Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. E-mail: edebiyyat-az.com@mail.ru, Əlaqə telefonu: 051 795 44 33 Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 61 - 120 of 235 NƏTİCƏLƏR
Publisistika

Emil RASİMOĞLU.“Ölü kitablar”a xeyir-dua verənlər

Post Views: 29 Və yaxud ədəbi “baltalar” haqda daşlama Həə…Yenə yazmaq istədim, əziz oxucu! İstədim deyəndə ki, vadar oldum. Ədəbiyyatımızdakı yaralı SÖZ vadar elədi məni… Nə isə… Bilirəm, vaxtın azdır, keçirəm mətləbə. Bu dəfəki söhbətim yeni çap olunan kitablar haqqındadır. Bu gün ədəbi mühitdə silsilə kitablar çap olunur. “Çox gözəl” deyirəm. Çünki gözəlin də eybi …

Azərbaycan ədəbiyyatı

Yeqzar CƏFƏRLİ.”İki dalğa” (Hekayə)

Post Views: 33 DGTYB Yönətim Qurulu Başqan Yardımçısı İyun ayının ortaları idi. Artıq yazın gündüzlər adamı sərinləndirən axşamlar isə əməlli-başlı üşüdən havası yayın istisi ilə əvəz olunurdu. İyun ayı iş ayı olduğundan gündüzlər çimərlikdə tək-tək adamlara rast gəlinirdi. Axşam saat 5-dən sonra isə Xəzərin sahilində əsil qələbəlik olurdu. Havalar bir az da qızışacaqdısa biz də …

Azərbaycan ədəbiyyatı

Debüt: İntiqam YAŞAR (Gədəbəy rayonu).Şeirlər

Post Views: 29 İntiqam YAŞAR (Cavanşir İntiqam Yaşar oğlu) 3 oktyabr 1990-cı ildə Gədəbəy rayonunda anadan olub. 1997-2008-ci illərdə Gədəbəy rayonunda orta məktəbdə, 2008-2012-ci illərdə Azərbaycan Universitetinin Filologiya fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb. Şeirləri və publisistik yazıları “Azad Qələm”, “Ədəbiyyat qəzeti”, “Kaspi” “Mərkəz” qəzetlərində, “Ulduz” “Dalğa” jurnallarında, “Nevzuhur” dərgisində və başqa müxtəlif ədəbiyyat, …

Azərbaycan ədəbiyyatı

“Zərrələr” addım-addım bölgələrə qədəm qoyur

Post Views: 31 Bu dəfə də Şəmkir rayonuna yollandıq. Üzvlərimizdən biri olan Ceyhun Göyçəli ilə mərkəzləşdirilmiş kitabxanaya kitabı təqdim edik. İlk olaraq kitabxanın direktoru Sahibə Əmiraslanova ilə görüşüb kitab haqqında məlumat verdik. Sonra isə Kitabişləmə və komplektləşdirmə şöbəsinin müdiri Yeganə Hüseynova və informasiya texnologiyaları üzrə mütəxəssis Nailə İsmayılova ilə tanış olduq. Kitabla tanışlıqdan sonra kitaba …

Azərbaycan ədəbiyyatı

“Ömür Bir Günlük Yuxudur”…

Post Views: 27 Bu gün Kitab Evim.Az Ədəbiyyat aləminin dəyərli qələm sahiblərindən biri, gənc yazar Vasif Zöhraboğlunun “Ömür Bir Günlük Yuxudur” kitabının təqdimat mərasimini qeyd etdi. Artıq az qalmışdı qaranlıq düşə, Yolları görməyə göz işləmirdi. Ya sən gecikmişdin o gün görüşə, Ya mənim saatım düz işləmirdi. Tədbir AYB-nin üzvü, DGYTB-nin idarə heyətinin üzvü, dəyərli şair …

Azərbaycan ədəbiyyatı

Gənc xanım yazar Fidan Abbasovanın şeiri “Kümbet” dərgisində çap olunub

Post Views: 48 Yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsi, istedadlı qələm sahibisi, Gündəlik İnformasiya Agentliyinin Baş redaktoru, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri, gənc xanım yazar Fidan Abbasovanın “Artıq unutmuşam, deməli, səni” Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Şairler ve Yazarlar Derneği) rüblük orqanı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin …

Türkiyə ədəbiyyatı

KÜMBET DERGİSİ 37. SAYISI İLE 10 YAŞINDA

Post Views: 35 Tokat Şairler ve Yazarlar Derneğinin yayın organı olan TOŞAYAD Kümbet Dergisi 37. sayısı ile 10 yaşına bastı. 2006 yılından itibaren yayın hayatına devam eden kümbet dergisi 37. sayısı ile okuyucularıyla buluşuyor. Kültür ve Turizm Bakanlığının da abone olduğu derginin 37. sayısı il ve ilçe halk kütüphanelerine gönderilmeye başladı. Abonelere dağıtımı ise devam …

Türkiyə ədəbiyyatı

Ahmet DİVRİKLİOĞLU.”Gülçiçek”

Post Views: 34 Yıllarin ucuna yillar eklendi Gönlün mahpusuyum bil be gülçiçek Yüreğim sevdana kelepçelendi Sen de bu sevdama yel be gülçiçek Zindan gecelerde mahpusunum ben Er seher bülbülle çekiyorum dem Gonca güller ile dolsa da bahçem İlla ki sen bana gül be gülçiçek Ayaz gecelerin düşünde çehren Geceme geceler yildiz dökerken Ayaz değil beni …

Azərbaycan ədəbiyyatı

Gənc yazar Kənan Aydınoğlunun şeiri “Kümbet” dərgisində çap olunub

Post Views: 29 Yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsi, istedadlı qələm sahibi, Gündəlik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini, Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin üzvü, gənc yazar Kənan Aydınoğlunun “Axı sən gələndə başqadı dünya” şeiri Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Şairler ve …

Türkiyə ədəbiyyatı

Hasan AKAR.”ADI ZEYNEL KARAGÖZ”

Post Views: 39 ADI ZEYNEL KARAGÖZ (1931-2001) “….. Henüz ayaklarım tanışırken toprağa, Bir el tutuyor ellerimi sıcacık, Belli ki yüreğinden taşmış, Unutturuyor o an kederi apaçık. Adı Zeynel Karagöz, Buyur ediyor hanesine, Ağaçtan yapma bir ev, Tanıtıyor bizi gül tanesine. Teneke bir kuzine harıl harıl, Üşümüş çiseli ruhumu ısıtıyor, Türkü söylerken bakır ıbrıklar, Bir yandan …

Türkiyə ədəbiyyatı

Remzi ZENGİN.”BİRAZ DA GÜLELİM”

Post Views: 31 Kadının biri alışveriş için şehre inmiş, ilk girdiği dükkânda harika ayakkabılar bulmuş, ikincide de nefis bir elbise. Üçüncü dükkânda her şey 5 dolara inmiş, gözlerine inanamazken birden cep telefonu çalmış. Hattaki kadın doktor ona, kocasının feci bir trafik kazası geçirdiğini, durumunun kritik olduğunu, yoğun bakıma kaldırıldığını söylemiş. Kadın, doktora kocasına çarşıda olduğunu …

Azərbaycan ədəbiyyatı

“İnsan alveri qurbanı olmaqdan cəmiyyətimizi qoruyaq” mövzusunda tədbir keçirilib

Post Views: 37 26 avqust 2015-ci il tarixində Bakı şəhəri, Yasamal rayonunda yerləşən Beynəlxalq Mətbuat Mərkəzində “İnsan alveri qurbanı olmaqdan cəmiyyətimizi qoruyaq” mövzusunda “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin sədri Mehriban Abdullayevanın təşkilatçılığı ilə qısa zaman kəsiyində gerçəkləşən böyük və olduqca aktual bir mövzunu əhatə edən tədbir keçirildi.Kütləvi informasiya vasitələrinin nümayəndələrinin də iştirakı …

Azərbaycan ədəbiyyatı

Mirzə TƏRXAN.”Haqqı sev!”

