Post Views: 51 Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının 100 illiyi münasibətilə Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə Teatrın aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adları …
Mart 2021
Saqif QARATORPAQ.Yeni şeirlər
Post Views: 60 Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Hüseyn Arif” Ədəbi Məclisinin sədri Hələ gözlərimiz çox şey görəcək,Görəsən bu imiş sondakı eyib.Kimə acıyasan,kimə yanasan?Hamı bir-birinin haqqını yeyib. Hər kəsi tökdüyü nahaq qan tutur,Son birdi yuxunu hayana yozsan.Birdimi,beşdimi günahımız ki!İlahi,hansını bağışlayasan?! İtmir,göz yaşının çıxır əvəzi,Gülərlər özgəyə gülən adama.Daha yaxınları qurban kəsəcəkQocalıb adamtək ölən adama. Ömür-gün davası budumu …
Şəfa VƏLİYEVA.”Epidemiyada darıxan qoca” (Hekayə)
Post Views: 29 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı Bahar bu il daha gözəl gəlmişdi… Ağaclar yaşıl yarpaqlarını, ağ, çəhrayı çiçəklərini üzlərinə rübənd edib xəfifcə gülümsəyirdilər. Günəş işıqlarının gur qəhqəhələri otağın pəncərəsindən içəri təpilir, masanın …
Günel NATİQ.”Gözəl günlər naminə…0
Post Views: 32 Covid-19 pandemiyası ilə mübarizədə ön cəbhədə vuruşan həkimlərə ithaf olunur Allahyar Palatada iki nəfərik. Mən və Ulduzxan. Hələ bir həftə qabaq mən yüngülvari sətəlcəm olduğumu düşünürdüm; ölümcül virusa yoluxduğumun fərqində deyildim. Əvvəl boğazım ağrıdı, sonra bədənimi qəribə bir halsızlıq bürüdü və quru, öldürücü öskürək başladı… Bu azar-bezarın keçib-gedəcəyini düşünürdüm, amma ikinci həftə …
Azərbaycanlı yazıçı Əyyub Qiyasın “Varislər” kitabının I cildi işıq üzü görüb
Post Views: 29 Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış yazıçı Əyyub Qiyasın “Varislər” kitabının I cildi işıq üzü görüb. “Varislər” layihəsi Əyyub Qiyas ilə “Ədəbiyyat qəzeti”nin birgə layihəsidir. Kitabın birinci cildində müəllifin 2020-2021-ci illərdə görüşüb söhbət etdiyi 50 varislə müsahibəsi yer alıb. Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.
Şairə-publisist Nəbicə İlkinin “İki Vətən qızı” adlı yeni kitabı işıq üzü görüb
Post Views: 30 Bakı şəhərində 100 səhifə, 100 tiraj həcmində Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin, Dünya Türkmen Edebiyatı ve Yazarlar Birliyinin, İLESAM Edebiyat Eseri Sahib Meslek Birliyinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş …
“Muxtar Auezov həyatı və yaradıcılığı” kitabı çap olunub
Post Views: 41 Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən “Muxtar Auezov həyatı və yaradıcılığı” kitabı çap olunub. Kitab Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının 3 iyul 2020-ci il 3 saylı qərarı ilə yayımlanıb. Türk xalqları ədəbiyyatı şöbəsində hazırlanmış kitab “Sənətkarın elmi pasportu” seriyasında işıq üzü görən on səkkizinci nəşrdir. Monoqrafiya …
Şair-ədəbiyyatşünas Rafiq YUSİFOĞLU.”BİZƏ ÇOX GÖRMƏYİN XARABA YURDU”
Post Views: 30 Nigaran gözlərə qaranlıq çökür,Elə sanırdıq ki, ağ nura düşdük.Bizsiz ata yurdu müsibət çəkir,Yağışdan qurtarıb, yağmura düşdük… Hamının vicvicə düşüb canına,Utancaq arzular boy ata bilmir…Ürəyim dönsə də Aşıq Cünuna,Səsim Koroğlunu oyada bilmir… Yaman nigaranam, itib dincliyim,Sağalmır qəlbimə vurulan zədə.Dəcəl uşaqlığım, qaynar gəncliyimMəni tapacaqmı təzə binədə?! Divanə könlümün deyil o çağı,Bizə zülüm verib qaraguruhlar…Əlimlə …
Şair-ədəbiyyatşünas Rafiq YUSİFOĞLU.”SEHRİL ADDAMACLAR”
Post Views: 67 Qışdan yaza keçmək üçünGərək hava bir az qıza.Ana torpaq məhəbbətləGəl-gəl deyə Bahar qıza. Qışın qarşısını kəsənÇəmənlər yaz hasarıdı…Qorxumuz yoxdu soyuqdan,Üzümüz yaza sarıdı… Önümüzü kəsə bilməzÇovgunlu dağ, qarlı yamac…Yaza gedən yol üstündəHər çərşəmbə bir addamac…
Şair-ədəbiyyatşünas Rafiq YUSİFOĞLU.”Bahar duyğuları”
