Blog

  • Nəğməkar-şairə Zeynəb Dərbəndli İraq Türkmən Yazarlar Birliyinə üzv qəbul olunub

    12039322_1728426354051774_8771935244811534047_n

    24 Oktyabr 2015-ci il tarixində Qardaş Türkiyə Cümhuriyyətinin Adana şəhərində Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının elektron orqanları Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i, Azərbaycan Yazıçılar Birliyinin üzvü, nəğməkar-şairə Zeynəb Dərbəndli İraq Türkmən Yazarlar Birliyinə üzv qəbul olunub.
    Qeyd edək ki, bundan öncə Gündəlik Analitik İnformasiya Agentliyinin Rəhbərliyinin 10 iyul 2015-ci il tarixli qərarı ilə Azərbycan-Dağıstan iki qonşu ölkənin arasındakı mədəni və ədəbi əlaqələrin inkişafındakı müstəsna xidmətlərinə, eyni zamanda ədəbi-bədii yaradıcılığındakı irəliləyişlərə görə, nəğməkar şairə, istedadlı qələm sahibi Zeynəb Dərbəndli (İbrahimxəlilova Zeynəb Şəmsəddin qızı) Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i seçilimişdi.12 sentyabr 2015-ci il tarixində Dağıstan Respublikasının Dərbənd rayonunun Rukel kəndində nəğməkar-şairə Zeynəb Dərbəndlinin Azərbaycan Yazıçılar Birliyinin üzv qəbul olunması və nəğməkar-şairəliyinin iki il tamam olmasına həsr olunmuş tədbir keçirilmişdi.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • Qardaşlıq və həmrəyliyin möminlərə qazandırdığı güc

    1427

    Qardaşlıq və həmrəyliyin möminlərə qazandırdığı güc

    Allah rizası üçün həmrəy olmaq möminlərin gündəlik həyatda və çətinliklər qarşısında müvəffəqiyyət əldə etməsinin vacib sirridir. Müsəlmanların tarix boyu başlarına gələn hadisələrə baxdıqda da çətinliklərdən həmişə bu tərzdə xilas olduqlarını görürük. Başda insanlara nümunə olan peyğəmbərimiz hz. Muhəmməd (s.ə.v) və səhabələri olmaqla bütün müsəlmanlar bu əxlaqı ən gözəl tərzdə yaşayıblar. Göstərdikləri üstün əxlaq və fədakarlıq nümunələri ilə İslamiyyətin və Quran əxlaqının bütün dünyaya yayılmasına səbəb olublar.

    Möminlərin vacib xüsusiyyətlərindən biri də qardaşlıq, həmrəylik mənasını verən təsanüddür. Rəbbimiz Quranda bütün möminlərin qardaş olduğunu bildirmişdir. Möminlər Allah rizası üçün yaşayan, Onun rəhmətini və cənnətini ümid edən insanlardır. Buna görə də bir-birilərini çox sevirlər və həmrəydirlər. Allah bu gözəl əxlaq xüsusiyyətindən razı olduğunu Quranda belə bildirir:

    ”Şübhəsiz ki, Allah möhkəm bir divar kimi səf-səf düzülüb Onun yolunda vuruşanları sevir.’ (Saff surəsi, 4)

    Möminlər gözəl əxlaqlı, təvazökar və sevgi doludurlar. Buna görə də möminlər arasında təsanüd çox rahat yaranır. Allah möminlərin bir-birlərinə olan bağlılıqlarının necə olduğunu Quranda belə bildirmişdir:

    ‘Hamınız Allah’ın ipindən möhkəm yapışın və parçalanmayın! Allah’ın sizə olan nemətini xatırlayın ki, siz (bir-birinizə) düşmən idiniz, O, sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində (bir-birinizlə) qardaş oldunuz. Siz odlu bir uçurumun lap kənarında idiniz. O, sizi ondan xilas etdi. Allah Öz ayələrini sizə beləcə bəyan edir ki, bəlkə doğru yola gələsiniz.’ (Ali-İmran surəsi, 103)

    Möminlər arasındakı həmrəyliyin vacib xüsusiyyətlərindən biri də qısqanclıq, kin və ya mənfəətçilik kimi rəftar pozuqluqlarının olmamasıdır. Başlarına hansı hadisənin gəlməsindən asılı olmayaraq, heç vaxt fədakarlıq, təvazökarlıq və bağışlayıcılıq kimi Quran əxlaqının qazandırdığı rəftarlardan əl çəkmirlər.

    Uca Rəbbimiz Quranda möminləri təsanüdü pozan rəftarlara qarşı xəbərdar edir. Məsələn, mömin digərinin xoşuna gəlməyən və onu təhqir edən üslubdan qətiyyən istifadə etməməlidir. Allah Quranda bu vəziyyəti belə bildirmişdir:
    ”Qullarıma de ki, ən gözəl sözləri danışsınlar. Çünki şeytan onların arasına ədavət sala bilər. Həqiqətən, şeytan insanın açıq-aydın düşmənidir.’ (İsra surəsi, 53)

  • Rahilə DÖVRAN

    12091354_1653537131524991_3860076084131834097_o

    12183861_1658295437715827_3949782509289367741_o

    Kənan və Kamran Murquzov qardaşlarını ömürlərinin ən əziz günü olan doğum günləri münasibəti ilə səmimi qəlbdən təbrik edir,onlara gözəl və doğma Azərbayzanımızın mədəniyyəti və ədəbiyyatı naminə gördükləri fədəkar işlərində daha böyük uğurlar diləyirəm. Qoy hər zaman həyat Onlara gülsün! Qardaşlara ad günləri münasibəti ilə yazdığım akrostik yazımı təqdim edirəm./Öncə baş hərflər oxunsun/ :

    Könüllər fəth edən iki qəhrəman,
    Əzm- iradəli qoşa novcavan.
    NəmXuda bəxş edib Uca Yaradan,
    Allahım qorusun onları hər an.
    Nəyə qadir onlar, hər kəsə bəlli,
    Vicdan, hünər qoşa, edir təcəlli.
    Əlləri toxunan hər şey gül açır,
    Kədər, qüssə, həsrət onlardan qaçır.
    Atanın, ananın əkiz sevinci,
    Mehr- məhəbbətdən törəmiş inci.
    Rəbbin hədiyyəsi, qoşa ərmağan,,
    Allahım hifz etsin, qorusun Mövlan.
    Nə söyləsin daha, şairə Dövran?!…

    25.10.2015.

  • Kənan Aydınoğlunu doğum günü münasibətilə təbrik edirik! (25 Oktyabr 1989-cu il)

    1902788_614529541965133_896121757_n

    “AYDINOGLU CONSULTİNG GROUP” LL Rəhbərliyi Sizi, yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsini, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının elektron orqanları Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbərini, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və baş redaktorunu, Azərbaycan Jurnalistlər Birliyinin üzvünü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin xüsusi müxbirini, gənc yazarını doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

    Mətbuat xidməti

  • Kamran Murquzovu doğum günü münasibətilə təbrik edirik! (25 Oktyabr 1989-cu il)

    10730926_708473925888118_1815156677351752954_n

    “AYDINOGLU CONSULTİNG GROUP” LL Rəhbərliyi Sizi, yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsini, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının elektron orqanları Gündəlik Analitik İnformasiya Agentliyinin təsisçisi və baş redaktorunu, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Beynəlxalq Əlaqələr və Tərcümə” şöbəsinin rəhbərini, “KenanAydinoglu.Com” saytının Mətbuat xidmətinin rəhbərini, Azərbaycan Jurnalistlər Birliyinin üzvünü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin foto-müxbirini, tərcüməçi-jurnalistini, gənc yazarını doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

    Mətbuat xidməti

  • “Mən sadəcə xoşbəxt olmaq istədim…”

    oglan

    Xoşbəxtlik, Xoşbəxtlik…Kasıb olanlar xoşbəxtliyi pulda,var-dövlətdə, sevgidən əziyyət çəkənlər sevgidə, dişləri ağrıyanlar xoşbəxtliyi dişləri sağlam olmaqda görər. Gülməlidir hə, amma bu fikirləri Şekspir səsləndirmişdi.Bu həqiqətəndə belədir. Saysaq adını xoşbəxtlik qoyacağımız ,xəyalında oldugumuz çox anı göstərə bilərik.Bəzən kiçik xoş anı xoşbəxtlik hesab edərsən.Çünki sən illərdir o kiçik anın həsrətindəsən. Bir neçə dəqiqəlik xoş an sənin xoşbəxtliyin olar.Hər insan xoşbəxtliyə irəliləmək adını xoşbəxtlik qoya biləcəyi nələr isə axtarar.Tapar bəziləri ,tapar xoşbəxt sanar özünü, bəziləri xoşbəxtliyi səhv anlayar, bəziləri isə nə qədər axtarsada tapa bilməz.Ondan uzaq qaçar xoşbəxtlik.Sanki uca bir zirvədə dayanar. Nə qədər ona yaxınlaşmaq istəsəndə yaxınlaşa bilməzsən.Kim isə,nə isə yolunu kəsər,addımlamağa qoymaz səni.İnsanların istədikləri şeyə sahib olması böyük bir xoşbəxtlikdir,amma sahib olduğundan çoxunu istəməmək daha böyük bir xoşbəxtlikdir.Mənə görə hərdən xoşbəxtlik ücün nəsə axtarmaq,xoşbəxtliyi nədəsə görmək mənasız düşüncədi.Xoşbəxtlik insanın içindən ,dərinliklərdən gələn bir hissdi.İnsan sadəcə xoşbəxt olduğunu düşünür,səbəbi isə bir vaxt arzu etdikləri deyil, sadəcə hissidi.Həyatla sülh bağlasan xoşbəxt,müharibə etsən bədbəxt olarsan.Uşaq ikən yəqinki çox insanın həyata keçirdiyi və keçirə bilmədiyi arzuları olub.Bəzən xoşbəxtlik kəlməsinin özünü belə səhv anlayarsan.Arzularını,umidlərini yanlış küçələrdən xoşbəxtlik adlı ünvana catdirmaq istəyərsən.Yalnız sonda başa düşərsən ,düzgün qapını döymədiyini..Səhərlər özünü xoşbəxt sanan insanların çoxu gecələr düşünərkən özlərini bədbəxt hiss edir.Gecələr dinlədiyin musiqilərdimi buna səbəb,ya özün?Bəzən bilərəkdən musiqiçiləri günahkar çıxartmaq istəyərik.Sanki bunların səbəbi özümüz deyilik.Təsəvvür etmək,xəyalına gətirmək canlandırmaq istəyərsən..Çəkinmə özünü xəyallarına etibar et.Xəyalların edə bilməyəcəyi ,qarşısını kəsən maneələr yoxdur.Xoşbəxtliyə çatmağa imkan verməyən bir şey yoxdur xəyallarda.Xəyallar sərhəd tanımaz.Uşaq ikən oynadığımız oyuncaqlardan ,oynayarkən yıxılmaqdan,kitabları vərəq-vərəq axtararaq şəkil tapmaqdan yorulardıq. (daha&helliip;)

  • “Azərbaycan gəncini meşşan həyat tərzi maraqlandırır”

    12177844_677046909098283_661331825_n

    Azərbaycan Kempo Federasiyası mətbuat xidmətinin rəhbəri, jurnalist Elşən Yəhyayev gənclərin cəmiyyətdə rolu barədə Moderator.az-a bir yazı göndərərək düşüncələrinin ictimai müzakirəyə çıxarılmasını xahiş edib: Çox vaxt gənclər sevgini digər hisslərlə qarışdırırlar. Əgər buna hiss demək mümkündürsə.Siz kimdənsə istifadə edirisinizsə onda bunu sevgi adlandırmaq olmaz. Bu kimi hallar insana sevgi kimi görünür, əslində isə bunların hamısı saxtadır. Bu gün Azərbaycan gəncliyi həm inkişafdadır həm də ki, tənəzzülə doğru irəliləyir. Günümüzdə, Azərbaycanda çox mənasız və xoşagəlməz gənclik formalaşır Bizdən əvvəlki nəslin yaşadığı zaman, mühit, şərait tamam fərqli olub və bu da gənclərin səhv yolda olduğunu göstərir. Hazırda ölkəmizdə Avropaya inteqrasiya prosesi gedir və belə gənclər müasir düşüncəli gənclərlə fikir ayrılığına düşür, bu da gəncliyin parçalanması deməkdir. Bu özünü indi göstərməsə də gələcəkdə mütləq cəmiyyətə, ələxüsus da cəmiyyətin ən vacib hissəsi olan gəncliyə öz ziyanlarını göstərəcək. Dünyanın hansı yerindən aslı olmayaraq, gənclik hər zaman dəyişikliyə maraqlıdır.Bu, Azərbaycandada belədir. Amma problem ondadır ki, dəyişikliyə nail olmaq üçün seçdikləri yol çox zaman yanlış olur. Çox təəssüf ki, bu gün Azərbaycan gəncini meşşan həyat tərzi maraqlandırır.Bütün bunlara səbəb olan faktorlar isə daha böyük mövzudur.Belə olan halda gənclərimizin vətəndaş cəmiyyətinin inkişafında aktiv rolunu gözləmək olmur.Halbuki Azərbaycan gəncini təhsilli, ictimai cəhətdən fəal, dövlətin və cəmiyyətin idarə edilməsində və inkişafında yaxından iştirak edən,çox böyük hədəfləri və məqsədləri olan, enerjili və özünə güvənən gənc kimi görmək istəyərdim.

  • Həyatdan ədəbiyyata aparan yollarda…

    gunel

    Yenə kağız ,yenə qələm,
    Ürəyimdən keçənləri,
    Sətirlərə düzəcəyəm.
    Gah sevgidən, gah nifrətdən,
    Şeirimə don biçəcəyəm,
    ‘’Bəlkələrdən ‘’ümidlərdən,
    Kəlmələrim dillənəcək,
    Ağladacaq, kövrəldəcək,
    Qəlbimdə yatmış duyğular,
    Misralarda dillənəcək,
    Sətirlərə çevriləcək,
    Gileylərim, tənələrim,
    Həm sevincim, həm kədərim,
    Bax beləcə köçürəcəm,
    Ürəyimi misralara.
    Yenə kağız ,yenə qələm,
    Ürəyimdən keçənləri,
    Sətirlərə düzəcəyəm.
    Nəhayətsiz arzulardan,
    Qanad açmış xəyallardan,
    Ömrün şirin çağlarından.
    (daha&helliip;)

  • Təranə ŞƏMS.“Vaxtdan uca” və “Cavidnamə”

    ts

    Rafael Hüseynovun “VAXTDAN UCA”- əsəri uzun illər öncə işıq üzü görməsinə baxmayaraq yenə də oxucuların maraq dairəsindədir. Mən özüm də bu kitabı yaxın günlərdə gec də olsa oxudum. Bu o demək deyil ki, mənim Hüseyn Cavidin yaradıcılığından heç xəbərim yoxdur. Onu qeyd edim ki, Azər Turanın “CAViDNAMƏ” – ni Rafael Hüseynovun “VAXTDAN UCA” əsərindən əvvəl oxumuşdum. Lakin hər iki yazarın əsərinə fikir bildirməyimin əsaslı səbəbi mütaliəni sevən Cavidsevər oxucular kimi, məni də bu əsərlərə olan fikir müxtəlifliyi məcbur etdi. Bu günlərdə tanınmış araşdırmaçı-alim Azər Turanın tədqiqat əsəri, olan“CAVİDNAMƏ”ni oxuyub,mətbuat səhifələrində fikrimi bildirmişdim. Buna baxmayaraq, hər iki əsərə qarşı oxucuların fikir ayrılığını nəzərə alaraq yenidən fikrimi oxucularla bölüşmək istərdim. İlk öncə onu qeyd edim ki,”VAXTDAN UCA” əsəri “CAVİDNAMƏ” ilə müqayisədə elmi əsər deyil, sadəcə Rafael Hüseynovun Hüseyn Cavidə olan sevgisinin bəhrəsi kimi səciyyələndirilə bilər. Çünki yazılmış fikirlər müəyyən mənada tarixi faktlara əsaslanmasa da oxucunu Cavidin yaşadığı həyatın keşməkeşinə səyahət etdirir. Kitabın adına gəlincə, VAXT VƏ ZAMAN ALLAHA məxsusdur. Kitaba ön söz yazan Anar müəllim vaxt və bəxt anlamlarının bir-birini tamamladığını önə çəkir. Mən bir oxucu kimi önə çəkilən fikir haqqında belə deyərdim, Hüseyn Cavidin başına gələnlər nə vaxtdır, nə bəxtdir, sadəcə yaşadığı dövrün burulğanlı mühitidir. Onu bu burulğana sürükləyənlər onun nə qədər əlçatmaz olduğunu bilənlər idi. Bu əlçatmazlıq Hüseyn Cavidi ucaltdı. O ucalığı ilə əqidə və təffəkürünün, ilahi bəsirətinə sığınan əqli, zəkası oldu ki, ona qarşı üzü dönmüş zamanın gərdişinə tanrısına üsyan etmədən dözdü və yaşadı. Bəli, zamanın haqsız məngənəsində çabalayan Hüseyn Cavid məfkurəsinin cilalanması mümkünsüz olduğundan, zaman–zaman onun bənzərsizliyi bu günümüzə də gəlib çatdı. Hüseyn Cavid “dayanan zaman”ın nə vaxtsa onun bəxtinə sarı irəliləyəcəyini sanki əvvəldən bildiyi üçün heç mücadilə etmədən öz tanrısına sığındı. Tutduğu bu yol dözülməz olsa da, Hüseyn Cavid dözdü və düşmənlərinin gözünə dik baxdı. O, hətta bilirdi ki, onu 1937 – ci ilin burulğanına sürüklüyənlər zaman gələcək o dövr xatırlanarkən murdar xislətli insanların bu günümüzə gəlib çıxan tör – töküntüləri utanc hissi keçirəcəklər, hətta öləcəklər belə…. Yarım əsr əvvəlin saralmış qəzet səhifələrində bu iyrənc misraları oxuyub təəccüblənməmək mümkün deyil: (daha&helliip;)

  • Günel ƏJDƏRQIZI.”Şuba” (Hekayə)

    gunelxanim-225x300

    Hər zaman qış fəsli gələndə bütün dərdlərim təzələnərdi. Paltar satılan maqazinlərin yanından keçəndə manikenlərə geyindirilmiş şubaları görəndə yazıq-yazıq onları seyr edər, boynumu büküb məyyus halda oradan uzaqlaşardım. Şubalara olan marağım və sevgim bəlkə də onu almaq imkanımın olmamasından irəli gəlirdi. Bir aylıq məvacibimlə onu almaq təbii ki, qeyri mümkün idi. Ailə, oğul-uşaq qayğısı da bir yandan buna imkan vermirdi. Hətta hərdən yuxularımda da şuba görürdüm. Şubalara olan bağlılığım və həsrətimin nə vaxtsa sona çatacağını bilməzdim. Deyirlər ki, insan həyatda nəyisə arzulasa, yalnız ona sahib olduqdan sonra sakitləşir və əlçatmaz arzusu gözündə adiləşir. Mən də isə hər şey əksinə oldu. “Böyük Şuba” sevgim ona sahib olmadan bir günün içində bitib, tükəndi. Başıma gələn bir hadisə bu istəyimin üstündən xətt çəkdi.

    Bir ay bundan öncə işdən çıxıb evə qayıdarkən yaxınlıqdakı bazardan bir az alış-veriş etdim. Yağışın yağmağa başladığını görüb taksiyə minməkdən ötrü əlimi cibimə aparmaq istəyəndə yadıma düşdü ki, pulumu xərcləyib qurtarmışam. Yalnız avtobusla getmək üçün cibimdə qəpiklər qalmışdı. Avtobusa minməkdən ötrü ağır sumkaları avtobus dayanacağına daşımalı oldum. Bir xeyli getdikdən sonra gözlərim yolun o biri tərəfində dayanmış və taksiçi işləyən qonşuma sataşdı. Və qərarlaşdırdım ki, pulum olmasa da onunla evə gedər və mənzil başına çatdıqdan sonra pulunu gətirib verərəm. Yolu keçmək istəyəndə, olduqca bahalı bir maşın gəlib məndən bir az qarşı tərəfdə dayandı. Maşının qabaq oturacağında əyninə gözəl şuba geyindirilmiş kiçik məxluqu görüb bir az duruxdum. Bu yağışlı havada onun yerində olmaq istədim. Bir yandan soyuq hava, bir yandan da əlimdə daşıdığım ağır yük… Hətta ona bəxtəvərlik də oxudum. : “Nə xöşbəxtsən. Əyninə belə şuba geyinməyə nail olmusan. Mənim 40 yaşım var, hələ də ona həsrətəm. Allah kimsəni kasıb eləməsin”. Maşınla aramızdakı məsafə çox olduğundan maşında oturanın kim olduğunu aydın görə bilmirdim. Onun şubası məni valeh eləmişdi. Bu an qonşum məni uzaqdan görüb maşına gəlməyim üçün əlini yellədi. Tıxac olduğundan maşınlar həmişəki kimi bir-birinin ardınca düzülmüşdü. Onların arasından keçərək taksiyə tərəf gedəndə həmin bahalı maşının yanından keçdim. Taksiyə minməzdən əvvəl son dəfə maşında oturanın şubasına baxmaq istədim. Gördüklərimin qarşısında sanki ayaqlarım tutuldu. Bilmədim güləm, ya ağlayam. Mənimçün əlçatmaz olan şubalar bir anın içində gözümdə adiləşdi. Sən demə bayaqdan bəri mənim qibtə edib bəxtəvərlik oxuduğum məxluq insan deyil, əyninə şuba geyindirilmiş meymun balasıymış.

