Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. E-mail: edebiyyat-az.com@mail.ru, Əlaqə telefonu: 051 795 44 33 Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 121 - 180 of 595 NƏTİCƏLƏR
Publisistika

“Düşünən İnsan” jurnalının növbəti buraxılışı işıq üzü gördü

Post Views: 38 “Düşünən İnsan” jurnalı hər ay 3 min tirajla 2011-ci ildən nəşr edilir. Artıq jurnalın 35 sayı dərc edilib. Jurnalın məqalələri hamının rahat şəkildə anlayacağı elmi-populyar, mədəni-mənəvi və dini mövzular arasından seçilir. “Düşünən İnsan” jurnalı standart elmi bilgiləri və disputları oxuculara çatdıran və vaxt keçdikcə köhnələn adi jurnallardan deyil.”Düşünən İnsan” jurnalındakı məlumatlar heç …

Azərbaycan ədəbiyyatı

İradə Əlilinin yeni kitabının Ankarada təqdimatı keçiriləcək

Post Views: 36 Yüce Erek Türk dünyası aylik fikir kültür araşdırma dergisinin yazı işlər müdürü Zaim Gök “”Mənim sevgi dünyam” seir kitabini türkiyə türkcəsinə çevitdirmiş və türkiyə oxucularını İradə Əlilinin yaradıclığı ilə tanış etm\k istəyir.Bu məqsədlə seir kitabi artiq imza gününə hazırdır.imza gününü Zaim Gök Ankarada Yüce Erek Türk dünyası aylik fikir kültür araşdırma dergisinin …

Azərbaycan ədəbiyyatı

Nəcibə İlkinin yeni kitabının təqdimat mərasimi keçiriləcək

Post Views: 38 18 sentyabr 2014-cü il tarixdə saat 11:30-da, Bakı şəhərində Beynəlxalq Mətbuat Mərkəzində Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Azad qələm” qəzetinin və “Ali Ziya” jurnalının Baş redaktoru, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Respublikasının Kütləvi İnformasiya Vasitələrinin Həmkarlar İttifaqının “Qızıl qələm”, “Xan qızı Natəvan”, “Xalqın …

Azərbaycan ədəbiyyatı

Doğum gününüz mübarək!

Post Views: 38 Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Gündəlik İnformasiya Agentliyinin Baş redaktorunu, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərini,”Hüseyn Arif” Ədəbi Birliyinin üzvünü doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Uca Tanrı Sizi …

Azərbaycan ədəbiyyatı

Saqif QARATORPAQ.”Bəs kimə deyəcəksən” (Yeni şeir)

Post Views: 52 Gülüm, qəddi dərd əyir, elə-belə əyilmir Sirr var ki, anaya da, bacıya da deyilmir. Söz var ki, neçə batman bal ilə də yeyilmir, Əgər mənə deməsən, bəs kimə deyəcəksən?! Bu möhnət üzər səni, sıxılarsan uzaqda: Kövrəlib üşüyərsən təklik adlı sazaqda. Kimsə anlamaz səni, duymaz oğul-uşaq da, Əgər mənə deməsən, bəs kimə deyəcəksən?! …

Publisistika

Hikmət MƏLİKZADƏ.”Natiq Səfiyevin hesabatı” (Məqalə)

Post Views: 42 Biz nəhəngləri möhtəşəm ucalıqlara, bir az elmi desək, aysberqə bənzədirik. Elmin, pedaqogikanın və mətbuat fövqünün yüksək məqamına ucalmaq cəhdində olan qocaman müəllim, tərcüməçi, publisist, ən əsası, dəyərli insan-ziyalı və ağzı dualı ağsaqqal Natiq Səfiyev də yuxarıda sadaladığımız mülklərdə böyük görünənlərdəndir. Əbəs yerə deyil ki, o, bu gün də məşğul olduğu sahələrin sadiq …

Publisistika

Hikmət MƏLİKZADƏ.”«Gözəlliklər Kəbəsi»dir Qarabağ” (Məqalə)

Post Views: 44 Çoxumuza bəllidir ki, zaman ara-sıra işığın qaranlıqda əksini elmi-ədəbi qaynaqlarla isbata yetirir. Bəzən mahiyyətinə vardığımız və vara bilmədiyimiz çətin prosesləri idrakımıza sığışdırmağı bacaran da məhz zaman olur. Buna görə xalqlar əsrlər boyu zaman qarşılığına böyük ehtiram göstərib. İstedadlı qələm sahibi Mayisə Əsədullaqızının şeirlərində də demək olar ki, çox mənada məhz zaman anlayışı …