Post Views: 37 BAHAR DUYĞULARI Ulduzlar əridi, açıldı səhər,Şəfəqlər səpildi yerə zər kimi.Qızardı üfüqlər, yandı üfüqlərHəyadan qızaran gəlinlər kimi. Göylərə nur saçan mehriban gözəlSüzgün baxışıyla hər yana baxdı.Təbiət dirçəldi sanki əlbəhəl,Torpağın canına hərarət axdı. Günəş boy göstərdi, qalxdı yuxarı,Gəzdirdi dünyaya xumar gözünü.Qayadan sallanan buz salxımlarıDartınıb, qayadan atdı özünü. Qışdan təhvil aldı dünyanı bahar,Əriyib töküldü qar …
Şair-ədəbiyyatşünas Rafiq YUSİFOĞLU.”Bu şəhər dəyişib”
Post Views: 31 Bu həyatın əvvəli sevinc,sonu kədərdi…Bu şəhərdə bizdən yaşlılarbarmaqla sayılacaq qədərdi…Öz yaşıdlarımız isəilbəil azalır…Ömür günəşigünbəgün sozalır,istisi günbəgün azalır…Gün altında olanda beləüşüyürəm,elə bil kölgədə gəzirəm.Bu şəhərin adamlarıelə dəyişib ki,küçəyə çıxandaelə bilirəm ki,qərib bir ölkədə gəzirəm…16.10.2016
Şair-ədəbiyyatşünas Rafiq YUSİFOĞLU.”ZAMANIN YANAN KÖRPÜLƏRİ VƏ HƏSRƏT SELLƏRİ”
Post Views: 36 İşı çalxanmaqdı qədim nehrənin,Ürəkdən gələn yaş gözü göynədir.Geriyə yol yoxdu, zaman nəhrininYanan körpüləri bizi göynədir … Könlüm viranədir, dağılıb huşum,Nələr qazanmışam mən yetmiş ilə?Şəkilə çevrilib əllim, altmışım,Nəfəs-nəfəsəyəm mən yetmiş ilə… Dadmışıq taleyin ömür payından,Arzular beşiyi olub qəlbimiz.Adlayıb zamanın neçə çayındanÜzü gələcəyə can atmışiq biz… İçimdə bir körpə uşaq ağlayır,İnsanın xoş günü keçmişindədi.Zamanın …
Xalq şairi Mirvarid DİLBAZİ.Seçmə şeirlər
Post Views: 47 (Mirvarid Dilbazi) İstəsəydim səni səndən alardım,Gözəlləri öz taxtından salardım. Ürəyimi ürəyinə çalardım,Sən yanardın, mən baxardım tüstünə. Ulduz olub öz zirvəmdən enərdim,Dövrəndəki mələkləri yönərdim.Al laləyə, qərənfilə dönərdim,Səpilərdim yollarının üstünə. İstəsəydim vüsalına yeterdim,Mən gül olub ürəyində bitərdim,Orda bülbül fəryadıyla ötərdim,Mən yanardım, sən baxardın tüstümə. Ölsəm, bir gün gəl qəbrimin üstünə,Bircə dəstə bənövşə qoy, bəsimdir.Baş …
Xalq şairi Hüseyn ARİF.Seçmə şeirlər
Post Views: 86 Gəl çıxaq seyrinə uca dağların, Çəmən olan yerdə xalça nə lazım, Gözündən su içək buz bulaqların, Lilpar olan yerdə dolça nə lazım. Nə kaman götürək, nə tar, nə qaval, Orda nəğmə də var, nəğməkar da var. Yarıb buludları dinəndə qartal O səsə bərabər bir səs harda var. Torpağın ətrini fikirləşəndə, İpək tellərinə çiçək taxarsan. Səhərlər yadına güzgü düşəndə, Maral baxan gölə sən də …
Xalq şairi Osman SARIVƏLLİ.Seçmə şeirlər
Post Views: 51 Oylağımda boran qopdu bir zaman,Dağ başını qar almağa başladı.Qanadından yaralandı laçınım,Turacımı sar almağa başladı. Qapımızı döydü qara bir külək,Bağçamızda nə gül qoydu, nə çiçək;Payız fəsli şaxta vurmuş xəzəltəkİrzi-rəngim saralmağa başladı. Zaman gəldi… üzümüzə doğdu gün,Çiçəklədi ilk baharı ömrümün,Büsat qurdu hər məhlədə toy, düyün –Yar könlünü yar almağa başladı. Qocalığı heç qaxmayın başıma,Yeni …
Xalq şairi Səməd VURĞUN.Seçmə şeirlər
Post Views: 255 Gərək Elindən, günündən ayrılan könül, Arabir vaxt tapıb ağlasın gərək. Əziz kimsələri qırılmış kimi, Yas tutub qaralar bağlasın gərək. Demirəm incidib üzsün özünü, Əl üzüb dünyadan yumsun gözünü, Nə qədər olsa da Vətən sözünü, Duysun ürəyində, anlasın gərək. Bir şikəstə neyəm, bir qırıq kaman, Görmədim bir bəla-həsrətdən yaman, Vurğun ellər deyib ağlar hər zaman, Onun qaydasıdır, ağlasın gərək. Şikayət Qulaq asın, …
Ustad Aşıq ŞƏMŞİR.Seçmə şeirlər
Post Views: 271 İmiş Dərdləndim ki, şeir yazam,Dərd insana ziyan imiş.Yıxıb ömür sarayını,Axır viran qoyan imiş. İnsan undur, dünya ələk,Onda gördüm min bir kələk,Dost dediyim qoca fələk,Demə, adam soyan imiş. Doğru çıxmır etibara,Dostluq hara, sitəm hara,Dönür zəhərli şahmara,Bir amansız çayan imiş. Şəmşir yazdın təsirli söz,Kəlmə lətif, mənası düz,Bu dünyadan doymayan göz,Az ömürdən doyan imiş. Birdi …
Sarı AŞIQ.Seçmə şeirlər
