Post Views: 47 SÖYLƏYİR Əlimə toxunan əlinə qurban, Sevirəm söyləyən dilinə qurban, Qəlbində desən də çatacaq mənə O,sözdü qəlbimə, könlümə dərman! O, sözün çəkisi cahandan ağır, İstərsən pıçılda, istərsən çığır, Əzizim, o parlaq, sevən gözündən, Üstümə elə bil səadət yağır! Sevirəm söyləyir rəngi gözünün, Sevirəm söyləyir rəngi üzünün, Sevgiyə bürünmüş mələk kimisən Canlı heykəlisən “sevgi” …
2016
Müzəffər MƏZAHİM.Yeni şeirlər
Post Views: 36 ÖYRƏNİRƏM Dünya mənim yaşıdımdır, Mən dünyanın uşağıyam. Ömür məndən yuxarıdır, Mən ölümdan aşağıyam. Bu dünyanı seyr edirəm, Tale adlı pəncərədən. Fələk ölü hazırlayır, Mənim kimi biçarədən. Ömrü ömrüm qədərdirsə, Qədər nədən qədir bilmir. İnsafını Allah kəsib, Möhlət, aman nədir bilmir. Bu dünya tək mənzillidir, Rahat ömür sürən yoxdur. Qapısında bir giriş var, …
Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyət vətənpərvərlik layihəsinə yekun vurdu
Post Views: 33 “Dövlətimizin gələcəyi sizin əlinizdədir” Noyabrın 23-də Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyət Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Vətənpərvərlik hissinin yüksəldilməsində QHT-lərin rolunun artırılması” layihəsinin yekun tədbirini keçirib. Tədbir Nizami rayonundakı 328 saylı tam orta məktəbdə baş tutub. Əvvəlcə layihənin rəhbəri Məlahət Xəlilova layihənin yekunları ilə …
Rafiq ODAY.”Bəşəriyyətin ən böyük möcüzəsi”
Post Views: 30 Xilas edər bəşəriyyəti ən qorxunc bəlalardan, Dünyanı ən böyük müsibətlərə sürükləyər. Alovu bir anda ram edər, Yanar odu körükləyər. Sevincindən ənginliklər göy qurşağına dönüşər, Qəzəbindən iki qara bulud, İki qara qoça dönüb bir-biri ilə döyüşər. Güləndə düzü-dünya, çiçək açar, Ağlayanda yer üzü Nuhun tufanına dönər, Hərdən sevgisi nifrətə, nifrəti sevgiyə çevrilər, Gün …
Rahilə DÖVRAN.Yeni şeirlər
Post Views: 26 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, C Ü C Ə L Ə R İ M “Uşaq şeirlərim” – silsiləsindən Ipək kimi yup-yumuşaq, Mənım qəşəng cücələrim. Tumarlayır hər bir uşaq, Mənım qəşəng cücələrim. Cik- cikləri sevinc yayır, Bir-birinə çox oxşayır. Görməyiblər heç çöl-bayır, Mənim qəşəng cücələrim. Yup- yumuru sarı …
Насиба Егембердиева.”ЕРКЕК ПЕН ƏЙЕЛДІҢ АҚЫЛДАҒЫ ПАРҚЫ НЕДЕ?
Post Views: 31 Еркек пен əйелдің пікірлері арасындағы парықты анықтау бойынша жаңа ғылми іс алып барған, мия жұмысын үйрену бойынша белгілі алымдар өздері жетіскен жаңа нəтижелерді хабарлайды. Олардың айтуынша, əйел кісінің миясы еркектің миясын қарағанда он алты пайызға кіші екендігін айтады. Əйел кісінің ауырлығы да сонша есе кіші екеін айтады. Сондайақ, екеуінің миясы бір тапсырманы …
“Olaylar” İnformasiya Agentliyndə gənc yazar Kənan Aydınoğlunun məqaləsi dərc edilib
Post Views: 28 Noyabrın 23-də “Olaylar” İnformasiya Agentliyndə Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, gənc yazar Kənan Aydınoğlunun Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, İraq Türkmən Yazarlar Birliyinin, Dərbənd Ədəbiyyatçılar Birliyinin Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Cəsarətli qələm” media mükafatı laureatı, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və …
