Post Views: 73 HEYRƏT…Heyrət,ey büt,surətingördüklə lal eylər məni…Məhəmməd FÜZULİ Heyrət,az qalmışdı gedəm özümnən,zalım biçinçilər biçdi çəməni,gözəllər yayınmaz mənim gözümnən,çiçək,hardaydın ki,,görmədim səni? Göz qəfil tutanda-qəlb bihal olar,can yanar ləçəklər xəzəl olanda,heyrət ondadır ki,dilin lal olar,gördüyün mələkdən gözəl olanda, Ağlıma qəribə fikirlər gəlir;olmur şair qəlbi bilən həddini,mələklər insanın cildini geymir,insan gözəl olur mələklər kimi! Pislər insanlığa nöqsan …
2021
Xalq şairi Vahid ƏZİZ.Yeni şeirlər (XXXXI hissə)
Post Views: 33 YETİM QİSASI… Heyrətli qüdrət var Ana səsində,laylalı dilindən qəhər duyulmaz,qeyrətli qadının himayəsindəatasız böyüyən-“yetim” sayılmaz! Yetimlər Yurd üçün canından yanar,coşar damarında lyaqət,qürur,qan içən düşməndən qusas alanlar–yetim qoyduqları uşaqlar olur, Yetimlər zirehlər üstünə gedən,tankları əridər alovu,odu,bu,şair hökmümə şahidlik edənİkinci Qarabağ Savaşı oldu! O qədər görmüşəm-dar məqamında,elini,Yurdunu tərk edib gedən,Vətən yanılmasın vətəndaşında;yetimə hər şeydən əzizdir …
Xalq şairi Vahid ƏZİZ.Yeni şeirlər (XXXX hissə)
Post Views: 1. 204 DƏYMƏDÜŞƏR… Elə istəyirəm qayıdam hərdən,gah qəhər.gah qürur didir bağrımı,sənsiz dolu vurmuş çinar kimiyəm,hirsim qopub-düşən yarpaqlarımdı. Söz var:”Ağlayanda ürək boşalar”,səninçün hönkürmək,ağlamaq asan,sənin heç olmasa-təskinliyin var,yaxşı ki,sən mənə oxşamamısan. Tərsliyim başıma bir bəla olub,təpədən-dırnağa günaham,şərəm,eh… bu qürur da bir bəhanə olub,mən ki,körpəlikdən dəymədüşərəm… “SƏNİNLƏ” kitabından HƏKİMƏ MƏKTUB Həzin bir nəğmədir ürəyimdəki,elə hey çağlayar,elə hey …
Madiyar OSPANOV.”MÜSTƏQİLLİK”
Post Views: 43 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qazaxıstan Respublikası üzrə təmsilçisi Müstəqillik!Dünənki ataların xəyalı,Çoxdan gözlənilən günəşli səhər.Bugünkü və sabahkı nəsillərə hörmət et,Sizə lazım olan yalnız sirri anlamaqdır. Müstəqillik!Hər kəsin bilməsi əyləncəli deyil,Günlərimizi qiymətləndirin.Həyata yolsuz baxmayaq,Düşmən qarşınıza çıxmaq istəyirsə – bir nəfəsdə. Müstəqillik!Minnətdar ol,Əsas vəzifə kədər gətirməməkdir.“Otan” tək yaşayır,Xoşbəxtlik verin, evinizə baxın. Müstəqillik!O, sizin Ocağınız, …
Madiyar OSPANOV.”Tək yol”
Post Views: 40 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qazaxıstan Respublikası üzrə təmsilçisi Yeganə yol –Xəyalım gerçəkləşəcək,Həyatın mənası barədə bir anlayış var.Mən diqqətlə gəlirəm,Mənim seçimim! İşıqda vəftiz edin. Yeganə yol –İlləri əsrlərə bağlamaq,Yalanları və həqiqətləri təhlil edir.Hələ dözməyə gücüm var,Xüsusi bir ürəkdən gələn bir mahnı əbədidir. Yeganə yol –Taleyi odla yandırdı,Dərdim yağışla təmizlənir.Ağır və yüngül mübarizə,Səbirlə …
“Yalnız irəli! – Gülnar Səma şəhid kapitan Ceyhun Həsənovu anır
Post Views: 36 ŞƏHİD KAPİTAN, VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANI CEYHUN HƏSƏNOV MİSİLSİZ RƏŞADƏTİ İLƏ NƏSİLLƏRƏ NÜMUNƏ OLDU Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, Vətən müharibəsinin şəhidi Ceyhun Aydın oğlu Həsənov 1985-ci il oktyabrın 29-da Tovuz rayonunun Çeşməli kəndində dünyaya göz açmışdı. Bakıda böyümüş, Naxçıvanda və Beyləqanda işləmişdi. Vətən müharibəsinin ilk günündə – 27 sentyabr 2020-ci ildə Füzuli rayonu …