Post Views: 30 Dəlilik eşq deyil, həddi aşmaqdır, Eşq sevgili üçün həp alışmaqdır. Həqiqi məbudu sevməkçün bil ki, Yol onun uğrunda çox çalışmaqdır. Məhəbbət olarsa Rəbbə ünvanlı, Bu an eşq ucalar,bərəkət artar. Bunda da bir hədd var, aşsan bu həddi, Çətin ki, arzular murada çatar. Sevgiyə laiqi sevsə bir insan, Laiq olan onu ucaldar hər …

Azərbaycan ədəbiyyatı

Günel Fərhadqızı Emin (Şeir esse) Danışır

Post Views: 61 İndi hər kəs hər şeydən danışır (M.Ə.Sabirə nəzirə) Dəyişib indi zəmanə, hər kəs haqdan danışır, Alır əlinə qələm, yazır, pozur, həm də danışır… Kimdə nə yoxdursa, olmayan şeydən danışır Kasıb puldan, varlı əxlaq, vicdandan danışır… Pis yaxşıdan, yaxşı pisdən hər gün danışır, Heyvandan betər insanlar heyvandan danışır… Bir zaman bizdə kimsə bəyənmirdi …

Azərbaycan ədəbiyyatı

Şəfaqət CAVANŞİRLİ.”Sevginin gözləri” romanının IV hissəsi

Post Views: 41 Arifin vaxtsız ölümü Çiçəyi və dostlarını sarsıtmışdı. Heç kim onun ölümünə inana bilmirdi. Onsuz həyatı təsəvvür etməyən Çiçək yemək yemək yeməməklə özünə qəsd edirdi. Yuxularında Arifin adını sayaqlayırdı, qızını da unutmuşdu. Qızının bu halına Fatma da dözə bilmirdi. Bir ana kimi çox əzab çəkirdi, qızının taleyi ona bənzəmişdi. Atasız övlad böyütmək onun …

Ana səhifə

Fidan Abbasova (Yeni şeir) soruşki mən onu o kimi sevir?

Post Views: 27 Bir payız yağışı yağır eşikdə Ruhum xəyalına qoşulub gedir Üşüyən körpə tək soyuq beşikdə sevgin ürəyimdə sanki dövr edir… Darıxır gözlərim, titrəyir əlim susur səssizlikdə danışan dilim sanki dünyamdakı o boş mənzilim sənidə qapıdan qovlayıb gedir….. İtmiş xəyalına qonaqdır yağış üzündəki gülüş mənədə tanış səndə ürəyinlə vicdanla danış soruşki mən onu o …

Ana səhifə

Zeynəb Dərbəndli (Yeni şeir) Allahın olsun

Post Views: 42 Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i, Azərbaycan Yazıçılar Birliyinin üzvü   Mən səni sevmişdim sidqi ürəkdən, Ətrini alırdım, mehdən, küləkdən. Sən baş açanmadın fitnə, kələkdən, Məni səni sevmişdim, Allahın olsun!   Əğyara yar dedi, məni ağlatdın, Elə bil ömürlük arzuna çatdın. Sən məni …

Ana səhifə

Şəfa Vəliyeva (Yeni şeir) Qara bəxt

Post Views: 38 AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Həsrətimi köz eylədin, yaramı göz-göz eylədin… Özün boyda “döz” eylədin… Dayan, qara bəxtim… Getmə… dil var səni ağlamağa, Sel var gözdə çağlamağa… bel var… dərdi saxlamağa, Düz dur, qara bəxt… Əyilmə… gedişin kimi yandırar? bu hikkə nəyi andırar? Vallah, …

Azərbaycan ədəbiyyatı

Nizami Məmmədzadə(Yeni şeir) Dünya

Post Views: 40 Nizami MƏMMƏDZADƏ (Nizami Zilli oğlu Məmmədzadə) 1957-ci il may ayının 10-da Gürcüstanın Marneuli rayonunun Yuxarı Saral kəndində anadan olub. Orta məktəbi 1973-cü ildə Qərbi Azərbaycanın Ləmbəli kəndində bitirib. İlk şeir yaradıcılığına məktəb illərində başlayıb. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 26 Bakı Komissarları adına mətbəədə çalışıb, “Bakı” axşam qəzetində texniki redaktor işləyib. …

Azərbaycan ədəbiyyatı

Şakir XANHÜSEYNLİ

Post Views: 30 “Yarın bağçasında üç gül açılıb- Ağ gül,qırmızı gül,bir də sarı gül…” (AŞIQ HÜSEYN) Ey ağ gülüm- ağ səhərim bəyaz sevincim, ilkinliyimiz-uşaqlığımız,uşaq çağımız, arzulardan yellənən yüyrüyümüz, ümidlərlə yırğalanan beşiyimiz… Ey qırmızı gülüm- al qanım, sevgim, həyəcanım, dəli-divanə gəncliyim, bir xeyir-dua səslənir qulaq yaddaşımda: səni qırmızı pərdə olasan! Ey sarı gülüm- payız ömrüm, xəzəlim, …

