Post Views: 311 BİR DAMLAYAM Mənim azadlığım dumansız səma,Təzə dənə dolmuş tər sünbüllərdir.Mənim səadətim bu el, bu oba,Bir də şəfəq içən körpə güllərdir. Mənim arzularım min-min gəncliyinHəyat yollarında addım səsidir.Mənim ümidilərim neçə körpəninBeşik-beşik qalxan qəhqəsidir. Mənim hünərim də, mənim gücüm dəBirlikdir, birliyin öz səsiyəm mən.Bu birlik eşqiylə hey zaman-zamanBəxtəvər-bəxtəvər ötəsiyəm mən… Mənim nəğmələrim ana laylası,Ana …
2021
Xalq şairi Balaş AZƏROĞLU.”İnqilab şairiyəm”
Post Views: 56 Mən nə şah, mən nə sultan, nə yaraşıq, nə ziynət,Nə əfsanə, nə mələk, nə saray, nə səltənət,Nə qədim əsrləri yada salıb ağlayan,Nə ömrünü qəzələ, mərsiyəyə bağlayan,Nə dövrün hakiminə şeir yazıb pul alan,Nə cəlladlar önündə həyat üçün alçalan,Nə peymana, nə saqi, nə sərab şairiyəm,Azadlığın carçısı inqilab şairiyəm. Mən əyilib hakimin əllərindən öpmədim,Şeirimi çiçək …
Xalq şairi Söhrab TAHİR.”Tərif”
Post Views: 29 Tərifin qəribə hörməti vardır,Tərifin neçə cür sifəti vardır.Vardır başqasını pisləyən tərif,Bir söyüş tərif var, bir ögey tərif,Borc tərif, bəy tərif, həm giley tərif. Bir az tərifinin vaxtı keçəndəKöhnə rezin kimi boşalır adam,Durub tərif üçün qapılar gəzir,Tərif naqqalını tapıb dincəlir,Köhnə rezin kimi boşalır adam.Acı xəmir kimi turşalır adam.Hansı iclasdasa dəliqanlınıDilucu təriflə cilovlayırlar,Neçə qarınqulu …
Xalq şairi Söhrab TAHİR.”Daha”
Post Views: 73 Dədi dərd olmuşdur elin də mənə,Ağladım, bir naşı güləndə mənə,Heç kəs ağlamasın öləndə mənə,Mən heç vaxt, heç zaman ölmərəm daha! Azad qardaşım var, onunla xoşam,mən gərək sahili sahilə qoşam,iki bölünməkdən elə qorxmuşamÇöpü də ikiyə bölmərəm daha! Dənizlər, dəryalar mənə dayazdır,Ən dərin bir çay var, o da Arazdır.Mənə görüş verin, azadlıq azdır,Görüşsəm ayrılmaq …
Xalq şairi Həkimə BİLLURİ.Seçmə şeirlər
Post Views: 62 Təbriz Qollarım dolana boynuna bir günYenə baş qoyaram dizinə TəbrizHəsrətdən hicrandan cana doymuşamDoyunca baxaram gözünə Təbriz Bulanıq suların axsın durulsun,Təzə güllərindən büsat qurulsunO gül camalına birdə vurulsunBir qubar qonmasın üzünə Təbriz Gülüstan bağının seyrinə gəlimLalə yamacında birdə dincəlimÖtən günlərimə yetişməz əlimDüşüm heç olmasa izinə Təbriz Bulanıq suların axsın durulsunTəzə güllərindən büsat qurulsunÖ …
Nargis İsmayılovanı doğum günü münasibətilə təbrik edirik! (12 mart)
Post Views: 33 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, Nargis İsmayılovanı ,yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsini, doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir!Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz …
14 mart-Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar Rzayevin doğum günüdü
Post Views: 36 Anar (tam adı: Anar Rəsul oğlu Rzayev) — azərbaycanlıyazıçı, şair, tərcüməçi, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin sədri. Xalq yazıçısı Ailəsi Anarın atası şair Rəsul Rza, anası şairə Nigar Rəfibəylidir. Anar anası tərəfdən Azərbaycanın məşhur ictimai və dövlət xadimi, Azərbaycan Demokratik Respublikasının ilk səhiyyə naziri və Gəncə şəhərinin general-qubernatoru olan Xudadat bəy Rəfibəylinin nəvəsidir. Atası tərəfdən isə Məmmədxanlılar nəslindəndir. Soy adları ulu babası, Çiyni və bir para kəndlərin mülkədarı Məmmədyar oğlu Məmməd xanla …
12 mart-Xalq şairi Süleyman Rüstəmin doğum günüdü