Post Views: 107 A yaxşı Şikar edib tutdum bir şahi tərlan,Sən etdin ağlımı zail, a Yaxşı!Səni sevən keçər canü sərindən,Olar camalına mail, a Yaxşı! Məhəbbəti olan istər sazını,Mən çəkərəm hər dəm sənin nazını.Şəmsü Qəmər kimi görgəz üzünü,Gün təki aləmə yayıl, a Yaxşı! Qaşların bir oxdu, kirpiyin almaz,Haramdan oxlasan, oram sağalmaz.Gedər bu gözəllik sənə də qalmaz,Əgərçi …
Xəstə Qasım TİKMƏDAŞLI.Seçmə şeirlər
Post Views: 225 Dünya Gəl, bir səndən xəbər alım,Süleymandan qalan dünya.Əzəli gül kimi açıb,Axırında solan dünya. De görüm, nəyə talıbsan,Dərsini kimdən alıbsan?Neçə min yol boşalıbsan,Neçə min yol dolan dünya. Xəstə Qasım, qalıb naçar,Bu sirri bəs, kimlər açar?Gələn qonar, qonan köçər,Hey salarsan talan dünya. Ay ariflər Ay ariflər, bir tərlanım uçubdu,Sağ əlimdən sol əlimə alınca.Onu tutan …
Ustad Aşıq Abbas TUFARQANLI.Seçmə şeirlər
Post Views: 57 Vaxtıdı Budu gəldi bahar fəsli,Dağların lala vaxtıdı.Açılıbdı qızıl güllər,Bülbülün bala vaxtıdı. Bülbüllər dolandı bağı,Bir xəlvət eylə otağı.Sənə qurban olum saqi,Mey ver, piyalə vaxtıdı. Mən Abbasam, boyu bəstə,Dərdindən olmuşam xəstə.Al başımı dizin üstə,Çal yataq, layla vaxtıdı. Dilbər Uca dağların başına,Qorxuram qar yağa, dilbәr!Aldın ağlımı başımdan,Saldın dağdan-dağa, dilbər! Güllәrin içindә gülәm,Oxuyan şeyda bülbülәm,Mәn bir …
Coşqun XƏLİLOĞLU.”Şəhid məzarı”
Post Views: 30 Azərbaycan Yazıçılar Birliyinin üzvü Baba, Şəhid məzarı nədir? Müqəddəs pirimizdir,Ziyarət yerimizdir,Bayatı, şeirimizdir,Bala, şəhid məzarı. Orda igid uyuyur,Əsgər, zabit uyuyur,Ölməz bir ad uyuyur,Ödur şəhid məzarı. Bəzənibdir güllərlə,Əlvan qızılgüllərlə,Saysız qərənfillərlə,Bala, şəhid məzarı. Dur, saxlayaraq ayaq,Lap yaxından tanıyaq,Canlıdır – bunu duyaq,Bala, şəhid məzarı. Bu gündür, gələcəkdir,Hamımıza örnəkdir,Qəhrəmanlıq deməkdir,Bala, şəhid məzarı. Şairlərin sözüdür,Həqiqətin özüdür,Tariximin izidir,Bala, şəhid …
Coşqun XƏLİLOĞLU.”Şəhidim” (Esse)
Post Views: 77 Azərbaycan Yazıçılar Birliyinin üzvü Qarabağ uğrunda Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinə ithaf edirəm. Sən, xalqımızın fəxri, qürur mənbəyi, əbədi yaşar övladısan. Sən, Günəşin doğmasında, küləyin əsməsində, yarpaqların pıçıltısında, yağışın yağmasında xatırlanacaqsan. Baharın gəlişində, təbiətin oyanışında, qaranquşların qayıtmasında, bənövşənin kol dibindən boy atmasında, çayların şırıltisinda səni duyacaq, eşidəcək, görəcəyik. Lalələr qızaranda, …
Xalq şairi Rəsul RZA.Küçələr
Post Views: 38 YETİM KÜÇƏ Təbrizdə bir küçə var –“Yetim küçə”.Bu adı mən vermişdim ona,yanıqlı bir gecə.Yanaşıdır, çəpəkidirTəbrizin küçələri.Gah ayrılır bir-birindən,gah bir-birini kəsirTəbrizin küçələri.Gördüklərimdən yüzdə biriqalmayıb xatirimdə.Ancaq bu gün olmuş kimiqalıb yadımdabir uşaq hıçqırığı da,bir qadın da.Bir səs eşitdim;yana-yana ağlayanuşaq səsi.Səkidə bir qaraltı,bir qadın oturubarxasını dayamışdı divara,qucağında uşaq.Küçədə çapırdı atınıBelədən-beləsazaqlı külək – avara.Soyuq, şinelimin içindəgöynədirdi …
Xalq şairi Nigar RƏFİBƏYLi.”Sənsiz”
Post Views: 33 SƏNSİZ Bir son bahar da düşdüömrümün təqvimindən,Nə sənə məhəbbətim,nə həsrətim azaldı.Özüm də heç bilmirəmniyə bir ömür boyuGözüm uzaq yollarda –sənin yolunda qaldı.Bir qocaman dağ olsansəni vurub yıxardım.Ürəyimdən ən incəteli necə qopardım?Dünyada gözəl də çox,gözəl ürəklər də çox.Şirin-şirin arzular,incə diləklər də çox.Bir sən oldun könlümünyaxın dostu, həmdəmi.Sən olmazsan tutmazdıbəlkə əlim qələmi.Sən olmazsan baharınyazın …
Xalq şairi Fikrət QOCA.Seçmə şeirlər
Post Views: 74 Aprel şəhidləri Bizi ilk qarşılayanAprel şəhidləriydi,Bu Cocuq MərcanlınınƏn müqəddəs yeriydi.Ayağına gül qoyduqŞəklinə baş əydik.Ay oğul, təki beləToyunuza gələydik.Daim gənc qalarsınızGöz aydın, üzü gülər,Daim ayağınızıÖpəcək qızılgüllər.Əsgər gedən oğullarBurdan gedər döyüşə.Sevən yaşıdlarınızBura gələr görüşə.Gələnlər gedəcəklərKimi ucalacaqdı,Kimi qocalacaqdı,Kimi zəfər çalacaq!Düşməndən intiqamıDönə-dönə alacaq!Aprel döyüşçüləriBelə cavan qalacaq.Onlar zamandan güclü,Dövrandan üstündülər.Onlar gecə aydılar.Gündüzlər də gündülər…Eh… Bunlar hamısı sözdü,Şəhidlər …
