Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. E-mail: edebiyyat-az.com@mail.ru, Əlaqə telefonu: 051 795 44 33 Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 121 - 180 of 180 NƏTİCƏLƏR
Azərbaycan ədəbiyyatı

Hikmət MƏLİKZADƏ.”Sənə oxşatdılar kölgəmi tez-tez”

Post Views: 32 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü O qədər dedilər böyü, böyüdüm, Böyüdüm, özümlə tən olmadım heç. Sənə oxşatdılar kölgəmi tez-tez, Amma bircə dəfə sən olmadım heç. Yaman arıqlayıb ruhum, əzizim, Sənin tərəzin var, özümü çəkim? Sən bir az qıyqacı baxnan ki, mənə, Özgə qapısından gözümü çəkim. …

Azərbaycan ədəbiyyatı

Mayisə ƏSƏDULLAQIZI.”Sonnan görünmür”

Post Views: 29 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru Kim kədər içində büsat qurarmış?! Sevdiyin xəyalda kim uydurarmış? Kim ayı günlərə de, saydırarmış?! Həsrət alovunda yanan görünmür, Göllər içrə üzən sonan görünmür… Kimdi o cüssəli, əli qabarlı?! Kimdi məhəbbətə ən etibarlı?! Kimdi sevdiyiylə o qalmaqallı?! Niyə bu …

Azərbaycan ədəbiyyatı

Aqil SABİROĞLU.”Mənə də medal verin”

Post Views: 59 Məşəli alıb ələ, Mən də bir az daşıyım. Görən belə işlərdə, Niyə kütəm,naşıyam? Başa çıxan peysərin, Görünmür alın təri. Qaşınmayan yerləri, Bir az sürtüm,qaşıyım. Təpələrə çıxmağa, Böyük bir mahal verin. Qızıl,gümüş yığmağa, Beş-on il macal verin. Qab-qaşıq yalamağa, Yemək verin,yal verin!.. Eheeeeeeeeyyyyyy- Mənə də medal verin!!! Mənə də medal verin, Adam kimi …

Azərbaycan ədəbiyyatı

Qalib ŞƏFAHƏT.”Gedirəm”

Post Views: 62 Açılacaq bu gecə də, üzü səhərə gedirəm. Hər gün yolumu gözləyən qəmə-qəhərə gedirəm. Abır-həyadan yırtılan, çöldə, bayırda sırtılan, hər gün üzümə çırpılan çora, zəhərə gedirəm. Bu dünya birtəhər olub, gecə bitib, səhər olub, daha dayçam kəhər olub, minib kəhərə gedirəm. Köklənmişəm cəngi üstə, gahdan zildə, gahdan pəstə, Xoş arzuda, xoş həvəsdə durub …

Azərbaycan ədəbiyyatı

Qalib ŞAMXALOĞLU.”Səlibçilər müsəlmanı məhv edir”

Post Views: 63 Səlibçilər müsəlmanı məhv edir, Müsəlmanlar, amma cihad edəmmir! Ağzıbağlı, yazıq ellər nədənsə, Dığaların fəndin bərbad edəmmir! Başa çıxan özü üçün çalışır, Qananlar da yanır vallah , alışır! Siyasətin kələfində dolaşır, Qarabağı bir kəs azad edəmmir! İndi zaman əyrilərçün « xadavoy » Kimin üçün yasdı , kimə isə toy! Yeyənlərə deyən yoxdu, bəsdi, …

Azərbaycan ədəbiyyatı

Abdulla MƏMMƏD.”Gözlərim şehlənir yol gözləməkdən”

Post Views: 60 Duman sıpər çəkir sən gedən yola, Ağrısı, acısı sinəmdə qalır. Əksin həsrətimlə gəzir qol-qola, Yaxşı nəyimiz var dünəndə qalır. Sən gedən yollarda səbrim daralır, Gözlərim şehlənir yol gözləməkdən. Əsəbim yolları gözümdən salır, Özümdən bezirəm özüm də bəzən. Özümdən qaçıram özüm olunca, Qapına gəlməyə üzümdə gəlmir. Həsrətin əlində gözüm oyuncaq, Yollardan yığışıb gözüm …