Türkiyə ədəbiyyatı

Harika UFUK (Türkiye Cümhuriyyeti, Adana).Muhteşem şiirler

Post Views: 32 CAN ÇİÇEĞİM Gözüm daldı uzun ince yollara, Can çiçeğim, kızıl gülüm, bir tanem! Hasret kaldım candan saran kollara, Can çiçeğim, kızıl gülüm, bir tanem! Mehtapta el ele gezdik gezeli, Küstük gündüzlere dünya güzeli, Sevdamız ebedî, aşklar ezelî, Can çiçeğim, kızıl gülüm, bir tanem! “Dön” diyorum hasret bitsin, gel yeter, Dökülmedi hiçbir aşkta …

Azərbaycan ədəbiyyatı

Azərbaycan yazarlarının şeirləri Türkiyə mətbuatında

Post Views: 55 Gündəlik İnformasiya Agentliyinin Mətbuat xidmətinin yaydığı məlumata görə, “Pirsultan” elm və sənət dərgisinin Avqust buraxılışında Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, şair, jurnalist Rafiq Odayın “Havadan ayrılıq qoxusu gəlir”, “Gəl, Dədə!” və Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Dünya Azərbaycanlılarının …

Azərbaycan ədəbiyyatı

Gülnarə İSRAFİLQIZI.”Bərk-bərk tutub, əllərimdən” (Yeni şeir)

Post Views: 45 Dodağımda daş əriyir, Nəfəsimdən… Hər gün bir az daşlaşıram. Közərirəm, alışıram, Ah səsindən. Mən özümə yadlaşıram. Quruyuram saman kimi, Yapışıram ətəyimdən. Bağlanıram günahlara, Biləyimdən. Günahlarım dolan kimi… Gözlərimə, sözlərimə, Üz dərimə. Alır məni mənliyimdən. Dilimə söz dolaşır. Keçmir dilin, ilgəyindən. Ətə gəlir, cana gəlir, Günahlarım… Düşmür yerə, Əl götürmür, Sallanıbdır ətəyimdən. Daşa …

Azərbaycan ədəbiyyatı

Gənc xanım yazar Gülnarə İsrafilqızı BSU “Ədəbi Yaradıcılıq” fakültəsinə qəbul oldu

Post Views: 69 Gündəlik İnformasiya Agentliyinin Mətbuat xidmətinin yaydığı məlumata görə, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Gündəlik İnformasiya Agentliyinin Baş məsləhətçisi, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, gənc xanım yazar Gülnarə İsrafilqızı Bakı Slavyan Universitetinin “Ədəbi Yaradıcılıq” fakültəsinə qəbul olub.Bu münasibətilə Sayğıdəyər dostumuzu səmimi qəlbdən təbrik edir, uzun …

Azərbaycan ədəbiyyatı

Gənc xanım yazar Fidan Abbasonın şeirləri Qardaş Türkiyə Cümhuriyyətində dərc olunacaq

Post Views: 37 Gündəlik İnformasiya Agentliyinin Mətbuat xidmətinin Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən Tokat Şairler ve Yazarlar Derneğine istinadən yaydığı məlumata görə, Tokat Şairler ve Yazarlar Derneğinin rüblük orqanı “Kümbet” eğitim, kültür,sanat, edebiyyat dergisinin 34-cü buraxılışında Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Gündəlik İnformasiya Agentliyinin Baş redaktoru, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbəri, “Hüseyn …

Azərbaycan ədəbiyyatı

Gənc yazar Teymur Həbibinin şeirləri Türkiyə türkcəsinə tərcümə olunub

Post Views: 40 Gündəlik İnformasiya Agentliyinin Mətbuat xidmətinin yaydığı məlumata görə, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini, “Hüseyn Arif” Ədəbi Birliyinin üzvü, gənc yazar Teymur Həbibinin şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə olunub.Çevirməni Gündəlik İnformasiya Agentliyinin Direktoru Kamran Murquzov edib.

Azərbaycan ədəbiyyatı

Kənan AYDINOĞLU.Yeni şeirlər

Post Views: 39 HƏM YUNUSSUZ, HƏM RUMİSİZ DÜNYADA Necə qəlbim alışmasın, yanmasın?! Necə qəlbim ömrü suçlu sanmasın?! Necə qəlbim tək Allahı anamsın?! Həm Yunussuz, həm Rumisiz dünyada?! Ustadlara mən ehtiram bəslədim, Cavanları Haqq yoluna səslədim. Həsrət çəkib mən Mehdini gözlədim,- Həm Yunussuz, həm Rumisiz dünyada! Dərinkən bir fəlsəfəni anladım, Günahlardan öz-özümü danladım, Həzin-həzin nəğmələrin dinlədim,- …

Azərbaycan ədəbiyyatı

“AYBkitab.az” saytının təqdimat mərasimi keçiriləcək

Post Views: 73 10 sentybar 2014-cü il tarixdə, saat 14:00-da, Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda “AYBkitab.az” saytının təqdimat mərasimi keçiriləcək.Layihənin rəhbəri Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidmətinin rəhbəri, Gənclər Şurasının sədr müavini Xəyal Rzadır. İştirak etmək istəyənlər dəvətlidir.Kütləvi informasiya vasitələri də iştirak edəcək. Qeyd edək ki, AYBkitab layihəsi yeni kitabların nəşri, təqdimatı, online satışı üçün nəzərdə …

