Post Views: 29 “Oğlumla söhbət” şeirlər silsiləsindən Düzlər… Geniş düzlər gülür baharda,Baxdıqca nə ucu, nə bucağı var.Yarıac, yarıtox yaşasalar da,Yüzdən çox ömr edib burda babalar.Bu torpaq, bu günəş, bu su, bu hava,Min gözə işıqdır, min dərdə dava. *Bu şeir Xalq şairi Hüseyn Arifin 1966-cı ildə Bakı şəhərində, Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən kütləvi tirajla (15000) işıq …
2021
Xalq şairi Süleyman RÜSTƏM.”YOLDADIR”
Post Views: 45 Keçdi hicran dəmləri, nazəndə yarım yoldadır,Nazəninim yoldadırsa, laləzarım yoldadır. Sevgi dünyasında mən bir kimsəyə baş əymərəm,El bilir, qoy bilməyən bilsin, vüqarım yoldadır. Gözləri cananımın dilbər Xəzərdən rəng alıb,Eşqinə sadiq bahar sözlü nigarım yoldadır. Ötməsin bağçamda bülbül bir daha gül eşqinə,Öz gülüm, öz bülbülüm, öz nəğməkarım yoldadır. Qoy xəzan “mən, mən” deyib bağçamda …
Xalq şairi Süleyman RÜSTƏM.”TƏKLƏRƏ MEYDAN OLMAZ”
Post Views: 34 Ey qələm, yaz, yenə yaz, heç belə dövran olmaz,Havasından udan, ömründə peşiman olmaz. Çevirək gəl, vətəni gülşənə başdan-başa, gəl,Yurdunu, millətini “sevməyən insan olmaz”. Bunu dar gündə sınaqdan keçirib insanlar,Quru sözlə vətənin dərdinə dərman olmaz. Mən də şair kimi tək gəlməmişəm dünyaya,Zirvələr aşmaq üçün təklərə meydan olmaz. Vətənimdə daha qüdrətli Süleymanlar olar,Onların heç …
Xalq şairi Süleyman RÜSTƏM.”SÜLEYMAN KİMİYƏM”
Post Views: 45 Kim deyir mən bu vətən mülkünə mehman kimiyəm?Yox, bahar ömrümüzün can evinə can kimiyəm. Toqquşur göydə buludlarla şeir dalğalarım,Şairəm, sanki bu qəlbimin bir ümman kimiyəm. Birdir hər yerdə mənə həm aşağı, həm yuxarı,Yox təkəbbürlə işim, sadə bir insan kimiyəm. Gəzirəm əldə qələm şerimizin bağlarını,Qoymaram bassın alaq bağları, bağban kimiyəm Keçmədim köhnəliyin baş …
Xalq şairi Hüseyn ARİF.”Anamın qonağıyam”
Post Views: 30 Doğma kənd… anamın qonağıyam mən,Fikrimdə dünyanın söhbəti, sözü.Doymuram ocağın hənirtisindən,Ev ata evidir, göz palıd. gözü. Ürək dilə gəlib danışa bilməz,Bu yurdu, yuvanı yada salmasa.Qartal üfüqlərdə yol aça bilməz,Dincini torpaqda enib almasa. *Bu şeir Xalq şairi Hüseyn Arifin 1966-cı ildə Bakı şəhərində, Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən kütləvi tirajla (15000) işıq üzü görən “Yollar …
Azərbaycanlı şair Saqif QARATORPAQ.”Tanrım, qələmini qırağa qoyma”
Post Views: 29 Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Hüseyn Arif” Ədəbi Məclisinin sədri Tanrım, qələmini qırağa qoyma,Sonuncu cizgimi çəkib tamamla.Yarımçıq qoyduğun köhnə şeirəm,Bir bəyaz kağıza büküb tamamla. Qoyma qiyamətə qalsın nəyisə,Yuyum göz yaşımda öz günahımı.Qorxuram,alışsa ərşi yandırar,Gizlət Kərbəladan qopan ahımı. Çıxart “olmaz”ların içindən məni,Bircə yol zamanı geriyə fırlat.Hər dərdə,əzaba bir azca sevinc,Hər ağrı-acıya bir az şirin …
Azərbaycanlı şair Saqif QARATORPAQ.”Mən bir səhər hamıdan çıxıb gedə bilərəm”
Post Views: 34 Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Hüseyn Arif” Ədəbi Məclisinin sədri Mən bir səhər hamıdan çıxıb gedə bilərəm,Bir söz də söyləmərəm,qınamaram heç kimi.Nə varsa yaddaşımdan qazıyaram,silərəm,Səbrim yoxdu,dayanıb sınamaram heç kimi. Canım,vallah,yalandı şairlik də,filan da,Bax,hər gecə özümü ürəyimdən asıram.Bir əzabın odunda közərdirəm sözləri,Mən şeir ha yazmıram,sinəmə dağ basıram. Bilirəm,acizlikdi kimdənsə sevgi ummaq,Təbəssümlə,baxışla yalvarmaqdı kiməsə.Elə yanıb …
“AŞIQLIQ GƏLƏNƏYİ MİLLƏTİN ƏXLAQIDIR”
Post Views: 30 Müsahibimiz Türkiyənin məşhur aşığı, YUNESCO-nun “Canlı insan xəzinəsi” titulunu qazanmış Şərəf TaşlıovadırŞərəf Taşlıova: “Dünyanın bugünkü düzənini ən iyi şəkildə idarə edə biləcək əxlaqi sistem aşıqlıq gələnəyinə bağlıdır”.– Ustad, Sizi bu sənətə gətirən nə oldu?– Aşıqlıq ənənələri, deyimlər, türkülər, Quran. Yaxşı yadımdadır, mən hələ uşaq idim, cocuk bayramına hazırlıq görülürdü. Bir gün okul¬da …
Şəfa VƏLİYEVA.”Nə gözəldi ayrılıq… “
Post Views: 32 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı Nə gözəldi ayrılıq…Ünvanı mən olunca,Nə gözəldi söyüşlər…Dörd yanı yarıq-yarıqDünyanın…Su doluncaBaşlayar yanğın kimiHəvva günahı eşqlər….