Vətən Müharibəsində iştirak edən 4 qardaş haqqında film çəkilib
Post Views: 42 44 günlük Vətən müharibəsinin iştirakçısı olan dörd qardaş – Səməd, Elnur, Kamran və Afiq Hüseynovlar haqqında sənədli film çəkilib. “Dörd qardaşın dastanı…” adlanan ekran əsərində onların qəhrəmanlığı, keçdikləri döyüş yolundan danışılır. “Azərbaycantelefilm”in istehsalı olan filmin çəkilişləri əsasən Tovuz rayonunun ərazisində, xüsusilə Dondarquşçu kəndində aparılıb. Tovuz rayon İcra Hakimiyyəti və Qarabağ müharibəsi veteranı, …
MİLLİ TELEVİZİYAMIZIN BU GÜNÜ
Post Views: 61 İstər Ümummilli lider Heydər Əliyevin zamanında, istərsə də Prezident İlham Əliyevin rəhbərliyi dövründə kütləvi informasiya vasitələrinə diqqət və qayğının nəticəsi göz önündədir. Orijinal ekran, efir ənənələri olan Azərbaycan Televiziyası da həmin sıradan kənarda qalmayıb.Milli televiziya və radiomuz son dövrlərdə nəzərə çarpan yeni keyfiyyətlər qazanıb.İnkişaf göz önündədir. Televizyamız ilklərə imza atır. Qeyd edək …
“Hece Taşları” aylık şiir dergisinin 74. sayısı yayında
Post Views: 37 http://hecetaslari.com/…/hecetaslari74sayiOn5nisan2021.pdf
“Açık Kara” dergisinin 38. sayısı yayında
Post Views: 36 fhttp://www.acikkara.com/Fil…/ep985265/File/acikkara_38.pdf
Gülten ERTÜRK.”ASKERİM!”
Post Views: 43 Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temsilcisi
Gülten ERTÜRK.”BİZ KADINLAR”
Post Views: 46 Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temsilcisi
TAZİYE
Post Views: 41 Tokat Şairler ve Yazarlar Derneği 2.Başkanı,İLESAM Tokat İl Denetleme Kurulu Üyesi,Gazi Osman Paşa Lisesi Türk Dili ve Edebiyatı Öğretmeni,kadim dostumuz Mahmut Hasgül’ün babası değerli ağabeyimiz Hamdi Hasgül Hakk’ın rahmetine kavuşmuştur.Cenazesi bugün saat 15.00’de Sulusaray ilçesinden kaldırılacaktır.Allah rahmet eylesin,mekânı cennet olsun.HASGÜL Ailesine ve sevenlerine Cenab-ı Allah’tan sabr-ı cemil niyaz ediyoruz.Tokat Şairler ve Yazarlar …
Hasan AKAR. “NİKSAR’DA BİR ÇINARDI AHMET GÜREVİN NAMI DİĞER KARA AHMET”
Post Views: 67 Köylerin, kasabaların, şehirlerin bağrından çıkarıp, kendi kültürüne münhasır yetiştirdiği farklı şahsiyetler vardır. Bunlar toplumda ve yaşanılan zamanda insanlar arasında hayata hoşgörü penceresinden bakarak sevgiyi, saygıyı, diyaloğu kuran denge unsuru da diyebileceğimiz ayrı güzellikte birer moral değerleridir.İşte üç yıl önce bu ayda (7 Mart 2018) zamansız kaybettiğimiz Ahmet Gürevin Ağabey de Niksar’da tanıdığım …
A.Turan ERDOĞAN.”KOÇAK MÜFTÜ’NÜN ARDINDAN”
Post Views: 41 Şehirler de insanlar gibi ete kemiğe bürünmüş, ruhları ve hikâyeleri olan mekânlardır. Her bir köşesi size tarihin arka bahçesinden ilmek ilmek süzülmüş hatıralar naklederler. Âlimleri, fazılları, âşıkları, ozanları, sanatçıları, yazarları ve çizerleri vardır. Tapu kayıtları gibi geçmiş zamanın arşivlerini tutarak tarihin arka sayfalarını bazen siyah beyaz, bazen renklice günümüze taşırlar.Bu noktada “Şerefü`l-Mekân …
ABDULLAH SATOĞLU.”KARABAĞ UNUTULMASIN!”