  • Yalçın YÜCEL.”ÇAYIMDA İÇTİĞİM”

    175054_178868168822977_4360000_o

    Seni içiyorum çayımda yudum yudum
    Yağmurlar düşüyor dallarıma
    Serin, nemli Karadeniz havasıyla
    Dudaklarım ıslak
    Seninle koşuyorum ellerimde bulutlar
    Biraz daha uzansam dağları aşacak ayaklarım
    Kin büyütecek bu kez göğün içi
    Seninle olduğumda neler oluyor böyle
    Duygularım fırtınalı bir deniz gibi
    Sanki bir korsan gibi girmişsin güverteme
    Oysa sevmenin tam da ortasındaydım
    Çoğaldıkça çoğalıyordum içimde
    Ne yaparım bilmem ki bu kadar senle
    Oyuncağı elinden alınmış çocuk gibiyim
    Yüreğimin cebinde ellerim
    Bakışlarım gözlerinden sarkıyor şimdi
    İçtiğim sendin, çayım tükenmek üzere artık
    Birazdan görecekler yanı başımda sen
    Bilmem ki ne diyecekler
    Bir sessizlik mi dökülecek bardağıma.

  • Yalçın YÜCEL.”EVDEKİ SESSİZLİK”

    175054_178868168822977_4360000_o

    Avlusu gül
    Odalarına sinmiş tüm anılar
    Çürümüş tavan arası
    Geceyi sarkıtmış gibi içinden
    Sönüp kalmış sanki birkaç ışık da
    Mum yanıkları hemen masa üstünde
    Tek sahibi sessizlik artık
    Belki de
    Kapalı dolaplarında
    Sözcükler var
    Şimdilik suskun duran
    Ara sıra
    Bir kedi miyavlaması bahçeden
    Ve ötesinde
    Tedirgince duran duvarlar
    Konuşmak isteyenler var
    Gölgelerinde belki de tavanın
    Avlusu gül
    Kapısında bir konuk, şimdilik
    Yıllar sonra çıkıp gelmiş buralara belli
    Kim bilir, neler yaşadı ki burada?
    Gözlerinde birkaç damla hüzün
    Tekrar gidecek elbet, kalmayacak sanki
    Sessizlik evin asıl sahibi.

  • Harika UFUK.”Adanmış hayat”

    307114_10150226571147998_8263005_n

    Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temssilcisi

    Sunakta tanrılara bahşedilen
    Canlının katledilişi gibi
    Adanmış!
    Uçuk bir akşamüstü
    Yavaş yavaş sepeleyen kar karanlığında
    Ayakların altından kayan yol
    Bıkmış yıllardır yerlere serilmekten.
    Silkelenir ezilmişliğinden
    Yürür üstüne tanrıların!
    Ay ufalanır,
    Dökülür harabelere…
    Yıldızlar, toplanırken gecenin eteğinde
    Uykusuz gözlerden akar saman yolu
    Şaşkın nehirlere öncü
    Yol olur.
    Acılar bilenir,
    Çarpa çarpa taşlara…
    Adanmış hayat,
    En uysal haliyle
    Sunakta katledilmeyi bekler.
    Yırtılır, tanrıların yüzleri birer birer!
    Kılıçla ikiye bölününce dünya
    Adanmış hayatlar çıkar ortaya!
    Özgürdür artık;
    İkiye bölünmüş olsa da…

    Adana.24.02.2007
    SAAT:20.00

  • Şəfa VƏLİYEVA.”Bibi” də oldum… çoxdan…”

    sv

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Fərqli deyil payızım…
    Ötən ilkidi elə…
    Arzularda şən “qızım”,
    “Oğlum” döyükür hələ…

    “Nənə” deyənim də var…
    Qulaq batırır səsi…
    “Xala” sözü axtarır
    Zakirin zümzüməsi…

    “Bibi” də oldum… çoxdan…
    “Xanımlığım” bir ayrı…
    …Hər şey gözəl həyatda…
    Yoxluğundan savayı…

  • Ülviyyə VAHİD.”Payız”

    10308061_1487703808112940_8055053123496195175_n

    Bu fəsil nə qədər fərqlidir belə,
    Cox incə duyğular yaşadır bizə.
    Könül sirdaşımız olsa da belə,
    Bu payız kövrəklik gətirir,mənə..

    Hər rüzgar qəfil bir qonaq kimidir,
    Hər yapraq atılmış uşaq kimidir,
    Hər yağış ağlayan sirdaş kimidir,
    Bu payız kövrəklik gətirir,mənə.

    Günəşə həsrətdir yaşıl meşələr,
    Cicəksiz qalıbdır,solğun dərələr,
    Cırpılır sahilə coşğun ləpələr,
    Bu payız kövrəklik gətirir,mənə.

    Buludların gözü dolubdu yenə,
    Qürurdan ağlamır,bəlkə də hələ.
    Duyğular payizla eynidir deyə,
    Bu payız kövrəklik gətirir,mənə.
    Bu payız, kövrəklik gətitir mənə..

  • Rəhim MEHNƏT.Yeni şeirlər

    rm

    EVİM, EŞİYİM OI

    Qoyma məni evsiz qalım,
    Həsrətə, hicrana dalım,
    Ay gözəlim, qadan alım,
    Sən gəl evim-eşiyim ol.

    İzin olum yollarında,
    Mənə gəlsin yolların da.
    Ömür boyu qollarında,
    Mən uyuyum, beşıyım ol.

    Saxla məni ürəyində,
    Mənlə vursun ürəyin də.
    Yaşadıqca ürəyimdə,
    Həm daxilim, eşiyim ol. (daha&helliip;)

  • Mayisə ƏSƏDULLAQIZI.Yeni şeirlər

    1533150_672733326111760_899121006_n

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru

    Bəlkə payız axşamı…

    Bəlkə, payız axşamı,
    Ruhumu oxşayasan,
    Sınsın həsrətin əli.
    Yenə də söyləyəsən,
    “Ey gözəllər gözəli”
    Bəlkə payız axşamı,
    Qadasını aldığım,
    Bakı bağlarındaca,
    Könlümü oxşayasan…
    Baxasan varaq-varaq,
    Qumaş qumlu sahildə, (daha&helliip;)

  • Əsli Dilbazinin “Sevən ürəklərin parçaları” kitabının təqdimatı olub

    000

    1111

    Oktyabrın 17-də Nizami Kino Mərkəzində istedadlı gənc şair Əsli Dilbazinin “Sevən ürəklərin parçaları” adlı rus dilində ilk şeirlər məcmuəsinin təqdimatı keçirilib.
    Tədbirdə Xalq Artisti Lyudmila Duxovnaya və aktyor Oleq Əmirbəyov şairin şeirlərini söyləyiblər.
    Sonda gecənin qonaqlarına “Sevən ürəklərin parçaları” toplusu təqdim edilib.
    Tədbirdə mədəniyyət və incəsənət xadimləri, şairin pərəstişkarları və KİV nümayəndələri iştirak ediblər.
    Qeyd edək ki, Əsli Dilbazi məşhur Dilbazilər nəslindəndir. O, Azərbaycan Dövlət İqtisad Universitetini əla qiymətlərlə başa vurub. Ə.Dilbazi poeziya ilə erkən yaşlarından məşğul olur. Onun şeirləri “Ədəbiyyat dünyası” qəzetində dərc edilib, Rusiyanın “Skifiya” nəşriyyatının “Antologiya jivoy literaturı” toplusuna daxil edilib.

    Aliyə Əsədova,
    AYB üzvü, Prezident təqaüdçüsü

  • Müəllimə məktublar!

    ex

    « Mən Məktəbə gələrkən çox həyacanlı idim.Səbirsizliklə müəlliməmi görmək istəyirdim.Müəlliməmi görərkən sevindimki belə gözəl müəlliməm var. Sinif yoldaşlarımı görərkən həyəcanlanırdım.Sonra onlarla dost oldum.”
    “Mən sizin sinifə gələndə sevindim.Ona görədə sizin sinfdə qaldım.Çox sağolun müəllimə.Siz olmasa idiniz biz şagirdlər savadsız qalardıq.Oxuya bilməz,yazı yaza bilməzdik.”
    Şair həyatda yaxşı nə varsa götürür və öz əsərinə daxil edir.Ona görədə onun əsəri gözəl ,həyatı isə çirkin olur.( L.N.Tolstoy)
    5 oktyabr” Müəllimlər günü”münasibəti ilə bütün şagirdlərim tərəfindən yazılan məktublardan tək ikisini yazdım.Hər birisinin məktubu bundanda artıq ürək dolu sözlərdən ibarətdir.Həyəcanlı yazılarla buraxılan səhvləri gözlərim inanınki sevincdən bir o qədərdə görməyirdi.Çünki artıq ürəklərindən keçənləri onların gözlərindən oxumusdum.
    Maraqlar fərqlidir,istəklər fərqlidir.Valideyinlər var ki insanın əziyyətini bir çırpıda yerə sərir.Valideyin varki əvvəldən bir çox anlaşılmazlıq olsada sonra getdikcə ona güvənməyi öyrənirsən. Hər kollektiv də olduğu kimi müəllim kollektivi ilə də işləmək çox çətindir.Deyərdim ki bir az da artıq çətindir.Çünki bu çox şərəfli peşədə öyrədən sən olduğun halda qəribə insanlarla qarşılaşırsan.Sənə ağıl vermək istəyənlər,adına ləkə vurmaq istəyənlər,milyonları qarşına sərmiş kimi etdikləri təbrikləri başa qalxanlarda heç də az deyil.Yəqin tek yeganə peşədir ki can qoyub yol öyrətdiyin şagirdlərinin səni sevməsini, görməməzlikdən gələn və öz mənafeyinə yaraşan hərəkət edənlərdə yəqin bu peşədə can qoyub qurbana çevrilənlərdir.
    Cəmiyyət istəksiz bir şey etməz.Biz çox güclü xalqıq.O qədər azadıq ki heç kimi heç kim heçnəyə məcbur edə bilməz. Ancaq bəzən sadə müəlliməni mürəkkəbə çevirib öz peşəsinə nifrət etdirmək həddinə gətirənlərdə olur.Nə yaxşıki yaxşı insanlarda var.Bu yolun keşməkeşindən keçib sənə səbrli olmağı xatırladan, yanında güclü olduğunu hiss elətdirənlər də var.Zaman o qədər qısadırki istədiyimiz kimi yaşamaq üçün ömrümüz deyərdim ki çox azdır.Gəlin o zamanı yaxşı dəyərləndirək.Dünya malı üçün bir –birimizə quyu qazmayaq.Ləyaqətimizi parçalamayaq.Dalaşanda elə sözlər barı sərf edəkki barışmağa üzümüz olsun.Qəlbimin qırıldığı çox insanlar var.Mən peşəmi o qədər sevirəm ki heç kim bu sevdamdan əl çəkdirə bilməz.Bir müəllimə kimi inanıram ki ,vəfasız dost kölgə kimidir.İşıqlı gündə səni izlər,buludlu gündə gözdən itər.
    Fikir müxtəli ola bilər,lakin həqiqət birdir.Həqiqətdən qaçmayın.İnsan kimi insan olun ! Onu da deyimki acı dil bal satandan,şirindil bibər satandan yaxşıdı

  • Müzəffər MƏZAHİM.Yeni şeirlər

    mm

    YOZ YUXUMU

    Yuxu yozan yoz yuxumu tərsinə,
    Buludları qara gördüm, qara mən.
    Geckmişdim Dədə Qorqud dərsinə,
    Dörd tərəfdən çəkilirdim dara mən.

    Qoç Koroğlu dəyirmanda yatırdı,
    Keçəl Həmzə dəliləri satırdı.
    Harayımdan qulaqlarım batırdı,
    Heç bilmirəm necə gəldim bura mən.

    Ayaqlarım bənd olmuşdu cələdə,
    Mənzilimə çatammıdım hələ də,
    Sanırdım ki, bu yollara bələdəm,
    Bilmirdim ki, hara gedim, hara mən.

    Bir çay gördüm sularında qəzəb, kin,
    Sahillərdə sakinləri didərgin,
    Sal körpüsü qollarıydı Babəkin,
    Ha çalışdım keçəmmədim ora mən.

    Alma qaldı oğru divin əlində,
    Düşəmmədim qara qoçun belindən,
    Bu torpağın dərib şehli gülündən,
    Öz əlimlə uzadırdım xara mən.

    Özüm verdim dərd əlinə yaxamı,
    Nişan aldım, daşa vurdum oxumu,
    Yuxu yozan, tərsinə yoz yuxumu.
    Gəzdirirəm sinəm üstə yara mən.

    DEYƏM GƏRƏK

    Əlimdədir əsrlərin cilovu,
    Boz ayğırlı Bamsı Beyrək mənəm, mən
    Öz qalam var, öz bərəm var, öz ovum,
    Dağda-düzdə əsən külək mənəm, mən.

    Özgə yerdə gəzməmişəm izimi,
    Yad payına dikməmişəm gözümü,
    Bu torpağa sürtə-sürtə üzümü,
    Sığal çəkən kövrək-kövrək mənəm, mən.

    Vətən dərdi Vətənləşdi sinəmdə,
    Vətən eşqi bir atəşdir sinəmdə,
    Alov düşdü, saflıq bişdi sinəmdə.
    Süfrəsi bol halal çörək mənəm, mən.

    Savlanın gədiyindən keçmişəm,
    Çeşmələrin bəbəyindən içmişəm,
    Yollar çoxdur, dönməzliyi seçmişəm,
    Zirvələrdə açan çiçək mənəm, mən.

    Tarix özü yollarımı azdırıb,
    Hələ öndə vüsal adlı yaz durub,
    Taleyimi öz alnıma yazdırıb,
    Var səsimlə deyəm gərək “Mənəm, mən”.

  • Aqil SABİROĞLU.Yeni şeirlər

    asm

    ÖZÜM BİLİRƏM

    Göndərmə üstümə hər iti,qurdu,
    De görüm neylədi xalqı soyanlar?
    Əslində millətə bir yara vurdu,
    Milləti heyvandan alçaq sayanlar.

    Bu qədər həyasız,abırsız olma,
    Sənin çağırışın əbəsdir,əbəs!
    Boş yerə çığırıb saçını yolma,
    Çörəyi burnuna yeməyir heç kəs!

    Biri məvacibi azaldın deyir,
    İstəmir bu millət çıxsın ağ günə?
    Kasıb canı çıxsın doğmasın deyir,
    Çətində qaçırlar kasıb üstünə!

    Partiya şərt deyil,əqidə yoxsa,
    Baxıb oyununa bəzən gülürəm.
    Qutudan ilan da,çayan da çıxsa,
    Kimə səs verəcəm,özüm bilirəm!

    DAHA İNCİTMƏYƏK…

    Yamanca dolmuşam…

    İki yol ayrıcı düşüb qalmışam;
    Birində balığam,birində durna.
    Suya düşərəmsə qopar fırtına,
    Nəhəng balıqlara yem ola billəm.
    Qanad açaramsa havada,o an,
    Ovçu tərəfindən vurula billəm.
    Bir daşa dönmüşəm bu yolun üstə,
    Nə üzə bilirəm,nə də ki süzə.
    Bəlkə elə birda…
    Bax,elə burada gələk üz-üzə?!.
    Daha incitməyək pak ruhumuzu,
    Sındıraq bu yersiz qürurumuzu!

  • Şəfa VƏLİYEVA.”Hər ötən gündən küsürəm”

    sv

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Sevda-sevda yaşıllandım…
    Həsrət-həsrət çiçək açdım…
    Görüş-görüş nağıllandım…
    Vida-vida pərvazlandım…

    Görürsənmi, sən olmasan
    Həyatda qalmaq “alınır”?!
    Hər ötən gündən küsürəm,
    Adı “yaşamaq” alınır…

  • Kemale Adnani.”Haydi birlik olalım!!!”

    1609891_266895070142791_1991942379_n

    Hep aşkı, hep ‪#‎SevgiyiYazalımKonuşalım‬
    Dost ve kardeş olalım, el-ele tutuşalım.
    Allah’ı sevenleri ayıramaz reng’ ırk, dil!..
    Düşmanımız küfürdür, her hangi millet değil!
    Nefret yüzünden göğe kalkmış hayır, bereket…
    İzliyor birbirini bunca acı, felaket.
    Zulüm arşa dayanmış her yan fitne, kan, zeval;
    Lakayit kalan her kes taşıyor büyük vebal!
    Yeter daha ne kadar ezilmeli mazlumlar?!..
    İslam Birliği ile küfür yerle bir olar!
    Hepsi birer mucize gerçekleşen her olay,
    Elçiye uyanıların kurtuluşu çok kolay.
    Tek rehperimiz Kur’ân, tek caremiz sevgidir.
    Sevgi sevgili Rabbim için güzel övgüdür.
    Allah asıl gerçeyi gözler önüne serir;
    Birlik olursak eğer dünyaya huzur verir.
    Sevgi ile huzuru, mutluluğu bulalım;
    Haydi birlik olalım, haydi birlik olalım!!!..

  • Yeni Quran Möcüzəsi tapıldı

    en

    Habl (Hubble) Kosmos Teleskopu

    …göyə bir vasitə uzatsın, sonra kəssin və baxsın…..(Həcc surəsi, 15)

    Bildiyimiz kimi, Quranın insanları düzgün yola dəvət edici xüsusiyyətindən əlavə, bir də Quranın gələcəyə aid verdiyi xəbərləri mövcuddur. Quran ayələrində qeyd olunan, yəni Quran nazil olarkən, vəhy ilə peyğəmbərimiz (s.ə.v) -in zamanında baş vermiş, gələcəkdən xəbər verən və reallaşmış bir çox hadisələr var.
    Məslən Bizansın qələbəsi: Bizansın qələbəsi ilə bağlı ayə, xristian rumların bütpərəst iranlılara çox ağır şəkildə məğlub olmasından təxminən 7 il sonra – eramızın 620-ci ilində göndərilmişdi. Ayələrdə Bizansın çox yaxın vaxtlarda qalib gələcəyi xəbər verilirdi. Halbuki, həmin vaxt Bizans o qədər itki vermişdi ki, onun yenidən qalib gəlməsi hələ bir tərəfə dursun, özünün ayaq üstə qalması imkan xaricində olan məsələ kimi görünürdü. Sasanilər bizanslıları 613-cü ildə Antakyada məğlub edərək qələbələrini Şam, Kilikiya, Tarsus və Qüdsü də işğal etməklə davam etdirmişlər. Xüsusilə 614-cü ildə Qüdsün itirilməsi, Müqəddəs Məzar Kilsəsinin xaraba qoyulması və xristianlığın simvolu olan «Həqiqi xaç»ın sasanilər tərəfindən ələ keçirilməsi bizanslılara ağır zərbə olmuşdu.
    Qısası, hamı Bizansın yox olmasını gözləyirdi. Lakin bu dövrdə “Rum” surəsinin ilk ayələri vəhy edildi və Bizansın uzağı 9 il ərzində iranlılara təkrarən qalib gələcəyi xəbər verildi. Bu qalibiyyət o qədər uzaq, o qədər qeyri-mümkün görünürdü ki, ərəb müşrikləri də Quranda xəbər verilən bu zəfərin heç vaxt baş verməyəcəyini fikirləşirdilər.
    Ancaq Quranın bütün xəbərləri kimi bu da, şübhəsiz ki, baş verdi. (Məkkənin fəthi də buna misal ola bilər.)

    Bir daha tarixə və Quranda gələcəyə aid xəbər verilən məlumatlara nəzər yetirsək, görərik ki, Hz. Məhəmməd (s.ə.v) -in vəfatından sonra da bir cox hadisələr baş vermişdir. Məsələn İsrail oğullarının təkəbbürlü yüksəlişi, parçalanıb dünyanın müxtəlif yerlərinə dağılmaları və yenidən İsrail dövlətini qura bilmələri. Bunların olacağı əvvəlcədən Quranda bildirilmişdir. İsrail oğulları hz. Yəhyanı öldürdükləri və hz. İsanı öldürmək üçün tələ qurduqları dövrdə, yəni təkəbbürlü yüksəlişlərindən və fitnə-fəsadlarından sonra bizim eranın 70-ci ilində romalılar tərəfindən Qüdsdən sürgün edilmişdilər və bütün dünyaya yayılmışdılar. Peyğəmbərimizə (s.ə.v.) ayə vəhy ediləndə də yəhudilər müxtəlif ölkələrdə dağınıq yaşayırdılar və onların heç bir dövləti yox idi. Ancaq Allah ayələrdə İsrail oğullarına təkrarən güc verəcəyini xəbər vermişdir.

