Author: Sehla

  • Əsmər QASIMLI (Yeni şeir) Getdi

    eq
    Getdi
    Bir günü gözlədim, vüsal qoxulu
    Hər arzum əlinlə pozuldu getdi
    Mənmi röyadayam? Sənmi yuxulu?
    Gözlərin gözümdən süzüldü getdi.
    Qarşıma çıxmışdın sən bu küçədə
    Qənimdir xatirən zülmət gecədə
    Deyirəm,ay zalım, qıydın necə də
    Dodağın sevgimə büzüldü getdi

    (daha&helliip;)

  • Əlirza HƏSRƏT (Yeni şeir) QİSAS SEVDASI VAR ULAYAN QURDDA

    eh
    Şişa torpağına hər gün dağ basıb,-
    Zalımlar gözümdə yaş oynatdılar.
    Açdım qucağımı vətənsizlərə,
    Qərib beşiyi tək boş oynatdılar.
    Döyüş meydanında qada var,qan var,
    Tərsinə ötüşür vədələr,anlar.
    Başsız bədənlərə bu toy tutanlar,-
    Gör nüçə bədənsiz baş oynatdılar.

    (daha&helliip;)

  • M. Hâlistin KUKUL HAZRET-İ MEVLÂNA HAKKINDA BÂZI YANLIŞ TESPİTLER

    kd

    HAZRET-İ MEVLÂNA HAKKINDA BÂZI YANLIŞ TESPİTLER
    M. Hâlistin KUKUL
    Büyük Türk-İslâm mutasavvıfı Hazret-i Mevlâna (1207-1273) hakkında, bugüne kadar, maksatlı veya maksatsız, bilerek, bilmeyerek veyâ gizli hedefli olarak, bâzı yanlışlıklar dile getirilmiş ve getirilmektedir. Bunlardan tespit edebildiğimiz birkaçı üzerinde durmaya çalışacağız.
    a) Mevlâna, ‘hümanist’ değildir:
    Hazret- i Mevlâna’ya ‘hümanist’ demek, O’na en büyük ithâm / bühtân / iftirâdır. İftirâ; basit bir yakıştırma, üstü örtülecek bir tavır değildir. Olmayan bir şeyi, o kişiye yüklemedir. Sâdece bu da değildir. Kendindeki ‘müspet fikir ve hâl’i, kendisiyle asla münâsib olmayan ile eşleştirme hattâ ondan geride bulundurmadır.
    Kimin, buna hakkı olabilir? O’nu, bu fikir ve hâl ile tartışmak bir yana; O’na bu vasfı / sıfatı yüklemek asla mümkün ve münasip olmamalıdır. (daha&helliip;)

  • Burhan KURDDAN (Yeni şeir) HİÇ DOYUM OLMAZ

    k (1)

    Müjde ver baharın güzelliğinden,
    İçimiz dışımız gülecen olsun.
    Güzel düşünelim, gülistan olsun
    Bizim bu ellere hiç doyum olmaz.

    Bırakalım dedikodu, gıybeti,
    Aksi halde kaybederiz kıymeti.
    Tarih, doğa, kültür ve de heybeti,
    Bizim bu ellere hiç doyum olmaz. (daha&helliip;)

  • Hikmət Məlikzadə (Yeni şeir) Ölüm vaxtı keçmiş dərman kimidir

    1409287493_10304351_268609333324646_7910328543693681828_n-218x300

    Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü,
    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü

    Bu həyat elə bil qəm çəlləyidir,
    Yenə də sinəmin dağı çoxalıb.
    Mən ki bacarmıram fikir çəkməyi,
    Nədən saçlarımın ağı çoxalıb?!

    Yanmır, tüstülənir, bədəni donub,
    Neçə qurd dolanır şamı pərişan.
    Bu yerin üstündə min-min büt gəzir,
    Bu yerin altında hamı pərişan.
    (daha&helliip;)

  • Şəfaqət CAVANŞİRLİ. “Qızım”

    http://s017.radikal.ru/i434/1507/fb/8c23dbff6930.jpg

    Yoldaşımla aramızdakı soyuqluğu qızım son günlərdə hiss etmişdi. Əslində, soyuqluğun səbəbini ikimiz də bilmirdik, sözlərimiz bir-birimizə xoş gəlmirdi. Ali təhsilli, yaşı qırxı keçmiş, həyat görmüş insanlardıq. On beş yaşlı qızımız olmasaydı, ailə xətrinə də olsa, savadımızın iki kəlmə sözü bir-birinin ardınca qoşub danışmağa gücü çatmazdı.
    Nişanlı olanda atam mənə bir kişinin ailədə rolunun nədən ibarət olduğunu uzun-uzadı, ata-oğul kimi yox, iki kişi kimi izah etmişdi. Ruhun şad olsun, ata! Səndən tez-tez eşitdiyim cümləni hələ də unuda bilmirəm. “ İnsan məişət həyatının məsuliyyətini daşımağa hazırdırsa, sevginin tükənməsinə şübhə ola bilməz”
    Qızımın anasına qarşı bugün sevginin qığılcımlarından söhbət gedə bilməzdi. İllər keçdikcə dərk elədik; nə o qadın kimi, nə də mən kişi kimi xoşbəxt ola bilmədik. Savaş həddinə çatan yersiz qısqanclıqlar sonralar bir-birimizdən uzaqlaşmağımıza səbəb oldu. (daha&helliip;)

  • Şəhanə CƏFƏROVA.” Niyə yenidən gəldin həyatıma?!!”

    Şəhanə CƏFƏROVA." Niyə yenidən gəldin həyatıma?!!"

    Niyə yenidən gəldin həyatıma?!!
    Mən səndən başqasini sevə bilmədim!
    Səndən başqasina səni sevirəm demədim.
    Qəlbimdə yaşadirdim gizlicə səni.
    Niyə yenidən gəldin həyatima?!

    Ağlatdin məni bilə-bilə
    Yenidən gəldin həyatima gülə-gülə
    unudurdum səni yalandan sevmirəm deyə-deyə!!
    Niyə yenidən gəldin həyatima?!
    (daha&helliip;)

  • Şafa KAMİLLİ.”Anam…”

    e

    Gecəni , gündüz etmisən ,
    Nə yatmisan ,nə eylənmisən ,
    Bütün günü hey ,calışmisan ,
    Nazimizi cəkmisən ,
    İndi xəstə düşmüdən ,
    Ay mənim xəstə anam,
    Sən gözəlsən ,günəş tək ,
    Ömtümə işiq ,şölə ,bəzəksən ,
    Sənsiz olmasin günüm ,
    Sən ömrümə ,yaraşiq ,
    Arxa ,dayaq ,həyansan,
    Ey mənim xəstə anam,
    Gözlrin hey yoldadi,
    ,,Balam harda bəs qaldi?,,
    Sən hey söylüysən ,
    Bütün günü gözlürysən .
    Sən ağrida ,acidan ,
    Hec yuxu bilməyirsən,
    Üzün gülür ,,,hec nə yoxdu ,mən də,,diyirsən,
    Bilirəm ağrinirsan,
    Sən xəsdəsən ay anam,
    Ağ saclarina ,qurban,
    Dərdin ,ağrin qəlbimə,
    Hec aği görməyəsən ,
    Bilirəm ağrinirsan,
    Hec şikayyet etmirsən.
    Ay mnim xəstə,anam,
    Üzün daima gülür ,
    Sən həmişə ,güləsən ,
    Dərdin ,ağrin urəymə,
    Ay mənim gözəl anam,
    Qayikeş, üzü gülər ,
    Heyatimin mənasi,
    Sənsiz olmasin günüm,
    Ey ömrümümün günəşi,
    Ey menim ,xəstə anam…..
    Həyatimin mənasi …
    23.07.2015

  • Harika Ufuk Doğum gününüz kutlu olsun..

    h

    Eğitimci, şair, yazar, araştırmacı… Adana’da doğdu. Öğrenim hayatına İstanbul’da Çengelköy İlkokulu’nda başladı. İstanbul Marmara Üniversitesi Eğitim Fakültesi Türkçe Bölümü’nü bitirdi. Aynı yıl Ankara Gazi Üniversitesi Mimarlık Fakültesi’ni kazandı. Devam zorunluluğu nedeniyle fakülteyi 3. sınıftan bıraktı. Adana’da Türkçe-Edebiyat öğretmenliği yaptı.

    2005 yılının Ocak ayında “Çiçek Açtı Yalnızlığım” adlı ilk şiir kitabı Özgün Yayınevi’nden çıktı. Bu kitap Gürcistan’da çevirisi yapılarak yayınlandı. Ocak 2012’de Adana Büyükşehir Belediyesi’nin Çukurova Tüyap 5. Kitap Fuarındaki standında sergilenmek üzere komisyon tarafından seçilen dokuz şair ve yazardan alınan kitaplar arasında “Çiçek Açtı Yalnızlığım” da vardı. Dokuz edebiyatçı arasında tek bayan şair ise Harika Ufuk’tu.
    (daha&helliip;)

  • Əli Şirin Şükürlü (şeir-esse)Tale düsturu

    r

    tale nədir – sualına
    cavab olaraq bir neçə əhvalat
    danışım sizə;

    xəyalan çəkin rəsmini
    hər mənzərənin və
    tale barədə düşünərkən hər dəfə
    çağırın bir parçasını yaddaşın – rəsm dəftəri kimi
    içində rəsmi cızılmış o hadisələr. (daha&helliip;)

  • Zeynəb Dərbəndli (Yeni şeir) Dünya

    z

    Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i,
    Azərbaycan Yazıçılar Birliyinin üzvü

    Daha seni qınamıram;
    Qoca dünya; ulu dünya.
    Sən heç düzələn deyilsən;
    Kor fələyin qulu dünya.

    Həqiqət az haqsizliq çox;
    Vurulur ürəklərə ox.
    Bircə kəlmə; düz deyən yox;
    Yalanlarla dolu dünya.
    (daha&helliip;)

  • Qədiməli Əhməd (Yeni şeir) PAYIZ ÖMRÜ

    q

    Mən bir payız ömrü oldum,əzizim,
    İndi məni ha xatırla,ha ara.
    Vaxtsız
    əsən küləklərə dözməyib,
    Yarpaq-yarpaq tökülmüşəm yollara.

    Günlər yağıb,aylar düşüb üstümə,
    İzlərində qarış-qarış itmişəm.
    Yuxu kimi,nağıl kimi illərin
    Dodağında misra-misra bitmişəm. (daha&helliip;)

  • Abdulla Məmməd (Yeni şeir) ÇADIRDA DOĞULAN QAÇQIN UŞAĞI

    yt

    (“Didərgin şərqisi, qaçqın harayı” silsiləsindən)

    Çadırda doğulan qaçqın uşağı,
    Axır ki, yetişdin məktəb yaşına.
    Vətəndə vətənsiz-başı aşağı
    Dərdinlə böyüdün başlı –başına.

    Acı taleyinlə oynayan artdı,
    Böyüdün yarı tox, yarı ac, bala.
    Kimsə sənə görə rütbəyə çatdı,
    Sənisə sarsıtdı ehtiyac, bala. (daha&helliip;)

  • Hikmət Məlikzadə (Yeni şeir) Ruhlar da bədənə yük olur bəzən

    1409287493_10304351_268609333324646_7910328543693681828_n-218x300

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Ruhlar da bədənə yük olur bəzən,
    Zülmü bar verməyən bağa oxşatma.
    Hərdən qorxa-qorxa çıxdığım dağı,
    Sinəmə çəkdiyin dağa oxşatma.

