Post Views: 39 Ey naşükür, nə acizsən, dünyanın sirri önündə! Hər bir aqil bir cahildir, etiraf etməzdən əvvəl. Deyilənəni eşitməzmi, bağlı qəlbləri eşidən? Ədəbini yadına sal, bir söyüş söyməzdən əvvəl. Sözlər kiçikdir, acizdir deməkçün eşqi-şövqünü, Mən yalansam, sən doğru ol, bir düşün dinməzdən əvvəl. Dünya sənin qulluğunda, sən isə Onun qulusan! Barı bir kərə həmd …
2016
Esmira RƏHİMLİ.”Bu nə fəsad, bu nə fitnə, bu nə yersizlikdir?”
Post Views: 28 Bu nə fəsad, bu nə fitnə, bu nə yersizlikdir? Bu nə həsəd, nə paxıllıq, nə səbirsizlikdir? Qəlbində sevgisi lallar, susub zikr edər ikən, Danışanlar tövbə etməz, bu nə səssizlikdir? Yeyər, içər Ramazanda, qulluq eyləyər cana, Orucluya gülüb deyər, nə çəlimsizlikdir? Bu beyinmi, peyinmi? Varmı orta məxrəci? Ümumi bənzəri varmı, nə əqilsizlikdir? Dil …
Mais TƏMKİN.”Gəlir”
Post Views: 34 Haqsızlığı yer üzündən Süpürüb silməyim gəlir. Haqqın harda olduğunu, Arayıb bilməyim gəlir. Sözümdən kafur qoxuyub, Özüme kefen toxuyub, Ölümə meydan oxuyub, Ürəkdən ,,gülməyim” gəlir. Kimlərisə utandırıb, Kiməsə haqqı qandırıb, Vurub özümü yandırıb, Mənim də ölməyim gəlir! Mənim də ölməyim gəlir!!!
Mais TƏMKİN.”İki gəncin ömür-günü var olsun!”
Post Views: 35 Söz, nəğmə zinətdi toya-büsata, Günəş nur çiləyir bu xoş həyata. Sevinsin hər Ana, gülsün hər Ata, Hamının evində toy-mağar olsun. İki gəncin ömür-günü var olsun. Gülən baxışlarda qəm görünməsin, Ömrün yollarında çən görünməsin, Gözlərdə intizar, nəm görünməsin, Qəlblərdə nə qüssə, nə qubar olsun, İki gəncin ömür-günü var olsun! Güzəran xoş keçsin evdə-eşikdə, …
Müzəffər MƏZAHİM.”Həsrətindəyəm”
Post Views: 46 Aşıq qardaş, oxu el havasından, Zilinin, bəminin həsrətindəyəm. Könül tellərilə köklə sazını, Çoxdan Dilqəminin həsrətindəyəm. Sən sazlı-söhbətli el aşığısan, Məclislər bəzəyi, yaraşığısan. Çal, tellət titrəsin, əlinə qurban, Yanıq Kərəminin həsrətindəyəm. Şad eylə məclisi, qərq olma qəmə, Od çıxsın mizrabı vuranda simə. Saz-söhbət elminə naşısan demə, Şəmkir aləminin həsrətindəyəm. Oxu ürəkləri alışdır, yandır, …
Müzəffər MƏZAHİM.”Ay işığı ver”
Post Views: 36 Könlümü dindirə bilməyən gecə, Həsrəti qəlbimdən silməyən gecə, Bircə ulduzuyla gülməyən gecə, Təşnəyəm, bir içim ay işığı ver. Yuxum zülmətinə qarışıb, itib, Bəxtimin ulduzu sayrışıb, itib, Bağrımın başında intizar bitib, Təşnəyəm, bir içim ay işığı ver. Pozulub fikrimin düzümü, neynim, Qəlbimi yandıran sözümü neynim, Yoxdur ürəyimin dözümü, neynim, Təşnəyəm, bir içim ay …
Aysel NƏSİRZADƏ.”Qulpu qalmış çanta” (Hekayə)
Post Views: 35 Qışın oğlan çağı idi. Bakıya ilk dəfə illərdən bəri yağmayan qar yağmış, şəhər ağ libasını geyinmişdi… O gün nə vaxtdan həsrətlə (ehtiyacım olduğu üçün) yolunu gözlədiyim təqaüdümü almışdım. Dərsdən həmişəki vaxtdan bir az gec çıxdıq və tələbə yoldaşlarımla bərabər metroya gəldik. Metroda o qədər adam var idi ki, üç qatarı yola salandan …
“Radikalizmə qarşı tolerantlıq” mövzusunda tədbir keçirilib
Post Views: 31 [url=http:// edebiyyat-az.com/]Ədəbiyyat-Az.Com[/url] xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Könüllü Gənclər” İctimai Birliyinin həyata keçirdiyi “Radikallıqla Mübarizədə Mənəvi Dəyərlərimizin Rolu” layihəsi çərçivəsində Bakı şəhərində ikinci marifləndirmə seminarları həyata keçirdi. Seminarlara ali məktəblərdə təhsil alan gənclər, orta məktəb şagirdləri və QHT-lərin nümayəndələri iştirak ediblər. Qeyd edək ki, təşkil …
