Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. Əlaqə telefonu: 051 785 44 33, E-poçt: edebiyyat-az.com@mail.ru Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 11941 - 12000 of 13. 241 NƏTİCƏLƏR
Azərbaycan ədəbiyyatı

Doktor Cavad Heyət Bilik Fondunda anıldı

Post Views: 108 May ayının 22-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda Cərrah-alim, İranda ilk dəfə açıq ürək əməliyyatını gerçəkləşdirən, Beynəlxalq Cərrahlar Cəmiyyətinin Beynəlxalq Komitəsi və Paris Cərrahlar Akademiyasının üzvü, “Varlıq dərgisinin təsisçisi və baş redaktoru olmuş, Türkologiyaya aid 7 cildlik kitabın müəllifi, Azərbaycanın müxtəlif Universitetlərinin fəxri doktoru və professoru, Türk Dil Qurumunun fəxri üzvü, …

Azərbaycan ədəbiyyatı

Şəfa VƏLİYEVA.”Kirpiklərim yumulu…”

Post Views: 84 AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Əlim saçlarım üstündə, Kirpiklərim yumulu… xəyalla sevinməkdən bu qız hələ yorulmur… hər gün boyuna baxır… bəxtəvərdi güzgülər… burda bir qız darıxır… dərd boyda…üzügülər… Gəncəyə yağış yağıb… deyirlər yaz leysanıdır… demirlər göy ağlayıb… payızın qisasıdır…

Azərbaycan ədəbiyyatı

Rüfət AXUNDLU.”Gəlirəm”

Post Views: 110 AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Bir az insaf eylə, ADAM, Soruşma, hardan gəlirəm. Var olan yoxdan doğulub, Yox olan vardan gəlirəm. Harda vaxtsız yatan görsən, Çirkabına batan görsən. Alan görsən, satan görsən, Bax, elə ordan gəlirəm. Başqa bazara getmirəm, Başqa güzara getmirəm. Üzü məzara …

Publisistika

Hikmət MƏLİKZADƏ.”Elm acizdir, yoxsa alim?”

Post Views: 131 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü, Bəllidir ki, orfoqrafiya – (düzgün yazı) qaydaları, sözlərin və onların bütün qrammatik formalarının düzgün yazılışını müəyyənləşdirir, orfoqrafiya lüğətində də sözlərin düzgün yazılış formaları verilir. Biz bu kompleks məlumatlar lüğəti vasitəsilə lazımi sözün düzgün yazılışını, səslənmə və vurğusuna görə düzgün tələffüzünü, …

Azərbaycan ədəbiyyatı

Nail DAĞLAROĞLU.”Dünyanın”

Post Views: 87 Yuxar qalxanın didir başını, Dəmirdən dişləri var bu dünyanın. Duyan ürəkləri dağlamaq üçün, Qızarmış neşdəri var bu dünyanın. Gönü su yumşaldar, dəmiri alov, Nalı mix saxlayar, köhləni cilov. Qanan fağır olur, qanmaz dəlisov, Beləcə işləri var bu dünyanın. Danışan dillərə salırmış düyün, Qəm-kədər içində qalırmış beyin. Naili üstünnən köçürər bir gün, Çox …

Azərbaycan ədəbiyyatı

Elnur ABDİYEV.”Çor deyib vurarmı ada dam adam?”

Post Views: 78 Namərd yaratmayıb səni yaradan, Səndən yüksək varmı ad,adam,adam! Qan axır açdığın ağır yaradan, Çökür təməlindən ad,adam-adam. Bir məlhəm buyurub canana canı. Cananla ovuna can ana canı. Qanana deyirəm can, ana canı! Çor deyib vurarmı ada dam adam? Dünya bölünübdür,sudur,qurudur, Bu Kürə adanı günah qurudur. Quru oturmusan,bacar quru dur, Sən ki yaşayırsan,adada madam.

Azərbaycan ədəbiyyatı

Elnur RƏSULOĞLU.”Qarışqa”

Post Views: 95 Dəyişib bir başqa olmaq istərdim, Doğula bilsəydim ikinci kərə. Zəhmətkeş qarışqa olmaq istərdim, Dünyaya gəlsəydim ikinci kərə. Tənbəl də deyiləm inanın mənə, Özümdən həmişə narazıyam mən. İç üzü açılıb insanın mənə, Qarışqa olmağa tam razıyam mən. Yayda soyuq qışa hazırlaşanda Qarışqa belində çox yük görünür. İnsan kiçiləndə, cılızlaşanda Qarışqa insandan böyük görünür.

