Post Views: 158 Aramızda dərə vardı-İçində qış-yay qarışıq,Mən bu tayda, gül o tayda,Sellər daşıb, ayrılmışıq, Mehman oldum neçə kərəSəxavətin görə-görə,Dağnan- çıxanda səfərə-Qucaqlaşıb ayrılmışıq, Yurd doluydu dumanlarla,Təbiblərlə, loğmanlarla,Həm gülərək- doğmalarla,Həm- ağlaşıb ayrılmışıq, Zirvələrdə yuva qurub,Qartal özün qara vurub,Bəlkə Şeytan ara vurub?Bəlkə çaşıb ayrılmışıq? Dil tapmadıq karla, korla-Yurd-yuvasız olduq zorla,Qayıdacam- ZəngəzurlaSövdalaşıb ayrılmışıq… 29,05,2026
2026
Xalq şairi Vahid ƏZİZ.”YAŞAYIR…”
Post Views: 156 Yenidən dönüb həyata,Qayıdanda yaz- yaşayır,Olmaya çox yandığındanLalə belə az yaşayır? Od da əlvan- ocaqlarda,Ləmpələrdə, çıraqlarda,Kür olsa da, qucaqlardaMin illərdir Saz yaşayır! Bəxt, haradır ömür yolum,Dözərmi ayağım, qolum?Qonşudan muğayat olun-Arada Araz yaşayır! Heyran edər dağı, düzü,Ocağı, alovu, közüHəlbət sevmir Dünya bizi-İnsanı biraz yaşayır… 29,05,2026,
Xalq şairi Nəriman HƏSƏNZADƏ.”ÜRƏKLƏR OXUSUN”
Post Views: 100 Bəstəkar Bəxtiyar Kərimov Bahar yelləri əssin hər səhər,yayılsın elə bizim nəğmələr.Pıçıldaşın siz, şehli yarpaqlar,sizin də öz diliniz var.Sevinsin ürəklər, çəməndə çiçəklər,gül açsın arzular, istəklər. Qarışsın daim ürək-ürəyə,külək mahnıya, mahnı küləyə,arzu-arzuya, gülüş sevincəqoy qarışsın dostlar, öncə.Ay yağan yağışlar, mehriban baxışlar,bir gülüş …
Könül NURİYEVA.”İsa Muğanna “İdeal”
Post Views: 116 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının CƏNUB Bürosunun Rəhbəri “İsa Muğannanın “İdeal” əsəri sizin üçün hansı əhəmiyyəti kəsb edir, bədii qiraət siyahınızda hansı yeri tutur?” sualını mənə versələr cavabı belə olacaq,— onun yaradıcılığı Azərbaycan ədəbiyyatında tamamilə unikal, mistik və fəlsəfi bir zirvədir.O adi yazıçı deyil, mübhəmlərə açar tapan qələm sahibidir. Bu əsəri oxuyarkən …
Musa NƏBİOĞLU.”KAŞ ONUN ŞAGİRDİ OLAYDIM YENƏ…”
Post Views: 108 Əslində bu yazı lap çoxdan yazılmalıydı. Ancaq müəyən səbəblərdən alınmırdı. Son bir ayda dəfələrlə kompüterin qabağında oturub yazmaq istəsəm də, heç cürə özümü bu yazıya kökləyə bilmirdim. Ona görə yox ki, yazmağa söz tapmırdım, əksinə, ona görə ki, mənim (təkcə mənimmi?!) qəlbimdə həmişə özəl yeri olan bu gözəl insan haqqında söz deməyin …
Musa NƏBİOĞLU:”BİR ÖMÜRLÜK XATİRƏNİN İYİRMİ CÜMLƏSİ…”
Post Views: 100 Fərman Borçalı zəng edib dedi ki, əmin Mədəd müəllimin xatirəsinə həsr olunmuş kitab hazırlayırıq, onun haqqında xatirə yazmalarını nəzərdə tutduğumuz adamların siyahısında sənin də adın var, 15-20 cümləlik bir yazı yazıb göndər. Təbii ki, dünyasını dəyişmiş hər kəsin xatirəsi doğmaları və yaxınları üçün əzizdir, unudulmazdır. Üstəlik, həmin adam cəmiyyətdə özünəməxsus mövqeyi ilə …
Azərbaycanlı opera müğənnisi Vyana Dövlət Operasında tarixi uğura imza atıb
Post Views: 88 Azərbaycanlı mezzo-soprano Elmina Həsən dünya opera sənətinin ən nüfuzlu məkanlarından biri hesab olunan Vyana Dövlət Operasında debüt edib. AZƏRTAC xəbər verir ki, Elmina Həsən debüt tamaşasında fransız bəstəkar Jorj Bizenin “Karmen” operasında Karmen obrazını canlandırıb. Bu çıxış sənətçinin həm Vyana Dövlət Operasında ilk çıxışı, həm də birbaşa baş rolu ifa etməsinə görə xüsusilə …
Lüksemburqda LuxAz Mərkəzinin rəsmi açılışı olub
