Post Views: 96 Salam Əziz müsəlman bacı və qardaşlarımız. Sizi Tanrının rəhmət və bərəkətilə digərlərindən seçdiyi, üstün etdiyi ayın yekunlaşması -Müqəddəs Ramazan Bayramı münasibətilə ürəkdən təbrik edirəm. Uca Yaradandan hər birimizə yaşadığımız dövr ərzində sağlam can, sağlam ruh, evlərimizə halal və bol ruzi, ailənizə xoşbəxtlik, evsizlərə ev, xəstələrə şəfa, dərdlilərə dəva, millətimizə və dövlətimizə birlik …
Əsmər Qasımlı (Yeni şeir) DÜNYA, SƏNİ İSTƏMİRƏM…
Post Views: 107 Dünya, səni istəmirəm, Yalan üstə qurulmusan. Addım-addım qocaldıqca Məqsəd güdən insanların əlləriylə “ucaldıqca”, Bataqlıqda boğulmusan. Dünya, səni istəmirəm… Yaxşı, yaman bilinməyir. Xeyirxahlıq bədxahlıqdan, Fərasətlik haramlıqdan zərrə qədər seçilməyir. Dünya, səni istəmirəm… Nəyə lazım isti ocaq? Bir ananın şəfqətiylə Bir körpəni isitməyə açılmırsa doğma qucaq, Dünya,səni istəmirəm… Sevilmirsə sevən ürək, Xəyanətin alovunda Yanacaqsa …
Zeynəb DƏRBƏNDLi (yeni şeir) Ürək sevgisi
Post Views: 114 Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i, Azərbaycan Yazıçılar Birliyinin üzvü Sənə könül bağlayıb, Səninçün candan keçdim. Mən səni sevmək üçün, Ən böyük ürək seçdim. O ürək bərk döyünür, O ürək daşdan deyil. Nə olar sən də, gülüm, Vurma qəlbinə qıfıl. Bu ürək sənlə …
Abdulla MƏMMƏD.Yeni şeirlər
Post Views: 92 SƏNİN GÖZLƏRİNƏ BAXA BİLMƏRƏM Sənin gözlərinə baxa bilmərəm, Sənin gözlərindən günahım axır. Mən bu cazibədən çıxa bilmərəm, Ürək sındırmışam-bir ürək axı… Sənli xatirələr üzülər qəmdə, Yanına gəlməyə üzüm də olmaz. Görəndə sarsilib üzülərəm də, Bir kəlmə kəsməyə sözüm də olmaz. Bağışla demərəm, sarsılsam belə, Sən ki büdrəmisən, yıxılan mənəm. Bilirəm-qəlbində yerim var …
Qalib ŞAMXALOĞLU.”Dünyamız”
Post Views: 51 A dostlar , Tanrıdan bir diləyim var , Ağrısız , acısız ola dünyamız . Naqislik olmaya , məkr olmaya , Sevgiylə , eşq ilə dola dünyamız . Zimistan görməyə bir gül , bir çiçək , Özəkdən qopmaya bircə tər ləçək . Kifirlər də ola lap gözəl , göyçək , Gözəllikdən ləzzət ala …
Şəfaqət Cavanşirli (Hekayə) Ölümə gedən ümidlər
Post Views: 98 Tez-tez yorulmağımı, halsızlığımı, bir ayda on kilo çəki itirməyimi altmış üç yaşın xəbər verdiyi qocalıq əlaməti kimi qəbul edirdim. O günə qədər ki, oğlum tibb universitetini yenicə bitirmiş xanım qız dostunu bizə qonaq gətirənəcən… Aygün adlı xanım qızın dediyinə inansaq, onu qarşılayan mən qocanın görünüşü elə qapının ağzında diqqətindən yayınmayıb. Hiss edirdim, …
Cəfərova Şəhanə.Yeni şeirlər
Post Views: 63 Soyuqdur əllərin Bir zaman xoşbəxt idik əl-ələ tutub bir Əgəzirdik Həyatdan ancaq yaxşiliq görürdük İndi niyə soyuqdur Əəllərin Sanki mənə yad birisən Qarşimdaki sən yox başqa birisən Sevgilin deyiləm tək birisən! Mənə nağillar danişma Yalandan mənim üçün yanib alişma! Bilirəm daha sevmirsən məni Yoxsa niyə soyuqdur əllərin! İstəmirəm tutma daha əlimi
Saqif QARATORPAQ.Yeni şeirlər
Post Views: 100 * * * Yox…gəl aldatmayaq bir-birimizi, Yalan danışmağa varmı ehtiyac? Nə olub boynunu bükübsən yenə? Deyirsən; – Bu dərdə yoxdumu əlac?! Niyə danışmadıq biz onda…niyə? Sən demə,susmaq var- ölümdən betər. Qorxduq,qonum-qonşu,qohum-əqraba, Tanışlar-bilişlər nə deyəcəklər…