    Bəsdir, kipriyimdən yelləncək asdın,
    Bir az da can soran zəli ol, quzum.
    Mən dəli olmağı bacardım, şükür,
    Sən də, ağlın varsa, dəli ol, quzum. (daha&helliip;)

  • Rafiq bəy Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirik

    profil

    Gündəlik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvünü, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədrini, “Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktorunu, Azərbaycan Respublikasının “Əməkdar jurnalist”ini doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir!

    Mətbuat xidməti

    Rafiq ODAY ( Bayramov Rafiq Hüseyn oğlu) 23 iyul 1960-cı ildə Naxçıvan MR Şərur rayonunun Şəhriyar kəndində anadan olub. 1983-1988-ci illərdə Naxçıvan Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdır. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvüdür.Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədridir.”Möhtəşəm Azərbaycan” qəzetinin təsisçisi və baş redaktorudur.”Ziyalı Ocağı” İctimai Birliyinin elektron orqanı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat Xidmətinin Rəhbəridir.”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatıdır.”Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək”, “Çağdaş Türkiyə ədəbiyyatının inkişafına dəstək” layihələrini mətbu orqanının səhifələrində həyata keçirən ilk AZƏRBAYCANLI ŞAİRDİR.

    Sən ulu öndərisən bu xalqın, bu millətin
    Sən zülmət gecələrin bir ümid çırağısan,
    Sən elin ağsaqqalı, sən yurdun dayağısan,
    Sən hürriyyət sədası, azadlıq sorağısan,
    Hər qarışda izin var, bu izi silmək çətin,
    Sən ulu öndərisən bu xalqın, bu millətin.

    Vətənin hər daşını sevginlə naxışladın,
    Bu yurda kəc baxanın yolunu yoxuşladın,
    Sən qalan ömrünü də xalqına bağışladın,
    Əbədiyyət rəmzi var kökündə bu ülfətin,
    Sən ulu öndərisən bu xalqın, bu millətin.

    Əshabi-kəhf timsallı neçə pirlər burada,
    Hər qayanda qorunur neçə sirlər burada,
    Sənə yön çevirdilər “91-lər” burada,
    Bir daha bəlli oldu xalqına sədaqətin,
    Sən ulu öndərisən bu xalqın, bu millətin.

    Sən haqqa arxa durdun, əsarətə yox dedin,
    Acın dərdini bilməz heç bir zaman tox, dedin,
    Oyan, ey ulu millət, qaranlıqdan çıx dedin,
    Aydınlıq nuru qonsun üzünə məmləkətin,
    Sən ulu öndərisən bu xalqın, bu millətin.

    Bu dövlətin qırılmaz təməlində yaşarsan,
    Ən müqəddəs, ən ülvi əməlində yaşarsan,
    Vətən sevdalıları cəm elində – yaşarsan,
    Xalq görür bəhrəsini çəkdiyin hər zəhmətin,
    Sən ulu öndərisən bu xalqın, bu millətin.

    Sənə xalq məhəbbəti sonsuz – dərindən dərin,
    Yüksəliş müjdəlidi hər açılan səhərin,
    Daha yolu rəvandı aşılmaz zirvələrin,
    Bütün dünya çevirib yurduma öz diqqətin,
    Sən ulu öndərisən bu xalqın, bu millətin.

    Ən böyük əmanətin İlham Əliyev bizə,
    Bir də müqəddəs Vərən – döğma ocaq, ev bizə.
    Onunçün o, qatır ki, gecəsini gündüzə,
    Heç zaman laxlamasın özülü bu qüdrətin,
    Sən ulu öndərisən bu xalqın, bu millətin.

    Azərbaycan – Türkiyə qardaşlıq nümünəsi,
    Bütün cahan bir ola boğa bilməz bu səsi,
    Hələ qarşımızdadır Qarabağ təntənəsi,
    Ürəyində gömərik düşmənin bəd niyyətin,
    Sən ulu öndərisən bu xalqın, bu millətin.

    And içirik günəşin sübh doğan çağına,
    And içirik qan ilə boyanan torpağina,
    And içirik üçrəngli müqəddəs bayqağına,
    Kokünü kəsəcəyik hər zülmün, hər zillətin,
    Sən ulu öndərisən bu xalqın, bu millətin.

    Ali Baş Komandanım

    Bütün türk dünyasının gözü dikilib sana,
    Türk dünyası bir yana, Azərbaycan bir yana,
    Yüz milyonluq millətə Azərbaycan bir ana,
    O mənim görən gözüm, o mənim cismim, canım,
    Ali Baş Komandanım!

    Şəhərlər kəndə dayaq, kəndlər şəhərə arxa,
    Ay gecəyə nur çilər, günəş səhərə arxa,
    Şükür, yenə su gəldi bir vaxt su gələn arxa,
    Azadlıq naxışıyla zinətlənir hər anım,
    Ali Baş Komandanım!

    Yacuc-Macuc «yan»ların – boyuna qibtəsi var,
    Min illik Dədə-Qorqud boyuna qibtəsi var,
    Vətən, millət sevdalı soyuna qibtəsi var,
    İnam, güvənc yerimsən – bunu mən necə danım,
    Ali Baş Komandanım!

    Neçə yüz milyonların çörəyi səndən keçir,
    Cahanın qan paylayan ürəyi səndən keçir,
    İlləri aydan soruş, ayları gündən keçir,
    Gör hansı kürsülərdən təriflənir ad-sanım,
    Ali Baş komandanım!

    Heydər baba naxşı var yurdun hər qarışında,
    Dünya baş əymiş ona siyasət yarışında,
    Bir çözümü olmalı sülhün də, barışın da,
    BMT-yə, ATƏT-ə nəsə qaynamır qanım,
    Ali Baş Komandanım!

    Bizə dostu düşməndən 20 Yanvar seç dedi,
    Şovinist ocağında neçə «yan» var – seç dedi.
    Önündə bir körpü var – bu körpüdən keç dedi,
    Qoy yazılsın tarixə haqq sədalı ünvanım,
    Ali Baş Komandanım!

    Xocalı faciəsi tarixin dərsi bizə,
    Neçə tale çarxının fırlandı tərsi bizə,
    Bizi ərzə tanıtdı, tanıtdı ərzi bizə,
    Bircə anda yetişdi dada Şahi-Mərdanım,
    Ali Baş Komandanım!

    İyirmi faiz torpağım yağıda qala bilməz,
    Çala, çapa, talaya, dağıda – qala bilməz,
    Bundan artıq millətim ağıda qala bilməz,
    Gülsün artıq çöhrələr, sevinsin dörd bir yanım,
    Ali Baş Komandanım!

    Vətənə layiq oğul, Sizə sadiq əsgərik,
    Haqqa qılınc çalanın qollarını bükərik,
    Yurdun hər kədərinə, sevincinə biz şərik,
    Vətən qürur mənbəyim, Vətən şərəfim, şanım,
    Ali Baş Komandanım!

    Azərbaycan güvənir müzəffər ordusuna,
    Qoymaz yağı önündə bu xalqı ordu, sına,
    İstər tufanda yoxla, yağışda, qarda sına,
    Bir nərə çək, dəniztək aşıb-daşsın meydanım,
    Ali Baş Komandanım!

    Ulu öndər eşqinə qılıncı qından çıxar,
    Gündə min dona girən iblisi dondan çıxar,
    Qanı qanla yuyarlar, bu xalqı qandan çıxar,
    Ucalsın haqq bayrağım, zəfərlə doğsun danım,
    Ali Baş Komandanım!

  • Nəcibə xanımı doğum günü münasibətilə səmimi qəlbdən təbrik edirik.

    ni

    Gündəlik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvünü, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin Mətbuat xidmətinin rəhbərini, “Azad qələm” qəzetinin və “Ali Ziya” jurnalının təsisçisi və baş redaktorunu doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir!
    Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

    Mətbuat xidməti

    1961-ci il 22 iyulda Tərtər rayonun Sarov kəndində doğulub. 1978- ci ildə həmin kənddə orta məktəbi qurtarıb. 1979-81- ci ildə Bakı Kooperativ texnikumun əmtəəşünaslıq fakültəsini bitirmişdir. Həmin il qiyabi yolla Moskva Kooperativ (indiki Koomersiya universiteti) institutunun iqtisadiyyat fakültəsinə daxil olmuşdur. Ailə qurmasıyla əlaqədar institutun 3-cü kursundan sonra davam etməmişdir. 1998- ci ildə Beynəlxalq Elmi Tətbiqi Kosmonavtika institunun filologiya (dil-ədəbiyyat) fakültəsinə daxil olmuş, oranı əla qiymətlərlə başa vurmuşdur. Əvvəllər əmtəəşünas, iqtisadçı sahələrində çalışsa da, müəllimlik sahəsinə meyl etməmişdir. 1980-ci ildən dövrü mətbuatda şeir və məqalələri dərc olunduğundan, mətbuat aləminə maraq göstərmiş və bir filoloq kimi bu sahədə fəaliyyətə başlamışdır.
    Nəcibə İlkin orta məktəbdə oxuduğu illərdən şeir yazır. Şeirləri və publisist məqalələri “Zaman”. “Ümman”, “Kaspi”, “Respublika”, “Demokratiya”, “İcmal”, “Ədalət” qəsetlərində və “Vəfa”, “Sözün işığı” , “Qoşa ulduz”,”Kotoloq” jurnallarında dərc olunmuşdur.
    2004-cü ildə “Bir ömür uduzdum”, 2006-cı ildə “Qəlbimdə dil açan dünya “ şeirlər kitabı işıq üzü görmüşdür. 2007- ci ildə “Tərtər inciləri” toplusunda bir neçə şeirləri çap olunmuşdur. Bu kitablar haqqında tanınmış qələm sahibləri rəy yazmış və müsbət mənada öz fikirlərini bildirmişdir.
    Şeirlərinə və publisist məqalələrinə görə Az.KİVİHİ-nın “Qızıl Qələm”, “Xalqın nüfuzlu ziyalısı”, “Xan qızı Natəvan” mükafatına, “ İnam” şərəf diplomuna layiq görülmüşdür. Qafqaz Media İctimai birliyi tərəfindən “Vicdanlı qələm” , “Peşəkar jurnalist” diplomları ilə mükafatlandırılmışdır. Bu yaxınlarda təsis etdiyi “Azad Qələm” qəzetinin 3 yaşı tamam olmasına görə, publisist məqalələri və ədəbi yazılarına görə AZKİVİHİ-nın “Qızıl Qələm” mükafatına layiq görülmüşdür. Azərbaycan Yazıçılar Birliyinin ədəbi orqanları olan “Ulduz” , “Azərbaycan” jurnallarında şeirləri dərc olunub.
    Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin idarə heyətinin və Qadınlar Şurasının üzvü və DAMM-ın və katibidir.
    AYB-nin və AJB-nin üzvüdür. 2006- cı ildən təsis etdiyi “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin, “Ali Ziya” jurnalının təsisçisi və baş radaktorudur.
    Ailəlidir. Iki övladı və bir nəvəsi var.

    SƏN GETDİN

    Sən getdin göynədi sinəmdə ürək,
    Yox olub əridi ömrün illəri.
    Soldu qucağımda arzularım tək,
    Dərib gətirdiyin sevda gülləri.

    Sən getdin… arxanca baxan gözlərim –
    Su səpdi yoluna aydınlıq üçün.
    Dilimdə ilişib qalan sözlərin,
    Bir haray salmadı, bilmədim neyçün?

    Sən getdin… eşqinin bahar naxışı,
    Min ilmə toxudu payız ömrümə.
    Gözümdən süzülən sevda yağışı.
    Sanki qılıncını çəkdi könlümə.

    Get gülüm, – qınama sənsiz səbrimə,
    Küləklər yan alar, sellər yan alar.
    Get barı, tez qayıt, mənim xətrimə,
    «Sənsizlik» dərd olub məndən can alar.