Post Views: 53 Süleyman Rüstəm (tam adı: Süleyman Əliabbas oğlu Rüstəmzadə; 12 mart 1906, Novxanı, Bakı qəzası – 10 iyun 1989, Bakı) — Azərbaycan şairi, dramaturq, tərcüməçi, ictimai xadim, 1934-cü ildən AYB-nin üzvü, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1943), Azərbaycan SSR xalq şairi (1960), II dərəcəli Stalin mükafatı (1950), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1970), Sosialist Əməyi Qəhrəmanı (1976). 1940-cı ildən Sov.İKP üzvü. Süleyman Rüstəm Azərbaycan SSR dövlət himninin sözlərinin müəlliflərindən biridir. O, 1971–1989-cu illərdə Azərbaycan SSR Ali Sovetinin sədri olmuşdur. Həyatı Süleyman Rüstəm 1906-cı …
12 mart-Xalq şairi Cabir Novruzun doğum günüdü
Post Views: 40 Cabir Novruz — Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycanın xalq şairi, Azərbaycan SSR əməkdar incəsənət xadimi (30.07.1979)[2] Həyatı Cabir Novruz 1933-cü il mart ayının 12-də Xızı rayonunun Upa kəndində anadan olmuşdur. O, orta məktəbi bitirdikdən sonra M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikumunda təhsil almış və 1952-ci ildə Azərbaycan Dövlət Universiteti-nin jurnalistika fakültəsinə daxil olmuşdur. …
Xalq şairi Hüseyn ARİF.”Ana”
Post Views: 127 Heyifdir, Anasız olmasın uşaq,Başından min boran, qar gəlib keçər.Qurumaz, çəkilməz gözünün yaşı,Gecəsi, gündüzü zar gəlib keçər. Əmi, dayı qucağına götürməz,Qohum, qonşu ona nəzər yetirməz,Ata da cibində alıb gətirməz,Nə qədər əlindən var gəlib keçər. Sanarsan yanağı solğun xəzəldir.Nəşəsiz yaşamaq ömür gözəldir.HÜSEYN, hər şeydən Ana gözəldir,Bəs, niyə könlündən yar gəlib keçər?! *Bu şeir Xalq …
Əməkdar mədəniyyət işçisi Aşıq ŞƏMŞİR.”Gülüm”
Post Views: 25 Belimin tutub ağrısı,dəryazı sən gətir, gülüm.Qoca vaxtı gəl sən məni,Baxtavara yetir, gülüm. Qurbanam şirin dilinə,Tikan batmasın əlinə,Toz qonar zərif telinə,Çək zülfünü ətir, gülüm. Zimistanla etmə oyun,Qar-borana çəkmə boyun,İki inək, beş də qoyun,Artıq varsa, itir, gülüm. Haqq sözümə baxsan, əgərBelə zəhmət çəkmə hədər.Bağbanı ol alma becər,Bağ sal, bağça bitir. gülüm. Qorxma yaza çıxar …
Şair Bəhmən VƏTƏNOĞLU.”Ürəyi daşdandəmı?!”
Post Views: 42 Həsrətimin qatar-qatar kərvanı başdandımı?!Ürəyim yaman döyünür, yoxsa təlaşdandımı?!Uzaq illər yaxın gəlməz haraylasam, yüz dəfə,Xatirələr unudulur yaddaşdan, huşdandımı?! Daha ömür dağlarıma yavaş-yavaş çən düşür,Lalə, nərgiz uzaqlaşır, bənövşələr gen düşür.Zaman məni tez qocaldır, saçlarıma dən düşür,Bilmirəm qəmdən, qəhərdən, yoxsa ki, yaşdandımı?! Bir sonanın həsrətindən dərdim dərdə calandı,Könlüm evi şəhərlərdən daha betər talandı,VƏTƏNOĞLU atəşlərə qalam-qalam …
Azərbaycanın Rusiyadakı səfirinin fəaliyyətsizliyi….
Post Views: 30 26 fevral 2021-ci il tarixdə Rusiyanın Leninqrad vilayəti, Şlisserburq “Bakı” kafesində kütləvi atışma baç vermiş, 38 yaşlı azərbaycanlı qətlə yetirilmişdir. Qətli törədən şəxsin tapılması üçün şəhərin hüquq mühafizə orqanları hərəkətə Keçmiş, görünməyən planlar hazırlamışdır. Belə ki, Rusiya polisi qarşısına çıxan azərbaycanlı iş adamlarını gün ərzində bir neçə dəfə polis idarələrinə aparır, saatlarla …
Coşqun XƏLİLOĞLU.”İgid Əbülhəsən, mərd Əbülhəsən!”
Post Views: 35 Azərbaycan Yazıçılar Birliyinin üzvü Əslən Kürdəmir rayonunun Mollakənd kəndindən olan, Qarabağ uğrunda Vətən müharibəsində qəhrəmanlıqla şəhid olmuş, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına” görə medalları ilə təltif olunmuş Əbülhəsən Balaş oğlu Eyvazovun əziz xatirəsinə ithaf edirəm. Bu müqəddəs yolu könüllü seçdi,Üçrəngli bayrağı öpüb, and içdi,Doğma vətən üçün canından keçdi,İgid Əbülhəsən, mərd Əbülhəsən! Üzündən, …
Coşqun XƏLİLOĞLU.”Zəfər ilə”
Post Views: 36 Azərbaycan Yazıçılar Birliyinin üzvü Qarabağın azad edilməsi uğrunda döyüşlərdə şücaət göstərmiş, ölümündən sonra “Vətən uğrunda” ,”Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmiş Şəhid zabit Tural Yadulla oğlu Eyyubovun ölməz xatirəsinə ithaf edirəm! Sevirdi bu vətəni, sevirdi bu torpağı,Hər bir zaman gəlirdi, xoş səsi, …