Əlirza HƏSRƏT.Yeni şeirlər
Post Views: 55 AYRILIQ YERİNDƏN QIRILDI BU EŞQ Sənin dodağında çiçəkləmişdi, Bir zalım əliylə dərildi bu eşq. Gözlərim yolunu elə çəkdi ki,- Ayrılıq yerindən qırıldı bu eşq. Qərib fəryadıydı,aşiq halıydı, Divanə ruhların qeylü-qalıydı. Bağrımın başında lalə xalıydı, Keçib göz yaşından duruldu bu eşq. Yenə pəncərəndə yellənir pərdən, Xatirən şam tutub ən xoş xəbərdən. Hər gün …
Günel Nazimi doğum günü münasibətilə təbrik edirik! (14 iyul 1995-ci il)
Post Views: 110 Gündəlik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsini, istedadlı qələm sahibini, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavinini doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz …
Təranə TURAN RƏHİMLİ.”Şuşanın dağları…” (Hekayə)
Post Views: 98 Asfalt yolun hər iki tərəfində əkilmiş meyvə ağacları sanki sıraya düzülmüş əsgərlər kimi «farağat» vəziyyəti alıb bizim bu cənnət məkana gəlişimizi salamlayırdı. Ağacların ətrafındakı çəmənliyin sıxlığından bir ovuc da torpaq gözə dəymirdi. Mənzil başına yetişdikdən sonra maşını münasib bir yerdə saxlayan atam: «Hə, uşaqlar, düşün, çəkin ciyərinizə bu havanı. Dünyada tayı-bərabəri yoxdu …
Günel Emin FƏRHADQIZI.”Mədəniyyətimiz – “mədəni niyyətimiz””
Post Views: 96 Cəmiyyətimiz əvvəllər çox mədəni idi, niyyəti də xoş idi, sonra dövlətimiz, iqtisadiyyatımız elə sürətlə inkişaf etməyə və irəli getməyə başlayıb ki, cəmiyyətimiz bu sürətə öyrəşə bilməyib, hələ də geridə qalır… Söhbət müasirlikdən, qərbləşib qəribləşməkdən və s. getmir. Söhbət əvvəllər insanlarımıza, ölkəmizə və cəmiyyətimizə xas olan mədəniyyətdən gedir. Unutmayaq ki, ölkəmiz şərqdə ən …
Şəhanə CƏFƏROVA.”Sonda Ayrıldıq!”
Post Views: 73 Sonda Ayrıldıq! Son günlərdi son baxışlardı Son sözlərdi son görüşlərdi. Çox istədik bitməsin bu sevgimiz. Sonda ayrıldıq ikimiz. İndi hər kəs sevinsin. Sənin ailən toy bayram etsin. Anan istədiyi qıza sənin üçün elçi getsin. Onsuz da onlar ayırdi bizi! Qoymadılar yaşadaq sevgimizi Adımız tarixdə qalacaq. Bir-birini çox sevən ikimiz. Bizdən sonar da …
Şəfaqət CAVANŞİRLİ.”Ölümə gedən ümidlər” (Hekayə)
Post Views: 101 Tez-tez yorulmağımı, halsızlığımı, bir ayda on kilo çəki itirməyimi altmış üç yaşın xəbər verdiyi qocalıq əlaməti kimi qəbul edirdim. O günə qədər ki, oğlum tibb universitetini yenicə bitirmiş xanım qız dostunu bizə qonaq gətirənəcən… Aygün adlı xanım qızın dediyinə inansaq, onu qarşılayan mən qocanın görünüşü elə qapının ağzında diqqətindən yayınmayıb. Hiss edirdim, …
Fidan Abbasova (Yeni şeir) Mən unuda bilsəm sevməzdim səni…..
Post Views: 87 Yuxusuz gecəmsən , bəxtsiz yazımsan sinəmdə çalınan telli sazımsan ömrümə pay düşən sərt ayazımsan üşüdür soyuq , buz baxışlar məni mən unuda bilsəm sevməzdim səni….. Çevirdin ömrümü zəngli saata gəmim var dənizdə qayaya çata bir gün vəfasız tək mənidə sata üşüdür soyuq , buz baxışlar məni mən unuda bilsəm sevməzdim səni…..
