Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. Əlaqə telefonu: 051 785 44 33, E-poçt: edebiyyat-az.com@mail.ru Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 1561 - 1620 of 6. 571 NƏTİCƏLƏR
Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.”DASTANİ-“XARI BÜLBÜL”

Post Views: 57 Bilmirım,Şuşada qalır ya qalmır?taparsan,jurrnalda,dərslikdə axtar,canlısı bir xeyli burdan uzaqda;ABŞ-da “Ağ evin” həyətində var. Deyərsən: “Nə yaman uzağa getmiş?”,bax,burda vaxtında tədbir görülüb!həlbət başbilənlər işi bilirmiş,bəlkə də Şuşada kökü kəsilib? Baxdın,dodağında dondu suallar,-“İnanma,vəhşi də bunu eləməz”-metaldan büstlərə güllə atanlar,“Xarı Bülbül”lərin kökünü kəsməz?! Bədbaxt Xocalıda bəs qırılanlar?yaddan çıxa bilər o qan,o qada?o,biz Türklər idik–zəbt eləyəndə,,qıymadıq …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.”Könül oxuyur”

Post Views: 79 Səadət bəxş edib ilk bahar kola;bənəvşə ilmələr xalı toxuyur,adamın elə bir boğazı ola,eşidən deyə ki: “Bülbül oxuyur”, Bəzən nəvazişə dözəmmir ürək,gülüm,o vaxtdanam bu cürə kövrək,bəxtəvər başına,xallı kəpənək,hərdən ürəyini bir gül oxuyur, Qismətin səninlə düşməsə tərsə,eləyər ürəyin hər nə istəsə,çöldə kərəntiynən verib səs-səsə,“Bərəkət nəğməsin” sünbül oxuyur, “Femida” nə üçün belə kor baxır?bilmir ki,çox …

Azərbaycan ədəbiyyatı

Coşqun XƏLİLOĞLU.”Ad, yoxsa soyad” (Hekayə)

Post Views: 49 Şöbəmizdə tez-tez maraqlı hadisələr baş verirdi. Bu gün də belə oldu. İşə təzəcə başlamışdıq. Telefon zəng çaldı. Əlizadə telefonun dəstəyini qaldırdı. Zəng edənin səsini yaxşı eşitməsəm də, başa düşdüm ki, onların söhbəti təxminən bu məzmundadır:-Bəli, eşidirəm..-Kimdir, danışan?-Əlizadə.-Mənə Ağayev lazımdı.-Bəli, Ağayevdi.      -Ə… Bayaqdan deyirdin, Əlizadədir, indi deyirsən, Ağayevdir.-Əlizadə adımdır,  Ağayev soyadımdır.-Qəribə adınız var e, lap …

Azərbaycan ədəbiyyatı

Yağmur ƏSMƏRSOY.”Mənə verdiyin güllərin”

Post Views: 75 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Bakı Bürosunun Rəhbəri Mənə verdiyin güllərin,Rəngi getdiyin o, anda soldu.Bir-birinə, necə də yaraşırlarDeyənlərin axırı necə oldu.Yollarımız ayrıldı,Yaraşırlar bir birinə deyənlərinTək bircəyi indi ki halımızı,Düşünsəydilər bəlkə dediklərini geri alacaqdılar,Sənsiz açdığım səhərlərin sağlığına içirəm.Sən də tərk edişimə içO …

Azərbaycan ədəbiyyatı

Coşqun XƏLİLOĞLU.”Ekskursiya” (Hekayə)

Post Views: 45        Sonuncu dərs idi. Dərsin qurtarmasına az qalmış müəllim üzünü şagirdlərə tutub:       – Sabah istirahət günüdür. İstəyirəm fəal, bacarıqlı uşaqlardan beş-altı nəfərini ekskursiyaya aparım. Məqsədim odur ki,  həm təbiətin qoynunda olasınız, həm də həyatı dərindən öyrənəsiniz. Amma burada hər şey könüllülük əsasında olmalıdır. Odur ki, kim ekskursiyaya getmək istəyir, əlini qaldırsın.     – Ekskursiya haraya olacaq? …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.”Limanda”

Post Views: 52 Bu-mən,bu-dərdlərim,bu da ki,liman;görənlər danlayır: “Lap abartmışam…”,hardasa sən məni unudan zaman,sənin həsrətindən saç ağartmışam, Sən-xürrəm,mən-dərdə,bəlaya gəlmiş,hər kəs “Eşq barını” bir cür dərirmiş,qızıl arzuların saçları gümüş,bu cürə varlanıb,bu cür artmışam, Bəxtimiz hardadı?–əlindən tutaq,barı ağlamadan arabir yataq,“Sevgi ümmanında” gəl,birgə bataq–gəmini limana güclə dartmışam, Həm bülbül biçarə,həm də qızıl gül,aşiqdən əl çəkməz–dadansa müşkül!daha nəvazişsiz durammır könül;sən …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.”Ovçu”

Post Views: 81 Dartılan yayları nə cür bağladım,günaha batmasın oxların ucu?gərilən kamana nə cür anladım,dilsiz varlıqları qırmasın ovçu?! Nə kəklik qoydular,nə də ki,turac,indi qan içində, çəmən,gəl gül aç!girinə keçəndə-əlində qırmanc,şair səni nə cür vurmasın,ovçu? Bəzəkli əliklə dar dərələrdəüz-üzə gəlməsin–özdə yəhərdə,yollarda çən olsun,sel bərələrdə,izdən tanıdığın yormasın ovçu, Uşaqkən eşitdim ata-anamdan:“Qan işi ən ağır günahdır,aman!!”,bir gecə yuxuda …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.”Qoyma”