SUMQAYIT DÜNƏNİN, BUGÜNÜN VƏ SABAHIN GÜZGÜSÜNDƏ
Post Views: 35 Bu gün Sumqayıt şəhərinin 67 yaşı tamam olur. 22 noyabr 1949-cu ildə Azərbaycan SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Bakının Sumqayıt rayonuna rəsmi şəkildə Sumqayıt şəhəri statusu verilib. Şəhər statusu alarkən Sumqayıtın əhalisinin sayı cəmi 17 200 nəfər idi. Ötən 67 il ərzində Sumqayıt bir şəhər kimi tədricən formalaşmağa başlamış, yeni …
“Məcburi köçkünlük şəraitində qadınların səlahiyyətləndirilməsi” layihəsi çərçivəsində Sumqayıtda təlim keçirilib
Post Views: 30 Ombudsman Aparatı BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı nümayəndəliyi ilə birgə yerli icra hakimiyyətinin, bələdiyyə, hüquq mühafizə, səhiyyə və digər dövlət qurumlarının təmsilçilərinin, eləcə də hakimlərin iştirakı ilə Sumqayıt şəhərində təlim keçirib. Tədbirdə çıxış edən ombudsman Elmira Süleymanova müasir dövrdə həm dövlət qurumlarının fəaliyyətində, həm də ailədə qadın və uşaqların …
Sumqayıt teatrı yeni mövsümü əsaslı təmirdən çıxan binada açıb
Post Views: 27 Noyabrın 22-si Sumqayıtın şəhər statusu almasının 67–ci ildönümüdür. Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında 48-ci mövsümün açılışı da məhz bu günə təsadüf edib. Bu münasibətlə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Sumqayıtda olub. AZƏRTAC xəbər verir ki, nazir Əbülfəs Qarayev və Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov əvvəlcə Heydər Əliyev …
Təvəkkül GORUSLU.”Göyərçin xəyal”
Post Views: 26 Yenə göyərçinə dönüb xəyalım, Sənə- mələyinə məktub gətirir. Yenə zirvələrdən enib xəyalım, Sənə ətəklərdə güllər bitirir. Məktubu-naməni açmaram , demə, O , zərfdə sevdalı ürək döyünur! Güllərə dəymərəm, biçmərəm, demə, Bu qəlbim bir dəli eşqlə öyünür! Yenə göyərçintək süzür xəyalım, İlahi bir eşqlə göyə millənir. Yenə ümmanlarda üzür xəyalım, Həsrətli ney kimi …
Müzəffər MƏZAHİM.”Bir gün”
Post Views: 31 Bir gün Babək inamından doğulub, Bu dünyaya gələsiyəm, gələsi. Xəyanətin yarasından sağalıb, Ömrüm boyu güləsiyəm, güləsi. Sinəmdədir ağrıları hər dağın, Daha yada fürsət verməz korluğum, Vətən adlı bu müqəddəs varlığın, Gözlərinin giləsiyəm, giləsi. Şöhrətimi yadellilər çox danıb, Arzularım tonqal-tonqal qalanıb, Dustaq olub ulu dilim, talanıb, Hələ yadlar köləsiyəm, köləsi. Bu torpağa bəd …
Gəncədən Qalib Rəhimli akademik Akif Əzizovun vəfatından kədərləndiyini bildirib
Post Views: 43 Gəncədən Azərbaycan Dövlət Aqrar Universitetinin Mətbuat xidmətinin rəhbəri Qalib Rəhimli ailəsi ilə birgə dostu, respublikanın tanınan həkimi Yeganə xanım Əzizovaya həyat yoldaşı, akademik, Azərbaycan Milli Elmlər Akademiyası Polimer Materialları İnstitutunun direktoru, kimya elmləri doktoru, Akif Əzizovun vəfatıdan kədərləndiyini bildirir, dərin hüzn və kədərlər başsağlığı verir.