Azərbaycan ədəbiyyatı

“Gənc Ədiblər Məktəbi”nin növbəti toplantısı keçiriləcək

Post Views: 39 Gündəlik İnformasiya Agentliyinin Mətbuat xidmətinin Azərbaycan Yazıçılar Birliyi ilə Mədəniyyət və Turizm Nazirliyinin birgə layihəsi olan “Gənc Ədiblər Məktəbi”nə istinadən yaydığı məlumata görə, yaxın günlərdə “Gənc Ədiblər Məktəbi”nin növbəti toplantısı keçiriləcək. Toplantıda “Gənc Ədiblər Məktəbi”nə yeni üzvlər qəbul olunacaq.Tədbirin Azərbaycan Yazıçılar Birliyinin Natəvan Klubunda keçiriləcəyi gözlənilir. Qeyd edək ki, “Gənc Ədiblər Məktəbi” …

Azərbaycan ədəbiyyatı

AYB-yə yeni katib təyin olundu

Post Views: 34 29 avqust 2014-cü il tarixdə Azərbaycan Yazıçılar Birliyində növbəti toplantı keçirilib.Toplantıda Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Azərbaycan Yazıçılar Birliyinin I katibi, Xalq şairi Fikrət Qoca, Azərbaycan Yazıçılar Birliyinin gənclər üzrə katibi Rəşad Məcid və digər qonaqlar iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin sədri Anar tədbir iştirakçıları …

Azərbaycan ədəbiyyatı

Vüqar Əhmədin yeni kitabı işıq üzü gördü

Post Views: 45 Şair,nasir, filologiya elmləri doktoru, professor Vüqar Əhmədin növbəti əsəri barədə isti-siti məlumatı oxuculara təqdim edir. Qeyd edək ki, bu əsər 31-cu kitabı və üçüncü romanıdır. Əsər üç hissədən ibarət trilogiyadır. Vüqar Əhməd bu əsərdə Şah İsmayıl Xətainin dövründən günümüzə qədər, təxminən 500 illik bir dövrü əhatə etmiş, Azərbaycan xalqının etnogezində iştirak edən, …

Ana səhifə

Əlirza HƏSRƏT.”Ağlatdın sən məni adına layiq…” (Yeni şeir)

Post Views: 45 Xəstəlik səninlə qol-boyun olub, Xoşbəxt eyləmisən bu çarpayını. Gözün xəstəxana divarlarında,- Axtarır bir ömrün ümid payını. Səni görməmişdim belə pərişan, Bu sinə dağımda qar uçqunu var. Düşüb kəməndinə baxışlarının,- Ürəyim ən rahat yastığın olar. Cənnət bağçasısan bu nişanda sən, Nəfəsin gül açıb,baxışın çiçək. Belə soyuq dəyər sənə ,gözəlim,- Sevən ürəyimi al üstünə …

Ana səhifə

Əlirza HƏSRƏT.”Zirvəyə baxmağa söz yadırğayıb” (Yeni şeir)

Post Views: 35 Hey sözsüz yerindən oxudum deyə,- Dilim bu nəğməyə tez yadırğayıb. Daha baxışımdan daldalanmağa,- Adına çıxdığım qız,yadırğayıb. Könül uduzdusa eşq savaşında, Hicran şirinləşər hər göz yaşında. Adam isitməyə ocaq başında,- Qaralan kül altda köz yadırğayıb. Kəsmək də bilmir ki bu qar haçandı, Ləngiyir ömrümə bahar haçandı. Duman içindədir dağlar haçandı…, Zirvəyə baxmağa göz …

Ana səhifə Azərbaycan ədəbiyyatı

Azərbaycanın ən məşhur rus dilli qəzeti olan«Зеркало» qəzetinin nəşri dayandırıldı

Post Views: 49 27 avqust tarixində ən məşhur rusdilli qəzet olan «Зеркало» və «Айна» qəzetlərinin baş redaktoru Elçin Şıxlinski redaksiyanın kollektiv heyətini toplayaraq, onlara daha qəzetin nəşrinin dayandırıldığını bildirib.Bundan əlavə o qeyd edib ki, özü də jurnalistlikdən uzaqlaşır. Səlahiyyətli mənbələr bildiriblər ki, 2005 – ci ildə parlament seçkilərindən sonra hakimiyyət Şıxlinsikiyə «Зеркало» qəzetinin hökumətyönlü etməyi …

