Post Views: 77 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Rəhbərliyi və bütün kollektivi cənab Rafiq Oday başda olmaqla, Sizə, “Kultur.az” internet dərgisinin təsisçisi və baş redaktoru Xanıməfəndi İradə Aytelə, Anasının vəfatından kədərləndiklərini bildirir, dərin hüzn və kədərlə başsağlığı veririlər!!! ALLAH rəhmət etsin!!! Ruhu şad, Məkanı, yeri CƏNNƏT olsun!!! Uca Yaradandan səbir və dözüm diləyir!!! İnşAllah! …
May 2019
Görkəmli alim, akademik Rəfiqə xanım Əliyevanın əziz xatirəsi həmişə qəlbimizdə yaşayacaq
Post Views: 40 Müasir dövrdə həyatımızın hər bir sahəsində kimya elmi çox böyük əhəmiyyətə malikdir. Digər elmlərlə müqayisədə ən dinamik inkişaf edən elmlərdən biri hesab olunur. Kimya elmi üzrə dünya alimləri içərisində Azərbaycan alimlərinin də xidmətləri olmuşdur və bu danılmazdır. Məhz bu mənada XX əsrdə Azərbaycanda kimya sənayesinin inkişafı mühim əhəmiyyət kəsb etmişdir. Neft-kimya və …
Azərbaycanlı şair Əkbər Qoşalının şeiri Təbrizdə işıq üzü görüb
Post Views: 36 Təbriz şəhərində fəaliyyət göstərən “Ədəbi Körpü” aylıq ədəbi dərgisinin 7-ci sayında Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Azərbaycanda ATATÜRK MƏRKƏZİnin ictimai-siyasi şöbəsinin müdiri, Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) Məsləhət Şurasının Başkanı, şair, publisist, yazıçı Əkbər Qoşalının “Bayatı sayağı” şeiri Azərbaycan və fars dillərində dərc olunub. Şeiri Azərbaycan türkcəsindən fars …
Şair-publisist Əkbər QOŞALI.”Torpağa taprşırrıq ölən olanda”
Post Views: 33 Torpağa taprşırrıq ölən olanda, Baxmarıq, ürəyi daşdı yoxsa ki ürəyi dağlıdı zalımoğlunun… Və bir gün üzə çıxar o ürək: Ürəkdə dərd görünər, dərddəsə ömür… Bir də daş qoyarıq – adı: başdaşı… Dünyanın o – ən soyuq daşına isti sözlər yazarıq… Yazıya ürək, ürəyə dərd qoyarıq… Beləcə, dərd dolanar dünyada: torpaq-torpaq, daş-daş, yazı-yazı, …
Şəfa VƏLİYEVA.”Bütün arzuların saçımda qaldı”
Post Views: 34 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı bütün arzuların saçımda qaldı, daraq tanımağı günah bilirəm… mən səni dünyanın gözündən saldım, yolumu kəsəcək min “ah”, bilirəm… açıq pəncərəndə rəqs edən pərdə qovuşmaz əlimin qırışlarına… hədiyyə etmişəm səni bu dərdə, sükutun yuvadır qu quşlarına… bağışlama gedişimi, qadası, üzü sənə …
Şəfa EYVAZ.Yeni şeirlər
Post Views: 34 *** Səssiz bir sükutla bağırır gecə, Saat əqrəbləri çalır ömrümü. Çiy palçıq zənn edir məni bu dünya, Gündə bir qəlibə salır ömrümü. Alır verdiyini gözüm doymamış, Bükür göy əskiyə bəyaz günümü. Bəzən də aldadır saf uşaq kimi, Ovcunun içinə alır ömrümü. *** Allah, sevməyi bilməyənlərin əlinə bıçaq vermə. sonra necə gəldi vururlar …
Gülnarə İSRAFİL.Yeni şeirlər
Post Views: 37 Dünya Gənc Türk Yazarlar Birliyi və “Gənc Ədiblər Məktəbi3″ün üzvü Mən buralarda bir qərib qız boynumu bükmüşəm; adamları mənə Bakını xatırladır. mən buralarda dar küçələr keçirəm, salxaq duyğulara rast gəlirəm. Bir qoyunda isinmək varkən buzlamışam. İki, üç günlük “sevgi”- hamının düşüncəsinə hökm edir. Mən buralarda bir qız axtarıram: sərvi boylu, qönçə dodaqlı. …
