Post Views: 36 NAMAZ HAQQINDA MƏSNƏVİ İmana gəl, qıl namazı, Gözləmə sən gələn yazı! O dünyanı düşün, inasan, İbadət et, vardır imkan! Düşünmə dünya malını, Saflaşdır sən xəyalını! Xasiyyətin, mərifətin, Düzgünlüyün, ədalətin,- Verilib hədiyyə sənə, Tanrı bəxş edibdi sənə. Şeytan azdırsa, yolunu,- Tövbə et, düzəlt yolunu! Unutma sən sağ, solunu, Həm acı, həm yoxsulunu! Hər …
2013
Nemət HACIƏLİYEV.Yeni şeir
Post Views: 31 * * * Həyat bir dənizdi üzəsən gərək, Dayansan sən boğularsan, batarsan. Həyat bir ağacdi kölgəsində ol, Getsən kənara istidən yanarsan. Həyat bir oyundu sınağnan dolu, Çaliş diqqətli ol yoxsa azarsan. Həyat bir imtahan əgər ki bezsən, Açıb sən Quranı varaqlayarsan. Həyat bir sevgidi, sevgidə həyat, Yadına salıb məni ağlayarsan. Həyat bir …
Şərif Ağayarın “Pozuq fotoşəkillər” kitabı işıq üzü gördü
Post Views: 65 Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, “Xəlil Rza Ulutürk” mükafatı laureatı, istedadlı yazar Şərif Ağayarın “Pozuq fotoşəkillər” adlı növbəti kitabı “Zero” nəşriyyatı tərəfindən 88 səhifə olmaqla 1000 tirajla dərc olunub.Kitaba müəllifin öncə qələmə alınan şeirləri toplanmışdır.Kitabı almaq istəyənlər kitab mağazalarına müraciət edə bilərlər.
Şərif Ağayarın “Xanım T.” kitabı işıq üzü gördü
Post Views: 63 Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, “Xəlil Rza Ulutürk” mükafatı laureatı, istedadlı yazar Şərif Ağayarın “Xanım T ” adlı növbəti kitabı “Yazıçı” nəşriyyatı tərəfindən 174 səhifə olmaqla 1000 tirajla dərc olunub.Kitaba müəllifin qələmə aldığı 39 hekayət toplanmışdır.Kitabı almaq istəyənlər kitab mağazalarına müraciət edə bilərlər.
Daha bir yazıçının səhhətində problem yaşandı
Post Views: 37 Müasir Azərbaycan ədəbiyyatının klassiki sayılan, bir-birindən dərin, maraqlı əsərləri ilə nəsrimizi işıqlandıran, “İdeal” kimi nəhəng tarixi-fəlsəfi romanı ilə Azərbaycan ədəbiyyatında böyük dönüş yaradan hamının İsa Muğanna kimi tanıdığı xalq yazıçısı İsa Hüseynovun səhhətində problemlər yaranıb. Məsələ ilə bağlı Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu ilə əlaqə saxladıq. Ə. Əsgəroğlunun sözlərinə …
Elnurə AĞAZADƏ.Mənsur şeir
Post Views: 38 MƏHBUS QADIN Barmaqliqlar arasinda məhbus ömrü yaşar qadin…məhbus qadin.hər gün eyni həsrət ilə zindan pəncərəsinə düşən zəif günəş şüasina baxar qadin.məhbus qadin. Bir zamanlar keçərdi o billur ayna qarşisina… Indisə haradansa əlinə keçmişdi siniq ayna parçasi.yenə eyni həvəslə özünə baxmaq istər qadin..nəsə fikrindən keçirsə…kənar edir o aynani…kimin üçün?…bəzənir axi o kimin üçün? …
Elnurə AĞAZADƏ.Mənsur şeir
Post Views: 34 SƏNİ KİMSƏ MƏNİM QƏDƏR SEVƏ BİLMƏZ Sənə elə inanmışdəm ki,bir gün xəyanət edə biləcəyin hec ağlıma gələrdimi?Səni elə sevmişdim ki,bir gün nifrətə çevriləcəyini düşünərdimmi ? Sənə…Sənə elə bağlanmışdım ki,bir gün vüsalın hicran olacağını bilərdimmi? Doğurdanmı elə bilirsən əğyar mənim qədər səni… sevə bilər?…Heç kim ,heç vaxt heç zaman mənim qədər səni sevə …
Elnurə AĞAZADƏ.Yeni şeirlər
Post Views: 40 *** kimsə bilməz qəlb sirrimi könül evim dərdən oyuq qəhərlənəndə gülürəm elə bilrlər dəliyəm Qocalıram mən gənc ikən Ağardıram qara saçı Sızıldayır yaralarım Həb almadan mən təbibəm İşıqsızdır gündüzlərim Çıraqsızdır gecələrim Yarı yolda qaldı eşqim Aya həsrət mən günəşəm Heç bir arzuma çatmadım Ümüdümdən kam almadım Ay allah hələ ölmədim Diriykən ölü …
