Post Views: 93 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, “Möhtəşəm Azərbaycan” qəzetinin təsisçisi və baş redaktoru, “Azərikimya” İstehsalat Birliyi Mətbuat xidmətinin rəhbəri, AYB və AJB üzvü, şair-publisist, «Qızıl qələm», «Həsən Bəy Zərdabi» və «Qafqaz Media» mükafatları laureatı Bütün türk dünyasının gözü dikilib sana, Türk dünyası bir yana, Azərbaycan bir yana, Yüz milyonluq millətə Azərbaycan …
Ruslan Dost ƏLİ.”Uşaqlıq himi” (Yeni şeir)
Post Views: 105 Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü hərə bir züm-zümə edir keçmişdən, hərə içində bir bəstə saxlayır. məni bu od-ocaq qızdırmır daha, məni xatirələr isiti saxlayır. gəlib məhləmizdə az tutmayıblar, qızlar gəlinciyi, donu əlimdə. mən də böyüməyə tərəf qaçardım, qarqı atım vardı, onun belində. gedib kitablarda quş axtarardım, rəsm dəftərimə şəkil çəkməyə. “klas”a …
Doğum gününüz mübarək!
Post Views: 89 Elməddin Nicat 1982-ci il avqust ayının 23-də Kəlbəcər rayonunun Zeylik kəndində anadan olub.1999-2003-cü illərdə Gəncə Dövlət Universitetinin Tarix fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb.2007-ci ildə ailə həyatı qurub. 2013-cü ildən Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Fəxri üzvüdür. Şeirləri müxtəlif mətbu orqanlarda, o cümlədən mədəniyyət və ədəbiyyat portallarında dərc olunub.”Dağlar, yuxunuz çin …
Qabil ƏDALƏT.Yeni şeirlər
Post Views: 121 * * * Gecə telefonda, başımı başına söykəyib, dərdlərindən aldığım payımı başımın altına qoyub, səsindəki təbəssümə bürünüb, ümidimi qucaqlayıb yatdım. Qoparıb ruhumu bədənimdən sənə sarı gəldim. Sevginlə məst idim bir az dumanlı… Əllərim uzalı qalmışdı saçlarına gecə gözlüm… Ümidlərim qucagı boş qayıtmışdı qoynuma. Bu gecə də telefondan nefes kimi asıldım. Günəş yavaş …
Əbil HƏSƏNOV.”Ananın fəryadı” (Hekayə)
Post Views: 128 Ananın övladları neçə illər idi ki,əsirlikdə idilər.Özü isə yarımcan idi.Bədənini bir hissəsi düşmən gülləsinə tuş gəlmişdi.Ancaq buna baxmayaraq, çətinliklə də olsa da,düşmən əlindən sağ salamat çıxarmış oğlanlarını böyüdürdü ki,onun qisasını alsınlar,əsirlikdə olan bacılarını xilas edib,düşmən tapdağında olan torpaqlarımızı azad etsinlər.Oğlanları böyüdükcə ana daha da sevinirdi.Axı necə sevinməsin ki,qisas günü yaxınlaşırdı.Oğlanları tərbiyəli, mərifətli …
Qazax rayonunda M.P.Vaqifin yaradıcılığına həsr olunmuş tədbir düzənlənib
Post Views: 97 22 avqust 2014-cü il tarixdə Qazax rayonunda Azərbaycan Yazıçılar Birliyinin Qazax Bölməsinin sədri, Əməkdar incəsənət xadimi Barat Vüsalın təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair Molla Pənah Vaqifin yaradıcılığına həsr olunmuş tədbir keçirilib.Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin Qazax Bölməsinin sədri Barat Vüsal ilk növbədə tədbir iştirakçılarını salamlayıb, sonra isə …
“Azərbaycanımın Qəhrəman qızı”
Post Views: 102 Adınla yaşayıram Pəncərəmi sənin, Əlinlə döyür külək. Taqqıltı eşidəndə, Yamanca ovunuram. Tələsik addımlarla, Gedib qapıya tərəf. Sənin yerişin sanıb, Özümü unuduram.. Qayıdıb asta-asta, Üz-üzə dayanıram, Şəkillə, gəlmək üçün. Sənsizliyin içində, Səninlə ölmək üçün. Gecənin qaranlığı, Sarılır otağıma. İsti, ilıq nəfəsin, Baş qoyur yatağıma. Hər otağın küncündə, Xatirələr bağırır. Günümə, saatıma, Dəqiqəmə dağılır. …
Tural ADIŞİRİN.Yeni şeir
Post Views: 131 Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü * * * O göyçək əlindən tutmağım çətin- öz evin,öz süfrən,çörəyin-duzun… Mənim ürəyimdə sənin həsrətin, Sənin qucağında-körpəcə qızın… Bir nazlı ayrılıq əlində şərbət, Qapım bağlanandan qapımı döyür. Mənim nəfəsimlə bir lal məhəbbət, Sənin nəfəsinlə bir qız böyüyür. Sənin işığından umacağım yox, O körpən gülürsə-dünya gözəldir Mənim …
“Mənim qəhrəmanim”
Post Views: 93 Bir universitetdə praktika keçirdim, dərs deyirdim. Eyni semestrdə həm mühazirə, həm seminar dediyim bir qız tələbə diqqətimi çəkməyə başlamışdı. Çox gözəl idi, qeyri-ixtiyari ona baxırdım, çox çalışqan idi, bütün imthanlarda ən yüksək qiyməti o alırdı. Həm də çox xanım xarakterli idi. Bir gün təsadüfən qızı nişanlısı ilə gördüm və boynuma alıram, ilk …
Gündüz SEVİNDİK.”Şeirimizdən, türkümüzdən savayı?” (Yeni şeir)
Post Views: 97 Kara gəlməz bu gördüyüm röya da, Bir balığam, səbr udmuşam dəryada… Bizdən sonra nə qalacaq dünyada, Şeirimizdən, türkümüzdən savayı? Bir sevginin qaldı ahı ortada, Mən adlı bir nökər-şahı ortada… Nə yaşadıq? Nə var axı ortada – Tənəmizdən, ərkimizdən savayı? Çılğın könül ülvi eşqin odası, Nə uzaqmış bu Məhəbbət Adası?… Mənim üçün bu …
Doğum gününüz mübarək!