    Bir də elmi-texniki inkişaf nəticəsində, Quranın elmi möcüzələri başlığı altında, saysız Quran möcüzələri zamanımıza xas olaraq, Allah tərəfindən inananların əli ilə kəşf etdirilmişdir. Bunlardan biri də, yeni bilinən yuxarıdakı Hubble cihazından söhbət gedən ayədir. Əlbəttə ən doğrusunu Allah bilir. Amma Quranın bu yönündən də istifadə etmək, müsəlmanlar üçün bir lütufdur, çünki bunlar iman həqiqətlərindəndir. Məsələn, bu ayədə göyə bir vasitə uzadın deyilir. Kosmosa Hubble cihazından başqa bir çox cihazlar göndərilib. Amma bu cihaza işarə edilməsi, onun xüsusi funksiyasına görədir. Cihazın özəlliyi çəkilən şəkillərin kəsilib bir araya gətirilərək, sonradan baxılmasıdır. Alınan rəsimlər kəsilir, sonra bir araya gətirilir və tam bir rəsim halında baxılır.

    Məlumdur ki, Quranın əsas vəzifəsi insanları Allahın yoluna dəvət etməkdir və elm, digər möcüzələr buna bir vasitədir. Amma çağırışı qebul etməyənlər daim olmuşdur. Həcc surəsi, 15-ci ayəni tam şəkildə yazsaq görərik ki, bu ayə elmi dəlilləri görən, amma yenə də inkarçı yolu seçən insanlara xitab olunur. Ayə bütövlükdə belədir.

    “Kim, Allahın ona, dünyada və axirətdə qəti olaraq kömək etməyəcəyini zənn edirsə, göyə bir vasitə uzatsın, sonra kəssin və baxsın, qurduğu nizam, onun hirsini azalda biləcəkmi?” (Həcc surəsi, 15)

    İnkarçılıq nə deməkdir?

    İnkarçılıq – Allah yoxdur, müstəqil iradəyə sahibik, köməkçi, yardımçı qüvvə insanın özüdür özünə, axirət də yoxdur, ona görə də sorğu-suala ehtiyyac yoxdur, bu səbəblə də, (Allahı tənzih edirik) Yaradıcı bir gücə ehtiyyacımız yoxdur deyə inanan bir inanc formasıdır. Bu inancı təsdiq etmək üçün də, dünyada bir sistem yaradıldı. Materyalizm, Darvinizm. Bu inanc həm də qədim paqan inancıdır. Bu inanc elmlə aidiyyatı olmayan batil dindir.

    Darvinistlər kainatın yaradılmadığına, sonsuz əvvəl və sonsuz davam edərək var olduğuna inanmaq istəyirlər. Yəni materiyaya güc veririlər, paqanizmdə də bu belədir (Kainatın özünün yaranma gücünə sahib olması inancı).
    Amma bu yanlış və yalana söykənən nəzəriyyələri elmi faktlar alt-üst edir. Big Bang nəzəriyyəsi qətiliyi sübut edilmiş elmi məlumatdır. Big Bang dünynanın ani bir partlayışla yoxdan yaradıldığını sübut edir. Hubble cihazı ilə də çəkilən şəkillər də, bir daha Big Bangi təsdiq edici görüntülərə sahibdir.

    Ayədə qeyd edilir, Allahı və axirəti inkar edənlər, göyə yenə vasitə göndərsinlər, baxsınlar, hər dəfəsində qurduqları nizamın səmimiyyətsizliyini, yalanını ortaya çıxardacaq bilgiləriı gördükcə, boş bir düşüncəni inadcasına qorumaq istəyən insanların, hirsləri aza biləcəkmi?!

    Qurulan bu yalan sistem hər keçən gün insanlar tərəfindən daha da bilinir. Və nəzəriyyələrini ayaqda saxlaya bilmək üçün, bu insanlar öz dırnaq arası elmlərinə sübut axtarışında olurlar. Amma bir dənə belə dəlilləri yoxdur. Elm tamamilə əksini deyir. Dəlil adıyla irəli sürdükləri məlumatların qurması ortaya çıxdıqca isə, aciziyyətləri və hirsləri daha da artır. Allahın yaratdığı, Onun qanunlarının işlədiyi bir sistemdə var olmayan yalanın sübutunu axtarmaq kimi böyük bir cəhalət ola bilməz.

    Elm adamı olan Rocer Bekon-nun da dediyi kimi “Əslində elm insanların inancı qəbul etmələrini təmin edən böyük üstünlüyə malikdir.” “Gələcəkdə, indi və keçmişdə şahid olacağımız kimi elm inananlar üçün faydalıdır.”

    “Həqiqətən, Biz onlara elmlə müfəssəl izah etdiyimiz, inanan bir qövm üçün hidayət və mərhəmət olan bir kitab (Quran) gətirdik. (Əraf surəsi, 7) – Biz onlara yaradılışı elmlə müfəssəl izah etdiyimiz, öyüdlərimizlə də inananlar üçün hidayət və mərhəmət olan Quranı nazil etdik deyə buyrulur ayədə. Yaradılış elmlə hər sahədən mükəmməl izah olunub. İstər zülallardan tutmuş, DNT-lərə qədər, istər kainatdakı incə hesablamalarla var edilmiş sistemlərə qədər. Və Yaradıcı ilahımızın öyüdləri ilə də dünyada ən gözəl sosial həyat qurula bilər, çünki fərd olaraq da ən gözəl əxlaq sayəsində, Cənnət kimi həyat yaşana bilər. Çünki mərhəmət və hidayətin yeganə ünvanı Qurandır.
    (p.s-Necə ki, Yaradılışı ört-basdır etmək istəyən insanlar var, eləcə də xurafatlarla İslamı çətin din kimi göstərmək istəyənlər var.)

    Təsadüf ola bilməz. çünki;
    – Tək bir zülalın meydana gəlməsi üçün DNT lazımdır
    – Zülal olmadan DNT əmələ gələ bilməz
    – DNT olmadan zülal əmələ gələ bilməz
    – Zülal olmadan zülal əmələ gələ bilməz
    – Tək bir zülalın meydana gəlməsi üçün 60 müxtəlif zülal lazımdır
    – Bu zülalların bir dənəsi belə yoxdursa, zülal var ola bilməz
    – Ribosom olmadan zülal əmələ gəlməz
    – RNT olmadan da zülal əmələ gəlməz
    – ATP olmadan zülal əmələ gəlməz
    – ATP-yi yaradacaq mitoxondri olmadan da zülal meydana gəlməz.
    – Hüceyrə nüvəsi olmadan zülal əmələ gəlməz
    – Sitoplazma olmadan da zülal meydana gəlməz
    – Hüceyrədəki orqanoidlərdən bir dənəsi əskik olsa zülal əmələ gələ bilməz
    – Hüceyrədəki bütün orqanoidlərin var olması və çalışması üçün də zülallar lazımlıdır

    Kainatla bağlı hər kəsin bildiyi bir məlumatı qeyd edə bilərik ki, Ulu Yaradan Kainatı elə zərgər dəqiqliyi ilə yaradıb ki, hətta cüzi bir dəyişiklik bütün Kainatın məhvinə gətirib çıxarar. Hesablamalar göstərir ki, əgər Yerdən Günəşə qədər olan məsafə cəmi 5 faiz kiçik olsaydı, onda təqribən 4 milyard il bundan qabaq Yer kürəsində hər şey yanıb məhv olardı. Digər tərəfdən həmin məsafə cəmi 1 faiz böyük olsaydı, onda təqribən 2 milyard il bundan qabaq Yer kürəsi tamamilə donardı.

    Elm inanc üçün faydalıdır. Allahın elmi, yaratma gücü, sahib olduğu bənzərsiz qüdrəti, bunları dərk edəcək ağıla sahib edir, insanların inanclarını kamilləşdirir.

    __________________________________________________
    Araşdırmağınız və oxumağınız üçün tövsiyyə etdiyimiz saytlar
    Bu mövzuyla bağlı dəqiq və daha ətraflı məlumatları bilmək üçün.
    1. Quranın gələcəyə dair verdiyi xəbərlər
    2. Quranın keçmişdə reallaşan gələcək xəbərləri
    3. Quranın elmi möcüzələri – www.quranmocuzeleri.org

    4. Quran elmə yol götərir. www.quranelmeyolgosterir.com
    Bu saytda dahi alimlərin kəşfləri və həyat yaradıcılıqları ilə bağlı məlumatlar və inanclı şəxsiyyətlər kimi söylədikləri düşüncələri mövcuddur.
    5. Elmi mövzular. – http://www.elmimovzular.com/cat-8-astronomiya
    Bu saytda Big Bangla bağlı məlumatları oxuya bilərsiniz.

    Esmira Nizami qızı

  • Sumqayıt Kimya sənayesi – 70

    2

    5

    6

    08

    8-Almaniya 11.

    13

    Azərbaycan sənayesinin ilk elmlər doktoru

    “Bu çox nadir haldır ki, Əbülfəz Babayev kimi istedadlı bir elm adamı zavodda qalıb işləyir və elmi axtarışlarını elə orada uğurla davam etdirir. Bilavasitə istehsalatda çalışaraq, elmi nəzəriyyə ilə, həm də konkret praktik əhəmiyyəti olan nəzəriyyə ilə məşğul olmağa hər adam qadir deyil. Babayevin bu sahədə unikallığını həm də o fakt sübut edir ki, o, Azərbaycan sənayesinin (elminin yox, məhz sənayesinin!) yetişdirdiyi ilk elmlər doktorudur.
    Onun monoqrafiyası dərin elmi əsaslar üzərində qurulmuş, eyni zamanda konkret praktik işə, istehsalata xidmət edən fundamental, olduqca dəyərli bir əsərdir. Əbülfəz Babayev elmi fikirlə istehsalatın effektiv vəhdətinə nail olmağı bacaran nadir bir fenomendir. Belə bir istehsalatçı alimi, öz işinin professoru olan bir adamı layiqincə qiymətləndirmək lazımdır”.
    Dzantemir TMENOV,
    Ukraynanın əməkdar elm xadimi,
    kimya elmləri doktoru, professor.
    1991-ci il.

    Ə.Babayevin kimyaçı bioqrafiyasının mühüm məqamları

    1972-ci ildə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunu kimyaçı mühəndis-texnoloq ixtisası üzrə bitirdikdən sonra təyinatla Sumqayıt Sintetik Kauçuk zavodunda işə başlayan Əbülfəz Babayev ilk gündən özünün kimya istehsalatına böyük marağı, elmi axtarışlara olan meyli ilə nəzər-diqqəti cəlb etmişdi.
    Artıq 1975-ci ildə – müəssisədə işə başlamasının üçüncü ilində o, gənc mühəndis-kimyaçı kimi özünün 15-dən artıq səmərələşdirmə təklifinin istehsalata tətbiqinə nail olmuş və “Azərbaycanın ən yaxşı gənc səmərələşdiricisi” adına layiq görülmüşdü. Elə həmin il o, Kazan şəhərində keçirilən, polimer materialların istismar xassələrinə həsr edilmiş Ümumittifaq elmi-praktik seminarına dəvət edilmişdi. SSRİ-nin görkəmli kimyaçı alimlərinin də iştirak etdiyi tədbirdə gənc kimyaçı kimi Əbülfəz Babayevə də söz verilmişdi. Onun modifikasiya edilmiş butil-kauçukun əsasında alınan rezinlərin vulkanlaşdırılması ilə bağlı məruzəsi seminar iştirakçıları tərəfindən yüksək qiymətləndirilmişdi. Elmi axtarışlara olan marağı ilə o, müəssisənin gənclərini də elmi-texniki axtarışlara cəlb etmək məqsədilə respublikada ilk dəfə olaraq zavodun gənc mütəxəssislərindən ibarət “elmi-tədqiqat qrupu” da yaratmışdı.
    Təsadüfi deyil ki, onun bütün sonrakı mühəndis-texnoloq fəaliyyəti istehsalatın texniki yeniliklər, elmi əsaslar üzərində qurulması və daim təkmilləşdirilməsi ilə bağlı olmuşdur. 30 ilə yaxın Sintetik Kauçuk zavodunda çalışan, SSRİ-nin neft-kimya sənayesində ən gənc baş mühəndis olan Ə.Babayev bu vəzifədə 19 il səmərəli fəaliyyət göstərmiş, sonrakı illərdə (2001-2005) Etilen-polietilen zavoduna rəhbərlik etmişdir.
    Diqqətəlayiqdir ki, Əbülfəz Babayev bilavasitə istehsalatın ehtiyaclarından irəli gələn elmi axtarışlar aparmaqla özünün həm namizədlik, həm də doktorluq dissertasiyasını bilavasitə zavod şəraitində, istehsalatdan ayrılmadan hazırlayıb müdafiə edən ilk azərbaycanlı kimyaçı alim, yalnız kimya sənayesinin deyil, bütövlükdə Azərbaycan sənayesinin ilk elmlər doktorudur.
    Özünün çoxsaylı, həm də qiymətli elmi axtarışları və nailiyyətləri sayəsində Beynəlxalq Mühəndislik Akademiyasının və Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, texnika elmləri doktoru, professor kimi yüksək elmi titul və dərəcələr qazanmış Əbülfəz Babayevi nəinki MDB ölkələrində, hətta bir çox xarici ölkələrdə istehsalatçı-alim kimi tanıdan, nüfuzunu daha da artıran, onun bir çox sovet alimlərinin, hətta elmi-tədqiqat institutunun nail ola bilmədikləri yeni texnologiyalar işləyib-hazırlaması, yüksək elmi-texniki nailiyyətləri olmuşdur. Təsadüfi deyil ki, əldə etdiyi çoxsaylı uğurlara görə Ə.Babayev iki dəfə Beynəlxalq Mühəndislik Akademiyasının Qızıl medalına layiq görülmüşdür.
    Əbülfəz Babayevin sayəsində SSRİ miqyasında ilk dəfə olaraq nitril latekslərinin istehsalının fasiləsiz texnologiya üzrə alınmasına, dinyada ilk dəfə olaraq ən yüksək təmizliyə malik (99,99 faiz! Onun istehsal olunduğu digər 4 ölkədə bu mühüm göstərici 99,9-dan çox deyil) mütləq izopropil spirtinin istehsalına Azərbaycanda nail olunmuşdur. Məhz həmin kimyəvi məhsul müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq dünya bazarına çıxarılmış və respublikanın ağır iqtisadi dövründə yüz minlərlə dollar gəlir gətirmişdir.
    Ölkəmizin iqtisadiyyatının inkişafında mühüm yer tutan neft-kimya kompleksinin xammal mənbəyi olan “EP-300” qurğusunun tikintisi bilavasitə Əbülfəz Babayevin iştirakı ilə, texnologiyasının mənimsənilməsi isə onun elmi-texniki rəhbərliyi ilə aparılmışdır. Məhz onun sayəsində mütləq təmizliyə malik izopropil spirti, izopropil efiri ilə yanaşı stirol monomeri, müxtəlif latekslərin alınma texnologiyası müvəffəqiyyətlə istehsalata tətbiq olunmuş, bir çox kimyəvi məhsulun keyfiyyəti beynəlxalq standartlar səviyyəsinə çatdırılmış və onlar dünya bazarına çıxarılmışdır. Bütün bunların nəticəsi olaraq Sumqayıtda yüzlərlə iş yeri qorunub-saxlanmışdır.
    Həmin dövrdə Ə.Babayevin tədqiqatlarının əsas istiqaməti məhz “EP-300” kompleksinin səmərəliliyini artırmaq məqsədilə qurğuda alınan bütün məhsulları istehlak tələbləri səviyyəsinə çatdırmaq olmuşdur. Bunun üçün o, təmiz benzolu ayırmadan alkilləşmə prosesi apararaq, etilbenzolun (stirol üçün xammal) alınması texnologiyasını işləyib-hazırlamış və onların istifadəsiz qalmış avadanlıqlarda istehsalını həyata keçirmişdir. İstehsalatçı alim kimi o, ”Sintezkauçuk” zavodunda Azərbaycanda ilk dəfə olaraq aktiv katalizator kompleksinin istehsalına da nail olmuşdur ki, bu da yeni bir elmi uğur olmaqla yanaşı iqtisadiyyatımız üçün də xüsusi əhəmiyyət kəsb etmişdir.
    Ə.Babayev Azərbaycandan olan yeganə tədqiqatçı-alimdir ki, Moskva və Leninqrad alimlərinin bilavasitə müraciəti üzrə onun istehsalat şəraitində qısa bir vaxtda işləyib-hazırladığı kimyəvi maddədən əsrin faciəsi olan Çernobıl qəzasının radiasiya zonasına qoruyucu “örtük” çəkilməsində istifadə olunmuşdur.

    Ə.Babayev nazirliyi necə təəccübləndirdi?
    …Azərbaycanın dahi rəhbəri, Ulu öndər Heydər Əliyevin ölkənin neft-kimya sənayesinin yenidən qurulması proqramı çərçivəsində ötən əsrin 70-ci illərinin sonlarında layihələndirilməsinə başlanılmış “EP-300” kompleksinin tikintisi aparılarkən SSRİ Neft-Kimya Sənayesi nazirinin müavini Leonti Karpenko Sumqayıta gəlmişdi. Tikintinin gedişinin qrafikdən müəyyən qədər geri qalması onda qurğu işə salındıqdan sonra yeni texnologiyanın mənimsənilməsi prosesinin də xeyli uzanacağı qənaətini yaratmışdı. Lakin 1987-ci il dekabrın 31-də tikinti başa çatıb, qurğu istismara verildikdən 19 gün sonra ilk məhsul – etilen alınması mümkün olmuşdu.
    SSRİ-nin analoji qurğularında hazır məhsul çıxımına yalnız 5-6 aydan sonra nail olunduğundan, Sumqayıtda bu prosesin cəmi 19 günə başa çatdırılması barədə Moskvaya raport verəndə, nazirlikdə buna inana bilməmişdilər. Lakin həqiqət bu idi ki, Sumqayıt kimyaçıları belə bir yüksək nəticə, rekord əldə edə bilmişdilər – hər şeyi qabaqcadan ölçüb-biçərək, işin gedişi zamanı ekspromt olaraq konstruksiya və texnologiyada müəyyən yeniliklər tətbiq etmiş Ə.Babayevin sayəsində.

    “Babayev, kömək edin…”

    …Təxminən 25 il əvvəl, Sovetlərin dağılacağının hələ güman edilmədiyi bir dövrdə Moskvadan, SSRİ Neft-Kimya Sənayesi Nazirliyindən Ə.Babayevə xəbər çatdırılmışdı ki, Omskın Sintetik kauçuk zavodunda ağır istehsalat qəzası baş verib. Nazirliyin nümayəndələrinin də hadisə yerində olmasına, müəssisənin mütəxəssislərinin, qəza xidmətlərinin bütün səylərinə baxmayaraq, artıq ikinci gün idi ki, qəzanın nəinki qarşısını almaq, heç hansı səbəbdən törəndiyini də bilmək olmurdu. Omck böyük təhlükə qarşısında idi. Şəhər rəhbərliyi də, nazirlik də böyük təşviş içərisində idi – vaxt keçdikcə vəziyyət daha da gərginləşirdi, hər an patlayış və böyük dağıntı, bədbəxtçilik ola bilərdi. Nazirliyin və müəssisənin baş mütəxəssislərinin məsləhətləşmələri heç bir nəticə verməmişdi.
    Belə bir məqamda nazirlikdən sintetik kauçuk istehsalatlarının “xarakterinə” yaxşı bələd olduğu üçün Ə.Babayevə də müraciət edilmiş, öz fikir və məsləhətlərini bildirməsi xahiş olunmuşdu. Ona verilən tələsik, qısa məlumatdan Omskda nə baş verdiyini öyrəndikdən və qəzanın xarakterini təhlil etdikdən sonra o, buna səbəb ola bilən nasazlıqları aradan qaldırmaq üçün ilkin mülahizələrini bildirib, hansı ardıcıllıqla və nə etmək lazım olduğunu söyləmişdi. Bundan sonra hər şey onun qiyabi olaraq dediklərinə hadisə yerində nə dərəcədə düzgün əməl ediləcəyindən asılı idi.
    Təxminən 4 saat sonra Omskdan xoş xəbər gəldi – qəzanın qarşısı Ə.Babayevin “təlimatına” əməl edilərək alınmışdı. Bir gün sonra isə sumqayıtlı “xilaskar”a həm nazirlik, həm də zavod kollektivi adından təşəkkür bildirilmişdi.
    Təbii ki, Əbülfəz müəllim üçün nazirliyin təşəkküründən daha vacib olan o idi ki, o, baş vermiş qəzanın səbəbini min kilometrlərlə uzaq məsafədən, qiyabi olaraq, həm də çox dəqiqliklə müəyyən edə bilmiş və öz təklifləri ilə onun qarşısını almaqda iştirak etmişdi.
    Bu, həm də təkcə Əbülfəz Babayevin yox, Azərbaycan elminin qələbəsi, kimya elminin respublikada yüksək inkişaf səviyyəsində olduğunun təsdiqi idi. Ən əsası isə o idi ki, yaranmış ağır vəziyyətdə Moskva məhz Azərbaycana, onlar üçün “qlubinka” sayılan Sumqayıta müraciət etmişdi. İşin öhdəsindən gələ biləcək yeganə bir mütəxəssis olaraq Moskvanın SSRİ kimi nəhəng bir ölkədə məhz Azərbaycan kimçyaçısına müraciət etməsinin özü qürurverici idi.