Şair Sabir Sarvanın 60 illik yubileyi qeyd edildi
Post Views: 67 Sumqayıt şəhər Poeziya Evində S.Vurğun adına Mərkəzi kitabxananın uşaq şöbəsinin təşkilatçılğı ilə “Ruhuna ruzidir mənim yazdığım” adlı tədbir keçirilib. AYB Sumqayıt bölməsinin sədri şair Sabir Sarvanın 60 illik yubileyi münasibətilə keçirilən tədbir azyaşlı oxucuların təşəbbüsü ilə baş tutub. Tədbirdə balaca oxucular Əli Hüseynov, Nəzrin Hüseynova, Zəhra Bəşirova, Zərifə Ataşova, Gülarə Məlikrzayeva, İlkanə …
Mirzə Fətəli Axundzadənin “Seçilmiş əsərləri” işıq üzü görüb
Post Views: 39 İctimai maarifçilik hərəkatının ideoloqu, ədəbi tənqidimizin banisi, əlifba islahatçısı, Azərbaycan dramaturgiyasının, yeni tipli bədii nəsrin banisi, yazıçı Mirzə Fətəli Axundzadənin “Seçilmiş əsərləri” 2016-cı ildə respublikanın paytaxtı Bakı şəhərində fəaliyyət göstərən “Kitab Klubu” nəşriyyatı tərəfindən 432 səhifə həcmində, 100 tirajla işıq üzü görüb.Kitaba müəllifin nəsr əsərləri, şeirləri, dramları, məqalələri daxil edilmişdir. Qeyd edək …
Əbdürəhim bəy Haqverdiyevin “Seçilmiş əsərləri” işıq üzü görüb
Post Views: 50 XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı-dramaturq, ədəbiyyatşünas, Əməkdar incəsənət xadimi Əbdürrəhim bəy Haqverdiyevin “Seçilmiş əsərləri” 2016-cı ildə respublikanın paytaxtı Bakı şəhərində fəaliyyət göstərən “Kitab Klubu” nəşriyyatı tərəfindən 436 səhifə həcmində, 150 tirajla işıq üzü görüb. Kitaba nasirin müxtəlif illərdə qələmə aldığı nəsr əsələri və üç dramı daxil edilmişdir.Kitabda eyni zamanda lüğət …
Ustad Məhəmmədhüseyn Şəhriyarın “Seçilmiş əsərləri” işıq üzü görüb
Post Views: 30 Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, “Heydərbabaya salam” poemasının müəllifi, Ustad şair Məhəmmədhüseyn Şəhriyarın “Seçilmiş əsərləri” 2016-cı ildə respublikanın paytaxtı Bakı şəhərində fəaliyyət göstərən “Kitab Klubu” nəşriyyatı tərəfindən 440 səhifə həcmində, 100 tirajla işıq üzü görüb. Kitaba müəllifin müxtəlif illərdə qələmə aldığı anadilli şeirləri və farsdilli qəzəlləri daxil edilmişdir. Geniş oxucu auditoriyası üçün …
Kamran MURQUZOV.”Gənc yazar Kənan Aydınoğlu haqqında”
Post Views: 33 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Kənan AYDINOĞLU (Murquzov Kənan Aydın oğlu) 1989-cu il oktyabr ayının 25-də Bakı şəhərində ziyalı ailəsində anadan olub.2008-2012-ci illərdə Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb.”Ömürdən bir səhifə” (Bakı, “Adiloğlu”, 2007) və “Ömrün yarı yolunda” (Bakı, “MK”, …
Nəcibə İLKİN.Yeni şeirlər
Post Views: 41 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru Ata yurdum Nə vaxt gedirəmsə ata yurduma, Məni kədər qovur, qəm qucaqlayır, Bir ata harayı, qardaş nisgili, Açıb qollarını məni haqlayır. Nə atam hay verib çıxır qarşıma, Nə də ki, qardaşım …
Əziz MUSA.Yeni şeirlər
Post Views: 42 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü QARABAĞA QAR YAĞIR Qardaş daha qalmadı, Gediləsi bir məkan, Qapım çoxdan bağlanıb, Sınıb köhnə nərdivan. Uzun çəkdi deyəsən, Yağan qəmli yağışlar, Yavaş-yavaş seyrəlir, Köhnə dostlar, tanışlar. Yollar itir, bağlanır, Uçur bir-bir körpülər, O …
Rafiq ODAY.”Kamil bir insandi Əbülfəz Ülvi”
Post Views: 26 İstedadlı şair dostum, qardaşım Əbülfəz Ülviyə Haqqa kəc baxanın kor olar gözü, Şər dərs şər gətirər, ülvi dərs ülvi. Tanrısız olanın sevilməz sözü, Tanrıdan gələnlər müqəddəs, ülvi. Dedin gül göyərməz qanqal içində, Di gəl bu hikməti qan, qal içində, Şişə çəkilərəm manqal içində, – Olmasa içimdən qopan səs ülvi. Doğulduq, dünyanı, aləmi …