Kənan AYDINOĞLU.”Bir qarış torpaq ola”
Post Views: 34 Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü. Yəhərli atın üstə üzəngini basanda, “Allahu əkbər” sözlü əlimdə bayraq ola. Qoynunda övlad kimi kiçik şair oğlunu, Dərdi-sərdən qoruyan bir qarış torpaq ola. Bir damlaya çevrilib axıb çaya qarışan, Taleyin qismətiylə yenə-yenə barışan. Sevənlərin qəlbində təməl kimi alışan, Dünən, …
“Zərif kölgələr” layihəsinin iştirakçısı: Zeynəb İSAZADƏ
Post Views: 32 Mənim üçün ədəbiyyat ruhumdakı obrazlar deməkdir, düşümcəmin məni yorduğu varlığın sirrində gizlidir. Ədəbiyyat insanı həm formalaşdırır, həm də şəxsiyyət kimi yetişdirir. AD GÜNÜM Səhər çağı idi səssizlik ətrafı bürümüşdü. Gözlərim birdən-birə açıldı və ətrafa boylanmağa başladım. Səssizlik davam edirdi. Yataqdan qalxıb addımlarımı asta-asta basaraq irəlilədim. Heç nədən ürəyimin tez-tez döyülməsinin səbəbini anlamırdım …
“Zərif kölgələr” layihəsinin iştirakçısı: Bahar CAVADOVA
Post Views: 41 Ədəbiyyat ərköyün uşaq kimidir, sevdikcə sevilmək istər, əzizlənmək istər. Obrazların içində yaşatdığımız dünyamız bizim öz dünyamızdır. Yalnız bizə məxsusdur. Və bizlər öz dünyamıza müsafir edirik sizlər, dəyərli oxucular! Niyə qorxum ki Gecələri göz yaşımdı bir də mən, Səni itirməkdən niyə qorxum ki?! Göz yaşımla bəstələnən nəgməyəm, Səni itirməkdən niyə qorxum ki?! Hara …
“Zərif kölgələr” layihəsinin iştirakçısı: Esmira GÜNƏŞ
Post Views: 48 ESMİRA GÜNƏŞ Ədəbiyyat mənimçün nəfəsdir, havadır. Necə ki, dünyamız havasız qalsa məhv olar, mən də həyatımı ədəbiyyatsız təsəvvür edə bilmirəm. Hər gün mütaliə etmək, hər an ədəbiyyatımızdan yeni nəsə öyrənmək sanki məni həyata daha çox bağlayır. Mənim qəlbim oxumaq, öyrənmək, yazıb‐yaratmaq eşqiylə yaşayır. 138 İLK GÖRÜŞ Onların heç biri bu şəhəri yaxşı …
“Zərif kölgələr” layihəsinin iştirakçısı: Yeganə
Post Views: 29 YEGANƏ Poeziya duyğuların dərinliklərinə nüfuz edən, ruhu gözə‐ görünməz məqamlarını sözə çevirən, idrakən böyüklüyünə dəlalət edən təkrarsız və əvəzolunmaz vasitədir. Poeziya tanrının bəndələrinə lütf etdiyi ilahi ifadə qabiliyyətidir. Və təsadüfən deyilməyib ki, yer üzündə sonuncu insan qalana qədər poeziya yaranacaqdır. Antologiya 133 BURLAXATUN (Qızıma) Sən mənim canımdan deyil, ürəyimdən doğuldun. İşıq oldun …
“Zərif kölgələr” layihəsinin iştirakçısı: Şəfa VƏLİ
Post Views: 30 ŞƏFA VƏLİ Bir zamanlar şeir Tanrıçası mənim ruhuma da sığal çəkirdi… Qapıları bağlana bilər, həyat sıxıntılarla dola bilər, amma… ürəyimdəki, ruhumdakı yazmaq yanğısına heç nə heç vaxt qalib gələ bilməz… VAMPİRİN ESSESİ …Susamışdım. İçimdəki bu susuzluğu yatırmaq mümkünsüzlüyünün ənginliyindəydim. Sanki bütün dünyanın yanğınları boğazıma tıxanmışdı, gözlərimin giləsindən cadar-cadar olmuş torpağın qoxusu havaya …