    ***

    1994-cü ildə Ə.Babayev Beynəlxalq Mühəndislik Akademiyasının müxbir üzvü seçilmişdi. Həmin Akademiyanın üzvləri arasında təkcə kimyaçı alimlər yox, həm də radiasiya və kosmik tədqiqatlar, müdafiə sənayesi sahəsində çalışan görkəmli alimlər, hərbçi generallar da vardı. Belə ki, orada seçim məsələsi son dərəcə ciddi və məsuliyyətlə aparılırdı.
    Bir il sonra – 1995-ci ilin ortalarında həmin Akademiyanın kimya şöbəsinin müdiri Bakıya gəlmişdi. Onu Azərbaycanın Nazirlər Kabinetinin nümayəndəsi və Ə.Babayev qarşılamalı olmuşdu. Görüş zamanı moskvalı akademik bildirmişdi ki, Akademiyanın müxbir üzvlüyünə yeni seçilənlərə səsvermədə iştirak edən akademiklər Ə.Babayevin kimyanın aktual problemləri ilə bağlı müxtəlif elmi jurnallarda dərc olunan məqalələrinə xüsusi maraq göstərdiklərindən və onun elmi tədqiqatlarını yüksək qiymətləndirdiklərindən seçki zamanı Ə.Babayevə yekdilliklə səs vermişdilər.
    Görünür, heç də təsadüfi deyildi ki, ABŞ, Rusiya, İngiltərə, Almaniya, Fransa, Kanada, İtalıya və digər ölkələrin elmi-texniki jurnallarında dərc olunmuş 300-dən artıq elmi məqalənin, 100-dən çox patent və ixtiranın, 17 monoqrafiya və dərs vəsaitinin müəllifi olan Ə.Babayev elə həmin il Nyu-York Elmlər Akademiyasının, iki il keçdikdən sonra isə həm də Beynəlxalq Mühəndislik Akademiyasının həqiqi üzvü seçilmişdi.

    “Siz heç vaxt nitril lateksi ala bilməyəcəksiniz!”

    Ötən əsrin 80-ci illərinin əvvəllərində sənayenin müxtəlif sahələrində, xüsusilə yüngül sənayedə tələbatın yüksək olduğu, lakin tərkibində zəhərli xlorun az olmadığı xloropren lateksi əvəzinə xlorsuz olan nitril latekslərinin sənaye üsulu ilə, həm də fasiləsiz texnologiya ilə alınması məsələsi sovet kimyaçılarını çox ciddi şəkildə düşündürürdü. O zaman həlli çox çətin və mürəkkəb olan bu işin üzərində SSRİ Elmlər Akademiyasının Leninqrad, Voronej və Yaroslavl Elmi-Tədqiqat İnstitutlarının tanınmış alimləri ilə yanaşı “Sintezkauçuk” İB-nin Baş mühəndisi Əbülfəz Babayev də bilavasitə texnoloji proseslərin davam etdiyi istehsalatda – özünün «elmi-tədqiqat institutunda» çalışır, tədqiqat aparırdı.
    Onu belə bir çətin problemin həllinə girişməyə sövq edən bir-neçə səbəb var idi. Əvvəla, o, bir azərbaycanlı mühəndis kimi heç cür qəbul edə bilmirdi ki, sənayenin bir çox sahələri üçün son dərəcə vacib olan xloropren lateksinin SSRİ-də yeganə istehsalçısı olan Yerevan bu sahədəki monopoliyasından sui-istifadə edərək, İttifaqın bir çox sənaye müəssisələrini çıxılmaz vəziyyətdə qoyurdu – gah qiymətləri qaldırır, gah da həmin məhsulun istehlakçılara verilməsini qəsdən ləngidir, bəzən də tamamilə dayandırırdı. SSRİ sənayesinin bir çox sahələrini xammalla təchiz edən “Nairit” zavodu xloropren istehsalatını rekonstruksiya adı ilə saxlamaq və bununla bağlı Moskvadan külli miqdarda vəsait qopartmaq niyyətində idi (söhbət 1988-ci ildən gedir – o zaman ermənilər təkcə Azərbaycana yox, həm də Kreml rəhbərliyinə qarşı ən kəskin tələblər, iddialar qaldırırdılar). Ancaq erməni hiyləgərliyi ilə qurulmuş ultimativ tələblərə baxmayaraq, İttifaq nazirliyi onların arzusunda olduğu vəsaiti ayırmaq fikrində deyildi. Odur ki, “Nairit”in fəhlələri uzunmüddətli tətillərə başlamışdı və bununla bağlı həmin zavodun məhsulundan xammal kimi istifadə edən istehlakçı müəssisələrdə vəziyyət gərgin xarakter almışdı.
    Düzdür, həmin ərəfədə xloropreni əvəz edə bilən, başlıcası isə tərkibində xlor olmayan, bütün texniki parametrlərinə görə ondan xeyli üstün və zərərsiz olan nitril lateksinin SSRİ Neft-Kimya Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələr içərisində ilkin olaraq Sumqayıtda, “Sintezkauçuk” zavodunda istehsalına başlanılmışdı. Ancaq təəssüf ki, məhsul yalnız fasiləli rejim üzrə, kiçik partiyalarla alınırdı ki, bu da çətinliklər bahasına başa gəlir və İttifaq sənayesinin tələbatını ödəyə bilmirdi.
    Prosesin texnologiyası o dərəcədə qeyri-mükəmməl, natamam işlənmişdi ki, əsas mühəndis-texniki korpusun diqqətinin məhz məhsul çıxımına yönəlməsinə, bunun üçün maksimum səy göstərilməsinə baxmayaraq, istənilən keyfiyyəti almaq mümkün olmurdu. Hətta hər dəfə zay olmuş lateksə bənzər kütlə dənizə atılmalı olurdu və bu, ekologiyaya böyük ziyan vurmaqla yanaşı, zavodun istehsal həcminin kəsirdə qalması ilə nəticələnir, maliyyə vəziyyətinə ciddi təsir göstərirdi.
    Problem onda idi ki, mövcud texnologiya üzrə işləyərkən alınan lateks kütləsi proses zamanı bərkiyərək, reaktoru sıradan çıxarırdı. Həm də prosesi yenidən başlamaq üçün hər dəfə həmin bərk kütlənin 12 kub metrlik reaktordan çıxarılması, hissə-hissə kəsilib-qopardılaraq, reaktordan xaric edilməsi üçün iə 80 nəfərə qədər fəhlə son dərəcə ağır və yorucu olan işə cəlb edilirdi.
    Yaranmış xoşagəlməz vəziyyət Ə.Babayevin ciddi narahatlığına səbəb olurdu. Digər tərəfdən isə nitril lateksi həm Azərbaycanın, həm də bütövlükdə SSRİ sənayesinin müxtəlif sahələri, o cümlədən hərbi sənaye üçün son dərəcə lazımlı, olduqca vacib, qiymətli bir kimyəvi məhsul idi. Odur ki, necə olursa-olsun, daha optimal, daha səmərəli variant işlənib-hazırlanmalı idi. Mövcud texnologiyanın təkmilləşdirilməsi və ya yenisi ilə əvəz edilməsi üçün isə ciddi elmi axtarışlar aparmaq tələb olunurdu.
    Ancaq Ə.Babayevi yeni texnologiyanın hazırlanmasına sövq edən başqa bir səbəb də var idi… Nitril lateksi məsələsi İttifaq nazirliyində müzakirə olunarkən Təchizat İdarəsinin müşavirədə iştirak edən xanım rəisi orada etinasızlıq və təkəbbürlə Sumqayıt kimyaçılarının nitril lateksinin alınmasına heç zaman nail ola bilməyəcəklərini, bununla da nazirliyi pis vəziyyətdə qoyacaqlarını iddia etməsi idi.
    Həmin müşavirədən təxminən 4 ay keçdikdən sonra problemin həlli yolunda Ə.Babayevin gərgin səyləri, elmi təhlil və araşdırmaları uğurla nəticələndi – texnologiyanın demək olar ki, yenidən işlənərək, bütünlüklə dəyişdirilməsi, avadanlıqda rekonstruksiya aparılması nəticəsində Sumqayıt kimyaçıları, nəhayət ki, SSRİ-də ilk dəfə olaraq nitril latekslərinin fasiləsiz metodla alınmasına nail oldular.
    Azərbayçanın görkəmli kimyaçı alimi akademik Musa Rüstəmov Ə.Babayevin bu elmi uğuru ilə bağlı fikirlərini bölüşərək o zaman demişdi: “Bu işdə Babayevin ən böyük xidməti ondan ibarətdir ki, o, bu prosesdə kükürd oksidi sərfinin təxminən 10 dəfə azaldılmasına, çox qiymətli butilen fraksiyasının alınmasına, milyonlarla manat iqtisadi gəlir əldə edilməsinə nail olmuşdur. Dünya texnologiyası səviyyəsində aparılmış bu işi bir alim kimi o, məharətlə, geniş və kompleks elmi-texniki tədqiqat nəticəsində həyata keçirə bilmişdir”.
    Bu gün fəxrlə demək olar ki, o dövrdə SSRİ-də bir-neçə elmi-tədqiqat müəssisəsində fasiləsiz metoda nail olmağa çalışsalar da, buna müyəssər ola bilməmişdilər. Ə.Babayevin sayəsində nitril lateksinin istehsalı üzrə fasiləsiz metod birinciliyi Azərbaycana nəsib oldu.

    ***

    Nitril latekslərinin yeni texnologiya üzrə istehsalı qaydaya salındıqdan sonra Sumqayıt kimyaçıları Ertmənistanın “Nairit” zavodunun lateks verməməsi üzündən fəaliyyəti dayanmaq təhlükəsi qarşısında qalmış Abakanın Ayaqqabı fabrikinin, Çernoqorsk kombinatının və digər müəssisələrin də lateksə olan ehtiyaclarını artıqlamasilə ödəmişdi.
    Hətta Abakan zavoduna həmin dövrdə Sumqayıtda istehsal olunan nitril lateksləri yox, onların tamamilə başqa bir modifikasiyasının lazım olmasına, onun alınması üçün bəzi texnoloji dəyişikliklər və müəyyən kimyəvi əlavələr tələb olunmasına baxmayaraq, Sumqayıt kimyaçıları Əbülfəz müəllimin rəhbərliyi altında həmin işlərin öhdəsindən də vaxtından xeyli əvvəl gələrək, sifarişçinin tələbatını bütünlüklə ödəyə bilmişdi.
    O zaman Çernoqorsk kimya kombinatının baş mühəndisi A. Qrinjov özü də fərqinə varmadan, bir “sirri” açaraq bildirmişdi ki, Ə.Babayevin ünvanını ona keçmiş SSRİ Neft-Kimya Sənayesi Nazirliyində işləyən bir qadın – bir vaxt təşəxxüs və etinasızlıqla Əbülfəz Babayevə “siz heç vaxt nitril lateksi ala bilməyəcəksiniz!” deyən həmin xanım vermişdi. Bu, gecikmiş də olsa, hər halda Azərbaycan elminin gücünün, qüdrətinin etirafı, onun kimya elminin növbəti qələbəsi demək idi!..
    Sonralar iş elə gətirmişdi ki, Ə.Babayev bir dəfə Moskvada – SSRİ Neft-Kimya Sənayesi Nazirliyində olarkən həmin qadın ona yaxınlaşaraq, Sumqayıtda nitril lateksinin fasiləsiz üsulla alınmasına görə onu təbrik etmiş və bir vaxt ona inamsızlıqla dediyi sözlərə görə üzr istəmişdi.

    Sumqayıt “Çernobıl”a da kömək əlini uzatdı

    Bir vaxt «Soyuzkauçuk» Baş İdarəsinin rəisi, sonralar SSRİ Neft-Kimya Sənayesi nazirinin müavini olmuş texnika elmləri doktoru V.Sazıkin 1998-ci ildə Sumqayıtın «Sintezkauçuk» zavodunda olarkən təəccübünü gizlətməyərək, demişdi: «Babayev nitril lateksinin fasiləsiz metodla alınmasına, elmi-tədqiqat institutlarının öhdəsindən gələ bilmədiyi bir işə necə nail olubsa, bu gün də mənim üçün sirr olaraq qalır».
    O, bunu təsadüfi olaraq yada salmamışdı. Belə ki, o vaxtlar Əbülfəz Babayevin bütün keyfiyyət parametrlərinə görə xloropren lateksindən üstün olan nitril latekslərinin fasiləsiz üsulla alınması sovet kimya elmində və sənayesində böyük bir elmi uğur kimi qiymətləndirilmişdi…
    Bu, həm də Sovetlərin çox ağır bir dövrünə – Çernobıl qəzası dövrünə təsadüf etdiyindən, Ə.Babayevin elmi nailiyyəti təcili olaraq və həm də çox ciddi sınaqdan keçməli olmuşdu. Belə ki, radiasiyanın 35 kilometrlik radiusdakı ərazidən şüalanmış tozlar vasitəsilə kənara yayılmasının qarşısını almaq o vaxt təcili tapşırıq kimi Leninqradın elmi-tədqiqat institutlarından birinə tapşırılmışdı. Lakin orda bu məsələ ilə bağlı Sumqayıta, Əbülfəz Babayevə müraciət edilməsi məsləhət görülmüşdü.
    Məsələnin həlli Sumqayıtda özünü çox gözlətmədi. Qısa bir müddətdə lateksin yeni texnologiya əsasında xüsusi modifikasiyasının istehsalına başlanıldı və həmin qiymətli kimyəvi məhsul dəmiryol çənləri ilə Çernobıla yola salındı.
    “Babayev lateksi”nin texnologiyası əsasında alınan yeni modifikasiyanın üstünlüyü onda idi ki, onun tərkib hissəsi olan kauçuk emulsiyasını radiasiya ilə zəhərlənmiş əraziyə səpdikdə o, nazik, lakin çox etibarlı qoruyucu təbəqə yaradırdı ki, bu da radiaktiv tozların daha geniş dairədə yayılmasının qarşısını əhəmiyyətli dərəcədə almağa imkan verirdi.
    Və bu birmənalı olan həqiqətdir ki, həmin modifikasiyanın alınma texnologiyasının işlənib-hazırlanmasında nə Rusiya, nə də Azərbaycan tərəfdən ikinci və ya üçüncü bir şəxs iştirak etməmişdi.

    Azərbaycan kimyaçısının beynəlxalq nüfuzu

    Bu gün onu da xüsusilə qeyd etmək lazımdır ki, dünyanın bir çox nüfuzlu elmi təşkilatları Ə.Babayevi vaxtaşırı olaraq beynəlxalq elmi simpoziumlara və konfranslara dəvət edirlər. Elmi uğurları bilavasitə kimya istehsalatının ehtiyaclarından yaranan tədqiqatçı alimə Yaponiyanın məşhur “Niçimen Korporeyşn” şirkətindən onun elmi ixtirasından yeni yaradılacaq avtomatik sistemlərdə istifadə edilməsi üçün razılığını verməsi barədə müraciət də Ə.Babayevin kimya sahəsində beynəlxalq elmi nüfuzundan xəbər verir.
    Təsadüfi deyil ki, sumqayıtlı kimyaçı alim son illər dünyanın ən mötəbər elmi tədbirlərində – Amerika, İngiltərə, Rusiya, Almaniya, Fransa, İtaliya, Türkiyə, İran, Əlcəzair və s. ölkələrdə keçirilən bir çox beynəlxalq elmi simpoziumlarda, konfrans və konqreslərdə Azərbaycan kimyasını ləyaqətlə təmsil etmişdir. Qürur hissi doğurur ki, Ə.Babayev dünyanın nüfuzlu elm adamlarının toplandığı həmin tədbirlərdə sadəcə iştirakçı olmamış, həm də böyük maraq doğuran elmi məruzələrlə dəfələrlə çıxış etmiş, beynəlxalq nüfuza malik bir alim kimi təsdiqi və etirafı olaraq, ona dəfələrlə simpoziumların plenar yığıncaqlarına sədrlik etmək etimad edilmişdir.
    Professor Əbülfəz Babayev artıq neçə illərdir ki, Azərbaycan Dövlət Neft və Sənaye İnstitutunun (bu yaxınlaradək – Neft Akademiyasının) professoru olaraq, sabahın mühəndis-texnoloqlarının yetişdirilib-hazırlanmasına öz töhfəsini verməklə və aspirantla-rının elmi işlərinə rəhbərlik etməklə bu gün də öz elmi fəaliyyətini uğurla davam etdirir.

    Rəhman ORXAN.

  • Eldar Nəsibli Sibirel.Şeirlər

    11951080_1456899864619344_1341766859_n

    BİR ARZU -1973

    Qəribə bir hisslə qaynayır qanım,
    Bu axşam bir arzu çəkir qəlbimi.
    İstərəm əlimdə yol çamadanım
    Yol gedəm Bakıdan Qazağa kimi.

    Yolu dəstələyib ovcuma yığam,
    Töküləm nur dolu bir körfəzə mən.
    Ürək vəfasızlıq etməyə, çıxam
    Sıldırım dağları bir nəfəsə mən.

    Ola əl ağacım ayın işığı,
    Dumanlı gecənin qorxusu hürkə.
    Bir soyuq şeh düşə səhərə yaxın,
    Yumulan gözümün yuxusu hürkə.

    Dərdiyim çiçəyin bakirəliyi
    Nəfəsim dəyəndə özündən gedə.
    Bir qəfil qorxunun ağciyərliyi
    Bulud tək çəkilib gözümdən gedə.
    (daha&helliip;)

  • İlkin ABBAS.Yeni şeirlər

    tt

    Bu külək hayandan əsdi, İlahi

    Qəflətən çökdürdü nura zülməti,
    Saldı aramıza acı həsrəti,
    Məhv etdi saf eşqi, pak məhəbbəti,
    Bu külək hayandan əsdi, İlahi?!

    Bacara bilmədim qəm rüzgarıyla,
    Əsdi aramızdan ahu-zarıyla,
    Gəldi qəmli, çiskin yağışlarıyla,
    Bu külək hayandan əsdi, İlahi?!

    Yıxdı sarayımı taxtımdan əvvəl,
    Bəlkə yaranmışdı baxtımdan əvvəl?!
    Öldürdü eşqimi vaxtından əvvəl,
    Bu külək hayandan əsdi, İlahi?! (daha&helliip;)

  • Rafiq ODAY.Yeni şeirlər

    rafiqoday

    TƏCNİS

    Sinəmi bir atəş yandırıb yaxır,
    Haçandı bir nazlı gözəldən düşüb.
    O gündən günlərim saçım rəngində,
    O gündən saçıma gözəl dən düşüb.

    Vəsf etdim hüsnünü gəlincə, gülüm,
    Gəz sinəm üstündə gəl, incə, gülüm.
    Dönüb bu yerlərə gəlincə, gülüm,
    Baxıb görərəm ki, göz əldən düşüb.

    Vurula bildinsə dərdindən belə,
    Xoş olar soysalar dərimdən belə.
    Oday, bar-bəhrini dər indən belə,
    Sevgi bağçasına gözəl dən düşüb.

    GƏLMƏ, SƏN ALLAH

    Bu yuxunun yozumu nə? –
    Yuxuma gəlmə, sən allah.
    Gəlişinin luzumu nə? –
    Yaxına gəlmə, sən allah.

    Olsun, əli yalın çıxın,
    Təki açıq alın çıxın,
    Tuş olub bir yalıncığın,
    Oxuna gəlmə, sən allah.

    Yay günü boran, qış olub,
    Yuvası viran quş olub,
    Gəlirsən, tək gəl, qoşulub
    Axına gəlmə, sən allah.

  • Qalib ŞAMXALOĞLU.”Hələ”

    qsm

    Kədərin başında noxtası yoxdu ,
    Gəzir düz-dünyanı , dayanmır hələ !
    Haqsız əməlləri bəşərin çoxdu ,
    Dünya haqq nuruna boyanmır hələ !

    Cahillər zindana salır dühanı ,
    Ədalət deyilən anlayış hanı ?!
    Basıbdır ətalət külli cahanı ,
    Qəflətdə yatanlar oyanmır hələ !

    Günahkar qanmayır öz günahını ,
    Bəşər təmin etmir xoş sabahını !
    Bu ərşə ucalan məzlum ahını ,
    Kar olan qulaqlar duyammır hələ !

    Çöküb simalara qüssəylə hüzün ,
    Haqlının ağzında boğurlar sözün !
    Haqqa qənim çıxan nahaqqın gözün
    Haqqın barmaqları oyammır hələ !

    Ay Qalib , insanlıq olubdur çətin ,
    Gör kimlər şeytanla qurub ülfətin ?!
    Tanrı da çəkibdir bin-bərəkətin ,
    Bizi öz bəndəsi sayammır hələ !

  • Abdulla MƏMMƏD.”Əlvida, gözəl, əlvida”

    187b19a53b61

    Qaşlarını çatıb getdin,
    Günəş kimi batıb getdin.
    Neçə ilin sevincini
    Qəm üstünə atıb getdin:
    Əlvida, gözəl, əlvida.