Post Views: 102 Səbinə Dəniz (Məmmədova Səbinə) 1989-cu ild avqust ayının 21-də Sumqayıt şəhərində anadan olub.1996-cı ildə Sumqayıt şəhər 26 saylı orta məktəbinə daxil olub.2007-ci ildə həmin məktəbi bitirib.2008-2012-ci illərdə Azərbaycan Universitetinin filologiya fakültəsində ali təhsil alıb. Universitet illərindən başlayaraq dövri mətbuatında yazıları çap olunur. Həmçinin əməkdaşlıq etdiyi “168 saat” qəzetində araşdırma və başqa türlü …
Hikmət MƏLİKZADƏ.”Ömrün payız sehri” (Məqalə)
Post Views: 94 Azərbaycan Yazıçılar və Jurnalsitlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü. Bizə elə gəlir ki, tale izharları yaradıcı şəxs üçün həyat qayəsidir; çünki zamanın əks etdirdiyi həqiqətlər bu tipiklikdə real qiymətini alır. Buna görə həyata bağlılıq insan düşüncəsində əsas yerlərdən birini tutur. Zənnimizcə, şeirlərinin hamısında vətən, yurd sevgisi sərgiləyən, oxucularına bütün …
Hikmət MƏLİKZADƏ.”Vaxtsızlıq və vaxt təzahürü” (Məqalə)
Post Views: 106 Azərbaycan Yazıçılar və Jurnalsitlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü. Ənənəvi-modern üsluba sirayətetmə bir çox qələm sahibinə yeni ədəbi meyllərə çıxış üçün belə deyək, bir zəmin yaradır. Duyğusal-ruhsal əhatədə ovqatdəyişmə məğzlərinə xüsusi önəm verən istedadlı şair Xatirə Fərəcli də bu ədəbi missiyanın önündə gedənlərdəndir. Səmimi deyək ki, Xatirə Fərəclinin şeirlərində …
Tural SAHAB.”Sevginin şeirini yazacam mən” (Yeni şeir)
Post Views: 90 Sevginin şeirini yazacam mən inanmadığınız istəmədiyiniz gizli- gizli yandığınız sevginin bir dəstə sevgi ilə bir mələk göndərəcək, Tanrı öpmək üçün göz yaşımdan silmək üçün kini, nifrəti yaddaşımdan bürünəcəm sevgiyə sevgi qoxulu sevgi rəngli Seirin sevgisini yazacam mən gözəl sözlərlə toxunacam sevginin qəlbinə insan ürəyindəki nifrətin bəndinə Göy qurşağı kimi rəngli yağacaq yağmurlar …
Tural SAHAB.”Göy qurşağı” (Köşə yazısı)
Post Views: 98 – Baba, ay baba niyə Göy qurşağı bu qədər rəngarəng və bu qədər uzaqdı bizdən? – Bilmirsənmi, ay bala?!- sən ki, bu qədər məktəb oxudun, diplomların var – Yox, yox ay baba kitablar doğrunu demir, məncə. Kitablar aldadır bizi, məsələn Tahir və Zöhrə yaşayıb deyir kitablar, ancaq həyatda nə Tahirlər yaşayır, nə …
Doğum gününüz mübarək!
