın qoy yer üzü.
    El aləmi qucsun qolum,
    Baxa-baxa eşqin gözü.

    Alıb aparsın küləklər,
    Yaxşı-yaman görsün məni.
    Şehə dönüm gül çiçəklər,
    Öz üstünə sərsin məni.

    Duman olum yamanların,
    Tuta bilim gözlərini.
    Haqqın üstə cumanların,
    Büküm, sıxım dizlərini.

    İçim eşqin bulağından,
    İlham alım ruhlanım mən.
    Yarpaqların qulağından,
    Sırğa olum sallanım mən.

    Şimşək olum qamçı çəkim,
    Yaltaqların kürəyinə.
    Heç kimsənin kaş ki, heç kim,
    Dəyməyəydi çörəyinə.

    Hər işimi başa vurum,
    Yarımçıq heç nə qalmasın.
    Tam olmayan yazılarım,
    Mənsiz qalıb saralmasın.

    Haram kəslər halalları,
    Məhkum edib kasadlığa.
    Görməməkçün olanları,
    Ölüm, çıxım azadlığa.

    19.12.2016.

  • Abdulla MƏMMƏD.Yeni şeirlər

    abdullamuellim

    ŞƏKƏR BALAM

    (Məmmədov Cavid Abdulla oğluna)

    Mərhəmətli və Rəhimli ALLAHIN adı ilə.
    Həzrət ƏLI(Ə) buyurmuşdur:
    “Mən 3dəfə bu dünyanın təlaqını vermişəm.”

    Dərdimə acıyan- özüm,
    Dərdimin acıyam-özüm.
    Kimiyə acıyam özüm,
    Kimisinə şəkər-balam,
    Şəkər balam.

    Qəlbə daman-HAQQDAN damır,
    Ocaqların damı damır.
    Dəyişir ruzunun tamı,
    Qarışdıqca şəker bala,
    Şəkər balam

    Dünya fani-yarı YALAN,
    Yarı viran,yarı talan…
    Halal şəxsə ALLAH həyan,
    Haramı qan çəkər,balam,
    Şəkər balam.

    Bu dünyanın dərd yükünü,
    Özü boyda sərt yükünü,
    Ulusunun yurd yükünü,
    Hərə bir cür çəkər,balam,
    Şəkər balam.

    Taleyin bu boz üzündə,
    Qoru özünü özündə!
    Söz verənlərin sözündə
    Xemir çox su çəkər,balam,
    Şəkər balam.

    Gördüyün sənə qalandı-
    HAQQI danan dil qalandı.
    Dünya əfi bir ilandı,
    Dişində var zəhər,balam,
    Şəkər balam, şəkər balam!

    Quba.18.12.1997.

    GERÇƏK YUXU.

    “DİDƏRGİN ŞƏRQİSİ, QAÇQIN HARAYI” SİLSİLƏSİNDƏN.

    İstedadlı şair, əziz müəllimim Hafiz Rəhimə ithaf edirəm.

    (şeir)

    Gecə həmdəm olub qəhərə qədər,
    Əlini çəkmir heç qəm boğazımdan.
    Dərdi sirkələdim səhərə qədər,
    Yapışıb zülmətin daş yaxasından.

    Bu dərd əliyalın, ayağı yalın,
    Əridir sevinci talan qəıbləri.
    Boz üzlü dünyanın gönümü qalın?!
    Sükutu dağlayır yanan qəlbləri.

    Qapı cırıldayır, diksinir sükut,
    Qurd-quşa yem olan doğma ocaqda.
    Göydə doluxsunub sızlayır bulud,
    Torpaq da çat verir kimsəsiz bağda.

    Hörüb pərdəsini tordan hörümçək,
    Ayla müzgüləyir, günlə isinir.
    Payızda sevinci sovuran külək
    Yazda dağ çayının selində dinir…

    Yol çəkən gözlərin yaşartısından,
    Solğun yanaqlara süzülür ürək.
    Sübhün buludlanan işartısında
    Küləyin səsindən üzülür ürək.

    Qocaya cavana baxmır bir an da,
    Vədəsiz qırışır alında həsrət.
    Ümidin Vətənsiz öldüyü andan,
    Bilsən- necə gönü qalındı həsrət?!

    Didərgin başlarda ağarır dən-dən,
    Vətənsiz özümü göynədən içim.
    Bu gecə yuxumda ağladım, Vətən,
    Dərdini ağladım, hey için- için.

    Bu dərd Kəlbəcərdir, bu dərd Laçındır,
    Bu dərd Qubadlıdır, Şuşadır… bu dərd.
    Tanrı dərgahına əllərin açan
    Didərgin dilində duadır bu dərd!

    Bu dərd əliyalın, ayağı yalın,
    Əridir sevinci talan qəıbləri.
    Boz üzlü dünyanın gönümü qalın?!
    Sükutu dağlayır yanan qəlbləri!

    Azerbaycan. Quba.
    08.06.2015

  • Müzəffər MƏZAHİM.Yeni şeirlər

    mm

    ÇATMIR

    Nə maaş alırıq, nə də təqaüd,
    Əlimiz dayazdan dərinə çatmır.
    Arada-sırada pul olanda da,
    Heç hansı dərdinə-sərinə çatmır.

    Nisyə dəftərində adımız başda,
    Düşmür başımıza havayı daş da,
    İldə bircə dəfə dəmlənən aş da,
    Birinə çatanda birinə çatmır.

    Pul kimin yoluna işıqlar saçdı,
    Kiminin də bağlı baxtını açdı,
    Biz əl çirki dedik, bərəkət qaçdı,
    Qazamc əlimizin kirinə çatmır.

    Əllərimiz boşdur, üzümüz qara,
    Aylarla həsrətik dükan-bazara,
    Bu dərdi deməkdən gəlmişik zara,
    Nə qədər yazırıq, yerinə çatmır.

    Kasıblıq zay etdi illərimizi,
    Soldurdu çox arzu güllərimizi.
    Elə boşaldıblar əllərimizi,
    Elin də xeyrinə-şərinə çatmır.

    ƏN QÜDSAL İNCİDİR

    Qorusan sənindir, ək, halal olsun.
    Nə əksən torpağa yetirəcəkdir,
    Ha çalış, ha vuruş faydası yoxdur,
    Qoruya bilməsən itirəcəkdir.

    Torpağının əsl sahibi olsan,
    Kimsə tərpədəmməz yerindən səni.
    Torpaq bir qaladır, qoruya bilsən,
    Qoruyar düşmənin şərindən səni.

    Bizə həm Vətəndir, həm ruzi verən,
    Yoxdur bərabəri səxavətində.
    Dünya qurulandan, torpaq insanın,
    Ən qüdsal incidir əmanətində,

    Bizi damla bilər ümman dünyamız,
    Torpağa yağarıq, buxarlanarıq.
    Yaşar içimizdə güman dünyamız,
    Yenə qönçə-qönçə baharlanarıq.

  • Qeyri-rəsmi müsahibə – hüquqşünas, filosof Ellada Bayramova

    Layihəmin bugünkü qonağı ilə Fərdi İnkişaf təliminin təqdimatı zamanı tanış olsaq da, qısa zamanda yaxın və xoş ünsiyyət yaranmışdır. Bəlkə də oxşarlığımız və ortaq cəhət, fikirlərimiz çoxdur deyə. Bəlkə də, maraqlarımız və ortaq və dəyərli dostlarımız var deyə. Çünki bu cür tədbirlərə yoldankeçmə hər kəs gəlmir, fərd olaraq inkişaf etmək istəyən insanlar gəlir.
    Layihəmə qonaq edəcək şəxs mənim üçün maraqlı olmalıdır. Verəcəyim suallara cavab vermə iqtidarında olmalıdır. Buna görə də hər kəsi bu layihəmə sala bilmirəm. Ellada xanım, fərqli düşüncə tərzinə görə də maraqlı insandır. İxtisasca hüquqşünasdır və öz biznesi vardır.

    Sizin üçün Ellada Bayramova kimdir?
    Tarixə iz sala biləcək potensialına malik olan bir şəxs

    Ellada adının mənası “Mədəniyyət, tərbiyə” deməkdir, bu sözləri özünüzə aid edirsinizmi?
    İkinci mənası “sübh çağı” deməkdir )) Özümə aid edirəm, eyni zamanda her şeyi öz adıyla cağırmağı da üstün tuturam.

    Sizin üçün uğur düsturunun elementləri nədir?
    Nə qədər əl catmaz olsa da, arzularına çatmaqdan dönməmək……

    “Qızıl ortaqlıq, hər şey və ya heç nə” prinsiplərindən hansını seçirsiniz?
    Ya hər şey və ya heç nə.

    Sizcə təsadüflər zəruriyyətdən doğurmu?
    Bəli , təsadüflərə inanmıram.

    Həyat bir məktəbdir, bu məktəb sizə hansı dərsləri keçib?
    Cox bahalı dərslər kecib, Oksfordda təhsil qiyməti ilə müqaisədə , Oksford heçdir)).

    “Hər şərdə bir xeyir var” fikri ilə razısınızmı?
    Bəli, praktikada şahidi olmuşam.

    “İt hürər, karvan keçər” bu prinsipə riayət edirsinizmi?
    98% hə , 2% elə məqamlar var ki, o itlərə həddini bildirmək zərurətdir.

    Sonrakı peşimançılıqda fayda varmı?
    Xeyr))

    Sizcə susmaq razılıq əlamətidir, yoxsa yola vermək və ya mübahisələrdən qaçmaq?
    Razılıq əlamətindən savayı, digər variantların hamısını qəbul edirəm.

    Sizin üçün ən uğurlu sərmayə nədir?
    Özümə etdiyim sərmayədir, hər zaman bəhrəsini görürəm)))

    Sabah öləcəyinizi bilsəydiniz, nə edərdiniz?
    “Heç vaxt etmərəm” deyə düşündüklərimi)))

    Zaman içində səyahət maşınınız olsaydı, hansı dövr və məkana getmək istəyərdiniz və niyə məhz o zaman və məkanı seçirsiniz?
    Dünyanın ilk olaraq yaradılış prosesinin bütün detallarını öz gözlərimlə görmək))

    Əsl dost –xoş günün dostudur, ya dar günün?
    Xoş günün )) Hər kəs tab gətirə bilmir, ağır imtahandır….

    Maraqlı yazılar yazmaq, fəlsəfəni anlamaq, başqa bir yaradıcı istedadınız varmı?
    Bəli… Bir cox yetənəklərim var … Hal- hazırda Almaniya universitetlərində dərs deyən, dünya üzrə məhşur olan alim, fəlsəfə müəllimim nələr deməzdi bu sualın cavabında haqqımda)) ( özümə də maraqlıdır J)

    Tənqidə münasibətinizi bilmək olarmı?
    Sağlam, tənqid olmasa inkişaf mümkün deyil))

    Riski sevənlərdənsiniz, yoxsa riskdən qaçanlardansınız?
    Sevənlərdən.

    Sizcə Siz özünüzü yaxşı tanıyırsınızmı?
    Xeyr…

    Sizin dost və düşməniniz olan cəhətləriniz hansılardır?
    Insanların qəlblərinin dərinlikdəkilərini oyrənmə qabiliyyətim, buna sevinirəm, bu çox dəyərli etimaddır, eyni zamanda, çox ağır yükdür…

    Sizcə, sizin dost və müştəriləriniz Sizin yerinizdə olmaq istəyirlərmi?
    Etiraf edənləri desəm, “bəli” demiş olaram…

    İndiki gəncləri necə təsvir edərdiniz və onlara tövsiyəniz nə olardı?
    Əksəriyyəti çox dayazdır… Tövsiyəm isə mütaliədir … Savadlı genafond qorxulu gücdür.

  • “MƏNİM PREZİDENTİM”

    Ulu yurdun ölümsüz lideri, natiqi, dahi sitasətçisi, islahatçısı, filosofu, Azərbaycanın qurucusu – H.Ə.Əliyevin arzularını bu gün reallığa çevirən övladından, varisindən, Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevdən söz açacam ellərə, aləmə!
    Bu şansı mənə bəxş edən Allaha həmd və sənalar söyləyir, “Mərhəmət elçisi” jurnalının təsisçisi, direktoru Tahirə xanım İsmayılovaya öz təşəkkürümü bildirərək yazıma davam edirəm…
    Ən yaxın qonşusuna sevgisinin bədəli nifrət, işğal, soyqırım olan bir xalqın liderindən, “dünyanın dilmancından” bəhs edəcəm ədaləti pak tutub sevənlərə!
    Qonşusu ackən, evində rahat yata bilməyən bir millətin liderindən yazacağam vərəqlərə, yayacağam ellərə!
    Yaradana, onun yaratdığı ümmətlərə sönməyən sevgisindən, qəlbinin “sonsuz”a sevincindən, aləmə şəfqətindən bəhs edəcəm işində, əməlində Allahı görənlərə!
    “Axirəti nurlandıran ədalətli rəhbərin fəzilətli əməlləridir” – söyləmiş aqillərimiz. İşinə başladığı zamandan – Allaha ümidlənən, onu özünə pənah bilən, Allahın yardımıyla bu gün ulduzu parlayan bir mücahiddən bəhs edəcəm yazımı oxuyub “Bizim prezidentimiz”ə dualar edənlərə! Həmd olsun Allaha və onun fədakar bəndəsinə!
    İlham Heydər oğlu Əliyevdən – danışacam Allahın qüdrətini, Onun təcəllisini hər işində gözü ilə görənlərə! Onu sevən könüllərin sevgisinə ürəyimin sevgisini qataraq Allahın rəhmətini axıdacam dünyanın dörd küncünə!
    Müharibənin “kor qoyduğu” torpaqlardan qaçqın düşən ümmətinin ürəyindən keçənləri mələklərin yardımıyla, fantastik zaman ərzində reallığa çevirən, Azərbaycanın prezidenti, Allahın sevimli bəndəsi – İlham Heydər oğlu Əliyevdən bəhs edəcəm uca, qadir Allahı doyunca zikr edib sevənlərə!
    Azərbaycanın və dünyanın astronomu, alimi, şairi, övliyası Nizami Gəncəvinin məqbərəsini onun ruhuna ehtiram olaraq yenidən bərpa etməklə Allahın xoş nəzərini özünə cəlb edən şərəfli bəndəsindən bəhs edəcəm dünyada Allahı “gözü ilə görənlər”ə!
    Qiyamət günü mizana qoyulacaq birinci şey ədəbdir! İnsan dünyada bütün üstünlüklərə ədəbiylə nail olur. Həmd olsun, Allaha!
    Ədəbiylə bütün arzularını reallığa çevirən, haqlı olduğu təqdirdə, düşməninə belə “haqq verən” – Allahın bir helim bəndəsindən bəhs edəcəm bu bəndənin sevgisinə sevgi qatan ellərə, ədəbi ilə seçilən millətlərə!
    Kainatın sultanı Məhəmməd (s.ə.v) demişdir: “İslah olmayan yaddaş böyükləri kiçildər”. Bu sözlərə qulaq asaraq “böyük qonşu” Rusiyanın prezidenti Vladimir Putinlə mehriban qonşutək sayqı ilə dolanan, həmkarlarının sevincinə sevinc qatan, kədərində qəmlənən bir liderdən danışacam dostluqda sadiqlərə!
    Türkiyənin prezidenti R.T.Ərdoğanla məsləkdaş olan, torpaq kimi təvazökar, su kimi lətif bir doğma yurddaşdan “üyüdüb tökəcəm” insana dəyər verib, özündə Allahı görənlərə, hər sözündə Allahı bilənlərə!
    Sevginin hüzur içində bəsləndiyini əməlləri ilə reallığa çevirən bir hüzur rəhbərindən bəhs edəcəm, Allaha təslim olub, ona baş əyənlərə!
    Ölkəmizdə multikulturalizm ili elan edən, insanlara babamız Adəmi, nənəmiz Həvvanı yenidən xatırladan ictimai-siyasi xadimdən bəhs edəcəm dünyadakı bacı-qardaşlarıma!
    Əməlləri qəlblərə fərəh verən, dözümündə səbatlı, məhəbbətində səbrli-təhəmmüllü, “sonsuz”a sevgisi axıcı bir liderdən bəhs edəcəm Allaha ibadətdə siddiqlərə!
    Kainatı gülüstana çevirmək istəyən bir mömindən bəhs edəcəm bu yazımı oxuyan kəslərə!
    Bir hədisdə deyilir: “Bilin ki, həyatda bir çox fürsətlər vardır ki, Allah tərəfindən əsən nəsim küləklərinə bənzər.”
    İstər elmdə, mədəniyyətdə, quruculuq və kənd təsərrüfatı işlərində, dinimizin təşəkkül tapmasında üzərinizə əsən nəsim küləklərinin cilovunu əlinizdən buraxmadınız! Həmd olsun Allaha, onun fədakar, zəhmətkeş quluna!
    İşinizdəki uğurların sirri – xalqın hər təbəqəsindən olan insanlara dost, qardaş kimi ülfətdə olmanız, onların problemləriylə yerindəcə tanış olmanızdır. Həmd olsun Allaha və onun peyğəmbərinin (s.ə.v.) yolunun nuru ilə xeyir-bərəkət tapan bəndəsinə – İlham Heydər oğlu Əliyevə!
    Azərbaycanın ictimai-siyasi problemlərini xalqın içində məsləhət və məşvərətlə həll edən, həyata keçirəcəyi qərarları xalqın sərəncamına təqdim edən, Quranın nuruna bürünən bir mömündən bəhs edəcəm, Allahı layiqincə tanıyıb, layiqincə sevənlərə!
    Bu gün “Qurani-Kərim”i diri tutub, diri yaşatmaq dünya liderlərindən, “Quran”ın düzgün təbliğindən asılıdır. Yurdunun eşqiylə vəcdə gələn, ilhamla xarüqələr yaradan dünyanın qabaran dərdlərini ağlının qüdrətilə tənzimləmək istəyən bir liderdən bəhs edəcəm anamız dünyanı yaşatmaq istəyən kəslərə!
    Hər zümrədən olan vətəndaşlarının arzu və istəklərinə biganə qalmayan, “vətənin torpağı”ndan bəhs edəcəm doğulduğu torpağı ürəkdən sevənlərə!
    Bu gün fəzilətlə rəzalətin mübarizəsinin kəskinləşdiyi bir zamanda imamət rəhbərlərinin “Qurani-Kərim”i ilahi şövq və vəcdlə təbliğ edə bilməmələri səbəbindən “Quran”ın diri olaraq yaşanması əngəllənmişdir.
    Təzadlı həyatı nizamında saxlamaq liderdən bilgi və böyük iradə tələb edir. Aldığınız mükəmməl təhsil və ailə tərbiyəsi ürəyinizin əbədiyyət sevincinin qaynağıdır. Həmd olsun Allaha!
    Allaha ulaşmaq, ümmət olaraq onun ipinə sarılmaq həyatımızın qayəsidir. Ölkəmizin və dünyamızın “Rəhbər ülküsü”nü, möhtərəm İlham Heydər oğlu Əliyevi ad günü münasibətiylə təbrik edir, ona can sağlığı, ailə səadəti, çətin və şərəfli işində müvəffəqiyyətlər arzulayaraq, yazımı buradaca bitirmək istəyirəm!
    Əslində heç bitməsini istəmirəm…

    Böyük hörmət və ehtiramla:

    Ulduzə Süleyman qızı Nəsir,
    respublikanın Əməkdar artisti, şairə, publisist

  • Qiymət MƏHƏRRƏMLİ.”Bitmədi, ey anam Dərbənd, həsrətim…” (Yeni şeir)

    qm

    Dərbənd həsrətim

    Gedirəm, yenidən qayıdam, gələm,
    Sevgimi bölüşəm, sevincdən öləm.
    Həsrəti qılınctək doğrayam, böləm,
    Bitmədi, ey anam Dərbənd, həsrətim!

    Ömrü qısa oldu ilk vüsalımın,
    Həsrətdən nəm çəkdi ucu şalımın.
    O göyçək hüsnünlə bir şad halımı
    Etmədi, ey anam Dərbənd, həsrətim!

    Dağına, daşına sarılacaqdım,
    Gözünün yaşına sorulacaqdım.
    Bayraqtək başına sancılacaqdım,
    Yetmədi, ey anam Dərbənd, həsrətim!

    Yeriyə bilmədim bir addım belə,
    Tutuldum – doğmammış hər yadım belə.
    Unutdum… Dərbəndmiş öz adım belə,
    İtmədi, ey anam Dərbənd, həsrətim!

    Mən sənə Dərbəndmi, Təbrizmi deyim,
    Bu qoşa qanada əkizmi deyim,
    Türklüyü yaşadan bir izmi deyim,
    Ötmədi, ey anam Dərbənd, həsrətim!

    Can atdım “can” deyəm, dilim lal oldu,
    Hər ləhzə qəlbimə axan bal oldu.
    Ürək elə coşdu – halbahal oldu,
    Getmədi, ey anam Dərbənd, həsrətim!

    Dəmirqapı Dərbənd, ey ulu Dərbənd,
    Bir qolum Təbrizdi, bir qolum Dərbənd.
    Müqəddəs pir yolum, sirr yolum Dərbənd,
    Bitmədi, ey anam Dərbənd, həsrətim,
    Ötmədi, ey anam Dərbənd, həsrətim!