Gülnarə İsrafilqızı “ZƏRRƏLƏR” adlı kitab haqqında
Post Views: 93 Əziz və dəyərli insanlar, dostlar, tanışlar, qələm sahibləri. Bir şeyi vurğulamağı özümə vəzifə bilərək, layihənin ərsəyə gəlməsində İdarə heyətinin böyük zəhməti olduğunu nəzərinizə çatdırmaq istəyirəm. Layihə çərçivəsində “ZƏRRƏLƏR” adlı kitab bir neçə mərhələdən keçib. 1-ci mərhələ: Elan və şeirlərin toplanması: 2-ci mərhələ: Şeirlərin seçimi, redaktəsi, korrektəsi və kitabın foto-dizaynı. 3-cü mərhələ: Texniki …
Gülnarə İsrafilqızı. (Şeir esse)
Post Views: 110 ümidimə! içimdə ölürəm çölümdə dirilmək ümidi ilə bir qonur gözlünün qönçə dodağında ümidlənən dua! göz yaşına büründüyü yerdən qalxır ərşə. ey yer-göy məmləkətinə sahib çıxanım bir ovuc ümidin arxasındayam. ümidimi göylərin üzünə sər buludun bəbəyinə tök, tök ətəyimə! bilmədən öz əlimlə verdiyim haqqım alovlanır bir içim suyu qaytar ümidimə!
Samit NURİYEV.”Qorxuram dönəcək közə bu dünya…”
Post Views: 113 Bilinmir əvvəli.Böyük bir sirdir. Necə qismət olmuş bizə bu dünya?! Tamam müəmmadır bu Yer kürəsi, Görən necə çıxmış üzə bu dünya? Birinə zirvədir,birinə dərə, Biri xoş yaşayır,biri hədərə. Çoxlarını salır dərdə,kədərə, Azını düz yola,izə bu dünya!
Təhminə MƏMMƏDOVA.”İki yol ayrıcındayam”
Post Views: 116 İki yol ayrıcındayam, Sanki iki dünya arasındayam Bir yanda işıqlar şəfəq saçır, Bir yanda qaranlıqlar mənə qucaq açır Bir yanımda anlardan sevinc süzülür, Bir yanda kədər üzümə gülür İki yol ayrıcındayam Bir tərəfim uçurum, Bir tərəfim səhradır Bilmirəm nədir suçum, Hara üz tutum qaçım? Bir tərəfimdə ilanlar, Bir yanımda yalanlar
Zeynəb DƏRBƏNDLİ.Yeni şeirlər
Post Views: 72 Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i, Azərbaycan Yazıçılar Birliyinin üzvü Bilmədən Sevgidən ilham alıram, Dərin xəyala dalıram. Hər kəsi eşqə salıram Özüm sevməyi bilmədən. Öz könlümü ovuduram; Dərdi,qəmi unuduram. Eşqdən dünya yaradıram Özüm sevməyi bilmədən.
Şafa KAMİLLİ.” Qızım…”
Post Views: 117 Ən böyük istəyim, Arzum, diləyim, Ömrümün sevinci, Qəlbimin nuru, Atanın ulduzu, Mənim nar dənəm, Nənənin gül ləçəyi, Qardaşının bacısı, Ömrümüzün bəzəyi, Gözəl qızım, naz qızım, Arzuların çin olsun! Ömrün bəxtəvər olsun! Sən Nigara, Həcərə, Tay olasan, can qızım! Ömrün keçsin sevinclə, Göz yaş görməyəsən, Üzün gülsün daima, Qəm, kədər bilməyəsən, Allahıma min …
Mayisə ƏSƏDULLAQIZI.Yeni şeirlər
Post Views: 54 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru ŞƏRƏFLİ SƏRHƏDÇİLƏR Vətən torpağı canı, Havası, suyu qanı, İgidlərə tay hanı?! Qeyrətli keşikçilər, Şərəfli sərhədçilər! Dilində, sözdə Allah, La İlahə İlləllah, Yadı edər tərksilah, Ağır əziyyətçilər, Şərəfli sərhədçilər! Çeşməsində yaş olar, Ay-Ulduza qaş olar, Vətən üçün daş olar, …
Gülnarə İSRAFİLQIZI.”Ümidimə!”