Post Views: 94 Rəşad Məcid 1964-cü il avqust ayının 21-də Ağcabədi rayonunda anadan olub. 1979-cu ilədək Ağdam şəhərində yaşayıb, həmin vaxtdan Bakıya köçüb. 1988-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1985-ci ildən “Elm və həyat” jurnalında korrektor kimi əmək fəaliyyətinə başlayıb, sonra 1990-cı ilədək həmin jurnalın müxbiri işləyib. 1990-1991-ci illərdə Azərbaycan Bədii Tərcümə və …
Oktay HACIMUSALI.”Anadoluda Xarıbülbül sevdalı bir şair” (Məqalə)
Post Views: 133 (Türkiyəli şair Osman Başın “Xarıbülbül” kitabını vərəqləyə – vərəqləyə süzülüb gələn düşüncələr) Türk Türk olalı, dərdinə sarıldı. Amma ağlamadı, gözlərində düşməninə nifrət, dostuna sədaqət yaşadı. Onun ümidləri gözlərindən oxundu. Sevdasına sarıldı həm də. Çünki, sevdasından böyük, sevdasından ulu, sevdasından qutsal heç nə yox idi və ola da bilməzdi. Bir eşq nağılına qulaq …
Hikmət MƏLİKZADƏ.Yeni şeirlər
Post Views: 66 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü. *** Xəstə baxışların qaba sızıltılara sürtür özünü, ürəyinin ritmi pozulur tez-tez kökdən düşən piano kimi. Gözlərin hələ də can verir yad baxış altda. Nə vaxtsa səni istəyənlərin sayı indi sənə köhnə palaz kimi baxanların sayı qədər olub yəqin ki… Sən …
Debüt: Bahadur QOBUSTAN (Qobustan rayonu).Şeirlər
Post Views: 147 Bahadur QOBUSTAN (Seyidov Bahadur Eyub oğlu) 1984-cü il 1 avqust tarixində Qobustan rayonunun Bəklə kəndində anadan olub. Orta məktəbi Doğulduğu kənddə başa vurub. 2002 ci ildə Gəncə Dövlət Ünveristetinə qəbul olub və 2006 cı ildə bu həmin Univeristetdən məzun olub. Unvristet illərində (2002-2006) Töhfə qəzetində müxbir kimi çalışıb. 2006-2007 ci illrdə hərbi …
Sentyabr ayında “Elimiz.Günümüz” qəzeti fəaliyyətini bərpa edəcək
Post Views: 122 Çağdaş Azərbaycan ədəbi mühitində fəaliyyət göstərən mədəniyyət və ədəbiyyat yönümlü mətbu orqanlar içərisində daha çox yazarların ədəbi-bədii nümunələrini, poeziya örnəklərini, məqalələrini, publisistik qeydlərini, poemalarını səhifələrində dərc etməklə ictimaiyyətin nəzərinə çatdıran “Elimiz.Günümüz” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Milli Elmlər Akademiyasının aparıcı elmi işçisi, filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Qiymət Məhərrəmli jurnalistlərə …
Saqif QARATORPAQ.”Çarəsizlik” (Hekayə)
Post Views: 112 Bu bizim hekayəmizdi-sənin və mənim.Düzünü desəm sənin, ömrümün köhnə divarına yazdığın bir eşq hekayəsi.Ona əndrabadi adlar da qoya bilərik.Əgər istə- sən…Məsələn, “Vurulmuşlar”, “Dəli kimi sevənlər” və sairə və ilaxır.Ancaq mə- nim təmtəraqlı adlardan xoşum gəlmir.Ona görə də”Çarəsizlik”qoydum.Bilmirəm, xoşuna gələcəkmi?Bircə onu bilirəm ki,bəyənsən də,bəyənməsən də bacardığım budur.Neyləmək olar.Varını verən utanmaz.Nə isə…Deyəsən mətləbdən uzaq …
Rüfət AXUNDLU.Yeni şeirlər
Post Views: 150 * * * Sevda bizim üçün oyuncağıymış, Sən demə, oynayıb baş qatırıqmış. Oynada-oynada bu oyuncağı, Məcnunun ruhuna daş atırıqmış. Yalanla dolu bir məhəbbət üçün, Min hiylə, min dona girə bilmişik, Hələ söylənməyən həqiqət üçün, Nələri biz qurban verə bilmişik. Nələri itirib, nəyi tapmışıq? Bunu nə sən bilir, nə mən bilirəm. Yalan süstlüyündən …