Post Views: 59 Görsən ki,hər tərəf qardı,borandı-məni öz kürkündən aralı qoyma,ölüm birdəfəlik can qurtarandı–vurduğun şikarı yaralı qoyma, Qara buludları yellər sürüyər,hətda Günəşı də çiskin bürüyər,qaldıqca alma da,can da çürüyər–baxımsız bu qədər “xaralı” qoyma! Çoxdan bəllidir ki,dünya yalandı,hər kəs bir az, gəlib, gəzdi–dolandı,baxma ki,gözləri canlar alandı–gözlər yeyə bilər maralı,qoyma! Hamımız içində batarsa gəmi,fərq etməz ümmana–“Kim kimin …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.”Nə deyər?”

Post Views: 48 İstədikcə eşqdən yazam hər səfər,qələmiimə yol azdırar qəm-kədər,kaş biləydim çəmənlərdə çiçəklərbir-biriynən pıçıldaşsa, nə deyər? Hər tikanı bir xəncərmiş qınında,ləçəkləri xalis bülbül qanında,mürgüləsəm qızıl gülün yanında,nəfəsimə gözün açsa-nə deyər? Tarix açdım; nələr görmüş bu xəzəl?!həm sonralar odda yanıb,həm əzəl,bir özgənin qolundakl bir gözəlhəvəsimə dönüb qaçsa,nə deyər? Şah piyada gedən yeri görmüsən?eyş-işrət də bu …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.”Dərələyəz” poemasından parçalar

Post Views: 103 (Eyni adlı poemadan parça.Əsər bütövlüklə gələh həftən “ƏDƏBİYYAT” Qəzetində, sonra isə“DƏRƏLƏYƏZ” Qəzetində çap olunacaq) Yaman ağladırsan yuxularımda,necə gözəl idin, ay Dərələyəz,Vətən məhəhəbbətli dastanlarımdasənsən ən uğurlu “boy”,Dərələyəz! Misri qılınc kimi batar qəlbimə,sənsiz övladınam-“Vəfasız”-demə,taley qismət yaza-Əziz nəvəməHerherdə çaldıram toy,Dərələyəz, Həsrətəm üzünə gör bir nə vaxtdan?sənsən əcdadlarım qoynunda yatan,mənim əlim çatmır,sən altdan-altdandüşmənin gözünü oy,Dərələyəz, Bilirəm; …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.”Bir gün…”

Post Views: 43 Bu gün dünyanın başındamuharibə kabusu var,anaların göz yaşındaŞəhid öldaq qorxusu var, Ellər qaçqın yurd-yuvadan,su yerinə getməkdə qan,xəbər tutulur havadan-orda barıt qoxusu var. İçimdə bir inam da var-müharibə olmayacaq,uyub Şeytan oyununadünya viran qalmayacaq. Müharibə olmayacaq-hamı qarnı tox olarsa,müharibə olmayacaq-İblis taxtdan yıxılarsa. Müharıbə olmayacaqhökümdarlar ordularısavaşmağa göndərməsə,Ulu Tanrı insanlardannənzərini döndərməsə. İnanıram,”Supergüclər”qırğınları salmayacaq,dünyaya qonaq gələnləralovlarda yanmayacaq,rahat …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.”Şahmat oyunu”

Post Views: 41 Üstündə bu taxtanınkiağlı-qaralı xanalar,Şah o zaman alçalır ki,“mat” eləyən–piyadalar, Dəli “fillər” qoşa-qoşa,“zabitlərin” rütbəsi yox,“at” əyri girir savaşa,Şahzadə tək,piyada çox, Eyni olmur piyadalar,içlərində “lotu” da var,tək “matla” bitməz oyunlar-Şahmatın bir “patı” da var, Qızışmış “ağlar”-“qaralar”çoxdan üz-üzə dayanır,agah olun,ey insanlar-Yaxın Şərqdə bir dünyavisavaş. qazanı qaynayır! Nə qalib var,nə uduzan,hələ oyun “patındadı”hələ dünya bir “Virusun”basqısının …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.”Ayrılıqdan…”

Post Views: 73 Ayrılıq bir kabustəkdövrəmizdə dolaşır,könül təbindən düşür,fikirlərim qarışır, Çırpındığı yerdəcəürəyimi nə sıxdı?sızıldayıb xəfıfcəsənsiz yaman darıxdı, Yenə taqətdən düşürqalmır öz havasında,ürəyi nə üşüdür,kim gəzir yuvasında? Əhvalımı soruşma,ömrün cəfası hədər,ayrılıqdan danışma,başına gələ bilər…

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.”İnciməsin”

Post Views: 69 Həyatın da bir sonu var–bir rüzgardır bircə əsimdoğma ocaq,el-obalarnə cür gedim?-inciməsin. İş ki.qaldı baxta-baxta,çox sınadım-o da saxta!calaq olsam–yad budaqda,nə cür bitim?-inciməsin. Çoxdur viranım,talanım,qeybətlər–satlb-alanım!hey düşünər qısqananımnə cür güdüm?-inciməsin. Canım bəlalı,qadalı,dilim qılıncdan xatalı,olsa atalı-analınə cür yetim inciməsin?! Ola zindanln açanı,tuttmaya qovan–qaçanı!qotur tutsa,şirin canınə cür didim?-inciməsin. Hələ bitmir dumanlığı,getmir vaxtın yamanlığı,qoca ömür–cavalığına cür edim?-inciməsin…