Post Views: 41 Bu ne vahşet! Karabağ inliyor işkencedenNeden bu kadar zalim olur, Ermeni, neden?Vuruyor hasta, kadın, yaşlı, çocuk demeden.Yeter! Mâsum yavrular hunharca vurulmasınKarabağ unutulmasın! Öyle sus–pus oturup, hep “neme lâzım!” dersekBir bir gider ülkeler elden, Hocalı – Hersek…Koymazlar yer yüzünde bizi böyle gidersek.Ermeni, Âzerî’den hiç üstün tutulmasınKarabağ unutulmasın! Sahip çık soydaşına, yükselsin sesin durma,Lâçin …
Azərbaycanlı şairə AY BƏNİZ ƏLİYARLI.Yeni şeirlər (IV hissə)
Post Views: 30 Nə var ölçülüb, biçilib,Ha çevir, sözündən keçir.Dünya kiçilib, kiçilib,İynənin gözündən keçir. Keçir bir az dostdan, yaddan,Keçir hər imzadan, addan,Taxıb yalançı qanaddan,Göylərin üzündən keçir. Yerdə nə var qalan sənin,Gəz, tin sənin, dalan sənin.Dolanıb, hər yalan səninSonuncu düzündən keçir. Bilinmir, hansı dindədir,Baxırsan ki, nə gündədir.Səndən bir addım öndədir,Səninçün izindən keçir. Keçib, bax, hər addan …
Azərbaycanlı şairə AY BƏNİZ ƏLİYARLI.Yeni şeirlər (III hissə)
Post Views: 29 Bəzən… Bir də… Yaxşı ki… Yaxşı ki, ümidlə açılır səhər,Günəş də qüruba ümidlə enir.Yaxşı ki, gecədən udduğum zəhər,Səhər açılmamış şərbətə dönür. Yaxşı ki, beşiyim ürəkdi yenə,Şeirlə kiriyir ağlayan zaman.Yaxşı ki, güc verir ağrılar mənə,Pislərin əlindən aman, dad-aman. Yaxşı ki, ərk ilə çəkilir adım,Yaxşı ki, saf oldu girdiyim qucaq.Yaxşı ki, hay-küyə düşən olmadım,Yaxşı …
Xatirə FƏRƏCLİ.Yeni şeirlər (IV hissə)
Post Views: 42 Güvən divanında yarğılanan adam.Sən mənim sevdiyim deyildin-güvəndiyim idin.Məlhəm sanmışdım sənikönlümün boşluğuna:çıxıb gedər ayağının yeri qalar deyə,oradaqorunub saxlanan uşağı qocaldar deyə,heç kəsi yaxın buraxmadığımo qutsallığa.…Mən sevgi dolu,sevgi həsrətli,nə o dolu sevgimi haqq edən,nə dəhəsrətimi dindirəcək biri oldu.Mən dünyanı sevən,sevgisi ilə dünyanı ram edəcəyini sanan,çox zaman boşluğa düşsə də,acılarını bağrına basıbyaxşıya yozan biriyəm.Boz çalarda …
Xatirə FƏRƏCLİ.Yeni şeirlər (III hissə)
Post Views: 36 Yardımlı Anam çalan layladır,nənəm dediyi ağı,ömrümdə qırmızı xətt,dilimdə şirin nağıl. İnci-inci, damla-damlahopub, qalıb yadımda,ruhumda bir Yardımlı var,duyulur hər addımda. Xatirəsixatirimdə çox diridir, çox əziz,alıb məni o illərə aparır hər cığır, iz.Ayağımın yeri dururçınqılında, daşında,o dumanlıq nəfəsimdirdağlarının başında,harda olursam olum,yuxumdan heç yığışmaz,mənimçün bir dünyadır,dünyalara sığışmaz. Qaytar bu ümidi Sən necə anlaya bilərsən məni,Mən …
Xəyalə SEVİL.Yeni şeirlər (II hissə)
Post Views: 42 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü Üzü sənə dayanmışam, İlahi…Üzü sənə dayanmışam, İlahi,Əllərini ver tutum…Bu təklik də ürəyimdəAdam kimi yer tutur.Mən hər gecə yastığımaDağıtdığımFikrim, qayğım nə varsaGözlərimə toplayıram.Baxışlarım çaparsa,Tanrı duyar,Tanrı alar məktubumu…Yanağıma dalğa dəyir,İçim dəniz.Yıxılmışam, İlahi,Elə bilməMən dincimi alıram…Ən uzaq, ən gözəl xatirələrdənSevincimi …
Xəyalə SEVİL.Yeni şeirlər (I hissə)
Post Views: 34 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü Səni harda başladım?Harda bitirdim səni?Çıxdım ürəyimin qapısınacan,Ötürdüm səni.Yolun yaxın olmasın.Nə doğmamsan, nə yadım,Əllərini üz, dedin,Ümidini kəs, dedin,Kəsdim,Yeddi qapıya payladım.Azın, çoxun qalmasın.Ruh deyilsən, can deyilsən,Həvəssən, bədəndən çıxdın.Elə də sevmədim səni.Ürəyimin zirvəsinəHərdən çıxdın…Eh! Mənim də gizli-gizliDarıxmağım olmasın. İçimin qoca …