    EŞQİMİN QIŞ HARAYI

    Payız elə getdi, qış belə gəldi,
    Ayrılıq küləyi əsdi bir ucdan.
    Görüşə bilmədik, bu necə dərddi?
    Qar da yolumuzu kəsdi bir yandan.

    Sanki acıq çıxır təbiət bizdən,
    Görüşmək vədəmiz uzanır yaman.
    Həsrət də qar kimi gözlərimizdən,
    Yağıb sinəmizdə qoparır tufan.

    Bölündük sevginin fəsillərinə,
    Eşqimiz, baharkən, özümüz qışıq.
    Bəlkə ömrümüzün son illərindən,
    Bəxtin yollarına atılmış daşıq?!

    Eh… yenə səbrimin üstünə əsir,
    Sənin göndərdiyin şaxta, qar, boran.
    İnan ki, yolumu eşqimiz kəsir,
    Yoxsa, bu yollarda kimdi ki, duran?!

  • Şəfa Vəliyevanı doğum günü münasibətilə təbrik edirik! (22 iyul 1988-ci il)

    sv

    Gündəlik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsi, istedadlı qələm sahibi, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini, Azərbaycan Yazıçılar Birliyinin, “Gənc Ədiblər Məktəbi”nin, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsünü doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir!
    Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

    Mətbuat xidməti

    Şəfa VƏLİYEVA (Şəfa Elxan qızı Vəliyeva) 1988-ci il iyulun 22-də Göyçə mahalının Dərə kəndində dünyaya göz açıb.2005-2009-cu illərdə Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının “İbtidai təhsilin metodikası və pedaqogikası” fakültəsində bakalavr dərəcəsu üzrə ali təhsil alıb. İlk kitabı kiçik həcmli hekayələrdən ibarət olan “Ümiddən olan qurbanlar” 2010-cu ildə işıq üzü görüb. “BUTA” -2012 Qadın yazarlar seminarının iştirakçısıdır.
    2012-ci ildə Azərbaycan Respublikası Gənclər-İdman Nazirliyi tərəfindən maliyyələşdirlilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən ”Bölgə yazarlarına dəstək” layihəsi çərçivəsində “Bölgələrdən səslər” kitabında hekayəsi dərc olunaraq ilk dəfə olaraq Respublika səviyyəsində ictiamiyyətin nəzərinə çatdırıldı.
    2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən maliyyələşdirilən və həyata keçirilən “Vətən sevgisi sərhəddən başlamır, sərhəddə bitmir” layihəsi çərçivəsində işıq üzü görən “Bitməz könlümüzün Vətən sevgisi” antologiyasında şeiri dərc olunaraq ictimaiyyətin nəzərinə çatdırılıb.Həmin layihədə fəal iştirakına görə Sertifikata layiq görülüb.
    2015-ci ildə “Zərrələr” layihəsi çərçivəsində işıq üzü görən “Zərrələr” antologiyasında şeirləri dərc olunaraq ictimaiyyətin nəzərinə çatdırılıb.
    Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini və “Nəsr” bölməsinin redaktorudur.Azərbaycan Yazıçılar Birliyinin, “Gənc Ədiblər Məktəbi”nin, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvüdür.Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsüdür.

    XƏZAN GÜLÜ

    Payızda gəldin ömrümə,
    Payızda getmə, nə olur.
    Sənsizliyi taleyimə
    Xəzəltək tökmə, nə olur.

    Ağlasam, özüm oluram,
    Güldür, olum istədiyin.
    Ayrılsan, dözüm oluram,
    Getmə, yoluna küsdüyüm.

    Bu payızın gülüyəm mən,
    Rəngim sarı, qönçəm yarı.
    Yarpaqların diliyəm mən,
    Nəğməm yarı, ömrüm qarı.

    Sarı güllər ayrılığın
    Rəmziymiş, söylədin mənə.
    Payız yazdığım nağılın
    Özüymüş, söylədin mənə.

    Getdinsə, götür özünlə,
    Xatirən nəyimə gərək.
    Bu xəzanda sarı gülü
    Sevməyə bir ürək gərək.

    QAYTAR YUXUMU

    Hərdən yuxum sürgün olur,
    Üz tutur sənin qoynuna.
    Gah da qəfil yolu düşür,
    “Səninlə mənim toyuma”.

    Yeyir, içir, sağlıq deyir,
    Utanmayıb oynayır da.
    Hamını özütək bilir
    “Sən”li, “mən”li bu dünyada.

    Eh…bezdirir çoxunu,
    Arzumu gizləməliyəm.
    İnsaf et, qaytar yuxumu,
    Səhər işə getməliyəm.

    ADINI DEYIB GƏLMIŞƏM

    Bir qədəh sevinc icmişəm
    sağlığına… sağlığına…
    Utanmayıb oynamışam
    yoxluğuna… yoxluğuna…

    Adını deyib gəlmişəm,
    düşmüşəm yolun ağına…
    Adımı yaza bilmişəm
    çəkdiyin həsrət dağına…

    Bağışla… Ömrüm günahdı…
    Batırma eşqi günaha…
    Dilimdəki bu son “ah”dı…
    Badədir, sağlığına…

    FALÇI DEYIB GƏLIŞINI…

    Dərdi yanına sal gətir,
    Yeni görüşə gələndə…
    Özünə eynək al gətir…
    Böyütsün məni gözündə…

    Bəxtimin kiçik qızıyam…
    Falçı deyib gəlişini…
    Qəlbində ağrı, sızıyam,
    Qoru üzdə gülüşünü…

    Mənə “Qırmızıpapaq” al,
    Öz içimdədi canavar…
    Nağıl dünyandaca qal…
    Ölsəm bundan sənə nə var?

    Unutmuşdum…Bu görüşə
    Sevgini gətirmə, yaxşı?
    Nolsun söylənirik dərddən,
    Nə sən aşıq, nə mən naşı…

    İkimiz də uduzmuşuq…
    Sən sevgini…Mən də səni…
    Ayrılığı unutmuşuq…
    Görüşə səslədim səni?

    Ehh…Qırmızı şal gətir,
    Tamamlansın bəzəyim də…
    Özünə eynək al gətir…
    Böyütsün məni gözündə…

    Gəncə

  • “Zərrələr” in sədası Dərbənddən gəldi.

    r r1

    “Zərrələr” in sədası Dərbənddən gəldi. Bu çox qürur vericidir. Düşünərəm ki, illər sonra 2015-ci ilin yazarları haqqında bu kitabdan araşdırma aparmaq istəsələr , adı gedən kitabxanalara üz tutacaqlar… (daha&helliip;)

  • Bütün kollektivimiz adından Ramazan Bayramınızı təbrik edirik..

    загружено

    Salam Əziz müsəlman bacı və qardaşlarımız. Sizi Tanrının rəhmət və bərəkətilə digərlərindən seçdiyi, üstün etdiyi ayın yekunlaşması -Müqəddəs Ramazan Bayramı münasibətilə ürəkdən təbrik edirəm. Uca Yaradandan hər birimizə yaşadığımız dövr ərzində sağlam can, sağlam ruh, evlərimizə halal və bol ruzi, ailənizə xoşbəxtlik, evsizlərə ev, xəstələrə şəfa, dərdlilərə dəva, millətimizə və dövlətimizə birlik və yüksələn nüfuz, şəhidlərimizə və dünyasını dəyişənlərə rəhmət, qəlblərimizə mərhəmət, Qəlbimizə İlahi eşq, gözlərimizə İslam nuru diləyirəm… Bu ayda bütün Məkkənin ziyarəti arzusunda olanlara-o cümlədən özümə də Tanrıdan Hacı olmağı qismət etməyini arzu edirəm…Allaha əmanət olun..Bayramımız mübarək olsun…Ən əsası da İslamı təriqətlərə bölərək zəiflətmək istəyənlərə Allahdan Hİdayət arzulayıram…

  • Əsmər Qasımlı (Yeni şeir) DÜNYA, SƏNİ İSTƏMİRƏM…

    1423889445_esmer

    Dünya, səni istəmirəm,
    Yalan üstə qurulmusan.
    Addım-addım qocaldıqca
    Məqsəd güdən insanların
    əlləriylə “ucaldıqca”,
    Bataqlıqda boğulmusan.
    Dünya, səni istəmirəm…

    Yaxşı, yaman bilinməyir.
    Xeyirxahlıq bədxahlıqdan,
    Fərasətlik haramlıqdan
    zərrə qədər seçilməyir.
    Dünya, səni istəmirəm…

    Nəyə lazım isti ocaq?
    Bir ananın şəfqətiylə
    Bir körpəni isitməyə
    açılmırsa doğma qucaq,
    Dünya,səni istəmirəm…

    Sevilmirsə sevən ürək,
    Xəyanətin alovunda
    Yanacaqsa ən ülvi hiss,
    şirin arzu, təmiz dilək,
    Dünya, səni istəmirəm…

    Kim dünyaya tamah salır,
    Nə qədər ki,”ədalətin” kürsüsündə
    haqlı nahaqq günə qalır,
    Dünya, səni istəmirəm…

    Tək səni yox,
    Sənə batil sevgi duyan,
    Bər-bəzəkli yaşantıya,
    şan-söhrətə həris olan
    Heç kimsəni istəmirəm…

    Sən də məni bilmə, dünya.
    Dərdimi də bölmə, dünya
    Səndən zərbə alanların,
    Çərxin ağır silləsiylə
    gözü yaşlı qalanların
    Göz yaşını silmə, dünya.
    Nə mən səni istəyirəm,
    Nə sən məni sevmə, dünya…
    Nə sən məni sevmə, dünya….

  • Zeynəb DƏRBƏNDLi (yeni şeir) Ürək sevgisi

    11665411_1690704784490598_9087155491968421030_n

    Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i,
    Azərbaycan Yazıçılar Birliyinin üzvü

    Sənə könül bağlayıb,
    Səninçün candan keçdim.
    Mən səni sevmək üçün,
    Ən böyük ürək seçdim.

    O ürək bərk döyünür,
    O ürək daşdan deyil.
    Nə olar sən də, gülüm,
    Vurma qəlbinə qıfıl.

    Bu ürək sənlə vurur,
    Sənsiz dayana bilər.
    İnsaf eylə qəsd etmə,
    O sənsiz ölə bilər.

    Zeynəbi peşman edib,
    Vurma qəlbinə yara.
    O səni qəlbən sevdi,
    Satma onu əğyara.

  • Şəfaqət Cavanşirli (Hekayə) Ölümə gedən ümidlər

    sefaqet-cavansirli

     Tez-tez yorulmağımı, halsızlığımı, bir ayda on kilo çəki itirməyimi altmış üç yaşın xəbər verdiyi qocalıq əlaməti kimi qəbul edirdim. O günə qədər ki, oğlum tibb universitetini yenicə bitirmiş xanım qız dostunu bizə qonaq gətirənəcən…

    Aygün adlı xanım qızın dediyinə inansaq, onu qarşılayan mən qocanın görünüşü elə qapının ağzında diqqətindən yayınmayıb. Hiss edirdim, süfrədə də tez-tez mənə baxırdı. Arada oğlum Raufla baxışırdılar, sevgi baxışı deyildi bu… Sən demə, mənim haqqımda səssizcə danışırmışlar.Çox keçmədi, xanım qızın gəlişinin səbəbini anladım. Evdəkilər həkimlərə qarşı laqeyid, inamsız, bir az da tərs olduğumu bildiklərindən, məni həkimin yanına aparmaqdan əllərini üzmüşdülər, gələcəkdə həkim olacaq bu qızı ayağımacan gətirmişdilər. (daha&helliip;)

  • Cəfərova Şəhanə.Yeni şeirlər

    sekil

    Soyuqdur əllərin

    Bir zaman xoşbəxt idik
    əl-ələ tutub bir Əgəzirdik
    Həyatdan ancaq yaxşiliq görürdük
    İndi niyə soyuqdur Əəllərin
    Sanki mənə yad birisən
    Qarşimdaki sən yox başqa birisən
    Sevgilin deyiləm tək birisən!
    Mənə nağillar danişma
    Yalandan mənim üçün yanib alişma!
    Bilirəm daha sevmirsən məni
    Yoxsa niyə soyuqdur əllərin!
    İstəmirəm tutma daha əlimi (daha&helliip;)

  • Fidan Abbasova (Yeni şeir) Mən unuda bilsəm sevməzdim səni…..

    t

    Yuxusuz gecəmsən , bəxtsiz yazımsan
    sinəmdə çalınan telli sazımsan
    ömrümə pay düşən sərt ayazımsan
    üşüdür soyuq , buz baxışlar məni
    mən unuda bilsəm sevməzdim səni…..