Əməkdar mədəniyyət işçisi Musa NƏBİOĞLU.”HÜSEYN SARAÇLININ SONUNCU ŞƏYİRDİ”
Post Views: 33 Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği Murad Kövrək (Murad Əli oğlu Sarıyev) 1952-ci il iyulun 7-də Borçalıda – Bolnisi rayonunun Dəllər (Muşevani) kəndində anadan olub. Burada orta məktəbi bitirib. Ustad aşıq Hüseyn Saraçlının sonuncu şəyirdidir. Bu gün dədə-baba aşıqlarını xatırlayanda ilk növbədə yada düşənlərdən biri də Kövrək …
Xalq şairi Fikrət Qoca vəfat edib
Post Views: 29 Azərbaycan Yazıçılar Birliyinin I katibi, Xalq şairi Fikrət Qoca vəfat edib. Bu barədə AYB-in mətbuat katibi Xəyal Rza məlumat verib. O, F.Qocanın səhər saatlarında evində vəfat etdiyini deyib. Allah rəhmət eləsin!
İradə AYTEL.”Biz yenə görüşdük” (Hekayə)
Post Views: 30 Şəhidlər ölmür, əbədi yaşamaq üçün ürəklərə köçürlər!.. Yanvar – 2021 Bugünlük sonuncu çəkilişləri idi. Çox yorulmuşdu. Əslində, onun yorğunluğu gördüyü işin ağırlığından deyil, içinə yüklədiyi ağrılardan doğurdu. Şəhid analarının gözlərinə baxaraq sual vermək, Şəhid atalarının qürurunda boğmaq istədiyi hıçqırtılarını eşitmək, Şəhid balasının “Atam qəhrəmandır” deyərək, dörd yanda atasını axtarmasını seyr etmək onu …
Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”Nə fayda”
Post Views: 32 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru Çox nakəslər gördüm haqqın yolunda,Haray çəkən dilə döndüm, nə fayda.Taleyimin yoxuşunda, yalında,Damla-damla gölə döndüm, nə fayda. Qaranlıq zülmətdən elə nur sağdım,Sahil tək köksümə dalğalar sıxdım,Bir …
Şairə-publisist Xalidə NURAY.”Məzarının başında…”
Post Views: 30 Kövrəldikcə öz içimdən qopuram,Damcı-damcı torpağına hopuramSənsiz səni dualarda tapıram,Məzarının başında… Qərib-qərib gül üzünə baxıram,Yanağımı daş köksünə sıxıram,Leysan olub ürəyinə axıram,Məzarının başında… Çiçək təki sinənə baş qoyuram,Ümidimi nəfəsindən duyuram,Için-için həsrətimi yuyuram,Məzarının başında… Ana,sənsiz ovunmuram bircə an,Qəm fələyi can evimdən aldı can,Xatirəndən yoxdu özgə birgüman,Məzarının başında…Qıymıram ki, baxam o buz baxışa,Kədərimə həmdəm olan bu …
Ədəbiyyat İnstitutunda “Molla Nəsrəddin” ensiklopediyası”nın təqdimatı keçirilib
Post Views: 67 Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Molla Nəsrəddin” ensiklopediyası”nın onlayn təqdimatı keçirilib. Təqdimatı AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, ensiklopediyanın baş redaktoru, akademik İsa Həbibbəyli açaraq “Molla Nəsrəddin” jurnalının on cildliyinin yenidən nəşri ilə yanaşı, ensiklopediyasının da hazırlanmasını böyük hadisə adlandırıb. O bildirib ki, “Ensiklopediyanın hazırlanmasında …
Xalq şairi Vahid ƏZİZ.”QƏLƏM…”
Post Views: 35 Var ol ki,mənimlə çıxdın bu yaza,indi bu yazı da yaz görək,Qələm!aşıqlar güc versin sözə,avaza;tar görək,kamança,saz görək,Qələm! Hökmündə agaran saçın dənləri,peşində ötüşən qaçdın günlərin,sayı xeyli oldu namərd illərin,neynəyib onlardan az görək,Qələm!? Hər misran qəlbimdən süzülən gerçək,qorxmadan nadandan,dedin-“Hücum çək!”,qonaq da çağırsaq,mehman da getsək,halal çörək görək,duz görək,Qələm! Bəzən harayımız ərşə dayanıb,eh,səndən o qədər tonqallar yanıb!bədbəxt …
Xalq şairi Vahid ƏZİZ.”SOYUQLAŞDIN…”