Post Views: 89 Lüksemburqda Azərbaycan-Lüksemburq Dostluq Assosiasiyasının (LuxAz ASBL) təşəbbüsü ilə yaradılmış LuxAz Mərkəzinin rəsmi açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, LuxAz Mərkəzi Azərbaycan və Lüksemburq arasında dostluq əlaqələrinin inkişafına, Azərbaycan mədəniyyətinin, tarixinin və milli-mənəvi dəyərlərinin tanıdılmasına, eləcə də iqtisadi əlaqələrin formalaşmasına və Lüksemburqda yaşayan Azərbaycan icmasının bir araya gəlməsinə xidmət edən yeni mədəniyyət və …
Yaroslavlda Azərbaycan mədəniyyəti nümayiş etdirilib
Post Views: 88 Yaroslavl şəhərinin 1016 illiyi münasibətilə keçirilən bayram tədbirində Azərbaycan milli-mənəvi dəyərləri geniş təqdim olunub. AZƏRTAC xəbər verir ki, “Sodrujestvo Narodov Yaroslavii” təşkilatının Domanski parkında təşkil etdiyi tədbirdə müxtəlif xalqların mədəniyyətini, musiqisini, rəqslərini, milli geyimlərini, mətbəxini, ənənələrini əks etdirən sərgilər və ustad dərsləri keçirilib. Yaroslavl vilayəti Millətlərarası Münasibətlər üzrə Koordinasiya Şurasının üzvü, Azərbaycan Qadınlar …
Niyazinin mənzil-muzeyində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş konsert proqramı
Post Views: 83 Mayın 30-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyində “Lya Minorka” dərnəyi ilə birgə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş tədbir keçirilib. Niyazinin mənzil-muzeyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə mənzil-muzeyin müdiri, Əməkdar mədəniyyət işçisi Rza Bayramov uşaqları bayram münasibətilə təbrik edib və onlara gələcək həyatlarında uğurlar arzulayıb. Daha sonra …
Dövlət Bayrağı Muzeyi: tarix, qürur və zəfər VİDEO
Post Views: 94 AZƏRTAC-ın “Mən turist olsaydım” rubrikası: Dövlət Bayrağı Muzeyi. Bakıda, Dövlət Bayrağı Meydanında yerləşən Bayraq Muzeyi ilk dəfə 2010-cu ildə qapılarını ziyarətçilərin üzünə açıb. 2017-ci ildə meydanda aparılan genişmiqyaslı yenidənqurma və bərpa işləri ilə əlaqədar muzey fəaliyyətini müvəqqəti dayandıraraq təmirə bağlanıb. Tamamilə yenilənmiş muzey kompleksi 8 noyabr 2024-cü ildə – Zəfər Günündə yenidən təqdim edilib. Muzey …
Rafiq ODAY.”Sən ulu öndərisən bu xalqın, bu millətin”
Post Views: 126 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru. Azərbaycan xalqının ümummilli lideri, görkəmli ictimai-siyasi xadim, dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsinə!!! Sən zülmət gecələrin bir ümid çırağısan,Sən elin ağsaqqalı, sən yurdun dayağısan,Sən hürriyyət sədası, azadlıq sorağısan,Hər qarışda izin var, bu izi silmək çətin,Sən ulu öndərisən bu xalqın, bu millətin. Vətənin hər daşını …
Rafiq ODAY.”BİR BAŞQA”
Post Views: 192 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru Damdan yıxılan ayrıdı,Bacadan düşən bir başqa.Alcaqlar alçaqdan düşər,Ucadan düşən bir başqa. İz varsa, üstə iz düşər,Gec ya tez düşər, döz, düşər.Hər ağızdan bir söz düşər,Hocadan düşən bir başqa. Candan şaxta, ayaz çıxmaz,Bu gedişlə bu yaz çıxmaz.Düz çıxar, əyri paz çıxmaz,Haçadan düşən bir başqa. Namərdlər …
Şairə-publisist Nəcibə İLKİN.”BİR CÜMLƏNİN DOĞURDUĞU ETİRAZ yaxud,Qadına baxışın köhnə kölgəsi…”
Post Views: 149 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru Xalq yazıçısı, Azərbaycan Dillər Universitetinin (ADU) rektoru Kamal Abdullanın bu sözü içimdə bir acı gülüş doğurdu; Kamal Abdulla kimi ictimai nüfuzu, elmi statusu və rəhbər …
Şairə-publisist Nəcibə İLKİN.”UŞAQ PULU TƏNBƏLLİK YOX, SOSİAL ƏDALƏTDİR”