Azərbaycan ədəbiyyatı

Elnurə AĞAZADƏ.”Xeyirxah mələksən şair Gülağa “

Post Views: 80 Hər şerin həzin bir nəğməyə dönüb, Ruha qida verən əzbərə dönüb Adın dillərdə dastana dönüb, Xeyirxah mələksən şair Gülağa Geniş yol saldırıb məktəblər tikdin Məcid mədrəsə,pir evi tikdin Gələcək nəsilə ərməğan etdin, Xalqına gərəksən şair Gülağa Sildin üzlərdən qəmi kədəri, Atdığın hər addım xoş müjdəli Şerə,sənətə verdin hörməti Duyğulu könülsən şair Gülağa …

Azərbaycan ədəbiyyatı

Teymur Həbibini doğum günü münasibətilə təbrik edirik! ( 9 iyul 1986-cı il)

Post Views: 71 “AYDINOGLU CONSULTİNG GROUP” LLC Rəhbəri Sizi, Yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsini, istedadlı qələm sahibini, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktorunu, Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin üzvünü doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar diləyir!Sevib, sevdiyiniz insanlar …

Azərbaycan ədəbiyyatı

Hikmət MƏLİKZADƏ.”Məni səndən gələn soyuqlar udar”

Post Views: 57 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Bilməzdim bu eşqin köç anı başlar…… …Qayalar pirləşir – pir qaya olur. Bəsdir, canım-gözüm, Allahsız olma, İki can birləşsə, bir qaya olur. Atan pul hərisi, anan divanə, Kimin qucağına bassınlar səni? Dön bax, dar ağacın qurulu qalıb, Kəndir tapmayıblar, assınlar …

Azərbaycan ədəbiyyatı

Mayisə ƏSƏDULLAQIZI.”Bundan belə yolum yoxdu bir addım”

Post Views: 58 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru Otağımda bir özüm, tənha adım, Darıxsam da, əl uzatmaz bir adam. Bundan belə yolum yoxdu bir addım, Görüşünə ayaqlarım yerimız, Giley dolu baxışlarım kiriməz. Mənim ruhum qoşğun, qaynar, diridi, O vaxt səni görən kimi kiridi. Dağları da duman …

Azərbaycan ədəbiyyatı

Gündüz SEVİNDİK.”Başdaşı”

Post Views: 64 Tale üzə gülmür ömürün qışında, Həyat balıq kimi əldən sürüşür. İnsan şəkilləri qəbir daşında, Nədənsə həmişə qəribə düşür… Üstə doğum ili, ölüm ili var, Bir bəndlik şeir də gor nəğməsidir. Məni qınamayın, başdaşı sanki, Ölənin “şəxsiyyət vəsiqəsidir”… Min illik sualın cavabı varmı? Ruhum candan çıxdı, ağlım da başdan. Görəsən bir zərrə savabı …

Azərbaycan ədəbiyyatı

Xəyalə SEVİL.”Sarmaşıq külək”

Post Views: 55 Azərbaycan Yazıçılar Birliyinin və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Dolanır boynuma sarmaşıq külək, Yollar qucağıma yüyürüb gəlir. Ahaa! Gözün aydın, qaranlıq küçə, Gəlib, gəlib o qız, amma həsrəti, 10 ildi gözündə qarıyıb gəlib. O oğlan yoxdu yox, Yoxdu, gəlmədi! O oğlan deyirlər dişini sıxıb, Taleyi, qisməti söyür, …

Azərbaycan ədəbiyyatı

Cahan GÜLSÜN.”Qəribə yuxuydu mənim gördüyüm”

Post Views: 57 Qəribə yuxuydu mənim gördüyüm – Tərsinə, düzünə yozumu eyni. Bunun həsrəti bir, ayrılığı bir, Bunun gözləməyi, dözümü eyni. Nə qədər gözləyim, nə qədər səni, Bəlkə, heç gəlmədin bir ömür boyu… Nə qədər gizləyim, nə qədər səni, Nə qədər qoruyum bu soyuqluğu? Nə qədər boylanıb pəncərələrdən, Nə qədər gözümü yollara dikim? Öz yüküm …