    Çevirdin ömrümü zəngli saata
    gəmim var dənizdə qayaya çata
    bir gün vəfasız tək mənidə sata
    üşüdür soyuq , buz baxışlar məni
    mən unuda bilsəm sevməzdim səni….. (daha&helliip;)

  • Gülnarə İsrafilqızı “ZƏRRƏLƏR” adlı kitab haqqında

    r

    Əziz və dəyərli insanlar, dostlar, tanışlar, qələm sahibləri. Bir şeyi vurğulamağı özümə vəzifə bilərək, layihənin ərsəyə gəlməsində İdarə heyətinin böyük zəhməti olduğunu nəzərinizə çatdırmaq istəyirəm.

    Layihə çərçivəsində “ZƏRRƏLƏR” adlı kitab bir neçə mərhələdən keçib.
    1-ci mərhələ: Elan və şeirlərin toplanması:

    2-ci mərhələ: Şeirlərin seçimi, redaktəsi, korrektəsi və kitabın foto-dizaynı.

    3-cü mərhələ: Texniki tərtibat.

    4-cü mərhələ: Nəşriyyatda çapa hazırlıq. (daha&helliip;)

  • Gülnarə İsrafilqızı. (Şeir esse)

    Gulnarexanim

    ümidimə!

    içimdə ölürəm
    çölümdə dirilmək ümidi ilə
    bir qonur gözlünün
    qönçə dodağında
    ümidlənən dua!
    göz yaşına büründüyü yerdən qalxır
    ərşə.
    ey yer-göy məmləkətinə sahib çıxanım
    bir ovuc ümidin arxasındayam.
    ümidimi göylərin üzünə sər
    buludun bəbəyinə
    tök, tök ətəyimə!
    bilmədən öz əlimlə verdiyim haqqım
    alovlanır
    bir içim suyu qaytar
    ümidimə!

     

  • Şəfaqət Cavanşirli (hekayə)Apriori

    sefaqet-cavansirli

    Apriori

    Alın yazısına, qismətə inanmırdı. “ İnsan yalnız zövq almaq, xoşbəxt olmaq üçün yaranıbdır ” – deyirdi, ürəyi hansı qadına, qıza isindisə, onlara qarşı fərqli niyyətlərlə addımlar atdı. Atdığı hər addımda sonsuz ümidləri vardı. Səmayə xanım oğlunun dağınıq gözlərindən utanırdı. Zamana tez vaxtda yaxşı qız tapıb evləndirməsə, oğlunun arxasınca türməyə ziyarətə gedəcək günlər uzaqda deyildi, ən pis halda isə, ürəyi yaralı, parçalanmış ana kimi qəbrinin üstə gül qoymaq ehtimalı da var idi. Dəfələrlə oğlundan şikayətlər bir-birinin ardınca gəlirdi: ya oğlunu rədd elə buralardan, ya da köçün gedin… (daha&helliip;)

  • Şahməmməd Dağlaroğlu (İsmayıllı) Özbək dilindən tərcüməsi

    r

    İsmayıllının Şair oğlu Azərbaycan Yazıçılar Birliyinin üzvü, İsmayıllı Yazarları Ədəbi İctimai Birliyinin  rəhbəri

    Bu gün özbək dilindən yeni tərcümə belə alındı.
    ИҚБОЛ МИРЗО
    БУНЧАЛАР…
    Қуёшга интиққан каби ғунчалар,
    Юрак сокин-сокин қўнғироқ чалар.
    Нима деб куйлайди қўнғироқчалар?
    Бунчалар севдирдинг мени, бунчалар?

    Оҳу қарашлими, жоду қарашли,
    Либоси ярашли, нози ярашли,
    Бунча яхши бўлдинг, бунчалар яхши!
    Бунчалар севдирдинг мени, бунчалар? (daha&helliip;)

  • Aqil Kəngərli (Yeni şeir) SEVİRƏM DE…

    a

    Bu pak eşqimizlə bir dastan yazaq,
    Ən xoşbəxt anında sevirəm denən.
    Sevgi ki, azaddır, buxovdan uzaq,
    Hamının yanında sevirəm denən.

    Nə qədər təriflər deyim şəninə,
    Göydəki Günəş, Ay heyrandır sənə,
    Vüsal libasını geyin əyninə,
    Gəlinlik donunda sevirəm denən. (daha&helliip;)

  • HARİKA UFUK (Yeni şeir) GÜNAYDIN

    h

    Benim Yusuf’umsun, ben Züleyha’nım,
    Gönül fatihimsin; sultanım, hanım,
    Senle dolar taşar her gün, her anım,
    Günaydın sevgilim, aşkım günaydın!

    Doğan güneş midir, sen misin bilmem,
    Yakan ateş midir, sen misin bilmem!
    Deryaya eş midir, sen misin bilmem!
    Günaydın cennetim, köşküm günaydın! (daha&helliip;)

  • Elnur Rəsuloğlu (Əliyev) Qadın Fərqanə Mehdiyevaya

    et

    Fərqanə Mehdiyevaya

    Gör neçə müddətdir, gör neçə vaxtdır
    Məni axtarmırsan, gəzmirsən, qadın!
    Könül sirdaşına, ürək dostuna
    Nifrət bəsləməkdən bezmirsən, qadın!

    Gəl tök ətəyindən, at daşlarını,
    Gizlətmə, qaçırma baxışlarını.
    Haqsızlıq görəndə göz yaşlarını
    Saxlaya bilmirsən, dözmürsən, qadın! (daha&helliip;)

  • Elnur Coşqun (Yeni şeir) Ağ ola.

    e

    Qovuşa öz sevdiyinə sevən can,
    Bütün bəxtlər sülh rəngitək ağ ola.
    Ömrü boyu bircə dəfə deyə can,
    Sonra qəlbi üzə,üzə ağ ola.

    Hisslərimin ar gözəli,ar xası,
    Ar ismətin,ismət arın arxası.
    Gözəl ola gözəl ilkin arxası,
    Ürəyində arzun üzü ağ ola. (daha&helliip;)

  • HARİKA UFUK (YEni şeir) TÜRKİSTAN’DA ÖLÜM VAR

    h

    Azrail’in ayak sesi duyuldu,
    Uyan dünya Türkistan’da ölüm var.
    Şeytanlara, zalimlere uyuldu,
    Uyan dünya Türkistan’da ölüm var.
    Soydaşıma bin bir türlü zulüm var.

    Çuvaldızı batır önce sen sana,
    Kim zulmeder bu şekilde insana,
    Oğlu ölmüş, çırpınıyor bir ana,
    Uyan dünya Türkistan’da ölüm var.
    Soydaşıma bin bir türlü zulüm var. (daha&helliip;)

  • Gülnarə İSRAFİLQIZI.” Geyindiyin alma budağı, qatilin”

    g

    geyindiyin alma budağı, qatilin.
    içdiyin şərab qədəhi rəqibin.
    qədəhlər boğub öldürəcək
    çayda uşaq boğulduğu kimi.
    düşəcəksən dənizin ənginliklərinə
    o da çox çəkməyəcək
    xilasedicilər çıxaracaqlar meyidini
    balıqlara yem olmaqdan qurtulacaqsan.
    torpağa əkəcəklər cismini
    hər gün keçdikcə bir az torpaqlaşacaqsan
    bir az göyərəcəksən
    bir az çürüyəcəksən
    torpağı daşıyacaqlar başqa bir məkana
    ev tikməyə, tikəcəklər.
    hər gün qulağın evin divarlarında söz eşidəcək
    yaxşı vəya pis olmağından asılı olmayaraq.
    bir müddət yaşayıb
    sökəcəklər səni.
    keçəcəklər üstündən taptalayaraq
    onda bir başqa sən olacaqsan
    əvvəlki səndən fərqli olaraq.
    bu dünyada ruhunu
    o dünyada cismini əzəcəklər.
    daşın sinəsində qədəhi çilikləyib
    torpağın gözünü ov ki,
    gözünü ovanda, ruhun qanamasın.

     

  • Abdulla MƏMMƏD (Yeni şeir) Sənin gözlərindən günahım axır

    5

    Sənin gözlərinə baxa bilmərəm,
    Sənin gözlərindən günahım axır.
    Mən bu cazibədən çıxa bilmərəm,
    Ürək sındırmışam-bir ürək axı…

    Sənli xatirələr üzülər qəmdə,
    Yanına gəlməyə üzüm də olmaz.
    Görəndə sarsilib üzülərəm də,
    Bir kəlmə kəsməyə sözüm də olmaz.

    Bağışla demərəm, sarsılsam belə,
    Sən ki büdrəmisən, yıxılan mənəm.
    Bilirəm-qəlbində yerim var hələ,
    Çox da ki dilində yox olan mənəm.

    Günahım böyükdür, buna sözüm yox,
    Bu səhvi çiynimdə daşıyıram da.
    Daha bu kədərə məndə dözüm yox,
    Görən elə bilir- “yaşıyır”am da…

    Mənə də dəyərmiş qüssə silləsi,
    Bu dərd deyiləsi, yazası deyil.
    Nə mən bu qədəri qəlbdən siləsi,
    Nə TANRIM alnımdan pozası deyil…

    Göz yumub könlümdən keçənə, gözəl,
    Gözünə dəymərəm-üzüm qaradır.
    Mən necə keçirim gecəni gözəl?!
    Sənli günlərimin üzü qaradir.