Ana səhifə

Azər Turanın Qalib Şəfahətə məktubu

Post Views: 32 Əzizim Qalib Şəfahət bəy. Yaxşı ki, tale bizi görüşdürdü. Açığını deyim, poeziyanız mənə nəsrinizdən daha doğma və munis, daha ədəbiyyatca göründü. Bəlkə də yanılıram. Nəsrinizi də bir toplu halında oxuyanda bəlkə düşüncələrimə korrektə edəcəyəm. Ya da bəlkə bu anda ovqatım nəsrə deyil, poeziyaya köklənib, o səbəbdən bunun belə olduğunu düşünürəm. Hər halda, …

Azərbaycan ədəbiyyatı

Elməddin RAHİBOĞLU.Yeni şeirlər

Post Views: 58 * * * (Qarabağ əlili Zaur Həsənovun xatirəsinə) Özünüzü yandırmayın, Yandırın Haqsızlığı, ya da ədaləti satın alan insanları yandırın. Yandırın, vicdanını pula satan insanları. Mənliyini, şərəfini, vəzifəyə satanları. Özünüzü yandırmayın. O, kül olmuş bədənlərdən ruhlar ərşə qalxmasın. Uşağların gözlərindən, göz yaşları axmasın. Sürünməsin arxanızca, qoca ata, yaşlı ana. Yoldaşınız ömür boyu ağlamasın …

Azərbaycan ədəbiyyatı

Əli MUSA.Yeni şeirlər

Post Views: 55 Dünya Zamanla baş-başa dərdli ürəklə Məni də qoymusan bu günə dünya Heyf ki barışdın dərdi qəmimlə Zəhərə dönübdü ömrüm a dünya Virana qalıbdı gecəm-gündüzüm Yaralı ürəklə mən necə dözüm Barışdım həyatda dərdimlə özüm Zəhərə dönübdü ömrüm a dünya

Azərbaycan ədəbiyyatı

Mədinə İLHAMQIZI.”İnsanlar”

Post Views: 40 Bu günün sabaha yoxdur etibarı Ïnsanlar itirib düzgünlüyü imanı Görünür şeytan çox sevdirib yalanları Vardır əlbət adamlar içində insan olanı Xeyir şəri , Şər böhtanı Sevir hərdən bir qız bir oğlanı Tanrı nəsib etsin hər kəsə qəlbində olanı Aldatmayın heç vaxt danışdığınız yalanlara inananları Yalan çox pis salar gözdən insanı

Publisistika

“Bir neft nağılı olarsa gerçək…”

Post Views: 33 Biri var idi, biri yox idi… Milli sərvətlərlə dolu bir ölkə var idi… Ölkənin inkişaf etməsi üçün bütün imkanlar olsa da, çoxluq bunu istəmirdi… İqtisadi, siyasi, maliyyə, sosial, psixoloji təfəkkür tərzi, savadı olmayan bu xalq özü özünə quyu qazmağı, yorğanına görə ayaqlarını uzatmayıb, sonra üşüdüb xəstələnməyi, sonra həkimləri, dövləti günahkar bilməyi çox …

Azərbaycan ədəbiyyatı

Günel ƏJDƏRQIZI.”Həyat eşqi” (Hekayə)

Post Views: 31 Səmada uçan qaranquşlar baharın gəlişindən xəbər verirdi. Ağaclar qış yuxusundan oyanmışdı. Ətrafda sakitlik hökm sürürdü. Üç yaşına yenicə qədəm qoymuş Ayxan oyuncaqlarıyla bağçada oynayırdı. Şəbnəm 2 aylıq körpəsini yatırdaraq həyətə çıxdı və Ayxanı evə səslədi. Uşaq yüyürərək balaca yumru əlləri ilə anasını qucaqladı. Şəbnəm övladını elə bərk-bərk qucaqladı ki, özündən asılı olmayaraq …

Azərbaycan ədəbiyyatı

Şəhanə CƏFƏROVA.”Bir sevgim var”