Coşqun XƏLİLOĞLU.”Vətən adlı andınız”
Post Views: 34 Azərbaycan Yazıçılar Birliyinin üzvü Qarabağ uğrunda Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinə ithaf edirəm. Siz ey vətən yolunda öz canından keçənlər,Şəhidlik şərbətini fəxarətlə içənlər,Bir yolluq xalqımızın ürəyinə köçənlər,Yaddan çıxmaz heç zaman, unudulmaz adınız,Əhsən, halaldır sizə, vətən adlı andınız! Elə yol seçdiniz ki, hər addımı gülüstan,Hünəriniz əfsanə, hünəriniz bir dastan,Sizdəki cəsarətə aləm …
Leyla ƏLİYEVA.”O dərdli uşağın göz yaşı üçün…”
Post Views: 28 Bombalar səs-səsə veriblər yenə,Vətənin bağrından qan axır indi.Düşmən gülləsinə tuş olan əsgər,Yaran qəlbin qədər dərin, dərindi. Ağlayır bir ata itirmiş uşaq,Ağlayır göylərdə Günəş də bu gün.Ellikcə savaşa hazırıq, Vətən,O dərdli uşağın göz yaşı üçün. Bir gün qayıdacaq yerinə hər şey,Bir gün sevinəcək bu yurd, bu ocaq…Ancaq o atanın isti qucağıBir də o …
Leyla ƏLİYEVA.”Azərbaycan əsgəri haqqında”
Post Views: 35 ƏSGƏR Əsgər… Ədalətə tapınan insan.Qəlbi Qələbənin eşqiylə yanar.Əsgər… Ürəyində vətən vəfası,Köksündə bir sükut çığırtısı var. Güllə qabağında qırpılmaz gözü,Günəşin önünü dağ kəsə bilməz!Əsgər gözəl bilir: sevginin üzüHəqiqət nurundan heç vədə dönməz. Qorxusuz gözləri yırtar gecəni,Alnına qırmızı kölgə salar dan…Zülmətdən qorxmağı anlamaq olar,Dərd odur, dərd odur Gündən qorxasan. Eşidər Allahın pıçıltısını,İlahi nəfəsdən gərilər …
Xalq yazıçısı İsmayıl ŞIXLI.“Namus qaçağı” (Hekayə)
Post Views: 148 O dayandı. Nəfəsini dərib şaxtadan qıpqırmızı olmuş əllərini hovxurdu. Ağzından, burnundan çıxan isti nəfəs dağ çəni kimi ətrafa yayıldı. Dönüb aşağı, dərədəki kəndə baxdı. Yastı-yapalaq evlər qarın altında qalmışdı. Bacalardan qalxan şəffaf maviyə çalan tüstülər havada laylanmışdı. Hər yer ağ örtüyə bürünmüşdü. Yol-iz çoxdan itmişdi. Dağlara bu il yaman qar düşmüşdü. Onun …
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
Post Views: 46 Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Azərbaycan ədəbiyyatşünaslığı” elmi jurnalının 2020-ci ildə ikinci sayı nəşr olunub. 1946-2019-cu illərdə “Ədəbiyyat məcmuəsi” adı ilə çap olunan jurnal 30 may 2019-cu ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Jurnal Azərbaycan ədəbiyyatını və onun tarixi inkişaf mərhələlərini araşdıran, bu mövzuda müasir və …
Coşqun XƏLİLOĞLU.”Qəhrəman Atam”
Post Views: 34 Azərbaycan Yazıçılar Birliyinin üzvü ŞƏHİD BALALARININ DİLİNDƏN Atam şəhid olubdur,Qarabağ savaşında,Cənnətə qovuşubdur,Otuz altı yaşında.Başlarkən müharibəDedi, getməliyəm mən,Qarabağı düşməndənAzad etməliyəm mən.Gülümsünüb, diqqətləBaxdı mənim üzümə,Maşallah, böyümüsən,Diqqət elə, sözümə:-Bu torpaq babalardanBizə bir əmanətdir,Torpağı yada verməkGünahdır, xəyanətdir.Torpağımız kafirinƏlində qala bilməz,Qarabağsız bu diyarYurd, vətən ola bilməz.Məhv eyləyib düşməniQayıdarıq, inşallah,Anam dedi, qorusun,Sizləri, qadir AllahDöyüşlərə atıldıAtam bir aslan kimi,Düşmənlərlə …
Coşqun XƏLİLOĞLU.”Azərbaycan əsgəri”
Post Views: 47 Azərbaycan Yazıçılar Birliyinin üzvü Dayanıb gecə-gündüzVətənin keşiyində,Mərdlik öyrədib onaAnası beşiyində. Qəhrəman millətimin,Ulu Türkün öğludur,Cəsarətdə, qeyrətdə,Babəkdir, Koroğludur. Qorxmazdır, Mübarizdir,Cəsur bir övladdır o,Yenilməz qəhrəmandır,Əyilməz Poladdır o. Azərbaycan əsgəriXalqımızdan güc aldı,Müqəddəs bir savaşdaDüşmənindən öc aldı. Qeyrətiylə, gücüyləNecə öyünməyim mən,Xilaskar əsgərin var,Gözlərin aydın vətən. Qovdu yurdumuzdan o,Xain, rəzil yağını,Düşməndən azad etdi,Müqəddəs torpağını. Azərbaycan əsgəriMəhv eylədi düşməni,Ən …
Coşqun XƏLİLOĞLU.”Ağlama, anam, ağlama”