Post Views: 424 Soyuqlaşdın,dünya kimi havan dəyişib,belə getsə-durna kimi uçub gedəcəm,eşitmişəm,gülüm,yenə yuvan dəyişib!mən səninlə hankısına köçüb gedəcəm? Bir-bir sənə bağlandığım tellər qırılır,baxanı yox!-bəslədiyin güllər qırılır,çooox uzandı bu ayrılıq,illər qırılır,bu sevginin hər şeyindən keçib gedəcəm. Qapın-qıfıl sırğalıdır,pəncərə bağlı,pozmzq olmur,ahd-peyman min cürə bağlı,getsin hər şey Cəhənnəmə,mən-cərə bağlı,düyünləri inadımla açıb gedəcəm! Bundan sonra söz olacaq qüssələrinki,dəyişmişik;nə sən o …
Xalq şairi Vahid ƏZİZ.”Mənə yüz il ömür arzulamayın”
Post Views: 3. 585 Mənə yüz il ömür arzulamayın,Payız yarpağıtək qovmasın külək,Gözlərim görsə də, ayağım, əlim,Əsalıq olanda dayansın ürək. Mənə “Yüz il yaşa!” deməsin dostlar,Gülüşüm, yerişim, səsim itməsin.Məndən cavan olan, gümrah olanlar,Çiynimdə dünyadan köçüb getməsin. Mənə yüz il ömür arzulamayın;Bu qədər yaşayan hansı çiçəkdir?Sən yaşda qalmırsa tay-tuşun, tayın;Qurdla qiyamətə qalmaq deməkdir. Mənə elə ömür arzulayın ki,Ölüncə …
Xalq şairi Vahid ƏZİZ.”NƏ BİLSİN?”
Post Views: 50 Yenə öz işində sınan havalar,nazik vücudluyam-tufan nə bilsin?kimdir gözləyənim,yollarda nə var,ümman buxarıdı–duman nə bilsin? Yaxşı ki,çeşmələr sel kimi axmaz,dəryalar sahildən qırağa çıxmaz,bir də bu dünyaya baxar,ya baxmaz-yastıqda gözünü yuman nə bilsin? Ümmanda gəmilər batar nə üçün?dünyada qırğınlar artar nə üçün,hər kəs bir tərəfə dartar nə üçün,lütün üstündəki yorğan nə bilsin? Hər şeydən …
Xalq şairi Vahid ƏZİZ.”HƏKİMLƏR…”
Post Views: 34 Ürəyim ağrıdı-şəklin çəkdilər,atəş,soyuqdəymə yatağa dartdı,salıb zarafata-“Dadlı”-dedilər,görəndə qanımda “Şəkər” abartdı, İncitdi köksümdə artan ağrılar,oxşayıb gördülər-“Sinəm qabarıb”,dedim-“Yaddaşımda bir az qüsur var”,həkimlər göz vurdu–“Qızlar aparıb”, İçimdə çeşməyəm,çağlayan çayam,gəmiyəm–ümidlər uzaq mayağım,çoxdan qovhaqovda, qaçhaqaçdayam,bununçün sağlammış əlim, ayağım, “Könül həkimini” heyrət götürdü:“Nə cür bura sığıb dağ boyda ürək”?,“Həlbət,buna görə dəlidi, kürdü,həm də körpə kimi mülayim, ipək”, Axı,yazarlar da-“Qəlblər …
Xalq şairi Zəlimxan YAQUB.”Toxumdayam, torpaqdayam, şumdayam”
Post Views: 60 TOXUMDAYAM, TORPAQDAYAM, ŞUMDAYAM Ey şairi saraylara qısqanan,Daxmadayam, saraydayam, damdayam.Yağışımla, işığımla, odumla,Toxumdayam, torpaqdayam, şumdayam. Bahar vaxtı ana çölün havası,Hər qadanı başımızdan sovası.Bir saraydı hər qarışqa yuvası,Əkindəyəm, səpindəyəm, şumdayam. Şair olan neylər evi-eşiyi,Başı üstə Tanrı çəkər keşiyi.Mən özüməm Məcnunların beşiyi,Zərrədəyəm, səhradayam, qumdayam. Yağan yağış günahları yuyurmuş,Şükür haqqa, Tanrı məni duyurmuş.Allah özü mənə belə buyurmuş,Bişmişdəyəm, …
Xalq şairi Zəlimxan YAQUB.”Qoy yatım, yuxudan qaldırma məni”
Post Views: 62 QOY YATIM, YUXUDANQALDIRMA MƏNİ Qışda doğulmağım bəs edər mənə,Məni öldürəndə yaz öldür, Allah!Bilim hansı gündü gedəcəyim gün,Ölüm tariximi yaz, öldür, Allah. Qoy yatım, yuxudan qaldırma məni,Əcəlin cəngindən saldırma məni,Zarıya-zarıya öldürmə məni,Öldürə bilirsən, saz öldür, Allah! Acı gülüşlərin ürəyimdə xal,Dodağım qıfıllı, baxışlarım lal.Alırsan canımı birdəfəlik al,Bu qədər ağrıyla az öldür, Allah! 2004, 29 …
Azərbaycanlı şair Coşqun Xəliloğlunun şeirləri “Sözün Sehri” ədəbi-bədii, ictimai qəzetinin aprel sayı işıq üzü görüb
Post Views: 36 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, şair Coşqun Xəliloğlunun “Vətən andınız”, “Zəfər ilə”, “Qəhrəman atam” adlı şeirləri “Gənclər Şəhəri” doğma Sumqayıtda fəaliyyət göstərən Süleyman Rəhimov adına Qubadlı rayon Ədəbi-İctimai Birliyinin aylıq mətbu orqanı “Sözün Sehri” ədəbi-bədii, ictimai qəzetinin aprel sayı işıq üzü görüb. Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə …
Azərbaycanlı gənc yazar Kamran Murquzovun məqaləsi “Sözün Sehri” ədəbi-bədii, ictimai qəzetinin aprel sayı işıq üzü görüb
Post Views: 42 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilçisi, “Kardelen” üçaylıq mədəniyyət, ədəbiyyat və sənət dərgisi yazarı, şair, tərcüməçi, publisist, jurnaist, gənc yazar Kamran Murquzovun “Xalq şairi Xəlil Rza Ulutürkü anarkən” adlı məqaləsi “Gənclər Şəhəri” doğma Sumqayıtda fəaliyyət göstərən Süleyman Rəhimov adına Qubadlı …
Azərbaycanlı gənc yazar Kənan Aydınoğlunun şeirləri “Sözün Sehri” ədəbi-bədii, ictimai qəzetinin aprel sayı işıq üzü görüb
Post Views: 49 Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü Kənan Aydınoğlunun “Alınıbdı qisasın, uyu torpaqda rahat!”, “Doxsanl haqlayıb, ömür yaşamaq…” adlı şeirləri “Gənclər Şəhəri” doğma Sumqayıtda fəaliyyət göstərən Süleyman Rəhimov adına Qubadlı rayon Ədəbi-İctimai Birliyinin aylıq …
“Sözün Sehri” ədəbi-bədii, ictimai qəzetinin aprel sayı işıq üzü görüb
Post Views: 27 “Sözün sehri” ədəbi-bədii, ictimai qəzeti “Gənclər Şəhəri” Sumqayıtda Azərbaycan Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvünü, Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin sədri, Qubadlı Rayon İcra Hakimiyyətinin mətbu orqanı “Bərgüşad” ictimai-siyasi qəzetinin Baş redaktoru, ”Qızıl qələm” və “Qızıl kitab” mükafatları laureatı, şair Qafqaz Əvəzoğlu Dəmirovun rəhbərliyi ilə …
Qubadlı Rayon İcra Hakimiyyətinin orqanı “Bərgüşad” ictimai-siyasi qəzetinin aprel sayı işıq üzü görüb
Post Views: 32 “Gənlər Şəhəri” Sumqayıtda fəaliyyət göstərən Qubadlı Rayon İcra Hakimiyyətinin orqanı “Bərgüşad” ictimai-siyasi qəzetinin aprel sayı işıq üzü görüb. Həmişə olduğu kimi, bu dəfə də “Bərgüşad” ictimai-siyasi qəzetinin səhifələrində bir-birindən maraqlı yazılar yer alıb. Qubadlı Rayon İcra Hakimiyyətinin basçısı İsaqov Malik Xizir oğlunun Qubadlılara göstərdiyi diqqət və qayğı adıçəkilən mətbu orqanın diqqət mərkəzində saxladığı …
M.Ali SARICA.”TANIDIĞIM OSMAN YÜKSEL SERDENGEÇTİ AĞABEY”
Post Views: 72 70’li yılların ortalarına doğru tanımıştım Osman Ağabeyi. Karaman Lisesi Devlet Parasız Yatılı öğrencisi olarak öğrenim görüyordum. Rahmetli Babam Akseki Kaymakamlığı’nda müstahdem olarak çalışıyordu. Kaldığı müştemilat ’ta Osman Ağabeyle komşuydular. Bir Kurban Bayramı arifesinde O’na kurban almaya gitmiştik. Seçici davranışları gösterdiği hassasiyet, işaret ettiği hayvanı yakalamaya çalışanların ortaya koydukları gayret, hayvanın doğal korkusu, …
Mehmet Ali Kalkan.”GÖNLÜMDEN…”
Post Views: 37 Elhamdülillâhi Rabbil âlemin…“Lor peynürü, galın ekmek, duz getür,Çıh Harput’un tepesinden buz getür,Şehidime örtü için bez getür,Gız, daliken devrülesin tez getür.”Ahmet Tevfik Ozan,Sevgili arkadaşım,Uzun yıllar önce Töre Dergisi’nde dağ nefesli şiirlerin yayımlanırdı. Şiirlerin her bir kıtası top top gül’dü. Onları dost bilirdik, onlarla nefeslenirdik, göğüs kafesimiz daralırdı.Şöyle demiştin mesela;“Kubbeler, kubbeler.. kurşun kubbeler!Bir kurşun, …
Şairə-publisist Adilə Nəzərin şeiri “Sancaq” qəzetində əski əlifba ilə dərc olunub
Post Views: 57 Filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Kitab Evi” İctimai Birliyinin sədri, şairə-publisist Adilə Nəzərin “İnsan yaşadığı kimi ölür” şeiri Cənubi Azərbaycanda fəaliyyət göstərən “Sancaq” qəzetində əski əlifba ilə dərc olunub.