Elnurə AĞAZADƏ.Bayatılar
Post Views: 64 BAYATILAR Əzizim tikanı var, Gül üstə tikanı var Hər paxılın qəlbində, İynə tək tikanı var *** Əzizim butası var, Gül üstə butası var Xalçanın da üstündə, Naxışlı butası var *** Əzizim mesajı var, İl k sevgi mesajı var Yarımın telfonunda, Bir yığın mesajı var *** Əzizim qara gözlər, Billur tək qara gözlər …
Elnurə AĞAZADƏ.Yeni şeirlər
Post Views: 32 QIZLARA NƏSİHƏT Bir baxışa allanıb, Ömrünüzə qıymayın Qönçə kimi budaqda , Siz gül kimi solmayın Kiminiz ehtirasa , Kiminiz şan-şöhrətə, Kiminiz var-dövlətə, Allanıb satılmayın İsməti para-pula, Qisməti əyri-yola, Ömürü yarı yola, Gətirib çatdırmayın Siz Leyli yadigarı, Siz Həcərin övladı, Siz Azəri övladı Yad ölkəyə uymayın. BACILARIM Bir aynaya baxsam əgər Bənzərimi görmək …
Baloğlan CƏLİL.Yeni şeir
Post Views: 35 Sənin pəncərəndə göyərən ağac Bu körpə,balaca, inadkar yolun Kökü gözlərimin yaşını dərib. Döşənib ayağın altına sənin, Sənin pəncərəndə gəlib göyərib. Sənin pəncərəndə göyərən ağac, Hər gecə dəhşətli yuxular görür. Yastığın üstünə dağılmış saça, Yorulmuş qoluna baxıb hönkürür… Gecə köynəyinin yaxası açıq, Bəyaz göyərçinlər az qala uça. Sanki qəfəsindən çıxmaq istəyir, Qoşa qanadları …
Baloğlan CƏLİL.Yeni şeir
Post Views: 39 YAŞAYIR (Böyük şairimiz M.İsmayılın yubileyində deyə bilmədiyim şeir) Səni unudammaz bu dağ, bu dərə, Çoxun çırpılsa da, azın yaşayır. Göylərə uçsa da, şair dostların Hamının sözündə izin yaşayır. Gözəl xatırlayır «Natəvan» səni, O masa, o kürsü, o tavan səni. Həsrətlə gözləyir yurd-yuvan səni, Kül örtmüş ocaqda közün yaşayır. Taleyi ovcunda yazılan şair, …
Elnurə AĞAZADƏ.Məqalə
Post Views: 34 ÇOX EVLİLYİN SƏBƏB OLDUĞU ÇƏTİNLİKLƏR Yazacağım bu məqalə çox evliliyin və ya qeyri-qanuni yaşayamların çox zaman törətdiyi ziyanlı nəticələrlə bağlıdır.Baxmayaraq ki,nəinki müsəlman ölkələrdə,başqa dinə mənsub ölkələrdə də ta qədimdən çoxevlilik olmuş,hal-hazırda da davam edir.Bu bəzən normal qarşılansada çox zaman tənqid hədəfi olmuşdur.Müasir zəmanəmizdə texnikanın sürətlə inkişafı telefon,internet vasitələri,xüsusi tanışlıq ünvanları artıqca çox …
Elnurə AĞAZADƏ.Hekayə
Post Views: 38 KİFİR QIZIN GÖZƏLLİYİ Həyatında ən böyük düşməni ayna idi.Bəli…ayna…xüsusən qadın və qızların öz gözəlliyinə baxmaqdan doymadığı ayna onun görmək istəmədiyi düşməni idi…O dünyaya gələndə adını Günəş qoymuşdular.Dünyada gözəlliyinin tayı-bərabəri olmayan yeri-göyü öz nuruna qərq edən günəşin adaşı idi.Ancaq o bu adla fəxr etmirdi.Əksinə çox utanırdı.Çünki onun günəş adına ,günəş gözəlliyinə bir azda …
Şərif AĞAYAR.Həyatı və Yaradıcılığı
Post Views: 155 Ağayarov Şərif Ziyadxan oğlu (Şərif Ağayar) — şair, yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2013-dək). Həyatı Şərif Ağayar 1 yanvar 1976-cı ildə Laçın rayon Ağbulaq kəndində anadan olub. 1980-1991-ci illərdə Ağbulaq kənd orta məktəbində təhsil alıb. 1992-ci ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şuşa filialının tarix-filologiya fakültəsinə qəbul olunub, 1997-ci ildə həmin …
Şərif AĞAYAR.”Kol-kos müsəlmanı”.