  • Qiymət MƏHƏRRƏMLİ.”Bitmədi, ey anam Dərbənd, həsrətim…” (Məqalə)

    (Dəmirqapı Dərbəndlə ilk görüş)

    Yaxınlarda Şəkidəydik və “Şəki ARB TV” kanalının proqram müəllifi Elşən Zəkəriyyəbəyli bizimlə çəkilişdən sonra yaxın günlərdə Dərbəndə gedib ordakı soydaşlarımızla görüşməyi təklif etdi. O eyni zamanda, mərhum xalq şairimiz Bəxtiyar Vahabzadənin ömür-gün yoldaşı Dilarə xanımın arzusunu da bu səfər çərçivəsində həyata keçirmək istədiyini bildirdi. Dilarə xanım Türk Dünyasının böyük filosof-şairinin müəllifi olduğu xeyli sayda kitabı Dərbənd Mərkəzi Kitabxanasının fonduna hədiyyə etmək qərarına gəlmişdi. Əlbəttə, bu, olduqca xoş niyyət idi və bircə qalırdı həmin arzunu həyata keçirmək.
    Səfərimizin baş tutacağı günü dəqiqləşdirdik və həyat yoldaşım Gülməmməd İsrafiloğlunun maşınıyla yola düşdük. Sən demə, illər boyunca həsrətini çəkdiyimiz Dərbənd heç o qədər uzaq da deyilmiş bizdən. Səfər yoldaşlarımın qənaətinə görə, yolumuzun uzunluğu Bakıdan Şəkiyədək olan məsafə qədər ola, ya olmaya. Hava da sanki bizim xatirimizə elə yaxşıydı ki, sanırdın yaz gəlib. Gömrüyə qədər olan yolları asanlıqla keçib getdik. Sərhəddəsə… Bax, əsl narahatlıq burda yaşanacaqmış. İnsanları neçə dəfə yoxlayır, nə qədər kağız-filan yazıb-doldurmağa məcbur edirlər, İlahi! Maşınla getdiyimizə görə işimiz lap çətiniydi – yalan olmasın, hər iki üzdə hesabını unutduğum sayda yoxlamalardan keçməli olduq. Televiziya və media nümayəndələri olduğumuzu və məramımızı xatırlatmamız da işə yaramadı, hey eşib-tökdülər kitab, qəzet, jurnal dolu çantalarımızı. Cavan operatorumuz Rasimin çəkiliş üçün lazım olan kamera və digər avadanlıqlarını dişində-dırnağında daşıması isə heç yadımdan çıxmır.
    Xülasə, xeyli əzab-əziyyətdən sonra sərhədi keçib üz tuturuq Dəmirqapı Dərbəndə tərəf. Şəhərə girəndən sonra soraqlaşıb özümüzü yetiririk şəhərin Mərkəzi Kitabxanasına. Burada bizi olduqca mehriban qarşılayırlar. Kitabxananın direktoru Diana xanım Əliyeva şirin Azərbaycan ləhcəsində bizimlə əhvallaşır. Hiss olunur ki, doğma dilimizdə tam sərbəst ünsiyyət qurmağa çətinlik çəkir. Bu hal başadüşüləndir: qədim Türk yurdu olan Dərbənd iki əsrə yaxındır rusların təəbəliyindədir və burada hökmran dil rus dilidir. Hələ bugünəcən soydaşlarımız dilimizi bu səviyyədə – işlək halda qoruyub-saxlaya bilmişlərsə, buna da şükür!
    Telejurnalist Elşən müəllim gəlişimizin məramını izah etdikcə Diana xanımın üzünə xoş bir təbəssüm yayılır. Axı, kitabxanalar indi həqiqətən də kitab aclığı keçirir, özü də anadilli ədəbiyyat sarıdan bu problem daha çox özünü qabarıq hiss etdirir. Diana xanım hədiyyə edəcəyimiz kitabları nəzərdən keçirərək deyir ki, kaş bu kitablar kiril əlifbasıyla olaydı. Axı, kitabxanamızın oxucularının əksəriyyəti latın əlifbasıyla oxumaq bilmir. Söz veririk ki, növbəti gəlişimizdə bu məsələni hökmən diqqətdə saxlayacağıq. Çünki evlərində artıq əşyaya çevrilmiş kiril əlifbasıyla işıq üzü görən kitabları hara etmək, yaxud kiməsə hədiyyə vermək barədə baş sındıran o qədər insanlarla qarşılaşmışam ki…
    Təklif olunur ki, apardığımız kitabların təqdimatı dəyirmi masa ətrafında, həm də oxucuların iştirakı ilə keçirilsin ki, televiziya əməkdaşları efir üçün süjetlər hazırlaya bilsinlər. Elə də olur. Diana xanımın zəngindən sonra özünü tam vaxtında yetirən “Dərbənd” qəzetinin şöbə redaktoru, fəal ictimai xadim Tahir Salehin kofe və şirniyyat qonaqlığından sonra görüş başlayır.
    Elşən müəllim gəlişimizin məramını açıqlayır, Dilarə xanımın göndərdiyi Bəxtiyar Vahabzadənin müxtəlif vaxtlarda işıq üzü görmüş xeyli sayda kitabını böyük məmnuniyyətlə kitabxanaya hədiyyə edir. Daha sonra oxuduğunuz sətirlərin müəllifi də gətirdiyi kitab, qəzet və jurnal nüsxələrini Diana xanıma təqdim edir. Kitabxana direktoru da öz növbəsində bu günü əsl bayram kimi dəyərləndirərək, belə “səxavətli və varlı ziyalı qonaqları” qəbul etməkdən hər zaman qürur duyduqlarını bildirir. Burada vaxtaşırı keçirilən tədbirlər barədə ətraflı məlumat verərək, lap yaxın günlərdə Azərbaycanın böyük klassik şairi Nizami Gəncəvinin 875 illiyi münasibətilə tədbir keçirməyə hazırlaşdıqlarından danışır. Söhbətdən məlum olur ki, Azərbaycan və Dərbənd ədəbi mühiti arasında əlaqələr mövcud olsa da, bu əlaqələrin daha da möhkəmlənməsinə ehtiyac duyulur. Çünki bu mühit eyni kökdən qaynaqlanır, havamız, suyumuz bir, dilimiz, dinimiz, mənəviyyatımız, adət-ənənələrimiz birdir.
    Daha sonra Elşən müəllimin gətirdiyi məşhur Şəki paxlavası ilə içilən çay söhbətimizə daha da şirinlik qatır. Çay süfrəsi ətrafında Dərbəndin dünəni və bugünü, milli-mənəvi dəyərlərimiz, problem və qayğılar barədə səmimi söhbət edirik. Şair-jurnalist Tahir müəllim Dərbənddə ədəbi ictimaiyyətin sevə-sevə toplaşdığı və həmçinin özünün rəhbəri olduğu “Gülüstan” ədəbi məclisinin fəaliyyətindən danışır. Hiss olunur ki, ürəyi doludur. Deyir, ədəbi mühitimiz kimi, Dərbənd Teatrının da qayğıya ehtiyacı var. Kitabxana ilə üzbəüzdə yerləşən təzə tikilini göstərərək deyir: “Baxın, bu bina Dərbənd Azərbaycan Dövlət Dram Teatrı üçün tikilib. Lakin standartlara cavab vermir, teatr tamaşalarının hazırlanıb səhnəyə qoyulması üçün əlverişli deyil…”
    Öyrənirik ki, əsası ilk dəfə 1898-ci ildə qoyulan bu teatrın fəaliyyəti ilkin dövrlərdə özfəaliyyət səviyyəsində olub. Sonradan bu fəaliyyət durmadan genişlənib və nəhayət 1931-ci ilədə Azərbaycan Dövlət Teatrı statusu qazanıb. Sonra müharibə başlandı və yenidən teatrın fəaliyyətində durğunluq yarandı. Nəhayət, 1968-ci ildən başlayaraq, teatr Dərbənd Mədəniyyət Şöbəsi nəzdində Xalq Teatrı kimi fəaliyyətini davam etdirməyə başladı. Prezident İlham Əliyev teatrın yeni binasının inşasına 50 milyon manat ayırıb. Bu, çox sevindiricidir. Bakıda fəaliyyət göstərən “Dərbənd” Xeyriyyə Cəmiyyətinin sədri Tofiq Bağırovun, Nurulla müəllimin bu sahədə gördüyü işlər də olduqca qürurvericidir. Onlar Dərbəndli oxucuları mütəmadi olaraq dərsliklərlə, müxtəlif ədəbiyyatlarla təmin edirlər. Tahir Saleh SOCAR-ın da dərbəndlilərə qayğısını yüksək dəyərləndirdi.
    Tahir müəllimdən “Dərbənd” qəzetinin taleyi barədə də məlumat almağa çalışırıq.
    – “Dərbənd”-in ehtiyacları çoxdur, ən əsası isə, heç olmasa mini mətbəəyə ehtiyacımız var. Bu, qəzetimizin maddi ehtiyaclarının ödənməsində bizə xeyli kömək edərdi. Qəzetimiz həm latın, həm də kiril əlifbası ilə çap olunur. Bunu oxucu tələbatını nəzərə alaraq edirik, çünki sovet rejimi bizə kirili aşılayıb, indisə Azərbaycanda ədəbiyyatlar latın qrafikası ilə çap olunur. Müxtəlif yaş təbəqəsindən olan soydaşlarımızın tələbatını nəzərə alırıq qəzetimizi nəşr edərkən.
    – Biz eyni kökdən, eyni qandan olan insanlarıq. Dərbənd, Təbriz, Bakı – ayrılmaz qardaşlardır. Bu qardaşlar arasında əlaqələr sizi qane edirmi?
    – Doğrusunu deyim ki, əlaqələrimiz yetərincə deyil. Dağıstan və Azərbaycan arasında əlaqələrin möhkəmlənməsi birbaşa Dərbəndlə olan mənəvi körpünün möhkəmlənməsi demək olardı. Baxın, bizi ancaq sərhəd ayırır. Bir-birimizə nə qədər yaxınıqsa, bir o qədər də uzaq sayılırıq. Çünki ayrı-ayrı ölkələrin vətəndaşlarıyıq. Vaxtilə hansısa səbəbdən buraya üz tutmuş 100-ə yaxın soydaşımız var ki, sənədlərini itirmələri, yaxud sənədlərdəki hansısa uyğunsuzluq səbəbindən burada səfil həyatı keçirməyə məcburdurlar. Bu insanlar bizim öz vətəndaşlarımız, öz qardaşlarımızdır. Onların küçələrdə xəstə, köməksiz, ac, səfil həyatı keçirdiklərini görmək dözülməzdir. Azərbaycan dövləti öz insanına sahib çıxmalıdır.
    Sərhəd-keçid məntəqəsi əsl alverxanaya çevrilib. Burda vətəndaşlarla kobud rəftar edilir, qeyri-insani münasibət, əsassız yubandırmalar saatlarla, günlərlə davam edir.
    Bütün bu problemlərin həlli üçün Dərbənddə Azərbaycan tərəfin hansısa rəsmi dövlət qurumunun olması vacibdir. Qarşılıqlı əməkdaşlığa söykənən əlaqələr qurulumalıdır ki, Dərbənd azərbaycanlıları ən xırda problemlərin belə həll olunması üçün rəsmi məktubla Moskvaya müraciət etmək məcburiyyətində qalmasınlar. Nə vaxtadək Azərbaycanın Moskvadakı səfirliyi həll etməlidir vətəndaşlarımızın sənədlərindəki cüzi, əsassız anlaşılmazlığı?… Axı bu, günlərlə davam edən vaxt itkisi, maddi vəsait, hətta belə demək mümkünsə, insan həyatı və sağlamlığı bahasına başa gələn problem deməkdir sonda.
    – Son olaraq, arzunuzu, təklifinizi bilmək istərdik…
    – Arzum budur ki, yaxın zamanlarda Dərbənddə Azərbaycan konsulluğu açılsın. Bu, Dərbənddə yaşayan soydaşlarımız üçün hava və su kimi lazımdır. Yalnız bu halda ədəbi, mədəni və iqtisadi əlaqələrimizin istənilən səviyyədə təşkilindən söhbət gedə bilər. Bir də təklifim budur ki, Dərbəndə ki gəlmisiniz, qalıb qonağımız olasınız. Səhər “Gülüstan” ədəbi məclisinin üzvləri ilə yaxşı bir görüş təşkil edək…
    Razılığımızı bildirib, bu qısa görüşümüzdən məmnunluğumuzu ifadə edirik: “İnşallah, qismət olsa, yaz-yay aylarında yenidən Dərbəndə gəlib, soydaşlarımızla görüşməyə söz veririk.”

    Dərbənddə mərhum şair Rəna Türksoylunun ocağını ziyarət etdik…

    Elşən Zəkəriyyəbəyli birgünlük səfərimizin uğurlu sonluğu kimi Dərbənddə hər kəsin sevə-sevə xatırladığı mərhum şair-publisist xanım Rəna Türksoylunun ocağına baş çəkməyi təklif etdi. Getdik. Bizi ailənin oğlu Nizami bəy qarşıladı. Hiss olunurdu ki, Rəna xanımla bağlı danışılan hər kiçik epizod belə onu kövrəldir. Sözarası güclə eşidilən bir səslə: “Vallah, hələ də biz özümüzə gələ bilməmişik” – deyir. Ona təsəlli verməyə çalışırıq. Rəna xanımlı günlərə qaytarır bizi Elşən müəllimin dilə gətirdiyi xatirələr. Sonra ailənin ağsaqqalı Əjdər dayı danışır – kövrələ-kövrələ, doluxsuna-doluxsuna. “Rəna mənə təkcə həyat yoldaşı olmayıb, o həm də mənim dostum, sirdaşım, ailəmizin sütunu idi” – deyir. Bu kövrək kadrları da lentin yaddaşına köçürürük. Qalmaq təklifi etsələr də, yenidən dönüşümüzdə bu ailəyə bir daha baş çəkəcəyimizi bildirib, yola çıxırıq.
    Yolumuz Bakıyadır… Dərbəndin, Təbrizin… qardaşı Bakıya!

    Dərbənd həsrətim

    Gedirəm, yenidən qayıdam, gələm,
    Sevgimi bölüşəm, sevincdən öləm.
    Həsrəti qılınctək doğrayam, böləm,
    Bitmədi, ey anam Dərbənd, həsrətim!

    Ömrü qısa oldu ilk vüsalımın,
    Həsrətdən nəm çəkdi ucu şalımın.
    O göyçək hüsnünlə bir şad halımı
    Etmədi, ey anam Dərbənd, həsrətim!

    Dağına, daşına sarılacaqdım,
    Gözünün yaşına sorulacaqdım.
    Bayraqtək başına sancılacaqdım,
    Yetmədi, ey anam Dərbənd, həsrətim!

    Yeriyə bilmədim bir addım belə,
    Tutuldum – doğmammış hər yadım belə.
    Unutdum… Dərbəndmiş öz adım belə,
    İtmədi, ey anam Dərbənd, həsrətim!

    Mən sənə Dərbəndmi, Təbrizmi deyim,
    Bu qoşa qanada əkizmi deyim,
    Türklüyü yaşadan bir izmi deyim,
    Ötmədi, ey anam Dərbənd, həsrətim!

    Can atdım “can” deyəm, dilim lal oldu,
    Hər ləhzə qəlbimə axan bal oldu.
    Ürək elə coşdu – halbahal oldu,
    Getmədi, ey anam Dərbənd, həsrətim!

    Dəmirqapı Dərbənd, ey ulu Dərbənd,
    Bir qolum Təbrizdi, bir qolum Dərbənd.
    Müqəddəs pir yolum, sirr yolum Dərbənd,
    Bitmədi, ey anam Dərbənd, həsrətim,
    Ötmədi, ey anam Dərbənd, həsrətim!

  • “ƏBƏDİYYƏT YOLÇUSU”

    Azərbaycanın və dünyanın xalq artisti Rəşid Behbudovun həyat və yaradıcılığına həsr edirəm. 4 oktyabr 2016-cı il tarixində Bakıda Rəşid Behbudov heykəlinin açılışı münasibətiylə yazılıb)

    Bir yol tutdun – bu yol uzun, yorucu…
    Bir yol tutdun – təşaş dolu, ömür kəsən – sıxıcı!
    Bir yol tutdun – vətənin gülşənində saf səsinlə bülbül kimi şən nəğmələr ötməyə!
    Ürəyinin vətən eşqi, sevinci bir vətənə sığmadı! Bu eşq səni əbədi yolçuluğa səslədi!
    Bir yol tutdun – xeyirli, bərəkətli! Bir yol tutdun – dünyanı görə-görə, insanları doya-doya, duya-duya sevməyə!
    Anlar ötüb keçmədən tələşlandın, zamanın cilovunu əlindən buraxmadın!
    Yaradanın sənə səxavətlə bəxş etdiyi fürsəti əlindən qaçırtmadın! Qatarlarda, uçaqlarda uzun-uzun məsafələr qət etdin. Doğulduğun Qarabağ mahalının sirrini ellərə, aləmə açıqladın! Bu sirrin sehirli gücüylə Qarabağı dünyada tanıtdın!
    Sinənin altında “Qarabağ incisi” yatırdı! Bu “inci”nin sirrini bir Yaradan bilirdi!
    Elə ki, bu “inci” ilhamla oyanırdı, bütün oktavalarda səsin enib-qalxırdı! Səsin dağ seli kimi – oktavanı aşırdı!
    Eşq seli şahə qalxır, ürəkləri yandırırdı, yaxırdı! İnsanlar cuşa gəlir, konsert salonlarında sevinc aşıb-daşırdı!
    Bir yol tutdun – vətənin cəfasına dözməyə!
    Bir yol tutdun – vətənin ölümsüz yolçularını – savaş, əmək qəhrəmanlarını baldan şirin səsinlə mədh etməyə!
    Bir yol tutdun – qəlbinin Qarabağ sevincini səsindən doymayan ellərə ilhamla bəxş etməyə!
    Doya-doya, sevə-sevə mahnılar oxudun, “nə anandan, nə də doğma vətəndən” heç doyunca doymadın!
    Əbədi yolçuluğa gedən yollarda nələr-nələr yaşamadı o səbatlı ürəyin, nələrə, nələrə dözmədi o lətif ürəyin!
    Əzablı-əziyyətli yollarda “pəhrizkarlıq ruhu” heç vaxt səni tərk etmədi. Bu ruh sənin vücudunu nəzarətdə saxladı!
    Sarsılmaz iradən – qılıncdan iti, şaxtadan soyuq ağlına güc verdi, ağlın iradənə baş əydi, təslim oldu!
    Əbədi yolçuluğa – sonsuza gedən yolda – ölümsüz həyatın təntənəsi başladı!
    Bir yol tutdun – şəlalətək çağlayan səsinlə aləmə sevinclər bəxş etməyə!
    Bir yol tutdun – ömründən-günündən darğınlara, bəxtindən küskünlərə səsinin qüdrətiylə həyat gücü verməyə!
    Ürəyinin vətən eşqi – oxuduğun mahnıların Mahnı teatrında həyat tapacağını diktə edirdi sənə, səni sevən sirrindən xəbərsizə, səni duyan, anlamayan dünyadan xəbərsizə!
    Taxt qurdun könüllərdə – Qarabağın dərin-dərin sirlərindən qaynaqlanan səsinlə! Yaratdığın instrumental ansamblla yeni ruh, yeni nəfəs gətirdin Mahnı teatrına!
    Mahnı teatrı Bakını Novruz xonçası kimi bəzədi!
    Qeyrət damarın sənə keçilməz sədləri qeyri-adi hünərlə aşmağı öyrətdi! Elin coşqun sevgisi nur kimi, həlqə-həlqə ətrafını bürüdü!
    Bir yol tutdun – doğma vətən ətirli!
    Bir yol tutdun – laləli, qərənfilli, süsənli, sünbüllü!
    Bir yol tutdun – ürəklərin qapısından ədəblə, nəzakətlə könüllərə köçməyə!
    Bir yol tutdun – nurla, işıqla dolu bir əbədiyyət yolu!
    Bir yol seçdin özünə – dünyanın qapısından uça-uça sonsuzluğa keçməyə!
    Yazının bu yerində bir faktı xatırlatmaq istərdim…
    Dahi sənətkar Mahnı teatrını yaratmaq istədiyi ərəfələrdə Mədəniyyət Nazirliyinin dəhlizində çağırış dəvəti gözləyirdi…
    Salam verdim, başını qaldırıb xəfifcə kədər çökmüş gözüylə salamı aldı. O qədər sarsıntı, intizar və təlaş hissi keçirirdi ki, mən ordan uzaqlaşaraq dəhlizin axırına getdim…
    Onu bu vəziyyətə gətirən bəlkə məmur laqeydliyi, bəlkə də gördüyü möhtəşəm işlərin çətinliyi idi?! Bilmədim…
    Ey əbədiyyət yolçusu, rahat yat, rahat uyu!
    Təməlini Qarabağın eşqiylə qoyduğun Mahnı teatrını əziz varisin, gözümüzün işığı Rəşidə Rəşid “dişi aslan” kimi cəsarətlə qorudu, hünərlə yaşatdı!
    Möhtəşəm dünyamızın dayağı, bel sütunu İlham Heydər oğlu Əliyev cənablarının dahi sənətkarın adını daşıdığı küçədə, onun şərəfinə qoydurduğu Rəşid Behbudov heykəli Qarabağsız çətin günlər yaşayan xalqımızın yaralı ürəyinə bir təsəlli, onun sənət irsinə verilən qiymətin bariz təzahürüdür!
    Qoy uca Yaradanın xoş nəzəri – Azərbaycanın və dünyanın qeyrətli hamisi – ölkə Prezidenti İlham Heydər oğlu Əliyevin, onun cəfakeş ailəsinin və xalqımızın üstündən əskik olmasın! Amin!!!

    Böyük hörmət və ehtiramla:
    Ulduzə Süleyman qızı Nəsir,
    respublikanın Əməkdar artisti, şairə, publisist

  • Möhtərəm Prezidentimiz İlham Heydər oğlu Əliyevin ad gününə

    Cəsarətimi toplayıb Sizə, adınıza şeir yazmaq istədim, utandım, şeirə sığışdıra bilmədim Sizi – Böyük İnsan! Safsınız, məsumsunuz, mərhəmətlisiniz, eyni zamanda dövlətimizin çox ciddi rəhbəri – Prezidentisiniz. Ad gününzü təbrik etmək, ürəyimdən keçənləri yazmaq cəsarəti topladım özümdə. Hardan başlayım yazmağa, yenə də tərəddüd etdim. O qədər qollu-budaqlı, nəsilli-köklüsünüz ki… Özünüz gənc olsanız da elə ulu görkəminiz var ki… Çox sadəsiniz, səmimisiniz, bu sadəlikdə bir böyüklük yaşayır. Hamımızın öyünə biləcəyi dərəcədə elmli və savadlısınız. Siz hər dəfə sərbəst və tərcüməçiyə ehtiyac duymadan rusca, ingiliscə danışanda mən sevindiyimdən ağlayır və fəxr edirəm Sizinlə. O dillərin savadlıları gedib təzədən öz dillərininin qrammatikasını araşdırıb baxsalar sizdən öyrəniləsi çox mətləblər olduğunu görərlər. Allah Sizi qorusun, bəd nəzərdən uzaq olasınız.
    Dünyaya çox az sayda, barmaqla syılacaq qədər fenomen insan gəlir. Onlardan biri, bəlkə də birincisi, müstəqil Azərbaycan dövlətinin qurucusu rəhmətlik Ulu öndərimizdir! Mən inanıram ki, onun ruhu hər an Sizin, millətimizin və xalqımızın başınızın üstündədir. Vətəninə, xalqına, ən əsas da öz adına layiq belə şəxsiyyət yetişdirdiyi üçün böyük Yaradana şükürlər edir. “Şükriyyə” mahnısını çox sevərdi və dinlədikcə o gözəl ala gözləri yaşla dolardı Ulu öndərin.
    Mən, Sizi canımdan artıq sevirəm desəm, bu səmimiyyətimə inanın. 24 dekabr Sizin ad gününüzün tarixidir. Çox xoşbəxtəm ki, mənim də ad günüm bu tarixdədir. Amma mən bu tarixdə Sizin ad gününüzü qeyd edirəm, özümün yox. Ad gününüz mübarək, əziz və möhtərəm Prezidentim. Sağlam canla 100 il yaşayasınız! Amin!

    Qaratel Azəri,
    şairə, publisist

  • Remzi ZENGİN Hocamızın doğum gününü kutluyoruz!

    10498648_1088017144548624_2375876398071380324_o

    TOSAYAD (Tokat Şairler ve Yazarlar Derneği) Başkanı,
    Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temsilcisi

    Dilerim yüce mevlâdan
    Gözlerin yaş,
    Tekerin taş,
    Memleketin savaş görmesin.

    Cebinde bitmesin para
    Başın düşmesin hiç dara
    Dırdırı çok bir kaynana
    Başından eksik olmasın.

    Altında bir arap atı
    Gezesin hep memleketi,
    Malının bet bereketi
    Azalmasın, daim artsın.

    Duaların kabul olsun
    Mutluluğun bâki kalsın,
    Beklediğin yolcu gelsin
    Gözlerin yolda kalmasın

    Dilerim hiç çekme tasa
    Düşmeyesin derin yasa;
    Bir kel ile bir de köse
    Düğününde davul çalsın.

    Rüyaların gerçek olsun
    Dilerim hep yüzün gülsün,
    Seni sevmeyenler ölsün
    Yüz yirmi yıl yaşayasın.