Post Views: 89 içimdə ölürəm çölümdə dirilmək ümidi ilə bir qonur gözlünün qönçə dodağında ümidlənən dua! göz yaşına büründüyü yerdən qalxır ərşinə. ey yer-göy məmləkətinə sahib çıxanım bir ovuc ümidin arxasındayam. ümidimi göylərin üzünə sər buludun bəbəyinə tök, tök ətəyimə! bilmədən öz əlimlə verdiyim haqqım alovlanır bir içim suyu qaytar ümidimə!
Aytən QULİYEVA.Yeni şeirlər
Post Views: 108 SEVDİYİM Şirin-şirin xəyala sal könlümü, Tut əlimdən, gəl özün al könlümü, Cox incitdi bu ayrılıq könlümü, Dərd qəm saça sığal çəkir sevdiyim. Kulək əsir rəqs eyləyir tellərim, Həsrət çəkir məhəbbətə gullərim. Saçlarımı oxşamasa əllərin, Ömür ötər yarpaq tökər sevdiyim. Eşqim üçün qınama gəl sən məni, Məhəbbətin eləmişdi lal məni. Ümidlə yaşatdı bu …
Hikmət MƏLİKZADƏ.”Yenə kölgə düşüb sevda bağına”
Post Views: 44 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Yenə kölgə düşüb sevda bağına, Hava sərinləyib aramızda, qız. Boşuna gedirik bu yolu sənnən – Özgə əli gəzir yaramızda, qız. Sevgi naz çağıymış, heyif, bilmədik, Məndən lal olmağı umma, boşuna. Dəli olacaqsan bu gedişlə, qız, Ta sənnən yadıq biz, cumma …
Həsən MİRAT.”Oruc tut”
Post Views: 64 Vacib buyurubdur ki, yaradanin oruc tut Vardirsa əgər tutmağa imkanin oruc tut Heç olmasa, bir ay uzaq olsun da haramdan, Həm daxili, həm xarici orqanin oruc tut Bir gün qoruyar nari-duzəxdən səni mütləq, Olsun deyə məhşər günü “qalxan”in oruc tut Zəncir ilə bağlar onu allah ramazanda, Et həmləni sinsin beli şeytanin, oruc …
Nail DAĞLAROĞLU.”Sən”
Post Views: 85 (divani) Calış dostum bu dünyada haqq yolundan dönmə, sən, Yananda da elə yanki tez alışıb sönmə, sən. Çalışki yaxşılıq eylə dosta, yada, tanışa, Bir pisliyin ucbatından alçaqlara enmə, sən. Yaxşılıq et hər insana adın düşsün dillərə, Qazan elin məhəbbətin, sevgini ver ellərə. Aşsın, daşsın saf niyyətin ömrü vermə yellərə, Bu yollarda nə …
Elnur ABDİYEV.”Oxşayar”
Post Views: 85 Ok nədi,yes nədi,bir təmiz hə de, Dilin ətir saçsın,qəlbi oxşa,yar. Doğma ikən yada dönən millətə, Bəxti ağı söylər, zaman oxşayar. Xor baxanlar bölünsün, min dilimə, Dildən olum,yad söz gəlsə,dilimə. Mən heyranam,doğma Ana dilimə, De,hansı dil bu saf dilə oxşayar? Coşqun,qaya qopar qat-qat,lay-lay a! Kökü üstə bağlanır hər lay laya. Mən bu dildə …
İlkin ABBAS.”Mən indi bildim ki”
Post Views: 67 Qalmayıb ürəyin taqəti, tabı, Açmamış gül kimi günbəgün solur. Mən indi bildim ki, həsrət əzabı, İnsana həyatda ağır dərd olur. Mən indi bildim ki, bu gedişinlə, Ürəyim mənimlə barışmayacaq. Arxanca boylanan yaşlı gözlərim, Sənin yollarından yığışmayacaq. Mən indi bildim ki, hər gün boylanıb, Baxacam həsrətin pəncərəsindən. Gözlərim ayrıla bilməyəcəkdir Sənli günlərimin xatirəsindən. …
Debüt: Əli MUSA (Kəlbəcər rayonu).Yeni şeirlər
Post Views: 103 Əli Musa(Qənbərzadə Əli Musa oğlu) 1iyun 1992-ci ildə Kəlbəcər rayon kilsəli kəndində anadan olub.2012-ci ildə Mingəçevir Turizm Kollecini bitirib.Şeir və publisistik məqalələri dövri mətbuatda çap olunur.”Sevgidir yaşadan məni”kitabının müəllifidir Aldanma İnanmaq çətindir hər yetən kəsə, Çoxları dar gündə verər səs-səsə Əgər dar ayaqda yaxın gəlməsə Necə dost deyəsən beləsinə sən Tuş gəlsən …
Günel Emin Fərhadqızı.”Bilirsən, nə istəyirəm?!”