Xalq şairi Ramiz RÖVŞƏN.Seçmə şeirlər
Post Views: 268 HİRSLİ ADAM Bu adamı dindirməyin, hirslidi;Qapısına əzazil it bağlananev kimi hirsli.Cırtdana aldanandiv kimi hirsli.Bir sarışın gözəlinipək saçları dayumşaltmaz onu.Hirslidi –dişləri qırılmışdaraq kimi hirsli.Məclisin şirin yerindəqəfil sönüb qaralmış.çıraq kimi hirsli.Hirsindən gözləri görmür dörd yanı,Ağzı kilidlənib bığının altda.Gecə də, gündüz də qaradır qanı,Ona yaxın düşmür ağcaqanad da.Hirsi ağrı kimi gəzir canında,Hirslidi –yaralı ov kimi hirsli.Uduzulan …
Xalq şairi Musa YAQUB.Seçmə şeirlər
Post Views: 93 Taleyin qisməti Taleyin qisməti rast saldı bizi.Yolumuz haradasa qırılacaqsa,İtirəcəyiksə, bir-birimizi,Xatirəm yadında qalmayacaqsa,Bu əllər mənimki olmayacaqsa,Bu tellər mənimki olmayacaqsa,Gəl məni, özünə öyrətmə məni,Hicran qorxusuyla göynətmə məni. Əlimi saçıma öyrətmə belə,Gözümü gözünə öyrətmə belə,Üzümü üzünə öyrətmə belə, Mən bir az baharlı budaq kimiyəm,Bir az da sadəlövh uşaq kimiyəm.Bala atasına qovuşan kimi,Leylək yuvasına yovuşan kimi,Arı …
AĞVALİDEYN YAXUD ZAVALLI MƏŞƏDİ ZAMAN BİR-İKİ SÖZ
Post Views: 35 Seyid Hüseynin “Ağvalideyn yaxud zavallı Məşədi Zaman” hekayəsi 1911-ci ildə çap olunmuşdur. Yazıçı əsəri inqilabdan əvvəlki yaradıcılıq mərhələsində ərsəyə gətirmişdir. Mövzusunu Azərbaycan məişətindən alan hekayədə yanlış övlad tərbiyəsinin yol açdığı faciə Məşədi Zaman və oğlu Kərimin timsalında əksini tapmışdır. Tərəflərin fərdi xarakteri, həyata, gələcəyə dair duyğu və düşüncələri paralel şəkildə verilmişdir. Övladına …
“Respublika” gündəlik ictimai-siyasi, sosial-iqtisadi qəzetinin Baş redaktoru cənab Teymur ƏHMƏDOV dünyasını dəyişib
Post Views: 38 16 mart 2021-ci il tarixində tanınmış tədqiqatçı alim, yazıçı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Cənubi Azərbaycan ədəbiyyatı” şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor, akademik, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Respublika” gündəlik ictimai-siyasi, sosial-iqtisadi qəzetinin və “Füyuzat” jurnalının baş redaktoru cənab Teymur Əhmədov 90 yaşında dünyasını dəyişib. …
Rafiq ODAY.”Keçir”
Post Views: 34 Keçir Öz günümə ağlamıram,Günüm ağlamaqdan keçib.Ağlamağın faydası nə?Gülüm, ağlamaqdan keçib. Qısıl yaşa tək içində,Öz dərdini çək içində.Ömrümüz ələk içində,Qəddimiz yumaqdan keçir. Tərk olduq təkə dönüncə,Biz ürkə-ürkə dönüncə,Çuxamız kürkə dönüncə,Bəlkə yüz yamaqdan keçib. Bu həyat bir qəm sandığı,Kim açsın, de, kim, sandığı?Ac balığın yem sandığıÖlümü qarmaqdan keçir. Haqqın uvandı, tərsi bir,Haqq oğlu haqqa …
Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”Yalın arzular”
Post Views: 31 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru YALIN ARZULAR Arzularım yalın qalıb,Ağlım olubdu piyada.Qəlbimin əmrindən çıxa,Duyğular məni oyada. Bəzən sığal çəkib dərdə,Son ümidə göz tikirəm.Sökülürəm ilmə-ilmə,Şeir üçün söz tikirəm. Birdən enir köksüm …
Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”Şeirimin bahar gözü”
Post Views: 34 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru Şeirimin bahar gözü,Yaşla dolub, kövrəlibdi.Yaz nəfəsli ürəyimdəQış yenidən dirçəlibdi. Hər sözümün bənövşəsi,Qara xallı laləsi var.Vətən deyən dilləriminGöyə qalxan naləsi var. Misra-misra qocalıram,Kəlmə-kəlmə can verirəm.Şeir-şeir ucalıram,Vətən …
Ədəbiyyatın “adqoydusu”, yaxud zombilərin yaradılış resepti – Şəfa Vəlinin essesi
Post Views: 47 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı Ədəbiyyat termin olmazdan öncə də vardı. O, hər insanla birgə doğulurdu. Amma adamlara ad qoyulurdu, o, adsızlığıyla böyüyürdü. Hər yeni gün ayrı donda, ayrı formada həyatımızda …
Şəfa VƏLİYEVA.”Kim dedi ki, dözürəm?!”