Adilə NƏZƏR.”BİOLOJİ MÜHARİBƏ – PANDEMİYA VƏ YA MALTUSUN DİRİLİŞİ”
Post Views: 37 Hazırda bir il üç aydır içində olduğumuz pandemiya bəlası dünyadakı insan artımına qarşı, daha doğrusu, insan sayını azaltmaq üçün süni şəkildə yaradılan bioloji silah olaraq izah edilir. Deyilənlərə görə, ətraf mühitin çirklənməsi, su ehtiyatları, həyati əhəmiyyətli digər resursların tükənməsi və sair bu kimi səbəblər guya pandemiyanı problemin çarəsi kimi ortaya çıxarıb. Bəs …
Adilə NƏZƏR.Yeni şeirlər
Post Views: 27 Filologiya üzrə fəlsəfə doktoru,Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Kitab Evi” İctimai Birliyinin sədri DAĞLAR Ərit başındakı sazağı, qarı,Bitir dilimdəki amanı, dağlar.Durult bu bulanıq, lilli suları,Seçim yaxşı ilə yamanı, dağlar. Bu necə küləkdi, tufan qopardı,Kəsilmir, hələ də gəlir hey ardı.Tumurcuq gülləri yolub apardı,Saxladı sovulmuş samanı, dağlar. Hanı yamacların gülən gözləri,Hanı çiçəklərin həmən nazları,Ah çəkər, …
Təranə Turan RƏHİMLi.Yeni şeirlər (II hissə)
Post Views: 49 Azərbaycan və Yazıçılar Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Dünya Gənc Türk Yazar Birliyi (DGTYB) Məsləhət Şurasının üzvü, filologiya üzrə fəlsəfə doktoru, dosent, şair, tənqidçi, ədəbiyyatşünas ON SƏKKİZ YAŞIMDA ÖLDÜM On səkkiz yaşımda öldüm,Allah, xəbərin olmadı.O gənc qızı ağlamağaBircə doğması qalmadı. Balıqdım, boğuldum suda,Atdılar suya, yaşayım.Bu üzdəndiri ölünüİndi nə deyib oxşayım?! Əlimdən aldılar ömrü,Qaldım …
Təranə Turan RƏHİMLi.Yeni şeirlər (I hissə)
Post Views: 41 Azərbaycan və Yazıçılar Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Dünya Gənc Türk Yazar Birliyi (DGTYB) Məsləhət Şurasının üzvü, filologiya üzrə fəlsəfə doktoru, dosent, şair, tənqidçi, ədəbiyyatşünas BİR GÜNLÜK TANRI QOYNUNDAOLASAN ANA UŞAĞI Arı olub bu dünyanınÇiçəyindən qopmayasan.Xoşbəxtlikdən dil-dodağınƏsə, söz də tapmayasan. Həyəcandan külə dönübİçində nəfəs quruya.Yeri-göyü unudasan,Səni göydəki qoruya. Səpiləsən ulduz-ulduz,Yığılıb günəş olasan.Yadından silib …
Şairə-publisist Xalidə NURAY.”Son vida”
Post Views: 35 Elə bil ömrümün sonudu vallah,Son vida söyləyir pıçıltılarımÜmidim çırpınır bir anım üçün.Qəlbimi göynədir sızıltılarım. Ömür yarpaqlarım xəzana dönüb,Səpildi yoluma səssiz-səmirsiz.Aylarım illərə əlvida dedi,Hər anım ömrümə məndən xəbərsiz. Azıram didərgin xəyallarımda,Hıçqırıq səsləri içimi yeyir.Boğulur ümidlər göz yaşlarımda,Əyilməz qəddimi özündə əyir. Daha ay işığı düşmür otağa,Mənə həyan olan bircə şam yanır.Əriyən damcılar qəflətə yetir,Bu …
Şairə-publisist Xalidə NURAY.”Azərbaycan əsgəri”
Post Views: 24 Yoğrulub öz qanıyla,Ağrısına tən oldu.Can verib torpağınaMüqəddəs Vətən oldu!Qeyrətimin sipəri,Azərbaycan əsgəri! Gül bitirdi şəfəqdən ,Ləkəli dan üzünə.Əsdirdi zəfər mehi,Zülmətli gündüzünə.Elimin cəngavəri,Azərbaycan əsgəri! Dədə-baba yurdunu,Soy-kökünü qorudu.Bir ölüb,min dirildi ,Yağıya gözdağ oldu.Qürur yeri səngəri,Azərbaycan əsgəri! Allahu-Əkbəriylə,Haqq səsinə güvəndi.Ulu Türk nərəsiylə,Hər an düşməni yendi.Güvən oldu hünəri,Azərbaycan əsgəri! Döyüşdə cəsarəti,Bəllidi yad ellərə.Şuşada savaşıyla,Düşdü dildən-dillərə.Oğuz,Türk nəvələri,Azərbaycan əsgəri! …
Şairə-publisist Xalidə NURAY.”Zəfər yazdın, Şəhidim!”