Post Views: 140 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru Kasıbın ağrısını anlamadan, danışmaq asandır…Neçə gündür sosial şəbəkələrdə deputat Günay Ağamalı və tanınmış teleaparıcı Mir Şahinin onu dəstəkləməsi insanların haqlı narazılığına səbəb olub. Bu da …
Arzu HÜSEYN.”Üşüdəcək əllərini sazaqlar”
Post Views: 120 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri Üşüdəcək əllərini sazaqlar,Yandıracaq üz-gözünü isti də.Darıxacaq pəncərəndən uzaqlar,Çağıracam, deyəcəksən: “Səsdi də”. Ağlayacam, deyəcəksən: “Yağışdı”,Bilirəm ki, tanımazsan belə də.Gör kimlərin ulduzları barışdı,Bizimkilər qovuşmadı hələ də. Bəlkə düşər payımıza xoş halın,Qısa olar mənə gələn yol bu gün.Bəhanələr qatilidir vüsalın;Sabah gecdir, gəlirsənsə, …
Arzu HÜSEYN.”Ölsəm, heykəl olacam”
Post Views: 119 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri Ölsəm, heykəl olacam,Hələ sağam, gör məni.Qucağım istidir, gəl–Soyutmamış gor məni.Neynirəm sonra gəlsən?Bəlkə sonra olmadı.Bəlkə görüşmək üçünBir də zaman qalmadı. Deyəcək sözlərini boxça elə,Gəldiyin yolları baxça elə… Ölsəm, heykəl olacam,Hələ sağam, sev məni.Gecənin bir yarısıAparmamış div məni,Gizlətməmiş qəsrində əjdahalar –Sən …
Xəyalə SEVİL.”Bircə sən keçməmisən”
Post Views: 125 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri Bircə sən keçməmisən,Nələr keçib aradan…Bir dönüb baxmadın da,Görəsən, sağaldımıMən açdığım yaradan?!Susdumu gözündəkiHüznün səsi, gileyi?Səni belə bilməzdim,Bilməzdim ee, nə deyim?!Dərd yığındı, dərd qoşundu,Bacarmıram, tək deyil ki.Səni görməmək, duymamaq,Səni hətta düşünməməkUnutmaq demək …
Xəyalə SEVİL.”Bir az mənəm, bir az da mən deyiləm”
Post Views: 129 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri Bir az mənəm, bir az da mən deyiləm,Görsən, tanıyardın, yoxsa yox məni?Qırılmışam, bircə qırıq qalmışam,Gözündə böyütmə belə çox məni. O gün səni gördüm, o gün uzaqdanVuruldum, çıxıldım, azaldım yenə.Məndən olsa …
Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrik
Post Views: 116 Hörmətli həmvətənlər! Sizi və Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzularımı yetirirəm. İslamın sonuncu səmavi din və mənəvi-əxlaqi qurtuluş yolu olaraq bəşəriyyətə göndərilməsini təcəssüm etdirən Qurban bayramı günlərində milyonlarla müsəlman Həcc ziyarətində bir araya gəlir, birlik və bərabərliyin, nəcib amallar uğrunda …
2026-cı il üçün Azərbaycan Respublikasının elm və mədəniyyət sahələrində Dövlət Mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Post Views: 96 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Elm, texnologiya, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının təklifinə əsasən qərara alıram: 2026-cı il üçün Azərbaycan Respublikasının elm və mədəniyyət sahələrində Dövlət Mükafatları aşağıdakı şəxslərə verilsin: Elm sahəsi üzrə Asəf Hacı oğlu Hacıyev – “Çoxölçülü reqressiya analizi və süni …
Sükut şeirləri – Rəfail TAĞIZADƏ
Post Views: 105 Sükutlar məhləsində Nə sükutdan səs gəlir,nə gülüşdən bir səda.Hər gün söz-söz danışanbaxışın düşür yada. Qabarıb tez çəkilirgözümdən keçən yollar.Qatlayıb barmağınıdanışır yoxlar, ollar. Döyülməyən qapıdaüşüyür haray izi.Çoxdandı qulaqlar daunudub səni, bizi. Xatirələr əlində,xəyallar kölgəsində,sərgərdan dolaşıramsükutlar məhləsində. Sükutun səsi Səni göymü apardısevmədiyin bu yerdən?Daha işığın gəlmirqaranlıq gecələrdən. Gecələr tam qaranlıq,gündüz sükut içində.Uçub, gedib səsin …