Post Views: 48 Bizim qonşu kənddə Möhübbət adlı yaşlı bir kişi var. İndi Masazır qəsəbəsində qalır. Yaşı xeyli irəliləmiş bu ortaboy kişinin işi-gücü Bakı-Sumqayıt yolunun kənarında hinduşka otarmaqdı. Hinduşkaları üçün alıcıları da bu strateji əhəmiyyətli magistralın həndəvərində tapır. Möhübbət kişiyə el arasında Möhüş deyirlər. Mən gözümü açandan onun adını Möhüş bilmiş və zahiri görkəmini elə …
Şərif AĞAYAR.”Azərbaycanlının cinsi xəstəliyi”
Post Views: 33 Ötən həftə rayonda yaşayan dostum mənə zəng vurdu ki, bəs qardaşım xəstələnib, anam tab gətirmir, ona görə bu gün Bakıya yola salıram, sabah onlarla əlaqə saxla və tanış, etibarlı bir həkimin yanına apar. Dostum məni yükə saldı da bir az: “Sən ordasan deyə mən gəlmədim. Sənə arxeyinəm!” “Xub!” deyib sağollaşmaq istəyirdim ki, …
Hasan AKAR (Türkiye Cümhuriyyeti, Tokat).Muhteşem şiir
Post Views: 38 BİR YANGINA GİRDİM Küllenmiş sandığın ateşten gün olur duman çıkar Söndürmek istesen de boğar seni gücünü yıkar Kaybolur zaman damla damla baharıyla kışıyla Korlanır yeniden duyguların yüreğini yakar Bir pervane oldum, eridim içinde han denilen dünyanın Bütün mevsimleri yaşadım başkası da var mı zamanın Ne güneş esirgedi ateşini, ne eksik etti ay …
Hasan AKAR (Türkiye Cümhuriyyeti, Tokat).Muhteşem şiir
Post Views: 38 SEVGİ Pir-i Türkistan’dır Asya’da aşkın ocağı Anadolu Türk’ün-İslam’ın ana kucağı Alperenler fethetmiş imanla dört bucağı Ahmet Yesevi’nin yolunda söylenir sevgi “Yaradılanı hoş gör,Yaradan’dan ötürü” Onunla yaşar hâlâ tasavvufun közleri Sevmek-sevilmek değil mi Yunus’un sözleri Dergaha giden odunlarda korlanır sevgi, Tevhit ordusunu kuran o mübarek zat “Elini,belini,dilini” felsefene kat Horasan’ımı,Karahöyük Dergahı’nda tat Hacı …
Hasan AKAR (Türkiye Cümhuriyyeti, Tokat).Muhteşem şiirler
Post Views: 32 BU BAKIŞLAR DÜNEDİR Urumeli Hisarı’nda biz de Stanbul’da “Türküler tutturmuşuz ”Orhan Veli gibi. Baharın sarhoşluğuna yakalanmışız bugün “Minareler katında geçen Gökyüzü Mahallesi’nde” Cahit Sıtkı’nın. Karşımızda maviliğinde yine Boğaz, Neredeyse martısız deniz. Boşuna çalıyor sanki kampanalar Her geçişte bilirim bir yürek yaralar. Ve Urumeli Hisarı’nda Tarihle soluklanan eski bir bankta Aziyade’si ile oturmuşuz …
Saqif QARATORPAQ.Şeir
Post Views: 57 METENİ GÖRDÜM DÜNƏN Əkbər Qoşalıya Meteni gördüm dünən, Köçəsgərə gəlmişdi, Qucaqlaşdıq, görüşdük. Üst-başından, saçından Yovşan qoxusu gəldi, Təzə yağmış qar ətri, Turan qoxusu gəldi. Meteni gördüm dünən, Köçəsgərə gəlmişdi, Əlini sıxdım onun, Ürəyim dağa döndü, Qayalar çiçəklədi, Səhralar bağa döndü. Şükr elədim Tanrının Kərəminə, lütfünə, Yuxularım çin oldu. Meteni gördüm dünən, Köçəsgərə …
Kənan AYDINOĞLU.İlham MİKAYIL haqqında düşüncələr
Post Views: 30 İlham Mikayıl-şeirlərini sevə-sevə oxuyub dövri mətbuatda qəzet və jurnal səhifələrində böyük məmnuniyyətlə çap etdirmək istədiyim gənc qələm yoldaşım və şair dostum. Şair ürəyinin çırpıntıları təkcə şeirlərində deyil, eyni zamanda adi danışığında da duyulur.Axı o bu mənada şairdi.İstər poeziyada, istərsə də adi danışığında belə. Kəlbəcər ədəbi mühitinin XXI əsr Çağdaş Azərbaycan poeziyası üçün …
Kənan AYDINOĞLU.Orxan ZAMAN haqqında düşüncələr
Post Views: 35 Orxan Zaman-Müasir Azaərbaycan ədəbi mühitində cərəyan edən hadisələrə öz münasibətini, duyğu və hisslərini obrazlı şəkildə bildirən gənc qələm sahiblərindən biri.Vaxtı və zamanı düzgün qiymətləndirməyi bacaran və nəticə çıxaran müasir ruhda şeirlər yazan gənc müəllif. Dövrün sosial hadisələrinə biganə qalmayan və bir göz qırpımında dünyanı bütövlükdə dərk etmək istəyən həqiqi mənada uydurmaçılıqdan uzaq …
Kənan AYDINOĞLU.Mövlud MÖVLUD haqqında düşüncələr