Xalq şairi Zəlimxan YAQUB.”Demək nə çətinmiş deyilməz sözü”
Post Views: 48 DEMƏK NƏ ÇƏTİNMİŞDEYİLMƏZ SÖZÜ Gör neçə vaxtdır ki, hazırlıq gedir,Atamın yanına hazırlaşıram.Yalançı dünyadan doğru dünyayaDədələr, babalar getdiyi yolunƏsl ünvanına hazırlaşıram. Bu çətin xəbəri gör nə zamandı,Doğma qardaşımdan, doğma bacımdan,Oğlumdan, qızımdan gizli saxladım.Mənə sazdan yaxın dünyada nə var,Ağrımı sazımdan gizli saxladım. Demək nə çətinmiş deyilməz sözü,Oğluma açılsam qəlbi sınacaq,Qızıma söyləsəm qız ağlayacaq.Oğuldu, uşaqdı, …
Əməkdar mədəniyyət işçisi Musa NƏBİOĞLU.”Bu dünya əbədi dirilərindi”
Post Views: 35 VALEH HACILAR — 70 Aprelin 15-i təkcə Borçalıda, Gürcüstanın elmi ictimaiyyəti arasında və Azərbaycanda yox, həm də bütün Türk dünyasında folklorşünas və ədəbiyyatşünas alim kimi yaxşı tanınan, Gürcüstan Ədəbiyyatşünaslıq Akademiyasının həqiqi üzvü, filologiya elmləri doktoru, professor Valeh Hacıların doğum günüdür. 1951-ci ildə anadan olub və artıq o mübarək gündən 70 il keçir. Təəssüflər …
Özbəkistanda azərbaycanlı yazıçının romanı çap olunub
Post Views: 33 Daşkənddəki “Yangi asr avlodi” nəşriyyatında Azərbaycan yazıçısı Varisin “Sonuncu ölən ümidlərdir” romanı özbək dilində çap olunub. AZƏRTAC xəbər verir ki, romanı özbək dilinə Azərbaycan ədəbiyyatının dostu, jurnalist və tərcüməçi Rüstəm Cabbarov çevirib. R.Cabbarovun tərcüməsində Varisin “Sənə inanıram” romanı bu nəşriyyatda ötən il işıq üzü görüb. Varisin “77 gün” romanı isə R.Cabbarovun tərcüməsində hissə-hissə …
Xızıda məktəblilər arasında “Nizamidən incilər” adlı müsabiqəyə start verilib
Post Views: 25 Xızı Rayon Heydər Əliyev Mərkəzi tərəfindən “Nizamidən incilər” adlı şeir müsabiqəsinə start verilib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ölkəmizdə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi ilə əlaqədar təşkil olunan müsabiqə 12-16 yaşarası məktəblilər arasında keçirilir. Müsabiqəyə qatılmaq istəyən şagirdlər dahi şair və mütəfəkkir Nizami Gəncəvinin əsərlərindən parçaları video şəklində hazırlamalıdırlar. …
Milli Kitabxanada Dünya Kitab və Müəlliflik Hüququ Günü ilə bağlı virtual sərgi açılıb
Post Views: 28 Bu gün Dünya Kitab və Müəlliflik Hüququ Günüdür. Bu barədə qərar 1995-ci ildə Parisdə UNESCO-nun Baş Konfransında qəbul edilib. 1996-cı ildən etibarən isə kitaba və müəlliflərə hörmət əlaməti olaraq bu əlamətdar gün bütün dünyada qeyd olunur. Bu münasibətlə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “23 Aprel – Dünya Kitab və Müəlliflik …
İctimai Şuraya namizədliyə dair sənəd qəbulu yenidən elan olunur
Post Views: 32 Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya namizədlərlə bağlı sənəd qəbulu prosesinə 2020-ci ilin sentyabrın 21-də start verilmişdi. Belə ki, Vətən müharibəsi müddətində yaranmış vəziyyətə görə şuraya üzv olmaq istəyən və məlum səbəblərdən namizədliyini təqdim edə bilməyənlər üçün də müvafiq şəraitin yaradılması zərurəti yaranmışdır. Bu məqsədlə Mədəniyyət Nazirliyi tərəfindən sənəd qəbulu yenidən elan olunur. …
“Böyük Qayıdış” müsabiqəsinin sonuncu – pitçinq mərhələsi keçiriləcək
Post Views: 30 Aprelin 27-də Azərbaycan Dövlət Film Fondunda Mədəniyyət Nazirliyi tərəfindən elan olunmuş “Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsinin növbəti -pitçinq mərhələsi keçiriləcək . Nazirlikdən AZƏRTAC-a bildirilib ki, bu mərhələdə bədii-kinematoqrafik baxımdan fərqlənən 26 layihə müsabiqənin münsiflər heyəti tərəfindən seçiləcək. Müsabiqənin pitçinq mərhələsi canlı yayım formasında Dövlət Film Fondunun yeni yaradılan …