Azərbaycan ədəbiyyatı

Saqif QARATORPAQ.”Hərdən yaza bilmirəm”

Post Views: 56 Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Hüseyn Arif” Ədəbi Məclisinin sədri Hərdən yaza bilmirəm,qırılır misralarım.Zülmətdə işıq gəzənbir kordu barmaqlarım… Ürəyimin sapındandüşüb,neçə söz itib.Hər sözün yuvasındaindi neçə göz bitib. Sənsizlik bir səhradı,yeridikcə batıram.Bu sevda yuxusudu,elə bilmə yatıram. Kipriyimi toz basıb,gözümdə eşq dumanı.Mürgüləyir içimdəbir dərvişin gümanı. Ay buludda gizlənib,Ürəyim bir yanar şam…Mən də bir mirvariyəm,səhraya atılmışam.

Azərbaycan ədəbiyyatı

Saqif QARATORPAQ.”Bəlkə sən axtardığın o utancaq adamdı”

Post Views: 94 Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Hüseyn Arif” Ədəbi Məclisinin sədri Bəlkə sən axtardığın o utancaq adamdı,Ancaq yoxdu xəbərin,keçib getdin yanından.Bir yelkənsiz gəmidi,nə vaxtdı yol axtarır,Azıb səhərə bir ömrün ümmanında. Hələ də gözlərindən ürəyinə yol çəkir,Hələ də bir nağılın laylasına uyuyur.Nəm çəkir pəncərəsi neçə soyuq baxışdan,Evinin divarını gözünün yaşı yuyur. Əyirib kipriyində əzabını,dərdini,Barama qurdu …

Azərbaycan ədəbiyyatı

Şair-publisist Hikmət MƏLİKZADƏ.”Qorxu, təlaş basıb dünyanı”

Post Views: 110 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü, *** Qorxu, təlaş basıb dünyanı,Şeytan ölüm marşı çalmamışBir vida nəğməsi çal.Əzizim, canım, mən evdəyəm,Sən də evdə qal!Ərit qayğıların buzunu.Ya da həyatı bir təlatüm bilib çağla.Demirəm, rəngsiz yuxuların içindəçırpınan dəhşətlərə ağla,Bacarsan, küt ağrılara tab gətir,Günahı tütyə kimiQiyamətə aparmaq üçün qab gətir.İt hürən tərəfdə imkanlı …

Azərbaycan ədəbiyyatı

Şair-publisist Hikmət MƏLİKZADƏ.”Bir xatirə yağışı var hər ötən anın”

Post Views: 54 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü, *** Bir xatirə yağışı var hər ötən anın,Xatirələr şeh düşəndə bal kimi olur.Ruhlar sevgi rəngindədi, dualı qadın,Lal duyğunun əzabı da lal kimi olur. Gendən bir ağ kölgə sıxır kəndi-kəsəyi,Şeytan ölüb, cəsəd ağır, gir, tabut düşür.Beş-on günlük səyahətdi ömür adamçun,Sonra qəfil hər çiyindən bir …

Azərbaycan ədəbiyyatı

Əziz MUSA.”Ürəyim”

Post Views: 54 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Səni görüb, sevməyincə yox idim,Gəl ruhumun qanadı ol, gülüzlüm.Gəl arzuma, istəyimə mən yetim,Qoyma sənin həsrətindən üzülüm. Ayrılığın bir əzabdı bilirsən,Sənsiz ruhum dağı, daşı dolaşır,Heç bilmirəm mənsiz necə gülürsən,Mənim ruhum, hər an sənsiz darıxır. Dağlar …

Azərbaycan ədəbiyyatı

Əziz MUSA.”Ruhuna vurulub göylərə uçdum”

Post Views: 58 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Ruhuna vurulub göylərə uçdum,Sevmək nə zamandan günahdı söylə.Mən eşqin qırxıncı qapısın açdım,Qəlbibin qapısı bağlıdı hələ. Ürəyim çat verib sənin əlindən,Yerləri, göyləri saymayan mələk,Bir xoş söz eşitmədim sənin dilindən,İnsafsız görmədim vallah sənin tək. Günümü bükmüsən …

Azərbaycan ədəbiyyatı

Yağmur ƏSMƏRSOY.Yeni şeirlər

Post Views: 77 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Bakı Bürosunun Rəhbəri  * * * Kim bilir, mən onda gec başa düşdüm,O,gəldi bu getdi sirr kimi qaldı.Qarışdı, yox oldu, bir eşqə qaçdı,Çəkdiyim bir eşqsiz bax, yenə baldı.  * * * Döyülər xəbərsiz qapın açarsan,O gələr …

Azərbaycan ədəbiyyatı

Coşqun XƏLİLOĞLU.”Orqan” (Hekayə)