    Remzi’den sana nasihat
    Adımını dikkatli at,
    Her şeye eyleme inat,
    DOĞUM GÜNÜN KUTLU OLSUN

    Ömür treni

    Uzun, kara bir katar
    Altmış vagonlu kadar
    Büyük bir hızla akar
    Geçti ömür treni

    Nice dağları aştı
    Nice tünelden geçti
    Sonunda düze erdi
    Geçti ömür treni

    Çok hızlı gidiyordu
    Makinistini yordu
    Şimdiyse artık durdu
    Göçtü ömür treni

    Artık gelmez islimi
    Düşünüyor teslimi
    As duvara resmini
    Geçti ömür treni

    Nice yolcular bindi
    Nice yolcular indi
    Düşün, son inen kimdi
    Geçti ömür treni

    Rengi sarardı soldu
    Şimdi miadı doldu
    Artık jiletlik oldu
    Geçti ömür treni

    (Tokat/17.8.2012)

  • Sənətində yaşayan rəssam

    Rəssam ruhlu doğulmuşdu, bəlkə də elə rəssam gəlmişdi dünyaya o. Hələ uşaqkən rəssamlığa meyil etmiş, fərqli duyumları, fərqli baxışları ilə yaşıdlarından seçilmiş, daxilindəki yaradıcılıq cücərtisi və bir də rənglər dünyasının sehri kiçik yaşlarından əlindən tutub sonu bəlli olmayan, sirli-sehrli bir aləmə aparmışdı onu. O da qeyri-ixtiyari ürəyinin səsinə, qəlbinin döyüntüsünə qulaq verib bu əsrarəngiz aləmə üz tutmuş, kiçik ürəyinə böyük arzularını sığışdırmış, gördüklərini, görmək istədiklərini ağ vərəq üzərinə köçürmək, bir-birindən maraqlı mənzərələr, natürmortlar, portretlər yaratmaq həvəsi cuşa gəlmişdi.
    1933-cü ildə qədim Naxçıvan diyarında kasıb, zəhmətkeş bir ailədə dünyaya göz açmışdı Məmmədəli İsmayılov. Həyatı çətinliklərlə keçən, dövrün, zamanın gərdişinə boyun əyərək ömrünü min bir əziyyətlərlə övladlarına həsr edən valideynlərini bir dəfə olsun belə incitməz, bacardığı qədər ailənin qayğısını çəkməyə can atardı. Sakit, qaradinməzliyi ilə bacı-qardaşlarından seçilər, bu rəngsiz, məşəqqətli, maraqsız dünyadan ayrılaraq daxilində al-əlvan, rəngli bir dünya təlatümə gətirər, yeknəsəq həyatını min bir rəngə çalan əlvan rənglərlə boyamaq arzusu ilə yaşayardı. Elə bu arzu onu illər sonra Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə aparır. Kasıb kənd həyatında böyüsə də, daxilən zəngin, Vətəninə, elinə bağlı olan gənc elə ilk günlərdən illərlə ürəyində gəzdirdiyi arzularının bir addımlığında dayandığını anlayaraq var qüvvəsi ilə bu aləmin dərinliklərinə baş vurur. Burada xalq rəssamı Böyükağa Mirzəzadə, Vəcihə Səmədova kimi sənət korifeylərindən sevib-seçdiyi sənətin incəliklərinə yiyələnir, elə oxuduğu illərdən də professional sənətə qədəm qoyur. Az bir müddətdə müəllimlərinin hörmətini qazanan Məmmədəli İsmayılov 1964-cü ildə buranı əla qiymətlərlə başa vuraraq doğma torpağına üz tutur. Doğulub boya-başa çatdığı qədim Naxçıvan torpağının əzəmətli qayaları, yaşıl ormanları, laləli dağları hələ uşaqlıqdan məftun etmişdi onu. Bəlkə də rəssamlığa olan marağı da burdan qaynaqlanmışdı elə.
    Gördüklərini kətan üzərində ustalıqla əks etdirmək bacarığı ona Tanrı vergisi idi. Sevən ürəyi və bir də doğma torpağının gözəl təbiəti rəssamın hər bir əsərinə həyat bəxş edir, estetik gözəllik yaradırdı. Naxçıvan torpağı rəssamın yaradıcılığında bütün əlvanlığı, gözəlliyi ilə tərənnüm olunur, təbiətin bu lətif gözəlliyi, insanların torpağa bağlılığı, onu əkib-becərmək, qurub-yaratmaq istəyi rəssama ilham verir, bir-birindən gözəl sənət lövhələri yaratmağa ruhlandırırdı.
    “Xalxal”, “Batabat”, “Kültəpə”, “Uzunoba”, “İlanlıdağ”, “Badamlı dağları” əsərlərində güllü-çiçəkli çəmənləri, axarlı-baxarlı kəndləri, bərəkətli çölləri, vüqarlı dağları özünəməxsus tərzdə vəsf edən rəssam “Tarladan gələn qızlar”, “Gərgin əməkdən sonra”, “Sağıcı qız”, “Dəyirman kombinatı”nda isə insan həyatının ayrılmaz hissəsi olan, ona şan-şöhrət gətirən, onu ucaldan əməklə qazanılan çörəyin müqəddəsliyini, halallığını tamaşaçısına ustalıqla çatdıra bilmişdir.
    Daxili mədəniyyətə, sərrast gözə, dəyərləndirmək bacarığına, yüksək yumor hissinə, özünəməxsus düşüncə tərzinə, yüksək intellektual səviyyəyə malik olan Məmmədəli İsmayılov hər bir əsərində incə mətləbləri üzə çıxarmağı, öz sözünü rənglərin dili ilə deməyi bacaran rəssamlarımızdandır. O, zaman-zaman yadelli işğalçıların basqınına məruz qalan, lakin əyilməyən, Əmir Teymuru belə heyrətləndirən alınmaz “Əlincə qalası” əsərində o vüqarı, o əzəməti çox böyük qürurla, fəxrlə təsvir etmişdir. Yaradıcılığının əsas mövzusu, qayəsi Vətən sevgisi, ana təbiətə bağlılıq olan rəssamın böyük sevgi və məhəbbətlə, eyni zamanda heyranlıqla vəsf etdiyi mənzərə tablolarında sanki bulaqların həzin şırıltısı, saralmış yarpaqların asta pıçıltısı, güllərin-çiçəklərin xoş ətri duyulur.
    Xalq rəssamı Mikayıl Abdullayevin fərdi təsvir manerası ilə Səttar Bəhlulzadəni xatırladan Məmmədəli İsmayılovun yaradıcılığı ilə yaxından tanış olduqdan sonra “Səttar dirilib ki…, Bu Səttar Bəhlulzadə deyil, onun kimi təbiət aşiqi olan Məmmədəlidir, sənətin ikinci Səttarıdır” – deməsi onun sözün əsl mənasında istedadlı, güclü rəng duyumu, geniş dünyagörüşü, yaradıcılıq axtarışları, tapıntıları, rənglərdə duyulan ürək çırpıntıları ilə zəngin bir rəssam olduğunu təsdiqləyir.
    Rəssamın çəkdiyi mənzərələrlə doğma yurdun seyrinə çıxmaq, bu yerlərə bələd olmayan insanlara bələdçilik etmək olar. Vətəninin torpağına, daşına əsərlərində həyat bəxş edən, yaşamaq vəsiqəsi verən rəssam üçün bu yerlərin təbiəti tükənməz ilham mənbəyi, mövzu çeşməsidir. Təkcə doğma diyarının təbiətini deyil, onun ölməz sənət incilərini, tarixi abidələrini öz fırçasında yaşadan, muxtar respublikada gedən quruculuq işlərini yaradıcılığının əsas mövzularından biri hesab edən rəssam “Beton zavodu”, “Vayxır”, “Yuva”, “Sirab gölü”, “Çoban” kimi əsərlərində əməyin romantikasını bütün parlaqlığı ilə tərənnüm etmişdir.
    Rəng, forma, məzmun, kolorit, işıq-kölgə və başqa ifadə cəhətlərindən düzgün, yerində istifadə etməklə rəssam bir-birindən fərqli, dəyərli, mükəmməl sənət əsərləri yaratmışdır. Onun “Payız”, “Yol ayrıcında”, “Qoruqlar’, “Şum”, “Bahar” əsərlərində klassik Azərbaycan miniatür sənətinin inciləri duyulur.
    “Vəhşilərin əməli”, “Mən insanam”, “Qanlı torpaq”əsərlərində isə dünyada baş verən siyasi hadisələrə, erməni qəsbkarlarına qarşı münasibətini bildirərək hər bir Vətən övladını öz torpağı, milləti, xalqı uğrunda mübarizəyə səsləyir.
    Geniş yaradıcılıq diapazonuna malik, milli adət-ənənələrimizi, dəyərlərimizi qoruyan, insan və təbiəti həmişə vəhdətdə təsvir edən Məmmədəli İsmayılov əsərlərində göy, bənövşəyi, firuzəyi, yaşıl rənglərə üstünlük verərək canlılıq, təbiətə yaxınlıq eyni zamanda göz oxşayan harmoniya yaradır.
    Böyük bacarıqla tematik janrda işləyən, mənzərə, natürmort, portret janrında müəllifinin fırçasından çıxan çoxsaylı əsərlər qədim Azərbaycan torpağının epik obrazının ifadəsidir. Milli etnoqrafiyamızı rənglərin vasitəsilə yaradan rəssamın yaradıcılığında tematik tablolar, portretlər, mənzərələrlə yanaşı teatr dekorasiyaları da mühüm yer tutur. Belə ki, o 1964-cü ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirdikdən sonra C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Dram Teatrında işə başlayaraq M.S.Ordubadinin “Beş manatlıq gəlin”, H.Elsevərin “Vüqarlı gözəl”, şair, dramaturq R. Muxtarovun quruluş verdiyi “Dovşanın ad günü”, İ.Əfəndiyevin “Sən həmişə mənimləsən”, A.Babayevin böyük rəssam Bəhruz Kəngərlinin həyatından bəhs edən “Yarımçıq şəkil” və s. tamaşalara tərtibat vermişdir.
    Naxçıvanın dilbər guşələrini, təbiətinin özünəməxsusluğunu, bərəkətli torpaqlarımızın yetirdiyi bol nemətləri, qədim diyarın tarixi və əski mənzərələrini məharətlə vəsf edən rəssam yaradıcılığında natürmort janrı ilə yeni bir zirvəni fəth edir. Onun “Nənəmin süfrəsi” əsəri bunun bariz nümunəsidir.
    Əməkdar rəssam Məmmədəli İsmayılov çağdaş Azərbaycan təsviri sənətində öz dəst-xətti, özünəməxsus yaradıcılığı olan, öz daxili aləmini, gözəllik duyğularını sarıldığı fırçası ilə ifadə edən, gördüklərindən, təbiətin möcüzələrindən heyrətlənən, eyni zamanda çəkdikləri ilə də öz tamaşaçısını heyrətləndirməyi bacaran sənətkar idi.
    Yaratmaq həvəsi ilə yaşayan və yaratdığı hər bir əsərinə yaşamaq vəsiqəsi verməyə çalışan və çox zaman da işgüzarlığı, inadkarlığı, zəhmətsevərliyi sayəsində buna nail olan Məmmədəli İsmayılov bu gün böyük ustalıqla, məharətlə yaratdığı doğma torpağının vüqarlı dağlarında, al-əlvan təbiətinin qoynunda, güllü-çiçəkli çöllərində, bağlı-bağatlı bağçalarında, ən əsası isə onu tanıyanların qəlbində yaşayır.

    Mehparə ƏLİYEVA,
    “Respublika”.

  • Müstəqil dövlətin müstəqil rabitəsi olmalıdır

    Ümummilli liderimiz Heydər Əliyev Azərbaycana rəhbərliyinin bütün dövrlərində öz xalqına sonsuz məhəbbət və qurub-yaratmaq amalı ilə yaşamışdır. Özünün zəngin və mənalı həyatı boyu daim xalqını düşünmüş, onun xoşbəxt gələcəyini təmin etmək üçün böyük fədakarlıq göstərmişdir. Heydər Əliyev öz şərəfli və möhtəşəm fəaliyyəti ilə müasir, müstəqil Azərbaycan dövlətini yaratdı, onun gələcək inkişaf istiqamətlərini müəyyən etdi. Ulu öndərimiz tərəfindən o dövrdə təməli qoyulmuş güclü iqtisadiyyatın nəticəsidir ki, bu gün müstəqil Azərbaycan qısa bir zaman kəsiyində bütün sahələrdə, o cümlədən rabitə sektorunda da yüksək inkişafa nail olmuşdur. Pillə-pillə inkişaf edən Azərbaycanın rabitə sektoru bu gün özünün ən yüksək dinamik inkişaf mərhələsindədir. Rabitə və yüksək texnologiyalar sahəsində əldə olunmuş bütün uğurların təməlində ölkəyə rəhbərliyinin hər iki dövründə bu mühüm sahəyə göstərdiyi xüsusi diqqət və qayğı dayanır. “Müstəqil dövlətin müstəqil rabitəsi olmalıdır”, – deyən ulu öndər Heydər Əliyev Azərbaycan rabitəsinin müasir dünya standartları səviyyəsində olması və beynəlxalq aləmə inteqrasiyası üçün məqsədyönlü tədbirlər həyata keçirmişdir. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən təməli o illərdə qoyulmuş işlərin bariz təzahürüdür ki, bu gün müstəqil Azərbaycan ən müasir data mərkəzi, kosmik sənayesi olan ölkədir, yüksək texnologiyaları və innovasiyaları ilə regionun lider dövlətidir.
    Bu yaxınlarda Azərbaycan rabitəsinin 135 illik yubileyi ərəfəsində Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən “Azərbaycan Telefon Rabitəsi 135 il” jurnalı işıq üzü gördü. Üç dildə, Azərbaycan, rus və ingilis dillərində nəfis şəkildə çap olunmuş jurnalda ölkə rabitəsinin inkişaf tarixi, Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə, həm Sovetlər Birliyi dönəmində, həm də müstəqillik illərində ölkə rabitəsinin inkişafı ilə bağlı gördüyü işlər, həyata keçirdiyi məqsədyönlü tədbirlər və Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu sahədə son illər əldə olunmuş uğurlar öz əksini tapmışdır.
    Dünyada telefonun ixtirasından cəmi 4 il sonra Şərqdə bir çox ilklərə imza atan Azərbaycanda telefon rabitəsinin tətbiqinə başlanılıb. 1880-ci ilin dekabrında “Qafqaz və Merkuri” Paroxod Cəmiyyəti Azərbaycanda ilk telefon xəttini inşa edib.
    Xətt cəmiyyətin həmin dövrdə “Naberejnaya” küçəsində (indiki Neftçilər prospekti) yerləşən baş kontoru ilə Bakı limanındakı “Kaspi” neft cəmiyyətinin binasını birləşdirib.
    Telefon çəkilişinə icazə alınması, inşası, istifadə qaydaları və s. məsələlər İmperator III Aleksandrın 27 fevral 1881-ci il tarixli “Telefon rabitəsinin qurulması qaydaları” (“Pravila ob ustroystve telefonnıx soobheniy”) fərmanı ilə tənzimləndiyi üçün yalnız bu tarixdən sonra çəkilişinə icazə verilmiş xətlər qanuni hesab edilir.
    1881-ci ilin yanvar ayında “Nobel Qardaşları Cəmiyyəti” telefon çəkilişinə icazə almaq məqsədilə Bakı qubernatoru general-leytenant Pozenə müraciət edib və fevralın 18-də onlara icazə verilib. Həmin il noyabr ayının 23-də, yeni stillə dekabrın 6-da Azərbaycanda uzunluğu 6 km olan və “Nobel Qardaşları Cəmiyyəti”nin baş kontoru ilə sədr və baş mühəndisin evlərini birləşdirən ilk telefon xətti istismara verilib. (Qeyd edək ki, yeni stil dedikdə 1917-ci ildə Rusiyada baş verən inqilabdan sonra tətbiq olunan yeni təqvim nəzərdə tutulur ki, bu təqvimlə köhnənin arasında 13 gün fərq yaranır).
    Rəsmi olaraq Azərbaycanda telefon rabitəsinin yaradılması bu tarixdən hesablanır.
    Azərbaycan Demokratik Respublikası (ADR) dövründə, əsasən, dövlət quruculuğu, ordunun formalaşdırılması və s. əhəmiyyətli məsələlər ön plana çəkildiyi üçün Rusiya imperiyasından miras qalmış rabitə sahəsinə xüsusi diqqət yetirilməyib. Amma bu dövrdə Azərbaycan rabitəsinin ilk rəsmi dövlət orqanı olan Poçt və Teleqraf Nazirliyi yaradılıb.
    Bu dövrdə rabitə obyektlərinin bərpası, Azərbaycanla qonşu dövlətlər arasında rabitə əlaqələrinin yaradılması işləri həyata keçirilib. Rabitə sahəsində kadrların hazırlanması işinə də xüsusi diqqət yetirilib.
    Sovet hakimiyyəti illərində Azərbaycan rabitəsi müxtəlif inkişaf dövrü keçib.
    Bu dövrlər ərzində rabitə sahəsində müəyyən işlər görülsə də, 60-cı illərdə respublikamız bu sahədə İttifaqın digər respublikalarından çox geri qalıb. Yalnız 1969-cu ildə Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başladıqdan sonra digər sahələrlə bərabər, rabitə də davamlı inkişaf yoluna qədəm qoyub.
    Keçən əsrin 70-ci illərinin əvvəllərinə aid mənbələrin araşdırmalarının nəticələri göstərir ki, Heydər Əliyev respublika iqtisadiyyatının inkişafında nəqliyyat və rabitə sahəsinin roluna xüsusi əhəmiyyət verib. Heç təsadüfi deyil ki, ulu öndər hakimiyyətə gəlişinin elə ilk aylarında respublika və dünya üzrə rabitə sahəsindəki mövcud vəziyyətin, inkişaf tendensiyalarının, ölkəmizdə rabitənin inkişaf imkanlarının araşdırılması və yaxın gələcək üçün görüləcək işlər haqqında layihə sənədinin hazırlanması barədə tapşırıq verib. Hakimiyyətə gəlişindən bir il sonra, 1970-ci il iyun ayının 24-də hazırlanmış “Respublikada rabitə vasitələrinin vəziyyəti və gələcək inkişafı haqqında” sənədi Kommunist Partiyası Mərkəzi Komitəsinin bürosunda müzakirəyə çıxarılır və sənəd qəbul edilir.
    Heydər Əliyevin rəhbərliyi ilə Mərkəzi Komitədə təsdiq olunmuş bu sənədin ən əhəmiyyətli cəhətlərindən biri mövcud vəziyyətin real qiymətləndirilməsi olub. Sənəddə, bu sahədə vəziyyətin orta Ümumittifaq göstəricilərdən xeyli aşağı və qeyri-qənaətbəxş olması qeyd edilir. Məsələn, göstərilir ki, respublikada sovxozlar 50%, kolxozlar isə cəmi 25% telefonlaşıb, rayon və kənd yaşayış məntəqələrində quraşdırılan stansiyaların böyük əksəriyyəti əllə kommutasiya olunan köhnəlmiş sistemlərdir və s.
    Qeyd etmək lazımdır ki, bu sənəd mahiyyətcə rabitə sahəsi üzrə İnkişaf Proqramı olmaqla bərabər, həm də bir Fəaliyyət Planı idi. Sənəddə sahənin inkişaf strategiyasının müəyyənləşdirilməsi ilə bərabər, konkret iş qrafiki, məsul icraçı tərəflər, müddətlər, maliyyə mənbələri və s. göstərilirdi. Eyni zamanda sənəddə 1971-75-ci illərdə 16 rabitə qovşağı üçün binaların tikilməsi, şəhərlərin icraiyyə komitələri tərəfindən ATS binalarının inşa edilməsi, o cümlədən Bakıda hər il 1 ATS binasının tikilməsi, Rabitə Nazirliyi tərəfindən ATS avadanlıqlarının alınması və texnoloji avadanlıqların inşası, bütün bunlar üçün lazımi vəsaitin ayrılması və digər mühüm tədbirlərin həyata keçirilməsi kimi məsələlər yer alır.
    Beləliklə, 1976-cı ildə təkcə Bakı telefon şəbəkəsinin gücü 1927-ci illə müqayisədə 20 dəfədən çox artıb və telefon Azərbaycan əhalisinin məişətinin ayrılmaz hissəsinə çevrilib.
    1970-80-ci illərdə rabitənin inkişafı təkcə Bakı şəhəri ilə məhdudlaşmayıb, respublikanın digər bölgələrini də əhatə edib. Bu illərdə Gəncədə beşmərtəbəli xüsusi rabitə binası istifadəyə verilib, orada 8 min nömrəlik ATS, şəhərlərarası ATS, teleqraf və radio avadanlıqları quraşdırılıb, Sumqayıtda 9 min nömrəlik ATS, Naxçıvanda 5 min nömrəlik ATS inşa edilməklə yanaşı, digər şəhər və rayonlarda, kənd və qəsəbələrdə də ATS tikintisi aparılıb.
    Rabitə Nazirliyinin 1974-1980-ci illərdə öhdəsinə ümumi gücü 164,4 min nömrəlik ATS-lərin tikintisi və montajı məsələləri qoyulub. Bununla əlaqədar qurumda yeni ATS-lərin tikintisi və istismara verilməsi planı təsdiq edilib ki, bu da rabitə sahəsində yeni nailiyyətlər əldə etməyə imkan verib.
    Həmin illərdə poçt, teleqraf və teleradio proqramlarının yayımı sahələri də diqqətəlayiq inkişaf yolu keçib. Bakıda Dəmir yolu yanı Poçtamt binasının, Rabitə evinin, onlarla rayon mərkəzində rabitə qovşaqları üçün binaların, respublikanın müxtəlif bölgələrində 300-dən çox poçt şöbəsi binasının tikintisi o dövrdə reallaşıb.
    1980-ci ildə respublikada montaj olunmuş telefon stansiyalarının tutumu 279,1 min nömrə, o cümlədən bunların 274,12 mini ATS sistemli olub.
    Şəhər telefon şəbəkəsinin abunəçilərinin ümumi sayı 234,7 min olub ki, bu da 1975-ci ilə nisbətən 1,4 dəfə çox olub.
    1979-cu ildə Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış komissiya tərəfindən Bakıda – köhnə Teleqüllənin yaxınlığında tikilməsi nəzərdə tutulan 310 metrlik Yeni Teleqüllənin layihəsi təsdiq edilib və 1981-ci ildə obyektin tikintisinə başlanıb. Buna baxmayaraq, bir sıra obyektiv və subyektiv səbəblər üzündən Yeni Teleqüllənin istismara verilməsi ləngidilsə də, ümummilli liderimiz Heydər Əliyevin respublikamıza ikinci dəfə rəhbərlik etdiyi dövrdə—1996-cı ildə xalqımızın istifadəsinə verilib.
    Məlum səbəblərdən 1985-1993-cü illərdə rabitənin inkişaf sürəti kəskin zəifləyib.
    Lakin 1993-cü ildə Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra ölkə rabitəsinin inkişafı yenidən prioritet sahələrdən birinə çevrilib və rabitənin inkişafında yeni bir mərhələ başlayıb. Ölkə rəhbərinin müdrik siyasəti nəticəsində tədricən bərqərar olan siyasi və iqtisadi sabitlik şəraitində respublikaya xarici investorlar cəlb olunub, rabitə sahəsinin inkişafında əsl dönüş də bundan sonra başlayıb.
    1993-cü ildən başlayaraq xarici rabitə şirkətləri tərəfindən Bakıda, Sumqayıtda, Gəncədə və digər bölgələrdə müasir elektron tipli ATS-lər qurulub. “Aztelekom” İstehsalat Birliyində 2000 kanallı Beynəlxalq Telefon Stansiyası, 6150 kanallı respublikadaxili Şəhərlərarası Telefon Stansiyası, ilk mobil rabitə xidməti göstərən “Bakcell”, “Azərcell” və digər birgə müəssisələr yaradılıb.
    Heydər Əliyevin diqqət və qayğısı sayəsində 1998-ci il rabitədə daha bir yeni səhifə açılıb. Həmin il ərzində respublikamızda 108 min nömrəyə yaxın tutuma malik elektron tipli müasir ATS-lər qurulub və istifadəyə verilib.
    1993-2003-cü illərdə görülən işlər nəticəsində ölkənin telefon şəbəkəsinin 48,4 faizi, o cümlədən Naxçıvan Muxtar Respublikasının telefon şəbəkəsi 100 faiz elektronlaşdırılıb, əsas telefon aparatlarının sayı 1991-ci ildəki 611,5 min ədəddən bir milyon ədədə çatdırılıb, respublikamız Trans-Asiya-Avropa kabel magistralına qoşulub, Bakıətrafı kənd və qəsəbələrin hamısı telefonlaşdırılıb, bütün bölgələrin yaşayış məntəqələri telefon rabitəsi ilə təmin olunub, ölkə ərazisində internet xidmətlərindən istifadə etmək imkanı yaradılıb, telefon rabitəsi şəbəkəsində stansiyalararası rabitənin 80 faizi rəqəmli texnologiyalar əsasında təşkil edilib.
    Azərbaycanda internet rabitəsinin inkişafı da Heydər Əliyevin bu sahədə müəyyənləşdirdiyi siyasətin əsas istiqamətlərindən biri olub. 1993-cü ildə Azərbaycanın yüksək domen adı – “.az” domeni ICANN-da (İnternetdə Domen Adların və ünvanların Verilməsi Təşkilatı) qeydiyyata alınıb və bir il sonra ölkədə internet saytları yaranmağa başlamışdır. Azərbaycan bir çox sahəvi beynəlxalq təşkilatlara, o cümlədən Beynəlxalq Telekommunikasiya İttifaqına (1992) və Ümumdünya Poçt İttifaqına (1993) üzv qəbul edilib.
    Ölkədə İKT sahəsinin qanunvericiliyinin formalaşdırılmasına başlanılıb. 20 iyun 1997-ci il tarixli “Rabitə haqqında” və 3 aprel 1998-ci il tarixli “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının qanunları sahə üzrə ilk əsas qanunvericilik aktları olub.
    XX əsrin sonlarında, XXI əsrin əvvəlində Azərbaycanda rabitənin inkişafı istiqamətində atılmış ən mühüm addımlardan biri ulu öndər Heydər Əliyevin 17 fevral 2003-cü ildə “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiyanın (2003-2012-ci illər)” təsdiq edilməsi haqqında sərəncamı olub və bu dövr ərzində respublikada İKT sahəsində reallaşdırılan siyasət məhz bu strategiyanın üzərində qurulub.
    Heydər Əliyevin “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya”nı (2003-2012-ci illər) təsdiq etməsi ilə ölkəmiz BMT-nin müəyyən etdiyi Minilliyin tələblərinə müvafiq olaraq İKT sahəsi üzrə Milli Strategiya qəbul edən ilk ölkələr sırasında qərarlaşıb. Cənubi Qafqazda isə birinci olub.
    İlk dəfə olaraq məhz bu sənəddə innovasiyayönlü inkişaf və biliklər iqtisadiyyatının formalaşdırılması zərurəti önə çəkilib. Bu strategiya İKT sahəsində həyata keçirilən fəaliyyətin əsas istiqamətlərini müəyyən edib və onun həyata keçirilməsi ölkədə informasiya cəmiyyətinin bərqərar olmasına əlverişli zəmin yaradıb.
    Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kursu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu gün sürətlə inkişaf edən müasir dövlətdir və iqtisadi inkişaf templərinə görə dünya miqyasında lider ölkələrdəndir.