Nizami Gəncəvinin həmyerliləri şairin 880 illiyinə öz töhfələrini hazırlayırlar
Post Views: 30 Bu il dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Prezident İlham Əliyev qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətini nəzərə alaraq 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncam …
Tali Cohen Shabtai
Post Views: 34 Tali Cohen Shabtai was born in Jerusalem, Israel, and is an international poet of high esteem with works translated into many languages. She is the author of three bilingual volumes of poetry, “Purple Diluted in a Black’s Thick”(2007), “Protest” (2012) and “Nine Years From You”(2018). A fourth volume is forthcoming in 2021. …
Tali Cohen Shabtai.”Mother”
Post Views: 60 How much longer are you going to look at me until I reach the destination you bless on with the Shabbat candles blessing? A goal that you set for me whose present and future use that will be absolutely uninhabitable for me when you clap your hands together as a sign of …
Xalq şairi Vahid ƏZİZ.Yeni şeirlər (XXXXVII hissə)
Post Views: 32 HAYIF Kİ,ÇİN OLUR QORXUNC YUXULAR… Hayıf ki,çin olur qorxunc yuxular,bəlkə də əbədi–hicran olcaq,əllərim toxunsa yanıb-yaxılar,gözlərim bir qatar yola salacaq. Vüsal əlindədir hicranın canı,əllərdən qopanlar ərşə çəkilir,gözlərin,üzlərin alovlarınıaxan göz yaşları söndürə bilir. Bilməzdim yolları həsrət kəsəcək,üfüqə ulduztək batıb gedəcəm,o,gedən yerlərdən yellər əsəcək,yeldən baxışlarla sual edəcəm. Hayıf ki,çin olur qarışıq yuxu,onunla aramda necə sədd …
Xalq şairi Vahid ƏZİZ.Yeni şeirlər (XXXXVI hissə)
Post Views: 125 YAŞAMAĞA ÜRƏK MƏNƏ MANE OLUR… Bir yarpağam,çırpınıram küləklərdə,toz oluram ,ələnməkdən ələklərdə,ümidlərin ixtiyarı fələklərdə,Dövran qurmuş kələk mənə mane olur! Kəpənəktək sındırmışam qanadımı,kim sə duyub,çiçəkləri qınadımı?yel səslədi-hardan bilirmiş adımı?gizlənməyə külək mənə mane olur. Yar sevərəm,gözüm düşər gözlərinə,üz qoyaram xəyalların dizlərinə,incə güllər bəzək vurar özlərinə-sevilməyə çiçək mənə mane olur. Leysan vurub; ləçək-ləçək dağılmışam,sındırıblar,büdrəmişəm,yıxılmışam,bilən varmı-mən çiynimə …
Xalq şairi Vahid ƏZİZ.Yeni şeirlər (XXXXV hissə)
Post Views: 166 SƏNSİZAdını telefonun”Yaddaş kitabçasından”,uzaq xatirələrin məhəbbət bağcasından,arabir küsüb gedən ərkimin boxçasındansildim,unudub atdım;sən yenidən qayıtdın.Niyə? bilə bilmədim,görünür ürəyimdənsəni silə bilmədim.Qocaldıqca,pöhrətək qəddim qalxıb-dikəldi,məhəbbətin qəlbimdə bir əbədi heykəldi,ömrümə milyon dəfə leysan düşdü,sel gəldi…Sən gəlmədin!Dalımca ölüm min dəfə gəldi,sənsiz ölə bilmədim.Ya biryolluq əlimi mən səndən üzməliydim,ya düşüb rüzgar kimiarxanca gəzməliydim,neynim ki,səni sevən bir adi sərsəriydim.Sənsiz-təbəssümə də yasaq …
Xalq şairi Vahid ƏZİZ.Yeni şeirlər (XXXXIV hissə)
Post Views: 40 NƏSİHƏTNAMƏ… Sözü denən vaxtı gələn məqamda,hər kəsdə var–adamda “Boş damar” gəz,görsən əgər-“adamlıq yox adamda”,bacardıqca uzaq dolan,kanar gəz! Bax,nabadə gizlədəsən yaşını,veyil-veyil girlədəsən başını!gözdən qoyma-“Bəxtəvərlik quşunu”,acıq edib,yad çiyninə qonar,gəz. İmdad umma xandan,bəydən,vəzirdən,heç nə danma “vergilərdən”, nəzirdən,çox vaxt sənə “qanacaqdan” ərz edən,özü onu özgə cürə qanar,gəz. Ata,ana,qardaş,bacı–yaxının,qocalıqda övlad olar baxanın,işi düşsə,qurban edər yad-canın!özgə vaxtı sənə …
Xalq şairi Vahid ƏZİZ.Yeni şeirlər (XXXXIII hissə)