GƏNC YAZAR GƏNC YAZAR HAQQINDA
Post Views: 98 Şəfa VƏLİ (Ruslan Dostəli yaradıcılığı) Ruslan haqqında ikinci yazıdır bu… Birincini onun haqqında elə yazmışdım ki, elə bil məktəbdə inşa yazmışdım… Orda o qədər elmi cümlələr vardı ki… Hər dəfə onu Ruslana oxumaq istədim, hər dəfə də Ruslan nəyləsə xətrimə dəydi… Oxumadım… Yaxşı ki, oxumamışam, qardaşım… İnciməzdin məndən… Axı istəyirəm inciyəsən… İstəyirəm …
Şəfa VƏLİYEVA.Yeni şeir
Post Views: 99 -nəyi vəsf etsin bu şair? Ayrılıq doymaz ki sözdən… Nə var ikimizə dair? Xatirələr küsüb bizdən… -yazılan bütün misralar Yarım ümid-yarım şübhə… Yandırılan bəyaz şamlar Öləziyər üzü sübhə… -evimizin pəncərəsi Yaddan çıxıb açıq qalıb… Ürəyimin pəncərəsin Hələ açan tapılmayıb…
Deyişmə: Aybəniz QAFANLI və İlkin ABBAS
Post Views: 106 AYBƏNİZ Nigaranam elə səndən, Danış görüm, həncərisən? Baxıb durma mənə gendən, Danış görüm, həncərisən? İLKİN Mən baxmıram sənə gendən, Bir saf eşq gözlərəm səndən, Gəl nigaran qalma məndən Yaxşıyam, sən həncərisən? AYBƏNİZ Əllərini üzmə məndən, Belə kənar gəzmə məndən, Sən Allah gəl bezmə məndən, Danış görüm, həncərisən? İLKİN Əllərini üzən kimdir? Səndən …
Gülnarə İSRAFİLQIZI.”Sənin üçün” (Yeni şeir)
Post Views: 122 Getmə Gedişinlə qığılcım alışar addımlarında, Sarılar addımlarıma. Baxarsan hər addım sənsiz, Yeridikcə yandırır varlığımı. Getmə Susuzluğundan, Enər yarpaq-yarpaq, Tökülərəm, Sən gedən yollara. Sənin üçün, Nəğmə olaram dodaqlara. Getmə.
Gülnarə SADİQ.”Vətənəm” (Yeni şeir)
Post Views: 101 Mən Anayam! Mən Vətənəm! Gör nə qədər oğul dağı Verib mənə əzəl düşmən. Dərbəndimə yas tutmamış Borçalımı apardılar. Zəngəzura yas tutmamış, Bu həsrətə alışamamış Təbrizimi qopardılar. Bir yara var ürəyimdə, Şuşa adlı nazlı gəlin. Bir acı var ürəyimdə , Laçın adlı adlı dağlar qızı. Bu dərdim bu kədərim, Babəkimin,Koroğlumun Qeyrətinə yaman dəyib, …
Fidan ABBASOVA.”Nə qədər oğullar itirdin, Vətən?!” (Yeni şeir)
Post Views: 85 Nə qədər oğullar itirdin vətən? sayını artırır düşmən həmləsi Başın sağ olsun qoy sənin ey Vətən dilimizdə şüar bu söz kəlməsi… Analar qan tökür göz yaşı deyil axı bu qanların cavabı yoxmu? şəhid məzarına hamı baş əyir o dinclik , uzaqda çoxmu? Mən dözə bilmirəm bu haqsızlığa gör şəhid anası necə dözəcək …
Harika UFUK (Türkiye Cümhuriyyeti, Adana).Muhteşem şiirler
Post Views: 123 ADANA SEVDASI ADANA’MDAN SELÂM SANA TÜRKİYE’M Toros güzelleri amber kokuyor, Adana’mdan selam sana Türkiye’m! Gönül tezgâhında sevgi dokuyor, Adana’mdan selam sana Türkiye’m! Bakü petrolünü akıtır Ceyhan, Ceyhan’a kardeştir eşsizdir Seyhan, İki kardeş konuk, Çukurova’m han, Adana’mdan selam sana Türkiye’m! Meşhurdur Kozan’ın mandalinası, Bucak’ta yetişir meyvenin hası, Kozan yiğitleri, yiğidin ası, Adana’mdan selam …
Esat ERBİL (İrak, Erbil).”Azerbaycan” (Yeni şiir)