“Zərif kölgələr” layihəsinin iştirakçısı: Gülnarə SADİQ
Post Views: 39 GÜLNARƏ SADİQ Tanrının ən böyük uğuru onun yaratdığı İNSANdır. Insan ən böyük uğuru isə yazdığı kitabdır, kitabdakı həyatlardır. Hər kəs öz həyatını yaşayır, hər kəs özünü yaşayır – amma yazılmış əsərlər bizi yaşayırlar. Güldürərək, ağladaraq. Bu arada, ağlamağın da öz gözəlliyi var – demək, sən varsan ki, ağlamağı da bacarırsan. Varlıq elə …
“Zərif kölgələr” layihəsinin iştirakçısı: Vüsalə VƏTƏNXAN (MEHRİ)
Post Views: 62 TORPAĞIN DA SƏSİ VAR Duy, ey vətən övladı, Vətən çəkən fəryadı, Səndən umur imdadı, Məgər özgə kəsi var? Torpağın da səsi var… Vətən görən gözümdür, Ən duyğulu sözümdür, Anamtək əzizimdir, Onun xoş nəfəsi var. Torpağın da səsi var. Göz yaşları tökülən, Bayrağına bükülən, Adı şəhid çəkilən, O daşın yiyəsi var. Torpağın da …
“Zərif kölgələr” layihəsinin iştirakçısı: Həmidə YAQUBOVA
Post Views: 46 «MƏN KİMƏM?» sualının cavabını zamanı gəldiyində öyrənə bilərik. Həl ki, mən, səyyaham. Həyatın anılarını yaxalamaq üçün yaşayan bir səyyah. Çünki bizləri var edən, yaşadan da bu anılardır. İzləyə bilsən o qədər möcüzəvi bir ahəng taparsan ki… təəssüf ki, səbrsizlikdən, bəzən həyatımızın qaça‐qaçından izləməyi unuduruq. Ruhumuz cismimizlə bərabər yaşananları işıq sürətində ötürür. Geriyə …
Şair-tərcüməçi İbrahim İlyaslı Türk dünyasına xidmətlərinə görə mükafata layiq görülüb
Post Views: 52 1-4 may 2019-cu il tarixlərində Bakı şəhərində Türk dünyasının iki böyük unudulmaz şairinin-“İstiqlal marşı” yazarı, şair Mehmet Akif Ersoyun və Milli, istiqlal şairimiz Bəxtiyar Vahabzadəyə həsr olunan “Akiften Vahabzadeye İki Şair Bir Şei” layihəsi çərçivəsində Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Mahmud Kaşqari Medalı” laureatı, Əli Kərim adına Sumqayıt …
Dünya Gənc Türk Yazarlar Birliyi Məsləhət Şurasının Başkanı, şair, publisist, yazıçı Əkbər Qoşalı mükafata layiq görülüb
Post Views: 36 Qardaş Türkiyə Cümhuriyyətinin “İstiqlal marşı”nın müəllifi Mehmet Akif Ərsoyun yadigarı “SEBİLÜRREŞAD” Dərgisi Yayın Kurulu başqanı, 22-ci dönəm Millət vəkili (Adana-TÜRKİYƏ) sayın Recep Garip Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Azərbaycanda ATATÜRK MƏRKƏZİnin ictimai-siyasi şöbəsinin müdiri, Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) Məsləhət Şurasının Başkanı, şair, publisist, yazıçı Əkbər Qoşalını mükafata …
DGTYB Məsləhət Şurasının Başqanı Əkbər Qoşalının “Ürək daşı” şeirlər kitabının təqdimat mərasimi keçiriləcək
Post Views: 35 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti
Günel EYVAZLI.”Muxtar” (Hekayə)
Post Views: 33 Elə bilirəm dağ, daş, divar – hər şey mənimlə danışır bu gün. Cəfər Cabbarlının heykəli əlini qoynundan götürüb Rəşid Behbudov kimi qollarını yana açıb oxumaq istəyir. Təsəvvür edirsiz? “Nə gözəlsən, nə qəşəngsən, bu axşam sən əziz dost”. Hələ Ədəbiyyat Muzeyinin önündə sıralanan heykəlləri demirəm. Elə bil hamısı sıçrayıb yerə atlanmaq istəyir. Vahidin …