Post Views: 45 Mövlud MÖVLUD-Yetişməkdə olan Yeni nəsil Azərbaycan ədəbiyyatının ən istedadlı gənc yazarlarından biri.Həm adi danışığında, həm yazılarında həyatda olduğu kimidir.Sadə, yumorlu və gülüş dolu sözləri ilə. “Gənc Ədiblər Məktəbi”nin müdavimi və Azərbaycan Aşıq sənəti üçün zaman-zaman Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Səməd Vurğun, Vaqif Səmədoğlu, Yusif Səmədoğlu, Mehdi Hüseyn, İsmayıl Şıxlı kimi …
Sevinc HƏMZƏYEVA.Yeni şeirlər
Post Views: 29 * * * Bir gilə su! Bir udum hava! Bir ovuc torpaq! Bir parça işıq! Bir sən! Bir mən! Atəşlər içində cismim yananda Bir gilə suyum ol, bu yetər mənə! Sənin həsrətindən mən boğulanda Nəfəs ol, hava ol, bu yetər mənə! Yerə dirənən ayaqlarıma Güc veərn torpağım, möhkəm dayağım… Zülmətə qərq olan …
Kənan AYDINOĞLU.Yeni şeir.
Post Views: 32 YENƏ ÖMÜR UZUNU TANRI SƏNƏ YAR OLSUN! Tələbə yoldaşım, gözəl insan, yüksək insani keyfiyyətlərə malik olan İbrahimova Mətanətin körpə balası, TÜRKÜN QIZI MƏSİZADƏ FƏRİDƏYƏ ulu sayqılarla! Məndən şeir istədin, istəməyə haqqın var, Yenə ömür uzunu TANRI sənə yar olsun! Gözəl körpə balanın gözlərinə ələnən, Bir nur damlası kimi dümağ, dümağ qar olsun! …
Elnurə AĞAZADƏ.Yeni şeirlər
Post Views: 49 MƏN YOX OLUM Gecə olsun, Bir otaqda bir şam olsun,bir də mən. Ağlasın şam öz eşqinə Ona vurğun pərvanəyə Ağlayım mən öz eşqimə Həsrət sənə çəkdiyimə Ağlasın şam,ərisin şam yox olsun şam Mən əriyim,mən yanım,mən yox olum Bir gül olsun Bülbülündən ayrı düşən bir gül olsun Ağlasın gül,ağlayım mən Ağlasın gül,solsun gül,yox …
Elnurə AĞAZADƏ.Yeni şeirlər
Post Views: 36 SEVƏCƏYƏM QƏBRƏ KİMİ Bilirəm ki çox sevirsən, Dərd çəkirsən bu sevgidən Mesajlarında həsrət var, Darıxırsan mənim üçün sən. Hələ çox var toy gününə, Bir il qədər sanki bir gün İnan canım hər bir hissi, Keçirdirəm sənin kimi Gündüz uzun gəlmir gecə, Gecə uzun bitməz sanki Yuxumdada xəyalınla, Açıram mən səhərimi Darıxma sən …
Əlirza HƏSRƏT.Həyatı və Yaradıcılığı
Post Views: 62 Əlirza HƏSRƏT (Abbasov Əlirza Azadxan oğlu) 1 noyabr 1964-cü ildə Əli-Bayramlı şəhərində anadan olub.İbtidai və orta təhsilini öz doğma şəhərlərində alıb. Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir.Dövri mətbuta səhifələrində şeirləri dərc olunmaqdadır. 2012-ci il oktyabr ayının 6-da “Ziyalı Ocağı” İctimai Birliyinin elektron orqanı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Birinci Qurultayında Azərbaycanın Mədəniyyət …
Əlirza HƏSRƏT.Yeni şeirlər
Post Views: 31 RƏNGİNİ İTİRMİŞ EŞQDİR HƏSRƏTİN Rəngini itirmiş eşqdir həsrətin, Girib aramıza yaman uzandı. Səni tanımağım ayrılığından,- Yarı cinayətim,yarı cəzamdı. Qəlbimdən süzülən şirin duyğusn, Hələ yaz nəfəsin gəzir üzümdə. Ahdan köz götürən bir ocaq kimi,- Yanır baxışının yeri üzümdə. Hər gün göz yaşımla suvardım deyə,- Cücərdi qəlbimdə bu eşq tumu da. Bir qız yuxusunda …
Əlirza HƏSRƏT.Yeni şeirlər
Post Views: 33 ANA Böyüdüb uçurtdun yuvandan məni, Harda gecələsin bu quşun,ana? Səni incidəndə dəcəl vaxtımda, Üstümdə duanmış qarğışın,ana. Gəlsə hüzuruna,baş əyər şah da, Şah baş əyən yerdə susar silah da. Saçının qarını əritməz ah da, Kiçik çiləsiyəm bu qışın,ana. Balandı qayıdıb səfərdən elə, Saçını üzümə aç pərdəm elə. Ömrə səpələnmiş bir dərdəm elə, Çək …
Debüt: Günel ƏLİYEVA (Bakı şəhəri).Yeni şeirlər
Post Views: 38 Günel ƏLİYEVA (Əliyeva Günel Gündüz qızı) 1994-cü il mart ayının 9-da Bakı şəhərində anadan olub.2001-2012-ci illərdə Zakir Əhmədov adına 64 saylı orta məktəbdə, 5 saylı Bakı Peşə Liseyində təhsil alıb. * * * Sevirəm, Sevgimi qəlbimə yazıb çıxıb gedirəm… Sevirəm, Sənsizliklə yaşamağı da bilirəm… Sevirəm, Səni sevirəm… qəlbimdə sən gedirəm… Sən heç …
Əziz MUSA: “Milli adət-ənənələrimizi dərindən öyrənsinlər!”.