Post Views: 51         Bu əhvalat bizim kənddə sovet hakimiyyətinin durğunluq deyilən dövründə baş verib. Kənd camaatı güzəranlarını qismən də olsa, yaxşılaşdırmaq üçün rayon mərkəzindəki mal-qara kökəltmə məntəqəsinə min bir əziyyətlə bəslədikləri iribuynuzlu mal-qaranı təhvil verirdilər. Alacaqları pulu isə aylarla, bəzən isə bir ilə qədər gözləyirdilər. Adamlar rayon mərkəzinə gedib-gəlməkdən bezir, bəzən alacaqlarından bir qədər …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Süleyman RÜSTƏM.”Təbrizim”

Post Views: 142 Baxdıqca hüsnünə doymayır gözüm,Təbrizim, Təbrizim, gözəl Təbrizim! Qoymaram yadları girsin qoynuna,İzin ver qolumu salım boynuna!Sənin bayramına, sənin toyunaDili bir, qanı bir qardaşın gəlib,Dərdinə aşina sirdaşın gəlib. Sən çıxdın qarşıma duzla, çörəklə,Bağından dərdiyin güllə, çiçəklə,İkiyə bölünməz saf bir ürəklə,Təbrizim, Təbrizim, aman Təbrizim,Yox olsun başından duman, Təbrizim! Qədrini ayrılıq çəkənlər bilər,Hicranda göz yaşı tökənlər …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Süleyman RÜSTƏM.”Azərbaycana gəlsin!”

Post Views: 59 Vətənimin seyrinə çağırıram elləri,Sərvət görmək istəyən Azərbaycana gəlsin!Bəzənib başdan-başa şəhərləri, kəndləriCənnət görmək istəyən Azərbaycana gəlsin! Qanımızda dövr edən sədaqətdir, sədaqət,Günəşdən də parlaqdır gözümdən bu həqiqət.Dostuna, qardaşına təmənnasız məhəbbət,Hörmət görmək istəyən Azərbaycana gəlsin! Gözəlliklər Vətənə gözəllərindən gəlir,Dostluğun-qardaşlığın təməllərindən gəlir,Könüllərin nıüqəddəs əməllərindən gəlir,Qüdrət görmək istəyən Azərbaycana gülsin. Saysız qəhrəmanlarınQurub yaradanların,Qocasında, gəncində, bu sadə insanlarınŞöhrət …

Azərbaycan ədəbiyyatı

Məhəmmədhüseyn ŞƏHRİYAR.”Heydərbabaya salam” (Poema) I hissə

Post Views: 176 Heydər Baba, ildırımlar şaxanda,Sellər, sular şaqqıldayıb axanda,Qızlar ona səf bağlayıb baxanda,Salam olsun şövkətizə, elizə,Mənim də bir adım gəlsin dilizə. Heydər Baba, kəkliklərin uçanda,Göl dibindən dovşan qalxıb qaçanda,Bağçaların çiçəklənib açanda,Bizdən də bir mümkün olsa, yad elə,Açılmayan ürəkləri şad elə. Bayram yeli çardaqları yıxanda,Novruzgülü, qarçiçəyi çıxanda,Ağ buludlar köynəklərin sıxanda,Bizdən də bir yad eləyən sağ …

Azərbaycan ədəbiyyatı

Ustad Məhəmmədhüseyn ŞƏHRİYAR. “Türkün dili” (Qəzəl)

Post Views: 685 Türkün dilitək sevgili, istəkli dil olmaz,Ayrı dilə qatsan bu əsil dil əsil olmaz.Öz ləfzini farsa, ərəbə qatmasa şair,Şerin oxuyanlar, eşidənlər kəsil olmaz,Şerin gərək ehsas ilə riqqətlə qanşsın,Kənd əhli bilirlər ki, doşabsız xəşil olmaz.Məndən də nə zalım çıxar, oğlum, nə qisasçı,Bir dəfə bunu anla, ipəkdən qəzil olmaz.Ötməz, oxumaz bülbülü salsan qəfəs içrə,Dağ-daşda doğulmuş …

Azərbaycan ədəbiyyatı

Yağmur ƏSMƏRSOY.Yeni şeirlər

Post Views: 53 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Bakı Bürosunun Rəhbəri * * * Allah da bu boyda götürməz ahı, Bəndəsi şükr edər naşükür olmaz.Bu nurda boy atdıq səcddəyə durduqHaqq desən insanlar bir yol yorulmaz.Quranı kitablar kitabı bildik ,Peyğəmbər Allahın son elçisiydi.İslama gəl deyə hayqırdı …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.”Ağlımı çaşdırır xatirələrim”

Post Views: 60 Son vaxtlar qərarım sığmır şəhərə,ağlımı çaşdırır xatirələrim,bir vaxtlar zamanım itən yerlərədüşərək,özümü gəzir gözlərim. Burda illərimin çoxusu gedir,Vallah,dözümümə,səbrimə əhsən!əslində-şəhərlər “Muzey” kimidir,gəzəsən,baxasan,çıxıb gedəsən. İndi yorğun-arğın,əlimdə əsa,(açansa bu fikri duydum birinnən):“Əslində–dünyada yeni nə varsa,qədimnən qalandı yeni görünən”. Hərdən tez yorulur alüdə olan,kənddə bir-biriylə hamı tanışdır,burda bir havaynan qalxıb ucalanbaşqa bir havanın yelinnən aşır. Burda yağmurlar …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.”Gözlə”