Azərbaycan ədəbiyyatı

Əsmər QASIMLI.”Qarabağım”

Post Views: 40 Mizrab toxunanda sədəfli saza Deyərdik hüsnündən şan Qarabağım. İyirmi ildir ki, düşmən əlində, İşğalda verirsən can, Qarabağım. Sınıbdır vüqarı sənsiz bu xalqın, Başımız dumanlı, fikirlər dalğın, Gəlməyir qulağa toy-büsat çalğın, Ağlayır ürəyin qan, Qarabağım. Taleyin hökmüdür bu həsrət, bu dərd Mərdin şəhid oldu, yetmədi namərd Tapmayır qeyrətsiz özündə qeyrət Olmağa qoynunda xan, …

Azərbaycan ədəbiyyatı

“KOŞMA” Antolojisine şeirlərin toplanılmasına başlandı

Post Views: 33 Türkiyədə çap olunacaq “Çağdaş Azerbaycan Aşık şiiri” Projesinde “KOŞMA” Antolojisine şeirlərin toplanılmasına başlandı. Bir ay müddətində müəlliflər müraciət edə bilərlər: 5 qoşma, şəkil və tərcümeyi-hal. Antologiyada gedəcək əsərlər münsiflər heyəti (adlar açıqlanmır) tərəfindən dəyərləndirilib Türkiyə türkcəsinə çevriləcək. Layihə müəlliflərin maliyyəsi ilə həyata keçirilir. Koordinasiya: 050 351 54 70, 050 345 36 52 …

Azərbaycan ədəbiyyatı

Gülnarə İSRAFİLQIZI.”Baxışlar qız cildində ölür”

Post Views: 34 baxışlar qız cildində ölür ana tabutu gedir son mənzilə ata qarğışı rəqs edir innəbuya. qardaş soyuqluğu üşüdür. çar-çarpaz axan çayların şırıltısı inildəyir daşlarda. məsum körpənin üzünə qonur diriliyin faciəsi. həyat tablosu yaradır addımlar. addımlarda əzilir insan yaşantıları. baxışlar dikilir yerə yer qapqara torpağa bələnir. körpə uşaq kimi sarğılanır torpağa. torpaqda baxışlar güzgülənir …

Azərbaycan ədəbiyyatı

Şafa KAMİLLİ.”Yalan…”

Post Views: 51 Sən yalan , Mən yalan, Biz ,yalan, Ömrümə gəln , Qara ilan , Yalan…….. Sənsiz bir hecəm , Sənsiz ölürəm, Səni cox sevirəm, Yalan………….. Eəl saf,elə təmiz , Elə vazkecilmzdik , Yalan……………. Bizi hec bir qüvvə ayira bilməz, Sənsiz ,mənsiz ,yox bu dünya, Bizsiz bu həyat , Bu dünya, Yalan……………. Sənə söyldiklərim, …

Azərbaycan ədəbiyyatı

İlkin ABBAS.”Vağzalı səsi”

Post Views: 37 Bu səslə sevənlər kama çatırlar, Odur aşiqlərin sevgi bəstəsi. Ürəkdən kədəri, dərdi atırlar, Vüsal nəğməsidir vağzalı səsi. Sevənlər qovuşur onla nəhayət, Kiminə vağzalı gəlir çox ağır. Kimini vüsala yetirir, fəqət, Kimini ömürlük yandırıb-yaxır… Yəqin ki anladın sözlərimi sən, Mən həmin ürəyi yanan insanam. Ayrılıb tərk etdin məni qəflətən, Səni sevmədim ki alışam, …

Azərbaycan ədəbiyyatı

Mais TƏMKİN.”Yaxşılıq”