Ana səhifə

Vüqar Əhmədin yaradıcılığının 30 ili tamam olur

Post Views: 53 Tanınmış şair Vüqar Əhmədin yaradıcılığının 30 illiyi tamam olur. Vüqar Mikayıl oğlu Əhməd 1963-cü il aprel ayının 17-də Bakı şəhərində hərbçi-dənizçi, ziyalı ailəsində anadan olub. Əslən soykökü – şəcərəsi Sultan Əhməd xanədanına mənsubdur. Babası doktor Kərbəlayi Mirmahmud Bəy Pirşağıda,babası həm doctor, həm də ilhiyyatçı Məşədi Soltan Əhməd Bakıda, ana babası ictimai xadim …

Publisistika

Azərbaycanlı müğənni BMT-nin elçisi təyin olundu

Post Views: 29 Azərbaycan əsilli məşhur britaniyalı bəstəkar-müğənni Sami Yusuf BMT-nin Ərzaq Proqramının aclıqla mübarizə üzrə elçisi təyin olunub. BMT İnformasiya Mərkəzinə istinadən bildirir ki, S.Yusuf uzun müddət Ümumdünya Ərzaq Proqramının fəaliyyətini dəstəkləyib və albomlarının satışından əldə etdiyi gəlirlərlə ehtiyacı olanlara ərzaq yardımı çatdırılması əməliyyatlarını maliyyələşdirib, BMT əməkdaşları ilə birlikdə Misir və İordaniyada suriyalı qaçqınlara …

Azərbaycan ədəbiyyatı

Gənc yazar haqqında yeni saytın istifadəyə verilməsi nəzərdə tutulub

Post Views: 34 Gündəlik İnformasiya Agentliyinin Mətbuat xidmətinin Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalına istinadən yaydığı məlumata görə, yaxın günlərdə Gündəlik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, “Hüseyn Arif” Ədəbi Birliyinin üzvü, gənc yazar Kənan Aydınoğlu haqqında yeni saytın istifadəyə verilməsi nəzərdə tutulub.Layihənin rəhbəri Gündəlik İnformasiya Agentliyinin Direktoru Kamran Murquzovdur. Əsas məqsəd gənc yazarın bu günə qədər …

Azərbaycan ədəbiyyatı

Fidan ABBASOVA.”Bəlkə də gördüyüm yuxu deyilsən…” (Yeni şeir)

Post Views: 57 Sonsuz ümüd kimi doldun gözümə uğurlu yol bilib düşdüm izinə bir halal ocağın yanmış közünə bənzəyir gözlərin , əllərin və sən bəlkə də gördüyüm yuxu deyilsən….. Sıxır boğazımı acı bir qəhər dözürəm bunada yenə birtəhər ayılıb görərkən səni hər səhər üzündə bir gülüş gözlərin və sən bəlkə də gördüyüm yuxu deyilsən…. Tutub …

Azərbaycan ədəbiyyatı

Debüt: Teymur HƏBİBİ (Gürcüstan Respublikası).Şeirlər

Post Views: 45 Teymur HƏBİBİ (Teymur Bayramov Rzaqulu oğlu) 9 iyul 1986-cı ildə Gürcüstanda – Qarayazı mahalının Ağtəhlə kəndində ziyalı ailəsində anadan olub. Ailənin ikinci övladıdır. 1989-cu ildən ailə üzvləri ilə birlikdə Bakıda yaşayır. Erkən yaşlarından ədəbiyyata sevgisi olan Teymur şeir, sənət ocağının qoynunda böyüyüb. Ona bu istedad soykökündən, hələ məktəb illərindən müxtəlif mövzularda şeirlər …

Azərbaycan ədəbiyyatı

Debüt: Günel XƏZAN (Salyan).Köşə yazısı

Post Views: 47 Günel XƏZAN (Yəhyayeva Günel Nazim qızı) 1995-ci il iyul ayının 14-də Salyan rayonunda anadan olub.2000-ci ildə A.Pənah adına 1 saylı Humanitar liseyinə daxil olub.2012-ci ildə həmin liseyi bitirib.2014-cü ildə Bakı Asiya Universitetinin Tarix fakültəsinə qəbul olub.2014-cü ildən Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavinidir. * * * …

Azərbaycan ədəbiyyatı

Hüseyn ARİF.Şeirlər

Post Views: 122 BİR “DOSTUM” DA VAR Dostlar arasında bir “dosdum”da var, Heç vaxt beləsilə zarafat olmaz. Nə qədər ad alıb, nişan qoparda, Yenə dirsəklənib, o rahat olmaz. “Xeyirxah” lələsi düşüb get-gələ, Çoxların tovlayıb, salıb əngələ, Şöhrət dəlisinə deyən yox hələ Belə mükafatdan mükafat olmaz! Ey Hüseyn Arif, həyat həyatdı, Ömür müvəqqəti, gün amanatdı Müdrik …