Post Views: 63 A şam pərvanəsi,gecəyə çox var,çoxdur səntək olan!-sən hələ gözlə,şamlar tüstülənsin,yansın çıraqlar-qonub kəpənəktək bir gülə,gözlə! Əbəsdir,kimsəyə çatmaz ahların,yanarsan,olmaya alovdur yarın?üstündə qan izi çox tikanların,salıb nəzərini bülbülə,gözlə. Nə üt qanadını,nə də yaralan,ömür də çiçəkdir;solub-saralan,dünən sənin olan,səninlə olanbu gün dönə bilər şəkilə,gözlə. Çırağa cumarsan niyə,nə üçün?alov ram etməyə yetərmi gücün?bir şey ki,qartal da şığımaq üçüngözləyər–dumanlar …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.”Yaxşıdı”

Post Views: 70 .Payız gəldı,boşalacaq dəryalar,perik salan bu yerlərin qışıdı,bir sözüm var,mərcan gözlü sonalar,hansı yerin suyu daha yaxşıdı? O,ellərin bilirsizmi dilini?“Vağzalımı” yola salır gəlini?“Bəy”-“Gəlinin” qucaqlamaz belini,hansı elin toyu daha yaxşıdı? Yol uzaqdı…qanad çalan yorular,bilmək olmaz–kim harada vurular,çox millətin dastanında “Boyu” var,hansımızın “Boyu” daha yaxşıdı? Bir yad burda tingiləri çəp əkdi,çiçəyi də,meyvəsi də gecikdi!sonam,mənim qəzəbim də …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.”Mesac”

Post Views: 45 (həm dərd,həm hənəg) Aman,nə bərkiymiş “Virusun” üzü?!nə araq qalıbdır evdə,nə çaxır,üstəlik–nənənin “Mikroskop” gözü,“Spirti püskürdəni” əldən buraxmır. Amma,səmaların açılır eyni,zorlanmış təbiyət nəfəsin dərir,indi çox adamım durumu eyni!hamı bir-birinə “Mesac” göndərir. Vaxtdır,təbiyətdən alaq halallıq,insan–günahların cəngində qalıb,məncə,çoxlarını bu bekarçılıqevinə daha da doğmlaşdırıb. Bir dostum yazır ki:”Tamam bezmişəm,qaynana səsinnən qulağım şişir!”,o biri:”Yamanca işə düşmüşəm…”,başa düşürəm ki,xörək …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.”Qarın davası”

Post Views: 99 Çoxdan bağ-baxçanı basıbdır alaq,deyirlər ki: “Sonu May ayındadı”,bilinmir işimiz nə cür olacaq?hər kəs öz canının harayındadı! Göydə quşlar azad,yerdə it-pişik,həyətə düşürsən-Polis ilişir,sakit dura-dura işə düşmüşük,hər artıq addıma cərimə düşür. Nə torpaq şumlanıb,nə dən sərilib,“Payızlıq əkin də” qorx ki,məhv ola,qorxuram-buğdanın göyərdiyi də,elə boşqablarda gördüyüm ola. Bu hala dünyanı insan çatdırıb,Çin də,siçovul da bir …

Azərbaycan ədəbiyyatı

Nemət TAHİR.”Qorxu – nəsə itirmək hissi…”

Post Views: 97 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ bürosunun rəhbəri Qorxu – nəsə itirmək hissi…Kimisi can itkisindənKimisi mal itkisindənKimisi vəzifə itkisindənQorxar,susar kölələşər.Yavaş- yavaş ,zərrə-zərrə vəhşiləşər.İnsan da insanlığın itirməkdən yaman qorxar.Qan danışar,sonra isə qan qusar…. Yuxu-ruhun azad olduğu an…Daş üstündə daş kimi yatan da …

Azərbaycan ədəbiyyatı

Azərbaycanlı yazar Kənan AYDINOĞLU

Post Views: 119 Murquzov Kənan Aydın oğlu — şair-junalist, “Hüseyn Arif” Ədəbi Məclisinin üzvü (2012), Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru (2012-2019), Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat Xidmətinin rəhbəri və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri (2013-2019), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (2015), Azərbaycan Yazıçılar Birliyinin üzvü (2018), TOŞAYAD (Tokat Şairler ve Yazarlar Derneği) yayın organı “Kümbet” eğitim, …

Azərbaycan ədəbiyyatı

Coşqun XƏLİLOĞLU.”Hardan gəldi taclı virus?”

Post Views: 61 Çağırılmamış qonaq kimi,Bir imtahan, sınaq kimi,Qəmli xəbər – soraq kimiHardan gəldi taclı virus? Bəlkə marıqda gizlənib,Bəlkə hardasa düzlənib,Bəlkə, illərdir  bəslənib,Hardan gəldi taclı virus? Alim bilmir, çoban bilmir,Yaxşı bilmir, yaman bilmir,Qoca bilmir, cavan bilmir,Hardan gəldi taclı virus? Başında olsa da tacı,Çox  taleyi edib acı,Tapılacaqdır əlacı,Hardan gəldi taclı virus? Hücum çəkir dörd bir yana,Düşmən kəsilib …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.”Damlalar”

Post Views: 74 Fincanımın ətir saçan buxarı,vücudumdan ağrı alar damlalar,görünmədən qalxar üzü yuxarı,çeşmədılər,ümmandılar damlalar, Şəbnəm gələr-budaqlarda bar olar,Ay işığı soyudanda qar olar,dağda-düzdə çiskin,duman,buludlar;saçlar üstə qırov olar damlalar, Yerdən-göyə,göydən-yerə köçü var,həm-mehtərdi,həm-bağbandı,həm cuvar,hər damlada bir ildırım gücü var;dama-dama daş dağıdar damlalar, Çılıklənər dəli sellər qaçanda,mərcan gördüm hökümdarlar tacında,ağlayanın kirpiyinin ucunda,çalışanda–qaşdan damar damlalar, Zərif-zərif yer isladar,gül əkər,pəncərəmi,kaman bilib, …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.”Qadın”