Gənclərimiz radikallıqla mübarizə mövzusunda maarifləndirilib
Post Views: 36 [url=http:// edebiyyat-az.com/]Ədəbiyyat-Az.Com[/url] xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Könüllü Gənclər” İctimai Birliyi “Radikallıqla Mübarizədə Mənəvi Dəyərlərimizin Rolu” adlı layihənin icrasına start verib. Layihə çərçivəsində ilk olaraq Şəki şəhərində maarifləndirmə seminarları həyata keçirilib. Seminarlara orta məktəb şagirdləri, ali məktəblərdə təhsil alan gənclər və QHT-lərin nümayəndələri iştirak ediblər. …
Rafiq ODAY.”Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş şeirlər” silsiləsindən
Post Views: 38 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru, ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı, Əməkdar jurnalist BİRİMİZƏ ÇATMAYIR Nənə nağıl danışır, Göydən üç alma düşür. Nəvələrin günləri, Bax beləcə ötüşür. Almaların üstündə, Dalaşırdı nəvələr. Axı …
Rahilə DÖVRAN.”Halva deməklə”
Post Views: 35 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, Zaval yox şərəfə, namus, qeyrətə, Hər insan əməklə çatar şöhrətə. Oxucum, qapılma təccüb, heyrətə, Kişi baş saxlamaz müftə yeməklə- Ağız şirin olmaz, halva deməklə. Insanın ömrünün bəzəyi, zəri, Qabarlı əllərdir, həm alnın təri. Atalar sözü var, dillər azbəri:- “Daşdan da pul çıxar” …
Rahilə DÖVRAN.”Sonu vardır”
Post Views: 32 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, Sığmırdı boyuna hirsi, hikkəsi, Qulaq batırırdı hökümlü səsi. Görmürdü özünə, layiq heç kəsi, Bilmirdi mənəmlik, lovğalıq ardır- Həyatda hər şeyin bir sonu vardır. Çapıb lovğa-lovğa, təkəbbür atın, Haqqın tapdaları, qohumun, yadın. Faş edib aləmə, bəd, qırıq zatın, Sanırdı zorbadır, həm bəxtiyardır- Qanmırdı …
Abdulla MƏMMƏD.”Əllərim bulaşır göz yaşlarına”
Post Views: 29 Dəyişən bir sənsən,bir də ki zaman, Yer də həmən yerdir,göy də həmən göy. Sənin bu dünyayla işin olmasın, Yetər,deyindiyin arxasınca hey! Bir damla göz yaşın sonda ölən köz, Dilinlə gor eşmə ürəyim də sən. Dünən sevincimə şərik olan,qız, Bu gün kədərinlə ürəyimdəsən. Əllərim bulaşır göz yaşlarına, Alın yazısıdır-göz yaşı deyil. Qucub dizlərini …
Abdulla MƏMMƏD.”Dalğın baxışına baxa bilmirəm”
Post Views: 31 Dalğın baxışına baxa bilmirəm, Sənin ki, gözlərin dan işığıydı. Dünən gözlərində dinən sözlərin, Sevən ürəyinin danışığıydı. Daha düz oxumur özündə sözün, Sözündə məhəbbət dağım-dağımmış. Nifrətin gözündə peşiman qüssə, Dilinin riyası röya dağımmış. Sən demə susarmış gözündə sözün, Gözümün dünyası sözümün canı. Çətin kimsə sevə mənim tək səni, Salma qəribliyə sözümü, canım. Çılğın …
İsmayıllıda Respublika günü qeyd olunub
Post Views: 29 mayın 31-də İsmayıllı Rayon Mədəniyyət Mərkəzində 28 may respublika gününə həsr olunmuş tən-tənəli bayram tədbiri baş tutub. Rayon məhkəməsinin hakimi Azad Əliyev Respublika Günü ilə əlaqədar-gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay davam edən Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti barədə məruzə edib. İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı, professor Mirdaməd Sadıqov çıxış edərək …
İsmayıllıda Şamaxı İncəsənət Təhsili Mərkəzi şagirdlərinin konserti keçirilib
Post Views: 36 mayın 31-də İsmayıllı rayon Uşaq Yaradıcılıq Mərkəzində Şamaxı İncəsənət Təhsili Mərkəzinin şagirdləri konsert proqramı təşkil olunub. Şamaxı İncəsənət Təhsili Mərkəzinin şagirdləri konsert proqramına əsasən, xalq çalğı alətləri orkestrinin şagirləri rəngarəng musiqi nümunələri ilə çıxış etmişlər. Konsert proqramına xalq mahnıları, muğamlar, milli və Avropa rəqsləri, Üzeyir Hacıbəylinin, Tofiq Quliyevin, Əziz Əzizovun, Süleyman Ələsgərovun, …