    Sənin gözlərinə baxa bilmərəm,
    Sənin gözlərindən günahım axır.
    Mən bu məngənədən çıxa bilmərəm,
    Ürək sındırmışam- bir ürək axı…

  • Xəyalə SEVİL (Yeni şeirlər)”Ulduz” jurnalı, May 2015

    11017528_447704908733924_2122182663440572457_n
    Azərbaycan Yazıçılar Birliyinin və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    GÖYÜN ÜZÜ GÖY DİVARDI

    Axşam düşür.
    Qaranlıq pərdə kimi
    Çəkilir pəncərəmə,
    Qaralır evimin rəngi
    Və tənhalıq başlayır…
    Tavanı çökmüş evdi gözüm,
    Damır, damır yanağıma.
    Üzü sənə sarı
    Yol da uzanıb,
    Böyüyüb ayağıma.
    Eeeh! Bircə bacarasan ölməyi,
    Gözlərini sulu çəkəsən
    Sənsiz, quru dünyadan.
    Heyif…
    Göyün üzü göy divardı,
    Çıxmaq olmur bu dünyadan.
    PƏNCƏRƏDƏN BOYLANIRAM

    Pəncərədən boylanıram,
    Ay güzgümdə aylanıram.
    Yer üzü qadın qapısı,
    Gecə yarı döymək olmur.
    Göy üzü yadın qapısı,
    Keçmək olmur,
    Keçmək olmur…

    Həmin yol, həmin küçədi,
    Qarayanız bir gecədi.
    Bu azalan adamların arasında
    Bir sən yoxsan,
    Bir mən yoxam.
    İki oldu bu yoxluq.
    Böyüdü, boyumdan da
    Yekə oldu bu yoxluq.
    Heç kim ilə bölünməyən
    Tikə oldu bu yoxluq.
    Ömrümdən sənsiz illərim
    Meyvə kimi dəyib düşür,
    Gözlərimi döyüb düşür.
    Və beləcə…
    Və beləcə
    Ölüm məndən duyuq düşür.
    Torpağın qara canına
    Mənim boyda oyuq düşür.
    ASARAM ÖZÜMÜ GÖYÜN ÜZÜNDƏN …

    Buludların ac it kimi
    Elə hürür ki, üstümə, İlahi,
    Məni yağışın tutacaq.
    Qapından qayıdır dualarım da,
    Məni qarğışın tutacaq.
    Ömrüm il – il tökülür,
    Daşlayıblar ömrümü.
    Bir ulduzsuz gecəyəm,
    Bir kimsəsiz küçəyəm.
    Bu dəlisov yağışlar
    Xoşlayıblar ömrümü.
    Eh! Daha əlimi açmaram sənə,
    Eh! Daha əllərim qoynumda qalar.
    Asaram özümü goyün üzündən,
    İlahi, ölümüm boynunda qalar.
    YAXŞI Kİ, GÖYƏ ƏL ÇATMIR

    Dərzi əlinə düşmüsən, vətən,
    Kəsibdi torpağını.
    Nə iynəm var,
    Nə sapım var.
    Tikəmmirəm torpağına
    Sənin Qarabağını…

    Göydən
    Qara-qara buludlar baxır
    Göy üzündə ləkə kimi.
    Yerdə çeynəyirlər səni,
    Udulmayan tikə kimi.

    Ağla, boşalt ürəyini,
    Torpağı da alnı kimi
    Qırış vətən.
    Qarış-qarış
    Bölüşdürübdülər səni.
    Yığış, vətən,
    Göyə köçək…
    Yaxşı ki,
    Göyə əl çatmır.
    BƏTNİMDƏ BÖYÜYƏN ADAM

    Bətnimdə böyüyən adam,
    Bir ömür gözləyir səni.
    Ömrün yaşına gələcək,
    Həyat başına gələcək.
    Qoy səni aldatmayım ki,
    “Dünya xoşuna gələcək”…

    Bətnimdə böyüyən adam,
    Dünya bətnim kimi deyil,
    Enişi var, yoxuşu var.
    Bu dünyaya hər gələnin
    Torpağa bir qapı açıb
    Bu dünyadan çıxışı var.
    Qapı-qapı qəbirlərini tanı,
    Bunu, onu, o birlərini tanı.
    Bizi saxlayır, böyüdür,
    Dayədi bu dünya bizə.
    Dünyadan ev olmaz, balam,
    Kirayədi dünya bizə.

    Bətnimdə böyüyən adam,
    Müxtəsəri,
    Anan mənəm, atan odu.
    Evin budu, odan odu.
    Səni hər gün əzizləyən
    Bacın, qardaşın da var.
    Daşın üstə daş qoymağa
    Balaca daşın da var.
    Ürəyimiz üzünə
    Açılıbdı taybatay,
    Gözləyirik aybaay.
    Fərqi yoxdu, oğlan, ya qız,
    Balamsan, balamsan, mənim.

     

  • Hikmət MƏLİKZADƏ Şerləri(Ulduz jurnalı aprel buraxılışı)

    1409287493_10304351_268609333324646_7910328543693681828_n-218x300
    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    SƏN ELƏ BİLDİN Kİ, EŞQ SƏLTƏNƏTDİR…

    Sən elə bildin ki, eşq səltənətdir,
    Hər axşam üzümə qapı bağladın.
    Qonşu elçi gəldi, baş barmağına
    Mənim rənglədiyim sapı bağladın.

    Dünən düşüb itib nişan üzüyün,
    Bilirəm, dünəndən əlin üşüyür.
    …Mənim də gözümdə məndən nigaran
    Bir ruhu havalı gəlin üşüyür…

    Könül vəsf eləmir sən deyən sözü,
    Götür nəyin varsa, canımdan gen dur.
    …Tanrı, insaf elə, köç vədəsidir,
    Bu gün bu xınalı xanımdan gen dur!
    SÖZ TA MƏNİM ÜÇÜN SAPAND DAŞIDIR

    Söz ta mənim üçün sapand daşıdır,
    Ruhum kövrək olur özümün hərdən.
    Nədən ayrı düşdük Göylə Yer kimi?!
    Ətəyin su basır gözümün hərdən.

    Daha bu arzunun duvağın dartma, –
    Vüsal kal baxışçun duru təmənna.
    Kaş heç bilməyəydik məhəbbət nədir,
    Sevdik, nə qazandıq: quru təmənna…

    Bir çevrə içində iki kölgəyik,
    Həyat çox çıxardıb qırağa səni.
    Sənin atan ölsün, mənim qaynatam,
    Kimsə dolamasın çırağa səni…
    …GÖZ YAŞINI AĞ-QARA ÇAP ELƏ…

    …Göz yaşını ağ-qara çap elə…
    Gözlərimi rəngli sevdalara
    alışdıra bilməmişəm…
    Bilirsən, sevgi –
    qoxusu tez dağılan ətir kimidi.
    Acığını damımızın üstünə tökmə,
    ruhumu ürküdür baxışın.
    Bir də, hicranın oduna düşmə,
    Həsrət çətir kimidi…
    Yad sevgilər də yağlı fətir kimidi –
    tez ovulur…
    DƏRD MƏNİ ÜŞÜDÜR YAZ QARI KİMİ

    Dərd məni üşüdür yaz qarı kimi,
    Bir yandan qəm salır tuzağa, tez gəl.
    Qurtarmır fələklə haqq-hesabım, qız,
    Bir köç başlamışam uzağa, tez gəl.

    Yuxu duza qoyub gözümü sanki,
    Acgöz quzu kimi baxır bulud da.
    Hardan eşidib ki, görüşümüz var?
    Mənim acığıma çaxır bulud da……

    Yaman kövrək olub özgə baxışlar,
    Hicran neçə qəlbdə zəlidi, vallah……
    Ta köç uzaqlaşır, mən getməliyəm,
    O qıza deyin ki, dəlidi, vallah.
    QƏFİL BALTALAMA, ADAM, KÖTÜYÜ

    Bəsdir gözlərimi qınağa çəkdin,
    Bu lal pərvanələr şamdan yıxılıb.
    Qonşu qız köçüncə, bir Allah bilir,
    Ruhum neçə kərə damdan yıxılıb.

    Çətiri islanıb tindəki qızın,
    Bir qapı açan yox, üstün quruda.
    Yazıq bu yağışdan qurtula bilmir,
    Gedə, yalqızlığın büstün quruda.

    Qəfil baltalama, adam, kötüyü…
    Tanrı ruzusudur kömür adamçün.
    Qopur yuxuların qara layları,
    Keçmiş xatirədi ömür adamçün.

    Yuxular ölümün uşaq forması,
    Fələk heç durmur ki, sözünün üstə.
    …Qaşların ağappaq ağarıb, gözəl,
    İki vergül qoynan gözünün üstə.
    ALLAH, BU ƏZABIN YOLUNU UZAT!

    Bir az yaxın otur canıma bu gün,
    Götür yaylığını, nəmə batmışıq.
    Gözün qapı deyil, üzümə örtmə,
    Görən elə bilər qəmə batmışıq.

    Ruhun yarpaq kimi yüz rəngə çalır,
    Nolar, ay insafsız, qolunu uzat…
    Mən vaxtsız gəlmişəm bu yer üzünə,
    Allah, bu əzabın yolunu uzat!

    Uzağa aparır bir kölgə məni,
    İndi bu ləpiri silim ki, yadsan?!
    Aç o gül ağzını, bir kəlmə söz de,
    Barı heç olmasa bilim ki, yadsan.
    EŞQ DƏRDİN SONUNCU MƏRTƏBƏSİDİ…

    Eşq dərdin sonuncu mərtəbəsidi…
    Qəlb ora adamı dillə çıxardır.
    Yuxuda gördüyüm alagöz gəlin
    Göz yummur, elə bil çillə çıxardır.

    Mənim də içimdə eşq odu sönüb,
    …Eh, mənə bu kəndin havası düşmür.
    Anam ocaq çatır, külək söndürür,
    Anamla küləyin davası düşmür…

    İştahı çoxalır qonşu qızın da,
    Az qalır çəpərdən tullanıb gəlsin.
    …Ruhuma deyin ki, ürək tab etmir,
    Getsin, yad şəhərdə pullanıb gəlsin.

     

  • Əlirza Həsrətin yeni kitabı işıq üzü görüb

    11351333_983032488382678_7421595764277041792_n

    Azərbaycan Yazıçılar Birliyinin üzvü, istedadlı qələm sahibi, şair Əlirza Həsrətin “Saat səsi” adlı yeni kitabı işıq üzü görüb.Kitabda müəllifin son illərdə qələmə aldığı şeirləri toplanıb.Nəfis tərtibatla işıq üzü görən kitabın geniş oxucu auditoriyası tərəfindən müsbət qarşılanacağına ümid edirik.Kitab müəllifin oxucularla sayca altıncı görüşüdür.Qeyd edək ki, 2009-cu ildə Azərbaycan Yazıçılar Birliyinin “Qadınlara Həsr olunmuş ən yaxşı şeir müsabiqəsi”nin qalibi olub.2013-cü ildə Dünya Gənc Türk Yazarlar Birliyi-“Türk Dünyasına Xidmət Ödülü” ilə təltif olunub. “Kim sənə oxşayıb, sevmişəm elə”, “Ayrılıq sevginin dar ağacıdır”, “Edam çiçəyi”, “Sükut nəğməsi”, “Bundan belə ayrılıqdır” şeirlər kitabı işıq üzü görüb.


    Azərbycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • Günel NAZİM.”Hamurapi olsaydı” (Köşə yazısı)

    gn

    Balaca bir otagin içində oturub düşünürəm, qəlbim çağlayir, beynimdən isə sözlər axıb masama tökülür. Amma hardan başlayıb, hardan yazım? Kompüterin “bağla” düyməsini basıb pəncərədən kənara baxıram… Qarşıdakı hündür binalar, sağdakı körpü, soldakı park… Mənə heç nə xatırlatmır. hələ şütüyən maşınlarin səslərindən, svetoforun yaşıl işığı yanmamış öndə olan maşın üçün siqnal vermələrindən söz açmaq istəmirəm. Fikrimi toplaya bilmirəm…
    … Hə, bax ele burdan başlasam yaxşıdır.İnsanlar “qara qızıl ” dır. indi siz seçin qara kim, qızıl kim. Bəlkə də xəzinə. Bağlı qutu. Açmağı bacaran yalnız xəzinəyə sahib olar.
    Bir neçə gün öncə “dünya ” ilə əlaqəmi kəsib dənizə qaçdım. Səhər saat 6 idi. Ora çatdıqdan sonra anladım ki, ev və kitablar mənim əlaqəsizliyimin tek səbəbidir. Məndən başqa hamı oyaq imiş amma məndən fərqli olaraq hamı “əkizləşmişdi”. Evə dönüb Orhan Pamukla, Dostoyevskiylə dərdləşirim. Düşündüm ki, hər şey belə zamansa fərqli olsaydı nə olardı? Hamurapi Qız qalasına salnamə yandırardı məncə. 1990ci ildə qan axıdılmazdi o salname yazilmis qala indi bizim “Amasiyada” mərkəzə qoyulardi. Hündür binaları taxıl zəmiləri. Avtomobilləri atlar evez ederdi. Cinayətin sayı azalardı. Boşanma olmazdı. Bu gunki nece cildlik kansutusiyaya ehtiyac olmazdı… Konstitusiyada maddələr çoxaldıqca insanlarımızın törətdiyi cinayətə layiq işlərdə çoxalır deməkdir. Ölüm hökmünü boynunda gəzdirən insanlarla bəlkə salamlaşırıq, tanışıq ona görə… Birde deyirəm ki, Hamurapi salam olsun sene… Kaş “Türkbaycan ” dəyişərdi.Amma düşünürəm Hamurapi yox oğlu Samsuili bele “Türküstan” qura bilməzdi… Bu dəyişiklik asanlıqla əldə edilməzdi əlbəttə. Mərtəbəsine toxunmadan təməli deyişdirilən bina gördünüzmü heç? Az çoxda olsa “Misir” yaranardı amma” qullarımız” artardı. Eh ne olur olsun qızılımız çox olsun deye düşünərdik yenə ferq etmez ağ ya qara… Axı vərdiş halını alıb bizdə qabmıza qoyulanla yetinib şükr etmək.
    Fikirlərimi burda toplasam yaxşıdır. Dərdin sonu yoxdur dərdləşməyinse bir nöqtesi olmalıdır, mən istəsəm də istəməsəm də.
    inci bir saflığı varsa da suda
    artıq içində dərd verir o da…

  • Elnur RƏSULOĞLU Sonet

    522544_153881044745336_772023096_n

    Deməli, gedirsən tək qoyub məni,
    Bilirəm, bu görüş son görüş deyil.
    Heç vaxt əvəz etməz dünyada səni,
    Şirin xatirəli bir neçə şəkil.