Post Views: 93 Bilmirsənsə, yazım, sən bil… İstəyirəm, bu dünyada insanlardan uzaq olmaq, yalnız qalmaq, sən və mən, ikimiz. Nə mobil telefon olsun, nə planşet, noutbuk, internet, unutsun bizi bir neçə günlük hamı… Yada düşməyək az müddətə olsa belə… İstəyirəm, təbiəti, meşələri, şəlaləni, çaya tullanmaq, şəlalənin altında dayanmaq, su yuyub aparsın məni aydınlıq dünyasına, ağaca …
Gənc xanım Aliyə Əsədovanın yeni kitabının təqdimat mərasimi keçirilib
Post Views: 98 10 İyul 2015-ci il tarixində, saat 14:00-da, Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsi, istedadlı qələm sahibi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, gənc xanım yazar Aliyə Əsədovanın “Payız nəğməsi” adlı ikinci şeirlər kitabının təqdimat mərasimi keçirilib.Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, …
Gülnarə İSRAFİLQIZI.”Şadlıq sarayı tikəcəklərmiş”
Post Views: 64 Yolun bir başından mən çıxırdım, O biri başından sən. Görüşə tələsən addımlarımız utanırdılar. bir addımlıqda… Su çalası girirdi araya. Baxışlarımız pıçıldaşırdılar. Eyni binada yaşayırdı arzularımız. Binanın üst mərtəbəsində mən, Alt mətdəbəsində sən. Hər gün qapıya gəlib Gözdən itincə yola salardın, Ayaq taqqıltımı. Günəşin rəngi solunca, Gecə işıqlanınca, Yollardan adamlar çəkilincə, Yolumu gözləyirdin. …
Usta FƏXRƏDDİN.Yeni şeirlər
Post Views: 137 GÖYYALIM (Qubadlı rayonunun Göyyal kəndinə həsr olunub) Ey mənim Cənnət üzlü, Cənnət misallı Göyyalım, Görmədim səndən özgə, qeyri mahalı Göyyalım. İlahi qüdrətindən var etmişdir əla səni, Sərmişdir çöllərinə qeybindən xalı Göyyalım. Düşməzdi Xıdır Nəbi abi-həyat sevdasına, Olsaydı Turş suyundan əgər ki, hali Göyyalım. Nigari Əfəndimiz çün seçmiş Hərtiz dağını, O da bilmiş …
Zeynəb Dərbəndli “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i seçilib
Post Views: 68 Gündəlik İnformasiya Agentliyinin Rəhbərliyinin 10 iyul 2015-ci il tarixli qərarı ilə Azərbycan-Dağıstan iki qonşu ölkənin arasındakı mədəni və ədəbi əlaqələrin inkişafındakı müstəsna xidmətlərinə, eyni zamanda ədəbi-bədii yaradıcılığındakı irəliləyişlərə görə, nəğməkar şairə, istedadlı qələm sahibi Zeynəb Dərbəndli (İbrahimxəlilova Zeynəb Şəmsəddin qızı) Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları …
Təranə TURAN RƏHİMLİ.”Məryəm” (Hekayə)
Post Views: 92 Hava təzəcə qaralmışdı. Həyət-bacada sakitlik idi. Nənəm hinə boylanıb toyuq-cücəni yoxladı, hamısının tarda büzüşüb yatdığını görüncə hinin qapısını bağladı. Sürahidən tutub həmişəki kimi ehmallı addımlarla ikimərtəbəli evin artırmasına qalxan pilləkənlə yuxarı çıxırdı ki, həyət qapısı açıldı. (Darvazanı bağlamağı unutduğunu da indi başa düşdü.) Darvaza önündə qonşu Rüxsarə göründü. O, «bəri gəl, buradır» …
Истинным источником демократии являются пророки – посланники Аллаха
Post Views: 53 Свобода, составляющая основу и повышающая уровень жизни человека, возможна лишь при установлении демократии, поскольку демократия – это способ управления, при котором соблюдаются социальная справедливость и равенство всех людей, права и свободы человека. Демократия – это благо, о котором Аллах через пророков гласит своим рабам в священных книгах. Во всех священных книгах говорится …