Post Views: 24 Azərbaycan Yazıçılar Birliyinin üzvü Böyüyüb bir igid oldum,Ağlama, anam, ağlama.Yurd uğrunda şəhid oldum,Ağlama, anam, ağlama. Şirin laylanla böyüdüm,Mənə deyirdin, “İgidim”,Qulağımdadır öyüdün,Ağlama, anam, ağlama. Yeridim düşmən üstünə,Yağını qoydum, pis günə,Canım, ağı demə mənə,Ağlama, anam, ağlama. Axı, niyə ağlayırsan,Qara yaylıq bağlayırsan,Ürəyimi dağlayırsan,Ağlama, anam, ağlama. Mən məğlub yox, qalib oldum,Öz yurduma sahib oldum,Dərd-qəminə təbib oldumAğlama, …
Azərbaycan SSRi-nin Xalq şairi Samvel Avanesoviç QRİQORYAN
Post Views: 73 Samvel Avanesoviç Qriqoryan (20 aprel 1907, Şuşakənd, Yelizavetpol quberniyası – 7 iyun 1987, Bakı) — şair və tərcüməçi, Azərbaycan SSR əməkdar mədəniyyət işçisi (1970), Azərbaycan SSR xalq şairi (1984), Azərbaycan SSR Ali Sovetinin deputatı (1959–1985). Həyatı Erməni əsilli Samvel Qriqoryan 20 aprel 1907-ci ildə hazırkı Xocalı rayonunun Şuşakənd kəndinə dəmirçi ailəsində anadan olub[1]. İrəvan Dövlət Universitetinin tarix-ədəbiyyat fakültəsini (1925–1929) bitirib. 1967-ci ildə Qırmızı …
Azərbaycan SSRi-nin ilk Xalq yazıçısı Aleksandr Minasoviç MOVSİSYAN
Post Views: 45 Aleksandr Şirvanzadə (erm. Ալեքսանդր Մինասի Շիրվանզադե, əsl adı Aleksandr Minasoviç Movsisyan; 18.4.1859 — 7.8.1935) — “Şamaxı ermənisi”, Azərbaycan SSR və Ermənistan SSR-in xalq yazıçısı[1]. Həyatı[redaktə | əsas redaktə] Əslən erməni olan Şirvanzadə 1859-cu ildə Şamaxıda doğulub. Ömrünün ilk on beş ilini burada keçirib. 15 yaşı olanda Bakıya gəlib. Səkkiz il burada yaşayıb. 1905–1910-cu illərdə Parisdə, 1910–1915-ci illərdə Tbilisidə yaşayıb, sonra isə ABŞ-a, Kaliforniyaya yollanıb. 1931-ci ildə ədəbi fəaliyyətinin 50 illiyinə həsr …
Rafiq ODAY.”TANRIM, BİZ EYNİ DƏRDDƏYİK”
Post Views: 27 Dönüb, dönüb, eyni yerə,De nədən gəlirik, Tanrım?Bu dərdlər mənim üstümə,Binədən gəlir ilk, Tanrım. Boz sərçə kimi heç yerəKöçmək niyyətində deyil.Yuvası viran könlümdə,Özgə həyətində deyil. Bir ayrı ünvanı yoxmu,Yaxamı sevən dərdlərin?!Ya padşaha könül verə,Ya xanı sevə dərdlərin?! Bir qurtuluş yolu göstər,Bu zalım dərdin əlindən.Nə əhvalım bir əhvaldı,Hə halım dərdin əlindən. Bu qədər dərdə …
“ŞƏHİDLƏR CAN VERDİ, VƏTƏN QURTULDU!”
Post Views: 48 Zeynalabdin Novruzoğlunun “Yazdım-yazmadım” kitabı barədə təəssüratlarım… Başı qorumaq üçün,Dili qorumalısan.Dili qorumaq üçün,Bəzən lal olmalısan.Abrı qorumaq üçünNəfsi qorumalısanNəfsi qorumaq üçün,İnsan doğulmalısan. Elə bir zamanda yaşayırıq ki, gənclərə “bu yolla get” deyə tövsiyyə edə, “Kəlilə və Dimnə”, “Qabusnamə” kimi həyatnamələri oxuda bilmirik. Çünki indiki “Z” nəsil nümayəndələrinin öz cığırı, öz yolu var. O yolda …
Şair Dərviş Osman Əhmədoğlunun “Mən Borçalıda qaldım” adlı şeirlər kitabı işıq üzü görüb
Post Views: 32 “Mirvarid Dilbazi Məclisi”nin təşəbbüsü ilə “Ləman” nəşriyyatında çağdaş Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Gürcüstan Aşıqlar Birliyinin sabiq sədri, “Dərviş” cəmiyyətinin qurucusu və başqanı, şair, publisist, folklor tədqiqatçısı Dərviş Osman Əhmədoğlunun “Mən Borçalıda qaldım” adlı şeirlər kitabı işıq üzü görüb. Kitabın redaktoru Güllü Eldar Tomarlı, texniki redaktoru Vüsal Əmirov, məsləhətçisi Savalan Osmanlı, “Ön söz” müəllifi …
Xalq şairi Mirvarid DİLBAZİ.Uşaq şeirləri
Post Views: 188 Ana Əziz anam.,can anam,Mənim mehriban anamArzum budur hər səhərSəndən əvvəl oyanam.Gecələr oyaq anam,Ömrümə dayaq anam,İstərəm tez böyüyüb,Qulluğunda dayanım Nənəmi çox sevirəm,Dəyməyirəm xətrinə.Heyran qalmışam onun,Saçlarının ətrinə.O, mənə söhbət açır,Yurdun igidlərindən.Dilində nağıllaşanVətən igidlərindən. Yaman sevirəm,Babamı yaman.Ayrılmaram mənOndan bircə an.Sözü -söhbətiŞəkərdir, şəkər.Belə babadanDe, kim əl çəkər.
Xalq şairi Mirvarid DİLBAZİ.”Ey bixəbər!”