Post Views: 27 Hünərindən nur verdin müqəddəs ocağına,Vətəndə vətən oldun qovuşub torpağına,Əbədilik yar oldun azadlıq çırağına,Ləkələnmiş tarixə məzar qazdın, Şəhidim! Qol açmışdı qəm-kədər vətən adlı yurduna,Dar günündə can deyib yetişdin muradına,Baş əydin varlığınla qələbənin adına,Aslan təki düşmənin başın əzdin, Şəhidim! Qanınla məlhəm oldun Şuşaya, Xocalıya,Qartal tək qanad çaldın Cəbrayıl, Qubadlıya,Zəfərinlə çevrildin yenilməz bir qalaya,Qalibiyyət bağının …
Şairə-publisist Xalidə NURAY.”Qırovgözlü”
Post Views: 29 Gul-çiçəkdən çələng hörübBahar gəlir elimizə.Xoş ətirli avazıyla,Nəģmə düşûr dilimizə. Hər ləçəyin qırovgözü,Ģöz eyləyir al Günəşə.Dovşan sevincək oynayır,Qarla gûləşə-güləşə. Boynubükük bənövşəninŞeh süzülür dodaģından.Yazın mehi sıģal çəkir,Hərdən öpür yanaģından. Baģ-baģçaya haray salırQaranquşların xoş səsi.Çəkir güllərin nazınıBülbüllərin şən nəģməsi. Təbiət donun dəyişir,Bürünür yaşıl qumaşa.Günəş dumanı ovlayır,Qayaları aşa-aşa. Qıvrım telli bulaqlarınZümzüməsi kõnül açır.Gül nəfəsli meşələrin,Naz- qəmzəsi …
Şairə-publisist Xalidə NURAY.”Azərbaycan bayrağı!”
Post Views: 66 Dünya lərzəyə gəlsin üç birliyin rəngindən,Alınmış torpaqları qurtaraq yad cəngindən,Zəfər marşı çalınsın istiqlal ahəngində,Al qoynuna birləşdir parçalanmış torpağı,Azərbaycan bayrağı! Müstəqillik uğrunda qurban gedib canımız,Al rəngin təməlində qaynayır Türk qanımız,İlahidən İslama səcdədi hər anımız,Tarixə şahid kimi düşmənə ol göz dağı,Azərbaycan bayrağı! Vətən qibləgahısan ,əbədi şan yerimiz,Sabaha doğan günəş,sabaha dan yerimiz,Azadlığa səslənən tökülən qan …
Xalq şairi Vahid ƏZİZ.Yeni şeirlər (XXXIX hissə)
Post Views: 36 SUALLAR… (Dinimiz bir olan bəzi İslam ölkələrin rəhbərləri Azərbaycanın namını çəkmək əvəzinə torpaqlarımızı zəbt edib məscidlərimizi dağıdıb haramladan ermənistanı müdafiyə edirlər) Cahan ibarət imiş qorxaqlardan,ərənnən,görməmişdən,görənnən,bu gidi dünya görəno vaxt,indimi yaxşı?Çoban qardaş,sən bilənhansı daha yaxşıdı-səni tanıyıb hürənyoxsa,yad iti yаxşı? Ağlayan ya gülən çox?doğulan ya ölən çox?Dərgahdan da gələn yox-adam soruşub bilə:“Dolanmağa oralar,yoxsa bu …
Xalq şairi Vahid ƏZİZ.Yeni şeirlər (XXXVIII hissə)
Post Views: 265 TƏKƏBBÜR… Qırovdan başlayıb şaxtaya endiget-gedə araya çökən soyuqluq,bir eşqin oduna yadlar isindi,sən mənə,mən sənə biganə olduq. Duymadın,neçə yol ayaq saxladım,nə bilim,bəlkə də saya salmadın?bir belə,beş belə…küsüb-ağladım,bir belə,beş belə…salam almadın. Təkəbbür məhv etdi hər ikimizi,bir yetim ahından lənətə gəldik,hörmətdən salaraq bir-birimizi,sən məndən,mən səndən hörmət istədik! Arada davalı məhəbbətimiz-bənizi bozarıb,ətri solurdu,uzanıb getdikcə söz-söhbətimizdil-vicdan önündə …
Xalq şairi Vahid ƏZİZ.Yeni şeirlər (XXXVII hissə)
Post Views: 45 “ÇƏTİN ADAM”… Zəkalı nələrsə şeirimdən duyub,soruşub-“Nəçiyəm,kimə simsaram?”,imanlı-haqqımı ortaya qoyub,söyləyib-“”Bununçün “Çətin adamam””. Alqışlar dilinə düz danışanın,nə satqın,nə də ki,qumarda varam,içində çırpınıb yaşantıların,fırlar bağlamışam-“Çətin adamam”. Uşaqnan uşağam,böyüknən-böyük,gözümün düşməni–binəva, nadan!oğruynan,quldurnan olsaydım şərik,“Yuxarı” çatmazdı–“Çətin adamam!”. O qədər simasız insan görmüşəm;zəhərli-ilantək,sümsük-it kimi!Tanrı varlığını dərk eləməyən,nə cür başa düşüb- “Çətinliyimi”?! Əsil şairlər də Peyğəmbər kimi,millətin dərdinə ürək yandırar,Peyğəmbər–insana …