Şəfa EYVAZ.”Qapı”
Post Views: 27 İnsan əşyalaşır, yalnız qalanda… Qapı, pəncərənin dili olurmuş. Evinə dönəndə salam verəni, Qapı dəstəyinin əli olurmuş… Günəş incidirmiş yuxulu gözü, Divar eşidirmiş dediyi sözü. Oyanıb çıxanda oxşayan üzü Çırpılan qapının yeli olurmuş… Olmurmuş sən demə uçmaq həvəsi, İnsan asılırmış qanadlarından… Tuturmuş adamın əl-ayağından, Qapılar taleyə zəli olurmuş. Döngə tərs olurmuş düz yerisən …
Hasan AKAR.”GÜLÜMSEYEN GÖZLERİNİZ DAİMA GÖZLERİMİZDE OLDU”
Post Views: 50 Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temssilcisi “Değerli Lütfi SEZEN Hocama saygı ile” “Dr. Lütfi SEZEN Armağanı” adını taşıyan vefa eseri, Yıldız Teknik Üniversitesi Sosyal Bilimler Enstitüsü Müdürü Doç. Dr. Ali Fuat ARICI tarafından hazırlanarak PEGEM Yayınları arasında yayınlandı. Dr. Lütfi Sezen Hocamızın yetiştirdiği öğrencilerinden biri olan Doç. Dr. Ali Fuat ARICI …
Hasan AKAR.”GÖĞE BAKAN TOPRAKLAR / ÖMER BEDRETTİN UŞAKLI’NIN ŞAVŞAT’I”
Post Views: 25 Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temssilcisi “ Değerli Ağabeyim Seyit KOÇAKER’e” Seyit Koçaker,1951 Tokat doğumlu. Ailesi yıllar önce Sivas’tan Tokat’a göçmüş. Bizim aile dostluklarımız da buna dayanıyor zaten. Çocukluğumun bazı dönemleri onların -şimdi yerinde yeni bir apartmanın konulduğu- Ardala Sokağı’ndaki iki katlı betonarme evleri ve bahçesinde geçti desem yeridir. Her zaman …
Rahilə DÖVRAN.”Yorubdur”
Post Views: 36 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, “Ömürdən, gündən” – silsiləsindən Dindirməyin, dop-doludur ürəyim, Bir kimsəyə bükülməyib biləyim. Xəncər yeri, ox yeridir kürəyim, Namərd düşmən hey arxadan vurubdur, Çərxi- fələk artıq, məni yorubdur. Ruha, cismə, qana hopub mətanət, Olmayıbdır əməlimdə xəyanət. Tomrisəm mən, əkizimdir dəyanət, Qeyrət, iffət, namus məni …
Nisə QƏDİROVA.”Məni”
Post Views: 26 Azərbycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Qızıl Qələm” Media Mükafatı laureatı, “Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin redaktoru, Gözlərim buludtək dolub, Qınama, qınama məni. Allah, dözümüm qalmayıb, Sınama, sınama məni. Bir eşqim var adı xəta, Mən yandıqca yanır o da. Ay ellərim, yetin dada, Bürüyün ahıma məni. Haqq adlanan divandayam, Usandığım bir …
Polad SABİRLİ.”Mənə”
Post Views: 34 Utancaq sevgilitək, ilhamım gecə gəlir, Mən ilhamıma yaram, ilhamım da, yar mənə. Mən sözü də sevirəm, yarı sevdiyim kimi, Məni uca tutdular, verdilər vüqar mənə. Hər sözü öz yerində, söyləyənə min əhsən, Sözün özü eylədi, bax bunu iqrar mənə. Qaynayanda sözüm də, bulaq kimi sinəmdə, Ruhum göylərdə gəzir, dayanır qahmar mənə Şam …
Təvəkkül GORUSLU.”Olsun!
Post Views: 25 Göz görüb, ürək sevib, Girmisən ürəyimə. Ümman eşqimdən içib, Dönmüsən mələyimə. Hara baxsam da ,inan, Səni görür bu gözlər. Acı həsrətdən yanan, Ürək yolunu gözlər! Qalıb qulağı səsdə, Nəğmə səsini istər. Döyünür eşq həvəsdə, Gəl ki, camalın göstər. Qapını döyür payız, Qoyma saralsın, solsun. Qəm çəkir, qalıb yalqız, Gəl ki, səninki olsun! …
Müzəffər MƏZAHİM.”Sevinə-sevinə”
Post Views: 31 Düşmə xəbisin dilinə, Uyma yamanın felinə, Yaxşılar öz əməlinə Baxar sevinə-sevinə. Haqqı bu dünyada tanı, Təlim elə ruhu canı– Yoluna savab karvanı, Çıxar sevinə-sevinə. Düyünləmə kələfini, Pozma halallıq səfini. Ayıq ol, xain evini Yıxar sevinə-sevinə.