Post Views: 209 Min ölçüb,yüz biçib-yaradan onu;çiçəkdi,çeşmədi,kəhrizdi qadın,körpə sadəliyi,Şeytan oyunu;bəsit,mürəkkəbdi,qəlizdı qadın. Könül sevincidi,saçlar qarıdı,bahar ləçəyidi,payız barıdı,sevgi aləminin hökümdarıdı,hökümdar eşqinə kənizdı qadın. Atəşli vücudu ovudan qucaq,qonduğu yuvanı isidən ocaq,özünü alova,suya vuracaq,anlaya biləndə sənsizdi qadın. Əzəldən hər şeyi bılməyı də var,yalannan ağlayıb,gülməyi də var,həm də igid kimi ölməyi də var;bununçün məzarı dərin qazılar-torpağa kişidən əzizdi qadın. Yaxşı …

Azərbaycan ədəbiyyatı

Coşqun XƏLİLOĞLU.”Tar” (Hekayə)

Post Views: 48      “Şəhərəgəldiyim heç iki il də deyil. Şükür Allaha, özümə görə qazanmışam. Balaca dükanım da var. Bir qədər də pul toplamışam. Allah qoysa, bu gün-sabah ev də alaram. Atam deyirdi ki, şəhərdə yaşamaq, işləmək çətindi. Ora bizim kənd deyil. Bakıda hər cürə adamlar var. Həmişə ayıq-sayıq ol. Vallah, Bakı bizim kənddən də sakit yer imiş. Heç bizim kənddəki …

Azərbaycan ədəbiyyatı

Yağmur ƏSMƏRSOY.”Sevdinsə…”

Post Views: 47 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Bakı Bürosunun Rəhbəri SevdinsəCanın yanarUzaqlar gözündənAsılı qalar.Nə gedən qayıdar,Nə gələn səni onu tək sevər,Bir bahar yox olarsan,Bir payız saralarsan.Bir yaz yağışlara qarışarsan,SevdinsəCanın yanar…Bir yol yorularsanBir yol o eşqə asılı qalarsan,Şəhər-Şəhər unudarsan,Hər gün biraz unudarsanNifrətin də ölən …

Azərbaycan ədəbiyyatı

Nemət TAHİR.”Doğmalar içində bir yadam mən”

Post Views: 44 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ bürosunun rəhbəri Doğmalar içində bir yadam mən.Sanki yaddan çıxıb,unudulubxatirə dəftərinin vərəqləri arasındaqurumuş gül ləçəkləri…Dərdlərimi çətir etdim başıma.döyəcləyir yaz yağışı.Öz əlimlə ağı qatdım aşıma.Məni tutdu çiçəkləmiş bir ağacın qarğışı.Yaralı budaqlar sərilib yerə,Əlimdə ağlayır nar çiçəkləri…Dua etdim …

Azərbaycan ədəbiyyatı

Nemət TAHİR.”Buz ve Atəş”

Post Views: 62 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ bürosunun rəhbəri Qəlbim yara, gözümdə yaş,Duz yaranı göynədərmi?Könlümdə buz, sevgim atəş.Od buzları əridərmi? Öz qarğışım tutub məni.Dost nəfsinə satıb məni.Kor quyuya atıb məni,Haqq səsimi eşidərmi? Şaxta vurmuş ürəyimiDaşa dönmüş diləyimiXəzan olmuş gəncliyimi,Qış günəşi isidərmi? Sevgi …

Azərbaycan ədəbiyyatı

İlham MİKAYIL.”Qocalır”

Post Views: 55 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ bürosunun rəhbəri QOCALIR Zaman tələsdirir qovur insanı,Baxıb bu həyata dövran qocalır.Duyub düşündükcə ömrün sonunu,Saçları ağarır, insan qocalır. Həyat insanların üstünə cumur,Əl əli yuyanda əlüzü yumur.Görən bu həyatda insan nə umur,Baxıb min arzuya güman qocalır?! Əyrini …

Azərbaycan ədəbiyyatı

İlham MİKAYIL.”Ala yurdumu”

Post Views: 49 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ bürosunun rəhbəri ALA YURDUMU Gülü dərilməyib təzə tər qalıb,Ürəkdə nisgil var dərdi sər qalıb.Düşmən tapdağında Kəlbəcər qalıb,Bir oğul gəzirəm ala yurdumu,Səliqə səhmana sala yurdumu. Lənət o anlara, lənət günlərə,Dilə gəldi o gün o dağ, o …

Azərbaycan ədəbiyyatı

Şəfa VƏLİYEVA.Yeni şeirlər

Post Views: 50 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı * * * bircə ovuc göz yaşısan…haramdı gözəlliyin…Bilirmi məni yaradan,xoş günümün baş daşısan?ayparam…ciyərparam…addımlarım izlərinin fədaisi…Uçuq-sökük arzularımeşqin ən ibtidaisi…o vaxt bu cür sevərmişlər…“Yarı zormuş, yarı xoş…”Ayrılanda ölərmişlər…İndi ayrılanlar …