Post Views: 32 Bu dünyada şəfəq saçan günəşdi, Ömürlərə bir zinətdi yaxşılıq. İnsanların bir-birinə sevgisi, Etibardı, sədaqətdi yaxşılıq. Tanrının gözündə qiymətli ləldi, Bəşər üçün qoyulmuş bir təməldi. Yaradana ən xoş gələn əməldi, Səxavətdi, ibadətdi yaxşılıq. Qaranlıq gecədə aydı bədirli, Sehrli nəğmədi, sözlü, sətirli. Bir bahardı təravətli, ətirli, Gül-çiçəkli təbiətdi yaxşılıq. Yaxşı insan yaxşılıqla ucalıb, Haqqın …

Azərbaycan ədəbiyyatı

Nail DAĞLAROĞLU.”Ay gözləri xumarım”

Post Views: 38 Sən, ürəksən, sən cansan, Sən, nə gözəl insansan. Sən, dərd bilən canansan, Ay gözləri xumarım. Sən, dərdimin carəsi, Sən, gözümün qarəsi. Ürəyimin parəsi, Ay gözləri xumarım. Sənə ürək can deyim, Dilim gəlməz yan deyim. Sənə şöhrət-şan deyim, Ay gözləri xumarım. Sən, mənim əhdim, andım, Sənsiz alışdım-yandım. Hər sözünə inandım, Ay gözləri xumarım. …

Azərbaycan ədəbiyyatı

Elnur RƏSULOĞLU.” Xəlil Rza Ulutürkə”

Post Views: 26 Ruha qida verir, ruha güc verir Əşarı Xəlilin, şeri Xəlilin. Ölsə də, o yalnız cismən ölübdür, Ruhusa dönübdür geri Xəlilin. Onun əşarıyla boy atmışıq biz, İlhamlanıb yazıb-yaratmışıq biz, Ürəkdə heykəlin ucaltmışıq biz, Qəlblərdə yaşayan diri Xəlilin. Çoxları satıldı, yalançı oldu, Onunsa həqiqət qazancı oldu. Azadlıq ən böyük inancı oldu, Azadlıq ocağı, piri …

Azərbaycan ədəbiyyatı

Bilirsiniz, nəyin nümunəsisiniz Siz, əxlaqsızlığın, həyasızlığın, vicdansızlığın…

Post Views: 27 Deyəsən, dəli oluram…. Alıb hər kəs əlinə qələm, nəsə yazır, kimsə pozur, qaralayır, Oxuyanda yazarların, şairlərin yazdıqlarını… Havalanıram, dostlar, dəli oluram… Dilini bilməyənlər, dilə yeni sözlər yamaqlayır… Özü kimi yazıları yamaq-yamaq, şit, bayağı… Hər kəs özünü sayır müğənni, xalq tanımır onları, alır ad ya əməkdar artist, ya da xalq… Xalqın adından danışır, …

Azərbaycan ədəbiyyatı

Günel ƏJDƏRQIZI.”Yad adam”

Post Views: 36 Otaqda hökm sürən sakitlik Hüseyn müəllimi narahat edirdi. Beynində dolaşan cavabsız suallar ürəyini sıxırdı. Bu gün şirkətin sahibi ilə görüş olmalıydı. Şirkətdə işə düzəlmək onun üçün olduqca vacib idi. Onun işə qəbul olunub, olunmaması dəqiq bilinəcəkdi. Bakının yaxın kəndində yaşasa da işə gəlib- getmək üçün yolun uzaq olması Hüseyn müəllimin gözünü qorxutmurdu. …

Azərbaycan ədəbiyyatı

Samit NURİYEV.”Mənə şer yazma…”

Post Views: 35 “Mənə şer yazma” deyən, Ürək susub lal olarmı? “Utanıram el içində”- Siyah bəniz al olarmı? “Mənə şer yazma” deyən Günahkarmı barmaqlarım? Bəxtim kimi qara qələm, Yoxsa bəyaz varaqlarım? “Mənə şer yazma” deyən, Ağlım başdan çıxsınmı,de? Təbim coşqun ildırımtək Hey göylərdə çaxsınmı,de? “Mənə şer yazma” deyən- Pozma könül ahəngini. Mən ki,sevdim necə varsan- …