Post Views: 33 Müsahibimiz haqqında qısa bilgilər Əziz Musa ( Musayev Əziz Həsən oğlu) 1951-ci ildə Cəbrayıl rayonunda anadan olub.İbtidai və orta təhsilini Cəbrayıl rayon Maksim Qorki adına orta məktəbdə alıb.1968-1972-ci illərdə Gəncə Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib.1972-ci ildə dövri mətbuatda Əziz Musa imzası ilə çıxış edir.Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin …
Elmin NURİ.Məqalə
Post Views: 31 Mövlanə Cəlaləddin Rumi bəşəriyyətin təfəkkür tərzini, düşüncə parametrlərini dəyişdirən beş böyük şəxsiyyət sırasındadır. Hazırda dünyada ən çox satılan kitablar məhz, bu böyük türk şairi və filosofunundur. Hətta İngiltərədə Şekspirdən də çox mütaliə olunan Mövlanə Cəlaləddin Rumidir. Qərb alimlərindən olan M.Barresin belə bir fikri var “Mövlanəni tanıyandan sonra Hüqo, Höte və Şekspirdə nəyin …
Mövlud MÖVLUD.Məqalə
Post Views: 32 Pərzad arvad iyirmi doqquz yaşından dul qalıb. Əri öləndən sonra əlinə kişi əli dəyməyib. Bunu bütün rayon bilir. Şəxsən mən nənəmə o qədər arxayın deyiləm, nəinki Pərzad xalaya. Hələ neçə illər əvvəl çox adam xəbər göndərsə də, istəyənləri çıxsa da, rədd eləyib. Oturub-durub bircə kəlmə deyib: “Yetimlərimi böyüdəcəm!” Pərzad xala bütün ömrü …
Teymur HƏBİBİ.Şeirlər
Post Views: 37 SƏN DÖNYAYA YARAŞIRSAN Zeynəb bibinin nəvəsi balaca Zeynəbə Hər ananın arzusudur, Qismət olsun ona nəvə. Hər atanın arzusudur, Qismət olsun ona nəvə. Gözləri göy, xumar Zeynəb, Hər kəs sənə baxar, Zeynəb. Baxan gözlər axar, Zeynəb, Sən dünyaya yaraşırsan. Saçı, qaşı sarı qızdır, Özü şirin, yaşı azdır, Hər hərəkəti bir nazdır, Sən dünyaya …
Teymur HƏBİBİ.Yeni şeirlər
Post Views: 31 O QIZI UNUTMARAM MƏN Gozlərim bir gozəl gordu, Məni gorub o da suzdu, Naz eləyib, həm də uzdu, O qızı unutmaram mən. Aşiq oldum zumrud gozə, Həsrət qaldım şirin sozə, Deyin, bu dərdə kim dozər, O qızı unutmaram mən. Urəyimdə arzu qaldı, O qız canımdan can aldı, Duşduyum bu hal nə haldır, …
Kəmaləddin QƏDİM.Yeni şeirlər
Post Views: 36 Deyirsən mən məndə deyiləm ki… Çıxar, bu kəlməni çıxar sözündən, Nə daş bil,nə buz bil,nə qar,özünü. Adam da heç belə çıxmaz özündən, Adam da heç belə qovar özünü?.. Bəlkə də bir çayda durulub qalıb, Bir yolda,cığırda yorulub qalıb. Bəlkə də, kiməsə vurulub qalıb, Tələs də,ayır da,qopar özünü. Bu adam deyilən sözündə durar, …
Debüt: Mövlud MÖVLUD (Bakı şəhəri).Məqalə
Post Views: 52 Abdullayev Mövlud İsmayıl oğlu 1989-cü il avqust ayının 15-də Bakı şəhərində anadan olub.Hal-hazırda Bakı Slavyan Universitetinin Rus dili və pedaqogikası üzrə ali təhsil alır.Yazıları dövri mətbuat səhifərində müntəzəm olaraq dərc olunur. Mövlud Mövlud Dostumuydu, qardaşımıydı, gözümün işığı, sözündən çıxmadığım böyüyüm idi. Bir sözünü iki eləməzdim. Hara buyursa, nə tapşırsa, canla-başla ürək verərdim. …
Mövlud MÖVLUD.Məqalə
Post Views: 34 Bizim- Adəmin yetimçələrinin qəribə bir xasiyyəti var: nə vaxtsa, hansısa məqamda qəlbimizin mübhəm yerində gəlib çıxdığımız amma bir türlü sözə çevirə bilmədiyimiz həqiqətləri bir şairin şeirində, yazıçının yazısında görəndə, dünyanın xoşbəxti oluruq. Elə bil, dünyaları bizə verirlər. Yer üzünün hansısa köşəsində bizimlə eyni fikirdə olan adamların olmasına sevinirik. Bu həmfikirlərin söz adamı …