    Hazırladı:
    Əli SADIQOV,
    “Respublika”.

  • Mədəniyyətimizin beynəlxalq aləmdə təbliğində birinci xanım Mehriban Əliyevanın müstəsna xidmətləri

    Təşkilat Komitəsinə rəhbərlik etmiş Mehriban Əliyevanın böyük fəaliyyətini xüsusilə yüksək qiymətləndirirəm. O, bu oyunların keçirilməsinə çox böyük töhfə vermişdir. Deyə bilərəm ki, bu Oyunların bu səviyyədə keçirilməsinə öz canını qoymuşdur.
    (Birinci Avropa Oyunlarında qalib gəlmiş idmançılar, onların məşqçiləri, idman ictimaiyyətinin nümayəndələri və xarici tərəfdaşlarla görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin nitqindən.)
    Azərbaycanın çox minillik zəngin tarixində xanımlarımız həmişə öz müdrikliyi, kamilliyi, ərlərinin yanında olaraq qəhrəmanlığı, sülhsevər missiyaları ilə fərqlənib və qoca Şərqin ən parlaq qadın obrazlarını yaradıblar. Nağıllarımızda, dastlanlarımızda, yazılı ədəbiyyatımızda, tarixi sənədlərimizdə bizə bəlli, kifayət qədər zəngin və kamil qadın şəxsiyyətlərimiz var.
    Lakin müasir dövrümüzdə – XXI əsrin əvvəllərində ölkənin birinci xanımı, taleyinə ümummilli liderimiz Heydər Əliyevin soyadını daşımaq nəsib olmuş Mehriban Əliyevanın çoxsahəli və dolğun fəaliyyəti ilə bu missiya daha da zənginləşdi və özünün ən yüksək zirvəsinə çatdı. Bu gün mübaliğəsiz demək olar ki, o, dünyanın ən tanınmış görkəmli xanımlarından biri və birincisidir. Onun çoxsahəli ictimai-siyasi fəaliyyətində UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Azərbaycan Milli Məclisinin deputatı, Heydər Əliyev Fondunun prezidenti və başqa bu kimi məsuliyyətli və fəxr ediləsi missiyalar əsas yer tutur.
    Mehriban xanım Əliyeva 1995-ci ildə Azərbaycan Mədəniyyətinin Dostları Fondunun və 1996-cı ildə Azərbaycan, ingilis və rus dillərində işıq üzü görən “Azərbaycan-İrs” jurnalının təməlini qoyub. 2002-ci ildə Azərbaycan Gimnastika Federasiyasının prezidenti, 2004-cü ildə Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin və Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, 2013-cü ildə isə partiya sədrinin müavini seçilib.
    2004-cü ildə şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsinə görə UNESCO-nun, çoxşaxəli, genişmiqyaslı fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, təhsilə və islam dəyərlərinə verdiyi töhfələrə görə isə 2006-cı ildə İSESCO-nun xoşməramlı səfiri adına layiq görülüb. Mehriban xanım Əliyeva 2005, 2010 və 2015-ci illərdə 3 dəfə dalbadal 14 saylı Xəzər seçki dairəsindən Milli Məclisə deputat secilib.
    Onun 2004-cü ildə təsis və rəhbərlik etdiyi Heydər Əliyev Fondu dünyaşöhrətli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsi, onun yaratdığı milli dövlətçilik ideyalarının yeni nəsillərə çatdırılması və inkişaf etdirilməsi istiqamətində misilsiz işlər görür. Mehriban xanım Əliyeva eyni zamanda Azərbaycan-Amerika, Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun rəhbəri, “Muğam” jurnalının təsisçisidir.
    Azərbaycan mədəniyyətinin böyük himayədarı Mehriban xanım Əliyevanın ardıcıl səyləri nəticəsində UNESCO-nun xətti ilə Azərbaycanın tarixi abidələri, muğamlar, qopuz yaddaşımızın nişanəsi olan saz, tar dünyanın maddi-mədəni inciləri sırasına yazıldı. Ötən əsrin 20-ci illərində “Oxuma, tar” qadağası ilə öz yaddaşına qənim kəsilənlər böyük Üzeyir bəy Hacıbəyovun, Müslüm Maqomayevin və Mikayıl Müşfiqin, 50-ci illərdə isə Azərbaycanın birinci xanımının babası, professor Nəsir İmanquliyevin “Oxu, tar, səni kim unudar” nidası, Sadıqcanın, Əhsən Dadaşovun nadir ifaları, əsl sahibinin möhürünün vurulması faktı ilə Heydər Əliyev Fondunun prezidentinin adına yazıldı. Mehriban xanım Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və UNESCO-nun Baş katibi Koişiro Matsuuranın xeyir-duası ilə Dənizkənarı Milli Parkda Muğam Mərkəzinin təməlini qoydu.
    Birinci xanımın xalqımız və dövlətimiz üçün gördüyü ən böyük işlərdən biri və bəlkə də birincisi onun Bakıda keçirilən ilk Avropa oyunlarında Təşkilat Komitəsinə rəhbərlik etməsidir. Təsadüfi deyil ki, ölkə Prezidenti İlham Əliyev 29 iyun 2015-ci il tarixli sərəncamı ilə Mehriban Əliyevanı Azərbaycan Respublikasında mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və I Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə “Heydər Əliyev” ordeni ilə təltif etmişdir.
    “Bakı-2015”-in 17 oyun günü, maraqlı və gərgin keçən yarışlar, idmançılarımızın parlaq çıxışı Azərbaycan xalqının ürəyincə oldu. Azərbaycan ötən 17 gündə 21 qızıl medal sevinci yaşayıb. Biz bu göstəriciyə görə yalnız Rusiyadan geri qalaraq ikinci yerə çıxdıq. Avropanın 49 ölkəsindən 48-ni geridə qoyaraq qitə ikincisi olmaq doğrudan da böyük şərəfdir.
    Bağlanış mərasimində tamaşaçılar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi, xanımı, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanı, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkini, Bolqarıstan Prezidenti Rosen Plevneliyevi, Rusiya Dövlət Dumasının sədri Sergey Narışkini, Lixtenşteyn parlamentinin sədri Albert Friki, Avropa Olimpiya Komitəsinin, Beynəlxalq Olimpiya Komitəsinin nümayəndələrini, Avropa Olimpiya ailəsinin üzvlərini hərarətli alqışlarla salamladılar.
    Tədbirdə birinci xanım Mehriban Əliyeva çıxış edərək dedi ki, ilk Avropa oyunları başa çatır. Ötən 17 gün Azərbaycanın tarixində əlamətdar və yaddan çıxmaz günlər oldu. Son 17 gün ərzində biz Avropa dövlətləri arasında birliyin, həmrəyliyin və dostluğun şahidi olduq.
    Mən oyunlara və atletlərə verdiyi böyük dəstəyə görə Azərbaycan xalqına və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığımı bildirmək istəyirəm.
    Bütün xalq öz atletləri ilə qürur duyur. Onlar bütövlükdə 56 medal, o cümlədən 21 qızıl medal qazanmış, ümumi medallar cədvəlində isə ikinci yeri tutmuşlar. Azərbaycan atletləri, Sizin uğurunuz gələcək nəsillər üçün bariz nümunədir.
    Daha sonra Mehriban xanım dedi ki, son 17 gün hər zaman xatirimizdə qalacaq. O, nəsillərə qalacaq, tariximizin yaddaqalan məqamı olacaq.
    Atletlər, sağ olun!
    Dostlar, sağ olun!
    Azərbaycan, sağ ol!
    Möhtəşəm tədbirdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir ki, mən bu gün Təşkilat Komitəsinin fəaliyyətini xüsusi qeyd etmək istəyirəm. Çünki Təşkilat Komitəsinin çox böyük və gərgin fəaliyyəti olmuşdur. Təbii ki, ictimaiyyət tam şəkildə bu fəaliyyətin nədən ibarət olduğunu bilə bilməz. Çünki Təşkilat Komitəsinin tədbirləri mütəmadi qaydada keçirilirdi. Ancaq ictimaiyyətə o qədər də geniş məlumatlar verilmirdi. Hər bir xırda məsələ üzrə bütün işlər ən yüksək səviyyədə görülmüşdü və məhz buna görə Oyunların keçirilməsində heç bir problem yaşanmadı.
    Mən Təşkilat komitəsinin tərkibini müəyyən edərkən tam əmin idim ki, bu tərkibdə bu Komitə ən yüksək nəticə göstərə bilər. Çünki burada həm təcrübə, həm peşəkarlıq və ən önəmlisi xalqa, dövlətə sevgi, məhəbbət var idi və var. Bu, ümumiyyətlə ölkəmizin əldə etdiyi uğurların əsas şərtidir. Bəzən məndən soruşurlar ki, Azərbaycan sürətlə inkişaf edir, baxmayaraq bölgədə, dünyada, bizim qitədə yaşanan proseslər o qədər də ürəkaçan deyil, nədir bunun sirri?
    Bu barədə çox danışmaq olar. Ancaq mən hesab edirəm əsas məsələ ondan ibarətdir ki, biz dövlətimizi, xalqımızı hər şeydən çox sevirik.
    İki il bundan qabaq (2014-cü il) Mehriban xanımın ad günü öncəsi Rusiyanın nüfuzlu “Moskovski komsomolets” qəzetində Janna Qolubitskayanın Azərbaycanın birinci xanımının yubileyinə həsr olunmuş “Mehriban Əliyeva həm öz ölkəsi, həm də başqa ölkələr üçün çox iş görür” sərlövhəli məqaləsi dərc edilib.
    Məqalədə deyilir ki, avqustun 26-da Azərbaycan Prezidenti İlham Əliyevin xanımı 50 illik yubileyini qeyd edir. Bu zərif, gənc qadını görəndə inanmaq çətindir ki, o, həqiqətən yarım əsrlik yubileyini qeyd edir, özü isə üç nəvənin nənəsidir! Heydər Əliyev Fondu yaradılandan bəri ona Azərbaycanın birinci xanımı rəhbərlik edir. Bu il may ayında fondun da 10 illiyi qeyd olundu. Bu illər ərzində fondun köməyindən təkcə doğma Azərbaycan deyil, Rusiya və digər dövlətlər də bəhrələniblər.
    Mehriban Əliyeva Azərbaycanın birinci xanımı olmaqla bərabər, həm də dünyada ali dövlət təltiflərinə layiq görülmüş ilk qadındır. Axı Azərbaycan Prezidentinin xanımı fondun rəhbəri olmaqla həm öz ölkəsi, həm də başqa ölkələr üçün çox iş görür. Məsələn, avqustun 21-də Mehriban Əliyeva Küveyt Dövlətinin Qadın Məsələləri üzrə Komitəsinin sədri Şeyxa Lətifə Əl-Fəhd Əl-Səlim Əl-Sabahın imzaladığı Fəxri diplom ilə təltif edilib. Bu, Küveyt qadınlarının adından xarici ölkənin ictimai-siyasi xadiminə, üstəlik əcnəbi qadına verilən ilk mükafatdır.
    Bu il birinci xanımın ad günü ərəfəsində yenə şad xəbər aldıq. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Bolqarıstanın Veliko Tırnovo şəhərinin fəxri vətəndaşı seçilib.
    Bu gün mənəvi sərvətlərimizin, xüsusən də kökü çox dərinlərə işləmiş muğam sənətimizin, Novruz bayramının, İçərişəhərin, Qobustanın, milli xalçalarımızın, tarın, Qız qalasının və s. bu kimi Azərbaycan rəmzi olan adət və ənənələrimizin, tarixi yaddaşlarımızın, milli rəmzlərimizin dünyada tanınması, təbliğ olunması və sevilməsi məhz Mehriban xanımın bu sahəyə göstərdiyi diqqəti sayəsində olmuşdur. Uşaqların, yeniyetmə gənclərin, gənc istedadların vətən və xalq üçün yetişməsi və tərbiyə olunması onun humanist və xeyirxah missiyasının aparıcı xəttidir. Bu, vətənə, xalqa şərəflə xidmət etməyin ən bariz nümunəsidir. Hələ illər öncə “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi də uğurla həyata keçirildi. Ölkənin çox bölgələrində Avropa standartlarına cavab verən məktəblər, uşaq bağçaları tikilib istifadəyə verildi və işlər bu gün də davam etdirilir. Bütün bunlar məhz Heydər Əliyev Fondunun göstərdiyi birbaşa köməyin, qayğının sayəsində başa gəlmişdir. Yaradılmış yeni mühitdə xalq ruhunun, milli təfəkkürün formalaşması və inkişafı mütəmadi olaraq davam etdirilir. Bu xəttin uğurla inkişaf etdirilməsi qüdrətli dövlət başçısı İlham Əliyevin ölkədə yaratdığı sabitliyin, öz axarına saldığı rahat, mədəni həyat tərzinin, apardığı böyük quruculuq işlərinin, işıqlı sabahlara doğru inamla addımlaması sayəsində mümkün olmuşdur.
    Birinci xanımın zəngin, səmərəli fəaliyyətinə dünya dövlətləri, beynəlxalq təşkilatlar tərəfindən verilən ordenləri, təltifləri, mükafatları saymaqla qurtaran deyil: “Yüzilliyin mesenatları” Beynəlxalq Fondunun “Yaqut Xaç” ordeni, Polşa Respublikasının “Xidmətlərə görə”, Fransa Respublikasının “Şərəf legionu” ordeni, UNESCO-nun “Qızıl Motsart” medalı, Rusiya Federasiyasının İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin fəxri professoru, Pakistanın “Şəhid Bənazır Bhutto Qadın Mükəmməlliyi Mükafatı – 2013”, Azərbaycanın “Heydər Əliyev” ordeni
    Lakin Mehriban xanım Əliyevanın ən böyük mükafatı Azərbaycan xalqının, bütövlükdə isə bəşəriyyətin işıqlı, mütərəqqi insanlarının sevgisi, ehtiramıdır…

    Nəriman CAVADOV,
    “Respublika”.

    “Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün”.

  • Atatürk Mərkəzində gənc şairə Gülnarə İsrafilin “Torpaq adamlar” adlı şeir kitabının təqdimat mərasimi keçirilib

    Dekabrın 16-da Atatürk Mərkəzində gənc şairə Gülnarə İsrafilin “Torpaq adamlar” adlı şeir kitabının təqdimat mərasimi keçirilib. Təqdimatda, kitabın redaktoru şair, yazıçı Kənan Hacı, Azərbaycan jurnalının poeziya şöbəsinin müdiri, uşaq ədəbiyyatı seksyasının rəhbəri, Qəşəm Nəcəfzadə, tənqidçi, şair, Balayar Sadiq, fəlsəfə doktoru, şair esseist Əli Şirin Şükürlü, şair, tənqidçi, Akəm Xaqan, Dəyərli qələm sahibi şair İlham Qəhrəman, şair, yazıçı Səxavət Talıblı, araşdırmaçı esseist İradə Əlili “Oxu məni” qəzetinin şöbə müdiri, İsa Rəvan, Mediaxəbərli.az-ın rəhbəri Ələddin Qarayev, Turaninfo.az –ın rəhbəri Daşqın Nuriyev, Tolk.tv-nin, Günəş jurnalının əməkdaşları və Azərbaycan ədəbiyyatında özünə məxsus qələmi olan, gənc şairlər və oxucular iştirak ediblər.
    Qonaqlar, Gülnarə İsrafilin yaradıcılıq yolundan danışıb, yeni işıq üzü görən kitabı haqqında xoş fikirlər səsləndiriblər.
    Qeyd edək ki, kitab, “OL” nəşriyyatı tərəfindən 300 tiraj, 152 səhifəlik, heca, sərbəst şeirlər və şeir-esselər toplusudur. Kitabın redaktoru Kənan Hacı, korrektoru Şəhanə Müşfiq, Dizayneri Gülnarə Sadiq, Rəssamı Firdovsi Səfərovdur.
    Sonda, Gülnarə İsrafil, bu kitabla bərabər 2015-ci ildə müəllifi və layihə rəhbəri olduğu “Zərrələr” antologiyasından söhbət açıb. İl ərzində, görüş keçirdiyi kitabxanaların, şeirlər yayımlanan mətbuatların adını çəkib. Və layihənin davam edəcəyini vurğulayıb.

  • Sevgilimdən gələn hər şey məni xoşbəxt edir

    sx

    Yalnız Sevgilimi düşünürəm … Evdə, işdə, yemək yeyərkən, televizor seyr edərkən, kitab oxuyarkən, yazı yazarkən ağlımda hər zaman Sevgilim olur.
    Həyatıma məna qatan sevgini tapmışam mən, ONSUZ HƏYAT MƏNASIZDIR. Zaman sürətlə axıb gedir, bir çox hadisələr baş verir, ancaq Sevgi olmadan yaşamaq çox çətindir.
    Əsil sevgini hiss etmədən yaşayanda insanın robotdan fərqi olmur, həy şey adiləşir … Gözəlliyin mənası olmur, Sevginin əvəzinə bütün mənfi duyğular – qısqanclıq, həsəd, qəddarlıq, eqoistlik, həsəd üzə çıxır. İnsanların şüuru tamamilə qapanır, xoşbəxt olmur, yalnız qalır, hətta ağıllarını belə itirirlər. Bəs siz də mənim kimi aşiq olmaq istəyirsinizmi?
    Mənim Sevgilim, Yarım bütün gözəlliklərin tək sahibi, tək yaradıcısı, ağılın, gücün, qüvvətin, elmin, sevginin tək sahibi olan uca Rəbbim Allahdır.
    Ətrafınızda gördüyününüz gözəlliklərə yenidən nəzər salın, məsələn, gözəl bir qadını, yaxud da yaraşıqlı bir kişini götürək. Heç birinin yaratmaq gücü yoxdur, çünki özləri də yaradılıblar. O gözəlliklərin bir Yaradanı var, o sənətin bir Sənətkarı var. Bəs siz kimi sevərsiniz, rəsm əsərinimi, yoxsa o rəsm əsərindəki gözəllikləri yarada bilənimi? Heç o əsər sənətkar olmadan ərsəyə gələ bilərmi? Əlbəttə, gələ bilməz, ona görə də siz də gözəlliyin əsil sahibini sevəndə aşiq ola bilərsiniz. Sevginiz də əsla bitməz, o sevgidə qısqanclıq və ya keçici həvəslər də olmaz.
    Allah sevgisi olmadan birini sevməyin heç bir mənası yoxdur. Bəs siz Allahın təcəllisi kimi həyatınızda kimsəni sevdinizmi, belə hislər yaşadınızmı? Əgər yaşamamısınızsa, mənim demək istədiklərim sizə qeyri-adi gələ bilər. Çünki Allahı sevmədən Allah sevgi nəsib etməz. Bir adamın pulunu sevə, fiziki görünüşünə heyran qala bilərsiniz, amma pulu qurtaranda, yaxud da gözəlliyi gedəndə “sevginiz” də bir anda bitəcək. Açıq danışsaq, hal-hazırda “sevgi” deyə izah edilənlər mənfəətə əsaslanan hislərdir, mənfəət bitəndə artıq sevgidən də əsər-əlamət qalmır. Bunu da heç kim inkar etmir. “Mən qarşımdakı insanın əxlaqını sevirəm”, “çox yaxşı, mədəni, əxlaqlı insandır”, – deyə düşünə bilərsiniz. Ola bilər, əxlaqını sevirsiniz, bəs o əxlaq nəyə və kimə görə gözəl əxlaqdır? 7 milyard insanın 7 milyard fərqli əxlaq anlayışı var, öz mənfəətlərinə görə bu əxlaq anlayışları da dəyişə bilər. Məsələn, “sevirəm” dediyin insan bir anda sizin düşməniniz ola bilər. Allaha sədaqəti olmayan insanın heç kimə vəfası olmaz. Allah qorxusu olmayan insan yeri gələndə dəyişib gözəl əxlaq əvəzinə çirkin əxlaq göstərib zorakılığa əl ata bilər. Ancaq Allah sevgisini qazanmaq üçün göstərilən əxlaq daimi olar, insanlara və hadisələrə görə dəyişməz. Allah bizdən Qurana görə gözəl əxlaq göstərməyimizi istəyir, Allahı sevən insan da Sevgilisinə görə davranar. Allah “qısqanclıqdan, həsəddən, qəddarlıqdan, zorakılıqdan, kindən uzaq durun”, – deyir, sevən insan da sevə-sevə Allahın istədiyi gözəl əxlaqı göstərməyə çalışar.
    Sevən insan hər yerdə – insanlarda, çiçəklərdə, sevimli bir heyvanda Sevgilisini görər. Əgər insan sevgini bilməsə, o çiçək onun üçün sadəcə bir ot və ya bitki kimi görünəcək. Biz yaradılanı Yaradandan ötrü sevirik. Əgər siz də belə sevginin nə olduğunu bilsəniz, sevginiz durmadan artar. Gözəl insan görəndə ona Allahın təcəllisi kimi baxarsınız, Allah sevginiz artar, tərtəmiz bir çiçəyi qoxlayanda ondan xüsusi zövq alarsınız, bu da Allah sevginizi coşdurar, beləliklə də, sevginiz günbəgün artaraq davam edər, həyatınıza məna gələr. Gündəlik qarşılaşdığınız mənfi və ya müsbət kimi görünən hər hadisə sizə xoş gələr, əsəbiləşəcəyiniz, narahat olacağınız heç bir vəziyyət qalmaz. Çünki Sevgilidən gələn hər şeyə razı olarsınız, bilərsiniz ki, ağılın və gücün tək sahibi olan Allah yaratdığı bütün hadisələri xeyir və hikmətlə yaradır.
    Allaha aşiq olsanız, qaranlıq otaqdan işıqlığa çıxmış kimi qəlbiniz rahatlayar, şüurunuz açılar, hadisələrə daha müsbət yöndə yanaşarsınız. Bir də əsil xoşbəxtliyin nə olduğunu görəcəksiniz. Allah sizə də mənim yaşadığım kimi SEVGİ nəsib etsin.
    Allah iman gətirənlərin Himayədarıdır, onları zülmətlərdən nura çıxarır. Kafirlərin dostları isə tağutlardır, onları nurdan zülmətə salarlar. Onlar Od sakinləridirlər və orada əbədi qalacaqlar. (Bəqərə surəsi, 257)

    Xəyalə SƏFƏROVA

  • Rahilə DÖVRAN.”Bilirəm”

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    “Vətənimdir” – silsiləsindən

    Bəd illər az qalır, qərinə olsun,
    Qübarı könüldən, silə bilmirəm.
    Çatlamış boş sənək, çətin ki, dolsun,
    Laçınsız, Şüşasız, gülə bilmirəm.

    Neçə ki, Kəlbəcər, qolu bağlıdır,
    Neçə ki, Ağdamım, sinədağlıdır.
    Neçə ki, “Stepan”,-“Qarabağlıdır”,
    Necə yaşayıram, hələ bilmirəm.

    Cəbrayıl yaralı, həm də qəfəsdə,
    Füzuli can verir, qulağı səsdə.
    Qubadlı, Zəngilan, kürəyi üstə,
    Məzarım qazılıb, ölə bilmirəm.