Azərbaycan ədəbiyyatı

“Vətənpərvərlik düşüncəsinin, milli-mənəvi dəyərlərin gənc nəslə təbliğ edilməsi” ilə bağlı silsilə tədbirlər təşkil edilir

Post Views: 84 Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyi tərəfindən həyata keçirilən “Vətənpərvərlik düşüncəsinin, milli-mənəvi dəyərlərin gənc nəslə təbliğ edilməsi” ilə bağlı silsilə tədbirlər təşkil edilir. Belə tədbirlərdən biridə, Slavyan Unversitetinin Yaradıcılıq fakultəsinin tələbəsi Ülkər Piriyevanın vətənpərvərlik mövzusunda səsləndiriyi şerlərə həsr olunub…Hər …

Azərbaycan ədəbiyyatı

Fidan ABBSOVA.”Asan deyil inanmaq o baxışa…”

Post Views: 121 Saxta idi baxışların eləmi? necə məni aldatmısan yamanca sandin ki sən inanıram eləmi asan deyil inanmaq o baxışa… Sən deməsən belə gözlərin deyir dodağ dinmir, əllər bilmir, üz deyir içindəki boş qədəhlər süz deyir içə bilmir o sərabı bağışla… Acı olsa fərqi yoxdur həqiqət insan üçün ən birinci ləyaqət sevgi üçün ən …

Azərbaycan ədəbiyyatı

Xəyalə SEVİL.Yeni şeirlər

Post Views: 105 Azərbaycan Yazıçılar Birliyinin və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Həyat bu qədər sadə… Bu küçə də Axırıncı vaqon kimi Boşaltdı adamlarını. Və bu gecə də Qaranlıq qara kəlağayını Saldı şəhərin boynuna. Yol boyu uzanan gecə işıqları Açdı gözlərini. Külək deyinə-deyinə Oyatdı yuxudan yarpaqları. Yəni, Həyat bu qədər …

Publisistika

Cahan GÜLSÜN.“Yanıq Kərəmi”nə oynamazlar,atam balası…”

Post Views: 163 Babamın sözü idi.Sonra da əlavə edərdi ki, “ bizi elə oynada-oynada bu kökə saldılar”.Bizi deyirdi e,bizim milləti… Eşitdiyimə görə “Yanıq Kərəmi”nə əvvəllər heç kim oynamazmış.Çunki, el arasında kərəmin faciəsinə oynamağı hamı özünə ar bilərmiş.Bir növ Kərəmə yas saxlayırmışlar.Sonradan yası da,faicəni də,Kərəmi də unudan insanlar qol götürüb şıdırğı oynamağa başlayıblar bu mahnıya.Məndən olsa …

Publisistika

Nigar Rüstəmqızı. “Gənc qələm sahiblərinin binası yanır”

Post Views: 106 Allah sizə rəhmət eləsin, mirzələr… Sizin yaratdığınız aferist obrazlar bu gün diri-diri ədəbiyyatımızdadı. Canlı nəsruhlahlar və canlı kimyagərlər…Adamı haracan aldatmaq olar? Adamlara nə vaxtacan yalan demək olar? Bir gün biləcəklər axı gümüş gümüşlüyündə qalır, qızıla çevrilmir. Nə vaxtsa anlayacaqlar axı ölü dirilib evə qayıtmır. “Meymunu yada salmamaq” yalanı bu gün daha aktualdır. …

Türkiyə ədəbiyyatı

Harika UFUK.”Dilimde şarkılarla gidiyorum”

Post Views: 84 Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temssilcisi Giderken bavulumu almadım yanıma Dilimde birkaç şarkı Düştüm yollara… Sanma ki umutsuzum, Sanma ki mutsuzum. Bazen acıtsa da yaralarımı Tuz basmayı öğrendim acılara… Nihavent besteler var, Bahar gelip de güller açtıran, Körfezdeki dalgın suları seyreden, Süzülerek gelen güzellerin Aşklarının ilkbahar esintisiyle… Hüzzam ki Küçük yaşta …

Azərbaycan ədəbiyyatı

Şafa KAMİLLİ.”Gözlərin…”

Post Views: 112 Bilmirəm bu dərdli ,qəmli ömrümə , Sən hardn ,gəldin ? Qaranliq dünyama işiq gətirdin … Gözunə vuruldum ,yoxsa özünə , Bilmirəm ,özümdə ,bilə bilmirəm . Gəlişin gözlənməz, şad bir xəbər tək , Alıbdi könlumü ,qəlbim ələ, Ğözlərin ,nə deyir İlahi belə , Nə beyir bilmirəm ,belə qəlbimə, Aliblar ğözlərin ,məni, məndə, Bilmrəm …

Azərbaycan ədəbiyyatı

Şəfa VƏLİYEVA.”Mən daşürəkli deyiləm!”