Post Views: 28 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı Kim dedi ki, dözürəm?!hər günüm tək səbirdi…sevdam üzü göylərəhönkürdüyüm təkbirdi…dön…bu ayrılıq deyil…baş qatmaqdı, dərvişim…gülüşüm nazlıq deyil,utanmaqdı hər işim…onda nənəm pıçıldadı:“vay, yazısı qara gəlmiş”,..ağrılarım puçurladı:-sevdam, qadan yara …
“Azərbaycan ədəbiyyatı tarixi” on cildliyinin üçüncü cildi işıq üzü görüb
Post Views: 36 AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən “Azərbaycan ədəbiyyatı tarixi” on cildliyinin üçüncü cildi nəşr edilib. İnstitut Elmi Şurasının 30 sentyabr 2020-ci il tarixli 4 saylı iclas protokolunun qərarı ilə nəşr olunan üçüncü cild “Orta əsrlər Azərbaycan ədəbiyyatı (XIII-XVI əsrlər)” bölməsini əhatə edir. 1092 səhifəlik kitabın baş redaksiya şurasına Ramiz Mehdiyev (sədr), …
Görkəmli ədəbiyyatşünas-alim, şair Vüqar Əhmədlə görüş
Post Views: 33 13 mart 2021-ci il tarixində Ağcabədi Regional Mədəniyyət İdarəsi, Ağdam rayonu Heydər Əliyev Mərkəzi və Ağdam rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə şair, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri Vüqar Əhmədlə zoom proqramı vasitəsilə onlayn görüş keçirilib. Görüşü giriş sözü ilə Ağdam rayon Mədəniyyət Mərkəzinin …
Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Azərbaycan”
Post Views: 203 Od ürəkli, od nəfəsli diyarımsanOcağına canım qurban, Azərbaycan!Əzilsən də, əyilməyən vüqarımsanBu çağına canım qurban, Azərbayca ! Savaşlardan alnıaçıq çıxan zamanTarixlərə bağışladın neçə qurban.Hər qonşuda bir parçası əsir qalanTorpağına canım qurban, Azərbaycan! Neçə gizli sərvət yatır qucağında,Neçə ölkə od aparır ocağından.Azadlığın al rəmzi var bayrağındaBayrağına canım qurban, Azərbaycan! Hər uğurun gələcəyə bir yol …
Xalq şairi Zəlimxan YAQUB.”Dünya”
Post Views: 103 Vaxtında uzadıb kömək əlini,Vermədin mənimlə əl-ələ, dünya!Nəyimə gərəkdi vaxtı keçəndə,Göydən qızıl yağdır, ləl ələ, dünya! Acı yel üstümdən əsdikcə əsdi,Yağan qar yolumu bağladı, kəsdi.Gəl, məni bu qədər yandırma, bəsdi,Mən ki nə Kərəməm, nə Lələ, dünya! Yolsuz yoxuşlarda yordum dizləri,Ahımla qurutdum göy dənizləri.Qaldı kürəyimdə kəndir izləri,Dərdi dərd üstündən şələlə, dünya! Aşılmaz dağları mən …
Xalq şairi Bəxtiyar VAHABZADƏ.”Vətəndaş”
Post Views: 61 Vətəndaş! Nə gözəl səslənir bu söz,Yəni – bir Vətənin övladıyıq biz.Anamız eynidir, qardaşıq demək,Mən sənə arxayam, sən mənə kömək. Vətəndaş! Nə gözəl səslənir bu söz,Yəni – iki canda bir ürəyik biz.Gücsüzük, bir heçik sən də, mən də tək,Vətənə güvənib olduq Vətəndaş.Mənim ürəyimi qanatsın gərək,Sənin dırnağına dəyən çırtma daş. Vətəndaş! Nə gözəl səslənir …
Xalq şairi Xəlil Rza ULUTÜRK.”Qaytar mənim qüdrətimi, AZƏRBAYCAN!”