Post Views: 34 Uzaqlarda qalmiş kimsəsiz. Xoşbəxt amma səssiz. İçimdə yaşatdiğim. Bir sevgim var. Gülür üzümdə Xoşbəxtəm özümdə. Tut əlimdən səndə. Ürəyimdə sənə qarşi Bir sevgim var. Hər danişdiğim söz. Həyatda deyir səbr et bir az döz. Necə səbr edim.Ürəyimdə axi bir sevgim var. Sonu tamamlanmamiş. Xoşbəxtliyim yarim qalmiş. Amma bütöv bir sevgim var. İndi …

Azərbaycan ədəbiyyatı

Fidan ABBASOVA.”Bir payız yağışı yağır eşikdə”

Post Views: 36 Bir payız yağışı yağır eşikdə Ruhum xəyalına qoşulub gedir Üşüyən körpə tək soyuq beşikdə sevgin ürəyimdə sanki dövr edir… Darıxır gözlərim, titrəyir əlim susur səssizlikdə danışan dilim sanki dünyamdakı o boş mənzilim sənidə qapıdan qovlayıb gedir… İtmiş xəyalına qonaqdır yağış üzündəki gülüş mənədə tanış səndə ürəyinlə vicdanla danış soruşki mən onu o …

Azərbaycan ədəbiyyatı

Ülkər Piriyevanı doğum günü münasibətilə təbrik edirik! (24 avqust 1987-ci il)

Post Views: 25 Gündəlik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsi, istedadlı qələm sahibini, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavinini, DGTYB üzvünü doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! …

Azərbaycan ədəbiyyatı

Saqif QARATORPAQ.Yeni şeirlər

Post Views: 29 ÇIYINLƏR Çiyinlər öyrəşib həmişə yükə, Baharı daşıyıb, qışı daşıyıb. Sevdası, qovğası özündən yekə Ağıllı, ağılsız başı daşıyıb. Çiyinlər öyrəşib həmişə yükə, Yorulmaz yollarda dəvələr kimi. Gedərik yol boyu tər tökə-tökə, Gedər çiynimizdə dünyanın qəmi. Gedərik dayanıb, dinşəyib bir az,– Torpağın qarğışı tutana kimi, Çiynimiz tabuta çatana kimi Boyumuz uzanar, ömür uzanmaz. Çiynimiz …

Azərbaycan ədəbiyyatı

Qafqaz ƏVƏZOĞLU.Şeirlər

Post Views: 37 AĞLADI Gözlədim, gəlmədin, görüş yerimiz, Halıma mükəddər oldu, ağladı! Sənin görüşünə tələsən güllər, Əlimdə saralıb-soldu, ağladı! Bükdü qamətimi, əydi bu halət, Gəldiyin yollar da çəkdi xəcalət. Məhəbbət yanğılı bir dəli həsrət, Qolların boynuma saldı, ağladı! Nə bilim bu imiş yaxınlığımız, Bir eşqin oduna yaxındığımız. Bir vaxt qucağına sığındığımız, Söyüdlər saçını yoldu, ağladı! …

Azərbaycan ədəbiyyatı

Firdovsi CƏFƏRXAN.Yeni şeirlər

Post Views: 29 BİR ÖMÜR YETMƏZ Neçə qışı, neçə yazı keçmişəm, Əldə dəryaz neçə zəmi biçmişəm, Buz bulaqdan doyunca su içmişəm, Ölsəm belə bu sevda yenə bitməz, Səni sevməyimə bir ömür yetməz. Bu çöllərdə xəzan oldum, yel oldum, Dərələrdə coşub-daşan sel oldum, Yurd yerindən perik düşmüş el oldum, Düşündüm ki, ürək dözər, ya dözməz?! Səni …

Azərbaycan ədəbiyyatı

Abdulla MƏMMƏD.”Qara saçlarında qar olacağam!”

Post Views: 24 Bir zaman gələcək peşimançıliq, Sənin ürəyini qübar edəcək. Onda məni gəzib-arayacaqsan, Yollar ayagını qabar edəcək. Mən isə gileyli gilavar olub, Siğal çəkəcəyəm telinə sənin. Bu günlər vədəsiz ötən qatar tək, Çətin ki qayida əlinə sənin. Qoşulub qəlbinin harayina mən, Gözündə bulud tək qaralacağam… Ömrünün şaxtalı qış dönəmində, Qara saçlarında qar olacağam!