Post Views: 111 AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü İlləri qovub gəlmişik, Əlimizdə dərd çomağı… Daşları yuva bilmişik, Daşlar da ürək qınağı… Ürək də daşa dönərmi? Bozararmı görən üzü? İnsan daşdan eşq əmərmi? Daş ağararmı dan üzü? Suallar… Daşlı suallar, Daşlayar, yaralar məni… Bu ahıl, yaşlı suallar, Didərlər, …

Azərbaycan ədəbiyyatı

Abdulla MƏMMƏD.”Qaçqın harayı”

Post Views: 104 (“Didərgin şərgisi, qaçqın harayı” silsiləsindən) Həsrətimi unutmağa, Dərd-sərimi ovutmağa, Urək dolusu udmağa, Bir doyunca havam da yox. Ürəyimi yeyə-yeyə, Haqqım buxarlandı göyə. Kədərimə qədər yiyə, Ürək açan havam da yox. Dəyişib hər yer dəyişib, Yanılmaqdan ər dəyişib. Hamı öz gözündə bişib- Aldanası “avam” da yox. Qınama məni, umanım, Çadır olaydır dörd yanım, …

Azərbaycan ədəbiyyatı

Elnur ABDİYEV.”Bircə olmayasan,söhbət dəlisi”

Post Views: 78 Dəlilik gözəldir,olasan dəli, Bircə olmayasan,söhbət dəlisi. Buğlana başında Vətən sevdası, Adına deyələr millət dəlisi. Gül olub bitəsən,torpaq üzündə, Xoş ətir saçasan, Vətən düzündə. Sevənin sevdiyi sevgi sözündə, Sevib seviləsən,heyrət dəlisi. Ağlının ipini özün yığasan, Tamahı öldürüb.nəfsi boğasan, Hər Günəş doğanda şeir doğasan, Görələr necədir,fitrət dəlisi. Ola bir stulun,bir işin mini, Böyük vəzifələr …

Azərbaycan ədəbiyyatı

Mayisə Əsədullaqızını doğum günü münasibətilə təbrik edirik! (23 may)

Post Views: 126 Gündəlik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvünü, “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktorunu, Gündəlik İnformasiya Agentliyinin Məsul katibini doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar diləyir! Mətbuat xidməti

Publisistika

Fidan ABBASOVA.”Bu mənim həyat hekayəmdir”

Post Views: 131 Bu mənim həyat hekayəmdir… bəlkə də yazıb davam etdirdiyim yada eksik qoydugum cümlələrklə dolu…….hekayəm…. Kimliyini tanimaq senin haqqında bilgi almaq qeder asan deyil çünki her insanin kimliyi onun haqqında bilmediklerinden yaranan tek heqiqetdir. Mən yalnız bir tək özüm haqqında bunu deyə bilərəmki əsla yalanı sevmirəm amma yalan məni sevdiyi üçün qarşımda hərkəsi …

Publisistika

Kitabçılıqda ilk təcrübi, sanballı tədqiqat işi

Post Views: 145 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü, Kitab çapı işinin bir tədqiqat sahəsi olması təkcə ehtimal deyil; bu proses həm də elmi gerçəklikdir və kitabın bədii və texniki tərtibat məsələlərini də geniş şəkildə özündə xarakterizə edir. Əlbəttə, kitab, tərtibat və çap zərurəti poliqrafik sistemin beynəlxalq əsaslarını özündə …

Publisistika

…Məğrur Çanaqqala – zəfər qalası

Post Views: 115 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü, Bəlli bir həqiqətdir ki, xalqların bir faciə simptomu da var… Əsrlərdir, dünya sivilizasiyası faciələrlə üz-üzədir. Cəmiyyətlər insan həyatında vəhşət yaradan bu prosesin ağrı-acısını min illər unutmur. (Unutmağa çalışsa belə, unuda bilmir…) Keçən əsrin başlanğıcında baş vermiş Çanaqqala döyüşü də faciəyə …

Azərbaycan ədəbiyyatı

Qafqaz Əvəzoğlunun şeiri “Kümbet” dərgisində çap olunub

Post Views: 79 Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD ( Tokat Şairler ve Yazarlar Derneği) rüblük orqanı “Kümbet”eğitim, kültür, sanat ve edebiyat dərgisinin 36-cı sayında Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin sədri, “Sözün sehri” qəzetinin təsisçisi, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş …

Türkiyə ədəbiyyatı

KÜMBET DERGİSİ 36. SAYISI YAYINDA

Post Views: 89 EDİTÖRDEN 2015 yılının ikinci çeyreğinde 36. sayımızda sizlerle birlikte olmanın haklı gururunu yaşıyoruz. Kültür ve Turizm Bakanlığı’nın Türk dergiciliğine vermiş olduğu katkının yanı sıra sizlerden her geçen gün biraz daha artan destekler, çıktığımız bu yolda bizlere büyük bir güç veriyor. Sayısı her geçen gün çoğalan magazin dergilerinin yanı sıra Anadolu’dan bir nevruz …

Türkiyə ədəbiyyatı

Remzin ZENGİN.”Ömür Treni”

Post Views: 87 TOSAYAD Başkanı Uzun, kara bir katar Altmış vagonlu kadar Büyük bir hızla akar Geçti ömür treni Nice dağları aştı Nice tünelden geçti Sonunda düze erdi Geçti ömür treni Çok hızlı gidiyordu Makinistini yordu Şimdiyse artık durdu Göçtü ömür treni Artık gelmez islimi Düşünüyor teslimi As duvara resmini Geçti ömür treni Nice yolcular …

Publisistika

“Qapıları taybatay açın… Qapıya ələm gəlir!”

Post Views: 123 AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Uşaqlıqdan hamı mənə qəribə baxırdı. Ailəmizdə dörd uşaq vardı. Ancaq, məni kəndimizdə heç kim tanımırdı. Qapıya gələn qonaqlar mənim də qonaq olduğumu sanırdılar. O qədər qaraqabaq uşaq idim ki, bir dəfə qonşu qadınlardan biri demişdi: -Qızın baxışlarına bax, elə …

Azərbaycan ədəbiyyatı

Gülnarə İSRAFİLQIZI.”Ölüm dəfn olunmaq deyil….”

Post Views: 90 Ölüm dəfn olunmaq deyil… Cəsədini daşımaqdı.. Ayaq üstə yeriməkdi Danışmaqdı, kiriməkdi. Hər gün bir az əriməkdi.. bir az özünü aldatmaq Bir mədəni dilənməkdi… əzilməkdi, əyilməkdi.. Əylənməkdi, dinlənməkdi, dillənməkdi… Öz halına öyrənməkdi…. Ölüm-ölüm sellənməkdi… Od yeri, ocaq yeridi… Köhnə dayanacaq yeridi… Bəlkə də həsrət qaldığın, sevginin sıcaq yeridi.. Bəlkə də bir təbəssümdü Aldanışdı, …

Publisistika

Azərbaycan ordusunun zabiti, Qarabağ qazisi Nurəddin Yaşar oğlu Ağayev

Post Views: 132 1974 cü il fevral ayının 23-də Yardımlı rayonunda anadan olmuşdur. O, 1980-ci ildə Yardımlı rayon M.F.Axundov adına 1 saylı orta məktəbinə daxil olmuşdur. 1988-1991 ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Litseydə, 1991-1993 cü illərdə Sverdlovsk (Yekaterinburq) Ali Hərbi-Siyasi Tank və Artilleriya İnstitutda təhsil almışdır. Lakin SSSR-nin süquta uğraması nəticəsində Azərbaycan əsgər və …

Azərbaycan ədəbiyyatı

Gülnarə İSRAFİLQIZI.”Elə istəyirəm!”

Post Views: 90 Elə istəyirəm qığılcım axsın, Parlasın, gözümün yaşı yerinə. Çiynim bu dünyanın yükü altında, Əzilib getməsin boşu yerinə. Elə istəyirəm küləklər əssin, Çiçəklər dayansın dodaq-dodağa. Bu öpüş qanadlı mələyə dönsün, Aparsın məndən də məni uzağa. Elə istəyirəm nağıl danışsın, Hər gecəm, gündüzü yatırmaq üçün. Sinəmdə doğulmuş, körpə arzumu, Qızılgül içinə batırmaq üçün. Elə …

Azərbaycan ədəbiyyatı

Saqif QARATORPAQ.”Bu can deyil artıq,bilirəm can belə olmaz”