“Biri ikisində” – Şahanə Müşfiqin Həyat Şəmi yaradıcılığı barədə essesi
Post Views: 129 “Ədəbiyyat və incəsənət” portalının və “Ulduz” jurnalının birlikdə həyata keçirdikləri “Biri ikisində” layihəsində bu gün sizlərə Şahanə Müşfiqin Həyat Şəmi yaradıcılığı barədə essesi təqdim edilir. Layihə ən yaxşı ədəbi nümunələrin təbliğinə hesablanıbdır. Xoş mütaliələr. ŞAHANƏ MÜŞFİQ HƏYAT ŞƏMİNİN POEZİYA DÜNYASI Müasir Azərbaycan poeziyası bu gün yalnız forma və texnika axtarışları ilə deyil, daha …
Həyat ŞƏMİ.”AĞLAMA YAZMAQ”
Post Views: 112 Tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Fərdi Prezident təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının QARABAĞ Bürosunun Rəhbəri Üzdürürəm gözlərimi – xallı balıq olub,hamsini çox sevirəm…Bəs sən hansını sevirsən,gözümün ağı-qarası,ya da kürüsü… Ağlamaq – ömrü qaralamaq kimi bir şeydir.Əksik olduğunu düşündüyün yer,səni fərqli edən yer ola bilər,ya da gileydir… Yer hər gün fırlanır,hər …
“Biri ikisində” – Aysel Nəsirzadənin şeirləri
Post Views: 132 “Ədəbiyyat və incəsənət” portalının və “Ulduz” jurnalının birlikdə həyata keçirdikləri “Biri ikisində” layihəsində bu gün sizlərə Aysel Nəsirzadənin şeirləri təqdim edilir. Layihə ən yaxşı ədəbi nümunələrin təbliğinə hesablanıbdır. Xoş mütaliələr. ŞEİR VAXTI AYSEL NƏSİRZADƏ Bir gecədə bütün ailəsini itirən uşağın Mərhəmətli ürəyində ümidi sağdır. Taxtadan tüfəng düzəldib özünə yazıb üstünə: “Qorxmayın, bu, …
“Biri ikisində” – Günay Mirinin hekayəsi
Post Views: 141 “Ədəbiyyat və incəsənət” portalının və “Ulduz” jurnalının birlikdə həyata keçirdikləri “Biri ikisində” layihəsində bu gün sizlərə Günay Mirinin hekayəsi təqdim edilir. Layihə ən yaxşı ədəbi nümunələrin təbliğinə hesablanıbdır. Xoş mütaliələr. GUNAY MİRİ “GÖY PENCƏK” Havalar qəflətən soyudu; göy üzünü qara buludlar aldı, acı külək əsdi. Məktəb çantamı yığıb pəncərədən həyətə boylandım. Üşüyürdüm. …
ŞEİR SAATI Esmira Abdullayeva ilə
Post Views: 97 “Ədəbiyyat və incəsənət” portalının Şeir saatı rubrikasında sizləri Esmira Abdullayevanın şeirləri ilə başbaşa buraxırıq. RƏSSAM Rəssamı sənsən,Üzümdəki naxışın.Bir fırçanın sehridir,Gözlərimdə baxışın. Sonsuz rəngin içində,Eşqin gizli izləri.Sus! Nə olar, danışma.Gəl, sirr saxla sözləri. Bir rəsm çək, əzizim,Min sayrışan ulduzlar.Sənə olan sevgimdən,Əriyər bütün buzlar. Bu dünyanın rəngini,Nə yer, nə göy, nə də ay,Səndən başqa …
“Biri ikisində” – Banu Muherremin şeirləri
Post Views: 152 “Ədəbiyyat və incəsənət” portalının və “Ulduz” jurnalının birlikdə həyata keçirdikləri “Biri ikisində” layihəsində bu gün sizlərə Banu Muherremin şeirləri təqdim edilir. Layihə ən yaxşı ədəbi nümunələrin təbliğinə hesablanıbdır. Xoş mütaliələr. BANU MUHERREM, MƏSƏLƏ 10-DA DEYİL Özümdən yıxılanda bircə kömək olmur heç, Bax necə də izinsiz ürəyimdən keçirsən!.. Səni yol-yol axtaran gözümdən də özün keç, …
Xalq şairi Zəlimxan YAQUB.”Bu yaşıl ağacın altı bizimdir”
Post Views: 107 Kök üstə budağı neçədir, bildim,Budaqda yarpağı neçədir, bildim,Salxımı,saçağı neçədir, bildim,Bu yaşıl ağacın altı bizimdir. Saçağı tərpənir tellərin kimi,Yarpağı oynaşır əllərin kimi,Düyməsi açılıb tüllərin kimi,Bu yaşıl ağacın altı bizimdir. Bu sevgi,bu layla,bu beşik bizim,Çəkər növbəmizi bu keşik bizim.Nəyimizə lazımdır ev-eşik bizim?Bu yaşıl ağacın altı bizimdir. Su içər sevginin kökü ömürdən,Sevgi əl üzməsin təki …
Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm QASIMLI
Post Views: 133 05 avqust 1958-ci ildə Tovuzun Alakol kəndində anadan olmuşdur. 1975-ci ildə orada orta məktəbi bitirdikdən sonra 1975-1980-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdır. 1983-cü ildə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına qəbul olunmuş, 1987-ci ildə “Şah İsmayıl Xətayinin poeziyası” mövzusunda namizədlik, 1997-ci ildə isə “Aşıq Sənəti: qaynaqları, təşəkkülü və mühitləri” …
Həmişəyaşar aşıq dastanları
Post Views: 114 Qədim türk-oğuz epik ənənəsi ilkin ibtidai çağlardan erkən orta yüzilliklərəcən poetik düşüncə və bədii təxəyyülün gücüylə türk mənəvi-mədəni sisteminin, atlı həyat tərzindən doğan etnik yaşam biçiminin, bahadırlıq, cəngavərlik ruhunun daşınması və yaşaması işinə xidmət etmişdir. Qədim türk epos mədəniyyəti içərisində önəmli yer tutan oğuznamələrdəki etnik yaşantılar bu tarixi gerçəkliyin danılmaz görüntüsüdür. Epik …
Babaların əmanətini əsrin saxlancında qoruyaq
Post Views: 126 Artıq UNESCO səviyyəsində bəşəriyyətin qiymətli mədəni irsini təşkil edən Azərbaycanda aşıq sənəti özünün tarixi kökləri və milli ruh aşılaması ilə öyünə bilər. Dövlət səviyyəsində qayğı göstərilən sahələrdən biri də məhz ozan-aşıq sənətidir. Kollektiv mahiyyətli el yaradıcılığı, xalq istedadı hər zaman sevilib. Qopuz çalıb, dastan bağlayan, söz qoşub, mahnı oxuyan, ürəkləri, zehinləri işıqlandıran …
Aşıq sənətinin uğurları və qayğıları
Post Views: 99 Azərbaycan xalq ədəbiyyatının, bütövlükdə mədəniyyətimizin qədim tarixə və zəngin ənənələrə malik qollarından biri ozan-aşıq sənətidir. Min illərdir ki, xalqı sevgiyə, mübarizəyə səsləyən bu sənət sadə, xəlqi olduğu qədər də zəngindir, özündə mürəkkəb ifaçılıq mədəniyyəti strukturunu birləşdirir. Son illərdə mədəniyyətimizin inkişafı, milli-mənəvi sərvətlərimizin qorunub saxlanması və dünya mədəniyyət inciləri sırasında öz layiqli yerini …
Xalq şairi Vahid ƏZİZ.”Od-alov rəssamı”
Post Views: 135 Görkəmli Xalq rəssamı Sakit Məmmədova Bu da belə ov oldu,tor tutdum – tilov oldu.Adı – Sakit olanınÖzü od-alov oldu. Yer çiçəkli, göy aydın,Yaz şehi gömgöy, aydın.Müşfiq rəssam gəzənə –Kaş, dünyada olaydın. Ay doğub-batan oldu,Oyanıb-yatan oldu.Cəhrəmdə ip əyirdim –Ölümsüz kətan oldu. Kətana boya çəkdi,Qalmadı saya – çəkdi.Mübarək fırçasıylaSakit bir dünya çəkdi… 16.04.2026 Mənbə: https://edebiyyatqazeti.az/
Şeir saatı – Nərmin Hüseynin şeirləri ilə
Post Views: 126 “Ədəbiyyat və incəsənət” portalının Şeir saatı rubrikasında bu gün sizlərə yeni imza tanıtdıracaöıq: Nərmin Hüseyn. Səninlə şərabın başqadır dadı… Masada təkliyin rəsmini cızdım,Sən gələn yollara adını yazdım. Qədəhi doldurub, sükutu pozdumSəninlə şərabın başqadır dadı… Gələrsən deyərək, şamları yaxdım.Alovun rəqsində kölgəni tapdım,Ruhumu ən qəmli nəğməyə satdımSəninlə şərabın başqadır dadı… Sükut boy veribdir boş otağımda,Yenə xatirələr …
Nurcan Sandal – Uzaqların səsi
Post Views: 146 Şəhərlər dəyişirdi, amma bəzi insanlar insanın içində olduğu yerdə qalırdı. Qatar vağzallarında, yad dillərin içində, siqaret tüstüsünə qarışmış gecələrdə, hostel pəncərələrindən görünən boz küçələrdə… Hər yerdə bir az onu axtarırdı. Bir dəfə dəniz qırağında oturmuşdu. Soyuq idi. Dalğalar sahilə vurduqca elə bil zaman geri çəkilirdi. Çantasından köhnə şəkli çıxardı. Şəkildə ikisi də …