Принцып секуляризма обуславливает формирование искренней веры
Post Views: 50 “Наше государство является секулярным государством, однако мы отделены от религии”. Гейдар Алиев Как отражено в Конституции, Азербайджанская Республика является секулярным государством. Эта характеристика государства содержит в себе то, что в Азербайджанской Республике религия отделена от государства, иными словами, одно не вмешиваются в дела другого. В соответствии со статьей 7 Конституции Азербайджанской Республики, …
У терроризма нет религии
Post Views: 85 Мы живем в период, когда жестокость и ненависть во всех частях Света стали обыденными явлениями. Каждый день мы узнает из новостей о кровопролитиях, имеющих место в различных точках Земли. И чаще всего жертвами этих жестокостей становятся невинные люди. Террористические акты во многих странах востока, еще раз показывают причину возникновения в мировой общественности …
Əlirza HƏSRƏT.”Azadlıq ilahəsi”
Post Views: 53 Bu ulu məhəbbətin sehrinə bax,ilahi, Könlümüzü bayrağa bağlamağı bacardıq. Bu yurda əl uzadan düşmənlərin gözünü,- Elə bu bayraqla da dağlamağı bacardıq. Kür-Araz qol götürüb süzür Muğan düzündə, Nə xoşdur aynalanmaq Xəzərin göy gözündə. Hər an türklüyümüzlə öyünüb Yer üzündə, Bu bayrağın eşqiylə çağlamağı bacardıq. Külək sərhəd telində çalır “Vətən marşı”nı, Gəlin bayraq …
Rəşad MƏHƏMMƏDOĞLU.”Tale yüküm”
Post Views: 54 Ey mənim qəlbimə kəsilən hakim, Həsrətin yük olub çiynimin üstə, Axı mən nə qədər yükünü çəkim? Yazılan sözümsən dilimin üstə. Qaçımmı bu ömrün evindən uzaq? Xoş olar, bu kədər uzaqda olsa. Tısbağa qınına qayıtmaz ancaq, Dönürəm ömrümə əzab da olsa. Sən elə sevgimin yüküsən gülüm, Eşqindən bu yükə sinə gəlmişəm. Neyliyim, ömrümün …
Günel Emin Fəhadqızı.”Mən!”
Post Views: 114 Biri girər həyatıma biri çıxdığı zaman, Bir insan silinir, o birisi yaddaşa yazılarkən, Biri unudulmayan, başqa birisi unudulan insan… Sevən də insan, sevilən də, sevməyən də, sevilməyən də… “Girmə həyatıma, tənhalığımı çox sevirəm, özümü sevirəm!” dedim, Eşitmədin, eşitmək istəmədin, qəbul etmədin, keçdi zaman, dəyişdi məkan, Məndən hamıya şikayət etdin ki, eqoistəm… Mən …
Şəhriyyə QƏZƏNFƏRQIZI.”Kimdir bu Şəhra?”
Post Views: 109 Yenə axşam düşdü. Öz ağırlığı ilə. Yatmaq vaxtıdır. Hər gecə eyni təlaş, əsəb, həyəcan. Ancaq özümüzü qorumağı bacarırıq artıq. Istəmədiyimiz nələrisə etmirik. Özümüzdə qəribə bir güc tapmışıq. Daha cəsur, daha qorxmaz olmuşuq. Çünki öz aləmimizdə güvəndiyimiz biri var. Ancaq öz aləmimizdə. Bir gün gecə evdən çıxsaq, güvənc yerimiz bizi darda qoymayacaq, bizə …
Ədəbiyyatın Yeni Uğuru – “ZƏRRƏLƏR”
Post Views: 56 …Hər bir işin arxasında böyük zəhmət, peşəkarlıq dayanır. Təbii ki, bu iş ədəbiyyatla bağlıdırsa, yəni, söz ədəbiyyatdan gedirsə, peşəkarlıqla yanaşı, məsuliyyət də ön planda olur. Bu zəhmətkeş insanlardan biri də istedadlı gənc xanım yazar, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, DGTYB üzvü Gülnarə İsrafilqızıdır. Onun bu almanax …
Hikmət MƏLİKZADƏ.”Sənə oxşatdılar kölgəmi tez-tez”
Post Views: 52 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü O qədər dedilər böyü, böyüdüm, Böyüdüm, özümlə tən olmadım heç. Sənə oxşatdılar kölgəmi tez-tez, Amma bircə dəfə sən olmadım heç. Yaman arıqlayıb ruhum, əzizim, Sənin tərəzin var, özümü çəkim? Sən bir az qıyqacı baxnan ki, mənə, Özgə qapısından gözümü çəkim. …