    İrəvan, Zəngəzur, Göyçəm hardadır?
    Mehri, Qafan,Vedim, gör nə haldadır.
    Gorusum, Ağkilsəm, qeylü-qaldadır,
    Həsrətin zirehin, dələ bilmirəm.

    Aprel döyüşləri, mesaj -düşmənə,
    Göz dağı verəcəm, işğal edənə,
    Bir kimsə dünyada, qızammaz mənə,
    Yurdda eldən- elə, gələ bilmirəm.

    Yüksəldək Murovdan “Cəngi”nin səsin,
    Silək Ulu Yurdun, qara ləkəsin.
    Dövran vəsf eləsin, Odlar Ölkəsin,
    Nəyi gözləyirik, bilə- bilmirəm?!…

  • Müzəffər MƏZAHİM.”Qanadlı igidlər istəyir Vətən”

    mm

    Koroğlu gözlədi otuz doqquz gün
    Cəmi bircə günə səbri çatmadı.
    Yuxusu gözündən düşdü didərgin,
    İlan vuran yatdı, osa yatmadı.

    Tələsdi məqsədə, kama yetməyə,
    Gizlicə seyr etdi öz atlarını.
    Günəşdən süzülən zərrin şəfəqlər,
    Əritdi atların qanadlarını.

    Peşiman olsa da öz əməlimdən.
    Boğdu qəzəbini, səbrlə dözdü,
    Yəhərsiz-yüyənsiz mindi Qıratı,
    Dağlarda, düzlərdə quş kimi süzdü.

    At duydu belində ürəkli ər var,
    Çapdıqca hey çapdı, açdı qol-qanad.
    …Belcə Dürat da çıxdı sınaqdan,
    Verdi bəhrəsini cəsarət, inad…

    Artıq atlarımız qanad çıxarıb,
    Hələ də səbr edib gözləyirik biz.
    Dəli bir nərə çək səbrsiz babam,
    Bəlkə də diksinib daşa səbrimiz.

    Qanadlı atlar yox, Koroğlu kimi,
    Qanadlı igidlər istəyir Vətən.
    Əsl vətənpərvər oğullar minsə,
    Atlar qanad açar ər qeyrətindən.

  • Müstəqilliyimizin 25 ili: Sumqayıt iqtisadi və sosial inkişaf prizmasından [FOTOREPORTAJ]

    Tarixi və coğrafi arayış: Sumqayıt 1949-cu il noyabrın 22-də şəhər statusu alıb. Bu günlərdə 67 yaşı tamam olmuş Sumqayıt ərazisinə görə ölkənin üçüncü, əhalinin sayına görə isə ikinci böyük şəhəridir. Abşeron yarımadasının şimal-qərb sahillərində, Bakıdan 35 kilometr məsafədə yerləşir. Şəhərin tarixi 1938-ci ildə Xəzər sahilində istilik elektrik stansiyasının tikintisindən başlayır. 1941-ci ildə Böyük Vətən Müharibəsinin başlanması ilə əlaqədar şəhərin tikintisində fasilə yaranıb və işlər yalnız 1944-cü ildə bərpa olunub.

    Vaxtilə inşaatçılar, kimyaçılar, metallurqlar, gənclər şəhəri adlanan Sumqayıt bu gün özünün yeni inkişaf dövrünü yaşayır. Azərbaycanın dövlət müstəqilliyinin 25 ili ərzində ölkəmizdə baş verən sürətli sosial-iqtisadi dəyişikliklər bütün bölgələrdə olduğu kimi, Sumqayıtın timsalında da aydın görünür. Ümummilli lider Heydər Əliyevin daim diqqət mərkəzində olan şəhərin müasir görkəm almasında və inkişafında Ulu Öndərin böyük xidmətləri var. Onun Sumqayıta etdiyi 16 səfərin hər biri şəhərin tarixində yeni səhifə açıb.

    Müstəqillik illərində şəhərdə sənayenin inkişafı geniş vüsət alıb. Kimya və neft-kimya kompleksləri modernləşdirilir, müasir sənaye parkları yaradılır. Hazırda bu müəssisələrdə müasir texnologiyalar əsasında respublika iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edən və ixrac potensialına malik sənaye məhsulları istehsal olunur.

    2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə Sumqayıtın müasir sənaye şəhərinə çevrilməsi istiqamətində uzunmüddətli strategiyanın icrasına start verilib. Bu strategiya mövcud sənaye müəssisələrinin qabaqcıl texnologiyalar, ekoloji standartlar əsasında bərpasını, müasir tələblərə cavab verən yeni müəssisələrin inşasını nəzərdə tutur, eyni zamanda, şəhər infrastrukturunun yenilənməsinə, əhalinin məşğulluğunun artırılmasına yönəlib.

    Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının uğurlu icrası nəticəsində Sumqayıtın xəritəsinə yeni sənaye müəssisələri və xidmət sahələrinin adları yazılıb. Şəhərin və ətraf regionların dayanıqlı elektrik enerjisi ilə təchizatı məqsədilə beynəlxalq standartlara uyğun 525 MVt gücünə malik elektrik stansiyası tikilib. İyirmidən çox iri istehsal sahəsinə malik Sumqayıt Texnologiyalar Parkı, yüngül sənaye məhsulları istehsalçısı olan “Gilan Tekstil” parkı, “Sağlam-Qida” Aqrar-Sənaye parkı yaradılıb. Həmçinin “İnter Tekstil” ASC-nin iplik istehsalı fabrikinin fəaliyyəti bərpa edilib, “Azərsun Holdinq” tərəfindən Sumqayıt xam kağız fabriki və qida-yağ fabriki, “Azgüntex” zavodunda iri istehsal sahələri, mis emalı zavodu, “Alyans Tekstil” MMC–nin tikiş fabriki, beton məmulatları zavodu istifadəyə verilib.

    Ən uğurlu layihələrdən biri də dövlətimizin başçısının Fərmanı ilə yaradılan Sumqayıt Kimya Sənaye Parkıdır. 296 hektar sahəni əhatə edən parkda 40-dək müəssisənin inşası nəzərdə tutulub.

    Görülən işlər nəticəsində Sumqayıtın büdcəsi şəhərin daxili gəlirləri hesabına formalaşmağa başlayıb. Son 10 ildə büdcə xərcləri 4,2 dəfə artıb. Şəhərdə ümumi məhsul və xidmətlər buraxılışının həcmi 2,6 dəfə artaraq 700 milyon manatı ötüb, sənaye məhsulu istehsalı iki dəfə çoxalıb.

    İqtisadi inkişaf şəhərin simasını da dəyişir, yollar, küçələr, yaşayış məhəllələri abadlaşır, müasir idman kompleksləri, yeni binalar tikilir. Sumqayıtın ikinci giriş yolu hesab olunan Sahil küçəsi yenidən qurulub, dəniz kənarı ilə Novxanı istiqamətində 7,5 kilometr uzunluğunda yol əsaslı təmir olunub. Ümumi sahəsi 106 hektar, uzunluğu 4,2 kilometr olan ərazidə Sumqayıt Bulvarı yaradılıb. Şəhər ərazisində olan bütün park və meydanlar yenidən qurulub. Ekoloji mühitin sağlamlaşdırılması məqsədilə 250 mindən çox ağac, 2 milyona yaxın gül əkilib, küçə və prospektlər boyunca yol kənarlarında, eləcə də park və xiyabanlarda 400 min kvadratmetrdən çox yaşıllıq salınıb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Sumqayıt bu gün parklar və bağlar şəhərinə çevrilib.

    Şəhərdəki Heydər Əliyev parkında əsaslı yenidənqurma işləri aparılıb. Parkın ərazisi 8 hektardan 10 hektaradək genişləndirilib. Burada Heydər Əliyev Mərkəzi, Şahmat Məktəbi, Uşaq İncəsənət Məktəbi, Bayraq Meydanı inşa olunub. Sumqayıt Dövlət Dram Teatrının binası əsaslı təmir olunub, müasir avadanlıqlarla təchiz edilib.

    Prezidentin sərəncamları ilə ayrılmış vəsait hesabına 323 ədəd çoxmənzilli yaşayış binasının dam örtüyü, 77 binanın fasadı yenidən qurulub, 200 çoxmənzilli yaşayış binasının lifti yenisi ilə əvəzlənib.

    Bu gün Sumqayıtda icra olunan irimiqyaslı layihələr, salınan sənaye parkları, müasir istehsalat kompleksləri, genişlənməkdə olan abadlıq-quruculuq işləri şəhərin daha işıqlı sabahından xəbər verir.

  • Sumqayıtda Əyyub Hüseynovun 100 illik yubileyinə həsr olunmuş sərgi keçirilib

    Heydər Əliyev Mərkəzində Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin və Sumqayıt Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə Əməkdar İncəsənət xadimi Əyyub Hüseynovun 100 illik yubileyinə həsr olunmuş sərgi keçirilib.
    Sərgidə Azərbaycan Dövlət Rəsm Qalereyasının fondundan gətirilmiş təsviri sənətin boyakarlıq bölməsinə aid 20 ədəd əsər nümayiş olunub.
    Sərgidə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov, Sumqayıt şəhər İcra başçısının müavini Teymur Səmədov, şəhər Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov, Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru, rəssam Eyyub Hüseynovun oğlu Elnur Hüseynov və tanınmış rəssamlar, incəsənət xadimləri və digər qonaqlar çıxış edərək görkəmli rəssamın yaradıcılığı haqqında yüksək fikirlər ifadə edib, xatirələrini bölüşüb, belə tədbirlərin yüksək əhəmiyyətindən danışıblar.
    Daha sonra qonaqlar rəssamın həyat və yaradıcılığına həsr olunmuş video-roliki izləyib, sərgidə nümayiş olunan əsərləri ilə yaxından tanış olublar.
    Qeyd edək ki, görkəmli rəssam Eyyub Hüseynov daha çox zəhmət və kənd mövzusunda tablolar yaradıb, yaradıcılığının bütün dövrlərində mənzərə, portret, məişət janrlarına müraciət edib, özünəməxsus bədii xüsusiyyətləri, geniş rəng yaxmaları ilə seçilən üslub nümayiş etdirib. Onun əmək mövzusunda çəkdiyi “Kömək gəlib”, “Yaylaqda”, “Çobanlar”, mənzərə janrında “Şahbuz”, “Yağışdan sonra” əsərləri, o cümlədən, “Aşıq Ələsgər” və “Əmək qəhrəmanları” portretləri hazırda müxtəlif muzeylərdə saxlanılır.

    Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin Mətbuat xidməti

  • Başsağlığı məktubu

    b

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Portalının təsisçisi və direktoru, respublikanın Əməkdar jurnalisti cənab Rafiq Oday və bütün kollektiv Azərbaycan Dövlət Aqrar Universitetinin Mətbuat xidmətinin rəhbəri, əziz dostumuz Qalib Rəhimliyə anası Minayə xanımın vaxtsız vəfatından kədərləndiklərini bildirir, dərin hüzn və kədərlə başsağlığı verirlər.
    ALLAH rəhmət etsin! Ruhu şad olsun! Məkanı Cənnətlik olsun!

  • QİYAS HƏMİD

    Qiyas HƏMİD (Həmidov Qiyas Abdulla oğlu) 1954-cü il noyabr ayının 9-da Masallı rayonunun Böyük Xocavar kəndində anadan olmuşdur. 1973-cü ildə doğma kəndlərində orta təhsilini başa vurmuş, həmin ildə ordu sıralarına çağırılmışdır. Hərbi xidmətdən sonra indiki Mədəniyyət və İncəsənət Universitetinin Mədəni Maarif fakültəsinə daxil olmuş, 1982-ci ildə universiteti bitirmişdir. Sonraki illərdə Qiyas Həmid Sumqayıtda İnşaatçıların Mədəniyyət evində Dram dərnəyinin rəhbəri, Kimya Sənaye İstehsalat Birliyində radio verilişləri redaksiyasının redaktoru, “Sintez” qəzetinin müxbiri, Səthi Aktiv Maddələr zavodunda radio verilişləri redaksiyasında redaktor vəzifəsində çalışmışdır.
    Son vaxtlar MBS Sumqayıt İnformasiya Agentliyinin müxbiri idi. Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsinin fəal üzvlə­rin­dən olan Qiyas Həmid şeirləri və publisist yazıları ilə dövrü mətbuatda, radio kanallarında çıxış edirdi. Onun 1997-ci ildə “Çiçəklər solmaya kaş” şeirlər toplusu maraqla qarşılanmışdır. 1998-ci ildə “Hacı Mirheydər ağa” kitabı isə onun publisist qələminin məhsulu idi.
    2003-cü ildə Tatarıstanın Kazan şəhərində “Araz aka, canqa kaqa” adlı kitabı işıq üzü görmüş, 2005-ci ildə Kazan şəhərinin 1000 illiyində Rusiya Prezidentinin qərarı ilə və Tatarıstan prezidenti M.Ş.Şəmiyevin imzası ilə medalla təltif olunmuşdur.
    2008-ci il dekabr ayının 1-də Tatarıstanın Kazan şəhərində vəfat etmiş, həmin ilin dekabr ayının 3-də Masallı rayonunun Böyük Xocavar kəndində dəfn edilmişdir.

    HEYDƏR ƏLİYEV DÜHASI

    Ümummilli liderimiz, Azərbaycanın baş memarı Heydər Əliyevə

    Sönməz ocaq,
    Batmaz Gündür,
    Bitməz arzu,
    İtməz ündür.
    Qurtarmayan ömür-gündür,
    Heydər Əliyev dühası!

    Nur paylayar eldən-elə
    Aydan-aya, ildən-ilə,
    Sığmaz yerə, sığmaz göyə
    Heydər Əliyev dühası!

    Ən uzaq yolları belə,
    Yad izlərdən silə-silə,
    Birləşdirir böyük hisslə
    Heydər Əliyev dühası!

    Azərbaycan adlı yurddan,
    İlhamını alıb hər an,
    Azərbaycan qədər qalxıb,
    Ucalıb yerdən göyəcən,
    Hər deyəndə Azərbaycan
    Heydər Əliyev dühası!

    Günəşdir, heç zaman sönməz!
    Şimşəkdir, göylərdən enməz!
    Azərbaycanı sabaha,
    Aparan düz yoldan dönməz,
    Heydər Əliyev dühası!

    06.05.2008, Sumqayıt

    AZƏRBAYCAN DEYƏNDƏ

    Azərbaycan deyəndə,
    Ucallam dönə-dönə.
    Ürək köksümə sığmır,
    Sevgim yer kürəsinə.

    İstəyirəm bir anda
    Göylərə qanad açam.
    Sərhəd, yol tanımayam,
    Hər yana quş tək uçam.

    Uçam Ənqa quşutək,
    Di, şəkk getməz yerlərə,
    Di, qarı heç əriməz,
    Gülü bitməz yerlərə.

    Azərbaycan deyəndə,
    Qarı əriməz yerin.
    Qarı da dönər suya,
    Çiçəklənər, güllənər
    O yer də birdən-birə,
    Qışı da dönər yaya!

    Azərbaycan deyəndə,
    Sıxaram neçə yerdə,
    Dost, qardaş əllərini,
    Nəfəsimlə əridib,
    Yox edərəm bir anda,
    Ən bərk, qalın hörülmüş,
    Sərhəd məftillərini!

    Azərbaycan deyəndə,
    Heç nə yan, ayrı düşmür.
    Azərbaycan deyəndə,
    Birə-beş boyum artır.
    Candan-can ayrı düşmür.

    Azərbaycan deyəndə,
    Bir də hər an, hər zaman.
    Yadıma anam düşür.
    Anam yada düşəndə,
    Günəş də yer üzünə
    Nur saçan gözlərimlə
    Azərbaycan düşür!
    12.08.2007, Kazan

    BU KÖÇ O KÖÇDƏN DEYİL

    Sirrimi bilənə yox,
    Arxamca gülənə yox,
    Dərdini bölənə yox,
    Didənə qoşun məni.

    Hər daş üstə bitməz ot,
    Qəlbdə bitən – itməz ot.
    Ürəyini yanar od
    Edənə qoşun məni.

    Daha saçları qaram,
    Sağalmaz bitən yaram,
    Bu ağrıdan doymaram,
    Dadana qoşun məni.

    Ömür-gün heçdən deyil,
    Qocalıq yaşnan deyil,
    Bu köç o köçdən deyil, –
    Gedənə qoşun məni.

    BAYATILAR

    Bu axan çaydı, gəlin,
    Nəğməsi paydı, gəlin.
    Ləkin təzə otaqdı,
    Lampası Aydı gəlin!

    Dərənin qolu gələr,
    Dəldikcə qolu, gələr.
    Ürəyim bir yuxadı,
    Ağlasam, dolu gələr.

    Mən aşiq, yaz oldu, gəl,
    Dərd-qəmim az oldu, gəl.
    Onsuz da deyiklisən,
    Arada söz oldu, gəl.

    Yağış yağar, lillənər,
    Sular axar, sellənər.
    Mənə könül açsan sən
    Bağça-bağlar güllənər.

    Mən aşiqəm daş-daşı,
    Ova bilməz daş, daşı.
    Bəxtin daşa dəyibsə,
    Daş götürmə, daş daşı!

    VƏTƏN GÖRƏN GÖZÜMDÜ

    Qollarımı açıram
    Ana yurdu qucmağa.
    Vətən vuran ürəyim,
    Yox qanadım uçmağa!

    Daşım, suyum müqəddəs,
    Ocağında gəzəm mən.
    Vətən görən gözümdü,
    Vətənimə gözəm mən!

    Qurban olum yurdumun
    Torpağına, daşına.
    Lazım gəlsə, çevrilləm
    Ömür boyu başına.

    Torpağına qarışsam,
    Deyirəm, daha nə qəm.
    Bir gün çiçəyə dönüb
    Mən təzədən dirilləm!

    ATA PENCƏYİ

    Biz hər gecə yatanda,
    Atamın pencəyini
    Anam yorğan əvəzi
    Atardı üstümüzə,
    Soyuq dəyməsin deyə
    Gecə yatanda bizə!

    İndi ta böyümüşük,
    Atamız da yaşlaşıb.
    Üstümüzə atılan
    O pencəyi də indi
    Daha gəlmir əyninə.

    İndi üşüyər deyə,
    Bizim pencəyimizi
    Atam alır çiyninə!

    Ancaq yenə,
    Biz ata pencəyinin altında
    Görürük özümüzü.
    Üşüyürük, harda ki,
    Ata pencəyi ilə
    Örtməsək üstümüzü!

    15.11.2006, Sumqayıt

    ÜRƏK, MƏNİ YOLDA QOYMA

    Gözlərim çuxura düşüb,
    Qəlbim sözə bənd kimidir.
    Dəyirmanı olmayan kənd
    Yolu uçuq kənd kimidir.

    İndi zaman, güman başqa,
    Ömür yolu çətin, sərtdi.
    Bu dünyada heçdi ölüm,
    Ancaq ölmək də bir dərdi.

    Gecə-gündüz ürəyimdən
    Ötənimin oxşarı yox.
    Bu dünyada min yer gəzim,
    Vətənimin oxşarı yox.

    Söz var, qəlbdən ah çıxarır,
    Söz var qəlbə dəyən oxdu.
    Ürək, məni yolda qoyma,
    Bu dünyada görüləsi
    Mənim hələ işim çoxdur!
    Kazan

    BURDA NECƏ ÇƏKMƏYİM AH

    Şairlər peyda olublar,
    Yazan-yazdıran sairlər.
    Şairlər peyda olublar,
    Azan-azdıran şairlər.

    Şairlər peyda olublar,
    Pencəkləri bezdən olub.
    Şeirə, irsözə dürtdükləri,
    Astarları dizdən olub.

    Yazıçılar birliyinin,
    Üzvü də çoxdan olurlar.
    Şair, nasir olmaq üçün
    Çox vardan-yoxdan olurlar.

    Qəlblərisə söz odundan,
    Yananlar bir yanda qalır.
    Sənət yolu ki, boş oldu –
    Sabir bağında düşünür,
    Füzuli meydanda qalır.

    Burda necə ağrımayım,
    Qəlbim necə çəkməsin ah.
    Bu adamlı yer üzündə
    Demək, bir tək olan mənəm,
    Bir də Allah!

  • Şəfa VƏLİYEVA.”Nəm çəkmişəm havasından sevginin”

    sv

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
    Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    Bu şeiri 2010-da yazmışam… bu gün də oxuyub kövrəlmişəm…

    Nəm çəkmişəm havasından sevginin,
    Çiskin tökmək necə olur, bilirəm.
    Öz yurdundan, yuvasından sevgini
    Köçkün etmək necə olur, bilirəm.

    Mənsizliyin söylənməmiş nağılmış,
    Məni atmaq bir ölçüdə ağılmış.
    Ümidləri dörd bir yana dağılmış
    Qəlbi sevmək necə olur, bilirəm.

    Mürəkkəb deyil ki, sevgi düsturu;
    Ya sev, ya da unut…
    Kəmdən uzaq dur!
    Bir gün xatirəm də kabusun olur,
    Hər gün ölmək necə olur, bilirəm.

  • Rahilə DÖVRAN.Yeni şeirlər

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    TƏNHA DƏRVİŞ

    Bu gün Səttar Bəhlulzadənin dogum günüdür.Böyük sənətkarımızı sayqı və rəhmətlə yad edək

    Çiynində üçayaq, nimdaş, rəsm çantası,
    Dərviştək aləmin, bərri-biyaban.
    Hey çöl, dağ, dənizdən gələrdi sədan,
    Düşərdin günəşin, ayın dalınca-
    Fırçan kükrəyərdi, ilham alınca.

    Oxşardın nahamar, cadar kətanı,
    Qaçmazdı gözündən zamanın anı.
    Canlı yaradardın üfüqü, danı,
    Durmazdı barmaqlar, razı qalınca-
    Fırçan kükrəyərdi, ilham alınca.

    Duyurdun Xəzərin hər zərrəsini,
    Duyurdun qağayı düşüncəsini.
    Duyurdun gül, çiçək, yarpaq səsini,
    Qövsü-qüzeh rəngli xalı salınca-
    Fırçan kükrəyərdi, ilham alınca.

    Rənglər aləminə daldıqca- daldın,
    Nə şöhrət diləndin, nə də, ad aldın.
    Fırçanın sehriylə, Sən hey ucaldın,
    Düşmədin var-dövlət, nə pul dalınca-
    Fırçan kükrəyərdi, ilham alınca.

    Dahi oğlu oldun, O Sənə Ana,
    Fəxarət, qürursan Azərbaycana.
    Ilhamından pay ver, şair Dövrana,
    Sarılsın var güclə qələm, qılınca-
    Səttar babasından ilham alınca.

    BÜLBÜLÜM

    “Vətənimdir” – silsiləsindən

    Bu qədər ağlayıb, qəlbimi oyma,
    Sevda xiffətindən, solan bülbülüm.
    Elini şeydana intizar qoyma,
    Gözləri həsrətdən, dolan bülbülüm.

    Nə vaxtdan Şuşaya güzar salmayan,
    Xarı bülbülünün, könlün almayan.
    Gülxarsız gecəsi,gündüz olmayan,
    Yuvası viranə, qalan bülbülüm.

    Qonşu namərd oldu, kəsdi yolları,
    Arxadan oxladı, mərd oğulları.
    Unutdun dastanı, ər nagılların,
    Uydun bayatıya, nalan bülbülüm.

    Dağ belə- dağ olmaz, dumansız, çənsiz,
    Söylə, ruh neyləsin, cansız, bədənsiz?
    Neçə yaz gül açdı, Gülxarın sənsiz,
    Əhdinə vəfası yalan bülbülüm.

    Güman var vüsala, bitəcək hicran,
    Bizə də güləcək, Yaradan, Mövlan.
    Sizi cüt, qol- qola, görəcək Dövran,
    Gücünü eşqindən, alan bülbülüm…

  • Kənan AYDINOĞLU.Şeirlər

    1902788_614529541965133_896121757_n

    ÖMRÜMÜN KƏDƏRLİ,SEVİNCLİ GÜNÜNÜ

    Yoxsa bu səmimiyyət çıxıb getdi aradan,
    Nə yaxşı ki, ay Allah, seçdim ağı qaradan.
    Səni dayaq bilmişəm mən özümə,Yaradan,
    Ömrümün ən kədərli, sevincli günündə də.

    Gərək qadağa qoyum qazanan günahına
    Hər zaman sığınmışam Allahın dərgahına,
    Çalışdım tuş gəlməyəm özgənin tamahına.
    Ömrümün ən kədərli, sevincli günündə də.