Şeirlər – İntiqam YAŞAR
Post Views: 105 *** Yenə yağış yağır bu boş şəhərə,Yenə ağacların duası çindir.Adamsız şəhərdə bir ağac olmaqSusuz səhralardan daha çətindir. Meyvəsi kölgədir, kölgəsi meyvə,Uduzur ömrünü gündə bir yoxa.Bu ağac bəxtindən haçan yarıya,Öyrənib, ümidi hey boşa çıxa. Göylər… ümid yeri… son güman yeri,Göylər əl uzadar yerdəkilərə…Yarıyolda qalmaz göydən gələnlər,Gec də olsa çatar yerdəkilərə. *** Hər gedən …
Mənsur şeirlər… – Yeqzar CƏFƏRLİ
Post Views: 121 Məlikməmmədin ölümü Məlikməmmədi hamı sevər… Axı o güclüdür, hamıdan, hamıdan güclüdür… Məlikməmmədin ətini duz yandırar – dinməz, qəlbini söz yandırar – dinməz… Divin əsir etdiyi qız qorxusundan səsini çıxarmaz. Hər dediyini edər… Məlikməmməd qurtarar onu əzabdan. Bir qəhrəman kimi sevər Məlikməmməd. Amma bircə an belə sevməkdən yorulsa, üzərinə hücum çəkər ordular… Hamı, …
Xalq yazıçısı Anar RZAYEV.”Ləyaqətli ömrün səksən ili “
Post Views: 134 Sabir Rüstəmxanlının 80 yaşı tamam olur. Səksən illik ömrün azı 55-60 ili ədəbiyyatımıza, ictimai-siyasi həyatımıza namuslu xidmətlə keçib. Sabir çağdaş şeirimizin ən görkəmli nümayəndələrindəndir. Onun poeziyasında parlaq pafosla həzin duyğular üzvi surətdə birləşir. Yüksək vətəndaşlıq ruhu incə lirizmlə vəhdət təşkil edir. Xalqımızın bölünməyən, sərhədlərlə ayrılmayan mənəvi sərvətinə – Ana dilimizə həsr olunmuş …
Xalq yazıçısı Mirzə İBRAHİMOV.”Firudin İbrahimi”
Post Views: 126 “Gələcək gün” romanının qəhrəmanı Firudin İbrahimi ilə bağlı Mirzə İbrahimovun 1949-cu ildə qələmə aldığı və “Kommunist” qəzetində dərc olunmuş məqaləsi (İxtisarla) Nizami dar ağacına gedərkən şadlıq edən bir qəhrəmanın əfsanəsini yaratmışdır. Həmin qəhrəmandan soruşurlar: “Bir neçə dəqiqə sonra öləcəksən, niyə sevinirsən?”. O: – Bu az qalan ömrümü nə üçün qəm-qüssə içində keçirim? …
Xalq şairi Söhrab TAHİR.Şeirlər
Post Views: 156 Yaxşılıq Bir Allah var, yaxşılıqdır gözümdə,O var olub hər bir kəsin özündə,Gəz Allahı sən yaxşılıq sözündə,Kasıbların pənahıdır yaxşılıq,Allahların Allahıdır yaxşılıq. Yaxşı olma yaxşılıqdan ötəri,Yaxşılıq et, qoy olmasın xəbəri,Ək, dünyada birə yüzdür səməri,Qızıl taxıl dənəsidir yaxşılıq,Kimə versən dönəsidir yaxşılıq. Ay acı dil, şirin söz qoy dilinə,Əl uzatdım, əlini ver əlimə,Sən də əl tut …
Xalq şairi Zəlimxan YAQUB.”DÜŞ BİRCƏ GÜN QÜRBƏTƏ”
Post Views: 155 Nә dağ var, nә duman var,Gözümdәki çәn nәdir?!Mәn ki qocalmamışam,Saçımdakı dәn nәdir?! Nә görmüşdüm, nә görüm,Qәm çörәkdi, ye görüm.Dәrddәn uca de görüm,Bu dağlara tәn nәdir?! Hicran dönür hicrәtә,Qәm dönür fәlakәtә.Düş bircә gün qürbәtә,Bilәrsәn vәtәn nәdir! Almaniya, Münhen xәstәxanası, 2008, 13 mart
Xalq şairi Zəlimxan YAQUB.”DOSTUN OLMAQ ÜÇÜN GƏLDİM DÜNYAYA”
Post Views: 140 Ey Haqqın varlığı, mәni sәn qoru,Mәn sәni qәlbimtәk duyanlardanam.Sәsindәn güc alıb, sözündәn tәpәr,Sevgimi dünyaya yayanlardanam. Çiçәklәr açılar gün işığında,İmanlar paklaşar din işığında.Sәhәr aynasında, dan işığında,Sәni gözüm nuru sayanlardanam. Canımda, qanımda halaldan maya,Sinәm qәm çәpәri, köksüm sal qaya.Dostun olmaq üçün gәldim dünyaya,Allahın özünә әyanlardanam. Var olsun bu dünya, sabahı varsa,Yox olsun, sabahın tamahı …
Milli Qəhrəman Vəzir Orucovun əziz xatirəsinə….