Post Views: 147 Tüm Türk vatanımız birdir bölünmez, Ağlayanlar gülsün Azerbaycanım, Turan eller bizim tarih silinmez, Sevinçle kalp dolsun Azerbaycanım. Bayrağında vardır yeşil kırmızı, Hep bizleri toplar ayı yıldızı, Gönül istiyecek arzular sizi, Sevmeyen ölsün Azerbaycanım. Dokuz İklimin var isterim gezmek, Serin göllerinde ne hoştur yüzmek, Tek umudum budur düşmanın ezmek, Koymam yerin bölsün Azerbaycanım. …
Mayisə ƏSƏDULLAQIZI.”Cənnətə gedəcik” (Yeni şeir)
Post Views: 88 Hərdən düşürsən yadıma, Bu vaxtacan çalışaraq qazanılan var-dövləti həm itirən, peşman olan insan təki, Üzündəki hər bir çizgin qırış-qırış, Bilmirəm nəyə görəsə, tale görüşdürdü bizi, oldun qəlbimin əzizi… Bu nisgilli, həm alovlu ürəyimin həm söhbəti, həm də sözü… Bir xatirə qaldı səndən, Saxlamışam gözlərimin qarasında, Sevgi ilə həsrətimin arasında! Axirətə getsəm belə, …
Gənc xanım yazar Gülnarə İsrafilqızının şeirləri Qardaş Türkiyə Cümhuriyyətində dərc olundu
Post Views: 77 Gündəlik İnformasiya Agentliyinin Mətbuat xidmətinin Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən Tokat Şairler ve Yazarlar Derneğinə istinadən yaydığı məlumata görə, “Kümbet” eğitim, kültür, sanat ve edebiyyat dergisinin 33-cü buraxılışında Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycanın istedadlı gənc xanım yazarı, Gündəlik İnformasiya Agentliyinin Baş məsləhətçisi, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, …
Gülnarə SADİQ.Yeni şeirlər
Post Views: 122 LALƏM MƏNİM Bu könül baxçamda,vüsal bağımda, Nə gözəl açmısan tər Laləm mənim. Yanan ürəyimdə,solan çağımda, Solmaz ümidimsən,tər laləm mənim. Qoymaram hüsnünə baxanlar olsun, Baxıb da,qoxunu alanlar olsun, Səni eşq oduna salanlar olsun, Süslənən gülümsən,tər laləm mənim. Sadiqin qələmi hey səndən yazar, Baxıb camalına yolunu azar, Loğmansan gəl gör ki,nədir bu azar? Xəstəyəm,dərmanım …
Gündüz SEVİNDİK.Yeni şeirlər
Post Views: 85 * * * Hanı bu bəxtin hakimi? Oğulsan apar yükümü… Ömrüm boyu dəniz kimi, Qabarmışam, çəkilmişəm. Gəldimsə Dərdin xoşuna, Məni burax özbaşıma – Anam, bəxtəvər başına, Böyümüşəm, yekəlmişəm… Səs salma, haldayam, adam, İçimdən gələn haydayam, Doğulandan bu boydayam – Öz əynimə tikilmişəm!… * * * Bu həyat tanışdı bizə, Dünya bir qarışdı …
Müsahibimiz gənc yazar İlkin Abbasdı
Post Views: 113 Müsahibimiz haqqında qısa bilgilər -Ədəbi-bədii yaradıcılığa neçənci ildə, hansı yazı ilə başlamısınız? -Əvvəla, çox sağolun ki, məni öz rublikanızda görməyə layiq bildiniz. bunun üçün sizə təşəkkür edirəm.. Ədəbi yaradıcılığa 2008-ci ildə yazdığım “Azərbaycan Dili” adlı şeirlə başlamışam. Əslində ədəbiyyata marağım orta məktəb illərindən başlayıb. -Son zamanlar dövri mətbuat səhifələrində şeirləriniz dərc olunmur.Bu …
Bahadur ƏLİZADƏ.”Qara paltarlı qadın” (Hekayə)
Post Views: 120 (Ramiz Rövşənin eyniadlı şeirindən ilhamlanaraq) 2020-ci ilin yay ayı idi. Hər kəsin işlədiyi və pul qazanmaq üçün başı qarışdığı bir dövr idi. Hələ indiyədək Bakını bu qədər insanla dolu görmək mümkün olmamışdı. Mühəndislərə daha çox ehtiyac duyulan bir dövrdə yaşayan Zakir iş baxımından korluq çəkmirdi. Zakirin ailəsi rayonda qalırdı . Həftə sonu …
KÜMBET’İN 33 SAYISI YAYINDA!