Azərbaycan ədəbiyyatı

Ülkər PİRİYEVA.”Ana”

Post Views: 35 DGTYB üzvü Adın göylər boyda, baxışın dərin, Müqəddəs adına qurbanam ana.. Şirin layla çaldın mənə beşikdə, Nəfəsdən oduna qurbanam ana. Əzablı gündüzdən, soyuq gecədən, Keçib tellərinə salıb neçə dən.. Övladlar yolunda ömrün puç edən, Sənintək qadına qurbanam ana. İl gəldi elə hey ilinin üstə, Zaman qar ələdi telinin üstə. Tanrı göndərdiyi dilinin …

Azərbaycan ədəbiyyatı

Şəfa NUR.”Həyat”

Post Views: 29 DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü İndi vaxtın keçdiyindən Xoşbəxtliyin damla-damla əriyib getdiyindən xəbərsizəm doğrusu.. Zaman səssizcə alıb aparar hər şeyi.. İşıqlı görünən dünya elə qaranlığın gözündən keçir. Səssiz şütüyən zamanın içində surət Damla-damla əridər ömür şamını… Bu sənin qismətindir, Bu sənin tale yolun… Bu yolların bəziləri uzun, bəziləri qısadır.. Hər iki …

Azərbaycan ədəbiyyatı

Ruslan Ələkbərlini doğum günü münasibətilə təbrik edirik! (7 iyul 1994-cü il)

Post Views: 26 AYDINOGLU CONSULTİNG GROUP” LLC Rəhbəri Sizi, Yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsini, istedadlı qələm sahibini, gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar diləyir!Sevib, sevdiyiniz insanlar ilə birgə olun! Mətbuat xidməti Gecdi daha Səhvini anlayıb, peşman olacaq, Döyəcək başına, saçın yolacaq, Mənimtək onun da gözü dolacaq, Gecdi …

Azərbaycan ədəbiyyatı

Fidan ABBASOVA.”Mən unuda bilsəm sevməzdim səni…”

Post Views: 28 Yuxusuz gecəmsən , bəxtsiz yazımsan sinəmdə çalınan telli sazımsan ömrümə pay düşən sərt ayazımsan üşüdür soyuq , buz baxışlar məni mən unuda bilsəm sevməzdim səni… Çevirdin ömrümü zəngli saata gəmim var dənizdə qayaya çata bir gün vəfasız tək mənidə sata üşüdür soyuq , buz baxışlar məni mən unuda bilsəm sevməzdim səni… Gördüyüm …

Azərbaycan ədəbiyyatı

Gənc xanım yazar Cahan Gülsünün şeirləri “Ulduz” jurnalında işıq üzü görüb

Post Views: 38 Yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsi, istedadlı qələm sahibi, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Yönətim Kurulunun Fəxri üzvü və əməkdaşı, gənc xanım yazar Cahan Gülsünün şeirləri Azərbaycan Yazıçılar Birliyinin aylıq ədəbi-bədii orqanı “Ulduz” jurnalının İyun sayında işıq üzü görüb. Qeyd edək ki, bundan öncə şeirləri “Yeni nəfəs”, “Bakı Universiteti” …

Azərbaycan ədəbiyyatı

Gənc xanım yazar Şəfa Eyvazın şeirləri Türkiyə türkcəsinə tərcümə olunub

Post Views: 32 Yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsi, istedadlı qələm sahibi, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini, gənc xanım yazar Şəfa Eyvazın şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə olunub. Qeyd edək ki, bundan öncə şeirləri Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən maliyyələşdirilən və Dünya Gənc Türk Yazarlar Birliyi …

Azərbaycan ədəbiyyatı

Gənc xanım yazar Şəfa Vəliyevanın şeirləri Türkiyə türkcəsinə tərcümə olunub

Post Views: 26 Yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsi, istedadlı qələm sahibi, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini, Azərbaycan Yazıçılar Birliyinin, “Gənc Ədiblər Məktəbi”nin, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü, gənc xanım yazar Şəfa Vəliyevanın şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə olunub. Qeyd edək …