Esmira RƏHİMLİ.”Yarın yolunu gözləyirdik ki, əğyar bizə gəldi”
Post Views: 30 Yarın yolunu gözləyirdik ki, əğyar bizə gəldi, Büdrədik bir balaca, əzildik, bəla dizə gəldi. Bülbül bayqular ilə qol-qola gəzməz bu çəməndə, Əfsus ki, gül tikan ilə hər yerdə üz-üzə gəldi. Biz ağlar ikən kam alıb kef çəkdi ürəkdən, Biz gülüncə nakəslərin canına vic-vicə gəldi. Bir də baxdım ki, üzü yaman səpib, hər …
Esmira RƏHİMLİ.”Özünü məndən ağıllı bilən insan, yeri var!”
Post Views: 48 Özünü məndən ağıllı bilən insan, yeri var! Dəf atıb, tar götürüb, kamança tutsan yeri var. Bu dünya yaranandan zülm edib insan insana, Üz çevir cahillərdən, aqilə uysan yeri var. Bahalı hədiyyələr istəmirəm borclu qalım, Bir vəhşi çiçək dərib könlümü alsan yeri var. Deyirsən gah budur bu, gah odur bu, hansıdır bəs? Aparıb …
Mais TƏMKİN.”Tanıya-tanıya mən adamları”
Post Views: 32 (Hikməti sözündə axtar- kitab) Dərdimin üstündə təzə dərd bitir, Kədər ürəyimi oxlayıb didir. Ümidim azalır, inamım itir, Tanıya-tanıya mən adamları. Həzz aldım çoxunun şirin sözündən, Qəlbini duymadan öpdüm üzündən. İnciyib küsürəm özüm-özümdən, Tanıya-tanıya mən adamları. Doğru bildiyimi yalan görürəm, Arzu-istəyimi talan görürəm. Şirin dil altında ilan görürəm, Tanıya-tanıya mən adamları. Könlümü göynədən …
Mais TƏMKİN.”Qayıt dedi”
Post Views: 35 Sevdiyim gözəldən ayrılan* zaman, Boylandı arxamca göz, ,,qayıt” dedi. Baxdı məlul-məlul, halı pərişan, Yanaq ,,qayıt” dedi, üz ,,qayıt” dedi. Söylədi: ,,könlümün sənsən hakimi, Qəlbim səninlədir ölənə kimi. Sən gedib-qayıdıb gələnə kimi, Bədənim olacaq buz, qayıt”-dedi. Gördüm bənövşə tək boynunu bükür, Yanır için-için, qanlı yaş tökür. Ağlaya-ağlaya o, hönkür-hönkür, Sızladı, inlədi qız, qayıt, …
Müzəffər MƏZAHİM.”Səni gözləyirəm”
Post Views: 34 Əlçatmazsan… Qəlbimin ən müqəddəs Arzusu kimi. Qəddarsan… Alın yazısı kimi. Amma mən Səni sevməyimə Peşiman deyiləm. Olduğun kimi qal, Belə gözəlsən… Inanıram bir gün mənə dönəcəksən… Son dayanacağın sərnişini kimi, arxayın-arxayın gözləyirəm son qərarını… Peşiman eləmə məni. 2012
Müzəffər MƏZAHİM.”Gecə nəğməsi”
Post Views: 29 Bu gecə ağ qaldı qarşımda varaq, Ulduzlu göylərdə xəyalım azdı. Duyğumu, hissimi cilovlayaraq, Gecə nəğməzini könlümə yazdı. Bəyaz buludları sağıb ovcuna, Körpə çiçəklərə içirdi torpaq. Bütün insanları yığıb ovcuna, Sanki köynəyindən keçirdi torpaq. Elə bil, bu gecə doğuldu dünya, Alın yazısına düşdü heyrətim. Min sirli-sehirli nağıldır dünya, Dinləmək qorxulu, anlamaq çətin. Yağdı …
Şair-publisist Rafiq Odayın şeirləri Türkiyə türkcəsinə tərcümə olunub
Post Views: 36 Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, respublikanın Əməkdar jurnalisti, şair-publisist, cənab Rafiq Odayın “Sən ulu öndərisən bu xalqın, bu millətin” və …
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının maliyyə dəstəyi ilə yeni layihə həyata keçirilir
Post Views: 35 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının maliyyə dəstəyi ilə həyata keçirilən “Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndələrinə dəstək” layihəsi çərçivəsində respublikanın müxtəlif bölgələrində yaşayıb, bədii yaradıcılıq fəaliyyəti ilə məşğul olan yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndələrinin yaradıcılıq nümunələrinin respublikanın hüdudlarından kənarda da tanınması yönündə təsdiq edilmiş tədbirlər planının hazırlanıb.Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt …
Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor İbrahim Cəfərov “2015/2016-cı tədris ilinin ən yaxşı rektoru” adına layiq görülüb
Post Views: 44 İllərin zəhməti öz bəhrəsini verib. Qafqaz regionu üzrə ən böyük təhsil facebook səhifəsi olan “Azərbaycan Universitetləri” səhifəsi “2015/2016-cı tədris ilinin ən yaxşı rektoru” nominasiyası üzrə sosial yarışmasının qalibini elan edib. ADAU-nun mətbuat xidmətinin xəbərində deyilir ki, 1 həftə davam edən və 81.000 nəfərin iştirak etdiyi səsvermənin nəticələrinə əsasən, Azərbaycan Dövlət Aqrar Universitetinin …
Vüsal YURDOĞLU.”Bu da nağılın biri…”
Post Views: 46 Dalğaların olaydım, ya da sənin sahilin… Mənlə birgə güləydi günəşli gündüzlərin, Mənlə birgə gələydi ulduzlu gecələrin… Yaxud, mavi səmada bir qağayı olaydım, Küləklərlə dostlaşıb suların üzərində süzəydim qanadımla… Həsrətimiz uzaqda, ruhumuz yaxın ola… Ya da susuz qalanda ölməyə məhkum olan, qızıl balıq olaydım…, düşməyəydım heç tora… Deyəydim, üç arzunun üçün də sən …
Vüsal YURDOĞLU.”Ruhumun əkizi”
Post Views: 50 Hər kəs ayrı-ayrı sevir dənizi, Sevir dalğaları, sevir sahili. Kiminin ruhuna düşməyir izi, Kiminin ruhunun əkizi, bəlli… Hamı dalğalara vurula bilmir, Küləklə rəqs edən qağayı olmur. Dəniz də hamıyla görüşə gəlmir, Gecələr ruhunun qonağı olmur… Sevirəm dənizi, sevirəm…, mənim, Gözümdə ən əziz dost da dənizdir. Ay Allah, üzülməz ümiddən əlim, Sevgim sular …
Vüsal YURDOĞLU.”Günahsız günah”
Post Views: 35 Dəniz məni sevsə, gecəyə məhkum Ruhumun xilası hələ mümkündür. Yolumuzu kəsən qaranlıqların İşığa çıxması hələ mümkündür… Dəniz məni sevsə, yaz axşamları Gülər üzümüzə ay da, günəş də… Könlümüz diləyən al səhərləri Ümidlə gözlərik toran gecədə… Dəniz məni sevsə, səhər o başdan, Düşər bəxtimizə işıqlı sabah. Ay Allah, keç bizim günahımızdan, Bizim bu …
Vüsal YURDOĞLU.”Dəniz sevgisi”
Post Views: 39 Mən dənizi sevim, mavi dalğalar Alsın ağuşuna sevən qəlbimi! Gülsün gözlərində nurlu sabahlar, Dolsun həyatıma axşama kimi… Mən dənizi sevim, bir axşam çağı, Gəlim bu sahilə, yenə görüşək. Külək yaxın etsin bizə uzağı, Gecə yetişməmiş qovuşaq gərək… Mən dənizi sevim, gecə düşəndə, Hava soyuyanda üşüməyim heç… Ay Allah, gecənin hökmü başqadır, Dənizli …
Remzi ZENGİN.(Türkiye Cümhuriyyeti, Tokat).Muhteşem şiirler
Post Views: 45 Tokat Şairler ve Yazarlar Derneği Başkanı, Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temsilcisi Geçer Yaz gelende açar yaylanın gülü Gül naz eder, ağlatır, şeyda bülbülü Gizliden sevdası olanın günü Karşıdan karşıya bakmakla geçer Küstüysen gel, kara gözlü, barışak Böyle olmaz, arasıra görüşek Göremezsem, günler pek zor geçecek Sonra gözümden yaş akmakla geçer …
Remzi ZENGİN.(Türkiye Cümhuriyyeti, Tokat).Muhteşem şiirler
Post Views: 36 Tokat Şairler ve Yazarlar Derneği Başkanı, Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temsilcisi Efkâr Yine efkâr bastı, kalmadı neşem Gönlümün sultanı gelmedi bugün Göremedim kara gözlü ceylanı Sabahtan beridir gülmedim bugün Acaba yoluna halı mı sersem Gelir mi acaba biraz küsersem Gelse de bağından gonca gül dersem Elimle gülünü dermedim bugün Dünya …
Kumrugül TÜRKMEN AKIN.”SEN GELDİN”