Post Views: 129 Kapağında Sultan 2. Abdülhamit Han döneminde Tokat giysilerinin yer aldığı bir fotoğraf bulunan dergimizin 33. sayısı 33. sayısı okuyucularının görüşüne sunuldu.Derginin editör yazısını aşağıya alıyoruz: EDİTÖRDEN Ülke dışında ve içinde büyük beğeni kazanan 32. sayımızdan sonra yine sizlerleyiz. Anadolu’da dergi çıkarmanın ve devam ettirmenin güçlüğünü bilen, bundan dolayı bizlere destek konusunda kayıtsız …
Fidan ABBASOVA.Yeni şeir
Post Views: 91 Mən boyudum görə görə yalanlar dərd çəkəni dərdi çəkənlər anlar əzəl gündən yaxşılarla – yamanlar bu günlərə gəlib çıxdı bizimlə mən yamanı görmüş oldum gözümlə… Bir ümüdə sarılanlar çox oldu bağ salanlar xəzan gəldi yox oldu ac qarınlar birdən birə tox oldu bu günlərə gəlib çıxdıq səbirlə mən yamanı görmüş oldum gözümlə… …
Fidan ABBASOVA.Yeni şeir
Post Views: 121 Sən mənimçün bu həyatda ilk nübar payım olsanda saçlarına ağ dən düşmüş qocalmış qarı olsanda bənövşətək boynu bükük tez açıb- erkən solsanda ürəyimdə yana – yana sevgidən bir od olsanda ümüdümü itirərkən sabahıma doğan günəş əllərimi buraxmadan isdilikdən yanan atəş içimdəki coşqun həvəs, qəlbimdəki dəmir qəfəs, aldığım hər anda nəfəs, gördüyüm hər …
Şəfa VƏLİYEVA.”Bilirəm…daha səninçün” (Yeni şeir)
Post Views: 77 Bilirəm… daha səninçün Ölmüşəm də… itmişəm də… Bilmədin… elə səninçün Ölmüşəm də… bitmişəm də… Bu ikili yalnızlığı Qovdum… canımdan getmədi… Dərd sevgilim yalnızlığı Duydu…yanımdan getmədi… Ürəyim yumruğum boyda… Nolsun… sən ki yerləşmisən… Ruhun…hisslərin ovcumda… Varlığınla çox adisən… Hələ də öyrənmədinmi? Bu qara qızdı bəxt payın? Yoxsa sevə bilmədinmi? Gələn payızdı… bəxt yayın… …
Qiymət MƏHƏRRƏMLİ.Yeni şeirlər
Post Views: 129 İç dünyam Nizamlayar, tarazlayar, düzləyər Dünyam məni, dünyam məni, iç dünyam. Naqislikdən, nadanlıqdan gizləyər Dünyam məni, dünyam məni, iç dünyam. Qoymaz məni bölünməyə, bölməyə, Toxunulmaz əl dəyməmiş ilməyə, Vaxtsız-günsüz qocalmağa, ölməyə Dünyam məni, dünyam məni, iç dünyam. Yaradandı, yaşadandı, qurandı, Məsləkimin keşiyində durandı. Müqəddəsdən müqəddəsdi, Qurandı – Dünyam mənim, dünyam mənim, iç …
Təranə ŞƏMS.Yeni şeirlər
Post Views: 109 SIĞA BİLMƏDİ Gəlmişdim dünyaya gedirəm dedim Payımsa yaşamaq sevirəm dedim Sevginlə, vədinə güvənəm dedim EY dünya! Mən sənə sığa bilsəm də, Dünyamsa, dünyana sığa bilmədi Pünhandı bu könlül zar-zar ağladım İşıqlı düyama, qara bağladım Sızlayan könlümü, yara bağladım EY dünya! Mən sənə sığa bilsəm də, Dünyamsa, dünyana sığa bilmədi. Bir gözüm yaşdısa …
Sülh üçün birləşək
Post Views: 94 Son günlər cəbhədə baş verənlər hər kəsin diqqətini bir neçə məsələyə yönəltdi. Düşünürəm ki, bu məsələlərdən ən önəmlisi Türkiyənin bizə verdiyi dəstək, maddi-mənəvi şəkildə bizimlə birliyini göstərməsi idi. Türkiyə hər zaman Azərbaycana qardaş ölkə kimi baxmış, hətta dahi öndərimiz Heydər Əliyev bu dostluğu, qardaşlığı ən gözəl şəkildə bir millət, iki dövlət olaraq …
İnsanın xoşbəxt olmasının sirri
Post Views: 87 “Artıq nə edəcəyimi bilmirəm, belə bir şey necə ola bilər, düzəlməsi artıq mümkün deyil”… Bunlar bir çox insanın tez-tez istifadə etdiyi və ətrafındakılardan də eşitdiyi sözlərdir. Ümidsizlik ifadə edən və ardından da kədəri gətirən bu ifadələr əslində bu insan xarakterini də bizə təqdim edir. Kədərə meyili olan insanlar bədbəxtlik və çətinlik üçün …
Cığatel.”Ağlayarmı Qəhrəmanlar Anası?!” (Yeni şeir)
Post Views: 112 Titrətdi qəlbimi ana fəryadın, Ərşə haray çəkdi ahın, imdad ın?, Yoxsa gözündəmi qaldı muradın?! -Söküldü bir gəncin ömür binası, Ağlama, ağlama, şəhid anası !!! Ordu gərəyimdi, ordu səngərim, Neçə min keşikçim, neçə min nərim, O taylı, bu taylı Türküm,Azərim, Bir əsgərin yası, bütün el yası, Ağlama, ağlama, şəhid anası.. Qarabağ qürbətdə bizdən …
Gülnarə İSRAFİLQIZI.”Utanıram!!!” (Yeni şeir)
Post Views: 75 Utanıram susqunluqdan, Acizlikdən, satqınlıqdan, Yaltaqlıqdan. Utanıram bədbinlikdən, Gərginlikdən. Düşünürəm əsirimi, Faciəmi… Utanıram çadırlarda Sürünməkdən. Şərəfsizlik simasına, Bürünməkdən…. Utanıram, Hissə- hissə bölünməkdən. Əlçim-əlçim didilməkdən. Sökülməkdən. Tikə-tikə ölkələrə tökülməkdən. Utanıram!!! Yaddaşlarda tor qurubdur, Hörümçəklər. Elə şirin yuxu verib, Gələn vədlər. Ayılmaq da istəmirik. Harınlamış təbəqədən, Bəhanələr gətiririk… Utanıram varlığımdan danışmağa, Utanıram torpağıma qarışmağa.