    Saçlarımda incə dənsən,
    İnciyən sən, incidən sən.
    Bil- gəlmərəm hörsən belə
    Hər telini incidən sən.
    Əlvida, gözəl, əlvida.

    Ayrılığı göy də duyub,
    Ləpirini yağış yuyub…
    Gözümdəki göz izini
    Bir gecikən baxış yuyur.
    Əlvida, gözəl, əlvida.

    Bir baharsan öz ömrünə,
    Ola bilməz söz ömrünə.
    Düşünmə ki indən belə
    Tutacağam üz ömrünə…
    Əlvida, gözəl, əlvida.

    Sənli günlər nağıllaşır,
    Dəli könlüm ağıllaşır.
    Yollarımız haçalanır,
    Gəl, səninlə sağollaşım-
    Əlvida, gözəl, əlvida.

    Azərbaycan. Bakı. 1985.

  • Nail DAĞLAROĞLU.”Nə olar”

    n

    Atginən dünyanın qəm-kədərini
    Sevdiyin insanı atma, nə olar.
    Məhəbbət üstünə məhəbbət gətir,
    Qəmi-qüssələrə çatma, nə olar.

    Bağı-bağçan olsun süsəni-sübül,
    Bağında oxusun sevdiyin bülbül.
    Bəslə, yetir təri-qöncə qızılgül,
    Qara tikanları qatma, nə olar.

    Ömrünü keçirtmə qəm qucağında,
    Sevgini yandırma dərd ocağında.
    Bir nazlı mələksən cavan çağında,
    Qəmlər qucağında yatma, nə olar.

    Gəl qataq sevgini ikimiz birə,
    Xoşbəxtlik payını götürsün hərə.
    Uzat bu ömrümü, uzat bir kərə,
    Öldürüb gunaha batma, nə olar.

    Nailin sözündən incimə barı,
    Gənclik əldən gedər, olarsan qarı.
    Axın et qəlbimə sevgidən yarı,
    Şirin yalanları satma, nə olar.

  • Elnur RƏSULOĞLU.”Telefon söhbəti”

    et

    Roman oxuyurdum Əbülhəsəndən.
    “Sədaqət”. Beləydi romanın adı.
    Açıq-mavi rəngli telefon birdən,
    Fasilə vermədən hey dınqıldadı.
    Dəstəyi qaldırıb dönük həvəslə
    “Nə olub görəsən?” özümdən sordum.
    Sonra fikirləşib sönük həvəslə
    Deyindim:
    “Boş yerə özümü yordum”.
    Səsini eşitdim iki nəfərin.
    Qət etdim, bildim ki, yola girmişəm.
    Birisi çəkərək köksünü dərin
    Sözə başlamışdı:
    – Mən bilmirmişəm.
    Hə, Salman, nə oldu? Söylə ki, nədən
    Dəstəyi qoydun sən telefon üstə?
    – Vaqif, yol qarışdı. İncimə məndən.
    Sağalmamısan heç! Xəstəsən, xəstə!
    – Təzədən sənə zəng etməli oldum.
    Çünki söhbətimiz qaldı yarımçıq.
    Təzədən səni dəng etməli oldum.
    Bir gün görərsən ki, ölürsən artıq.
    – Təzədən başlama. Qurtar söhbəti.
    Mən onu sevmirəm. Mənim qəlbimi
    Heç kəs ala bilməz. Saxla hörməti.
    – Necə başlamayım? O cür gül kimi (daha&helliip;)

  • Elnur ABDİYEV.Yeni şeirlər

    e

    Ana ömrü

    Gecə boyu ayaq üstə,
    Şux dayanar,Ana ömrü.
    Düzər sözü bəstə-bəstə,
    Layla yonar, Ana ömrü.
    (daha&helliip;)

  • Şəfaqət CAVANŞİRLİ.”Sevginin gözləri” romanının XX hissəsi

    sefaqetxanimsekil

    Fidan özünü ağlamaqdan saxlaya bilmirdi. Eldar Fidanın qarşısında əyləşdi.
    – Biz onsuzda Camalın axırına çıxacağıq. Neçə qızı evlənmək adıyla bədbəxt edib. Elə qız olub ki, evlənib də.
    Təhminə təəccüblə soruşdu.
    – O qızların axırı?
    – Hamısını satıb. O elə-belə restoran sahibidir? Hələ cavansız, çox şeydən xəbəriniz yoxdur.
    Fidan – Mənə evlənmə təklifi eləmişdi, üzük də almışdı. Yaxşı, məni zibilə saldın deyəndə, nəyi nəzərdə tuturdu?
    Rəşad – Müştərisinə bakirə qız lazım idi. Belə başa düşdüm ki, pulunu çoxdan alıbdır. Camal kimsəsi olmayan, yetim, saf qızları hədəf seçir. Sənin o biri qızlardan fərqin o oldu ki, bəxtin gətirdi.
    Təhminə – Vallah da…
    Eldar – Camal bugün mütləq gələcək.
    Fidan – O, çox qorxulu adamdır.
    Eldar – Narahat olma. Gəlsə də biz digər otaqda olacağıq. Nə desə, razılaş.
    Təhminə Rəşada – Bəs, sizin işiniz nədən ibarətdir?
    Rəşad – Camal çox pis hərəkət edib. Bizim başçımıza qaşı yaxşı hərəkət etməyib. Bir qız düzəldib, videoya çəkib.
    Təhminə – Dəhşətdir. Əsl zibilə düşmək budur.İndi biz nə edək? Bu evi də o bizə tapıb.
    Eldar – Sizə bir təklifimiz var. Əgər razılaşsanız, bizə kömək etsəniz, Camalın bugün istifadə etdiyi restoranı sizə verərik. Hətta, sizə kömək də edərik. Belə şans hər xanıma qismət olmur.

    Təhminəylə Fidan bir-birilərinə baxdılar. Təhminə sevinirdi, Fidan isə, hələ də təəccüb içindəydi.
    Təhminə – Siz ciddi deyirsiz, ya zarafat edirsiz?
    Rəşad gülümsədi – Yox vallah, ciddi sözümdür. Təhminə, sən məni görünür hələ tanımamısan. Sənə heç yalan danışaram?
    Fidan – Sizə hansı işdə kömək etməliyəm?
    Eldar – Camalın qızları satmaq üçün müştərilər tapır. Amma bir səhvi var. Bəyaq dediyim kimi qızları videoya çəkir. Düzünü desəm, hələ heç bir müştərini buna görə hədələməyib. Amma bir-neçəsi hardansa öyrənib. Elə bizim başçıya da Camala himayədarlığına götürən adam deyib. Camal öz böyüyünə də yaxşı hərəkət etməyib…Qısası, Camal silinməlidir. Göstəriş böyük yerdəndir.
    Rəşad – Camal gələcək, nə desə sakit qarşılayacaqsan. Bəlkə də o üzüyü barmağına taxacaq. Razılaşacaqsan. Sonra nə desə qəbul edəcəksən. Yaxşı?
    Fidan – Bilmirəm…Çox qorxulu adamdır. (daha&helliip;)

  • Sumqayıt kimya sənayesi: doğrulan ümidlər və yeni hədəflər

    0930

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 2 aprel 2010-ci il tarixli “Neft-kimya sənayesin­də idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi haqqında” Sərəncamı əsasında “Azərikimya” Dövlət Şirkəti SOCAR-ın tabeliyinə verildikdən, “Azərikimya” İstehsalat Birliyi yaradıldıqdan sonra əsas hədəflərdən biri də bu sahədə fəaliyyətin gücləndirilməsi, neft-qaz emalı və neft-kimya sənayesinin səmərəliliyinin yüksəldilməsi, məhsulların rəqabət qabiliyyətinin artırılması olmuşdu. Ötən müddətdə bu istiqamətlərdə ciddi irəliləyişə nail olunmuşdur. İlk dəfə etilen istehsalatının layihə gücü səviy­yəsində işləməsi təmin edilmiş, məhsulların çıxım səviyyəsi yüksəldilmiş, xammala qənaət olunmuş, balans itkiləri minimuma endirilmiş, beləliklə məhsulun maya dəyəri aşağı salınaraq rentabellik artırılmışdır.
    Doğrulan ümidlər
    – «Azərikimya»nın SOCAR-ın tərkibində daha sürətlə tə­rəqqi edəcəyini nəzərdə tutan iqtisadi proqnozlar, demək olar ki, özünü doğrult­maq­dadır. Belə ki, ötən beş il ərzində SOCAR-ın dəstəyi sayə­sində «Azərikimya»nın texniki bazasının güc­ləndirilməsi, Etilen-polietilen zavodunda məh­sul istehsalının artı­mına, xammal və yarımfabrikat məhsulların itkisinin qarşısının alın­masına yönəldilmiş yenidənqurma, əsaslı təmir və modernləşmə işləri, bu işlərin ən ciddi reqla­mentlər əsa­sında aparılması, kimyaçıların əməyi­nin layiqincə qiy­mət­ləndiri­lə­rək əməkhaqqılarının artırılması, iş və məişət şəraitinin yaxşılaş­dırıl­ması və s. tədbirlər «Azərikimya» İB-də həm istehsalat, həm də insan amili baxımın­dan yeni bir canlanmaya və yüksəlişə səbəb ol­muş­dur. (daha&helliip;)

  • Vüsalə SÜLEYMAN.Yeni şeirlər

    12122427_108516779508126_2349578269234498796_n

    AŞİQEM ÖLÜMƏ…

    Bir gün yumub gözlərimi,
    Aldadacam ölümü də.
    Özümü sözümdən asıb,
    Çəkəcəm bu zülümü də.

    Sığa bilmirəm, incimə
    Nə heçimə, nə köçümə.
    Od vuracam öz içimə,
    İsidəcəm çölümü də.

    Ömür film- dərdli, sərli,
    Yaşamaq da olmur fərli.
    Qaçıracam ən dəyərli,
    Ən maraqlı bölümü də. (daha&helliip;)

  • Şəhriyyə QƏZƏNFƏRQIZI.” Şəhra çiçəyi.”

    sx

    Yenə yarpaqlarım əzildi. Heç olmasa yoldan kənara atsaydı məni o zalım. Döndüm əvvəlki vaxtıma. Demək, bu mənim sonumdu. Bura qədərmiş. İkinci elə biri bir də olmayacaq. Mən belə ayaq altındaca tapdanıb məhv olacam. Burdan məni hara aparacaqlar? Yəqin, böyük maşınlarda gecə gəzintisinə çıxacam. Axı o maşınlar həmişə gecə gəlirlər. Dəniz o maşınların səsindən yaman qorxardı. Heç düşünməzdim ki, mən də o vahiməli maşınla gəzəcəm. Sonra böyük bir dağa gedəcəm, orda cəhənnəm istisində yanıb kül olacam.
    Noolar, köhnə dost, bir az oyna, yellən ,məni apar kolların arasına sal. Bəlkə, onda qurtulam. Sən mənim həmişəki kimi tənha vaxtlarımda ayanımsan. Yadında onunla tanışlığım? Buna sən vəsilə olmuşdun. Köhnə, uçulmuş bir eyvanda solub gedirdim. Nə gün işığı görmürdüm, nə də su. Sən birdən bərk əsdin. Yenə, deyəsən, yelləncəyində lap yuxarıya qədər yellənirdin. Mən eyvandan düşdüm yerə, dibçəyim sındı. Tanıdın indi məni? Yadına düşdüm? Həəə. O zamanlar adım sırğagülü idi. Məni sırğaya bənzədirdilər. İndi adım Şəhra çiçəyidir. Daha doğrusu, bura gələnə kimi elə idi. İndi hansı adı istəsən verə bilərsən mənə. Nə mənası var ki? Onsuz da birazdan yanıb kül olacam.
    Bilirsən, sən yellənib məni yerə salanda səndən çox incimişdim. Elə bərk dəymişdim ki, hər yerim sızlayırdı. İki gün yerdə eləcə qaldım. Sonra məni zərif əllər qoynuna aldı. Onunla ala-qaranlıq dar küçələrdən yorğun-yorğun bir evə gəldik. Ev də yorğun idi. Qapısı belə açılmaq istəmirdi. Divarlardakı səsləri eşidirdim. Öz aralarında evin bütün əşyaları danışırdılar. Hamısı yorulmuşdu. Yeni bir istiliyə onların da ehtiyacı var idi. O, mənimlə danışa-danışa məni yeni qabla bəzədi. Yeni evim xoşuma gəlməyə başlamışdı. Onda sənə olan incikliyim də aradan qalxmışdı. Məni yıxdığın üçün sənə minnətdar idim. Hətta mənimlə özünü tanış da etdi – ” Salam, mən Şəhrayam. Səni kim belə atıb? Bu kövrək yarpaqların, gövdən bu yükü necə qaldırır? Bilirəm, çətindi. Ancaq Allah güc verir. Zərif çiyinlərin elə ağır yüklər qaldırmağa məcbur qalır ki, altında əzilirsən. Qorxma, artıq mən varam.”
    O mənim tozlanıb çirklənmiş xatirələrimin üzərindən keçən bir barmaq idi. Xəyallarımdakı xoşbəxtliyi öz kölgəsi ilə isidən bir mələk idi. İkinci nəfəsim idi, ikinci doğuluşum. Uzun, zillət dolu sancılardan sonra, nəhayət ki, doğulmuşdum. Ancaq bir az boğulmuşdum. Ana qucağı, hərarəti, qayğısı dincəltdi məni.
    Bir gün o zalımın bu dünyaya göz açdığı gün idi. Şəhram məni nəfəs kimi ona verdi. Öz nəfəsindən bir nəfəs. “ Sənə öz aldığım nəfəsi verdim. Artıq nəfəsim səndə. Sən var olduqca mən də varam. Qoyma məni boğulam. “ –bu sözləri bir kağıza yazıb yarpaqlarım arasına saldı. Adımı da “Şəhra çiçəyi” qoydu.
    Mən özəl birinə verilmiş bir özəl idim. Candan qopmuş bir can. Nəfəsdən gedən bir nəfəs.
    Onsuz darıxsam da yenə evimə isinirdim. Axı adını daşıyırdım. Onun kimi cəsur, iradəli görünməliydim. Zamanla anladım ki, heç kəs o ola bilməz. O təbiilik, içdənlik yalnız onda var.
    Ilk ayrılıqda məni də evdən ayırdılar. Yaşanmış xatirələrə xatir belə qalmadım. Və mən burdayam. Ayaqlar altında , lazımsız, atılmış. Axı mən nəfəs idim. İndi hardasa mənim Şəhram boğulur. Ona nəfəs lazımdı. At məni kolluqların arasına. Bəlkə, yenə nəfəs oldum.

  • Həsrət Əli Zülfüdağlı.Yeni şeirlər

    hesret

    YURD BOYDA

    Dərdi dərd üstə qoyanda,
    Dərd boyda əyilir adam.
    Içini qeyrət oyanda,
    Mərd boyda əyilir adam.

    Kor olanda mələkləri,
    Alt- üst olur diləkləri,
    Bağlananda biləkləri,
    Qurd boyda əyilir adam.

    Qəm sinədə salanda yurd,
    Saçlarını yolanda yurd,
    Tapdaq altda qalanda yurd,
    Yurd boyda əyilir adam. (daha&helliip;)

  • 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür

    gmiib

    Azərbaycanın Dövlət Müstəqilliyi günü — Azərbaycan tarixinin ən mühüm günlərindən biri. Hər il 18 oktyabrda qeyd edilir.

    XX yüzilliyin sonlarında Sovetlər Birliyinin süquta uğraması ilə yaranan əlverişli tarixi şərait və taleyin bəxş etdiyi imkan nəticəsində Azərbaycan xalqı XX yüzillikdə ikinci dəfə müstəqillik bayrağını qaldırdı. Bu, xalqımızın siyasi tarixində XX əsrdəki ikinci parlaq qələbəsi idi. Rusiyada demokratik qüvvələrin fəaliyyəti nəticəsində respublikalarda da mərkəzdən qaçma, öz suverenliyinə qovuşmaq istəkləri qarşısıalınmaz həddə çatdı. Belə şəraitdə Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında 1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə qəbul edildi.

    Azərbaycan Respublikasının Ali Sovetinin həmin ilin 18 oktyabr tarixli sessiyasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı yekdilliklə qəbul edildi.

    Azərbaycan Respublikasında dekabrın 29-da ümumxalq səsverməsi keçirildi. Referendum bülleteninə bir sual yazılmışdı: “Siz “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktına tərəfdarsınızmı?” Azərbaycan xalqı yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxdı.

    1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət himni (musiqisi Üzeyir Hacıbəyovun, sözləri Əhməd Cavadın), az sonra üçrəngli bayraq, içində alov olan səkkiz guşəli ulduz təsvirli dövlət gerbi təsdiq edildi.

    1991-ci il oktyabrın 18-dən Azərbaycan istiqlal, suveren bir ölkədir və xalq bunu bir bayram kimi qeyd edir.Gənclərin Mənəvi İnkişafı İctimai Birliyi olaraq biz də xalqımızı bu möhtərəm gün münasibətilə təbrik edir və müstəqilliyimizin daimi olmasını arzulayırıq.

    Gənclərin Mənəvi İnkişafı İctimai Birliyi

  • Rahilə DÖVRAN.Yeni şeirlər

    12091354_1653537131524991_3860076084131834097_o

    Q A R D A Ş

    Ürəyi saf,təmiz,qəlbi dumduru.
    Bacının güvənci,fəxri,qüruru,
    Ağır günlərində ən mərhəm sirdaş-
    Baciya arxadır,dayaqdır qardaş.

    Bacını qarsanda fələyin yeli,
    Bükülər qardaşın qüssədən beli.
    Loğman,təbib üçün dolaşar eli,
    Qurar yatağının başımnda bardaş-
    Bacıya arxadır,dayaqdır qardaş.

    Qardaşdır soy-kökün əsil varisi,
    Qardaşdır ailədə ata yarısı.
    Qardaş pətəkdəki bir şah arısı,
    Yolunu kəsəmməz düz,dərə,dağ-daş-
    Bacıya arxadır,dayaqdır qardaş.

    Lalə,bənövşələr çıxanda düzə,
    Bayram məlhəm olar həsrətli gözə.
    Görüşlər bənzəyər nəğməyə,sözə,
    Sevincdən gözlərdə gilələnər yaş-
    Bacıya arxadır,dayaqdır qardaş.

    Qardaşsız olmasın kimsənin günü,
    Çünki daşıyammaz kədər yükünü.
    Dünyaya dəyişməm bircə tükünü,
    Dövran:-qardaş bir ləl,ən qiymətli daş-
    Bacıya arxadır,dayaqdir qardaş.

    17.10.2015.

    NƏ DEYİM…

    Sonetlərim silsiləsindən

    Qəlbim doluxsunmuş payız səması,
    İncitək gilələr süzür yanaqdan.
    İçimdə başlayıb dünya savaşı,
    Ən incə hisslərim keçir sınaqdan.

    Könül intizarda,gözümdə həsrət,
    Gəl desən şimşəyə dönərəm hər an.
    Kimi gözləyirəm,bilmirəm fəqət,
    Ruh məni tərk edib qalıb quru can.

    Bir ümid yaşatdım,hər an içimdə,
    Gözlədim yolunu,güman içində
    Gözlədim,gözlədim,gəlmədin yenə.

    Xəyalın buraxmır heç tənha məni,
    Unuda bilmirəm ən son kəlməni,
    Nə deyim mən sənə,-üzü dönənə?

    16.10.2015.

  • Ülviyyə VAHİD.”Xatirə qalacaq”

    10308061_1487703808112940_8055053123496195175_n

    Bir yol olub, yürüdüyüm illərim,
    Sirdaş olub mənə,ötən günlərim,
    Yazdığım hər misralarım,sözlərim,
    Bu ömürdən bir xatirə olacaq.

    Enisli-yoxuşlu uzanan yollar,
    Güvənli dağlara yağan o qarlar,
    Yaşanan uğurlar,həm imtahanlar,
    Bu ömürdən silinməz iz salacaq..

    Yaşanan illərin qışı, həm yazı,
    Vusalın sevinci, hicranın yası,
    Ürəkdən süzülub gələn hər yazı,
    Bu ömürdən bir gün daha alacaq.

    Həyat öz köçünü çəkib gedəcək,
    Kimlər ağlayacaq,kimlər güləcək?
    Günun birindəysə hər şey bitəcək,
    Bu ömürdən, tək nişanə qalacaq,
    Bu ömürdən bir xatirə qalacaq..

  • Günel ƏLİYEVA.Yeni şeirlər

    ge2

    Pəncərəmi döyən yağış

    Pəncərəmi döyən, yağış!
    Qəlbimə köç damla- damla,
    Günahlarım boranlı qış,
    Sən də tökmə mənə qarğış.
    Giley dolu bir ürəyəm,
    Qara donlu bir ”mələyəm”,
    Bir gün ölüb gedəcəyəm,
    Dərdimi yu, apar ,yağış!
    Saf deyiləm sənin kimi
    Boğur mənim daxilimi
    Nolar qaytar keçmişimi
    Kövrəlmişəm səntək ,yağış!
    Əzab böyük ,ömür kiçik.
    Şüşə kimi cilik- cilik,
    Hər gün kədər bitiririk
    Nisgili sil apar ,yağış!