Alnımda göynəyən güllə yeri…Müşfiqin ruhuna… – Günel EYVAZLI yazır
Post Views: 41 Daşkəndə qastrol səfərinə yollanan Vaqif Mustafazadə pərdələr açılanda zalda heç kimi görmür. Zalda yalnız müxtəlif yerlərdə tək-tək əyləşmiş klub nümayəndələri olur. Konsertə şövqlə, həvəslə yollanan Vaqif dəhşətli sarsıntı keçirir. Onu aldatmışdılar, xəyanət etmişdilər. Konserti düzənləyənlər proqram haqqında heç yerdə elan verməmiş, hamı Vaqifin Daşkəndə gələcəyindən xəbərsiz olmuşdu. Təsəvvür edirsiniz? Vaqif piano arxasına …
Tərcüməçilərə Əhməd bəy Ağaoğlu adına mükafat təqdim ediləcək
Post Views: 30 Prezident İlham Əliyevin sərəncamı ilə bu il görkəmli ictimai xadim, siyasətçi, jurnalist, pedaqoq, yazıçı, türkoloq Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi qeyd olunacaqdır. Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyi Azərbaycan ədəbiyyatının xaricdə təbliği ilə məşğul olan, eləcə də dünya ədəbi nümunələrini dilimizə çevirmiş, həmçinin ədəbi əlaqələr sahəsində mühüm işlər görmüş bir qrup tərcüməçi, naşir …
Əhməd bəy Ağaoğlunun 150 illiyi münasibətilə elmi seminar keçirilib
Post Views: 39 Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) mühacir ədəbiyyatımızın görkəmli nümayəndəsi Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illiyi münasibətilə “Əhməd bəy Ağaoğlu – 150 illik fikir dühamız və difamız” adlı elmi seminar keçirilib. ADPU-dan bildirilib ki, seminar universitetin Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə reallaşıb. Seminarda gənc araşdırmaçı-jurnalist, “Çapar” dərgisinin baş redaktoru Dilqəm Əhməd …
İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə keçirilən müsabiqənin qalibi gənc şair Emin Piri olub
Post Views: 44 Anadilli fəlsəfi qəzəlin ilk nümayəndəsi Dahi Azərbaycan şairi və mütəfəkkiri Seyid Əli İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi münasibətilə Azərbaycan Yazıçılar Birliyində “Ulduz” jurnalı ilə “Vektor” Beynəlxalq Elmlər Akademiyasının keçirtdiyi şeir müsabiqəsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyinin birgə layihəsi olan Gənc Ədiblər Məktəbinin Məsul katibi, Azərbaycan …
“Zərif kölgələr” layihəsinin iştirakçısı: Zülfiyyə YAQUBQIZI
Post Views: 42 Mənə görə nədir ”Ədəbiyyat”? ‐Bəzən bir körpənin qəlbində yara olan ana sevgisi, bəzən bir qocanın gözlərindəki həsrət, bəzən bir buludun dolub‐dolub boşaldığı hicran, bəzən də bir mahnı sözlərində deyildiyi kimi: ”Uzun incə bir yoldayam, Gedirəm gündüz‐gecə” Bəli, bir ömürə sığımayacaq qədər ”uzun” bir yoldur Ədəbiyyat. Qəlbimin ən məhrəm sirrlərini öz sehri ilə …
“Zərif kölgələr” layihəsinin iştirakçısı: Zeynəb SƏMA
Post Views: 36 Mən, Zeynəb Səma oxucularını sevən biriyəm. Mənim üçün həyatın gözəl olması yazarlıq həyatımda daha da irəli addımlar atmağımla əlaqəlidir. Və oxucularımın, Zeynəb Səmanı kəşf etməsi olar ki, bu məni çox həm də çox xoşbəxt edəcək. Elə isə, Zeynəb Səma ilə ilk tanışlığa xoş gəldiz, əziz dostlar…Sevgi və Dua ilə… Zaman durdu… dünya …