“Olaylar” İnformasiya Agentliyində şair-publisist Rafiq Odayın “Qərib ruhların nəğməsi” adlı şeirlər kitabı haqqında məqalə dərc edilib
Post Views: 40 Noyabrın 18-də “Olaylar” İnformasiya Agentliyində Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, respublikanın Əməkdar jurnalisti, şair-publisist Rafiq Odayın “Qərib ruhların nəğməsi” adlı …
Şairə-publisist Nəcibə İlkinin “Sözün ölçüsü və çəkisi” adlı yeni kitabı işıq üzü görüb
Post Views: 33 Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvünü, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin Mətbuat xidmətinin rəhbərini, “Azad qələm” qəzetinin və “Ali Ziya” jurnalının təsisçisi və baş redaktoru, şairə-publisist Nəcibə İlkinin “Sözün ölçüsü və çəkisi” (fikirlər və rəylər) adlı yeni kitabı işıq üzü görüb. Kitabda müəllifin müxtəlif illərdə qələmə aldığı fikirlər …
Təvəkkül GORUSLU.”Ürəyim”
Post Views: 31 Bir sevgi oduna atıb özünü, Çevirib külünü, eşib közünü, Yar yoxsa söyləsin kimə sözünü, Həsrətdən, hicrandan xəstə ürəyim! Ağladır, sızladır qəm, qüssə, qəhər, Köksümdə dayanıb, durub bir təhər, Gözləyir yolunu hər gecə , səhər, Bağlayıb güllərdən dəstə, ürəyim! Hüsnünün rəsmini hörüb divara, Sevdadan, sevgidən qalıb avara, Könül baxçasında eşqmi suvara? Özü döyüntüdə, …
Müzəffər MƏZAHİM.”Qəlb odu gərək”
Post Views: 34 Göz yaşı ürəkdən süzülər , axar, Kiprikdən qopdusa , yanaqda durmaz. Hər şeyin öz yeri , öz məqamı var, Meyvə yetişdisə budaqda durmaz. Fələk öz işində , – qan-qadasında, Sevinc əsir qalıb qəm adasında, Ağa günahından , qul xatasından, Tanrı kərəmindən qıraqda durmaz. Təndir soyuqdursa kündə neyləsin, Mərd , namərd işlədən fəndə …
DGTYB nəşri: “Şeir çələngi”nin II hissəsi işıq üzü görüb
Post Views: 30 “Şeir çələngi”nin II hissəsi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən “Türk Dünyası gənc yazıçılarının (əsərlərindən ibarət antologiyanın nəşri və) Bakı Toplantısının keçirilməsi” layihəsi çərçivəsində respublikanın paytaxtı Bakı şəhərində fəaliyyət göstərən “QHT” nəşriyyatı tərəfindən 216 səhifə həcmində, 300 tirajla …
DGTYB nəşri: “QƏLBDƏKİ VƏ QƏLƏMDƏKİ QARABAĞ” kitabı işıq üzü görüb
Post Views: 33 Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun tərəfindən maliyyələşdirilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən “QƏLBDƏKİ VƏ QƏLƏMDƏKİ QARABAĞ” layihəsi çərçivəsində respublikanın paytaxtı Bakı şəhərində fəaliyyət göstərən “Xan” nəşriyyatı tərəfindən 248 səhifə həcmində, 1260 tirajla işıq üzü görüb.Layihənin rəhbəri DGTYB Yönətim Kurulunun üzvü, Prezident təqaüdçüsü, gənc yazar İntiqam Yaşardır. Tərtibçilər …
Kənan AYDINOĞLU.”ATATÜRKÜN qürurudu Sənin torpağın, Şairim!”
Post Views: 33 Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Ön Asiyada türkdilli təsəvvüf ədəbiyyatının ilk böyük şairi, Ustadım Yunus Əmrəyə sevgi və sayqılarla! Şamdan öncə nə yaxşı ki, Ulu Tanrının hökmüylə, Azərbaycan torpağına dəydi ayağın, Şairim! Misraların qəlbindəki güc-imandan xəbər verir,- Tək Tanrıdı bil ki, yenə sənin dayağın, Şairim! Xatirələr …
Rafiq ODAY.”Mərhəmətli olmağa tələsin, əzizlərim”
Post Views: 27 “Mərhəmətli olmağa tələsin” xeyriyyə aksiyasına qoşulanların marşı Tanrı bizə beş verib, birini də biz verək, Əyriylə işimiz yox, nə veririk düz verək, Bunu hər il etməyi özümüzə söz verək, Elə edək bir kimsə bilməsin, əzizlərim, Mərhəmətli olmağa tələsin, əzizlərim. Böyük Vətən sevgisi kiçik kənddən başlayır, Kiməsə arxa durmaq bircə fərddən başlayır, Bilin, …
Polad SABİRLİ.Yeni şeirlər