Azərbaycan ədəbiyyatı

Debüt: Təhməz ZABİT (Salyan).Yeni şeirlər

Post Views: 83 Təhməz ZABİT (Əlizadə Təhməz Zabit oğlu) 1993-cü il sentyabr ayının 1-də Salyan rayonunun II Varlı kəndində anadan olub. 1999-2004-cü illərdə II Varlı, 2004-2008-ci illərdə I Varlı, 2008-2010-cu illərdə M.İsmayılov adına Yolüstü kənd orta məktəblərində təhsil alıb. 2010-2014-cü illərdə Azərbaycan Müəllimlər İnstitutunun Salyan filialının “Azərbaycan dili və Ədəbiyyatı” fakültəsində bakalavr dərəcəsi üzrə ali …

Azərbaycan ədəbiyyatı

Nəcibə İLKİN.Yeni şeirlər

Post Views: 47 BU YAĞIŞ Döyür pəncərəmi payız yağışı, Dəli sevgimizin göz yaşı kimi, Səni arzulayır kövrək baxışım, Neçə min illərin sirdaşı kimi. Elə möhtacam ki, bax bu an sənə, Qəlbimin ağrısın yağış da duyur. Səngimək bilməyə bu yağış yenə Bəlkə sevgimizin günahın yuyur. Həsrət ünvanlıdı, vüsal gileyli, Mənə gizli-gizli baxan bu yağış. Baxışı Məcnundu, …

Azərbaycan ədəbiyyatı

Hikmət MƏLİKZADƏ.Yeni şeirlər

Post Views: 42 Azərbaycan Yazıçılar və Jurnalsitlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü. *** Torpaqdı, – sonunda bir ovuc küldü, Nəyinə gərəkdi ad, qəbirlərin? Ölmə, qəbrin üstə bir gül bitər ki, Sevdası titrəyər yad qəbirlərin. Başını dik saxla düz ağac kimi, Heç kim köç aramır yolun altında. Gedəndə, elə get, büdrəmə, yoxsa, Üç …

Azərbaycan ədəbiyyatı

Rafiq ODAY.”Ali Baş Komandanım” (Şeir)

Post Views: 36 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, “Möhtəşəm Azərbaycan” qəzetinin təsisçisi və baş redaktoru, “Azərikimya” İstehsalat Birliyi Mətbuat xidmətinin rəhbəri, AYB və AJB üzvü, şair-publisist, «Qızıl qələm», «Həsən Bəy Zərdabi» və «Qafqaz Media» mükafatları laureatı Bütün türk dünyasının gözü dikilib sana, Türk dünyası bir yana, Azərbaycan bir yana, Yüz milyonluq millətə Azərbaycan …

Azərbaycan ədəbiyyatı

Ruslan Dost ƏLİ.”Uşaqlıq himi” (Yeni şeir)

Post Views: 47 Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü hərə bir züm-zümə edir keçmişdən, hərə içində bir bəstə saxlayır. məni bu od-ocaq qızdırmır daha, məni xatirələr isiti saxlayır. gəlib məhləmizdə az tutmayıblar, qızlar gəlinciyi, donu əlimdə. mən də böyüməyə tərəf qaçardım, qarqı atım vardı, onun belində. gedib kitablarda quş axtarardım, rəsm dəftərimə şəkil çəkməyə. “klas”a …

Azərbaycan ədəbiyyatı

Doğum gününüz mübarək!

Post Views: 36 Elməddin Nicat 1982-ci il avqust ayının 23-də Kəlbəcər rayonunun Zeylik kəndində anadan olub.1999-2003-cü illərdə Gəncə Dövlət Universitetinin Tarix fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb.2007-ci ildə ailə həyatı qurub. 2013-cü ildən Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Fəxri üzvüdür. Şeirləri müxtəlif mətbu orqanlarda, o cümlədən mədəniyyət və ədəbiyyat portallarında dərc olunub.”Dağlar, yuxunuz çin …

Azərbaycan ədəbiyyatı

Qabil ƏDALƏT.Yeni şeirlər

Post Views: 47 * * * Gecə telefonda, başımı başına söykəyib, dərdlərindən aldığım payımı başımın altına qoyub, səsindəki təbəssümə bürünüb, ümidimi qucaqlayıb yatdım. Qoparıb ruhumu bədənimdən sənə sarı gəldim. Sevginlə məst idim bir az dumanlı… Əllərim uzalı qalmışdı saçlarına gecə gözlüm… Ümidlərim qucagı boş qayıtmışdı qoynuma. Bu gecə də telefondan nefes kimi asıldım. Günəş yavaş …

Azərbaycan ədəbiyyatı

Əbil HƏSƏNOV.”Ananın fəryadı” (Hekayə)