Azərbaycan ədəbiyyatı

Məmməd HACIZADƏ.”Həqiqət” (Hekayə)

Post Views: 53 20 Yanvar metrosunun çıxışındakı şəhid abidəsinin qarşısında geniş səkiylə gedərkən kimsə özünü zərbəylə mənə çırpdı.25-30 yaşlarında olan bu adam qəzəblə gözümün içinə baxırdı.Bir kəlməmə bənd idi ki,yumruq-larını bərk-bərk sıxmış ,gözlərini qan örtən bu oğlan məni küçənin ortasında döysün.Düzünü deyim ki,bərk həyə-canlandım.Elə həyəcanla da oradan uzaqlaşdım.Yaxın-lıqdakı dayanacaqda özümü toxtayıb marşuruta min-dim.Avtobus o qədər …

Azərbaycan ədəbiyyatı

Hikmət MƏLİKZADƏ.Yeni şeirlər

Post Views: 32 Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü *** Kölgəm, dünya savaşına ac adam… Sevdam, zirzəmi pilləkəni kimi uçuq. Ruhm da, yuvasına həsrət alabaxta kimi səksəkədə. Allahım, neynim?! İndi kimsə yoxsul baxışlara könül qapılarını açmır. İndi qurbağalar oxuyur elçi daşlarının üstündə. İndi… Sən sənsən. Mən mən deyiləm… Nə …

Azərbaycan ədəbiyyatı

Elnur RƏSULOĞLU.”Telefon söhbəti”

Post Views: 29 Roman oxuyurdum Əbülhəsəndən. “Sədaqət”. Beləydi romanın adı. Açıq-mavi rəngli telefon birdən, Fasilə vermədən hey dınqıldadı. Dəstəyi qaldırıb dönük həvəslə “Nə olub görəsən?” özümdən sordum. Sonra fikirləşib sönük həvəslə Deyindim: “Boş yerə özümü yordum”. Səsini eşitdim iki nəfərin. Qət etdim, bildim ki, yola girmişəm. Birisi çəkərək köksünü dərin Sözə başlamışdı: – Mən bilmirmişəm. …

Azərbaycan ədəbiyyatı

Elnur ABDİYEV.”Bir doğma Anatək”

Post Views: 25 Bir doğma Anatək qucaq aç mənə, Ya ölüm qoynunda,ya bas bağrına. Şuşa dərdlərini şüşətək qırıb, Vətən, qurban olum,sənin ağrına! Dönüb bir şimşəyə eşqimdən çaxam, Yurda sevgi-sevgi yağışlar yağam. Mən,bu Vətən daşı nə qədər sağam, Qıymaram,uf, deyə,Vətən ağrına. Aldı igidləri torpaqlar uddu, Vətən sevgisinə ellər yas tutdu. Ana haqqın namərd, oğul unutdu, Vətən …

Azərbaycan ədəbiyyatı

Nail DAĞLAROĞLU.”Səni unutmaram ölənə qədər”

Post Views: 29 Səni unutmaram ölənə qədər, Sən mənə hər şeydən əzizsən, gülüm. Bu ömrü mən sənsiz vermərəm hədər, Sənsiz yaşamağım zülümdü, zülüm. Aylarım, illərim keçməsin sənsiz, Sənsiz ey sevgilim, bir günüm ildi. De, xoşdurmu sənə yaşamaq mənsiz?, Sənsizlik sinəmə vurulan mildi. Sənsiz olsam susar, könül arzusu, Duyğulu ürəklər arzuyla yaşar. Sənsizlik könlümün böyük qorxusu, …

Azərbaycan ədəbiyyatı

Mayisə ƏSƏDULLAQIZI.Yeni şeirlər

Post Views: 29 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru DUALARIM Allahım! Bu gözəl, müqəddəs gündə, Əl açıram sənin O qüdrətinə, Elə bu gecənin şan- şöhrətinə. Şəhid qanı qarışmasın torpağa, Nisgil yetişməsin heç bir ocağa. Ürəklərdə qoy sızıltı gəzməsin, Taleləri kədər, sazaq əzməsin! Allahım! Əl açıram sənin O …