    Qoynunda böyüdüyüm torpaq oldu, daş oldu,
    Həsrətdən gözlərimdən axan yenə daş oldu.
    Torpaq yenə mənimçün yeni vətəndaş oldu,
    Ömrümün ən kədərli, sevincli günündə də.

    Axan şəhidin qanı bu torpağa qarışdı,
    Şərin özü xeyirə əl uzadıb barışdı.
    Dünənki bir vətəndaş öz dərdini danışdı,
    Ömrümün ən kədərli, sevincli günündə də.

    Kaman özü oxşadı hər gözəlin qaşına,
    Fərhad həsəd apardı Şirinin göz yaşına.
    Nələr gəlmədi denən, bu millətin başına,
    Ömrümün ən kədərli, sevincli günündə də.

    Bax, vətənin həsrəti yeni bayatı oldu,
    Hər igidin həyatı Babək həyatı oldu.
    Dərdlərə dözən yenə Koroğlu atı oldu,
    Ömrümün ən kədərli, sevincli günündə də.

    Sevinərəm, desələr ünüm çatdı haraya,
    Dərdimi eşidəndə yerindən qopdu qaya.
    Az qaldı ki, həsrətdən axıb qarışım çaya,
    Ömrümün ən kədərli, sevincli günündə də.

    Nəfsimi boğanda ruh xeyir, uğur tapardı,
    Fikir mənim duyğumu o dağlara apardı.
    Dəli könlmü yerində fəryad, üsyan qopardı,
    Ömrümün ən kədərli, sevincli günündə də.

    Zaman-zaman bu dünya sevinc verib qəm aldı,
    Dərdini yaza-yaza şairi qələm çaldı.
    Qızıl qələmim hər an dərdimi yada saldı,
    Ömrümün ən kədərli, sevincli günündə də.

    Mart 2010.Sumqayıt şəhəri.

    “GÖZ YAŞI İÇİNDƏ GÜLÜŞ” GƏTİRDİN

    “Molla Nəsrəddin” jurnalının redaktoru, böyük ədib,
    görkəmli satirik mühərrir Cəlil Məmmədquluzadəyə.

    Sən ana torpağa bir vaxt, ay ustad,
    “göz yaşı içində gülüş” gətirdin.
    Qəflət pərdəsini gözlərdə açıb,
    Yeni təbəssümlə görüş gətirdin.

    Sən “Usta Zeynal”la “Poçt qutusu”ny,
    Bilirəm, yazmadım əbəsdən, ustad.
    Nə yaxşı, o dövrün çətinliyində,
    Düşmədin, düşmədin həvəsdən, ustad.

    Dərd-səri yazmışdın sətirbəsətir,
    Bu ana torpağın daşına, ustad.
    Nələ gətirmədi inqilab, denən,
    Bu yazıq millətin başına, ustad.

    Duyduqca kəlməni sətirbəsətir,
    Mən indi bildim ki, göz yaşın nədir.

    2010.Bakı şəhəri

  • Abdulla MƏMMƏD.Yeni şeirlər

    abdullamuellim

    BAŞ ALIB GEDİRƏM ÜZÜ PAYIZA

    Hər günüm ömürdən qaçan ilmədi,
    Əlim günlərimə çata bilmədi.
    Sözlə eşqə ocaq çata bilmədim,
    Baş alıb gedirəm üzü payıza.

    Kiminin qəlbində fikir daşıyam,
    Kiminin həmdəmi fikirdaşıyam.
    Bir ürək nə qədər fikir daşıyar?
    Baş alıb gedirəm üzü payıza.

    Novruz tonqalında illər qalanır,
    Alın qırışımda səhvlər qalanır…
    Yanlış, etirafmı mənə qalanı?!
    Baş alıb gedirəm üzü payıza.

    Varı ehsan edən yoxundan çəkir,
    Yada doğmalaşan yaxından çəkir.
    Gecələr ömrümü yuxumdan çəkib
    Baş alıb gedirəm üzü payıza.

    Ürəyi kinlilər dərdə yaramır,
    Sevincə sülənən yerdə yarımır…
    Qədərlə sarıyıb həsrət yaramı
    Baş alıb gedirəm üzü payıza.

    Sevinc məndən qaçır, dərd məndən kəsir,
    Günlərim gümanın əlində əsir.
    Didərgin şərqisi dilimdə əsir,
    Baş alıb gedirəm üzü payıza.

    Yağı tapdağında yurd üzü qara,
    Gözləri yol çəkən dərd üzü qara.
    Yurdumda yuvasız, pərt, üzüqara,
    Baş alıb gedirəm üzü payıza.

    Gün günə calanır, axar su kimi
    Axır yaddaşıma bahar su kimi.
    Deməyin dünyaya tamarzı kimi
    Baş alıb gedirəm üzü payıza.
    Azərbaycan. Quba.

    OXU ÜRƏYİMİ

    Qəlbimdən keçəni bilmək istəsən,
    Oxu ürəyimi-o yazımdadır.
    Həm şaxta görərsən,həm də isti sən,
    Çiskin payızımda,gün yazımdadır.

    Qaynar bir ocağam,qızmar bir yayam,
    Dünənim yaşayır sətirlərimdə.
    Səhvimə tuşlanan tək oxlu yayam,
    Hopub misralara sərt illərim də.

    İlham göylərində bəzən ay azıb,
    İçimdə ağlayıb,sızlamışam mən.
    Bəzən də qəlbimdə eşqin ayazı,
    Bulaq tək sözümdən sızlamışam mən.

    Hərdən istəyimə qəlpə toxunub,
    Yaşayıb yaralı ad iliyimdə.
    Elə söz deyiblər qəlbə toxunub,
    Avamlıq gəziblər adiliyimdə.

    Ata ocağında tənha köz olub,
    Alışıb yanmışam hey için-için.
    Səbrimə sığınıb,dərdə göz olub
    Sözümü tapmışam özümdən keçib.

    Azərbaycan.Quba.

  • Müzəffər MƏZAHİM.Yeni şeirlər

    mm

    GEDİR

    Ömrə-günə nə etibar,
    Göz görəsi axıb gedir.
    Bu dünyanın göy üzündən,
    Şimşək kimi çaxıb gedir.

    Yol yorğunu olub daha,
    Bəxt əlinə verib yaxa,
    Cangüdəni qaraçuxa,–
    Bəd ayaqda çıxıb gedir.

    Ömür köhlən, dünya cıdır.
    Bu qovha-qov can acıdır,
    Fələk cığal oyunçudur,
    Qurduğunu yıxıb gedir.

    İnsan qənimdir özünə,–
    Ölüm görünmür gözünə,
    Dünyanın soyuq üzünə,
    Məsum-məsum baxıb gedir.

    SÖZDÜR

    Rəssamın sözü rənglər,
    Yazarın rəngi sözdür.
    Dilin, gözün, ürəyin,
    Düyğunun dəngi sözdür.

    Yığılır gilə-gilə,
    Fikirdən axır dilə.
    Yaranışdan cism ilə,
    Ruhun ahəngi sözdür

    İnsandır sözə məkan,
    Odur xəzinə, ümman,
    Bayatı, layla, dastan,
    Muğamat, cəngi sözdür.

    Ürəyin elçisidir,
    Kamillik ölçüsüdür,
    Məhəbbət külçəsidir,
    Sevgi çələngi sözdür.

    Tanrıdan müjdə alan,
    Ruh ilə cismə dolan,
    İnsana qismət olan,
    Bəxtin nəhəngi sözdür. Teqlər:

  • Elnur RƏSULOĞLU.”Gülüm” şeiri iki dildə

    er

    “Gülüm!”

    Elnur Rəsuloğlu (Əliyev)

    İndi yatmaq vaxtı deyil,
    Nə yatmısan? Oyan, gülüm!
    Gözlərinin yaşını sil,
    Öz rənginə boyan, gülüm!

    Tanımadan sol-sağını,
    Dost bildilər çox yağını.
    Yaramızın qaysağını
    Olacaqmı soyan, gülüm?!

    Səslər gəlir qazamatdan:
    “Vicdan üstün varidatdan!”
    Yerdən, göydən, kainatdan,
    Görən, varmı doyan, gülüm?!

    Çöküb duman, sis günlərə,
    Ucuzlaşan, mis günlərə.
    Bizi bu cür pis günlərə,
    De, kimlərdir qoyan, gülüm?!

    Söylədilər sözlərini,
    Faş etdilər özlərini.
    Namərdlərin gözlərini
    Tapılarmı oyan, gülüm?!

    Gülüm

    Elnur Resuloğlu (Aliyev)

    İndi yatmaq vaktı deyil,
    Ne yatmısan? Oyan, gülüm!
    Gözlerinin yaşını sil,
    Öz rengine boyan, gülüm!

    Tanımadan sol-sağını,
    Dost bildiler çox yağını.
    Yaramızın qaysağını
    Olacaqmı soyan, gülüm?!

    Sesler gelir qazamatdan:
    “Vicdan üstün varidatdan!”
    Yerden, göyden, kainatdan,
    Gören, varmı doyan, gülüm?!

    Çöküb duman, sis günlere,
    Ucuzlaşan, mis günlere.
    Bizi bu cür pis günlere,
    De, kimlerdir qoyan, gülüm?!

    Söylediler sözlerini,
    Faş etdiler özlerini.
    Namerdlerin gözlerini
    Tapılarmı oyan, gülüm?!

  • Qalib ŞAMXALOĞLU.Yeni şeirlər

    qsm

    TӘXMİS

    ( dırnaq arasında olan beytlər Baba Pünhana məxsusdur )

    Tərk etdi qular , göllər indi vağlara qaldı
    Orman qırılıb , təkcə güman bağlara qaldı
    Dərdin əlacı bir dənə çildağlara qaldı ,
    « Həsrət dolu gözlər dikilib dağlara qaldı
    Yüksəkləri verdik , ümid alçaqlara qaldı »

    Dərdin yükü bir an belə düşməz belimizdən
    Daşdı neçə çaylar yenə bu qəm selimizdən
    Düz söz qaçaq olmuş nə zamandır dilimizdən
    « Torpaqlarımız getdiyi gündən əlimizdən
    Әllər uzanıb şorməzə torpaqlara qaldı »

    Başlar yerə düşdü , başıboşlar başa çıxdı
    Yandı qurusu od , alovu düz yaşa çıxdı
    Getdi biri , gəldi yerinə lap qoşa çıxdı ,
    « Allah deyən oldu , bu deyənlər boşa çıxdı
    Yersiz hədə-qorxu quru barmaqlara qaldı »

    Haqqı görənin gözlərini qarğalar oydu
    Banklar sələm ilə nə qədər insanı soydu
    Nə durdu , dayandı nə də ki , bir kərə doydu
    « Şənlikdə bir alçağı şişirdib dağa qoydu
    Mənlik ayaq altındaki tapdaqlara qaldı »

    İndi bizə çatdı çoxu heç haqlı deyilmiş
    Düşmən tərəfindən nəyimiz varsa yeyilmiş
    Xilqət elə tarix boyu şiddətlə döyülmüş
    « Әyri bel ilə əkdiyi də çıxdı əyilmiş ,
    Yəni ki , bu xislət gələcək çağlara qaldı »

    Kimlər bizə atdı badalaq gördü çəpiklər
    Milyonları verdik bizəsə düşdü qəpiklər
    Alqış belə bir gərdişə , sürəkli çəpiklər ,
    « Bayram günü bayraqdara dəydikcə təpiklər
    Bayraq kimi yüksəlmək o bayraqdara qaldı »

    Qalib , yaz elə dərdi-səri , dayanma bir an ,
    Bitməz bu gediş ilə , dəqiq , ah ilə əfğan
    Rəhmət sənə , ustad , elədin haqq sözə imkan
    « Dövlət onun uğrundakı yaltaqlara , Pünhan
    Zillət vətən uğrundakı dustaqlara qaldı »

    Dədə Qorquda şikayət

    Dəyişib zəmanə , ay Dədə Qorqud ,
    Adı rüşvət ilə alırlar indi !
    Tülküyə , çaqqala pələng deyirlər ,
    Aslanı taxtından salırlar indi !

    Haqlının üzünə yoxdur baxanı ,
    Fələk durquzammır bəndə yıxanı !
    Haqqı danışanı , səsi çıxanı ,
    Qaz yerinə qoyub yolurlar indi !

    Məmləkət talanır gedir bir ucdan ,
    Bir toxun xəbəri yoxdur bir acdan !
    Şeyxülislam bilmir hardadı vicdan ,
    Vicdana məəttəl qalırlar indi !

    Yayılıb bu bəla Türk torpağında ,
    Tuş olub zavala Türk torpağında !
    Pekaka , asala Türk torpağında ,
    Zəfər nəğmələri çalırlar indi !

    Bundan da xəbərin yoxdu bəlkə də ,
    Şamxaloğlu desin eşit , ay Dədə ,
    Mərdlərə hökm edir nakişi , gədə ,
    Namərdlər hər yerə dolurlar indi !

    12 dekabr 2015

  • Nail DAĞLAROĞLU.Yeni şeirlər

    n

    Əsgər bala!

    Bu gecə havalar yaman soyudu,
    Postda möhkəm dayan, döz, əsgər bala!
    Vətənin yolunda candan keçənə,
    Allah olar qulaq-göz, əsgər bala!

    Sevgilin yolunu gözləyir inan,
    Təki öz posdunda sən möhkəm dayan.
    Toyuna tədarük görür öz anan,
    Birdə qara gözlü qız, əsgər bala!

    Vətənin fəxrisən, qolunun gücü,
    Atanın, ananın başının tacı.
    Qarabağ dağına dərman, əlacı,
    Səndən gözləyirik biz əsgər bala!

    Vətən qoruyursan bunla fəxr elə,
    Vətənə sipərsən, düşmənə tələ.
    Bilirəm möhkəmsən dayan bax belə,
    Nail der: tərifli söz, əsgəg bala!

    Şirin arzular

    Qadsın aldığım nazıl cananın,
    Tutam əllərindən öpəm üzündən.
    Üz-üzə, göz-gözə, dodaq-dodağa,
    Danışsaq doymaram şirin sözündən.

    Bizə yetişəndə vüsalın dəmi,
    Başımızdan gedə hicranın qəmi.
    Baş qoyam dincələm bir yasdıq kimi,
    Zövq alam, həzz alam incə dizindən.

    Səhər-səhər gələ eşqimiz cuşa,
    Əhdi-peymanımız qaynaya daşa.
    İkimiz bir yerdə verib baş-başa,
    Badələr qaldıraq eşqin camından.

    Nail deyər bu sevgidən zövq alaq,
    Qaynayaq qarışaq bir qaba dolaq.
    Sevgi yollarında qoşa şam olaq,
    Od alaq alışaq eşqin közündən.

    10.08.2016.

  • Abdulla MƏMMƏD.Yeni şeirlər

    abdullamuellim

    PAYIZ LÖVHƏSİ

    Yaman qaş-qabağın töküb göy üzü,
    Bəyaz buludların qanı qaralıb
    Sükutu küləyin götürmür gözü,
    Xofdan ağacların rəngi saralır.

    Külək yel atını dördnala çapır,
    Önündə ağaclar baş əyir qul tək.
    Qatıb qabağına qayaya çırpır,
    Selləmə yağışı bu çılğın külək.

    Sıyırıb qınından şimşək xəncəri
    Yazıq buludların cumur üstünə.
    Köçəri quşların dolur gözləri,
    Küləyin quşlarla görən qəsdi nə?!

    Yenə bulud-bulud ağlayır səma,
    Yenə də çayların gözü bulanır.
    Könlünü günəşə bağlayan səma,
    Şimşək qəzəbindən oda qalanır.

    Yaşıl yarpaqların qızarır üzü,
    Qızarır həyalı qız bənizi tək.
    Kipriyi ləçəkli güllərin gözü,
    Dərdini ağlayır hey ləçək-ləçək.

    Döyür pəncərəmi şıdırğı yağış,
    Oyadır yuxudan xatirələri.
    Bu payız yağışı günümə naxış,
    Bu yağış payızın Tanrı qədəri.

    Yaşıl ümidlərin yaşarır gözü,
    Saralan yarpaqlar yaşarmır daha
    Qızılı payızın yaşaran üzü
    Şıdırğı yağışla başarmır daha

    Bu payız həsrətin yarı yarpaqlar,
    Daha pıçıldamır öz arasinda.
    Qızılı yarpaqlar,sarı yarpaqlar
    Vurnuxur qaş ilə göz arasında.

    Bu payız-əlləri hənalı uşaq,
    Yağışı payızın söz qismətidir.
    Yaşıl libasını dəyişən torpaq-
    Saralan yal-yamac yaz həsrətidir…

    Azərbaycan.Quba.
    16.09.2015.

    SƏNİ DÜŞÜNÜRƏM

    Səni düşünürəm, sənsizliyimlə
    Dumanda yol azan gəmiyəm, ay qiz.
    Nəyimlə fəxr edim-sənsiz nəyimlə?
    Sünbülü sovrulan zəmiyəm, ay qiz.

    Səni düşünürəm, qulaqlarimdan
    Getmir bir an belə piçiltilarin.
    Donur tebessümüm dodaqlarimda,
    Gəzir divarlari siziltilarim.

    Özümdən qaçsam da səndən qaçmaram,
    Ürəyim daş deyil daşinim səndən.
    Mən ki sən deyiləm gendən qaçmaram,
    Əşya da deyiləm daşinim səndən.

    Ağlağan uşağa dönüb günlərim,
    Kədəri neynirəm kədərəm sənsiz.
    Sənin tək əhdinə dönük günlərin
    Əlindən baş alib gederem sənsiz.

    Qara bir buluddur sevincim mənim,
    Bir himə bənd imiş-hönkürür indi,
    Sənin tək unutdu sevincim məni,
    Ayriliq bənd imiş-o da sənindi.

    Səni düşünürəm, səni-sən indi
    Mənə dünənimdən yaxinsan, yaxin.
    Demirəm-ürəyim qəlbim sənindi,
    Demirəm sən məni yaxin san, yaxin…

    Sahilə çirpilan dəli dalğayam,
    Məni dəniz belə qoynuna almaz.
    Sənli günlərimi mənə bağlayan
    Sevdali qəlbimdə sevgim qocalmaz!

    Azərbaycan Quba.
    22.05.1991.

  • SOCAR “Azərikimya” İstehsalat Birliyi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə “Mənim Sumqayıtım” adlı rəsm müsabiqəsi elan edir

    Müsabiqəyə daxil olan rəsm işləri mövzuya uyğun olmalı, şəhərimizi özündə əks etdirməlidir.

    İşlərin ölçüləri 60sm x 80sm olmaqla (çərçivəsiz), akvarellə çəkilməlidir.

    İşlərin son qəbul günü 31 yanvar 2017-ci il, Sumqayıt şəhəri, S.Vurğun küçəsi 86, “Azərikimya” İstehsalat Birliyinin baş ofisi.

    Qaliblərin elanı – 10 fevral 2017-ci il

    Müsabiqənin qalibləri üçün aşağıdakı mükafatlar nəzərdə tutulmuşdur:
    I yer – 300 manat
    II yer – 200 manat
    III yer – 100 manat

    Əlaqə üçün telefon:
    (050) 635 74 63 (Bəxtiyar Musayev – Sosial İnkişaf şöbəsi)

  • Sumqayıtda “Dərd şələsi” kitabının təqdimat mərasimi keçirilmişdir

    Sumqayıtdakı M.Ə.Sabir adına kitabxana-filialda Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Ruh didərgin, can ağlayır”, “Dünyada bir mizan var”, “Mən demirəm, ürək deyir”, “Vətən fədaisi”, “Həsrət yanğısı”, “İkiyə bölünmüş dünyam” kitablarının müəllifi, şairə, nasir Rahilə Veysəllinin “Dərd şələsi”, “Doğmalaşan yadlar” və “Viran könüllər” povestlərini özündə birləşdirən “Dərd şələsi” kitabının təqdimat mərasimi keçirilmişdir. Tədbiri giriş sözü ilə kitabxana-filialın müdiri Hafizə Əliqızı açaraq, tədbir iştirakçılarını salamlamış, tədbirin dedişinə uğurlar arzulamışdır.
    Tədbirin aparıcısı Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, şair-publisist, Əməkdar jurnalist Rafiq Oday Rahilə Veysəllinin həyat və yaradıcılığı haqqında oxuculara məlumat vermiş, kitabdakı povestlər haqqında mülahizələrini bölüşmüşdür.
    Tədbirdə Rahilə Veysəllinin qələm dostları – şair Əşrəf Veysəlli, Asif Asiman, Elbrus Qayalı, Nisə Qədirova, Xatirə Fərəcli, Qaratel Azəri, Qərib Laçınlı, Əlhəddin Paşayev, BDU-nun tələbəsi Təranə Şirinova, ADNSU-nun tələbəsi Sevinc Zeynalova, kitabxananın oxucuları Kamilə və Badam Əliyevalar, Ülviyyə Qaraşova və başqaları çıxış edərək kitab haqqında fikirlərini bildirmiş, müəllifə yeni yaradıcılıq uğurları arzulamışlar.
    Tədbir boyu Rahilə Veysəllinin yaradıcılıq nümunələri bədii qiraət edilmiş, şeirləri muğam üstündə ifa olunmuşdur.
    Rahilə Veysəlli tədbirdə iştirak edən qələm dostlarına və kitabxananın oxucularına təşəkkürünü bildirmiş, yaradılan şəraitə görə kitabxananın rəhbərliyinə minnətdarlığını ifadə etmişdir. Sonda müəlliflə xatirə şəkilləri çəkilmişdir.

    Mərcan SABİRQIZI,
    “Möhtəşəm Azərbaycan” qəzeti

  • Şair Təvəkkül Goruslunun “Gözlərinə qısılaydım” adlı yeni şeirlər kitabı işıq üzü görüb

    Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istedadlı şair Təvəkkül Görüşlünün “Gözlərinə qısılaydım” adlı yeni şeirlər kitabı 2016-cı ildə Bakı şəhərində, “Elm və təhsil” nəşriyyatı tərəfindən 308 səhifə həcmində, 100 tirajla işıq üzü görüb.
    Kitabın redaktoru və ön sözün müəllifi Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Qızım Qələm” Media Mükafatı laureatı,Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin idarə heyətinin və Qadınlar Şurasının üzvü və DAMM-ın və katibi, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru, şairə-jurnalist Nəcibə İlkindir.
    Kitaba müəllifin son zamanlar qələmə aldığı ədəbi-bədii nümunələri, poeziya örnəkləri toplanıb.Kitab müəllifin oxucularla sayca üçüncü görüşüdür.Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.Poeziyasevərlər tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.
    Qeyd edək ki, bundan öncə istedadlı şair Təvəkkül Görüşlünün “Xaraba kəndim” və “Bu sevgi bir əbədiyyət” adlı şeirlər kitabı işıq üzü görmüşdü.

    Gülnarə ŞÖHRƏDDİNQIZI,
    “Möhtəşəm Azərbaycan”

  • Yalçın Yücel.”KAR TADINDA DÜŞÜNMEK”

    175054_178868168822977_4360000_o

    Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temssilcisi

    Esme şimdi rüzgar
    Kar taneleri düşüyor, bir şarkı söylercesine
    Bozacaksın bu ritmi diye
    Öyle korkuyorum ki!
    Esme şimdi istersen
    Gecelere bırak bu hırsını
    Karanlığı paramparça etsen de
    Gündüzleri mi bana bırak
    Bak, çocuklar nasılda sevinçliler öyle
    Kar topu oynadıkça
    Gülümsüyor yüzleri
    Bir gelin gibi naz yaparak
    Yağıyorsun
    Gökyüzü ne kadar da cömerttir sana
    Oysa, rüzgarla el ele verdiğinde
    Sobamla bile bozuyorsun aramı

  • Harika Ufukun “Aşkı Heceledim” adlı yeni şiirler kitapı yayınlandı

    Azerbaycan Gazeteçiler Birliği Sumqayıt şehir teşkilatının Günlek Haber Ajansı (Gundelik.info) ve Azerbaycanın Kültür ve Edebiyat Portalının (Edebiyyat-az.com) Türkiye temsilcisi, gazeteçi-yazar Harika Ufukun “Aşkı Heceledim” adlı yeni şiirler kitapı yayınlandı.