“Zərif kölgələr” layihəsinin iştirakçısı: Aynurə İNCİ
Post Views: 46 Baxışlar fərqlidir duyğular eyni. Fərqli baxışlarla yaşarlar duyğuları. Hər kəsin fərqli baxışı olduğu kimi,fərqli dünyası var. Öz balaca dünyası… Amma, bu balaca dünyaya nə qədər hislər, duyğular sığdırarsan. Hər dəfəsində fərqli. Mənim də öz dünyam var. Dünya içində balaca bir dünyam, ŞEİR DÜNYAM, SÖZ DÜNYAM… Ən gözəl anları sənə bağlayan, Sənsiz ürəyini …
“Zərif kölgələr” layihəsinin iştirakçısı: Gülnarə İSRAFİL
Post Views: 31 Ədəbiyyat, ruhumun içinə dərinləşən söz, büsbütün yaşamımın özəlidir. Sətirlərdə illərin tuta bildiyin anı cücərib boy verir. GÖYLƏR SAÇLARIMIN DUVAĞI Hər dəfə yağışdan sonra gün çıxır, Gətir, göy üzünün rəngini mənə. Bir göy qurşağıyla yallı oynayaq, Çal, sakit havada cəngini mənə. Rənglərdən azacıq otağa düşsün, İsitsin yastığı gün qırıqları. Qəmli baxışlara bir nur …
“Zərif kölgələr” layihəsinin iştirakçısı: Xalidə ABDULLAYEVA
Post Views: 36 Mənim şeirlərim yazılmır doğulur. mənim şeirlərim duyğularimin azadligidir. ürəyimin döyüntüsüdur, qəlbimin piciltisidir ruhumun çırpıntisrdır. FƏXR EDİRƏM Anam, atam darıxmasın, Bacım ürəyini sıxmasın, Qardaşım dönük çıxmasın Bu vətənə borcumdur, fəxr edirəm! Əsgər gedirəm mən, At, sevgilim, dərdi, qəmi, Torpaq qədər sevdim səni, Vətənim cağırır məni Bu, vətənə borcumdur. Fəxr edirəm! Əsgər gedirəm mən. …
“Zərif kölgələr” layihəsinin iştirakçısı: Manya SƏXAVƏTQIZI
Post Views: 41 Mən niyə şeir yazıram? Cavabı ruhumu sakitləşdirən bir sualdır. Əslində bilmədiyim tək cavablardan biri… Ata itgisi, ata həsrəti, ruhumu titrədən ata ölümü – təsəllim misralar… Həyat çox qəribədir. Bəzən düşünürəm ruhum şeirlərlə “dillənməsəydi” mən nə edərdim? Mənim bütün hisslərim şeirlərdə əks olunur. Bəzən yazarkən ağlayıram, bəzən ağlarkən yazıram, bəzən xoşbəxt olarkən yazıram, …
“Zərif kölgələr” layihəsinin iştirakçısı: Xəyal SEVİL
Post Views: 44 Bəzən uzaqlaşmaq lazım gəlir, yaxınlaşmaq üçün; bəzən xatırlamaq lazım gəlir, xatırlanmaq üçün;bəzən ağlamaq lazım gəlir, açılmaq üçün;bəzən anmaq lazım gəlir, anılmaq üçün; bəzən de susmaq lazım gəlir, duymaq üçün. – bəli, mənim üçün də söz Təbrizi demişkən – yaxınlaşmaq, xatırlanmaq, açılmaq, anılmaq və duyulmaq üçündür. ANAMIN ƏLLƏRİ Anamın əlləri qocalır yaman, Əllərinə …
“Zərif kölgələr” layihəsinin iştirakçısı: Günayd ƏLƏKBƏRZADƏ
Post Views: 55 Şeir yazarın dünyaya baxışıdır, ürək sözüdür. Mənim üçün ən yaxın dostdur… Şeir dünyaya gələcək körpə kimidir… Dünyaya gətirəndən sonra mənəvi rahatlığa qovuşuram. Mən şair olmaq üçün və ya kütlənin alqışını almaq məqsədilə şeir yazmamışam heç bir zaman. Şeir yazmaq mənə görə rahatlıq tapmaq üçün, özümü özümə anlatmaq üçündür… ÖLMÜŞ RUH Mən sənsiz …