Post Views: 1. 335 (ixtisarla)Başım, beynim tüstülənir, varlığımda kədər, təlaş.Gözlərimdə ildırımdır damla-damla axan qan-yaş.Mən yenidən doğulmasam, daşam, inan, qupquru daş.Taqətim ol, qeyrətim ol, qoy dirçəlim yavaş-yavaş.Sənsən həsrət gözlərimin həm qarası, həm də ağı.Qaytar mənim qüdrətimi, Odər yurdu, Od torpağı! Mən bilirəm: dərdlərini yumruğunda sıxacaqsan.Sən bu dibsiz cəhənnəmdən çıxacaqsan…Üzü ağsan.Nurlu dağsan… zülmət dağı devirəcək, yıxacaqsan.Boğazından yapışanı boğmalısan, …
Xalq şairi Məmməd ARAZ.”Azərbaycan–dünyam mənim”
Post Views: 67 Azərbaycan – qayalarda bitən bir çiçək,Azərbaycan – çiçəklərin içində qaya.Mənim könlüm bu torpağı vəsf eləyərək,Azərbaycan dünyasından baxar dünyaya. Azərbaycan – mayası nur, qayəsi nur ki…Hər daşından alov dilli ox ola bilər.“Azərbaycan!” – deyiləndə ayağa dur ki,Füzulinin ürəyinə toxuna bilər. Oğulları Kür gəzdirər biləklərində,Oğulların göz atəşi gözəl əridir.Azərbaycan səhərinin bəbəklərindəQütb ulduzu, dan ulduzu gözəlləridir. İllər olub – kürrələrdə dəmir …
Xalq şairi QABİL.”Mərsiyə (20 yanvar şəhidlərinə)”
Post Views: 133 Gecəni atəş ilə qırmızı dan eylədilər,Xalqımı-millətimi gülləbaran eylədilər. Tutulub vahimədən nitq bu gün, dil bu səhər,Bəzəyib Abşeronu qanlı qərənfil bu səhər,Bakı fəryad eləyir, gözdən axır sel bu səhər,Gəmilər nalə çəkir, ərşə çıxır zil bu səhər.Gecəni atəş ilə qırmızı dan eylədilər,Xalqımı-millətimi gülləbaran eylədilər. Öz Qızıl Ordumuzun yurdumuza qəsdinə bax,Üstümə tank yeridən fitnəkarın şəstinə …
Xalq şairi Nəbi XƏZRİ.”Dərələr”
Post Views: 101 DƏRƏLƏR Çinarlar qatar-qatar,Qalxıb zirvəyə çatarDağa qısılıb yatarMışıl-mışıl dəгələг,Yaşıl-yaşıl dəгələг Sizlərə vurğunam mən,Bəzəyiniz şəfəqdənGünəş çıxar üfüqdənOvuc-ovuc zər ələr,Dərələr, ay dəгələг Sevdiyiniz ağaclarKüknarmıdır, şammıdır?!Sizdən qalxan dumanlarDağlara salammıdır? Quş kimi üstünüzdənQanad çalım, dərələr!Şamlıqda bir axşamlıqQonaq qalım, dərələr! Əgər ki, yıxılsam çinar göstərin,Mən ona söykənib arana baxım.Gözlərim görməsə Göygölü verin,Mən onun gözüylə cahana baxım. Hər yerdə, …
Xalq şairi Cabir NOVRUZ.”Mənim ölməz şeirlərim”
Post Views: 45 Xoş gəlmisiz bu dünyaya, balalarım,Sevinclərim, əzablarım, bəlalarım.Siz gəldiniz, bilirsiniz neylədiniz?Oğul idim, məni ata eylədiniz.Qəşənglərim, kifirlərim, keçəllərim,Fərman veribAnama da nənə adıbəxş eyləyən dəcəllərim.Aşıb-daşdı evimizdə gülüşünüz,Bilirsizmi nələr etdi gəlişiniz?Gəlişiniz qələm çəkdi dincliyimə,Gəlişiniz nöqtə qoydu gəncliyimə.Siz gəldiniz, öz-özümü unutdum mən,Siz gəldiniz, “mən” sözünü unutdum mən.Hara getsəm indi sizi düşünürəm,Hələ xırda, hələ qısa ömrünüzü düşünürəm.Hara getsəm …
Ustad Məhəmmədhüseyn ŞƏHRİYAR.”Heydərbabaya salam” poemasınnın I hissəsi
Post Views: 43 Heydər Baba, ildırımlar şaxanda,Sellər, sular şaqqıldayıb axanda,Qızlar ona səf bağlayıb baxanda,Salam olsun şövkətizə, elizə,Mənim də bir adım gəlsin dilizə. Heydər Baba, kəkliklərin uçanda,Göl dibindən dovşan qalxıb qaçanda,Bağçaların çiçəklənib açanda,Bizdən də bir mümkün olsa, yad elə,Açılmayan ürəkləri şad elə. Bayram yeli çardaqları yıxanda,Novruzgülü, qarçiçəyi çıxanda,Ağ buludlar köynəklərin sıxanda,Bizdən də bir yad eləyən sağ …
Xalq şairi Süleyman RÜSTƏM.Seçmə şeirlər
Post Views: 66 MƏNİM FƏLSƏFƏM Düyünlü sözlərdən heç gəlməz xoşum,Aydın həqiqətdir mənim fəlsəfəm.Vətənə, millətə, qardaş ellərəDərin məhəbbətdir mənim fəlsəfəm. Dumanlı arzular, xam xəyal deyil,Şan-şöhrət uğrunda qalmaqal deyil;Fitnə-əsad deyil, puç amal deyil,Haqdır, ədalətdir mənim fəlsəfəm. Mən çox bəlalara gərmişəm sinə,Haqqı yazmamışam heç vaxt tərsinə.Ulu babaların yaxşı irsinəƏbədi hörmətdir mənim fəlsəfəm. Mənasız ədavət nəyimə gərək,Dar gündə mal-dövlət …