  • Fidan ABBASOVA.Yeni şeirlər

    Mən səndən sonrada sevə bilərdim

    Mən səndən sonrada sevə bilərdim
    Sevmədim xəyanət mənə yaraşmaz
    mən səndən sonrada ölə bilərdim
    aşiqsən susarsan dildə danışmaz.

    Ölmək çıxış deyil bilirəm bunu
    nə önü xoş gələr nə dəki sonu
    əyninə keçirib bir nifrət donu
    ürəkdə kin tutar daha barışmaz..

    Yazdıqca yazılar qəmli şerlər
    oxyub ağladar özlü sətirlər
    bir gün unudarsan belə deyirlər
    insan düşdüyün heçvaxt unutmaz..

    Bu ömür paysada tanrıdan bizə
    isdəmədən belə gətirər gözə
    insan möhtac qalıb adi bir sözə
    deməyə nə gözlər üzdə tapılmaz…

    Fidan misralardan asılı qalan
    hər baxış bir sevgi deyildir inan
    unudar sanarkən ötüşər zaman
    birdə görərsən ki yolun tapılmaz

    Susmağın cox cavabı varmış

    anlayana bilənə
    Bəzən yarı yol gedib dizləri qanayarkən
    səndə çarə görənə…
    Bilmədiyin səflərin , etmədiyin günahın, qazandığın savabın
    yalnız səni görənə qismət işmiş anladım..
    O qədər ac ruhumuz düzgünlüyə, düzlüyə
    vaxta tapa bilmirik baxa bilək güzgüyə
    özümüzə yad olub doğmalaşıb özgəyə
    elə içdən yanırıq heç bilmirik doğrumu
    səni məndən gizlədib çala bilən oğrumu
    hər gün bir həsrət ilə öz-özümü danladım…..
    Bir əlimdə yağ oldu, bir dilimdə bal oldu
    çevrildim baxım dala gözlərimdə yox oldu
    həqiqətin sayları.
    Məhəbbəti axdarıb, səadəti qovarkən
    sankı ipdən qırılıb ömrümüzə calarkən
    harda günah edmişik bir gün səndən sormadım…
    Qınayaraq qisməti taleyimə küsmüşəm
    o qədər zamanımı boş-boşuna gəzmişəm
    uşaq vaxtı kimisə xoşum gəlib sevmişəm
    üsdündən zaman keçib cavanlıqdan əsər yox
    sevgi beləmi olur nə etdimsə qanmadım…
    Hər cəfaya dözənə tanrı qulu deyilməz
    sevirsənsə tez əyil eşqdə qürur əyilməz
    heçmi insan bir dəfə xoşbəxtliyə sevinməz
    yalnız kədər yüklədik bu qismətə bu bəxdə
    səni ömrüm boyunca xoşbəxtliyim sanmadım…
    Yazıb, pozub nə qədər cümlələri yaratdım
    günlər keçdi içimdə fani dünya yaratdım
    gündüzü gücə sanıb çırağımı qaraltdım
    Fidan həsrət bir olsa bitməz deyirlər hələ
    Bilmədiyin səflərin , etmədiyin günahın, qazandığın savabın
    yalnız səni görənə qismət işmiş anladım..

  • Rahilə DÖVRAN.Yeni şeirlər

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    MƏN ŞUŞANIN DAĞLARINDA QAR GÖRÜRƏM

    Gəlib vətən torpağına nazlı bahar,
    Dönür yurda durnalarım qatar-qatar.
    Sevincindən ulduzlar da göydən baxar,
    Bu sevinci özüm üçün ar görürəm,
    Mən Şuşanın dağlarında qar görürəm.

    Geyinməyib ətəyinə güllü donu,
    Yaz günəşi əzizləmir hələ onu.
    Çovğunların, fırtınanın min oyunu…
    Bülbülləri susqun, dinməz, xar görürəm,
    Mən Şuşanın dağlarında qar görürəm.

    Quzğun kimi Qarabağda yad, yağılar,
    Səmasında qara-qara buludlar var.
    Vaqif, Zakir, Xurşidbanu çox intizar,
    Çiçəyini həsrətli bir yar görürəm,
    Mən Şuşanın dağlarında qar görürəm.

    Qəfəsdədir Cabbarımın, Xanın səsi,
    Bülbülümün, Seyidimin, zənguləsi.
    Qan ağlayır “Qarabağın şikəstəsi”,
    Susan qaval, susan kaman, tar görürəm,
    Mən Şuşanın dağlarında qar görürəm.

    Döyüşümüz, vurşumuz haqqdır bizim,
    Komandandan əmr gözlər oğlum, qızım.
    Zülfüqardır, qoç Fəridim, Mübarizim,
    Qarabağın xilasını var görürəm.
    Mən Şuşanın dağlarında qar görürəm.

    SƏMƏD VURĞUNA

    ”Şair,nə tez qocaldın sən?!

    Dədə Vurğun döğru deyir,
    “Şair olan qəm də yeyir.
    Şair qəlbi dərd kanıdır,
    Sehirli, sirr məkanıdır.
    Qəlb sədası hər bir şeir
    Pıçıldayır mənə pəsdən:-
    “Şair, nə tez qocaldın sən?!”

    Heyran- heyran hey ğəzdiyim,
    Sinəsində ot əzdiyim.
    Zümrüd meşə göy yaylaqdan,
    Qarli zirvə, “Zorbulaq”dan,
    Hər sətrinə gül düzdüyüm
    Duydum qoşma, təcnisimdən:-
    “Şair, nə tez qocaldın sən?!”

    Hərdən əsir soyuq külək,
    Səbəbini biləm gərək.
    Ömür boyu sirdaş olan,
    Gah boşalan, gah da dolan.
    Yurda, elə bağlı ürək
    “Üzəvura, deyir hərdən:-
    Şair, nə tez qocaldın sən?!”

    Yazdıqlarım sərvət, varım,
    Nəğməkardır həyat tarım.
    Şərəfimlə ömür sürdüm,
    Yaxşı gördüm, yaman gördüm…
    Hey ox oldum, yayı tarım
    Səda gəldi hədəflərdən:-
    “Şair, nə tez qocaldın sən?!”

    Saç ağartdım, əldə qələm,
    Dop- doludur hələ sinəm.
    Gur bulaqdır təbim mənim,
    Sadiq yarım, hürr vətənim.
    Yaratdıqca mənə nə qəm?
    Qoy deməsin yarım, Vətən:-
    Dövran, “nə tez qocaldın sən?!”…

  • Şəfa EYVAZ.Yeni şeirlər

    1423756700_sefa-xanim

    uşaq idik…
    evimizdən evinizin damı görünərdi…
    bir-balaca.

    hələ onda
    qonşum idin sadəcə.
    mahiyyətini anlamırdım.
    düşünməzdim hələ o vaxt
    sonra mənə əziz olar
    damınızın görünən o hissəsi…
    uşaqlığımızdan və qonşuluğumuzdan xatirə kimi…

    uşaq idik…
    evimizdən evinizin damı görünərdi…
    boylanmazdım heç o tərəfə
    bütün evlər kimi idi
    sizin kiçik eviniz də…
    böyümək haqqında fikirlərim vardı,
    bir də həkim olmaq…
    böyüdüm, amma həkim olmadım

    ilk arzumdu
    ilk istəyim…
    qayalara çırpılan…
    çiliklənən ümidimin
    getmir səsi qulağımdan…
    sən vardın birdə
    qonşum idin sadəcə
    hələ onda…

    sonralar sınan ümidlərimin cərgəsinə qarışan
    fərqli nəsə vardı
    səni hər gördüyüm zaman
    beynimdə dolaşan….

    tək bildiyim indi daha adi bir şey deyil
    evinizin görünən o hissəsi…
    bəzən ümiddi, bəzən tənhalıq…
    bəzən kədər, bəzən utancaqlıq..
    indi elə baxıram ki, evinizin damına…
    sanki bir gün çıxıb oturacaqsan sən orda…

    Sənə
    “Özünə yaxşı bax” demək istəyirəm,
    Sonra dönüb arxaya belə baxmadan
    Başımı ayağıma tapşırıb
    Bir ömür boyu səndən qaçmaq.
    Sonra düşünürəm, çox səhlənkarsan.
    Baxa bilməyəcəksən
    Mənim gözümlə Sənə
    Və itirib özünü
    Yollarda qalacaqsan…
    Ən pisi isə odur ki
    Bir gün özün belə
    Qaçacaqsan özündən.
    Və həmin gün
    Mən nə qədər uzaqda olsam belə
    Ölsəm məzarım, qalsam ürəyim sızlayacaq.
    Və hər şeyin sonunda
    Olan mənə olacaq…
    28.11.2016

  • Polad SABİRLİ.Yeni şeirlər

    Polad Sabirli

    Polad

    Sözdən çıxır sözüm daha,
    Yanıb döndüm külə, Polad.
    Yaş saxlamır gözüm daha,
    Axır gilə-gilə, Polad.

    Tazıya tut, qaç dovşana,
    Deyən gördüm yana-yana.
    Yığılıb çox canlar, cana,
    Ağır gəlir şələ, Polad.

    Nə qeyzim var, nə qərəzim,
    Əyməyib heç vaxt tərəzim,
    Şeir yazmaq həyat tərzim,
    Ömrü sözə bələ, Polad.

    Yalan güldü, utandı düz,
    Bunu gördü qızardı üz.
    Haqq dilənir gecə-gündüz,
    Bu yaşında hələ Polad.

    Öz yağımda qovrulmuşam,
    Maya olub yoğrulmuşam,
    Saman kimi sovrulmuşam,
    Olmamışam kölə, Polad.

    Nə dərd çək, nə fikir elə,
    Dua oxu, zikr elə,
    Allahına şükür elə,
    Ay agsaqqal, lələ Polad.

    Yoxdur

    Yanırsan alovun, odun İçində,
    Tüstün də görünmür, külün də yoxdur.
    Amanın içində, dadın içində,
    Dinib danışmağa, dilin də yoxdur.

    İtirdin kələfin ucunu yaman,
    Bürüyüb qəlbini çiskin, çən, duman,
    Bu taledən aman, qismətdən aman,
    Uzadıb pozmağa əlin də yoxdur.

    Nə fayda sonrakı peşmanlığından,
    Büküldü belin də cavanlığından,
    Bu necə sevgidir, yamanlığından,
    Xoş keçən ayın da, ilin də yoxdur.

    Öz əlinlə vurdun qəlbinə yara,
    İndi də düşmüsən çətinə, dara.
    Sevgi bağçasından verməyə yara,
    Çiçəyin də yoxdur, gülün də yoxdur.

    Xoşbəxtlik dilədim sənə Allahdan,
    Hifs etsin qorusun səhvdən, günahdan.
    Qüssədən, kədərdən, amandan, ahdan,
    Ağardı, bir qara telin də yoxdur.

    Kim bilir kim tapan, kimdi itirən,
    Allahdı qisməti bizə yetirən,
    Sənə dəyər verən, şərəf gətirən,
    Polad kimi sevən, dəlin də yoxdur

    27.04.2013.

  • Müzəffər MƏZAHİM.Yeni şeirlər

    mm

    HƏLƏ VARIQ BİZ

    Bölünüb cənuba, şimala, qərbə,
    Qəlbimizdə bütöv yaşayan yurdum.
    Sağalmır düşmənin vurduğu zərbə,
    Yaralı qəlbimə oxşayan yurdum.

    Ürək üzülsə də acı həsrətdən,
    Titrəyə-tıtrəyə döyünür hələ.
    Bizə oğul deyir anamız Vətən,
    Baxıb boyumuza öyünür hələ.

    Vətən öyündükcə boy-buxunumdan,
    Boyumu lap yerə soxmağım gəlir.
    Xəcalət hissiylə ötdükcə zaman,
    Qəzəbim, nifrətim bağrımı dəlir.

    Dərbənddən, Göyçədən qovdular bizi,
    Borçalı, Qarabağ, Təbriz pay oldu.
    Hər yerdən silinir xalqımın izi,
    Min illik zəhmətim, haqqım zay oldu.

    Doğma yurdumuzda qaçqına döndük,
    Sığındıq bir ovuc yurdun içinə.
    Babalardan qalan tonqaldıq, söndük,
    Qorxunu kim səpdi mərdin içinə?

    Tarixin önündə oğullar çəkir,
    Məğlub ataların xəcalətini.
    Sorğuya çəkəcək yurd bizi bir-bir,-
    Qoruya bilmədik əmanətini,

    Kükrəyək, görsünlər hələ varıq biz,
    Hər qarış torpağım qayıdacaqdır.
    Bir gün tükənəcək daşan səbrimiz,
    Yatan ruhumuzu oyadacaqdır.

    GƏTİRƏR

    Dostu dosta imkanı yox,
    Məhəbbət qovar gətirər.
    Gəlişində ümman sevinc,
    Üzündə bahar gətirər.

    Giley də bir təsəllidir,
    Hər kəsin işi bəllidir,
    Könlüm sözlü-qəzəllidir,
    Dindirsən qubar gətirər.

    Qəm sevincə bir tələdir,
    Dərd belimizdə şələdir,
    Dünyanın işi belədir,
    İstəsən tapar, gətirər.

    Taledən ki, küsmək olmaz,
    Ümidləri kəsmək olmaz,
    Yerli-yersiz əsmək olmaz,
    Qış küləyi qar gətirər.

    Səbr verən çətən-çətən,
    Qayıtmaz ömürdən itən,
    Arzular könüldə bitən,
    Yoldur, bir gün bar gətirər.

  • Şəfa VƏLİYEVA.”Sığmadığım şəhərə”

    sv

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
    Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    Sığmadığım şəhərə
    Xatirələr yetmir ki…
    Daşıyıram səhərə
    Sənsiz gecə bitmir ki..
    .
    Bilirəm…
    Sən sonuncu
    Gəmiydin limanımda…
    Mərhəmətin onuncu
    Zəncinin günahında…

    Barmaq boyumla dünən
    Bəxtlə savaşa girdim…
    Gülümsəyib ürəkdən
    Hüznümü əzizlədim…

    Nazını çəkdim yenə
    Ümidsizcə qəhərin…
    Büküldüm təkliyinə
    Sığmadığım şəhərin…

  • “Torpaq adamlar” kitabının təqdimat mərasimi keçiriləcək

    16 dekabr 2016-cı il tarixində saat 12:00-da Azərbaycanda ATATÜRK Mərkəzində DGTYB və “Gənc Ədiblər Məktəbi3″ün üzvü, şairə-jurnalist-publisist Gülnarə xanım İsrafilqızının “Torpaq adamlar” kitabının təqdimat mərasimi keçiriləcək.Kütləvi informasiya nümayəndələrinin, ictimaiyyət nümayəndələrinin, mədəniyyət, ədəbiyyat, incəsənət xadimlərinin, müəllifin yazar dostlarının da iştirakı gözlənilir.İştirak etmək istəyən hər kəs dəvətlidir.
    Şairə-publisist Gülnarə İsrafilqızının “Torpaq adamlar” adlı ilk şeirlər kitabı 2016-cı ildə respublikanın paytaxtı Bakı şəhərində “Ol” Nəşriyyatı tərəfindən işıq üzü görüb.
    Kitab müəllifin oxucuları ilə ilk görüşüdür.Kitabda müəllifin son illərdə qələmə aldığı ədəbi-bədii nümunələri, poeziya örnəkləri toplanıb.Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.Oxucuların rəğbətini qazanacağına ümid edirik.
    Qeyd edək ki, şairə-jurnalist Gülnarə İsrafilqızının şeirləri Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının maliyyə dəstəyi ilə həyata keçirilən “Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndələrinin inkişafına dəstək” layihəsi çərçivəsində Qardaş Türkiyə Cümhuriyyətinin fəaliyyət göstərən “Kümbet” (Tokat şəhəri) və “Usare” (Kahramanmaraş şəhəri) ədəbiyyat dərgilərində Türkiyə türkcəsində dərc olunaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılıb.

    Ünvan:Bakı, AZ1001, Tərlan Əliyarbəyov küçəsi, 5. Fəvvarələr meydanına yaxın, Atatürk mərkəzi.

    Gülnarə ŞÖHRƏDDİNQIZI,
    “Möhtəşəm Azərbaycan” qəzeti

  • Esat ERBİL.”İltimas İsmayılı ve Şiirleri”

    ee

    Azerbaycanın Kültür ve Edebiyat Portalının Irak temsilcisi

    İltimas İsmayılı Facebook sayfesinde tesadüfen tanıştım bir öğretmen ve şaiire olarak, şiirlerini okudukça meraklandım ve fazla takıpçısı oldum. Diye bilirim bütün yaydığı şiirlerini okuyup gözden gönülden geçirdim, çünkü şiirleri dikkatımı çekti. Nedeni ise bu hanımın şiirleri güzel ve mükkemel, öğüt ve felsefe dolu, insanın hayatında başından geçtiklerini bir çok türlü konularda bir öğretmen diye dersler ve öğütler vermektedir. Öyleyse ilk önce bakalım :
    İltimas İsmayılı kimdir ?
    İltimas Hanımı yakından tanımak için onun hayat hikayesini kısaca anlatmak istiyorum :
    – Azerbaycan – Nexçıvan’da 13 Mayıs 1963 tarihinde gözlerini dünyaya açtı.
    – Şerur rayon İbadulla kend mektebinde okudu
    – Nexçıvan Dövlet Üniversitesinde Azerbaycan Dil ve Edebiyatı okudu ( 1 Eylül 1980 – 21 Temmuz 1984 ).
    – Baki Şehrinde – Nizami Rayonunda – K – Eyyübov 12 sayılı Okulunda Azerbaycan Dil ve Edebiyat Çğretmenidir.
    – Nürettin İsmayıl ile evli ve üç kız çocukları vardır ( Günay, Günel ve Tahire ), heppsi Üniversite bitirmişlerdir.
    – Bakü’d yaşıyor memleketi Nexçıvandır.
    – Sevdiği Sözler ise : Büyük Turana Doğru.
    İltimas Hanımın dikkatça şiirlerine bir göz atarsak özelliklede bir araştırmacı olarak görürüz ki böyle şiirler ve etkili konular yazan şair gerçekten bir yazar ve şair sayılmaktadır, çünkü şair koşulları hepsi onda bulunmaktadır ve içinden çoşan her konuyu okuyucuya çok açık, net ve derin hisslerle anlatmaktadır. Şair olmak her kese nasip olmaz, İltimas Hanıma bu Allah’ın vergisi olarak nasip olmuştur ne mutlu onave geleçektede onun hayat ve meslek yönünde bol şanslar dilerim. Genelde şiirlerinde tüm hayat felsefesi, anlam bütünlüğü, güzel diziler ve misralar birbirini tamamlayıp konularından hiç çıkmadan olayları mükkemelce anlatıyor, bunlar yanında da mısralar arasında müzik bütünlüğü vardır. Gerçekçi bir şaire, hayat ve yaşam konularını ustaca işlemiştir( Vatan, Bayrak, Sevgi, Vefa, Dost, Mühabbet, Yar, Ayrılık ve hasret ) konular şiirlerinde hep dikkat çekmektedir, diye bilirim bir çok konuları gerçek hayattan almış hisslerini kaleme alıp beyaz sayfaları karaltmıştır, kimi bir ders olarak hayat okulundan örnek vermiştir ve güzel, faydalı konularda seçmiştir okuyuculara. Kimide milli duygularını vatanını ne kadar sevdiğini yansıtmıştır, hepsinden de önemli Turan sevdalısıdır, işte bizi bu ortak neden daha ciddi dost etmiştir. Örnek olarak bir şiirini aşağıya alıyoruz :
    Yaralı Yurdum Qarabağ…

    Qarabağ qoxusu gəldi burnuma
    Daşlıdır yolları keçə bilmirəm
    Yayda buz kəsilən çaylar qoynuna
    Dalıb bircə ovuc içə bilmirəm.

    Qədimdir Şuşanın qala divarı
    Keçəməzdi ondan xain süvari
    Hər dağı, dərəni, bütün çivarı
    Xəyalımla gəzib uça bilmirəm .

    Şəhıdlər yurdudur Xocalı kəndi
    Övladları öldü kəsildi bəndi
    Düşmənın başında çatlasın fəndi
    Baş alıb qəmimdən qaça bilmirəm.

    Laçın, Kəlbəcərin uca dağına
    Obalı yaylaqlı dastan çağına
    Süsənli sünbüllü çiçək bağına
    Umidləri əkdim biçə bilmirəm.

    Ağdam Fizulinin tərifi yoxdur
    Zəngəzur elinin dərdləri çoxdur
    Qubadlı, Zəngilan bağrımda oxdur
    Dərdimi kimsəyə aça bilmirəm.

    Cəbrayıl, Xocavənd xalqı hardadır
    Ağdərə, Xankəndi başı dardadır
    Yaralı ürəyim burda zordadır
    Deyim hansı dərdi seçə bilmirəm.

    Yukarıda yazılan şire iyice bir göz atarsak, görürüz ki ne kadar şaire yurdunun dört bir yanının hasretlerini çekmektedir, aziz vatanından kopulan namertçe üzerine el koyan yad ellerine nefret ederek yurdunun yaralı parçalarını özleyip hasretinde olduğunu ve özgür olmaların bir gün önce görmesine hasretle yaşıyor.
    İltimas Hanımın şiirlerini okuyucu dikkatla okursa içince hissler uyanır vatana bağlanır esir kalan rayonları her zaman düşünüp unutmayacaktır, ve gençlerimizi mücadeleye çağırıp ana vatanlarını unutmamak için şiirle hitap etmektedir.
    İltimaz Müalimin şiirleri çok güzel ve etkili olduğuna insan onların okunmasından ayrılmak istemez işte bende bir okuyucu olarak bu şiiri okudukça bir çok eski anılarımı ve gençliğimi hatırlıyarak nasıl ki gizli mücadele dönemlerimizi sürdürmüştük zalim Saddam Rejiminin yaman adamlarından gizli işlerimizi yapıyorduk, o günlere dönderiyordu beni.
    İnsan oğlu Hayatında ve sevdiği insandan azap ve elem görerse hayata küsüp kötümser olarak bakmalıdır işte İltimas hanımda bir onlardan dert ve işkence içinde yaşadığını ne güzelce anlatıyor ( Kim Demiş ) :

    Kim demiş ki her gecenin bir sabahı var,
    Bir çoğuna hiç bir zaman gneş doğmadı.
    Şiirler şarkılar yaktı kalbi etti har,
    Cihan içre rüsva oldu, dendi boğmadı.