Mayisə ƏSƏDULLAQIZI.”Sonnan görünmür”
Post Views: 50 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru Kim kədər içində büsat qurarmış?! Sevdiyin xəyalda kim uydurarmış? Kim ayı günlərə de, saydırarmış?! Həsrət alovunda yanan görünmür, Göllər içrə üzən sonan görünmür… Kimdi o cüssəli, əli qabarlı?! Kimdi məhəbbətə ən etibarlı?! Kimdi sevdiyiylə o qalmaqallı?! Niyə bu …
Aqil SABİROĞLU.”Mənə də medal verin”
Post Views: 89 Məşəli alıb ələ, Mən də bir az daşıyım. Görən belə işlərdə, Niyə kütəm,naşıyam? Başa çıxan peysərin, Görünmür alın təri. Qaşınmayan yerləri, Bir az sürtüm,qaşıyım. Təpələrə çıxmağa, Böyük bir mahal verin. Qızıl,gümüş yığmağa, Beş-on il macal verin. Qab-qaşıq yalamağa, Yemək verin,yal verin!.. Eheeeeeeeeyyyyyy- Mənə də medal verin!!! Mənə də medal verin, Adam kimi …
Qalib ŞƏFAHƏT.”Gedirəm”
Post Views: 92 Açılacaq bu gecə də, üzü səhərə gedirəm. Hər gün yolumu gözləyən qəmə-qəhərə gedirəm. Abır-həyadan yırtılan, çöldə, bayırda sırtılan, hər gün üzümə çırpılan çora, zəhərə gedirəm. Bu dünya birtəhər olub, gecə bitib, səhər olub, daha dayçam kəhər olub, minib kəhərə gedirəm. Köklənmişəm cəngi üstə, gahdan zildə, gahdan pəstə, Xoş arzuda, xoş həvəsdə durub …
Qalib ŞAMXALOĞLU.”Səlibçilər müsəlmanı məhv edir”
Post Views: 97 Səlibçilər müsəlmanı məhv edir, Müsəlmanlar, amma cihad edəmmir! Ağzıbağlı, yazıq ellər nədənsə, Dığaların fəndin bərbad edəmmir! Başa çıxan özü üçün çalışır, Qananlar da yanır vallah , alışır! Siyasətin kələfində dolaşır, Qarabağı bir kəs azad edəmmir! İndi zaman əyrilərçün « xadavoy » Kimin üçün yasdı , kimə isə toy! Yeyənlərə deyən yoxdu, bəsdi, …
Abdulla MƏMMƏD.”Gözlərim şehlənir yol gözləməkdən”
Post Views: 111 Duman sıpər çəkir sən gedən yola, Ağrısı, acısı sinəmdə qalır. Əksin həsrətimlə gəzir qol-qola, Yaxşı nəyimiz var dünəndə qalır. Sən gedən yollarda səbrim daralır, Gözlərim şehlənir yol gözləməkdən. Əsəbim yolları gözümdən salır, Özümdən bezirəm özüm də bəzən. Özümdən qaçıram özüm olunca, Qapına gəlməyə üzümdə gəlmir. Həsrətin əlində gözüm oyuncaq, Yollardan yığışıb gözüm …
Elnurə AĞAZADƏ.”Xeyirxah mələksən şair Gülağa “
Post Views: 111 Hər şerin həzin bir nəğməyə dönüb, Ruha qida verən əzbərə dönüb Adın dillərdə dastana dönüb, Xeyirxah mələksən şair Gülağa Geniş yol saldırıb məktəblər tikdin Məcid mədrəsə,pir evi tikdin Gələcək nəsilə ərməğan etdin, Xalqına gərəksən şair Gülağa Sildin üzlərdən qəmi kədəri, Atdığın hər addım xoş müjdəli Şerə,sənətə verdin hörməti Duyğulu könülsən şair Gülağa …
Teymur Həbibini doğum günü münasibətilə təbrik edirik! ( 9 iyul 1986-cı il)
Post Views: 99 “AYDINOGLU CONSULTİNG GROUP” LLC Rəhbəri Sizi, Yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsini, istedadlı qələm sahibini, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktorunu, Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin üzvünü doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar diləyir!Sevib, sevdiyiniz insanlar …
Hikmət MƏLİKZADƏ.”Məni səndən gələn soyuqlar udar”