Post Views: 66 -Sündüs Arslan Akça’ya ithafen- Hırçın deli dalgaların, Kayalara vurduğu, Tuzun kayayı öptüğü, Çılgın bir an gibiydin. Suskun, Lal olmuş, İnzivaya çekilmiş, Bir deli yanardağ üstünde, Lavları alevleyen Sek sek oyunu gibiydin Tüm bilinmeyenleri bilen, Sır içinde sır olan Acılar denizinin Hüzün dehlizlerini Doldurupta taşıran Hüzün gülü gibiydin. Sen geldin. Ve yolumun orta …
Hasan Akar’ın Temmuz Bulutlarını Bekliyorum
Post Views: 41 Erek: “Hasan Akar hocamı kutluyorum. Sizi temin ederim şuanda ben Tokatlı olmaktan ve Tokat’ta bulunmaktan, Tokatlının böyle bir toplantıyı ortaya çıkarmasından gurur duyuyorum.” Tokat Şairler ve Yazarlar Derneği (TOŞAYAD)’ın kitap çıkaran üyeleri için tertip ettiği İmza Günlerinden biri daha dün yapıldı. Bu kez Derneğin Yönetim Kurulu Üyesi Hasan Akar, Temmuz Bulutlarını Bekliyorum …
“Gül” kitabının imza törənindən-FOTOLAR
Post Views: 42
“Kitabevim.az” mağazasında “Gül” kitabının imza törəni keçirildi
Post Views: 36 29 may 2016-cı il tarixində saat 14:00-da paytaxtın Nəsimi rayonunda yerləşən AK Centerin ikinci mərtəbəsində “Kitabevim.az” mağazasında Azərbaycan Yazıçılar Birliyi tərəfindən həyata keçirilən “aybkitab” layihəsi çərçivəsində yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitunun doktorantı, “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk …
“Ədəbi təhlil” layihəsi- Ramil Mərzili: Kimsə bilməsin…
Post Views: 41 Bu günkü müzakirə obyektim və mövzum Ramil Mərzili, onun kimliyi, yaradıcılığı və “Kimsə bilməsin” kitabı olacaqdır… İlk növbədə, təbrik edirəm Ramil qardaşımı… Dünən AYB-də imza günündə iştirak etdim… Çıxış üçün söz verilməliydi, imtina etdim, çünki sözüm çox idi, yazmağı üstün bildim… Mənim üçün yaradıcı insanın uğuru yaradıcılıq məhsulunu insanlara düzgün çatdıra bilməsi, …
Şәr qarışanda nә olur axı? 18+
Post Views: 45 Şәr qarışanda nә olur axı? Şәr qarışanda nә vaxtdır, qaranlıq düşәndә, ya gecә yarısı? Şәr qarışanda düşürsәn şәrә? Ya düşürәm sәnin yadına? Oyanır ehtirasın şәr qarışanda? Şәr qarışanda qarışırsan qaraya, şәrә, sәbr etmirsәn gәlsin sәhәr, ağ qüvvәlәr? Şәr qarışanda nә olur axı? Xeyir mәlәklәr qaçır, Allah yatır, Şeytan oyanıb, çıxardır insanı yolundan? …
Esmira RƏHİMLİ.”Dost var ki, xoş gününə xoş gündə havada gələr”
Post Views: 29 Dost var ki, xoş gününə xoş gündə havada gələr, Dost da var dara düşsən dadına tufanda gələr. O kəs ki, ədəb gözləyər, tanıyar öz yerini, Öpər ustad əlini, başına irfan da gələr. Bayquşun banlamasıyla açarmı sübhi-səba? Səsi xarabada, ya çöllü-biyabanda gələr. Odur ki, ta binadan izni yoxdur gülzara, Bülbül istərsə bağa hər …
Esmira RƏHİMLİ.”Mən nadanlar əlindən dadi-bidad çəkərəm”
Post Views: 62 Mən nadanlar əlindən dadi-bidad çəkərəm, Anlayar bu dərdimi bilər aqillər bilsə! Baş dolu ağıl ilə qalarmı biixtiyar, İstifadə qaydasını əgər cahillər bilsə? Saxlarmı xəznələri, gizlərmi pul-paranı, Dünyanın qiymətini məgər tacirlər bilsə? Qanımı dərdinə dəva bilir ellər mənim, Var dövlət toplamağa gələr qatillər bilsə. Möhkəm dayan, Əsməra, sən ki, haqq aşiqisən, Kafirlər iman …
Mais TƏMKİN.”Dünya”
Post Views: 35 Səni indiyədək eşitməyibsə, Çətin bundan sonra eşidə dünya. O qədər soyuqdur, yay vaxtı belə, Hey istər qəlbini üşüdə dünya. Bir məzlum könlünü ala bilməyir, Qolunu boynuna sala bilməyir… Əzəldən bir donda qala bilməyir, Düşdükcə çeşiddən-çeşidə- dünya. Haqsızlar dördnala çapır atıyla, Bürüyüb dünyanı alov, oduyla. Kəsir boğazını “islam” adıyla, Meydanı veribdi “işid”ə- dünya!!