    BU AYRILIQ DEYİL Kİ

    Qəlbimin üsyanıdır,
    Sənsizliyin yasıdır,
    Həsrətin havasıdır,
    Bu ayrılıq deyil ki.
    İntizarla savaşan ,
    Qəm çəkməyə alışan,
    Yanıb- yanıb tutuşan,
    Bir qadın naləsidir,
    Bu ayrılıq deyil ki.
    Hər küncdə min xatirə,
    Yadlaşdıq birdən birə,
    Gücüm qalmadı səbrə,
    Bu ayrılıq deyil ki.

    ÖZÜNÜ MƏNDƏN APAR

    Apar şirin sözünü,
    Mənə baxan gözünü,
    Xaatirənin yüzünü,
    Minini məndən apar.
    Əllərinin ətrini,
    Sevginin həsrətini,
    Sənsizliyin dərdini,
    Qəsdini məndən apar.
    Apar ,sevdiyim, apar!
    Bilməm günahım nədir?
    Qəm kədər məni tapar.
    Apar gülən üzünü,
    Apar yanlış- düzünü,
    Apar nə olar ,apar!
    Sənə aid hər şeyi.
    Sənlə yanan işığı,
    Qəlbimin yaraşığı,
    Ya qayıt gəl ömrümə,
    Ya da get birdəfəlik
    Özünü məndən apar.

  • Uğurlu inkişafın davamı üçün Mehriban Əliyevaya səs verək!

    ugurlu-inkisafin-davami-ucun-mehriban-eliyevaya-ses-verek-bYB-1

    “Mən öhdəmə götürdüyüm hər bir işə çox böyük məsuliyyətlə yanaşıram. Hər zaman öz fəaliyyətimdə çalışmışam bir neçə amala əsaslanım. Bunlar vətənpərvərlik, insansevərlik və mərhəmətlilikdir”.

    Əliyeva Mehriban Arif qızı 1964-cü il avqustun 26-da Bakı şəhərində ziyalı ailəsində anadan olub.

    1982-ci ildə Bakı şəhəri 23 №-li orta məktəbi qızıl medalla bitirərək N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub.

    1988-ci ildə M. Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib və 1988-1992-ci illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda işləyib.

    2005-ci ildə “Evtanaziya və təbabətdə humanizm problemi” mövzusunda dissertasiya işi müdafiə edib və fəlsəfə elmləri namizədi alimlik dərəcəsi alıb.

    Mehriban Əliyeva 1995-ci ildə hal-hazırda rəhbərlik etdiyi Azərbaycan Mədəniyyət Fondunu yaradıb və 1996-cı ildə Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədi ilə üç dildə (Azərbaycan, ingilis və rus) çap olunan “Azərbaycan – İrs” jurnalını təsis edib.

    Mehriban Əliyeva Heydər Əliyevin zəngin irsinin öyrənilməsi, onun milli dövlətçilik ideyalarının yeni nəsillərə aşılanması məqsədi ilə yaradılmış Heydər Əliyev Fondunun prezidentidir. On bir illik fəaliyyəti dövrü ərzində Heydər Əliyev Fondu müxtəlif sahələri əhatə edən layihələri reallaşdırmağa, dünyanın nüfuzlu təşkilatları ilə əməkdaşlıq etməyə, möhtəşəm beynəlxalq konfrans və festivallar keçirməyə müvəffəq olmuşdur. Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır.

    2002-ci ildə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib. Onun yüksək təşkilatçılıq qabiliyyəti və beynəlxalq aləmdə artmaqda olan nüfuzu Beynəlxalq Gimnastika Federasiyasının bədii gimnastika üzrə dünya kubokunun “A” kateqoriyalı mərhələsinin (2003), Dünya kubokunun (2004), 27-ci Dünya çempionatının (2005), 23-cü (2007), 25-ci (2009) və 30-cu (2014) Avropa çempionatlarının Azərbaycanda keçirilməsinə dair qərarın qəbul olunmasında həlledici rol oynayıb.

    2004-cü il dekabrın 28-də Mehriban Əliyeva Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin IV Baş Məclisində MOK-un İcraiyyə Komitəsinə üzv seçilib.

    2012-ci il dekabrın 8-də Avropa Olimpiya Komitəsi Baş Assambleyası 2015-ci ildə I Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar qəbul edib. Birinci Avropa Oyunlarını yüksək səviyyədə keçirmək məqsədi ilə 2013-cü il yanvarın 17-də Təşkilat Komitəsi yaradılıb və onun sədri Mehriban Əliyeva təyin olunub.

    2004-cü ildən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, 2013-cü ildən partiyanın sədr müavinidir.

    2005 və 2010-cu illərdə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərdə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən 14 saylı Xəzər ikinci seçki dairəsindən irəli sürülmüş Mehriban Əliyeva müvafiq olaraq 92,12% (23106 səs) və 94,49% (31797 səs) səs toplayaraq deputat seçilib.

    O, Milli Məclisin deputatı kimi fəaliyyətində əsl peşəkarlıq, siyasi yetkinlik nümunəsi göstərir. “Siz mənə səs verməklə, sizin və balalarınızın ümidlərinin gerçəkləşməsinə səs vermisiniz” –deyən Mehriban Əliyeva öz fəaliyyəti ilə sübut etdi ki, əzmkarlıq, işləri düzgün qurmaq bacarığı olan yerdə həlli mümkünsüz sayıla biləcək heç bir problem yoxdur.

    Mehriban Əliyevanın Milli Məclisin deputatı kimi fəaliyyətində yaddaqalan məqamlardan biri onun ədalət, humanizm və insanpərvərlik ideallarını rəhbər tutaraq genişmiqyaslı amnistiya aktının qəbul edilməsi təşəbbüsü ilə çıxış etməsidir. 2007-ci il 8 mayda Mehriban xanımın hazırladığı “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş amnistiya haqqında” qərar layihəsinin müzakirəsində o, öz çıxışında qeyd etmişdir ki, “…səhv etmiş, cinayət törətmiş insanlara bir daha imkan verməliyik ki, onlar azad həyata qayıtsınlar, ailələrinə, yaxınlarına qovuşsunlar, cəmiyyətdə öz yerlərini tapa bilsinlər. Ağır cinayət törətməyən insanları bağışlayaraq, biz həm onları normal həyata qaytarırıq, həm də müstəqil Azərbaycanın humanizm prinsipləri əsasında inkişaf etdiyini nümayiş etdiririk”.

    Azərbaycan parlamentarizmi tarixində ilk dəfə olaraq Milli Məclisin deputatı tərəfindən irəli sürülmüş və geniş ictimai dəstək almış bu amnistiya aktı böyük mənəvi-əxlaqi və siyasi məzmun daşımışdır.

    Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın 2015 – ci il Parlament seçkilərində də namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən 14 saylı Xəzər seçki dairəsindən irəli sürülmüşdür.

    Gənclərin Mənəvi İnkişafı İctimai Birliyi

  • Depressiyadan qurtulmaq yolları

    fxh

    Dünyaya ilk dəfə gözümüzü açandan ölənə qədər sonsuz nemətlərlə qarşılaşırıq.

    Dünyaya ilk dəfə gözümüzü açandan ölənə qədər sonsuz nemətlərlə qarşılaşırıq. Nəfəs aldığımız havadan tutmuş, üzərində yeridiyimiz torpaq, günəş, içdiyimiz su, yediyimiz yeməklər, fərqli rəng və qoxuda bitkilər, müxtəlif canlılara qədər hər şey insan üçün xidmət edir. Əlbəttə ki, bu saydıqlarım Allahın bizim üçün yaratdığı nemətlərin çox az qismidir. Nəinki təbiətdə, nəinki öz vücudumuzda, bir hüceyrəmizdə belə bizim üçün yaradılan nemətləri saymaq istəsək və bunları yazsaq bir kənara, yəqin ki, bunun üçün çox uzun zaman lazımdır. Ancaq bir çox insan var ki, sahib olduğu o qədər neməti görməzlikdən gəlir, dünyada “sıxıntı” kimi görünən bəzi problemləri gözündə böyüdür və uzun zaman da bu problemlərin içindən çıxa bilmir. Bu məqalədə dövrün ən böyük problemlərindən biri olan “depressiya” və onun çıxış yolları haqqında yazmaq istəyirəm.

    Bir neçə gün bundan qabaq sosial şəbəkədə gənc bir oğlanın statusunu gördüm. Bu status çox pessimist ruhda yazılmışdı, həyatın çox boş və acımasız olduğunu, tək çıxış yolunun ölüm olduğunu qeyd etmişdi, yanına da qaranlıq rəsim yerləşdirmişdi. Xeyli insan da bəyənmiş və bu fikrə rəy yazmışdı. Çox təccübləndim, gənc bir oğlanın belə fikirlər paylaşmasından və bir çox gənc insanın da bunu dəstəkləməsindən. Bir daha başa düşdüm ki, belə pessimist ruh halı istər oğlanlar, istərsə də qızlar arasında çox geniş yayılıb və bu da çox normal qarşılanır.

    Yuxarıda da verdiyim misal kimi, müasir dövrümüzdə depressiya çox adi hal kimi qarşılanır, sanki hər insan mütləq bunu yaşayır və yaşamalıdır. Məsələn, bir insan işə gedir, işdə bir az çətinliyi düşdü, o zaman depressiya halı başlamalıdır; isti havadan sərin havalara keçdik, depressiyaya düşmək üçün uyğun şərait yaranıb; sevgilindən, yaxud da işdən ayrıldın, kimsə sənə pis söz dedi və s … Yəni, bir çox insan depressiyaya düşmək üçün sanki uyğun şərait axtarır. Əslində, bu ruh halı həm fiziki, həm də mənəvi ciddi problemlərə səbəb ola bilər, ancaq bəzi insan belə halları normal qarşılayır, hətta xarakterinin ayrılmaz parçası kimi görür. Sanki bu hislər olmasa, həyatın “dadı-duzu” qalmayacaq. Bunu baxdığımız televiziya kinolarında, yaxud da dinlədiyimiz mahnılarda da görə bilərik. Bir çox kinolarda ağlamaq, dalaşmaq, küsüb-barışmaq, bir sözlə “romantik” münasibətlər o kinoların ayrılmaz hissəsidir və bu cür kino, klip, yaxud da əsərlər çox rəğbətlə qarşılanır.

    Halbuki insanın fitrəti kədər deyil, sevinc və hüzur üzərində yaradılmışdır. Bu dünyanın yaradılmaq məqsədi imtahan olmaqdır. Əlbəttə, dünyada hər kəs imtahan olunur. Bu, Allahın dəyişməz qanunudur. Ancaq müsəlman özünə yaraşdırmaz depressiyaya düşməyi. Niyə də depressiyaya düşsün ki?! Allah bir ayədə belə bildirir:

    Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbr edənlərə müjdə ver. (Bəqərə surəsi, 155)

    Ayədə də bildirildiyi kimi, bizi yaradan Allah imtahan etmək üçün həyatımızda fərqli hadisələr yaradır. Ancaq hər şeyin Allahın idarəsi altında olduğunu bilən mömin əsla hüznə qapılmaz, ağlamaz, kədərlənməz. Allaha güvənər, Allahın hər hadisəni xeyirlə yaratdığını bilər. Ən əsası isə bizim əsl yurdumuz axirətdir – imtahanların olmadığı, gözəlliklər və sevgi yurdu. Bir müsəlman var gücü ilə cənnət üçün çalışar, yaşadığı hadisələr həm əxlaqının gözəlləşməsinə, həm cənnətə layiq olmasına, ən əsası, Allahın rizasını qazanmasına vəsilə olar.

    Digər tərəfdən, müsəlman ağıllı olar, əgər bir problem varsa, həmin problemi düşünər, ağılla həll etməyə çalışar və çıxış yolları tapar. Müsəlman güclü iradəyə sahibdir, hadisələrdən mənfi yöndə təsirlənməz, nümunəvi əxlaq sərgiləyər. Hislərinə qapılmaq, duyğularının əsiri olmaq müsəlmana yaraşmaz.

    Nəticə etibarı ilə, depressiya halları cəmiyyətdə normal qarşılanan hal olsa da, bu, Quran əxlaqına əsla uymayan və Allahın bəyənmədiyi əxlaqdır. Allah bizim şən, sevincli, hüzurlu olmağımızı istəyir. Bu həm də cənnət əhlinin xüsusiyyətidir. Özünü Allahın yaratdığını bilən, sonsuz şəfqət, mərhəmət və ədalət sahibi olan Allahı tanıyan, gözəl əxaqı qarşılığında cənnətlə mükafatlandırılacağını bilən, hər şeyi Allahın xeyirlə yaratdığına əmin olan insan depressiyaya düşməz. Allahı şövqlə sevər; nə bu dünyadan bezər, nə də də ki bu dünyaya bağlanar. Yaşadığı hər anının Allahın onun üçün yaratdığı nemət olduğunu bilər, Allahın rizasını qazanmaq üçün cəhd edər və şükür edər. Sıxıntıdan qurtulmağın yolu da budur: Allahı zikr etmək və yalnız Onun üçün yaşamaq.

    … Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır. (Rad surəsi, 28)

    Firuzə Həsənzadə

  • Mais Təmkini doğum günü münasibətilə təbrik edirik! (15 oktyabr 1968-ci il)

    10646868_273655359498567_6620189188081019440_n

    Gündəlik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, istedadlı qəlmə sahibini, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının elektron orqanları Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Yönətim Kurulunun Fəxri üzvünü və əməkdaşını doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir!

    Mətbuat xidməti

    Özün bilərsən

    Bu nə kədər, nə göz yaşı?
    Hönkürürsən addımbaşı.
    Nahaq məndən küsmə belə,
    Ətəyindən tök bu daşı!

    Boğ içində qəzəbini,
    Hirsini tökmə üstümə.
    Azmı məni qamçılayan,
    Sən də durmusan qəsdimə?

    Sənsiz həyat mənasızdır,
    Sən varsansa, mən də varam.
    Günah mənim özümdədir,
    Sənə görə günahkaram…

    Qoşulsan da özgəsinə,
    Yenə gözüm səndə qalar.
    Səninlə zilə qalxaram,
    Sənsiz səsim bəmdə qalar.

    Gəl, barışaq, əvvəlkitək,
    Hey danışaq, gülək yenə.
    Dərdimizi, nəşəmizi
    Bir-biriynən bölək yenə.

    Söylə mənə ,,son” sözünü,
    Aşiqinə nə dilərsən?
    Mən sevirəm, sənsə məni
    Sevməsən, özün bilərsən!!!

  • Şafa KAMİLLİ.” Bu qəmli həyatda yaşamaq çətin”

    11143676_1644625995794436_3719905173301804536_n

    Bu qəmli həyatda yaşamaq cətin ,
    Coxları həsədlə,qibtəylə baxar ,
    Nələr yaşiyam ,ey uca tanim .
    Bir sənə agahi ,bir sən bilirsən ,
    Bəxdimdə narzi ,hey gözü yaşlı ,
    Yaşadim ,ölümlər ,zülm içində .
    Qəlbim sancilan o oxlar qalib ,
    Ölüncə sağlmaz ,qanlari axar ,
    Bitib tüknməyən ağri ,acidan ,
    Qəlbimdə qəlb deyil ,bir ovuc kül var ,
    Ağrilar ,acilar ,göz yaşlar var..
    Bitmyən dərdi -ser ,
    Daş olmuş, qubar var ,
    Böyük bir daş var …
    Ağrdi ,bu daşla yaşamaq ağir ….
    10.10.2015 ..

  • Şəfaqət CAVANŞİRLİ.”Sevginin gözləri” romanının XIX hissəsi

    sefaqetxanimsekil

    Camal bir aya kimi Fidanın hərəkətlərini izlədi, qəti qərar verdi ki, Fidanla ailə quracaq. Fidan Təhminədən fərqli olaraq insanlardan qaçırdı, heç kimlə qaynayıb-qarışmırdı.
    Fidan işdən gələn kimi ya aldığı kitabları oxuyardı, ya da televizora baxardı. Səfəri unutmaq üçün düşünürdü ki, evlənsə yaxşı olar. Övladına, ərinə başı qarışar, keçmişi yaddaşından birdəfəlik silər. Gecələri gec yatardı, gündüzlər Təhminədən fərqli olaraq günorta olmamış yuxudan oyanardı.
    Bu səhər tez oyanmışdı yuxudan. Çörək almaq üçün evdən çıxdı. Binadan çıxanda qarşısında Camalı gördü, təəccübləndi. Camal gülərüzlə Fidana yaxınlaşdı.
    – Sabahın xeyir.
    Fidan təəccübünü Camaldan gizlədə bilmədi.
    – Sabahınız xeyir.
    – Deyəsən təəccübləndin?!
    – Gözləmirdim.
    – Vaxtın var, bir az söhbət edək?
    – Var.
    – Tanıdığım yaxşı bir yer var. Həm çay içərik, həm də danışarıq.
    – Gərək məni on-on beş dəqiqə gözləyəsiniz. Paltarımı dəyişməliyəm.
    – Narahat olma. Maşında gözləyərəm səni.

    Fidan heç nə demədi, binaya girdi, qapıdan içəri girən kimi yataq otağına qaçdı, Təhminəni sirkələdi.
    – Təhminə oyan, tez ol oyan.
    Təhminə deyinə-deyinə gözlərini açdı.
    – Nə olub səhərin gözü açılmamış oyadırsan məni?
    – Camal burdadı.
    – Hardadı?
    – Həyətdə məni gözləyir. Deyir mənimlə ciddi söhbəti var.
    Təhminə gözlərini barmağıyla ovuşdurdu.
    – Niyə getmədin?
    – Gedəcəm. Məni gözləyir. Ev paltarında getməyəcəkdim ki?
    – Ağıllı ol, haqqında həqiqətləri danışma.
    – Onu gizlədə bilmərəm. İnsandı, məni başa düşər.
    – Ay qız, Azərbaycan kişisidir.Başqa ölkəylə səhv salma.
    – Nə isə… Vəziyyətə baxacam. Aşağıda məni gözləyir.

    Fidan paltarını dəyişir.
    Təhminə – İnanıram ki, bu il ailə quracaqsan. Yaxşı olar vallah, axırıncı dəfə nə vaxt toya getmişəm, yadımdan çıxıb.
    – Xeyirlisi, görək.

    Fidan çantasını götürüb evdən çıxdı. Camal onu görən kimi maşının qabaq qapısını açdı, gülümsəyərək – buyurun – dedi. Fidan gülümsəyib maşında əyləşdi.

    Lamiyə Səfər gedəndən sonra ancaq bir həftə Cəmiləgildə yaşaya bildi. Sonra heç kimə demədən, Kərimlə Cəmilə evdə olmayanda pal-paltarlarını yığışdırıb evinə
    köçdü.
    Xadimə Cəmiləyə Lamiyənin getdiyini deyəndə az qala havalanacaqdı. Telefonu götürüb oğlunun evinə zəng etdi. Lamiyə telefona gec cavab verdi.
    – Allo.
    Cəmilə salamsız-kəlamsız suallarını verdi:
    – Bu nə hərəkətdi edirsən? Özbaşına olmusan?
    – Bəli, özbaşıma olmuşam. Üzümə xoş baxmırsınız, hərəniz bir cür qaş-qabaqlısınız.
    – Qurban olasan anana, yoxsa səni bir gündə gəlin etməzdim. Zorlama özünü sırıdın oğluma.
    – Gəlin ocağa çəkər. Baldızımın yolunu getdim.
    – Yaxşı Lamiyə, səni Səfərdən boşatdırmaq boynumun borcu olsun.
    – Səfər məni boşasa sənin də ailən dağılacaq. Keçmişini nə tez unutdun? Fidanı, Mahmudu, qızın Aybənizə ər axtarırdın. Yadına sal.Neynirsən elə, Kərimlə səni Səfər gələnəcən görməyim.
    Lamiyə Cəmilənin üzünə adboy verdi. Bu an qapı döyüldü. Lamiyə deyinə-deyinə qapını açdı, qarşısında Tahiri gördü.
    – Sənə dedim axı, bura gəlmə.
    Tahir saymazyana içəri girir.
    – Narahat olma, heç kim görmədi. Birdə ki niyə qorxursan? Ərin əsgərlikdədir, qaynanan-qayatan səninlə maraqlanmır.
    – Niyə maraqlanmırlar? Qaynanam bəyaq zəng vurmuşdu. Xahiş edirəm, birdə bura gəlmə.
    – Yaxşı gəlmərəm, hazırlaş,səni bir yerə aparacam.
    – Hara?
    – Gedəndə biləcəksən.
    – Gedək onda. Mən hazıram. Birinci sən çıx evdən, sonra mən. Qonşuların görməyini istəmirəm.
    Tahir evdən çıxdı.