Post Views: 24 Dadmışam Nazik biləklərin, çiçək əllərin, Ən xoş çağın, ən xoş halın dadmışam. Lalə yanaqların, şəkər ləblərin, Ay üzlü camalın, xalın dadmışam. Mənə candan əziz, can deyən yarın, Eşqimə vəfadar, düz etibarın, Sevgi bağındakı əncirin, narın, Dünyanın ən gözəl malın dadmışam. Dümdüz şux qamətin, ipək bədənin, Məni sərməst edən, salxım gilənin, Ağappaq buxağın, …
Əziz MUSA.Yeni şeirlər
Post Views: 28 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü MƏNƏM Əl tutmağı şərəf sayan, Elə həyan, yurda həyan, Dərd içində çapalayan, Yaxşıların biri mənəm. Öndə oldum mən həmişə, Adım düşdü dilə- dişə, Mat qalmışam mən bu işə, Tay hamıdan geri mənəm. Zirvələrdə …
Nisə QƏDİROVA.Yeni şeirlər
Post Views: 54 Azərbycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Qızıl Qələm” Media Mükafatı laureatı, “Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin redaktoru, Nədir Dərin rəğbət bəslədiyim Reyhan xanim Baxşıyevanın oğlu Orxan balamizın əziz xatirəsinə. Reyhan Baxshiyeva Yaman ağır imiş dost xəyanəti, Sən hardan biləydin xəyanət nədir? Dostluğu ayaqlar altina salan, Nankorlar bilmədi dəyanət nədir. Sən könül …
Nəcibə İLKİN.Yeni şeirlər
Post Views: 60 BİLİNMİR Aman Allah bir od düşüb canıma, Zəli kimi dərd daraşıb qanıma, Bu zamanın sərt üzünü tanıma, Nə köhləni, nə yorğası bilinmir. Oda düşdüm yanar oldum, yanmadım, Həqiqəti düz söylədim danmadım, Şair gördüm sözlərini qanmadım, Nə çobanı, nə qağası bilinmir. Alovlanır ürəyimdə sözlərim, Çox haqsızlıq görüb bu kor gözlərim, Qında gördüm yalan, …
Şair-publisist Fikrət Sadıq dünyasını dəyişib
Post Views: 35 Noyabrın 16-da Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Dövlət mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fəxri təqaüdçüsü, şair-publisist Fikrət Sadıq 86 yaşında dünyasını dəyişib. Qeyd edək ki, görkəmli şair Fikrət Sadıq 1975-ci ildən bu günə qədər Azərbaycan Yazıçılar Birliyinin poeziya üzrə məsləhətçisi vəzifəsində çalışmışdı. Kamran MURQUZOV, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat …
Xalq şairi Nəriman Həsənzadənin “Seçilmiş Əsərləri”nin II cildi “Kitabxana.net” saytında
Post Views: 42 Xalq şairi, Əməkdar incəsənət xadimi, şair-dramaturq Nəriman Həsənzadənin “Seçilmiş Əsərləri”nin II cildinin elektronn versiyası-pdf formatda Yeni Yazarlar ve Sənətçilər Qurumu ilə Azərbaycan Yazıçılar Birliyinin tərəfdaşlıq etdiyi Milli Virtual-Elektron Kitabxanaya-“Kitabxana.net” saytına yerləşdirilib. Yeni Yazarlar ve Sənətçilər Qurumunun mətbuat xidmətindən Gundelik.info-ya bildiriblər ki, sevimli Xalq şairimizin “Seçilmiş Əsərləri”nin 7 cildliyinin hər birinin elektron versiyası …
“Canımız Qarabağ, yazımız Qarabağ!” layihəsinin iştirakçıları Biləsuvarda
Post Views: 49 Cəbrayılın Biləsuvardakı 11 nömrəli məcburi köçkün qəsəbəsində “Azərbaycan Yazarlar Klubu” İctimai Birliyinin “Canımız Qarabağ, yazımız Qarabağ” layihəsi çərçivəsində ziyalılar, gənclər və ictimaiyyət nümayəndələri ilə görüş keçirilib. AZƏRTAC xəbər verir ki, 20 minə qədər əhalinin məskunlaşdığı ərazidə rayon icra hakimiyyəti də yerləşir. Görüşdə Əli Kərim adına poeziya klubunun sədri, şair İbrahim İlyaslı, Azərbaycanda …
Şair Ələsgər Həsənlinin 70 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək
Post Views: 25 26 noyabr 2016-cı il tarixində “Gənclər şəhəri” Sumqayıtda Nəriman Nərimanov adına Mədəniyyət evində şair Ələsgər Həsənlinin 70 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək.Kütləvi informasiya vasitələrinin, ictimaiyyət nümayəndələrinin, mədəniyyət, ədəbiyyat, incəsənət xadimlərinin iştirakı ilə gerçəkləşdirilək tədbirə hər kəs dəvətlidir.