Xalq şairi Vahid ƏZİZ.Yeni şeirlər (XXXVI hissə)
Post Views: 370 DİVANƏ KÖNLÜMÜ TƏRLAN ELƏDİM… Qırıldı könlümün tərlan qanadı,çalıb,dimdiyinə sar aldı,getdi,ağaran başımnan ağlımı aldı,elə bil bir çimdik qar aldı,getdi, Gəzdim düz-dünyanı; hər yanı boşdu,dedim-“Bəlkə sınıb,bəlkə naxoşdu?”,həlbət–ya qisməti kiməsə qoşdu,ya özü birinə qoşuldu,getdi? Hicran-zülmlər şahı,dərdlər ağırı,bu odda kimlərin yanmadı bağrı?!ümid göylərəydi; zülmətə doğrubəxtin ulduzu da qaraldı,getdi, Sevgisiz yaşanan vaxt gedər hədər,səksəkə yaradar hər gələn …
Xalq şairi Vahid ƏZİZ.Yeni şeirlər (XXXV hissə)
Post Views: 56 BİR–BİR ETİBARLI DOSTLARIM GEDİR… (Bədnam Covid-19 xeyli dəyərli dostlarımın həyatına son qoydu.Amandı,qoruyun özünüzü!) Qopub dənə-dənə dönürük dənə,dünya həzin-həzin bizi üyüdür,təkliklə tənhalıq güc gəlir mənə,ayrılıq yoxuşu yaman təntidir,bir-bir etibarlı dostlarım gedir. Qəmdən qaçan kimi dərd quyruq olur,bəzən yad hörməti sərt buyruq olur,torpağa qoyulan üz soyuq olur,yıpranıb üz gedir,astarım gedir,bir-bir etibarlı dostlarım gedir. Dostlar …
Cavid Bədəlov.”POEZİYA ƏTİRLİ QADIN”
Post Views: 63 (Ustadıma əbədi olaraq Necibe Ilkin ) Sanki qanadlanır güləndə üzün,Elimin,obamın fəxri adısan.Bir yükdən ağırdır sənin hər sözün,Sən şeir dünyamın şirin dadısan. Gözlərin bənzəyir ümidli yola,İsmətlə bəzənmiş qara tellərin.İçində möhkəmdir sevgidən qala,Dərirsən ömrünə sevgi güllərin. Səndə bir dil açır həsrətsiz baxış,Xəyalın oxşayır gerçək nağıla.Sənə yetişdirən anaya alqış,Çox diqqət edirsən bizdə ağıla. Qayğını çəkərəm …
Deyişmə: Nəcibə İLKİN və Aqil KƏNGƏRLİ
Post Views: 33 NƏCİBƏ İLKİN: Tale çaşdıranda adamı qardaş,Hər yetən adama yol göstərərmiş.Vaxtında dost olub arxa bildiyin,Dar günündə sənə qol göstərərmiş. AQİL KƏNGƏRLİ: Düz dedin, ay bacım, haqqlısan yenə,Yolunu azan da yol göstərərmiş.Çoxları dost kimi görünər sənə,Amma artist kimi rol göstərərmiş. NƏCİBƏ İLKİN: Yadına düşəndə sevdalı çağlar,Həsrət için-için səni qucaqlar,Gəzdiyin bağçalar, gördüyün bağlar,Gülünü gizlədib, kol …
Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”“MEDAL” ATANI ÖPƏRSƏN “
Post Views: 30 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru “MEDAL” ATANI ÖPƏRSƏN (Şəhid oğlunun yaxasından atasına verilən medalı asdılar. O isə ağlayırdı) Ağlama şəhid balası,Ağlama gözümün nuru.Təzə adın mübarəkdi,Bu adı şərəflə qoru. Atan sənə …
Azərbaycanlı şair Əziz MUSA.”Yoxdu”
Post Views: 35 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ Bürosunun Rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Səninn gözlərindən gözəli yoxdu,Ona aşiq olub bu dünya, aləm,Sənin sözlərindən gözəli yoxdur,O səsdən, avazdan doya bilmirəm. Qönçə dodağının bənzəri hanı,Belə gül görmədim, çiçək görmədim,Lalə yanağının bənzəri …
Azərbaycanlı şair Əziz MUSA.”Yandırdın canımı”
Post Views: 40 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ Bürosunun Rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Yandırdın canımı ay canı yanmış,İnsafın, mürvətin yox imiş sənin,Nə olar yaxın gəl, mehriban danış,Naz-qəmzən nə qədər çox imiş sənin. Nə qədər yalvarmaq, yaxarmaq olar,Mən səni ürəyim, …
Xalq şairi Mirvarid DİLBAZİ.”Evimdə”