Post Views: 88 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Bilməzdim bu eşqin köç anı başlar…… …Qayalar pirləşir – pir qaya olur. Bəsdir, canım-gözüm, Allahsız olma, İki can birləşsə, bir qaya olur. Atan pul hərisi, anan divanə, Kimin qucağına bassınlar səni? Dön bax, dar ağacın qurulu qalıb, Kəndir tapmayıblar, assınlar …
Mayisə ƏSƏDULLAQIZI.”Bundan belə yolum yoxdu bir addım”
Post Views: 88 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru Otağımda bir özüm, tənha adım, Darıxsam da, əl uzatmaz bir adam. Bundan belə yolum yoxdu bir addım, Görüşünə ayaqlarım yerimız, Giley dolu baxışlarım kiriməz. Mənim ruhum qoşğun, qaynar, diridi, O vaxt səni görən kimi kiridi. Dağları da duman …
Gündüz SEVİNDİK.”Başdaşı”
Post Views: 93 Tale üzə gülmür ömürün qışında, Həyat balıq kimi əldən sürüşür. İnsan şəkilləri qəbir daşında, Nədənsə həmişə qəribə düşür… Üstə doğum ili, ölüm ili var, Bir bəndlik şeir də gor nəğməsidir. Məni qınamayın, başdaşı sanki, Ölənin “şəxsiyyət vəsiqəsidir”… Min illik sualın cavabı varmı? Ruhum candan çıxdı, ağlım da başdan. Görəsən bir zərrə savabı …
Xəyalə SEVİL.”Sarmaşıq külək”
Post Views: 88 Azərbaycan Yazıçılar Birliyinin və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Dolanır boynuma sarmaşıq külək, Yollar qucağıma yüyürüb gəlir. Ahaa! Gözün aydın, qaranlıq küçə, Gəlib, gəlib o qız, amma həsrəti, 10 ildi gözündə qarıyıb gəlib. O oğlan yoxdu yox, Yoxdu, gəlmədi! O oğlan deyirlər dişini sıxıb, Taleyi, qisməti söyür, …
Cahan GÜLSÜN.”Qəribə yuxuydu mənim gördüyüm”
Post Views: 103 Qəribə yuxuydu mənim gördüyüm – Tərsinə, düzünə yozumu eyni. Bunun həsrəti bir, ayrılığı bir, Bunun gözləməyi, dözümü eyni. Nə qədər gözləyim, nə qədər səni, Bəlkə, heç gəlmədin bir ömür boyu… Nə qədər gizləyim, nə qədər səni, Nə qədər qoruyum bu soyuqluğu? Nə qədər boylanıb pəncərələrdən, Nə qədər gözümü yollara dikim? Öz yüküm …
Əsmər QASIMLI.”Qarabağım”
Post Views: 64 Mizrab toxunanda sədəfli saza Deyərdik hüsnündən şan Qarabağım. İyirmi ildir ki, düşmən əlində, İşğalda verirsən can, Qarabağım. Sınıbdır vüqarı sənsiz bu xalqın, Başımız dumanlı, fikirlər dalğın, Gəlməyir qulağa toy-büsat çalğın, Ağlayır ürəyin qan, Qarabağım. Taleyin hökmüdür bu həsrət, bu dərd Mərdin şəhid oldu, yetmədi namərd Tapmayır qeyrətsiz özündə qeyrət Olmağa qoynunda xan, …
“KOŞMA” Antolojisine şeirlərin toplanılmasına başlandı
Post Views: 62 Türkiyədə çap olunacaq “Çağdaş Azerbaycan Aşık şiiri” Projesinde “KOŞMA” Antolojisine şeirlərin toplanılmasına başlandı. Bir ay müddətində müəlliflər müraciət edə bilərlər: 5 qoşma, şəkil və tərcümeyi-hal. Antologiyada gedəcək əsərlər münsiflər heyəti (adlar açıqlanmır) tərəfindən dəyərləndirilib Türkiyə türkcəsinə çevriləcək. Layihə müəlliflərin maliyyəsi ilə həyata keçirilir. Koordinasiya: 050 351 54 70, 050 345 36 52 …
Gülnarə İSRAFİLQIZI.”Baxışlar qız cildində ölür”
Post Views: 65 baxışlar qız cildində ölür ana tabutu gedir son mənzilə ata qarğışı rəqs edir innəbuya. qardaş soyuqluğu üşüdür. çar-çarpaz axan çayların şırıltısı inildəyir daşlarda. məsum körpənin üzünə qonur diriliyin faciəsi. həyat tablosu yaradır addımlar. addımlarda əzilir insan yaşantıları. baxışlar dikilir yerə yer qapqara torpağa bələnir. körpə uşaq kimi sarğılanır torpağa. torpaqda baxışlar güzgülənir …