Post Views: 28 Mən səni sevdiyim qədər,Bir daşı sevsəydim əgər.Daş dünüb insan olardı,Bir quşu sevsəydim əgər,O donub terlan olardi.Hər gün qonub pəncərəmə,Mənə nəğmə oxuyardı.Könlüm belə qan olmasın,Halım pərişan olmasın!Sən nə daşsan,Sən nə quşsan.Ne gozumden axan yawsan,Niyə yoxdur səndən xəbər?Niyə gözüyaşlı qalıb?O müqəddəs xatirələr?
Xalq şairi Mirvarid DİLBAZİ.”Kişi”
Post Views: 43 Hər papaq qoyana kişi desəm mən,Kişilər inciyər səxavətimdən.Elə qadınlar da böyüdüb vətən,Günahdır onlara kişi deməsəm. Kişi -alınmayan qala deməkdir.vətənə arxadır, elə köməkdir.Kişi -məhvəridir yer kürrəsinin,Onun çiyni üstə durur qitələr. Ocaqdır, odunda onun isinin,Mayakdır, ümmanda o yol göstərər.Çıraqdır, bir evdə o sönsə əgər,O evə zülmətin nəfəsi girər. Kişi sözü versə insan-insana,Vəkalət, zəmanət nə …
Xalq şairi Mirvarid DİLBAZİ.”Şirin dilim”
Post Views: 45 Saçlarından tel əsəndə,Telinə qurban olmuşam.Dilin sözə tələsəndə,Dilinə qurban olmuşam. Təzə çıxan süd dişinə,Qəh-qəhəli gülüşünə.Tırıp- tırıp yerişinə,Çox baxıb heyran olmuşam. Yanağının gülü solsa,Könlün bir an tutqun olsa,Bir ağrıyla gözün dolsa,Mən ürəyi qan olmuşam. Keçib getdi ayım, ilim,Sən açıldın, qönçə gülüm,” Ana” deyən gündən dilin,Ən xoşbəxt insan olmuşam.
Xalq şairi Mirvarid DİLBAZİ.”İncənin yolları burma-burmadı…”
Post Views: 31 İncənin yolları burma-burmadı…Yolçu oldum yollar məni yormadı,Elə bilmə,el halımı sormadı?..Qərib gəldim,qərib getdim vətəndən! Bu el mənim nənəm-babam elidi,İncə çayı,göz yaşımın selidi,Mən gəlmişəm,il ayrılıq ilidi,Cənnətdəyəm,bura gəlib-gedəndən! İncə kəndim,sazın-sözün vətəni,Şair etdin,səni qəlbən sevəni,Mirvaridəm,könlüm sənə güvəni,Anadiltək,İsaq-Musaq ötəndən.
Xalq şairi Osman SARIVƏLLi.”Sazın dərdi”
Post Views: 33 Hər kim ustasıdır, asandır onun,Oğurluq, əyrilik, talan əlində.Həqiqət özü də oyuncaq olur,Yalançı əlində, yalan əlində. Ya danəndə olun, ya olun dəni,Oyuncaq etməyin siz hər yetəni,Dindirə bilməzsən ölsən də, mənim,Mən dilə gəlirəm çalan əlində. Nə saz sevir onu, nə xoşlayır tar,Yazıq məni, göyə hey atıb, tutar.Qaça da bilmirəm, qalmışam naçar,Hər şeydən yarımçıq qalan …
Xalq şairi Osman SARIVƏLLi.”Gəlsin!”
Post Views: 37 Mənimlə xoş məclis qurma qistəyən,Qoy Ocaq dağının başına gəlsin!Əgər Oyuqluda* yorulsa, atı,Barı Divəklinin qaşına gəlsin! Mənim Telliqayam, Dəvədaşım var,Hər yerdə öz dostum, öz sirdaşım var…Bizim oylaqlara gəlməsin yadlar,Mehriban dost gəlsin, aşina gəlsin! Mənasız keçməsin bir an ömür-hün,Yaşıl bir talada toy oldu bu gün.Ürəkdən istərdimŞ belə toy-düyün,Əryan cavanların başına gəlsin! Dağlar zivəsidir eşqim …
Xalq şairi Osman SARIVƏLLi.”Səni”
Post Views: 28 (Səməd Vurğun sayağı) Ocaq dağı oyatdımı,Sazım səni, sözüm səni?Könül quşu qanadlandı,Görən kimi gözüm səni… Arzum budur saz əlimdə,Şirin mahnılar dilimdə,Bir dəli köhlən belində,Qarış-qarış gəzim səni. Sözü süzdüm süzgəcindən,Qaçdım insanın gəcindən,Min türfə gözəl içindən,Özüm seçdim, özüm səni. Qayaların qalanıbdır,“Könlüm evi talanıbdır”,Neçə yerdən dolanıbdır,Mənim yolum, izim səni. Quzqulaqlı dağ ətəyi,Körpə baldırğan özəyi,Dağgülü, qaymaqçiçəyi,Misralara düzüm …
Xalq şairi Osman SARIVƏLLi.”Qalıbdır”
Post Views: 44 Mahnı qoşdun çiçəklərə bir zaman,İndi dolan bu yerləri, alış, yan,Seyrangahda ceyranları ovlayan,Ovçuların oylaqları qalıbdır. Ərimişdir, dağ döüşndən enib qar,İndi dağda nə qoyun var, nə mal var,Köçən gündən ağır ellər, obalar,Gözü yolda yaylaqları qalıbdır. Aşıq dedi: gözüm qaldı sənəmdə,Nə onda bir cürət oldu, nə məndə,Gözəllərin zolaq-zolaq sinəmdə,Bilərsiniz nə dağları qalıbdır… *Bu şeir Xalq …