Mais TƏMKİN.”Ağ adamları”
Post Views: 32 Hərəsi əlinə alıb bir silah, Yıxıb uçururlar, Ağa*, damları. Nə vaxt qurtararıq dərd-qəm əlindən, Bu Şuşa, Kəlbəcər, bu Ağdamları? Küncə sıxışdırıb əyrilər düzü, Təpələr bəyənmir nə dağ, nə düzü. Hər şeyin həyatda qaçıbdır duzu, Daha şit görünür, Ağa*, tamları. …Rəvamı, qorxağa qıyam- mətini*? Yaxşılar itirə öz qiymətini? Allah tez yetirib qiyamətini, Yığaydı …
Müzəffər MƏZAHİM.”Dünya duyğudur”
Post Views: 30 Hərdən için-için göynər, sızıldar, Dolu sünbül kimi tətrəyər könül. Hər gecə bir həzin nəğmə pıçıldar, Kövrək duyğularım açılar dil-dil. Qərib durnaların son nəğməsi tək, Qəlbimdə son şerin yükü var hələ. Haçan hönkürəcək bu hissi ürək, Haçan üzüləcək bu son zingilə? Ömrümü yolların təşnəsi bilib, Görümlə düyümun körpüsü oldum. Qəlbimi məhəbbət çeşməsi bilib, …
Müzəffər MƏZAHİM.”Adam var ki…”
Post Views: 37 Zəmanənin aşağıdan yuxarı, Qarışıbdır halal gəlir-çıxarı, Bu dünyanın tərsə düşüb axarı, Qurd qoyunun sayasına şellənir. Adam var ki, halalına güvənir, Adam var ki, kamalına güvənir, Adam da var cəlalına güvənir, Haram tutmuş mayasına şellənir. Çoxu istər ehkamları qıra bir, Alçalsa da, təki olsun sıra bir, Xəbəri yox, əldən gedib ar-abır, İtirdiyi hayasına …
Şəfa VƏLİYEVA.””Ömür” adlı məfhum anların vəhdətindən ibarətdir”
Post Views: 43 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı Biz hər nə qədər təsadüflərə inanmasaq da “ömür” adlı məfhum anların vəhdətindən ibarətdir. Hətta, xoşbəxtlik də bir anın hökmündədir. Insanlar öz anlarının dəyərini anlasa, o bircə anın qədrini bilsə təsadüflərin ona Tanrı ərməğanı olduğunu anlayar. Mənim həyatımda da Tanrı ərməğanı …
Şəfaqət CAVANŞİRZADƏ.”Sevginin gözləri” romanının XXXVI hissəsi
Post Views: 41 Camal telefonu söndürüb, otağın küncündə oğlunu qucaqlayıb qısılan Fidana yaxınlaşdı. – Elə bilirdin, sənə birdə əlim çatmaz? Görürsən elə də böyük şəhərdə yaşamırıq. Qaçırılanda qorxusundan ağlayan Yaşar hər şeydən xəbərsiz anasının qucağında bəlkə də ağlı-qaralı yuxu görürdü. Camal uşaq oyanmaması üçün asta danışırdı. Fidanın da ağlamaqdan gözləri qızarmışdı. Camal əliylə qurbanının üzünə …
Esmira RƏHİMLİ.”Sevgiyə cavab ver!” (Hekayə)
Post Views: 34 Sentyabr ayı idi. Anamın heç cür bağdan ayrıla bilməməsi ucbatından düz on bir gün dərsdən qalmışdım. Ürəyim darıxırdı, şəhərə getmək istəyirdim. Səkkizinci sinifə keçmişdim. Yox, dərs ilinin başlanmasına sevinmirdim. Müəllim danlayacaqdı, ona görə. Söhbətdən belə başa düşürdüm ki, getməyimizə az qalıb, artıq maşın danışıblar. Bağda olduğumuz üç ay ərzində bir ərik, beş …
Esmira RƏHİMLİ.”Qaşları can alan xəncər, gözləri qövğadır, dedi”
Post Views: 40 Qaşları can alan xəncər, gözləri qövğadır, dedi. Soruşdum bu nə cövlan? İnsafsız davadır, dedi. Bax ki, viran can evim, rəhm eylə, aman dilədim, Söylədi, nə viranə, qəsri Züleyxadır, dedi. Bu zülmü-cövr ilə dar qəfəsdə ağlar ürəyim, Hər kəs heyranı olan bülbülü-şeydadır, dedi. Busə ver, köz-köz olan bağrıma məlhəm eləyim, Güldü, bu nə …
Mais TƏMKİN.”Nəzmə çəkib yazam, Qadın!!”