    Camal Fidanı şəhərdəki restoranlardan birinə gətirdi. Camal yemək sifariş verdi. Fidan başını aşağı salmışdı. Səfər yadına düşdü. Camal da həyəcanlıydı. Söhbətə başlamaqla Fidanı xəyallarından ayırdı.
    – Bilmirəm sözə necə başlayım. İnanmıram Təhminə sənə nəysə deməsin. İki aya yaxındır, sənə fikir verirəm. Səndən xoşum gəlir. Əgər sevdiyin yoxdursa, fikrim ciddidir. Yəqin gec-tez sən də ailə-uşaq sahibi olacaqsan. Mənə qarşı fikirlərin maraqlıdır.
    – Nə deyəcəyimi bilmirəm. Təhminə mənə bəzi şeylər dedi. Əgər doğrudan evlənmək istəyirsinizsə, nə deyə bilərəm.
    – Mən özüm də yetim oğlanam. Nə anam var, nə atam. Sən də razısansa, xeyir işi çox uzatmayaq. Nişanlanaq , sonra toy tədarükünə başlayarıq.

    Fidan udqundu, deməyə söz tapmırdı, diqqətlə Camalı dinləyirdi.
    Camal: – Bircə şeyi dəqiq bilmək istəyirəm. Xahiş edirəm mənə düzgün cavab ver. Tam səmimi. Onsuzda cavab nə olsa qəbulumdur.
    Fidan sualı əvvəlcədən bildiyi üçün başını utandığından aşağı saldı.

    Lamiyə Tahirin maşınında ağlayır.
    – Mən bu uşağı dünyaya gətirmək istəmirəm. Bəlkə heç səndən deyil?
    – Məni maraqlandırmır. Doğacaqsan. Məndən olsa o əclafdan boşanacaqsan, olmasa da atarsan üstünə, yenə boşanarsan.
    – Sən məndən nə istəyirsən axı? Başqasının arvadı nəyinə lazımdır?

    Tahir güzgüdən Lamiyəyə baxır.
    – Xəyanət edəndə fikirləşmək lazım idi. Sən necə qadınsan axı? Özün də deyirsən ki, Səfər səni sevmir. Nə məcburdu ömür boyu onun arvadı olasan. O uşaq dünyaya gələcək Lamiyə. Əgər başına bir şey gəlsə, özünü dünyanın ən bədbəxt qadını bil. Birdən bilmərsən Almaniyaya, ananın yanına gedərsən. Orda da səni taparam. Səni əlimdən heç kim ala bilməz.
    – Xəstəsən.
    Tahir qışqırır, Lamiyə qorxur.
    – Hə xəstəyəm. Məni bu həddə sən çatdırmısan.

    Lamiyə ancaq ağlayırdı. Tahirdən heç cür canını qurtara bilmirdi.

    Cəmilə Kərimə Lamiyənin getdiyini deyəndə Kərim əsəbindən dodaqlarını yeyə-yeyə pəncərədən baxırdı.
    – İpi yığılası qadın deyil. Özünə layiq gördüyün gəlin budurda. Hamımızı cəngələ saldın.
    – İndi günahkar mən oldum? Axı, hardan biləydim belə çönəcəyini?
    – Gül kimi qız sevirdi, imkan vermədin.
    – Bəsdir görüm, gül kimi qız özdə. Xəyanət etməzdi evlənərdilər.
    Kərim Cəmiləyə yaxınlaşdı, gözlərinin içinə baxdı.
    – Keçmişini unutma, ortada sübutlar yoxdursa… Nə isə… İndi məni təkcə oğlumun taleyi maraqlandırır.

    Cəmilə artıq nə isə deyib özünü pis vəziyyətə salmaq isəmirdi. Kresloda oturudu ki, düşünə bilsin.
    – Lamiyəni izlətdirmək lazımdır.
    – Başlama yenə? Nədi? O da oğluna xəyanət edir?
    – Onda niyə tək yaşamaq istəyir?
    – Başın xarabdır sənin. Deməyə sözüm yoxdur.
    – Sən eşit məni. Rafiqə de etibarlı adam tapsın.
    Kərim susurdu, deyəsən Cəmilənin dedikləri onun da ağlına batırdı.

    Fidan qapıdan içəri girən kimi Təhminə başının üstünü kəsdirdi.
    – Sən gedəndən həyəcandan yata bilmirəm. Camal nə dedi sənə?

    Fidan yatağına uzandı.
    – Nə deyəcək? Evlənmək istəyir.
    – Əla, belədə bilirdim. Sən nə dedin?
    – Nə hə dedim, nə yox. Deyir xeyir işi çox uzatmaq olmaz. Bura bax, o doğrudan yetimdir?
    – Sənə dedi yetimdir?
    – Hə. Valideynlərini avtomobil qəzasında itirib.
    Təhminə pis oldu.
    – Vay-vay… Nə bilim, çoxdan çıxmışam biz tərəfdən. Allah rəhmət eləsin. Evlənəndən sonra harda yaşayacaqsız?
    – Deyir evi var. İkimiz yaşayarıq, işləmərsən, başın ailənə, uşaqlarına qarışır.
    – Bahooo. Uşaqların sayını da dedi?
    – Zarafat eləmə, söz gəlişi dedi.
    Təhminə yastığı Fidanın başının altından götürüb üzünə yüngülcə atdı, güldü…
    Fidan yastığı bir kənara atdı
    Fidan – Məndən bakirə olub-olmadığımı soruşdu.
    Təhminə – İnşallah hə demisən.
    Fidan – Məcbur qaldım hə dedim. Amma vicdanım incidir məni.
    Təhminə – İndiki zamanda nə vicdan? Düz eləmisən. Bir yolunu fikirləşərik.

    Lamiyə otağında var-gəl edirdi. Ev telefonuna zəng gəldi, otağından çıxıb birinci mərtəbəyə düşdü. Dəstəyi götürüb cavab verdi. Zəng edən anası Aynur idi.
    Aynur – Necəsən?
    – Yaxşıyam. Bu vaxt nə əcəb zəng vurmusan?
    – Cəmilə zəng eləmişdi. Səndən giley-güzar edirdi.
    – Onun gileysiz günü olub ki?
    – Onlarla niyə yaşamadın? Səfər hərbi xidmətə niyə getdi axı?
    Lamiyə kinayə ilə dedi:
    – Vətən borcudur. Ana, sənə söz deməliyəm. Qızının taleyi sənin əlindədir.
    – Nə olub?
    – Mən hamiləyəm.
    Aynur sevindi.
    – Nə yaxşı, Cəmiləgil bilir?
    – İstəmirəm bilsinlər. Uşaq Səfərdən deyil.
    – Necə?…

    Axşam Fidanla Təhminə işə gəlir. Camal Fidanı kabinetinə çağırır. Fidan qapıdan içəri girəndə ayağa qalxır.
    – Səndən sonra səbr edə bilmədim.
    Fidan maraqla Camala baxır. Camal cibindən qutu çıxardır. Qutunun qapağını aralayır, içindəki tək qaşlı üzüyü Fidana göstərir.
    – Bunu sənin üçün almışam. Nişan etmərik, toy edərik.
    – Olar.
    Camal üzüyü Fidanın barmağına taxmaq istəyəndə bir addım geri çəkildi. Camal pərt oldu.
    Fidan – Bəyaqdan düşünürəm, əvvəlcə bir şey deməliyəm. Mən düşündüyünüz kimi deyiləm.
    – Necə yəni düşündüyüm kimi deyilsən? Yoxsa…
    – Əvvəllər nişanlı olmuşam. Təmiz insan deyiləm.
    Camalın qolu boşaldı, yanına düşdü.
    – Sənə dedim axı, əvvəlcədən mənə hər şeyi danış.
    – Təəssüf edirəm.
    Camal hirsləndi, üzüyü qutu qarışıq atdı yerə.
    – Cəhənnəmə təəssüf elə. İndi mən nə edim? Məni pis vəziyyətdə qoymusan.
    Fidan qapıya söykəndi.
    – Düzünü dedim, bağışlayın məni.
    Camal Fidanın qolundan tutub sıxdı.
    – Sənin ucbatından indi zibilə düşəcəm. Xəbərin var neyləmisən?

    Fidan Camalın dediklərindən heç nə anlamırdı. Var gücüylə Camalı itələyib kabinetdən çıxdı. Restoranın qapısının ağzına çatanda Camal yenidən qolundan tutdu, şillə vurdu.
    – Hara gedirsən?
    – Əl çək məndən. Kömək edin, xahiş edirəm kömək edin.
    – Restorandakı bir-neçə müştəri Fidanı Camalın əlindən aldılar. Təhminə də Camalın qarşısına keçdi,səsini qaldırdı.
    – Bu nə deməkdi? Sən kimsən qızı vurursan?
    – İkinizin də başına oyun açacam.
    – Niyə? Dərəbəylikdir?
    Təhminə Fidanın qolundan tutdu, restorana girdilər. İkisi də çantalarını götürüb restorandan çıxdılar. Camal Fidanın üstünə hücum çəkmək istəyəndə kişilər imkan vermədi. Təhminə taksilərdən birinin qapısını açdı, Fidanla birlikdə oturdular. Taksi restorandan uzaqlaşdı.

    Fidan göz yaşlarını saxlaya bilmirdi. Təhminə də Fidanı sakitləşdirəcək halda deyildi. Düşünürdü ki, ağlasa rahatlıq tapar.
    Taksi evin qarşısında saxladı. Təhminə pulu ödədi, ikisi də binaya girdilər.
    Evə girib qapıları bağladılar. Fidan titrəyirdi.
    Təhminə – Qəti qorxma, bura gəlsə polisə zəng edərik.
    Qapı döyüldü, İkisi də dik atıldı. Qapı yenidən döyüldü. Təhminə qapıya yaxınlaşdı.
    – Kimdir?
    Qapının o biri tərəfindən kişi səsi gəldi.
    – Mənəm Təhminə, Rəşad.
    Təhminə qapını açdı. Qarşısında Rəşadı, yanında yaşı təxminən altmışa yaxın olar, bir kişi gördü.
    Rəşad – Bizi içəri buraxmayacaqsan?
    Təhminə yol verdi ki, Rəşad da, yanındakı kişi də içəri keçsin. Qapını örtüb açarla bağladı.
    Təhminə – Sən burda nə əcəb?
    Rəşad – Fidan da, sən də təhlükədəsiz. Tanış olun, Eldar bəy sizə kömək etməyə gəlib.
    Təhminəylə Fidan təəccüblə bir-birilərinə baxdılar. Rəşad danışmağına davam edir.
    – Camal niyə özündən çıxmışdı?
    Fidan başını aşağı saldı. Təhminə diqqətlə Fidana baxıb Rəşadın qulağına nə isə dedi.
    Rəşad – Aydındır….Fidan Camalı pis vəziyyətdə qoyub. Onu ağıllı-başlı zibil salıb.
    Fidan – Mən ona nə pislik etmişəm axı?
    Eldar – Onu müştərisinin qarşısında pis vəziyyətdə qoydunuz. Camalın müştərisinə bakirə qız lazım idi.
    Təhminə – Necə?

    Fidan əliylə başını tutub stulda oturdu….

    Ardı var…

  • Arzu RÜSTƏMSOY.”Uzaqda”

    Yeyin olmur,sətirləri səhərin,
    Ötüb-keçsən dizə çıxır,zəhərin.
    Addım-addım izlədiyim şəhərin,
    Baxışları,qaldı məndən uzaqda!

    Bucağında dolub-daşdı,sandığım,
    Xatirəmlə başhabaşdı,dandığım.
    Dalanında büsbütün islandığım,
    Yağışları,qaldı məndən uzaqda!

    Xoş baxışı,giley idi,ah idi,
    Hər gecəsi naümid sabah idi.
    Etmədiyim,hər arzu günah idi,
    Naxışları,qaldı məndən uzaqda!

    İndi yenə pərdələnib sarı sim,
    Zalım fələk başa düşməz ki,him-cim.
    Enişini dizin-dizin gəlmişdim,
    Yoxuşları,qaldı məndən uzaqda!

    Düyün vurdum,sapa yatmaz naxışın,
    O çağına tamarzıdır,bu qışın.
    Gözlərimdə odlu-közlü baxışın,
    Axışları,qaldı məndən uzaqda!

  • Rafiq ODAY.”Neyləyim”

    M.Araza

    Məmməd Araz, yenə könlüm xəzandı,
    Hicran niyə bir bu qədər uzandı?
    Yalan oldu bağça-bağın yaz andı,
    Bağlar məni tanımadı, neyləyim?!

    Kim veribdi Araza bu bəstəni,
    Gecə-gündüz ürəyimdə səslənir.
    Qınamıram vicdanları xəstəni,
    Sağlar məni tanımadı, neyləyim?!

    Bu qəm hardan ömrümüzə əkilmiş,
    Hicran, nisgil qoşun-qoşun tökülmüş,
    Sinəm üstə çalın-çarpaz çəkilmiş
    Dağlar məni tanımadı, neyləyim?!

    O nədir ki, varlıqları heç edən,
    Min gümanı bircə anda puç edən,
    Can evimdən karvan-karvan köç edən
    Ahlar məni tanımadı, neyləyim?!

    İstəyimiz cilovlanıb qanunda,
    Qeyrətimiz oyalanır qınında,
    Xınalanan dizlərimin qanından
    Dağlar məni tanımadı, neyləyim?!

  • Mayisə ƏSƏDULLAQIZI.”Əliyar Əliyev”

    1533150_672733326111760_899121006_n

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru

    Əliyar Əliyev 1957 -ci il dekabrın 14-də Qubadlı rayonunun Qazyan kəndində anadan olub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib. Hərbi xidməti başa vurduqdan sonra,Saransk Dövlət Universitetionu idman üzrə tanınmış mütəxəssis kimi müəllim işləməyə dəvət edir. 2 il Əliyar Əliyev həmin universitetdə müəllim işləyir. Atasının ölümü ilə əlaqədar kəndə qayıdır, qəsəbə orta məktəbində müəllim, “Məhsul” könüllü idman cəmiyyətinin rayon şöbəsinin məşqçisi vəzifəsində çalışır. Az vaxt içərisində onun təşkilatçılığı Həmkarlar İttifaqı könüllü bədən tərbiyəsi və İdman cəmiyyəti rayon şurasının sədrlinə gətirir. Klassik güləş üzrə dəfələrlə respublika, ümumittifaq və beynəlxalq yarışların qalibi olub. Əliyarın Əliyev rəhbərliyi ilə yetişmiş 8 nəfər respublika və SSRİ çempionu olmuş, 1 nəfər isə olimpiya yığma komandasına üzv seçilmişdir.
    Qarabağ müharibəsi başlayanda Əliyar Əliyev könüllü olaraq müharibə meydanına atılır. Müharibədə özünü təkcə döyüşçü kimi yox, həm də hərbi işin təşkilatçısı kimi göstərməyə başlayır. Əvvəlcə taborun kəşfiyyat bölməsinin komandiri, sonra tabor komandırının təchizat üzrə müavini təyin edilir. 1992 -ci ildən isə tabor komandiri vəzifəsini daşıyır. Düşmənin canlı qüvvəsinin məhv edilməsində dəfələrlə igidlik göstərir. Bir döyüşçü kimi onun ən başlıca xüsusiyyəti ən ağır döyüş yerlərinə can atması idi. Əliyar Əliyev döyüşə başlayanda onun ətrafındakılarda böyük ruh yüksəkliyi yaranır və igidliklə vuruşurdular.
    Əliyarın son döyüşü 1992 -ci il oktyabrın 3-dəLaçının iki kilometrliyində olub. Həmin döyüşdə tabor komandiri Əliyar Əliyev və onun sürücüsü Əlisadət Ağayev qəhrəmancasına həlak olublar. Allah rəhmət eləsin!

  • Mayisə ƏSƏDULLAQIZI.”Səhərimiz xeyrə açılsın!”

    1533150_672733326111760_899121006_n

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru

    Səmalardan enir ruhum, ilhamım,
    Coşmasam, gecələr çıxmaz hilalım.
    Təkcə xoş əməllər, fikrim, xəyalım,
    Ömrümüzə xoş arzular saçılsın,
    Hər gün səhərimiz xeyrə açılsın!

    Zülmətdən günəşin gələn vaxtıdır,
    Dünyanın sevilib gülən vaxtıdır,
    Süsənlər bağların bar-baharıdır,
    Ömrümüzə xoş arzular saçılsın,
    Hər gün səhərimiz xeyrə açılsın!

    Boz küləklər saçlarımı yolubdu,
    İncə ruhum yanar məşəl olubdu,
    Hərdən sinəm şeir, sözlə dolubdu,
    Ömrümüzə xoş arzular saçılsın,
    Hər gün səhərimiz xeyrə açılsın!

    Xeyirxahlıq ruhun öz bəhrəsidir,
    Sevən könüllərin söz töhfəsidir,
    Hüriyyət saflığın pak nəfəsifdir,
    Ömrümüzə xoş arzular saçılsın,
    Hər gün səhərimiz xeyrə açılsın!

  • İlkin ABBAS.”Yaşadım”

    tt

    Nə qədər olsa da üzsüz dünyada,
    Gəldi yaşamağa üzüm, yaşadım.
    Heç vaxt əyilmədim yaxına, yada,
    Tapdim ürəyimde dözüm, yaşadım.

    Həyat çox qəddardır, yaşamaq ağır,
    Yenə ömr elədim mən fağır-fağır,
    Özümə açsam da yeni bir cığır,
    Silindi yollardan izim, yaşadım.

    Əl tutdum kim oldu çətində, darda,
    Adımla ucaldım olsam da harda,
    İnsanı dəyişən dövlətdə, varda,
    Hec zaman olmadı gözüm, yaşadım.

    Dünyanın dərdiylə alışdım, yandım,
    Yalana, gerçəyə hər vaxt inandım,
    Tüstüyə çevrilib göydə dolandım,
    Qaldı torpaq üstə közüm, yaşadım.

    Fələk qəm-qüssəyə çox atdı məni,
    Qələmim var olsun, ucaltdı məni,
    İlkinəm, şeirlər yaşatdı məni,
    Dillərdən düşmədi sözüm, yaşadım.

  • Şəfa VƏLİYEVA.”Gəlişini gözləyirəm…”

    sv

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Gəlişini gözləyirəm…
    Qəfil tufan çağlamasın…
    Zamanı çözələyirəm…
    Güman-yumaq dolaşmasın…

    Yolları gözümlə çəkib
    Keçən günə bağlayıram…
    Ürəyimə ümid əkib
    Qara günə saxlayıram…

    Tale yaxşı bağban deyil,
    Saçında dən toxumu var…
    Gedişin xətrimə dəyib,
    Gələn günün yoxdumu, yar?

  • Güllü Yoloğlunun yeni kitabı işıq üzü görüb

    gy

    AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru Güllü Yoloğlunun Aərbaycan elminə töhfə etdiyi “Qaqauzlar”, “Qaqauz folkloru”, “Dədə Qorqud yaşı”, Türklerin aile merasimleri”, “İlk məktub”, “Mövsüm mərasimləri”, “Son həvəs” kimi dəyərli kitabları sırasına daha bir yeni əsəri əlavə olundu. “Qanun” nəşriyyatında yenicə işıq üzü görən “Rusiya yaşayacaqmı?” adlı kitab ilk olaraq adı ilə oxucunu cəlb edirsə, elə birinci vərəqin oxunuşundan başlayaraq orijinal mövzu və problematikası, tədqiqatda qoyulan məsələlərə müasir elmi-nəzəri yanaşma tərzi ilə maraq doğurur.
    “Rusiya yaşayacaqmı? kitabı çağdaş dünyamızın natarazlığı, narahatlıqları, onun siyasi ab-havasının “tutqunluğu” ilə bağlı ziyalı düşüncələrinin bəhrəsi kimi ərsəyə gəlib. Əsərdə Rusiyanın bir imperiya kimi yaşayıb-yaşamamasından narahat olan şovinisn tarixçi, dinşünas Georgi Fedotovun eyniadlı məqaləsinə istinadən elmi təhlillər aparılır. G.Fedotovun məqaləsinin günümüz üçün aktual məqamlarını diqqətlə araşdıran Güllü Yoloğlu məsələyə öz baxış bucağını ifadə edir. O, problemin daha məntiqli izahı üçün uzaq tarixə ekskursiya edir, slavyanların etnik, dini və siyasi keçmişini yada salır. Bununla da müəyyən xalqların bu gün Rusiyaya olan nifrətinin tarixi köklərini araşdırıb üzə çıxarır. Tədqiqatçı həmçinin sovet dövründə üstüörtülü qalan bir çox məqamlara aydınlıq gətirir.
    Kitabın “İmperiyanı qaytarmaq istəyi”, “Reç Pospolitaya”,”Milli məsələ”, “Calaq xalq – “sovet xalqı”, “Georgi Fedotovun siyasi öncəgörmələri”, “Georgi Fedotovun öncəgörmələrinin davamı”, “Kırım – mənim doğma yurdum”, “Georgi Fedotovun öncəgörmələrinin sonu” adlı başlıqları öz məzmun və mündəricəsində mürəkkəb sosilal-siyasi hadisələrin dürüst mahiyyətini ehtiva edir.
    Güllü Yologlunun məsələlərə alim-tədqiqatçı münasibəti, eləcə də Rusiyanın digər dövlətlərlə münasibətlərinin görünən və görünməyən tərəfləri haqqında şərhləri kifayət qədər məntiqli görünür. Müəllif əsaslı mühakimələri ilə oxucunu öz həqiqətinə inandıra bilir. Kitaba böyük dəyər qazandıran da ilk növbədə, bu xüsusiyyətdir. Bir məqalənin doğurduğu problem, yaratdığı polemik siyuasiya Güllü Yoloğlunu məsələnin daha dərin qatlarına varmağa sövq etmiş, nəticədə bu günün siyasi durumunun, intriqa və ziddiyyətlərin kökündə tarixi yaddaşa hopan kinin zəmin rolu aşkarlanmışdır. Tədqiqatçı haqlı olaraq göstərir ki, “bu gün dünyada baş verən əksər münaqişələrin kökündə vaxtilə baş vermiş hadisələrlə bağlı yaddaşın bəslədiyi kin durur. Və o, vulkan kimi püskürmək üçün bəhanə axtarır, fürsət, şərait gözləyir…”
    “Rusiya yaşayacaqmı?” kitrabı Sibirdən Balkanlaradək Türk Dünyasına səfərlər edən, çoxsaylı tədqiqatlar aparan, təkcə Türkün ulu keçmişinə deyil, dünya tarixinə, çağdaş dövrün mövcud mürəkkəb siyasi mənzərəsinə özünəməxsus münasibəti olan məhsuldar bir alimin əsəridir. Bu əəsərin elmi və ədəbi ictimaiyyətimiz, eləcə də geniş oxucu kütləsi tərəfindən böyük maraqla qarşılanacağına, yeni polemika və elmi diskussiyalara yol açacağına əminik.
    P.S. Əsər haqqında verdiyimiz bu kiçik məlumat Güllü Yoloğlunun “Rusiya yaşayacaqmı?” kitabının elmi mündəricəsi ilə oxucunu tanış etmək məqsədi daşıyır. Kitaba dair daha geniş və konkret sözü isə bir qədər sonra oxuyacaqsınız.