Post Views: 42 Evimdə nə gülüş var,Nə şadlıq var,Nə də kədər.Həmsöhbətim olub indiGözüyaşlı xatirələr… *Bu şeir Xalq şairi Mirvarid Dilbazinin 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi” haqqında 12 yanvar 2004-cü il tarixli sərəncamına əsasən işıq üzü görmüş “Seçilmiş əsərləri” kitabından seçilərək dərc olunur
Xalq şairi Osman SARIVƏLLİ.”Müdrik qoca deyirdi”
Post Views: 33 Dünyanın bir sirri bəllidir bizəQanunu əbədi, hökmü qətidir.İndi əbədiyyət gəzmək əbəsdirƏbədiyyət özü müvəqqətidir. *Bu şeir Xalq şairi Osman Sarıvəllinin 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi” haqqında 12 yanvar 2004-cü il tarixli sərəncamına əsasən işıq üzü görmüş “Seçilmiş əsərləri” kitabından seçilərək dərc …
Xalq şairi Hüseyn ARİF.”Yaxşı ki, varmış”
Post Views: 51 Bir yaşıl çəməndə açdım səhəri,Çiçəklər qızardı yanaqlarımda.Dinlədim çayları, şəlaləriŞSevinib dincəldi qulaqlarım da. Dərələr, təpələr üzümə güldü,Bilmədim haradan, haraya gəldim.Elə bil çiynimdən yük götürüldü,Elə bil yenidən dünyaya gəldim. Ürkdü dağ keçisi şimşək çaxanda,Torpaq naxış-naxış, göy naxış-naxış.Ürək yorulanda, can darıxandaDədə-baba dağlar yaxşı ki, varmış. *Bu şeir Xalq şairi Hüseyn ArifinH 2004-cü ildə Azərbaycan Respublikasının …
Xalq şairi Səməd VURĞUN.”Xavər üçün”
Post Views: 56 Karanlıklar çökürkən pəncərəmdə hər axşam,Parlar, gülər rühimə gözlərində yanan şam.O şam ki, bir günəşdən daha parlak işıldarOnda şair qəlbinin başqa bir arzusu var… Həyat, ölüm, səadət,Göz yaşları, fəlakət. Bütün bunlar canlanır xəyalımın önündəVə ömrümün bəxtiyar olacağı bir gündə. Mən sənə bağlıyam bax!Səni görməzdən qabaq, Bu dünyada başımdan nələr kеçdi, gözəlim,Gəl unutdur dərdimi, …
Xalq şairi Vaqif SƏMƏDOĞLU.”Yubanıb köhnəlmişəm”
Post Views: 28 Yubanıb köhnəlmişəm,Boz qış səhəri kimi.Ötən yay ölənlərinÖlüm xəbəri kimi. Şerim uşaq üzündəQoca gözünə bənzər,Dünyaya salam sözüm,Sağ ol sözünə bəşər… Ömrün gecə çağınıSəhər bilib gəlmişəm,Yuyulan günah kimiYubanıb köhnəlmişəm.
Xalq şairi Nəbi XƏZRİ.”Dünən deyildimi ilk görüş Cabir?”
Post Views: 56 Dünən deyildimi ilk görüş Cabir? (Yaxın dostum, şair Cabir Novruza) Bizdədir kədəri, dərdi cahanın,Yaşıd olmasaq da bir yaşa dolduq.Eyni dünyasıyla iki ananın,Dünyada nə qədər biz doğma olduq. Sirli bir taleyin izinə düşdük,Orda dağlar qoşa, kəndlər qoşadır,Biz ki, bir qatarda payız görüşdük,Qatar yenə gedir, üzü qışadır. Bəxt çəkdi sınağa mənimlə səni,Nə qədər bəlaya …
Xalq şairi Cabir NOVRUZ.”QOCALIR ANAM..”
Post Views: 91 Gözüm görə-görə qocalır anam,Görən niyə belə qocalır anam?!Qaynar gəncliyindən əsər qalmayıb,Baxırsan, izi də itib- batıbdır. Onda güc qalmayıb, kəsər qalmayıb,Neyləsin, çiynində illər yatıbdır!Əlindən nə gələr övladların da…Gözünün işığı keçir, görürəm. Böyük qocalığın qanadlarındaAnam əllərimdən uçur, görürəm.Uçur, iti uçur…Qocaldıqca o,Uçur…Fikrimi də uçurur hər gün. Gödəlir, qısalır boyu- buxunu,Nazilir, incəlir, kiçilir hər gün.Lap qocalıqdan …
Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Ağladı tellər Saramı”
Post Views: 55 Canım yandı, can ay Habil,Təzələdin bir yaramı.Araz axdı kaman boyu,Apardı sellər Saramı. Əfəndi torpağım, daşım,Ağardı bəlalı başım,Mən ağlayıb qurtarmışdım,Ağladı tellər Saramı. Qarşımda canlı xəyalsan,Qışqırırsan, amma lalsan,Çal, Habil, çal-belə çalsan-Kaman dirildər Saramı.