Post Views: 36 QANADLAR AYRILIQ TƏBİLİ ÇALIR… Qanadlar ayrılıq təbili çalır,bu köç heyran edir Vahid ƏZİZi,bahardan-bahara yadına salır,payızdan-payıza unudur bizi. Qanadlar ayrılıq təbili çalır,çırpınır evləriin pəncərəsində,harayı çəkilir,izləri qalırtəbil səmaların göy dərisində. Qanadlar ayrılıq təbili çalır,uzun bir hicrana baş alıb gedir,dünyanın bir yeri durnasız qalır,bir yeri insandan boşalıb gedir.. Gözümü üşüdür soyuq bir baxış,nəzərlər yayınıb hara …
“Biblioqrafik göstərici – 2019” işıq üzü görüb
Post Views: 35 Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşlarının 2019-cu il üçün biblioqrafik göstəricisi nəşr olunub. “Biblioqrafik göstərici – 2019” kitabı İnstitutun Elmi Şurasının 3 iyul 2020-ci il tarixli, 3 saylı qərarı ilə çap edilib. Biblioqrafiyanın layihə rəhbəri və baş elmi məsləhətçisi AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəylidir. …
Madiyar OSPANOV.”ALLAHLA ƏLAQƏ”
Post Views: 34 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qazaxıstan Respublikası üzrə təmsilçisi Allah!Gənc ruhun üstünə işıq saçdı,İbali səsi,Göy açıqdır.Bu gerçəkdir!Bala, mən mələk olduğumdan,“Mahnı”,Daimi yaşayış yerim başladı. Mən insanamHansı işarəni gizlədirəm?Ümid edirəmTələsirəm, gülürəm və ağlayıram.DüşüncələrƏvvəldən bildiyiniz kimiArman da,Kanalımda axdı. Doğum yeri,Duman bel sevincin dərinliyidir,Hər kəs,Xəstəliyin pozulmaz kremi.İnanmırsanGəl mənimlə oxu,İstedadlı,Hamısı qanlı. Allah!Alov sinəmdə yanır,Günortadır,Əbədi dağ mənə güc …
Madiyar OSPANOV.”VƏTƏNDAŞ OLSAM VƏ TANIILSAM …”
Post Views: 32 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qazaxıstan Respublikası üzrə təmsilçisi Ya Rəbb!Sən demədin,Göylə, uca bir səslə məsləhətləşdim.Yaxşılarla və yaxşılarla böyüdüm,Heç kim məni yıxmadı və ağlamadı. Sən həqiqətsən,Sözün tam, sonsuz, hədsiz bir sübutdur,Bilirsiniz, bütün vasitələrim var, ədəbiyyat.Zirvələr yüksəkdir, neçə pendir var,Mahnılar bağlanır, ilham aləmimdir. Mübahisə etdim,Ağ buludlarla bəzəməyi sevirsənmi,Sinədəki atəş, çox sayda prestij?Yoruldum, mahnı …
Xuraman HÜSEYNZADƏ.Yeni şeirlər (IV hissə)
Post Views: 30 Bəs sən necə sevirsən? Sən mənimən səni sevən kimi yoxbaşqa cür sevdin…Amma sevdin, bilirəm… Elə ki yadıma düşürsəndərdlərimi unuduramharasa tələsəndəaçarı, telefonu evdə unutduğum kimi… Adamlar gəzir şəhərdətək-tək, iki-iki, üç-üç, bir az da çox…Təklər bu zaman tənha olursanki kimsəsiz olur…Çoxlar dərya olur, dəniz olur.İkilərin, üçlərin və daha çoxların arasındagözlərim gəzir səniYerə dağılan mirvari …
Xuraman HÜSEYNZADƏ.Yeni şeirlər (III hissə)
Post Views: 29 Gecənin sükutu Artıq günəş batır, geyir əyninəGecələr qapqara, zülmət bir donu.Bərq vurur göylərdə ulduzlar yenəGörünmür səmada onların sonu. Ay da yuvarlanır göyün üzündə,Gecənin donunu nura boyayır.Böcəklər oxuyur bu dəm gizlində,Səsini yaxına, uzağa yayır. Gecənin səsinə qarışır o səs,Hər yana həzin bir sükut bəxş edir.“Gecələr lal olur” deməsin heç kəs,Gecənin sükutu elə nəğmədir. …
Xuraman HÜSEYNZADƏ.Yeni şeirlər (II hissə)
Post Views: 26 Dəyişir ömrünü hər qış, hər bahar,Yaşın da çoxalır keçdikcə zaman.Qara saçlarına səpələnən qarMənim ürəyimi üşüdür yaman. Baxmadın bir zaman sevincdən gülənDərdli gözlərimin axan yaşına.Alnıma yazılmaq əvəzinə sənYazıldın qəlbimin məzar daşına. Anası atan bir uşaqkirin-pasın içindəKüçələrdə dilənirdi.Hər ona-buna əl açdıqcacəhənnəm əzabı çəkirdicənnətanasının ayağı altda olanbu uşaq.