    Öpüb, qucaqlayıb rəsmini hər an,
    Gözüm yaşla dolu anacam səni.
    Dilimə gətirib ismini hər an,
    Qarşımda dayanmış sanacam səni.

    “Sevirəm” sözünü etməklə təkrar,
    Sevgimi qiymətdən salmaq istəməm.
    Sənsiz bir yerdə mən tutmaram qərar,
    Sənsiz bu həyatda qalmaq istəməm.

    “Ağlasan, ağlaram, gülsən, gülərəm,
    Yaşasan, yaşaram, ölsən, ölərəm”.

  • Aytən QULİYEVA Şeirləri

    11650883_963572620361161_53634984_n

    Alqış

    Vətənə məhəbbət imandan gəlir,
    Ölkəmi qoruyan əsgərə alqış.
    Qeyrətin əsrarı nəsildən gəlir,
    Hərbi libas geyən zabitə alqış.

    Fədakar qəlbiylə mərdlik göstərən,
    Vətən sərhədini hər an gözləyən,
    Dənizdə, quruda keşiklər çəkən,
    Hərbi andlar içən, mərdlərə alqış. (daha&helliip;)

  • Qəşəm NƏCƏFZADƏ ŞƏFA VƏLİNİN ŞEİRLƏRİ HAQQINDA

    sv

    Şəfa Vəli yaddaşımda, təsəvvürümdə həmişə Gəncədən-Bakıya gələn və daim yol üstə olan şair kimidir. Bir az keçir, o zəng edəcək, “Qəşəm müəllim, az qalıb Bakıya, Hacıqabuldayam” və hər dəfə nədənsə Şəfa Vəli elə Hacıqabulda olmalı imiş… Gəncə – Bakı arasında Hacıqabul çox maraqlı yerdi. Ötən əsrin 1980-ci illəri… Gəncə. Arıq, uzun saçlı dəli bir oğlan, şair-mən. Tələbəyəm. Universitetdə uzun saç saxlamağa icazə vermirlər. Amma mənim saçlarımın “arayış”ı var. C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrında Məcnun rolunu oynamalıyam. Onda Şəfa yox idi, hardasa, hansısa enerjinin bətnində yer kürəsinə yol gəlirdi Şəfa. Hələ yerə çatmağına 8 il vardı. O gün oxuyuram, həmin teatrda Şəfanın “Bəyaz ölüm” pyesi tamaşaya qoyulub. Çox təsirləndim, yadıma 21 yaşım düşdü, o vaxt biz heç yaxşı tamaşaçı deyildik, nəinki pyes müəllifi olaq. “Gəncə” sözünü Şəfa Vəli kimi gözəl tələffüz edən ikinci şair tanımıram. O qədər şirin deyir “Gəncə” sözünı, elə bil “Göyçə” deyir. Göyçə deyəndə Gəncə kimi başa düşülür. Dili o qədər şirindir Şəfanın. Xan bağı, Gəncə çayı, Yeni Gəncə, Dəmir yolu vağzalı, Səməd Vurğunun şəkli olan tralleybus, Bağbanlar, Gəncə çayının sahilləri, Fontanlar bağı, Qatır Məmmədin heykəli (indi yoxdur), Gəncə Alimlər evi, yazıçı Qərib Mehdi, şairlər Xəzangül, Aləmzər Əlizadə, Bahadur Fərman, Sahib İbrahimli, Mikayıl Yanar, Sədnik Paşayev, Zaur Həkim, İnqilab İsaq, Oqtay Abdulla, Aydın Murovdağlı, Hüseyn Hatəmi, Şəfanın anası Güldərən xanım… Qaçdığım, sevdiyim, sevildiyim, döyüldüyüm, unudulduğum yerlər… O vaxt Şəfa yox idi, yer kürəsinə yol gəlirdi. Indi Şəfa Vəli mənim xatirələrimin ustə gəzir. Yaxşı eləyir gəzir, şairdir, gəzir, haqqı var. Şəfa Vəli kuklaları (özü də böyük, məsələn,ayı, şir) çox olan qıza oxşayır. Bəlkə də o, ən kiçik, hətta əzik-üzük olmuş kaqız parçalarını da saxlayır. (daha&helliip;)

  • Güldərən VƏLİYEVA (Yeni şeir) Qorxuram deməyə

    gv

    Ay məndən şairlik uman qardaşım,
    Yarımçıq misralar könül ovutmaz…
    İlhamlı könlümü duyan qardaşım,
    “Qəriblik” bəd sözdü, rədif tapılmaz…

    Məndən nağıl istə, nənəm danışıb,
    Yaddaşımda qalıb Simurq quşları…
    Məndən şeir umma…. O misraları
    Yazır yanağıma gözümün yaşı…

    “Ola”-deyib arzulama şairə
    “Möhtəşəm” misralar, ağladan bəndlər…
    Qorxuram deməyə- mən də şairəm!
    Şairi var edir sonsuz kədərlər…

  • Elnur Coşqun (Yeni şeir)

    r

    Elnur Coşqun
    Kor vicdanlar gərək şişə çəkilə,
    Haram ola,Vətən eşqin oyana.
    Qarabağın yanan rəsmi çəkilə,
    Yatan millət,bəlkə,baxa oyana.

    Qələbə de,and iç, ruha tik andı,
    Vətən,ruhsuz bu yırtığı tik,andı.
    Əsir ellər qəlb göynədən tikandı,
    Dərd səddini aşıb bu dərd o yana

    Coşqun, dərdi bifər açdın,fər dola,
    Zaman-zaman fər boşalan fər dola,
    Döyüş gələ bir erməni fərd ola,
    Qəzəbimi mən yandıram,o yana.

  • Mayisə ƏSƏDULLAQIZI.(Yeni şeir) Baxışlar uzanar…

    1533150_672733326111760_899121006_n

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru

    Baxışlar uzanar…

    Hardayam, necəyəm, nəyinə gərək?!
    Gecənin bir vaxtı qarışır yuxun,
    Ötən günlər üçün üzülür ürək,
    Səni əsir edir, hisslərin, duyğun…

    Arzular uzanar həsrətə sarı,
    Sevgiyə uzanan əllərin yanar,
    Qürurun keçməyir məftil hasarı,
    Kin dolu baxışla orda dayanar.

    Otağımda vüsal qəm qoruğunda,
    Burda sevincimi haqlayar kədər,
    İzimiz qalıbdı çay qırağında,
    Baxışlar uzanar yurduna qədər.

    Qəlbinin qürrəsi göyü dələndə,
    Boy atıb uzanar yıxılanacan,
    Kölgələr uzanar gün gödələndə,
    Qürurdan uzanar yox olanacan.

  • Günel Nazim (Debüt)Heç bilmirəm hardan başlayım nə yazı.

    gunelxanim

    Günel Nazim 1995-ci il 14 iyulda Salyan rayonunda anadan olmuşdur.2000-ci ildə Humanitar fənnlər təmayüllü məktəb liseyinde tədrisə başlamış 2012 – ci ildə eyni liseyin məzunu olmuşdur. Hal- hazırda Bakı Asiya Universitetinin tarix fakültəsində təhsilini davam etdirir.

    Şəfizadə ailəsinə payız gəlmiş bir yarpağını yerə salmışdır. Ölümündən tam 1il keçmişdi 03.09.2013-cü il idi.Hər kəs sosial şəbəkə  olan “facebook”da “ Zərdüşt Şəfi səni unutmuruq və ya görüşünə gəlirik” deyə paylaşımlar edirdi. Nəhayət ki,Zərdüşt Şəfinin yaxin dostlarından  olan Tamilla Qulami ile Zərdüşt haqqında danışdıq.Heç tanımadığım,heç zaman ünsiyyətdə olmadığım biri üçün neyçün ağladığımıda bilmirdim…Həmin günü evdən çölə çıxmağı istəmədim ürəyimdə yalniz onun ölümü, beynimdə isə cavabsız qalan suallarım dolaşırdı.Axı Zərdüşt Şəfini mən niyə öncədən tanımadım?Tanısaydım görəsən bu qədər mənə pis təsir edərmiydi ölümü ya dahada şiddətli əzablar çekərdi ürəyim? Dünyada hər gün minlərlə insan ölür niyə onların ölümü məni bu qədər düşündürməzkən,Zərdüşt məni tamam özündən aslı hala çevirdi. ..Əgər yaşaydı ona tanıyardım?
    Yenədə ağlımda min suallar yarandı.

    Zərdüştün bir kitab yazdıgını öyrəndim.Axı mən kitabları və yeni yazıcilari hemin an bilirdim mutleq o kitabi bir yerdən əldə edib oxuyardım niyə Zərdüştden xəbərim olmayib?Qismət deyilən şey budur? Demək olar ki, hər gün şeirlərini oxuyuram. Hər şeiri bir ümidsizlik,bir acı,bir ölüm dadır sanki.Görəsən ölümünü öncədən mi bilirdi? Ya onsuzluqdan mı şeirləri belə görünür?Məncə o göyə ucalacagini coxdan anlayirdi ve bu seirleri biz oxuculara isaredir. Nece hereqlof, mixi yazini oxuyan cox az insan varsa Sefinide anlayan da beledir. Şəfinin bütün yaradıcılığını bəyənirəm o yaşasaydı hələ çox zirvələri fəth edərdi buna əminəm.Amma Zerdüşt şeirlərində çox böyük mənalar kəsb etsədə hekayələri qədər möhtəşəm deyil şeirləri mənim üçün.Görəsən yaşasaydı bu sözümü bilsəydi nə deyərdi?Ürəyində inciyərdi?Yoxsa nəticə çıxarırdı?

    Hər şeiri və adı keçəndə  onun qara məzar daşı , bir ovuc qara torpağı canlanır gözümün qarşısında.Axı niye günəş kimi parıldamasına başladığı an o bizdən əbədiyyətə qədər ayrıldı?yox doğrusu ədəbiyyata qədər cox gec gec dogan edebiyyata qədər… Zərdüşt Şəfinin ölümünü bildiyim gün öz ölümüm ağlıma gəldi bir gün məndə ölə bilərəm deyə düşündüm.