Post Views: 77 Bu can deyil artıq,bilirəm can belə olmaz, Salmış qəfəsə canımı,canan belə olmaz. Səpdim yoluna göz yaşımı, döndü dürr oldu, Baxdı rəqibim,söylədi ehsan belə olmaz. Görmüş üzünü,səcdəyə gəlmişdi mələklər, Bu surət ilə vallahi insan belə olmaz. Həsrət gözümü şad elə,bir pərdə görün sən, Bir pərdə qədər ömürdə hicran belə olmaz. Yalvarsam əgər Fatehə …

Azərbaycan ədəbiyyatı

Şəfaqət CAVANŞİRLİ.”Ölümə”

Post Views: 93 Qaşla-göz ayrımında qalan ölüm, Tələsmə ömrümə balta vurmağa, Təzədən cücərir sönmüş arzular, Təzədən həvəsim var yaşamağa. Könlün arzulayır əbədi qonaq, Ruhun bir üzünü yorğun görəndə, Nə qədər cavanıq, insafın olsun Qurdlar süfrəsində qurdlar görəndə. Ya çəkimiz ağır qoca dünyada, Ya da başqa gözlə çox pis baxırsan. Almısan əlinə min cür silahı, Biz …

Azərbaycan ədəbiyyatı

Şafa KAMİLLİ.” Birdənəmsən…”

Post Views: 85 Sen olmasa neçə gülum, Dodağimda ğülüşmsən, Bu dünyada sevinc payim, Tək ,yeganə, sevgilimsən… Sensiz qala bilmirəm mən, Senlə nəfəs aliram mən, Sevgi payim ,ğülüş payim, Tək ,yeganə sevgilimsem, Sen mənimsən ,yeganəmsən , Birdənmsən ,ürəyimsən, Gülüş payim ,hər şeyimsən… Bəxd ulduzum yaşa daima, Bu ürəkdə yeganəmsən… 17.05.2015

Publisistika

“Füzuli – sufistik səmtlənməsi ədəbi kontekstdə”

Post Views: 91 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü, Bilirik ki, ədəbi proseslər ictimai əksliklərin dəyişən meyllərini ifadə edir. Bu dəyişmə ara-sıra kəmiyyət çoxluğu yaratsa da, əksər hallarda keyfiyyətə zəmin doğurur. Keyfiyyətin özü də bir predmet olaraq qarşı və əks istiqamətə dəyişilməyə məruz qalır. Səmimi etiraf edək ki, 70-ci …

Publisistika

A9 Televiziyasında “Adnan Oktarla Sohbetler” proqramının bu dəfəki qonaqları Azərbaycanlılar olub (FOTO)

Post Views: 90 A9 Televiziyasında “Adnan Oktarla Sohbetler” proqramının bu dəfəki qonaqları Azərbaycanlılar olub Ensonxeber.az-ın məlumatına görə, hər gün Türksat, Azərspace, Arabicsat peyklərindən və 800-ə qədər saytdan canlı olaraq bir neçə dildə yayımlanan, təkcə internet üzərindən günlük izləmə sayı 1 milyondan çox, peyk üzərindən isə milyonlarla olan A9 Televiziyasında “Adnan Oktarla Söhbətlər” verilişinin bu dəfəki …

Azərbaycan ədəbiyyatı

Əziz MUĞANİ.”Dost”

Post Views: 101 Dərd üstə inləyən bir saz kimiyəm Səsimdə bilinər kədərim, qəmim Sevincdən avazım bəlkə ucalar Dost mizrabı ilə çalınsa simim Böyükdür hikməti anlasan əyər Nadandan soruşma, o uca bilmir Bir hecaya sığan böyük xisləti Cümlələr sətirlər tam aça bilmir Böyük bir ümmandı, dərin dəryadı Sirrini anlasan qəlbinə dolar Xəyanət eyləsən əhdi peymana O …

Azərbaycan ədəbiyyatı

Şəfaqət Cavanşirli “Satılmışlar” (Hekayə)

Post Views: 106 Şəhərə yenicə qədəm qoymuş qışın soyuğundan qorxmurdu. içində odun dolu balaca köhnə soba olan bir otaqlı mənzildə iki azyaşlı uşağıyla; qızı və oğluyla bir il əvvəl tanış olduğu bu şəhərdə yaşayırdılar. Qonaq kimi, ömür boyu sakin kimi yaşayacaqları hələ məlum deyil… Övladları yatdığı üçün işığı söndürmüşdü. Əvvəlcədən aldığı şamı yandırdı, sobaya yaxın …