    Bakınız şiir hakında yazdığı ne güzel bir şiir yazmıştır, şiiri can, hayat ve yaşam saymaktadır. Şiir insana tesellidir şiir insana hayat bağışlar ( İltimas Hanıma göre şiir yürek esir eden, gönül kızdıran, israrla kendini yazdırıp, aşktır sevenler onu salamaz, insanı sevindirip gahta üzütür, sıhırlı nağmedir, sevenleri ağladıp ya da güldürür ve Destandır şiir ) son olara şiirsiz insan yaşamadığını çok ustaca anlatmaktadır :

    Yazdırır şiir…
    Yüreği sözlerle esir ediyor Şairin gönlünü kızdırır şiir Kalemi tuttudup tesir ediyor Israrla kendini yazdırır şiir.
    Sevdadır silahı kimse yenemez Arifler şansını asla denemez Sırtına binenler artık inemez Aşkı yüreklere sızdırır şiir.
    Kelam çeşmesinden tek tek süzülür Beyaz kağıtlara resmi çizilir Okuyan sevinir, bazen üzülür Gönülde mezarlar kazdırır şiir.
    Sihirli nağmedir gönülden akar Hedefi bulunca derinden yakar Seveni ağlatıp kenardan bakar Lal olan dilleri çözdürür şiir.
    Mecnuna hanedir Hicaz çölünde Leyla’ya namedir, mecaz dilinde Görünmez Huma dır muciz halinde Hayal dünyasında gezdirir şiir.
    Diğer yandan bakarsak bir başka şiirine İltimas Hanım ( Dedim Dayan Gönül… ) şirinde çok açıkça aşkı öyle mükaddes bildiğine sevgili ne kadar zalımca devranmışsa da ama o gönlü yumşak ve sevgi dolu olarak her zülme dayanarak kendi gönlüne sitemler yağdırıyor, örneğin : Demedim sevme, demedim aşk zordur, demedim uyanık ol, demedim yürekten inanıp delice sevme. İltimas İsmayılı şirinin son mısralarında gelecek kuşaklarımıza aşk destanlarının adlarını bildiriyor, bu destanları ( Aslı Kerem, Şirin Ferhat, Tahir Zühre, Leyla Mecnun ve Yusuf Peygambere aşık olan Züleyha Destanları )’nı meraklatıp okumalarını teşvik ediyor, çünkü o Destanlarda hakkıkı aşk doğru sevda yolları varmiş :
    Söz dinlemedin bak olanlar oldu Anladın mı gönül sevda ne imiş? Gül gibi sarardın al rengin soldu Anladın mı gönül sevda ne imiş?
    Dedim gitme dayan uyma güzele Yemyeşil yapraktın döndün gazele Viran olmuş kalbin sanmam düzele Anladın mı gönül sevda ne imiş?
    Leylayı örnek al başına gelen Humarı hatırla aşkıyla ölen Aslı Kerem ile yapmadı şölen Anladın mı gönül sevda ne imiş?
    Ferhat Şirin için dağları deldi Züleyha Yusuf’la imana geldi Zöhre de Tahir’in aklını çeldi Anladın mı gönül sevda ne imiş?
    Aşkın şarabını içip vuruldun Sanki saat gibi aşka kuruldun Izıdırap çekince hemen yoruldun Anladın mı gönül sevda ne imiş?
    Zülfünün kokusu derde devadır İçime çektiğim nefes havadır En güzel sevgiler sana revadır Anladın mı gönül sevda ne imiş?
    Aşıklık gerçektir yalanı olmaz Hayaller yolcudur kalbinde kalmaz İçi boş sözleri aklımız almaz Anladın mı gönül sevda ne imiş?
    İltimas Hanımın şiirleri petekten çıkan bal gibi ne kadar okuyup doymaz olur sevgi yürekliler, bakınız işte ( Seni Unutmam ) şiirinde umudu bitmez ve sevgisi ölmez birisi gibi sevdiğini beklemekte, aşka vefa, sevgiye düşkün, sevgilini unutmamak dilinden hiç düşmiyor ve geri dönmeyi imkansız olduğuna reğmen umut kesmiyor hep beklemektedir sevgilini :
    Geri gelmen belki imkansız ama,
    Her zaman anarım seni unutmam.
    Bindiğin o gemi dönmezsiz ama,
    Rüzgara dönerim seni unutmam.
    Bir daha dönersek Vatan sevgisine İltimas hanım asla ve asla yurdunun bir karış toprağını hiç unutmayıp özelliklede Vatan bayrağını her zaman ala tutmuştur işte ( Şuşa zirvesinde dalğanacaktır bu Bayrak ) şiirinde ne güzel ve mükkemel bir vatan sever kadın olduğunu vurguluyor :
    En güzel renkleri alıp koynuna,
    Samada yücelir güzel Bayrağım,
    Her bir çalarında tarih yaşayır,
    Göglerden bac alır güzel Bayrağım.
    ( Suç Yoktu Bende ) şirine gelirsek ne güzel vefadarlı birisi olduğunu açıkça göstermektedir, sevgiye sadık kalmasını, pervane olup aşk ışığında yandığını, ağlayıp hayat mücadelesinde hiç gülmediğini, sevgilisinin yakılıp kül olmasına bile kendinde suç olmadığını ve karşı tarafın yanlışlıkları oluğunu gösterip çok güzelce ve ustaca yüreğinin tatlı, ahengli ve ateşli sözleri ile yansıtmaktadır :
    Dağıttım aklımı yollara vardım
    Vefanı görmedim gamınla yardım
    Hayalini alıp sıkıca sardım
    Hapise tıkılsan suç yoktur bende.

    Aşkı vüslat nedir ah bilemedim
    Pervanetek yandım aff dilemedim
    Ağladım ömrümce hiç gülemedim
    Ateşte yakılsan suç yoktur bende.
    ( Gelmez Sevgilim ) şirine hızlı bir göz atarsak, açık ve güzelce vefasını, hasretini ve elemini ustaca şiirin mısralarında ifade etmektedir. Bunun yanında da vefasız dünya çilesini çekerken ve yarı vefasız olup onu bırakırken halede sevgi ile yolunu beklemektedir, buda sadece bir gerçeği ifade etmektedir oda şarire İltimas Hanım hayat boyunca sevgisine sadık kalıp ve gördüğü mutlu, sevinci ve elemleri unutmayıp anılarını her zaman yaşamaktadır ve gözleri hep yollarda bir gün sevgi kaynağı geri dönüp umuduyla yaşamaktadır :
    Giderken aklımı aldı götürdü,
    Yellere kaptırıp çölde yitirdi,
    Beni bu ayrılık yedi, bitirdi,
    Beklerim yolunu gelmez sevdiğim.

    Rüzgarlar saçımı yoldu, kopardı,
    Vefasız yarime name apardı,
    Bu yazık divane ona tapardı,
    Beklerim yolunu gelmez sevdiğim.

    İltimas yıllarca çeker yorulmaz,
    Aşığa neden ya diye sorulmaz,
    Sevdaya tutulan derde darılmaz,
    Beklerim yolunu gelmez sevdiğim.
    İltimas Hanım hece şiirlerinde başarlı olduğu gibi serbest şiirlerinde de çok becerli ve başarlı olmuştur, her iki tarızda yazdığı şiirlerde yetenegini profısonal olarak usta olduğunu pek açık becermiştir, serbest şiirlerinde anlam bütünlüğü ve müzik semfonısı tam görülmektedir. Gerçekten normal hayatta öğretmen olarak edebiyat yolunda da becerli bir öğretmen olduğunu yazdığı şiirleri ile ispat etmiştir ( Öksüz Sevda ) şiirini örnek alacağız :

    Eğer mutlu olacaksan
    Bırakalım sevgimizi…
    Öksüz kalsın bu sevdamız
    Koy yas tutsun yüreğimiz
    Hep ağlasın gözlerimiz.

    Hiç kimsenin haberi yok
    Korkma…
    Bu cinayeti
    Bir sen bilirsin, bir de ben.

    Ha… istersen sen de unut
    Ben çekerim ağrısını acısını.
    Ben alırım üzerime tüm suçunu.

    Bir öksüz de bizden kalsın…
    Nolacak ki…
    Dünya öksüzlerle dolu.
    Yüzü asık, üstü başı leke leke
    Vurulmuşsa bir sokakta
    Ayağını çeke çeke
    Dilenecek sevgi payı
    Ölene dek bir yerlerde
    Sürünerek yaşayacak, yaşlanacak..

    Hatırlamaz seni belki
    O küçüktü…
    Çok küçüktü sen vaz geçtin
    Bizi bırakıp gittin…
    Susacağım sorsa bana
    Öksüz sevgim, yazık sevgim.
    Biz tek idik, yalnız idik
    Diyeceğim.
    Sevenimiz hiç olmadı…
    Yüreğimiz aştı, taştı.
    Hiç dolmadı.
    Bu aşkımız yarım kaldı
    İleriye yol almadı.
    Öksüz kaldı…Öksüz kaldı…
    Son olarak derin sevgi ve saygılarımı İltimas Hanıma sunup, her iki hayatında normal ve Edebiyatta başılılar dileğimle. Ben gerçekleri yazdım çünkü Hanım Şaire hak ediyordu gerisi sevgili okuyucularımıza kalır, hürmetlerimle.

  • Dövlətim üçün layiqli vətəndaş yetişdirirəm

    Sumqayıt səhər 33 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Xavər Əhmədovanı tanıyanlar onu həm də yaradıcı, xeyirxah, səmimi insan kimi sevirlər. Qürurverici haldır ki, bu gün respublikamızın ali təhsil ocaqlarında Xavər müəllimənin dərs dediyi şagirdlər bilik və qabiliyyətləri ilə xüsusilə seçilirlər. Xavər müəlliməni fərqləndirən cəhətlərdən biri də həddən artıq təvazökar olmasıdır. Özü haqqında danışmağı xoşlamayan müəllimənin arxivi onun haqqında kifayət qədər məlumat verir. Xavər müəllimənin bu yazısı Heydər Əliyev Mərkəzinin Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Azərbaycanın ümumtəhsil məktəblərinin müəllimləri arasında keçirdiyi “Dövlətim üçün layiqli vətəndaş yetişdirirəm” adlı müsabiqədə mükafata layiq görülmüşdür. Yazının aktuallığını nəzərə alaraq dəyərli oxuculara təqdim edırik.

    Müasir təhsil qloballaşan dünyamızın mühüm bir sahəsini əhatə edir. Müstəqillik illərində dünyanın həm siyasi, həm iqtisadi, həm də ictimai-mədəni arenasında böyük uğurlar qazanan ölkəmizdə təhsil sahəsində də inkişafı təmin etmək və dünyanın aparıcı təhsil sisteminə inteqrasiya məqsədi ilə islahatlar aparılır. Yeni fənn kurikulumlarının tətbiqi sahəsində aparılan işlər, məktəblərin maddi-texniki bazasının yeni tələblərə uyğun olaraq zənginləşdirilməsi, təhsilimizə göstərilən xüsusi dövlət qayğısı hər bir müəllim üçün geniş imkanlar açır və onu öz işinə günün tələblərinə uyğun olaraq yanaşmağa sövq edir.
    Müəllim gələcək nəsillərin memarıdır. O, yetişdirdiyi vətəndaş üçün cavabdehdir. Müəllim öz işinin məsuliyyətini dərk etməklə əslində dövlətin, vətənin gələcəyini düşünür. Bütün bunları nəzərə alaraq hər bir müəllim işinin öhdəsindən layiqincə gəlməyə çalışmalıdır. Azərbaycan dili və ədəbiyyat dərslərinin şəxsiyyətin formalaşmasında müstəsna əhəmiyyətini nəzərə alaraq demək istərdim ki, təhsildə müasir yanaşma metod və üsulları bu fənlərin tədrisini daha maraqlı və rəngarəng edir.
    Müəllim daim axtarışda olmalı, hər dərs şagirdlərin marağına səbəb ola biləcək dərəcədə cəlbedici forma və üsul seçməyi, yerində saymadan həm şagirdlərinin, həm də özünün inkişaf dinamikasını nəzarətdə saxlamağı bacarmalıdır. Müəllim tədris etdiyi fənnin incəliklərini yaxşı bilməklə yanaşı, həm də zamanın tələbinə uyğun olan metodologiyanı öyrənməlidir.
    Milli kurikulumun əsas cəhətlərindən biri nəticəyönümlülükdür. Yəni hər bir fənn üzrə təlim nəticələri dövlət sənədi kimi təqdim olunur. Təlim prosesi həmin nəticələrin əldə olunması üçün verilən standartların reallaşdırılmasına xidmət edir.
    Mənim fikrimcə, müəllim özü öz fəaliyyətini də planlaşdırmalı, qarşısına qoyduğu məqsədə necə nail olduğunu daim izləməli, öz işini qiymətləndirməlidir. Axı biz müəllimlər şagirdlərimizi təkcə elm öyrənməyə sövq etmirik. Onları bir vətəndaş, bir şəxsiyyət olaraq yetişdiririk. Bir sözlə, məktəb həm təlim, həm də tərbiyə işini öz üzərinə götürməklə, deyərdim ki, cəmiyyətin ən məsuliyyətli missiyasını yerinə yetirir. Böyük şairimiz M.Ə.Sabirin bir fikri yerinə düşür: ”Hər şeyin ibtidası tərbiyədir.”
    Bir müəllim olaraq, şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə almalarına, torpağına, yurduna bağlı əsl insan, əsl vətəndaş kimi yetişmələrinə xüsusi önəm vermək, həm dərs prosesində, həm də məktəbdaxili və məktəbdənkənar tədbirlərə cəlb etməklə onlara layiqli vətəndaş olmağın mahiyyətini dərk etməkdə bələdçilik etmək bizim həm vətəndaşlıq, həm də vəzifə borcumuzdur.
    Müəllim öz üzərində daim işləməli, aparıcı pedaqoji təcrübədən yararlanmalıdır. Azərbaycan təhsili tarixinə islahatlarla zəngin bir dövr kimi daxil olan son illər ərzində iştirak etdiyim çoxsaylı treninq və əlavə kurslar həm Milli Kurikulumun tətbiqi ilə təhsil sahəsində aparılan əsaslı dəyişikliklərlə yaxından tanış olmağıma, həm yeni təlim texnologiyalarına əsaslanan fəal interaktiv təlimin forma və üsullarına yiyələnməyimə, həm də bu sahədə kifayət qədər təcrübəsi və biliyi olan neçə-neçə həmkarımla tanışlığıma səbəb olmuşdur. Ayrı-ayrı bölgələrdə və şəhərimizin digər məktəblərində çalışan müəllimlərimizlə apardığımız işgüzar əməkdaşlıq bizi daim inkişaf etməyə və təcrübə mübadiləsinə sövq edir.
    Müasir cəmiyyətin bütün sahələrində olduğu kimi təhsil sahəsində də İKT böyük əhəmiyyət kəsb edir. Müəllim çox böyük vaxt və zəhmət çəkmədən dünya təcrübəsindən faydalana bilər. Bugünkü şagirdi düşündürən, onu axtarışa aparan dərs necə olmalıdır? Yaxşı müəllim bu işin öhdəsindən necə gələ bilər? Bu suallara cavab tapmaq üçün İngiltərənin York Universitetinin professoru Riçhard Leolancın “Yaxşı öyrətməyin 10 ən yaxşı üsulu”nu təqdim edirəm (www.colorado.edu).
    1. Yaxşı öyrətmək bir vəzifə olmaqla bərabər həm də müəyyən məqsədlərə xidmət edir. Bu məqsədlər şagirdləri öyrənməyə həvəsləndirmək, hər cəhətdən uyğunluğu gözləməklə öyrəndiyinin mənalı və yaddaqalan olmasını təmin etməkdir.
    2. Yaxşı öyrətmək həmçinin öyrətdiyinin vacibliyini şagirdlərə dərk etdirməkdir. Müəllim müvəffəqiyyətə nail olmaq üçün daim axtarmalı, öz sahəsinə aid mənbələri incəliklərinə qədər aramalı, zirvədəki yerini qorumağa çalışmalıdır. Bu yalnız nəzəri məlumatları əldə etmək deyil. Yaxşı öyrətmək nəzəriyyə ilə praktika arasındakı boşluğa körpü salmaqdır. Müəllim “qaladan” çıxmalı boş “sahələrdə” köməyə ehtiyacı olanlara kömək etməli, məsləhət verməli və onları düzgün istiqamətləndirməlidir.
    3. Yaxşı öyrətmək dinləmək, mühakimə etmək, məsuliyyətli olmaqdır. Şagirdlərin və sinfin müxtəlifliyini nəzərə almaq, şagirdlərin istəyini yerindəcə duymaqdır. Sakit dayanan şagirdin şifahi nitq bacarığını inkişaf etdirməkdir. Yaxşı öyrətmək yüksək peşəkarlıqla şagirdləri başqalarına hörmətlə yanaşmaqla hamıdan yaxşı olmağa sövq etməkdir.
    4. Yaxşı öyrətmək sabit bir plana riayət etmək deyil. Bu mühitə, mövzuya uyğun strategiya seçilməsidir. Yaxşı öyrətmək dəyişən, mühitə uyğunlaşan üsul seçməkdir. Nəzərdə tutulan işin 10%-ni həyata keçirmiş vəziyyətdə də ruhdan düşməməkdir. Yaxşı öyrətmək daha tutarlı, mükəmməl mənbə varsa proqramdan kənara çıxmaqdır. Yaxşı öyrətmək üsulu diktator müəllimlə olduqca mülayim müəllim arasında balans qurmaqdır. Yaxşı müəllimlər bu iki qütb arasında şəraitdən asılı olaraq hərəkət edirlər. Onlar harada və nə zaman olduqlarını yaxşı bilirlər.
    5. Yaxşı öyrətməyin həmçinin üslubu var. Yaxşı öyrətmək cəlbedici olmalıdır? Hə və ya yox. Yaxşı öyrətmə bir nöqtədə hərəkətsiz dayanmaq və ya gözlərini slaydlara zilləyib danışmaq deyil. Yaxşı müəllim otaqdakı şagirdlərin və əşyaların hamısını işlədir. Onlar özlərini dirijor, sinfi isə orkestr kimi qəbul edirlər. Şagirdlər hər biri ayrı-ayrı musiqi alətlərində ifa edirlər. Gözəl “musiqi” almaq üçün “dirijor” “orkestr”i canlandırmalı, sinfin bacarıqlarını inkişaf etdirməlidir.
    6. Yaxşı öyrətmək həmçinin yumordur və bu çox vacibdir. Müəllim öz səmimi zarafatı ilə şagirdlərlə dostcasına münasibət qurur, ”buzları əridir”. Şagirdlər daha rahat bir atmosferdə öyrənirlər. Müəllimi hamı kimi səhvləri və çatışmazlıqları ola biləcək insan timsalında qəbul edirlər.
    7. Yaxşı öyrətmək şagirdlərə qayğıkeşliklə yanaşmaqdır. Onların fikir və istedadlarını inkişaf etdirməkdir. Bütün bunları hiss etdirmədən hər bir şagirdə vaxt sərf etməkdir. Yaxşı öyrətmək təmənnasız proqramlar qurmaq, gələcək dərslər üçün materiallar hazırlamaqdır.
    8. Yaxşı öyrətmək öz sahəsində güclü və görünən liderliklə, dəqiq təlimat mənbələri və tapıntıları ilə fərqlənməklə xarakterizə olunur. Yaxşı öyrətmək bütün vaxtını sərf etməkdənsə müəyyən vaxtını səmərəli sərf etməklə müəyyənləşir.
    9. Yaxşı öyrətmək təhsilin hər mərhələsinə uyğun aparılır. Yaxşı öyrətmək mükafatlandırılır. Zəif öyrətmək treyniq və əlavə inkişaf proqramları ilə aradan qaldırılır.
    10. Yaxşı öyrətmək günün sonunda əyləncəli və şən əhvali-ruhiyyədə olmaqla daxilində hiss etdiyin mükafatlardır… Bunlar ən son partada əyləşən şagirdin gözlərində duyduğun maraq, yeni bir şey öyrənən şagirdin çöhrəsində yaranan təbəssüm, köhnə şagirdinin “Sizin dərsiniz mənim həyatımı dəyişdirdi” deməsi və ya başqa bir şagirdin “Sizin dərsiniz mənim gördüyüm ən yaxşı dərs idi” deməsidir.
    Yaxşı müəllimlər öz işlərini pul üçün və ya məcburiyyətdən yerinə yetirmirlər. Onlar, həqiqətən, bundan zövq alırlar. Yaxşı müəllimlər özlərini başqa bir işdə təsəvvür belə etmirlər.
    Hesab edirəm ki, professor Riçhard Leolancın bu tövsiyələri yaxşı öyrətmək üçün bizə faydalı ola bilər.

    Xavər Əhmədova,
    Sumqayıt şəhər 33 saylı tam orta məktəbin
    Azərbaycan dili və ədəbiyyatı müəllimi

  • Ümummilli lideri, ulu öndər, görkəmli ictimai-siyasi xadim Heydər Əliyev

    ul

    Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsinə daxil olmuş, lakin İkinci dünya müharibəsinin başlanması ilə əlaqədar təhsili yarımçıq qalmışdır.
    Heydər Əliyev 1941-ci ildən Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında şöbə müdiri və Xalq Komissarları Sovetində məsul vəzifələrdə çalışmış, 1944-cü ildən isə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilmişdir. Leninqrad (indiki Sankt-Peterburq) və Moskva şəhərlərində xüsusi ali təhsil almış, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. Dövlət təhlükəsizliyi orqanlarında iyirmi beş il çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədr müavini, 1967-ci ildən sədri vəzifələrində işləmiş və general-mayor rütbəsinə yüksəlmişdir.
    Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olmuşdur.
    1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosu üzvlüyünə namizəd, 1982-ci ilin dekabrında isə Siyasi Büronun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdir. Bu vəzifədə işləyərkən Heydər Əliyev SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik etmişdir.
    Heydər Əliyev iyirmi il ərzində SSRİ və Azərbaycan SSR Ali Sovetlərinin deputatı olmuş və beş il SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışmışdır.
    1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq tutduğu vəzifələrdən istefa vermişdir.
    Heydər Əliyev 1990-cı il yanvarın 20-də sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciənin ertəsi günü Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. SSRİ rəhbərliyinin ikiüzlü siyasəti nəticəsində Dağlıq Qarabağda yaranan kəskin münaqişə vəziyyətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir.
    1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikasının Ali Məclisinin sədr müavini vəzifələrində çalışmışdır. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilmişdir.
    1993-cü ilin may-iyun aylarında hökumət böhranının son dərəcə kəskinləşməsi nəticəsində ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarananda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürdü və Azərbaycanın o dövrkü rəhbərliyi Heydər Əliyevi Bakıya dəvət etməli oldu.
    Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilmiş, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlamışdır.
    Heydər Əliyev 1993-cü il oktyabrın 3-də keçirilən səsvermə nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
    1998-ci il oktyabrın 11-də keçirilmiş seçkilərdə o, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Öz namizədliyinin növbəti prezident seçkilərində irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə bağlı 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə iştirakdan imtina etmişdir.
    Azərbaycanın ümummilli lideri Heydər Əliyev 2003-cü il dekabrın 12-də müalicə olunduğu Klivlend klinikasında (ABŞ) vəfat etmiş, dekabrın 15-də Bakıda Fəxri xiyabanda dəfn olunmuşdur.

    Mənbə: http://heydaraliyevcenter.az

  • Rafiq ODAY.”Sən ulu öndərisən bu xalqın, bu millətin”

    rafiq-oday

    Sən zülmət gecələrin bir ümid çırağısan,
    Sən elin ağsaqqalı, sən yurdun dayağısan,
    Sən hürriyyət sədası, azadlıq sorağısan,
    Hər qarışda izin var, bu izi silmək çətin,
    Sən ulu öndərisən bu xalqın, bu millətin.

    Vətənin hər daşını sevginlə naxışladın,
    Bu yurda kəc baxanın yolunu yoxuşladın,
    Sən qalan ömrünü də xalqına bağışladın,
    Əbədiyyət rəmzi var kökündə bu ülfətin,
    Sən ulu öndərisən bu xalqın, bu millətin.

    Əshabi-kəhf timsallı neçə pirlər burada,
    Hər qayanda qorunur neçə sirlər burada,
    Sənə yön çevirdilər “91-lər” burada,
    Bir daha bəlli oldu xalqına sədaqətin,
    Sən ulu öndərisən bu xalqın, bu millətin.

    Sən haqqa arxa durdun, əsarətə yox dedin,
    Acın dərdini bilməz heç bir zaman tox, dedin,
    Oyan, ey ulu millət, qaranlıqdan çıx dedin,
    Aydınlıq nuru qonsun üzünə məmləkətin,
    Sən ulu öndərisən bu xalqın, bu millətin.

    Bu dövlətin qırılmaz təməlində yaşarsan,
    Ən müqəddəs, ən ülvi əməlində yaşarsan,
    Vətən sevdalıları cəm elində – yaşarsan,
    Xalq görür bəhrəsini çəkdiyin hər zəhmətin,
    Sən ulu öndərisən bu xalqın, bu millətin.

    Sənə xalq məhəbbəti sonsuz – dərindən dərin,
    Yüksəliş müjdəlidi hər açılan səhərin,
    Daha yolu rəvandı aşılmaz zirvələrin,
    Bütün dünya çevirib yurduma öz diqqətin,
    Sən ulu öndərisən bu xalqın, bu millətin.

    Ən böyük əmanətin İlham Əliyev bizə,
    Bir də müqəddəs Vərən – döğma ocaq, ev bizə.
    Onunçün o, qatır ki, gecəsini gündüzə,
    Heç zaman laxlamasın özülü bu qüdrətin,
    Sən ulu öndərisən bu xalqın, bu millətin.

    Azərbaycan – Türkiyə qardaşlıq nümünəsi,
    Bütün cahan bir ola boğa bilməz bu səsi,
    Hələ qarşımızdadır Qarabağ təntənəsi,
    Ürəyində gömərik düşmənin bəd niyyətin,
    Sən ulu öndərisən bu xalqın, bu millətin.

    And içirik günəşin sübh doğan çağına,
    And içirik qan ilə boyanan torpağina,
    And içirik üçrəngli müqəddəs bayqağına,
    Kokünü kəsəcəyik hər zülmün, hər zillətin,
    Sən ulu öndərisən bu xalqın, bu millətin.