Sumqayıt Şəhərinin 67-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilir
Post Views: 28 Sumqayıtın Tarixi Muzeyinin mühazirə zalında şəhərin 67-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirə 3 saylı orta məktəbin VI sinif şagirdləri qatılıblar. Şagirdlərə Sumqayıtın yaranma tarixinin inkişaf mərhələləri və müasir dövrünü əhatə edən mühazirə oxunub, şəhərin tarixi ilə bağlı 1930-cu illərdən başlayaraq ən nadir fotoşəkillər əyani vəsait kimi təqdim olunub, Ə. Cəmilin “Təməl …
Şəfa EYVAZ.Yeni şeirlər
Post Views: 26 Mən qəlbimi itirdim, Bir yoxuş çıxanda. Sən enirsən indi, əzizim. Qaytararsan qəlbimi əgər rastına çıxsa… Mən qəlbimi itirdim, O gün yağış yağanda. Siz tərəflər gündü, bilirəm… Qurudarsan qəlbimi əgər rastına çıxsa… Mən qəlbimi itirdim, Bu qış soyuğunda. Könlüm üşüyəndi mənim, əzizim, İsidərsən qəlbimi əgər rastına çıxsa… Mən qəlbimi itirdim… Yad insanlar çoxluğunda. …
Nəcibə İLKİN.Yeni şeirlər
Post Views: 31 QAÇMA BU EŞQİMDƏN, A ZALIM OĞLU Mən könül duyğusu, könül açarı, Qaçma bu eşqimdən, a zalım oğlu. Bağlama üzümə üzünü barı, Qaçma bu eşqimdən, a zalım oğlu. Tellərim nə vaxtdır bir ələ həsrət, Qönçə məhəbbətim bir dilə həsrət, Solur sevda bağım bir gülə həsrət, Qaçma bu eşqimdən, a zalım oğlu. Ümidlər pərəndi, …
Təvəkkül GORUSLU.Yeni şeirlər
Post Views: 29 MEYİN İÇİBDİ Eşqin bu könlümə ərməğan kimi, Ayazda, şaxtada gün doğan kimi, Alovlu səhraya nur yağan kimi, Könlümdə nazının gülü açıbdı! Ömrümə nur saçan çıraq kimisən, Qələminə sadiq varaq kimisən, Nə olsun uzaqsan, qıraq kimisən, Könlümə qəmzənin odu saçıbdı! Sevginin ətrini alıb bu könül, Meylini üzünə salıb bu könül, Rəsmin, xəyalınla qalıb, …
Müzəffər MƏZAHİM.Yeni şeirlər
Post Views: 36 KEÇİNCƏ Kim deyir ki, mən dayaqsız yıxıllam, Damla kimi ümmanlarda boğullam?.. Öz boynuma ilgək olub sıxıllam, Örkən olub doğanaqdan keçincə. Məqam gəzir hələ düşmən hiyləsi, Gah qılıqdır, gah qorxudur tələsi, Belimizi yağır edir şələsi, Ayılmırıq badalaqdan keçincə. İçimdəki vüqar adlı gücü duy, Bu, inamın, əqidənin gücüdür, Birləşəndə ağıl ilə gec udur, Dözəsiyəm …
Olayinka Mia Noel sosial şəbəkədə öz pərəstişkarlarının qarşısına “Aladdin”də Şahzadə Jasmin obrazında gəlib
Post Views: 61 Gundelik.info xarici kütləvi informasiya vasitələrinə istinadla xəbər verir ki, qadınlardan ibarət XSO qrupunun nümayəndəsi, model, müğənni və rəqqasə Olayinka Mia Noel sosial şəbəkədə öz pərəstişkarlarının qarşısına şərqin ən məşhur cizgi filmlərindən biri olan “Aladdin”də Şahzadə Jasmin obrazında gəlib.Şərq görünüşlü qız öz oxşarlığı ilə bir çoxlarını təəccübləndirib.Sosial şəbəkə istifadəçilərinin əksəriyyəti onu “Məşhur şahzadənin …
Esmira RƏHİMLİ.”Bayatılar”
Post Views: 32 Əzizinəm, yaxşı gül, Yaxşı danış, yaxşı gül. Biçərsən, qanqal ölməz, Amma solar yaxşı gül. Əzizinəm, gül olmaz, Arpadan sümbül olmaz. Yüz il eşşək qanqalı Çiçək aça, gül olmaz! Divanədə tac olmaz, Od yanmasa sac olmaz. Ağıllı baş can saxlar, Qanadlı quş ac olmaz. Quş vurular gözündən, İnciməyin sözümdən. Bəni adəm görmüşəm İlan …
Rahilə DÖVRAN.Yeni şeirlər