Post Views: 57 Ananın övladları neçə illər idi ki,əsirlikdə idilər.Özü isə yarımcan idi.Bədənini bir hissəsi düşmən gülləsinə tuş gəlmişdi.Ancaq buna baxmayaraq, çətinliklə də olsa da,düşmən əlindən sağ salamat çıxarmış oğlanlarını böyüdürdü ki,onun qisasını alsınlar,əsirlikdə olan bacılarını xilas edib,düşmən tapdağında olan torpaqlarımızı azad etsinlər.Oğlanları böyüdükcə ana daha da sevinirdi.Axı necə sevinməsin ki,qisas günü yaxınlaşırdı.Oğlanları tərbiyəli, mərifətli …

Azərbaycan ədəbiyyatı

Qazax rayonunda M.P.Vaqifin yaradıcılığına həsr olunmuş tədbir düzənlənib

Post Views: 34 22 avqust 2014-cü il tarixdə Qazax rayonunda Azərbaycan Yazıçılar Birliyinin Qazax Bölməsinin sədri, Əməkdar incəsənət xadimi Barat Vüsalın təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair Molla Pənah Vaqifin yaradıcılığına həsr olunmuş tədbir keçirilib.Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin Qazax Bölməsinin sədri Barat Vüsal ilk növbədə tədbir iştirakçılarını salamlayıb, sonra isə …

Azərbaycan ədəbiyyatı

“Azərbaycanımın Qəhrəman qızı”

Post Views: 34 Adınla yaşayıram Pəncərəmi sənin, Əlinlə döyür külək. Taqqıltı eşidəndə, Yamanca ovunuram. Tələsik addımlarla, Gedib qapıya tərəf. Sənin yerişin sanıb, Özümü unuduram.. Qayıdıb asta-asta, Üz-üzə dayanıram, Şəkillə, gəlmək üçün. Sənsizliyin içində, Səninlə ölmək üçün. Gecənin qaranlığı, Sarılır otağıma. İsti, ilıq nəfəsin, Baş qoyur yatağıma. Hər otağın küncündə, Xatirələr bağırır. Günümə, saatıma, Dəqiqəmə dağılır. …

Azərbaycan ədəbiyyatı

Tural ADIŞİRİN.Yeni şeir

Post Views: 38 Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü * * * O göyçək əlindən tutmağım çətin- öz evin,öz süfrən,çörəyin-duzun… Mənim ürəyimdə sənin həsrətin, Sənin qucağında-körpəcə qızın… Bir nazlı ayrılıq əlində şərbət, Qapım bağlanandan qapımı döyür. Mənim nəfəsimlə bir lal məhəbbət, Sənin nəfəsinlə bir qız böyüyür. Sənin işığından umacağım yox, O körpən gülürsə-dünya gözəldir Mənim …

Publisistika

“Mənim qəhrəmanim”

Post Views: 34 Bir universitetdə praktika keçirdim, dərs deyirdim. Eyni semestrdə həm mühazirə, həm seminar dediyim bir qız tələbə diqqətimi çəkməyə başlamışdı. Çox gözəl idi, qeyri-ixtiyari ona baxırdım, çox çalışqan idi, bütün imthanlarda ən yüksək qiyməti o alırdı. Həm də çox xanım xarakterli idi. Bir gün təsadüfən qızı nişanlısı ilə gördüm və boynuma alıram, ilk …

Azərbaycan ədəbiyyatı

Gündüz SEVİNDİK.”Şeirimizdən, türkümüzdən savayı?” (Yeni şeir)

Post Views: 38 Kara gəlməz bu gördüyüm röya da, Bir balığam, səbr udmuşam dəryada… Bizdən sonra nə qalacaq dünyada, Şeirimizdən, türkümüzdən savayı? Bir sevginin qaldı ahı ortada, Mən adlı bir nökər-şahı ortada… Nə yaşadıq? Nə var axı ortada – Tənəmizdən, ərkimizdən savayı? Çılğın könül ülvi eşqin odası, Nə uzaqmış bu Məhəbbət Adası?… Mənim üçün bu …

Azərbaycan ədəbiyyatı

Doğum gününüz mübarək!

Post Views: 34 Səbinə Dəniz (Məmmədova Səbinə) 1989-cu ild avqust ayının 21-də Sumqayıt şəhərində anadan olub.1996-cı ildə Sumqayıt şəhər 26 saylı orta məktəbinə daxil olub.2007-ci ildə həmin məktəbi bitirib.2008-2012-ci illərdə Azərbaycan Universitetinin filologiya fakültəsində ali təhsil alıb. Universitet illərindən başlayaraq dövri mətbuatında yazıları çap olunur. Həmçinin əməkdaşlıq etdiyi “168 saat” qəzetində araşdırma və başqa türlü …

Publisistika

Hikmət MƏLİKZADƏ.”Ömrün payız sehri” (Məqalə)