Xalq şairi Osman SARIVƏLLi.”Var mənim”
Post Views: 47 Axşam, səhər seyrə çıxan, ay pəri,Gülüstanda gülüzarım var mənim!Gözüm yoxdur, gülşənində, gülündə,Öz bağçamda öz nigarım var mənim! Hicranda hər günüm keçdi il kimi,Soldu rəngim xəzan vurmuş gül kimi,Sədaqətə sadiq oldum qul kimi,Etibara etibarım var mənim! Əgər düşsə, oylağıma güzarı,Silinməzmi bu könlümün qübarı?!Gələr, deyə gecə-gündüz yolları,Gözləyirəm, intizarım var mənim! Saçlarına nə sığal ver, …
Xalq şairi Hüseyn ARİF.”Tüstü gəlir”
Post Views: 36 Baxıram pəncərədənOyanıb səhər-səhər;Meşədən tüstü gəlir,Könlümü sıxır kədər. Düşünürəm bəlkə də,Tüstü deyil, dumandır.Dağlar kəsib aranı,Uzaqlıq nə yamandır. Qıymaram palıdlara,Dostumdur vələs, çinar,Meşədən tüstü gəlir,Yatmayın, ay adamlar! *Bu şeir Xalq şairi Hüsyen Arifin 1966-cı ildə Bakı şəhərində, Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən kütləvi tirajla (15000) işıq üzü görən “Yollar və xatirələr” şeirlər və poema kitabından seçilib.
Xalq şairi Hüseyn ARİF.”Tapdım-itirdim”
Post Views: 45 Ayrıldım, ayrılmaq istəməsəm də,Bir həyat neməti tapdım-itirdim.Məni qınamayın acı desəm də-Şəkəri, şərbəti tapdım-itirdim. Vamı mənim kimi dərd çəkən aşiq,Dönüb zülmət oldu gözümdə işıq,Hanı o şirin dil, o xoş danışıq,Hər sözü-söhbəti tapdım-itirdim. Üstümə gülməsin yaxınım, yadım,Şair çağrılsa da, həyata adım,Necə indən belə yazım, yaradım,Şeri, şeriyyəti tapdım-itirdim. Yadımdan çıxmayır hər axşamçağı,Qoşa gəzdiyimiz bağçanı, bağı,Duzlu …
Xalq şairi Hüseyn ARİF.”Meşədə keçib günü”
Post Views: 35 Ömrünün çox hissəsini Azərbaycanın meşələrinin inkişafına sərf edən Nikolay İqnatyeviç Boqomolova ithaf edirəm. Yaş ötüb altmışı,İpək tellər ağarmış.Yetişib ömrün qışı,Ömrün hər fəsli varmış! Gülər üz, açıq ürək,Hamı üçün əzizdir.Şah dağının qarı tək,Vicdanı tərtəmizdir. Meşədə keçib günü,Qurub, yaradır yenə.Calayıb öz ömrünüPalıdların ömrünə. *Bu şeir Xalq şairi Hüsyen Arifin 1966-cı ildə Bakı şəhərində, Azərbaycan …
Xalq şairi Hüseyn ARİF.”Yadıma bahar düşür”
Post Views: 74 Elə ki, bahar fəsliAğaclar yarpaqlayır;Ürəyimdə sevincdənSellər, sular çağlayır. Elə ki, yay aylarıŞitilliyə od yağır;Canımdan alov qopub,Başımdan tüstü qalxır. Elə ki, payız fəsli,Yarpaq əsir budaqda;Dayanıb öz-özüməÜşüyürəm otaqda. Elə ki, qış fəslindəYağış gəlir, qar düşür;Xəyalıma yaz qonur,Yadıma bahar düşür. *Bu şeir Xalq şairi Hüsyen Arifin 1966-cı ildə Bakı şəhərində, Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən kütləvi …
Xalq şairi Hüseyn ARİF.”Bənövşələr”
Post Views: 40 “Bənövşə xatirinə,Kol dibinə iz düşdü”.İlyas Tapdıq. İlk baharda narın qarı,Yarıb keçər bənövşələr.İnci kimi damlaları,Bir-bir içər bənövşələr. Meh toxunar üzlərinə,Nur ələnər gözlərinə,Kol dibini özlərinə,Məskən seçər bənövşələr. Ürək ondan necə doya,Dözmür yaza, qalmır qaya,Vaxtlı gəlib bu dünyaya,Vaxtsız köçər bənövşələr. *Bu şeir Xalq şairi Hüsyen Arifin 1966-cı ildə Bakı şəhərində, Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən kütləvi …
Azərbaycanlı istedadlı gənc xanım yazar Təhminə Vəliyevanın məqaləsi Qardaş Türkiyə Cümhuriyyətinin ən ünlü mətbu orqanalrından biri olan “edebiyatgazetesi.net”də dərc olunub
Post Views: 34 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “Gənc yazarların əsərlərinin Qardaş Türkiyə mətbuatında yayınlanmasına dəstək” layihəsi çərçivəsində AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin kiçik elmi işçisi,Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) “Publisistika” şöbəsinin redaktoru istedadlı …