Post Views: 37 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, ŞEİR YARANIR “Mənim dünyam” – silsiləsindən Önümdə bəm- bəyaz, təzə gəlinlik kimi, yazılmamış ağ vərəq. Yazacağım şeir üçün toplayıram fikrimi,… Əlimdə- kamana qoyulub gərilmiş, atışa hazır oxa bənzər, tək olan qara gözünü hədəfinə, məsum ağ kağıza tuşlamış qələm. Həyəcanla gözləyir ki, təbimlə …
Ədalət Nicatın “Sözüm üşüyür” adlı kitabının təqdimatı keçirilib
Post Views: 25 Sumqayıt şəhər Poeziya Evində Əli Kərim adına “Poeziya” klubunun təşkilatçılığı ilə AYB üzvü, Qarabağ müharibəsi əlili, şair Ədalət Nicatın 50 illik yubileyi və yeni nəşr olunmuş “Sözüm üşüyür” adlı şeirlər kitabının imza günü münasibətilə tədbir keçirilib. Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin Mətbuat xidmətindən edebiyyat-az.com-a bildiriblər ki, gecəni giriş sözü ilə Poeziya …
Təvəkkül GORUSLU.”İtmə”
Post Views: 31 Qəlbinin, könlünün qapısı bağlı, Ona bir nəfəslik qoyaydın , barı! Günlər ötüşdükcə qaralı, ağlı, Həsrətdən, hicrandan doyaydın, barı! Könlümdən, gözümdən uzaqda durub, İztirab odunda alışıb yanma! Kədərdən, qəhərdən bir xeymə qurub, İçində gizlənib, sevgini danma! Qəlbinin qapısın açıb önümə, Bu eşqli könlümə bir künc verəydin! Ya da ki , yas tutub qara …
Müzəffər MƏZAHİM.”Layiq olsam”
Post Views: 35 Ana yurdum,-taleyimin, baxtımın, Ana dilim,- varlığımın aynası. Səndən ayrı qəlbim bir an toxtamır, Sən anamın şirin-şəkər laylası. Od ürəkli oğulları görənlər, Odlar yurdu söylədilər adına. Şöhrətinə uzananda yad əllər, Kür biləkli Babək çatdı dadına. Şah Xətai qələmiylə dilini, Qılıncıyla torpağını qorudu. Yad sözlərin sovurduqca külünü, Düşmənlərin dili, qəddi qurudu. Düşündükcə taleyini bu …
Esmira RƏHİMLİ.”Asiman”
Post Views: 49 Sizə sanki bir dirijor çubuğu ilə rəngləri dilləndirib oxudan, vətənin keşiyində həm silahla, həm də fırça duran qəribə insan rəssam, baş leytinant Ağayev İntiqam Tofiq oğlu haqqında söz aşmaq istəyirəm. Mehdi Hüseynzadə rəssam idi, eyni zamanda kəşfiyyatçı. O kəçfiyyatçı idi, eyni zamanda da rəssam. Təsadüf elə gətirdi ki, rəssam İntiqam Ağayevin də …
Azərbaycan Dövlət Aqrar Universitetində “Dalğalanan 3 rəngli bayrağım” adlı inşa müsabiqəsi keçirilib
Post Views: 28 Bayraq millətin qüruru, dövlətin rəmzlərindən biridir. Bayraq həm də xalqın və dövlətin varlığıdır. Deməli bayraq torpaq və şərəf qədər müqəddəsdir. Önəmli olan bir də odur ki, indi Azərbaycanda yaşından asılı olmayaraq hər kəs bunu anlayır, bayrağın dəyərini qiymətləndirməyi bacarır. Ən əsası bayrağımızın qorunması naminə gəncər ölümü belə göz önünə ala bilir. Azərbaycan …
Azərbaycan və Gürcü alimləri Azərbaycanda və Gürcüstanda yetişdirilən subtropik meyvələrin ərsəyə gəlməsindəki fərqlilikləri araşdırıb
Post Views: 37 Subtropik bitkilərin yetişdirilməsinə elmi yanaşma və praktiki mübadilə indi daha mühüm əhəmiyyət kəsb edir. Gəncədə, Aqrar Universitetdə bir araya gələn azərbaycan və gürcü alimləri Azərbaycanda və Gürcüstanda yetişdirilən subtropik meyvələrin ərsəyə gəlməsindəki fərqlilikləri araşdırıb. Azərbaycan Dövlət Aqrar Universitetinin mətbuat xidmətindən edebiyyat-az.com-a bildiriblər ki, araşdırma Dövlət Aqrar Universitetinin istixanalarında aparılıb. Bitkiçi alimlər yerli …