Post Views: 39 Azərbaycan Yazıçılar və Jurnalsitlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü. Bizə elə gəlir ki, tale izharları yaradıcı şəxs üçün həyat qayəsidir; çünki zamanın əks etdirdiyi həqiqətlər bu tipiklikdə real qiymətini alır. Buna görə həyata bağlılıq insan düşüncəsində əsas yerlərdən birini tutur. Zənnimizcə, şeirlərinin hamısında vətən, yurd sevgisi sərgiləyən, oxucularına bütün …

Publisistika

Hikmət MƏLİKZADƏ.”Vaxtsızlıq və vaxt təzahürü” (Məqalə)

Post Views: 41 Azərbaycan Yazıçılar və Jurnalsitlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü. Ənənəvi-modern üsluba sirayətetmə bir çox qələm sahibinə yeni ədəbi meyllərə çıxış üçün belə deyək, bir zəmin yaradır. Duyğusal-ruhsal əhatədə ovqatdəyişmə məğzlərinə xüsusi önəm verən istedadlı şair Xatirə Fərəcli də bu ədəbi missiyanın önündə gedənlərdəndir. Səmimi deyək ki, Xatirə Fərəclinin şeirlərində …

Azərbaycan ədəbiyyatı

Tural SAHAB.”Sevginin şeirini yazacam mən” (Yeni şeir)

Post Views: 34 Sevginin şeirini yazacam mən inanmadığınız istəmədiyiniz gizli- gizli yandığınız sevginin bir dəstə sevgi ilə bir mələk göndərəcək, Tanrı öpmək üçün göz yaşımdan silmək üçün kini, nifrəti yaddaşımdan bürünəcəm sevgiyə sevgi qoxulu sevgi rəngli Seirin sevgisini yazacam mən gözəl sözlərlə toxunacam sevginin qəlbinə insan ürəyindəki nifrətin bəndinə Göy qurşağı kimi rəngli yağacaq yağmurlar …

Publisistika

Tural SAHAB.”Göy qurşağı” (Köşə yazısı)

Post Views: 40 – Baba, ay baba niyə Göy qurşağı bu qədər rəngarəng və bu qədər uzaqdı bizdən? – Bilmirsənmi, ay bala?!- sən ki, bu qədər məktəb oxudun, diplomların var – Yox, yox ay baba kitablar doğrunu demir, məncə. Kitablar aldadır bizi, məsələn Tahir və Zöhrə yaşayıb deyir kitablar, ancaq həyatda nə Tahirlər yaşayır, nə …

Azərbaycan ədəbiyyatı

Doğum gününüz mübarək!

Post Views: 30 Rəşad Məcid 1964-cü il avqust ayının 21-də Ağcabədi rayonunda anadan olub. 1979-cu ilədək Ağdam şəhərində yaşayıb, həmin vaxtdan Bakıya köçüb. 1988-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1985-ci ildən “Elm və həyat” jurnalında korrektor kimi əmək fəaliyyətinə başlayıb, sonra 1990-cı ilədək həmin jurnalın müxbiri işləyib. 1990-1991-ci illərdə Azərbaycan Bədii Tərcümə və …

Publisistika

Oktay HACIMUSALI.”Anadoluda Xarıbülbül sevdalı bir şair” (Məqalə)

Post Views: 41 (Türkiyəli şair Osman Başın “Xarıbülbül” kitabını vərəqləyə – vərəqləyə süzülüb gələn düşüncələr) Türk Türk olalı, dərdinə sarıldı. Amma ağlamadı, gözlərində düşməninə nifrət, dostuna sədaqət yaşadı. Onun ümidləri gözlərindən oxundu. Sevdasına sarıldı həm də. Çünki, sevdasından böyük, sevdasından ulu, sevdasından qutsal heç nə yox idi və ola da bilməzdi. Bir eşq nağılına qulaq …

Azərbaycan ədəbiyyatı

Hikmət MƏLİKZADƏ.Yeni şeirlər

Post Views: 24 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü. *** Xəstə baxışların qaba sızıltılara sürtür özünü, ürəyinin ritmi pozulur tez-tez kökdən düşən piano kimi. Gözlərin hələ də can verir yad baxış altda. Nə vaxtsa səni istəyənlərin sayı indi sənə köhnə palaz kimi baxanların sayı qədər olub yəqin ki… Sən …

Azərbaycan ədəbiyyatı

Debüt: Bahadur QOBUSTAN (Qobustan rayonu).Şeirlər

Post Views: 65 Bahadur QOBUSTAN (Seyidov Bahadur Eyub oğlu) 1984-cü il 1 avqust tarixində Qobustan rayonunun Bəklə kəndində anadan olub. Orta məktəbi Doğulduğu kənddə başa vurub. 2002 ci ildə Gəncə Dövlət Ünveristetinə qəbul olub və 2006 cı ildə bu həmin Univeristetdən məzun olub. Unvristet illərində (2002-2006) Töhfə qəzetində müxbir kimi çalışıb. 2006-2007 ci illrdə hərbi …