Xalq şairi Məmməd RAHİM.”Azərbaycanım mənim”
Post Views: 76 Dünyada ölkələr var,Biri-birindən qəşəng.Doğma yurdum, şən diyar,Çəmənlərin rəngbərəng.Sən hər yerdən gözəlsən,Bir işıqlı əməlsən.Qoy dolanım başına,Torpağına, daşınaQurbandır canım mənim,Azərbaycanım mənim. Dünyanın çox çayı var,Kim deyər ki, tayı var.Kürümün, Arazımın,Baharımın, yazımınGülşəni Odlar eli.Babəkin, KoroğlununVətəni Odlar eli.Sənin sahillərindəXəyallara dalmışam,Baxıb çinarlarınaÇinar tək ucalmışam.Suların can dərmanı.Qonaqcıllar içindəSənin bənzərin hanı?Dinim, imanım mənim,Azərbaycanım mənim. Dünyanın çox dağı var –Əzəmətli, …
Əməkdar incəsənət xadimi Mədinə GÜLGÜN.Seçmə şeirlər
Post Views: 311 BİR DAMLAYAM Mənim azadlığım dumansız səma,Təzə dənə dolmuş tər sünbüllərdir.Mənim səadətim bu el, bu oba,Bir də şəfəq içən körpə güllərdir. Mənim arzularım min-min gəncliyinHəyat yollarında addım səsidir.Mənim ümidilərim neçə körpəninBeşik-beşik qalxan qəhqəsidir. Mənim hünərim də, mənim gücüm dəBirlikdir, birliyin öz səsiyəm mən.Bu birlik eşqiylə hey zaman-zamanBəxtəvər-bəxtəvər ötəsiyəm mən… Mənim nəğmələrim ana laylası,Ana …
Xalq şairi Balaş AZƏROĞLU.”İnqilab şairiyəm”
Post Views: 56 Mən nə şah, mən nə sultan, nə yaraşıq, nə ziynət,Nə əfsanə, nə mələk, nə saray, nə səltənət,Nə qədim əsrləri yada salıb ağlayan,Nə ömrünü qəzələ, mərsiyəyə bağlayan,Nə dövrün hakiminə şeir yazıb pul alan,Nə cəlladlar önündə həyat üçün alçalan,Nə peymana, nə saqi, nə sərab şairiyəm,Azadlığın carçısı inqilab şairiyəm. Mən əyilib hakimin əllərindən öpmədim,Şeirimi çiçək …
Xalq şairi Söhrab TAHİR.”Tərif”
Post Views: 29 Tərifin qəribə hörməti vardır,Tərifin neçə cür sifəti vardır.Vardır başqasını pisləyən tərif,Bir söyüş tərif var, bir ögey tərif,Borc tərif, bəy tərif, həm giley tərif. Bir az tərifinin vaxtı keçəndəKöhnə rezin kimi boşalır adam,Durub tərif üçün qapılar gəzir,Tərif naqqalını tapıb dincəlir,Köhnə rezin kimi boşalır adam.Acı xəmir kimi turşalır adam.Hansı iclasdasa dəliqanlınıDilucu təriflə cilovlayırlar,Neçə qarınqulu …
Xalq şairi Söhrab TAHİR.”Daha”
Post Views: 73 Dədi dərd olmuşdur elin də mənə,Ağladım, bir naşı güləndə mənə,Heç kəs ağlamasın öləndə mənə,Mən heç vaxt, heç zaman ölmərəm daha! Azad qardaşım var, onunla xoşam,mən gərək sahili sahilə qoşam,iki bölünməkdən elə qorxmuşamÇöpü də ikiyə bölmərəm daha! Dənizlər, dəryalar mənə dayazdır,Ən dərin bir çay var, o da Arazdır.Mənə görüş verin, azadlıq azdır,Görüşsəm ayrılmaq …
Xalq şairi Həkimə BİLLURİ.Seçmə şeirlər
Post Views: 62 Təbriz Qollarım dolana boynuna bir günYenə baş qoyaram dizinə TəbrizHəsrətdən hicrandan cana doymuşamDoyunca baxaram gözünə Təbriz Bulanıq suların axsın durulsun,Təzə güllərindən büsat qurulsunO gül camalına birdə vurulsunBir qubar qonmasın üzünə Təbriz Gülüstan bağının seyrinə gəlimLalə yamacında birdə dincəlimÖtən günlərimə yetişməz əlimDüşüm heç olmasa izinə Təbriz Bulanıq suların axsın durulsunTəzə güllərindən büsat qurulsunÖ …
Nargis İsmayılovanı doğum günü münasibətilə təbrik edirik! (12 mart)
Post Views: 33 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, Nargis İsmayılovanı ,yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsini, doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir!Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz …
14 mart-Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar Rzayevin doğum günüdü