Azərbaycan ədəbiyyatı

Aytən QULİYEVA.”Səndən xəbərsiz”

Post Views: 59 Bir təsəlli ol, könlümü ovut sən, Mən səni sevirəm, səndən xəbərsiz. Bulaq olub ciyərimi soyut sən, Mən səni sevirəm, səndən xəbərsiz. Gəl dərdimin çarəsi ol sevdiyim, Xoş günümün nəfəsi ol sevdiyim, Gözlərimin giləsi ol sevdiyim, Mən səni sevirəm, səndən xəbərsiz. Dəniz olub dalğalanım eşqindən, Mələk olub qanadlanım eşqimdən, Sənin olub duyğulanım eşqindən, …

Azərbaycan ədəbiyyatı

Şəfa VƏLİYEVA.”Qapını döyməyə gəldim…”

Post Views: 33 AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Seçib ömürdən payızı Qapını döyməyə gəldim… Uzaq illərdəki qızı Ömrünə bükməyə gəldim… Yaddaşında seçildikcə Qara qızın xatirəsi… Əkildi də, biçildi də Taleyin “ağ gün” zəmisi… Dözmədik sarı nazına Payızı küsdürdük…getdi… Bir gün deyərsən qızına- “Bir qız məni yaman sevdi!” …

Azərbaycan ədəbiyyatı

Tural SAHAB.”Yalquzaq” (Hekayə)

Post Views: 27 Ümidsiz addımlarla gecədən günəşə doğru addımlayır, çox da uzaqdan gəlməyən qurd səslərindən qorxsa da yoluna davam edirdi. Hardan gəlir, hara gedirdi? Heç bir fikri yoxdu. Sadəcə addımlayır, ayaqları ilə beynini çürüdən düşüncələrə üsyan edirdi. Yağan ilk qar hələ yerə tam hopmadığından hərdən ayaqlarının altında xışıldayıb, ona ölüm anında olan bir bəstəkarın son …

Publisistika

Şəhriyyə QƏZƏNFƏRQIZI Azər Rəşidoğlunun kitabı haqqında yazdı…

Post Views: 28 Azər Rəşidoğlu-Xanlarov-həm qrup yoldaşım, həm də həmkarım. Azərlə tanışlığımız Yaradıcılıq fakültəsindən olub. Hər ikimiz dilçi olduğumuzdan maraqlı fikir mübadilələrimiz olur. İstər elmlə, istərsə də yaradıcılıqla bağlı. Azərin kitabı ilə bağlı tanışlığı bitirəndə sanki bu şeirlərlə nə vaxtsa rastlaşmışıq kimi gəldi mənə. Diqqətimi çəkən hallardan biri bu oldu ki, şeirlərin əksəriyyəti bir və …

Azərbaycan ədəbiyyatı

Şəfaqət Cavanşirli (hekayə)Apriori

Post Views: 34 Apriori Alın yazısına, qismətə inanmırdı. “ İnsan yalnız zövq almaq, xoşbəxt olmaq üçün yaranıbdır ” – deyirdi, ürəyi hansı qadına, qıza isindisə, onlara qarşı fərqli niyyətlərlə addımlar atdı. Atdığı hər addımda sonsuz ümidləri vardı. Səmayə xanım oğlunun dağınıq gözlərindən utanırdı. Zamana tez vaxtda yaxşı qız tapıb evləndirməsə, oğlunun arxasınca türməyə ziyarətə gedəcək …

Publisistika

Hikmət MƏLİKZADƏ.”İsa Məsih: Müqəddəs Üçlüyün kod açılışı”

Post Views: 32 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Müqəddəsliyin tipik xarakteri ruhi gerçəkləri Allah hikmətində real təfsir etmək bacarığı ilə açılır. Adəmdən üzü bəri bu müstəvidə yalnız bir neçə İNSAN duruş gətirə bilib ki, onlardan da ən Alisi İsa Məsihdir. Lakin İsanın Allah-İnsan olması 2 min ildir bəşəriyyəti …

Azərbaycan ədəbiyyatı

Mayisə ƏSƏDULLAQIZI.”Mən eşq üçün doğulmuşam”