Post Views: 32 Canındakı ağrılardan, Cana doyub bezən qadın. Can verməyə Əzrayılı Gecə-gündüz gəzən qadın. Gözündəki nə yağışdı? Bu nə çöhrə, nə baxışdı? Duan özünə qarğışdı. Ay könlümü üzən, Qadın! Bir görmədim üzün gülə, Ağı qondu dodaq, dilə. Ağrılara ildən-ilə Tab gətirib, dözən qadın! Zalım ağrı bütün günü, Kəsib doğrayır ömrünü. Əlim gəlməz ki, ölmünü, …
Mais TƏMKİN.”Sən də havalısan, mən də havalı”
Post Views: 41 Hər dərdə, möhnətə dözürük elə, Eşqin dəryasında üzürük elə. Mən sənsiz, sən mənsiz-gəzirik elə, Dolaşır səsimiz bəmdə havalı, Sən də havalısan, mən də havalı. Çəməni adlayıb, bağı aşıram, Solu ötürürəm, sağı aşıram. Dərəni keçirəm, dağı aşıram, Gəzirəm dumanda, çəndə havalı. Sən də havalısan, mən də havalı. Baxma ki uzaqdır gözüm gözündən, Əlim …
Müzəffər MƏZAHİM.”Nilgil haçan soyuyubdur?..”
Post Views: 37 Şəhidlərimizə Al qanınız bu torpağa qarışdı, Qismətiniz bəxtinizlə barışdı, Sizi gələn hər əsgərdən soruşdu, Təkcə ana inanmadı, aman, hey… İllər, yaman vəfasızsız, ay illər, Dünən axı, qönçə idi bu güllər, Nisgil haçan soyuyubdur, ay ellər, Ömrü boyu yanacaqdır yanan, hey… Haray salmaz, ürək dərddən kiriyər, Tüstülənməz, yanar, yanar, əriyər, Daş-divarlar ayaq açıb …
Müzəffər MƏZAHİM.”Sevinc də qəmdən yorulub”
Post Views: 39 Şair Fərqanə Mehdiyevanın “Daş yonanla söhbət” şerini oxuyarkən. Ümid toxu sözlərimdən, Kədərli, qəmli şerinə. Nəm qarışır gözlərimdən, Bu kövrək, nəmli şerinə. Sevinci yuxutək yozma, Qəlb möhtacdır təsəlliyə. Dərdi belə gözəl yazma, Dərd öyrəşər gözəlliyə. Bu gərdiş belə qurulub,- Qalarmı heç daş yonan ac? Sevinc də qəmdən yorulub, Hərdən ona qəlbini aç. Sevinc …
Azərbaycan Dövlət Aqrar Universitetində “Respublika Günü” qeyd edilb
Post Views: 44 Azərbaycan Dövlət Aqrar Universitetində 28 may “Respublika günü”nə həsr olunan “Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir” adlı tədbir keçirilib. Azərbaycan Dövlət Aqrar Universitetinin mətbuat xidmətindən Ədəbiyyat-Az.Com bildirilib ki, tədbiri giriş sözü ilə Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov açıb. Deyib ki, Şərqdə ilk dəfə demokratik dövlət quruluşunu yaradan AXC İstiqlaliyyətimizi elan edib …
Göyçayda vətənpərvərlik mövzusunda sərgi keçirilib
Post Views: 31 [url=http:// edebiyyat-az.com/]Ədəbiyyat-Az.Com[/url] xəbər verir ki, mayın 26-da Göyçay Gənclər Mərkəzinin qarşısında Vətənpərvərlik mövzusunda yeniyetmə və gənclərin əl işlərindən ibarət sərgi keçirilib. Sərgidə Göyçayın təhsil müəssisələrində təhsil alan gənclərin maraqlı əl işləri nümayiş olunub. Həmçinin sərgidə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev də iştirak edib və əl işləri ilə tanış olub. Gənclərin …
“Səni tərənnüm edirəm, doğma Azərbaycanım!” mövzusunda inşa yazı müsabiqəsi keçirilib