“Alkış” dergisinin 116. sayısı yayında
Post Views: 20 http://alkisdergisi.com.tr/images/pdf/116.pdf ALKIŞ’TANDeğerli Dostlar;Koronavirüs salgını bütün dünyanın da ülkemizinde dengesini alt üst etti. Çok acılar yaşandı, çok ölümleroldu. Bu salgından ülkemizde ilk ölüm olgusu 11Mart 2020’de bildirilmişti. 2020’nin geri kalan dokuzbuçuk ayında 21 bini aşkın kişinin öldüğü resmi kayıtlarageçmiştir. Dünya genelinde ise bu sayı iki milyonunüstündedir. Gerçek ölüm sayılarının ise bildirilenlerinçok üstünde olduğu …
Azərbaycan Yazıçılar Birliyini sədri, Xalq yazıçısı ANAR.”Eldar Quliyev və Həsən Seyidbəyli haqqında”
Post Views: 47 Görkəmli kino xadimlərimiz Həsən Seyidbəyliyə və Eldar Quliyevə həsr etdiyim bu iki yazı vaxtilə rus dilində “Литература, Искусство, Культура (ЛИК) Азербайджана” kitabımda dərc olunmuşdu. Bu yaxınlarda yubileylərini qeyd etdiyimiz ustad sənətkarlarımıza aid yazılarımı ilk dəfə Azərbaycan oxucularına təqdim edirəm. (Anar) Rejissor Eldar Quliyev Gənc (o illərdə gənc) azərbaycanlı kinorejissor Eldar Quliyev haqqındakı …
Mirzə Ələkbər SABİR.”Əkinçi”
Post Views: 72 Məzlumluq edib başlama fəryadə, əkinçi!Qoyma özünü tülkülüyə, adə, əkinçi!Bir üzrlə hər gündə gəlib durma qapımda,Yalvarma mənə, boynunu kəc burma qapımda,Gahi başına, gah döşünə vurma qapımda,Ləğv olma, ədəb gözlə bu məvadə, əkinçi!Lal ol, a balam, başlama fəryadə, əkinçi! Xoş keçmədi il çöllüyə, dehqanə, nə borcum?Yağmadı yağış, bitmədi bir danə, nə borcum?Əsdi qara yel …
Mirzə Ələkbər SABİR.”Daş qəlbli insanları neylərdin, ilahi?! “
Post Views: 81 Daş qəlbli insanları neylərdin, ilahi?! Daş qəlbli insanları neylərdin, ilahi?!Bizdə bu soyuq qanları neylərdin, ilahi?! Artdıqca həyasızlıq olur el mütəhəmmil,Hər zülmə dözən canları neylərdin, ilahi?! Bir dövrdə kim, sidqü səfa qalmayacaqmış, –Bilməm belə dövranları neylərdin, ilahi?! Məzlumların göz yaşı dərya olacaqmış, –Dəryaları, ümmanları neylərdin, ilahi?! Səyyadi-cəfakardə rəhm olmayacaqmış, –Ahuləri, ceyranları neylərdin, ilahi?! …
Əli bəy HÜSEYNZADƏ.”Hali-Vətən”
Post Views: 81 Ucundadır diliminhəqiqətin böyüyü;Nə qoydular deyəyim,Nə kəsdilər dilimi! Bilirmisən cühəlaNə etdilər vətənə?Nə qoydular uyuya,Nə qoydular oyana!.. Durur bilahərəkət,Rəvamı bir diriyə?Nə getmədə irəli,Nə dönmədə geriyə!.. Ədu qırar qapıyı,Biz evdə bixəbəriz,Nə başqa başqalarız,Nə ittihad edəriz!.. Ayıltmadı qələmimŞu türk ilə əcəmi,Nə qoydular yazayım,Nə qırdılar qələmi!..
Abbas SƏHHƏT.”Vətən”
Post Views: 47 Könlümün sevgili məhbubu mənim,Vətənimdir, vətənimdir, vətənim. Məni xəlq eyləmiş əvvəlcə Xuda,Sonra vermiş vətənim nəşvü-nüma. Vətənim verdi mənə nanü-nəməkVətəni məncə unutmaq nə demək?! Anadır hər kişiyə öz vətəni,Bəsləyib sinəsi üstündə onu. Südüdür ki, dolanıb qanım olub,O mənim sevgili cananım olub. Saxlaram gözlərim üstə onu mən,Ölərəm əldən əgər getsə vətən. Vətənin neməti nisyan olmaz,Naxələflər …
Abdulla ŞAİQ.”Vətən”
Post Views: 118 Ey çeşmimin önündə mücəssəm, vətən, vətən!Qəlbim kimi ələmlərə həmdəm, vətən, vətən!Fikrim sarayını dolaşırsan zaman-zaman,Qanlı kəfənlə, dərd ilə toəm vətən, vətən!Baxdıkca həsrət ilə o solğun camalına,Çeşmimdə tar görsənir aləm, vətən, vətən!Axşam-səhər o gül üzünü isladan nədir ?Göz yaşlarınmı, yoxsa ki , şəbnəm? vətən, vətən!Dəhşət içində cismi-şərifin donub durur,Nolmuş vücudi-pakinə bilməm, vətən, vətən!Baxdıqca gül-çiçəkli …
Hüseyn CAVİD.”Olubdu qəlbimə hakim mənim məlali-vətən…”