Qlobus
Post Views: 273 I Tərtərdən baxanda dəvə boynuna oxşayan bir yüksəklik vardı. Ağdərədən baxanda həmin yüksəklik ağzıüstə çevrilmiş yarımkürəyə bənzəyirdi. Ağdamdan baxanda isə heç nəyə oxşamırdı, adi yüksəklik idi, vəssalam. Bu yüksəklik üç rayonun sərhədində yerləşirdi. İllər öncə Bakıda məktəb oxuyub gələn ağdərəlilərdən biri Papravənd yolunun üstündəki bu yüksəkliyə baxıb-baxıb: “Bu ki qlobusdur”, – demişdi. …
“Allaha əl açırdım dua üçün – növbəydi” – Həyat Şəminin yeni şeirləri
Post Views: 193 Tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Fərdi Prezident təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının QARABAĞ Bürosunun Rəhbəri Kulis.az Həyat Şəminin yeni şeirlərini təqdim edir. SULU-SULU PIÇILTILAR Ələnib bitmiş çiskini əmir torpaq,susadım…Ağaca sırğa olan damcılar,zamanın donmuş anıdı.Öpür havanı tumurcuqlar,hava yüksəlir ağır-ağır,darıxmaqdı bunun adı,anladım. Doğulmaq istəyən günəş yox,Tərk və dərk olunan həqiqətdir.Bitmiş bir …
Könül NURİYEVA.”Klassika deyib, keçməyin”
Post Views: 260 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının CƏNUB Bürosunun Rəhbəri “Onun üzünün gözəlliyi sanki qəlbinin dürüstlüyündən asılıydı” yazan müəllifin dördüncü kitabını oxuyub bitirmək, özünün dediyi kimi “minnətdarlıq ifadəsini xatırladan lal heyranlıq anları” yaşatdı. Çimnaz Vəliyevanın tərcümə etdiyi Qustav Floberin “Hisslərin tərbiyəsi” kitabı müəllifin ənənəvi üslubuna sadiqliyi ilə seçilir. Oxuyaraq adam düşünür ki, realist dəst-xəttiylə …
S.X.Rüstəmxanlının “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Post Views: 111 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlərinə görə Sabir Xudu oğlu Rüstəmxanlı “Şərəf” ordeni ilə təltif edilsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı …
AŞIQLAR BİRLİYİ NİYƏ HƏLƏ DƏ KİRAYƏDƏ YAŞAYIR?- LAQEYDLİK
Post Views: 118 …Aşıq sənəti Azərbaycan xalq ədəbiyyatının, bütövlükdə mədəniyyətimizin qədim tarixə və zəngin ənənələrə malik qollarından biridir. Min illərdir xalqı sevgiyə, mübarizəyə səsləyən ozan-aşıq sənəti sadə, xəlqi olduğu qədər də zəngindir, özündə mürəkkəb ifaçılıq mədəniyyəti strukturunu birləşdirir. Bu sənət elə bir ecazkar dünyadır ki, onu qoruyub inkişaf etdirərək dünya miqyasında Azərbycanın milli varlığının bir …
Könül NURİYEVA.”SƏNİN ÖLÜMÜNÜN ADI?”
Post Views: 132 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının CƏNUB Bürosunun Rəhbəri Bəs sənin ölümünün [başqa sözlə, həyatının davamı] adı nə olacaq? İnsan uzun müddət susur. Ətrafındakı insanlara qəlbindən keçənləri söyləmir, susur, susur… Hərənin özünəxas səbəbləri olur. Sonra ölür! Bu ölümün ən alicənabı olur. Hər kəsin ölümü özünə oxşayır: biri saxtakar, biri yalançı, vədinin üstündə durmayan, …
Könül NURİYEVA.”İndi biz, göydə Afroditanın arabasını daşıyan göyərçinlə”
Post Views: 129 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının CƏNUB Bürosunun Rəhbəri İndi biz, göydə Afroditanın arabasını daşıyan göyərçinləayağına məktub bağlanan Şərq göyərçini kimiyikyorulmuşuq ikimiz dəgöydə daha qoya bilmirik iz dəyerə qayıda bilmərikqəbul etməz bizi dəniz də…!Kimə deyə bilərik?-məni əzizləbəlkə birlikdə olsaydıq, ruhumuzu əcələ verə bilərikbir-birimizin olmadan görəsən, ölərdik hansı diz də?!Daha axtarmırıq bir-birimizi,uça bilmir səbrimiz …
VI TÜRK DÜNYASI ƏDƏBİYYAT və KİTAB FESTİVALInda “POEZİYA DƏFTƏRİ. GÜL SAATI”nda Aysel Nəsirzadənin “Gerisi Nağıl” kitabının imza törəni keçiriləcək
Post Views: 127 23 may 2026-cı il tarixində saat 12:00-da Elmlər Parkında VI TÜRK DÜNYASI ƏDƏBİYYAT və KİTAB FESTİVALInda Azərbaycan Yazıçılar Birliyinin üzvü, istedadlı şairə Aysel Nəsirzadənin “Gerisi Nağıl” kitabının imza törəni keçiriləcək. Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.
Azərbaycanlı şairə-publisist Nəcibə İlkinin “Krımın səsi” qəzetində işıq üzü görən şeirləri
Post Views: 113 Nazım Ahmetli Kırımınsesi Gazetesi Azerbaycan Temsilcisi Nəcibə İlkin Şeirlər Azərbaycan əsgəri Hər adın bir tarixdi, boy atdım qüdrətinlə, Yaşadıq zaman-zaman, sənin rəşadətinlə, Sarsılmaz hünərinlə, sönməz dəyanətinlə, Lərzəyə sal dünyanı, titrət sən göyü, yeri Azərbaycan əsgəri! * Dağsan, əzəmətin var, çinarsan, mən kölgənəm, Mərmi-mərmi boy atan arzularında dinəm, Ayağın dəyən yerə vətən deyib sürünəm, Öləm …
Azərbaycanlı şairə-publisist Nəcibə İlkinin şeirləri “Krımın səsi” qəzetində işıq üzü görüb
Post Views: 147 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru Azərbaycanlı şairə-publisist Nəcibə İlkinin şeirləri “Krımın səsi” qəzetində işıq üzü görüb. Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.
Arzu HÜSEYN.”Ömürlük məhəbbət olmur, əzizim!”