    Təranə Turan Rəhimli,
    Filologiya üzrə fəlsəfə doktoru, dosent,
    Prezident təqaüdçüsü

  • Sumqayıt Kimya sənayesi – 70

    fm

    “Sovetlər dönəmində müttəfiq respublikalar da daxil olmaqla
    dünyanın 100-dən çox şəhərinə məhsul göndərən Sumqayıtın kimya müəssisələrinin yaratdığı problemlər də az deyildi…”

    «Azərikimya» İB-nin İcraçı direktorunun müşaviri, «Tərəqqi» medallı, respublikanın Əməkdar mühəndisi, kimya elmləri üzrə fəlsəfə doktoru
    Firudin Mustafayevlə müsahibə

    – Firudin müəllim, Siz uzun illər Kimya Sənaye Birliyinin baş direktoru, «Azərikimya» Dövlət Şirkətinin vitse-prezidenti, SOCAR-ın «Azərikimya» İstehsalat Birliyində Baş mühəndis – İcraçı direktorun birinci müavini vəzifəsində çalışmısınız. Hazırda da «Azərikimya» İB-nin İcraçı direktorunun müşaviri vəzifəsini icra edirsiniz. Kimya sənayesində həm böyük təcrübəniz var, həm də taleyini bu sahəyə bağlamış insan kimi maraqlı və şərəfli həyat yolu keçmisiniz. Söhbətimizə kimya sənayesinin yaranma və inkişaf tarixindən başlayaqmı?
    – Əgər Azərbaycanda kimya sənayesinin ilk yaranma tarixindən danışmalı olsaq, onda gərək XIX əsrin ortalarına gedib çıxaq. Çünki o dövrdə Bakının neft rayonları ərazisində artıq kükürd turşusu və kaustik soda istehsal edən bir neçə kiçik sex fəaliyyət göstərirdi. Bu kimyəvi məhsullardan yanacaq və sürtgü yağlarının təmizlənməsində istifadə olunurdu. Həmin məhsulların istehsal həcmi yerli tələbatı ödəməklə yanaşı, Azərbaycandan kənara ixrac etməyə də imkan verirdi. Bakı soda zavodları istehsal gücünə və fəhlələrinin sayına görə ən iri müəssisələrdən sayılırdı. Sonralar bu müəssisələrdə azot və xlorid turşuları, kənd təsərrüfatı üçün dəmir və mis kuporosu, toxuculuq fabrikləri üçün sabun surroqatı istehsal olunurdu. Həmin dövrdə Bakıda yeni müəssisələrin – xam neftdən benzol və toluol istehsal edən pirogen zavodların tikintisinə başlanıldı. 1917-ci ildə Nobel qardaşlarının ilk pirogen zavodu işə salınmışdı. Onun istehsal gücü 60 min pud benzol və 30 min pud toluol idi. Tüstüsüz barıt hazırlayan hərbi zavodlar toluolun əsas istehlakçıları kimi ona xüsusi maraq göstərirdilər. Beləliklə, aromatik karbohidrogen istehsal edən Bakı pirogen zavodları Azərbaycanda neft-kimya sənayesinin təməlini qoymuş oldu. (daha&helliip;)

  • Ləman Piriyevanı doğum günü münasibətilə təbrik edirik! (14 Oktyabr 1986-cı il)

    lp

    Gündəlik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsini, istedadlı qələm sahibini, gənc xanım yazarıdını doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

    Mətbuat xidməti

  • Dünya sevgisizlik xəstəliyinə tutulub sanki…

    ue

    Hər gün yolda, nəqliyyatda, iş yerində, mediada rast gəldiyimiz bir çox insanın üzündə gördüyümüz boş, kədərli, təkəbbürlü və davakar üz ifadələrinin arxasında sevgisizlik ruhu hakimdir.

    Sevgisizlik ilk öncə insanın qəlbində tək qalmaq istəyi, narahatlıqla özünü biruzə verir, sonra da stress, depressiya, eqoistlik, qısqanclıq və nəhayət kin, nifrət, qəzəb, təcavüzkarlığa qədər gedib çıxan xəstəliyə çevrilir. Qəlbi bu xəstəliyə tutulmuş insanların bir qismi insanlara yuxarıdan aşağı baxan, heç kimi bəyənməyən, heç kimi sevə bilməyən, hər kəsə guya ağıl verən insanlardır.

    Bu insanların bir gözəlliyi təriflədiyinə, bir yaxşılığı təqdir etdiyinə, xoş söz söylədiyinə şahid olmaq mümkün deyil. Ruhları təkəbbürdən və qürurdan sanki daşa dönüb.

    Bu cür insanlar müdirindən, qonşusundan, hətta nəqliyyatda qarşılaşdığı heç tanımadığı insanlardan belə nifrət edir. Demək olar ki, sevdikləri bir insan belə yoxdur.

    Sosial media da bu insanların qəzəb dolu şərhləri, paylaşımları ilə özlərini açıq şəkildə biruzə verdiyi yerlərdəndir. Klaviatura başına keçən sevgisiz insan sərt üslubu ilə hər kəsi incitməyə çalışır. Bircə kəlmə şəfqətə, mərhəmətə, yaxşılığa dair bir şey yazmaz, durmadan insanları tikanlı sözlərlə tənqid edər. Tənqid etdiyi hər hansı məsələdə həll yolunu ondan soruşsaq, demaqoqluğa başlayar.

    Sevgisizlik insanın üzündə də əks olunur. Belə bir insanın bədəni də bu sevgisizliyə, kinə, qəzəbə, qısqanclığa tab gətirə bilmir və sürətlə çökür.

    Halbuki Allah dünyanı sevgi üçün yaratmışdır. İnsana sevgini qazandıracaq yeganə güc isə yalnız «iman»dır. İman özü ilə Allah sevgisini gətirir. Allah sevgisi insanda çox gözəl və müsbət təsir yaradır. O zaman insan Allahın məmnunluğunu qazana bilmək üçün gözəl əxlaq göstərir, heç bir mənfəət güdmədən, səmimi niyyətlə yalnızca Allah rizası üçün sevir, Allah rizası üçün şəfqət, mərhəmət göstərir, Allah rizası üçün dost olur. İnsanları Allahın yaratdığını, Onun təzahürü olduğunu bilir, Allaha olan məhəbbətini, sevgisini təcəllilərinə də göstərir.

    Quran əxlaqına əsaslanan belə bir sevgi, gözəl əxlaq, şəfqət, mərhəmət cəmiyyətə hakim olduğu zaman insanlar sanki xeyirlərdə, gözəlliklərdə yarışacaq hala gələcəklər.

    Unutmayaq ki, sevgi İslamın və Quranın ruhunda əsas yeri tutur. Allahın bütün kainatı, dünyanı yaratma məqsədi sevgidir. Dünya həyatındakı imtahanımız sevgi imtahanıdır. Sevgi dolu qəlblərlə, sevgisiz qəlblərin seçilib bir-birindən ayrılmasıdır. Dünya təlim yeridir əslində. Sonsuz sevgi yurdu olan cənnətə getmədən əvvəl eşqin, məhəbbətin və şəfqətin təlimini aldığımız yer.

    Buna görə hər insan sevgisizlikdən Allaha sığınmalıdır.

    Ülviyyə Əlizadə

  • “Türk birliyi regionda güc mərkəzinə çevrilməlidir”

    1400

    Hal-hazırda qüvvələrini birləşdirməyən ölkələrin təkbaşına dünya siyasətində söz sahibi olmadığını görürük.

    “Hal-hazırda qüvvələrini birləşdirməyən ölkələrin təkbaşına dünya siyasətində söz sahibi olmadığını görürük. Buna görə də mədəniyyəti, tarixi, mənəvi dəyərləri çox yaxın olan qardaş ölkələr müəyyən ad altında birliklər qurmalıdır. Lakin bu birliklər yalnız protokoldan ibarət olmamalı, həqiqi mənada güc mənbəyinə çevrilməlidir. Azərbaycan uzun illərdir erməni terroru və işğalı, qardaş Türkiyə isə marksist PKK terror təşkilatı ilə mübarizə aparır.

    İllər ötməsinə baxmayaraq, dünyadakı bəzi güc mərkəzlərinin qarşı tərəfə verdiyi dəstəkdən dolayı, problemlər təkbaşına həll edilə bilinmir. Lakin biz Azərbaycan və Türkiyə olaraq güclərimizi birləşdirsək və digər türk dövlətlərinin də iştirakı ilə güclü ordusu olan bir birlik qursaq, bölgədə müstəqil siyasət yürüdücü güc mərkəzinə çevrilə bilərik. Bu cür birlik Allahın izni ilə, illərdir dünyadakı güc mərkəzləri tərəfindən dəstəkləndiyi üçün tək başına həll edə bilmədiyimiz bir çox problemin həllinə səbəb olacaq.” GMİİB Sədri Ramiq Vəliyev Türkiyədəki son hadisələrlə bağlı açıqlamasında belə deyib

  • Təhlükəsizlik problemi divarlarla həll edilə bilməz..

    sao

    Yaşadığımız dövrdə yalnız silahlıları deyil, dinc əhalini də hədəf alan müharibə zonalarından gələn xəbərlər, fotoşəkillər və vəhşilik görüntüləri vicdanı olan hər kəsin ürəyini parçalayır. Milyonlarla məzlum insan Suriyada, Cənubi Sudanda, Nigeriyada, Ukraynanın Donbass bölgəsində, Şimali Malidə, Liviyada, Yəməndə, Orta Afrika Respublikasında və daha bir çox ölkədəki qanlı müharibələrdə həyatlarını davam etdirməyə çalışarkən, milyonlarla insan da Rohincada, Şərqi Türküstanda, Fələstində, Əfqanıstanda, Kəşmirdə, Moroda məruz qaldıqları zülm qarşısında həyatda qalmaq uğrunda mübarizə aparırlar. Beynəlxalq sülh və təhlükəsizliyi ən çox təhdid edən məsələlərin başında gələn terror isə hər il minlərlə məsum qanını tökməyə davam edir.
    Belə bir şəraitdə bütün dünyanın əl-ələ verib sülh üçün səy göstərməsi lazım olduğu halda, daha çox silahlanmağa çalışması təəccüblüdür. Bunun ən böyük səbəbi isə fərdi, ictimai və cəmiyyətlər səviyyəsində baş verən mənəvi böhran, insanlar arasında artan nifrət, sevgisizlik, mənfəətpərəstlik və bütün dünyanı bürüyən inamsızlıqdır. Aclığı gündəlik həyatın bir parçası olaraq yaşayan Afrikanın belə bütün imkanlarını silah sənayesinə yönəltməsi bu vəziyyəti ortaya qoyan bariz nümunədir.
    Təhlükəsizlik hazırda yalnız müəyyən ölkələrin deyil, bütün dünyanın ortaq problemidir. Ölkələr terrordan, müharibələrdən, cinayətkar təşkilatlardan özlərini qorumaq üçün milyardlarla dollar xərcləyərək geniş miqyaslı tədbirlər alırlar. Təəssüf ki, bəzi ölkələrin təhlükəsizlik üçün aldığı tədbirlər başqa ölkələr üçün inamsızlıq hissi yarada bilir. Müharibələri, münaqişələri, ölüm qorxusunu, avtoritar rejimlərin təzyiqini, iqtisadi çətinlikləri, yoxsulluğu və yaşadıqları inamsızlığı arxada qoyub təhlükəsiz və rahat yaşamaq üçün yola çıxan milyonlarla miqrantın bir çox ölkə tərəfindən təhlükəsizlik problemi olaraq qəbul edilməsi buna misaldır.
    Sərhədlərə hörülən divarlar da bu gün bir çox ölkənin tətbiq etdiyi təhlükəsizlik tədbirlərindən biridir. Miqrantların əsas hədəfi olan Avropanın bir çox ölkəsi təhlükəsizlik məqsədi ilə sərhədlərinə divar hörüb. 2015-ci ilin sonunda Avropaya gələn miqrant sayının 1 milyonu keçəcəyi nəzərdə tutulur. Bir çox miqrant Türkiyə üzərindən Yunanıstana keçib, oradan da Avropaya getməyə çalışır. Sayları getdikcə artan miqrantların ehtiyaclarını ödəməkdə çətinlik çəkən Yunanıstan Meriçdəki quru sərhədinə tikanlı məftil çəkmə qərarı aldı. Bolqarıstan da Türkiyə üzərindən həyata keçirilən miqrasiyanın öz torpaqlarına sirayət etməməsi üçün 160 kilometrlik tikanlı məftil çəkdi. Şimali Afrikadan İtaliyanın cənub sahillərinə qaçqın axını isə fasiləsiz olaraq davam edir.
    Ötən günlərdə qatarlarla Almaniyaya keçməyə çalışan miqrantlara qarşı Macarıstan və Xorvatiyanın göstərdiyi reaksiya bütün dünyada tənqid edildi. Macarıstan, Serbiya ərazisindən gələn miqrantların girişini qarşısını almaq üçün sərhədə divar hördü. Macarıstan indi də həmin divardan Xorvatiya ilə sərhədinə hörəcəyini bildirib. Əksəriyyəti Suriya, İraq və Əfqanıstandan gələn minlərlə miqrant əvvəlcə Aralıq dənizini keçərək Yunanıstana, sonra isə Serbiya ərazisindən Macarıstana çatır. BMT rəsmiləri bu vəziyyətdə əsl həll yolunun humanitar yardım olacağını, Suriya və İraqda şərait yaxşılaşmadıqca, Avropaya axının davam edəcəyini bildirirlər. BMT-nin miqrantların hüquqları üzrə xüsusi məruzəçisi Fransua Krepo məsələyə dair bunları bildirib: “Divarlar hörərək, göz yaşardıcı qazdan istifadə edərək və ya zorakılığa əl ataraq, həbs edərək, sığınacaq, qida, su kimi təbii ehtiyacları əldə etmələrinə mane olaraq, nifrət saçaraq, miqrantların Avropaya gəlməsini dayandırmaq mümkün deyil”. [1]
    Miqrant axını ilə mübarizədən əlavə, terrordan qorunmaq üçün sərhədlərinə divar hörən ölkələrin sayı da olduqca çoxdur. Səudiyyə Ərəbistanı şimaldakı Turaif ilə Hafar əl Batın şəhərləri arasında təxminən min kilometr uzunluğunda divar hörəcəyini açıqladı. Həmçinin cənub qonşusu Yəmənlə olan sərhədlərini də əl-Qaidəyə qarşı qorumaq üçün nəhəng divarlar hörəcək. Keniya, Şəbab terror təşkilatı üzvlərinin ölkəyə keçidinin qarşısını almaq üçün Somali sərhədinə divar hörməyə başladı. Türkmənistan da Talibana qarşı ölkəsini qorumaq məqsədilə Əfqanıstan ilə sərhəd xəttinə divar hörəcəyini bildirib. 745 kilometrlik divarın tikintisinə artıq başlanılıb.
    Rusiya ilə 2014-cü ildə baş verən böhranın səbəb olduğu toqquşmalarda minlərlə insanın həyatını itirdiyi Ukrayna isə ölkə təhlükəsizliyini təmin etmək məqsədi ilə sərhədlərini divarla hörmək qərarı alan digər bir ölkədir. Sərhəd təhlükəsizliyi çərçivəsində Rusiya sərhədinə 2 min kilometrlik divar tikintisi planlaşdıran Ukrayna 100 milyon avroluq xərci Avropa İttifaqının köməyi ilə ödəməyi hədəfləyir. Divarın dəmir məftil, mina və elektrikli sahələrdən ibarət olacağı bildirilir.
    İsrail də təhlükəsizlik baxımından İordan çayının qərb sahili ilə Fələstin torpaqları arasında divar və nəzarət məntəqələri yaratmışdı. Hər 200 metrdə bir müşahidə qülləsi olan divar elektrikli tikanlı məftillərlə, dərin və dörd metr enliyində xəndəklərlə əhatə olunub. Divarın yaxınlığında heç kimin olmaması üçün isə uzaqdan idarə olunan silahlar mövcuddur.
    Daha bir çox nümunəsinə rast gəlinən, şəhərləri, ölkələri, bir-biri ilə qardaş cəmiyyətləri, qohumları ayıran divarların tarixi əslində çox qədim dövrlərə gedib çıxır. Roma İmperiyasının II əsrdə hördüyü nəhəng qala divarlar, Çinin şimal-qərbi boyunca uzanan və dünyanın ən uzun müdafiə divarı olan Çin Səddi, yaxın keçmişdə Şərqi Almaniya vətəndaşlarının Qərbi Almaniyaya qaçmalarının qarşısını almaq üçün inşa edilən Berlin Divarı tarixin ən məşhur divarlarındandır. Təəssüf ki, məsələləri demokratiya və insan hüquqları çərçivəsində sülhyönümlü və ağıllı təhlükəsizlik siyasəti yürüdərək dostcasına həll etmək mümkün olduğu halda, divar hörərək təhlükəsizliyə nail olmağa çalışmaq keçmişdə də uğurla nəticələnməmişdir.
    Unudulmamalıdır ki, yer üzündə əmin-amanlıq və təhlükəsizliyin ən əsas şərti sevgi, məhəbbət, dostluq və qardaşlıqdır. Dostluq olmadan, birlik və bərabərlik ruhu, qarşılıqlı sevgi, hörmət, həmrəylik olmadan əlbəttə ki, sülh olmaz. İnsanlar sevgi, mərhəmət, dözümlülük kimi hissləri itirir və bunun nəticəsində də qardaş kimi danışıb razılaşmaq əvəzinə divarlarla bir-birindən qopub uzaqlaşmaq istəyirlər. Sevginin hakim olduğu bir dünyada isə irqləri, dilləri, dinləri, mədəniyyətləri fərqli olsa da sevgi ilə qucaqlaşmaq mümkündür. Həyatlarını xilas etmək üçün yurdundan ayrılmaq məcburiyyətində qalan qaçqınlara məskunlaşacaqları təhlükəsiz yerlə təmin etmək, çatışmazlıqları varsa, onları maarifləndirmək, təzyiq, şiddət və zorakılıq altındakı xalqlara, ehtiyac içindəki məzlumlara, ac və susuzlara yardım etmək heç də çətin deyil.
    Şübhəsiz bu sahədə dünya liderlərinə vacib iş düşür. Bütün dünya liderləri birləşdirici, sülhyönümlü sevgi üslubuna üstünlük verməli, şəfqət, mərhəmət, birlik, bərabərlik, sülh və qardaşlıq anlayışlarını önə çıxarmalıdırlar. Bu sevgi dili ilə dünyanın hər yerində baş verən miqrant böhranları, müharibələr və münaqişlər, terrora və zorakılğa əsaslanan qlobal təhlükəsizlik təhdidləri və hər cür qarşıdırma bir-bir aradan qalxacaq. Dolayısilə sərhədləri divarlarla ayırmaqla, daha çox silahlanmaqla, bölgələrə daha çox əsgər yerləşdirməklə, qısası, problemlərin ancaq təhlükəszilik tədbirləri ilə həll edilə bilməyəcəyi, bütün problemlərin mənbəyinin ancaq sevgi, şəfqət və maarifləndirici siyasətlə həll edilə biləcəyi başa düşülməlidir. Ümid edirik ki, bu əsr sevgisizliyin, gərginlik və münaqişə ruhunun sona çatdığı bir əsr olacaq. Qorxuların, sevgisizliyin, güvənsizliyin yerini həsrətini çəkdiyimiz sülh, əmin-amanlıq, dostluq, qardaşlıq və güvən mühiti tutacaq.

    Adnan Oktar