Mövlud MÖVLUD.Məqalə
Post Views: 36 Mövlud Mövlud Gənc yazar Cəil Cavanşir saytların birinə verdiyi müsahibədə Azərbaycan Yazıçılar Birliyini, onun yarıtmaz ədəbi siyasətini, həmin birliyin rəhbərliyində təmsil olunan şair-yazıçıları tənqid edib. AYB katibi Fikrət Qoca isə Cəlil bəyə belə cavab verib: “Demaqoqluq eləməsin, səsini başına atmasın!” Qəribə ittihamdır. Adam deməyə söz tapmır. Rusiyanın xüsusi xidmət orqanlarının əyilməyən, mənsəbə-şöhrətə …
“Güldar”ın təqdimatı keçirildi
Post Views: 43 Şahnaz KAMAL (Şahnaz Novruz qızı Kamalova) Tovuz rayonunun Əhmədabad kəndində, ziyalı ailəsində doğulub.Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin bakalavr və magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. Hazırda Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Sankt-Peterburq Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Türkologiya bölməsində təhsilini davam etdirir. Xanım yazar ailəlidir, iki övladı var. DGTYB-nin Sankt-Peterburq təmsilçisi Şahnaz Kamalın “Güldar” …
Debüt: Bahadur ƏLİZADƏ (Bakı şəhəri).Yeni şeir
Post Views: 67 Bahadur Sabir oğlu Əlizadə 1995-ci il aprel ayının 3-də Bakı şəhərində doğulub.2001-2012-ci illərdə Binəqədi rayonundakı 182 saylı orta məktəbdə təhsil alıb.2012-ci il Azərbaycan Dövlət Neft Akademiyasına qəbul olub.Azərbaycan Yazıçılar Birliyinin nəzdindəki “Gənc Ədiblər” Məktəbinin üzvüdür. Unutmayın siz məni!.. Mənim adım Xocalı, Qəlbim dərdlə yaralı, Keçdi illər… aralı, Unutmayın, siz məni!.. Mənim adım …
DGTYB: “Atatürkün Azərbaycan siyasəti (öz dili ilə)” kitablaşdırıldı…
Post Views: 37 “Türk Dünyası İnfo” İctimai Birliyi (TDİB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Mustafa Kamal Atatürkün Azərbaycan siyasəti haqqında tədqiqatlar və nəşrlər” mövzusunda layihə çərçivəsində Türk dünyasının böyük öndəri Mustafa Kamal Atatürkün Azərbaycanla bağlı araşdırma işlərini başa çatdırıb. Bu araşdırmaların nəticəsi olaraq, layihədə nəzərdə tutlduğu kimi, “Atatürkün …
Şəmşad AĞA.Köşə yazısı
Post Views: 31 “Reket şair”lər… Bu ifadə ilk baxışda, bəlkə də, çoxlarına qəribə görünə bilər, hələ qulaqlarda qəribə səslənməsi bir tərəfə. Bu da təbiidir, çünki bu ölkədə “reket” adında çox zada rast gəlinib. Yəni son 20 ildə “reket jurnalist”, “reket məmur”, “reket” nə bilim nə, falan, filan çox məxluq gördük. Amma “reket şair” ifadəsi çoxları …
Şəmşad AĞA.Yeni şeir
Post Views: 42 Yaranışdan dəniz elə sevgi demək… Mavi gözlüm, nə donubsan heykəl kimi bu sahildə, donuqluğun göy Xəzəri darıxdırır… Heç olmasa bircə kəlmə danış dəli dalğalarla, bu susqunluq dalğaları kükrəməkdən karıxdırır… Xəzri qara tellərinlə öpüşdükcə, coşur dəniz, qisas deyil, sevgidəndir sevənlərin küsüşməsi… Təbiətin əsəridir bu gözəllik, bu işvə-naz: dalğalarla sahillərin bir-birini qucaqlayıb sevişməsi… Mavi …
Debüt: Şəmşad AĞA (Lerik).Köşə yazısı.