Post Views: 35 Olubdu qəlbimə hakim mənim məlali-vətən,Başımda şur ilə məskən salıb xəyali-vətən. Vətən, vətən deyərək hər diyarə səs salıram,Düşərmi bircə dilimdəm mənim məqali-vətən? Vətən məhəbbətini əmr edibdi peyğəmbər,Xoş ol kəsə ona həmdəm olub vüsali-vətən… Neçün şərafətini, fəxrini verib əldən,Bu qədər yurduna biganədir ricali-vətən? Ürək dolubdu nədən, sanki qan piyaləsidir,Tapıbdır əksini qəlbimdə bəlkə hali-vətən? Zəmanə …
Cəfər CABBARLI.”Azərbaycan bayrağına”
Post Views: 29 Buraxınız, seyr edəyim düşünəyim, oxşayayım,Şu sevimli üç boyalı, üç mənalı bayrağı.Mələklərin qanadımı üzərimə kölgə salan?Nə imiş bu, aman Allah?! Od yurdunun yarpağı!Göy yarpaqlı, al çiçəkli yaşıl otlar topasımı?Xayır, xayır? Çiçək solur, otlar yerdə tapdanır.Fəqət bizim bayrağımız ucaları pək seviyor,Yulduzlardan hilaldan da yüksəklərdə fırlanıyor. Kölgəsində ay əyilib bir gözəli qucmada.Qucaşaraq sevdiyilə yüksəklərə uçmada,Şu …
Mikayıl MÜŞFİQ.”Həyat sevgisi”
Post Views: 39 Ah, mən gündən-günə bu gözəlləşənİşıqlı dünyadan necə əl çəkim?Bu yerlə çarpışan, göylə əlləşənDostdan, aşinadan necə əl çəkim? Dönmə bir şəbnəmə yaz səhərində,Könül, günəş kimi parla yerində!Göylərin lacivərd ətəklərindəGedən bu qovğadan necə əl çəkim? Baxınız, dan yeri sökülmüş kimi,Dostlar bir cəbhəyə tökülmüş kimi.Uzaqdan-uzağa xam gümüş kimiAğaran səhradan necə əl çəkim? Təbiət varlıdır, təbiət …
Almas İLDIRIM.”Əsir Azərbaycanım!”
Post Views: 37 Hanı məni göl qoynunda doğuran,Xəmirimi göz yaşıyla yoğuran,Beşiyimdə “layla balam” çağıran…Azərbaycan, mənim baxtsız anam oy…Neçə ildir həsrətinlə yanam oy… Xəbər alsam, Muğanımdan, Milimdən,Nazlı Bakım, o neft qoxan gülümdən,Kim demiş ki, düşmüş adın dilimdən,Azərbaycan, mənim eşsiz yurdum oy,Ölməz eşqim, içimdəki dərdim oy!.. Salam desəm, rüzgar alıb götürsə,Ağrı dağından Alagözə ötürsə,Gur səsimi göy Xəzərə …
Əhməd CAVAD.”Azərbaycan bayrağına”
Post Views: 84 Türküstan yelləri öpüb alnınıSöyləyir dərdini sana, bayrağım!Üçrəngin əksini Quzğun dənizdənƏrməğan yollasın yara, bayrağım! Gedərkən Turana çıxdın qarşıma,Kölgən dövlət quşu, qondu başıma!İzn ver gözümdə coşan yaşıma –Dinlətsin dərdini aha, bayrağım! Qayı Xan soyundan aldığın rəngi,Qucamış Elxanla, müsəlman bəgi.Elxanın övladı, dinin dirəgi,Gətirdin könlümə səfa, bayrağım! Köksümdə tufanlar gəldim irəli,Öpüm kölgən düşən mübarək yeri!Allahın yıldızı, …
Rafiq ODAY.”Bir bax, bütün aləm yenə seyrangaha dalmış” (Qəzəl)
Post Views: 40 Bir bax, bütün aləm yenə seyrangaha dalmış,At bir kənara tərsliyi gəl, sən də gəzin gəl. Bilməzdim, inan, bir belə vəcdə gələr insan,Olsun, nə olar hər nəyə gəlsən də, gəzin gəl. Gül sehrinə düşdün, düşəli dərvişə döndün,Tərk et bu viran xanəni, gülşəndə gəzin gəl. Bəsdir bu qədər qarə geyib, qəmdə dolaşdın,Bir kəndinə gəl, …
Rafiq ODAY.”Qayıt”
Post Views: 38 . (Biraz çoxdanın ünvanlı şeiri) Hələ ki, əvvəlki o ucalıqda,Gözümdə həmənki çinarsan, qayıt.Namərdin hər işi, əməli saxta,Ən incə yerindən sınarsan, qayıt. İblislər, şeytanlar dolar başına,Hər dindən, imandan edərlər səni.Çevirib bir kəntöy sapand daşına,Sonuncu gümandan edərlər səni. Son yarpaq kimidi son ümid dedik…İstisi, soyuğu, küləyi bəlli.Fələyin əlində yaxamız didik,Göydə fırım-fırım ələyi bəlli. Görərsən …
Rafiq ODAY.”Adam”
Post Views: 33 Niyə axı özün deyib,Özün də gülürsən, adam.Ağzında sözlər oynaşır,Gözündən gülürsən, adam. Bütöv sırıma çərəyi,Çox əyilməzi çər əyir,Gəl olma belə çörəyidizində – gülürsən, adam. Bir nəfi var hər öyüdün,Dinlə, barın dər öyüdün.Elə bil ki, Bəröyüdün*düzündə gülürsən, adam.*Bəröyüd – Cənnətlə Cəhənnəm arasındakı yer, Əraf.