    Ölüm qocanı deyildə tam cavanı “hələ gələcəyin qarşıdadı “dediyimiz insanı ala bilir. Hər kəsdən-dünyadan qopurub Tanriya sürüyə bilir.Bəs mən ölsəydim mənim bu yazdıqlarımı eyni Zərdüştə etdiyim kimi məst eden,tanıtdıran olar mı ?Kim görünərdim gözlərinə?

    Zerdüşt sanki bir kəpənək idi.Qonduğu hər ürəyi gözəlləşdirən yalnız ömrü iki gün…Həmin iki gün müddətində isə mənə yetməyən, indi isə kəpənəyini gözeləyərək solan çiçəyə bənzədirəm özümü.Görəsən səhv mi edirəm?Heç tanımadığım ,əlaqəm belə olmadığı bir yazıçını,yazar olması bir tərəfə bir insanı bu qeder sevməkdə,belə ümidlə gözləməkdə heç gəlməyəcəyini bilərək həmdə…Bu məndə bağlılığmıdır?Yoxsa zamanla keçən sadə hiss mi?Heç özümdə bilmirəm niyə beləyəm Yox bu insani hissdir bir insana perestişdir ya bəlkə yazılarında aşiqliq görməy? Şəfi üçün ağlayıram,şeirlərini oxuyuram,rəsmlərinə baxıram üreyimdə minlərlə sözlüklər yaranır ona aid.Amma əlimə qələm aldıgım an artiq saatlar keçdiyini mənimsə “Zərdüştdən” basqa söz yazmadıgımı görürəm.Hər kəsdən tamamən fərqliyəm?Beli ürəyimdə dərin yaraya səbəb olan Zərdüşt daha doğrusu ölümü…Onsuzluq…

    Görəsən özü tez mi qovuşmaq istəyirdi tanrısına?Sözlərinə aldanaq mı? Yoxsa gerçəkliyini dadaq mı?Mən indi səndən böyük yardımlar alacaqdım yazılarıma böyük köməklik edəcəkdin bəlkədə yaşasaydi yenə tanımayacaqdım amma mənimçün “ az amma böyük yazıların müəllifidir”…Bu gün əgər mən özümüzü tanıtdırmasam,bu cəmiyyətdə yerim olmazsa əminəm ki,bu yazımda tanınmaz,bu yazımla Zərdüştü tanıyan o bir-neçə insanda…

    Sən günəşi görməmisən
    səni görən görüb onu.
    Göyü qüvvə bilməmisən
    səni sevən bilib onu.
    Sən heç zaman gülməmisən
    həsrətini çəkənlər var.
    Sən bilmirsən sevgi nədi
    şah belini bükənlər var.
    Sən heç zülm çəkməmisən
    gözündə yaş görənlər var
    Sən bilmirsən ölüm nədi
    sənsizlikdən ölənlər var.

    Eyni ilə öz şeirində dediyin kimi ” Zərdüşt ,həsrətini çəkənlər var,sənsizlikdən ölənlər var” …Həsrətin ölüm kimi gələnlərində var….

    Ürəyimdə bir sızıntı var,bir ümid var elə bilirəm heç vaxt mümkün olmasa belə o, dönəcək mən onu şeirlərində, kitabında, dostlarında deyil onu onda öyrənəcəm…Onu onda susacam…

  • Hikmət MƏLİKADƏ.”Müasir tənqidin Əsəd Cahangir əhatəsi”

    10304351_268609333324646_7910328543693681828_n

     

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Ədəbiyyat-poeziya işi ilə ünsiyyətin əsas vahidi təcrübi-praktik və bir qədər də tənqidi təzahürlərdir. Səmimi etiraf edək ki, istedadlı tənqidçi, müasir tənqidin nəzəri-ədəbi əsaslarını dürüst məntiqə kökləməyi bacaran Əsəd Cahangir də müraciət obyekti kimi seçdiyi, təhlilə, tədqiqə cəlb etdiyi mövzularda tənqid-yaradıcılıq işini tam əhatə edir; mövzulara münasibətdə dürüstdür. Onun qələm nümunələrində tənqid və mətn sistemləri ilə xarakterizə olunan ədəbi struktur quruluş, mövzu-mətn vizuallığı və ədəbiyyatşünaslıq məsələləri semantik xüsusiyyətli, geniş şəkillidir, bir sıra tənqidi yazılarında tənqid mədəniyyəti dolğun təsəvvür yaradır. O, ilk növbədə mətnin təşkili, fikrin qurulma texnikası üzrə semantik forma təşkil edir, üzərində israrçı mövqe tutduğu hər bir yazılı prosesin funksional əhəmiyyətini daha qabarıq göstərmək üçün dəqiq qrammatik təsirlərə üstünlük verir. Kim nə deyir, desin, Əsəd Cahangirin, mövzu xarakterlərinə ədəbi yanaşması sistemli şəkildədir. Onun tədqiq və təhlillərində – mövzu təhliletməsində mətn sintaksisi, aktual üzvlənmə, tənqidin tarixi aspektləri və qrammatik seyrçilik, fikrin qurulma texnikası, ədəbi hissin kommunikativ funksiyası faktik olaraq ədəbiyyat-yaradıcılıq işinə yaxından bələd olmasını isbatlayır. Bu mənada deyək ki, onun əksər təhlillərində fikirlər ictimai-fəlsəfi və normativ əsaslıdır: o, sxematik hissi təbəddülatlardan peşəkarcasına istifadə etməklə mövzuların (məsələn, Azərbaycan dramaturgiyası barədə tədqiqini buna bariz nümunə göstərmək olar) əsas-tipik həddə oxucuya çatmasını təmin edir; fikirlərinin struktur-semantik zərurəti mövzudan şərhə keçidi qaydalara uyğun təsbitləyir. Anlayışlı oxucu onun ədəbi dərketməsində bu prosesin əhəmiyyətli rol oynaydığını yaxşı görür. (daha&helliip;)

  • Şəfa Nur (Piriyeva) (Yeni şeirlər)

    sefanur

    Şəfa Nur (Şəfa Piriyeva) “Gənc Ədiblər Məktəbi”nin üzvüdür.Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin tələbəsidir.Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Fəxri üzvü və əməkdaşıdır.

    Axşamdan səhərə…

    Ruhumun yolundan aza bilmirəm,
    Ürəyin dərdini yoza bilmirəm.
    Duyğular süzülüb dolur içimə,
    Heyf, hər birini yaza bilmirəm..

    Uzaqdan duyulur şeirin ətri,
    Duyğular yazdırır gedən sətri.
    Kəsib doğrayıram itməsin məna,
    Yenə sonda qalır onun kəsri…
    (daha&helliip;)

  • Ülkər Dəniz (Piriyeva) Cığatel İsaqızı Kitab Evim.Az-da tam səmimi oxucularıyla…

    10917454_1558366874419447_7188618601172256045_n

    20 iyun Kitab Evim.Az yenidən kitab sevərləri, saz, söz aşiqlərini gözəl xanım, əsl ana, Ədəbiyyata gec gəlib amma tez bir zamanda minlərlə insanın qəlbində şeirə, sənətə böyük məhəbbət yaradan ən dəyərli ürəyə malik şairə Cığatel xanım İsaqızının ətrafına toplamışdı. Həmin günü həmçinin Cığatel xanımın 50 illik yubiley yaşı günü qeyd olunurdu. “Seçilmişlər” adlı yüzlərlə şeirlər toplandığı kitabın təqdimatı Cığatel xanımın “Cığatel xanım sevərlər”i salamlaması ilə başladı. Ömrünün 50 ilinin xeyli vaxtını həm ana, həm gözəl insan, həm də əsl şair kimi söz üçün yandıran Cığatel xanım sözün insan həyatında önəmli rol oynadığını və şairin ən qiymətli zinətinin söz olduğunu dönə-dönə vurğuladı. Onun
    “Şairi aldatmayın” şeirindən bir parça; (daha&helliip;)

  • Ülkər Dəniz ( Piriyeva )Qənirə xanım Paşayeva oxucularıyla Kitab Evim.Az-da….

    qp

    Bədii qiraətçi, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin tələbəsi.

    19 iyun Kitab evim.Az  yenidən gözəl bir insanla təqdimat keçirdi. Dəyərli insan, əsl xanıməfəndi, jurnalist, Millət vəkili hörmətli Qənirə xanım Paşayeva və onun ürəyini qoyduğu müxtəlif mövzulu kitabları ilə gözəl və yaddaqalan görüş baş tutdu. Görüşdə müxtəlif mətbuat nümayəndələri, tanınmış insanlar və ən əsası Qənirə xanım Sevərlər iştirak edirdi. İlk çıxış elə Qənirə xanımın özü tərəfindən oldu. O Azərbaycan Gəncliyində kitaba olna marağ bərpa etmək üçün hər kəsdən öz üzərinə düşən vəzifəni məsuliyyətlə yerinə yetirmələrini və bu yolda onun mütəmadi xidmətlərinin olduğunu söylədi . Həmçinin hər bir Azərbaycan vətəndaşının öz xalqının tarixini geniş şəkildə bilməsində kitabların bizim həyatımızda əvəzsiz rolounun olduğunu və gələcəyə yüksək istedadlı kadrlar yetişdirmək istəyiriksə, kitabları həyatımızın ayrılmaz bir parçasına çevirməyimizin gərəkli olduğunu dəfələrlə vurğuladı. (daha&helliip;)

  • Şəfa VƏLİYEVA

    sefa1-450x300

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Bütün yalanları söyləyib getdin…
    səni aldatmağa söz tapammıram…
    təsəllin budurmu üfləyib getdin?!
    ömrüm şam ömrüdü… hələ yanıram…

    sənə kim demişdi, Gəncə düzləri
    lalələr içində sevda bitirir?
    gərək tanıyaydın… mənim gözlərim
    sənin hər şəklində bir nur itirir…

  • Şəhanə Cəfərova ŞEİRLƏR

    G

    Boş deyib keçmə

    Bu həyati boş deyib keçmə
    Məni özündən uzaq etmə
    Geri gəl belə getmə
    Sevgimi boş deyib keçmə!
    Uzaq ya yaxin-pis ya yaxşi
    Sən yoxsan nəyimə lazim bu həyat!
    dəli etmə
    öldürmə məni
    sevirəm axi səni.
    Oynama hisslərimlə!
    Xoşbəxt olaq sevgimizlə!
    İkimizi boş deyib keçmə.
    taleyimiz Əbəlkədə bir!
    Qaçmayaq taleydən Olaq bir!
    Sevgimizi boş deyib keçmə.

    Sənin ürəyin mənə məxsus!

    İllər keçsə belə dünya dönsə belə
    Sənin ürəyin mənə məxsus.
    Kimi sevirsən sev kimlə olursan ol
    Sənin ürəyin mənə məxsus!
    Boş deyib keçmə məni
    boşuna sevməmişəm səni
    Qoymaran unudasan məni
    Sənin ürəyin mənə məxsus.
    Yaxşi düşün həyatini
    Sevgimin alaram qisasini
    Kimsəsiz deyiləm tutma yasimi
    Sənin ürəyin mənə məxsus
    Hər kəlməni yazanda
    Səni düşünürəm hər anda
    Ayriliğimizi deyil qovuşmağimizi!
    Sənin ürəyin mənə məxsus!

    Yarim qaldi!