Xalq şairi Süleyman RÜSTƏM.”Keçdiyim yol”
Post Views: 62 Qaranlıq, işıqlı yollardan keçmişəm,Hər günü eşqimlə vurmuşam başa mən.Bu yolu qəlbimin gözüylə seçmişəm,Min gözəl arzuyla dolmuşam yaşa mən. İnsana həmişə gərəkdir, gərəkdir,Diləklər, diləklər.Mahnıma bəzəkdir, şerimə ürəkdir –Ürəklər, ürəklər. Yadımdan çıxmayıb anamın laylası,Atamın sindanı dindirən çəkici.Döyülən dəmirlər, mahnımın mayası –Şirağız ocağın qızaran kərpici. Çətindi dövranı dəyişmək beş günə,Gül, çiçək görmədi beşiyim, çarpayım.Səadət naminə, …
Xalq şairi Bəxtiyar VAHABZADƏ.”VƏTƏNDƏN-VƏTƏNƏ”
Post Views: 70 Arazınbu tayı Vətənim,o tayı Vətənim.Vətəni görməyə amanım yox mənim. Bu necə vətəndir?Görmədim üzünüÇatsam da bu yaşaÖmründə bir dəfə.Bəs salam verməzmiQardaş da qardaşa? Bu qəmim, bu dərdim dağlardan ağırdıArazın suyuna qarışıb axıram.Füzuli həsrətlə qürbətdən Vətənə baxırdı,Mən isə…Vətəndən-Vətənə baxıram. Oktyabr, 1962
Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”Koronovirus Allahın bizlərə bir bəlası, yaxud sınağı idisə”
Post Views: 33 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru Koronovirus Allahın bizlərə bir bəlası, yaxud sınağı idisə, karantin də bəzilərinin kim olduğunu bizə tanıtdı. Yaxşı insanlar xeyirxahlığı ilə yadda qaldı ac qarınlar doydurdu, pis …
Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”Qaçmaq istəyirəm…”
Post Views: 51 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru Məni gözündən asan tənhalıqdan.Boynumda dəyirman daşı kimi fırlanıbməni boğan haqsızlıqdan…İllərlə yerdə qalıb yanı göyərmiş arzulardanMənə qucaq açan bulud-bulud xəyallardan.Qaçmaq istəyirəm…Ürəyimi uçuran yad baxışlı hislərdənMənə yalan …
Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”Könül nadanlardan gileylənmə sən”
Post Views: 23 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru Könül nadanlardan gileylənmə sən,Gec də olsa haqq öz yerin tapacaq.Həqiqətin zirvəsindən düşmə ki,Haqsızlığı sellər yuyub atacaq. Namərd nə bilir ki, dost nə, qardaş nə?Sözünü çaşanda, …
Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”Gəl”
Post Views: 28 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru GƏL Yamanca qəddardı zaman da, vaxt da,Yazılan tale də, verilən baxt da,Könlümün sevdası qurulan taxtda,Qəm xəbər tutmamış, oyanmamış gəl. Sevgidən qırılan lələyim olma,Bəxtimdən dönərgi taleyim …
Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”Göstərmiş”
Post Views: 28 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru GÖSTƏRƏRMİŞ Tale çaşdıranda adamı qardaş,Hər yetən adama yol göstətərmiş.Vaxtında dost olub arxa bildiyin,Dar günündə sənə qol göstərərmiş. Yadına düşəndə sevdalı çağlar,Həsrət için-için səni qucaqlar,Gəzdiyin bağçalar, …
Azərbaycanlı şair Əziz MUSA.”Əzizim”
Post Views: 41 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ Bürosunun Rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü ƏZİZİM Məndən küsüb inciyənim, getmə, qal,Sevən qəlbi od, alova salma sən.Gəl ruhumu, gəl canımı məndən al,Günahım yox and içərəm, istəsən. Ay gözəlim, ayaq saxla bir anlıq,Gəl …
Azərbaycanlı şair Əziz MUSA.”Sevgilim”
Post Views: 42 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ Bürosunun Rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü SEVGİLİM Gəl oxu yazdığım təzə yazını,Sənə ünvanlanmış dua kimidir.Gəl boya şəfəqə bahar, yazımı,Bu sevgi fələyin bir tilsimidi. Bu sevgi qəlbimə göylərdən gəlib,Canımdan can çıxıb, səni görüncə,Mənim …
Azərbaycanlı şair Əziz MUSA.”Gözlərin”
Post Views: 65 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ Bürosunun Rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü GÖZLƏRİN Gözlərin, sirrni qoy elə desin,Qulaq eşitməsin, dodaq bilməsin,Qəlbimdə titrəsin,ecazkar səsin,Qələm hiss etməsin, varaq bilməsin, Kiprik tərpənməsin, qaş tərpənməsin,Gözündə oynayıb, yaş tərpənməsin,Üzünə süzülən, yaş tərpənməsin,Üzün bozarmasın, …