Azərbaycan ədəbiyyatı

Nisə QƏDİROVA.Yeni şeirlər

Post Views: 32 BƏNÖVŞƏ Tərdi dərdiyim bənövşə, Heyf…solacaq əlimdə. Xırda-xırda ləçəyini Fələk yolacaq əlimdə. Tərtəmizdi dünyam kimi, Ömrü qısa röya kimi. Çəkiləcək xülya kimi, «Günah» qalacaq əlimdə. Yandırdı əlimi közü, İtirdim gəldiyim izi. Çöllərin ismətli qızı İndi öləcək əlimdə. HARDASAN Yenə işıqlar söndü, Sükut…Hardasan? Ayrılığı yaxamdan Sök at…Hardasan? Qırmızı qar yağır, Ölüm!…Hardasan? Səni son nəfəsdə …

Azərbaycan ədəbiyyatı

Zeynəb DƏRBƏNDLİ.”Dünyasındayıq”

Post Views: 31 Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i, Azərbaycan Yazıçılar Birliyinin üzvü Nankorlug; namerdlik bash alib gedir; Aralar qatanlar dunyasindayig. Hami bir birini ; icinden didir; Kimliyin satanlar dunyasindayig. Ogul ata saymir; qiz ana saymir; Qalmayib ne heya; ne namus; abir. Qardashlar qardashi yixir; alcaldir; …

Azərbaycan ədəbiyyatı

Xəyalə SEVİL.”Səndən sonra”

Post Views: 32 Azərbaycan Yazıçılar Birliyinin və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Səndən sonra yaman kövrək olmuşam, Ürəyim ,elə bil, əlsiz əlcəkdir. Gözlərimə qara bulud çökübdü, İndicə gözümdə hönkürəcəkdir. Səndən sonra yaman kövrək olmuşam, Daha ümidlərin ölən vaxtıdı. Başına-dizinə döyən arzumun, Yüyürüb üstümə gələn vaxtıdı. Səndən sonra yaman kövrək olmuşam, …

Azərbaycan ədəbiyyatı

Elnurə AĞAZADƏ.”Nə qədər gözlədəcəm”

Post Views: 40 Gizli gizli sevəcəm Sevib qəmin çəkəcəm Özün söylə mən bu eşqi Nə qədər gizlədəcəm Kitab dolu xatirəni Sirlə dolu hər cümləni Bu sirli eşqimizi Nə qədər gizlədəcəm Könül yazar hər nəğməni İntizarı yaxar məni Sənin olan sənsizliyi Nə qədər gizlədəcəm Uzun sürən kədəri Məni vuran həsrəti Elnurəyəm saf sevgimi Nə qədər gizlədəcəm

Azərbaycan ədəbiyyatı

Aygün RƏHİMLİ.”Meylər əlində qaldıq…”

Post Views: 34 Aqil Kengerli-nin “Səylər əlində qaldıq” şeirinə Məni də sənin kimi carəsiz dərdlər didir, İmkanlılar xaricə, imkansız kəndə gedir. Ağıllının pulu yox məcbur hamballıq edir. Pul ilə alim olan keylər əlində qaldıq. Abbasıya “hambal tək söyləyirik bayatı. “Rubla” şıllaq atdıq,bəyənmədik manatı Dollar geridə qoydu Bozat, Dürat,Qıratı. Hər gün qimətə minən “göylər” əlində qaldıq. …

Publisistika

Xatirə RƏHİMLİ.”QARABAĞA-AĞDAMA NÖVBƏTİ SƏFƏRİM…”

Post Views: 43 CƏBHƏ BÖLGƏSİNƏ SƏFƏRİMDƏN ƏN KÖVRƏK ANLAR… Ötən ay iyulun 25-dən 28-nə kimi QARABAĞa-AĞDAMa səfər etdim. 4 günlük səfər çərçivəsində Mübariz ruhlu igid əsgərlərimizi ziyarət etməklə yanaşı, Qaçqın Qəsəbəsində məskunlaşan məcburi köçkün ailələrini, Qarabağ müharibəsi iştirakçılarını, eləcə də torpaqlarımız uğrunda canını qurban vermiş şəhid oğullarımızın məzarını da ziyarət etdim. Belə ki, iyulun 28-də …

Azərbaycan ədəbiyyatı

Vasif ZÖHRABOĞLU.”Mənə bel bağlama…”

Post Views: 31 Mənə bel bağlama, kəs əhdini, kəs, Qoyma gözlərində sevgini sıxam. Bir günlük məhəbbət həvəsdir, həvəs, Bir də görərsən ki, yanında yoxam. Ömründə dəvətsiz qonaq bil məni, Əəbədi yanında qala bilmərəm. Bu evdən, ocağdan uzaq bil məni, Qəlbinin sakini ola bilmərəm. Gedərəm həsrətlə sıxıb köksünü, Axar göz yaşların kiriyə bilməz. Gülüm, ayağından şikəst …