Post Views: 36 Anar (tam adı: Anar Rəsul oğlu Rzayev) — azərbaycanlıyazıçı, şair, tərcüməçi, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin sədri. Xalq yazıçısı Ailəsi Anarın atası şair Rəsul Rza, anası şairə Nigar Rəfibəylidir. Anar anası tərəfdən Azərbaycanın məşhur ictimai və dövlət xadimi, Azərbaycan Demokratik Respublikasının ilk səhiyyə naziri və Gəncə şəhərinin general-qubernatoru olan Xudadat bəy Rəfibəylinin nəvəsidir. Atası tərəfdən isə Məmmədxanlılar nəslindəndir. Soy adları ulu babası, Çiyni və bir para kəndlərin mülkədarı Məmmədyar oğlu Məmməd xanla …
12 mart-Xalq şairi Süleyman Rüstəmin doğum günüdü
Post Views: 53 Süleyman Rüstəm (tam adı: Süleyman Əliabbas oğlu Rüstəmzadə; 12 mart 1906, Novxanı, Bakı qəzası – 10 iyun 1989, Bakı) — Azərbaycan şairi, dramaturq, tərcüməçi, ictimai xadim, 1934-cü ildən AYB-nin üzvü, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1943), Azərbaycan SSR xalq şairi (1960), II dərəcəli Stalin mükafatı (1950), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1970), Sosialist Əməyi Qəhrəmanı (1976). 1940-cı ildən Sov.İKP üzvü. Süleyman Rüstəm Azərbaycan SSR dövlət himninin sözlərinin müəlliflərindən biridir. O, 1971–1989-cu illərdə Azərbaycan SSR Ali Sovetinin sədri olmuşdur. Həyatı Süleyman Rüstəm 1906-cı …
12 mart-Xalq şairi Cabir Novruzun doğum günüdü
Post Views: 40 Cabir Novruz — Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycanın xalq şairi, Azərbaycan SSR əməkdar incəsənət xadimi (30.07.1979)[2] Həyatı Cabir Novruz 1933-cü il mart ayının 12-də Xızı rayonunun Upa kəndində anadan olmuşdur. O, orta məktəbi bitirdikdən sonra M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikumunda təhsil almış və 1952-ci ildə Azərbaycan Dövlət Universiteti-nin jurnalistika fakültəsinə daxil olmuşdur. …
Xalq şairi Hüseyn ARİF.”Ana”
Post Views: 127 Heyifdir, Anasız olmasın uşaq,Başından min boran, qar gəlib keçər.Qurumaz, çəkilməz gözünün yaşı,Gecəsi, gündüzü zar gəlib keçər. Əmi, dayı qucağına götürməz,Qohum, qonşu ona nəzər yetirməz,Ata da cibində alıb gətirməz,Nə qədər əlindən var gəlib keçər. Sanarsan yanağı solğun xəzəldir.Nəşəsiz yaşamaq ömür gözəldir.HÜSEYN, hər şeydən Ana gözəldir,Bəs, niyə könlündən yar gəlib keçər?! *Bu şeir Xalq …
Əməkdar mədəniyyət işçisi Aşıq ŞƏMŞİR.”Gülüm”
Post Views: 25 Belimin tutub ağrısı,dəryazı sən gətir, gülüm.Qoca vaxtı gəl sən məni,Baxtavara yetir, gülüm. Qurbanam şirin dilinə,Tikan batmasın əlinə,Toz qonar zərif telinə,Çək zülfünü ətir, gülüm. Zimistanla etmə oyun,Qar-borana çəkmə boyun,İki inək, beş də qoyun,Artıq varsa, itir, gülüm. Haqq sözümə baxsan, əgərBelə zəhmət çəkmə hədər.Bağbanı ol alma becər,Bağ sal, bağça bitir. gülüm. Qorxma yaza çıxar …
Şair Bəhmən VƏTƏNOĞLU.”Ürəyi daşdandəmı?!”
Post Views: 42 Həsrətimin qatar-qatar kərvanı başdandımı?!Ürəyim yaman döyünür, yoxsa təlaşdandımı?!Uzaq illər yaxın gəlməz haraylasam, yüz dəfə,Xatirələr unudulur yaddaşdan, huşdandımı?! Daha ömür dağlarıma yavaş-yavaş çən düşür,Lalə, nərgiz uzaqlaşır, bənövşələr gen düşür.Zaman məni tez qocaldır, saçlarıma dən düşür,Bilmirəm qəmdən, qəhərdən, yoxsa ki, yaşdandımı?! Bir sonanın həsrətindən dərdim dərdə calandı,Könlüm evi şəhərlərdən daha betər talandı,VƏTƏNOĞLU atəşlərə qalam-qalam …
Azərbaycanın Rusiyadakı səfirinin fəaliyyətsizliyi….
Post Views: 30 26 fevral 2021-ci il tarixdə Rusiyanın Leninqrad vilayəti, Şlisserburq “Bakı” kafesində kütləvi atışma baç vermiş, 38 yaşlı azərbaycanlı qətlə yetirilmişdir. Qətli törədən şəxsin tapılması üçün şəhərin hüquq mühafizə orqanları hərəkətə Keçmiş, görünməyən planlar hazırlamışdır. Belə ki, Rusiya polisi qarşısına çıxan azərbaycanlı iş adamlarını gün ərzində bir neçə dəfə polis idarələrinə aparır, saatlarla …