    Xoşbəxt idim onunla
    Üzüm gülürdü onunla
    Bilmirəm nə oldu
    Xoşbəxtliyimdə yarim qaldi onunla
    Ürəyim hələ belə olmamişdi
    Gözlərimdə belə xəyala dalmamişdi.
    Kimsə ürəyimi belə Əələ almamişdi
    Tez başladi tezdə bitdi
    Sanki yuxu idi ayildim gözümdən itdi
    Axtardim onu tapa bilmədim
    Həyatim kimi yuxularimda yarim qaldi!
    Ürəyimdə bilinməyən hisslərlə sevirdim.
    Onsuz yaşaya bilmərəm elə bilirdim
    Ürəyimdə sevgim yarim qaldi
    o getdiyi gündə yarimda onunla getdi
    Qalan yarimda onsuz yarim qaldi.
    Özümdə o gedəndən kimsəsiz qaldim

  • Şeir: Ahmet ÖZTEK KAR BAHARI Tablo: Hüseyin SARTAŞ

    kumbet

    KAR BAHARI

    Bir turna uçurdum, gönlüm ağına.
    Yaktı yüreğimi saldı, bağına.
    Gelir diye koştum, zorlu dağına.
    Döndü güzel günüm, zar baharına.

    Yasla geçer benim, kara gözlerim.
    Gün geçtikçe yârim, canım özlerim.
    Gelmez olur kızım, kızan sözlerim.
    Yandı güzel sürüm, er baharına.

    Düşe kalka çıktım, ben bu dağlara.
    Yavruma yandım da kandım ağlara.
    Nasıl gidem dosta, nasıl bağlara.
    Söndü güzel sözüm, var baharına.

    Nazlı yavrum gömdüm, kara toprağa.
    Ezildi yüreğim, kuru yaprağa.
    Kapandı gözlerim, döndü kurağa.
    Erdi güzel gönlüm, har baharına.

    Bu dünyada var mı candan bir özge
    Gün geçtikçe, kanlı bağrımı eze
    Görsün eller, nasıl geldim ben dize
    Sevdi güzel gözüm, dar baharına.

    Varın gidin, derdim anama verin
    Açmadan güllerim, bağımda derin
    Kara saçım akla, doldu kederin
    Bitti güzel dünüm, yar baharına.

    Öztek Ahmet, nasıl geldi bu başa
    Ağuyu yuttun da saldın mı aşa
    Kanlı yüreğin çaldın, taştan taşa
    Öldü güzel gülüm, kar baharına.

    02 Şubat 2015/Ahmet ÖZTEK
    Tablo: Hüseyin SARTAŞ

  • Yavuz Bülent Bakiler (Məqalə) GOROĞLU-GÖROĞLU KOROĞLU-KÖRÖĞLU

    kumbet (1)
    GOROĞLU-GÖROĞLU
    KOROĞLU-KÖRÖĞLU

    Türkiye’de lise ve üniversite mezunu 5 milyon kişi üzerinde bir anket yapılsaydı ve onlara sorulsaydı, denilseydi ki:
    “Köroğlu kimdir ve nerede yaşamıştır?”
    Herhalde 4 milyon 999 bin kişi derdi ki:
    “Köroğlu bizim halk kahramanlarımızdan birisidir. Şairdir. Çamlıbel ve Bolu dağlarında yaşamıştır. Çalıp söylediğimiz güzel türküleri vardır!”
    Eğer 1980 yılından önce, bana da böyle bir soru sorulsaydı aşağı yukarı, ben de aynı şekilde cevap verirdim. Ama 20 yıl önce Özbekistan’a gittiğimde Taşkent’te Semerkant’ta Buhara’da büyük bir hayretle fakat anlatılmaz bir sevinçle gördüm ki Köroğlu, Türkler daha İslamiyet’i kabul etmeden önce, Hazar Denizi’nin doğusunda yâni Türkistan’da doğup yaşayan Oğuz boyundan bir ozanmış. Bizdeki Köroğlu Türkistan’daki Goroğlu’nun basit bir kopyasından ibaretmiş. Özbekistan’da Köroğlu’na Goroğlu diyorlar. Gor, Özbek Türkçesi’nde “mezar” demektir. Efsaneye göre kahramanımız, gorda yani mezarda doğduğu için, ona Goroğlu denilmiş. Özbek Türklerine göre Goroğlu’nun asıl adı Rövşen’dir. Rövşen, Türkistan’da Çenbil veya Çandibil dağında oğlu Övez’le veya Hövez’le birlikte yaşayan bir kahramandır ve aynı zamanda ozandır da.
    Türkiye’de çalınıp söylenen Köroğlu destanlarına göre de onun asıl adı Ruşen Ali’dir. Arkadaşı Ayvaz’la birlikte Çamlıbel veya Bolu dağlarında yaşamış bir kahramandır. Türkistanlı Rövşen, Türkiye’de Ruşen olmuştur. Övez veya Hövez, Ayvaz ismini almış, Çandibil dağı yerini Çamlıbel dağına bırakmıştır. Goroğlu ise Köroğlu diye değişikliğe uğramıştır.
    Azerbaycan’a gittiğimde gördüm ki Azerbaycan Türkleri, Özbeklerin Goroğlu dediği kahramanımızı Koroğlu diye sahiplenmişler. Övez veya Hövez Azerbaycan’da “Eyvaz” olmuş. Çandibil dağına ise Azerbaycan’da Çenlibil dağı denilmiş. Azerbaycan Türkleri de Koroğlu’nun kendi ülkelerinde yaşadığını iddia ediyorlar. Özbekistan, Azerbaycan, Türkiye yanında Kafkasya da, Gürcistan da, Kazakistan da, Kırım da, Gagavuz Türkleri de, Tacikistan da, Sibirya Tobolları da, Karakalpaklar da Köroğlu’na sahip çıkıyorlar. Bütün bu ülkelerde de bizdeki gibi çalıp söyleyen Köroğlu’lar olmuş. Ama bütün o Köroğlu’lar asıl Goroğlu’nun taklitlerinden başka bir şey değil. Bizim Başbakanlık arşivlerimizde belgeyle sabit: 1579-1582 yılları arasında Bolu çevresinde Köroğlu isimli bir eşkıya yaşamış. Doğru, ama esas Köroğlu’ndan yüzyıllar sonra.
    Köroğlu ile ilgili ilk ilmî eser, 1842 yılında İngiltere’de neşredildi.1856 yılında ise Rusya’da. Bizdeki Köroğlu çalışmaları Batı’daki çalışmalardan çok daha sonradır.
    Köroğlu için hazırlanan o ilmî eserlerde anlatılmıştır ki, kahramanımız, Türkler İslâmiyeti kabul etmeden önce, bugünkü Türkmenistan’da doğmuş-yaşamış bir büyük Oğuz ozanıdır. Dede Korkut gibi bir Oğuz ozanıdır. Köroğlu destanları en çok Türkmenistan’da söyleniyor. Yalnız Türkmenler Köroğlu’na Goroğlu diyorlar. Goroğlu’nun Türkmenistan’da yaşadığı dağın ismi Çandibil’dir. Çamlıbel değil Çandibil. Türkmen destanlarında Goroğlu’nun oğlu, Övez veya Hövez diye geçmektedir. Bizde ise Övez, Ayvaz olmuştur.
    Türkmenistan’ın Ankara Büyükelçiliği’nin şair ve roman yazarı, aziz dostum Annaguli Nurmemmet, Ankara’da 1996 yılında, Goroğlu Türkmen Halk Destanlarını tam 8 cilt halinde yayımladı. Dikkat buyurmanızı istirham ederim. Türkiye’de Kültür Bakanlığı tarafından yayımlanan Köroğlu Kol Destanları sadece 335 sayfalık bir kitaptır. Doğu ve Batı Dünyasında, hiçbir ilmî heyetin huzuruna, 8 ciltlik Göroğlu Halk Destanları dururken, 335 sayfalık kitapla çıkamayız. Edebiyatımızı, dilimizi, tarihimizi, destanlarımızı, geleneklerimizi, Türkistan ve Azerbaycan dikkate alınmadan ortaya dosdoğru koyamayız.
    Neden Türkistan’ı ve Azerbaycan’ı çok sevmemiz gerektiğini anlatabildim mi acaba? Kimse kırılmasın, öfkelenmesin, bu 8 ciltlik Göroğlu Destanları da yüzde yüz bizim milletimizin destanlarıdır. Selçukluyu da, Osmanlıyı da Türkmenler kurmadı mı? Biz de Türkmen değil miyiz? Yunus Emre de, Karacaoğlan da, Göroğlu gibi Türkmen şairleri değil mi?

  • Hikmət Məlikzadə (Yeni şeir) Nə sevgi sənlikdir, nə sən sevgilik

    1409287493_10304351_268609333324646_7910328543693681828_n-218x300

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Hər can bir adamı qaraya çəkir,
    Hərə bir can dartır öz ağlığına.
    Qayıt, ağ əzaba bükdüyün canın,
    Diz çök qarşısında, döz ağlığına…

    Tabutdu elə bil o qara taxta,
    Sənin nə vecinə ölən kimdi, qız.
    Yaman naz atırsan, o da ruh verir,
    Kaş, bircə biləydim kölən kimdi, qız…

    Bir ömür bəs etmir bir sısqa eşqçün,
    Özünə zəhmət ver, yu xəyalları…
    Nə sevgi sənlikdir, nə sən sevgilik,
    Çəkil, boşa verim bu xəyalları.

  • Şafa KAMİLLİ (Yeni şeir) Ən böyük günahım…

    s

    Qəmim, kədərim,
    Göz yaşlarım,
    Ən böyük günahım ,
    Dərdim-sərim,
    Qəlbimdəki tək sevgim.
    Ahu, naləm,
    Qəlbimdəki yaram,
    Ən böyük günahım,
    Yuxusuz gecələrim,
    Ürək, həmdəmim, (daha&helliip;)

  • Təranə TURAN RƏHİMLİ (Yeni şeir) Mən bu ömrü yaşamışam

    t

    Payızı, qışı xoş gəlir,
    Yolu eniş, yoxuş gəlir.
    Ömür mənə tanış gəlir,
    Mən bu ömrü yaşamışam.

    Bu dünyanın saz vaxtıydı,
    Türkün basılmaz vaxtıydı.
    Vaxtıydı, ya bivaxtıydı,
    Mən bu ömrü yaşamışam.
    (daha&helliip;)

  • Xuraman Camalqızı (Debüt)QARABAĞ SEVDALILARI AND

    xuraman

    Xuraman Camalqızı (Abbasova Xuraman Camal qızı) 1959 cu ildə Laçın rayonun Alxaslı kəndində anadan olub. Gənc yaşlardan şeir yazmağa başlayıb. 2007-ci ildə “Durnalar Var Köçümdə”adli kitabım işıq üzü görüb. Vətən həsrəti, Qarabağ harayı, şeirlərinin başlıca mövusudur. “Laçın yurdu” jurnalında və bəzi qəzetlərdə şeirləri dərc olunub.

    QARABAĞ SEVDALILARI AND

    Qarabağ sevdalıları cəmlənin bir arada, Azərbaycan Respublikasının Prezidenti cənab İlham
    Bu elə bir gündür ki, durmaq olmaz daldada Əliyevin And içmə mərasiminə həsr edirəm…

    Qartallar tək, mavi, əngin səmada
    Dağlarda, daşlarda örüşlərdəyəm
    Qarabağ uğrunda döyüşlərdəyəm.
    Azad olmuş Qarabağda qürur ilə gəzəcəyik
    Əzəmətli dağlarında qartal kimi süzəcəyik
    Tarixi biz yazırıq, nəsillər ansın bizi
    Dümənləri tapdalayıb, cəsarətlə əzəcəyik
    Vətənsevər, qeyrətli bir insan sansın bizi (daha&helliip;)

  • Mais TƏMKİN (Yeni şeir) Yığır məni

    m

    Bəlkə mənə ərki var,
    Dərdin boşu, bərki var.
    Fələk verən dərd ki var:
    Boğaza yığır məni.

    Dad, bu dərddən, dad, ağa*,
    Qoy bu dərdə qadağa.
    Salıb dilə, dodağa.
    Ağıza yığır məni.
    (daha&helliip;)