Azərbaycan ədəbiyyatı

Əziz MUĞANİ.”Du birlər”

Post Views: 33 Arzum daşa dəyir, bu qəm- kədərdi Tərs düşür işlərim, bu dərdi sərdi Elə bil taleyim əlimdə zərdi Nədənsə çox düşür dubirlər mənə Ümidlə atıram qoşa deyərək Bəlkə də udaram! Risk eyləyərək Bəxtimi qumara qoymazdım gərək Nədənsə çox düşür dubirlər mənə İnsanın həyatı nərd tək oyuncaq Qismətmizlə biz oynadıq doyuncaq Fələyin atdığı qoşadır …

Azərbaycan ədəbiyyatı

Debüt: Elməddi RAHİBOĞLU (Astara).Yeni şeir

Post Views: 33 Tənhalığımla mən İkimiz yaşaya bilərik sandım. Sən məndən natəmiz, mən səndən əfəl Hər səhər yuxudan sənsiz oyandım. Nə olar, könlümü yığışdırma gəl. Dağınıq istərəm, evi, həyatı. Səpilsin yerlərə kitab, sevgilər. Dərdimin dərmanı olan saatı Bu ömür payımdan mərhəmət dilər. Siqaret tüstüsü basıb otağı. Küllər səpələnib, stola , yerə. Yola sal qəlbimin günlük …

Azərbaycan ədəbiyyatı

Tural ADIŞİRİN.Yeni şeirlər

Post Views: 32 Bahar Sevdiyim gözəlin hörükləri tək Söyüdün saçları ətir qoxuyur Qaranquş səsində,durna səsində Bülbül ləhçəsində bahar oxuyur Qərənfil al çəkib yanaqlarına Ətrindən məst olma oğulsan indi Yaşı bax xınalı ayaqlarına Kəkliklər elə bil təzə gəlindi Bahar hər çiçəyə təzə don tikib Nərgiz sarı geyib,lalə qırmızı Yenə köl dibində boynunu büküb Bənövşə-baharın küsəyən qızı …

Azərbaycan ədəbiyyatı

Nemət HACIƏLİYEV.Yeni şeirlər

Post Views: 39 * * * Gələr nalə,ah səsi, Çıxsa aşiqin səsi, Səni sevən bir kəsi, Ağlatmağa nə var ki?! Qəlbi sənə verəni, Təkcə səni görəni, Sevgiyə and içəni, Aldatmağa nə var ki?! Aşiq dərddə,azarda, Hər an giley,güzarda, Canan gələn bazarda, Gül satmağa nə var ki?! Allah verən vergini, Qəlbindəki sərgini, Qarşılıqlı sevgini, Yaşatmağa nə …

Azərbaycan ədəbiyyatı

İlkin ABBAS.”Hara gedirəmsə, sən yanımdasan”

Post Views: 32 Mən səni fikrimdən ata bilmirəm, Gecə də, gündüz də xəyalımdasan. Yediyim çörəkdə, içdiyim suda, Hara gedirəmsə, sən yanımdasan. Bu eşqin doyunca almadıq dadın, Duyduq ayrılığın o qəddar səsin. Dünyada iztirab, həsrət olan şey, Nə tez üstümüzə saldı kölgəsin?! Nömrəni yığıram min ümidlə mən, Açmırsan, salırsan canıma əzab. Mənə bu qədərmi nifrət edirsən? …

Azərbaycan ədəbiyyatı

Gülnarə İSRAFİLQIZI.”Ölürəm gözlərim ölmür elə bil”

Post Views: 36 Ölürəm gözlərim ölmür elə bil . Dənizdən püskürən vulkan kimiyəm. Özümdən özümə yol getmir daha. Səssizcə uzanan orman kimiyəm. İçimdən çölümə çıxmır alovum. Daş alıb əlimə gözümü ovum. Bilmirəm ormanmı, vulkanmı olum. Özümlə əlləşən tüğyan kimiyəm. Elə bil ölməkdən qayıtmayacam. Özümü yuxudan ayıltmayacam. Ruhumu göylərdə alçaltmayacam Son dəfə verilən fərman kimiyəm..