Post Views: 30 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru Mən eşq üçün doğulmuşam, Əyri-əyri süzmə məni. Şirin-şəkər noğulmuşam, Acılarda gəzmə məni. Ürəyində nə dağ imiş, Ruhun boran, sazaq imiş, Yolumuz da uzaq imiş, Çiçək kimi üzmə məni! Bu yollarda baxdım hara, Xatirələr çəkdi dara, Düşünsən də nəsə …

Azərbaycan ədəbiyyatı

Mais TƏMKİN.”Yayanam indi”

Post Views: 19 Bir zamanlar gizlədirdim eşqimi, Car çəkib dünyaya yayanam indi. Ya gərək yar mənim odumu ala, Mən onsuz alışıb, ya yanam- indi. Ürəyini gözlərindən oxudum, Tanrının da ilk kəlamı ,,oxu”du. Kipriklər bağrımı yaran oxudu, Qaşların düşünüb, yay anam indi. Qəm əlindən canım dağa sər alıb, Qartal gedib, bu dağları sar alıb. Ömrümün baharı …

Azərbaycan ədəbiyyatı

Elnur RƏSULOĞLU.”Kişi”

Post Views: 36 Abdulla Məmmədə Gələn təhlükəni öncədən duy, sez. Getdiyin bu yoldan nə usan, nə bez. Ümid edirəm ki, ya gec, ya da tez Səni başa düşən tapılar, kişi! Şair, ürəyindir yanıb dağlanan, Şeirdir dilinin altda saxlanan. Namərd tərəfindən qəsdən bağlanan Açılar üzünə qapılar, kişi! İlham pərisidir yatan dizində, Heç vaxt boğulmadın söz dənizində. …

Azərbaycan ədəbiyyatı

Elnur ABDİYEV.”Doğar bizlə,ölüb gedər bizlə din”

Post Views: 24 Cismimizi ruhumuza daşıyar, Doğar bizlə,ölüb gedər bizlə din. Xəyanətkar sevməz ətraf kimsəni, Deyər ancaq bizlə danış,bizlə din. Qədim vaxtlar Yer xanımmış,Göy ərmiş, Yerdə görüb Göy,xəyanət göyərmiş Qafil dünya, ey qəflətdə göyərmiş, Xəyanəti de nə vaxtsa bizlədin? Coşqun,xain görsən deyir din,sənə, Hökm eləyir,susma haqdan din sənə. Öz haqqını al zamandan,dinsənə, Haqqını al,hər nahaqqı …

Azərbaycan ədəbiyyatı

Nail DAĞLAROĞLU.”Mən sənin eşqinlə elə yanmışam”

Post Views: 27 Mən sənin eşqinlə elə yanmışam, Sən mənim hər zaman xəyalımdasan. Bəzən sevdiyimi səndən danıram, Çatmayan dağ çəkən vüsalımdasan. Nə vaxtsa yadıma düşsən, ey mənək, Elə alışıram bir kürə kimi. Tərpətmə yaramı tərpətmə görək, Göynəyir qəlbimin “oof” sarı simi. Bəzən unutmağa cəhd eyləsəmdə, Bunu bacarmıram, bilmirəm nədən. Sənə sevdiyimi söyləməsəmdə, Sənsiz yaşayıram ruhsuz …

Azərbaycan ədəbiyyatı

Şahməmməd Dağlaroğlu (İsmayıllı) Özbək dilindən tərcüməsi

Post Views: 36 İsmayıllının Şair oğlu Azərbaycan Yazıçılar Birliyinin üzvü, İsmayıllı Yazarları Ədəbi İctimai Birliyinin  rəhbəri Bu gün özbək dilindən yeni tərcümə belə alındı. ИҚБОЛ МИРЗО БУНЧАЛАР… Қуёшга интиққан каби ғунчалар, Юрак сокин-сокин қўнғироқ чалар. Нима деб куйлайди қўнғироқчалар? Бунчалар севдирдинг мени, бунчалар? Оҳу қарашлими, жоду қарашли, Либоси ярашли, нози ярашли, Бунча яхши бўлдинг, бунчалар …