Azərbaycan ədəbiyyatı

Sentyabr ayında “Elimiz.Günümüz” qəzeti fəaliyyətini bərpa edəcək

Post Views: 33 Çağdaş Azərbaycan ədəbi mühitində fəaliyyət göstərən mədəniyyət və ədəbiyyat yönümlü mətbu orqanlar içərisində daha çox yazarların ədəbi-bədii nümunələrini, poeziya örnəklərini, məqalələrini, publisistik qeydlərini, poemalarını səhifələrində dərc etməklə ictimaiyyətin nəzərinə çatdıran “Elimiz.Günümüz” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Milli Elmlər Akademiyasının aparıcı elmi işçisi, filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Qiymət Məhərrəmli jurnalistlərə …

Azərbaycan ədəbiyyatı

Saqif QARATORPAQ.”Çarəsizlik” (Hekayə)

Post Views: 31 Bu bizim hekayəmizdi-sənin və mənim.Düzünü desəm sənin, ömrümün köhnə divarına yazdığın bir eşq hekayəsi.Ona əndrabadi adlar da qoya bilərik.Əgər istə- sən…Məsələn, “Vurulmuşlar”, “Dəli kimi sevənlər” və sairə və ilaxır.Ancaq mə- nim təmtəraqlı adlardan xoşum gəlmir.Ona görə də”Çarəsizlik”qoydum.Bilmirəm, xoşuna gələcəkmi?Bircə onu bilirəm ki,bəyənsən də,bəyənməsən də bacardığım budur.Neyləmək olar.Varını verən utanmaz.Nə isə…Deyəsən mətləbdən uzaq …

Azərbaycan ədəbiyyatı

Rüfət AXUNDLU.Yeni şeirlər

Post Views: 47 * * * Sevda bizim üçün oyuncağıymış, Sən demə, oynayıb baş qatırıqmış. Oynada-oynada bu oyuncağı, Məcnunun ruhuna daş atırıqmış. Yalanla dolu bir məhəbbət üçün, Min hiylə, min dona girə bilmişik, Hələ söylənməyən həqiqət üçün, Nələri biz qurban verə bilmişik. Nələri itirib, nəyi tapmışıq? Bunu nə sən bilir, nə mən bilirəm. Yalan süstlüyündən …

Publisistika

GƏNC YAZAR GƏNC YAZAR HAQQINDA

Post Views: 35 Şəfa VƏLİ (Ruslan Dostəli yaradıcılığı) Ruslan haqqında ikinci yazıdır bu… Birincini onun haqqında elə yazmışdım ki, elə bil məktəbdə inşa yazmışdım… Orda o qədər elmi cümlələr vardı ki… Hər dəfə onu Ruslana oxumaq istədim, hər dəfə də Ruslan nəyləsə xətrimə dəydi… Oxumadım… Yaxşı ki, oxumamışam, qardaşım… İnciməzdin məndən… Axı istəyirəm inciyəsən… İstəyirəm …

Azərbaycan ədəbiyyatı

Şəfa VƏLİYEVA.Yeni şeir

Post Views: 44 -nəyi vəsf etsin bu şair? Ayrılıq doymaz ki sözdən… Nə var ikimizə dair? Xatirələr küsüb bizdən… -yazılan bütün misralar Yarım ümid-yarım şübhə… Yandırılan bəyaz şamlar Öləziyər üzü sübhə… -evimizin pəncərəsi Yaddan çıxıb açıq qalıb… Ürəyimin pəncərəsin Hələ açan tapılmayıb…

Azərbaycan ədəbiyyatı

Deyişmə: Aybəniz QAFANLI və İlkin ABBAS

Post Views: 48 AYBƏNİZ Nigaranam elə səndən, Danış görüm, həncərisən? Baxıb durma mənə gendən, Danış görüm, həncərisən? İLKİN Mən baxmıram sənə gendən, Bir saf eşq gözlərəm səndən, Gəl nigaran qalma məndən Yaxşıyam, sən həncərisən? AYBƏNİZ Əllərini üzmə məndən, Belə kənar gəzmə məndən, Sən Allah gəl bezmə məndən, Danış görüm, həncərisən? İLKİN Əllərini üzən kimdir? Səndən …

Azərbaycan ədəbiyyatı

Gülnarə SADİQ.”Vətənəm” (Yeni şeir)

Post Views: 38 Mən Anayam! Mən Vətənəm! Gör nə qədər oğul dağı Verib mənə əzəl düşmən. Dərbəndimə yas tutmamış Borçalımı apardılar. Zəngəzura yas tutmamış, Bu həsrətə alışamamış Təbrizimi qopardılar. Bir yara var ürəyimdə, Şuşa adlı nazlı gəlin. Bir acı var ürəyimdə , Laçın adlı adlı dağlar qızı. Bu dərdim bu kədərim, Babəkimin,Koroğlumun Qeyrətinə yaman dəyib, …