Azərbaycan ədəbiyyatı

Şəfa EYVAZ.Seçmə şeirlər

Post Views: 48 Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Məsul katibi MƏNİM YARIMÇIQ ŞEİRİM…  Dağınıq fikirlərim kimisən bu gün yarı gözümdə, yarı beynimdə, yarı qəlbimdə yarı başqa yerdə, başqa evdə, başqa aləmdə… İş masamın üstünə düzülüb xəyalların… Bütün kağızların bir tərəfində sənin şifrələnmiş adın, bir tərəfində …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.”Soyuqluq”

Post Views: 59 Söyuqlar meylini salır şəhərə,bağlarda manqallar közdən soyuyur,görününür havalar nəyəsə görə,nədənsə inciyib bizdən soyuyur. (görünür hər zaman alovlu yaylar,qeybətdın,gileydən bezib yorulub,məncə “Sərinkeşdə” bütün olaylar,o çıxıb,mehriban ara pozulub.) Bəlkə də başqa cür bir hikmət də var-insandan fərqlənmir çox da havalar,onu sevənlərdən uzaq qalanlar,get-gedə düşərək gözdən soyuyur. Günbəgün artarsa gözlərin qəmi,günahkar tutulsun taleyin kəmi,göllər də,ümman …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.”Ömrümün qürub çağıdı”

Post Views: 59 Dəyişib Sevgi bağı,tutduğu belə barmıdı?saraldı hər yarpağı,gətirdiyin baharmıdı? Sığalın istisinə saçlar bayılıb yatsa da,daha getməz əriyib,aldığı rəngi qarmıdı? Qəminə qurban olum,bu qədər qısqanma məni,gözucu bax cahana,səndən gözəli varmıdı? Yenə durna qatatarı səsləndi: “Səyyahlıq edək”,şübhə edir ürəyim–sənli gedən qatarmıdı?! Məhəbbət çeşməsinin ağlasam hərdən gözünə,görəsən gözlərini gəzlərimə tutarmıdı? Nəni sevən gözəlim şaiyələrə baxmazıdı,inandıran bu …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.”Yasəmən”

Post Views: 340 YASƏMƏN… Çəkər yazın son ayında səmaların rəngini,bu dünyada ən sevdiyim–yaz ətirli yasəmən,düşünməyək ayrılığın,həsrətlərin qəmini;ömür boyu belə qalaq–nə mən solum,nə də sən. Bəzən olur ilk bahar da,son bahar da yağışlı,buludları gah qəzəbli,gah mehriban baxışlı,incə güjüm,dolaşmayaq təlaşlı,gözü yaşlı-Leyli–Məcnun timsalları nə mən olum,nə də sən. İkimiz də uduzarıq–bəddir “Sevgi oyunu”,fani dünya yaranışdan dəyişmədi huyunu,aləm böyük …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.”İnsan”

Post Views: 75 Həyat ümmanında hər ömür ada-suyunda əriyən şəkərdi insan,hər biri özünə “Ağa” olsa da,başqa birisinə nökərdi insan. Tanrı bilə-bilə (sirr açım sizə)Şeytanı,İblisi oxşadıb bizə,yaxşı ki,görünmür gözlərimzə-yoxsa zəhləsini tökərdi insan! Gəncə-sevgi dayaq,qocaya-əsa,“olumla”-“ölümün” arası qısa,saf-çürük etməyə imkanı olsa,bəlkə başqa ömrü seçərdi İnsan!? Bir sonsuz axındı,çətin ki,bitər,üstündə qırğındı; sər-sərvət didər!O dünya yaxındır-anında gedər,Vətənsiz quş kimi köçəri …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.”Yaxındı”

Post Views: 55 Aramaqdan taleyimin açarın,yazıq canım,min-bir odda yaxıldı,üzü güldü “qara günlü” saçların,indi “ağı”-“qarasınnan” yaxındı. Yar qəlbimin kaş biləydi qədrini,qırmayaydı,üzməyəydi səbrini,elə çəkdim,elə aldım dərdini-ürəyimin yarasınnan yxındı! Söylə,gülüm,istəyini bilim mən,gözlərini gözlərimlə silim mən,məsafəmiz gen olsa da ölümnən,qaşla-gözün arasınnan yaxındı! İstəyirdim həyatımın gerçəyinürəyinə pıçıldayım çiçəyin,bir də gördüm,qulağına ləçəyindodaqlarım–sırğasınnan yaxındı. Daraq olam–yar daraya,tel açam,danışmağa izin verə–dil açam,yaxın qoya–düymə …

Azərbaycan ədəbiyyatı

Yağmur ƏSMƏRSOY.Yeni şeirlər

Post Views: 45 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Bakı Bürosunun Rəhbəri   * * *  Allah da bu boyda götürməz ahı,Bəndəsi şükr edər naşükür olmaz.Bu nurda boy atdıq səcddəyə durduqHaqq desən insanlar bir yol yorulmaz. Quranı kitablar kitabı bildik,Peyğəmbər Allahın son elçisiydi.İslama gəl deyə …

Azərbaycan ədəbiyyatı

7 aprel-Azərbaycan Respublikasının Xalq yazıçısı Çingiz Abdullayevin doğum günüdü