Gülnarə İSRAFİLQIZI.”Vətən daşı az ol” (Yeni şeir)
Post Views: 112 Təşvişə düşmə xalqım, İgidliyə hazır ol. Qisasın al şəhidin, Torpağında qazi ol. Bük belini düşmənin, Tik əlini düşmənin, Sök dilini düşmənin, Ölməyinə razı ol. Səbir zülümlər doğar, Qisas ölümlər doğar, Vətən olumlar doğar, Vətən daşı azı ol.
Tural SAHAB.”Dənizlərin ən gözəli” (Yeni şeir)
Post Views: 97 Dalğalanacaq, mənim üçün Dənizlərin ən gözəli Günlərin ən özəlində Günəş batana yaxın Gündüz sarlıb, gecənin qoynunda Yatana yaxın Balaca bir sandalda Böyük arzularla Şeirə qucaq açan O anlarla Çıxacam yola Ürəyim dalğa- dalğa Dəniz dalğa- dalğa Öpəcək balıqlar Baxışlarımı bəzəyən Masmavi sonsuzluqdan Daha dönməyəcəm Dönməyəcəyik Ürəyimizin bizi apardığı O qutlu yoldan Layla …
Tural SAHAB.”Doqquz milyon ölmədən olmaz…..!” (Köşə yazısı)
Post Views: 78 Bu yazımda bir çox mövzulara toxunmaq istəyirəm. Bu günlərdə həyacan və sevincimiz qələbə həsrətimizə qarışıb, biz qələbə istəyirik. Qələbə nəticədir, bəs biz nəticəni yaradacaq səbəblərə sahibikmi?! Qılınc və qələmi eyni gücdə, hətta bəzi məqamlarda qələmi üstün tuturlar, bəs bizim qələmlərimiz necə, onlar da savaşmağa hazırmı?! Son günlərdə nə yazıq ki, qılınıcımız kəskin …
Məhəmməd Hüseyn Şəhriyar.”Azərbaycan”
Post Views: 86 Könlüm quşu qanad çalmaz, sənsiz bir an, Azərbaycan Xoş günlərin getməz müdam xəyalımdan Azərbaycan Səndən uzaq düşsəm də mən eşqin ilə yaşayıram Yaralanmış qəlbim kimi, qəlbi viran Azərbaycan Bütün dünya bilir sənin qüdrətinlə, dövlətinlə Abad olub, azad olub, mülkü-İran, Azərbaycan Bisütuni-İnqilabda Şirin-Vətən üçin Fərhad Külüng vurmuş öz başına zaman-zaman Azərbaycan Vətən eşqi …
Məmməd ARAZ.”Ayağa dur, Azərbaycan!”
Post Views: 86 Nə yatmısan, qoca vulkan, səninləyəm! Ayağa dur, Azərbaycan, səninləyəm! Səndən qeyri biz hər şeyi bölə billik! Səndən qeyri biz hamımız ölə billik! Bu, Şəhriyar harayıdı, Bu, Bəxtiyar harayıdı! Hanı sənin tufan yıxan, Gurşad boğan yurda oğul oğulların! Qara Çoban, Dəli Domrul oğulların. Çək sinənə-qayaları yamaq elə, Haqq yolunu ayağına dolaq elə, Bayrağını …
Səməd VURĞUN.”Azərbaycan”
Post Views: 107 El bilir ki, sən mənimsən, Yurdum, yuvam, məskənimsən, Anam doğma vətənimsən! Ayrılarmı könül candan? Azərbaycan, Azərbaycan! Mən bir uşaq, sən bir ana, Odur ki, bağlıyam sana, Hanki səmtə, hanki yana Hey uçsam da yuvam sənsən, Elim, günüm, obam sənsən! Çox keçmişəm bu dağlardan, Durna gözlü bulaqlardan! Eşitmişəm uzaqlardan Sakit axan arazları, Sınamışam …
Süleyman RÜSTƏM.”AZƏRBAYCANA GƏLSİN”
Post Views: 108 Vətənimin seyrinə çağırıram elləri, Sərvət görmək istəyən Azərbaycana gəlsin! Bəzənib başdan-başa şəhərləri, kəndləri Cənnət görmək istəyən Azərbaycana gəlsin! Qanımızda dövr edən sədaqətdir, sədaqət, Günəşdən də parlaqdır gözümdən bu həqiqət. Dostuna, qardaşına təmənnasız məhəbbət, Hörmət görmək istəyən Azərbaycana gəlsin! Gözəlliklər Vətənə gözəllərindən gəlir, Dostluğun-qardaşlığın təməllərindən gəlir, Könüllərin nıüqəddəs əməllərindən gəlir, Qüdrət görmək istəyən …
Əziz MUSA.”Əsgərim” (Yeni şeir)