Azərbaycan ədəbiyyatı

Debüt: Müzəffər MƏZAHİM (Neftçala).Yeni şeirlər

Post Views: 133 Müzəffər Məzahim (Gözəlov Müzəffər Məzahim oğlu) 01 iyul 1957-ci ildə Neftçala rayonunun Qədimkənd kəndində anadan olmuşdur. 1981-1983-cü illərdə Bakı Plan- Uçot Texnikumunu “ Mühasibat Uçotu ,, ixtisası üzrə, 1987-1993-cü illərdə Moskva M . Qorki adına Ədəbiyyat İnistutunun Poeziya şöbəsini bitirmişdir. Şer yazmağa orta məktəbdə oxuduğu vaxtlarda başlamış, şerləri müxtəlif dövrü mətbuatda dərc …

Türkiyə ədəbiyyatı

Harika UFUK.”Çilli Kız Promete ve Hüzün yırtığı gözleri”

Post Views: 102 Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temssilcisi Sönmeyen bir ateş dağın doruğunda Onulmaz yara Promete suskun Gece göz kırpıyor yıldızlara Ay hüzün yüklü Işığını eliyor dünyaya… Tıka basa acı yüklü Küçük gelinin çeyiz sandığı… Aç biilaç mahdumlar Geçmişin kalıntılarını aramakta Zifiri karanlık dehlizlerde… Bahçedeki erguvan ağacı Bükmüş boynunu, Günebakanların hep güneşe dönmesi …

Azərbaycan ədəbiyyatı

Zeynəb DƏRBƏNDLİ.”Şuşam”

Post Views: 205 Soldu gülüm, baharım, Bağda məhv oldu barım. Muğamatlı diyarım, Sənsiz qanadsız quşam. Mənim yaralı Şuşam. Söndürüldü öcağım, Tapdalandı torpağım. Küsdü çəmənim, dağım, Sanki, sınıq bir daşam. Mənim yaralı Şuşam. Qərib oldun yerində, Bilinmədi sirrin də. Yandı qəbirlərin də, Buza börünmüş qışam. Mənim yaralı Şuşam. Yetim qaldı çöllərin, Xəzan oldu güllərin. Susdu Xan …

Azərbaycan ədəbiyyatı

Gülnarə İSRAFİLQIZI.”Həyat bir az beşik”

Post Views: 83 Həyat bir az beşik, bir az da məzardır.. ölümlə ömür qardaşdılar. biri beşikdə, o biri məzarda günlənib yağışlanır. biri sabahlanır, biri axşamlanır. biri zülmətlənir biri nurlanır. hər zülmətə gedən yolun başında bir nur oturub təsbeh çevirir yer kürəsi çevrildiyi kimi. hər nurun arxasında bir zülmət, sabaha boylanır. Bəlkə də pıçıldayır… qəbrin nurla …

Azərbaycan ədəbiyyatı

Fidan ABBSOVA.”Uşaqlıq sevdamın həsrətindəyəm”

Post Views: 90 Uşaqlıq sevdamın həsrətindəyəm o zaman her seyden xebersiz idim indi mən dünyanın harasındayam ? bəlikə o zamanlar belə deyildim…. Sevirdim sübəsiz təmiz ürəklə ana məhəbbəti, ata sevgisi boyuye – boyuye alisdim məndə öyrendim nə imiş dosluq sevgisi… Hərdən, ağlamışam , hərdən gülmüşəm o məsum gülüşün əvəzi yoxmuş böyüyüb nə qədər yalan görmüşəm …

Azərbaycan ədəbiyyatı

Şəfa EYVAZ.”Məhəbbət”

Post Views: 97 Nə qədər qaçsan da küncə bucağa, Gəlib düz içindən keçər məhəbbət. Doldurar badəyə şərbət əvəzi, Axan göz yaşını içər məhəbbət. İcazə istəməz, çalar qəlbini, Göz yaşı gətirər, verməz səadət. İçində cücərən yaşıl ümidi, Qazıyar kökündən, biçər məhəbbət. Qapayar, gözlərin doğrunu görməz, Dilində bal dadar acı həqiqət. Getmək istədimi əliboş getməz, Ruhunla dünyadan …

Azərbaycan ədəbiyyatı

Şəfa VƏLİYEVA.”Qayıt, boyuna qızlar”

Post Views: 105 AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü qayıt, boyuna qızlar, ürəyinə buzlar qurban. eşq dininə imansızlar, gülünə yarpızlar qurban. qayıt, aç qapımızı, o üzündə qonaq var. əzbərləyib adımızı, bu yayda da qınaq var… qayıt, ay kəndi yanmış, şəhəri talan olmuş… illərin səndən danmış, xoşbəxtlik yalan olmuş…

Azərbaycan ədəbiyyatı

Şafa KAMİLLİ.”Qan yaddaşımız…”