“Zərif kölgələr” layihəsinin iştirakçısı: Aysel NƏSİRZADƏ
Post Views: 69 Şeir yazmaq eşqə aşiq olmaqdır. Hər hansı insana vurulmadan belə eşqi tərənnüm etmək özünü aşiq roluna salıb, Xəyalən həsrətini, ayrılığın cəfasını, qovuşmağın sevincini yaşa‐ maqdır. Şeir yazma ruhun dilə gəlməsidir. Empati qurmaqdır ‐ başqasının dərdini öz dərdin bilmək, ağlayanla ağlamaq, gülənlə gülməkdir. Bir də şeir olmaq var‐ən təmiz qəlbli adamın ən sevilən …
“Zərif kölgələr” kitabına yazılmış önsöz
Post Views: 45 ÖN SÖZ Hardan başlayım, əslində bilmirəm. Hədəflərimiz böyükdür – arzularımızın, ümidlərimizin üstündə. Bəlkə də hələ ən kiçikdir bizim hədəflər. Amma bu da bir başlanğıcdır. Dünya “qadın ağrıları” altında çırpınır. Hər gün xəbərlər hansısa bir qadının dəhşətindən danışır, içimiz göynəyir, ruhumuz sızıldayır. Bəşəriyyəti səadətə bürüyən qadınlığımıza küsürük. Amma unutmamalıyıq – biz güclüyük, biz …
Xalq şairi Nəriman HƏSƏNZADƏ.Yeni şeirlər
Post Views: 40 İnciyir İşə düzəldə bilmirəm, dost-tanış məndən inciyir. Dünən gəlib salam verən gen gedir, gendən… inciyir. Utanıram həyalıdan, dili-ağzı dualıdan. Ziyalısı – ziyalıdan, dindarı dindən inciyir. Özüm zəng vurub deyirəm, bəzən qaralar geyirəm. Mən məmurdan inciyirəm, o da vətəndən inciyir. Yaşat məni Təkəm, evdə qoyub getmə – ruhlarla baş-başa məni. Gəlib yenə salacaqlar …
Nizami Gəncəvinin daha bir əsəri Daşkənddə özbək dilində çap edildi
Post Views: 31 Edebiyyatqazeti.az xəbər verir ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin növbəti layihəsi ilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması Daşkənddəki “Bilim və intellektual salohiyyat” nəşriyyatında özbək dilində çap edilib. Qeyd edək ki, “Xosrov və Şirin” poemasını Özbəkistanın xalq şairi Camal Kamal özbək dilinə tərcümə edib. Kitabın layihə rəhbəri …
AYB bir qrup şair və yazıçını mükafatlandırdı
Post Views: 33 Azərbaycan Yazıçılar Birliyinin Katibliyi Prezident İlham Əliyevin təşkilatımıza ayırdığı məbləğdən bir sıra müəllifi mükafatlandırmağı qərara almışdır. Bu il yubileyləri Dövlət tərəfindən geniş qeyd olunan dörd klassikimizin – İmadəddin Nəsimi, Mirzə Cəlil Məmədquluzadə, Cəfər Cabbarlı və İsmayıl Şıxlının adlarına – hərəsi 2000 (iki min) manat məbləğiində 12 mükafat nəzərdə tutulur. İmadəddin Nəsimi adına …
Azərbaycan Yazıçılar Birliyi katibliyinin geniş iclası keçirildi
Post Views: 48 Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidmətindən Edebiyyatqazeti.az-a verilən məlumata görə xəbər verdiyimiz kimi aprelin 3-də ədəbi orqanların redaktorlarının iştirakıyla Yazıçılar Birliyi katibliyinin geniş iclası keçirildi. İclasda Hörmətli Prezidentimizin Yazıçılar Birliyinə ayırdığı 800 min manatın istifadə olunması barədə bir çox təkliflər səsləndi. Sonra redaktorlar təkliflərini yazılı şəkildə də Katibliyə təqdim etdilər. Mayın 1-də katibiliyin …
Braxmanın ayaqları… – Günel EYVAZLI yazır