Post Views: 38 Şəmşad AĞA (Ağayev Şəmşad İslam oğlu 1982-ci il Lerik rayonunda) doğulub.2003-2007-ci ilərdə Lənkəran Dövlət Universitetinin Filologiya fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb.”Unudulanlar”, “Şəkillərin alın yazısı” kitablarının müəllifidir.Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Sadiq Elyerin “Duzlu kofe” adlı bir hekayəsi var. Postmodern düşüncə aşılayan hekayədə bir sıra maraqlı məqamlar var ki, çağdaş dünyada gedən …
Hasan AKAR (Türkiye Cümhuriyyeti, Tokat).Makale
Post Views: 58 Tek Takım Elbiseli Türk Dünyası Liderlerinden Azerbaycan’ın 2.Cumhurbaşkanı Ebülfez ELÇİBEY “Sevgim millete/Vurgunluğum, azatlığım adalete/İtaatim hocalarıma/Borcum, dostlarıma ve meslektaşlarıma/Nefretim, yalancılara ve ikiyüzlülere”veciz sözleriyle birlikte; “Ben Atatürk’ün askeriyim”diyen, Azerbaycan’ın 1918’den sonra 1991 yılında ikinci kez bağımsızlığını kazanmasında tartışılmaz payıolan, Türk dünyasının liderlerinden EbulfezElçibey, 1938 yılında Kadirkulu Bey(?-1943) ve Mehrinisa(1889-1987) Hanımın evladı olarak Nahcivan’ın Keleki …
TOSAYAD DERNEĞİ’NİN DEĞERLİ ÜYELERİ,KÜLTÜR VE SANAT DOSTLARI.
Post Views: 39 TOKAT ŞAİRLER VE YAZARLAR DERNEĞİ’NİN DEĞERLİ ÜYELERİ,KÜLTÜR VE SANAT DOSTLARI. İLESAM-Tokat Şairler ve Yazarlar Derneği-KÜMBET Dergisi işbirliği ile 1 Eylül 2013 Pazar Günü Niksar Çamiçi Yaylasında Kültür Sanat Etkinliği yapılacaktır.(Ayrıca piknik) Proğram:9.00 Niksar’a hareket. 10.30-12.30 Niksar Belediyesi Rehberleri eşliğinde Niksar kültür Gezisi. 13.00-18.00 Niksar Çamiçi Yaylası Kültür Sanat Etkinliği ve piknik. 18.15-Tokat’a …
Əlirza HƏSRƏT.Yeni şeirlər
Post Views: 52 QAPIMI DÖYMƏMİŞ AÇAN ADMLAR Gözlərim diksindi yağış səsinə, Yağış da kəsmir ki,gözüm isinə. Sığınar ruhumun can qəfəsinə. Qapımı döyməmiş açan adamlar. Qərib beşiyidir açdığım qucaq, Qürbətdə köz tutmaz yanan hər ocaq. Gör neçə bədəni başsız qoyacaq, Başını götürüb qaçan adamlar. Gəl ayaq izini yolumdan dər də, Dünya cənnət olsun qoy bu xəbərdə. …
Qafqaz ƏVƏZOĞLU: “Gənc yazarlara oxucu rəğbətini qazanmağı məsləhət görərdim”.
Post Views: 43 Müsahibimiz haqqında qısa bilgilər Qafqaz Əvəz oğlu Dəmirov 1954-cü il aprel ayının 1-də Qubadlı rayonunun Mahmudlu kəndində anadan olub. 1968-ci ildən dövri mətbuat səhifələrində şeirləri və məqalələri dərc olunur. “Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi-ictimai birliyi”nin təsisçisi və sədri, “Sözün Sehri” qəzetinin təsisçisidir. Ədəbi fəaliyyətinə görə “Qızıl qələm” və “Qızıl kitab” mükafatları …
Rafiq ODAY: “Gənc yazarlara dəstək olmaqdan məmnunluq hissi keçirirəm”.