Post Views: 85 Dağ cəlib sinəmizə, Canimizi yarimcan ediblər , Qaradaği alb bizdaən , Bağrimizi qan ediblər , Cox sevinmə ey ermən , Cox cəkməz bu ayriliq , Tezlik ilə Qarabaği , Şuşamizi , Alib sizden torpağmizi, Şadliq edib seinərik , Öz Azeri bayrağmizi , Qarabağa gətirerik , Dağ cəkilmiş sinəmizə , Qan yaddaşmizi biz …

Azərbaycan ədəbiyyatı

Xəyalə SEVİL.”Payız”

Post Views: 111 AYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Üşüyər,üşüdər pəncərəmi də, Gəlməz içəriyə, yadındı payız. Sarı saçlarını töküb çiyninə, İlahi, nə gözəl qadındı payız. Həmişə gözündə yaş saxlayanım, Sənə oxşayıram,gözüm bir əsim. Çağır,çağır gəlim buludun olum, Mənə göylərində yer ver tələsim. Üzünu , gözünü yuyum yolların, Üstünün, başının …

Azərbaycan ədəbiyyatı

Ülkər PİRİYEVA.”Bilmirəm”

Post Views: 120 İlahi çəkdiyim ömür yoluyla, Bəxtimin əlindən gedə bilmirəm. Özümə heyranam daha özümdə, Xoşbəxtlik nədədir nədə bilmirəm. Ruhum nəfəsimi çəkir göylərə, Ürəkdən fəryadım çökür göylər Göz yaşım buludlar tikir göylərə, Vurulub nə qədər zədə bilmirəm. Bəlalar yurd saldı axır başımda, Taledən şimşəklər çaxır başımda. Az qala ağlımda çıxır başımdan, Dərdimə bir çarə edə …

Azərbaycan ədəbiyyatı

Əsmər QASIMLI.”Məhəbbət”

Post Views: 134 Məhəbbət bir dənizdir, Sahilləri olmayan… Məhəbbət bir dalğadır, İpə-sapa yatmayan… Məhəbbət sərt qayadır, Çox məğrurdur, əyilməz, Məhəbbət bir alovdur, Yanğısına dözülməz… Bir gilədir məhəbbət, Heç gözə görünməyən. Hərdən də bir oğrudur, Ürəklərə girərkən, İzi də bilinməyən. Bəzən bir ələm olar, Bəzən onun dərmanı. Bəzən bir təbib olar, Bəzən ölüm fərmanı. Kiminsə nəzərində …

Azərbaycan ədəbiyyatı

Qafqaz ƏVƏZOĞLU.”Var Sumqayıtım!”

Post Views: 89 (Sumqayıt şəhərinin 60 illiyinə) Bəstəkar Nərminə Nağıyeva tərəfindən mahnı-əsər bəstələnmiş, Sumqayıt şəhərinin 60 illiyi münasibəti ilə keçirilən şeir-mahnı müsabiqəsində III yeri tutmuşdur. Sevdim ilk baxışdan, təmasdan səni, Gördüm ürəklərdə bir dastan səni. Olasan beləcə gülüstan səni, Düşməsin üstünə xar, Sumqayıtım! Qəlbimdə yandırdın od-ocağını, Ilkin bahar bildim hər bucağını. Açıb ana kimi öz …

Azərbaycan ədəbiyyatı

Rafiq ODAY.”Çanaqqala zəfəri!”

Post Views: 88 Çanaqqala Zəfərinin 100 illiyinə Azadlığı başa tac Seçənlərin püşküdü, Vətənə namus andı İçənlərin püşküdü, Bu andla şirin candan Keçənlərin püşküdü, – Əbədiyyət yoluna Çıxanların səfəri, Çanaqqala zəfəri! Gözümüzün qan adlı, Seli, suyu qurudu, Bu qan aydan arıdı, Bu qan sudan dururdu, Türkün qurtuluş himni, Varolma düsturudu, Odur bizə bəxş edən Al şəfəqli …

Azərbaycan ədəbiyyatı

Saqif QARATORPAQ.”Yol açıq”

Post Views: 83 Yol açıq, getməyə nə var, üzünə durub, açılmaz bağlı qapılar… Baxt-bağlı qapıdı, gah düşər,gah düşməz kilidinə əlindəki açar. Ümid-tənha çiçək, göz yaşında islanıb, ürəyində bitəcək. itəcək…yollarda bir ömür,bir həyat… Heyhat! Mən də yaşadım deyə bir təsəlli var…