Xuraman HÜSEYNZADƏ.Yeni şeirlər (I hissə)
Post Views: 42 O gedən qatarın son vaqonusənin ürəyindibomboşsoyuq…Arada ürəyindən xəbər tuthörümçək tor qurarmənsizlikdən… Yazdığın şeirinson misrası mənəmnöqtə qoya bilmirsən-birdən ardını yazarsan deyə bir zərrə ümidin qalıb-bəlkə işığıgeri qayıtmam üçünyollarımı aydınladar deyə… Yağış gecikən kimi… Bir-birimizə gecikdikyarpaqları saralanbudaqları quruyan ağacayağış gecikən kimi…Göy üzü bir az tez tutulaydıbuludlar gecikməyəydimehriban olmağa…Birimiz tez çıxaydıq evdənbirimiz gecikəydiktəsadüfən rastlaşaydıqqağayıya dönəydikgörüşəydik …
Azərbaycanlı şair Saqif Qaratorpağın “Bəlkə belə yaxşıdı” adlı yeni şeirlər kitabı işıq üzü görüb
Post Views: 32 Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Hüseyn Arif” Ədəbi Birliyinin sədri, “Ədəbiyyat-Az.Com” Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Fəxri sədri Saqif Qaratorpağın “Bəlkə belə yaxşıdı” adlı yeni şeirlər kitabı işıq üzü görüb. Kitab müəllifin oxucularla növbəti-dördüncü görüşüdür. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Poeziyasevərlər və ədəbiyyatşünaslar tərəfindən rəğbətlə qarşılanacağına ümid …
Azərbaycanlı şair Saqif QARATORPAQ.Yeni şeirlər (IV hissə)
Post Views: 30 Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Hüseyn Arif” Ədəbi Məclisinin sədri Nəm çəkir pəncərəsi neçə soyuq baxışdan,Evinin divarını gözünün yaşı yuyur.Axtardığın adam Bəlkə sən axtardığın o utancaq adamdı,Ancaq yoxdu xəbərin,keçib getdin yanından.Bir yelkənsiz gəmidi,nə vaxtdı yol axtarır,Azıb səhərə bir ömrün ümmanında. Hələ də gözlərindən ürəyinə yol çəkir,Hələ də bir nağılın laylasına uyuyur.Nəm çəkir pəncərəsi …
Azərbaycanlı şair Saqif QARATORPAQ.Yeni şeirlər (III hissə)
Post Views: 31 Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Hüseyn Arif” Ədəbi Məclisinin sədri Mən belə dəliyəm,məni görmə,get!Xoşuna gələsi axı nəyim var?Sevda ətri verən,şeir qoxuyanNəfəsi yanıqlı qırıq neyim var… Bir eşqin yarası sinəmdə göz-göz,Hər gün həsrət-həsrət çiçəkləyərəm.İçimdə bir bahar buludu ağlar,Misra-misra,bənd-bənd çisəkləyərəm. Nə xoşdu özümə verdiyim cəza,Əzabım -qönçədi,ağrım- tumurcuq.Mİn ildi özündə azan dərvişəm,Ürəyi-xaraba,koması-uçuq. Məni sözə tutma,sözə uyaram,Qəfil …
Xalq şairi Vahid ƏZİZ.Yeni şeirlər (XXXXIV hissə)
Post Views: 47 YAXINDI… Aramaqdan taleyimin açarın,yazıq canım,min-bir odda yaxıldı,üzü güldü “qara günlü” saçların,indi “ağı”-“qarasınnan” yaxındı. Yar qəlbimin kaş biləydi qədrini,qırmayaydı,üzməyəydi səbrini,elə çəkdim,elə aldım dərdini-ürəyimin yarasınnan yxındı! Söylə,gülüm,istəyini bilim mən,gözlərini gözlərimlə silim mən,məsafəmiz gen olsa da ölümnən,qaşla-gözün arasınnan yaxındı! İstəyirdim həyatımın gerçəyinürəyinə pıçıldayım çiçəyin,bir də gördüm,qulağına ləçəyindodaqlarım–sırğasınnan yaxındı. Daraq olam–yar daraya,tel açam,danışmağa izin verə–dil açam,yaxın …
Xalq şairi Vahid ƏZİZ.Yeni şeirlər (XXXXIII hissə)
Post Views: 32 Yalan dedin,aramadın sən məni,Soruşsaydın çöl yerimi deyərdi,Xəbər alsan, bitirməmiş cümləni,Meh göstərər ,yel yerimi deyərdi Bir zamanlar sən deyildin yalvaran ?Gəzmədiyin nə dağ qaldı,nə aranSazlardaki, saçım kimi ağaran,Həsrət dolu tel yerimi deyərdi. Soruşsaydın məni eldən-obadan,Körpə quşdan,qaranquşdan,yuvadan,Bu dağların Şahənşahı xan çoban,Heç olmasa,bir şeirimi deyərdi. Yanağımda neçə-neçə sel batıb,Gözlərimdə umman batıb,göl batıb,Bir kəs,vallah,deməzdi ki,el satıbTaleyimlə …