Post Views: 48 [url=http:// edebiyyat-az.com/]Ədəbiyyat-Az.Com[/url] xəbər verir ki, mayın 26-da İsmayıllı rayon Gənclər və İdman İdarəsi və təhsil şöbəsinin birgə təşkilatçılığı ilə 28 May – Respublika günü münasibətilə ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında “Səni tərənnüm edirəm, doğma Azərbaycanım!” mövzusunda inşa yazı müsabiqəsi keçirilib. Heydər Əliyev Mərkəzində keçirilən müsabiqədə 13 məktəbdən 25 şagird iştirak edib. …
“Gül” kitabının imza günü keçiriləcək
Post Views: 47 [url=http:// edebiyyat-az.com/]Ədəbiyyat-Az.Com[/url] xəbər verir ki, mayın 29-da saat 14:00-da “Kitabevim.az”da Gülnar Səmanın “Gül” kitabının imza günü olacaq. Gülnar Səma AMEA-nın Ədəbiyyat İnstitutunun doktorantı, AYB və DGTYB-nin üzvü, Prezidentin təqaüd fondunun təqaüdçüsü, Gənclər və İdman Nazirliyinin mükafatçısı, “Hədəf” hazırlıq kurslarının müəllimidir. Kitab Azərbaycan Yazıçılar Birliyinin “aybKitab” layihəsində nəşr edilmişdir. “AybKitab” layihəsinin rəhbəri AYB-nin …
Remzi ZENGİN.(Türkiye Cümhuriyyeti, Tokat).Muhteşem şiirler
Post Views: 33 Tokat Şairler ve Yazarlar Derneği Başkanı, Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temsilcisi Dedim-Dedi Dedim: Güzel sana yandım Dedi: Sanma, sana kandım Dedim: Ben nasıl aldandım? Dedi: Aldanmasa idin Dedim: Ne inat edersin Dedi: Bıktıysan gidersin Dedim: Severim, bilirsin Dedi: Vurulmasa idin. Dedim: Gel bırak şu nazı Dedi: Çok uzattın sözü Dedim: …
Remzi ZENGİN.(Türkiye Cümhuriyyeti, Tokat).Muhteşem şiirler
Post Views: 31 Tokat Şairler ve Yazarlar Derneği Başkanı, Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temsilcisi Başçiftliğe Övgü Yaylasında kuzuları yayılır Kuş sesleri ovalara dağılır Akşam olur koyun keçi sağılır İlçeler içinde birsin Başçiftlik Başkanı var, gayretli mi gayretli Başçiftliğin dertleriyle hem dertli Camisi var dağlar gibi heybetli İlçeler içinde pirsin Başçiftlik Çiçek açar yaylasında, …
Remzi ZENGİN.”TOKATIN SAZI SÖZÜ:5 – AHMET DURAN AYYILDIZ”
Post Views: 42 Ziraat Yüksek Mühendisi Ahmet Duran Ayyıldız 1933 yılında Tokat’ta doğdu. Tokat, Sivas Divriği ve Eskişehir’de pek çok Selçuklu ve Osmanlı devri eserlerini restore ederek yeniden Türk-İslam sanatına kazandıran ünlü Dülger Mansur Usta’nın büyük oğludur. Annesi Hayriye Hanımdır. Şair, İlk, orta ve lise öğrenimini Tokat’ta yaptı. Lise yıllarında arkadaşları ile dergi-kitap, Tokat’ın yerel …
Qalib RƏHİMLİ.”Aqrar Universitet həm də torpağın “dilini” öyrədir və ya inkişafin zirvə ömrü”
Post Views: 36 Torpaq da canlıdır. Onun da dili var və qayğıya möhtacdır. Əgər torpağı öz dilində danışdıra bilsək, nazını çəkib qayğıya bürüsək onda istədiyimizi zəhmətimizin qarşılığında ən keyfiyyətli formada əldə edə bilərik. Qürurumuz və bərəkət çeşməmiz olan torpağı əkib becərməsək qorumağa, qorumasaq əkib becərməyə dəyməz. Üzü Dədə Qorquddan günümüzədək səslənən və şüurlara hakim kəsilən …