Azərbaycan ədəbiyyatı

Hikmət MƏLİKZADƏ.”Xoşum gəlir”

Post Views: 91 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü, Bük əllərini, cam elə, Məni bu gecə şam elə… İstəyirsən, edam elə, Mənim səndən xoşum gəlir. Könlüm görmür çaxışını… Mamır basır naxışını. Yana əymə baxışını, Mənim səndən xoşum gəlir. Dağlar gərdi yelə sinə. Düz vermədi selə, sinə… Eləsinə, beləsinə, Mənim …

Azərbaycan ədəbiyyatı

Əlirza HƏSRƏT.”Yolum diskindi”

Post Views: 84 Qondu arzularım tikanlı telə, Açım qanadımı çətir tut yelə. Xatirən sığınan qucaqdım elə, Yerini boş görüb qolum diksindi. Divanə yolçudur ruhum bədəndə, Hələ Vətən gəzir bu qərib bəndə. Arxamca əlvida söylədin sən də, Ayaqlar altında yolum diksindi. Sən başqa məmləkət,mən ayrı ölkə, Nədir üstümüzə düşən bu kölgə? Dünyadan köçməyə qorxurduq bəlkə, Sevib …

Azərbaycan ədəbiyyatı

İlkin ABBAS.”Sən qoxulu şəhər”

Post Views: 78 Bu gün yenə keçirdim, Sən qoxulu şəhərdən. Yollar mənə danışdı, Sən adlı bir nəfərdən. Dedim a yollar, baxın, Necədir mənim halım? Qonaq olur röyama, Tez-tez onun xəyalı… Yollar, o bir mələkdir, Geyinib insan donu. Mənə özəl yaradıb, Xaliqi-Sübhan onu. Onun qara qaşına, Gözünə qurban olum. Hər səhər sizdən keçən İzinə qurban olum. …

Azərbaycan ədəbiyyatı

Məmməd HACIZADƏ.”Baxışımız toqquşa”

Post Views: 136 Ah,nə ola bir dəfə, Baxışımız toqquşa. Dayanaraq üz-üzə, Gözlərimiz danışa. Danışmaya dilimiz, Hətta bir kəlmə belə. Qorxuram dilimizdən, Acı zəhər tökülə. Heç yaxın da gəlmərəm, Inan mən sənə sarı. Heç nəyə dəyişmərəm, Bircə o, baxışları. Hər səhər o, baxışlar, Salam verib keçəydi. Düşünəydim gün boyu, O baxışlar necəydi? Mən sənə baxmaq üçün, …

Azərbaycan ədəbiyyatı

Mais TƏMKİN.”Sən tanımasan da, olar!”

Post Views: 88 Deyirsən: ,, Yox, tanımıram,” Sən tanımasan da, olar. Səni heç də qınamıram, Sən tanımasan da , olar. Qartal gəzən dağda varam, Bülbül uçan bağda varam, Budaqda, yarpaqda varam, Sən tanımasan da , olar… Həm bəmdənəm, həm zildənəm, Dörd hikmətdən.. fəsildənəm. Halal əsil-nəsildənəm, Sən tanımasan da, olar. Sufi, dərviş, abid mənəm, Görünməzə şahid …

Ana səhifə

Rəşad MƏHƏMMƏDOĞLU.”Şüşədən boylanan Şuşamız!”

Post Views: 129 Uzun illərdir özləri yolda qalan Qarabağdaki yollarımın sinəsi cadar-cadar olub. Başı aşağı ikilən dağlarımız, sinəsi yanan tarlalarımiz 23 illik həsrətin əsarəti altındadır.Qarabağmızın döyünən ürəyi Şuşamız da bu həsrətin təsirindən uçüb sökülür. Biz isə hələ də müharibəsiz mübarizə parırıq.Hələki sadəcə özümüzu qoruyuruq, Bakının işğal olacağnı düşünərək qorunuruq. Amma Qarabağmızı işğal edən ermənilər isə …

Azərbaycan ədəbiyyatı

Mayisə ƏSƏDULLAQIZI.”De ki, Səni sevirəm..”

Post Views: 89 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Arada bir zəng elə, De ki, səni sevirəm. De ki, sənin ətrini, Güldən ala bilmirəm, De ki,ay mənim ömrüm, Sənsiz qala bilmirəm. De ki, sənin həsrətin, Məni buza döndərir, Şirin-şəkər söhbətin, Ömrü yaza döndərir. De ki, sənin gülüşün, Gül-çiçəkli bahardı, De ki, sənin öpüşün, Təzətərdi, nübardı! …