Post Views: 28 Dünyada cinsi, milli, dini, irqi diskriminasiyalar mövcuddur. Əslində, dünya kasta qanunlarına əsasən idarə olunmasa belə, insanlar mənsubiyyətlərinə görə rahatlıqla sortlara ayrılır. Yəni “aşağı sort” hesab olunan irqin nümayəndəsi müəyyən dərəcədə elmi, karyera, dünya baxışı bucağından öz toplumundan nisbətən fərqlənərsə, ağlar tərəfindən qəbul edilərsə haradasa sıralara daxil oluna bilər. Amma cüzi bir situasiya, …
Nitqimizi zəbt edən əlahəzrət pafos – Günel Eyvazlı
Post Views: 31 Çoxumuz bu haqda dəfələrlə danışmışıq. Adı da gözəl səslənir, deyilmi? Pafos. Hətta bütün hərfləri eyni boyda, eyni biçimdə də yaza bilərik. Baş hərf kimi. Bəli, yaza bilərik. Amma pafosa ehtiyac varmı? Gurultulu, təntənəli nitq daha çox öncəki dövrlərdə mövcud idi. Sürəkli alqışlar, tribuna qarşısında auditoriyanı hipnoz edən ilahi nitq silkələnmələri, jestlər, qəzəb …
Rafiq ODAY.”Dəyişim getsin”
Post Views: 29 Çarpışmada çoxum, azım, Nə yol getdim, nə də azım?! Arxaya bəzək nə lazım? – Önünü dəyişim getsin. Bu səs – bu səmirin deyil, Bu baş – bu dəmirin deyil, Bu su – bu xəmirin deyil, Yönünü dəyişim getsin. Bu çayın suyu lildimi? Baxdım – əksimi sildimi? Bu yaşda necə cildimi, Donumu dəyişim …
Qafqaz ƏVƏZOĞLU.Yeni şeirlər
Post Views: 40 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin sədri, ”Sözün Sehri” qəzetinin təsisçisi, ”Qızıl qələm” və “Qızıl kitab” mükafatları laureatı SƏNİN NƏYİN QALACAQ = Bir varlı kimisi mənə lağ edib, – bu qədər yaşadın, yığdığın var hanı, e?- dedi Mənə gülmə varınla, Quru səyin qalacaq. Elə …
Anadilli fəlsəfə qəzəlin ilk nümayəndəsi İmadəddin Nəsimiyə həsr olunan yeni kitab gün üzü görüb
Post Views: 41 Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə gerçəkləşdirilən layihə çərçivəsində Orta dövr Azərbaycan ədəbiyyatının ən qüdrətli nümayəndələrindən biri, Anadilli fəlsəfi şeirin-qəzəlin müəllifi, Hürufizmin mücahidlərindən klassik Azərbaycan şairi Seyid Əli İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi münasibətilə “İmadəddin Nəsimi 650” (metodik vəsait) kitabı 57 səhifə həcmində, 100 tirajla …
Böyük yazıçı-dramaturq “Cəlil Məmmədquluzadə 150” (metodik vəsait) kitabı işıq üzü görüb
Post Views: 29 Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə gerçəkləşdirilən layihə çərçivəsində Azərbaycan ədəbiyyatı tarixində özündən sonra ilk dəfə olaraq, ədəbi məktəb yaratmış “Molla Nəsrəddin” jurnalının naşiri və redaktoru, tanınmış yazıçı və dramaturq Cəlil Məmmədquluzadə anadan olmasının 150 illik yubileyi münasibətilə “Cəlil Məmmədquluzadə 150” (metodik vəsait) kitabı 39 səhifə həcmində, …
Xalq yazıçısı İsmayıl Şıxlının həyat və yaradıcılığına həsr olunan yeni kitab işıq üzü görüb
Post Views: 37 Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə gerçəkləşdirilən layihə çərçivəsində “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Xalq yazıçısı, istedadlı nasir, tanınmış ədəbiyyatşünas, pedaqoq və ictimai xadim İsmayıl Şıxlının həyat və yaradıcılığına həsr olunan “İsmayıl Şıxlı. Biblioqrafiya” kitabı Bakı şəhərində 288 səhifə …