Post Views: 43 Çingiz Akif oğlu Abdullayev (d. 7 aprel 1959) — Azərbaycan detektiv yazıçısı, nasir, publisist, Azərbaycan Respublikasının xalq yazıçısı (2005), 1989-cu ildən Azərbaycan SSR Yazıçılar İttifaqının, 1991-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinin katibi(müavini), hüquq elmləri doktoru (1991); “Neftçi” PFK-nın Müşahidə Şurasının sədri (31 mart 2015-ci ildən).[1] Həyatı Çingiz Abdullayev 1959-cu il aprelin 7-dəBakı şəhərində ziyalı ailəsində anadan olmuşdur.[2] Atası Abdullayev Akif Abdulla oğlu Böyük Vətən …

Azərbaycan ədəbiyyatı

Xalq yazıçısı Mirzə İBRAHİMOV.”Azad” (Hekayə)

Post Views: 554 Azad mənim uşaqlıq və gənclik yoldaşım idi… Bir həyətdə doğulmuş, bir həyətdə böyüyüb məktəbə getmişik… Gəncliyimizin də böyük bir qismini bir yerdə keçirmişik. Biz bir evin uşağı kimi tərbiyə almış və bir-birimizə doğma qardaşdan artıq ünsiyyət bağlamışdıq… İkimiz də bir-birimizin xasiyyətini çox gözəl bilirdik. Onun sakit və lal-dinməzliyi mənim nəzərimdə təbii bir şey …

Azərbaycan ədəbiyyatı

Xalq yazıçısı Mehdi HÜSEYN.”Odlu qılınc”(Hekayə)

Post Views: 58 Günəş doğdu. Hava işıqlandıqca Girdman qalası aydın görünməyə başlayırdı. Uzaqlarda gümüş kəmər kimi parıldayan Kür çayı uzanıb gedirdi. Göz işlədikcə uzanan düzlər yaşıllıq içində üzürdü. Burada qədim babalarımızın əli ilə yaranmış gözəl bir Azərbaycan şəhəri yerləşmişdi.Girdman qalasının qoca keşikçisi arabir dayanıb ətrafı dinləyirdi. Birdən o, bağırtı və qılınc səslərinə diksinib, diqqətini topladı. …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.”DEMƏYİBLƏR-“QAXIL,OTUR EVİNDƏ”?”

Post Views: 52 (fədakar həkimlərimizə dəstək) Küçələrdə nə işin var,a bəndə?bütün günü o tindəsən,bu tində!deməyiblər: “Qaxıl otur evində”?!körmürsən ki,dünya qalıb nə hala?“Çıx”-deyəndə,onda çıxaq,a bala. Keçən gündən Metro-filan bağlanıb,uçan-qaçan hər nə varsa saxlanıb,düşünürdüm-qalınlar da söz qanıb;hörümçəklər torlar çəkir vağzala,“Çıx”-deyəndə,onda çıxaq,a bala. Bir fikir ver “Virus” gözü qızğına!adam bilmir hansı küncə sığına,“Sulu qəlyan” alan yoxdur ağzına-zərər verər,tüstüsünü …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.”Durnalar”

Post Views: 92 Qışın bitməsini orda gözləyib,baharda qapımı döyür durnalar,yanımda özünə-“buralı” deyib,Qürbətdə-“oralı” deyir durnalar. Son bahar onlara bahanə kimi,uçarlar yol gedən bir namə kimi,sevgidən danışan nəğmələr kimi–bayatı durnalar,şeyir durnalar. Bu ağır köçəköç nə zaman bitər?şimşəklər yandırar,küləklər didər,niyyətli yerlərə çatanə qədərsəmada içini yeyir durnalar. Bildir bir dəstə də köç eləyirdi,yerin cazibəsi güc eləyirdi,biri–bir şeirimi höccələyirdi,mənə də …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.”Dünyanı dəyişir siçan yarasa

Post Views: 47 Davadan söz düşmür daha haçandan!Ruslar da Suriyadan əlini çəkdi,bu,”Siçan ilində”, boz uçan siçandeyəsən dünyanı düzəldəcəkdi!? Deyəsən başlayıb ağıllanmağaPutin də bir azca,Tramp da bir qədər,dünyada özünü Şah bilən “ağa”,bəlkə niyyətindən əl çəkə bilər? Silah ambarları möhkəm qıfılda,olmaya bu “Virus” hökmün elədi?məncə, dözüb-dözüb,bezib axırda,Qurbanı olduğum görkün elədi! Məncə,nahaq qanlar hayıfın çıxıb,qəlblərə mərhəmət gülləri əkdi,“qoçular” …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.”Qasırğa”

Post Views: 55 Xoşbəxtlik gələndə yeltək duyulmur,bədbəxtlik gələndə tufantək gəlir…Xalq Şairi Nəbi XƏZRİ Dərdlər var ki,gələndə bilməzsən necə gəldi?qasırğa gəmiləri lövbər salmağa qoymur!axı-dərd insanları dahaha yaxın edərdi,bu,elə bir bəla ki,yaxın olmağa qoymur. İlahim,Sənə qurban,bu,neçənci bəlanmış!?bütün ellər,qitələr alovlara qılanmış,doğmam qapıdan dönür–əlcəkli,”maskalanmış”,nəyə görə?!–övladdan onsuz da doymaq olmur! Məktəblər şagirdlərə öyüdün verə bilmir,yaşlılar,dükan nədir?-Aptekə girə bilmir,analar körpəsinə öz …