Post Views: 97 Qan ağlayır, ağı deyir bulaqlar, Yol gözləyir o dərələr, o dağlar. Səbrin də bir hüdudu var, həddi var, Düşmən üstə şir tək yeri, əsgərim, Qarabağı qaytar geri, əsgərim. Yad əlində əsir qalan Vətən var, Bu savaşda neçə ölən-itən var. Yurd uğrunda şəhid olub oğullar, Çatdır bizə xoş xəbəri, əsgərim, Qarabağı qaytar geri, …
Məhərrəm CƏLİLABADLI.”Haqqın dərgahına qalxdı Şəhidlər!” (Yeni şeir)
Post Views: 140 Qoparmayın şəhid adlı yaramı, Düşmənlər duymasın, bu fəryadımı. Bilmirəm sevinim ya ağlayımmı, Adın tarixlərə, yazdı şəhidlər, Haqqın dərgahına, qalxdı şəhidlər! Ay ana, saçını dərddən ağartma, Gəlib gedənlərdən oğlunu sorma. Qara bəxtim deyib, yanma-alışma, Adın tarixlərə yazdı şəhidlər, Haqqın dərgahına qalxdı şəhidlər! Həyatda candan şirin deyin nə var? Şirin candan keçdi, vətənçün onlar. …
Gülnarə İSRAFİLQIZI.Yeni şeirlər
Post Views: 85 Diriliyin yolu sevgi Diriliyin yolu sevgi, Canlılar, Həyatın rəngi, Küləklər, fırtınalar, Qasırğalar, Günəşin atəşi, Gecənin zülməti, Ulduzların naxışı, Dəryaların mirvariləri, Mərcan, inciləri, Dodaqların arasında, Düzülmüş sədəflər, Yerdə, göydə olan, Bütün xassələr, Vicudunda. Körpəliyində, uşaqlığında, Gəncliyində, Böyük görünən dünya, Düşüncənə sığmayan kainat, Yumruq kimi, Balaca görünən ovcunda. Nədən dəyişkən xasiyyətlisən, Bilirsən? Birdən mülayim, …
Gülnarə İSRAFİLQIZI.”Müsəlmanlıq nədir?” (Köşə yazısı)
Post Views: 139 İnsana yarananda göz, qaş, burun, qulaq, ağız, bədən əzaları, o əzaların da, hərəkətə gəlməsi üçün güc-qüvvə onları idarə etmək üçün isə ruh verildi. Bunların ümumi adı insana verilmiş nemətlərdir.Bütün bu nemətlər insanın xidmətindədir. O üzvlərdən biri olmadıqda insan şikəst olur, şikəstlik təkcə insanın cısmində olmur onun vücuduna yerləşmiş ruhuna da, aiddir. Bu …
Elnurə AĞAZADƏ.”Əsgər qardaşım” (Şeir)
Post Views: 297 Gedəndə su atdı anan dalınca, Su tək aydın olsun yolun qardaşım Tanrıdan dualar etdik sənin üçün Təki sən sağ qayıt əsgər qardaşım Göydə buludlar səngimək bilmir Yağan yağışında ardı kəsilmir Düşmənin kinidə tükənmək bilmir Bunlara dözümün olsa qardaşım Səngərdə yatırsan yastığın torpaq Üstündə yorğanın çiskin qardaşım Qorxma dayağındır vətənin inan Mərd ol …
Məhərrəm CƏLİLABADLI.”Əmr ver döyüşə cənab komandan!” (Yeni şeir)
Post Views: 120 Əsgər paltarımı geyib əynimə, Silah – sursatımı asdım çiynimə, Döyüşmək həvəsi vurub beynimə Əmr ver döyüşə cənab komandan! Erməni giribdir torpağımdadır, Ceyranın, cüyürün oylağındadır, Su içir(!) İsanın bulağındadır Əmr ver döyüşə cənab komandan! Atəşkəs qorunur ilin hər ayı, Hiylədə varmı i, düşmənin tayı, Istərəm elimdən çıxarım hayı Əmr ver döyüşə cənab komandan!
Qabil ƏDALƏT.””Əsgər alqışı – Səngər alqışı” (Yeni şeir)
Post Views: 125 Başımıza güllə yağır, Əcəl gözümüzə baxır. Yaralı ümid çağırır: “Ay Vətən, başın sağ olsun!” Çinar boylu cavanların, Boynuna qurbandı Vətən. Şəhidliyə gedən yolun, Ömür –Vətən, andı Vətən. Bir gün mən də şəhid olsam, Ağlama, Vətən, Ağlama! Ömür olsun qaralanan Ağlama, Vətən, Ağlama!