Post Views: 41 Müsahibimiz haqqında bilgilər Rafiq ODAY ( Bayramov Rafiq Hüseyn oğlu) 23 iyul 1960-cı ildə Naxçıvan MR Şərur rayonunun Şəhriyar kəndində anadan olub. 1983-1988-ci illərdə Naxçıvan Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdır. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvüdür.Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədridir.”Möhtəşəm Azərbaycan” qəzetinin təsisçisi və baş redaktorudur.”Ziyalı Ocağı” İctimai Birliyinin …
Vaqif SƏMƏDOĞLU: “İstəyirsən mənə lap “Ded Moroz” de…”
Post Views: 85 Vaqif Səmədoğlu: “…təki bu üşütmə canımdan çıxsın” Onunla söhbət etmək, pıçıltılı səsi ilə ağır-ağır danışmağına qulaq asmaq şeir dinləmək kimi gəlib mənə həmişə. Bu nurani insanın təmkini, jestləri, hərəkətləri, ətrafı seyr eləməsi, yeriyərkən addımlarını saxlayıb qarşıdakı ağaca, qədim bir tikiliyə diqqət kəsilməsi də bir poeziya nümunəsidir haradasa. Şeirləri müasirlərinin və sələflərinin şeirlərindən …
Debüt: Elnurə AĞAZADƏ (Sumqayıt).Yeni şeirlər
Post Views: 38 Elnurə Ağazadə 1982-ci il iyun ayının 22-də anadan olub.1989-1999 ildə Masallı şəhər 3 saylı orta məktəbdə təhsil alıb.Həmçinin 1995-ci illərdə fortopiano təhsili alıb.1999-cu ildə isə Loğman adına tibb texnikomuda qadın həkimi üzrə təhsil alıb. 2002-ci ildə bir firmada əczaçı kimi fəaliyyət göstərib.Sonra konpüter proqramları,dil(ingilis və rus) proqramları,keyfiyyət üzrə nəzarət işi barədə kurslar …
Elnurə AĞAZADƏ.Yeni şeirlər
Post Views: 32 MƏNİM AD GÜNÜM Bu gün mənim ad günüm Yığılıb qohum-qonşu , Birdəki dost tanışlar Gəlibdir çox hədiyyə Səndən də bir hədiyyə İntizarındayam yaman Baxışların oleydi Bu gün mənim hədiyyəm Birdə qoymazdım heç vaxt , Getsin gözümdən kənar. Bu gün mənim ad günüm, Gəleydi bir hədiyyə Bizim sevgi bağından, O qızılgül oleydi. …
Elnurə AĞAZADƏ.Yeni şeirlər
Post Views: 59 AZƏRBAYCAN QADINI Daim əzəmətli çəkilir adın, Qürurlu mətinli tarixdə ərsən Dünya qadınına tarixdə örnək, Kiri məğlub edən Tomristək nərsən. Sevgidə Leylisən, Məcnuna layiq, Dastanda Əslisən Kərəmə sadiq Döyüşdə Həcərsən Nəbiyə layiq, Bu gün Fərizəsən İlhama sadiq. İsgəndər məğrurdu öz şöhrətiylə, Ona qalib gəldin söz hikmətinlə Nüşabə adınla gözəl Bərdəyə, Şahı baş əydirdin …
Klassik ədəbiyyatda işlənən şeir janrları
Post Views: 153 QƏZƏL VƏ ONUN XÜSUSİYYƏTLƏRİ Klassik ədəbiyyatın ən geniş yayılmış şeir janrlarından biri də qəzəldir.Qəzəl ərəb mənşəli sözdür.”Qadına məhəbbət” mənasını bildirir.Yaxın Şərq ədəbiyyatında daha çox istifadə olunur.Müxtəlif bəhrlərdə yazılır.Daha çox əruz vəzninnin həzəc və rəməl bəhrində olur. Beytlərin sayı 5-10 olur.(daha çox 7 beyt) Qəzəlin ilk beytinin hər iki misrası öz aralarında …
Rafiq ODAY.Yeni şeirlər
Post Views: 66 QAYIT Hələ ki, əvvəlki o ucalıqda, Gözümdə həmənki çinarsan, qayıt. Namərdin hər işi, əməli saxta, Ən incə yerindən sınarsan, qayıt. İblislər, şeytanlar dolar başına, Hər dindən, imandan edərlər səni. Çevirib bir kəntöy sapand daşına, Sonuncu gümandan edərlər səni. Son yarpaq kimidi son ümid… dedik… İstisi, soyuğu, küləyi bəlli. Fələyin əlində yaxamız …
Zaur MURADSOY.Yeni şeir
Post Views: 38 YAXŞIDI Solan ümidlərin sevgi bağında, Ayrılıq gülünü əksək, yaxşıdı. Sənin öz dərdin var, mənim öz dərdim, Ayrı-ayrılıqda çəksək, yaxşıdı. Onsuz da məskənin salıbdı bizdə, Dolanır sakitcə biz gedən izdə. Böyük yer ayırıb ürəyimizdə, Həsrətə bir yuva tiksək, yaxşıdı. Gündüzlər gözünün qarasındakı, Gecələr qəlbinin qarasındakı, Bu iki ürəyin arasındakı, Qürurun hasarın söksək, …
Əziz MUSA.Yeni şeirlər
Post Views: 36 DEYİR Nə vaxtdı gözündən qan-yaş axıdan, O sərin bulaqlar, qisas al deyir. El üçün darıxan, köməksiz qalan, Boynu bükük dağlar, qisas al deyir. Murovun başını duman-çən alıb, Şuşanın yolları xəyala dalıb. Qoca Xudafərin yadlara qalıb, Sürüsüz yaylaqlar, qisas al deyir. Xocalı, Kəlbəcər, Laçın ağlayır, Həkəri hönkürür, Tərtər çağlayır, Arazın naləsi ürək …