Nuryüzlü Gülten ERTÜRK ANNEMİZİN Doğum Gününü Kutluyoruz! (1 mayıs 1970 yıl)
Post Views: 42 Azerbaycan Gazeteçiler Birliği Sumqayıt şehir teşkilatının Günlük Analitik Haber Ajansı (gundelik.info) ve Azerbaycanın Kültür ve Edebiyat Portalının (edebiyyat-azşcom) Türkiye temsilcisi Gülten ERTÜRK (Gülten SULTAN) ANNEMİZİN DOĞUM GÜNÜNÜ KUTLUYORUZ! DUDAKLARINDAN GÜLÜŞ, YANAKLARINDAN TEBESSÜM ESKİK OLMASIN! BAŞARILAR DİLİYORUZ! YÜCE ALLAH SİZİ KORUSUN! İnşAllah! AMİN! HOCALI ŞEHİTLERİNE Karabağ karalar bağladı bu gece Analar, babalar, evlatlar …
Bakıda Gənc Qırğız şeiri antologiyası işıq üzü görüb
Post Views: 49 Edebiyyatqazeti.az xəbər verir ki, Bakıda Gənc Qırğız şeiri antologiyası işıq üzü görüb. 35 gənc qırğız şairinin müxtəlif mövzuda yaradıcılıq örnəkləri toplanmış nəşrə daxil edilən şeirləri dilimizə İbrahim İlyaslı, dos.dr. Rəsmiyyə Sabir, dos.dr. Təranə Turan (Rəhimli), dos.dr. Pərvanə Məmmədli, Günel Eyvazlı, Gülnar Səma (Qasımlı), Xan Rəsuloğlu, Akəm Xaqan, Faiq Balabəyli, Elşən Əzim, Elməddin …
Vüsalə Vətənxan MEHRİ.Yeni şeirlər
Post Views: 33 “İçmişəm” Yoxdu çarəm ey könül, əlbət bu gündən içmişəm, Aşiqəm, meyxanədən xəlvət bu gündən içmişəm. Çün nigarım yox, könül gülşəndə bülbül binəva, Hali rüsvayəm, edib işrət bu gündən içmişəm. Saqiya, meydir bu badəm içrə, ya şərbətmidir? Süzdügün dəmdən dilim şərbət bu gündən içmişəm. “Mərifətdən qıl həzər” söylər Nəsimi adəta, Əl-həzər ondan, edib …
Dilarə SÜLEYMAN.Yeni şeirlər
Post Views: 31 İNSANOĞLU Dizinə daş dəyər,yoldan bilərsən, Saçına dən düşər,ildən bilərsən, Adın dilə düşər eldən bilərsən, Eybini özündə gəz, insan oğlu. Haqqın tapdalanar,dilin tutular, Mənasız şənliklə başın qatılar, Göz aç ,oyan desəm qaşın çatılar, Onda məzlum yaşa döz, insan oğlu! Şiri nər olarsan söz arxasında, Pərdələr asılır göz arxasında, Neçə üz var hələ üz …
Təsvirin təkamül prosesi və ya boğazdan yuxarı yazılan Vətən şeirləri… – Günel EYVAZLI yazır
Post Views: 42 Leonardo da Vinçi “Mono Liza”nı kətan üzərində rəsm edəndə çoxları portret çəkimi ilə məşğul olurdu. Burada qeyri-adi heç nə yoxdur. Yəni rəssam üçün bir qadının portretini yaratmaq iki vur iki kimi bir şeydir. Elə təbiəti rəsm etmək də. İstənilən əşyanın, şəxsin, canlının rəsmini… Bəs nədən cənab da Vinçi bu qədər populyarlıq qazandı? …
Buludlar göy üzünü gizləyib… – Romantizm – Günel EYVAZLI yazır
Post Views: 37 Buludlar göy üzünü gizləyib. Səmanın aydınlığını müşahidə etmək indi nadir hallarda baş verəcək. Ağaclar aynada sonuncu dəfə öz cavanlıq təravətinə tamaşa edən insanlar kimi əl sallayacaq gəncliyinə. Uzaqlaşan günəş yaşıllığını oğurlayıb aparacaq yarpaqların. Bir müddət öncə sərinlik istəyən bizlər indi günəş həsrəti ilə qovrulacayıq. Yəqin ki, Bethoven “Ay sonatası”nı not dəftərinə qeyd …