Türkiyə ədəbiyyatı

HARİKA UFUK (Yeni şeir) GÜNAYDIN

Post Views: 63 Benim Yusuf’umsun, ben Züleyha’nım, Gönül fatihimsin; sultanım, hanım, Senle dolar taşar her gün, her anım, Günaydın sevgilim, aşkım günaydın! Doğan güneş midir, sen misin bilmem, Yakan ateş midir, sen misin bilmem! Deryaya eş midir, sen misin bilmem! Günaydın cennetim, köşküm günaydın!

Azərbaycan ədəbiyyatı

Əsmər QASIMLI.”Gözümün yaşından torpaq da doyur”

Post Views: 34 Bir həsrətim var mənim Qarabağ adlı Düşmən əlində əsir, həm qara baxtlı Qalmayıb taqətim, gör neçə vaxtdı? Nisgilin qəlbimi hey didir, oyur, Gözümün yaşından torpaq da doyur. Hardadı o çəmən, o gülzar harda? Əsirdir torpağım, qalıbdır darda, O vaxtdan inləyir, kaman da, tar da, Getmir vətən dərdi, ürəyə dolur. Gözümün yaşından torpaq …

Publisistika

ANARIN “GÖZ MUNCUĞU” POVESTİ ƏSRİN NƏSRİ KONTEKSTİNDƏ

Post Views: 149 Dos.dr. Təranə TURAN RƏHİMLİ, DGTYB Məsləhət Konseyinin üzvü Müstəqil yaradıcılıq mövqeyinin, sənətkar azadlığının israrla müdafiəsi, onun hər cür diktaturadan uzaqlığının inikası və ən əsası, bədiiliyin bütün meyarların fövqündə dayandığıına yazıçı inamının ifadəsi Anar nəsrinin ən səviyyəvi xüsusiyyətlərindəndir. “Gözmuncuğu” povesti də məhz bu sənət amalına sədaqəti ilə seçilir, hələ ilk əsərlərində azad yazıçı …

Azərbaycan ədəbiyyatı

“Zərrələr” antologiyası işıq üzü görüb

Post Views: 29 “Zərrələr” antologiyası 2015-ci ildə Bakı şəhərində 300 səhifə olmaqla, 200 tiraj həcmində işıq üzü görüb.Antologiyada Respublikanın müxtəlif bölgələrində, o cümlədən paytaxt Bakıda yaşayıb ədəbi-bədii yaradıcılıqla məşğul olan 49 müxtəlif yaş qruplarının nümayəndələrinin ədəbi-bədii nümunələri bir araya gətirilib.Layihənin müəllifi və rəhbəri Yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsi, istedadlı qələm sahibi, Gündəlik İnformasiya Agentliyinin və …

Azərbaycan ədəbiyyatı

“Zərrələr” antologiyasının təqdimat mərasimi keçiriləcək

Post Views: 25 Əziz və dəyərli “Zərrələr” layihəsinin iştirakçıları, sözə dəyər verən hörmətli insanlar, dostlar, tanışlar, Media nümayəndələri, noyabr ayında işlədiyimiz və aylardır işıq üzü görməsi üçün çalışdığımız “Zərrələr” adlı layihəmiz gerçəkləşdi. Sizi, 9 iyul 2015-ci il tarixində, “ZƏRRƏLƏR” adlı kitabın təqdimatına və layihənin açılışına dəvət edirik. Tədbir, saat 14:00-da KİTABEVİM.az kitab marketində baş tutacaq. …

Azərbaycan ədəbiyyatı

Müzəffər Məzahimi doğum günü münasibətilə təbrik edirik! (1 iyul 1957-ci il)

Post Views: 34 “AYDINOGLU CONSULTİNG GROUP” LLC Rəhbəri Sizi, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar diləyir! Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanlar ilə birgə olun! Mətbuat xidməti Müzəffər Məzahim (Gözəlov Müzəffər Məzahim oğlu) 01 iyul 1957-ci ildə Neftçala …