Post Views: 143 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri Ömürlük məhəbbət olmur, əzizim,Hər yazın qış payı, payız payı var.Mürgülü dənizin, susqun dənizinKüləklər yuxusun oğurlayırlar. Bir də görürsən ki, boşalıb için, –Əlindən salmısan, düşüb dağılıb.Daha heç kim deyil o kəs səninçün,Baxırsan, yerində sınıqlar qalıb. Toxunsan, əlini yaralar o qəm,Qınayıb …
Elmlər Parkında VI TÜRK DÜNYASI ƏDƏBİYYAT və KİTAB FESTİVALI keçirləcək
Post Views: 149 22 may 2026-cı il tarixində saat 16:00-da Elmlər Parkında VI TÜRK DÜNYASI KİTAB və KİTAB FESTİVALI keçiriləcək. Festival çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar incəsənət xadimi, şairə Mədinə Gülgünə və Türkiyə Cümhuriyyətindən tanınmış şairəsi Nigar Bint Osmanın əziz xatirəsinə həsr olunacaq. VI TÜRK DÜNYASI ƏDƏBİYYATI və KİTAB FESTİVALInda …
Elmlər Parkında VI TÜRK DÜNYASI Ədəbiyyat və Kitab FESTİVALI keçirləcək
Post Views: 162 23 may 2026-cı il tarixində saat 16:00-da Elmlər Parkında VI TÜRK DÜNYASI ƏDƏBİYYAT və KİTAB FESTİVALI keçiriləcək. Festival Qardaş Özbəkistan Respublikasından NADİRƏ xanım BƏYİMin, Türkmənistan Respublikasından isə ANNOSOLTAN xanım KEKİLOVAnın əziz xatirəsinə həsr olunacaq. “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat …
Borçalı aşıq məktəbinin ünlü sənətkarı
Post Views: 122 Hüseyn Saraçlı – 110 XX əsri, xüsusən də əsrin ikinci yarısını Borçalıda aşıq sənətinin inkişafının qızıl dövrü adlandıranlar haqlıdırlar. Bu dövr bütövlükdə Azərbaycan aşıq sənətində öz dəst-xəttinə görə seçilən çox böyük ustad saz-söz sənətkarları ilə fərqlənir. Şair Nəbi, Ağacan, Sadıq Sultanov, Xındı Məmməd, Əmrah Gülməmmədov, Hüseyn Saraçlı, Alxan Qarayazılı, Kamandar Əfəndiyev, fəaliyyətləri …
19 Mayıs Çağdaş Türkiye Cümhuriyetinin kurucusu ve mimarı Sayın Osman Gazi Mustafa Kemal ATATÜRKü n doğum günü
Post Views: 112 “Atatürk”, “Mustafa Kemal” ve “Mustafa Kemal Paşa” buraya yönlendirilmektedir. Diğer kullanımlar için Atatürk (anlam ayrımı), Mustafa Kemal (anlam ayrımı) ve Mustafa Kemal Paşa (anlam ayrımı) sayfalarına bakınız. Mustafa Kemal Atatürk[c] (1881,[d] Selânik, Osmanlı İmparatorluğu – 10 Kasım 1938, İstanbul, Türkiye), Türk asker ve devlet adamıdır. Türk Kurtuluş Savaşı‘nın başkomutanı, Türkiye Cumhuriyeti‘nin kurucusu ve ilk cumhurbaşkanıdır. I. Dünya Savaşı sırasında Osmanlı ordusunda görev yapan Atatürk, Çanakkale Cephesi‘nde miralaylığa, Sina ve Filistin Cephesi‘nde ise Yıldırım Ordular Grubu komutanlığına atandı. Savaşın sonunda, Osmanlı İmparatorluğu‘nun yenilgisini …
19 May-Xalq şairi Rəsul Rzanın doğum günüdür
Post Views: 131 Rəsul Rza (tam adı: Rəsul İbrahim oğlu Rzayev; 6 (19) may 1910[1], Göyçay[1] – 1 aprel 1981[2][1], Bakı[1]) — Azərbaycan şairi, dramaturq, tərcüməçi, ictimai xadim, 1934-cü ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü, Sosialist Əməyi Qəhrəmanı (1980), Azərbaycan SSR xalq şairi (1960), Stalin mükafatı laureatı (1951). Həyatı Rəsul Rza 1910-cu il mayın 19-da Azərbaycanın Göyçay şəhərində maarifpərvər ailədə doğulmuşdur.[3] Mənşə etibarilə Məmmədxanovlar nəslindən olan atası İbrahim kənddə mirzəlik və xırdavatçılıqla dolanmışdır.[3][4] Anası Məryəm poetik istedada malik olmuş, öz …
18 May – Beynəlxalq Muzeylər Günüdür
Post Views: 141 Hər il mayın 18-i dünya ölkələrində Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd edilir. Beynəlxalq Muzeylər Şurası (ICOM) tərəfindən xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək məqsədilə təsis olunmuş bu bayram hər il müxtəlif deviz altında keçirilir. Bu il Beynəlxalq Muzeylər Günü üçün “Bölünmüş dünyanı muzeylər birləşdirir” devizi seçilib. Beynəlxalq Muzeylər Günü …